Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-684/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə, həmçinin narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əsgər” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, narkotik vasitələrin bir hissəsinin ona qalması müqabilində, əvvəlcədən aralarındakı razılığa əsasən ünvanlara çatdırmaq məqsədi ilə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərilmiş fotoşəklə uyğun olaraq İmişli rayonu ərazisində müvafiq yerə qoyulmuş külli miqdarda ümümi təmiz çəkisi 1214,468 (1 kq 214,468 qram) narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 15021,08 qram qurudulmuş marixuana, təmiz çəkisi 1,378 qram psixotrop maddə metamfetamini, güclü təsir edən maddə “Preqabalin 300 mq” markalanma göstəricisi olan konvalyutda 6 ədəd ağ qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, 6 kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumi 50 ədəd həb metadon tərkibli dərman preparatı, 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,04 qram metadon əldə edib özünə məxsus “Audi” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla ünvan 3 ünvanına daşımış, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 aprel 2023-cü il tarixdə saat 20:40-da ünvan 5 ünvanının yaxınlığında yerləşən “Spar” marketin qarşısında saxlanılaraq ünvan 6 ünvanda yerləşən Səbail RPİ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,633 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,49 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş və əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 23:20-də Təqsirləndirilən şəxs kirayə yaşadığı X2 məxsus ünvan 3 ünvanına keçirilmiş baxış zamanı mənzildən 06 (altı) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2852,1 qram, 2810,2 qram, 2546,3 qram, 2892,1 qram, 2830,8 qram, 744,4 qram və həmin torbada bir ədəd yaşıl rəngli sellofan paketdə 03 (üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 64,1 qram, 121,3 qram, 157,6 qram eyni tərkibli külli miqdarda ümumi təmiz çəkisi 15021,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1200 qram şəffaf polietilen bükülüdə 2 (iki) ədəd polietilen bükümdə ayrı-aynlıqda təmiz çəkiləri 1,948 qram, 1,633 qram və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,120 qram ümumi təmiz çəkisi 3,701 qram, şəffaf polietilen bükülüdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,929 qram, 0,548 qram, ümumi təmiz çəkisi 2,477 qram, üzərində “Nutella” yazısı olan 2 (iki) ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1,170 qram və 6,487 qram, ümumi təmiz çəkisi 7,657 qram ümumi təmiz çəkisi 1214,468 qram (1 kq 214,468 qr) təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış kimyəvi komponet tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə heroin, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,233 qram, 2 (iki) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,642 qram, 0,503 qram ümumi təmiz çəkisi 1,378 qram ağ rəngli kristalşəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən maddələr küstar usulla hazırlanmış psixotrop maddə metamfetamin, güclü təsir edən maddə, üzərində “Preqabalin 300 mq” markalanma göstəricisi olan konvalyutda 6 ədəd ağ qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı və ümumi 6 kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0,300 qram preqabalin olmaqla), Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumi 50 ədəd həb metadon tərkibli dərman preparat və üzərində 50 ədəd həbdə metadon təsiredici maddəsinin külli miqdarda ümumi miqdarı 2 qram təşkil edən (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir həddə 0,04 qram metadon olmaqla) üzərlərində “Umico”, “Araz” və “Blac" yazısı olan plastik kart, üzərində “Hausber” “max. 5000g” yazılan olan elektron tərəzi, boşqab və qaşıq üzərində, içərisində heroin izləri olan boruşəkilli əşya, içərisində metamfetamin izləri olan 2 (iki) ədəd şüşə əşya, politilen bağlamada bir ədəd sellofan bükümdə ümumi çəkisi - 0,256 qram qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə marixunananın, cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilməyən və müqayisəli tədqiqatı mümkün olmayan politilen bağlamada bir ədəd yaşıl rəngli plastmas qabın içərisində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananın hissəcikləri olan bir ədəd boz rəngli idman çantası və ***-***-**-** nömrəli “Samsung”, 099 ***-**-** nömrəli “Redmi” markalı mobil telefonlar əynində olan qara rəngli idman gödəkçəsinin sol içəri cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Səbail rayonunun ərazisində “Spar” marketin yaxınlığında tutulmuş, üzərində bir qrama yaxın qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları onu idarəyə aparmış, idarədə üzərinə baxış keçirmişlər. Daha sonra Xətai rayonu, Həsən Salmanlı küçəsində yerləşən kirayə qaldığı evə getmiş və evə də baxış keçirmişlər. Həmin vaxtı əmisi də onlarda olmuş, yatmışdır. Polislər evdə olan nəşəni aşkar etmişlər. Həmin nəşə evdə olan oturacağın altında olmuşdur. Dəqiq çəkisi yadında deyildir, amma təxmini 9-10 kilo olarmış. Orada başqa maddələr də olmuş, lakin həmin maddələrin ona aidiyyəti olmamışdır, ancaq marixuana ona məxsus olmuşdur. Əmisini də onunla götürüb idarəyə gətirmişlər. Ona mənəvi təsirlər etmişlər. O, sənədlərə imza çəkmişdir ki, əmisini buraxsınlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitəni Əsgər adlı şəxsdən almışdır, ona sosial şəbəkədə yazmışdır. O, 200 qram sifariş vermişdir. Narkotiki Bəhramtəpə ərazisindən götürmüşdür. Əsgərin haradan olmasını dəqiq bilmir. Əsgər Azərbaycan dilində danışmış, ona “whatsapp”dan kəndin içində olan ünvan atmışdır. O, Əsgərə 200 qram marixuananın pulunu atmışdır. Evdə evdə axtarış aparılarkən maddələrin bir azı bir otaqdan, bir azı başqa otaqdan aşkar edilmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri və valideynləri ilə birlikdə ünvan 8 ünvanında yaşayırlar. Lakin son zamanlar Bakı şəhərində hündürmərtəbəli binalarda usta kimi işlədiyi üçün Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə kirayə mənzil taparaq qeyri-rəsmi münasibətdə olduğu X6 və onun iki azyaşlı övladı ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, narkotik vasitə olan marixunadan istifadə edir. Belə ki, 3 aya yaxındır internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əsgər adlı şəxslə tanış olmuşdur. Son 3 ay ərzində işləmədiyi üçün Əsgər ona təklif etmişdir ki, ona narkotik vasitə olan marixuana göndərəcək o, isə Əsgərin dediyi ünvanlara həmin marixuananı çatdırarkən bir hissəsini də öz istifadəsi üçün saxlayacaqdır. O, Əsgərin bu təklifi ilə razılaşmışdır. Bir iki dəfə olub ki, Əsgər Bakı şəhərində müxtəlif yerlərə az miqdarda narkotik vasitə marixuana qoydurmuşdur. O, Əsgərin dediyi ərazidən həmin marixuananı götürüb onun sifariş etdiyi məkanlara aparıb qoyaraq öz istifadəsi üçün pulsuz narkotik vasitə marixuana əldə etmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb Əsgərin dediklərinə əməl etmişdir. 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində Əsgər adlı şəxs istifadəsində olan +98 *** ** ** 357 və +98 991 *** **** mobil nömrələr ilə onun istifadəsində olan 055 *** ** ** mobil nömrəyə “whahsapp” ani mesajlaşma proqramı vasitəsi zəng edərək əvvəlki qaydada müəyyən məkanlara narkotik vasitə marixuana qoymaq istədiyini bildirmişdir. Əsgər İmişli rayonun Bəhrəmtəpə qəsəbəsində təyin olunmuş yerə təxminən 20 kq narkotik vasitə marixuana atdıracağını bildirdikdən sonra onlar öz aralarında belə razılığa gəlmişlər ki, o, Əsgərin 20 kq narkotik vasitə olan marixuanasını Bakı şəhərinə gətirib onun dediyi ünvanlara qoyub, qalan hissəsini isə özü üçün istifadə edər. xx.xx.2023cü il tarixdə saat 01 radələrində o, tək Bakı şəhərindən İmişli rayonun Bəhrəmtəpə qəsəbəsinə getmiş və orada kanalın kənarında əvvəlcədən qoyulan bağlamaları götürərək idarə etdiyi “Audi” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Bakı şəhəri istiqamətinə doğru hərəkət edərkən yolda onlardan bir hissəsini Əsgərin ona tapşırdığı tanımadığı yerlərə qoyduqdan sonra şəkillərini çəkərək Əsgərə göndərmişdir. Bundan sonra yoluna davam edərək qalan narkotik vasitə olan marixuananı yaşadığı Xətai rayonu, Həsən Salmani küçəsi, “Neftçilər” xəstəxanasının yaxınlığındakı kirayə qaldığı evinə gətirmişdir. Evdə yatıb dincəldikdən sonra xx.xx.2023-cü il tarixdə saat 19 radələrində evdə olan marixuanadan və heroindən bir büküm götürüb üzərində saxlayaraq, özü ilə daşımışdır ki, şəhərdə tanışları ilə birlikdə lazım olarsa istifadə edər. 26 aprel 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin təqdim etdikdən sonra ona məlum olmuşdur ki, həmin şəxslər Səbail rayon Polis İdarəsinin əməkdaşlarıdır. Oradan qaçmaq istəyərkən saxlanılmışdır. Həmin vaxtı “Redmi” markalı mobil telefonu əlindən yerə düşürərək ekranı korpusundan aralanmışdır. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində və satışında şübhəli olduğunu bildirib Səbail RPİ-nə aparmışlar. Orada inzibati binada xidməti otaqların birində polis əməkdaşları onun üzərinə axtarış aparılacağını bildirib, hüquq və vəzifələri barədə izah etdikdən sonra, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və daha sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış apanlarkən ona üzərində qeyri-qanuni əşya və ya narkotik vasitələr varsa təqdim etmək təklif edilmiş, o, artıq ifşa olunduğunu başa düşərək, əynində olan göy rənli cins şalvarın sol yan cibindən 01 ədəd qəhvəyi rəngli pul kisəsini, 01 ədəd qara rəngli “Audi” markalı avtomobilə aid olan açarını, 01 ədəd siqaretin qızıl kağızına bükülmüş içərisində yaşımtıl rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddəni, 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində toz şəkilli qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni, əynində olan qara rəngli idman gödəkçəsinin sol içəri cibindən 02 ədəd mobil telefonunu masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddələri İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Əsgər adlı şəxsin dediyi yerə qoyacağını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və başqa hər hansı qanunla qadağan edilmiş əşya və maddə aşkar olunmamışdır. Polis əməkdaşları üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa hardasa narkotik vasitə saxladığını soruşduqda o, kirayədə yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin bükülülərin içərisində narkotik vasitə olan heroin və marixuana qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin gün onun razılığı ilə birlikdə vəkilinin iştirakı ilə kirayədə yaşadığı ünvana getmişlər və orada evinə baxış keçirilən zaman qonaq otağından, döşəmənin üzərində olan yumşaq oturacağın altında əvvəlcədən saxladığı içərisində ot tərkibli, yaşımtıl rəngli narkotik vasitə olan 7 ədəd marixuana bağlamalarını, həmin otaqda olan divanın yastığının örtüyünün içərisinə saxladığı 01 ədəd bağlamada şəffaf sellofanda olan heroini, qonaq otağında olan masanın üzərindən narkotik vasitlərin istifadəsi üçün əşya və alətləri, yataq otağının birindən 02 ədəd şəffaf sellofan torbada olan ot tərkibli yaşıl rəngli qurudulmuş marixuananı, digər yataq otağından güzgülü kamotun rəflərindən müxtəlif növdə və adda psixotrop maddələr, 02 ədəd elektron tərəzi, narkotik vasitələri istifadə etmək üçün alət və əşyaları, mənzilin köməkçi otağında karton qutuların arasından 01 ədəd rəngli sellofana bükülmüş 02 büküm metamfetamin, 01 büküm narkotik vasitə heroin aşkar edərək götürülmüşdür. Həmin götürülmüş maddi sübutlar qablaşdırılmış, iştirakçıların, müdafiəçinin və onun iştirakı ilə üzərləri imzalanmış və 51 saylı zərflər üçün möhürlə möhürlənərək ekspertizaya göndərilmişdir (cild 1, iş vərəqi 217-221). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 26 aprel tarixində idarənin əməkdaşları Ramilə adlı bir xanımı saxlamışlar. Qadın narkotik vasitə istifadəçisi olmuşdur. Səhv etmirsə, üzərindən narkotik kütlə aşkar olunmuşdur. Sənədləşmə müddətində məlum olmuşdur ki, həmin xanım narkotik vasitəni Emil adlı tanışından alıb və Emil adlı şəxslə intensiv əlaqəsi var. Xanımın ifadəsi əsasında əməliyyat qrupu yaradılmış və Emil “Spar” marketin qarşısında saxlanılıb idarəyə gətirilmişdir. İdarədə aidiyyəti üzrə baxış keçirilmiş, iki büküm narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra özü ilə söhbətlər olunmuşdur. Emillə söhbət zamanı sonuncu bildirmişdir ki, evdə narkotik vasitə var, bir qədər sellofandadır və balkonda saxlayır. Şəxsin icazə ərizəsi alınmış, əməliyyat-istintaq qrupu yaradılmış, təhqiqatçı, kriminalist və çəkilişlə şəxsin göstərdiyi binanın qarşısına gəlmişlər. Çəkiliş blokdan başlanmışdır və fasiləsiz olaraq ünvana qalxmışlar. Şəxs bildirmişdir ki, uşaqlarla həyat yoldaşı evdədir. Narahatçılıq olmamasını, girib özünün narkotik vasitələri verəcəyini söyləmişdir. Qapını döyüb bir qədər gözləmişdirlər. Bir qədər sonra qapı açılmış və evə daxil olmuşlar. Axtarışa şəxsin özü balkonda olmasını bildirdiyi üçün ilkin olaraq balkondan başlamışlar. Balkondan narkotik vasitə aşkarlanmamışdır. Yataq otağından qayıdan zaman əməkdaşlar yataq otağında axtarış keçirməyə başlamışlar. Həmin vaxt pasteldən sellofanda bir qədər marixuana aşkar olunmuşdur. Yataq otağından sol otağa daxil olan zaman divanda bir kişinin yatdığını görmüşlər. Həmin şəxs Emilin əmisi olmuşdur. Həmin otağı axtaran zaman uşaqların oturması üçün ortaya qoyulan böyük bir balışı çəkəndə bir neçə skoçlanmış bükümlər görmüşlər. Hamısının üzərində rəqəmlə miqdarları qeyd olunmuşdur. Bükümləri götürüb aktlaşdırmışlar. Sənədləşmə olunmuş və digər otaqlara keçmişlər. Yataq otağında termonun üst gözündə list şəklində psixotrop dərmanlar olmuşdur. Balaca qabların içində isə bükümlər olmuşdur. Onları götürülmüşlər. Kladovkada olan klokun içindən metamfetamin və s. əlavələr çıxmışdır. Orada axtarış zamanı hər otaqdan nəsə çıxmışdır. Əşyaların hamısı sənədləşdirib kisəyə yığılmış, çəkiliş bitənə kimi möhürlənmiş və sonradan götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsə qarşı heç bir fiziki, psixi təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qardaşı oğlu Emil avto qəza etmiş və ondan xahiş etmişdir ki, maşını ustaya aparsın. O, Emilə zəng etmiş, sonuncu cavab verməmiş və o, evdə yatmışdır. Bir vaxt ayılmışdır ki, evdə adamlar var. Həmin adamlar polis işçiləri olmuşlar. O, dəhlizə çıxarılmış, lakin görmüşdür ki, adyalın altından 4 bağlama marixuana çıxmışdır. O, dərman görməmişdir. Onun yanında Emildən heç nə soruşmamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid3 bildirdi ki, evdən marixuana iyi gəlmiş, lakin o, Emilin bu işlə məşğul olmasını bilməmişdir. Digər narkotik vasitələrin tapılmasını görməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. xx.xx.2023-cü il tarixdə Salyan rayonundan Bakı şəhərinə avtomobilini təmir etdirmək üçün gəlmişdir. Gəldikdən sonra qardaşı oğlu Emilin kirayə yaşadığı Xətai rayonu M.Mehdizadə küçəsində yerləşən mənzilinə getmişdir. Orada bir gecə qalmış, səhəri gün yəni xx.xx.2023-cü il tarixdə saat 02 radələrində evdə olan zaman Emil yanında polis əməkdaşları ilə birlikdə mənzilə gəlmişdir. Polis əməkdaşları mənzildə axtarış etmişlər. Axtarış zamanı mənzilin otaqlarından müxtəlif növ narkotik vasitələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələrin sorğusu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə 3 ildir ki, qeyri-rəsmi birlikdə yaşamışlar. Emil onunla birlikdə yaşayarkən narkotik istifadə etməmişdir. Hadisə günü gecə 1-də Emil polislərlə gəlmiş, o, qapını açmışdır. Ona demişlər ki, keçib uşaqlarla otaqda otursun. Sonra 2 polis uşaqların otağına girmiş və bildirmişlər ki, burada da axtarış aparılmalıdır. Daha sonra polis çıxanda demişdir ki, rəis, burada otdan başqa heç nə aşkar olunmadı. Ona demişlər ki, gəl qapını bağla biz gedirik. Daha sonra gecə 4-də başqa polis gəlib bildirmişdir ki, ona tapşırıq verilib səhərə qədər onların evində oturmalıdır. Polis onun şəxsi telefonunu da almışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o, Emilin niyə tutulduğunu bilmir. Emil onunla birlikdə yaşayarkən narkotik istifadə etməmişdir. Onun narkotik vasitələrlə əlaqəsi olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 6-7 ildir ki, tanıyır. Onunla tanışlığı keçmiş iş yeri olan Beynəlxalq hava limanında olmuşdur. Belə ki, o, hava limanında kinoloq kimi, Emil isə alpinist kimi işləmişdir. Emil ilə tanış olduqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. Təxminən 3 ildir ki, Emillə qeyri-rəsmi ərarvad münasibətində yaşayırlar. O, Emili tanıyan vaxtdan sonuncu narkotik vasitə olan marixuananı siqaret formasında çəkərək istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdə olan zaman Emil yanında polis əməkdaşları ilə kirayə yaşadığı ünvan 11 ünvana gəlmiş, polis əməkdaşları və Emil mənzilə daxil olduqdan sonra o, Emilin törətmiş olduğu əmələ görə saxlanıldığını başa düşmüşdür. Bundan sonra polis əməkdaşları evdə axtarış aparmalı olduqlarını bildirmişlər. Polis əməkdaşları mənzildə axtarış etdikdən sonra mənzildən Emilin həmin gün gətirib mənzilin müxtəlif yerlərində gizlətdiyi narkotik vasitələri aşkar etmişlər. Həmin narkotik vasitələrin mənzildə olmasından əvvəlcədən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, narkotik istifadəçisi kimi tutulmuşdur. O, narkotiki başqa adamdan almışdır. Həmin şəxsin adı Qərib olmuşdur. Onun telefonundan nömrəsini götürmüşlər, lakin Qəribi tuta bilməmişlər, sonra onun telefonundan başqa oğlanı tutmuşlar. O, Emili cəmi 3 dəfə görmüşdür. Emil ona heç nə satmamışdır. O, müvəqqəti saxlama yerində olanda görmüşdür ki, Emili tutublar. Onu çəkiliş zamanı polislər məcbur etmişlər ki, narkotik vasitə heroini Emildən aldığını desin. O, həmin heroini Qəribdən almışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid5 bildirdi ki, Emilin nömrəsini onun telefonundan tapmışlar. Onun bildiyinə görə Emil narkotik vasitədən istifadə edir. Emillə Qəribin vasitəsi ilə görüşmüşdür. Emildən heç vaxt narkotik almamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə heroin və marixuananı siqaretə doldurub tüstü formasında istifadə edir. Həmin narkotik vasitələri anket məlumatlarını bilmədiyi Adil və Qərib adlı şəxslərdən alır. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Onunla tanışlığı Bakı şəhərində tanışının vasitəsi ilə olmuşdur. Onunla söhbət zamanı Emil onda narkotik vasitə marixuana olduğunu, lazım olduğu halda ona hədiyyə kimi gətirib verə biləcəyini və yaxud birlikdə çəkməklərini bildirmişdir. Beləliklə, Emildən ümumilikdə 2 dəfə qurudulmuş marixuana götürmüşdür. Təqsirləndirilən şəxs ondan heç vaxt pul tələb etməmişdir. Aldığı narkotik vasitə marixuananı tək çəkmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən üzərində narkotik vasitə heroin gəzdirdiyinə görə saxlanılmışdır. Hazırda cinayət işi Səbail Rayon Məhkəməsindədir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş; - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Şahid5 narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə İstintaq şöbəsindən daxil olmuş əməliyyat tapşırığında Qərib, Adil və Emil adlı şəxslərin narkolik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qərib, Adil və Emil adlı şəxslərin müəyyən edilməsi və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20.40 radələrində Səbail RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx.xx.1987-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Əlövsət Quliyev küçəsində qeydiyyatda olan, Xətai rayonu, Həsən Salmani küçəsi 8 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Səbail rayonu, Bünyad Sərdarov küçəsi, “Spar” marketin qarşısında saxlanılmış, üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs izahatında üzərindən aşkar edilmiş narkotik vasitənin bir qismini yaşadığı ünvanda gizlətməsini və polis əməkdaşlarına təqdim etmək istəyini bildirmişdir (cild 1, iş vərəqi 9). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Şahid5 narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə İstintaq şöbəsindən daxil olmuş əməliyyat tapşırığında Qərib, Adil və Emil adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Emil adlı şəxs, yəni xx.xx.1987-ci il tarixdə Salyan rayonunda anadan olan, Salyan rayonu, Əlövsət Quliyev küçəsində qeydiyyatda olmaqla, Xətai rayonu, Həsən Salmani küçəsi 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında saxlanılaraq RPİ-nə gətirilmişdir (cild 1, iş vərəqi 11). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rənli cins şalvarın sol yan cibindən 01 ədəd qəhvəyi rəngli pul kisəsi, 01 ədəd qara rəngli avtomobil açarı, 01 ədəd siqaretin qızılı kağızına bükülmüş içərisində yaşılımtıl rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə, 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində toz şəkilli qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə, əynində olan qara rəngli idman gödəkçəsinin sol içəri cibindən 02 ədəd qara rəngli mobil telefonu masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etmişdir. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddələri “Əsgər” adlı İran vətəndaşından onların satmaq istədikləri narkotik vasitələri dedikləri yerə qoyduğu üçün ona pulsuz aldığı bildirmiş və xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində üzərində saxlayaraq daşımış və Səbail rayonu, Bünyad Sərdarov küçəsində “Spar” marketin qarşısında olan zaman polis əməkdaşları yaxınlaşaraq onu polis idarəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz formalı narkotik vasitəyə bənzər maddə və 01 ədəd bükülü açılaraq içərisində ot şəkilli yaşılımtıl rəngli narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 39-40). - mənzilə axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək mənzilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xətai rayonu, Həsən Salmani küçəsi, ev 8, dördüncü mərtəbə, 29 mənzilə özünün razılığı və proses iştirakçıları ilə birlikdə daxil olunmuşdur. Mənzilə daxil olduqda mənzil bir qonaq otağından, iki yataq otağından, bir hamam otağından, bir mətbəxdən, bir köməkçi otaqdan və iki eyvandan ibarət olması müəyyən olunmuşdur. Sonra ilk öncə şübhəli şəxs yataq otağını göstərmiş və bildirmişdir ki, həmin otağın eyvanında qutunun içərisində qanunla qadağan olunmuş vasitələr saxlayır, eyvanda onun göstərdiyi yerə baxış zamanı heç bir qanunla qadağan edilmiş vasitələr aşkar edilməmişdir, lakin mənzilin yataq otaqlarından birinə proses iştirakşıları ilə birlikdə baxış zamanı çarpayının üzərində paltarların arasında saxladığı 02 ədəd selofan torbada olan, ot tərkibli, yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddələr, daha sonra mənzilin qonaq otağına baxış keçirilən zaman qonaq otağında masanın üzərindən 01 ədəd qara rəngli elektron tərəzi, 01 ədəd narkotik istifadə etmək üçün kustar üsulla hazırlanmış şüşə lampa, 02 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik bükümlər, içərisində yarı istifadə edilmiş siqaret olan şüşə kül qabı, daha sonra qonaq otağının döşəməsinin üzərində olan yumşaq oturacağın altından üzərində 2099, 2123, 2085, 2080, 746, 2082 və heç bir yazı olmayan şəffaf sellofana bükülmüş, yaşıl rəngli spesifik iyə məxsus olan bağlamalar, daha sonra digər yataq otağına keçdikdə güzgülü kamodun rəfindən ağ rəngli telefon qutusunun içərisindən 01 ədəd qəhvəyi rəngli şəffaf sellofana bükülmüş spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə, 01 ədəd üzərində narkotik vasitənin izləri olan ağ rəngli keramik boşqab eyni zamanda onun içərisində dəmir qızılı rəngli qaşıq və plastik kart, 10 ədəd müxtəlif adda və çeşiddə olan yarı açıq yarı bağlı müxtəlif rəngli həblər, eyni zamanda 01 ədəd elektron tərəzi, daha sonra mənzilin köməkçi otağından karton qutuların arasında döşəmənin üzərində 01 ədəd rəngli sellofana bükülmuş 02 ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli kristal şəkilli və 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə məxsus narkotik vasitəyə bənzər maddələr, daha sonra yenidən qonaq otağında olan divanın üzərindəki ağ-qara rəngli buta ornametli yastığın üst örtüyünün içərisindən sarımtıl rəngli, toz şəkilli, spesifik iyə məxsus bağlama aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş müxtəlif növdə, rəngdə, çeşiddə olan maddələrin nə olduğunu soruşduqda sonuncu bildirmişdir ki, həmin maddələrin bir hissəsi marixuanna, bir hissəsi heroin, bir hissəsi metamfetamindir, həmin narkotik vasitələri bir gün əvvəl anket məlumatlarını bilmədiyi kişi cinsli İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Əsgər” adlı şəxsdən Azərbaycan Respublikasının İmişli rayonun Bəhrəmtəpə qəsəbəsindən bir hissəsini özünün istifadəsi üçün, bir hissəsini isə onun dediyi yerlərə qoyması məqsədi ilə ünvan 12 ünvanında saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilindən aşkar edilərək götürülmüş, narkotik vasitəyə bənzər maddələr, alətlər ayrı-ayrılıqda selofan torbalara qoyularaq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd torbanın içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 44-45). - avtonəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək avtomobilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi Audi markalı 99- ZР-916 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsində yaşayış binalarının yanında ara küçədə yolun sağ kənarında park edilmiş boz metalik rəngli avtomobilin yanına gəlmişlər. Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinə aid olan açarla nəqliyyat vasitəsinin qapılarının kilidini açmışdır. Həmin vaxtı proses iştirakçıları tərəfindən ilk öncə yük yerinə, daha sonra ön sol yan qapısı açılaraq salonda olan saxlanc yerlərinə, daha sonra arxa oturacaqların üzərinə, eyni zamanda ön oturacaqların arxa hissəsində olan saxlanc yerlərinə baxış keçirilən zaman qanunla qadağan edilə biləcək maddə, eyni zamanda iş üçün əhəmiyyət kəsb edə biləcək əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 46-47). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2452 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №51” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,633 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş, üzərində: “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı, - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1200 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - şəffaf polietilen bükülüdə 2 (iki) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,948 qram və 1,633 qram və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,120 qram, ümumi təmiz çəkisi 3,701 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - şəffaf polietilen bükülüdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,929 qram və 0,548 qram, ümumi təmiz çəkisi 2,477 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,233 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - ağ rəngli salfet kağız bükümdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,642 qram və 0,503 qram, ümumi təmiz çəkisi 1,145 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, - üzərində “Nutella” yazısı olan 2 (iki) ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1,170 qram və 6,487 qram, ümumi təmiz çəkisi 7,657 qram qəhvəyi rəngli tozşəkill maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində “Preqabalin 300 mq” markalanma göstəricisi olan konvalyutda 6 ədəd ağqəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və ümumi 6 kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0,300 qram preqabalin olmaqla), - üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda ümumi 50 ədəd həb metadon tərkibli dərman preparatıdır və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir həddə 0,04 qram metadon olmaqla), - üzərlərində “Umico”, “Araz” və “Blac” yazısı olan plastik kartın, üzərində “Hausber” “max. 5000g” yazıları olan elektron tərəzinin, boşqabın və qaşığın üzərində, boruşəkilli əşyanın içərisində əşyanın içərisində heroinin, 2 (iki) ədəd şüşə əşyaların içərisində isə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisinin və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir, - bir ədəd konvalyutdaki ağ rəngli həbin tərkibində narkotik, psixotrop, güclü təsir ədən və zəhərli maddələrin komponetləri yoxdur. Vət. Təqsirləndirilən şəxs mənzildən və üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1214,468 qram (1kq 214,468 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1,378 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr” in İİ siyahısına daxildirlər daxildirlər. Preqabalin tərkibli dərman preparatı 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 54-59). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/602 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş boz rəngli idman çantasıdakı üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı...” yazısı və imzalar olan ağ rəngli torbada 06 (altı) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 2852,1 qram; 2810,2 qram; 2546,3 qram; 2892,1 qram; 2830,8 qram; 744,4 qram və həmin torbada bir ədəd yaşıl rəngli sellofan paketdə 03 (üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 64,1 qram; 121,3 qram; 157,6 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin boz rəngli idman çantasında üzərində “Təqsirləndirilən şəxs mənzilindən...” yazıları və imzalar olan polietilen bağlamada 01 (bir) ədəd ağ rəngli qutuda təmiz çəkisi 0,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 1,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin boz rəngli idman çantasının içərisində: - polietilen bağlamada 01 (bir) ədəd sellofan bükümdə ümumi çəkisi-0,256 qram qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cuzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. - polietilen bağlamada 01 (bir) ədəd yaşıl rəngli plastmas qabın içərisində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Bir ədəd yaşıl rəngli plastmas qabda və bir ədəd papirosun içərisində marixuana cuzi miqdarda olduğu üçün oların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat mümkün olmadı. Təqdim olunmuş polietilen bağlamada iki ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 60-64). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkildən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı “220333QAG” modelli mobil telefonun də “WhatsApp” proqramına baxış keçirilmişdir. “WhatsApp” proqramına baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs narkotik vsaitələrin satışı ilə məşğul olması orada olan müxtəlif telefon nömrələri ilə olan yazışmalarda müəyyən olunmuşdur. Mətləb Hacıyevin “Redmi” markalı mobil telefonun “WhatsApp” proqramına baxış zamanı adı “Bobla” kimi qeyd edilən şəxsin İran İslam Respublikasının mobil operatoruna aid +**********83 saylı GSM nömrədən müxtəlif vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərindən işarəli formada atılmış fotoşəkillər, həmin şəxsin ünvanına göndərilmiş müxtəlif məbləğlərdə çeklər, elektron tərəzi üzərində çəkilən narkotik vasitə marixuanaya bənzər maddələr, həmçinin narkotik vasitələrin satışına dair digər yazışmalar və səs yazıları aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs “WhatsApp” proqramında: - “Fərrux Ləzgi” adı ilə qeyd olunmuş *** *** ** **, - “Xxx” adı ilə qeyd olunmuş *** *** ** **, - “Elnur Bay” adı ilə qeyd olunmuş 055 801 96 96, - “Orkhan Akhayeff” adı ilə qeyd olunmuş *** *** ** **, - “Cənubi Amerika” adı ilə qeyd olunmuş *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, 055 835 65 42, *** *** ** **, *** *** ** **, 055 *** ** ** GSM ***-***-**-** saylı GSM nömrələri ilə narkotik vasitə alqı satqısı ilə əlaqəli müxtəlif vaxtlarda mətn və səs yazıları mövcuddur. Qeyd olunan mobil telefona baxış keçirən zaman bir neçə yazışma əhəmiyyət kəsb etdiyindən fotoşəkili çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 113-114A). - Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 855 saylı arayışının məzmunundan, şəxsiyyət vəsiqələrinin surətlərindən və nikah şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 14 ünvanında qeydiyyatdadır və ailə üzvləri kimi 1996-cı il təvəllüdlü arvadı X5, qızları 2019-cu il təvəllüdlü X8 və 2020-ci il təvəllüdlü X7 vardır (cild 1, iş vərəqi 161,163-164). - Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 854 saylı xasiyyətnaməsinin məzmunundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Salyan şəhərində anadan olmuşdur. Salyan şəhəri, Ə.Quliyev küçəsi 4 saylı evin, 21 saylı mənzilində pasport qeydiyyatındadır və həmin mənzildə yaşayır. Vətəndaş Təqsirləndirilən şəxs barəsində Salyan MİTTİBMMC-yə heç bir şikayət və ərizə daxil olmamışdır (cild 1, iş vərəqi 162). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş “Redmi” markalı “220333QAG” modeldə və “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı yerdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1214,468 qram (1kq 214,468 qram) olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,378 qram olan psixotrop maddə metamfetamin, 50 ədəd həb metadon və 1,8 qram prqablin tərkibli güclü təsiredici maddə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalan çəkisi 1213,818 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalan çəkisi 1,228 qram olan psixotrop maddə metamfetamin, tədqiqatlardan sonra qalan çəkisi 15020,08 qram qurudulmuş marixuana, 50 ədəd həb metadon, 1,8 qram preqabalin tərkibli güclü təsiredici maddə və iki ədəd elektron tərəzi saxlanılmasından ötrü Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, “şəxsi axtarış və götürmə” haqqında protokola əlavə edilmiş bir ədəd CD-R diski, “mənzilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokola əlavə edilmiş bir ədəd CD-R diski və “baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş bir ədəd CD-R diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (cild 1, iş vərəqi 172-184). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı yerdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1214,468 qram (1 kq 214,468 qram) olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,378 qram olan psixotrop maddə metamfetamin, 50 ədəd həb metadon və 1,8 qram preqabalin tərkibli güclü təsiredici maddənin mənbəyini müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 186-188). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4836 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 198-199). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin gedişatı yazılmış diskə baxış keçirilmiş, ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qəhvəyi rəngli pul kisəsi, 01 ədəd qara rəngli avtomobil açarı, 01 ədəd siqaretin qızıl kağızına bükülmüş içərisində yaşımtıl rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə, 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində toz şəkilli qəhvəyi rəngli narkotik vasitəyə bənzər marixuana, əynində olan qara rəngli idman gösəkçəsinin sol içəri cibindən 02 ədəd mobil telefonu masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddələrin “Əsgər” adlı İran İslam Respublikasının vətəndaşına məxsus olduğunun sonuncunun sifarişi ilə onun dediyi məkanlara bir hissəsini atmaqla digər hissəsini özündə saxladığını bildirmiş və xx.xx.2023-cü il tarixdə üzərində saxlayaraq daşımış və Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq polis idarəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç bir qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz formalı narkotik vasitəyə bənzər maddə və 01 ədəd bükülü açılaraq içərisində otşəkilli yaşılımtıl rəngli narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 202-204). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 15 ünvanına keçirilmiş baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yataq otağını göstərərək bildirmişdir ki, həmin otağın eyvanında qutunun içərisində qanunla qadağan olunmuş vasitələr saxlayır, eyvanda onun göstərdiyi yerə baxış zamanı heç bir qanunla qadağan edilmiş maddələr aşkar edilməmişdir, lakin mənzilin yataq otaqlarından birinə proses iştirakçıları ilə birlikdə baxış zamanı çarpayının üzərində paltarların arasında saxladığı 02 ədəd sellofan torbadan olan, ot tərkibli, yaşıl rəngli spesifik iyə malik oan narkotik vasitəyə bənzər maddələr, daha sonra mənzilin qonaq otağına baxış keçirilən zaman qonaq otağında masanın üzərindən 01 ədəd qara rəngli elektron tərəzi, 01 ədəd narkotik istifadə etmək üçün kustar üsulla hazırlanmış şüşə lampa, 02 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik bükümlər, içərisində yarı istifadə edilmiş siqaret olan şüşə kül qabı, daha sonra qonaq otağının döşəməsinin üzərində olan yumşaq oturacağın altından üzərində 2099, 2123, 2085, 2080, 746, 2652 və heç bir yazı olmayan şəffaf sellofana bükülmüş, yaşıl rəngli spesifik iyə məxsus olan bağlamalar, daha sonra digər yataq otağına keçdikdə güzgülü kamotun rəfindən ağ rəngli telefon qutusunun içərisindən 01 ədəd qəhvəyi rəngli şəffaf sellofana bükülmüş spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə, 01 ədəd üzərində narkotik vasitənin izləri olan ağ rəngli keramik boşqab, eyni zamanda onun içərisində dəmir qızılı rəngli qaşıq və plastik kart, 10 ədəd müxtəlif adda və çeşiddə olan yarı açıq yarı bağlı müxtəlif rəngli həblər, eyni zamanda 01 ədəd elektron tərəzi, daha sonra mənzilin köməkçi otağından karton qutuların arasında döşəmənin üzərində 01 ədəd rəngli sellofana bükülmüş 02 ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli kristal şəkilli və 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə məxsus narkotik vasitəyə bənzər maddələr, daha sonra yenidən qonaq otağında olan divanın üzərindəki ağ-qara rəngli buta ornametli yastığın üst örtüyünün içərisindən sarımtıl rəngli toz şəkilli spesifik iyə məxsus bağlama aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş müxtəlif növdə, rəngdə, çeşiddə olan maddələrin nə olduğunu soruşduqda sonuncu bildirmişdir ki, həmin maddələrin bir hissəsi marixuanna, bir hissəsi heroin, bir hissəsi metamfetamindir. Həmin narkotik vasitələri 26 aprel 2023-cü il tarixə keçən gecə anket məlumatlarını bilmədiyi kişi cinsli İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Əsgər” adlı şəxsdən Azərbaycan Respublikasının İmişli rayonun Bəhrəmtəpə qəsəbəsindən bir hissəsini onun deyi yerlərə qoyması məqsədi ilə, bir hissəsini isə ünvan 12 ünvanında saxlamaq üçün gətirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilindən aşkar edilərək götürülmüş, narkotik vasitəyə bənzər maddələr, alətlər ayrı-ayrılıqda sellofan torbalara qoyularaq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd torbanın içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 205-207). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Audi” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsində yaşayış binalarının yanında ara küçədə yolun sağ kənarında park edilmiş boz metalik rəngli, avtomobilin yanına Səbail RPİ-nin əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinə aid olan açarla nəqliyyat vasitəsinin qapılarının kilidini aşmışdır. Həmin vaxtı proses iştirakçıları tərəfindən ilk öncə yük yerinə, daha sonra ön sol yan qapısı açılaraq salonda olan saxlanc yerlərinə, daha sonra arxa oturacaqların üzərinə eyni zamanda ön oturacaqların arxa hissəsində olan saxlanc yerlərinə baxış keçirilən zaman qanunla qadağan edilə biləcək maddə, eyni zamanda iş üçün əhəmiyyət kəsb edə biləcək əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 208- 209). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 222-223). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs, yaşadığı mənzildən yalnız narkotik vasitə marixuana aşkar edilməsi, aşkar edilmiş marixuananın çəkisinin ittiham aktında göstərilən miqdarda deyil, əslində 9-10 kilo olması, aşkar edilmiş digər narkotiklərin ona məxsus olmaması, əmisi ilə bağlı ona edilmiş psixi təsir nəticəsində sənədləri imzalaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, qeyd edilən mənzildə axtarış keçirilməsi gedişatını özündə əks etdirən videoyazıdan aşkar görünür ki, həmin videoyazı hələ mənzilə daxil olmamışdan başladılmış, axtarış iştirakçılarının özləri ilə hər hansı əşyanı mənzilə daşıması görünmür. Əksinə axtarışın gedişatı zamanı narkotiklərin mənzilin otaqlarından tapılması aşkar görünür. Qeyd edilən faktlar iş üzrə toplanmış çoxsaylı sübutlarla, o cümlədən mənzilə axtarış keçirilməsi barədə protokolla, çoxsaylı şahid ifadələri ilə tamamilə təsdiq olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini qeyd edilən hissədə ağlabatan hesab etmir və onun ibtidai istintaq zamanı verdiyi ifadələri, bu ifadələr işin digər halları ilə tamamilə uzlaşması səbəbindn sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin əmisi Şahid3 təqsirləndirilən şəxsin yaşadığı mənzildə yalnız marixuana aşkar edilməsini görməsi, təqsirləndirilən şəxsin faktiki ər-arvad münasibətində yaşadığı Şahid4 isə mənzildən hər hansı narkotik vasitə aşkar edilməsinin şahidi olmaması barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə qohumluq və və şəxsi münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Əksinə, həmin şahidlər ibtidai istintaq zamanı mənzildə aparılmış axtarış zamanı oradan müxtəlif növ narkotiklərin aşkar edilməsi barədə ifadələr vermişlər və məhkəmə həmin ifadələri sübut kimi qəbul edir. Məhkəmə yuxarıda qeyd edilənləri, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotiklərin müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ayrı-ayrı bağlamalara bükülməsini, habelə yuxarıda şərh olunan bütün sübutları nəzərə alaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə, psixotrop maddə, həmçinin narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə, həmçinin narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən onun himayəsində xx.xx.2015-ci il təvəllüdlü Hüseyn Hacıyev, xx.xx.2019-cu il təvəllüdlü Bahar Hacıyeva və xx.xx.2020-ci il təvəllüdlü Raziyə Hacıyeva adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 240.2.1-ci maddələrinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 28 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 37, 93-97). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatlardan sonra qalan çəkisi 1,213,818 qram olan narkotik vasitə heroin, 1,228 qram olan psixotrop maddə metamfetamin, 15020,08 qram qurudulmuş marixuana, 50 ədəd metadon həbi, 1,8 qram perqablin tərkibli güclü təsiredici maddə məhv edilməli, özündə videogörüntüləri əks etdirən iki ədəd disk, bir ədəd mesaj mətinlərinin olduğu disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş “Redmi” markalı və “Samsung” markalı mobil telefonlar oun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalan qalmış 1213,818 qram çəkidə narkotik vasitə heroin, 1,228 qram çəkidə psixotrop maddə metamfetamin, 15020,08 qram çəkidə qurudulmuş marixuana, 50 ədəd metadon həbi, 1,8 qram çəkidə perqablin tərkibli güclü təsiredici maddə və iki ədəd elektron tərəzi məhv edilsin. - Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş “Redmi” markalı və “Samsung” markalı mobil telefonlar oun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar - özündə videogörüntüləri əks etdirən iki ədəd disk və mesaj mətinlərinin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-684/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-684/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver