Məhkəmə qərarları › İş №1(101)-684/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-684/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-684/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14 : 50 - də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əhməd oğlunun və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Əhməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 4,322 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 10,266 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 24 iyul 2021-ci il tarixdə Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:30-da Bakı şəhəri Nəsimi rayonu X6 küçəsi 68 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 10,266 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,975 qram və 0,347 qram olmaqla ümumi təmiz çəkisi 4,322 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarının kəmərbəndinin altından narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi, narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən istifadə etmək üçün almışdır. 23 iyul 2021-ci il tarixində günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu Çermet qəsəbəsində adını “Adəm” kimi bildiyi İran İslam Respublikasının vətəndaşından 10 qram patı kimi tanıdığı narkotik vasitə almışdır. O, 24 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısında dayanan zaman 2 nəfər mülki geyimli şəxslər ona doğru yaxınlaşmışlar. Onlar ona yaxınlaşdıqdan sonra özlərini polis olduqlarını bildirmiş və bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək üzərində şəxsi axtarış aparılması üçün Nəsimi RPİ-nə getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq Nəsimi RPİ-nə gəlmiş, Pİ- də otaqlardan birində ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün videoçəkiliş aparan bir nəfər mütəxəssis dəvət olunmuşdur. Sonra üzərində şəxsi axtarış başlamış və ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O da polis əməkdaşlarının ona bildirdiyi qaydada, yəni onların təkidi ilə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üç ədəd şəffaf polietilendə olan bükümləri çıxarıb təqdim etmiş və əynindəki qara rəngli kəmərinin altında saxladığı bir ədəd elektron tərəzini də çıxarıb onlara təqdim etmişdir. Bundan sonra üzərində başqa heç bir əşya və ya maddə olmadığını bildirmiş, sonra polis əməkdaşları tərəfindən onun üzərinə, paltarlarına, ayaqqabı və corabına baxış keçirilmiş, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. O, saxlanılarkən üzərində yalnız 10 qram metamfitamin psixotrop maddəsi olmuş, həmin maddəni də 23 iyul 2021-ci il tarixində günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsində adını “Adəm” kimi bildiyi İran İslam Respublikasının vətəndaşından almışdır. O, “Adəm” adlı şəxsdən adətən narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün almış, saxlanıldığı gün üzərində yalnız təxminən 10 qram çəkidə, yalnız bir bükümdə psixotrop maddə olmuşdur. Tərəzini isə aldığı narkotik vasitə və psixotrop maddələrin çəkilərində aldanmamaq üçün üzərində gəzdirmişdir. Əfqan və Anar adlı şəxsləri isə ümumiyyətlə tanımamış, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış və onları satış niyyəti ilə üzərində saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən narkomaniya xəstəliyi ilə bağlı ağrıları olduğundan istintaqdakı narkotik vasitələrin satışı ilə məşğul olması barədə yazılmış ifadəsini oxumadan qol çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 24 iyul 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Zeynal adlı şəxs ünvan 5 ünvanın qarşısında narkotik vasitələrin satışı, saxlanılması ilə məşğul olur. Bu səbəbdən Zeynal adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və cinayətin ifşa olunması üçün tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra həmin qərarın icra olunması ilə bağlı o və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və daxil olmuş məlumatın yoxlanılması üçün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsinə getmişlər. Saat 17:30 radələrində həmin küçədə olarkən 68 saylı ünvanın qarşısında Zeynal adlı şəxsi müəyyən etmiş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədilə Zeynal adlı şəxsi Nəsimi RPİ-nə dəvət etmişlər. Orada Zeynal adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ-nə gəlməli olduğu bildirildikdə, sonuncu etiraz etməmiş və onlar birlikdə RPİ-nə gəlmişlər. Nəsimi RPİ-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə gəzdirməsindən şübhələndikləri üçün şəxsi axtarış keçirilməsi məqsədilə raportla rəhbərliyə müraciət etmiş və raport üzrə araşdırma aparılması Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Saleh Salahzadəyə həvalə olunmuşdur. X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuş, hər hansı ağrıları olmamış və tək olmuşdur. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda psixotrop maddə metamfetaminə bənzər maddə və iki ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda narkotik vasitə heıoinə bənzər maddələri, həmçinin qara rəngli kəmərinin alt hissəsindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. X3 təqdim etdiyi maddələrin nə olduğu, onları haradan əldə etməsi, üzərində nə üçün onları elektron tərəzi ilə gəzdirməsi soruşulduqda, bildirmişdir ki, təqdim etdiyi iki ədəd bükümdə olan maddə narkotik vasitə heroindir, təqdim etdiyi bir ədəd bükümdə olan maddə psixotrop maddə metamfetamindir, həmin maddələri 23 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi adlı ərazidə İran İslam Respublikası vətəndaşı Adəm adlı şəxsdən 700 manata almış, bir hissəsini 300 manat müqabilində Anar və Əfqan adlı şəxslərə satmış, qalan hissəsini də satış məqsədi ilə elektron tərəzi ilə birlikdə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə bənzər maddələr və elektron tərəzi müvafiq qaydada qablaşdırılmış, təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmuş, bunu Təqsirləndirilən şəxs özü də təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs tutulduqdan sonra tərəflərindən bu istiqamətdə bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmişdir. Hazırki vaxta kimi Təqsirləndirilən şəxs adlarını çəkdiyi İran İslam Respublikası vətəndaşı Adəm adlı şəxs, Anar və Əfqan adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin hələlik heç bir müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 24 iyul 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Zeynal adlı şəxs ünvan 5 ünvanın qarşısında narkotik vasitələrin satışı, saxlanılması ilə məşğul olur. Bu səbəbdən Zeynal adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və cinayətin ifşa olunması üçün tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra həmin qərarın icra olunması ilə bağlı o və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və daxil olmuş məlumatın yoxlanılması üçün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsinə getmişlər. Saat 17:30 radələrində həmin küçədə olarkən 68 saylı ünvanın qarşısında Zeynal adlı şəxsi müəyyən etmişlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Zeynal adlı şəxsi Nəsimi RPİ-nə dəvət etmişlər. Orada Zeynal adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ-nə gəlməli olduğu bildirildikdə, sonuncu etiraz etməmiş və onlar birlikdə RPİ-nə gəlmişlər. Nəsimi RPİ-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə gəzdirməsindən şübhələndikləri üçün şəxsi axtarış keçirilməsi məqsədilə raportla rəhbərliyə müraciət etmişlər və raport üzrə araşdırma aparılması Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Saleh Salahzadəyə həvalə olunmuşdur. X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda psixotrop maddə metamfetaminə bənzər maddə və iki ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda narkotik vasitə heıoinə bənzər maddələri, həmçinin qara rəngli kəmərinin alt hissəsindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. X3 təqdim etdiyi maddələrin nə olduğu, onları haradan əldə etməsi, üzərində nə üçün onları elektron tərəzi ilə gəzdirməsi soruşulduqda, bildirmişdir ki, təqdim etdiyi iki ədəd bükümdə olan maddə narkotik vasitə heroindir, təqdim etdiyi bir ədəd bükümdə olan maddə psixotrop maddə metamfetamindir, həmin maddələri 23 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi adlı ərazidə İran İslam Respublikası vətəndaşı Adəm adlı şəxsdən 700 manata almış, bir hissəsini 300 manat müqabilində Anar və Əfqan adlı şəxslərə satmış, qalan hissəsinidə satış məqsədi ilə elektron tərəzi ilə birlikdə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə bənzər maddələr və elektron tərəzi müvafiq qaydada qablaşdırılmış, təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olur. Bunu Təqsirləndirilən şəxs özü də təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs tutulduqdan sonra tərəflərindən bu istiqamətdə bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirir. Hazırki vaxta kimi Təqsirləndirilən şəxs adların çəkdiyi İran İslam Respublikası vətəndaşı Adəm adlı şəxs, Anar və Əfqan adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2021-ci il tarixli, 6/3070 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs...» sözləri olan 1 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,266 qram olan ağ kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,975 qram və 0,347 qram, ümumi təmiz çəkisi 4,322 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 2 nömrəli zərfdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. (iş materialları vərəqə 63-68) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2021 -ci il tarixli, 4008 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş materialları vərəqə 171-172) İş materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin Təhqiqat şöbəsində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda psixotrop maddə metamfetaminə bənzər maddə və iki ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda narkotik vasitə heroinə bənzər maddələr, həmçinin qara rəngli kəmərinin alt hissəsindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (iş materialları vərəqə 49-56) İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «təxirə salınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, “Zeynal" adlı şəxsin ünvan 6 ünvanın qarşısında narkotik vasitələrin əldə etməsi, saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (iş materialları vərəqə 5) İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 4(006)- 299/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «təxirə salınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 24 iyul 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş materialları vərəqə 109-111) Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Saleh Salahzadə tərəfindən qəbul edilmiş tərəfindən tərtib edilmiş «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən qərarla tanış olduqdan sonra polis əməkdaşlarının dövriyyəsi qadağan olunmuş maddələrin olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklifi ilə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda psixotrop maddə metamfetaminə bənzər maddə və iki ədəd şəffaf polietilen sellofana qoyularaq ağzı əl ilə bağlanmış polietilen sellofanda narkotik vasitə heroinə bənzər maddələr, həmçinin qara rəngli kəmərinin alt hissəsindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (iş vərəqə 49-56) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əhməd oğlunun yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Əhməd oğlunun özünü qismən təqsirli bilərək, satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə narkotik vasitəni əldə edib saxlaması, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız bir bükümdə, təxminən 10 qram çəkidə psixotrop maddə olması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 24 iyul 2021-ci il tarixli protokol, «təxirə salınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 24 iyul 2021-ci il tarixli qərarın qanuni hesab edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 4(006)- 299/2021 saylı qərarı, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs Əhməd oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki. narkotik maddələrdən istifadə edir. Narkotik maddələri Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb istifadə edir. 23 iyul 2021-ci il tarixində günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu. Çermet qəsəbəsində adını “Adəm” kimi bildiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsdən 700 manata heroin və patı kimi tanıdığım narkotik maddələr almışdır. Həmin narkotik maddələrin bir hissəsini Əfqan və Anar adlı şəxslərə 300 manata satmışdır. Sonra qalan hissəsini isə satmaq üçün üzərində saxlamışdır. Satmaq istədiyi narkotik maddəni çəkmək üçün üzərində bir ədəd elektron tərəzi də saxlamışdır. 24 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısında dayanan zaman 2 nəfər mülki geyimli şəxslər ona doğru yaxınlaşmışlar. Onlar özlərini polis olduqlarını bildirmişlər və bundan sonra onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək üzərində şəxsi axtarış aparılması üçün Nəsimi RPİ-nə getməyini təklif etmişlər. O da polis əməkdaşları ilə Nəsimi RPİ-nə gəlmişdir. RPİ- də otaqlardan birində ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılması zamanı iştirak etmək üçün videoçəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Bundan sonra üzərində şəxsi axtarış başlamış və ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üç ədəd şəffaf polietilendə olan bükümləri çıxarıb təqdim etmiş və əynindəki qara rəngli kəmərinin altında saxladığı bir ədəd elektron tərəzini də çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində başqa heç bir əşya və ya maddə olmadığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərinə, paltarlarına, ayaqqabı və corabına baxış keçirilsə də, hər hansı qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Ondan təqdim etdiyi üç ədəd bükümün içərisində nə olması və nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O da həmin üç ədəd bükümün ikisinin içərisində heroin, qalan bir ədəd bükümün içərisində isə “patı” kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 23 iyul 2021-ci il tarixində günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsində adını “Adəm” kimi bildiyi İran islam Respublikasının vətəndaşı olan şəxsdən 700 manata aldığını və həmin narkotik maddələrin bir hissəsini Əfqan və Anar adlı şəxslərə 300 manata satdığını, qalan hissəsini isə satmaq üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin üç ədəd bükümün və bir ədəd elektron tərəzinin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi üç ədəd büküm və sonra bir ədəd elektron tərəzi zərflərə qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, üzərindən çıxan narkotik maddə olan heroin və metamfetamini saxlanılmamışdan bir gün əvvəl, 23 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsində adını “Adəm” kimi bildiyi İran islam Respublikasının vətəndaşı olan şəxsdən 700 manata satış məqsədi ilə almış və həmin bükümlərin bir hissəsini 300 manata adlarının Əfqan və Anar olduğunu bildiyi şəxslərə 300 manata satmışdır. O, Adəmdən bir neçə dəfə narkotik maddələr almış və satmışdır. Adəmin İİR-nın vətəndaşı olduğunu bilsə də, sonuncunun dəqiq olaraq kim olması, harada yaşaması və ya başqa hər hansı məlumatlarını bilmir. Əfqan və Anar adlı şəxsləri də adlarını bilsə də və ondan bir neçə dəfə narkotik maddələr alsalar da, onların da digər məlumatlarını bilmir. Üzərinə polis idarəsində axtarış aparılan zaman ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. O, əvvəllər məhkum olunmamışdır. Saxlanıldığı zaman və polis idarəsində olarkən ona qarşı hər hansı bir formada heç bir təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs Əhməd oğlunun törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs Əhməd oğlundan götürülmüş bir bükümdə təmiz çəkisi 10,266 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,975 qram və 0,347 qram olmaqla ümumi təmiz çəkisi 4,322 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və şalvarının kəmərbəndinin altından narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi, narkotik vasitə heroinə məxsus izləri olan bir ədəd elektron tərəzi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, bükümlərə ayrılması və çəkilərini ölçmək üçün aşkar edilən tərəzi də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş materialları vərəqə 133-134) Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran haların olmadığını qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əhməd oğlunun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Əhməd oğlunun cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs Əhməd oğlunun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 18.10.2021-ci il tarixli, 4008 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Əhməd oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Nəsimi rayon polis idarəsinin maddi sübutları saxlama yerində saxlanılan bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,216 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 bükümdə, ekspertiza tədqiqatından sonra birlikdə qalıq çəkiləri 4,222 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarının kəmərbəndinin altından narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi, narkotik vasitə heroinə məxsus izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat 82 qəpik pul Təqsirləndirilən şəxs Əhməd oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 24.07.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 4(006)- 299/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24.07.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyul 2021-ci il tarixdən hesablanmışdır. (iş materialları 25-26; 109-111) Odur ki, Təqsirləndirilən şəxs Əhməd oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əhməd oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Əhməd oğlunun müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Əhməd oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Əhməd oğlunun cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Əhməd oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Nəsimi rayon polis idarəsinin maddi sübutları saxlama yerində saxlanılan bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,216 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 bükümdə, ekspertiza tədqiqatından sonra birlikdə qalıq çəkiləri 4,222 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə heroinə məxsus izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat 82 qəpik pul Təqsirləndirilən şəxs Əhməd oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs Əhməd oğlunun müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar