Məhkəmə qərarları › İş №1(101)-684/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-684/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-684/2025 24.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:30-da X4 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12, X25, X20 və X42 oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər X14 və onun nümayəndəsi - anası Nümayəndə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, X19, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, müdafiəçi – “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Vartaşen rayonunun, Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Oğuz rayonunun Kərimli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu T.Yusifov küçəsi ev 3, mənzil 51-də yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli və külli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı, Bakı şəhəri Nərimanov rayonu F.Əsədov küçəsi ev 8-də yaşayan Zərərçəkmiş şəxs11 ilə 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs11 yaşadığı evdə danışıb, xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəkləri barədə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilk olaraq xx.xx.2023-cü il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzində Azərbaycan manatına ekvivalentdə 32300 (otuz iki min üç yüz) manat təşkil edən 19000 (on doqquz min) ABŞ dolları dəyərində “Nissan Navara” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən ibarət əmlakını formal qaydada alqı-satqı edib həmin məbləğdə pulları, sonra isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Bravo Market” adlı mağazanın qarşısında Zərərçəkmiş şəxs11 ilə görüşüb Azərbaycan manatına ekvivalentdə 34000(otuz dörd min) manat təşkil edən 20000(iyirmi min) ABŞ dolları olan nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-sitfadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs11 külli miqdar hesab edilən 66300 (altmış altı min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs11 vasitəsilə tanıdığı Bakı şəhəri Binəqədi rayonu H.Hüseynov küçəsi ev 6, mənzil 39-da yaşayan Zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs11 vasitəsilə danışıb, Zərərçəkmiş şəxs4 xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Qafqaz küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs4 Azərbaycan manatına ekvivalentdə 42500 (qırx iki min beş yüz) manat təşkil edən 25000 (iyirmi beş min) ABŞ dolları olan nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdar hesab edilən 42500 (qırx iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı, Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsi ev 6, mənzil 105-də yaşayan Zərərçəkmiş şəxs5 ilə 2023-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs5 yaşadığı evdə danışıb, Zərərçəkmiş şəxs5 yoluxduğu Hepatit “C” xəstəliyindən tam müalicə edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin fevral ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “NS” klinikasının yanında Zərərçəkmiş şəxs5lə görüşüb Azərbaycan manatına ekvivalentdə 17000 (on yeddi min) manat təşkil edən 10000(on min) ABŞ dolları nəqd puldan ibarət əmlakıj əlbəəl olaraq, sonra Zərərçəkmiş şəxs5 oğlu X21 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına işə düzəldəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayında, tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsində Zərərçəkmiş şəxs5lə görüşüb 20000 (iyirmi min) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq, sonra Zərərçəkmiş şəxs5 həyat yoldaşı X6 Dövlət Vergi Xidmətində olan problemini həll edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində Zərərçəkmiş şəxs5lə görüşüb 3000 (üç min) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui- sitfadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs5 xeyli miqdar hesab edilən 40000 (qırx min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Gədəbəy rayonunun Arıqıran kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin mart ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhərində görüşüb danışaraq Zərərçəkmiş şəxs3 həyat yoldaşı X2 2-ci qrup əlilliyin bərpa və onlayn qaydada təsdiq etdirəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra, həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilk olaraq xx.xx.2022-ci il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Gədəbəy şəhəri ərazisində yerləşən “Fərid” marketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 göndərdiyi 2000(iki min) manat nəqd puldan ibarət əmlakını, daha sonra xx.xx.2023-cü il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Gədəbəy şəhəri ərazisində yerləşən “Fərid Market” adl mağazada quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə göndərdiyi 2000 (iki min) manat nəqd puldan ibarət əmlakını, daha sonra isə 2023-cü ilin aprel ayının axırlarında, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində Zərərçəkmiş şəxs3la görüşüb 500 (beş yüz) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs3 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhəri Əli Zeynalov küçəsi ev 89da yaşayan Zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin dekabr ayının əvvəllərində, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, Zərərçəkmiş şəxs6 anası X7 2-ci qrup əlillik dərəcəsi və təqaüd düzəldəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda Salyan şəhəri ərazisində “Salyan Dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs6lə görüşüb 2000 (iki min) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhəri 20 Yanvar küçəsi ev 51-də yaşayan Zərərçəkmiş şəxs7 ilə 2023-cü ilin dekabr ayının ortalarında, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, Zərərçəkmiş şəxs7 atası X8 yoluxduğu onkoloji xəstəlikdən tam müalicə edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Salyan şəhəri ərazisində mobil telefonunda olan "xxxx" ASC-nin mobil tətbiqi vasitəsilə göndərdiyi 1500 (bir min beş yüz) manat nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs7 1500 (bir min beş yüz) tanat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs8 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, Zərərçəkmiş şəxs8 xəstəliyi ilə bağlı təqaüd düzəldəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Salyan şəhəri A.Hüseynov küçəsində kirayə yaşadığı evdə Zərərçəkmiş şəxs8la görüşüb 2250 (iki min iki yüz əlli) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 2250 (iki min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs9 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda Salyan şəhərində görüşüb danışaraq, Zərərçəkmiş şəxs9 həyat yoldaşı X15 xəstəliyi ilə bağlı təqaüd düzəldəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2024cü il tarixdə saat 15:36 radələrində Salyan rayonu Böyükkənd kəndi ərazisində yerləşən “Dərələyəz Ticarət Mərkəzi” adlı marketdə quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs9 göndərdiyi 1000 (bir min) manat nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs9 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə şəhər sakini X14 ilə xx.xx.2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda mobil telefon vasitəsilə danışaraq, Səbinə Quliyevaya xəstəliyi ilə bağlı ilk olaraq xx.xx.2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda Salyan rayonu Şeydan kəndi ərazisində Zərərçəkmiş şəxs10 yaşadığı evdə görüşüb 520 (beş yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq, sonra xx.xx.2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda Salyan rayonu Şeydan kəndi ərazisində Zərərçəkmiş şəxs10 yaşadığı evdə görüşüb 3500 (üç min beş yüz) manat nəqd puldan ibarət əmlakını əlbəəl olaraq, daha sonra xx.xx.2024-cü il tarixdə saat 21:09 radələrində Salyan rayonu Parça Xələc kəndi ərazisində yerləşən “Muğan” adlı marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs10 göndərdiyi 1000 (bir min) manat nəqd puldan ibarət əmlakını, daha sonra xx.xx.2024-cü il tarixdə saat 11:37 radələrində Salyan rayonu Parça Xələc kəndi ərazisində yerləşən “Muğan” adlı marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs10 göndərdiyi 4000 (dörd min) manat nəqd puldan ibarət əmlakını, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 16:39 radələrində Salyan rayonu Xələc kəndi ərazisində yerləşən “Toğrul” adlı marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs10 göndərdiyi 1500 (bir min beş yüz) manat nəqd puldan ibarət əmlakını, daha sonra xx.xx.2024-cü il tarixdə saat 14:04 radələrində Salyan rayonu Parça Xələc kəndi ərazisində yerləşən “Muğan Market” adlı mağazada quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs10 göndərdiyi 400 (dörd yüz) manat nəqd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs10 xeyli miqdar hesab edilən 10920 (on min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonunun Dəymədağıldı kənd sakini Zərərçəkmiş şəxs2 ilə xx.xx.2024-cü il tarixdə, istintaqa dəqiq vaxtı məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 yaşadığı evdə görüşüb danışaraq, Zərərçəkmiş şəxs2 dayısı X1 təqaüdünü bərpa etdirəcəyinə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilk öncə xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində Zərərçəkmiş şəxs2 tanışı X10 mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs2 göndərdiyi 2000 (iki min) manat nəqd puldan ibarət əmlakını, sonra isə xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində Bərdə rayonunun Şirvanlı kəndi ərazisində yerləşən “Meyvə Market” adlı mağazada quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 göndərdiyi 1000 (bir min) manat nəqd puldan ibarət əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs2 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon polis idarəsi onun barəsində axtarış elan etdiyi halda, 04 fevral 2023-cü il tarixində Bərdə rayon polis idarəsinin əməkdaşları onu tutmuş, Bərdə RPİ-nin müstəntiqi Sənan Bayramzadə ondan zərərçəkmiş şəxslərə ödənilməli pulları alaraq onu azad etmişdir. Bakı şəhəri Xətai RPİ-də onun barəsində açılmış axtarışla bağlı o, müstəntiqə sual verdikdə, sonuncu bu axtarışa səbəb olmuş ziyanı da onun verdiyi pul hesabına ödəyəcəyini bildirmişdir. Müstəntiq belə desə də, 11 fevral 2023cü il tarixdə günorta 2-yə 10 dəqiqə qalmış həbs edilmişdir. 9 ay müddətində müstəntiq işi hərəkətsiz saxlamış, ondan ifadə almamış, Bərdədə olan zərərçəkmiş şəxslərin dindirilməsini xahiş etsə də, onları da çağırıb dindirməmişdir. Bir müddət sonra barəsində olan cinayət işinin materiallarını Salyan RPŞ-yə göndərmişdir. Salyanda zərərçəkmiş Mətləbə dair epizod barədə məlumat verdikdən sonra iş yenidən Bərdəyə geri göndərilmiş, lakin iş yenidən hərəkətsiz saxlanılmış, hər hansı istintaq hərəkəti icra olunmamışdır. Salyanda 10 gün MSY-də qaldığı zaman müstəntiqə nə qədər desə də, onu Ramin və Tünzalə ilə üzləşdirməmişlər, hansı ki onlar polis şöbəsinin yanında yaşayırdılar. Müstəntiq bildirmişdir ki, üzləşdirməyə ehtiyac yoxdur, çünki istintaqı məhkəmə aparacaq. Ondan pulu niyə və kimdən aldığını soruşan olmamışdır. Həbs olunan zaman 5 nəfər olmuşlar, o tutulsa da, qalan 4 (dörd) nəfər buraxılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, zərərçəkmiş Fərhad bildirmişdir ki, pulu ona yox, pensiya fonunda işləyən Murada göndərmişdir. Telefonunda 1587 nəfərin saxta Covid-19 pasportu çıxmış, lakin müstəntiq onu cinayət işinə yazmamışdır, çünki Bərdə pensiya fondunun müdriyyətini də çağırıb tutsa da, sonradan onlarla danışıb, hamısını sərbəst buraxmışdır. Onun pul verdiyi şəxslərlə yazışmaları, ödəniş çekləri hamısı telefonunda var idi, lakin heç biri müstəntiq tərəfindən işə əlavə olunmamışdır. Salyan RPŞ-nin müstəntiqi İlqar İsmayılov cinayət işinin materiallarını dəlilsiz olduğu üçün Bərdəyə geri qaytarmışdır. Zərərçəkmiş şəxs Quliyeva Səbinə epizodu üzrə, bildirir ki, Şahid2 kirayə ev tutaraq evin əşyalarını almışdır. Solmazı tanısa da, Səbinəni tanımamış, tutulandan bir gün sonra tanımışdır. İş materiallarında Solmazın adı yazılsa da, onun işə aidiyyəti olmamışdır. Buna görə də Quliyeva Səbinə ilə bağlı həmin hadisə üzrə özünü təqsirli bilmuir. Şahid2 onun kartına borc olaraq pul göndərmişdir. Təqaüd işi ilə bağlı aralarında danışıq olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsi ilə bağlı vurğulayır ki, o doğru ifadə verir. Lakin həmin epizod üzrə də özünü təqsirli bilmir. Belə ki, o, Salyan RPŞ-də olanda müstəntiqinə özü bu məsələni deyib xahiş etmişdir ki, Mətləbi çağırıb ifadəsini alsınlar. Çünki Bərdədə MSY-də müstəntiqə pulu Mətləbə vermək üçün təqdim etmiş, lakin, müstəntiq pulu Mətləbə verməmişdir. Zərərçəkmiş şəxs3la bağlı isə qeyd edir ki, müvəqqəti saxlanma yerində kameraların altında müstəntiqin bank kartına 45500 (qırx beş min beş yüz) manat məbləğində pul ödəmişdir. Buna səbəb isə onun həmin pulu zərərçəkmiş şəxslərə ödəyəcəyini bildirməsi olmuşdur. Zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində pul almışdır. Səbəb isə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Mərkəzində işləyən uzaq qohumu Muradın Zərərçəkmiş şəxs3 həyat yoldaşına əlillik pensiyası düzəldəcəyi olmuşdur. Zərərçəkmiş şəxs3 arvadına təqaüd düzəltməkdə köməklik etməyi özü xahiş etmişdir. Zərərçəkmiş şəxs3 aldığı 2000 (iki min) manat məbləğində pulu onun kartına göndərmişdir. Bu barədə qəbz də olmuşdur. O, Zərərçəkmiş şəxs3la Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Mərkəzində deyil, Gədəbəydə həkimlərin birinin evində qonaqlıqda olanda tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs3 həmin evə qarmon ifa etmək üçün dəvət olunmuş, elə həmin vaxt da Fərhadı tanımışdır. Zərərçəkmiş şəxs3 heç vaxt Bakıda olmamışdır. O, Zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs5 10000 (on min) dollar və 20000 (iyirmi min) manat məbləğində pul deyil, sadəcə 10000 (on min) dollar borc pul almış və həmin puldan 6000 (altı min) manat pulu qaytarmışdır. Zərərçəkmiş şəxs5 uşağını işə düzəltmək üçün 20000 (iyirmi min) manat məbləğində pul almamışdır. Zərərçəkmiş şəxs5 oğlunun sənədləri onun həyat yoldaşında olmuşdur. Buna səbəb isə arvadı ilə Zərərçəkmiş şəxs5 oğlunun eyni məktəbdə oxuması olmuşdur. Onlar işə düzəlmək üçün birgə “cv” vermişlər. Yəni bu məsələnin ona aidiyyatı olmamışdır. Zərərçəkmiş şəxs5 sadəcə borc pul almış, ona qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs11 ifadəsində qeyd etdiyi məbləğlər düzgündür, lakin həmin məbləğləri də borc pul kimi almışdır. 2020-2021-ci illərdə 4-5 ədəd “UZİ” tibbi avadanlığı gətirmiş, 2023-cü ildə isə hər hansı tibbi avadanlıq gətirməmişdir. Hazırda zərəri ödəmək niyyətindədir. Maşın hazırda Babək prospektindədir. Həmin avtmobilin mühərriki dəyişdirildiyi üçün başqa şəxsin adına yeni texniki şəhadətnamə alınıb, maşını geri almışdır. Müşfiqə pulunu qaytarmaq, eyni zamanda ziyanı da ödəmək niyyətindədir. Zərərçəkmiş şəxs4 ümumiyyətlə tanımamışdır və bu epizod üzrə də özünü təqsirli bilmir. Hətta borc aldıqdan bir müddət sonra Elvin yanında bir neçə nəfərlə maşınla gəlib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polisləri adı ilə aparıb Binəqədi rayonunda zirzəmidə bir gün saxlayaraq işgəncələr vermişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsi həqiqəti əks etdirmir. Belə ki, o, Zərərçəkmiş şəxs6 sadəcə 2000 manat almış, 1 ay müddətində 2200 manat pulu faizi ilə əlavə qaytarmışdır. Məqsədi dələduzluq etmək olmamışdır. Pulu Salyan xəstəxanasının həyətində xəstəxananın müdirinə vermişdir. Razılaşmalarına əsasən, Zərərçəkmiş şəxs6 pulu faizə götürdüyünü dediyi üçün qaytardıqda faizini də ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı hissədə də hər hansı təqsiri olmamışdır. Bu epizod üzrə adıçəkilən dərmanlar ucuz olmamış, onları "Medikal Plaza" Tibb Müəsisəsi təyin etmişdir. Həmin dərmanlar 6-cı dərəcəli kimyaterapiya üçün lazım olan dərmanlar olmuşdur. Əksinə, Firuzəgilin ona borcu yaranmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ilə bağlı ittihamda 10800 manatın nə üçün yazılmasını başa düşə bilmir. Şahmar özü də ifadəsində ona sadəcə sistem köçürüldüyünü, bunun da 1500 manat pul etməsini demişdir. O, Həmçinin, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 epizodu üzrə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü ümumiyyətlə təqsirli bilmir. AR CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vartaşen rayonu Vardanlı kəndində, hazırki Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq ünvan 3ənzil 51-də yaşamışdır. 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Pulmanoloq-İnfeksionist fakültəsini bitirmiş, daha sonra 2011-ci ildə Türkiyənin Hacət-Təpə Universitetində onkoloq-cərrah ixtisası üzrə uzmanlıq dərəcəsi almışdır. 2012-2015-ci illərdə DİN-in hospitalında böyük cərrah işləmiş, 2015-2020-ci illərdə Türkiyədə Acı-Badəm hospitalında işləmiş, 2022-ci ildən tutulanadək Bakı şəhərindəki Mərkəzi Klinikada böyük cərrah vəzifəsində işləmişdir. Bakı şəhər sakini Zərərçəkmiş şəxs11 2020-ci ildən tanımış, ailəvi dostluq münasibətləri olmuşdur. Bir neçə dəfə Müşfiqdən pul alaraq xaricdən tibbi avadanlıqlar gətirərək Bakı şəhərində satıb gəlir əldə etmişdir. Müşfiqin "Nissan Navara" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. 2023-cü ilin yanvar ayında dəqiq tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Nərimanov rayonunda Müşfiqin yaşadığı evdə görüşmüşlər. Həmin vaxt Müşfiq ilə danışıb, xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəkləri barədə yalandan vəd vermişdir. Aralarında olmuş danışığa əsasən onlar 64000 ABŞ dollarına xaricdən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satdıqdan sonra ümumilikdə 19000 ABŞ dollar gəlirləri olmalıymış. Həmin pulun 9500 ABŞ dollarını Müşfiqə verməli olmuşdur. Müşfiq onunla razılaşmışdır, ilk olaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzində Azərbaycan manatına ekvivalentdə 32300 (otuz iki min üç yüz) manat təşkil edən 19000 (on doqquz min) ABŞ dolları dəyərində Müşfiqə məxsus “Nissan Navara” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün Müşfiq ona etibarnamə vermiş və o, avtomaşını tanımadığı şəxsə 19000 ABŞ dollarına satmış, lakin, pulu Müşfiqə verməmiş, şəxsi ehtiyaclarına görə xərcləmişdir. Sonra isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs11 ilə görüşmüş, Müşfiq ona Azərbaycan manatına ekvivalentdə 34000 (otuz dörd min) manat təşkil edən 20000 (iyirmi min) ABŞ dolları olan nağd pulu əlbəəl olaraq vermişdir. Həmin vaxt Müşfiqin vasitəsilə dostu Zərərçəkmiş şəxs4 tanımışdır. Müşfiq bildirmişdir ki, Elvin də onlarla iş görüb qazanc əldə etmək istəmişdir. Həmçinin, Müşfiq növbəti günlərdə Elvinin pulun qalan hissəsini bir neçə günə verəcəyini demişdir. O, da fürsət varkən Elvindən də dələduzluq yolu ilə pul almaq qərarına gəlmiş və razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Qafqaz küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsinin inzibati binasının yaxınlığında Müşfiq ilə görüşmüş və Müşfiq Zərərçəkmiş şəxs4 məxsus Azərbaycan manatına ekvivalentdə 42500 (qırx iki min beş yüz) manat təşkil edən 25000 (iyirmi beş min) ABŞ dollarını əlbəəl olaraq ona vermişdir. Müşfiq və Elvindən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Müşfiq və Elvini aldatmışdır. Sonra Müşfiq və Elvinin telefon zənglərinə cavab verməmişdir. Müşfiq və Elvinə qarşı etdiyi dələduzluq əməllərindən səmimi peşmandır. Bundan başqa Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 və ailəsini 2022-ci ildə pandemiya ilə bağlı karantin rejimi dövründə tanımışdır. Belə ki, həmin ərəfədə Şahin və ailə üzvləri "Covid 19" virusuna yoluxduqları üçün o, onları ev şəraitində müalicə etmişdir. 2023-cü ilin fevral ayında Şahin Türkiyədə olarkan verdiyi analizlərin nəticəsində Şahinə “hepatit C" diaqnozu qoyulmuşdur. Şahin özü Türkiyədən zəng edərək bu barədə ona məlumat vermiş və o, Şahinə narahat olmamasını bildirmişdir. Şahin Bakıya gəldikdən sonra bir neçə tibb klinikalarında təkrar analiz vermiş və "hepatit C" virusunun olduğu təsdiqlənmişdir. Şahin ondan müalicə etməyini xahiş etmiş və o, da fürsət varkən Şahini aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Şahinə xəstəliyin Bakıda müalicəsi bir az baha başa gələcəyini bildirmişdir. Şahin onunla razılaşmışdır. 2023-cü ilin fevral ayında tarixini və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “NS” klinikasının yanında Zərərçəkmiş şəxs5lə görüşüb Azərbaycan manatına ekvivalentdə 17000 (on yeddi min) manat təşkil edən 10000 (on min) ABŞ dolları nağd puli əlbəəl olaraq almışdır. Sonra söhbət zamanı Zərərçəkmiş şəxs5 oğlu X21 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına işə düzəltmək istədiyini bildirmişdir. O, əlaqələrinin geniş olduğunu deyib həll edə biləcəyini yalandan vəd verib aldatmışdır. 2023cü ilin mart ayında dəqiq tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsində Zərərçəkmiş şəxs5lə görüşüb oğlunu işə düzəltmək üçün 20000 (iyirmi min) manat nağd pulu əlbəəl olaraq almışdır. Sonra söhbət zamanı Zərərçəkmiş şəxs5 həyat yoldaşı X6 Dövlət Vergi Xidmətində problemi olduğunu bildirmişdir. O, da yenidən həmin işi həll edəcəyi barədə Şahinə yalandan vəd verib aldatmışdır. 2023-cü ilin mart ayında tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində Zərərçəkmiş şəxs5lə görüşüb 3000 (üç min) manat nağd pulu dələduzluq yolu ilə əlbəəl olaraq almışdır. Şahindən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Şahini aldatmışdır. Sonra Şahinin telefon zənglərinə cavab verməmişdir. Şahinə qarşı etdiyi dələduzluq əməllərindən səmimi peşmandır. Həmçinin, 2023-cü ilin aprel ayının sonlarında xaricdən sifariş verdiyi tibbi avadanlıqları gömrükdə rəsmiləşdirmək üçün heç bir dələduzluq niyyəti olmadan Şahindən 10000 ABŞ dolları borc pul istəmiş və Şahin həmin pulu borca Binə Ticarət Mərkəzinin qarşısında ona vermişdir. Bundan bir həftə sonra o, Şahindən aldığı 10000 ABŞ dolların 6000 manatını geri qaytarmışdır. Bundan başqa Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs3 2022-ci ilin mart ayından etibarən təsadüfən tanımışdır. Bakı şəhərində Əlillərin bərpa mərkəzinin qarşısında Fərhad arvadının 2-ci qrup əlillik pensiyasının kəsildiyini və pensiyanın bərpası üçün köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O, yalandan problem olmadığını və 4500 manat müqabilində bu işdə köməklik edə biləcəyini, Fərhadın arvadının kəsilmiş pensiyasını bərpa etdirə biləcəyini deyib Fərhadı inandırmışdır. İlk olaraq xx.xx.2022-ci il tarixdə Fərhad ödəniş terminalı vasitəsilə istifadəsində olan karta 2000(iki min) manat nağd pul göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Fərhad ödəniş terminalı vasitəsilə istifadəsində olan karta 2000 (iki min) manat nağd pul göndərmişdir. Daha sonra isə 2023- cü ilin aprel ayının axırlarında, dəqiq tarixi və vaxtı xatırlamadığı tarixdə və vaxtda Gədəbəy rayonu Qaradağ kəndi ərazisində Zərərçəkmiş şəxs3la görüşmüş və Fərhad 500(beş yüz) manat nağd puli əlbəəl olaraq ona vermişdir. Fərhaddan dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Fərhadı aldatmışdır. Sonra Fərhadın telefon zənglərinə cavab verməmişdir. Fərhada qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa Salyan şəhər sakini Zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin dekabr ayının əvvəllərində o zaman işlədiyi Salyan şəhərindəki "Medikal" adlı tibb mərkəzində tanış olmuşdur. Həmin vaxt Raminin anası Tünzalə Mehdiyevəm o, müalicə etmişdir. Ramin anasını tibb mərkəzinə aparıb-gətirmiş və növbəti dəfə yanında olarkən Ramin ona demişdir ki, anası yaşlı və xəstə insan olduğundan anasına pensiya düzəltmək istəyir. Bu zaman o, fürsətdən istifadə edib Raminə yalandan demişdir ki, öz tanışlarının vasitəsi ilə bu işdə kömək edə bilər və bu işin görülməsi üçün 2000 manat lazım olduğunu bildirmişdir. Dekabrın 15-də Ramin onunla telefon əlaqəsi saxlamış və həmin gün günorta saatlarında onlar Salyan şəhərində "Salyan Dairəsi" adlanan yerdə görüşmüşlər və Ramin ona 2000 manatı orada vermişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Ramini aldatmışdır. Lakin, bir neçə gündən sonra Ramin ona zəng edib anasına pensiya düzəldilməsi üçün ona verdiyi 2000 manatı geri istəmiş, əks təqdirdə polisə müraciət edəcəyini demişdir. O, da bir neçə gündən sonra Raminin ona verdiyi 2000 manatını özünə qaytarmışdır. Bundan başqa o, Salyan şəhər sakini Zərərçəkmiş şəxs7 ilə 2023-cü ilin dekabr ayının ortalarında Salyan şəhərində tanış olmuşdur. Belə ki, həmin vaxt Firuzənin atası Şakir onkoloji xəstə olduğundan səhhətində müəyyən problemlər yaranmışdır. Həmin vaxt Firuzə ona müraciət edib atasını müalicə etməyini istəmişdir. Həmin ilin dekabr ayının ortalarında o, Firuzənin Salyan şəhərində yaşadığı evə gedib atasını müayinə edib ağır dərəcəli xərçəng Xəstəsi olduğunu və atasını müalicə edib sağaldacağını, lakin bunun üçün yalandan bahalı dərmanlar lazım olduğunu demişdir. Firuzə atasının müalicəsi üçün nə qədər pul lazım olacağını soruşduqda o, ilk olaraq 1500 manat lazım olduğunu deyib Firuzəni inandırmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Firuzə onunla telefon əlaqəsi saxlayıb atasının müalicəsi üçün topladığı pulun bir hissəsini harada və necə ona verəcəyini soruşduqda o, özünə məxsus bank kartının şəklini WhatsApp mobil tətbiqi vasitəsilə Firuzəyə göndərib pulu həmin kart hesabına göndərməyini istəmiş və Firuzə həmin pulu onun verdiyi bank kartına göndərmişdir. Firuzədən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Firuzəni aldatmışdır. Sonra Firuzənin telefon zənglərinə cavab verməmişdir. Firuzəyə qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa Salyan rayonu Qarabağlı kənd sakinləri Zərərçəkmiş şəxs9 və kürəkəni Zərərçəkmiş şəxs8 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində Salyan şəhərindəki "Medikal" tibb mərkəzində həkim kimi işlədiyi vaxt tanış olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs9 azyaşlı nəvəsinin səhhəti bağlı ona müraciət etmiş, o, da nəvəsini müayinə edib müalicə yazmışdır. Həmin vaxt o, İlhamın təqaüd alıb-almadığını soruşmuş və İlham heç bir təqaüd almadığını dedikdə o, İlhama təklif etmişdir ki, 3000 manat müqabilində xəstəliyi ilə bağlı təqaüd düzəldə bilər. İlham bu barədə düşünüb ona cavab verəcəyini demiş və təxminən yanvarın 8-də o, İlhama zəng edib bir daha təqaüd almaq istəyib-istəmədiyini soruşmuş və sonda cəmi 2250 manat müqabilində təqaüd düzəldəcəyi barədə razılığa gəlmiş, lakin həmin vaxt İlham özü üçün deyil, kürəkəni Bəhruz üçün təqaüd düzəldə bilibbilməyəcəyini soruşmuşdur. O, da yalandan heç bir problem olmadığını bildirmiş və 2250 manatı ertəsi gün ona çatdırmağını istəmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında İlham və kürəkəni Bəhruz o zaman onun Salyan şəhərində kirayə yaşadığı evə gəlmişlər və 2250 manatı ona vermişlər. Yanvarın 19-da o, yenidən İlhama zəng edib yalandan demişdir ki, cəmi 1000 manata İlhama da təqaüd düzəldə bilər. Həmin vaxt İlham demişdir ki, özünə deyil, bu dəfə arvadına təqaüd düzəltmək istəyir. Həmin gün İlham 1000 manatı "Aztürkbank”ın 5213-6751-4428-6086 nömrəli bank kartına göndərmişdir. İlham və Bəhruzdan dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə İlham və Bəhruzu aldatmışdır. Sonra onların telefon zənglərinə cavab verməmişdir. İlhama və Bəhruza qarşı etdiyi dələduzluq əməllərindən səmimi peşmandır. Bundan başqa Şahid2 2024-cü ilin yanvar ayının ortalarında tanışı Gülü adlı şəxsin vasitəsi ilə tanımışdır. O, Solmaza özünü həkim kimi təqdim etmiş və Yevlax RMX-da işləməyini bildirmişdir. Solmaz ilə münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmayıbdır. Hətta Solmaza işlədiyi tibb müəssisəsinə təmənnasız tibb işçisi kimi işə düzəldəcəyinə söz vermişdir. Solmaz ona tam olaraq inanmışdır. Solmazın X3 da Solmazın vasitəsilə onunla tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən günorta saatlarında Solmaz ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı Solmaz bacısı Səbinənin maddi durumunun zəif olmasını, hazırda işsiz olmasını bildirmişdir. Bu vaxt o, müəyyən məbləğdə pulun qarşılığında Səbinəyə xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini, bu işlə məşğul olan tanışlarının olmasını və aylıq 326 (üç yüz iyirmi altı) manat təqaüd ala biləcəyini bildirmişdir. Telefon danışığı zamanı Solmaza bu cür təqaüdü başqa şəxslərə 3000 (üç min) manata düzəltdiyini, lakin, qadın olduğu üçün və Solmazı tanıdığı üçün Səbinəyə 2500 (iki min beş yüz) manata düzəldəcəyini, pul verildikdən sonra 14 (on dörd) gün ərzində təqaüdü düzəldəciyini bildirmişdir. Solmaz onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Solmaz istifadəsində olan “Leo” banka məxsus **********920486 nömrəli plastik kartdan istifadəsində olan “Azər Türk” banka məxsus **********286086 nömrəli plastik kartına 1200 (bir min iki yüz) manat və 300 (üç yüz) manat, 1000 (bir min) manat pul göndərmişdir. Solmaz bildirmişdir ki, həmin pulu bacısına xəstəlik ilə bağlı təqaüd düzəltməyi üçün ona göndəriblər və pul bacısı Səbinəyə məxsusdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Səbinəyə “Whatsapp” sosial şəbəkəsində ismarıc yazaraq bildirmişdir ki, “mail” ünvanına təqaüd ilə bağlı ismarıc gələcək və həmin ismarıcda olan kodu saxlasın. xx.xx.2024-cü il tarixdə Səbinə Bərdə RPŞ-nə barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Səbinədən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Səbinəyə qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa Salyan rayonu Şeydan kənd sakini Zərərçəkmiş şəxs10 ilə 2024-cü ilin yanvar ayının əvvəllərində Salyan şəhərində yerləşən və həkim işlədiyi "Medical" tibb mərkəzində tanış olmuşdur. Tibb mərkəzində o, Şahmarı qəbul edib müayinə edərək təyinat yazıb resept vermişdir. Bir neçə gün sonra Şahmar yanına gəlib səhhətinin düzəlmədiyini dedikdə o, analizlərinin cavablarına baxıb yalandan onkoloji xəstə olduğunu, vəziyyətinin ağır olduğunu və müalicəsi üçün xeyli pul lazım olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Şahmarın yaşadığı evə gedib yalandan sistemlər qoşmuş və buna görə Şahmardan 520 manat pul almışdır. Daha sonra o, Şahmara yalandan təklif etmişdir ki, onkoloji xəstə olduğu üçün təqaüd düzəldə bilər. Şahmar razılıq verdikdən sonra yanvarın 15-də yaşadığı evə getmiş və Şahmar təqaüd düzəldilməsi üçün ona 3500 manat əlbəəl pul vermişdir. Sonrakı günlər Şahmar ona demişdir ki, pulun qalan hissəsini hissə-hissə verəcək, təki sağaltsın. O, da öz adına olan "AzTürkBank"a məxsus bank kartının fotoşəklini Şahmara vermiş və xx.xx.2024-cü il tarixdə saat 21:09 radələrində Şahmar ödəniş terminalı vasitəsilə ona 1000 (bir min) manat nağd pul göndərmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 11:37 radələrində ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs10 ona 4000 (dörd min) manat nağd pul göndərmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 16:39 radələrində ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs10 ona 1500 (bir min beş yüz) manat nağd pul göndərmişdir. Daha sonra xx.xx.2024cü il tarixdə saat 14:04 radələrində ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs10 ona 400 (dörd yüz) manat nağd pul göndərmişdir. Şahmardan dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Şahmara qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa 04 fevral 2024-cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşları onu Solmazın evində saxlayıb rayon polis şöbəsinə aparmışlar. Bərdə rayon sakini Zərərçəkmiş şəxs2 2024-cü ilin fevral ayının 04-də Bərdə RPŞ-nin müvəqqəti saxlama yerində tanımışdır. Belə ki, həmin tarixdə o, CM-nin 178.1-ci maddəsilə şübhəli şəxs qismində tutularaq rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmiş və həmin vaxt orada inzibati qaydada həbs edilmiş Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Sonrakı müddətdə dustaq yoldaşı kimi Mətləb ilə arasında səmimi münasibətlər yaranmışdır. O, müvəqqəti saxlama yerində 2 gün saxlanıldıqdan sonar fevralın 6-da müstəntiq tərəfindən ona ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib tutulmadan azad edilmişdir. Mətləb isə ondan sonra fevralın 8-də azad edilmişdir. Fevralın 10-da o, Mətləb ilə telefon əlaqəsi saxlamış və Mətləb onu yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndinə dəvət etmişdir. Həmin gün o, Mətləbin yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndinə getmiş və aralarında olmuş söhbət zamanı Mətləb demişdir ki, keçmiş qayınatası və eyni zamanda doğma dayısının aldığı təqaüd bir müddət əvvəl hansısa səbəbdən kəsilmişdir. Həmin vaxt fürsətdən istifadə edib Mətləbə demişdir ki, pensiyaların kəsilməyindən məlumatı vardır və bu sahədə geniş əlaqələri olduğundan 3000 manat qarşılığında dayısının pensiyasını bərpa elətdirə bilər. Mətləb bu məbləğdə pula dayısının pensiyasını bərpa etməyə razılıq vermişdir. Bundan sonra o, Mətləbdən ayrılıb Bakı şəhərinə getmişdir. Fevralın 12-də səhər saatlarında WhatsApp vasitəsilə arayış nümunəsi göndərib təcili olaraq yaşayış yerindən dayısının adına həmin arayışın alınmasını və saat 16:00-dək 3000 manatı ona göndərməyini istəmişdir. Həmin gün, yəni fevralın 12-də təxminən saat 15:30 radələrində Mətləb "Birbank" tətbiqi vasitəsilə ona məxsus "Aztürkbank"ın 5213-6751-4428-6086 nömrəli kartıma 2000 manat göndərmişdir. Daha sonra həmin gün gecə saat 22:15 radələrində Mətləb daha 1000 manatı onun bank kartına göndərmişdir. Mətləbin ona göndərdiyi cəmi 3000 manatı o, öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 dayısının kəsilmiş pensiyasını bərpa etdirmək üçün onun heç bir imkanı, əlaqələri və ya fikri olmamışdır, sadəcə həmin vaxt pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, bundan istifadə edib Mətləbin pulunu ələ keçirib öz problemlərini həll etsin. Mətləbdən dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Mətləbə qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs bacısı Solmazın vasitəsi ilə tanımışdır. Ramin onlara özünü həkim kimi təqdim etmişdir. Bacısı Solmazın mobil telefonu vasitəsilə Ramin ilə telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı Ramin müəyyən məbləğdə pulun qarşılığında ona xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini bildirmişdir. Telefon danışığı zamanı Ramin ona 2500 (iki min beş yüz) manata düzəldəcəyini bildirmişdir. Anası Xatirə ilə qızıllarını girov qoyaraq öz adına 2500 (iki min beş yüz) manat kredit olaraq pul götürmüş, həmin pulu Raminin istifadəsində olan plastik karta göndərmişdir. Pulu göndərdikdən sonra bacısı onunla telefon əlaqəsi saxlayıb pulları Raminə göndərməsini, Raminlə telefon əlaqəsi saxlamasını, heç bir problem olmadığını bildirmişdir. Aldadıldığını bildikdən dərhal sonra Bərdə RPŞ-nə gələrək şikayət ərizəsi ilə baş verənlər barədə müraciət etmişdir. Hazırki vaxtadək, ona vurulmuş 2500 (iki min beş yüz) manat maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, dayısı Qarabağ qazisi olduğundan pensiya almışdır. Lakin sonradan pensiyasi dayandırıldığı üçün Ramin həmin pensiyanı bərpa edəcəyinə yalandan vəd vermişdir. Ramin bildirmişdir ki, kəsilmiş pensiyanın bərpası 8000 manata başa gəlir, lakin onunla dustaq yoldaşı olduğu üçün öz əlaqələrindən istifadə edib onun üçün bu işi cəmi 6000 manat həll edə biləcəyini demişdir. Raminin bu cür səmimi tərzdə söhbət etməsi onda Raminə qarşı daha çox inam hissi yaratmış və o, 6000 manatı Raminə verməyə razılıq vermişdir. Bundan sonra Ramin onunla sağollaşıb çıxıb getmiş və gedərkən ertəsi gün onunla telefon əlaqəsi saxlayacağını, dayısına aid bütün sənədləri WhatsApp mobil tətbiqi vasitəsilə göndərməyini tapşırmışdır. Ertəsi gün fevralın 11-də o, Beyləqan rayonu Baş Əlnəzərli kəndində yaşayan dayısının şəxsiyyət vəsiqəsinin surətini əldə edib WhatsApp vasitəsilə Raminin istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna göndərmişdir. Bunun ertəsi günü, fevralın 12-də səhər saatlarında Ramin ona WhatsApp vasitəsilə bir arayış nümunəsi göndərib təcili olaraq yaşayış yerindən dayısının adına həmin arayışdan almağı və 3000 manatı saat 16:00-dək göndərməyini istəmişdir. O, Raminə bildirmişdir ki, həmin məbləğdə pulu qısa zamanda əldə edə bilməyəcək, o zaman Ramin demişdir ki, heç olmasa 2000 manatı saat 16-dək göndərsin, qalan 1000 manatı isə həmin günün sonunadək göndərsin. O, razılaşmış və həmin gün dayısının adına arayışı əldə edib Raminə göndərmiş, daha sonra həmin gün təxminən saat 15:30 radələrində işçisi X10 mobil telefonundakı "Birbank" tətbiqi vasitəsilə özünə məxsus 2000 manatı Raminin adına olan "ABB" bank kartının hesabına göndərmişdir. Daha sonra həmin gün, yəni fevralın 12də gecə saat 22:00 radələrində 1000 manatı bacısı oğlu Hikmət Süleymanova verib təcili olaraq həmin pulu Raminin bank kartına göndərməyini tapşırmışdır. Hikmət də həmin 1000 manat pulu həmin tarixdə saat 22:15 dəqiqədə Bərdə rayonunun Şirvanlı kəndindəki Qurban adlı şəxsin işlətdiyi "Meyvə Market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalı vasitəsilə Raminin adına olan "ABB" bank kartının hesabına göndərmişdir. Həmin gecə təxminən saat 23:30 radələrində o, Ramin ilə telefon əlaqəsi saxlayıb pulun hesabına keçib-keçmədiyini soruşmuşdur. Ramin bildirmişdir ki, 3000 manat bank kartı hesabına yüklənib və onu əmin etmişdir ki, qısa zamanda dayısının pensiyasının bərpası məsələsi özünün müsbət həllini tapacaqdır. Lakin bundan sonrakı günlər o, Raminin istifadəsində olan mobil telefona dəfələrlə zəng etsə də, telefonuna zəng çatmamışdır. Hazırda ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 3000 manat məbləğində maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, təqsirləndirilən şəxsin nə zaman pulu olarsa ziyanı ödəməsinə razıdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2 il müddətdir ki, tanıyır. O, Raminlə Bakı şəhərində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qarşısında tanış olmuşdur. Onun həyat yoldaşı X22 ağır şəkər xəstəsi olmuş, əlillik üçün aldığı pensiya xx.xx.2022-ci il tarixdə dayandığı üçün o, 2022-ci ilin mart ayının sonları, aprel ayının əvvəllərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində onun həyat yoşdaşına pensiya düşmədiyini dedikləri üçün həmin agentlikdən əsəbi halda çıxmış, bu zaman həmin vaxt tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq probleminin nə olduğunu soruşmuşdur. O, həyat yoldaşının pensiyasında problem olduğunu deyən zaman Ramin ona həmin agentlikdə tanışlarının olduğunu, ona köməklik edə biləcəyini demişdir. Söhbət əsnasında ondan Gədəbəy rayonundan olan Çingiz həkim və Nemət həkimi tanıyıb-tanımadığını soruşmuşdur. Ramin həkim olduğunu, eyni zamanda, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Mərkəzində qphum olduğunu bildirmişdir. O, Gədəbəyə qayıtdıqdan sonra Raminlə əlaqə saxlayıb həyat yoldaşının pensiyasını ömürlük bərpa etdirməyin qiymətinin nə qədər olmasını soruşmuş, Ramin ona 05 (beş) illik 6500 (altı min beş yüz) manat, ömürlük pensiyanın bərpasının 9000 manat olduğunu, həmin pulun yarısını əvvəlcədən, yarısını isə pensiya bərpa olunduqdan sonra verə biləcəyini demişdir. O, da Raminlə razılaşmış, 03 aprel 2022-ci il tarixdə Gədəbəy rayonunda yerləşən Fərid marketdəki "Millön" terminalı vasitəsi ilə Raminə məxsus xatırlamadığı nömrəli karta 2000 manat pul göndərmişdir. Bundan sonra Ramin ona bir dəfə üzərində nə isə kod olan sənəd göndərmiş, həyat yoldaşının sənədinin düzəldiyini demişdir. O, Raminə pul verdiyi vaxtdan sonra Ramil onunla tez-tez əlaqə saxlayaraq işin düzəldiyini, pulun qalanını Raminə göndərməli olduğunu ona demişdir. 28 mart 2023-cü il tarixdə o, Gədəbəy rayonunda yerləşən Fərid marketdən Raminin ona atdığı xatırlamadığı karta 2000 manat pul göndərmişdir. Raminə ikinci dəfə də həmin pulu göndərdikdən sonra Ramin qısa müddətdə hayat yoldaşının pensiyasının bərpa olunacağını ona demişdir. O, ikinci dəfə Raminə 2000 manat pul göndərdikdən təxminən 1 ay sonra Ramin ona qalan 500 manatı da verməli olduğunu demişdir. O, Ramindən pulu atmaq üçün kart istəsə də Ramin Gəncə şəhərində olduğunu, Gədəbəyə gəldiyini, Gədəbəydə pulu ondan götürəcəyini demişdir. Həmin gün Ramin Gədəbəyə gəlmiş, o, Gədəbəy rayonunda Qaradağ kəndində Raminə 500 manat vermişdir. O, həmin pulu Raminə verdikdən sonra Ramin ona 15 gün ərzində pensiyanın bərpa ediləcəyini, tezliklə kartın gələcəyini demişdir. Həmin pullardan əlavə 3000 (üç min) manat məbləğdə birlikdə ayrı-ayrı vaxtlarda yemək yemişlər lakin həmin pulu tələb etmir. O, 2022-ci ilin aprel ayından 2023-cü ilin aprel ayına qədər olan müddətdə Təqsirləndirilən şəxs həyat yoldaşının pensiyasını bərpa etdirməsi adı ilə ümumilikdə 4500 manat pul versə də Ramin onun etibarından sui-istifadə edib onu aldadaraq ona qarşı dələduzluq etmiş, 4500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona vurulmuş ziyan ödənilməmişdir, həmin pulun təqsirləndirilən şəxsdən tutulmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2020-ci ildən Təqsirləndirilən şəxs tanımışdır. Ailəvi dostluq münasibətləri olmuşdur. Raminin həkim kimi fəaliyyət göstərməsini bilmişdir. 2023-cü ilin yanvar ayında Ramin ilə söhbət edən zaman xarici ölkədən tibbi avadanlıqları gətirib satmaqla məşğul olduğunu bildirmiş, ona da təklif etmişdir ki, həmin işə pul yatırıb yaxşı gəlir əldə etsin. Eyni zamanda Ramin ona bildirmişdir ki, hazırda əlində pul az olduğundan lazımi avadanlıqları gətirmək üçün pul lazımdır. Bunun müqabilində 2 həftəyə gətirilmiş avadanlıqları satıb birlikdə gəlir əldə olunacaqdır. O, Raminin bu təklifini qəbul etmişdir. Həmin ərəfədə ona məxsus "Nissan Navara" markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürmək üçün Raminə vermişdir. Raminə bildirmişdir ki, həmin maşını satıb pulunu götürsün qalanını isə o, nəğd şəkildə Raminə verəcəkdir. Onlar həmin avtomobilin qiymətini 19 000 ABŞ dollarına razılaşmışlar. xx.xx.2023-cü il tarixdə o, Xətai rayonu Ukrayna dairəsinin yaxınlığında yerləşən 6 saylı Asan xidmət mərkəzindən Raminin dediyi bir şəxsin adına avtomobili satmaq üçün etibarnamə vermişdir. Bununla da o, Raminə 19 000 ABŞ dolları pul vermiş olmuşdur. Raminin ona etdiyi təklif barədə dostu X16 ilə məsləhətləşdikdə gəliri Elvinlə böləcəyini bildirmişdir. Elvin ona 25 000 ABŞ dolları pul verə biləcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, Raminlə Xətai rayonu N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən "Bravo" marketin qarşısında görüşərək Raminə 20 000 ABŞ dolları pul vermişdir. 1 həftə sonra yəni, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Xətai rayonu UPD qəsəbəsi, Qafqaz küçəsində yerləşən Hərbi komissarlığın yanında Raminlə görüşərək dostu Elvindən aldığı 25 000 ABŞ dolları pulu da Raminə vermişdir. Danışıqlarına əsasən xx.xx.2023-cü il tarixədək Ramin ümumilikdə 64.000 ABŞ dolları pul vermişdir. Ramin bu günədək nə onlardan aldığı 64.000 ABŞ dolları pulu nə də tibbi avadanlıqları onlara təhvil verməmişdir. Təqsirləndirilən şəxs avtomobilini geri qaytarmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 5 ilə yaxındır ki, Zərərçəkmiş şəxs11 tanıyır. Müşfiqlə dostluqları hələdə davam edir. 2023-cü ilin fevral ayında Müşfiq ona bildirmişdir ki, 2020-ci ildən dostluq etdiyi həkim kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs xaricdən tibbi avadanlıqlar gətirib müxtəlif xəstəxanalara satır. Ramin Müşfiqə bildirmişdir ki, həmin işə pul yatırsın, əldə olunan gəliri bölsünlər. Müşfiq də eyni təklifi ona etdiyindən onlar birlikdə 64 000 ABŞ dolları pul düzəldib Raminə vermişlər. Beləliklə, 25000 ABŞ dollarını o, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu 7-ci MKR ərazisində Müşfiqə vermişdir. Müşfiq isə həmin pulu xx.xx.2023-cü il tarixdə Xətai rayonu UPD qəsəbəsi Qafqaz küçəsində yerləşən Hərbi komissralığın yaxınlığında Raminlə görüşərək Raminə vermişdir. Danışıqlarına əsasən Ramin 2 həftə ərzində tibbi avadanlıqları gətirməli, 19 000 ABŞ dolları gəlir əldə edilməli, həmin gəlir isə bölünməli olmuşdur. O vaxta qədər o, Ramini görməmişdir. O, Ramini həmin vaxt tanımışdır. Hazırki vaxtadək Təqsirləndirilən şəxs ona vurulmuş 42500 (qırx iki min beş yüz) manat pulu geri qaytarmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs və ailəsini 2022-ci ildə pandemiya ilə bağlı karantin rejimi dövründə tanımışdır. Belə ki, həmin ərəfədə o, və ailə üzvləri "Covid 19" virusuna yoluxduqları üçün Təqsirləndirilən şəxs onları ev şəraitində müalicə etmişdir. 2023-cü ilin fevral ayında o, Türkiyədə olarkan verdiyi analizlərin nəticəsində ona “hepatit C" diaqnozu qoyulmuşdur. O, özü Türkiyədən Raminə zəng edərək bu barədə məlumat vermiş və Ramin ona narahat olmamasını bildirmişdir. O, Bakıya gəldikdən sonra bir neçə tibb klinikalarında təkrar analiz vermiş və "hepatit C" virusunun olduğu təsdiqlənmişdir. O, Ramindən onu müalicə etməsini xahiş etmiş və Ramində razılaşmışdır. Lakin, Raminin onu aldadacağından xəbəri olmamışdır. Ramin ona xəstəliyin Bakıda müalicəsi bir az baha başa gələcəyini bildirmişdir. O, Raminlə razılaşmışdır. 2023-cü ilin fevral ayında tarixini və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “NS” klinikasının yanında Raminlə görüşüb Azərbaycan manatına ekvivalentdə 17000 (on yeddi min) manat təşkil edən 10000 (on min) ABŞ dolları nəğd pulu əlbəəl olaraq Raminə vermişdir. Sonra söhbət zamanı o, Raminə oğlu X21 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına işə düzəltmək istədiyini bildirmişdir. Ramin əlaqələrinin geniş olduğunu deyib həll edə biləcəyini yalandan vəd vermişdir. 2023-cü ilin mart ayında dəqiq tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsində Raminlə görüşüb oğlunu işə düzəltmək üçün 20000 (iyirmi min) manat nəğd pulu əlbəəl olaraq Raminə vermişdir. Sonra söhbət zamanı o, Raminə həyat yoldaşı X6 Dövlət Vergi Xidmətində problemi olduğunu bildirmişdir. Ramində yenidən həmin işi həll edəcəyi barədə ona Yalandan vəd vermişdir. 2023-cü ilin mart ayında tarixi və vaxtını xatırlamadığı tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində Raminlə görüşüb 3000 (üç min) manat nağd puli əlbəəl olaraq Raminə vermişdir. Həmin vaxtdan sonra Ramin hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Sonra onun telefon zənglərinə cavab verməmişdir. Artıq bundan sonra o, Raminin barəsində müvafiq orqanlara şikayət ünvanlamışdır. Ümumilikdə Raminə dərman üçün 10000 (on min) dollar, oğlunun işə qəbul olması üçün 20000 (iyirmi min) manat, bundan başqa 3000 (üç min) manat məbləğində pul vermişdir. Ümumilikdə, ona cinayət nəticəsində vurulmuş 40.000 manat maddi ziyandan, cəmi 6000 (altı min) manat məbləğində pul geri qaytarılmışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Ramini qohumu Firuzənin evində görmüşdür. Belə ki, Firuzənin atası xəstə olmuş və Ramin onu müayinə etməyə gəlmişdir. Ramin söhbət əsnasında anasına pensiya düzəldəcəyini demiş, bundan sonra o sənədləri toplamış və X30 həyətində ona vermişdir. Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir ki, anasına pensiya düzəltsin. Anası xəstəliklə əlaqədar işdən çıxmış, lakin pensiya almamışdır. İş yubandıqdan sonra bir neçə nəfərdən də soruşub bu məsələnin pulla düzəlməyəcəyini öyrənmişdir. Ramindən pulu geri istəmiş, lakin, Ramin pulu qaytarmadığı üçün Salyan RPŞ-nə gedib şikayət etmişdir. Pulu aldığı şəxsin borcunu ödəməyin vaxtı çatdığı üçün Tofaş maşınını satıb onun pulunu ödəmişdir. Bir müddət sonra Ramini Salyan rayon məhkəməsində görmüşdür. Bir müddət sonra Ramin zəng edərək ona bank kartını atmağını istəmiş, 5-10 dəqiqə sonra karta 2200 manat pul köçürülmüşdür. Hazırda ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, atası Şakir Hüseynovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Salyan şəhərindəki "Medikal Plaza" adlı tibb mərkəzində işləyən Təqsirləndirilən şəxs adlı həkimə müraciət etmişdir. 2023-cü il dekabr ayının ortalarında Ramin həkim yaşadığı evə gəlmiş və atasını müayinə edib bildirmişdir ki, atası ağır xərçəng xəstəsidir və atasını müalicə edib sağaldacağına söz vermişdir. Ramin həkim atasının müalicə olunması üçün Bakı şəhərindən müəyyən dərmanlar alıb gətirəcəyini və buna görə pul lazım olduğunu bildirmişdir. O, nə qədər pul lazım olacağını soruşduqda Ramin ilk olaraq 1500 manat lazım olduğunu bildirmişdir. O, lazım Raminin ona göndərdiyi bank kart hesabına özünə məxsus 1500 manatı köçürtmüşdür. Bundan sonrakı müddətlərdə Raminin həkim olmadığını, həkim adından istifadə edərək onun etibarından sui-istifadə edib ona qarşı dələduzluq etdiyini öyrənmişdir. Bu səbəbdən o, Ramin ilə telefon əlaqəsi saxlayıb göndərdiyi 1500 manatı geri qaytarmasını tələb etmişdir. Ramin ondan aldığı pulu geri qaytaracağını bildirsə də, sonradan bunu etməmişdir. Sonrakı günlər Raminin telefonuna etdiyi zənglər cavabsız qaldığından o, Salyan Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırki vaxtadək ona dəymiş 1500 (bir min beş yüz) maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, azyaşlı övladının səhhəti ilə bağlı arvadı və qayınatası Salyan şəhərində yerləşən "Medikal" tibb mərkəzinə müraciət etmişlər. Sonradan bilmişdir ki, onları həkim uzman Təqsirləndirilən şəxs qəbul etmiş və müayinə zamanı Ramin həkim qayınatası Zərərçəkmiş şəxs9 təklif etmişdir ki, pul müqabilində ona təqaüd düzəldə bilər. Həmin vaxt qayınatası bu qədər pulu olmadığını deyib həkimin təklifini qəbul etməmişdir. Bu barədə qayınatası ona dedikdə o, bildirmişdir ki, əgər mümkündürsə Ramin həkim ona təqaüd düzəltsin. Qayınatası bu barədə Ramin həkim ilə danışdıqda həkim bildirmişdir ki, heç bir problem yoxdur və pulu ertəsi gün çatdırmaqlarını istəmişdir. Ona görə o, lazım olan 2250 manatı topladıqdan sonra qayınatası ilə birlikdə Salyan şəhərinə gəlmişdir. Qayınatası Ramin həkim ilə görüşmək üçün həkimin evinə getmişlər və burada o, qayınatasının yanında 2250 manatı əlbəəl Ramin həkimə vermişdir. Ramin həkim pulu ondan alıb bildirmişdir ki, narahat olmasınlar, məsələ öz həllini tapacaqdır və ona təqaüd veriləcəkdir. Sonradan 1000 manat müqabilində qayınanası üçün təqaüd düzəldilməsini istəmişdir. Ramin həkim heç bir problem olmadığnı dedikdə qayınatası həmin gün özünə məxsus 1000 manatı bank kartına göndərmişdir. Həmin vaxtdan bir neçə gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs bir xəbər olmadığından Salyan rayon polis şöbəsinə gedib şikayət ərizəsi yazmışlar. Hazırda ona vurulmuş 2250 (iki min iki yüz əlli) maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, azyaşlı nəvəsinin səhhəti ilə bağlı qızı və nəvəsi ilə birlikdə Salyan şəhərində yerləşən "Medikal' tibb mərkəzinə müraciət etmişdir. Onları Almaniya və Fransada təhsil almış həkim kimi tanınan Təqsirləndirilən şəxs qəbul etmişdir, nəvəsini müayinə edib müalicə yazmışdır. Həmin vaxt Ramin həkim ondan təqaüd alıb-almadığını soruşmuş və o, da cavab vermişdir ki, heç bir təqaüd almır. O zaman Ramin həkim ona bildirmişdir ki, xəstəliyi ilə bağlı ona təqaüd düzəltsin. O, bu təklifindən imtina etmişdir. Həkimdən qayıtdıqdan sonra ailəsi ilə məsləhət etdikdən sonra kürəkəni, yəni qızının əri Zərərçəkmiş şəxs8 üçün təqaüd düzətdirməyi qərarlaşdırmışdır. O, Ramin həkim ilə əlaqə saxlayıb özü üçün deyil, kürəkəni üçün təqaüd düzəldə bilib-bilməyəcəyini soruşduqda Ramin həkim 2250 manatı ertəsi gün çatdırsınlar. Kürəkəni Bəhruz lazım olan 2250 manatı topladıqdan sonra Ramin həkimin evinə getmişlər və burada Bəhruz onun yanında özünə məxsus 2250 manatı əlbəəl Ramin həkimə vermişdir. Ramin həkim pulu Bəhruzdan alıb bildirmişdir ki, narahat olmasınlar, məsələ öz həllini tapacaqdır və Bəhruza təqaüd veriləcəkdir. Daha sonra Ramin həkim ona zəng edib demişdir ki, cəmi 1000 manat müqabilində yoldaşına da təqaüd düzəldə bilər. Bundan sonra o, arvadının şəxsiyyət vəsiqəsinin surətini Raminə göndərmişdir. Daha sonra o, həmin gün özünə məxsus 1000 manat evdən götürüb ödəniş terminalı vasitəsilə 1000 manatı Ramin həkimin bank kartına göndərmişdir. Lakin həmin vaxtdan bir neçə gün keçməsinə baxmayaraq Ramin həkimdən bir xəbər olmamış və etdiyi zənglərə cavab verilməmişdir. Bu səbəbdən o, və kürəkəni Bəhruz birlikdə Ramin həkim ilə görüşmək üçün “Medikal” tibb mərkəzinə getmişlər, lakin tibb mərkəzində onlara bildirmişlər ki, artıq bir neçə gündür Ramin həkim həmin tibb mərkəzində işləmir. Bu səbəbdən onlar Salyan rayon polis şöbəsinə gedib şikayət ərizəsi yazmışlar. Hazırki vaxtadək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1.000 manat məbləğində maddi ziyan ödənilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, o, səhhətində yaranmış problemlərlə bağlı Salyan şəhərində yerləşən "Medical plaza" tibb mərkəzinə müraciət etmişdir. Tibb mərkəzində onu Təqsirləndirilən şəxs adlı həkim qəbul etmiş, onu müayinə edib, təyinat yazıb resept vermişdir. Həmin reseptə əsasən aptekdən dərmanları almış və bir həftə ərzində qəbul etmişdir. Lakin səhhəti düzəlmədiyi üçün yenidən həmin tibb mərkəzinə gedib Təqsirləndirilən şəxs müraciət etmişdir. Bu dəfə Ramin onu müayinə edib analizlərin cavablarına baxıb bildirmişdir ki, o, onkoloji xəstədir, vəziyyəti ağırdır və onun müalicəsi üçün xeyli pul lazım olduğunu bildirmişdir. Həmin ərəfədə qardaşı xərçəng xəstəliyindən vəfat etmiş və bu səbəbdən o, qorxub Raminin təklifi ilə razılaşmışdır. Bundan sonrakı günlər, yəni yanvarın 10-da Ramin həkim onun yaşadığı evə gedib ona 4 ədəd sistem qoşmuş və buna görə ondan 520 manat pul almışdır. Daha sonra Ramin demişdir ki, o, onkoloji xəstə olduğu üçün ona təqaüd düzəldə bilər və buna görə 11000 manat pul lazımdır. O, düçar olduğu xəstəlikdən qorxduğu üçün və sağalmaq məqsədilə Raminə istədiyi pulu vermək üçün "Access bank"ın Salyan filialından 3000 manat məbləğində kredit götürmüş, daha sonra özünə məxsus “Belarus MTZ-80” markalı traktorunu dəyər-dəyməzə cəmi 3300 manata satmışdır. Yanvarın 15-də Ramin həkimlə əlaqə saxlamış və Ramin onların evinə gəldikdə o, 3500 manatı ailə üzvlərinin yanında Raminə vermişdir. Təqsirləndirilən şəxs pulun qalan hissəsini nə zaman verəcəyini soruşduqda o, hissə-hissə lazım olan pulları verəcəyini demişdir. Ramin etiraz etməyib öz adına olan "AzTürkBank"a məxsus bank kartının fotoşəklini onun telefonuna göndərmişdir. Bundan sonrakı günlərdə, yəni yanvarın 18-də o, Salyan rayonu Xələc kəndindəki "Muğan" adlı marketdəki bankomat vasitəsilə Raminin bank kartına 1000 manat, yanvarın 21-də həmin marketdəki bankomatdan 4000 manat, yanvarın 30-da Xələc kəndindəki "Toğrul" adlı marketdəki bankomatdan 1500 manat və yanvarın 31-də yenidən "Muğan" adlı marketdəki bankomatdan daha 400 manat pul göndərmişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 10920 manat pul vermişdir. Fevralın 16da internet sosial şəbəkənin xəbərlər saytında oxumuşdur ki, törətdiyi dələduzluq cinayətlərinə görə Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsi tərəfindən tutulmuşdur. Bu zaman o, anlamışdır ki, Təqsirləndirilən şəxs onu da aldadıb etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun ümumilikdə 10920 manat pulunu ələ keçirmişdir. Ona görə o, əvvəlcə DİN-in 102 Xidmətinə zəng edib məlumat vermiş, daha sonra yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına bu barədə izahat vermişdir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs ona vurulmuş ümumilikdə 10.920 manat maddi ziyanı ödəməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq şahid qismində dindirilmiş X17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs6 onun oğludur, onunla birlikdə yaşayır. 2023-cü ilin dekabr ayının əvvəllərində o, xəstələnmiş və oğlu Ramin onu Salyan şəhərindəki "Medikal Plaza" adlı tib mərkəzinə həkim müayinəsinə aparmış və orada onu həkim Təqsirləndirilən şəxs müayinə edib müalicə yazmışdır. Həmin vaxt oğlu Zərərçəkmiş şəxs6 və həkim Təqsirləndirilən şəxs orada tanış olmuşlar. Sonrakı günlər oğlu ona Ramin həkim ilə danışdığını və cəmi 2000 manata Ramin həkimin ona pensiya düzəldəcəyinə söz verdiyini demişdir. O, etiraz etməmiş, lakin, evlərində nağd pul olmadığından 2000 manat borc alaraq Təqsirləndirilən şəxs vermişlər. Pulu verən zaman Təqsirləndirilən şəxs əgər borcu qaytara bilməsələr 1 aydan sonra 2200 manat qaytarmalı olduqlarını bildirmişlər. Sonradan pensiya məsələsi alınmadığı üçün oğlu Zərərçəkmiş şəxs6 özünə məxsus "Tofaş" markalı avtomobili satmalı olmuşdur. Lakin sonradan oğlu Zərərçəkmiş şəxs6 zəng edib Təqsirləndirilən şəxs 2000 manatı geri istəmiş, lakin, Ramin həkim pulu qaytarmağa söz versə də, bunu etməmişdir. Sonradan Təqsirləndirilən şəxs 2200 manat pulu onlara geri qaytararaq, onlara vurulmuş maddi ziyanı ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona özünü həkim kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs tam olaraq inanmışdır. X3 da onun vasitəsilə Raminlə tanış olmuşdur. X47 ilə telefon əlaqəsi saxlayan zaman Ramin müəyyən məbləğdə pulun qarşılığında bacısına xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini bildirmişdir. Həmçinin, həkim olduğu üçün bacısının adına xəstəlik sənədləri düzədəcəyini, həmin sənədləri Bakıya göndərəcəyini və bununla da bacısına təqaüd düzəldəcəyini bildirmişdir. Telefon danışığı zamanı Ramin bacısına 2500 (iki min beş yüz) manat müqabilində pensiya məsələsini həll edəcəyini bildirmişdir. Bundan sonra anası Xatirə ilə bacısı Səbinə bacısının qızıllarını girov qoyaraq 2500 (iki min beş yüz) manat pulu kredit kimi götürmüşlər. Bacısı 2500 (iki min beş yüz) manat pulu Raminin istifadəsində olan bank kartına göndərmişdir. Ramin ilə telefon əlaqəsi saxlamış, Ramin göndərdiyi 2500 (iki min beş yüz) manat pulun kartına daxil olduğunu, tez zamanda həmin pulun müqabilində bacısına xəstəlik ilə bağlı təqaüd düzəldəcəyini bildirmişdir. Artıq bundan sonra Raminin bacısını aldatmasına əmin olmuşlar. Lakin, bu barədə Raminə məlumat verməmişlər. xx.xx.2024-cü il tarixdə bacısı Səbinə dərhal Bərdə RPŞ-nə gedərək şikayət ərizəsi ilə baş verənlər barədə müraciət etmişdir. Hazırda həmin 2500 (iki min beş yüz) manat maddi ziyandan heç bir ödəniş geri qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qızı Solmazın vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs böyük qızı Solmaza məxsus olan Bərdə şəhərində yerləşən kafeyə gəlmişdir. Onun qalmağa yeri olmadığı üçün qızı Solmaz Ramini evinə dəvət etmişdir. Solmaz Raminin həkim olduğunu və Bərdə şəhərində Diaqnostika klinikasında işləyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs telefon mağazasında işləyən oğlanın atasını müalicə etdiyini söyləmişdir. Məlumatı dəqiqləşdirmək üçün həmin oğlanla əlaqə saxlamışlar. O, həqiqətən də atasını Raminin müalicə etdiyini bildirmişdir. Həmçinin qızı Səbinənin də səhhətində narahatlıqlar olmuşdur. Ramin müəyyən məbləğdə pulun qarşılığında Səbinəyə xəstəlik ilə bağlı təqaüd düzəldə biləcəyini bildirmişdir. Ramin Səbinəyə bu cür təqaüdü 2500 (iki min beş yüz) manata düzəldəciyini bildirmişdir. Səbinədə işsiz olduğuna görə razılaşmışdır. Qızı Solmaz onlara bildirmişdir ki, Raminə veriləcək pulu onun vasitəsilə Raminə versinlər. Ona görə ki, səhəri gün bir problem çıxarsa əllərində sübutları olsun. Səbinənin qızıllarını girov qoyaraq öz adına 2500 (iki min beş yüz) manat kredit olaraq pul götürmüşdür. Həmin 2500 (iki min beş yüz) manat pulu Raminin istifadəsində olan bank kartına göndərmişdir. Pulu göndərdikdən sonra qızı Solmaz Səbinə ilə telefon əlaqəsi saxlayıb pulları Raminə göndərməsini, Raminlə telefon əlaqəsi saxlamasını, heç bir problem olmadığını bildirmişdir. Həmçinin, Solmaza bildirmişdir ki, tezlikdə verdikləri pulun müqabilində Səbinəyə xəstəlik ilə bağlı təqaüd düzəldəcəkdir. Aldanıldıqlarını bildikdən sonra Səbinə dərhal Bərdə RPŞ-nə gedərək şikayət ərizəsi ilə baş verənlər barədə müraciət etmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dəvət olunaraq dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, X43 klinikasının təsisçi direktorudur. O klinikanın rəhbəri olsa da Bakı şəhərində həkim kimi fəaliyyət göstərir. Lakin o, hər ay klinikaya getmişdir. Klinikada olmadığı vaxtlarda faktiki olaraq həkimlərin işə davamiyyəti kimi məsələlərlə klinikanın mühasibi məşğul olmuşdur. Təqsirləndirilən şəxsla ilk dəfə restoranda tanış olmuşlar. Təqsirləndirilən şəxs özünü Səhiyyə Nazirliyi TƏBİB-dən göndərilmiş uzman həkim kimi təqdim etmişdir. Həkimləri klinikaya cəlb etmək üçün rayona yeni həkimlər gələndə onlarla tanış olmuş, söhbət etmişlər. Təqsirləndirilən şəxsla klinikanın marketinq işçisi tanış olmuşdur. X44 rayon mərkəzi xəstəxanasından tanıdığını bildirmişdir. Klinikada kadr çatışmazlığı olduğu üçün yeni həkimləri klinikaya dəvət etmək marağında olmuşlar. Ramin həkim kimi işə düzəlmək üçün müraciət etmiş, bundan sonra ondan sənədlərini təqdim etməsini istədikdə Ramin diplomunu təqdim etmiş, lakin sertifikasiya imtahanından keçməsinə dair sənəd təqdim etmədiyinə görə klinikada işləməsi baş tutmamışdır. Ramin “həkim-pulmonoloq” kimi fəaliyyət göstərdiyini bildirmişdir. Ramin klinikada rəsmi şəkildə həkim kimi fəaliyyət göstərməmiş, həkim kimi göndərişlər yazmış və xəstələrlə birlikdə klinikaya giriş etmişdir. Ramin özü ilə sadəcə xəstə gətirmiş, lakin klinikanın həkimlərini bəyənmədiyinə görə guya bəzi şeylərə özü nəzarət edərək xəstənin yanında şəxsən özü olmuşdur. Təqsirləndirilən şəxs klinikada otağa sahib olmamış, heç bir otağın qapısında onun həkim kimi adı yazılmamışdır. Raminin xəstələrə yanlış diaqnozlar qoyması, dərmanlar verməsi klinikada baş verməmişdir. Bu işlə əlaqədar prokurorluq orqanına, eyni zamanda Səhiyyə nazirliyinə çağırılıb izahatı alınmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 04 fevral 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilənəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifayət qədər sübutlar olduğu üçün həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və elə həmin tarixdədə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 14 fevral 2024-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Şahid1 Talib qızı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət nəticəsində onlara dəymiş 2000 manat maddi ziyan tam şəkildə ödənilmişdir, cinayət işi üzrə heç bir şikayət, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət nəticəsində onlara dəymiş 2000 manat maddi ziyan tam şəkildə ödənilmişdir, cinayət işi üzrə heç bir şikayət, tələbi və iddiası yoxdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının AZN Məzənnələri haqqında sənədlərin surətlərindən görünür ki, 2023-cü ilin yanvar-fevral ayları ərzində 1 ABŞ dollarının Azərbaycan manatına nisbəti 1.70 manat təşkil etmişdir. Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 1 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin vermiş olduğu arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu T.Yusifov küçəsi ev 3, mənzil 51-də yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən cinayət işi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam edilmişdir. Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01 (bir) ədəd qəbz, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 04 (dörd) ədəd qəbz, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01 (bir) ədəd qəbz, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 03(üç) ədəd qəbz, zərərçəkmiş şəxs Səbinə Quliyevanın Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 02 (iki) ədəd qəbz 21 avqust 2024-sü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 66.300 (altmış altı üç yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 289 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 40.000 (qırx min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 211 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 4.500 (dörd min beş yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs X14 cinayət nəticəsində ona vurulmuş maddi ziyan 2.500 (iki min beş yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, mülki iddia ilə əlaqədar 45 (qırx beş) manat dövlət rüsumu ödənilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən 15 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməmiş, ödənilməsini tələb edir və dəymiş ziyanı tələb edir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xaricdə əldə etdiyi kvalifikasiyanın tanınması məqsədi ilə TKTA-ya müraciət etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X24 əmri ilə hər hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ibadədə özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla, iş materiallarında olan zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, eyni zamanda özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə tam təkzib edilir. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək icraat zamanı verilmiş özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməsinə dair etirafedici ifadəsinin həqiqiliyini şübhə altına alan hər hansı məqam aşkar edilməmiş, eyni zamanda, nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı müdafiə tərəfi həmin ifadənin mötəbərliyinə qarşı hər hansı iddia irəli sürməmişdir. Həmçinin, məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri işdə toplanmış digər sübutlarla – zərər çəkmiş şəxslərin, şahidlərin birbiri ilə ziddiyyət təşkil etməyən ifadələri, eləcə də, iş materialları ilə müqayisəli surətdə qiymət hüquqi qiymət vermişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi tam sübuta yetirildiyindən o, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə, həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 fevral 2024cü il tarixdən hesablanmalıdır. Həmçinin, CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-nin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Maddə 186.2 Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Maddə 354.1. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması əks etdirilir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs3 mülki iddiası tam təmin olunmalı və ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs3 ödənilməlidir. Həmçinin : Zərərçəkmiş şəxs X5 mülki iddiası tam təmin olunmalı və ümumilikdə 2545 (iki min beş yüz qırx beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs X11 ödənilməlidir. Zərərçəkmiş şəxs5 mülki iddiası, ona vurulmuş maddi ziyandan 6.000 manatının ödənilməsi nəzərə alınaraq, qismən təmin olunmalı və mülki iddianın təmin edilmiş hissəsinə mütənasib dövlət rüsumu hesablanmaqla, ümumilikdə, 34.192 (otuz dörd min yüz doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs5 ödənilməlidir. Zərərçəkmiş şəxs11 mülki iddiası tam təmin olunmalı və ümumilikdə 66.589 (altmış altı min beş yüz səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs11 ödənilməlidir. AR CPM-in 180.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş, maddi ziyanı ödənilməyən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs10 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah olunmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01 (bir) ədəd qəbz, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 04(dörd) ədəd qəbz, zərərçəkmiş şəxs llham Qasımovun Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01 (bir) ədəd qəbz, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 03(üç) ədəd qəbz, zərərçəkmiş şəxs Səbinə Quliyevanın Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 02 (iki) ədəd qəbz cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 4-6 fevral 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs3 mülki iddiası tam təmin olunsun və ümumilikdə 4.565 (dörd min beş yüz altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs X5 mülki iddiası tam təmin olunsun və ümumilikdə 2.545 (iki min beş yüz qırx beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs X11 ödənilsin. Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin olunsun və ümumilikdə, 34.192 (otuz dörd min yüz doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxs11 mülki iddiası təmin olunsun və ümumilikdə 66.589 (altmış altı min beş yüz səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs11 ödənilsin. AR CPM-in 180.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs10 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah olunsun. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01(bir) ədəd qəbz, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 04 (dörd) ədəd qəbz, zərərçəkmiş şəxs llham Qasımovun Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01(bir) ədəd qəbz, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 03 (üç) ədəd qəbz, zərərçəkmiş şəxs Səbinə Quliyevanın Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 02 (iki) ədəd qəbz cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar