Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-685/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin nümayəndəsi X14 iştirakı ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5A, mənzil 96-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir: belə ki, o, tanışı Zərərçəkmiş şəxs3 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı halda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs3 27 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişməsində 19800 (on doqquz min səkkiz yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33664 (otuz üç min altı yüz altmış dörd) manat, 17 yanvar 2018-ci il tarixdə eyni ünvanda 19800 (on doqquz min səkkiz yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33662 (otuz üç min altı yüz altmış iki) manat, 26 fevral 2018-ci il tarixdə eyni ünvanda 5880 (beş min səkkiz yüz səksən) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9997 (doqquz min doqquz yüz doxsan yeddi) manat, 16 aprel 2018-ci il tarixdə eyni ünvanda 6250 (altı min iki yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10625 (on min altı yüz iyirmi beş) manat, 25 iyun 2018-ci il tarixdə özünün əvvəllər yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi 11A saylı binanın yanında 39600 (otuz doqquz min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 67320 (altmış yeddi min üç yüz iyirmi) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 17.000 (on yeddi min) manat qazanc adı ilə pul verib, Zərərçəkmiş şəxs3 məxsus əmlakı ələ keçirib ümumilikdə ona 138268 (yüz otuz səkkiz min iki yüz altmış səkkiz) manat olmaqla külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı halda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 saylı binanın yanında 12.000 (on iki min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 20782 (iyirmi min yeddi yüz səksən iki) manat, 2017-ci ilin yanvar ayının ortalarında eyni ünvanda 5000 (beş min) manat və 10110 (on min yüz on) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 18513 (on səkkiz min beş yüz on üç) manat, 2017-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 79, mənzil 198-də 99055 (doxsan doqquz min əlli beş) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 168622 (yüz altmış səkkiz min altı yüz iyirmi iki) manat, 23 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 saylı binanın yanında 19470 (on doqquz min dörd yüz yetmiş) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33115 (otuz üç min yüz on beş) manat, 2018-ci ilin mart ayında eyni ünvanda 19800 (on doqquz min səkkiz yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33662 (otuz üç min altı yüz altmış iki) manat, 2018-ci ilin aprel ayında eyni ünvanda 21000 (iyirmi bir min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 35700 (otuz beş min yeddi yüz) manat, 2018-ci ilin may ayında eyni ünvanda 60000 (altmış min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 102000 (yüz iki min) manat, 2018-ci ilin iyun ayında eyni ünvanda 56000 (əlli altı min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 95200 (doxsan beş min iki yüz) manat, 22 iyul 2018-ci il tarixdə eyni ünvanda 16500 (on altı min beş yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 28050 (iyirmi səkkiz min əlli) manat, 2018-ci ilin sentyabr ayında eyni ünvanda iki dəfəyə 26500 (iyirmi altı min beş yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 45050 (qırx beş min əlli) manat, 26 noyabr 2018-ci il tarixdə eyni ünvanda 16500 (on altı min beş yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 28050 (iyirmi səkkiz min əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 97714 (doxsan yeddi min yeddi yüz on dörd) manat qazanc adı ilə pul verib, Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib ümumilikdə ona 516030 (beş yüz on altı min otuz) manat olmaqla külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X20 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı halda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Elvin Abdıyevdən 2018-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrosu yaxınlığında 19500 (on doqquz min beş yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33150 (otuz üç min yüz əlli) manat, 2018-ci ilin dekabr ayında eyni ünvanda 5000 (beş min) manat və 4000 (dörd min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 6800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Elvin Abdıyevdə inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 20000 (iyirmi min) manat qazanc adı ilə pul verib, Elvin Abdıyevə məxsus əmlakı ələ keçirib ümumilikdə ona 24950 (iyirmi dörd min doqquz yüz əlli) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı halda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs4 14 may 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Başqa yer” çay evində 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat, 2018-ci ilin iyul ayının 2-nə keçən gecə saat 1 radələrində eyni ünvanda 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat, 2018-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi 36 nömrəli binanın həyətində 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat, 20 dekabr 2018-ci il tarixdə eyni ünvanda 50000 (əlli min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 85000 (səksən beş min) manat, 2019-cu ilin iyun ayında “Başqa yer” çay evində 16000 (on altı min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 27200 (iyirmi yeddi min iki yüz) manat, 2019-cu ilin avqust ayının 3-cü ongünlüyündə Bakı şəhəri, Xətai prospekti, ev 38, mənzil 273-də 44000 (qırx dörd min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 74800 (yetmiş dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 68000 (altmız səkkiz min) manat qazanc adı ilə pul verib, Zərərçəkmiş şəxs4 məxsus əmlakı ələ keçirib ümumilikdə ona 221000 (iki yüz iyirmi bir min) manat olmaqla külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Metrologiya və Standartlaşdırma Mərkəzinin direktoru, eyni zamanda nazirliyin Aparatında Audit şöbəsinin Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektorunda aparıcı məsləhətçi əvəzi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək tanışı X20 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının Yaponiyaya göndərilməsi xərcinin əvvəlcədən ödənilməsi və sonradan nazirlik tərəfindən ödəniş olduqda qazanc əldə edəcəklərini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Elvin Abdıyevdən 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsində yerləşən işlədiyi nazirliyin inzibati binasında 7000 (yeddi min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Elvin Abdıyevə məxsus əmlakı ələ keçirib ona 7000 (yeddi min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Prezident Administrasiyasına işə düzələcəyi və bundan sonra Zərərçəkmiş şəxs4 də işə düzəlməsinə köməklik edəcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs4 2019-cu ilin oktyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Başqa yer” çay evində 20.000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 məxsus əmlakı ələ keçirib ona 34000 (otuz dörd min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Metrologiya və Standartlaşdırma Mərkəzinin direktoru, eyni zamanda nazirliyin Aparatında Audit şöbəsinin Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektorunda aparıcı məsləhətçi əvəzi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək tanışı X20 dayısı Şahid15 ilə heç bir əlaqəsi olmadığı halda Şahid15 "xxxx" MMC-də işlədiyini bildirərək MMC tərəfindən bina inşa ediləcək yerdə yaşıllıq zolağının köçürülməsi işinin nazirliyin əməkdaşı kimi ona həvalə edildiyini, köçürülmə işinin xərcinin əvvəlcədən ödənildiyi halda sonradan ödəniş olduqda qazanc əldə edəcəklərini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Elvin Abdıyevdən 07 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən “Həyat plaza”nın həyətində 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Elvin Abdıyevə məxsus əmlakı ələ keçirib ona 34000 (otuz dörd min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X20 özünə məxsus hər hansı turizm şirkəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 "xxxx" şirkətinin özünə məxsus olduğunu bildirərək şirkətin fəaliyyətini genişləndirmək və sonra qazanc verəcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Elvin Abdıyevdən 12 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Dədəmin” avtoservisinin qarşısında 10000 (on min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Elvin Abdıyevə məxsus əmlakı ələ keçirib ona 10000 (on min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir: Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2009-cu ildə Mikayılova (Quliyeva) Ayşən Nizami qızı ilə ailə qurmuşdur. Birgə nikahdan iki azyaşlı övladları vardır. Hazırda hələki rəsmi nikahda qalsalar da həyat yoldaşı və övladları ilə birlikdə yaşamır. 2014-cü ildən 2019-cu ilin dekabr ayına qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə, sonuncu isə Audit şöbəsində aparıcı məsləhətçi işləmişdir. Şəxsi səbəblərdən öz ərizəsi ilə işdən azad olunmuşdur. Bildirmişdir ki, o, barəsində şikayət etmiş şəxslərdən ilk olaraq Zərərçəkmiş şəxs2 tanımış, belə ki, o, Məhəmmədin qardaşı Muradla İmişli rayonunda orta məktəbdə bir sinifdə oxumuş, Məhəmməd onlardan bir sinif yuxarıda oxuyurmuş, lakin həmin vaxtdan Məhəmmədlə aralarında münasibət yaranıb. O, 2002-ci ilə qədər İmişli şəhərində yaşamış, 8-ci sinifi orada bitirdikdən sonra ailəliklə Bakıya köçmüşlər və Binəqədi rayonu 267 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu ixtisası üzrə ali təhsil almışdır. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildə Məhəmməd vasitəsilə onun dostu Zərərçəkmiş şəxs3 tanımış və aralarında münasibət yaranıb. Səhv etmirsə 2017-ci ildə isə Məhəmməd vasitəsilə onun digər dostu Zərərçəkmiş şəxs4 tanımış və onunla da aralarında münasibət yaranmışdır. X26 ilə isə səhv etmirsə 2016-cı ildə tanış olmuşdur. Belə ki, həmin vaxtlar Elvin «Heydər Əliyev» adına Hava Limanında işləyirmiş. Elvinlə birlikdə onun bibisi oğlu Şahid9 işləyirmiş və o, Elvinlə onun vasitəsilə tanış olmuşdur. Belə ki, bəzən ona pul lazım olanda o, Vüqara müraciət edirmiş və Vüqar Elvindən pul alıb, ona verirmiş, o da bunun müqabilində Elvindən aldığı pulun üstündə ona artıq pul qaytarırmış. Bir müddət sonra Vüqar demişdir ki, aralarında olan pul məsələlərinə müdaxilə etmək istəmir və odur ki, onu Elvinlə yaxından tanış edərək, lazım olarsa özünün birbaşa əlaqə saxlamağını bildirmişdir. Sonralar o, Elvinlə yaxından tanış olmuş və onlar mütəmadi olaraq əlaqə saxlayırmışlar. Növbəti görüşlərdən birində o, Elvinə birgə iş qurub pul qazanmağı təklif etmişdir. Elvin hansı iş görməyi barədə maraqlandıqda o, ona bildirmişdir ki, taxta alqı-satqısı yaxşı qazanc gətirir və pul qazanmaq olar. Bildirmək istəyir ki, əslində onun taxta alqı-satqısı ilə məşğul olmaq imkanı olmayıb, belə işlə məşğul olan tanışları da olmayıb. Buna baxmayaraq Elvin onun təklifi ilə razılaşmış və Elvin ona iş görmək üçün pul verməyə başlamışdır. Belə ki, 2017-ci ilin sentyabr-dekabr ayları ərzində o, Elvindən əvvəlcə 5000 ABŞ dolları, sonra 9000 ABŞ dolları, daha sonra isə 5000 manat pul götürmüşdür. Elvinə həmin pulları taxta alqı-satqısı işinə cəlb edəcəyini desə də, pulları borclarını bağlamaq üçün istifadə edirmiş. Buna baxmayaraq o, Elvinə ondan aldığı 5000 ABŞ dollarına görə hər ay 375 ABŞ dolları, 9000 ABŞ dollarına görə 875 ABŞ dolları, 5000 manata görə isə 550 manat pul ödəyirmiş. Bu pulları o, 2018-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər ödəmişdir. Lakin əsas məbləğdən pul ödəməmişdir. 2018-ci ildə o, Elvindən taxta alqı-satqısı adı ilə əvvəlcə 5000 ABŞ dolları, sonra isə 6000 ABŞ dolları almışdır. Qeyd etmək istəyir ki, müvafiq qaydada həmin pulların da faizini ödəyirmiş. Belə ki, o, 5000 ABŞ dollarına görə ayda 375 ABŞ dolları, 6000 ABŞ dollarına görə isə 450 ABŞ dolları pul ödəyirmiş. 2019-cu ilin əvvəllərində Elvindən əvvəlcə 7000 ABŞ dolları, həmin ilin noyabr aynda isə bir dəfə 20000 ABŞ dolları, digər dəfə isə 5900 ABŞ dolları almışdır. Sonuncu dəfə pulları Elvindən o, başqa məqsədlərlə almışdır. Belə ki, 20000 ABŞ dolları məbləğində pulu guya ki, dayım Mürşüdün işlədiyi "xxxx" MMC-nin apardığı tikinti işləri ilə bağlı ekologiya rəyinin verilməsi ilə əlaqədar, 5900 ABŞ dollarını isə mən guya turizm şirkətinin fəaliyyətinə yatırım etmək adı ilə almışdır. Belə ki, həmin ərəfələrdə dostu Zərərçəkmiş şəxs2lə birlikdə Nərimanov rayonu ərazisində açdığı «Tur ekspert» adlı turizm şirkətinin fəaliyyətini normallaşdırmaq istəyirmiş. O, 2019-cu ilin sonlarında həmin şirkətdən ayrılmış, o, həmin şirkətə qeyri-rəsmi olaraq təxminən 15000 ABŞ dolları vəsait yatırmışdır və şərik olmuşdur, sonra şirkətdən ayrılmışdır. Bildirmişdir ki, o, 2019-cu ilin əvvəlində aldığı 7000 ABŞ dollarına görə Elvinə ayda təxminən 650 ABŞ dolları pul verirmiş. Lakin sonuncu aldığı 20000 ABŞ dolları və 5900 ABŞ dolları ilə bağlı o, Elvinə pul ödəməmişdir. Bildirmək istəyir ki, səhv etmirsə 2012 və ya 2013-cü ildə o. qeydiyyatda olduğu Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a, mənzil 96-nı ailə üzvlərindən xəbərsiz «VTB» Banka girov kimi qoyub, 30000 manat məbləğində pul kredit kimi götürmüşdür. Belə ki, həmin pulu tələbə yoldaşı olmuş Hüseyn Abdullazadənin təklifi ilə xarici ölkələrdən mobil telefon gətirilməsi üçün birgə işə yatırmışdır. 4-5 aydan sonra Hüseyn ona bildirmişdir ki, pulu batırmışdır və odur ki, həmin pulu qaytara bilmir. O, hər ay 1250 manat faiz ödədiyi üçün məcbur olub müxtəlif şəxslərdən borc alırmış və faiz ödəyirmiş. Sonra görmüşdür ki, artıq ödəyə bilmir. Qaynatası köməklik edib 2014-cü ildə bankın kreditini ödəyib evi girovdan çıxartmışdır. O da Elvindən aldığı pulların bir hissəsini məhz həmin bank faizinin ödənilməsi üçün aldığı borcları qaytarmağa yönəltmişdir. Beləliklə də, o, Elvindən ümumilikdə 49400 ABŞ dolları və 12000 manat pul götürmüş və həmin pulu ona qaytara bilməmişdir. Yalnız 2020-ci ilin yanvar ayının əvvəllərində atası Elvinə 10000 manat pul qaytarmışdır. Bundan başqa bildirmişdir ki, o, yuxarıda dediyi bank kreditini ödəmək üçün götürdüyü borcların faizlərini ödəmək üçün məcbur qalıb müxtəlif şəxslərdən borclar almışdır, həmçinin o, Məhəmməddən 2016-cı ilin axırlarında birinci dəfə 20000 manat alıb ona həmin məbləğə görə aylıq 1250 manat faiz verirmiş, sonra 2017-ci ilin yay aylarında bir dəfəyə 170000 manat pul alıb ona həmin məbləğə görə hər ay 13500 manat faiz ödəmişdir, dəqiq tarixi deyə bilməsə də sonrakı vaxtlarda o, Məhəmməddən daha 19800 ABŞ dolları alıb aylıq ona 5 faiz olaraq 990 ABŞ dolları məbləğində pul vermişdir, sonra bir dəfə də Məhəmməddən 19470 ABŞ dolları alıb aylıq 5 faiz olaraq 973 ABŞ dolları pul ödəmişdir, sonra 4 dəfə hər dəfə 16500 ABŞ dolları pul almışdır və həmin məbləğlərin hər birinə görə aylıq 6 faizdən olaraq 990 ABŞ dolları pul ödəmişdir, sonra bir dəfə Məhəmməddən 15000 manat alıb aylıq 10 faiz olaraq 1500 manat pul ödəmişdir. Bildirmişdir ki, o, Məhəmməddən hissə-hissə olmaqla ümumilikdə 325000 ABŞ dolları pul almışdır, yuxarıda bəzi məbləğləri aldığı vaxtları və hər dəfəsində götürdüyü məbləğləri yadında qaldığı qədər bildirmiş, bəzi məbləğləri aldığı tarixləri və konkret nə qədər məbləğ aldığını şifahi olaraq xatırlamır. O, Məhəmməddən aldığı 325000 ABŞ dollarının qarşığında ona həm faizlər, həm də ana məbləğdən olmaqla ümumilikdə 189000 ABŞ dolları pul ödəmişdir, o cümlədən sonuncu dəfə isə 2019-cu ilin sentyabrnoyabr aylarında ona 70000 ABŞ dolları pul vermişdir. O, Məhəmməddən pulları aylıq və 40 günlük faiz ödəmək şərtilə borc olaraq almışdır, özünün ehtiyacı olduğu üçün Məhəmmədi faiz verəcəyi ilə şirnikləndirmiş, Məhəmməd də ona külli miqdarda pulu vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 2015-2016-cı illərdə aylıq 5 faizlə bir dəfə 10000 ABŞ dolları, bir dəfə də 30000 ABŞ dolları müqavilə əsasında alıb həmin məbləğləri faizləri ilə birlikdə bir il sonra qaytarmışdır. 2017-ci ildən başlayaraq isə Elçindən müqaviləsiz hisə-hissə olmaqla cəmi 91330 ABŞ dolları pul almış, həmin məbləğin bir hissəsini, aylıq 5 faizlə, bir hissəsini isə aylıq 6 faizlə almışdır. O, Elçinə 2017- 2019-cu ilin oktyabr ayı da daxil olmaqla ancaq faiz olaraq 70000 ABŞ dolları pul ödəmişdir. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4 2018-2019-cu illər ərzində 40 günlük 5 faiz müqabilində hissə-hissə olmaqla cəmi 190000 ABŞ dolları pul almış və ona həmin dövr ərzində hissə-hissə 40000 ABŞ dolları faiz ödəmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, qaynatasının işlərinə heç vaxt müdaxilə etməmişdir. O, Elvinə taxta işi ilə məşğul olmaq üçün yatırım etməsini təklif edib pul almış, lakin həmin işin qaynatası Nizami ilə əlaqəsi olması və Nizami tərəfindən ona tapşırılması barədə söz deməmişdir. Ruslan, Elçin və Məhəmməd isə taxta ticarəti ilə bağlı bir söz deməmiş, onlardan pulları faizə almış, onlar da bilirmişlər ki, o, taxta ticarəti ilə məşğul olmur. Elvin Abdıyevin dediyi kimi onda taxta vaqonlarının Ukraynadan gəlməsi ilə bağlı sənəd olmayıb və Elvinə belə sənəd göstərməmişdir. Bildirmişdir ki, onun qaynatasının «AzTur» şirkəti olmayıb, o, Elvinə həmin şirkət adını deməmişdir, o, Elvinə əvvəllər dostu Məhəmmədlə ona məxsus olmuş «Tur ekspert» şirkətinin adını deyib ondan istifadə etmişdir. Belə ki, işlədiyi nazirliyin bir qrup əməkdaşı hazırda xatırlamadığı xarici dövlətə ezamiyyətə getməli imişlər və onun fikri var imiş ki, «Tur ekspert» şirkəti vasitəsilə onların bilet və otel pullarını özü ödəyib təşkil etsin, sonra büdcədən nazirliyə ezamiyyə xərci ayrılanda həmin məbləği götürsün və qazanc əldə etsin. Elvindən də aldığı 7000 manatı həqiqətən də bu işə sərf etmişdir. Sonra da büdcədən pul ayrılanda həmin məbləğ «Tur ekspert» şirkətinin hesabına köçürülmüşdür. Elvindən aldığı 7000 manatı konvertə qoymasını və üzərinə «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə şöbəsinin müdiri cənab İlyas Aslanova» sözlərini yazmasını o, demişdir və Elvin də yazıb. Əsl həqiqətdə həmin pul İlyas Aslanova çatmayıb. Sadəcə o, Elvini inandırmaq üçün belə yazdırmışdır. «Elvin Abdıyev bildirmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində növbəti görüşünüz zamanı siz dayınız Mürşüdün işlədiyi "xxxx" MMC-nin bina tikintisi işləri ilə məşğul olduğunu, onların bina tikəcəkləri yerdə yerləşən yaşıllıq zolağının köçürülməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyinizdən sizə həvalə edildiyini, bunun üçün maliyyə yatırımı lazım olduğunu və qısa müddətdə yaxşı qazanc əldə edəcəyinizi, hətta Ekologiya və X23 imzası ilə əmri ona göstərməklə 07 noyabr 2019-cu il tarixdə ondan 20000 ABŞ dolları almısınız. Bu barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq bildirmişdir ki, o, dayısı Mürşüdün adından istifadə etmişdir, həmin əmri özü kompyüter vasitəsilə hazırlamışdır. Bunların hamısını o, Elvini inandırmaq üçün etmişdir. O, qeyd etdiyi kimi Elvindən 2017-ci ildə aldığı pullara görə 2018-ci ilin yanvar ayından bir il ərzində aylıq cəmi 1570 ABŞ dolları, 2018-ci ildə aldığı pullara görə isə 2019-cu ilin yanvar ayından 9 ay müddətinə 1570 ABŞ dollarını artırmaqla cəmi 2765 ABŞ dolları və 550 manat pul ödəmişdir, sonda da 2019-cu ilin oktyabr ayında 1500 ABŞ dolları pul vermişdir. Beləliklə də, o, Elvindən aldığı pulun qarşılığında ona təxminən 82000 manat pul qaytarmışdır və sonda atası da 10000 manat pul qaytarıb. O, Elvin, Elçin, Ruslan və Məhəmməddən aldığı pulları yalnız borclarına sərf etmişdir, başqa heç bir biznes işinə yatırmamışdır, sadəcə birindən borc alıb məbləğin bir hissəsi ilə başqa borcunu ödəmiş, qalan hissəni isə həmin şəxsin özünə hissə-hissə qaytarmış, pul çatmayanda isə başqa birindən borc almış, ona görə də müəyyən hissəsini borclu qalmışdır. Yəni onun borclarını bağladığı digər şəxslər şikayət etməmişlər. Əvvəlki izahatında göstərdiyi kimi pulları qaytarmaq üçün öz maşınını satmış, həmçinin kredit götürmüşdür. Belə ki, o, 2019-cu ildə özünə məxsus olan «Mercedes CL 500» markalı ** TM *** nömrəli avtomobili «Faktor» lizinq şirkətinə girov qoyub 20000 ABŞ dolları pul götürmüşdür. Həmin puldan Elvinə də verirmiş, sonra isə maşını satmışdır. Bundan başqa ailəsinə məxsus qızıllarını 2018-ci ildə hissə-hissə lombarda qoyub pul götürmüşdür. O, həmin şəxslərdən pulları faizə almışdır, onlara taxta və ya başqa hər hansı bir ticarət barədə söz deməmişdir. O, fikirləşirmiş ki, pis vəziyyətdə düşəndə, yəni artıq pulları qaytara bilməyəndə qohumlarından və valideynlərindən kömək istəyər. Lakin onlar ona kömək etməmişlər. O, çalışacaq ki, onlara olan borcunu hissə-hissə də olsa qaytarsın. Lakin bu gün real olaraq özünün pul əldə etmək imkanı yoxdur. Gələcəkdə isə imkan olduqca onların pulunu qaytaracaq. Bildirmişdir ki, Namiq onun tələbə yoldaşıdır, Namiq taxta ticarəti ilə məşğul deyil, o, sadəcə bəzi hallarda Məhəmmədgilə yalandan taxta məsələsini deyib Namiq adından istifadə etmişdir. Elvin, Elçin, Ruslan və Məhəmmədə ifadəsində göstərdiyi kimi faiz adı ilə verdiyi pul məbləğləri barədə aralarında hər hansı formada yazılı sənədləşmə aparılmayıb. Bildirmişdir ki, onun pul aldığı şəxsləri aldatmaq fikri olmayıb, o, onlara 2019-cu ilin axırlarına qədər aylıq sabit pul məbləğlərində faiz vermiş, gələcəkdə də onlara qalan borcunu ödəmək niyyətindədir. Həmin şəxslərin pullarını bu günə qədər tam qaytara bilmədiyi üçün özünü günahkar hesab edir. Yekun olaraq bildirmişdir ki, o, Elvindən 49400 ABŞ dolları və 12000 manat pul almış, ona təxminən 81000 manat o, özü faiz vermiş, atası da sonra 10000 manat pul qaytarıb. Məhəmməddən 325000 ABŞ dolları alıb, ona 189000 ABŞ dolları pul qaytarmışdır. Elçindən 91330 ABŞ dolları almış və ona 70000 ABŞ dolları qaytarmışdır. Ruslandan 190000 ABŞ dolları almış və ona 40000 ABŞ dolları qaytarmışdır. Həmin şəxslərdən aldığı ilə qaytardığı arasında olan kəsir məbləği hara sərf etməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, 2017-ci ildə dostu Şahid4la birlikdə Elvin Əliyev adlı şəxsə ticarət üçün 70000 ABŞ dolları pul vermişdir. Elvin sonradan intihar etdiyi üçün həmin məbləğ batmışdır. Bundan başqa o, şəxsi ehtiyaclarına müəyyən pullar xərcləmiş, həmçinin adlarını çəkmək istəmədiyi başqa şəxslərdən faizə pullar götürmüş və həmin faizləri qaytarmışdır. O, 2012-ci ildə bir ədəd «Mercedes GL» markalı avtomobil almışdır, 2015-ci ildə onu satıb eyni marka ili nisbətən təzə başqa maşın almışdır, sonra da onu lizinqə salıb pul götürmüşdür, sonra da maşını satıb borclarını ödəmişdir. Bildirmişdir ki, onun qeydiyyatda olduğu Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5A, 96 saylı mənzil toyu olmamışdan əvvəl 2009-cu ildə qaynatası Nizami tərəfindən onlara hədiyyə olaraq verilmişdir, amma mənzil həyat yoldaşının adına imiş. Dəqiq tarix yadında deyil, ondan bir neçə il sonra qaynatası onlara Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində daha geniş sahəsi olan 3 otaqlı mənzil hədiyyə etmişdir. Həmin mənzil də müqavilə ilə həyat yoldaşının adınadır, lakin çıxarışı yoxdur. Sonra onlar ora köçmüşlər. Yəni həmin mənzillərin heç bir onun puluna alınmayıb. Onları qaynatası qızına hədiyyə edib. Ona görə də heç biri onun adına deyil, əgər o, özü almış olsaydı elə onları özünün və ya öz ailə üzvlərinin adına almış olarmış. Bildirmişdir ki, onun pul aldığı şəxslərlə bağlı aralarında problemlər yarandıqdan sonra ailəsi ilə də problemlər yaranmışdır və o, faktiki olaraq ailəsindən ayrılmış və özü tək valideynlərinin yaşadığı Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, ev 38, 146 saylı mənzilə köçüb orada yaşamağa başlamışdır. Həyat yoldaşı və övladları isə Ə.Orucəliyev küçəsində olan mənzildə yaşayırlar. Bildirmişdir ki, onun Prezident Administrasiyası və ya Mill Məclisə işə düzəlməyi ilə bağlı hər hansı niyyəti və hərəkəti olmayıb. Sadəcə Ruslandan aldığı pulları vaxtında verə bilməyəndə vaxt qazanmaq üçün müəyyən bəhanələr uydurmuş, bu da həmin bəhanələrdən biridir ki, guya o, harasa yuxarı orqana işə düzəlir və başı ona qarışıb. Həqiqətdə Zaur müəllim adlı bir şəxs tanımır, həmin ad da onun uydurmasıdır. Yəni o, Ruslandan işə düzəlməyi adı ilə pul almamışdır. O, Hidrometeorologiya və Standartlaşdırma Mərkəzinin direktoru vəzifəsinə təyin ediləndə Ruslan özü ona demişdir ki, mümkün olsa evinə yaxın olduğu üçün yanında işləmək istəyir. O da Ruslanın sənədlərini tabe olduğu Departamentə göndərmiş və Ruslan işə qəbul olunmuşdur. O, Ruslandan işlə bağlı 2500 manat pul almamışdır. Bildirmişdir ki, o, bəzi hallarda Məhəmməd və qeyrilərindən pul alanda həmin pulu hansısa dostlarının biznesinə yatıracağını demişdir, lakin heç bir dostunun biznesinə pul yatırmamışdır. Namiq onun dostudur, Namiqin heç bir biznesi yoxdur, Adil onun qaynatasıdır, onunla ümumiyyətlə tanışlığı yoxdur. Vüsal tələb yoldaşıdır, Vüsal ümumiyyətlə bizneslə məşğul deyil. Tural adı isə onun uydurmasıdır. Dostları Namiq və qeyriləri onun guya onların biznesinə pul yatıracağı adı ilə müxtəlif şəxslərdən pul almasını bilmirmişlər. Həqiqətən də o, Namiq və Məhəmməd görüşmüşlər, həmin görüşdə Namiq onun əvvəlcədən ona etdiyi xahişi əsasında yalandan Məhəmmədə demişdir ki, guya Məhəmmədin 127000 ABŞ dolları ondadır. Məhəmməd də bunu eşidib bir qədər sakit olmuşdur. Onun məqsədi Məhəmmədi bir qədər sakit edib vaxt qazanmaq imiş ki, onun Məhəmmədin pulunu qaytarmağa vaxt imkanı olsun. O, Məhəmmədin pulunu Namiqə verməmiş, Namiqdə Məhəmmədin pulu yoxdur. X19 əlavə 100000 ABŞ dolları yatırım etməsi ilə bağlı təklifi olmayıb. Məhəmməd düz göstərmir. Bildirmişdir ki, yuxarıda dediyi kimi o, X43 vasitəsilə tanımışdır və Namiqlə birlikdə Elvinə 70000 ABŞ dolları pul vermişdir ki, Elvin məşğul olduğu ticarətdən onlara gəlir versin. Lakin həmin pul batmışdır və Elvin başqa borcları olduğuna görə intihar etmişdir. O da Elvini Namiq vasitəsilə tanıdığı üçün ona deyirmiş ki, heç olmasa o, pulun yarısını ona özü qaytarsın, yəni yekun məbləğ 38000 ABŞ dollarına razılaşmışdılar ki, Namiq həmin məbləği ona Elvinin əvəzinə qaytaracaq. Lakin Namiq imkan edə bilmədiyi üçün ona pul qaytarmamışdır. Bu faktla bağlı onun Namiqdən şikayəti yoxdur və əvvəllər də heç yerə şikayət etməmişdir. Həmin Elvinə verilən pulun konkret cinayət işində olan hansı zərər çəkmişin pulu olduğunu deyə bilməz, amma həmin vaxtı əlində olan puldan vermişdir. Namiq elə bilirmiş ki, Elvin Əliyevə verdiyi 70000 ABŞ dolları pul onun özünündür. O, ümumiyyətlə Məhəmməd və qeyrilərindən pul almağı barədə Namiqə heç nə deməmişdir. Amma Namiqdən 38000 ABŞ dollarını istəyəndə ona deyirmiş ki, borcları var, pul verməlidir. O, Namiqə pulu olmayanda yoldaş kimi 100-150 manat pul vermişdir. Amma restoranda hesab verməsi ilə bağlı ona pul verməmiş və Namiqi digər şəxslərə bir imkanlı adam kimi təqdim etməmişdir. O, bəzi hallarda zərərçəkmiş şəxslərdən pul alanda guya Namiqin biznesinə pul yatıracağını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Həmudlla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 10 ildən artıqdır ki, tanıyır. Belə ki, Məhəmməd onun xalası oğlu Ayazın Azərbaycan Beynəlxalq Universitetində tələbə yoldaşı olub. Ayaz vasitəsilə də Məhəmmədlə tanışlığı yaranıb, sonra isə əlavə ortaq tanışları da çıxıb və Məhəmmədlə onlar dost olmuşlar. Ondan sonra isə o, təxminən 2013- 2014-cü illərdə Məhəmməd vasitəsi ilə onun tanışı Təqsirləndirilən şəxs tanımış və aralarında münasibət yaranıb. O, İlyasın nə işlə məşğul olduğunu bilmirmiş. Lakin o, görürmüş ki, Məhəmmədlə İlyasın arasında yaxın münasibət var. Onlar çay evində birlikdə əyləşirmişlər, o da bəzi hallarda onlarla olurmuş. 2014-cü ilin sentyabr ayında o, «Servier» şirkətinə işə girmişdir və sonra ona şirkətdən xidməti maşın verilmişdir. Ona görə də o, 2015-ci ildə özünün şəxsi «Hyundai Sonata» markalı ** KF *** nömrəli avtomobilini satmış və əlində 10000 ABŞ dolları pulu var imiş. Həmin ilin axırlarında o, Məhəmməd və İlyasla birlikdə olanda söhbət zamanı İlyas onun maşın satdığını və əlində pulu olduğunu bilirmiş. Həmin vaxtı İlyas demişdir ki, o, Türkiyədə hansısa otelə pul yatızdırır və bir az pulu çatmır, əgər o da onun pulunun üstünə pul qoysa ona da qazanc verər. O, 10000 ABŞ dolları pulunun olduğunu demiş, həmin söhbətdə Məhəmməd də ona demişdir ki, İlyas etibarlı adamdır. İlyas demişdir ki, 10000 ABŞ dollarını ona versin və o, ona hər ay təxminən 300-500 manat civarında qazanc verər, bir ildən sonra da əsas məbləği qaytarar. O da razılaşmış və 10000 ABŞ dollarını İlyasa vermişdir, lakin İlyasın həmin pulu konkret hara sərf etməsini bilməmiş və bununla da maraqlanmamışdır. İlyas ondan sonrakı aylarda ona hər ay 300-500 manat civarında qazanc adı ilə pul verirmiş, bir ildən sonra isə İlyas onun 10000 ABŞ dollarını özünə qaytarmışdır, bundan sonra o, İlyasa tam inanmış və onun iş bacaran bir adam olduğuna əmin olmuşdur. Ondan sonrakı vaxtlarda da onların İlyasla münasibətləri davam edirmiş. 2017-ci ilin oktyabr ayında İlyasla söhbət zamanı sonuncu ona demişdir ki, Namiq adlı bir nəfər tanışı Rusiyadan vaqonla taxta gətirir. Bir vaqon taxtanın gətirilmə xərci 19800 ABŞ dolları edir, əgər bir vaqonun pulunu versə o, ona qazanc verər, İlyas demişdir ki, onun özü də 2-3 vaqonun pulunu qoymuşdur. İlyas bu işi ona xeyli tərifləmiş və zəmanət vermişdir ki, heç bir problem olmur, vaqon təxminən 30- 40 gün ərzində gəlir və hər vaqondan təxminən 700-800 ABŞ dolları civarında qazanc olur, bir ay əvvəlcədən deməklə isə ana məbləği geri götürmək olar. İlyasa etibarı olduğu üçün, həm də İlyasın təklifi onu şirnikləndirdiyi üçün razılaşmışdır. Həmçinin İlyas demişdir ki, onun Namiqi tanımağına ehtiyac yoxdur, belə ki, İlyas onun qoyduğu puldan gələn qazancdan hər dəfəsində təxminən 100 ABŞ dollarını özü götürəcək və o da ana məbləği İlyasdan istəyib alacaq, yəni Namiq pulla bağlı problem yaratmış olsa belə, onun puluna İlyas özü zamin duracaq və pulunu qaytaracaq. Həmçinin İlyas demişdir ki, aralarında olan bu məsələni heç Məhəmməd də bilməsin. O da etiraz etməmişdir. O, 19800 ABŞ dolları düzəldib 27 oktyabr 2017-ci il tarixdə Yasamal rayonu, Akim Abbasov küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişməsində İlyasa vermişdir. Bildirmişdir ki, o, əvvəllər həmin ərazidə Bəsti Bağırova küçəsi 5V saylı binada 11 saylı mənzildə yaşayırmış. Pulu verdikdən təxminən 40-45 gün sonra İlyas ona təxminən 700 ABŞ dolları qazanc olaraq vermiş və demişdir ki, işlər yaxşı gedir, narahat olmasın. Ondan sonra İlyas demişdir ki, həmin işdə bir vaqon götürmək imkanı da var, onu əldən buraxmaq olmaz, çünki vaqonu götürmək istəyən çoxdur, imkanı varsa tez pul düzəldib vaqonu götürsün ki, qazancları da çoxalsın. O da əlavə 19800 ABŞ dolları pul düzəldib 17 yanvar 2018-ci il tarixdə yenə Akim Abbasov küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişməsində İlyasla görüşüb ona vermişdir. İlyas demişdir ki, hər şey qaydasında olacaq və vaqonlar gəldikcə o, qazancını götürəcək. Bundan sonra 2018-ci ilin fevral ayının axırlarında İlyas qəflətən ona zəng vurub demişdir ki, yeni bir iş ortaya çıxıb, əlavə bir taxta işidir və o, özü həmin işə pul qoyur, lakin 10000 manat pulu çatmır, əgər onun əlində pulu varsa versin, o, həmin işdən gələn gəlirdən ona da pul verəcək. İlyas çox təkid edirmiş, onu həvəsləndirirmiş, deyirmiş ki, işin həcmi böyüdükcə qazanc da çoxalacaq və maddi problemləri öz həllini tapacaq. O da fikirləşirmiş ki, İlyas etibarlı adamdır və pul evdə qalınca elə bir işə yatırsın, aylıq qazancı olsun. O, razılaşmış və 10000 manatı çevirərək 5880 ABŞ dolları etmiş və 26 fevral 2018-ci il tarixdə yenə Akim Abbasov küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişməsində İlyasla görüşüb ona vermişdir. Bundan sonrakı vaxtlarda İlyas həmin 5880 dollara görə ona bir-iki aydan bir təxminən 500 manat qazanc verirmiş, əvvəlki iki vaqona görə isə yenə bir-iki aydan bir ona hər birinə görə təxminən 500-700 ABŞ dolları civarında qazanc verirmiş, İlyas bəzən deyirmiş ki, bu dəfə reysdə problem olub, qazanc az olub və ya olmayıb. O da heç nə demirmiş, yəni az da olsa pul verdiyi üçün problem yaratmırmış. Bundan sonra 2018-ci ilin aprel ayında İlyas yenə qəflətən ona zəng vurub demişdir ki, əlavə bir iş çıxıb, hansısa bir taxta sifarişi ilə bağlı tenderi udub və bu işdə hər 20 gündən bir təxminən 500 ABŞ dolları qazanc olacaq, onun 6250 ABŞ dolları pulu çatmır. O, razılaşmış və 16 aprel 2018-ci il tarixdə 6250 ABŞ dolları pulu yenə Akim Abbasov küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişməsində İlyasla görüşüb ona vermişdir. Bundan sonrakı vaxtlarda da İlyas ona hər ay, əksər hallarda isə iki aydan bir ümumi verdiyi pullara görə qazanc adı ilə müəyyən məbləğlər verirmiş. Hər dəfə də görüşəndə İlyas onu əmin edirmiş ki, ana məbləğlər barədə narahat olmasın, hesab etsin ki, pulu onun özündədir və istənilən vaxt bir ay əvvəldən deməklə pulunu geri götürə bilər. İlyasın belə əminliklə danışması onu rahat edirmiş və narahat olmurmuş. Bildirmişdir ki, o, hazırda yaşadığı mənzili 2017-ci ildə ipoteka ilə almışdır, lakin 2018-ci ilin iyun ayına kimi o, həmin mənzildə deyil, Bəsti Bağırova küçəsində olan mənzilində yaşayırmış, fikri var imiş ki, həmin mənzili satıb ipoteka ilə aldığı mənzili normal təmir etdirsin, sonra ora köçsün. İlyas da onun ipoteka ilə mənzil aldığını və öz mənzilini də satmaq istədiyini bilirmiş. 2018-ci ilin iyun ayında o, Bəsti Bağırova küçəsində yerləşən mənzilini 74000 manata satmışdır. Belə ki, o, həmin mənzili əvvəlcə rəsmi müqavilə ilə həyat yoldaşı Şahid7 adına bağışlamışdır, sonra da İnarənin adından həmin mənzili 19 iyun 2018-ci il tarixdə iki hissəli olmaqla iki nəfərə satmışlar və cəmi 74000 manat əldə etmişlər. Bağışlama və alqı-satqı müqavilələrinin surətlərini 3 vərəqdə ifadəsinə əlavə etmişdir. Alqı-satqı prosesində İlyas bunu bilib ona demişdir ki, taxta vaqonlarında əlavə iki vaqon da götürmək imkanı yaranıb və təkidlə onu inandırırmış ki, evin pulunu da bir müddətlik taxta işinə qoysun və iki vaqon götürsün, bir müddət yaxşı qazanc götürüb sonra da ana məbləği geri götürüb mənzilini təmir etdirər. O da fikirləşirmiş ki, satdığı mənzilin pulunun əksər hissəsi təmirə xərclənsə özünə pul qalmayacaq, ona görə də İlyasın təklifi ilə razılaşmışdır. Hətta həmin ərəfədə İlyas dəfələrlə ona zəng vurub telefonla səs göndərib pulu götürüb-götürmədiyini soruşurmuş və deyirmiş ki, vaqon sahiblərinə konkret söz deməlidir ki, onlar iki vaqonu götürürlər ya yox. O da deyirmiş ki, alıcı artıq pulu notariusun hesabına qoyub, bir gün sonra götürəcək. O, mənzilin satış pulunu götürdükdən sonra iki taxta vaqonunun pulu olaraq 39600 ABŞ dollarını 25 iyun 2018-ci il tarixdə İlyasın yaşadığı Təbriz küçəsindəki evinin yaxınlığında ona vermişdir. Ondan sonrakı aylarda təxminən iki-üç ay İlyas onun ona verdiyi pulların qazancını vermişdir, ondan sonra isə qazanc verməyi dayandırmışdır, o, mütəmadi onunla əlaqə saxlayıb pulu istəyirmiş, İlyas isə hər dəfə müxtəlif bəhanələr gətirirmiş və onun ciddi narazılıq etdiyini və artıq ana məbləği geri istədiyini görüb ona qazanc adı ilə cüzi məbləğ, təxminən 300-500 manat pul verirmiş və onu sakitləşdirirmiş. Hansısa bir vaxtda İlyasın artıq ona verməli olduğu qazancın məbləği 20000 dolları keçmişdi, bu o demək imiş ki, İlyas ona aylarla qazanc vermirmiş. Bu qaydada 2019-cu ilin dekabr ayına kimi davam etmiş, ortada o, ondan ana məbləğini geri qaytarmasını tələb edəndə İlyas andaman edib söz verirmiş ki, ana məbləğdə problem yoxdur, sadəcə qazancda problem var və işlər yaxın vaxtlarda düzələcək. O da İlyasın vədlərinə inanıb gözləyirmiş. Artıq 2019-cu ilin dekabr ayında İlyas ortadan yox olmuş, onunla əlaqəyə çıxmaq olmurmuş və sonra ona məlum olmuşdur ki, İlyas onun kimi başqalarından da, o cümlədən Məhəmməddən də qazanc verəcəyi adı ilə külli miqdarda pul almış və qazanc adı ilə cüzi pul verərək əsas məbləğləri ələ keçirmişdir. 2019-cu ilin dekabr ayında İlyasın atası onlarla görüşmüş və demişdir ki, İlyas bir çox adamdan pul almışdır, lakin o, çalışıb pulları qaytaracaq, sadəcə məbləğlə bağlı ortaq bir məxrəcə gəlsinlər və şikayət etməyib gözləsinlər. Lakin ondan sonra heç bir müsbət nəticə olmamış, ona görə də o, şikayət etmək qərarına gəlmişdir. Bildirmişdir ki, o, 5 dəfəyə İlyasa cəmi 91330 ABŞ dolları pul vermiş, İlyas isə ona həmin məbləğdən hissə-hissə olmaqla cəmi təxminən 10000 ABŞ dolları qazanc adı ilə pul vermişdir. Hətta ortada dəfələrlə İlyas ondan xırda məbləğlərdə borc pul almış və onların əksəriyyətini qaytarmamışdır, lakin o, həmin məbləğləri hesaba almır. O, İlyasın 055 211 93 99 saylı nömrəsi ilə əlaqə saxlayırmış. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, özü subaydır, təxminən 2014-cü ildən «Aristokrat» tibb mərkəzində həkim işləyir. Təqsirləndirilən şəxs kiçik yaşlarından tanıyır. Onlar 2003-cü ilə qədər İmişli şəhərində yaşamışlar. İlyas kiçik qardaşı Muradla İmişli rayonunda məktəbdə bir sinifdə oxuyurmuş. İlyas 7-ci ya da 8-ci sinifdən sonra Bakıya köçdükləri üçün təhsilini Bakıda davam etdirmişdir. İlyas İmişliyə gələndə onlara qonaq gəlirmiş. 2003-cü ildə ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra o və qardaşı Bakıda 42 saylı orta məktəbdə orta təhsillərini başa vurmuşlar. 2008-ci ildə İmişli şəhərindəki mənzillərini və onlara məxsus sahəsi 48 kv.m. olan tikilini (hal-hazırda sahibi mağaza kimi istifadə edir) satıb, Ağa Nemətulla küçəsi ev 79 ünvanında aldıqları təmirsiz 3 otaqlı 131.8 kv.m. sahəsi olan mənzili çox bahalı təmir etdirmişlər, bahalı əşyalar da almışlar. Təxminən 2014-cü ildən başlayaraq İlyasla qardaşının, sonra da onun əlaqələri bərpa olunmuşdur. 2015-ci ildən başlayaraq o, İlyasla mütəmadi görüşürmüş. İlyas işləmirmiş, onun da boş vaxtı çox olurmuş. Qardaşı bankda işlədiyindən onun boş vaxtı olmurmuş. İlyasın özü deyirmiş ki, iş adamı olan milyonçu qayınatası olduğu halda, qürurundan qayınatasının imkanlarından istifadə etməyib. İlyasın Nərimanov metrosunun yanında “Life Centre” ticarət mərkəzi yerləşən binada 3 otaqlı mənzili və “Lexus – GX 460” (2010 ya 2011-ci il modeli) markalı avtomobili var imiş. İlyas fəxrlə deyirmiş ki, mənzili də, avtomobili də öz atası alıb, qayınatasına əyilməmişdir. İlyas işləmədiyindən yeməyə gedərkən xərci o, çəkirmiş, hətta maşının benzinini də o, alırmış, ona maddi sıxıntısı olması ilə bağlı təsəlli deyirmiş. 2015ci ildə o, avtomobil almaq məqsədilə Bank Respublika ASC-dən kredit götürmüşdür. Müəyyən səbəblərə görə maşın almaq fikrindən daşınmışdır. Pullarını ABŞ dollarına çevirib həmin bankda cari hesaba qoymuşdur. Pulu depozitə deyil, məhz cari hesaba qoymağının səbəbi odur ki, depozitdən gələn faizlə gəliri haram hesab edir. O, faizlə, sələmlə, qumar oynamaqla, spirtli içki istehsalı və alveri ilə, bir sözlə, İslam dininin haram buyurduğu şeylərlə pul qazanmaq istəmirmiş, hətta lotereya biletlərini də almırmış. İlyas ona deyirmiş ki, onun Tural, Namiq, Vüsal, Kənan adlı dostları var. Kənan ev tikir, o biriləri ölkəyə müxtəlif inşaat materialları gətirirlər. İlyası da öz bizneslərinə şərik edirlər. Onlar çox imkanlıdırlar və İlyasın puluna ehtiyacları yoxdu. Məhz İlyasa maddi kömək etmək üçün onu şərikliyə cəlb edirlər. İlyas ona demişdir ki, bir halda ki, həmin dostlar yalnız ona kömək edirlər, o da bankdakı pulu çıxarıb ona versin, o, öz adından pulu Turala versin. İlyasın dediyinə görə Tural ölkəyə hansısa xarici dövlətdən vaqonla “Polivud” materialları gətirir, ona verdiyi hər 2000 manat pula 150–180 manat arası gəlir olur. Onun ümumi verəcəyi pulun gələn ümumi gəlirin cəmi 150 manatını İlyas özünə götürəcək, qalanını ona verəcək. İlyas demişdir ki, mal üçün pul vurulması, yəni mal göndərənin hesabına pulun (ABŞ dolları ilə) yerləşdirilməsi ilə malın gəlib realizə olunması 40-45 gün çəkir. İlyas demişdir ki, o, ona pul qazandırdığı üçün və puluna zamin olduğu üçün gələn gəlirdən 150 manatı özünə götürəcək. Ancaq həmin dostlar elə bilməlidirlər ki, pul onundur, çünki onun puluna dostlarının ehtiyacı yoxdur. Doğrudan da sonralar o, Namiq, Kənan və Vüsalla tanış olmuş və bizneslərinə şübhəsi olmamışdır. İlyasın təklif və şərtləri ilə razılaşıb 12000 (on iki min) ABŞ dolları məbləğində pulu 2016-cı ilin noyabr ayında yaşadığı Ağa Nemətulla küçəsində olan binanın yanında İlyasa vermişdir. Bildirmişdir ki, həmin vaxtı ABŞ dollarının manata uyğun məzənnəsi 1,05 manat imiş. Yəni 12000 ABŞ dolları təxminən elə 12000 manat edirmiş. İlyas hər 45 gündən həmin məbləğin gəlirini, yəni 900 manatdan 150 manatı özünə götürüb 750 manatı ona verirmiş. İlyas təxminən ona 4 dəfə 750 manat pul vermişdir. Yəni İlyas gəliri hər 45 gündən bir verəcəyini söz versə də pulun verilmə vaxtı çatanda hər dəfə müxtəlif səbəblər gətirib vaxtı uzadırmış, 45 gün olurmuş 60, 70, bəzi hallarda isə 3 ay olurmuş. Bundan sonra İlyas ona demişdir ki, daha çox pul qoy ki, daha çox pul qazanasan, məsələn evinizi satıb bu biznesə pul yatırtsan 2-3 ilə bu mənzildən ikisini alarsan, amma bu biznes daimi deyil. Təxminən 3-4 ildən sonra yatırdığın ana məbləği geri qaytaracaq. Təklif xoşuna gəlmişdir, valideynləri ilə məsləhətləşib atası Faiqin adına olan Ağa Nemətulla küçəsindəki mənzili 240,000 (iki yüz qırx min) manata əşyasız satışa qoymuşlar. 2017-ci ilin yanvar ayında İlyas demişdir ki, Turalda yer var, istəsən pul qoya bilərsən, bu fürsəti qaçırma. Təklifi qəbul etmiş, dayısı Adil Abdıyevin adına Kapital Bank ASC-dən kredit götürüb ABŞ dollarına dəyişdirmişdir. 5,400 (beş min dörd yüz) ABŞ dollarını və dayısının evində olan daha 3,400 (üç min dörd yüz) ABŞ dollarını, eləcə də atasının bir dostundan aldığı 5,000 (beş min) ABŞ dollarını, cəmi 13,800 ABŞ dollarından 10,110 ABŞ dollarını və 5,000 manatını 2017-ci ilin yanvar ayının ortalarında yaşadığı Ağa Nemətulla küçəsindəki evinin yanında İlyasa vermişdir. İlyas dediyinə görə 10,110 ABŞ dollarını Turala verib, 5,000 manatı isə ofis qapıları ticarəti ilə məşğul olan səhv etmirsə Ramil adlı dostuna verib ki, ondan da 450–550 manata qədər gəlir gələcəkmiş. 10110 ABŞ dollarından gələn gəlirləri dayısına və atasının dostuna verirmişlər. Həmin 10110 ABŞ dolları və 5000 manat məbləğə görə İlyas ona bir neçə ay ərzində təxminən cəmi 2000 manat gəlir adı ilə pul vermişdir. Məqsədləri Turalda yer tutmaq imiş ki, dayısının və atasının dostunun borclarını birtəhər qaytardıqdan sonra gəliri özlərinə götürsünlər, lakin buna da nail ola bilməmişlər. İlyasın dediyinə görə ofis qapılarını Gilan Holdinqin işçisi həmin holdinqin anbarından realizə edirmiş. Evlərinə çox alıcı gəlib baxmış, hamısı da bəyənmiş, bir nəfər həmin qiymətə razılaşmış, bir şərtlə ki, ona məxsus olan daşınmaz əmlaklardan birini satıb onların mənzili alacaqmış, buna görə də onlardan möhlət istəmişdir. Onlar da razılaşmışlar. Amma İlyasın səbri tükənirmiş, işlər onun planına uyğun getmədiyinə görə onlara demişdir ki, təcili evi satmasanız daha satmağa ehtiyac qalmayacaq. Çünki Turalın ona verdiyi müddət bitir, bundan sonra o, Turalın biznesinə pul yerləşdirə bilməyəcək. İlyasın hiyləsinə uyub (hiylə olduğunu çox sonra anladıq) evlərini təcili əşya qarışıq dəyər-dəyməzinə 06.06.2017-ci il tarixdə satmışlar, makler və rüsüm xərclərini çıxdıqdan sonra əllərində 168,500 manat pul qalmışdır, onu ABŞ dollarına çevirmişlər və o, İlyasa 2017-ci ilin iyun ayının ortalarında satdıqları mənzildə 99,055 (doxsan doqquz min əlli beş) ABŞ dolları vermişdir. İlyasın təmizliyinə şübhə etmirmişlər, lakin hər ehtimala qarşı, həyatda hər kəsin başına bir iş gələ bilər və varisləri, valideynləri məlumatlı olsun deyə atası İlyasa verdikləri cəmi 112,855 (bir yüz on iki min səkkiz yüz əlli beş) ABŞ dolları məbləğində mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni notarial qaydada İlyasla bağlamışdır. Əlbəttə məqsədləri evlərini satıb İlyasa vermək, özləri isə kirayədə yaşayıb 600 manat kirayə haqqı vermək deyilmiş. Məqsədləri bu biznesdən gəlir götürüb həm yeni mənzil almaq, həm də digər ehtiyaclarını ödəmək imiş. İlyasın düz adam olmasına inanırmışlar, ona görə ki, o, təmin olunmuş adam imiş. Özünün iki mənzili var imiş, “Lexus” avtomobilini əvvəlcə işlənmiş “Mersedez GL”-ə, sonra isə təzə bahalı “Mersedez GL”-ə dəyişmişdi. Qayınatası onu əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xırdalanda yerləşən hansısa şöbəsinə müdir vəzifəsinə, sonra isə həmin Nazirliyin, özünün dediyinə görə Audit idarəsinə rəis vəzifəsinə işə düzəltmişdi. Lakin sonradan bilmişlər ki, İlyas həmin idarədə adi işçi imiş. Öz atasının iki mənzili və iki avtomobili varmış. Bu imkana sahib olan adamın başqasının pulunda gözü olmamalı imiş. Onlara gələn gəlirin on faizini İlyas özünə götürürmüş, onlara isə verdiyi gəlir təxminən 12950 manat təşkil edirmiş. İlk gəliri İlyas onlara 63 gündən sonra 06.08.2017-ci il tarixdə vermişdir. Dediyinə görə pulları mala gec vurulmuşdu, evi vaxtında sata bilməmişdilər. İkinci gəlir 23.09.2017-ci il tarixdə 48 gündən sonra verilmişdir. Üçüncü gəlir 03.11.2017-ci il tarixdə verilməli imiş, amma tez 31.10.2017-ci il tarixdə 38 gün ərzində gəlmişdir. Dördüncü gəlir gəlməmiş məcbur qalıb 14.12.2017-ci il tarixdə, yəni 54 gündən sonra, İlyasdan 10,000 AZN (on min) almışlar ki, qalanını vaqon gəldikdən sonra verərsən. Beşinci gəlir 08.02.2018-ci il tarixdə 56 gündən sonra gəlmişdir. Beləliklə, 259 gün ərzində İlyas 5 dəfə gəlir verib ki, bu da orta hesabla 52 gündən bir edir. Yəni İlyas onlara hər dəfəsi 12950 manatdan olmaqla 5 dəfə gəlir adı ilə pul vermişdir. Gələn gəlir dərhal ödəmələrə, yəni bank kreditinə, ev kirayəsinə, pul götürüb yatırım etdikləri şəxslərin gəlirlərinə və sair xərclərə gedirmiş. Qardaşı ABŞ-ın Kaliforniya ştatındakı universitetlərinin birinə doktoranturada oxumaq üçün dəvət almışdı. 2017-ci il sentyabr ayında xeyli borc alaraq, o cümlədən İlyasdan 1,500 ABŞ dolları alaraq onu ABŞ-a yola salmışlar. Bir semestrin pulunu 6,600 ABŞ dolları ödəyə bilmişlər (tədir ilində 4 semestr olur). Təhsil və yaşamaq xərcini çatdıra bilməmişlər. İkinci semestr üçün pulu ödəyə bilmədiklərindən qardaşı təhsilini dondurub 24.02.2018-ci ildə geri qayıtmışdır. Bildirmişdir ki, onlar Ağa Nemətulla küçəsi, 79 saylı binada olan mənzillərini satdıqdan sonra həmin binada başqa 198 saylı mənzildə aylığı 600 manata kirayədə qalırmışlar. İlyas o biri dostlarının da biznes imkanlarından danışırmış. Məsələn, Namiq “MDF” və “armatur” gətirirmiş. Bir “MDF” vaqonun qiyməti 19,470 ABŞ dolları imiş. İlyasın özünün də Namiqdə pulu var imiş, yenə də pul yerləşdirmək olarmış. Dostu Elçində pul var imiş, o, İlyası tanıyırmış. Ancaq İlyas ona görə Elçinin pulunu götürəcəyini bildirmişdir. Elçindən 23.09.2017-ci il tarixdə 19,470 ABŞ dolları götürüb Ağa Nemətulla küçəsi 79 saylı binanın yanında İlyasa vermişdir. İlyasın dediyinə görə 28.09.2017-ci il tarixdə mal vurulmuş və Namiqin də mal dövriyyəsi 40–45 gün imiş. Gələn 973 ABŞ dolları gəlirdən 780 ABŞ dollarını Elçin, qalanını isə Elçinlə razılaşmalarına görə o, götürürmüş. Amma Namiqdə mal dövriyyəsi 40–45 gün deyil, bir qayda olaraq daha uzun çəkirmiş. Bu gecikmələr Elçini qane etmədiyinə görə bir müddətdən sonra Elçin pulunu geri istəmişdir. O, 2018-ci ilin avqust ayında Elçinin 19470 ABŞ dollarını özü qaytarmışdır ki, Namiqdən gələn gəlirin hamısı ona qalsın. Bildirmişdir ki, İlyas Elçinin 19470 dollar puluna görə onlara uzun fasilə ilə cəmi 2 dəfə 973 ABŞ dolları gəlir adı ilə pul vermişdir. Elə buna görə də Elçin narazılıq etdiyi üçün o, onun pulunu öz cibindən qaytarmışdır, İylas isə vəd vermişdi ki, gəlirdə gecikmə olsa da sonda hamısını hesablayıb ödəyəcək. 2017-ci ildə 33,000 ABŞ dolları qiymətində olan “Range Rover” markalı avtomobili almaq üçün satan şəxsə 16,500 ABŞ dolları ödəmişdir, 16,500 ABŞ dolları isə “Parex” lizinq şirkətinə borclu qalmışdır. Nömrə, kasko, icbari sığortaya 4,000 manat pul ödəmişdir. Avtomobil 82,000 km. qət etdiyinə görə bəzi detallarını dəyişmək vaxtı imiş, həm də bir qədər təmirə ehtiyac var imiş. Bu məqsədlə əlavə 10,000 manat xərc çəkmişdir. Bundan sonra maşını satana qədər 9 ay ərzində hər ay lizinq şirkətinə 1,625 manat olmaqla cəmi 14,625 manat ödəmişdir. İlyas təklif etmişdir ki, yenə vaqon var, maşını təcili sat, pulu vaqona, yəni mala qoy. Təcili olaraq maşını 2018-ci ilin aprel ayında dəyərindən xeyli aşağı cəmi 21,000 ABŞ dollarına satmış və pulu elə həmin ayda yenə kirayə qaldıqları binanın yanında İlyasa vermişdir. Baxmayaraq ki, onların evləri, maşını satılmışdı, həmin pullarla birlikdə əllərində olan ehtiyat pulu da İlyasa verilmişdi, İlyas da onlara yuxarıda göstərdiyi müəyyən məbləğlərdə gəlir verirmiş və həmin gəlirlər onun ailəsinin aylıq ehtiyaclarını qarşılayırmış, bu hal da onları aldadırmış və şirnikləndirirmiş, yəni İlyasa verdikləri əslində külli miqdarda məbləğ o qədər gözlərinə görünmürmüş, çünki İlyas tam əminliklə söz vermişdi ki, ana məbləğ istənilən vaxt qabaqcadan deyilməklə onlara qaytarıla bilər. Onlar sanki rahat olmuşdular ki, verdikləri külli miqdarda pul heç bir təhlükə olmadan onlara istənilən vaxt qaytarıla bilər və onlar ən pis halda evlərini və ya maşınlarını yenidən ala bilərlər. Ona görə də İlyasın hər bir pul verilməsi təklifini isti qarşılayıb, onu icra etməyə cəhd edirmişlər. 2018-ci ilin mart ayında İlyas Namiqin biznesində bir dənə də taxta vaqonuna yer olduğunu və qiymətinin 19,800 ABŞ dolları olduğu və nə olursa olsun ora pul tapıb qoymağı bildirmişdir ki, bu fürsət əldən çıxmasın. O, isə onda cəmi 3,800 ABŞ dolları olduğunu qeyd etmişdir. İlyas isə bildirmişdir ki, bir yerdən tap bu vaqonu qaçırmayaq, sonra gələn gəlirdən gələcəkdə borcu qaytarıb vaqonu özlərinə götürərlər. Buna görə də o, Kamil adlı dostundan 12.03.2018-ci il tarixdə 12,000 ABŞ dolları, Əbülfəz adlı Avstraliyada yaşayan dostundan isə həmin ərəfədə 4,000 ABŞ dolları pul almış və öz 3,800 ABŞ dolları vəsaiti ilə birlikdə cəmi 19800 ABŞ dollarını yeni evinin yanında İlyasa vermişdir. Bir müddət sonra Kamil 7,800 ABŞ dollarını ona qaytararaq vaqonu tam özünə götürmüşdür. O, isə Əbülfəzin pulunu gəlirləri ilə birlikdə Avstraliyaya göndərmişdir. Belə ki, İylas həmin pulun gəlirini vermədiyi üçün o, məcbur olub Əbülfəzin 4000 ABŞ dollarının gəlirlərini hesablayıb öz cibindən ona göndərmişdir. İlyas durmadan öz xəyali biznesini genişləndirirmiş və şirinlikləşdirici təkliflər edirmiş. O da dost tanışlarından onların İlyası tanımaqlarına baxmayaraq özü zamin duraraq İlyasın vaqonlarına yerləşdirirmiş. 2018-ci ilin may ayında ailəvi tanışları Rəsmiyyə Niftullayeva evini satmışdı, əlində 70,000 ABŞ dolları pul var imiş, məqsədi bir işə qoyub ordan gəlir əldə etmək imiş. Onlar ona müraciət edəndə o, İlyasla olan biznesini onlara danışmışdır, onlar da ona güvənərək öz əllərindəki vəsaiti bu biznesə yerləşdirməyi xahiş etmişlər (özləri bu günədək kirayədə yaşayırlar). Bildirmişdir ki, Rəsmiyə Niftullayevanın evi Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşirmiş. Əvvəlcə o, 2018-ci ilin may ayında Rəsmiyə Niftullayevadan satdıqları evin yaxınlığında yerləşən notariat kontorunda müqavilə bağlamaqla 60,000 ABŞ dolları məbləğində pul almış və həmin pulu elə həmin vaxtı öz yaşadığı evin yanında İlyasa vermişdir, həmin ilin sentyabr ayında Niftullayevlər öz əllərində qalan 10,000 ABŞ dollarını da İlyasın biznesinə yatırmışlar. Belə ki, X11 prospektində olan «Express» bankdan 10000 ABŞ dollarını çıxardıb ona vermiş, o da həmin pulu yenə öz evinin yanında İlyasa vermişdir. O, Rəsmiyə ilə bağladığı borc müqaviləsini İlyasa vermişdir və onlara demişdir ki, onun başına bir iş gəlsə pullarını İlyas qaytaracaq, etibarlı adamdı. O vaxt o, İlyasın dələduz, yalançı, simasız bir adam olduğunu bilmirmiş. Yerləşdirdiyi pulun müqabilində hər 45 gündən bir R.Niftullayevaya 2,450 ABŞ dolları çatırmış. İlyas bu pulu müxtəlif dostlarının biznesinə üç mövqedə yerləşdirmişdi (1,050 + 1,050 + 350 ABŞ dolları). Təbii ki, gəlirlər 45 günə deyil daha uzun müddətə gəlirmiş, o, isə zamin olduğuna görə vaxtında, yəni 45 gündən bir pulu çatdırırmış və ya bank hesablarına qoyurmuş(müvafiq ödəmə qəbzlərini özündə saxlamışdır). İlyas 2019-cu ildə uzun müddət ödəmə etmədiyinə baxmayaraq o, öz peşəsindən qazandığı pulla Rəsmiyənin əldə etməli olduğu gəlirləri ödəmişdir. Belə ki, İlyas uzun fasilələrlə ona cəmi 3 dəfə 2450 ABŞ dolları pul vermişdir. 2020-ci ildən başlayaraq isə o, Rəsmiyyəyə işin müvəqqəti dayandığını bildirmiş və ölkədə karantin rejimi bitdikdən sonra işin davam edibetməyəcəyinin bəlli olacağını demişdir. Bunu onlara o, məqsədlə demişdir ki, İlyasın onları aldatmağını bilib təlaş keçirməsinlər, çünki o, onların 70,000 ABŞ dollarını qəpiyinə kimi qaytaracaq və qaytarana qədər də ev kirayələrini ödəyəcək. Bundan başqa İlyasın tanışı Vüsalın biznesinə 2018-ci ilin iyun ayında 56,000 ABŞ dolları vəsait yatırmışdır, həmin məbləği evinin yanında İlyasa vermişdir. O, 56000 ABŞ dollarının müəyyən hissəsini yuxarıda göstərdiyi kimi banklardan kredit götürüb əldə etmişdi, müəyyən hissəsi isə öz işindən qazandığı məbləğ imiş. İlyasın dediyinə görə X31 Nazirliyinə lazım olan metalları vaqonlarla Ukraynadan gətirirmiş. Bir müddətdən sonra, bu biznesdə də gecikmələr başlamışdır. İlyasın dediyinə görə Vüsalın həyat yoldaşı xərçəng xəstəliyinə tutulub, buna görə də başı qarışıqdı. 2019-cu ilin fevral ayında isə, İlyas demişdir ki Vüsalın həyat yoldaşı vəfat etmişdir, Vüsal özündə deyil, buna görə bizneslə maraqlana bilmir. Həmin ərəfədə Vüsalın ona 12,000 ABŞ dolları gəlir borcu var imiş. Bundan sonra, Vüsalın qayınanasının qızının dərdinə dözməyərək iflic olduğunu və Vüsalın Türkiyədə onu müalicə etdirdiyini bildirərək qayıdandan sonra aylıq ödəməli olduğu gəlirlərin hesablayıb ödəyəcəyini bildirmişdir. 2019-cu ilin dekabr ayınadək Vüsalın ona ödəməli olduğu 36,000 ABŞ dolları gəlir borcu var imiş. İlyas demişdir ki, Vüsal hamısını birdən deyil 2-3 ay ərzində yığılan borcunu qaytaracaq. 2,000 ABŞ dolları borcunu qaytardıqdan sonra Vüsalın yekun borcu 34,000 ABŞ dolları təşkil edir. Bildirmişdir ki, Vüsal İlyas vasitəsilə ona 56000 ABŞ dollarına görə cəmi bir dəfə 4000 ABŞ dolları, sonda isə bir dəfə də 2000 ABŞ dolları gəlir adı ilə pul vermişdir, sonra isə İlyasın yuxarıda sadaladığı bəhanələri başlamışdır. Qardaşının tələbə yoldaşı, onun da, İlyasın da bir yerdə çörək kəsdikləri Əli Abbasov onun vasitəsi ilə 22.07.2018-ci il tarixdə 16,500 ABŞ dolları pulu İlyasa vermişdir, yenə o, evinin yanında həmin məbləği İlyasa vermişdir. Gəlirlər gecikdiyinə görə Əli narazı qalmış, həm də toy edəcəyinə görə pulu geri istəmişdir. O, İlyasdan pulu geri almamış, Əliyə özü 11,800 ABŞ dolları vermiş, ona 4,700 ABŞ dolları borcu qalmışdır. 2018-ci ilin sentyabr ayında dostu Elnur depozitə qoyduğu 16,500 ABŞ dollarını bankdan çıxardıb onun vasitəsi ilə İlyasa vermişdir, o, həmin məbləği yenə evinin yanında İlyasa vermişdir. Son nəticədə Elnur həm depozitdən gələn bank gəlirini, həm də 16,500 ABŞ dollarının hamısını itirmişdir. Həmkarı və iş yoldaşı Şahid10 bankdan illik 24 faizlə 48 ay müddətinə, evini girov qoyaraq 50,000 manat məbləğində kredit götürmüş və həmin məbləğdən 16,500 ABŞ dollarını 26.11.2018-ci il tarixdə onun vasitəsi ilə İlyasa vermişdi. O, həmin məbləği yenə evinin yanında İlyasa vermişdir. Hər mal dövriyyəsinin sonunda İlyas onun vasitəsi ilə Şahid10 577 ABŞ dolları verirmiş. Bu minvalla Şahid10 cəmi 7 dəfə pul vermişdir. Baxmayaraq ki, bu pulu İlyas vaxtında vermirmiş və heç vermirmiş, o, iki səbəbdən Şahid10 vaxtında pul ödəyirmiş. Birincisi pulu biznesdən çəksəymiş yerinə pul qoya bilməyəcəkmiş, bu İlyasın qurduğu plana görə imiş. İkinci istəmirmiş ki, bir kabinetdə növbə ilə işlədiyi Siyavuş həkim narazı qalsın. Gəlirinin hamısını, yəni 577 ABŞ dollarını vaxtı-vaxtında ona verirmiş. Əsl həqiqətdə İlyas ona cəmi 2 dəfə 577 ABŞ dolları pul vermişdir, qalan 5 dəfəni isə o, məcbur olub öz cibindən Siyavuşa ödəmişdir. Bildirmişdir ki, İlyas Əli və Elnurun pullarına görə gəlir verməmişdir, müxtəlif səbəblər gətirib problem yarandığını bildirərək gəlir məbləğini verməkdən yayınmışdır. 2019-cu ilin əvvəlindən başlayaraq eyni vaxta Turaldan, Namiqdən və qapı biznesindən gələn gəlirlər dayanmışdır. İlyas demişdir ki, bir-iki ay gecikmə olacaq, çünki ilin əvvəlidir, büdcə təşkilatlarında mallar üçün ödəmələr hələlik ayrılmayıb, respublikada vəziyyət mürəkkəbdir. Belə bəhanələrlə gəlirlər 7 ay verilməmişdir. Bunu İlyas bununla əsaslandırırmış ki, Gömrük Komitəsinin sədri dəyişdirildiyindən təzə sədrə “xod” tapa bilmirlər, mallar gömrükdə ilişib qalır. 2019-cu ildə ilk dəfə avqust ayında verməli olduğu gəlirdən cüzi məbləğ ödəmə edəndə İlyas demişdir ki, artıq gecikmələr olmayacaq, yeni sədr Səfər Mehdiyevə “xod” tapılmışdır. Buna oxşar hadisə əvvəl də olmuşdu, belə ki, 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində də uzun müddətə olmasa da 3 aylıq gecikmələr olmuşdu, İlyas səbəbini belə izah etmişdi ki, biznes şərikləri Tural və Namiqi “Mütəşəkkil Cinayətkərlıqla Mübarizə İdarəsinin” əməkdaşları Hacı və Kənan idarəyə çağıraraq “dolyaların” alıblar və biznesin gəlirləri bunun üçün istifadə olunub. İlyasa güvəndiyinə görə hesaba almadığı maliyyə çətinliyi ilə üzləşmişdir. Əvvəla, zamin durduğu şəxslərin gəlirlərini ödəməli imiş, ikincisi İlyası şərik etdiyi turizm şirkətinə və dostu Arazın onu şərik etdiyi reklam şirkətinə vəsait qoymalı imiş. Hər iki şirkət İlyasın günahından işləməmişdir və demək olar ki, qoyduğu maliyyə boşa getmişdir. Bu barədə aşağıda ətraflı izah edəcək, hələlik isə bu vəsaiti təcili əldə etməli imiş. Ona görə də atası Kapital Bank ASC-dən, o, Bank Respublika ASC-dən, qardaşı Murad isə Unibank ASC-dən kredit götürmüşlər. Bundan başqa, vəsait əldə etmək üçün Siyavuş həkimin avtomobilindən istifadə edərək «Kredit Evi MMC»-dən lizinq götürmüşdür. Beləliklə, atasının 3 il müddətinə hər ay 245 AZN ödəməklə Kapital Bank ASC-yə 8,811 AZN, onun il yarım müddətinə hər ay 672 AZN ödəməklə Bank Respublika ASC-yə 12,099 AZN, qardaşının hər ay 358 AZN ödəməklə 12,882 AZN borcu (əsas və faiz borcu ilə birlikdə) yaranmışdır. Bundan başqa da, lizinq şirkətinə hər ay 1,202 AZN ödəməli imiş. Bundan əlavə, 2019-cu ildə 8 aylıq gecikmələrə görə ona və zamin olduğu şəxslərə Turaldan, Namiqdən və qapı biznesindən 58,000 ABŞ dolları gəlir gəlməli imiş ki, İlyas təbii ki, öz bəhanələri ilə verməmişdir. O, hələ də ondan şübhələnmirmiş, ona deyirmiş ki, gecikmə söhbəti yalandı, dostların səni aldadırlar. Nəyahət İlyas boynuna belə almışdır ki, güya həqiqətən gecikmələr olub, amma Vüsal pulun hamısı verib, lakin İlyas pulu ona verməyib. Bunun səbəbi olaraq bildirmişdir ki, atası Həmdullanı “obnaliçkaya”, yəni nəqdləşdirməyə görə “Mütəşəkkil Cinayətkarlıq İdarəsi” saxlayıb. Onu qurtarmaq və rüşvət vermək üçün 240,000 (iki yüz qırx min) ABŞ dolları pul lazım olub. Bu zaman dostu Namiq əvvəlcə 50,000 ABŞ dolları verərək İlyasın atasını çıxarıb və zamin dayanıb ki, geri qalan məbləği də İlyas ödəyəcək. O da öz vəsaiti kifayət etmədiyinə görə ona çatası gəliri də rüşvət verib. Hətta İlyas ona demişdir ki, məcbur qaldığına görə “Life Centre” binasında yerləşən mənzilini də satmalı olmuşdur. O, demişdir ki, ona verməli olduqları 58 000 ABŞ dollarından atana kömək məqsədilə 20 000 ABŞ dolları da o, verəcək. O, onu həmin dostları ilə üzləşdirsin ki, onlardan pulunu ala bilsin. İlyas bunu istəmirmiş, o, isə təkid edirmiş. 2019-cu ilin yayında İlyasın kiçik qardaşı onunla görüşmüş, demişdir ki, İlyas özünü çox təlaşlı və əsəbi aparır. İlyasın qardaşı ona demişdir ki, sən İlyasın dostusan, bəlkə səbəbin sən bilərsən. O da demişdir ki, atanı BMCMİ-i tutduqdan sonra və buna görə mənzilini satdıqdan sonra İlyas belə hal keçirir. Fariz demişdir ki, atasını heç kimi tutmayıb, İlyas da mənzili satmayıb. Sonra o, İlyasdan niyə yalan dediyini soruşanda cavab vermişdir ki, atasını yox, onun özünü həm BMCMİ, həm də Prokurorluğun Korrupsiya idarəsi yoxlayır. Səbəb olaraq bildirir ki, həm Namiqlə “obnaliçka” edib, həm də rayonlara yoxlamağa gedəndə rüşvət almağı ilə əlaqədar audio yazı – sübut var. İlyas demişdir ki, Ekologiya Nazirliyi bilməsin deyə nə qədər istədilərsə o qədər də pul vermişdir. Demişdir ki, o, bunu ona deməliymiş, demədiyinə görə ailəsi banklara borclu qalıb. O, vaxtında pulu vermədiyinə görə iki şirkəti batıb. Şirkətlərdən, yəni xırda MMC-dən biri odur ki, turizm sektorunda səriştəsi olan tanışlarına həvalə etməklə İlyasla bərabər şərikinə pul yatırmalı imişlər. 2018-ci ilin oktyabr ayında "xxxx" şirkətini təsisçi olaraq qurmuşdur, lakin şifahi razılaşmalarına əsasən bütün yatırılan vəsaitlər və gəlirlər yarı-yarıya olacaqmış. O, öz payını qoymuşdur, İlyasın payına düşən məbləği isə o, gecikdirirmiş. Şirkətə ümumilikdə yatırılan 80 000 AZN vəsaitin 70 000 AZN-dən çox hissəsini o, ödəmişdir. Lakin İlyas razılaşdırdıqları formada vəsait yatırmamasına baxmayraq şirkətə gələn pulları da borc kimi götürürmüş və sonunda da qaytarmamışdır. Bundan əlavə, şirkətdə proqramlaşdırılmış sistemin işləməsi üçün depozit qoymaq lazım imiş, İlyas bu gün – sabah deyə-deyə pulu vaxtında qoymamış və sistem işləməmişdir. Bundan başqa, öz ailəsi üçün götürdüyü istirahət tur paketinin pulunu 4-5 ay gecikdirdiyinə görə partnyorları Türkiyənin kilid şirkəti onlarla işləməkdən imtina etmiş və bununla da şirkət tam çökmüşdür. Artıq çökdüyünə əmin olan kimi İlyas qoyduğu 6 000 – 7 000 AZN vəsaiti geri istəmiş və qarşılıqlı razılaşmaya görə ona olan borcundan müəyyən məbləği silmişlər. Reklam şirkətinə isə kreditlə Türkiyədə 30 000 ABŞ dollarına ayda 3 000 ABŞ dolları ödəməklə printer aparatı almışdır. İlyas pulu vermədiyinə görə, bəlkə də qəsdən, printer satıcı şirkət tərəfindən bloka salınmış və printer 7 ay işləməmişdir. Buna görə də müştərilərini itirmişlər. Bu işində də İlyas ona 32 000 ABŞ dolları ziyan vurmuşdur. İlyasın verdiyi gəlirlərdən heç xeyir görməmişdir, əksinə öz peşəsindən qazandığı pulları da ödəmələrə xərcləmişdir. Son 4 ay ərzində 36 000 AZN pul ödəmişdir (qəbzlərini təqdim edə bilər). İlyasın dələduzluğunun üstü açılandan sonra məlum olmuşdur ki, İlyas onun dost tanışlarını, hətta onlarla əlaqəsi olmayan başqa şəxsləri də aldadırmış. O, hər cildə məharətlə girib etibar qazanmağı bacarırmış. Ailəsi İlyasa güvənir və inanırmış, hətta onun barəsində yalan uydurmalarına da valideynləri inanırmış. Onlar ailəlikcə oruc tutduqları halda, anası İlyas üçün xörək hazırlayırmış, hətta onun sevdiyi xörəyi bişirirmiş. İlyasın fırıldağı ölçü bilmirmiş. Bir dəfə ona təklif etmişdir ki, spritli içki biznesində yaxşı gəlir var, bu sektorda tanışı var, gəl bu işə girişək. O, demişdir ki, sən özün bilirsən ki, mən haram işə girmirəm. Sonradan eşitmişdir ki, İlyas şərab biznesi işçisini də aldadıb, pulunu mənimsəyib. 25.10.2019-cu il tarixdə İlyas ondan bir neçə günlüyə 5 000 AZN borc pul istəmişdir. Demişdir ki, bu məbləği işlədiyi Nazirliyə rüşvət verib bir nəfəri işə düzəldəcək. Əmri veriləndən sonra 7 000 AZN alacaq, hərəsinə 1 000 AZN gəlir düşür. İlyasa demişdir ki, belə işlərdən gəlir istəmir, ona verəcəyin 1 000 AZN pulu ona olan borcundan çıxarsan. İlyas telefonla ona demişdi ki, pulu konvertə qoyarsan və konvertin üzərində belə yazarsan: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri X40». Konvertin aşağı hissəsinə isə «Meşələrin İnkişafı Departamentinin X25 Mərkəzinin Toxumçuluq şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə” sözləri yazsın. Bunun həm audio sübütu həm də telefonuna göndərdiyi şəkili sübüt kimi onda var. O, İlyasa 25 oktyabr 2019-cu il tarixdə Ekrologiya Nazirliyinin yanında 5 000 manat vermişdir, demişdir ki, bu işdən hər hansı gəlir istəmir, pulu borc olaraq verir. Bir neçə gündən sonra İlyas 6 000 AZN qaytarmış və o da özünə demişdir ki, bu 1 000 AZN məbləği razılaşdıqları kimi ona olan borclarından çıxır. 2019-cu ilin noyabr ayında İlyas ondan bir günlük 3 000 AZN borc istəmişdir. Onların evində cəmi 3 000 AZN olduğunu İlyas bilirmiş, son həmlədə İlyas onu da ələ keçirmiş və gəlib evlərində o, pulu onlardan almışdır və onları pulsuz qoymuşdur. Ev kirayəsini verməli, ödəmələri etməli imişlər, amma İlyas da vicdan və mərhəmət hissi yox imiş, axırıncı pullarını da ələ keçirməkdən çəkinməmişdir. İlyasın onu, tanışlarını və onlarla əlaqəsi olmayan başqa şəxsləri dələduzluq yolu ilə aldatması artıq ailəsinə və qayınatasına məlum imiş. Qayınatası Nizami müəllim bu məsələni araşdırmaq üçün cəhd göstərmiş, lakin sonra nədənsə geri çəkilmişdir. İlyasın atası Həmdulla isə pulu ödəməmək üçün əlindən gələni edir, planlar qurur, onu təhdid edirmiş. Ehtimal edir ki, İlyasın bu oyunları ona sərf edir. Çünki İlyasın ondan və tanışlarından aldığı ilə qaytardığı məbləğ arasında külli miqdarda fərq var. Bəs yerdə qalan pul hardadı? Bu suala cavabı nə İlyasdan nə də atasından ala bilməmişdir. İlyas təkcə dələduz deyil, həm də paxıl, xəbis, kəmfürsət adamdır. Ona məxsus turizm şirkətini ələ keçirib onu uzaqlaşdırmaq üçün işçilərinə ondan xəlvət təkliflər edib. Deyib ki, nə qədər lazımdırsa çox varlı qayınatası vəsait yatıra bilər. O, onda başa düşmüşdür ki, İlyas qəsdən vaxtında pul qoymayıb ki, şirkət tam çöksün və buna da nail olmuşdur. O, İlyasın şərikləri, yəni dostları ilə üzləşmək istəyirmiş və təkidlə bunu İlyasdan tələb etmişdir. Lakin müxtəlif bəhanələrlə, əsasən də şəriklərinin hələlik xaricdə olduğunu və gələndə görüşdürə biləcəyini deyirmiş. Ancaq yalnız Namiqlə danışa bilmişdir. O, İlyas və Namiq «Dədə qorqud» parkının yaxınlığında kafedə görüşmüşlər. Əvvəlcə Namiq ona demişdir ki, həqiqətən onun onda 127 000 ABŞ dolları var, həmin pulu İlyas ona öz adından öz pulu kimi verib, lakin indi ona məlum olur ki, həmin məbləği o, İlyasa vermişdir. Namiq demişdir ki, bundan sonra gəlirləri onun özünə verəcək, hətta 2020-ci ilin yanvar ayından sonra onun biznesinə daha böyük gəlir qarşılığında əlavə 100000 ABŞ dolları yatırmaq imkanı olacaq, istəsə həmin məbləği düzəldib təqdim edər. Vaxtı gələndə o, həmin pulun gəlirini Namiqdən istəyəndə o, imtina etmiş və demişdir ki, guya İlyas ona xahiş edibmiş ki, onunla görüşəndə 127000 ABŞ dollarının onda olması barədə ona yalan məlumat versin. Əsl həqiqətdə onda onun pulu yoxdur. Belə çıxır ki, İlyasın fırıldağına Namiq də şərikdir. Yuxarıda qeyd etdiyi digər dostlarının – şəriklərinin bu işlərdə əli olub-olmamalarını bilmir. Onu bilir ki, İlyasın hədəfləri çox böyükdür. Azərbaycan Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasında qiyabi təhsil alır, dediyinə görə qayınatası düzəldib. 2020-ci ildə Prezident Aparatında işə başlamalı imiş. Həmçinin bildirmişdir ki, ona sonradan məlum olmuşdur ki, İlyas ondan külli miqdarda pul aldıqdan sonra özünə Molla Cümə küçəsində 168 kv.m. sahəsi olan ikinci mənzil almışdır. Özünün dediyinə görə mənzilin təmirini özü edib, əşyalarını isə qayınatası alıb. Bildirmişdir ki, İlyasın ondan aldığı pulları konkret hansı ticarət işinə sərf etməsini bilmir, o, yalnız onun sözləri əsasında istintaqa məlumat vermişdir, yəni o, İlyasın sözlə təsvir etdiyi biznesdə özü bilavasitə iştirak etməmişdir. Yalnız pulu vermiş, İlyas da onun qarşılığında ona cüzi gəlir adı ilə pul qaytarmışdır. İlyasla rəsmi heç bir işbirliyi, birgə təsis etdikləri hər hansı şirkət olmayıb. Bildirmişdir ki, onun dost-tanışlarından alıb İlyasa verdiyi pul məbləğlərinin bütün məsuliyyəti onun özündədir, həmin şəxslər pulu ona veriblər, İlyasla o, özü danışıb ona pulu vermişdir. Həmin şəxslərin pul verilən vaxtı İlyasla heç bir danışıqları olmayıb. Sadəcə İlyas sonradan pulu qaytarmayanda o, ona deyirmiş ki, həmin pulların bir hissəsini başqa adamlardan götürmüşdür. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uzun illərdir ki, tanıyır. Belə ki, Məhəmməd əslən Cəbrayıl rayonundan olsa da atası İmişli rayonunda işlədiyi üçün o da ailəsi ilə birlikdə İmişlidə yaşayırmış. Məhəmməd onun dayısı oğlunun sinif yoldaşı olub, bu səbəbdən də aralarında tanışlıq və dostluq yaranıb. Onların dostluğu Bakıya köçəndən sonra da davam edib. O, 2016-ci ildə Məhəmmədin vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır, belə ki, Məhəmməd Nərimanov rayonunda yerləşən «Aristokrat» tibb mərkəzində diş həkimi işləyirmiş, o, orada olanda Məhəmmədin yanına müalicəyə gəlmiş İlyası tanımışdır. İlyasla həmyerlidirlər, həm də sonradan bilmişdir ki, İlyasın bibisi oğlu Ceyhun rayonda onların qonşusu olub. Ondan sonrakı vaxtlarda o, Məhəmmədlə görüşüb çay evi və ya restoranda olanda İlyas da gəlirmiş və bu qaydada onların aralarındakı münasibət daha da yaxınlaşırmış. Həmçinin sonrakı vaxtlarda o, Məhəmməd olmadan da İlyasla görüşürmüş, yəni artıq aralarında dostluq münasibəti yaranmışdı. Həmin ərəfələrdə İlyas heç bir yerdə işləmirmiş, yəni onlarla olduğu dövrdə çay evi və ya restoranlarda hesabı həmişə o və ya Məhəmməd vermişlər. Məhəmməd deyirmiş ki, İlyasın müvəqqəti çətinliyi var, dostu olduğu üçün ona dəstək olmalıdırlar. Bildirmişdir ki, o, özü isə 2005-ci ildən 2010-cu ilə qədər «Moskva» univermağında zərgər işləmiş, daha sonra bir il yarım «Dəmir» bankın İmişli filialında mütəxəssis, ondan sonra daha bir il İmişli rayonunda "xxxx" MMC-də mühasib işləmişdir. 2012-ci ildən yenidən «Moskva» univermağına qayıdıb 2017-ci ilə qədər zərgər işləmişdir, eyni zamanda isə 2016-cı ildən Mərdəkan qəsəbəsində yerləşən X10 kadr üzrə mütəxəssis işləmişdir. 2017-ci ilin avqust ayında İlyas demişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xırdalan şəhərində yerləşən Hidrometreologiya və Standartlaşdırma Mərkəzinin direktoru vəzifəsinə təyin olunub və həmin vaxtı İlyas ona onun yanında şöbə rəisi vəzifəsində işləməyi təklif etmiş və onun həmin vəzifəyə təyin olunmağı üçün 2500 manat pul verməli olduğunu demişdir. O da razılaşmış, çünki özü kadr üzrə mütəxəssis işləyirmiş, burda isə şöbə rəisi olacaqmış, amma gəlir baxımdan müsbətə doğru bir fərq yox imiş. O, 2017-ci ilin sentyabr ayında Yasamal rayonu ərazisində yerləşən «Edem» çay evində İlyasa 2500 manat pul vermişdir, oktyabr ayında isə onun şöbə rəisi vəzifəsinə əmri verilmiş və o, işə başlamışdır. Onun şöbə rəisi olaraq maaşı 219 manat olduğu üçün o, kənarda zərgərlik işini davam etdirib pul qazanmaq qərarına gəlmişdir, İylas da dostu olduğu üçün onun işdən istədiyi vaxt çıxmağına icazə verirmiş. 2018-ci ilin əvvəllərində o, İlyasın atası Həmdulla ilə tanış olmuşdur. Sonra onun zərgərlik işində də gəliri azalmışdı, həmin ərəfədə o, bilirmiş ki, İlyas iki ədəd «Toyota Prado» markalı avtomobil alıb «rent a car» şirkətinə hər biri aylıq 2500 manata icarəyə verib. O, özü də İlyasın tapşırığı ilə iki dəfə həmin avtomobillərin aylıq icarə haqqı olaraq 5000 manatı icarəyə götürən şirkətin nümayəndəsindən alıb İlyasa vermişdir. Hətta o, İlyasa demişdir ki, maraqlansın, həmin şirkətdə yer varsa o da bir avtomobil alıb icarəyə versin. İlyas demişdir ki, şirkətdə əlavə avtomobil üçün yer yoxdu. Daha sonra 2018-ci ilin may ayının əvvəlində İlyas ona demişdir ki, Namiq Yusubov adlı tələbə yoldaşı taxta ticarəti ilə məşğuldur və Rusiyadan vaqonla Azərbaycana taxta gətirir. İlyas demişdir ki, o, həmin işə sərmayə yatızdırmışdır və bir neçə vaqon taxtanın gətirilmə xərcini o, verir və gəlirini də götürür. İlyas ona da təklif etmişdir ki, o da həmin işə pul qoysun və gəlir qazansın. İlyas demişdir ki, taxta işinin rəsmi nümayəndəsi Namiqin qaynatası Adil müəllimdir, onunla da tanışlığı var, yəni bu işdə bir problem olmur və ola da bilməz. Lakin İlyas şərt qoymuşdur ki, Namiqlə aralarında olan münasibətə görə o, onun taxta vaqonunun gətirilməsinə pul qoyub pul qazanması üçün şərait yaradıb və başqa bir şəxsin bu işə qoşulmasına razı olmayacaq, əgər o, pul qoyacaqsa həmin pul dövriyyəyə İlyasın özünün adından daxil olacaq, Namiq onun pul qoyduğunu bilməməlidir. O, İlyas vasitəsilə Namiqlə tanış olmuşdur, lakin aralarında taxta ilə bağlı ümumiyyətlə söhbət getməmişdi, yəni o, orada olanda İlyasla Namiq öz aralarında da taxta ilə bağlı söhbət etmirmişlər. Bundan sonra o, Dərnəgül bazarında Adil adlı şəxsin taxta gətirib-gətirmədiyini maraqlanmış, bazarda işləyən taxta satan şəxslər həqiqətən də təsdiq etmişlər ki, Adil imkanlı bir şəxsdir, bazarda böyük dövriyyəsi var və kifayət qədər taxta gətirir. O, artıq İlyasın sözünə inanmış, onsuz da o, İlyasa inanırmış, çünki aralarında dostluq və səmimiyyət var imiş, lakin hər bir halda İlyasın da aldana biləcəyindən ehtiyat edib onun Adillə bağlı dediyi sözü yoxlamaq qərarına gəlmişdir və aldığı məlumat da İlyasın sözü ilə düz gəlmişdir. Həmçinin İlyas demişdir ki, Namiq özü öz puluna taxta gətizdirib bazarda satdırır, lakin əlavə konkret sifarişi olanda pulu çatmadığı üçün həmin sifarişi onun puluna həyata keçirir və gəlirini də ona verir, yəni onların puluna gələn taxtanın satılmama ehtimalı yoxdur, çünki konkret sifariş əsasında gəlib müştəriyə təhvil verilir. İlyas bildirmişdir ki, bir vaqon taxtanın gətirilmə xərci 20000 ABŞ dolları edir, taxta 38-45 gün arası gəlib çıxır və bir vaqona görə 1000 ABŞ dolları gəlir olur. O, istənilən vaxt bir ay əvvəldən məlumat verməklə qoyduğu 20000 ABŞ dolları mayanı geri götürə bilər, lakin sonradan yenidən dövriyyəyə girməyi üçün bir daha növbəti şansı gözləməli olacaq. İlyas ona demişdir ki, o, özü yoxlamaq məqsədilə özünün qoyduğu mayanı geri istəmiş və maya ona qaytarılmışdır. Ona görə İlyas onu da əmin etmişdir ki, pul qoyası olsa heç nədən narahat olmasın. İlyas əvvəl demişdi ki, həmin 1000 ABŞ dollarını aralarında böləcəklər, 200 ABŞ dollarını o, götürəcək. Bu təklif onu qane etmiş və o, 14 may 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Başqa yer» çay evində İlyasa 20000 ABŞ dolları pul vermişdir. Bundan sonra o, 2018-ci ilin may ayının 25-də Moskvaya getmişdir. Belə ki, o, Moskvada taksi şirkətinə özünə məxsus «Hyundai» markalı avtomobil icarəyə vermişdir. Bu dəfə də gedib əlavə bir avtomobil alıb icarəyə vermişdir və əvvəlki avtomobilə görə də icarə haqqını almışdır. İki gün sonra Bakıya qayıtmışdır. 28 may 2018-ci il tarixdə Bakıda «Narşərab» restoranında İlyasın 30 yaşını qeyd etmişlər, həmin məclisdə İylasın dostları Namiq Yusubov, Şahid2 və Vüsal adlı şəxs ailələri ilə birlikdə, həmçinin o, özü ailəsi ilə birlikdə və onun dostu Mahmud Paşayev də ailəvi iştirak edirmişlər. 2018-ci ilin iyun ayının axırlarında İlyas birinci vaqonun gəliri olaraq ona 800 ABŞ dolları pul vermiş və bildirmişdir ki, onun 20000 ABŞ dolları dövriyyədə qalır və növbəti reysdən sonra yenə gəliri veriləcək. Onun İlyasa və bu işə inamı daha da artmışdır. Sonra İlyas ona demişdir ki, bir vaqon üçün də şans yaranıb və o, əlavə 20000 ABŞ dolları da verə bilər. O da 2018-ci ilin iyul ayının 1-dən 2-nə keçən gecə saat təxminən 1 radələrində yenə «Başqa yer» adlı çay evində İlyasa 20000 ABŞ dolları pul vermişdir. Belə ki, İlyas demişdir ki, həmin gün səhərə yaxın o, ailəsi ilə birlikdə təyyarə ilə Antalyaya uçacaq. Hətta o, demişdir ki, onları maşını ilə aparıb yola sala bilər, İlyas isə razılaşmamışdır, demişdir ki, qayıdanda o, qarşılayar. O, ilkin ifadəsində bu məbləğin verilmə tarixini səhvən iyul ayının 6-ı göstərmişdir. Sonra İlyas demişdir ki, ona kömək məqsədilə gəlirin 200 ABŞ dollarını o, götürməyəcək, o, tam 1000 ABŞ dolları hər vaqona görə pul alacaq. Bu onu daha da həvəsləndirmişdir. İlyas deyirmiş ki, onun özünün kifayət qədər vaqonları var və normal gəliri olur. Bildirmişdir ki, o, 2018-ci il yay aylarında Moskvada əlavə 5 ədəd «Skoda Rapit» markalı avtomobil alıb icarəyə vermişdir, yəni icarədə cəmi artıq 7 maşını var imiş. 2018-ci ilin noyabr ayına kimi İlyas ona 40 gündən bir iki vaqonun gəliri olaraq 2000 ABŞ dolları pul verirmiş. Sonra İlyas demişdir ki, bir vaqon üçün də şans yaranıb və o, istəsə əlavə bir vaqonun da pulunu dövriyyəyə buraxa bilər. O, 20000 ABŞ dolları pul düzəldib 2018-ci ilin noyabr ayının əvvəlində Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi 36 nömrəli binanın həyətində İlyasa vermişdir. Bildirmişdir ki, həmin binada onun 63 saylı 3 otaqlı mənzili var imiş. Həmin ərəfədə İlyas ona demişdir ki, onu Ekologiya Nazirliyində audit departamentinə müdir təyin ediblər, ona görə də daha ona əvvəlki kimi istədiyi vaxt işə gəlib-getmə imkanı verə bilməyəcək. Bu səbəbdən də o, işdən çıxmışdır. 2018-ci ilin dekabr ayının ortalarında o, Kiyevdə olanda İlyas ona zəng vurub demişdir ki, yeni bir iş çıxıb, yaxşı pul qazanmaq olar, belə ki, Namiqin qaynı Elçin Rusiyadan vaqonla «pleyvud» materialı gətirir, həmin material hovuz inşasında istifadə olunur, bir vaqonun gətirilmə xərci 60000 ABŞ dollarıdır və hər vaqona görə 40 gündən bir 3000 ABŞ dolları gəlir olur. İlyas demişdir ki, o, Qara Qarayev metrosu yanında olan qaynatasının onun övladına hədiyyə etdiyi iki otaqlı mənzili satıb həmin vaqona pul qoyur. İlyas demişdir ki, onun da Moskvada icarədə olan avtomobilləri ona problem yaradır, hər dəfə icarə haqqı üçün gedib-gəlir, sürücülər tez-tez dəyişir və sair. İlyas ona təklif etmişdir ki, həmin avtomobilləri satıb pulunu yeni vaqona qoysun. O, buna şirniklənmiş və İlyasa da inandığı üçün onun təklifini səmimi qəbul etmişdir, həqiqətən də Moskvadakı maşınlar ona problem yaradırmış. İlyas demişdir ki, Qara Qarayevdə olan mənzili 70000 ABŞ dollarına satıb, onun 60000 ABŞ dollarını vaqona qoyur, əlində 10000 ABŞ dolları pul qalır, o da 50000 ABŞ dolları düzəldib ona versin ki, o, öz 10000 ABŞ dollarını da onun üstünə qoyub əlavə bir vaqon götürsün, ona isə 3000 ABŞ dolları gəlirin 2500 ABŞ dollarını verəcək. Buna görə də o, Moskvada onun maşınlarına nəzarət edən və etibarnamə ilə adına olan Roma adlı şəxsə tapşırmışdır ki, 7 maşının hamısını satıb pulunu ona göndərsin. Roma da bir neçə günə maşınları satıb 43000 ABŞ dolları düzəltmiş və Bakıya gələn bir nəfər vasitəsilə ona göndərmişdir. O, artıq Kiyevdən Bakıya gəlmişdir. Sonra isə o, «Kapital» bankın İmişli filialından anası X1 adına 7000 ABŞ dolları kredit götürüb cəmi 50000 ABŞ dolları pul düzəltmiş və 2018-ci ilin dekabr ayının 20-də yenə Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi 36 nömrəli binanın həyətində İlyasa vermişdir. Sonra İlyas demişdir ki, yeni il bayramı ilə əlaqədar yanvar ayında Rusiyada 13 gün iş olmur, bu səbəbdən də vaqonlar fevral ayında gələcək. Ona görə də İlyas ona əvvəlki 20000 ABŞ dollarları ilə bağlı verməli olduğu gəlirləri yanvarda verməmişdir. İlyas 2019-cu ilin fevral ayının axırında ona 50000 ABŞ dollarının gəliri olaraq 2500 ABŞ dolları pul vermişdir. Əvvəlki taxta vaqonlarına görə isə gəlir məbləği gecikirmiş, mart ayında İlyas nəhayət ona taxta vaqonlarına görə 3000 ABŞ dolları gəlir məbləği vermişdir. Bundan sonra İlyas onunla görüşüb demişdir ki, artıq yaz aylarıdır və tikintidə canlanma var, Namiqin qaynatası Adil «pleyvud» materialına görə ona 4 vaqon gətirmək imkanı verir və 240000 ABŞ dolları pul ödənilməlidir, İlyas demişdir ki, o, özünə məxsus Nərimanov rayonu ərazisində yerləşən «Life center» ticarət mərkəzi olan binadakı mənzilini 265000 manata satmışdır və «Mercedes Benz GL» markalı maşınını da satıb cəmi 3 vaqonun pulu olaraq 180000 ABŞ dolları düzəldir və həmin işə yatızdırır. İlyas ona təklif etmişdir ki, o da Yeni Yasamalda olan evini satıb bir vaqonun pulunu, yəni 60000 ABŞ dollarını düzəldib bu işə qoysun. İylas demişdir ki, o, öz yaxşı yerdə olan bahalı mənzilini satıb ki, pul qazansın, o da Yeni Yasamalda olan evini satsın, bir müddət dövriyyədə qalıb onlara pul gətirsin və sonra o, şəhərdə yaxşı yerdə ev alar. O, bilirmiş ki, həmin ərəfədə İlyas Təbriz küçəsində özünə 157 kv.m. sahəsi olan mənzil alıb təmir etdirirmiş. O, evdə ailəsi ilə məsləhətləşib mənzilini satmaq qərarına gəlmiş və mənzili 125000 manata satlığa qoymuşdur. İylas demişdir ki, 4 vaqonun pulu 2019-cu ilin aprel ayının 15-nə kimi ödənilməlidir. Lakin onun mənzili 10 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşdiyi üçün satılmırmış. İlyas isə hər gün əlaqə saxlayıb onu tələsdirirmiş. 15 aprel 2019-cu il tarixdə İlyasla «Başqa yer» adlı çay evində görüşmüşlər və İlyas demişdir ki, 4 vaqonu əldən buraxmamaq üçün onun əvəzinə Vüsal adlı dostundan 60000 ABŞ dolları borc pul alıb və öz 180000 ABŞ dollarını da üstünə qoyub cəmi 240000 ABŞ dolları Adilə pul vermişdir. O da evini satan kimi 60000 ABŞ dollarını onun vasitəsi ilə Vüsala çatdırar. İlyas onu fakt qarşısında qoyduğu üçün bir söz deyə bilməmişdir. Onun evi 2019-cu ilin avqust ayında satılmışdır. Həmin vaxta kimi İlyas ona əvvəl verdiyi 3 ədəd 20000 ABŞ dolları və bir dəfə 50000 ABŞ dolları ilə bağlı gəlirləri verirmiş, lakin Vüsaldan borc alıb verdiyi 60000 ABŞ dollarının gəlirini isə vermirmiş. İlyas həmin aylarda hər gün onunla əlaqə saxlayıb mənzili satıb-satmadığını soruşur və borc aldığı Vüsalın yanında pis vəziyyətdə qaldığını deyib ona psixoloji təsir göstərirmiş. O, 2019-cu ilin iyun ayında «Mercedes» markalı ** LD *** nömrəli avtomobilini 13000 manata satmış və əlavə də özü pul qoyub cəmi 16000 ABŞ dolları düzəltmiş və iyun ayının axırlarında «Başqa yer» çay evində İlyasa vermişdir. O, 2018-ci ilin avqust ayında mənzilini əşyalarla birlikdə 109000 manata satmışdır və 44000 ABŞ dolları pul düzəldib avqust ayının 3-cü ongünlüyündə hazırda kirayədə yaşadığı Xətai prospektində olan mənzildə İlyasa vermişdir. Bildirmişdir ki, Yeni Yasamalda olan mənzili baldızı Şahid6 adına imiş. Bildirmişdir ki, satdığı mənzilin pulundan onun əlində 20000 ABŞ dolları pul qalmışdır. İylas ondan sonra yalnız bir dəfə 26 sentyabr 2019-cu il tarixdə ona gəlir olaraq 4500 ABŞ dolları pul verib, ondan sonra İlyas tərəfindən ona gəlir adı ilə pul verilməyib. Daha sonra 2019-cu ilin oktyabr ayında İlyas onunla görüşüb demişdir ki, o, Milli Məclisdə işləyən Zaur adlı şəxsin vasitəsilə Prezident Administrasiyasına işə düzəlir və bunun üçün 60000 ABŞ dolları pul verməlidir, özündə 40000 ABŞ dolları var və ondan xahiş etmişdir ki, əlində qalan 20000 ABŞ dollarını da ona versin ki, işini həll edə bilsin. İlyas söz vermişdir ki, onun işi həll olunduqdan sonra artıq çox yerlərə xahiş etmək və söz keçirtmək imkanı olacaq və o da Ukraynada təhsilini başa vurub gəldikdən sonra onun diplomunun tanınması və yaxşı bir yerdə işə düzəlməyini həll edəcək. O da İlyasın işinin alınması və özü üçün də gələcəkdə xeyir olması üçün 2019-cu ilin oktyabr ayının əvvəllərində «Başqa yer» çay evində İlyasa 20000 ABŞ dolları pul vermişdir. Ondan sonra o, İlyasdan işin nə yerdə olduğunu soruşmuş, İlyas demişdir ki, artıq Zaur vasitəsi ilə X4 görüşüb və ona qol saatı hədiyyə edib, Faud Ələsgərov da X27 Babayevə zəng edib deyib ki, onu 2020-ci il yanvar ayının 5-dən işdən azad etsin ki, o, yeni yerdə işinə başlasın. Lakin ondan sonrakı müddət ərzində İylas ona gəlir verməmişdir, 2019-cu ilin dekabr ayının əvvəlində İlyasa zəng çatmamış, qardaşı Fariz də onu tapa bilmədiyini demişdir, o, səhəri gün tezdən İlyasın yaşadığı Təbriz küçəsindəki məhəlləyə getmiş, lakin onu görə bilməmişdir, Ekologiya Nazirliyinə gedərkən yolda İlyasın yoldaşına zəng vurmuş və yoldaşı demişdir ki, İlyasın borcları yaranıb və o, işlərini batırıb. İlyasın yoldaşı açıb demişdir ki, İlyas 2012ci ildə də belə bir iş edib və külli miqdarda borcları yaranıb, «Life Center»dəki mənzili girov qoyub bankdan pul götürüb. O, həmin mənzilin satıldığını bildiyini demişdir, İlyasın yoldaşı isə mənzilin onun adına olduğunu və satılmadığını demişdir. O, artıq başa düşmüşdür ki, İylas onu aldadıb və külli miqdarda pulunu ələ keçirib. Sonra Namiqə zəng vurmuş, Namiq İylasla heç bir işbirliyinin olmadığını və İlyasın onun adından istifadə etdiyini demişdir. Sonra o, Məhəmmədə zəng vurmuş və artıq məlum olmuşdur ki, İlyas ondan da külli miqdarda pul alıb, Məhəmməd demişdir ki, Namiq özü ona etiraf edib ki, İlyasın ondan aldığı pulun 127000 ABŞ dolları Namiqin özündədir. Sonra onlar İlyası tapmışlar və onun atası ilə də görüşmüşlər, İlyasın atası onlara söz vermişdir ki, pullarını qaytaracaqlar. Sonra İlyasın atası ona Z.Əliyeva parkının yanında olan mənzili təklif etmişdir, lakin həmin mənzilin dəyəri İlyasını ona verməli olduğu məbləğdən qat-qat aşağı imiş, o, razılaşmamışdır. Sonrakı vaxtlarda da İlyas onlara pul qaytarmadığı üçün şikayət etmək qərarına gəlmişlər. Bildirmişdir ki, İlyas ondan aldığı 190000 ABŞ dollarının qarşılığında ona cəmi 40000 ABŞ dolları gəlir adı ilə pul qaytarıb. O, İlyasın ondan aldığı pulu konkret hara sərf etməsini, hansı işə yatırmasını bilməmişdir, yəni İlyas deyirmiş ki, onun pulunu Namiqin taxta vaqonuna, sonra isə Adil və Elçinin «pleyvut» vaqonlarına yatırır, lakin həmin işlərlə o, bilavasitə özü tanış olmamışdır. İlyas onu həmin işlərin içərisinə buraxmırmış. Belə ki, o, onlardan yalnız Namiqlə İlyasla birlikdə görüşmüşdür, lakin taxta işi ilə bağlı aralarında heç bir söhbətləri olmayıb. Çünki İlyas əvvəlcədən ona tapşırmışdı ki, Namiqlə bu barədə danışmasın, Namiq onun İlyasa pul verdiyini bilməsin. İlyas deyirmiş ki, onun pulunu Namiqə öz pulu kimi təqdim edib verir. Adil və Elçinlə isə ümumiyyətlə görüşməmişdir. Sonradan da məlum olmuşdur ki, heç belə işlər yox imiş, İlyas sadəcə ondan pul alıb öz ehtiyaclarına xərcləmiş, ondan aldığı külli miqdarda pulun əvəzinə öz pulundan ona gəlir adı ilə az məbləğdə pul vermişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X26 ifadə verərək göstərmişdir ki, 2007-2016-cı illərdə o, «Heydər Əliyev» adına X28 Təhlükəsizlik İdarəsində işləmişdir. Həmin illərdə o, Suraxanı rayonu Bül-Bülə qəsəbəsində yaşayırmış. Belə ki, işə yaxın olduğundan həmin qəsəbədə ev almışdır. Hava limanında işlədiyi dövrdə o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, 2014-2016-cı illərdə İlyasın qaynanası Arzu xanım xaricə müalicəyə gedirmiş və tez-tez İlyas onunla birlikdə işləyən bibisi oğlu Şahid9lə birlikdə onu yola salırmışlar. O, bu şəraitdə İlyasla, sonra isə onun qaynatası Şahid18lə tanış olmuşdur. İlyasla vaxtaşırı olaraq əlaqə saxlayırmışlar. Xəstəliyi ilə bağlı müalicə olunmağı ilə əlaqədar 2016-cı ilin dekabr ayında o, öz ərizəsi ilə işdən çıxmışdır. Belə ki, iş rejimi ilə əlaqədar artıq həmin işdə işləyə bilmirmiş. İşdən çıxdıqdan sonra o, müalicə olunmağa başlamışdır. Həmin ərəfələrdə o, İlyasla mütəmadi olaraq əlaqə saxlayırmış, zəngləşib görüşürmüşlər. İlyasın sözlərindən ona məlum imiş ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Audit İdarəsində baş məsləhətçi işləyir, deməsinə görə o, bu işə qaynatası Nizaminin vasitəsilə düzəlmişdi. Bununla yanaşı İlyas ona deyirmiş ki, qaynatası bina tikintisi ilə məşğuldur, özü də qaynatasının köməkliyi ilə taxta işləri ilə məşğul olur. Hətta İlyas ona bir neçə dəfə onunla birlikdə işləməyi təklif etmişdir. O, əvvəlcə İlyasın bu təklifinə razılıq vermirmiş, lakin İlyas israrla ona deyirmiş ki, bu işdə yaxşı pul qazanmaq olar. Hətta o, bir dəfə nə üçün qaynatasından pul almadığını soruşduqda İlyas ona cavab verirmiş ki, qaynatası onu bu işə cəlb etdiyindən, ondan pul götürməyə utanır, öz qüvvəsi ilə bu işlərin öhdəsindən gəlmək istəyir. O, evdə fikirləşdikdən sonra İlyasla işləmək qərarına gəlmiş və borc olaraq 2018-ci ilin iyun-avqust aylarında Aqşin adlı tanışından üç dəfəyə cəmi 19500 ABŞ dolları götürüb İlyasa vermişdir. İlyasa pulu səhv etmirsə «Qara Qarayev» metrosu yaxınlığında vermişdir. Belə ki, İlyasın şərti ilə onun ona verdiyi puldan əldə etdikləri qazancı onlar öz aralarında bölməli imişlər və o, həmin şərtlə razılaşmışdır. İlyas iyun-avqust ayları arasında həmin pulu ona qaytarsa da, yenidən bir həftə sonra taxta vaqonlarının gəldiyini bildirərək ondan 2018-ci ilin avqust ayının ortalarında həmin 19500 ABŞ dollarını yenə «Qara Qarayev» metrosu yaxınlığında «Sevinc» kinoteatrının yanında almış və işlərə cəlb edərək, dövriyyəyə buraxdığını demişdi. Odur ki, həmin pul İlyasın deməsinə görə dövriyyədə qalırmış. Artıq hava limanında işləmədiyindən o, şəhərə köçmək məqsədilə 2018-ci ilin sentyabr ayında Bül-Bülə qəsəbəsində olan evini satmışdır. Məqsədi «Qara Qarayev» metrosu yaxınlığında ev almaq imiş. İlyasla münasibəti olduğundan söhbət zamanı o, ona bu haqda bildirmişdir. İlyas ev satdığını və əlində nəğd pul olduğunu bildiyindən onunla artıq tez-tez əlaqə saxlayır və görüşür, təklif edirmiş ki, əlində olan pulları o, işə cəlb etsin, daha çox pul qazansınlar. O, evin pulunu heç bir işə yatırmayacağını bildirdikdə isə İlyas israrla ona deyirmiş ki, işləri yaxşı gedir, lakin dövriyyəyə pul buraxmaq lazımdır. Onu da bildirmək istəyir ki, İlyas ona bir neçə dəfə taxta vaqonlarının Ukraynadan gəldiyini bildirmişdir və ona sənədlər göstərmişdir. O da İlyasa etibar edirmiş. Dövriyyəni çoxaltmaq mümkün olmasa, pul qazanmaq çətin olduğunu hər görüşlərində İlyas ona deyirmiş və pul tapmağını bildirirmiş. O, ilk vaxtlarda İlyasla gördüyü işbirliyindən cüzi də olsa qazanc əldə etdiyindən və İlyasa inandığından 2018-ci ilin dekabr ayında özündə olan 5000 manat pulu və dostu Raufdan aldığı 4000 ABŞ dollarını İlyasla «Qara Qarayev» metrosu yaxınlığında görüşüb, ona vermişdir. Bildirmək istəyir ki, qeyd etdiyi vaxtlarda İlyasa verdiyi cəmi 23500 ABŞ dolları və 5000 manat pulu İlyas özündə saxlayırmış, çox nadir hallarda ona qazanc kimi cüzi pul verirmiş və ona verdiyi pulların dövriyyədə olduğunu bildirirmiş. 2019-cu ilin sentyabr ayında görüşlərin birində İlyas ona bildirmişdir ki, qaynatası Nizami «AzTur» adlı turizm şirkəti açmışdır və həmin şirkətin fəaliyyətini ona həvalə etmişdir. İlyas ona təklif etmişdir ki, onunla işbirliyi qursun və şirkətin fəaliyyətini maliyyələşdirsin. İlyasın sözlərinə əsasən o, həmin şirkətin vasitəsilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşını Yaponiyaya yola salacaq, bunun üçün pul lazımdır, sonra Nazirlik pulu şirkətin hesabına köçürəcək və onlar qazanc əldə edəcəklər. O, İlyasa inanıb qeyd etdiyi vaxt ona 7000 manat pul vermişdir. Pulu o, İlyasa onun işlədiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında, dəhlizdə vermişdir. Onu da bildirmək istəyir ki, pulu İlyasa verərkən ona demişdir ki, pulu konvertə qoysun və konvertin üstünə pulun veriləcəyi şəxsin adını yazsın. İlyas ona diktə etmiş və o, konvertin üzərinə «Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə şöbəsinin müdiri cənab İlyas Aslanova» sözlərini yazıb, həmin konverti İlyasa vermişdir. İlyas konverti ondan aldıqdan sonra demişdir ki, həmin pula bu şəxs Yaponiyaya biletləri alacaq, sonra isə pulu artıqlaması ilə Turizm agentliyinin hesabına köçürəcək. O, həmin konverti mobil telefonu ilə çəkmişdir və görüntünü istintaq orqanına təqdim etmişdir. Onu da bildirmək istəyir ki, bir müddət sonra o, həmin işlərlə və əldə olunmuş qazancla bağlı maraqlandıqda İlyas bildirmişdir ki, şirkətin fəaliyyətini təkmilləşdirmək və yeni sistem yaratmaq məqsədilə bəzi işçiləri Türkiyəyə oxumağa göndərib, pul dövriyyədədir və yaxınlarda nəticəsini görəcək. O, yenə də İlyasa inanmışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində İlyasla görüşü zamanı sonuncu ona bildirmişdir ki, dayısı Mürşüdün işlədiyi "xxxx" MMC bina tikintisi işləri ilə məşğuldur və onların bina tikəcəkləri yerdə yerləşən yaşıllıq zolağının köçürülməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyindən ona həvalə ediblər, bunun üçün maliyyə yatırımı lazımdır, qısa müddətdə yaxşı qazanc əldə etmək olar. İlyas hətta ona Ekologiya və X23 imzası ilə əmr də göstərmişdir, o, həmin əmri də mobil telefon vasitəsilə çəkmiş və çəkilişi istintaq orqanına təqdim etmişdir. O, İlyasa yenə də inanmış və 07 noyabr 2019-cu il tarixdə İlyasa idarə etdiyi avtomaşında Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən «Həyat plaza»nın həyətində 20000 ABŞ dolları vermişdir. Həmin pulu o, «Həyat plaza»da yaşayan Məzahir adlı tanışından almışdır. Pulu İlyasa verərkən o, mobil telefon vasitəsilə çəkiliş aparmış və həmin çəkilişi də istintaq orqanına təqdim etmişdir. Pulu verdikdən sonra İlyas bildirmişdir ki, turizm şirkətinin fəaliyyətini genişləndirmək üçün daha 10000 manat pul lazımdır və pulu bir neçə günə çatdırmalıdır. O, yenə də Məzahirdən 5900 ABŞ dolları götürmüş və həmin ayın 12-də pulu Babək prospektində yerləşən «Dədəmin» avtoservizin qarşısında İlyasın maşınında ona vermişdir. Beləliklə də İlyasa qeyd etdiyi müddət ərzində müxtəlif işlər görülməsi üçün cəmi 49400 ABŞ dolları və 12000 manat pul vermişdir. Xeyli müddət keçməsinə baxmayaraq o, heç bir yatırımdan qazanc əldə etmədiyindən və borc pul götürdüyü şəxslər artıq pullarını geri tələb etdiklərindən o, müntəzəm olaraq İlyasdan işlərin gedişatı barədə maraqlanırmış. İlyas isə müxtəlif bəhanələr gətirir və gözləməyini deyirmiş. O, İlyasa etirazını bildirərək ona pulları qısa müddətdə geri qaytaracağını söz verdiyini xatırladıqda isə İlyas yeni bəhanələr edirmiş. 2019-cu ilin noyabr ayının 25-də atasının vəfat etməsi ilə əlaqədar o, Gəncə şəhərinə gəlmiş və orada olarkən İlyasla danışmışdır. İlyas hüzr mərasiminə gələcəyinə söz vermiş və bildirmişdir ki, gələndə pul da gətirəcək, camaatın pullarını da qaytaracaqdır. Buna baxmayaraq İlyas gəlməmişdir və sonralar isə artıq İlyas onun telefon zənglərinə cavab verməməyə başlamışdır. Məcbur olub İlyasın bibisi oğlu Vüqara zəng etmiş və ona baş verənləri danışmışdır. Vüqar dayısı ilə, yəni İlyasın atası Həmdulla ilə söhbət edəcəyini bildirmiş, söhbət etdikdən sonra isə ona zəng edərək, Həmdullanın sözlərini ona çatdırmışdır. Belə ki, Həmdulla Vüqara bildirmişdir ki, İlyasın problemləri vardır, onun pulunu qaytaracaqlar. Bakı şəhərinə qayıtdıqdan sonra o, Həmdulla ilə zəngləşmiş və onun təklifi ilə «Topqapı» restoranında görüşmüşlər. Həmdulla Nazim adlı qohumu ilə gəlmişdi. O, baş verənləri onlara danışmış və Həmdulla ona söz vermişdir ki, qısa müddət ərzində onun pulunu qaytaracaqlar. Bir qədər keçmiş oraya İlyasın qaynatası Nizami də gəlmiş və o, ona da baş verənləri danışmışdır. Nizami əvvəlcə onunla kobud danışmış, lakin sonradan sakitləşmişdir. Bundan bir müddət sonra o, yenidən Həmdulla ilə zəngləşmiş və ona bildirmişdir ki, yaxın vaxtlarda ona 50000 manat pul verəcək, digər pulu isə hissə-hissə ödəyəcəkdir. 2020-ci yanvar ayının 1-də Həmdulla ona zəng etmiş və onlar «Memar Əcəmi» metrostansiyasının yaxınlığında görüşmüşlər, Həmdulla ona 10000 manat pul vermişdir və bildirmişdir ki, fevralın 1-nə qədər bütün məbləği tam ödəyəcəkdir. Lakin o, bir neçə dəfə Həmdulla ilə əlaqə saxlasa da sonuncu qeyd olunan vaxt ona pulu ödəməmişdir, İlyasla da əlaqə saxlaya bilməmişdir. Məcbur olub onların yaşadığı evə getmiş və bundan qəzəblənən Həmdulla ona bildirmişdir ki, işləri pozduğuna görə, yəni onların evinə gəldiyinə görə pulu verməyəcəkdir. Bundan sonra o, şikayət etmək qərarına gəlmişdir. Bildirmək istəyir ki, İlyas onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu ələ keçirmişdir. Xahiş edir ki, pulun qaytarılmasına köməklik edilsin. Bildirmişdir ki, İlyas ona hissə-hissə olaraq cəmi 20000 manat qazanc adı ilə pul verib. Belə ki, o, İlyasa 19500 ABŞ dolları, 5000 manat, 4000 ABŞ dolları verdiyi dövrə qədər İlyas ona hissəhissə cəmi 20000 manat qazanc verib. Sonuncu olaraq o, İlyasa 7000 manat, 20000 ABŞ dolları və 5900 ABŞ dolları verdikdən sonra İlyas ona bir manat da olsun qazanc verməyib və bütün məbləği də qaytarmayıb. Belə ki, İlyas ondan 19500 ABŞ dolları, 5000 manat və 4000 ABŞ dollarını dostları tərəfindən xaricdən taxta gətirilməsi işinə yatırım adı ilə, 7000 manat pulu Yaponiya səfəri xərcinin ödənilməsi adı ilə, 20000 ABŞ dollarını "xxxx" MMCnin bina inşa edəcəyi ərazidən yaşıllıq zolağını köçürülməsi adı ilə, 5900 ABŞ dollarını isə ona məxsus turizm şirkətinin fəaliyyətini genişləndirmək adı ilə almışdır. O, İlyasa cəmi manat hesabı ilə 95950 manat pul vermiş, İlyasın atası ona cəmi 10000 manat pul qaytarıb. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı şikayəti və tələbi yoxdur, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 İylas oğlu ifadə verərək göstərmişdir ki, iki övladı var, İlyas onun böyük oğludur. İlyas 2009-cu ildə ailə həyatı qurub və iki övladı var, İlyas ailəsi ilə ayrı ünvanda yaşayırmış, 2019-cu ilin dekabr ayında İlyasın borcları ilə bağlı onun ailəsində problem yaranmış, həmin vaxtdan həyat yoldaşı İlyasdan faktiki olaraq ayrıldığı üçün İlyas onlarla birlikdə yaşayır. 2019-cu ilin təxminən dekabr ayında Elvin adlı şəxs ona zəng vurub İlyasla bağlı görüşmək istədiyini demiş, onlar görüşmüşlər, səhv etmirsə həmin vaxtı İlyasın qaynatası Nizami də həmin görüşə gəlmişdir. Orada Elvin bildirmişdir ki, İlyasa iş qurmaq adı ilə 80-90000 manat civarında pul verib və İlyas da ona aylıq ödənişlər edib, lakin indi ödəniş etmir. Bundan sonrakı vaxtda Məhəmməd və Elçin adlı şəxslər də onunla görüşmüşlər və İlyasa pul verdiklərini bildirmişlər. Həmçinin həmyerliləri Ruslan da onunla görüşüb o da İlyasa pul verdyini demişdir. Elvin isə həmin vaxtı atasının rəhmətə getdiyini və ciddi şəkildə pula ehtiyacı olduğunu bildirdiyi üçün o, özü pul düzəldib ona 10000 manat pul vermişdir. Digərlərinə isə onun tərəfindən hər hansı ödəniş olmayıb. O, İlyasdan bunların nə məsələ olduğunu soruşmuş, o, da demişdir ki, xeyli müddət əvvəl borcu yaranıb, həmin borcu bağlamaq üçün də bu şəxslərdən faizə borc pullar alıb və müəyyən müddət faizləri də ödəyib. Sonradan ödəniş dayandığı üçün həmin şəxslər şikayətə başlayıblar. İlyasın həmin şəxslərdən konkret nə qədər pul almasını və nə qədər qaytarmasını o, bilmir, bunları İlyas özü dəqiq bilir. Həmçinin İlyasın qaytarmadığı məbləğləri hara sərf etməsi barədə də bir məlumatı yoxdur, ümumiyyətlə onun harasa külli miqdarda pul xərcləməsini müşahidə etməmişdir. İlyasın ona deməsinə görə aldığı pulları illər əvvəl olan borcunun bağlanmasına yönəldib. İlyas Ekologiya Nazirliyində işləyirmiş və aylıq təxminən 1500- 2000 manat əmək haqqı alırmış. Onun başqa bir gəliri haqqında onun məlumatı yoxdur. Həmçinin aldığı qeyd olunan pul məbləğlərini də hansı qaydada və hansı imkanla qaytaracağı barədə bir məlumatı yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, mən 2015-2016-cı illərdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" MTK-da satış meneceri işləmiş, sonra isə 2017-ci ildə həmin MTK ilə əlaqəli olan «Rek Holdinq» şirkətinin direktoru işləmişdir. 2017-ci ilin sonlarından işsizdir. Təqsirləndirilən şəxs təxminən 2013-cü ildən tanıyır, o, İlyası dostu Şahid4 vasitəsilə tanımışdır. Belə ki, o, Namiqin həyat yoldaşı ilə universitetdə bir qrupda təhsil almışdılar. Namiq vasitəsilə İlyası tanımış və onunla da aralarında ailəvi münasibət yaranmışdır. O, İlyasın Ekologiya Nazirliyində işlədiyini bilirmiş. Təxminən 2017-ci ildə İlyas ondan 2000 ABŞ dolları borc pul istəmişdir, o, İlyasa həmin məbləği vermiş, İlyas həmin pulu təxminən 10-15 gün sonra qaytarmışdır. Ondan sonrakı vaxtlarda da İlyas ondan 3-4 dəfə təxminən 1000-3000 ABŞ dolları civarında borc pul alıb qaytarmışdır. Əksər hallarda İlyas ondan pulu alıb dediyi vaxtda qaytarmırmış, lakin vaxtı uzatsa da sonda aldığı pulu qaytarırmış. İlyas ondan pul istəyəndə bir neçə dəfə onun özündə olmadığı üçün Məlahət adlı qohumundan alıb İlyasa vermişdir. İlyas bir-iki dəfə Məlahətə onun vasitəsi ilə pul qaytaranda üstündə əlavə hörmət də etmişdir. Bildirmişdir ki, o, 2017-2018-ci illərdə ********** və 055 ******* saylı nömrələr işlətmişdir və həmin nömrələrlə İlyasın 055 211 93 99 saylı nömrəsi ilə əlaqə saxlayıb mesajlar yazmışdır. Onun İlyasa yazdığı mesajlar əsasən ondan verdiyi pulu geri istəməyi ilə bağlı olub. 2019-cu ilin yay aylarında ona məlum olmuşdur ki, İlyasın bir xeyli borcu yaranıb və onun problemləri var. Bildirmişdir ki, ona məlum imiş ki, İlyasla Namiq arasında da pul məsələsi var, yəni eşitdiyinə görə İlyas bir dəfə Namiqə borca pul verib, Namiq də həmin pulla Elvin adlı şəxslə iş görübmüş, sonra da Elvin başqa külli miqdarda borcları olduğundan özünü öldürdüyü üçün Namiqin Elvində olan pulu da batmışdır. Namiq bir dəfə ona demişdi ki, İlyasın Məhəmməd adlı şəxsə borcu var imiş və Məhəmməd İlyasdan pulunu istədiyi üçün o, İlyasın xahişi ilə Məhəmmədlə görüşüb yalandan demişdir ki, guya İlyas Məhəmməddən aldığı pulu ona verib və qısa müddətə qaytaracaq. Bu barədə başqa məlumatı yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, İlyas yalan deyir, o, tikintidə işləmişdir, özü heç vaxt tikinti işi ilə məşğul olmamışdır, İlyasla da heç bir şərikliyi olmayıb. Onun İlyasın müxtəlif şəxslərdən külli miqdarda pul alması barədə məlumatı olmayıb, o, bunu sonradan bilmişdir, İlyasın həmin pulları hara sərf etməsi barədə bir məlumatı yoxdur. Lakin İlyasın harasa pul xərclədiyini də görməmişdir, hətta onlar restoranda birlikdə yemək yeyəndə hesabı verərkən həmişə İlyas daha az pul verirmiş. Dəqiq tarix yadında deyil, təxminən 2018-ci il olarmış, İlyas ona zəng vurub «İçərişəhər» metrosu yaxınlığında çay evində olduğunu deyib onu ora çağırmış, o, ora gedəndə görmüşdür ki, İlyas orada Namiq və Məhəmmədlə əyləşib, Məhəmmədi birinci dəfə orada görmüşdür, İlyas onları tanış edib Məhəmmədin onun qohumu, həm də dostu olduğunu demişdir. O, həmin vaxtı orada təxminən 10 dəqiqə oturmuş və sonra ayrılmışdır. Həmin vaxtı sadəcə ümumi söhbətlər etmişlər. Ondan sonra da bir-iki dəfə İlyasla görüşəndə Məhəmməd də orada olub və aralarında ümumi söhbətlər olub. O, Məhəmmədin İlyasa pul verdiyini bilməmişdir. Həmin görüşlərdə İlyas ondan tikintidə işləməyi ilə bağlı ümumi suallar verirmiş və tikintinin gedişatı ilə bağlı soruşurmuş. O, İlyasla heç vaxt şərik olmamışdır, Məhəmmədlə görüş zamanı da ona bu barədə hər hansı bir söz deməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, təxminən 5 ildir ki, işlədiyi şirkət tərəfindən xarici ölkələrdən dikt, o cümlədən «pleyvud» adlı dikt materialı gətirilərək satışı həyata keçirilir. Onların anbarı Dərnəgül bazarında yerləşir. Bildirmişdir ki, o, İlyasın özünü şəxsən tanımır, lakin bilir ki, İlyas onun oğlu Elçin və yeznəsi Namiqlə İqtisad Universitetində birlikdə oxumuşlar. Lakin o, özü İlyasla ola bilər ki, hansısa toyda və yas məclisində görüşmüşlər. Başqa heç bir münasibəti yoxdur. Verilən suala cavab olaraq bildirmişdir ki, İlyasın bir neçə şəxsdən külli miqdarda pul alması və aldığı pula xarici ölkələrdən onun yeznəsi Namiq, oğlu Elçin və onun özünün vasitəsilə taxta materialı, o cümlədən «Pleyvud» adlı dikt materialı gətirəcəyini deməsi barədə heç bir məlumatı olmamışdır. Qeyd etdiyi kimi o, İlyası tanımır, onunla heç bir görüşü, münasibəti və işbirliyi olmamışdır. İlyas ondan heç vaxt dikt materialı almamış və sifariş etməmişdir. İlyasın digər şəxslərdən külli miqdarda pul alması barədə də onun heç bir məlumatı yoxdur. Həmçinin oğlu Elçin də onunla işləyir, onun da İlyasla heç bir əlaqəsi yoxdur, olmuş olsaydı o, bunu bilərmiş. X44 arasında hər hansı əlaqə və işbirliyinin olubolmaması barədə dəqiq söz deyə bilməz. O, həmçinin İlyasın pul aldığı şəxsləri tanımır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2005-ci ildən tanıyır, onunla Azərbaycan İqdisad Universitetində tələbə yoldaşı olmuşlar. Namiqlə aralarında dostluq münasibəti var. Bildirmişdir ki, o, 2011ci ildən 2013-cü ilə qədər Dərnəgül bazarında taxta ticarəti ilə məşğul olmuşdur. Sonradan gəlir olmadığı və maddi ziyana düşdüyü üçün ticarətdən ayrılmışdır. Ondan sonra isə bəzi hallarda Moskvaya gedib siqaret ticarəti ilə məşğul olur. Bəzi hallarda isə Bakıda ev və maşın alveri ilə məşğul olur. O, Dərnəgül bazarında işlədiyi vaxtı orada armatur və taxta ticarəti ilə məşğul olan əslən Naxçıvanlı olan Elvin Əliyevlə tanış olmuşdur. O, taxta ticarətindən ayrılandan sonra Elvin hələ də ticarətdə imiş. 2017-ci ilin ortalarında Elvin ona demişdir ki, bir tikinti yerinə armatur və taxta verir və təklif etmişdir ki, o da dikt versin, tikinti aparan şəxslər pulunu ödəyəcəklər. O da bir-iki dəfə Elvinə dikt vermişdir və sonra onun pulu ödənilmişdir. O, həmin diktləri Dərnəgül bazarında taxta ticarəti ilə məşğul olan qaynatası Adildən götürmüşdür. Sonuncu dəfə o, 2017-ci ilin ortalarında, dəqiq tarix yadında deyil, qaynatası Adildən 50000 ABŞ dolları dəyərində dikt götürüb Elvinə vermişdir. Bildiyi qədər Elvin «Ağ şəhər»də tikilən binalara material verirmiş, lakin konkret hansı binaya və hansı şirkətə material verdiyini bilmir, bu barədə maraqlanmamışdır. Həmçinin Elvin həmin işlə bağlı ondan pul da alıb qaytarmışdı, yəni onun puluna özü armatur alıb tikintiyə satırmış və gələn qazancdan ona da verirmiş və ana pulu da qaytarırmış. Bunu İlyas da bilirmiş və İlyas onun vasitəsi ilə Elvinə bir dəfə 20000 ABŞ dolları, bir dəfə də təxminən 15000 ABŞ dolları pul vermişdir. Elvin də həmin pulun müqabilində aylıq təxminən 1500-2000 ABŞ dolları pul verirmiş, o da həmin qazancı İlyasla yarı bölürmüş. Elvin təxminən 4-5 ay həmin pulun qazancını vermiş və o da həmin qazancı İlyasla yarı bölmüşdür. Lakin Elvin onun 50000 ABŞ dolları dəyərində dikt materialının pulunu verməmiş və vaxtı uzadıb tezliklə ödəyəcəyini vəd etsə də pulu ödəmirmiş. Bildirmişdir ki, İlyas Elvinlə heç vaxt görüşməmişdi, o, pulu Elvinə verməyini İlyasa deməmişdir, İlyasa demişdir ki, guya özü iş görüb ona qazanc verir. Təxminən 2017-ci ilin sonlarında məlum olmuşdur ki, Elvinin bir çox insanlara borcu var imiş və o, intihar edərək özünü asıb öldürmüşdür. Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılmışdır. Elvinlə telefon danışıqları ilə bağlı onu da prokurorluğa çağırmışdılar və o, Elvinin ona borclu olması barədə məlumat vermişdir. Ondan yazılı izahat alınıb-alınmadığı dəqiq yadında deyil. Bildirmişdir ki, Elvin ölməmişdən xeyli əvvəl artıq qazanc məbləğlərini vermirmiş, İlyas da pul istəyirmiş, o, məcbur olub İlyasa açıb demişdi ki, onun pulunu Elvinə vermiş və bu müddət ərzində qazanc məbləğini Elvin verirmiş, hazırda isə Elvin pul vermir, ona görə də ödənişlər gecikir. Sonra İlyas demişdir ki, onun 35000 ABŞ dollarını vermək lazımdır, həmin pulu aldığı adamlar onu sıxırlar. O, məcbur olub İlyasa söz vermişdir ki, əslində Elvinə verməyinə baxmayaraq həmin pulu özü tapıb ona qaytarar. Sonrakı müddət ərzində o, nə qədər çalışsa da İlyasın pulunu qaytara bilməmişdir. Bu barədə İlyasla 2018-ci il ərzində telefonla xeyli danışıqları və yazışmaları olmuşdur. 2019-cu ilin səhv etmirsə dekabr ayında İlyas ona demişdir ki, bir neçə nəfərdən külli miqdarda pul almışdır və pul aldığı adamlara yalandan demişdir ki, guya alınan pulu ona verib və o, xaricdən taxta gətizdirib onlara qazanc verəcək. İlyas demişdir ki, hazırda həmin pulları qaytara bilmir, amma qısa müddətə qaytaracaq, sadəcə bir qədər pul verən insanları sakitləşdirib vaxt udmaq lazımdır və ona görə də ondan xahiş etmişdir ki, Məhəmməd adlı şəxslə üçü birlikdə görüşsünlər və o, Məhəmmədə desin ki, guya onun 127000 ABŞ dolları ondadır və qısa müddətə pul qaytarılacaq, narahat olmasın. O, İlyasa kömək etmək məqsədilə onun xahişi ilə razılaşmış və üçü görüşmüşlər. O, Məhəməddə demişdir ki, onun 127000 ABŞ dolları ondadır və narahat olmasın növbəti həftə onun pulunun yarısı qaytarılacaq. Lakin sonra bildiyi qədər İlyas Məhəmmədin və digərlərinin pulunu qaytara bilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, İlyas yalnız onun vasitəsi ilə Elvin Əliyevə 35000 ABŞ dolları pul vermişdir. O, özü 2013-cü ildən sonra taxta ticarəti ilə məşğul olmur. İlyasa taxta gətirilməsi ilə bağlı heç bir vəd verməmiş və pul almamışdır. Qaynatası Adil və qaynı Elçin «pleyvud» materialı, yəni su keçirməyən dikt materialı ticarəti ilə məşğul olurlar, lakin İlyas sadəcə onların adından istifadə etmişdir, onlarla heç bir işbirliyi olmamış və onlara pul verməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Elvin Abdıyev onun həmyerlisidir və uzun müddətdir ki, dostluq münasibətindədirlər. 2019cu ilin noyabr ayının əvvəllərində Elvin ona zəng vurub demişdir ki, ona 20000 ABŞ dolları borc pul lazımdır, belə ki, həmin məbləği İlyas adlı bir tanışına verəcək və İlyas da həmin pulu hansısa yaşıllıqla bağlı işə yatıracaq və təxminən bir ay müddətinə ona həm ana məbləği qaytarıb, həm də əlavə xeyir verəcək. Elvin də söz vermişdir ki, qısa müddətə onun pulunu qaytaracaq. Elvin onun dostu olduğu üçün razılaşmış, istəmişdir ki, onun müəyyən qədər xeyri olsun. 07 noyabr 2019-cu il tarixdə o, yaşadığım «Həyat plaza»nın həyətində Elvinlə görüşüb ona 20000 ABŞ dollarını vermişdir. Elvin bir nəfər oğlanla gəlmişdi, sonradan bilmişdir ki, Elvin pulu həmin oğlana verəcək. Elvin ondan aldığı 20000 ABŞ dollarını həmin oğlana vermişdir. Sonra onlar ayrılmışlar. Bir-iki gün sonra isə Elvin ondan yenə 10000 manat istəmişdir, demişdir ki, başqa bir xeyirli işlə bağlı İlyasa verəcək və qısa müddət ərzində həm birinci pulu, həm də 10000 manatı ona qaytaracaq. O da razılaşmış və 12 noyabr 2019-cu il tarixdə yenə yaşadığı binanın həyətində Elvinə 10000 manat hesabı ilə 5900 ABŞ dolları pul vermişdir. Elvin tək gəlmişdi. Ondan sonrakı müddət ərzində Elvin onun cəmi 25900 ABŞ dolları pulunu qaytarmamışdır, o, maraqlananda Elvin demişdir ki, İlyas hələ işi uzadır, pulu qaytarmır, qaytaran kimi onun pulunu verəcək. Sonra bilmişdir ki, Elvin pulu qaytarmaması ilə bağlı İlyasdan polisə şikayət edib. Bildirmişdir ki, o, həmin pulu Elvinə sadəcə bir dost kimi borc vermişdir, Elvinin İlyasla danışığının və əldə edəcəyi gəlirin ona aidiyyəti yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, X26 onun həm tələbə yoldaşıdır, həm də 7-8 il müddətinə onunla birlikdə Hava Limanında işləmişlər. Elvin onun ailəvi yaxın dostudur. 2018-ci ilin yay aylarında Elvin ona demişdir ki, o, İlyas adlı bir nəfərlə taxta işi ilə məşğuldur və bu məqsədlə həmin işə yatırım etməkdən ötrü ona pul lazımdır. Elvin bildirmişdir ki, İlyas xarici dövlətlərdən taxta gətizdirir, o, həmin ticarətlə bağlı İlyasa pul vermək istəyir, İlyas ona yaxşı qazanc vəd vermişdir. Elvin demişdir ki, hazırda onun maddi vəziyyəti yaxşı deyil və əlavə qazanca ehtiyacı var və buna görə də dost olaraq ondan borc pul istəmişdir. O, özü üçün pul yığmışdır, ona görə də Elvinə pul verməyə razı olmuşdur. 2018-ci ilin iyun-avqust ayları ərzində bir neçə dəfəyə Elvinə cəmi 19500 ABŞ dolları pul vermişdir. Elvin həmin pulu ona yaxın zamanda qaytaracağını demişdir. Lakin ondan sonra xeyli müddət keçməsinə baxmayaraq Elvin onun pulunu qaytarmamışdır. O, maraqlananda Elvin demişdir ki, o, İlyasa onun pulundan başqa da pullar vermişdir, lakin İlyas onu aldadıb pulları qaytarmamışdır. Bildirmişdir ki, o, İlyası tanımır, sadəcə bir-iki dəfə Elvinin yanında onu görmüşdür, amma İlyasla taxta ticarəti və Elvinlə olan işbirliyi ilə bağlı heç bir söhbəti olmayıb. Sonradan bilmişdir ki, Elvin İlyasın onu aldatması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib və İlyas həbs olunub. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, o, 2010-2013-cü illərdə X28 Təhlükəsizlik Xidmətində mütəxəssis işləmişdir. X26 isə həmin Xidmətdə qrup rəhbəri olmuşdur. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Təxminən yadındadır ki, o, Hava Limanından işdən çıxana yaxın dövrlərdə İlyasın qaynanası xəstə olduğu üçün onlar onu Türkiyəyə aparıb gətirirmişlər. Sonradan Elvinlə söhbət zamanı o, onun İlyasla tanış olduqlarını bilmişdir. Elvin də bilmişdir ki, İlyas onun qohumudur. Bildirmişdir ki, onun Elvinlə İylas arasında hansısa pul söhbətinin olması barədə məlumatı olmayıb. 2019-cu ilin sonları imiş, Elvin ona zəng vurub demişdir ki, İlyasın telefonuna zəng çatmır və xahiş etmişdir ki, o da İlyasa zəng vursun. O, İlyasa zəng vurduqda görmüşdür ki, həqiqətən onun telefonuna zəng çatmır. Elvinə bu barədə deyib onun nə üçün İlyası axtardığını soruşmuşdur. Elvin demişdir ki, İlyasa iş görmək üçün pul verib, onunla bağlı onu axtarır. Bir müddət sonra Elvinin deməsindən ona məlum olmuşdur ki, İlyasın başqa adamlara da borcu var. 2020-ci ilin yanvar ayının əvvəlində o, Elvin və İlyasın atası Həmdulla görüşmüşlər. Həmin görüş zamanı dayısı Həmdulla İlyasın borcundan Elvinə 10000 manat pul qaytarmışdır və demişdir ki, imkan olanda yenə pul verəcək. Ondan sonra baş verənlər barədə bir məlumatı yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, İlyasın Elvindən və digər şəxslərdən konkret nə qədər pul almasını, aldığı pulları hara sərf etməsini bilmir. Amma ona məlum imiş ki, İlyas Elvindən taxta və turizm işi ilə bağlı pul almışdır. Onun İlyasla o qədər də yaxınlığı olmayıb, bəzi hallarda qohum kimi görüşərmişlər. İlyas düzgün göstərmir, o, heç vaxt Elvindən pul alıb İlyasa verməmişdir. İlyas özü bir dəfə ondan 5000 manat borc pul almış və onu da qaytarmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun iş yoldaşıdır, onunla birlikdə «Aristokrat» tibb mərkəzində həkim işləyirlər. Bildirmişdir ki, 2018-ci ilin avqust ayında Məhəmməd ona demişdir ki, hansısa bir işə maliyyə vəsaiti yatırıb pul qazanmaq istəyir, lakin əlində nəqd pulu yoxdur. Məhəmməd ondan xahiş etmişdir ki, onun «Subaru Forester» markalı avtomobilini lizinqə salaraq pul götürsün və lizinq ödənişlərini də o, özü edəcək. Məhəmməd onun həm iş yoldaşı, həm də dostu olduğu üçün razılaşmışdır. Bundan sonra onun avtomobili lizirq şirkəti tərəfindən Məhəmmədin adına rəsmiləşdirilmiş və 18700 manat pul verilmişdir. Həmin məbləği Məhəmməd götürmüşdür. Ondan sonra Məhəmməd tərəfindən lizinq şirkətinə aylıq ödənişlər ödənilmişdir. Məhəmməd şirkətə cəmi 31254 manat ödəniş etmişdir. Hazırda maşın onun özündədir və heç bir lizinq borcu yoxdur. Bundan başqa 2018-ci ilin noyabr ayında Məhəmməd yenə də ondan xahiş etmişdir ki, ona həmin maliyyə vəsaiti yatırdığı işə əlavə vəsait yatırmaq üçün pul lazımdır. Məhəmməd deyirmiş ki, hazırda hələki müəyyən gəliri olmasa da yatırılan maliyyə vəsaitinin həcmini artırdıqdan sonra gəliri olacaq və borclarını qaytaracaq. Məhəmmədin təklifi ilə bu dəfə o, Xırdalanda yaşadığı evini «Əmrah» banka girov qoyaraq 50000 manat pul götürmüşdür. Məhəmmədin xahişi ilə ilkin olaraq ona 16500 ABŞ dolları pul vermişdir. Təxminən bir həftə sonra Məhəmməd kredit götürdüyü qalan məbləği də ona verməyini istəmişdir. O, etiraz etməyib qalan məbləği ona vermiş, yəni ümumilikdə Məhəmmədə 50000 manat vermiş olmuşdur. Məhəmməd həmin evin kredit ödənişlərini özü edirmiş, aylıq 1640 manat ödəniş edirmiş. Yəni o, həmin ödənişlərlə maraqlanmırmış, bütün məsuliyyət Məhəmmədin üzərində imiş. Məhəmməd ona söz vermişdi ki, evinin girov qoyulması ilə bağlı onun problemi olmayacaq. 2020-ci ilin mart ayında həmin bank bağlanmış, ödənişlərin edilməsi müəyyən müddət dayanmışdır. Məhəmməd 2020-ci ilin mart ayına kimi banka cəmi 24600 manat pul ödəmişdir. Bank bağlandıqdan sonra isə onun özünə ehtiyac olduğu üçün Məhəmməd qalan kredit məbləğini hesablayıb 45578 manatı onun özünə vermişdir. Yəni bundan sonra bank ödənişləri artıq onun öhdəsindədir. Həmçinin bildirmişdir ki, evini girov qoyub Məhəmmədə pul verdikdən sonra Məhəmməd ona hər dəfə 577 ABŞ dolları olmaqla 7 dəfə pul vermişdir. Məhəmməd deyirmiş ki, bu onun həmin işdən gəliridir, lakin onun evini girov qoyub pul yatırdığı üçün gəlirini hələki ona verir. Bildirmişdir ki, Məhəmmədin deməsindən ona məlum imiş ki, Məhəmməd pulları İlyas adlı tanışına vermişdir. İlyası o da tanıyırmış, onu Məhəmmədin yanında görmüşdü. Lakin pul məsələsi ilə bağlı İlyasla aralarında söhbət olmayıb. 2020-ci ilin yay aylarında ona məlum olmuşdur ki, İlyas Məhəmmədi aldadıb onun bütün pullarını ələ keçiribmiş, həmçinin Məhəmməd İlyasa külli miqdarda pul versə də İlyas ona elə öz pulundan gəlir adı ilə cüzi pul vermişdir, yəni İlyasın vəd verdiyi kimi hansısa bir ticarət işi yox imiş, Məhəmməd bütün ödənişlərin əksəriyyətini, o cümlədən ona özünün gəliri adı ilə verdiyi 577 ABŞ dollarlarını da öz hesabına etmişdir. Nəticədə də İlyas həbs olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun tələbə yoldaşıdır, onunla aralarında dostluq münasibəti var. 2018-ci ilin mart ayında Məhəmməd ona bildirmişdir ki, bir tanışı xarici dövlətlərdən vaqonla taxta materialı gətirir və həmin işə pul yatırılsa gəlir əldə etmək olar. Məhəmməd ondan həmin işə yatırması üçün ona borc pul verməyini istəmişdir, həmçinin demişdir ki, həmin işdən gələn gəlirdən ona da verəcək, lakin pulun məsuliyyəti onun özündə olacaq, yəni həmin işdə hər hansı problem çıxmasından asılı olmayaraq onun pulu batmayacaq və problem çıxacağı halda da Məhəmməd özü onun pulunu qaytaracaq. O, razılaşmış və həmin vaxtı Məhəmmədin istəyi ilə ona 12000 ABŞ dolları pul vermişdir. Ondan sonra Məhəmməd 5-6 ay müddətində ona 3 dəfə olmaqla, hər dəfəsində 420 ABŞ dolları pul vermiş və bildirmişdir ki, həmin işdən gələn gəlirdi. Həmin ərəfədə Məhəmmədlə söhbət zamanı sonuncu ona demişdir ki, həmin taxta ticarətini həyata keçirən adam tanışı İlyasdır. O, İlyası Məhəmmədin yanında görmüşdür, lakin onunla aralarında ticarətlə bağlı heç bir söhbət olmayıb. Sonra Məhəmməd demişdir ki, bir vaqonun tam gəlirini götürmək üçün əlavə 7800 ABŞ dolları da pul vermək lazımdır, o da razılaşıb həmin məbləği Məhəmmədə vermişdir. Bundan sonra isə Məhəmməd ona ümumi 19800 ABŞ dollarının gəliri olaraq 6 dəfə olmaqla, hər dəfəsində 693 ABŞ dolları pul vermişdir. Ondan sonra isə pul verilməsi dayanmışdır, Məhəmməd deyirmiş ki, müəyyən problemlər var, həllini tapmalıdır, əgər həll olunmasa onun pulunu tam həcmdə geri qaytaracaq. 2019-cu ilin dekabr ayında ona məlum olmuşdur ki, İlyas Məhəmməddən külli miqdarda pul alıb və ona öz pulundan cüzi gəlir adı ilə pul verib, qalan pulları da ələ keçirib, yəni taxta ticarəti işi ümumiyyətlə olmayıb. Məhəmmədlə birlikdə İlyas və onun atası ilə görüşmüşlər. Görüş zamanı İlyas başını aşağı salıb etiraf etmişdir ki, bütün pulları batırıb, Məhəmmədə də gəlir verməyib. Həmin zaman o, bilmişdir ki, Məhəmməd ona gəlir adı ilə verdiyi pulları öz cibindən verirmiş ki, o, öz pulu ilə bağlı narahat olmasın. Sonra Məhəmmədin şikayəti ilə bağlı İlyas həbs olunmuş, bir müddət əvvəl isə Məhəmməd artıq İlyasın pul qaytarmayacağını bilib özü borc alaraq onun 19800 ABŞ dollarını özünə qaytarmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun dostudur. 2018-ci ilin sentyabr ayında Məhəmməd ona bildirmişdir ki, bir tanışı xarici dövlətlərdən vaqonla taxta materialı gətirir və həmin işə pul yatırılsa gəlir əldə etmək olar. Məhəmməd bildirmişdir ki, həmin iş etibarlı bir işdir, hətta özü evini də sataraq həmin işə pul yatırmışdır. Məhəmməd təklif etmişdir ki, o, da həmin işə pul yatırsın və gəlir əldə etsin. Onun həmin vaxtı «Əmrah» bank və «Acses» bankda cəmi 16500 ABŞ dolları depoziti var imiş. O, Məhəmmədə bildirmişdir ki, onun dediyi işə pul qoya bilər, lakin bu pulun zəmanəti kim olacaq. Məhəmməd bildirmişdir ki, narahat olmasın, o, onun pulunun məsuliyyətini öz üzərinə götürür, yəni həmin işdə hər hansı problem çıxmasından asılı olmayaraq onun pulu batmayacaq və problem çıxacağı halda da Məhəmməd özü onun pulunu qaytaracaq. O, razılaşmış və həmin vaxtı depozitdən pullarını çıxardıb Məhəmmədə 16500 ABŞ dolları pul vermişdir. Ondan sonra Məhəmməd ona 40-45 gündən bir 500 ABŞ dolları gəlir adı ilə pul vermişdir. İlk iki dəfə vaxtında verilmiş, lakin ondan sonra pul verilməsi uzanmışdır, o, maraqlananda Məhəmməd deyirmiş ki, ilin axırıdır, hesabat dövrüdür və sair, gözləmək lazımdır. Sonradan da bir neçə ay müddətində Məhəmməd ona əlavə 5 dəfə 500 ABŞ dolları pul vermişdir. Daha sonra pul verilməmişdir. Məhəmməd deyirmiş ki, işdə problem yaranıb, əgər həllini tapmasa onun pulu qaytarılacaq. O, gözləməyə başlamışdır. Həmin ərəfədə Məhəmmədlə söhbət zamanı sonuncu ona demişdir ki, həmin taxta ticarətini həyata keçirən adam tanışı İlyasdır. O, İlyası Məhəmmədin yanında görmüşdü, lakin onunla aralarında ticarətlə bağlı heç bir söhbət olmayıb. 2019-cu ilin dekabr ayında ona məlum olmuşdur ki, İlyas Məhəmməddən külli miqdarda pul alıb və ona öz pulundan cüzi gəlir adı ilə pul verib, qalan pulları da ələ keçirib, yəni taxta ticarəti işi ümumiyyətlə olmayıb. Məhəmmədlə və qohumu Şahid11la birlikdə İlyas və onun atası ilə görüşmüşlər. Belə ki, Kamil də onun kimi həmin taxta ticarəti ilə bağlı Məhəmmədə pul vermişdi. Görüş zamanı İlyas başını aşağı salıb etiraf etmişdir ki, bütün pulları batırıb, Məhəmmədə də gəlir verməyib. Həmin zaman o, bilmişdir ki, Məhəmməd ona gəlir adı ilə verdiyi pulları öz cibindən verirmiş ki, o, pulu ilə bağlı narahat olmasın, səhv etmirsə həmin 7 dəfə gəlir adı ilə verilən pulun 1 ya 2 dəfəsini İlyas verib, qalanlarını Məhəmməd öz cibindən ona verib. Sonra Məhəmmədin şikayəti ilə bağlı İlyas həbs olunmuş, bir müddət əvvəl isə Məhəmməd artıq İlyasın pul qaytarmayacağını bilib özü borc alaraq onun 16500 ABŞ dollarını özünə qaytarmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid13 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur, o, «Aristokrat» tibb mərkəzində həkim işləyir. Təqsirləndirilən şəxs kiçik yaşlarından tanıyır. Onlar 2003-cü ilə qədər İmişli şəhərində yaşamışlar. İlyas kiçik oğlu Muradla İmişli rayonunda məktəbdə bir sinifdə oxuyurmuş. İlyasgil sonradan Bakıya köçmüşlər, 2003-cü ildə isə o da ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Bakıya köçdükdən sonra Məhəmməd və Muradla İlyasın əlaqələri bərpa edilmiş, İlyasın Məhəmmədlə daha yaxın münasibəti yaranmışdır. 2015-2016-cı illərdə İlyas Məhəmmədə demişdir ki, onun hansısa imkanlı dostları xarici ölkələrdən vaqonla inşaat materialları gətirir və həmin işə pul qoyulsa yaxşı gəlir əldə etmək olar. İlyas demişdir ki, mal üçün pul vurulması, yəni mal göndərənin hesabına pulun (ABŞ dolları ilə) yerləşdirilməsi ilə malın gəlib realizə olunması 40-45 gün çəkir. İlyas demişdir ki, o, Məhəmmədə pul qazandırdığı üçün və puluna zamin olduğu üçün gələn gəlirdən özünə də pul götürəcək. Ancaq həmin dostlar elə bilməlidirlər ki, pul İlyasındır. Məhəmməd də İlyasın təklifi ilə razılaşıb birinci dəfə ona 2016-cı ilin noyabr ayında 12000 ABŞ dolları pul vermişdir. İlyas Məhəmmədə demişdir ki, bu işə daha çox pul qoysan, daha çox pul qazanarsan, məsələn evinizi satıb bu biznesə pul yatırtsan 2-3 ilə bu mənzildən ikisini alarsan. İlyas bu kimi şirnikləndirici sözlərlə Məhəmmədi yoldan çıxartmışdır. Məhəmməd ona da İlyasın sözlərini çox inandırıcı formada danışmış və o, Məhəmmədin evlərini satıb pulunu həmin işə yatırtmaq barədə təklifi ilə razılaşmışdır. Onun adına olan Ağa Nemətulla küçəsindəki mənzili 240000 manata əşyasız satışa qoymuşlar. 2017-ci ilin yanvar ayında İlyas demişdir ki, həmin ticarətdə pul qoyulması üçün bir yer açılıb və təcili ora pul qoymaq lazımdır. Məhəmməd də özündə pul olmadığı üçün dayısı Adil Abdıyevin adına Kapital Bank ASC-dən kredit götürüb ABŞ dollarına dəyişdirmişdir. 5400 ABŞ dollarını və dayısının evində olan daha 3400 ABŞ dollarını, eləcə də onun bir dostundan aldığı 5000 ABŞ dollarını, cəmi 13800 ABŞ dollarından 10110 ABŞ dollarını və 5000 manatı 2017-ci ilin yanvar ayında İlyasa vermişdir. Yadındadır ki, İlyas həmin pullara görə Məhəmmədə təxminən cəmi 2000 manata yaxın gəlir adı ilə pul vermişdir. Sonrakı vaxtlarda İlyas Məhəmmədi tələsdirirmiş ki, həmin ticarətə pul qoymaq imkanı sonra olmayacaq və yaxşı gəlir əldə etmək fürsəti əldən çıxacaq, təcili evi satıb pul qoyulmaldır. Onlar da İlyasın hiyləsinə uyub evlərini təcili əşya qarışıq dəyər-dəyməzinə 06.06.2017-ci il tarixdə satmışlar, makler və rüsüm xərclərini çıxdıqdan sonra əllərində 168500 manat pul qalmışdır, onu ABŞ dollarına çevirmişlər və Məhəmməd İlyasa 2017-ci ilin iyun ayının ortalarında satdıqları mənzillərində 99055 ABŞ dolları pul vermişdir. İlyasın təmizliyinə şübhə etmirmişlər, lakin hər ehtimala qarşı, həyatda hər kəsin başına bir iş gələ bilər və ailəsi, valideynləri məlumatlı olsun deyə o, İlyasa verdikləri cəmi 112855 ABŞ dolları məbləğində mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni notarial qaydada İlyasla bağlamışdır. Onlar həmin binada başqa mənzildə 600 manata kirayə qalmağa başlamışlar. İlyasa verdikləri külli miqdarda pulun qarşılığında İylas onlara uzun fasilələrlə hər dəfəsi 12950 manatdan olmaqla 5 dəfə gəlir adı ilə pul vermişdir. Gələn gəlir dərhal ödəmələrə, yəni bank kreditinə, ev kirayəsinə, pul götürüb yatırım etdikləri şəxslərin gəlirlərinə və sair xərclərə gedirmiş. Sonrakı vaxtlarda da Məhəmməd İlyasa külli miqdarda pullar verməkdə davam edirmiş, Məhəmməd həmin pulları dostlarından alırmış. Hətta Məhəmməd maşınını da satıb pulunu İlyasa vermişdir. Bildirmişdir ki, baxmayaraq ki, onların evləri, maşınları satılmışdı, həmin pullarla birlikdə əllərində olan ehtiyat pul da İlyasa verilmişdi, İlyas da onlara yuxarıda göstərdiyi müəyyən məbləğlərdə gəlir verirmiş və həmin gəlirlər onun ailəsinin aylıq ehtiyaclarını qarşılayırmış, bu hal da onları aldadırmış və şirnikləndirirmiş, yəni İlyasa verdikləri əslində külli miqdarda məbləğ o qədər gözlərinə görünmürmüş, çünki İlyas tam əminliklə söz vermişdi ki, ana məbləği istənilən vaxt qabaqcadan deyilməklə onlara qaytarıla bilər. Onlar sanki rahat olmuşdular ki, verdikləri külli miqdarda pul heç bir təhlükə olmadan istənilən vaxt onlara qaytarıla bilər və onlar ən pis halda evlərini və ya maşınlarını yenidən ala bilərlər. Ona görə də İlyasın hər bir pul verilməsi təklifini isti qarşılayıb, onu icra etməyə cəhd edirmişlər. X34 güvəndiyinə görə çox ciddi maliyyə çətinliyi ilə üzləşmişdir. Məhəmməd zamin durduğu şəxslərin gəlirlərini ödəməli imiş, ikincisi İlyası şərik etdiyi turizm şirkətinə və dostu Arazın onu şərik etdiyi reklam şirkətinə vəsait qoymalı imiş. Hər iki şirkət İlyasın günahından işləməmiş və demək olar ki, Məhəmmədin qoyduğu maliyyə boşa getmişdir. Ona görə də o, Kapital Bank ASC-dən, Məhəmməd özü Bank Respublika ASC-dən, kiçik oğlu Murad isə Unibank ASC-dən kredit götürmüşlər. Beləliklə, onun 3 il müddətinə hər ay 245 AZN ödəməklə Kapital Bank ASCyə 8,811 AZN, Məhəmməd özü il yarım müddətinə hər ay 672 AZN ödəməklə Bank Respublika ASC-yə 12,099 AZN, Muradın isə hər ay 358 AZN ödəməklə 12,882 AZN borcu (əsas və faiz borcu ilə birlikdə) yaranmışdır. 2019-cu ilin dekabr ayında İlyas zənglərə cavab vermirmiş, onu tapa bilmirmişlər, sonda isə onlara məlum olmuşdur ki, İlyas Məhəmmədlə yanaşı başqa şəxslərdən külli miqdarda pul almış və elə həmin adamların öz pullarından onlara cüzi gəlir vermiş və qalan məbləğləri ələ keçirmişdir, yəni onun şirnikləndirici formada təsvir etdiyi taxta ticarəti deyilən bir iş yox imiş. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid14 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır, o, «Aristokrat» tibb mərkəzində həkim işləyir. Təqsirləndirilən şəxs kiçik yaşlarından tanıyır. Onlar 2003-cü ilə qədər İmişli şəhərində yaşamışlar. İlyas onunla İmişli rayonunda məktəbdə bir sinifdə oxuyurmuş. İlyasgil sonradan Bakıya köçmüşlər, 2003-cü ildə isə onlar da ailələri ilə birlikdə Bakıya köçmüşlər. Bakıya köçdükdən sonra Məhəmməd və onunla İlyasın əlaqələri bərpa edilmiş, İlyasın Məhəmmədlə daha yaxın münasibəti yaranmışdır. 2015-2016-cı illərdə İlyas Məhəmmədə demişdir ki, onun hansısa imkanlı dostları xarici ölkələrdən vaqonla inşaat materialları gətirir və həmin işə pul qoyulsa yaxşı gəlir əldə etmək olar. Məhəmməd də İlyasın təklifi ilə razılaşıb birinci dəfə ona 2016-cı ilin noyabr ayında 12000 ABŞ dolları pul vermişdir. İlyas Məhəmmədə demişdir ki, bu işə daha çox pul qoysan, daha çox pul qazanarsan, məsələn evinizi satıb bu biznesə pul yatırtsan 2-3 ilə bu mənzildən ikisini alarsan. İlyas bu kimi şirnikləndirici sözlərlə Məhəmmədi yoldan çıxartmışdır. Məhəmməd atası ilə danışıb onu inandırmışdır və nəticədə 2017-ci ilin iyun ayında onlar mənzillərini satmışlar və müəyyən xərclərdən sonra əllərində 168500 manat pul qalmışdır, onu ABŞ dollarına çevirmişlər və Məhəmməd İlyasa 2017-ci ilin iyun ayının ortalarında satdıqları mənzillərində 99055 ABŞ dolları pul vermişdir. Ona məlumdur ki, İlyas ona verdikləri külli miqdarda pulun qarşılığında onlara cüzi də olsa müəyyən gəlirlər vermişdir. Hətta atası hər ehtimala qarşı İlyasla ona verilmiş cəmi 112855 ABŞ dolları məbləğində mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni notarial qaydada bağlamışdır. İlyasa verdikləri külli miqdarda pulun qarşılığında İlyas onlara uzun fasilələrlə müəyyən məbləğdə gəlir adı ilə pul vermişdir. Gələn gəlir dərhal ödəmələrə, yəni bank kreditinə, ev kirayəsinə, pul götürüb yatırım etdikləri şəxslərin gəlirlərinə və sair xərclərə gedirmiş. O, özü ABŞ-ın Kaliforniya ştatındakı «La Verne» universitetinə doktoranturada oxumaq üçün dəvət almışdır. 2017-ci il sentyabr ayında xeyli borc alaraq, o cümlədən İlyasdan 1,500 ABŞ dolları alaraq onu ABŞ-a yola salmışlar. Bir semestrin pulunu 6600 ABŞ dolları ödəyə bilmişlər. Təhsil və yaşamaq xərcini çatdıra bilməmişlər. İkinci semestr üçün pulu ödəyə bilmədiklərindən o, təhsilini dondurub 24.02.2018-ci ildə geri qayıtmışdır. Ona məlum olmuşdur ki, Məhəmməd İlyasa pullar verməkdə davam etmişdir. X34 güvəndiyinə görə çox ciddi maliyyə çətinliyi ilə üzləşmişdi. Məhəmməd zamin durduğu şəxslərin gəlirlərini ödəməli imiş, ikincisi İlyası şərik etdiyi turizm şirkətinə və dostu Arazın onu şərik etdiyi reklam şirkətinə vəsait qoymalı imiş. Hər iki şirkət İlyasın günahından işləməmiş və demək olar ki, Məhəmmədin qoyduğu maliyyə boşa getmişdir. Ona görə də atası Kapital Bank ASC-dən, Məhəmməd özü Bank Respublika ASC-dən, o, isə Unibank ASC-dən kredit götürmüşlər. Beləliklə, atasının 3 il müddətinə hər ay 245 AZN ödəməklə Kapital Bank ASC-yə 8,811 AZN, Məhəmmədin özünün il yarım müddətinə hər ay 672 AZN ödəməklə Bank Respublika ASC-yə 12,099 AZN, onun isə hər ay 358 AZN ödəməklə 12,882 AZN borcları (əsas və faiz borcu ilə birlikdə) yaranmışdır. 2019-cu ilin dekabr ayında İlyas zənglərə cavab vermirmiş, onu tapa bilmirmişlər, sonda isə onlara məlum olmuşdur ki, İlyas Məhəmmədlə yanaşı başqa şəxslərdən külli miqdarda pul almış və elə həmin adamların öz pullarından onlara cüzi gəlir vermiş və qalan məbləğləri ələ keçirmişdir, yəni onun şirnikləndirici formada təsvir etdiyi inşaat ticarəti deyilən bir iş yox imiş. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid16 ifadə verərək göstərmişdir ki, o, təxminən on il bundan əvvəl 9-cu mikrorayon ərazisində yerləşən stomatoloji klinikanın nəzdində olan aptekdə mühasib işləyirmiş, Məhəmməd də stomatoloq olaraq həmin aptekdən alver edirmiş, bu qaydada onlar arasında tanışlıq yaranmışdı. O, sonralar turizm şirkətində işləməyə başlamış və Məhəmməd də ondan avia bilet alırmış. 2018-ci ilin təxminən avqust ayında Məhəmməd ona demişdir ki, o, turizim şirkəti açmaq istəyir və təklif etmişdir ki, o, həmin şirkətin direktoru olsun və bu işi bilən bir adam kimi orada işləri təşkil etsin. O da razılaşmış və Məhəmmədin təsisçiliyi ilə "xxxx" MMC yaratmışlar, həmin MMC 18 dekabr 2018-ci il tarixdə rəsmi qeydiyyatdan keçmişdir. MMC-nin təsisçisi Məhəmməd, qanuni təmsilçi və direktoru isə o, olmuşdur. Bildirmişdir ki, turizm şirkətini yaratmaq üçün müəyyən işlərə başladıqları ilkin vaxtlarda Məhəmməd deyirmiş ki, o, bu şirkəti İlyas adlı bir dostu ilə şərik formada açır. Lakin şirkət rəsmi olaraq İlyasın adına deyil, onun öz adına olacaq. Həmçinin ona məlum imiş ki, Məhəmməd başqa bir taxta ticarəti ilə bağlı İlyasa külli miqdarda pul verib və Məhəmməd İlyasın həmin ticarətdən ona vəd etdiyi gəlirin hesabına bu turizm şirkətini maliyyələşdirməyi düşünüb. Yəni onlar 2018ci ilin avqust ayında turizm şirkətini qurmağa başlayanda İlyas vəd etdiyi Məhəmmədə verməli olduğu gəlir məbləğlərini vermədiyi üçün onlar şirkəti tam qurub qurtara bilmirmişlər, ona görə də qeydiyyat işi dekabr ayında baş tutmuşdur. Həmin vaxtı Məhəmməd demişdir ki, İlyasın da həmin turizm şirkətinə cüzi formada şərikliyi var, yəni İlyas az bir məbləğ qoymuşdur. Yəni Məhəmməd demişdir ki, İlyas ona vəd verdiyi pulları verməyib, o, özü pul taparaq şirkətə yatırım edib. Nəhayət onlar şirkəti qeydiyyatdan keçirmişlər və işə başlamışlar. İlyasın Məhəmmədə turizm şirkəti ilə bağlı nə qədər pul verdiyini bilmir, amma təxmin etmişdir ki, İlyas maksimum ümumi sərf olunan məbləğin 10 faizini vermiş olar. Lakin buna baxmayaraq İlyas şirkətdə özünü tam pay sahibi kimi aparsa da faktiki olaraq əməli qaydada işin irəli getməsi üçün heç bir hərəkət etmirmiş. 2019-cu ilin fevral ayında İlyas öz ailəsi və dostları Kənan və Namiqin ailəsi ilə birlikdə, cəmi 15 nəfər 2019-cu ilin avqust ayında Turkiyənin Bodrum şəhərinə getmələri üçün ondan həmin tarixə avia bilet və otel sifariş etməyini istəmişdir. O, bütün sifarişləri həyata keçirmişdir. Tələbə görə İlyas ümumi məbləğin 30 faizini fevral ayının sonunda, qalan məbləği isə səfərə getməmişdən 10 gün əvvəl ödəməli imiş. Ümumi məbləğ 20000 manatdan artıq imiş. Lakin İlyas həmin 30 faizi ödəməmişdir və bununla bağlı Türkiyədə onlarla işləyən turizm şirkəti və avia şirkətlə onların arasında ciddi problemlər yaranmışdır və nəticədə həmin şirkətlər onların sistem və limitlərini ləğv edərək bütün işlərini iflic halına salmışlar. O, məcbur olub işləmək üçün başqa şirkətlər tapmışdır. O, İlyasın və dostlarının həyat yoldaşları ilə də telefon əlaqəsi saxlayırmış. İlyasın dostlarının həyat yoldaşları deyirmişlər ki, onlar səfərin xərcinin onlara aid hissəsini İlyasa ödəyiblər. Nəticədə İlyas səfərə lap az qalmış, son günlərdə bütün məbləği ödəmişdir, o, məcbur olub başqa şirkətlər vasitəsilə onlara avia bilet və otel sifariş etmişdir. İlyasın həyat yoldaşı ona telefonda demişdir ki, səfər xərcini onun atası, yəni İlyasın qaynatası ödəyib. İlyas səfərə gedib qayıtdıqdan sonra təxminən 2019-cu ilin sentyabr ayında ona demişdir ki, onunla birləşib Məhəmmədi şirkətdən kənarlaşdırsınlar və onun qaynatası bu şirkətə əhəmiyyətli maliyyə vəsati yatırsın və şirkətin fəaliyyətini genişləndirsinlər. Bildirmişdir ki, işlədikləri dövrdə Məhəmməd təsisçi olaraq tələbkar imiş və işçilərlə tələblə danışırmış. İlyas isə hamıya üzdə xoş münasibət göstərirmiş. Məhəmmədlə onun arasında işgüzar narazılıqlar olurmuş. İlyas da bunu görüb bundan istifadə edərək onu Məhəmmədə qarşı çevirərək şirkəti öz əlinə keçirmək istəmişdir. O, isə İlyasın təklifi ilə razılaşmamış və Məhəmmədə ayrılıqda demişdir ki, onun dost dediyi adam belə bir iş tutmaq istəyir, onun arxasınca iş görərək şirkəti ələ keçirmək istəyir. Bundan sonra İlyasla Məhəmməd arasında narazılıq yaranmış və Məhəmməd elə 2019-cu ilin sentyabr ayında İlyası turizm şirkətindən kənarlaşdırmışdır. Bildirmişdir ki, işlədikləri dövrdə İlyas müxtəlif vaxtlarda şirkətin kassasından müəyyən məbləğlər borc adı ilə götürmüş, əksər hallarda onları qaytarmamışdır, onun əvəzinə Məhəmməd həmin məbləğləri kassaya ödəmişdir. İfadəsinə MMC-nin dövlət reyestrindən çıxarışın surətini əlavə edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid17 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun dostu Muradın böyük qardaşıdır. Bir neçə ildir ki, Məhəmmədlə onun arasında münasibət yaranmışdır. O, özü xeyli müddətdir ki, reklam və poliqrafiya işləri ilə məşğul olur. Onun özünün «28 may» metrosu yaxınlığında ofisi var imiş, təxminən 2017-ci ilin sonlarında onun işlədiyi ofis plana düşmüş və sökülmüşdür, o, özünə təzə ofis axtarırmış. Həmin ərəfədə Məhəmmədlə söhbət zamanı sonuncu onunla şərikli qaydada reklam işləri ilə məşğul olmaq istədiyini demişdir. O, Məhəmmədə təklif etmişdir ki, 50000 manat dəyərində «Maxima» adlı reklam aparatı alsalar işin keyfiyyətini və həcmini artıra bilərlər. Məhəmməd ona demişdir ki, hazırda o, İlyas adlı dostu ilə taxta ticarəti ilə məşğuldur, o, İlyasa külli miqdarda pul vermişdir və İlyas da ona yaxşı gəlir vəd vermişdir. Məhəmməd demişdir ki, həmin gəlirdən əldə etdiyi pulun bir hissəsini reklam işinə yatırmaq istəyir və Məhəmməd həmin bahalı aparatı almaq qərarına gəlmişdir. «Dədə qorqud» parkının yanında yerləşən «Optimum Reklam» şirkətindən onlar həmin 50000 manat dəyəri olan aparatı almışlar, şirkətlə razılaşmışlar ki, aparatın pulunu aylıq hissəhissə verəcəklər. Şirkət də buna razı olmuşdur. O, ünvan 4 ünvanında ofis götürüb təmir etdirmişdir, Məhəmməd də ofisin bir otağını təmir etdirmiş və aldığı bahalı aparatı həmin otağa qoymuşdur. 2018-ci ilin yanvar ayında işə başlamışlar, lakin sonra Məhəmməd aparatın pulunu verə bilmirmiş, deyirmiş ki, İlyas onun pulunu gecikdirir. 2018-ci ilin mart ayında aparatın pulu ödənilmədiyi üçün Türkiyədə olan baş ofis tərəfindən aparatın proqramları blok olunmuşdur. Buna görə də işləri dayanmışdır. 2018-ci ilin sentyabr ayına kimi aparatın pulunu ödəyə bilməmişlər. Məhəmməd deyirmiş ki, İlyas müxtəlif bəhanələr gətirib onun gəlirini vermir. Artıq aparat yararsız bir hala gəlirmiş, çünki ona qulluq edilməli imiş, blok olunduğu üçün heç bir iş görə bilmirmişlər. Nəhayət 2018-ci ilin sentyabr ayında Məhəmməd kredit götürüb aparatın pulunu özü ödəmişdir. Bundan sonra aparat blokdan çıxarılmış və onlar işlərini davam etdirmişlər. Lakin dayandıqları müddət ərzində o, bütün müştərilərini itirmişdir, qəbul etdiyi sifarişləri tamamlaya bilməmiş və nəticədə biznesinə ciddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, X21 onun bacısının həyat yoldaşıdır. Bildirmişdir ki, Ruslana məxsus və onun ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, 63 saylı mənzil onun adına rəsmiləşdirilmişdir. Yəni həmin mənzil faktiki olaraq Ruslana məxsusdur, mənzili Ruslan pulunu verib almışdır və ailəsi ilə birlikdə orada yaşayır. Hazırda xatırlamadığı səbəbdən mənzil alınan vaxtı onun adına rəsmiləşdirilmişdir. 2019-cu ilin yay aylarında Ruslan ona demişdir ki, İlyas adlı həmyerlisinə müxtəlif məbləğlərdə pul vermişdir, belə ki, İlyasın hansısa dost-tanışları xarici ölkələrdən inşaat materialları gətirir və Ruslan da İlyas vasitəsilə həmin işə yatırım etmişdir. İlyas ona yaxşı qazanc olacağını bildirmişdir. Ruslan demişdir ki, o, Rusiyada olan maşınlarını satıb həmin işə yatırmışdır. Ruslan bildirmişdir ki, daha çox pul qoyub daha çox qazanc əldə etmək məqsədilə İlyasın təklifi ilə mənzilini satıb həmin işə yatırmaq qərarına gəlmişdir və bu məqsədlə mənzilini satlığa qoymuşdur. Ruslan ona da bildirmişdir ki, müştəri çıxacağı halda alqı-satqı üçün notariusa gedər. O, Ruslanın işlərinə qarışmadığı üçün heç bir söz deməmiş və bildirmişdir ki, mənzil onundur, nə vaxt alqı-satqı lazım olsa notariusa gedər. Lakin hər ehtimala qarşı aldanıla biləcəyi barədə Ruslanı xəbərdar etmişdir. Ruslan demişdir ki, İlyas onun həmyerlisi və dostudur, onu aldatmaz. 2019-cu ilin avqust ayında Ruslan ona demişdir ki, mənzilə müştəri çıxmışdır. 16 avqust 2019-cu il tarixdə həmin mənzilə dair onunla alqı-satqı müqaviləsi bağlanmış və mənzil 110000 manata satılmışdır. Bütün proseslərdə Ruslan onun yanında olmuşdur və o, mənzilin satışından əldə olunan 110000 manatı bankdan qəbul edib Ruslana vermişdir. Bildiyinə görə Ruslan həmin məbləği İlyasa vermişdir, lakin İlyas Ruslanı aldadıb ondan aldığı bütün pulları, yəni mənzilin pulu ilə birlikdə cəmi 190000 ABŞ dollarını ələ keçirmişdir. Ruslan hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. Bu barədə başqa məlumatı yoxdur (3-cü cild iş vərəqi 2) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır. Bildirmişdir ki, o, 2011-ci ildə Elçinlə ailə qurmuş və həmin vaxtdan da Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5V, 11 saylı mənzildə Elçinlə birlikdə yaşayırlar. Həmin mənzil daha əvvəldən Elçinə məxsus olub, yəni onlar ailə qurmamışdan əvvəl həmin mənzil Elçin tərəfindən alınmışdır. Lakin Elçinin həmin mənzildə pasport qeydiyyatı yox imiş. Ailə qurduqdan sonra isə o, həmin mənzilə qeydiyyata düşmüşdür. Ona məlumdur ki, 2016-2017-ci illərdə Elçin qazanc əldə etmək məqsədilə İlyas adlı tanışına pullar vermişdir. Belə ki, İlyas Elçinə demişdir ki, dostları xarici ölkələrdən inşaat materialları gətirir və həmin işə pul yatırılsa yaxşı qazanc əldə etmək olar. Elçin də İlyasa müxtəlif məbləğlərdə pullar vermişdir. Sonradan İlyas demişdir ki, həmin işdə daha yaxşı qazanc əldə etmək məqsədilə daha çox pul qoymaq lazımdır. Həmçinin verilən pulun ana məbləğini də qabaqcadan bildirməklə istənilən vaxt götürmək olar. O, Elçinə bildirmişdir ki, İlyas onları aldada bilər. Lakin Elçin deyirmiş ki, İlyas çox inandırıcı danışır və hərəkətlərindən onları aldadana oxşamır. İlyas Elçinin ona verdiyi pulların qarşılığında onlara az məbləğdə gəlir də vermişdir. Bildirmişdir ki, onlar hazırda yaşadıqları Kazım Kazımzadə küçəsində yerləşən mənzili 2017-ci ildə ipoteka ilə almışdılar, lakin 2018-ci ilin iyun ayına kimi onlar həmin mənzildə deyil, Bəsti Bağırova küçəsində olan mənzillərində yaşayırmışlar, fikirləri var imiş ki, həmin mənzili satıb ipoteka ilə aldıqları mənzili normal təmir etdirsinlər, sonra ora köçsünlər. İlyas da Elçinin ipoteka ilə mənzil aldığını və öz mənzillərini də satmaq istədiklərini bilirmiş. Həmin ərəfədə Elçin demişdir ki, İlyas onu inandırmışdır ki, mənzili satıb əldə olunan pulu ona versin ki, həmin inşaat materialları ticarətinə yatırsın və daha çox gəlir əldə etsin. Elçin bildirmişdir ki, o, mənzili satıb pulunu İlyasa verəcək. Elçin artıq qərara gəldiyi üçün o, ona etiraz etməmişdir. Bildirmişdir ki, mənzil Elçinin adına olsa da orda qeydiyyatı olmadığı üçün onu Elçinin adından satanda daha çox vergi ödəməli olduğundan Elçin mənzili əvvəlcə rəsmi müqavilə ilə ona bağışlamış, sonra da onun adından həmin mənzil 19 iyun 2018-ci il tarixdə iki hissəli olmaqla iki nəfərə satılmış və cəmi 74000 manat əldə etmişlər. O, həmin pulu Elçinə vermiş, Elçin də onu dollara çevirib İlyasa vermişdir. Daha sonrakı vaxtlarda İlyas daha onlara gəlir verməmiş və verilən pulları da qaytarmamışdır. Sonra məlum olmuşdur ki, İlyas onlarla yanaşı bir çox şəxslərdən pul alıb ələ keçirmişdir (3-cü cild iş vərəqi vərəq 7) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid15 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. "xxxx" MMC onun uşaqlıq dostu Rəfail Məmmədova məxsusdur. Bildirmişdir ki, 2019-cu ilin yay aylarında Rəfail ona demişdir ki, Nəsimi rayonu ərazisində inşa edəcəyi binanın yerində yaşıllıq zolağı yerləşir, həmin zolağın köçürülməsi üçün Ekologiya Nazirliyindən rəy alınmalıdır. O, Rəfailə bildirmişdir ki, bacısı oğlu İlyas Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir, bəlkə də bu işdə köməklik göstərə bilər. Sonra o, İlyasla bu barədə danışmış və İlyas demişdir ki, bu işin həlli üçün 45000 manat rüsum köçürülməlidir. O da İlyasın sözünü Rəfailə çatdırmış və Rəfail ona İlyasa verməyi üçün 45000 manat pul vermişdir. O da İlyasla Nərimanov parkının yanında görüşüb ona 45000 manat pulu vermişdir. Lakin ondan sonra İlyas Rəfailin işini həll etməmiş və pulu da qaytarmamışdır. Xeyli müddət sonra isə o, eşitmişdir ki, İlyas həmin yaşıllıq zolağının köçürülməsi işinin maliyyələşdirilməsi adı ilə Elvin adlı şəxsdən də pul alıb və ona hansısa bir saxta sənəd verib. O da maraqlanmaq üçün Koroğlu adlı dostu vasitəsilə Elvini görüşə çağırmışdır. Həmin vaxtı o, Koroğlu və Rəfail «Green cafe» adlı restoranda imişlər. Elvin də ora gəlmişdir. O, həmin vaxtı Elvinin deməsindən bilmişdir ki, İlyas ondan yaşıllıq zolağı adı ilə 20000 ABŞ dolları pul alıb. Rəfail də bildirmişdir ki, İlyas ondan da 45000 manat pul alıb və İlyas qaytarmır. Hətta Elvin ona demişdir ki, ona köməklik etsin ki, İlyasdan pullarını ala bilsin. Daha sonra isə ona məlum olmuşdur ki, İlyas başqa adamlardan da pul alıb. Nəticədə həmin şəxslər İlyasdan şikayət etmişlər. Lakin Rəfail isə onunla dostluğunu nəzərə alaraq İlyasdan şikayət etməmişdir. Bildirmişdir ki, o, İlyasın Elvindən yaşıllıq zolağı ilə bağlı pul almasını bilməmişdir. Həmçinin o, "xxxx" MMC-nin işçisi deyil, həmin şirkətə heç bir aidiyyəti yoxdur. İlyas sadəcə "xxxx" MMC-nin adından istifadə edib Elvini aldadıb ondan pul alıb (3-cü cild iş vərəqi 64). Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər -X26, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri həyata keçirilmiş, üzləşdirmə zamanı zərər çəkmiş şəxslər istintaqa verdikləri ifadələrini bir daha təsdiq etmişlər (1-ci cild iş vərəqi 260, 276, 286, 293). İbtidai araşdırma zamanı X9 Mikayılovun onu inandırmaq məqsədilə göstərərkən özü tərəfindən fotosu çəkilmiş "xxxx" MMC tərəfindən bina inşa ediləcək yerdə yaşıllıq zolağının köçürülməsi işinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı kimi Təqsirləndirilən şəxs həvalə edilməsini təsdiq edən 04 sentyabr 2019-cu il tarixli həmin nazirliyin əmrinin fotoşəklini izahatına əlavə etmiş, həmin fotoşəkil iş materiallarına əlavə edilmişdir. Nazirin əmrində “ünvan 5 ünvanda qeyri-yaşayış tikililərinin yerləşdiyi, ümumi sahəsi 0,74 ha olan torpaq sahəsinin (0,21 ha yaşıllaşdırma və abadlaşdırma məqsədilə) çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi məqsədilə Şərq İnşaat MMC-nin istifadəsinə ayrılmasına dair 16.05.2019-cu il tarixli ER-22/191 nömrəli ekspertiza rəyinə əsasən həmin ünvanda yerləşən yaşıllıqların köçürülməsi təmin edilsin” məzmununda qeydiyyat aparılmış, imza yerinin üzəri kağızla örtülmüşdür. İstintaq zamanı həmin əmrin Elvin Abdıyevi inandırıb ondan 20000 ABŞ dollarını əldə etmək məqsədilə Təqsirləndirilən şəxs tərəfindən hazırlandığı müəyyən edilmişdir. Belə olan halda 04.09.2019-cu il tarixli əmrin fotoşəkli iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (1-ci cild iş vərəqi 14; 3-cü iş cild vərəqi 159). Həmçinin X2 və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının Yaponiyaya göndərilməsi xərcinin əvvəlcədən ödənilməsi faktı ilə bağlı Təqsirləndirilən şəxs 7000 manatı verərkən sonuncunun tələbi ilə həmin pulu qoyub üzərinə “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə şöbəsinin müdiri cənab İlqar Aslanova, VİP Yaponiya səfəri” sözlərini yazdığı ağ zərfin fotoşəklini izahatına əlavə etmiş, həmin fotoşəkil iş materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Elvin Abdıyevi inandırıb ondan 7000 manatı əldə etmək məqsədilə sonuncudan pulu zərfə qoyması və üzərinə həmin sözləri yazmasını istəməsi müəyyən edilmişdir. Belə olan halda zərfin fotoşəkli iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (1-ci cild iş vərəqi 15; 3-cü cild vərəq 159). Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş onunla Elvin Abdıyev arasında olan «WhatsApp» yazışmalarının mətninə və bir ədəd CD diskində səs yazılarına baxış keçirilməsi protokoldan görünür ki, təqdim edilən “WhatsApp” yazışmaları 3 yanvar 2018-ci il tarixdən 29 oktyabr 2019-cu il tarixə kimi olan müddəti əhatə edir. Həmin yazışmalar X36 Mikayılova verdiyi pulun qarşılığında ondan qazanc məbləğlərini istəməsi, Təqsirləndirilən şəxs ona bəzi hallarda qazanc məbləğlərini ödəməsi, əksər hallarda gecikdirməsi və ya ödəməməsi, müəyyən işə yatırım edilməsi adı ilə əlavə pullar istəməsi məzmununda aparılmışdır. Bir ədəd CD diskində olan çoxsaylı səs yazıları X37 Mikayılovun biri-digərinə “WhatsApp” proqramı vasitəsilə göndərdikləri səsli mesajlardır. Həmin səsli mesajların məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs hansısa işə yatırım edilməsi və qazanc verəcəyi adı ilə Elvin Abdıyevdən pullar almış, əksər hallarda vəd verdiyi qazanc məbləğlərini ödəmədiyi üçün Elvin Abdıyev ondan həmin məbləğləri tələb edir, Təqsirləndirilən şəxs müəyyən qazanc məbləğini ödədikdən sonra isə ondan yenidən yatırım edilməsi üçün pul verməsini istəyir, 2019-cu ilin iyun ayından etibarən isə Elvin Abdıyev ümumilikdə verdiyi pulları geri qaytarmasını Təqsirləndirilən şəxs tələb edir, 12 noyabr 2019-cu il tarixdə X45 Mikayılova pul verməsi üçün “Dədəmin” avtoservisinin yanında görüş təyin edir. Baxış zamanı Elvin Abdıyev yazışmaların ona tanış gəldiyini, Təqsirləndirilən şəxsla bu məzmunda yazışma apardığının mümkünlüyünü və səsli mesajların ona məxsus olduğunu təsdiq etmişdir (1-ci cild vərəq 127). İşdə olan X3 İlyas Həmdulla oğlunun yaşıllıq zolağının köçürülməsi adı ilə 07 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən “Həyat plaza”nın həyətində ondan 20000 ABŞ dolları alarkən qeydə aldığı video görüntünün əks olunduğu bir ədəd CD diskə baxış keçirilməsi haqqında baxış keçirilməsi protokoldan görünür ki, diskdə bir ədəd 20191107_233530 adlı, 02 dəqiqə 40 saniyə müddəti olan video fayl vardır. Fayl açıldıqda görünür ki, Təqsirləndirilən şəxs və Elvin Abdıyev avtomobildə qabaq oturacaqlarda əyləşmişlər, çəkiliş Elvin Abdıyev tərəfindən aparılır, Təqsirləndirilən şəxs isə əlində tutduğu dollar əskinaslarını sayır. X41 dayısının adını soruşur, Elvin «Mürşüd» olduğunu deyir, Elvin sənəddə dayısının adı olub-olmadığını soruşur, İlyas isə sənəddə dayı adı olmadığını, "xxxx" MMC-nin adı olduğunu deyir. Sonra İlyas pulu sayıb qurtarır və iki bağlama 100-lük olduğunu deyir. İlyas həmin iki ədəd dollar əskinaslarında olan pul bağlamasını ağ salafana qoyub götürür. Elvin bu vaxta qədər İlyasa pul qazanmaq üçün pul verdiyini və İlyasdan başqa bir hərəkət gözləmədiyni deyir. İlyas da Elvinin sözünü təsdiq edir. Sonra İlyas o biri məsələni nə etdiyini soruşur, Elvin ayın 10-11-i həll edəcəyini deyir. İlyas isə ayın 10 və 11-nin həftənin altıncı və bazar gününə düşdüyünü deyir və Elvini tələsdirir. İlyas təkid edir ki, Elvin həmin pulu da tez həll edib versin. Elvin isə bir-iki gün gec olduğu halda nə olacağını soruşur. İlyas isə vaxt itirmək istəmədiyini deyir. Elvin İlyasdan həmin verəcəyi pulu travelə qoyacağını soruşur. İlyas and içir ki, ondan alacağı növbəti pulu travelə qoyacaq (3-cü cild iş vərəqi 25). İşdə olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, yuxarıda qeydedilən CD disk cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında olması nəzərə alınmışdır (3-cü cild iş vərəqi 159). İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs4 məxsus olan və baldızı Şahid6 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, 63 saylı mənzilə dair 16 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, eləcə də Rusiya Federasiyası Moskva şəhərində olan 6 ədəd avtomobillə bağlı Zərərçəkmiş şəxs4 aid etibarnamələrin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci iş cild vərəqi 60- 67). İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Şahid13 “Kapital” bankdan 6000 manat kredit götürməsi ilə bağlı 04 mart 2019-cu il tarixli kredit müqaviləsi, Şahid14 "xxxx" ASC-dən 20000 manat kredit götürməsi ilə bağlı 29 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi, X22 “Kapital” bankdan 10000 manat kredit götürməsi ilə bağlı 29 dekabr 2016-cı il tarixli kredit müqaviləsi, Zərərçəkmiş şəxs2 götürdüyü 18700 manat, 10000 manat və 12000 manat kredit məbləğləri ilə bağlı ödəniş cədvəlləri, Şahid13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 79, 35 saylı mənzillə bağlı 06 iyun 2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, Şahid13 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış Təqsirləndirilən şəxs 112855 ABŞ dolları məbləğində borcu etiraf etməsi barədə 10 iyun 2017-ci il tarixli mövcud borcun etirafı müqaviləsi, Şahid10 “Amrah” bankdan götürdüyü 50000 manat kreditin ödəniş cədvəli və həmin kreditlə bağlı bağlanmış ipoteka müqaviləsi, Zərərçəkmiş şəxs2 “Range Rover” avtomobilinin 14 iyun 2017-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi, Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 ABŞ dollarını X5 adına göndərməsi barədə köçürmə haqqında ərizələrin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci iş cild vərəqi 170-204). İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 5V, 11 saylı mənzilin onun tərəfindən həyat yoldaşı Şahid7 bağışlanması barədə 23 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və həmin mənzilin Şahid7 tərəfindən satılması barədə 19 iyun 2018-ci il tarixli alqı-satqı müqavilələrinin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild vərəq 253-255). İşdə olan «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına olan (050) 676-76-36, (050) 443-19-19 və (055) 211-93-99 (bu nömrə “Azersell” şəbəkəsinə daşınmışdır) saylı mobil nömrələrinə 01 yanvar 2016-cı il tarixdən 08 iyul 2020-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısı, mesajların məzmunu və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilməsi protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan (055) 211-93-99 saylı nömrə ilə Şahid4 istifadəsində olan (050) 299-89-89 və (055) 844-11-11 saylı nömrələr çoxsaylı zənglər və mesajlar qeydə alınmışdır. Mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Şahid4 ona verdiyi 38.000 dollar pulu qaytarmasını istəyir, Şahid4 isə hər dəfə pulu qaytaracağını söz versə də pulu qaytarmır; bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan (055) 211 93 99 saylı nömrə ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan (050) 400 88 88 saylı nömrə və X15 istifadəsində olan (055) 264 16 88 saylı nömrə arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı mesajlar yazıldığı müəyyən edilmişdir: 25/02/2018,22:53:14,**********99,**********88, Qaqa gelib deyerem sene ok 25/02/2018,22:54:08,**********88,**********99,Ok evde olacam chatanda xeber eliyersen chixib vererem 25/02/2018,22:56:23,**********99,**********88,Qaqa hele yiyib icmekdi 25/02/2018,22:56:49,**********99,**********88,Sora qelyana gedecik esli cto men yol usti sene deyerem raziliq alinib esas odu) 25/02/2018,22:57:02,**********99,**********88,Bulara iliwende beledide bir yerde diyanmorlar( 25/02/2018,22:58:16,**********88,**********99,Problem yoxdu brat) xow istirahetler. nechede olur olsun burdan kechsen zeng ele chixim verim 12/04/2018,16:59:53,**********99,**********88,Elvin bawuva donerem sen balalarvin cani eseblewme altinci gune qaldi mesele ama allahaqqi ama 6ci gun 1e 2 e kimo senle goruwecem ozde qaqan senede obed alacaq ot duwi qadavi alaram altinci goruwerik qardawimsan eseblewme 2 gunde yola ver ozum olim direm 6ci gun haqq hesab edib gelecem.yaniva papacabi( 12/04/2018,17:04:54,**********88,**********99,Pulum yoxdur 14 du toydayam eyni baw ne ozume ne balacalara almadim ki bugun goturum sabah gedim alim. Allah haqqi 12/04/2018,17:06:07,**********99,**********88,Qaqa yalan ne diyim o ustun vurmado memde hecne istemedim day indi iw gorurukse qaqa men oma zorla nese yukleye bilmerem ozun bawa duw ama.bele.qaqa sen qewey qonaqliq verer qurbandi 12/04/2018,17:06:20,**********99,**********88,Bankdan cixarda bilmiyibler elektron qaima fakturaya gore oda sabah vuracaqlar sisteme subota seher pulu goturecey (2-ci iş cild vərəqi 79) İşdə olan «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına olan (055) 211-93-99 saylı mobil nömrəsinə 01 yanvar 2016-cı il tarixdən 08 iyul 2020-ci il tarixə kimi daxil olan və həmin nömrələrdən çıxan mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (055) 211-93-99 saylı nömrə ilə Şahid4 istifadəsində olan (050) 500-23-35 saylı nömrə arasında çoxsaylı mesajlar qeydə alınmışdır. Mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Şahid4 ona verdiyi pulu qaytarmasını istəyir, Şahid4 isə hər dəfə pulu qaytaracağını söz versə də pulu qaytarmır. aşağıdakı mesaj mətnlər vardır: 13-12-2019 08:49:23 1.1.**********99 1.1.**********35 Saqol namik cox saqol ki bele zamanda yawi etmisen tel sondurmusen melekdeki meni cerniya atib.prosta men bawa duwmuremki men size neynemiwem? Yaqin sene pislik etmiwemki 35 min dollar sende iliwib qalib; Təqsirləndirilən şəxs istifadəsində olan (055) 211-93-99 saylı nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan (055) 212-09-91 saylı nömrə, Zərərçəkmiş şəxs4 istifadəsində olan (050) 514-52-56 saylı nömrə və X15 istifadəsində olan (055) 264-16-88 saylı nömrə arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı mesajlar yazıldığı müəyyən edilmişdir: 22-01-2019 21:11:50 1.1.**********91 1.1.**********99 İlyas men bugun pul chatdirmaliyam klinikaya. Pul tapdin? 13-03-2019 17:49:42 1.1.**********88 1.1.**********99 Ayeeee 13-03-2019 17:53:48 1.1.**********88 1.1.**********99 Ne oldu??????? Uje direndim lap 23-03-2019 15:30:57 1.1.**********91 1.1.**********99 Mene zeng vur. Sene zeng chatmir 16-04-2019 14:24:48 1.1.**********88 1.1.**********99 Aloooo 16-04-2019 14:24:58 1.1.**********88 1.1.**********99 Zeng vururam goturmusen 20-04-2019 18:07:18 1.1.**********88 1.1.**********99 qaqa allaha and olsun uje direnmiwemmmm 26-04-2019 11:07:43 1.1.**********88 1.1.**********99 ne oldu qaqa bu gecikmeler butub planlarimi alt ust etdi 26-04-2019 18:25:22 1.1.**********88 1.1.**********99 ne olduuuu??? 10-05-2019 14:15:47 1.1.**********91 1.1.**********99 İlyas cava ver sonravzen edersen. Mene zeng ediller 10-05-2019 14:35:28 1.1.**********91 1.1.**********99 Eli deyir saat nechede gotuwuruk pulu verirsen. Saat neche deyim ona? 11-05-2019 13:03:32 1.1.**********88 1.1.**********99 ne oldu???? 11-05-2019 18:04:59 1.1.**********88 1.1.**********99 dolamaq olur uje bu 11-05-2019 18:05:08 1.1.**********88 1.1.**********99 goturde 11-05-2019 18:05:33 1.1.**********88 1.1.**********99 de bilimde 14-05-2019 16:20:20 1.1.**********91 1.1.**********99 İlyas. Pul meselesi alinir yoxsa alinmir. Mene cavab yaz 1 deyqe vactin gedecek. Eli meme zeng vurur birsoz deyebilmirem. İwimi bilim! 14-05-2019 16:22:15 1.1.**********91 1.1.**********99 Ok men eliye dunen 5 dedim mecbur qaldim. Hecholmasa 4 olsun 14-05-2019 16:23:26 1.1.**********91 1.1.**********99 Mende demedim sennen asilidi!!! 14-05-2019 16:28:45 14-05-2019 16:28:45 1.1.**********91 1.1.**********99 Eli saat 8de menim yanima gelecek primerka uchun. Ovaxta kimi pulu mene verebilersen? 16-05-2019 17:18:51 1.1.**********91 1.1.**********99 Zeng vur mene!!! 18-05-2019 10:48:23 1.1.**********88 1.1.**********99 salam. seherin xeyir. puldan xeber var. 25-05-2019 15:27:49 1.1.**********88 1.1.**********99 hec olmasa 1000 indi 25-05-2019 20:51:14 1.1.**********88 1.1.**********99 goturdeeee 25-05-2019 20:51:19 1.1.**********88 1.1.**********99 pul lazimdiiii 29-05-2019 22:53:38 1.1.**********91 1.1.**********99 Neoldu senin zengin? 29-05-2019 23:51:22 1.1.**********91 1.1.**********99 Belke cavab yazasan? 31-05-2019 16:40:07 1.1.**********91 1.1.**********99 İlyas pul meselesi alindi yoxsa alinmadi? Tecili cavab yaz. Eli zeng vurur 31-05-2019 17:05:31 1.1.**********91 1.1.**********99 İlyas eliye ne deyim? Bir cavab de mene 31-05-2019 17:07:06 1.1.**********91 1.1.**********99 Zeng vur mene 03-06-2019 14:47:03 1.1.**********91 1.1.**********99 Tecili zeng vur mene 22-06-2019 10:43:52 1.1.**********88 1.1.**********99 dolamisan allah xeyir elesin 22-06-2019 10:44:52 1.1.**********88 1.1.**********99 men dirensem soyunc qoysam ozume menden incimezsen yaxwimi. 27-06-2019 15:08:27 1.1.**********91 1.1.**********99 İlyas Namiqnen goruwebilmisen onu yaz mene 09-07-2019 21:54:17 1.1.**********88 1.1.**********99 hovselemi lap daraltdin 09-07-2019 21:54:58 1.1.**********88 1.1.**********99 gijbeser 12-07-2019 17:55:26 1.1.**********91 1.1.**********99 Tecili mene zeng vur 12-07-2019 18:18:37 1.1.**********56 1.1.**********99 Atdun yene hamini corniya? 12-07-2019 23:01:48 1.1.**********88 1.1.**********99 ne olduuuunnnn eeeeee 15-07-2019 15:06:44 1.1.**********88 1.1.**********99 ilyas ne oldun????????? 23-07-2019 20:06:17 1.1.**********88 1.1.**********99 a kiwi hardasan???? 02-09-2019 16:07:57 1.1.**********88 1.1.**********99 vurulub pul????????? 02-09-2019 16:08:04 1.1.**********88 1.1.**********99 vurulub???? 02-09-2019 16:08:11 1.1.**********88 1.1.**********99 yoxsa hele yox???? 02-09-2019 16:08:17 1.1.**********88 1.1.**********99 vuracaqlar????? 02-09-2019 16:10:13 1.1.**********88 1.1.**********99 vurulubbbbb????? 04-09-2019 17:12:48 1.1.**********88 1.1.**********99 ne oldu?????? 04-09-2019 17:13:19 1.1.**********88 1.1.**********99 ?????????????? 04-09-2019 17:13:25 1.1.**********88 1.1.**********99 ????????? 04-09-2019 18:15:08 1.1.**********88 1.1.**********99 telefonun sende deyil????? 04-09-2019 18:15:43 1.1.**********88 1.1.**********99 hovselemi daraltdin butun 04-09-2019 18:16:03 1.1.**********88 1.1.**********99 (söyüş) cavab verde 04-09-2019 18:16:10 1.1.**********88 1.1.**********99 Pul ne oldu 04-09-2019 21:44:46 1.1.**********88 1.1.**********99 bawin xarab olub???? 04-09-2019 21:44:57 1.1.**********88 1.1.**********99 bu ne hormersozlikdi???? 09-09-2019 14:11:51 1.1.**********91 1.1.**********99 Bu (söyüş) telefonuvu gotur soz deyirem. Kefimnen yigmiram 09-09-2019 14:14:33 1.1.**********91 1.1.**********99 İclasdan chixan kimi mene zeng vur 10-09-2019 00:02:49 1.1.**********88 1.1.**********99 amma bu pul baglanmalidi. menide pis veziyyetde. hemde pul suz qoydun 28-09-2019 12:56:35 1.1.**********88 1.1.**********99 saat 12 ye 1re dedin pul mende olacaq ne oldu???? dedin pul sende olmasa ????? indi neter bawa duwum seni ???? lap biabirciliq edirsen 30-09-2019 13:30:05 1.1.**********91 1.1.**********99 Qaqa iclasin nevact bitir? Borclular (söyüş) omrumu. 11-10-2019 14:21:23 1.1.**********91 1.1.**********99 İlyas men bugun pulu goturebilecem? Konkret cavab yaz ishimi bilim 14-10-2019 16:44:22 1.1.**********91 1.1.**********99 Qaqa menim gunum yene pox oldu. Alinir alinmir cavab denen ishimi bilim 15-10-2019 21:16:36 1.1.**********88 1.1.**********99 yalanciligini burax. soz daniwdim butun elimde olani dedeme gondermiwem. sendeki pula arxeyinem bawa duwursen .menim butun heyatim sendedi. ok. 18 gunu 15-10-2019 21:16:36 1.1.**********88 1.1.**********99 inwallah. ver . 15-10-2019 21:17:24 1.1.**********88 1.1.**********99 redd ol mawennik 15-10-2019 21:17:46 1.1.**********88 1.1.**********99 get tok pullari lmklublara 31-10-2019 18:25:38 1.1.**********88 1.1.**********99 gunortaya hell et 31-10-2019 18:25:43 1.1.**********88 1.1.**********99 gelim goturum 31-10-2019 18:26:57 1.1.**********88 1.1.**********99 allaha and olsun bawim xarab oldu 31-10-2019 18:27:30 1.1.**********88 1.1.**********99 yaxwi İlyas gunortaya verde 31-10-2019 18:27:46 1.1.**********88 1.1.**********99 axwama saxlama sen ezizlerinin cani 12-11-2019 22:23:50 1.1.**********88 1.1.**********99 varyoxunu (söyüş) uje bawim xarab olur. sen deyirsen men duzub qowub verirem. dedin uje oturub banka seher 1 ci iwin pulumu vermek olsun 13-11-2019 17:14:10 1.1.**********88 1.1.**********99 sene ne forma demeliyem 13-11-2019 17:14:21 1.1.**********88 1.1.**********99 bele hereket etmiyesen 13-11-2019 17:14:29 1.1.**********88 1.1.**********99 traveldedi 13-11-2019 17:14:29 1.1.**********88 1.1.**********99 traveldedi 13-11-2019 17:14:32 1.1.**********88 1.1.**********99 muqavile 13-11-2019 17:14:41 1.1.**********88 1.1.**********99 10000 13-11-2019 17:14:49 1.1.**********88 1.1.**********99 goturduyun 18-11-2019 19:19:00 1.1.**********88 1.1.**********99 sabah inwallah hell etde uzana uzana getmesin. hovselemiz daralmasin 19-11-2019 17:04:13 1.1.**********88 1.1.**********99 puldan ne xeber? 19-11-2019 17:15:47 1.1.**********88 1.1.**********99 bes bugun verilmeliydi 19-11-2019 17:15:55 1.1.**********88 1.1.**********99 ???????? 19-11-2019 17:16:16 1.1.**********88 1.1.**********99 sebeb nediiii 20-11-2019 16:41:14 1.1.**********88 1.1.**********99 bezirem uje eseb verirsen mene 23-11-2019 17:01:21 1.1.**********88 1.1.**********99 telefonu sondurmusen ???!!! (söyüş) olmusan sen? 23-11-2019 17:23:08 1.1.**********88 1.1.**********99 yandirdin tokdun meni. diderdim seni. butun planlarimi alt ust edirsen. 1 kelmene sen (söyüş) pul verirem. 27-11-2019 20:41:10 1.1.**********91 1.1.**********99 İlyas zeng vur mene 27-11-2019 20:44:09 1.1.**********91 1.1.**********99 Tecilidi 27-11-2019 22:02:01 1.1.**********91 1.1.**********99 İlyas bir cavab de mene bezdim ishde gozlemekden 28-11-2019 18:29:36 1.1.**********88 1.1.**********99 pul hani gijbeser 28-11-2019 18:36:47 1.1.**********88 1.1.**********99 3 gundu sende deyildi???? 28-11-2019 18:42:50 1.1.**********88 1.1.**********99 xerclemisen? 04-12-2019 14:33:49 1.1.**********91 1.1.**********99 İlyas tecili zeng vur mene. (söyüş) omrumu 10-12-2019 14:35:15 1.1.**********56 1.1.**********99 İki gundu yigiram ay cindir niye goruwmursen menle 10-12-2019 15:43:06 1.1.**********56 1.1.**********99 Meni yig 10-12-2019 19:13:39 1.1.**********56 1.1.**********99 Adama bir xeber elede,ozun dedinki rahat aca bilerem telfonu.ama indi acmirsan 09-01-2020 21:47:14 1.1.**********88 1.1.**********99 yandirdin meni ilyas 09-01-2020 21:47:34 1.1.**********88 1.1.**********99 dedem öldu sende mene udar vurdur 09-01-2020 21:47:56 1.1.**********88 1.1.**********99 menim gunum dirliyim yoxdur 30-03-2020 19:27:13 1.1.**********56 1.1.**********99 Bow bow yigmaga hecne duwmure,ev versin iwmi bilim 31-03-2020 19:20:38 1.1.**********56 1.1.**********99 Senin hec bir sozune inam yoxdu.ozunuzu qoymusuz (söyüş).bu gunden sabaha ne deyiweceyki yalandan gunu gune satirsuz 31-03-2020 19:22:21 1.1.**********56 1.1.**********99 190 dollar pulumu atmisan ele bilirsen bu bele qalacaq allaha haqqi qalmiyacaq,4 aydi yalandan vedler vererek ele firladirsuz. 31-03-2020 19:23:38 1.1.**********56 1.1.**********99 İw gormey adiyla pul alanda menden,dedin atam qaytaracaq,dememiwdin ne vaxt lazim olsa 1 ay qabaqdan denen vaqunu vurmuyum puluvu verim 31-03-2020 19:24:12 1.1.**********56 1.1.**********99 İndi ne hoqqa verirsen men baw acmiram,pulumu doq menim 10-08-2018 21:23:53 1.1.**********99 1.1.**********56 16800 $ 10-08-2018 22:21:14 1.1.**********99 1.1.**********56 17000$ 04-10-2018 13:14:28 1.1.**********99 1.1.**********88 Salam qaqa yoxlamadatam hele ki pul.gelmeyib sabah inwallah gelecek gelen kimi axwam goruwerik 13-01-2019 20:35:40 1.1.**********99 1.1.**********88 Bildikde prosta hele hec mal gelmeyib ilin evveli bele olur hemowe 2-3 gun lengiyer yaqin 26-04-2019 18:32:50 1.1.**********99 1.1.**********88 Qaqa allahaqqi helr bir xebrr yocdu ama olan kimi dicem ayin sonuna kimi hell olcaq 28-04-2019 18:05:22 1.1.**********99 1.1.**********88 Elvin yoxlamadayam rayonda inwallah ayin sonu hamisin getirib vercem qaqa inwallah sebrli olda biaz 12-06-2019 18:49:40 1.1.**********99 1.1.**********88 Qaqa bawuva donerem hele bir wey yozdu olan kimi dicem hemdeki deyilen vaxt hell olunaceyde qaqabi cikanda sebr ele 28-06-2019 12:19:50 1.1.**********99 1.1.**********88 Qaqa sevr elede biaz bawuva donum yigacamda iwdeyem hatda olcamki biaz sebr ele xsber edirem 10-07-2019 17:35:11 1.1.**********99 1.1.**********56 Salaam qaqam necesen?biaz baw qariwiqdi diye elaqe saxlaya bilmedim((( Qaqa ya sabah yada uzaqi 5ci gun duz qow edcem ((( 17-08-2019 16:16:08 1.1.**********99 1.1.**********91 Salam maqa narahat olma saat 7de pulnan gelecen yanina qaqa indi biaz kenardayam 18-08-2019 00:16:37 1.1.**********99 1.1.**********91 Uje cixiriq qaqa yoldayiq 18-08-2019 00:16:43 1.1.**********99 1.1.**********91 Atacaqlar meni nerimanova 18-08-2019 01:02:18 1.1.**********99 1.1.**********91 Qaqa vallah yoldayam 10ndeq catiram maksimim 15 deq 26-08-2019 19:08:57 1.1.**********99 1.1.**********88 Elvin bawiva donum qardawimsan allaha and olsun hele pul vurilmayib turizme ya sabab yada uzaqi birisi gun pul oturan kimi grtirin verwcem bawuva donerem 02-09-2019 16:09:52 1.1.**********99 1.1.**********88 Ayee vurulun vallah vurulu billah vurulun 02-09-2019 16:12:10 1.1.**********99 1.1.**********88 Heeeeeeee nazirlikden cixib pul uje qalib xezinadarliq ve bank(((( 07-09-2019 16:37:55 1.1.**********99 1.1.**********88 Qaqa narahat olma bawuva donum hell olcaq i wallah tez bir zamanda 16-09-2019 20:27:33 1.1.**********99 1.1.**********88 Salam qaqa netersen? Elvin eseblewme qadavi alaram sabah inwallah varyoxuna lenet ozum zng edcenki gel puly gotur 15e kimi olanlar hamisi oturyb bir dene sabah bankdan cixarsinlar qardawcani xeber edcem gel gotur qaqa allajaqqi 17-09-2019 16:03:53 1.1.**********99 1.1.**********88 Elvin gozdede hele pul gelmiyib oqlan cixib yoldadi gelsi dicem sene konlret diremisen papacani biaz sebr ele goturum vercem 28-09-2019 16:10:29 1.1.**********99 1.1.**********88 Elvin ay elvin sen balalarvin cani day gor neye and verirem sene Allah rehmet elesin mamana sen o rehmetlik anamizin xatirine birinci gun saat 12de gel nazirliue 4350 dollar plyuz bu ayin pullarin vermesem allah mene qenim olsun senin ki yaninda bu qeder yalanci cixdim bilirem uje mene hirmetin de qalm 28-09-2019 16:10:30 1.1.**********99 1.1.**********88 ayacaq ama sen o rehmetlik anamizin xatirine birinci gun men yigcammki gel pulu gotur allah sahidim olsun 28-09-2019 17:48:12 1.1.**********99 1.1.**********56 Qaqa milli meclisin aparatina 40 kilo dir baw meslehetci Administrasiyaya meslehetci 60 kilo 30-09-2019 12:26:40 1.1.**********99 1.1.**********88 Qaqa salam bugun hell edirem saat 5-6 a kimi qarsawcani hem onu hemdeki uwaqlarnan gorueub puly hell edib getircem men o sozlerinden sora o sozu goturmerem rahat ol hamiyla daniwmiwam iwden cixan kimi yigiram hell edirem day bawqa sphbet ola bilmez biaz sebr ele day bundan sora sene bawqa wey yazmaram qaqa 11-10-2019 14:26:33 1.1.**********99 1.1.**********91 Qaqa saat 5 yarisina kimi pul olmalidi olmasa olmasa birden en uzaqi sabah saat 1-2 arasi pul goturcen onu saat 4 de cixib bilcem... Turalnan seher daniw 11-10-2019 14:26:34 1.1.**********99 1.1.**********91 adum dedi birinci gun pul mendedi gel gotur...saat 4 dede namikle daniwib sene direm 15-10-2019 21:08:37 1.1.**********99 1.1.**********88 Elvin allahaqqi daniwdin uwaqlarnan qaqa dicem yene cowassaan qaqa 5ci gun papacani haqq hesab gelcem yaniva ozum olum direm menim de cibimde 150 manat pul qalib gozumu ora dikmiwem bawuva donerem eseblewme 3 gun sebr ele inwallah 18 i senle goriwek qadavi alaram ozum de oqrawdi hele iwden cixmamiaam( 15-10-2019 21:15:30 1.1.**********99 1.1.**********88 Ay elvin allah and oslun cibimde 150 manat var istisen qurbandi gel gotur qaqa diremki mende senin kimi onu gozduren 15-10-2019 21:15:53 1.1.**********99 1.1.**********88 Vallah halal xowdari olsun biaz pul var idi hamisi yaslarda xirda xuruw weylere getdi 15-10-2019 21:15:59 1.1.**********99 1.1.**********88 50 manar 100 manat 15-10-2019 21:16:05 1.1.**********99 1.1.**********88 Bele bele qurtardi 15-10-2019 21:17:41 1.1.**********99 1.1.**********88 Cox istirem seni qaqamsan qara qardawim 15-10-2019 21:17:51 1.1.**********99 1.1.**********88 Ama incime aqlawma quran qardawim 31-10-2019 18:13:55 1.1.**********99 1.1.**********88 Qaqa salam netersen bawuva donerem sabah saat 6 a kimi mene yigma ozum seni yigacam ve dicemki hardasan gel qepiyine kimi haqq hesab edek pul oturub sabah cixardib mene verecekler mende sene yigacam goruwek qadavi alim eseblewme sabaha kimi doz sabah saat 6da ozum sene dicem 13-11-2019 00:25:35 1.1.**********99 1.1.**********56 Z muellim gilnenem hele bularda vurullar diye biaz uzanir mesele yaqin gec olar qaqam 19-11-2019 13:32:59 1.1.**********99 1.1.**********56 Salam qaqa netersen vuqarnan gelmiwik primorskiye nese muxtar beyni conub bilmorem niye 19-11-2019 13:34:04 1.1.**********99 1.1.**********56 Yeniden yoxladiqim yerleri komisiya yaradib baxiw keciririk 19-11-2019 13:34:38 1.1.**********99 1.1.**********56 Bilmirem qulaqina catib harasa getmeyim ona gore bele edir yoxsa nedise konkret ite donub 19-11-2019 13:35:41 1.1.**********99 1.1.**********56 Ne bilim oqrawdi ite donub konlret 19-11-2019 13:36:17 1.1.**********99 1.1.**********56 Birden pox qoyar e e e icine 19-11-2019 13:36:31 1.1.**********99 1.1.**********56 5-6a qayidiram yaqin inwallah 19-11-2019 17:15:17 1.1.**********99 1.1.**********88 Qaqa qurban sene eseblewme bawuva donerem sabaha qaldi ama inwallah sabah day hell olacaq vse birde ayin soni goruwecik inwallah ona gore bawuva donum bi az sebrli ol 19-11-2019 17:16:43 1.1.**********99 1.1.**********88 Allahaqqi oturmayib banka ama sabah oturcaq 19-11-2019 17:16:51 1.1.**********99 1.1.**********88 İnwallah goturecik 20-11-2019 16:25:30 1.1.**********99 1.1.**********88 A qardaw vallah billah oturmaqyib allaha and olsu otyrmayib sevrli olda bugun sabahliqdi ay papacani qadavi alim sebr ele sabaha birisi gune oturacaq icin (söyüş) oturan kimi sene getirib vercem 22-11-2019 14:56:38 1.1.**********99 1.1.**********88 Salam qaqa hele goturmemowem inwallah 5 e kimi mende olcaq urey biaz sebr ele ozum yigacam inwallah 22-11-2019 16:53:31 1.1.**********99 1.1.**********88 Ay elvin indi daniwdim yene eseblewessen qadavi alim bawuva donim ayaqivin altinda olum bilorem yene yalanci cixcam yaninda sabah saat 4 hesen heuseyn cani goruwek 1500 dollar + 100 dollar 1000+ 50 azn wirinlik Vermiyende adam deyil 23-11-2019 17:24:59 1.1.**********99 1.1.**********88 Elvin pula bu qederntehqir olmaz qaqa.... ama canin saq olsun... yawiliq elemisen danmiram birc istemowem vermisen danmiram hecnesiz...ama bu qederde ins 25-11-2019 12:54:54 1.1.**********99 1.1.**********91 Maga bir saata yigirsm rahat daniwaq 25-11-2019 13:54:15 1.1.**********99 1.1.**********91 Maqa sebr ele cixiram cixan kimi zng edirem qurbam sene 26-11-2019 16:57:52 1.1.**********99 1.1.**********56 Qaqa bawuva donerem namikle daniwdim uje hesabda 50 min var sabah inwallah 3-4 arasi goruwub pullsri goturcem uje adil muellimede meruze olunub sabah in wallah senle yekunlawiram) 26-11-2019 17:21:13 1.1.**********99 1.1.**********56 Ele ona gore 3-4 direm maksimum 30 deq iwi olacaq orda 28-11-2019 18:26:22 1.1.**********99 1.1.**********88 Qaqa and olsun allah sabah seher saat 12de pullarvi gonderirem atacani ozumde dayinin iwiyle baqli iclasdayam inwallah 30u oda hell olunir pullari gotir 28-11-2019 18:36:17 1.1.**********99 1.1.**********88 Sabah saat 11 uzaqi 12acces bankda gondercem sene allaha and olsin direm allahaqqin seher get gotor 28-11-2019 18:40:35 1.1.**********99 1.1.**********88 Varyoxun (söyüş) mende idi bugun de gelecekdim allaha and olsunnazir iw tapwirdi onu hell etdim ama sabah saat 12yzaqi haaaa pul senin kartindadi at nomresin seher get gotor 28-11-2019 18:45:23 1.1.**********99 1.1.**********88 Allaha and olsu orda bir qara qepik goturmemiwem bunun tapwiriqin yerine yetirdim ama sabah seher maliuedem gotyrub qaciram bamka senin kartiva qoycam 28-11-2019 18:45:24 1.1.**********99 1.1.**********88 qoymayan kiwo deyil ona gore bele eminlikle direm 02-12-2019 16:44:00 1.1.**********99 1.1.**********56 Ruslan zaur m yigib gedirem milli meclise qadavi alim senide bilirem got vezyetine qoymuwam adildw yigib tel baqli olub nomresi geldi Sabaha kimi vaxt 02-12-2019 16:44:01 1.1.**********99 1.1.**********56 e cunki ozum istirem gedib goruwmek adilnen 02-12-2019 16:44:01 1.1.**********99 1.1.**********56 ver quzu keserem bugun tam zayrla baqli iwderimi yekinlawdirim and olsun allaha sabab saat 2 e kimi senin butun meselervi hell efcem bugun de yola ver vs 02-12-2019 23:01:56 1.1.**********99 1.1.**********56 Beynim conub e e e qaqa milli meclisde wobe mudurluyun muzakire edirik nese ora meyillendim konkret bugun ruslanlada gorywmuwdum oda nese ordaki vezyeti 02-12-2019 23:01:56 1.1.**********99 1.1.**********56 ic acici daniwmadi diye bura reski povorot eledim 13-03-2020 15:32:34 1.1.**********99 1.1.**********56 Salam Ruslan netersen? Xaiw edirem senden and olsun allaha ele bilme firladiram axwam zng edcem sene harda olsan gelcem goruwek..qurban sene biaz sebrli ol yigacam allaha and olsun 30-03-2020 19:25:48 1.1.**********99 1.1.**********56 Salam ruslan sabah inwallah zng edcem bu sefer yalanci cixmicam inwallah sabah sebr ele yigacaq 31-03-2020 19:19:20 1.1.**********99 1.1.**********56 Salam ruslan netersen?qaqa bawuva donerem xaiw edirem bilorem dolamaq kimi cixir sabah gunortaya kimi sebr ele qadavi alim sabah gunortaya kimi dedem zng edecey ve biz goruwecik day xaiw edirem qadavi alim day yalvariram sene (2-ci iş cild vərəqi 160). İşdə olan “VTB” banka ödəniş cədvəllərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən «VTB» bankdan 26 aprel 2013-cü il tarixdə 30000 manat kredit götürülərək aylıq 1200 manat civarında ödənişlər edilmiş, ümumilikdə 46208 manat ödənilməklə 14 iyul 2016-cı il tarixə kimi kredit məbləği tam ödənilib qurtarmışdır. Ödəniş cədvəlində Təqsirləndirilən şəxs adına bir dəfəyə külli miqdarda ödəniş məbləği qeydə alınmamışdır (2-ci iş cild vərəqi 183). İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2015-ci il tarixdən həmin nazirlikdə müxtəlif vəzifələrdə, o cümlədən 06 fevral 2018-ci il tarixdən 30 dekabr 2019-cu il tarixə kimi nazirliyin Milli Hidrometeorologiya Departamentinin Metrologiya və Standartlaşdırma Mərkəzinin direktoru, eyni zamanda 28 fevral 2019-cu il tarixdən isə nazirliyin Aparatında Audit şöbəsinin Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektorunda aparıcı məsləhətçi əvəzi vəzifəsində işləmişdir (3-cü iş cild vərəqi 77). İstintaq zamanı müəyyən edilmişdir ki, X3 İlyas Həmdulla oğlunun onu aldatdığını və başqa şəxslərdən də pul aldığını, xeyli borcu yarandığını bildikdən sonra Təqsirləndirilən şəxs atası Şahid1la görüşmüş və Təqsirləndirilən şəxs ondan aldığı pulları qaytarmasını tələb etmiş, həmin zaman Şahid1 Elvin Abdıyevə 10000 manat pul ödəmişdir. Odur ki, həmin məbləğ Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayəti nəticəsində E.Abdıyevə vurduğu maddi ziyandan qismən ödəmə kimi qəbul edilmişdir (2-ci cild iş vərəq 13). İşdə olan 19 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (2-ci cild iş vərəqi 27-61). İşdə olan 21 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək Xətai Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 27-61) Azərbaycan Respublikası DİN-in Baş Statistik İnformasiya İdarəsinin 30 iyun 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 145). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmişə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ədalət Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən zərərəçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 19 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzaçəkməsinin başlanğıcının 19 avqust 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 936.767 maddi zərərin və 20.000 manat mənəvi zərərin – cəmi 956.767 manat pulun ona ödənilməsinə dair və Zərərçəkmiş şəxs4 255.000 manat pulun ona ödənilməsinə dair mülki iddialar vermişlər, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 936.767 maddi zərərin və 20.000 manat mənəvi zərərin - cəmi 956.767 manat pulun ödənilməsinə dair mülki iddiası qismən təmin edilməli, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 255.000 manat pulun ödənilməsinə dair mülki iddia təmin edilməli, 516.030 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 və 255.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 mülki mühakimə qaydasında mülki iddia vermək hüququ və qaydası izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə görə, mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə tərəfindən qəbul edilir. Cinayət Məcəlləsinin 183.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Cinayət Məcəlləsinin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 istintaq orqanı tərəfindən müvafiq qərarlarla zərərçəkmiş şəxs qismində tanınmış və onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutumuş hüquqları izah edilsə də, onlar vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia verməmişdir. Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi Elxan Quliyevin vəsatəti əsasında Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzilin həbs qoyulmuşdur Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzil arvad X16 ilə birgə yaşayış dövründə alınsada, faktiki olaraq onun tərəfindən deyil, qaynatası Şahid18 tərəfindən alınmış, mənzilin dəyəri məhz Şahid18 tərəfindən bdənilmiş, mənzilin alınmasına bir manat belə xərcləməmişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Şahid18 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzil onun tərəfindən alınmış, alqı-satqı müqaviləsi onun tərəfindən bağlanmış, mənzilin dəyəri tam həcmdə onun tərəfindən şəxsi vəsait hesabına ödənilmiş, İlyas mənzilin alınmasına bir manat belə ödəməmişdir. Şahid18 tərəfindən təqdim məhkəməyə təqdim edilmiş Alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzilin alınmasına dair müqavilə Şahid18 tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmə hesabe dir ki, Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzilin Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində əldə olunmuş pul vəsaiti ilə alınmaması, həmin mənzilin mülkiyyətçi Ayşən Mikayılovun atası Şahid18 vəsaiti əsasında alındığı öz təsdiqini tapdığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə X8 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutlar - İstintaq zamanı "xxxx" MMC tərəfindən bina inşa ediləcək yerdə yaşıllıq zolağının köçürülməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış 04 sentyabr 2019-cu il tarixli əmrinin fotoşəkli, X2 və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının Yaponiyaya göndərilməsi xərcinin əvvəlcədən ödənilməsi faktı ilə bağlı Təqsirləndirilən şəxs 7000 manatı verərkən sonuncunun tələbi ilə həmin pulu qoyub üzərinə “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə şöbəsinin müdiri cənab İlqar Aslanova, VİP Yaponiya səfəri” sözlərini yazdığı ağ zərfin fotoşəkli, X3 İlyas Həmdulla oğlunun yaşıllıq zolağının köçürülməsi adı ilə 07 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən “Həyat plaza”nın həyətində ondan 20000 ABŞ dolları alarkən qeydə aldığı video görüntü olan bir ədəd CD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 19 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 936.767 maddi zərərin və 20.000 manat mənəvi zərərin – cəmi 956.767 manat pulun ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 255.000 manat pulun ödənilməsinə dair mülki iddialar təmin edilsin, 516.030 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 və 255.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. İş üzrə və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə X8 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzilin üzərinə qoyulmuş həbs ləğv edilsin. İş üzrə maddi sübutlar - istintaq zamanı "xxxx" MMC tərəfindən bina inşa ediləcək yerdə yaşıllıq zolağının köçürülməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış 04 sentyabr 2019-cu il tarixli əmrinin fotoşəkli, X2 və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının Yaponiyaya göndərilməsi xərcinin əvvəlcədən ödənilməsi faktı ilə bağlı Təqsirləndirilən şəxs 7.000 manatı verərkən sonuncunun tələbi ilə həmin pulu qoyub üzərinə “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə şöbəsinin müdiri cənab İlqar Aslanova, VİP Yaponiya səfəri” sözlərini yazdığı ağ zərfin fotoşəkli, X3 İlyas Həmdulla oğlunun yaşıllıq zolağının köçürülməsi adı ilə 07 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən “Həyat plaza”nın həyətində ondan 20000 ABŞ dolları alarkən qeydə aldığı video görüntü olan bir ədəd CD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-685/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-685/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver