Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-685/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X2 və X10, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1, X12 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 41, mənzil 16 ünvanında qeydiyyatda omaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 10:10-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-ci il tarixdə saat 16:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 18:20-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 7,521 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,537 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 19:15-də Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 41, mənzil 16A ünvanında yerləşən mənzilə keçirilmiş baxış zamanı mənzilin mətbəx otağında soyuducunun üzərində olan dolabının içərisində ağ rəngli qabın içərisində 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 27,441 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,795 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və satış məqsədilə istifadə olunan, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 may 2023-cü il tarixdə saat 16:00 radələrində 7-8 nəfər polis əməkdaşı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 41, mənzil 16 ünvanında yerləşən evinə basqın edib həmin şəxslərdən bir qismi onu Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə aparmış, bir qismi isə onun evində qalmışdır. Polis bölməsinə aparıldıqdan sonra polis əməkdaşları sağ cibinə 2 bükümdə ona məxsus olmayan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin yerləşdirərək videoçəkilişlə aparılan istintaq hərəkətində həmin narkotik vasitənin ona məxsus olduğunu deməsini tələb etmiş, əks təqdirdə üzərinə azı 1 kiloqram narkotik vasitəni yerləşdirəcəklərini, anasını da şəriki kimi rəsmiləşdirəcəklərini deyərək psixi təzyiq etmişlər. O da məcbur qalıb videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Həqiqətdə isə o, nə narkotik vasitə istifadəçisi, nə də satıcısıdır. Daha sonra evində videoçəkiliş aparılmış, soyuducunun üstündəki şkafın içərisindən çıxan 01 ədəd elektron tərəzi və sellofana bükülmüş bilmədiyi əşyanın da ona məxsus olduğunu təsdiq etməsi üçün psixi təzyiq göstərmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları ilə arasında hər hansı ədavət və düşmənçiliyinin olmamasını, polis əməkdaşları tərəfindən psixi təzyiq göstərildiyinə görə, həmin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzinin ona məxsus olmasını təsdiq etməli olduğunu, polis əməkdaşları tərəfindən üzərinə hansı səbəbdən həmin əşyaların yerləşdirildiyini bilmədiyini, müvafiq istintaq hərəkətində müdafiəçisinin iştirak etdiyini, həyət evində yaşadığını, polis əməkdaşları evinə basqın edən zaman evdə ondan başqa heç kimin olmadığını, polis əməkdaşları tərəfindən sağ cibinə qoyulan narkotik tərkibli maddələri videoçəkiliş zamanı özünün çıxardığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 12 may 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim edib onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Qaradağ Rayon Polis İdarəsinin 38ci Polis Bölməsinə dəvət etdikdə o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Burada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman ona üzərində qanunla qadağan olan hər hansı olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü, 7 manat pulu, sol yan cibindən 1 ədəd yaşadığı ünvanının açarını, 3820 manat, 2 ABŞ dolları, 20 avro pulu və 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan “Samsung” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Pul və mənzilin açarı qaytarılsa da, mobil telefonu ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 bükümdə narkotik vasitə heroin elektron tərəzi ilə çəkilmişdir. O, bundan başqa evində də narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və ünvan 3 ünvanındakı evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyindən, evə baxış keçirilən zaman o, mətbəxə girişdən sağ tərəfdə yerləşən soyuducunun üstündəki dolabdan 1 ədəd plastik qabı təqdim etmişdir. Həmin qaba baxış keçirilən zaman içərisindən 3 ədəd bank kartı, ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd elektron tərəzi, 1 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsiyyət vəsiqəsi və bank kartı ona izah edilərək götürülmüşdür. Təqdim etdiyi 1 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin elektron tərəzi ilə çəkilmişdir. Həmin bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən və yaşadığı evdən aşkar edilən maddənin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətədaşı “Qulaməli” adlı şəxsin vasitəsilə öz istifadəsi üçün 500 manata Suraxanı rayonu ərazisindən 1 həftə öncə əldə etdiyini, 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, həmin maddəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı “Qulaməli” adlı şəxsin nömrəsini telefonunda qeyd etdiyini, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət olunmuş, həmin polis bölməsində videoçəkilişdən istifadə etməklə müdafiəçisinin iştriakı ilə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 01 büküm narkotik vasitə olan heroin, 01 büküm psixotrop maddə olan metamfetamin, mobil telefon, pul və açar aşkar olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşından Suraxanı rayonu ərazisindən götürdüyünü, həmçinin evində də narkotik maddələrin olduğunu və həmin narkotik maddələri də təqdim edə biləcəyini bildirmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs evinə gedib baxış keçirdikdə sonuncunun evindən təxminən çəkisi 30 qram narkotik vasitə olan heroin və təxminən çəkisi 3 qram psixotrop maddə olan metamfetamin, əlavə olaraq da bir ədəd tərəzi aşkar olunmuş, aşkarlananlar qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs səmimi şəkildə polis bölməsində hər şeyi etiraf etdiyini, narkotik vasitənin satışı ilə məşğul olduğunu dediyini, əməliyyat qrupunda ondan başqa Şahid2 iştirak etdiyini, Təqsirləndirilən şəxs evinin yaxınlığındakı küçədə saxlanıldığını, təhlükəsizliyin təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxışın polis bölməsində aparıldığını, polis bölməsinin təqsirləndirilən şəxsin yaşadığı evin yaxınlığında yerləşdiyini, əməliyyat qrupuna başqa şəxsin cəlb edilmədiyini, müvafiq istintaq hərəkətlərində Təqsirləndirilən şəxs müdafiəçisinin iştirak etdiyini, Təqsirləndirilən şəxs evinə gələn zaman yolda qonşularının olub-olmamasını xatırlamadığını, evinə baxışın razılıq əsasında aparıldığını, təqsirləndirilən şəxsin cəzadan yayınmaq üçün özünü müdafiə xarakterli ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, 2023-cü ilin may ayında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb qərarla tanış olduqdan sonra Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət edilmişdir. Həmin polis bölməsində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman 2 büküm narkotik maddə aşkarlanmış, Təqsirləndirilən şəxs həmin bükümlərin heroin və metamfetamin olduğunu, həmin narkotik tərkibli maddələri iranlıdan internet vasitəsilə əldə etdiyini etiraf etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirdiyinə görə, evinə də videoçəkiliş vasitəsilə baxış keçirilərək oradan da narkotik vasitə aşkar edilib götürülmüş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 əməliyyat qrupunda o və Şahid1 iştirak etdiyini, əməliyyat məlumatının Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olması barədə olduğunu, Təqsirləndirilən şəxs saxlanıldığı zaman yanında heç kimin olmadığını, polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs üzərinə polis bölməsində şəxsi axtarış və baxışın keçirildiyini, bölmədə aparılan istintaq hərəkəti zamanı narkotik tərkibli maddələrdən başqa Təqsirləndirilən şəxs üzərindən ev açarı, mobil telefon və pulun aşkar olunduğunu, təqsirləndirilən şəxsin cibindən aşkar olunan pulun təxminən 3000-4000 manat məbləğində olduğunu, əməliyyat qrupunda başqa şəxsin iştirak etmədiyini, Təqsirləndirilən şəxs fiziki zor və ya psixi təzyiqin göstərilmədiyini, Təqsirləndirilən şəxs psixi təzyiq nəticəsində narkotik vasitənin ona məxsus olduğunu deməsinin doğru olmadığını, Təqsirləndirilən şəxs həm üzərindən, həm də evindən narkotik tərkibli maddələr olan metamfetamin və heroinin, evindən həmçinin elektron tərəzinin də aşkar edildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qohumu və qonşusu olmaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Nəvəsi həyətdə oynadığına görə eyvandan baxan zaman dəqiq xatırlamadığı tarixdə saat 16 radələrində qara rəngli 2 avtomobilin Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayandığını, həmin avtomobillərdən 5-6 nəfər şəxsin düşərək evin qapısını döydüyünü görmüşdür. Heç kim qapını açmadığından, 2-3 nəfər şəxs hasardan tullanıb həyətə daxil olduqdan sonra evin qapısını açaraq həyətə daxil olmuşlar. Evdən həyətə düşdükdən təxminən 1 saat sonra Təqsirləndirilən şəxs əli qandallı şəkildə yol patrul xidməti avtomobilinə əyləşdirib aparmışlar. Təqsirləndirilən şəxs apardıqdan sonra təxminən 3-4 nəfər şəxs sonuncunun evində qalmış, Təqsirləndirilən şəxs anası və qardaşı evin qapısını döysələr belə, qapını açmamışlar. Təxminən 1 saat keçdikdən sonra yol patrul xidmətinin avtomobilində Təqsirləndirilən şəxs geri gətirilmiş, o, işə getdiyinə görə daha sonra baş verənlərdən xəbərdar olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq əlavə şahid Gülnarə Fətullayeva həmin dövr ərzində Təqsirləndirilən şəxs evinə kənar şəxslərin gəlib-gəlmədiyindən xəbərinin olmadığını, Təqsirləndirilən şəxs apardıqdan 10-15 dəqiqə keçdikdən sonra anası ilə qardaşının gəldiyini, Təqsirləndirilən şəxs geri gətiriləndə sonuncunun anası ilə qardaşının da evə daxil olduğunu, işinin təxminən saat 17 radələrində başlasa da, həmin gün icazə aldığından, Təqsirləndirilən şəxs evə gətirildikdən sonra işə getdiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qonşusu olmaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, yaşadığı evdən bibisigilə gedən zaman Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında qara rəngli 2 ədəd avtomobilin dayandığını, həmin avtomobillərdən mülki geyimdə 5-6 nəfər şəxsin düşdüyünü, yarısının həyətin hasarından aşdığını, yarısının isə həyətin giriş qapısından həyətə daxil olduqlarını və bir müddət sonra Təqsirləndirilən şəxs apardıqlarını görmüşdür. Təqsirləndirilən şəxs hara aparıldığından məlumatı olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq əlavə şahid Mətanət Məhərrəmova hadisənin 2023-cü ilin may ayında saat 16 radələrində axşam saatlarında olduğunu, bibisinin evinin Təqsirləndirilən şəxs yaşadığı evə yaxın yerləşdiyini, Təqsirləndirilən şəxs aparıldıqdan sonra gələn avtomobillərdən birinin orada gözlədiyini, Təqsirləndirilən şəxs anasının yaşadığı evə daxil olmağa çalışdığını, içəri girdikdən 1-2 dəqiqə sonra içəridə olan həmin mülki geyimdəki şəxslərin Təqsirləndirilən şəxs anasını çölə çıxardıqlarını, Təqsirləndirilən şəxs qeyri-qanuni fəaliyyətlə məşğul olub-olmamasından məlumatının olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:00 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 11) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:00-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 21-22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı hüquq və vəzifələri izah edildikdən, üzərində hər hansı qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü, 7 manat pulu, sol yan cibindən 1 ədəd yaşadığı ünvanının açarını, 3820 manat, 2 ABŞ dolları, 20 avro pulu və 1 ədəd içərisində ***-***-**- ** saylı GSM nömrə olan “Samsung” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Pul və evin açarı Təqsirləndirilən şəxs qaytarılsa da, 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Suraxanı rayonu ərazisində İran İslam Respublikası vətəndaşı olan “Qulaməli” adlı şəxsdən 500 manat müqabilində öz istifadəsi üçün aldığını, həmin şəxsi 2 ilə yaxındır ki, tanıdığını, həmin şəxsin mobil nömrəsinin mobil telefonunda qeyd edildiyini, yaşadığı Bakı şəhəri Qaradağ rayonunda yerləşən evində də narkotik tərkibli maddələr saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 30; 31-33) “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında keçiriən baxış zamanı Təqsirləndirilən şəxs evin mətbəxinin giriş qapısından sağ tərəfdə yerləşən, soyuducunun üzərindəki dolabdan narkotik tərkibli maddələrin qalan hissəsini saxladığını bildirdiyi 1 ədəd ağ rəngli qabı təqdim etmiş, həmin qaba baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə məxsus 3 ədəd plastik bank kartı, 1 ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Həmin kütlələr tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. (Cild 1, iş vərəqə 34; 36-37) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2768 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li dairəvi möhür əksi”, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,521 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,537 qram ağ rəngli kristalardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 27,441 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,795 qram ağ rəngli kristalardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 34,962 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 7,332 qram təşkil edir və və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. Qeyd: üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 7,521 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 7,421 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 3,537 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 3,437 qram qalıq qalmışdır. Evindən aşkar edilmiş heroinin təmiz çəkisi 27,441 qram olmuş, 0,12 qram tədqiqata sərf edildikdən sonra 27,241 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 3,795 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 3,695 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-48) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddəsi ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 55-56) “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli tarixli protokollardan görünür ki, 12 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə, eləvə də evə baxış və götürmə istintaq hərəkətlərində baş verənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 71-73) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(002)-187/2023 nömrəli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 80) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)-106/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 109-114) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisik İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, onun hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 93-94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X16 xx.xx.2023-cü il tarixli, 9301 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicə almamışdır. (Cild 1, iş vərəqə 97) xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqə 99- 100) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 103) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X16 ambulator məcburi-narkoliji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 4256 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halları olub. Lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 107-108) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 7,521 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,537 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə, həmçinin yaşadığı mənzildən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 27,441 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,795 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroinin 7,421 qram qalığı və psixotrop maddə metamfetaminin 3,437 qram qalığı, həmçinin yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroinin 27,241 qram qalığı, psixotrop maddə metamfetaminin 3,695 qram qalığı və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 121-137) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işindən naməlum mənbəyə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılıb icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 139-140) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/249 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 13-cü vərəqəsindəki xx.xx.2023-cü il tarixli ərizədə “İmza” qrafikasındakı imza, 20-22-ci vərəqələrindəki “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda, “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokolda “Şübhəli şəxs” qrafalarındakı imzalar, 25-26-cı vərəqələrindəki “Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” bildirişdə şübhəli şəxsin adından olan imzalar, 27-ci vərəqəsindəki bildirişdə “şübhəli şəxs” qrafasındakı imza, 28-ci vərəqəsindəki “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda “şübhəli şəxs” qrafasındakı imza, 29-cu vərəqəsindəki “Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirməsi haqqında” protokolda “şübhəli şəxs” qrafasındakı imza, 30-cu vərəqəsindəki “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərarda “şübhəli şəxs” qrafasındakı imza, 31-33-cü vərəqələrindəki “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 34-cü vərəqəsindəki “Baxış keçirilməsi və götürmə aparılması haqqında” qərarda “şübhəli şəxs” qrafasındakı imza, 35-ci vərəqəsindəki ərizədə “İmza” qrafasındakı imza, 36-37-cü vərəqələrindəki “Baxış keçirilməsi və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 41-42-ci vərəqələrində olan 12 may 2023-cü il tarixli izahatda Təqsirləndirilən şəxs adından olan imzalar, 50-ci vərəqədə olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “şübhəli şəxs” qrafasındakı imza, 51-ci vərəqəsində olan şübhəli şəxsə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunması haqqında protokolda “şübhəli şəxs” qrafasındakı imza, 52-54-cü vərəqələrindəki 13 may 2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 55-56-cı vərəqələrindəki Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 58-59-cu vərəqələrindəki bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, 60-64-cü vərəqələrindəki 14 may 2023-cü il tarixli protokollarda və bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 65-67-ci vərəqələrindəki təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 70-ci vərəqəsindəki “Ekspertizanın təyin edilməsi haqqında qərarla təqsirləndirilən şəxsin tanış etdirilməsi barədə” protokolda “təqsirləndirilən şəxs” qrafasındakı imza, 71-73-cü vərəqələrdə olan “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs” qrafasındakı imza-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medallarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 Vətən Müharibəsi iştirakçısıdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və polis bölməsində polis əməkdaşlarının ona psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, müdafiə tərəfi məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq olunması ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında mübahisələndirməmiş, hər hansı araşdırma aparılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini, polis əməkdaşlarının yaşadığı evə daxil olduqlarını, üzərində şəxsi axtarış və baxış keçirilərkən, habelə evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmadığını, polis əməkdaşları tərəfindən zorakılıq edilərək həmin narkotik tərkibli maddələrin özünə məxsus olduğunu deməyə məcbur edildiyini bildirsə də, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin inzibati binasına dəvət edildiyini, orada videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim könüllü şəkildə təqdim etdiyini, daha sonra razılığı ilə evinə baxış keçirilən zaman 01 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzini təqdim etdiyini, aşkarlananların qablaşdırılaraq ekspertizaya göndərildiyini, başqa şəxsin əməliyyat tədbirində iştirak etmədiyini, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs psixotrop maddə, narkotik vasitə və digər əşyanın təqdim edilmədiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 31-33-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmin cildin 36-37-ci vərəqlərində olan “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş disklərə baxışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs müvafiq narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzini təqdim etmiş, aşkarlananlar qablaşdırılıb möhürlənmişdir. Videogörüntülərdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2768 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 34,962 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 7,332 qram təşkil edir və və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Habelə, elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bundan savayı, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər X3 və X4 ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evdən aparıldığını bildirsələr də, məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs bu barədə məhkəməyədək icraat zamanı mübahisələndirməmiş, həmin şahidlər barədə məlumat verməmişdir. Bu, cinayət işinin materialları və iş üzrə toplanmış sübutlarla uzlaşmır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və əşyaların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilmə əsaslarına şübhələr olmadıqda sübut kimi qəbul edilə bilər. Məhkəmə müdafiə tərəfindən təqdim etdiyi şahidlər X3 və X4 Təqsirləndirilən şəxs tanışı olduğundan, məlumatların həqiqiliyinə şübhə doğurduğundan sübut kimi qəbul edilmir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında ibtidai araşdırma zamanı bəzi sənədləri imzalamadığını deyib, adının qarşısında olan imzaların ona məxsus olmadığını deyərək mübahisələndirmiş, bu hal məhkəmə araşdırması zamanı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və raportlar müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, münasibət bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə və 2-ci Siyahısının 118-ci bəndinə əsasən, müvafiq olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkətləri zamanı ümumilikdə 34,962 qram narkotik vasitə olan heroin, 7,332 qram psixotrop maddə olan metamfetamin və onların hazırlanması üçün avadanlıq olan 01 ədəd elektron tərəzi aşkarlanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində və evində aşkarlanmış narkotik vasitə olan heroinin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 233,08 dəfə, psixotrop maddə olan metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 48,8 dəfə çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, qardaşının hərbi xidmətlərinə görə medallarla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onda fərqli növdə həm üzərində, həm də evində narkotik vasitə və psixotrop maddənin aşkarlanmasını, üzərindən və evindən aşkarlanmış narkotik vasitə və psixotrop maddənin tərkiblərinin eyni olmasını, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, üzərində heroin və metamfetaminin izləri olan elektron tərəzinin mövcudluğunu, cəzasını yüngülləşdirən halların olmasını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının mövcudluğunu, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 34,662 qram narkotik vasitə olan heroin, 7,132 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərinin aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli, 4256 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 34,662 qram narkotik vasitə olan heroin, 7,132 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərinin aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-685/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-685/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver