Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-685/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru ədliyyə müşaviri X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ramana qəsəbəsi fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilənTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını dələduzluqla, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə qohumu Şahid4 miras qalmış Gəncə şəhəri. Vaqif küçəsi, 133 saylı ünvanda yerləşən daşınmaz əmlakı guya sonuncunun adına rəsmiləşdirib satdıqdan sonra əldə edilən pulun özünə çatan hissəsini tanışı Zərərçəkmiş şəxs ilə bərabər böləcəyinə yalandan vəd verib onu aldatmış. 2013-cü ilin noyabr ayından 2014-cü ilin əvvəllərinə qədər olan müddət ərzində bir neçə dəfəyə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 19.3 saylı mənzildə vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 220.000 manat nağd pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, 2013-cü ildə avtobusda bir sinif yoldaşı ilə qarşılaşmış, o, həmin vaxtı obyektin sənədləşmə işləri ilə məşğul olmuşdur. Həmin sinif yoldaşı ona Razin qəsəbəsində yaşayan bir falçıya müraciət etməyini məsləhət görmüş, o falçı ilə tanış olarkən falçının adının Zərərçəkmiş şəxs olduğunu və 18 dəfə həcc ziyarətinə getdiyini öyrənmişdir. Fizuli onun falına qırmızı rəngli kitabda baxıb böyük miqdarda mülk sahibi olacağını demişdir. Fizuli bu barədə ondan soruşduqda o da təsdiq etmişdir ki, həqiqətən də uzaq qohumu olan Şahid4 məxsus ümumi sahəsi təxminən 2000 kvadrat metr olan və Gəncə şəhərində yerləşən obyekt vardır. Çünki Şahid4 ona bildirmişdir ki, həmin mülk vərəsəlik əsasında ona çatmalıdır, lakin onun müvafiq sənədləri yoxdur. Həmin sənədlərin hazırlanması yəni arxivdən yığılması və digər zəruri sənədləşmənin aparılması üçün o, Şahid4 kömək edəcəyi təqdirdə Cahangir sonradan həmin mülkü satıb ona da külli miqdarda pul verəcəyinə vəd vermişdir. O da bu məsələni olduğu kimi Zərərçəkmiş şəxs danışmış, Zərərçəkmiş şəxs bundan sonra yenidən fala baxaraq bu mülkün onun olacağını bildirmişdir. O da həmin vaxt ümumiyyətlə pulu olmadığını, həmçinin 1200 manat borcu olduğunu bildirmiş, bundan sonra Füzuli ona köməklik göstərəcəyini bildirmişdir. 2013-cü ilin noyabr-dekabr ayında ilk dəfə olaraq Fizuli ona 2000 manat pul vermiş, o da həmin puldan 1200 manatını öz borcunun qaytarılmasına, qalan 800 manatını isə öz evinin xərcləri üçün istifadə etmişdir. Bu 2000 manatın əvəzində Füzuliyə heç bir söz verməmiş, həmin pul ona sırf köməklik üçün verilmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxsla aralarında olan razılaşmaya görə əgər həmin mülk satılarsa Şahid4 ona verəcəyi puldan 50 %-nı Fizuliyə verəcəyini bildirmişdir. Bundan sonra yenidən yol pulu və digər işlərin həlli üçün Fizuli ona 1000 manat pul vermişdir. Həmin pulu Gəncə şəhərinə gedib müvafiq sənədlərin alınması üçün xərcləmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin mülk tikinti planına düşüb, eləcə də həmin mülkə artıq başqa 3 nəfər sahiblik edir. Həmin adamlar obyekti satmaq üçün 1.350.000 manat pul istəmiş, o da bu barədə Zərərçəkmiş şəxs bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ona məhkəməyə müraciət edib çıxarışları almaq olar demişdir. O da Gəncə şəhəri Nizami rayon məhkəməsinə getmək istəyərkən fikirləşmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti ilə məsləhətləşsin. Həmin xidmətdən ona bildirmişlər ki, məhkəməyə verməyin mənası yoxdur, çünki obyekt plana düşübsə heç bir köməyi olmayacaqdır. Bunu bildikdən sonra artıq o başa düşmüşdür ki, bu iş alınan deyil, lakin həmin dövrdəki maddi imkansızlıq səbəbindən və həyat yoldaşının onkoloji xəstə olaraq, müalicəsinə pul lazım olduğundan müxtəlif vaxtlarda və müxtəlif adamların yanında Zərərçəkmiş şəxs hissə-hissə pul almışdır. Fizulidən 3 il ərzində ümumilikdə təxminən 150.000 manat məbləğində pul almış, 2016-cı ilin xatırlamadığı ayında onun Zərərçəkmiş şəxsla əlaqəsi ümumiyyətlə kəsilmişdir. Fizyuli Qasımovdan aldığı pullardan 15.000 manatını geri qaytarmışdır. Bildirmişdir ki, törətdiyi əməldən səmimi peşmandır və məhkəmədən ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qohumu X2 onu Təqsirləndirilən şəxsla tanış etmiş, onunla bir müddət ünsiyyətdə olduqdan sonra aralarında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs 2013-cü ilin oktyabr ayında ona müxtəlif sənədlər göstərərək guya ünvan 3 ünvanında mülkünün olduğunu bildirib, həmin mülkün sənədlərinin tam hazırlanıb sonradan satılmasına pul qoymağı təklif etmişdir. Aralarında olan razılaşmaya görə həmin mülki satdıqdan sonra həmin mülkdən əldə olunan pul aralarında bərabər şəkildə bölünməsi razılığına gəlmişlər. O da Cəsurun bu yalan vədlərinə aldanıb Cəsura Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 19, mənzil 3-də hissə-hissə olmaqla ümumilikdə 220.000 manat pul vermişdir. Bu pulun çox hissəsi onun özünə məxsus olsa da, qalan hissəsi dost və tanışları olan Şahid1, Şahid2 və Şahid3 borc olaraq almışdır. O, Təqsirləndirilən şəxs verdiyi pulların böyük bir qismini evinin satılmasından əldə etmiş, həmin mənzili 110.000 manata satmış və onun pulunu Cəsur istədikcə hissə-hissə olmaqla ona vermişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs 220.000 manat pul vermiş, Cəsur hər dəfə 2.000 kvadrat metrlik həmin mülkün çıxarışının və digərzəruri sənədlərin alınması məqsədi iləistifadə etmək adı ilə ondan əlavə pullar almışdır. Bu proses 2013-cü ilin oktyabr ayından başlayıb, ilk dəfə pul noyabr ayında verilməklə 2014-cü ilin əvvəllərinə qədər davam etmişdir. Təqsirləndirilən şəxs ona verdiyi pulun müəyyən qismini qaytarsa da, hal-hazırda Təqsirləndirilən şəxs ona 150.000 manat borcu vardır. Cəsurun qeyd etdiyi Gəncə şəhərində yerləşən obyektini o, əyani şəkildə görməmiş, lakin Cəsura böyük inamı olduğundan həmin ərazinin sənədləşdirilməsi üçün pullarını vermişdir. Həmin vaxtı Cəsur ona söz vermişdir ki, təxminən sənədlər qaydasına düşdükdən sonra ona 1.000.000 manat pul verəcəkdir. Hətta o əmin olmağı üçün Cəsur öz xətti ilə vəsiyyətnamə yazaraq, əgər onun başına bir iş gələrsə pulun ona verilməsini qeyd etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pullardan 15.000 manatını geri qaytarmışdır. Həmçinin, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o istilik elektrik sistemləri üzrə mütəxəssis işləyir. 2014-cü ilin iyun ayının 14-də qardaşı Şahid3 ona bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs köməklik etmək lazımdır. Ətraflı sorğu sual etdikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Fizuliyə Gəncədən əmlak alıb satmaqla qazanc əldə etməyə köməklik edir və indiyə kimi Zərərçəkmiş şəxs Cəsura külli miqdarda pul vermişdir. Qardaşı bildirmişdir ki, hazırda bu iş yekunlaşmaq ərəfəsindədir, əgər yekunda lazım olan az məbləğdə pul verilməsə Fizulinin bütün pulu batacaqdır. Yəni həmin daşınmaz əmlakı Cəsurun əlindən başqa biri alacaqdır. Belə olduqda ilkin olaraq Fizuliyə verməsi üçün qardaşına 1750 manat pul vermişdir. Bundan özünün yığdığı 7.000 manat pulu da Füzulinin öz evində ona vermiş, həmin vaxt orada Təqsirləndirilən şəxs da iştirak etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs yenidən həmin iş üçün Cəsura vermək məqsədi ilə ondan əlavə olaraq 4.000 manat və 1.750 manat pul istəmişdir. O da yenə eyni qaydada həmin pulları aparıb Fizulinin evində Fizulinin özünə vermiş, həmin pulun 1750 manatını qardaşı Şahid3 götürərək Füzuliyə vermişdir. Fizuli isə yanında həmin pulları Təqsirləndirilən şəxs vermişdir. Bütün pulları Təqsirləndirilən şəxs özü saymışdır. Bir müddət sonra Fizuii ona demişdir ki. Cəsur ona aldadaraq külli miqdarda pullarını ələ keçirmişdir. Fizuii bundan sonra hətta onun iştirakı ilə Təqsirləndirilən şəxs öz pullarını tələb etdiyi zaman sonuncu narahat olmamağı və bütün problemləri həll edəcəyini demişdir. Sonradan bildiyi qədəri ilə Cəsurun bu sözləri də yalan çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun 30 illik dostudur, heç vaxt aralarında düşmənçilik və ədavət olmamışdır. 2014-cü ildə “Gözdən əlillər cəmiyyətin”də sex rəisi işləmiş və həmin ərəfədə dostu Zərərçəkmiş şəxs ona müraciət edərək bildirmişdir ki, Cəsur adlı şəxs ona Gəncə şəhərində daşınmaz əmlakla bağlı zəruri sənədləşməni həll edib sonradan onun satışını həyata keçirib yüksək qazanc əldə etmək barədə vəd vermişdir. Cəsurun vədinə görə bu daşınmaz əmlakın sənədləşməsi üçün külli miqdarda pul lazım olmuşdur. Buna görə də Fizuii Qasımov ondan xahiş etmişdir ki, Cəsura bu işin həll etməsi üçün 20.000 manat borc pul versin. Həmin vaxt onda o qədər pul olmuş və Fizuli ilə münasibətləri yaxşı olduğundan ona 20.000 manat pulu Fizulinin yaşadığı evində vermişdir. Bir müddət sonra Fizuli demişdir ki, Cəsur onu aldadaraq külli miqdarda pullarını ələ keçirmişdir. Fizuli bundan sonra hətta onun iştirakı ilə Təqsirləndirilən şəxs öz pullarını tələb etdiyi zaman Cəsur narahat olmamağı və bütün problemləri həll edəcəyini demişdir. Lakin bir müddət sonra Cəsur ümumiyyətlə bütün əlaqə vasitələrini gizlədərək qaçmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs adında adam tanımamış, elə bir adamla əlaqəsi olmamışdır. Lakin Təqsirləndirilən şəxs tanımış, belə ki, babasının ünvan 4 ünvanında yaşayış evi olmuşdur. Lakin SSRİ vaxtında həmin ev müsadirə edilmişdir. O, sonradan varis kimi həmin evdə hüquqlarını bərpa etməyə çalışmışdır. Təxminən 10 il bundan əvvəl Cəsur adlı şəxs ona yaxınlaşmış və bu işdə köməklik edə biləcəyini demişdir. O da Cəsura «sən mənə kömək et, mən də sənin hörmətindən çıxaram» ifadəsini demişdir. Sonradan evin sənədlərini Təqsirləndirilən şəxs vermiş, lakin bir qədər sonra ondan xəbər çıxmamış, Cəsurla əlaqəsi kəsilmişdir. Cəsurun sonradan nə etdiklərindən xəbəri olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs tərəfindən əl yazısı ilə tərtib edilən əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində olan 2 mülkini 1.800.000 manata satdığını və guya öləcəyi təqdirdə bu pulların "dayısı" hesab etdiyi Zərərçəkmiş şəxs tam şəkildə verilməli olduğunu qeyd etmişdir. (iş vərəqə 202) İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/11 nömrəli rəyindən görünür ki, "Ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adından olan xx xxxxxx 2014-cü il tarixli vəsiyyətnamədki yazılar və imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (iş vərəqə 219-222) İş materiallarında olan Təqsirləndirilən şəxs və Fizuii Qasımov arasında olan üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Füzuli Qasımov istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onun cinayət əməlini ifşa etmişdir. (iş vərəqə 57-58) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun gəlmir və öz məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Çünki onun məhkəmədə verdiyi ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam təkzib olunmuşdur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 95-96) İş materiallarında olan 39 saylı MKİS-in rəisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə ünvan 1 ünvanında qeydiyyatda olmuş, himayəsində 2005-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan 2006, 2008 və 2014-cü il təvəllüdlü üç azyaşlı uşaqları vardır və müsbət xarakterizə olunur. (98-104) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, özünü qismən təqsirli bilməsini, müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini, himayəsində 1 yetkinlik yaşına çatmayan, 3 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin4(010)-614/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, onun barəsində həbs etmənin əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanmışdır.(iş vərəqə 65-66) İş materiallarında olan xx xxx 2018-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bitdiyindən, o, həbsdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 143) Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 07 ay 16 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 4(010)-614/2017 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 186-188) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən yazılmış “vəsiyyətnamə" cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 112 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətəazadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət, 07 ay 16 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 il 04 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (yüz on iki) manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübut –Təqsirləndirilən şəxs tərəfindən yazılmış “vəsiyyətnamə" cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-685/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-685/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver