Məhkəmə qərarları › İş №1(101)-683/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-683/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-683/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Yusifbəyli və Partnyorları Vəkil Bürosu»nun vəkili Müdafiəçi iştirakları ilə 9 avqust 1992-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağsu şəhəri Səməd Vurğun küçəsi, ev 7/4-da qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Y.Saratov küçəsi 12, fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 405,243 qram narkotik vasitə heroini, təmiz çəkisi 207,8 qram psixotrop maddə metamfetamini qanunsuz əldə edərək narkotik vasitə heroinin bir qismini üzərində saxlayıb daşımaqla, digər qismini və psixotrop maddə metamfetamini yaşadığı ünvan 1 ünvanda gizlədib saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında ünvan 1 ünvanın yaxınlığında 13 aprel 2023-cü il tarixdə saat 12:40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq BNMİ-nə gətirilmiş, baş idarədə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvann sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 23,543 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana keçirilən baxış zamanı 1 bükümdə külli miqdarda təmiz çəkisi 381,7 qram komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 bükümdə külli miqdarda təmiz çəkisi 207,8 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd üzərində heroin və metamfetamin izləri aşkarlanan «Digital Scale» yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, 18 fevral 2022-ci il tarixdə cəzasın çəkib azadlığa çıxmışdır. Narkotik vasitə istifadəçisidir. Tutulmamışdan 1 həftə əvvəl sosial şəbəkələrin birində «Ağa» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Sonuncu onun narkotik vasitələrdən istifadə etdiyini bilib, ona ucuz heroin və patı təklif etmişdir. O, şəxsi istifadəsi üçün 20 qram narkotik vasitə sifariş vermişdir. İranlının verdiyi hesaba 450 manat köçürmüşdür. Bundan sonra iranlı ona narkotik vasitənin gizlədildiyi yer barədə məlumat vermişdir. Sabunçu rayonu ərazisində həmin yerə gedib, qoyulmuş yerdən heroin və metamfetamini götürmüşdür. Cəmi 20 qram sifariş versə də, orada yarım kiloqramdan çox heroin və metamfetamin olmuşdur. Onları yaşadığı evdə soyuducunun içərisində gizlətmiş, heroinin bir qismini isə üzərində saxlamışdır. 13 aprel 2023-cü il tarixdə saat 12:40-da ünvan 1 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Əvvəlcə idarədə üzərində axtarış keçirilmişdir. Bu zaman üzərində bir ədəd bükümdə təxminən 20 qram narkotik vasitə heroin olduğunu deyib, çıxardıb təqdim etmiş, daha sonra isə evinə baxış keçirilmişdir. Yaşadığı evin mətbəxindəki soyuducuda saxladığı narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Elektron tərəzi narkotik vasitə olan bağlamanın içərisində olmuşdur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-də XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 13 aprel 2023-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal baş idarədə əməliyyat qrupu yaradılmış və o, qrupun rəhbəri təyin edilmişdir. Əməliyyat qrupunun digər üzvü Şahid2lə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 12:40-da ünvan 2 ünvanın yaxınlığında saxlanılmış və idarəyə aparılmışdır. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddəni masanın üstünə qoyaraq təqdim etmişdir. Daha sonra onun üzərində axtarış aparılmış və həmin şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Ehtibar həmin maddəni bir neçə gün əvvəl İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini və evində də narkotik vasitə olduğunu bildirmişdir. Odur ki, sonuncunun yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Y.Saratov küçəsi 12 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mətbəxdə soyuducuda saxladığı bir ədəd sellofan paketin içərisində olan iki ədəd bükümü və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bükümlərdən birində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, digərində isə ağ rəngli kristallşəkilli psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İşin 32-33-cü vərəqlərindəki 13 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin inzibati binasında vətəndan Təqsirləndirilən şəxs üzərində vəkilin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm, həmin şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu təqdim edərək, həmin bükümdə narkotik vasitə heroin olduğunu, «Ağa» adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədən qoyulmuş yerdən sonuncunun ona bildirəcəyi ünvanlara çatdırmaq məqsədilə götürdüyünü, üzərindən aşkar ediləndən başqa yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. İşin 38-39-cu vərəqlərindəki 13 aprel 2023-cü il tarixli «evə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilərkən sonuncu mətbəxdə yerləşən soyuducudan bir ədəd sellofan torbanı, soyuducunun üzərindən isə bir ədəd elektron tərəzini təqdim etmiş, torbanın içərisində iki ədəd büküm olduğu müəyyən edilmiş, bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, digərində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələri «Ağa» adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədən qoyulmuş yerdən sonuncunun ona bildirəcəyi ünvanlara çatdırmaq məqsədilə götürdüyünü bildirmişdir. Məhkəmədə cinayət işi materiallarına əlavə edilmiş CD disklərdəki videogörüntülərə keçirilmiş baxışdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin inzibati binasında vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Vəkilin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş və büküm içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış zamanı sonuncu mətbəxdə soyuducudan bir ədəd sellofan torbanı, soyuducunun üzərindən isə bir ədəd elektron tərəzini təqdim etmiş, həmin paketin içərisində iki ədəd büküm olmuş, bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər, digərində isə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş həmin maddələri «Ağa» adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədən qoyulmuş yerdən sonuncunun ona bildirəcəyi ünvanlara çatdırmaq məqsədilə götürdüyünü bildirmişdir. İşin 45-49-cu vərəqlərindəki materialların məhkəmə ekspertizasının 14 aprel 2023-cü il tarixli 6/2190 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN zərflər üçün 7 №-li dairəvi möhür əksi olan 2 (iki) ədəd paketdəki, üzərində «Təqsirləndirilən şəxs təqdim edilən kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 23,543 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzi şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bağlamada təmiz çəkisi 381,7 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bağlamada təmiz çəkisi 207,8 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə maddə metamfetamindir və bir ədəd üzərində «digital Scale» yazısı olan olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetamin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkilərini və bükümdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmaması müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 405,243 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İşin 106-107-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6 iyun 2023-cü il tarixli 3455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 110-115-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 23,543 qram narkotik vasitə heroin, yaşadığı mənzildən götürülmüş təmiz çəkisi 381,7 qram narkotik vasitə heroin və 207,8 qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində «Digital Scale» yazısı olan elektron tərəzi maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 23,443 qram narkotik vasitə heroin, 381,5 qram narkotik vasitə heroin və 207,6 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. İşdəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə, məktub, hökmlərin və qərarın surətindən görünür ki, Fərəcov X2 Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 01 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa o, Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə «8 Noyabr - Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 18 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Fərəcov X1 Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin 23-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi 23,543 (tədqiqatdan sonra qalıq 23,443) qram narkotik vasitə heroin, yaşadığı mənzildən aşkar edilmiş təmiz çəkisi 381,7 (tədqiqatdan sonra qalıq 381,5) qram narkotik vasitə heroin, təmiz çəkisi 207,8 (tədqiqatdan sonra qalıq 207,6) qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində «Digital Scale» yazısı olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Yusifbəyli və Partnyorları Vəkil Bürosu»nun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Yusifbəyli və Partnyorları Vəkil Bürosu»nun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, təmiz çəkisi 23,543 (tədqiqatdan sonra qalıq 23,443) qram narkotik vasitə heroin, yaşadığı mənzildən aşkar edilmiş təmiz çəkisi 381,7 (tədqiqatdan sonra qalıq 381,5) qram narkotik vasitə heroin, təmiz çəkisi 207,8 (tədqiqatdan sonra qalıq 207,6) qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində «Digital Scale» yazısı olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İki ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi «Yusifbəyli və Partnyorları Vəkil Bürosu»nun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar