Məhkəmə qərarları › İş №1(101)-686/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-686/2019

30.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-686/2019 30.12.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri- X101 və X40 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X66 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X18, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs4, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi5 və Müdafiəçi7, Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi6 iştirakları ilə xx xxxxxx 1958-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MTKnin sədri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə, xx xxxxxx 1943-cü il tarixdə Ağdam rayonunun Yüzbaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Dövlət İqtisad Universitetinin riyaziyyat kafedrasının dosent-müəllimi vəzifəsində işləmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə xx xxxx 1967-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu. Bağlar massivində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə xx xxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, 6 saylı Məlikov adına xəstəxanada həkim laborant vəzifəsində işləyən, ünvan 6 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhər İHdə ümumi şöbədə böyük mütəxəssis vəzifəsində işləyən, ünvan 9 ünvanında qeydiyyatda olmaqla, ünvan 10vanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 həmin əmələ görə məhkum olunmuş X102 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və həmçinin hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bundan başqa o, öz tanışı Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə, həmçinin Təqsirləndirilən şəxs4 özü ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla ayrı-ayrı şəxslərə qarşı təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitni rüşvət qismində verməyə ayrı-ayrı şəxsləri təkrarən təhrik etmiş, eləcə də öz tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmdakını ələ keçirməyə cəhd etmiş, bundan başqa o, təkrarən, öz tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əməlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 öz tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla ayrı-ayrı şəxslərə qarşı təkrarən dələduzluq etmiş və həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə ayrı-ayrı şəxsləri təhrik etmişlər. Öz növbəsində Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən əməllərdən başqa istintaq zamanı şəxsiyyətləri müəyyən edilmiş digər şəxslərlə də qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla ayrı-ayrı şəxslərə qarşı təkrarən dələduzluq etmiş və həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla həmin əmələ görə məhkum olunmuş X102 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun tanışı olan Zərərçəkmiş şəxs1 övladı Müsəvi Əhmədovu Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə kimi qəbul etdirilməsində köməklik göstərilməsinə dair Fərhad Qasımova 2007-ci ilin may ayında müraciəti əsasında sonuncu ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Müsəvi Əhmədovu qeyd edilən filiala tələbə kimi qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, həmin adla Abşeron rayonu. Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi, ev 54-də istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş cinayətdən xəbərsiz olan «Allahverdi» adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs1 məxsus 9000 (doqquz min) manat məbləğində, eyni niyyətlə, 2008-ci ilin may ayında Fərhad Qasımovla birlikdə Zərərçəkmiş şəxs1la ünvan 11 ünvanda yerləşən "xxxx" MTK-nin ofisində görüşdükləri zaman həmin ofisdə Zərərçəkmiş şəxs1 3000 (üç min) ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 2476,5 (iki min dörd yüz yetmiş altı manat əlli qəpik) manat olmaqla, cəmi 11476,5 manat (on bir min dörd yüz. yetmiş altı manat əlli qəpik) məbləğində pul vəsaitini və inandırmaq üçün Müsəvi Əhmədovun şəxsiyyət vəsiqəsinin və attestatınjn surətini, üç ədəd fotoşəklini alıb, sonuncunu görəcəyi işə inandırmaq üçün istintaqa məlum olmayan şəxs vasitəsi ilə və istintaqa məlum olmayan şəraitdə Müsəvi Əhmədovun guya Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında təhsil almasına dair 2007-ci il tarixli, 07/17 nömrəli hüquq verən vəsiqənin məzmununa bilə-bilə yalan məlumatlar, yəni X24 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının Gömrük işinin təşkili fakültəsinə qəbul olunması və vəsiqənin xx.xx.2007-ci il tarixdə verilməsi barədə əlyazma mətn, habelə filialın rektoru və fakültənin dekanının imzaları birbaşa qələmlə icra olunmuş, vəsiqənin sol tərəfində “Derbentskiy filial X1 Universiteta Resp. Azerbaydjan İNN 170014567” məzmunlu, sağ tərəfində olan “Derbentskiy filial X1 Universiteta uçebnaya çast” məzmunlu möhür əksinin təsviri və “Derbentskiy filial Azerbaydjanskoqo Qosudarstvennoqo dnevnoe otdelenie Ekonomiçeskoqo Universiteta” məzmunlu mətni olan ştamp əksi axınlı çap üsulu ilə rəqəmsal, çap qurğusunda (çoxaldıcı qurğu, printer) köçürülməklə istifadə etmək məqsədilə qanunsuz hazırlatdırdığı saxta tələbə biletini qabaqcadan əlbir olduğu Fərhad Qasımovun vasitəsilə 2007-ci ilin avqust ayında Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi, cv 54-də Zərərçəkmiş şəxs1 təqdim edib, əldə etdiyi həmin məbləğdə pul vəsaitini Fərhad Qasımovla öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində Müsavi Əhmədovun guya Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında təhsil almasına dair 2007-ci il tarixli, 07/17 nömrəli hüquq verən həmin vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin mart ayında Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsi ilə tanıdığı Şahid4 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən məktəblərdən birinə riyaziyyat müəlliməsi işinə qəbul etdirəcəyinə qabaqcadan əlbir olduğu həmin şəxslər vasitəsilə yalandan vəd verib, qeyd edilən məsələnin Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 8000 (səkkiz min) manat pul verilməsi müqabilində həll ediləcəyini Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsilə bildirib aldadaraq. Şahid4 onlara olan inam və etibarından yararlanaraq həmin ay ərzində sonuncudan Bakı şəhəri, Yasamal rayonu ərazisində 8000 (səkkiz min) manat məbləğində pulu Təqsirləndirilən şəxs4 vasitəsilə alaraq, sonuncu və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid4 məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4m təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsi ilə tanıdığı Şahid3 bacısı Səfa Xudaverdiyevanı Bakı şəhərində yerləşən kolleclərdən birinə imtahandan kənar qiyabi əsaslarla tələbə kimi qəbul etdirəcəyinə qabaqcadan əlbir olduğu həmin şəxslər vasitəsilə yalandan vəd verib, qeyd edilən məsələni X73 yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Səfa Xudaverdiyevanın xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 (səkkiz min) manat pul verilməsi müqabilində həll edəcəyini Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxsin vasitəsilə bildirib aldadaraq, Şahid3 onlara olan inam və etibarından yararlanaraq həmin ay ərzində sonuncudan Bakı şəhəri, Yasamal rayonu ərazisində 8000 (səkkiz min) manat pulu Təqsirləndirilən şəxs4 vasitəsilə alaraq, sonuncu və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid3 məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə elmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs4 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid3 təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs4 vasitəsi ilə tanıdığı Şahid8 qohumu “Rəşad” adlı şəxsin Bakı Dövlət Universtetinin biologiya fakültəsindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə qanunsuz köçürəcəyinə dair yalandan vəd verib, qeyd edilən məsələni X73 yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 40000 (qırx min) manat pul verilməsi müqabilində həll edəcəyini Təqsirləndirilən şəxs4 vasitəsilə bildirib aldadaraq. Şahid8 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Bakı şəhəri, Nərimanov rayonu ərazisində 30000 (otuz min) manat məbləğində pulu Təqsirləndirilən şəxs4 vasitəsilə alaraq sonuncu ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid8 məxsus 30000 (otuz min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid8 təhrik etmiş, sonuncu onların cinayətkar niyyətindən xəbərdar olaraq və aldadıldığını bilərək tələb olunmuş pulun 10000 (on min) manat məbləğində hissəsini vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid8 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda ziyan vurmaqla ələ keçirməyə cəhd etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs4 vasitəsi ilə tanıdığı Şahid7 Yasamal rayonu ərazisində yerləşən 20 saylı tam orta məktəbə riyaziyyat müəlliməsi işinə qəbul etdirəcəyinə yalandan vəd verib, qeyd edilən məsələni Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 22000 (iyirmi iki min) manat pul verilməsi müqabilində həll edəcəyini Təqsirləndirilən şəxs4 vasitəsilə bildirib aldadaraq, Şahid7 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində 22000 (iyirmi iki min) manat məbləğində pulu Təqsirləndirilən şəxs4 vasitəsilə alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid7 məxsus 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid7 təhrik etmişlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs4 vasitəsi ilə tanıdığı Şahid6nm övladı X60 rayonu ərazisində yerləşən Fizika riyaziyyat təmayüllü məktəbə ədəbiyyat müəlliməsi və onun gəlini X105 rayonunda yerləşən Humanitar liseyə ədəbiyyat müəlliməsi işinə qəbul etdirəcəyinə qabaqcadan əlbir olduğu həmin şəxslər vasitəsilə yalandan vəd verib, qeyd edilən məsələni Təhsil Nazirliyində yüksək vəzifə tutan şəxsə xidməti səlahiyyələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla maddi nemət olan 38000 (otuz səkkiz min) manat pul verilməsi müqabilində həll edəcəyini Təqsirləndirilən şəxs4 vasitəsilə bildirib aldadaraq, Şahid6 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Təqsirləndirilən şəxs4 vasitəsilə Bakı şəhəri, Səbail Badamdar qəsəbəsi ərazisində 18000 (on səkkiz min) manat, həmin ilin avqust ayı ərzində isə Bakı şəhəri, Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs4 vasitəsilə 20000 (iyirmi min) manat, vahid niyyətlə cəmi 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitini alaraq, həmin pul vəsaitinin 29000 (iyirmi doqquz min) manatını Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə özü arasında bölüb, 9000 (doqquz min) manatını isə Təqsirləndirilən şəxs6 və qeyrisinə təqdim edib onlar arasında bölünüb, şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Məryəm Bayramovuya məxsus 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid6 təhrik etmişlər. Göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin avqust ayında istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə tanıdığı Şahid2 övladı Pərviz Məmmədovu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi vasitəsilə imtahandan kənar Azərbaycan Tibb Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalandan vəd verib, qeyd edilən məsələni həmin Mərkəzin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyələrinin icrası ilə əlaqədar Pərviz Məmmədovun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla maddi nemət olan 90000 (doxsan min) manat pul verilməsi müqabilində həll edəcəyini istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə vasitəsilə bildirib aldadaraq, Şahid2 onlara olan inam və etibarından sui-istifadə etməklə həmin ay ərzində sonuncudan Bakı şəhəri ərazisində istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə 90000 (doxsan min) manat məbləğində pulu alaraq, sonuncu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid2 məxsus 90000 (doxsan min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid2 təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək, 2018-ci ilin avqust ayında istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə tanıdığı Şahid1 övladı Fəxri Allahverdiyevi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi vasitəsilə imtahandan kənar Azərbaycan Tibb Universitetinə tələbə kimi qəbul etdirəcəyinə yalandan vəd verib, qeyd edilən məsələni həmin Mərkəzin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyələrmin icrası ilə əlaqədar Fəxri Allahverdiyevin xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla maddi nemət olan 80000 (səksin min) manat pul verilməsi müqabilində həll edəcəyini istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə bildirib aldadaraq. Şahid1 onlara olan inam və etibarından suiistifadə etməklə həmin ay ərzində sonuncudan Bakı şəhəri ərazisində istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin vasitəsilə 80000 (səksən min) manat məbləğində pulu alaraq, sonuncu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la öz. aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 məxsus 80000 (səksən min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid1 təhrik etmişlər. Öz növbəsində Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən əməllərdən başqa, özgə əmlakını aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə 2011-ci ilin avqust ayında tanışları mərhum X103 və həmin əmələ görə məhkum olunmuş X67 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 müraciətinə əsasən sonuncunun qızı Nigar Əliyevanı əvvəlcə X28 şəhərində yerləşən Xalqlar Dostluğu Universitetinə, növbəti tədris ilində isə Azərbaycan Dillər Universitetinə köçürəcəyini vəd verib, etibarından istifadə edərək, onu aldadıb Vaqif Rəhimovun vasitəsi ilə 2011-ci ilin sentyabr ayında Gəncə şəhəri, “Xan bağı” parkında yerləşən çayxanada 20000 (iyirmi min) manat, bir miiddət sonra Bakı metropolitetinin “Gənclik” stansiyasının yaxınlığında 4500 (dörd min beş yüz) manat pulunu almaqla, inandırmaq üçün 2013-cü ilin fevral ayında metronun «Gənclik» stansiyasının yaxınlığında yerləşən “Çempion” kafesində istintaqa məlum olmayan şəraitdə hazırladıqları saxta rəsmi sənədləri, - hər hansı bir texniki qurğu, skaner, fotaparat və sair vasitəsi ilə kompyuterə köçürülməklə, qrafik proqram təminatından istifadə edilməklə birabaşa axınlı printerlə çap edilməklə hazırlanmış üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstituiu” sözləri yazılmış möhür əksi olan X88 adına Azərbaycan X38 filialında təhsil alaraq ona Dövlət Attestasiya Komissiyasının 04 iyul 2012-ci il tarixli qərarı ilə “Filiaologiya, Azərbaycan dili və Ədəbiyyat” ixtisası verilməsi barədə 11/0333 qeydiyyat nömrəli, B 229974 saylı diplom və 23 avqust 2012-ci il tarixli diplom əlavəsini, o cümlədən diplomda və diplom əlacəsində aidiyyəti şəxslərin imzalarını saxtalaşdırıb Zərərçəkmiş şəxs2 təqdim etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 məxsus 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla barəsində cinayət işi ayrıca icraata ayrılmış X51 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayətkar əlaqəyə girərək 2012-ci ilin avqust ayında sonuncunun vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 övladı Surə Balayevanı 35000 (otuz beş min) manat müqabilində ilkin olaraq Rusiya Federasiyasında yerləşən ali təhsil müəssisələrindən birinə, həmin ilin oktyabr ayında isə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə köçürəcəyinə yalandan vəd verib Zərərçəkmiş şəxs3 onlara olan inam və etibarından sui-istifadə etməklə, 2012-ci ilin avqust ayında sonuncudan Bakı şəhəri, Xətai rayonu ərazisində Saqif Quliyev vasitəsilə 35000 (otuz beş min) manat məbləğində pulu alaraq, sonuncu ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs3 məxsus 35000 (otuz beş min) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2014-cü ilin yay aylarında tanışı Zərərçəkmiş şəxs4 övladı X133 Federasiyasında yerləşən Moskva dövlət sosial universitetinin Hüquq fakültəsinə tələbə kimi qəbul etdirəcəyinə yalandan vəd verib, dörd illik təhsil haqqı adı ilə həmin ilin yayında Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu ərazisində, “Nərimanov” parkında 6000 (altı min) manat, 2018-ci ilin yayında "xxxx" MMC vasitəsi ilə, ********* saylı qəbzlə 1000 (bir min) manat və yenə də həmin ilin yay aylarında Bakı şəhəri, Nərimanov rayonu, Təhsil Nazirliyinin yaxınlığında 8000 (səkkiz min) manat, ümumilikdə vahid niyyətlə 15000 (on beş min) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs4 məxsus əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş üzrə Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, tanıyır və onunla dostluq etmişlər. Digər Təqsirləndirilən şəxs2 sonradan Təqsirləndirilən şəxs3 vasitəsi ilə, Təqsirləndirilən şəxs4 ilə isə tanışı Nərgiz Rüstəmxanlının vasitəsi ilə tanış olmuşdur. Digər təqsirləndirilən şəxslər ilə əvvəllər heç bir münasibəti olmamış və aralarında ədavət, düşmənçilik yoxdur. Onun özü ali təhsilli pedaqoq olmaqla 1980-ci ildə Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirmiş, sonrakı dövrdə isə muxtəlif ali təhsil ocaqlarında çalışmışdır. 1990-cı ildə o, fizika-riyaziyat elmələri namizədi, 2004-cü ildə isə doktorluq elmi dərəcəsini müdafiə etmişdir. Ali təhsil ocaqlarından onun sonuncu iş yeri Sumqayıt Dövlət Universiteti olmaqla orada təbiətşünaslıq kafedrasının müdiri vəzifəsində işləmişdir. Həmin iş üzrə həbs edilməzdən əvvəlki dövrdə isə o, Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərən "xxxx" mənzil istehlak kooperativinin sədri vəzifəsində çalışmışdır. İş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 otuz ilə yaxındır ki, tanıyır və onunla ailəvi dostluq etmişlər. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirir ki, 2018-ci ilin avqust ayının sonlarında o, öz tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri «Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində çörək yeyərkən, X6 baş həkimi kimi uzun müddət tanıdığı Rüstəmxanlı Nərgiz ona zəng edərək tələbə yoldaşlarının övladlarının yüksək bal toplayaraq istədiyi ali məktəbə daxil ola bilmədiyini bildirmişdir. O isə ona bu işdə kömək edə bilməyəcəyini bildirsə də, Nərgiz israrla ona yenə zəng etmişdir. Buna görə də o, telefonu Təqsirləndirilən şəxs3 vermiş və onlar öz aralarında xeyli söhbət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 ona bildirmişdir ki, Nərgizin dediyi abiteriyentlərin biri Sumqayıt Dövlət Universitetinə, digəri isə BDU-ya daxil olublar, lakin onlar tibb üzrə ixtisaslara dəyişmək istəyirlər və bu iş üçün Nərgiz Rüstəmxanlı hər bir abiteriyentə 70000 manat təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 kiminləsə öz telefonu ilə danışmış və bu işin düzəlməsinin mümkün olduğunu Nərgizə bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs3 onun istifadəsində olan telefonu ilə Nərgizlə danışaraq onunla görüş təyin etmişlər. Buna görə də o, öz avtomaşınında Adil ilə birlikdə Nərgiz Rüstəmxanlı ilə görüşə getmişlər. Həmin görüş zamanı Nərgiz Rüstəmxanlı 70000 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. Bundan sonra o, Adili «Elmlər Akademiyası» metrosunun yanında düşürüb yaşadığı evə çıxıb getmişdir. O zaman o, Təqsirləndirilən şəxs3 kiminlə görüşəcəyini, kiminlə iş görəcəyini soruşsa da, Adil ona bu barədə heç nə deməmişdir. Səhv etmirsə bunun sabahısı gün axşamüstü Nərgiz Rüstəmxanlı onun mobil telefonuna zəng edərək ikinci işin də hazır olduğunu həmin vaxt onun yanında olan Təqsirləndirilən şəxs3 bildirmişdir. Təqsirləndirilən şəxs3 yenə onunla birlikdə onun avtomaşınında Nərgiz Rüstəmxanlının yaşadığı evin yanında Nərgizlə görüşmüşlər. O zaman Nərgiz maşına əyləşərək əlindəki bağlamanı Adilə vermiş, həmçinin həmin abituriyentlərin adını və soyadını, iş nömrəsinin bağlamada olduğunu bildirmişdir. Bunda sonra o, Təqsirləndirilən şəxs3 «Elmlər Akademiyası» metrosunun yanına aparıb düşürtmüşdür. Təqsirləndirilən şəxs3 yenə ona kiminlə və harada görüşəcəyi barədə heç bir məlumat verməmişdir. O zaman onun özü həmin abituriyentlərin adlarını, onların valideyinlərinin kim olmasını bilməmiş və Təqsirləndirilən şəxs3 bu prosesi necə həll edəcəyi barədə də məlumatı olmamışdır. Onu da bildirmək istəyir ki, o zaman Təqsirləndirilən şəxs3 öz mobil telefon nömrəsini Nərgizə verməmiş, öz həyat yoldaşının ağır xəstə olmasını və evdə danışa bilmədiyini bildirmişdir. Buna görə də Nərgiz Rüstəmxanlı onun istifadəsində olan mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlamışdır. Həmin görüşdən bir neçə gün sonra Nərgiz ona həmin abituriyentlərə zəng edib danışdıqlarını bildirmişdir. Bundan sonrakı dövrdə Nərgiz hərdən ona zəng edib nə isə soruşanda Adil ona cavab vermişdir. 2018-ci ilin sentyabr ayının axırlarında Nərgiz onun özü ilə əlaqə saxlayaraq həmin uşaqların birinin Naxçıvana getdiyini və orada problem olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs3 Nərgizlə və həmin abituriyentlərin valideyinləri ilə onun mobil telefonu ilə danışıq aparmışdır. Bundan sonra isə onlar Nərgiz Rüstəmxanlı ilə Bakı şəhəri «Qış parkı»nda görüşmüşlər. Həmin görüş zamanı Nərgiz ona həmin məsələ ilə Mehman adlı şəxsin məşğul olmasını bildirmişdir. Onu da bildirmək istəyir ki, onun özü həmin Mehman adlı şəxsi, yəni Təqsirləndirilən şəxs2 o vaxta kimi tanımamış, lakin həmin şəxsin fırıldaqçı olduğunu eşitmişdir. Həmin görüş vaxtı Nərgiz verdiyi pulları geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs3 isə Mehmanın imzası ilə sonuncuya cəmi yüz qırx min manat pul verdiyini bildirmiş və həmin pulu geri alıb verərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3la o, Mehmanı axtarsalar da onu tapa bilməmişlər. Nərgiz Rüstəmxanlı isə onu həmin şəxslərlə o tanış etdiyini və onun özündən tez bir vaxtda pulları alıb verməsini ona bildirmişdir. Təqsirləndirilən şəxs3 isə pulları qaytarmaq üçün ona kömək etməsini ondan xahiş etmiş və onu inandırmışdır ki, tez bir vaxtda Mehmandan pulu alıb onun pulunu qaytaracaqdır. Bundan bir müddət əvvəl o, Bakı şəhəri, S.Dadaşov 80 ünvanda yerləşməklə öz həyat yoldaşının adına olan həyət evini satdığına görə yaşadığı evdə cəmi 60000 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 onunla birlikdə «Qış parkı»nda Nərgiz Rüstəmxanlıya 09 oktyabr 2018-ci il tarixdə 50000 manat və 10 oktyabr 2018-ci il tarixdə isə qalan pulu vermişdir. Onlar orada Nərgiz Rüstəmxanlı ilə birgə həmin iki abituriyentin valideyinləri ilə də görüşmüşlər. Həmin görüş zamanı X74 Məmmədova sabahı gün onun pulunu çatdıracağını bildirmişdir. Əslində isə həmin vaxt verdikləri pul Nərgiz Rüstəmxanlıda olmuşdur. Lakin, sonradan ona məlum olmuşdur ki, X74 Məmmədovdan 70000 deyil, 90000 manat pul almışdır. İkinci valideyn, yəni Şahid1 isə sonuncuya zəng edən Rövşən adlı şəxsə, yəni o zaman həmin şəxslərə öz adını Rövşən kimi təqdim etmiş Təqsirləndirilən şəxs2 inandığını bildirərək, sabahısı gün həmin şəxslə Tibb Universitetində görüşəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, növbəti gün həmin görüş yerinə o, Təqsirləndirilən şəxs3 və Nərgiz Rüstəmxanlı ilə birlikdə getmişlər, lakin Mehman ora görüşə gəlməmişdir. Buna görə də Şahid1 Mehman ilə mobil telefonda danışaraq görüş vaxtını dəyişmişlər. Bunun sabahısı gün o, öz işləri ilə bağlı Quba rayonuna çıxıb getmişdir. Lakin, həmin gün axşam üstü onu X61 Baş idarəsinə dəvət etmişlər. O zaman ona Nərgiz Rüstəmxanlının hər iki valideyindən 70000 manat yox, 80000 və 90000 manat pul aldığını, onlardan şikayət edərək 200000 manat pul tələb etməsini bilmişdir. O isə həmin hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini və şəxsən özünə pul götürmədiyini müstəntiqə bildirmişdir. Onu da bildirmək istəyir ki, o zaman Nərgiz Rüstəmxanlının deməsindən ona məlum olmuşdur ki, həmin həmin iki nəfər abituriyentin valideyinləri Nərgizin tanışları olmuşlar. Belə ki, Nərgizin tanışları olan Şahid1 oğlu Fəxri, Şahid2 oğlu Pərviz Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün qəbul imtahanından az bal toplamışlar. Yuxarıda qeyd etdiyi kimi, Nərgiz Rüstəmxanlının həmin şəxslərə köməklik etməsini ondan xahiş etdikdə o Nərgizə belə bir imkanının olmadığını bildirmişdir. Lakin, sonrakı dövrdə Nərgiz Rüstəmxanlı bunu təkrar xahiş etdikdə, Təqsirləndirilən şəxs3 həmin məsələni həll edəcyini özü vəd etmiş, lakin bunu kimin vasitəsi ilə həll edəcəyini qabaqcadan ona bir söz deməmişdir. Yalnız sonradan ona məlum olmuşdur ki, həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs3 öz tanışı olan Təqsirləndirilən şəxs2 müraciət etmiş və sonuncu həmin işi həll edəcəyini öz üzərinə götürdüyünə görə Təqsirləndirilən şəxs3 Nərgiz Rüstəmxanlıdan götürdüyü 140000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Onun özü isə Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 arasında olan həmin söhbətlərdə iştirak etməmişdir. Bundan başqa ona qarşı irəli sürülmüş digər ittihamlarla da o, razı deyil. Belə ki, 2018-ci ilin dekabr ayında onun özü əvvəllər tanımadığı Şahid6 adlı qadının şikayəti ilə bağlı ona qarşı ittiham irəli sürülmüşdür. Əslində isə həmin Məryəm adlı qadının qohumlarının Bakı şəhərində müəllimə işinə qəbul olunması ilə bağlı tanışı Aytənin xahişi ilə onlara köməklik göstərməyə çalışmışdır. Lakin, bununla bağlı onun özünün heç bir maddi marağı olmamış və həmin qadının pulunu mənimsəməmişdir. Ona qşarşı irəli sürülmüş digər ittihamlarla bağlı bildirir ki, Şahid4 Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birinə müəllimə işinə düzəldilməsi, Şahid3 bacısının Bakı şəhərində kolleclərin birinə tələbə kimi qəbul edilməsi, Şahid8 qohumunun Bakı Dövlət Universitetinin biologiya fakultəsindən Naxıçıvan Dövlət Universitetinin tibb fakultəsinə göküçürülməsi və həmçinin Şahid7 adlı qadının Yasamal rayonu ərazisində müəllimə işinə düzəldilməsi məsələləri ilə bağlı işlərlə tanışı Təqsirləndirilən şəxs4 məşğul olmuşdur. Həmin şəxslərdən onun özü hər-hansı bir məbləğdə pul almamışdır. Həmin adamlardan pulu Təqsirləndirilən şəxs4 alaraq özündə saxlamış, sonradan isə həmin şəxslərin işləri alınmadığına görə Aytən aldığı pulu geri qaytarmışdır. Onun özü həmin şəxslərin heç birini əvvəllər tanımamış, heç biri ilə heç bir əlaqəsi olmamışdır. İstintaq zamanı həmçinin ona 2007-ci ildə Zərərçəkmiş şəxs1 adlı şəxsin Qasımov Fərhadla aralarında olan sövdələşmələri ilə bağlı da ittiham irəli sürmüşlür. Əslində isə onun özünün Zərərçəkmiş şəxs1 və Qasımov Fərhadla heç bir iş birliyi olmamış və həmin şəxslər ona heç vaxt hər hansı bir iş üçün pul verməmişlər. Zərərçəkmiş şəxs1la o, 2009-cu ilin qış aylarında tanış olmuşdur. Belə ki, 2009-cu ilin fevral ayında onun özü Yeni Yasamal 2, Dairəvi küçə 11 ünvanda yerləşməklə BDU-ya məxsus "xxxx" mənzil istehlak kooperativinə sədr seçilmişdir. O zaman həmin binanın birinci mərtəbəsində yerləşən ofisin yanında o, əvvəllər tanımadığı Şəfahətin soyuq hava şəraitində çöldə durmasını görüb onu ofisə dəvət etmişdir. Aralarında olan söhbət əsasında o, Şəfahətin Laçın rayonundan, yəni öz həmyerlisi olduğunu bilmişdir. Şəhahət onun tanışı Qasımov Fərhadı axtardığına görə bununla bağlı ona köməklik etmişdir. O zaman Səfahətin deməsindən sonuncunun öz oğlunun Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə kimi qəbul olunması üçün Fərhada pul verdiyini, lakin Fərhadın ona köməklik etmədiyini və onunla görüşməkdən yayındığını bilmişdir. Buna görə də o, Fərhadı tapmaqda ona köməklik etmişdir. Bundan sonrakı dövrdə X107 ilə birlikdə dəfələrlə onun işlədiyi ofisdə olmuşlar. Lakin, həmin məsələ ilə bağlı onun özünün heç bir maddi marağı olmamışdır. Şəxsən onun özü Zərərçəkmiş şəxs1 hər-hansı bir məbləğdə pul almamış və Fərhad Qasımov da həmin məsələ ilə bağlı heç vaxt ona pul verməmişdir. Beləliklə, iş üzrə keçən təqsirləndirilən şəxslər, yəni Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və yaxud digər şəxslərlə onun hər-hansı bir şəxsin ali təhsil ocaqlarına qəbul edilməsi, təhsil müəsissələrində işə qəbul olunması ilə bağlı kimisə aldadaraq onların pulunu ələ keçirmək və yaxud kimisə rüşvət verməyə təhrik etmək barədə heç bir sövdələşmə olmamış və bu adla onun özü heç bir kəsdən pul almamışdır. O yalnız özünü ona görə qismən təqsirli bilir ki, öz tanışı Nərgiz Rüstəmxanlının xahişi ilə sonuncunun tanışları olan iki nəfər şəxsin ali təhsil ocaqlarına qəbul edilməsi məsələsi ilə bağlı Nərgizi öz Təqsirləndirilən şəxs3la tanış etmişdir. Lakin, bununla bağlı onun özünün heç bir şəxsi marağı olmamış və bu işdə köməklik edəcəyini bildirərək pulu Nərgizdən o zaman Təqsirləndirilən şəxs3 almışdır. Son nəticədə isə o zaman onun özü tanımadığı Təqsirləndirilən şəxs2 isə həmin pulları Təqsirləndirilən şəxs3 alaraq bu işdə heç bir köməklik etməmişdir. Buna görə də onun özü məcburiyyət qarşısında qalaraq zərərçəkmiş şəxslərə vurulmuş ziyanı aradan qaldırmaq üçün Təqsirləndirilən şəxs3 köməklik etmişdir. Zərərçəkmiş şəxs1 oğlunun güya ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə kimi qəbul olunduğu barədə 2007-ci ildə və yaxud sonrakı dövrdə onun özü hər-hansı bir tələbə biletini Zərərçəkmiş şəxs1 verməmişdir. Zərərçəkmiş şəxs1 həmin saxta sənədin kim tərəfindən verildiyi barədə onun özünün heç bir məlumatı yoxdur. Onun özü heç kimə saxta tələbə bileti verməmişdir. Şahid4 adlı şəxsi tanımır və həmin şəxsin işə düzəlməsi ilə bağlı pulu Təqsirləndirilən şəxs4 almışdır. Onun özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində heç bir tanışım yoxdur və hər-hansı bir şəxsin qanunsuz yolla ali təhsil ocaqlarına qəbul edilməsi məsələsi ilə bağlı onun özü heç kimə müraciət etməmişdir. Şahid6 adlı qadınla onu Təqsirləndirilən şəxs4 tanış etmişdir. Aytən Məryəmin onun rəfiqəsi olduğunu bildirmiş və ona köməklik göstərməyini ondan xahiş etmişdir. Onun özü heç kimə işə düzəltməklə bağlı köməklik göstərməmişdir və onun özünün belə bir səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs4 ilə o, Nərgiz Rüstəmxanlının vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2018-ci ilin təxminən iyun ayında Aytən ona müraciət edərək Məryəm adında tanışı olduğunu, həmin qadının qızı və gəlinini ixtisası üzrə hər hansı bir təhsil müəssisəsinə müəllimə vəzifəsinə təyin olunmalarına köməklik göstərməyini ondan xahiş etmişdir. Buna görə də o, öz tanışı olmaqla əvvəllər təhsil sahəsində işləmiş Təqsirləndirilən şəxs5 müraciət etmiş və Mətanət bu işdə köməklik edə biləcəyini ona demişdir. Mətanət həmin məsələni 38000 manat müqabilində həll olunacağını ona demişdir. Lakin, bu işi kimin vasitəsi ilə həl edəcəyni ona bildirməmişdir. Bundan sonrakı dövrdə, yəni 2018-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs4 hissə-hissə olmaqla Məryəmdən cəmi 38000 manat alaraq ona vermiş, onun özü isə həmin pulu tam olaraq Mətanətə vermişdir. Sonradan Mətanət həmin məsələnin düzəlmədiyini bildirmiş və onlar Məryəmdən aldıqları pulu tam olaraq geri qaytarmışlar. Bir daha bildirir ki, Şahid8 və Şahid7 adlı şəxslərlə onun özünün heç bir əlaqəsi olmamış və həmin şəxslərin işləri ilə Təqsirləndirilən şəxs4 özü məşğul olmuşdur. Şahid2 və Şahid1 adlı şəxslərin övladlarının Tibb Universitetinə qəbul etrilməsi məsələsi ilə bağlı ona tanışı Nərgiz Rüstəmxanlı müraciət etmişdir. Həmi məsələ ilə bağlı Nərgiz bir neçə dəfə ona müraciət etmiş, lakin o, belə bir bir imkanı olmadığını ona bildirmişdir. Növbəti dəfə, yəni 2018-ci ilin avqust ayının ortalarında öz yaxın dostu olan Təqsirləndirilən şəxs3la birlikdə yemək yedikləri zaman, Nərgiz Rüstəmxanlı yenə ona zəng edərək yaxın tanışlarının övladlarına Tibb universitetinə qəbul olunmaları ilə barlı köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt o, öz yanında olan Təqsirləndirilən şəxs3 bu barədə demiş, sonuncu bu işdə köməklik göstərə biləcəyini bildirdikdən sonra o, telefonu Təqsirləndirilən şəxs3 vermiş və bütün söhbətləri Təqsirləndirilən şəxs3la Nərgiz Rüstəmxanlı öz aralarında danışıb razılaşmışlar. Yuxarıda göstərdiyi kimi bununla bağlı onun iştirakı ilə Nərgiz Rüstəmxanlı iki dəfəyə olmaqla Təqsirləndirilən şəxs3 cəmi 140000 manat pul vermişdir. Onun özü həmin məsələ ilə bağlı özünə pul götürməmişdir. Bir daha bildirir ki, onun özü köməklik göstərmək istəydiyi şəxslərdən hər hansı bir məbləğdə pul almamışdır. Sonradan Təqsirləndirilən şəxs3 deməsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 Nərgiz Rüstəmxanlıdan aldığı 140000 manat pulu tam olaraq Təqsirləndirilən şəxs2 vermişdir. Lakin, onun özü həmin pulun Təqsirləndirilən şəxs2 verilməsində iştirak etməmişdir. 2018-ci ildə onun özünün istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, Təqsirləndirilən şəxs3, Nərgiz Rüstəmxanlı və digər tanışları ilə həmin telefon nömrəsindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Onun özü əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə 2018-ci ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hökmünə əsasən o, Aəzrbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç min manat cərimə cəzasına məhkum edilmiş və o zaman həmin cəriməni tam ödəmişdir. Bundan sonrakı dövrdə cinayət məsuliyyətinə cəlb olunmamışdır. Törətdiyi əmələ görə peşmandır. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənildiyini, himayəsində iki azyaşlı övladının olmasını, müharibə veteranı olmasını və ailə vəziyyətini nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, onun özü 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1976-cı ildə müdafiə edib fizikariyaziyyat elmləri namizədi elmi dərəcə almışdır. Təqsirləndirilən şəxslər Adil Cəfərov və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır və onlarla həmişə yaxşı münasibətlərdə olmuşdur. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirir ki, X22 Poliklinikasının baş həkimi kimi tanıyır, sonuncu ilə tanışı Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 ona tanışı Nərgiz həkimin ona müraciət edərək sonuncunun tanışları olan Şahid1 və Şahid2 adlı şəxslərin övladlarının Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəsələr də, başqa universitetə qəbul olduqlarını və onların Tibb Universitetinə qəbul olmaları üçün köməklik göstərməsini ondan xahiş etdiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan bu işdə köməklik etmək imkanının olub-olmamasını ondan soruşduqda o, bu işdə köməklik edə biləcəyini demişdir. Dəqiq tarix yadında deyil, o zaman X78 Cəfərov ilə mobil telefonda danışan zaman onun özü Nərgiz ilə telefonda danışaraq həmin məsələni həll edə biləcəyini ona demişdir. Nərgiz Rüstəmxanlının deməsindən ona məlum olmuşdur ki, həmin abuturiyentlər qəbul imtahanlarında iştirak etmiş, lakin istədikləri yerə qəbul ola bilməmişlər. Belə ki, Şahid1 oğlu Fəxri Allahverdiyev qəbul imtahanlarında iştirak edərək Bakı Dövlət Universitetinin kimya fakültəsinə, Şahid2 oğlu Pərviz isə Sumqayıt Dövlət Universitetinin psixologiya fakültələrinə qəbul olunmuşlar və həmin şəxslər ikinci mərhələdə Tibb Universitetinə qəbul olmaq istəyirlər. Onun tanışı olan Təqsirləndirilən şəxs2 uzun müddət ali təhsil ocaqlarında çalışdığı və geniş əlaqələri olduğuna görə o, həmin məsələni Təqsirləndirilən şəxs2 köməkliyi ilə həll edəcəyini düşünmüşdür. Buna görə də o, bu barədə Təqsirləndirilən şəxs1 geniş məlumat verməyərək, X73 yaxın tanışının olduğunu və həmin abuturiyentlərin ikinci mərhələdən qəbul olmaları üçün onların hər birindən 70000 manat pul alınacağını və onları Azərbaycan Tibb Universitetinə qəbul etdirə biləcəyini Təqsirləndirilən şəxs1 demişdir. Təqsirləndirilən şəxs1 isə bu barədə Nərgiz Rüstəmxanlıya bildirmişdir. Nərgiz Rüstəmxanlı isə özü həmin abituriyentlərin valideynləri ilə görüşərək onların razılığını almışdır. Bundan az sonra, yəni 2018-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs1 Nərgiz Rüstəmxanlıdan əvvəlcə 70000 manat pul alaraq ona vermiş, daha sonra isə onlar birlikdə Nərgiz Rüstəmxanlının yanına getmiş və sonuncu əlavə olaraq 70000 manat pulu da Aydının iştirakı ilə ona vermişdir. Həmin puldan Təqsirləndirilən şəxs1 və yaxud onun özü hər hansı bir məbləğdə pulu özlərinə götürməmişlər. Həmin pulu aldıqdan sonra o, bu barədə öz tanışı Təqsirləndirilən şəxs2 demiş və sonuncu Fəxri və Pərvizi ikinci mərhələdən Tibb Universitetinə qəbul etdirəcəyini ona demişdir. Buna görə də Nərgizdən aldıqları cəmi 140000 manat pulu 2018-ci ilin avqust ayında şəxsən onun özü Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən evində sonuncuya vermişdir. Bundan sonrakı dövrdə Fəxri və Pərvizin ikinci mərhələdən qəbul olunması məsələsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 bu uşaqların valideynləri ilə əlaqə saxlamış, işin gah bugün, gah da sabah düzələcəyini demişdir. Bir müddət sonra X37 Naxçıvan Dövlət Universitetinin stomatologiya fakültəsinə qəbul etdirəcəyini bildirmiş, Mehman müxtəlif yalançı bəhanələr gətirərək Pərvizin səhvən Naxçıvan MR-na göndərildiyini, əslində onun Tibb Universitetinə qəbul olunduğunu bildirmişdir. Bundan sonra Aydınla birlikdə Bakı Dövlət Universitetinin yanında Mehmanla görüşərək iradlarını bildirdikdə, Mehman Şahid1 və Şahid2la danışaraq səhəri gün Azərbaycan Dövlət Tibb Universitetinə gedərək uşaqların qeydiyyatdan keçmələrini bildirmişdir. Sonradan Mehmanın yalan vəd verdiyinə əmin olaraq pulu geri qaytarmaq qərarına gəlmişlər. 10 oktyabr 2018-ci il tarixdə 50.000 manat və 11 oktyabr 2018-ci il tarixdə isə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1la birlikdə Heydər Əliyev adına sarayın yaxınlığında yerləşən İnnab kafesində X11 qızına qaytarılmışdır. Son olaraq göstərdi ki, törətdiyi əmələ görə peşmandır. Yaşlı adam olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, uzun müddət pedaqoji fəaliyyətlə məşöul olmaqla elm adamı olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1991-ci ildə X121 Universtetinin filologiya fakültəsini bitirmiş, ixtisasca filoloqdur, 1998-ci ildə müdafiə edib filologiya elmlər namizədi, 2010-cu ildə isə filologiya elmlər doktoru elmi dərəcəsi almışdır. Əvvələr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitietinin Quba filialında müəllim işləmiş, sonra isə X38 filialında müəllim kimi çalışmış, həmin institut bağlanandan sonra heç yerdə işləməmişdir. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyən Təqsirləndirilən şəxs3 təxminən on ildən artıqdır ki, tanıyır, aralarında normal yoldaşlıq münasibəti vardır. Təqsirləndirilən şəxs3 fizikariyaziyyat müəllimidir. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirir ki, iş üzrə keçən zərərsəkmiş şəxslərə öz fəaliyyəti ilə bağlı onun özünün yalnız köməklik məqsədi olmuşdur. Belə kİ. 2005-ci ildə Beynəlxalq Elm Təhsil və Mədəniyyət əlaqələri asosiyasıyası təsis edilib, Ədliyyə Nazirliyində qeydiyyatda alınmışdır. Onun özü həmin asosiyasıya sədr seçilmişdir. Asosiyasiyanın məqsədi Azərbycan Respublikasında xarici dövlətlərdə vətəndaşların təhsil almasına köməklik göstərmək, yardım etmək Nizamnamədə göstərilmişdir. Hətta təhsis müəssisəsi təsis etmək, açmaq slahiyyəti verilmişdir. Qanunvericiliyə uyğun bank hesabı və möhürümüz vardır. Asosiyasiyanın 28 elmlər doktoru, iki akademik üzvü vardır. Ali məktəbə qəbulla bağlı Təqsirləndirilən şəxs3 mənə bildirdi ki, Şahid1 və Şahid2 övladlarını Tibb Universitetinə qəbul olunmasını istəyirlər. Mən isə Rusiya Federasiyasının Tibb Univerditetinə qəbul etdirib, sonra Təhsil qanununa uyğun köçürülməsinə köməklik edərəm. Rusiya Federasiyasında xarici vətəndaşlar qəbul imtahanı vermədən yalnız təhsil haqqı ödəməklə Ali məktəbin tələbə sıralarına daxil olurlar. Bildirmək istəyir ki, Təqsirləndirilən şəxs3 Şahid1 və Şahid2 övladlarının Tibb Universitetinə qəbulla bağlı heç bir məbləğdə pul almamışdır. Lakin, ona qarşı ittiham irəli sürülmüşdür ki, o, həmin şəxslərin vətəndaşların övladlarını Tibb Universitetinə qəbulla bağlı Vaqif Şadlinskiyə müraciət etmişəm. Mobil telefonla bağlı ***-***-**-** telefon mənə məxsus deyil, ev alqı-satqısı ilə bağlı məndə olub müxtəlif vaxtlarda, istifadə etmişdir. Zərərçəkmiş şəxs2 ilə bağlı 2011-ci ilin avqust ayında X67 mənə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qızı X108 Ali məktəblərinin birində təhsil almaq istəyir. Onun məqsədi Beynəlxalq Elm Təhsil və Mədəniyyət Əlaqələri Asosiyasiyasının xətti ilə xarici dövlətlərdə təhsil almasına kömək etmək olub. Sonradan Vaqif, valideyininin istəmədiyini bildirmiş, öz aramızda pul verməsinin nə ədər olması haqqında əməl yoxdur. Onun özü heç kimə heç vaxt diplom verməmişdir. Həmin işlə bağlı Vaqif Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il trixli hökmü ilə məhkum olunmuş və ona iki il sınaq müddəti cəza almışdır. Zərərçəkmiş şəxs2 məhkəmə istintsqı vaxtı ona dəymiş ziyanın hamısının Vaqif tərəfindən ödənilməsi və barışması barədə yazılı ərizə vermişdir. Onun özü Rəhimov Vaqifdən və ya başqasından heç bir məbləğdə pul almamışdır. Gənədlərin əldə edilməsi həmin şəxslərin öz arasında baş vermişdir və belə hesab edir ki, həmin məsəlnin onun özünə aidiyyatı yoxdur. Zərərçəkmiş şəxs3 barəsində bildirir ki, 2012ci ilin avqust ayında Quluyev Saqif mənə Zərərçəkmiş şəxs3 qızı Surəni Rusiya Federasiyasında Ali məktəbə qəbul olması barədə demişdir. Mən də Beynəlxalq Elm Təhsil və Mədəniyyət əlaqələri Asosiyasıyasının xətti ilə göndərməyə razılıq vermişdir. Sonra Saqif fikrini dəyişdi. 2012-ci ildə mənim dostum Həsənov Yunis ilə Saqif mənim xəbərim olmadan öz aralarında Balayeva Surəni Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə xarici dövlətdən köçürülməsinə Həsənov Yunis söz verib. Saqif Quluyevdən 19000 manat pul almışdır. Onun özü həmin pulun verilməsində iştirak etməmişdir. X109 Ağcabədi rayonundan ona zəng vurdu və dedi ki, bir tələbə var, xaricdən köçürmə ilə qəbul olub, onu apar BDU-da dərsə çıxsın. Həmin vaxt dəqiq xatırlamıram, təxminən dərslə başlamışdır. O isə o zaman Surə Balayevanı qarşılayıb BDU-nun tədris hissəsinə aparmış və orada tanımadığım işçilər olmaqla o, Surənin köçürmə ilə xarici ölkədən gəldiyini demiş, həmin işçilər Surənin əmrini axtarmağa başlamışlar. Həmin vaxt onun özü otaqdan çıxmış və belə əmrin olub-olmaması barədə xəbərim yoxdur. X79 görüşəndə, Surə Balayevanın işinin alınmadığını demiş və X122 ilə bağlı 19000 manatın hamısını qaytardığını demişdi. Yunisin Saqifə heç bir borcu yox idi. Saqif Zərərçəkmiş şəxs3 35000 manat pul almışdır. Yunis müəllimə 19000 manat vermişdir. Onun özü Saqifdən Zərərçəkmiş şəxs3 qızı Surə ilə bağlı heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs4 ilə bağlı bildirmək istəyir ki, onu mən Quba rayonunda Ali məktəbdə prorektor işləyən vaxtdan tanıyıram. 2013-cü ildə Hidayət müəllimin oğlu X123 Dövlət Sosial Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsinə 6000 manat təhsil haqqı ödənilmişdir. MDSU-nin illik təhsil haqqı 2400 dollardır, qiyabi şöbənin təhsil müddəti beş illikdir. Həmin 6000 manat 7200 dollar ödənilmişdir Rusiya Dövlətində. Xarici vətəndaş təhsil haqqını dollarla ödəyir. Bundan başqa Hidayət mənə 2018-ci ilin yayında Azərpoçt vasitəsilə 1000 manat pul göndərmişdir. Elə həmin vaxtlarda 8000 manat təhsil haqqı üçün pul vermişdir. Həmin pulu dollara çevirib həmin vaxt Moskvaya təhsil haqqı üçün 4800 dolları Azərpoçt vasitəsilə yaxın dostuna göndərmişdir, yəni iki illik təhsil haqqı üçün. Bildirmək istəyir ki, Azərpoçtun H.Cavid prospektində yerləşən filialı ilə və Mərkəzi Azərpoçtla göndərmişəm, qəbzləri də var. Əliyev Eldar ali məktəbi bitirib, dövlət imtahanı verib 2018-ci ildə. Bildirmək istəyir ki, onun özü Zərərçəkmiş şəxs4 aldığı 9000 manat təhsil haqqı ödənilmişdir və qəbzlər var. Təhsil haqqının gecikməsinə səbəb isə onun dostunun ailə vəziyyəti ilə bağlı Moskvada olmaması olmuşdur. İş üzrə istintaq zamanı verdiyi ifadələri, yəni 2018-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs3 onunla Bakı şəhəri Yasamal rayonu Milli Elmlər Akademiyasının bağında görüşərək ona bildirmiş ki, Azərbaycan Tibb Universitetinə qəbul olunmaq istəyən iki nəfər şəxs var, bu iєin həll olunmasg ğzğn 120.000 manat verirlər, həll etsələr əlavə hər ikisinə təxminən 30.000 manat pul qalacaqdır. Elə həmin ərəfədə, 2018-ci ilin sentyabr ayında Adillə görüşərək Fəxri və Pərviz adlı şəxslərin Tibb Universitetinə qəbul etdirmək adı ilə Adildən 120.000 manat pul almışdır. Həmin vaxt Adil ona bu işi Yazıçılar Poliklinikasının baş həkimi X12 həll etdirmək istədiyini demişdir. Bundan sonra o, maraqlanmış, abituriyent jurnallarına baxmış və məlum olmuşdur ki, Azərbaycan Tibb Universitetində boş yer qalmayıb, tələbə qəbul etdirmək mümkün deyildir. Sonra Adilə də bu barədə məlumat verərək Moskva Tibb Universitetinə qəbul etdirmək mümkün olduğunu demişdir. Bir müddət sonra Adil onu Bakı Dövlət Universitetinin müəllimi kimi adını eşitdiyi Təqsirləndirilən şəxs1la tanış etmiş, birlikdə həmin universitetin yanındakı bir kafedə oturub çay içib bu məsələ ilə bağlı söhbət açarkən Aydın bu işin ləngiməsinə görə Nərgiz Rüstəmxanlının çox narazılıq etdiyini demişdir. Bir müddət sonra Adil ona təklif etmişdir ki, Tibb Universitetinə qəbul olunmaq istəyən həmin uşağın atası olan şəxslə danışaraq narahat olmamasını, uşağının ali məktəbə qəbul məsələsinin tez həll olunacağını bildirsin. O, da həmin günlərdə uşağın valideyni Vidadi adlı şəxsə zəng vurmuşdur. Öz həqiqi adını bildirməyərək özünü Rövşən kimi təqdim edərək narahat olmamasını, uşağın Tibb Universitetinə qəbul məsələsinin tezliklə həll olunacağını, sadəcə bir az gözləməsini, məsələnin tam həll olunmaq üzrə olmasını bildirmişdir. Bu qayda ilə həmin valideynlə bir neçə dəfə danışıb gözləməsini bildirmişdir. Tibb Universitetinin müəllimi Vaqif Şadlınskiyə bu barədə bildirmiş, lakin sonuncu da mümkün olan məsələ olmadığını demişdir. Bundan sonra Vidadi onun barəsində Daxili işlər nazirliyinə şikayət etmiş, nəticədə 72560 manatı geri qaytarmışdır. Nərgiz Rüstəmxanlı ilə heç bir danışığı, görüşü və sövdələşməsi olmamış, Vidadi ilə telefonla danışarkən çaşaraq özünü Rövşən adı ilə təqdim etmiş, belə ki, onu həm də Rövşən adı ilə çağırırlar. Özünü Vidadiyə hər hansı vəzifə sahibi, yaxud hər hansı təşkilatın işçisi kimi təqdim etməmişdir. Tanışı Zərərçəkmiş şəxs4 oğlu Eldarı Rusiya Federasiyasında yerləşən Moskva dövlət sosial universitetin hüquq fakültəsində təhsil almaq üçün təhsil haqqı adı ilə Hidayətdən ümumilikdə 15000 manat almışdır. Həqiqətən də Eldarı həmin universitetə qəbul etdirmək istəmiş, lakin bu alınmamış, aldığı 15000 manatı xatırlamadığı istiqamətlərə sərf etmişdir. X42 2011-ci ildə ümumi tanışları X135 vasitəsi ilə tanımışdır. Vaqiflə münasibətləri yaxşı olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2011-ci ilin sonlarında Vaqif ona müraciət edərək tanışı Zərərçəkmiş şəxs2 qızı X110 ali məktəblərinin hər hansı birinə qəbul etdirmək lazım olduğunu demişdir. Söhbət zamanı X135 da iştirak etmiş və sonuncu bildirmişdir ki, X110 Ali məktəblərinin birinə düzəldə bildiyi halda sonradan onu köçürmə qaydada Azərbaycan Ali məktəblərinin birinə keçirəcəkdir. Həmin vaxt X81 Respublikasının Dərbənd şəhərində ali məktəblərin birinə düzəldəcəyinə söz vermişdir. X140 Əliyevanın işini düzəldəcəyi halda ona 1.000 manat pul verəcəyini demişdir. Bundan sonra həmin ərəfələrdə Vaqif onu Zərərçəkmiş şəxs2lə görüşdürmüş, lakin sonuncu Nigarın xaricdə ali təhsil almasına razı olmamışdır. Bununla bağlı bir neçə dəfə Zərərçəkmiş şəxs2lə görüşərək qızının Azərbaycan Ali məktəblərinin birinə düzəltmək mümkün olmadığını demişdir. Vaqif Rəhimov ona Nigar Əliyevanın instituta düzəlmək üçün heç bir məbləğdə pul verməmiş, X52 adına Azərbaycan X38 fililanı bitirməsi barədə 2012-ci il tarixli B 229974 № Bakalavr doplomu və həmin diploma əlavədən ümumiyyətlə xəbəri yoxdur. Saqif Quliyevi 2008-ci ildən tanıyır, 2012-ci ilin yay aylarında Saqif ona müraciət edərək bildirmişdir ki, tanışının uşağı ali təhsil müəssisələrinə qəbul imtahanlarında kəsilmiş və həmin uşağın Rusiya Federasiyasında yerləşən ali təhsil müəssisələrindən birinə qəbul etdirməyini xahiş etmiş, lakin bu işlə özü məşğul olmamış və hər hansı bir məbləğdə pul almamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etmir, bildirir ki, məhkəmə iclasında verdiyi ifadəsi tam olaraq həqiqət olmaqla barəsində olan cinayət işinə baxılarkən məhz hazırda verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edir. Son olaraq göstərdi ki, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən vermiş olduğu ifadələri arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən vermiş olduğu ifadələrindən görünür ki, o, ibtidai istintaq zamanı müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 1991-ci ildə X121 Universtetinin filologiya fakültəsini bitirmiş, ixtisasca filoloqdur, 1998-ci ildə müdafiə edib filologiya elmlər namizədi, 2010-cu ildə isə filologiya elmlər doktoru elmi dərəcəsi almışdır. Əvvələr Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitietinin Quba filialında müəllim işləmiş, sonra isə X38 filialında müəllim kimi çalışmış, həmin institut bağlanandan sonra heç yerdə işləməmişdir. 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178-ci maddəsi ilə dələduzluq ittihamı ilə məhkum olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyən Təqsirləndirilən şəxs3 təxminən 10 ildən artıqdır ki, tanıyır, aralarında normal yoldaşlıq münasibəti vardır. Təqsirləndirilən şəxs3 fizika-riyaziyyat müəllimidir. 2018-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs3 onunla Bakı şəhəri Yasamal rayonu Milli Elmlər Akademiyasının bağında görüşərək ona bildirmiş ki, Azərbaycan Tibb Universitetinə qəbul olunmaq istəyən iki nəfər şəxs var, bu işin həll olunması üçün 120.000 manat verirlər, həll etsələr əlavə hər ikisinə təxminən 30.000 manat pul qalacaqdır. Elə həmin ərəfədə, 2018-ci ilin sentyabr ayında Adillə görüşərək Fəxri və Pərviz adlı şəxslərin Tibb Universitetinə qəbul etdirmək adı ilə Adildən 120.000 manat pul almışdır. Həmin vaxt Adil ona bu işi Yazıçılar Poliklinikasının baş həkimi X12 həll etdirmək istədiyini demişdir. Bundan sonra o, maraqlanmış, abituriyent jurnallarına baxmış və məlum olmuşdur ki, Azərbaycan Tibb Universitetində boş yer qalmayıb, tələbə qəbul etdirmək mümkün deyildir. Sonra Adilə də bu barədə məlumat verərək Moskva Tibb Universitetinə qəbul etdirmək mümkün olduğunu demişdir. Bir müddət sonra Adil onu Bakı Dövlət Universitetinin müəllimi kimi adını eşitdiyi Təqsirləndirilən şəxs1la tanış etmiş, birlikdə həmin universitetin yanındakı bir kafedə oturub çay içib bu məsələ ilə bağlı söhbət açarkən Aydın bu işin ləngiməsinə görə Nərgiz Rüstəmxanlının çox narazılıq etdiyini demişdir. Bir müddət sonra Adil ona təklif etmişdir ki, Tibb Universitetinə qəbul olunmaq istəyən həmin uşağın atası olan şəxslə danışaraq narahat olmamasını, uşağının ali məktəbə qəbul məsələsinin tez həll olunacağını bildirsin. O, da həmin günlərdə uşağın valideyni Vidadi adlı şəxsə zəng vurmuşdur. Öz həqiqi adını bildirməyərək özünü Rövşən kimi təqdim edərək narahat olmamasını, uşağın Tibb Universitetinə qəbul məsələsinin tezliklə həll olunacağını, sadəcə bir az gözləməsini, məsələnin tam həll olunmaq üzrə olmasını bildirmişdir. Bu qayda ilə həmin valideynlə bir neçə dəfə danışıb gözləməsini bildirmişdir. Tibb Universitetinin müəllimi Vaqif Şadlınskiyə bu barədə bildirmiş, lakin sonuncu da mümkün olan məsələ olmadığını demişdir. Bundan sonra Vidadi onun barəsində Daxili işlər nazirliyinə şikayət emiş, nəticədə 72.560 manatı geri qaytarmışdır. Nərgiz Rüstəmxanlı ilə heç bir danışığı, görüşü və sövdələşməsi olmamış, Vidadi ilə telefonla danışarkən çaşaraq özünü Rövşən adı ilə təqdim etmiş, belə ki, onu həm də Rövşən adı ilə çağırırlar. Özünü Vidadiyə hər hansı vəzifə sahibi, yaxud hər hansı təşkilatın işçisi kimi təqdim etməmişdir. Tanışı Zərərçəkmiş şəxs4 oğlu Eldarı Rusiya Federasiyasında yerləşən Moskva dövlət sosial universitetin hüquq fakultəsində təhsil almaq üçün təhsil haqqı adı ilə Hidayətdən ümumilikdə 15.000 manat almışdır. Həqiqətən də Eldarı həmin universitetə qəbul etdirmək istəmiş, lakin bu alınmamış, aldığı 15.000 manatı xatırlamadığı istiqamətlərə sərf etmişdir. X42 2011-ci ildə ümumi tanışları X135 vasitəsi ilə tanımışdır. Vaqiflə münasibətləri yaxşı olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2011-ci ilin sonlarında Vaqif ona müraciət edərək tanışı Zərərçəkmiş şəxs2 qızı X110 ali məktəblərinin hər hansı birinə qəbul etdirmək lazım olduğunu demişdir. Söhbət zamanı X135 da iştirak etmiş və sonuncu bildirmişdir ki, X110 Ali məktəblərinin birinə düzəldə bildiyi halda sonradan onu köçürmə qaydada Azərbaycan Ali məktəblərinin birinə keçirəcəkdir. Həmin vaxt X81 Respublikasının Dərbənd şəhərində ali məktəblərin birinə düzəldəcəyinə söz vermişdir. X140 Əliyevanın işini düzəldəcəyi halda ona 1.000 manat pul verəcəyini demişdir. Bundan sonra həmin ərəfələrdə Vaqif onu Zərərçəkmiş şəxs2lə görüşdürmüş, lakin sonuncu Nigarın xaricdə ali təhsil almasına razı olmamışdır. Bununla bağlı bir neçə dəfə Zərərçəkmiş şəxs2lə görüşərək qızının Azərbaycan Ali məktəblərinin birinə düzəltmək mümkün olmadığını demişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Vaqif Rəhimov ona Nigar Əliyevanın instituta düzəlmək üçün heç bir məbləğdə pul verməmiş, X52 adına Azərbaycan X38 fililanı bitirməsi barədə 2012-ci il tarixli B 229974 № Bakalavr doplomu və həmin diploma əlavədən ümumiyyətlə xəbəri yoxdur. Saqif Quliyevi 2008-ci ildən tanıyır, 2012-ci ilin yay aylarında Saqif ona müraciət edərək bildirmişdir ki, tanışının uşağı ali təhsil müəssisələrinə qəbul imtahanlarında kəsilmiş və həmin uşağın Rusiya Federasiyasında yerləşən ali təhsil müəssisələrindən birinə qəbul etdirməyini xahiş etmiş, lakin bu işlə özü məşğul olmamış və hər hansı bir məbləğdə pul almamışdır (cild 01, iş vər. 192-196, cild 2, iş vər. 201-208, cild 5, iş vər. 244-250) Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, Binəqədi rayonu ərazisində yerləşən, Məlikov adına 6 saylı birləşmiş xəstəxanada həkim laborant işləyir. Bundan əlavə özəl kilinika MB Lazure xəstəxanasında da işləmiş, lakin 2018-ci ilin sentyabr ayında həmin işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 iş həmkarı Nərgiz Cəfərova-Rüstəmxanlı vasitəsilə tanımış, sonuncu Yazıçılar poliklinikasının baş həkimi olmaqla, onu həmkar kimi uzun illərdir tanımış, mütəmadi olaraq əlaqə saxlayaraq bir-birilərinə xəstə göndərirmişlər. Dəqiq xatırlamadığı tarixdə Nərgiz ona bildirmişdir ki, təhsil sahəsində tanışı var və kimsə təhsil müəssisələrinə müəllim vəzifəsinə və ya hər hansı bir şəxs təhsil müəssisələrinə tələbə kimi qəbul olmaq istəsə müəyyən pul müqabilində tanışı vasitəsi ilə məsələni təmin etmək mümkündür. Yanına tanışını müalicə olunmaq üçün gətirən Şahid4 ilə arasında xoş münasibətlər yaranmış və sonuncu söhbət zamanı Naxçıvandan Bakıya köçdüyünü, ixtisasca müəllim olmasını və Bakıda evinə yaxın Nizami rayonu ərazisində olan məktəblərdən birinə riyaziyyət müəlliməsi düzəlmək istədiyini bildirmişdir. O, da bu barədə Nərgizə demiş, sonuncu da bunu Təqsirləndirilən şəxs1 vasitəsi ilə həll edə biləcəyini demişdir. X134 danışdığını və Nizami rayonunda olan məktəblərdən birinə 8000 manat müqabilində müəllimə vəzifəsinə qəbul etdirə biləcəyini bildirmişdir. Bundan sonra, 2018-ci ilin mart ayında Günellə Yazıçılar poliklinikasının qarşısında görüşərək 8000 manatı alıb Nərgizə vermişdir. Eyni qayda ilə Şahid3 adlı şəxs də ona müraciət edərək bacısını kolleclərdən birinə tələbə kimi qəbul etdirmək istədiyini bildirmiş, bunu Nərgizə dedikdə, sonuncu Təqsirləndirilən şəxs1 müraciət etmiş və 8000 manat müqabilində Elşənin bacısını hər hansı bir kollecə qəbul etdirə biləcəyini demişdir. Bundan sonra 2018-ci ilin aprel ayının ortalarında Elşənlə yenə də yazıçılar poliklinikasının qarşısında görüşərək 8000 manatı alaraq Nərgizə vermişdir. Onda olan məlumata görə Nərgiz də həmin iki şəxslərdən alınan ümumilikdə 16000 manatı Aydına vermişdir. Lakin bir müddət keçdikdən sonra görünəndə ki, iş uzanır, alınmır Nərgizə öz iradını bildirmiş və pulu geri tələb etmişdir. Nərgiz geri alınmasında çətinlik çəkdiyini bildirmiş və Aydını görüşə dəvət etmişdir. 2018-ci ilin iyun ayının əvvəllərində ilk dəfə Aydınla Nərgizin iş otağında tanış olmuşdur. Həmin görüşdə Nərgiz Aydınnan pulu tələb etmiş, sonuncu da pulun qaytarılmasına söz vermiş, bir müddət sonra, Aydın pulu Nərgizə qaytarmiş, o, da pulu alaraq 8000 manat Günelə, 8000 manat da Elşənə qaytarmışdır. Aydın həmin görüşdə ona təhsil sistemində işlədiyini bildirərək təhsil sahəsinə müəllim düzəlmək istəyən, həmçinin təhsil müəssisələrinə təhsil alamaq üçün qəbul olmaq istəyən şəxslər olanda pul müqabilində həll edə biləcəyini demişdir. Bir müddət sonra, 2018-ci ilin iyul ayının ortalarında pasienti Aida xanım ona zəng vuraraq Şahid6 adlı qadının yaxınlarına təhsillə bağlı köməklik etməyini xahiş etmiş, 2018-ci ilin iyul ayında MB Lazure klinikasında Məryəmlə görüşmüş, sonuncu da qızı X60 rayonu ərazisində yerləşən Fizika riyaziyat təmayüllü liseyə ədəbiyyat müəlliməsi işinə qəbul etdirmək istədiyini demişdir. O, da Aydına müraciət edərək bunu bildirdikdə, sonuncu 18000 manat müqabilində həll edə biləcəyini demişdir. Təqribən 10 gün sonra Məryəmlə MB Lazure klinikasında görüşərək 18000 manatı almış və həmin gün Bakı şəhərində Aydınla görüşərək 18000 manatı tam olaraq sonuncuya vermişdir. Təqribən bir ay sonra Məryəm yenə onunla görüşərək gəlini X93 rayonunda yerləşən Humanitar liseyə ədəbiyyat müəlliməsi qəbul etdirmək istədiyini bildirmiş, o, da, yenə Aydınla əlaqə saxlamış, sonuncu da 20000 manat müqabilində bu məsələni həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Fəvvarələr meydanında Məryəmlə görüşüb 20000 manatı almış və həmin gün də Aydınla görüşərək sonuncuya vermişdir. Aydın işin düzəldiyi təqdirdə ona təxminən ümumilikdə 1000 manat pul verəcəyini demişdir. Bir müddət sonra Məryəm xanım işlə maraqlandıqda Aydın tədris ili başlayana qədər işin həll olunacağını bildirmişdir. Lakin tədris ili başladıqda iş həllini tapmamış və Məryəm pulunu tələb etməyə başlamışdır. Məryəm pulu ondan tələb etmiş, o, da Aydından tələb etdikdə, sonuncu isə təkidlə işin düzələcəyini bildirmişdir. Daha sonra isə Aydın pulu verdiyi adamdan geri ala bilmədiyini vurğulamışdır. Lakin oktyabr ayının əvvəllərindən başlayaraq Aydının qohumları hissəvi olaraq 38000 manatı tam şəkildə ona qaytarmışlar, o, da, öz növbəsində pulu tam olaraq geri qaytarmışdır. Bundan əlavə Quba rayonunda Şahid7 ilə tanış olmuş, sonuncu Bakı şəhərində 20 nömrəli məktəbə müəllimə düzəlmək istədiyini bildirmiş, o, da, yenə Aydına müraciət etmiş, sonuncu isə 22000 manat müqabilində bunu həll edəcəyini demişdir. Bundan sonra 2018-ci ilin avqust ayında Rövşanə ilə Bakı şəhərində görüşərək 22000 manatı almış və həmin gün pulu tam olaraq Aydına vermişdir. Lakin Rövşanənin işi də alınmamış, sonradan pul geri qaytarılmışdır. Bundan əlavə 2018-ci ilin iyul ayında, tanışı Şəhla adlı xanım da ona müraciət edərək bildirmiş ki, tanışı Rəşad adlı şəxsi Bakı Dövlət Universtetinin Biologiya fakultəsindən X23 tibb fakultəsinə köçürmək lazımdır. O, da Aydınla maraqlandıqda, sonuncu 40.000 manata mümkün olduğunu, lakin tam dəqiqliyini işin gedişatında deyə biləcəyini bildirmişdir. Şəhla xanım ilkin olaraq 30000 manat verəcəyini demişdir. Bundan sonra 2018-ci ilin iyul ayında Bakı şəhərində Şəhla ilə görüşərək 30000 manatı və Rəşad adlı şəxsin sənədlərini almış və həmin gün 30000 manatı tam olaraq Aydına vermişdir. Bir müddət sonra işin uzandığını görüb Aydından pulu tələb etdikdə, sonuncu hissəvi olaraq qısa zaman ərzində 30000 manat və sənədləri qaytarmiş və o, 30000 manat pulu və sənədləri Şəhla xanıma tam olaraq qaytarmışdır. Bildirir ki, o zaman həmin şəxslərə köməklik ediləcəyini düşünsə də, belə alınmamış və son nəticədə pul vəsaitləri tam olaraq vətəndaşlara geri qaytarılmışdır. Törətdiyi əmələ görə peşmandır, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə işləməklə sonuncu dəfə Nizami rayon Təhsil şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmiş və sonradan təqaüdə çıxmışdır. Təqribən iki-üç il əvvəl Təqsirləndirilən şəxs1la tanış olmuş, buna görə də sonuncu mütəmadi olaraq ondan təhsil sahəsinə işə qəbul etdirmək barədə maraqlanmışdır. 2018-ci ilin iyun ayında rəfiqəsi Təqsirləndirilən şəxs6 ilə söhbət edərkən Aydının ona hər hansısa bir təhsil müəssisəsinə müəllimə vəzifəsinə adam düzəltmək üçün müraciət etdiyini bildirmişdir. Hökümə də cavabında tanışı olduğunu demiş, bir müddət keçdikdən sonra, təxminən 2018-ci ilin sentyabr ayının ortaları Hökümə əlaqə saxlayaraq müraciət edən şəxsin işinin düzəldə biləcəyini bildirərək bunun üçün 9.000 manat tələb olduğunu demişdir. Bundan sonra o, müraciət edən şəxsi 13.000 müqabilində müəllimə işinə qəbul etdirə biləcəyini Aydına demişdir. Təxminən bir həftə sonra Aydınla Bakı şəhərində görüşərək sonuncudan 13000 manat pulu almış, Aydın da ona Cəmalə Şəmilzadə adlı şəxsi hər hansı bir təhsil müəssisəsinə müəllimə vəzifəsinə qəbul etdirilməsini demiş, lakin konkret olaraq hansı təhsil müəssisəsinin olduğunu xatırlamır. O, da Aydından 13.000 manat götürüb, 9.000 manat pulu Höküməyə vermiє, 4000 manat isə özündə saxlamışdır. X124 baldızı Aytəni də təhsil müəssisələrindən birinə müəllimə düzəltmək istədiyini bildirmişdir. O, da həmin vaxt Aydından bu işə görə ya 19500, yada 20000 manat almişdır. Düşünmüşdür ki, Cəmalənin işi həll olunsa Aytənin də işə düzəlməsi üçün ikinci məbləğidə Höküməyə versin. Lakin qısa müddət keçdikdən sonra, Aydının qardaşı əlaqə saxlayaraq Aydının həbs edildiyini və alınan pulları sahiblərinə qaytarmaq lazım olduğunu bildirmişdir. O, da Hökümədən verdiyi 9.000 manatı alaraq, ümumilikdə Aydından aldığı 38000 manatı tam olaraq qohumları olan Hicran adlı şəxsin vasitəsi ilə geri qaytarmışdır. Son olaraq göstərdi ki, qadın olmaqla 2-ci qrup əlil olmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkən həyat yoldaşının olmasını, alınmış pulun tam olaraq sahibinə qaytarılmış olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 1998-ci ildən hazıradək Bakı şəhər İcra Hakimiyyətində işləyir, Təqsirləndirilən şəxs5 uzun llərdir ki tanıyır. 2018-ci ilin yay aylarında Mətanət zəng edərək tanışı Cəmalə Şəmilzadənin Bakı şəhərində yerləşən liseylərdən birinə Azərbaycan dili və ədəbiyyat müəlliməsi işinə qəbul etdirmək istədiyini bildirmişdir. O, da tanışı Soltan Səfərova müraciət etmişdir. Belə ki, Soltanla söhbət zamanı ona Təhsil Nazirliyində vəzifəli qohumunun işlədiyini demişdir. O, Soltana müraciət edərək pul müqabilində Cəmalənin təhsil müəssisəsinə müəllimə işinə qəbul olmağa köməklik etməsini xahiş etmişdir. Soltan bunun qarşılığında ondan 9.000 manat pul vəsaiti istəmiş və həmin məbləğdən 500 manatı ona qazanc kimi verəcəyini demişdir. Bundan sonra Mətanətə müraciət edərək 9000 manat müqabilində qeyd olunan məsələni həll ediləcəyini bildirmişdir. Bir müddət sonra, 2018-ci ilin yayında Mətanətlə Bakı şəhərində görüşmüş və 9.000 manat pulu, X3 ilə birlikdə Mətanətdən almışdır. Həmin sənədləri və 9000 manat pulu həmin gün, Soltanla görüşərək vermiş, sonuncu da həmin məbləğdən 500 manat pulu ona vermişdir. Sonra görəndə ki, iş alınmır Sultandan 8.500 manatı alıb, özündə olan 500 manatı da əlavə edib Mətanətə qaytarmışdır. Son olaraq göstərdi ki, törətdiyi əmələ görə peşmandır. Son olaraq göstərdi ki, qadın olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, alınmış pulun tam olaraq sahibinə qaytarılmış olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları onların özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahid ifadələri, sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2007-ci may ayında həmyerli kimi tanıdığı Fərhad Qasımovla söhbət edərək oğlu Musəvinin ali məktəblərdən birinə qəbul edilməsinə köməklik etməsini xahiş etmişdir. Belə ki, həmin ərəfələrdə Fərhad Bakı Dövlət Universitetində müəllim işlədiyini bilirmiş və sonuncunun təhsil sahəsində geniş əlaqələrinin olmasını düşünmüşdür. Fərhad Musəvini ödənişli əsaslarla Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə kimi qəbul olunmasının mümkün olmasını və bunun müqabilində 6.000 manat tələb edildiyini bildirmişdir. Bundan sonra, 2007-ci ilin may ayında Fərhad Allahverdi adlı şəxsi onun yaşadığı evinə göndərərək 6.000 manatı almış, bir müddət sonra Fərhad əlavə 3.000 manat tələb olunduğunu deyərək yenə də yaşadığı evində 3.000, ümumilikdə 9.000 manatını almışdır. Bundan sonra Fərhad Musəvinin artıq tələbə kimi Azərbaycan İqtisad Universitetinin Dərbənd filalına qəbul edildiyini bildirməklə 2007-ci ilin avqust ayının sonlarında oğlunun adına həmin filialın tələbəsi olmasına dair tələbə bileti də vermişdir. Lakin sonradan 2008-ci ilin may ayında maraqlanaraq oğlunun adının tələbələrinin siyahısında olmadığını öyrənmiş və Fərhada müraciət etmiş, sonuncu da Musəvinin təhsil işini həll edə bilmədiyini demiş və bu işi müsbət həll etmək üçün onu Təqsirləndirilən şəxs1 adlı şəxslə görüşdürmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 narahat olmamağı, oğlunun təhsil alması üçün əlavə olaraq da 3.000 ABŞ dolları tələb edildiyini bildirib qısa müddətdə həll ediləcəyini vəd etmişdir. Bu söhbətlərdən sonra Fərhad Qasımov ondan aldığı 9000 manatı Aydına verəcəyini bildirib qalan 3.000 ABŞ dollarını isə qısa müddətdə verməli olduğunu demişdir. Bir neçə gündən sonra 2008-ci ilin may ayının sonlarında 3.000 ABŞ dolları topladıqdan sonra Fərhadla danışıb Təqsirləndirilən şəxs1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ofisin qarşısında görüşmüşlər. O, 3.000 ABŞ dollarını təlikdə Fərhada vermiş, sonuncu da pulu Aydına vermişdir. Aydının ofisinə gedən zaman tanışları Şahid10 və Şahid9 da yanında olmuşdular. Fəqan avtomaşında gözləmiş, o, isə Azərlə Aydının ofisinə getmişlər. Ofisdə olan zaman Təqsirləndirilən şəxs1 qara rəngli çantanın içərisindən xeyli pul əskinasları çıxarıb göstərərək Fərhaddan pulu almasını və bundan sonra Musavinin tələbə kimi qəbul edilməsi məsələsi ilə özünün məşğul olacağını vəd etmişdir. O, da Aydına inandığından sağollaşaraq ayrılmışdır. Lakin bundan sonrakı 1 il ərzində oğlunun təhsil alması ilə bağlı hər hansı bir yenilik olmadığından o, 2009-cu ilin iyun ayında Aydının yanına gələrək iradını bildirdikdə, sonuncu onu arxayın edərək heç bir problem olmadığını və qısa müddətdə Musəvinin təhsillə bağlı probleminin aradan qaldırılacağını bildirmişdir. Lakin Aydın oğlunun işini həll etməmiş, o, da artıq aldandığını başa düşərək Aydından pulu geri tələb etdikdə, sonuncu müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındığından məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmişdir. Şikayət etdikdən sonra Fərhad 2.000 manat, Aydın isə 1.800 manat pulu geri qaytarmışlar. Məhkəməyə tərəfindən notarial qaydada bağlanmış barışıq sazişini təqdim edərək ona dəymiş ziyanın tam olaraq ödəndiyini, Təqsirləndirilən şəxs1 ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təqribən 20 il əvvəl tanımış, sonuncu həmin vaxt X38 filialında müəllim işləmişdir. Aralarında xoş münasibətlər yaranmışdır. 2014-cü ilin yay aylarında Mehmanla Bakı şəhərində görüşüb oğlu Eldarın hər hansı bir ali təhsil müəssisəsinə qəbul etdirmək istədiyini demişdir. Mehman da ona oğlunu Rusiyada Moskva dövlət sosial universitetin hüquq fakultəsinə qəbul etdirə biləcəyini demişdir. Mehman söhbəti davam etdirərək həmin universitetin tanınmış və nüfuzlu olduğu üçün təhsil haqqının da bir qədər yüksək olduğunu, 15.000 manata oğlunu həmin universitetə qəbul etdirə biləcəyini demişdir. 15.000 manat pul isə 4 illik təhsil haqqı olaraq istəmişdir. O, da təhsil haqqından əlavə hansı məbləğdə pul lazım olduğunu soruşduqda, Mehman cavabında uşağın təhsil pulunu keçirib universitetə qəbul etdirəcəyini, sonra hansı məbləğdə pul lazım olduğunu deyəcəyini bildirmişdir. O, da Mehmanla dost olduğu üçün inanıb 2014-cü ilin yay aylarında Bakı şəhərində 6.000 manat, sonra 2018-ci ilin yayında 1.000 manat poçt vasitəsi ilə və 8.000 manat isə təqribən yayın ortalarında Mehmana vermişdir. Mehmandan oğlunun hansı səbəbdən bu müddət ərzində universitetə çağırılmadığını soruşduqda hər dəfə narahat olmağa ehtiyyac olmadığını və məsələni həll olunacağına yalan vədlər vermişdir. Lakin sonradan, Mehman həbs olunandan sonra sonuncunun ona qarşı dələduzluq edərək, guya oğlunun Rusiya Federasiyasında yerləşən Moskva dövlət sosial universitetin hüquq fakultəsinə qəbul etdirib və təhsil haqqı adı ilə 15.000 manatı ələ keçirdiyini başa düşmüşdür. Bildirir ki, ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı Nigar Əliyeva 2009-2010-cu illərdə orta məktəbi bitirdikdən sonra ali məktəbə test imtahanı versədə qəbul ola bilməmişdir. 2011-ci ilin avqust ayının təxminən sonlarında işi ilə əlaqədar Ağcəbədi rayonunda olarkən tanışı mərhum X103 ilə söhbət zamanı qızı Nigarın ali məktəbə qəbul ola bilmədiyini demişdir. X89 Gəncə şəhərində yaşayan Gəncə Dövlət Universitetində Ekologiya və Təbiətin Mühafizəsi kafedrasının müdiri Vaqif Rəhimovun vasitəsi Nigarı ali məktəblərin birinə qəbul etdirə biləcəyini demişdir. Yunis müəllim telefonla Vaqiflə danışdıqdan sonra ona demişdir ki, Vaqif 20.000 manat müqabilində Nigarı X28 şəhərində Xalqlar Dostluğu Universitetinə qəbul etdirib bir ildən sonra Bakı şəhərinə Azərbaycan Dövlət Xarici Dillər Universitetinə köçürəcəkdir. 2011-ci ilin sentyabr ayının 10-u ərəfələrində 20.000 manat pul düzəldib Yunis Həsənovla birlikdə Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərində Xan bağı parkında yerləşən Yaşıl çayçı adlanan çayxanada Vaqif Rəhimovla görüşmüşlər. Vaqif 20.000 manat müqabilində Nigarı əvvəlcə Rusiya Fedarasiyasında olan X94 Universitetinə qəbul etdirəcəyini, bir il təhsil aldıqdan sonra Bakı şəhərinə Azərbaycan Dövlət Xarici Dillər Universitetinə köçürmə yolu ilə dəyişərək təhsilini orada davam etdirəcəyini bildirmişdir. Vaqif həmçinin ona bildirmişdir ki, bütün bu məsələlər qanun çərçivəsində həll olunacaq, 20.000 manat pulu yalnız qəbul, dəyişməyə, eyni zaman təhsil haqqı, yol və yataqxana üçün dövlət rüsumlarına keçirdəcəkdir. Vaqifin sözlərinə inandığı üçün 20.000 manat pulu Vaqif Rəhimova vermişdir. Vaqif Rəhimov pulu sayaraq cibinə qoyub sağollaşıb ayrılmışdır. Bundan iki ay keçdikdən sonra Vaqifdən işin gedişatı barədə soruşduqda sonuncu bu işlə Təqsirləndirilən şəxs2 adlı şəxsin məşğul olduğunu deyərək telefon nömrəsini verib əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o, həmin ərəfələrdə Təqsirləndirilən şəxs2 zəng edərək Bakı şəhəri Xarici dillər universitetinin qarşısında görüşmüşlər. Söhbət zamanı Mehman ona bildirmişdir ki, Vaqifin bütün işlərini özü həll edir, qızı Nigarın əvvəlcə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Xalqlar Dostluğu Universitetinin xarici dillər fakultəsinə qəbul etdirəcək, 2-ci kursdan isə Nigarı Azərbaycan Xarici Dillər Universitetinə köçürəcəkdir. O, da Mehmanla razılaşmış, sonuncu ona bir daha bildirmişdir ki, yaxın zamanda Moskvaya gedərək Nigarin institut işini həll edəcəkdir. Lakin buna baxmayaraq Mehmandan bir xəbər çıxmamış, təxminən üç ay sonra Vaqiflə əlaqə saxlayıb işin ləngimə səbəbini soruşanda sonuncu ona işin düzəlməsi üçün əlavə 4.500 manat pul lazım olduğunu demişdir. İşin yarımçıq qalmaması üçün Vaqiflə razılaşmışdır. 2011-ci ilin noyabr ayında tanışı Bakı şəhəri, Gənclik metrosunun yaxınlığında olan parkın içərisindəki kafedə Vaqiflə görüşmüşlər və 4.500 manat pulu sonuncuya vermişdir. Bundan sonra dəfələrlə Mehman və Vaqiflə Bakı şəhərində görüşmüş, Mehman da hər dəfə yalan vəd vermişdir ki, yaxın vaxtlarda Nigarı Moskva şəhərində yerləşən Xalqlar Dostluğu Universitetinin xarici dillər fakultəsinin 1-ci kursuna qəbul etdirəcək, 2-ci kursdan isə Azərbaycan Xarici Dillər Universitetinə köçürəcəkdir. Bundan sonra yenədə mütamadi olaraq Mehman və Vaqiflə əlaqə saxlayıb işi soruşanda iki il ərzində müxtəlif bəhanələrlə aldatmışlar. 2013-cü ilin fevral ayında Mehman Vaqiflə birlikdə onunla Bakı şəhərində Gənclik metrosunun yaxınlığında “Cempion” adlanan kafedə görüşmüşdür. Söhbət zamanı Mehman və X95 köçürmə məsələsi düzəlmədiyini, lakin onun əvəzinə başqa yolla X30 filialını bitirməsi haqqında diplom aldığını bildirmişlər və Mehman cibindən diplom çıxararaq ona təqdim etmişdir. Diplomda qızı Nigar Əliyevanın guya 2012-ci ildə Azərbaycan Dili və Ədəbiyyat ixtisası üzrə X49 filialını bitirməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 ona Nigarın bu diplomla ikinci ali təhsil kimi Azərbaycan Dövlət Xarici Dillər Universitetinə qəbul etdirəcəyini demişdir. Diplomu götürüb baxandan sonra saxta olduğunu başa düşərək pulunu qaytarmasını tələb etmiş və polisə şikayət edəcəyini demişdir. Bu zaman Vaqif və Mehman ona təkidlə diplomu onlara geri qaytarmasını bildirmişlər. (cild 04, iş vər. 54-58) Məhkəmə baxışı zamanı ifadəsi edan edilməkldə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2012ci ildə qızı Surə Balayeva ali məktəbə qəbul üçün imtahan vermiş, lakin qəbul ola bilməmişdir. Buna görə də qızı Surəni ödənişli əsaslarla ali məktəbə qəbul etdirmək istəmiş və bu məqsədlə tanışları ilə söhbət edəndə köməklik etmələrini xahiş etmişdir. 2012-ci ilin avqust ayının əvvəllərində dostu X50 rayonu, Təbriz küçəsində yerləşən «Şuşa» kafesində oturmuşlar, həmin vaxt Əbülfətin mobil telefonuna zəng gəlmiş və sonradan adının bildiyi X90 yanlarına gəlmişdir. Söhbət zamanı Saqif qızı Surəni ali məktəbə qəbul etdirmək istədiyini bilərək bu işdə kömək edəcəyini, bir neçə günə əlaqə saxlayacağını deyib getmişdir. Təxminən bir həftədən sonra Əbülfət ona Saqifin əlaqə saxlayaraq görüşmək istədiyini və 35000 manat müqabilində Surəni ali məktəbə qəbul elətdirəcəyini bildirmişdir. Təxminən bir həftədən sonra, 22 avqust 2012-ci ildə Əbülfətlə birlikdə Saqifin yaşadığı, Xətai rayonu, Xudu Məmmədov küçəsi 21 saylı binanın qarşısına getmişlər. Saqif də özünün «Hyundaı Tuckson» markalı avtomobili ilə həmin yerə gəlmişdir. Əbülfətlə birlikdə Saqifin avtomobilinə oturmuşlar. Avtomobildə söhbət zamanı Saqif bir daha bildirmişdir ki, Surəni əvvəlcə Rusiya Federasiyasında yerləşən institutlarından birinə qəbul etdirəcək və oktyabr ayının sonuna kimi Bakı Dövlət Universitetinin biologiya fakultəsinə köçürəcək, bunun üçün 35.000 manat pul verməli olduğunu demişdir. O, da inandığı üçün 35.000 manat pulu Saqifin avtomobilində sayıb Əbülfətə vermişdir ki, sonuncu da sayıb 35.000 manatı tam olaraq Saqifə vermişdir. Saqif pulu alıb sayandan sonra bir daha bildirmişdir ki, arxayın olun, Surəni əvvəlcə Rusiyada institutlardan birinə qəbul elətdirəcək, oktyabr ayının sonuna kimi isə BDU-nun biologiya fakultəsinə köçürəcəkdir. Pulu verəndə qızı Surənin TQDK-də bal toplaması barədə sənədi, attestatını və 6 ədəd fotoşəkilini də Saqifə vermişdir. Bundan sonra mütəmadi olaraq Saqiflə əlaqə saxlayaraq Surəni nə vaxt ali məktəbə qəbul etdirəcəyini soruşmuş, sonuncu da hər dəfə tezliklə BDU-nin biologiya fakultəsinə qəbul etdirəcəyini demişdir. 2012-ci il noyabr ayının əvvəllərində Əbülfət zəng edib Mehman adlı şəxsin telefon nömrəsini vermiş, o da BDU-nun qarşısında Mehmanla görüşmüşdür. Mehman özünü ona professor kimi təqdim etmiş, qızı Surənin Bakı Dövlət Universitetinin biologiya fakultəsinə qəbul etdirəcəyini və noyabr ayından BDU-nin biologiya fakultəsində dərslərdə iştirak edəcəyini bildirmişdir. Elə noyabr ayından başlayaraq Surə həmin fakultədə bir ay ərzində dərslərdə iştirak etmiş, lakin bir müddət sonra qızı Surə ona adının tələbələrin qeydiyyat jurnalında olmadığını bildirmişdir. Bundan sonra Əbülfətlə Saqifdən səbəbini soruşmuşlar, sonuncu isə məlumatının olduğunu, Surənin sənədlərinin biologiya fakultəsinin dekanatlığında olmasını və 1-2 günə Surənin əmrinin veriləcəyini və adının tələbələrin jurnalına salınacağını bildirmişdir. O, və Əbülfət Saqifin bu sözünə inanaraq gözləmişlər. Lakin Surə bir ay BDU-nin biologiya fakultəsində dərslərə gedib iştirak edəndən sonra məlum olmuş ki, həmin kursda dinləyici kimi iştirak edibmiş və bir ay vaxtı bitdiyi üçün daha həmin fakultəyə gedə bilməz. Bundan sonra o, Əbülfətlə görüşüb BDU-nin biologiya fakültəsinə gedərək ümumi şöbədə işləyən adını bilmədiyi qadınla görüşüb onunla söhbət etmişlər, həmin qadın bildirmidir ki, Mehman adlı şəxs Surənin dinləyici kimi dərslərdə iştirak etməsini xahiş etmiş, lakin Surə həmin fakultənin tələbəsi olmamışdır. Bundan sonra o, Mehman tərəfindən aldandığını anlamışdır. (cild 4, iş vər. 267-269). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 116 saylı tam orta məktəbdə müəllimə işləyir, qızı X13 və gəlini X68 ixtisasça müəllimədilər, ona görədə onları təhsil müəssisələrinə müəllimə vəzifəsinə qəbul etdirmək arzusunda olmuş, bunu əvvəllər məktəbin direktoru olan Aida xanıma bildirmiş, sonuncu da ona Təqsirləndirilən şəxs4 adlı tanışının olduğunu, bəlkə köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs4 ilə əlaqə saxlayaraq Badamdar qəsəbəsində yerləşən klinikada görüşmüş və qızı Cəmaləni Yasamal rayonu ərazisində yerləşən Fizika riyaziyat təmayüllü məktəbə ədəbiyyat müəlliməsi, gəlini Aytəni isə Xətai rayonunda yerləşən Humanitar liseyə ədəbiyyat müəlliməsi iєinə qəbul etdirmək istədiyini bildirmişdir. Aytən də, ona Təhsil Nazirliyində yüksək vəzifəsi olan Aydın müəllim adlı şəxslə həmin məsələni həll edə biləcəyini demiş və dərhal Aydına zəng vuraraq onun qızı və gəlinini qeyd olunan təhsil müəssisələrinə müəllimə işinə qəbul etdirmək haqqında soruşmuşdur. Aytən telefonla danışaraq Cəmaləni Fizika riyaziyat təmayüllü məktəbə müəllimə qəbul etdirmək üçün 18.000 manat, Aytən Bayramovanı isə Humanitar liseyə müəllimə qəbul etdirmək üçün 20.000 manat tələb olunduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, 2018-ci ilin iyul ayının ortalarında o, Aytənlə Badamdar qəsəbəsində yerləşən MB Lazure klinikasında görüşərək qızının işi üçün 18000 manatı Aytənə vermiş, sonuncu da Aydına zəng vuraraq pulu aldığını bildirmiş və Cəmalənin işinin həll olunacağını, 15 sentyabr tarixində artıq işə başlayacağını demişdir. X142 telefon nömrəsini verərək bir sual yaransa müraciət etməsini demişdir. Bundan təqribən bir ay sonra, 2018-ci ilin avqust aygngn ortalargnda Aytənlə əlaqə saxlayaraq Fəvvarələr meydanında görüşüb və gəlininin işinə görə 20.000 manatı da Aytənə vermiş, sonuncu da narahat olmamamasını, dərs başlayanda qızların işə çıxacağını demişdir. Bir müddət sonra qızı və gəlininin işə qəbulla bağlı heç yerə çağırılmadığını görərək Aytənlə əlaqə saxlayanda, sonuncu Aydınla əlaqə saxlamasını bildirmişdir. Aydınla əlaqə saxladıqda hər dəfə yalandan işin həll olunacağını demiş, lakin artıq aldadılaraq pulunun ələ keçirildiyini başa düşmüşdür. Həmin ərəfədə Aydın ona sonradan adının Hökümə olduğunu bildiyi şəxslə əlaqə saxlamağını demişdir. Hökümə isə işin alınmadığını və Aydınla danışmağını xahiş etmişdir. Bundan sonra pulunu tələb etdikdə Aytən və Aydın artıq telefon zənglərinə cavab verməkdən yayınmışlar. Lakin sonradan Aytən hissə-hissə olaraq 2018-ci ilin sonunadək pulu tam olaraq geri qaytarmışdır və buna görə də heç bir şikayəti yoxdur. Həmin ərəfədə Aydın mənə sonradan adının Hökümə olduğunu bildiyim şəxslə əlaqə saxlamağını demişdir. Hökümə isə işin alınmadığını və Aydınla danışmağımı xahiş etmişdir. Bundan sonra pulumu tələb etdikdə Aytən və Aydın artıq telefon zənglərinə cavab verməkdən yayınmışlar. Lakin sonradan Aytən hissə-hissə olaraq 2018-ci ilin sonunadək pulu tam olaraq geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 təqribən iki ilə yaxın müddətdir ki, tanıyır. Quba rayonu Qırmızı qəsəbə, İsaak Xanukov adına 1 saylı Tam orta məktəbdə müəllimə işləmişdir. Aytənlə söhbət zamanı Bakı şəhərinə köçmək və şəhərdə müəllimə işləmək istədiyini bildirmişdir. Aytən də, əlaqələrinin geniş olduğunu və onun Bakı şəhərində məktəblərdən birinə müəllimə işinə qəbul etdirə biləcəyini demişdir. O, da Bakıda Yasamal rayonu, M.Müşviq küçəsində evinin olduğunu və mümkün olarsa Bakı şəhəri Yasamal rayonu 20 saylı tam orta məktəbə qəbul olmaq istədiyini bildirmişdir. Bundan sonra, 2018-ci ilin avqust ayının əvvəlində Aytən ona 20 saylı tam orta məktəbinə riyaziyyat müəlliməsi işinə qəbul etdirə biləcəyini demiş və bunu 22.000 manat müqabilində həll ediləcəyinə razılaşmışlar. Sonra, elə həmin ərəfədə Aytənin işlədiyi NB Lazure klinikasında görüşərək 22.000 manat pulu və zəruri sənədləri vermişdir. Həmin vaxt Aytən ona bu işi təhsil sahəsində yüksək vəzifəsi olan Aydın müəllimin həll edəcəyini demişdir. Artıq 2018-ci ilin noyabr ayında işin alınmadığını anlamış və Aytənlə əlaqə saxlayaraq pulu geri tələb etmişdir. Aytən də, noyabr ayının sonuna qədər işin düzələcəyini və düzəlmədiyi təqdirdə pulun geri qaytarılacağını bildirmişdir. O, da noyabr ayının sonunadək gözləmiş, lakin Aytən müxtəlif bəhanələr gətirərək yayınmışdır. Lakin sonra, Aytən Aydının həbs olunduğunu bildirərək pulun qaytarılması üçün bir qədər vaxt istəmişdir. Bundan sonra hissə-hissə olaraq Aytən pulu qaytarmışdır. Artıq 2018-ci ilin noyabr ayında işin alınmadığımı anlamışam və Aytənlə əlaqə saxlayaraq pulu geri tələb etmişdim. Aytən də, noyabr ayının sonuna qədər işin düzələcəyini və düzəlmədiyi təqdirdə pulun geri qaytarılacağını bildirmişdir. Mən də noyabr ayının sonunadək gözləmişəm, lakin Aytən müxtəlif bəhanələr gətirərək yayınmışdır. Lakin sonra, Aytən Aydının həbs olunduğunu bildirərək pulun qaytarılması üçün bir qədər vaxt istəmişdir. Bundan sonra hissə-hissə olaraq Aytən pulu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Pərviz Məmmədzadə bir neçə il idi ki, Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün hazırlaşsa da, qəbul imtahanından az bal toplayaraq həmin universitetə qəbul ola bilməmişdir. Tibb sahəsində çalışan tanışı X11 qızına zəng edərək 2018-ci ilin avqust ayında Xarici İşlər Nazirliyinin yaxınlığında görüşmüşlər və oğlunun Tibb Universitetinə daxil ola bilmədiyini və qəbul olunmasına köməklik göstərə biləcəyini soruşmuş. Nərgiz də X75 sədri Məleykə xanımla yaxın münasibi olan şəxs vasitəsi ilə oğlu Pərvizi 2-ci mərhələdən keçirərək Tibb Universitetinə qəbul etdirə biləcəyini bildirmiş və bu məsələni 90.000 manat pul müqabilində həll ediləcəyinə razılaşmışlar. Tələb olunan pulu ödəmək üçün Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24, mənzil 111-də olan mənzilini 70.000 manata satmış, bütün xərclər çıxıldıqdan sonra 63000 manat pul qalmış, 26.000 manatı "xxxx" ASC-dən kredit götürmüş, 1.000 manat da əlavə edib, ümumilikdə 90.000 manatı Xarici İşlər Nazirliyinin yaxınlığında Nərgizə vermiş, sonuncu da X25 zəng olunacağını bildirmişdir. Təxminən 5-10 gün keçdikdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 ona zəng vuraraq yaxın zamanlarda X75 rəhbəri Məleykə Abbaszadə tərəfindən qəbul olunaraq işin həll ediləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dəfələrlə ona zəng edərək, guya ki, yaxın günlərdə oğlunun Tibb Universitetinə qəbul olunacağını bildirmişlər. Sentyabr ayının sonlarında Mehman zəng edərək, Məleykə xanımın qəbul edə bilmədiyini, oğlunu müəyyən səbəblərdən Naxçıvan Dövlət Universitetinə qəbul etdirəcəklərini və bir ildən sonra Azərbaycan Dövlət Tibb Universitetinə köçürülmə yolu ilə gətirəcəklərini təklif etmişdir. O, ilk öncə etiraz etsə də sonradan razılaşmışdır. Təqsirləndirilən şəxs2 Pərvizin 01 oktyabr 2018-ci ildə səhər saat 09:00-da Naxzgvan Düvlət Universitetinin qarşısında olmağını tapşırmışdır. Buna görə də, oğlu ilə birlikdə 30 sentyabr 2018-ci ildə Naxçıvan şəhərinə gedərək orada ev kirayə etmişlər və oğlu ilə bir həftə Naxçıvan şəhərində səhər saat 09:00-dan axşam saat 18:00-dək Universitetin qarşısına gedərək orada gözləmişlər. Sonra Bakıda işləri olduğundan qayıtmış və oğlu orada qardaşı Fikrət Məmmədovla qalmışdır. Mehman zəng edərək 2.000 manat illik təhsil haqqını «Naxçıvan Bankı» vasitəsi ilə keçirməyi bildirmişdir. Bundan sonra bank işçiləri onlara burada yalnız özəl universitetlərin təhsil haqqının ödənildiyini, dövlət universitetləri üçün "xxxx" ASC-də ödənildiyini bildirmişlər və qardaşı Fikrət dərhal ona zəng edərək bu barədə məlumatlandırmışdır. Bu məsələyə əsəbləşərək Mehmanla əlaqə saxlayıb sərt danışmış, lakin sonuncu yenədə onu aldadaraq Beynəlxalq Banka getməklərini, ora çatanda hesab nömrəsini verəcəyini bildirmiş və beləliklə qardaşı və oğlu təxminən əlavə bir həftə də bankın və universitetin qarşısına gedib gəlmişlər. X126 səhvən Naxçıvana göndərildiyini, əslində onun Tibb Universitetinə qəbul olunduğunu və bunun üçün onlar hesab nömrəsini verə bilmədiklərini bildirmışdır. O, da inanaraq oğlunun Tibb Universitetinə qəbul olunacağı üçün sevinmış və oğluna zəng edərək Bakı şəhərinə gəlməsini bildirmiş, lakin nəticədə oğlunun işi həll edilməmişdir. Bundan sonra o, Aydın, Adil və Mehmana zəng vuraraq pulunu geri tələb etmiş, lakin həmin şəxslər yenə də tezliklə Pərvizin Tibb Universitetinə qəbul olunacağını bildirmişlər, lakin o, pulunu geri tələb etmişdir. 12 oktyabr 2018-ci ildə Nərgiz 45000 manat, növbəti gün isə 17000 manat geri qaytarmışdır. Bununla bağlı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 30-35 ildir ki, tanıyır, yaxın münasibətləri vardır. Zərərçəkmiş şəxs1 oğlu Musəvi Əhmədovun Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul edilməsi məqsədilə Fərhad Qasımov və Təqsirləndirilən şəxs1 pul verməsi barədə sonradan məlumatı olmuşdur. Belə ki, 2008-ci ilin may ayında Şəfahət onunla əlaqə saxlayaraq oğlu Musəvinin işi ilə əlaqədar olaraq Fərhad və Aydın tərəfindən sonuncunun ofisinə dəvət olunduğunu bildirib onunla birlikdə getməyi xahiş etmiş və onlar Aydına məxsus olan ofisə getmişdilər. Həmin vaxt yanlarında Şəfahətin həyat yoldaşı və ümumi tanışları Şahid10 də olmuşdur. Aydına məxsus olan ofisə çatdıqdan sonra o, Şəfahətlə ofisə girmişlər, sonuncunun həyat yoldaşı və Fəqan isə avtomobildə qalaraq gözləmişlər. Ofisə daxil olduqdan sonra Musəvinin işi ilə əlaqədar söhbət etmişlər və bundan sonra Aydın ayağa qalxaraq ofisdə olan şkafdan qara rəngli çantanı gətirib masanın üzərinə qoyaraq içərisindən büküm formasında olan məbləğini bilmədiyi pul vəsaitləri, səhv etmirsə ABŞ dollarını çıxarıb onlara göstərərək Şəfahətin verdiyi pullargn artgq onda (Aydgn Cəfərovda) olmasını, Fərhaddan həmin pulları almasını bildirib bundan sonra Şəfahətin Fərhaddan heç bir tələb etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, qısa müddət ərzində Musəvinin tələbə kimi universitetə qəbul edilməsi məsələsinin həll ediləcəyinə söz vermişdir. Bundan sonra Şəfahət sevinərək Aydınla sağollaşıb ofisi tərk etmişlər. Sonradan isə ona məlum olmuşdur ki, Aydının Şəfahəti aldadaraq Musəvinin tələbə kimi qəbul edilməsi barədə verdiyi vədi yerinə yetirməyərək pulları ələ keçirmişdir. Ofisə daxil olduqdan sonra Musəvinin işi ilə əlaqədar söhbət etmişik və bundan sonra Aydın ayağa qalxaraq ofisdə olan şkafdan qara rəngli çantanı gətirib masanın üzərinə qoyaraq içərisindən büküm formasında olan məbləğini bilmədiyi pul vəsaitləri, səhv etmirəmsə ABŞ dollarını çıxarıb bizə göstərərək Şəfahətin verdiyi pulların artıq Təqsirləndirilən şəxs1 olmasını, Fərhaddan həmin pulları almasını bildirib bundan sonra Şəfahətin Fərhaddan heç bir tələb etməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 30 ildən artıq tanıyır, aralarında dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs1 oğlu Musəvi Əhmədovun Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul edilməsi məqsədilə Fərhad Qasımov və Təqsirləndirilən şəxs1 2007-2008-ci ilin may aylarında pul verməsi barədə sonradan məlumatı olmuşdur. Həmin ərəfədə Şəfahət bu işə görə ondan 1.700 ABŞ dolları pulu borc almışdır. 2008-ci ilin səhv etmirəmsə may ayında Şəfahət əlaqə saxlayaraq oğlu Musəvinin işi ilə əlaqədar olaraq Fərhad və Aydın tərəfindən sonuncunun ofisinə çağırıldığını deyərək onunla birlikdə getməsini xahiş etmişdir. Həmin vaxt yanlarında Şəfahətin həyat yoldaşı və ümumi tanışları Şahid9 da olmuşdur. Aydına məxsus olan ofisə çatdıqdan sonra Azər və Şəfahət ofisə girmişlər, o, isə Şəfahətin həyat yoldaşı ilə avtomobildə qalaraq gözləmişlər. Bir neçə dəqiqədən sonra isə Şəfahət Azərlə sevincək şəkildə qayıdaraq məlum olmuşdur ki, Aydın həmin vaxt Şəfahətin Fərhada verdiyi pulları sonuncudan almasını və Musəvinin təhsil işini həll edəcəyini bildirmişdir. Lakin sonradan Aydın Şəfahəti aldadaraq Musəvinin tələbə kimi qəbul edilməsi barədə verdiyi vədi yerinə yetirməyərək pulları ələ keçirmişdir. Məhkəmə baxışı tfadəsi edan edilməkldə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Fəxri Allahverdiyev Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün hazırlaşmış, lakin qəbul imtahanından az bal topladığından tibb universitetinə qəbul ola bilməmişdir. Bu barədə tələbə yoldaşı X11 qızına demiş, sonuncu da maraqlanacağını bildirmişdir. 2018-ci ilin avqust ayında Nərgiz Rüstəmxanlı-Cəfərova ona zəng edərək, X75 vəzifəli şəxsi vasitəsi ilə oğlu Fəxrini 2-ci mərhələdən keçərək Tibb Universitetinə qəbul etdirə biləcəyini bildirmiş və bu işin 80.000 manat müqabilində həll olunacağına razılamşışlar. 2018-ci ilin avqust ayında Bakı şəhərində, Xarici İşlər Nazirliyinin yaxınlığında görüşərək 80.000 manatı Nərgiz Rüstəmxanlı-Cəfərovaya vermiş, sonuncu da ona X62 zəng olunacağını bildirmişdir. Təxminən 5-10 gün keçdikdən sonra adını bildiyi Təqsirləndirilən şəxs2 ona zəng vuraraq yaxın zamanlarda X75 rəhbəri Məleykə Abbaszadə tərəfindən qəbul olunaraq işin həll ediləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dəfələrlə ona zəng edərək, guya ki, yaxın günlərdə oğlunun Tibb Universitetinə qəbul olunacağını bildirmişlər. Sentyabr ayının sonlarında Mehman zəng edərək, Məleykə xanımın qəbul edə bilmədiyini, oğlunu müəyyən səbəblərdən Naxçıvan Dövlət Universitetinə qəbul etdirəcəklərini və bir ildən sonra Azərbaycan Dövlət Tibb Universitetinə köçürülmə yolu ilə gətirəcəklərini təklif etmişdir. Lakin o, təkliflə razılaşmayaraq həmin şəxslərdən pulunu tələb etmişdir. Lakin həmin şəxslər müxtəlif bəhanələr gətirərək, tezliklə oğlunun Tibb Universitetinə qəbul olunacağını bildirmişlər, lakin o, pulu geri qaytarmaqlarını tələb etmişdir. 2018-ci ilin oktyabr ayının əvvəlində oğlunun məsələsinin uzanmağının səbəbini soruşmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la görüşmüş, sonuncular yenə də oğlunun Tibb Universitetinə qəbul etdirəcəklərinə yalan vəd vermişlər. Bundan sonra Daxili İşlər Nazirliyinə şikayət ərizəsi vermiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs2la görüşmüş, növbəti gün Mehman ona 72560 manat pulu qaytarmış, qalan məbləği də verəcəyinə söz vermişdir. (cild 1, iş vər. 220-224). İş materiallarına əlavə edilmiş Şahid1 məhkəməyə ünvanlandığı 10 oktyabr 2019-cu il tarixli teleqramından görünür ki, Vidadi Allahverrdiyev məhkəməyə müraciət edərək, iş qrafiki ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyi, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etdiyi, ona vurulmuş ziyanın tam olaraq ödəndiyi və heç bir iddiası olmadığı barədə məlumat vermişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2014-cü ildə ailəsi ilə birgə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə köçmüşdür. Uzaq qohumuna həkim lazım olduğundan Təqsirləndirilən şəxs4 yanına getmişlər. Söhbət əsnasında Aytənə Naxçıvanda müəllimə işlədiyini, burda işsiz olduğunu və iş axtardığıni birdirmiş, sonuncu isə əlaqələrinin geniş olduğunu və bu işdə köməklik etmək edə biləcəyini demişdir. Qısa müddət keçdikdən sonra Aytən onu 8000 manat müqabilində Təhsil nazirliyində işləyən vəzifəli şəxs vasitəsi ilə məktəblərdən birinə müəllimə işinə qəbul etdirə biləcəyini demişdir. O, da yaşadığı əraziyə yaxın yerdə yerləşən məktəbə düzəldilməsini xahiş etmişdir. Bundan sonra, 2018-ci ilin mart ayında Nərgiz Rüstəmxanlının baş həkim işlədiyi poliklinikada Aytənlə görüşmüş və 8000 manat pulu sonuncuya vermişdir. Aytən də, onu 2018-ci ilin sentyabr ayında dərslər başlayana qədər yaşadığı ərazilərə yaxın məktəblərdən birinə riaziyyət müəlliməsi vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra, 2018-ci ilin iyun ayında Aytən ona zəng edərək işin düzəlmədiyini və görüşüb pulu geri qaytarmaq istədiyini bildirmişdir. Elə həmin vaxt da, “İçəri şəhər” metrostansiyasının yanında görüşərək ilk olaraq 4000 manat, təxminən bir həftə sonra isə “Gənclik” metrostansiyasının ətrafında görüşərək 4000 manat, ümumilikdə 8000 manatı pulu geri qaytarmışdır. (cild 2, iş vər. 241-243). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 təqribən 2 il olar tanıyır, 2018-ci ilin iyul ayının ortalarında Çexiya Respublikasında yaşayan Mətanət adlı rəfiqəsi ona hazırda adını xatırlamadığı qohumunu Bakı Dövlət Universtetinin Biologiya fakultəsindən X23 tibb fakultəsinə köçürmək istədiyini bildirərək kömək etməsini xahiş etmişdir. O, da Aytənə rəfiqəsinin məsələni danışmış, köməklik göstərə biləcəyini soruşduqda, Aytən bir müddət sonra cavab deyəcəyini bldirmişdir. Bir neçə gündən sonra Aytən həmin şəxsi Bakı Dövlət Universtetinin Biologiya fakultəsindən X23 tibb fakultəsinə köçürməyin mümkün olduğunu bildirmiş, bunu Tələbə qəbulu üzrə Dövlət Komisiyasında yüksək vəzifədə işləyən Təqsirləndirilən şəxs1 adlı şəxsin həll edəcəyini demişdir. Aytən bu işin tam olaraq nə qədər məbləğ qarşılığında olacağını bilmədiyini söyləsə də, ilk olaraq beh üçün 30.000 manat verməyin vacib olduğunu, bu işin tam qiymətinin isə iş əsnasında bilinəcəyini söyləmiş, lakin konkret məbləğ deməmişdir. Bundan sonra 2018-ci ilin iyul ayında Bakı şəhərində görüşərək 30.000 manatı Aytənə vermişdir. Təqribən bir ay sonra maraqlanaraq işin həll olunmadığını anlamış və pulu geri tələb etmişdir. Aytən pulu Aydına verdiyini bildirərək qaytarmaq üçün vaxt istəmişdir. Sonra 2018-ci ilin oktyabr ayınadək Aytən pulu tam olaraq geri qaytarmışdır. (cild 2, iş vər. 259-261). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 baş vermiş hadisəyə qədər tanımamış, Təqsirləndirilən şəxs1 isə uzun illərdir ki, tanıyır, aralarında xoş münasibət vardır. Özəl “Fidan” baxçasında müdirə işləyir, təxminən 2018-ci ilin oktyabr ayının ortalarında iş yerində olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs4 bağçaya gələrək çox tələsik və əsəbi vəziyyətdə Aydının həbs edildiyini və sonuncunun qohumlarını axtardığını, Aydının çoxlu borcları olduğunu bildirmişdir. Aydının qardaşı Kamalla əlaqə saxlayaraq baş verənləri bildirmişdir. Bir neçə gündən sonra Kamal zəng vuraraq qardaşı Aydından soruşduğunu, həqiqətən də borcunun olduğunu və pulları geri qaytaracağını demişdir. Kamal həmçinin Aydının ayrı-ayrı şəxslərdən aldığı pulları Mətanət adlı qadına verdiyini, sonuncu ilə danışdığını və pulları geri qaytaracağını və bu işdə köməklik göstərməyini xahiş etmişdir. Təxminən 10 gün sonra Kamal 20.000 manat gətirmiş, o, da həmin pulu Kamaldan alaraq vətəndaşlara geri qaytarılması üçün Aytənə vermişdir. Bundan sonra Mətanət də onunla əlaqə saxlayaraq qalan pulu tam şəkildə qaytarmış, o, da həmin pulları Aytənə vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 işlərində iştirak etməmiş, hər hansı bir şəxsi təhsil müəssisəsinə qəbul etdirməkdə rolu olmamış, sadəcəcə Aydına yaxın bir insan kimi pulların qaytarılmasına köməklik etmişdir. (cild 2, iş vər. 277- 279). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bacısı Səfa Xudaverdiyevanı hər hansı bir kollecə tələbə kimi qəbul etdirmək istəmiş, buna görə də 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs4 müraciət etmişdir. Aytənə yerindən asılı olmayaraq bacısı Səfanı kolleclərin birinə qiyabı tələbə qəbul etdirmək istədiyini bildirmiş, Aytən isə 8.000 manat müqabilində tələbə qəbulu üzrə dövlət komitəsində yüksək vəzifəli şəxs vasitəsi ilə bacısını Bakı şəhərində olan kolleclərdən birinə qəbul etdirə biləcəyini demiş, lakin həmin vəzifəli şəxsin adını və ya konkret hansı vəzifə tutduğunu deməmişdir. O, da Aytənə razılığını bildirib səhəri gün Bakı şəhərində yerləşən Daxili işlər nazirliyinin yanında Yazıçılar ittifaqının poliklinikasının qarşısında Ayətnlə görüşmüş və bacısının atestat və şəxsiyyət vəsiqəsinin surətlərini və 8.000 manatı vermişdir. Aytən də sənəd və pulları qəbul edərək bacısını Bakı şəhərində istənilən kolleclərdən birinə qəbul etdirəcəyini deyərək, aldığı pulu Tələbə qəbulu üzrə dövlət komissiyasında vəzifəsi olan şəxə verərək həll edəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Aytən onunla əlaqə saxlayıb qısa olaraq işin alınmadığını, səbəbə gəldikdə isə heç bir əsas gətirməyərək pulu qaytarmaq istədiyi üçün görüşmək təklifini etmişdir. 2018-ci ilin iyun ayında X6 yanında görüşərək Aytən ona sənədləri və 8.000 manat pulu geri qaytarmışdır. (cild 2, iş vər. 262-264). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 qızı ifadəsində göstərmişdir ki, Yazıçılar Birliyi nəzdində olan Yazıçılar poliklinikasında baş həkim işləyir. Tanışları Şahid1 oğlu Fəxri və Şahid2 oğlu Pərviz Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün qəbul imtahanından az bal toplayaraq Fəxri Bakı Dövlət Universitetinin Kimya, Pərviz isə Sumqayıt Dövlət Universitetinin Psixoloqiya fakültələrinə qəbul olunmuşdular. Vidadi və Çingiz övladlarını Tibb Universitetinə köçürülmələrini arzulamışlar. 2018-ci ilin avqust ayında o, həmin şəxslərlə telefon danışığı aparan zaman yanında olan, tez-tez poliklinikaya gələn X111 orlu X73 tangögngn oldurunu və həmin uşaqları Tibb Universitetinə qəbul etdirə biləcəyini bildirmiş, o, da tanışlarına bu barədə məlumat vermişdir. Nəticədə Vidadi övladının Tibb Universitetinə qəbul olmaq üçün 80.000 manata, Çingiz isə 90.000 manata razılaşmışlar. Bundan sonra o, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu, Qış parkının yanında görüşərək Vidadidən 80.000 manat, Çingizdən isə 90.000 manat pul almışdır. Bundan sonra həmin ərazidə Təqsirləndirilən şəxs1la görüşərək aldığı pulları sonuncuya vermişdir. Aydın da qeyd edilən vəsaiti aldıqdan sonra uşaqların Tibb Universitetinə qəbul olunacağını, buna görə də X62 Vidadi və Çingizə zəng olunacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, o, Vidadi və Çingizdən aldığı pul vəsaitlərini Aydına verdikdən sonra, Aydın işin həll olunması üçün pulu Təqsirləndirilən şəxs3 adlı şəxsə, sonuncu isə Təqsirləndirilən şəxs2 adlı şəxsə vermişdir. Belə ki, sonradan tanıdığı Təqsirləndirilən şəxs2 Şahid1 və Şahid2la əlaqə saxlayaraq övladlarının işinin həll olunacağı barədə yalan vədlər vermişdir. Mehman Şahid2 övladı X92 Universitetinin Tibb fakültəsinə qəbul olunacağını və bunun üçün Naxçıvan şəhərinə gedərək orada qeydiyyata düşmələrini bildirmişdir. X82 əmrinin Naxçıvan Dövlət Universitetinə deyil, Azərbaycan Dövlət Tibb Universitetinə verildiyini bildirmişdir. Elə həmin ərəfədə uşaqların Tibb Universitetinə qəbul olma mələsəsinə aydınlıq gətirmək məqsədi ilə o, Şahid1 ilə Tibb Universitetinin dekanlığının qabağında görüşmüş, görüşdə Təqsirləndirilən şəxs3 da iştirak etmişdir. Adil həmin vaxt Mehmana zəng edərək dəvət etmiş, lakin sonuncu gəlməmişdir. Bundan sonra o, aldandıqlarını başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 onlara 10 oktyabr 2018-ci il tarixdə günün ikinci yarısı aldığı pulları geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə 10 oktyabr 2018-ci il tarixdə 45.000 manat və 11 oktyabr 2018-ci il tarixdə isə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini Qış parkında yerləşən “İnnab” kafesində qaytarmışdılar. Nərgiz Rüstəmxanlı-Cəfərova əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 təxminən bir il olar ki, tanıyır. Aytənə bildirmişdir ki, təhsil sahəsində işlədiyi Təqsirləndirilən şəxs1 adlı tanışı var, hər hansı bir şəxsin təhsil müəssisələrinə müəllim vəzifəsinə qəbul olmaq və ya hər hansı bir şəxs təhsil müəssisələrinə tələbə kimi qəbul olmaq arzusunda olduqda müəyyən pul müqabilində Təqsirləndirilən şəxs1 vasitəsi ilə işi həll etmək olar. Təqsirləndirilən şəxs4 müəyyən pul müqabilində Şahid4 adlı şəxsin Bakı şəhərində, Nizami rayonunda olan məktəblərdən birinə riyaziyyət müəlliməsi işinə qəbul etdirmək, həmçinin Şahid3 adlı şəxsin bacısını Bakı şəhərində liseylərin birinə tələbə qəbul etdirmək üçün müraciət etmiş, lakin o, bu işə baş qoşmaq istəmədiyini bildirmiş, Aytənin özünün istəyirsə Aydına müraciət etməsini təklif etmişdir. Lakin o, həmin şəxslərə görə pul almamış, Aytənlə Aydının danışıqlarında iştirak etməmiş, sonradan Aytənlə söhbət zamanı ona məlum olmuşdur ki, iş alınmayıb və nəticədə Aydın pulları tam olaraq geri qaytarmışdır. (cild 2, iş vər. 290-292). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X90 ifadəsində göstərmişdir ki, X53 2008-ci ildən tanıyır. 2012-ci ilin yay aylarında Əbülfət ona bildirmiş ki, bir tanışı var, qızı ali məktəbə qəbul imtahanı versə də kəsilmiş, övladını Bakı Dövlət Universitetinin biologiya fakultəsinə qəbul etdirmək istəmişdir. O, da cavabında Təqsirləndirilən şəxs2 adlı tanışından maraqlanaraq cavab verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 müraciət etdikdə sonuncu maraqlanaraq nəticəsi barədə cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra Mehman zəng vuraraq bu işi 30000 manata həll edə biləcəyini bildirmişdir. Əbülfətə zəng edib bu barədə məlumat vermişdir. Bir neçə gündən sonra Əbülfət zəng edib tanışının qızını ali məktəbə həmin məbləğ pula qəbul olunmasına razı olduğunu demişdir. Bundan sonra, 2012-ci il avqust ayının sonlarında Nərimanov rayonu, Təbriz kğzəsində Əbülfətlə görüşmüş və sonuncu onun Hyundaı Tukson markalı avtomobilinə əyləşərək 29.250 manat pulu ona vermişdir. Əbülfət ona demişdir ki, tanışı Məhərrəmin qızı Surəni Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul etdirmək istəyir. O, da pulu Əbülfətdən alandan sonra həmin gün İqtisad Universitetinin keçmiş İnqilab küçəsi, indiki Ak.Zərərçəkmiş şəxs4 küçəsi 135 ünvanda yerləşən korpusunun yanında Təqsirləndirilən şəxs2 vermişdir. Mehman pulu alaraq demişdir ki, əvvəlcə Surəni Rusiya Federasiyasında yerləşən ali məktəblərindən birinə qəbul etdirəcək, sonra isə BDUnin biologiya fakültəsinə köçürəcəkdir. Dərs ili başlayandan sonra Əbülfət əlaqə saxlayaraq Surəni ali məktəbə çağırmadıqlarını demiş, o, isə cavabında bu işlə Mehmanın məşğul olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Məhərrəm Mehmanla BDU-nin qarşısında görüşmüşlər. Məhərrəmin qızı Surə BDU-nin biologiya fakultəsində bir ay dərsdə iєtirak etmiєdir. Həmin iş gec alındığına görə Əbülfət pulu qaytarmağını demişdir. O, isə pulu Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Bundan sonra, 2013-cü ilin mart ayında Əbülfət Məhərrəm ilə birlikdə onunla görüşəndə sonuncu qızının təhsil məsələsinin nə vaxt baş tutacağını soruşmuş, o, isə cavabında bu işlə Mehmanın məşğul olduğunu demişdir. Sonra isə Mehman digər cinayət əməli törətdiyinə görə həbs edilmişdir. (cild 4, iş vər. 199-201). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və həmin xüsusat üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunmuş X67 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onunla 2011-ci ilin sentyabr ayında tanışı mərhum X103 tanış etmişdir. Yunis Həsənov ona İdrisin qızı Nigarın ali məktəbə qəbul imtahanlarından kəsildiyini deyərək ondan X137 Universitetinə düzəltməyini xahiş etmişdir. Həmin vaxt mərhum X127 Xarici Dillər Universitetinə 20.000 manata düzəldəcəyini demişdir. Yunislə bu barədə danışandan təxminən 10 gün sonra Gəncə şəhərində “Xan bağı” parkındakı “Yaşıl çayçı” adlanan çayxanada Yunislə birlikdə gələn Zərərçəkmiş şəxs2lə görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 20.000 manat müqabilində Nigar Əliyevanı X28 şəhərində Xalqlar Dostluğu Universitetinə qəbul etdirib bir ildən sonra Bakı şəhərinə Azərbaycan Dövlət Xarici Dillər Universitetinə köçürəcəyini demişdir. İdris onunla razılaşaraq ona 20.000 manat pul vermişdir. Pulu alıb saydıqdan sonra cibinə qoyaraq həmin şəxlsərlə sağollaşaraq ayrılmışdır. Zərərçəkmiş şəxs2 pulu alandan sonra tanışı Təqsirləndirilən şəxs2la Bakı şəhərində görüşərək bu barədə bildirmiş, sonuncu bu işi həll edəcəyinə söz vermişdir. Mehmana iş alınandan sonra ona 20.000 manatı verəcəyini bildirərək həmin vaxt Mehmana 12.000 manat pul vermişdir. Qalan pulu isə bir müddət sonra mərhum Yunis vasitəsi ilə Mehmana göndərmişdir. Təqsirləndirilən şəxs2 uzun müddət xəbər olmadığı üçün İdris ßliyevi müxtəlif bəhanələrlə aldadaraq vaxtı uzatmışdır. Təxminən üç ay sonra İdris ona zəng edib məsələnin nə yerdə olduğunu soruşduqda işin düzəlməsi üçün ondan əlavə 4.500 manat pul lazım olduğunu demişdir. İdris onunla razılaşdıqdan sonra Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında olan parkdakı kafedə görüşmüşlər. Həmin vaxt İdris ona 4.500 manat pulu vermişdir. İdrisdən 4500 manatı alandan sonra həmin gün Bakı şəhərində, Elmlər metrostansiyasının yaxınlığında Mehmanla görüşüb 3000 manatını sonuncuya vermişdir. Bir müddət sonra İdris ona tez-tez zəng edərək pulunu tələb etmişdir. Bu barədə Mehmana bildirdikdə sonuncu ona Nigarın Azərbaycan X38 fililalında oxuması barədə diplomunu düzəltdirdiyini və həmin diplomu inandırmaq üçün İdrisə vermək istədiyini demişdir. 2013-cü ilin fevral ayında Mehmanla birlikdə Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığındakı “Çempion” kafesində İdrisə zəngləşib görüşmüşlər. Həmin vaxt Mehman onun yanında X96 guya X30 filalını bitirməsi barədə diplom vermiş və ikinci ali təhsil kimi gələcəkdə Azərbaycan Müəllimlər İnstiutuna düzəltdirəcəyini demişdir. İdris diplomu götürərək sağollaşıb ayrılmışdır. Bir müddət sonra diplomun saxta olduğunu öyrənərək pulu geri tələb etməyə başlamışdır. Bundan sonra Mehmanla əlaqə saxlayıb nə səbəbə İdrisə saxta diplom verdiyini soruşduqda sonuncu diplomum saxta olmadığı bildirmişdir. (cild 4, iş vər. 29-36, 73-83, cild 5, iş vər. 100-124). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işinin başlanması haqqında” 13 oktyabr 2018-ci il tarixli qərar, 13 dekabr 2018-ci il tarixli və 13 oktyabr 2018-ci il tarixli “Cinayət işinin icraata qıbul edilməsi haqqında” qərarlardan görünür ki, X11 qızının Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışları Şahid1 oğlu və Şahid2 övladlarının imtahandan kənar Azərbaycan Tibb Universitetinə tələbə kimi qəbul etdirəcəyi adı ilə aldaraq həmin şəxslərdən külli miqdarda pul aldıqları barədə müraciəti ilə bağlı toplanmış materiallara əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 13 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə fakta görə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 4-7). İşdə olan 24 dekabr 2018-ci il tarixli “cinayət işlərinin icraata qəbul edilməklə birləşdirilməsi haqqında” qərar, 08 dekabr 2019-cu il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərar və 24 dekabr 2018-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərarlardan görünür ki, 24 dekabr 2018-ci il tarixdə həmin cinayət işinə Təqsirləndirilən şəxs4 digər şəxslərlə və o cümlədən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girərək, bu və ya digər şəxsləri muxtəlif təhsil ocaqlarına təhsil almaq üçün, həmçinin müəllim kimi işə qəbul etdirəcəkləri adı ilə aldadaraq muxtəlfi məbləğlərdə pul almaları barədə X14 müraciəti əsasında əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 24 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2, 310, 32.4, 312.1-ci maddələri ilə başlanmış 182026350 №-li cinayət işi birləşdirilərək ibtidai istintaq davam etdirilmişdir. (cild 1, iş vər. 8-9, 10, cild 2, iş vər. 117). İşdə olan 14 mart 2019-cu il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında”, “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” və 24 may 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərarlardan görünür ki, 14 mart 2019-cu il tarixdə ********* nömrəli cinayət işinə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə həmin əmələ görə məhkum olunmuş X102 ilə iş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X5 övladı Müsəvi Əhmədovun Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə kimi qəbul etdirilməsində köməklik göstərəcəkləri adı ilə aldadaraq, 2008-ci ilin may ayında Şəlahət Əhmədovdan xeyli məbləğdə pul almaları ilə bağlı sonuncunun müraciəti əsasında Abşeron rayon prokurorluğunda toplanmış material üzrə 24 may 2017-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* №-li cinayət işi də bir icraata birləşdirilərək ibtidai istintaq davam etdirilmişdir. (cild 1, iş vər. 11, 12-13, cild 3, iş vər. 8-9). İşdə olan 03 aprel 2019-cu il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında”, “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” və 20 fevral 2015-ci il tarixli “Cinayət işinin ayrılması və bir icraatda birləşdirilməsi haqqında” qərarlardan görünür ki, 03 aprel 2019-cu il tarixdə ********* nömrəli cinayət işinə 20 fevral 2015-ci il tarixdə X32 barəsində istintaqı tamamlanmış ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs2 barəsində, sonuncunun X67 və mərhum X103 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 sonuncunun qızı Nigar Əliyevanı əvvəlcə X28 şəhərində yerləşən Xalqlar Dostluğu Universitetinə, növbəti tədris ilində isə Azərbaycan Dillər Universitetinə köçürəcəkləri adı ilə aldadaraq, 2011-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 xeyli məbləğdə pulunu ələ keçirmələri, 2013-cü ilin fevral ayınlda isə Nigar Əliyevanın Azərbaycan X38 filialının filiaologiya fakultəsini 2012-ci ildə bitirməsinə dair saxta yolla hazırlanmış B 229974 saylı diplom və həmin diploma əlavəni Zərərçəkmiş şəxs2 təqdim etmələri ilə bağlı Azərbaycan Respublikası CMnin 178.3.2 və 320.1-ci maddələri ilə ayrılmış ********* saylı cinayət işi də bir icraata birləşdirilərək ibtidai istintaq davam etdirilmişdir. (cild 1, iş vər. 14, 15-16, cild 4, iş vər. 9-12). İşdə olan 09 oktyabr 2018-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Bakı şəhər sakini X11 qızı (tel. ***-***-**-**) Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, 2018-ci ilin avqust ayında özünü Sumqayıt Dövlət Universitetinin kafedra müdiri kimi təqdim etmiş Təqsirləndirilən şəxs1 (tel. ***-***-**-**, ***-***-**-**) ona TDKQ-da tanışı olduğunu və onun tanışları Şahid1 övladı Fəxri Allahverdiyevi və Şahid2 övladı Pərviz Məmmədovu hər birini 100000 manat pul müqabilində imtahandan kənar Azərbaycan Tibb Universitetinə tələbə kimi qəbul etdirəcəyini bildirdiyini, bununla bağlı onun özü həmin tanışlarından cəmi 200000 manat pul götürərək Təqsirləndirilən şəxs1 verdiyini, özünü ona Dövlət İmtahan Komissiyasının üzvü kimi təqdim edən Təqsirləndirilən şəxs2 (tel. ***-***-**-**) onunla telefon əlaqəsi saxlayaraq bununla bağlı ona yalan vədlər verdiyini, həmçinin 07 oktyabr 2018-ci il tarixdə özünü İqtisad Universitetinin müəllimi kimi təqdim edən Təqsirləndirilən şəxs3 (tel. ***-***-**-**) onunla telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs1 verilmiş həmin pulu 10 oktyabr 2018-ci il tarixdə qaytaracağını bildirdiyini göstərmiş və həmin şəxslərin barəsində qanünamüvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət araşdırılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. (cild 1, iş vər. 19-22, 23). İşdə olan Tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, 12 oktyabr 2018-ci il tarixdə müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs3 həmin iş üzrə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2018-cu il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2018-ci il tarixli iş № 4 (001)-719/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 56-57, 106-107, 125-128). İşdə olan Tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, 12 oktyabr 2018-ci il tarixdə müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs1 həmin iş üzrə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2018-cu il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2018-ci il tarixli iş № 4 (001)-718/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 71-72, 83-84, 102-105). İşdə olan ərizə və məktubdan görünür ki, Şahid1 (tel. ***-***-**-**) 11 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, oğlu Fəxri Allahverdiyevin Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün az bal topladığından ora qəbul ola bilmədiyini, tanışı X12 onun oğlunu həmin universitetə qəbul etdirəcəyini bildirərək bununla bağlı 2018-ci ilin avqust ayında ondan 80000 manat pul aldığını, sonrakı dövrdə Rövşən, Aydın və Adil adlı şəxslərin ona zəng vuraraq oğlu Fəxrinin həmin universitetə qəbul olunması məsələsinin tezliklə həll olunacağını ona bildirdiklərini, son nəticədə isə ona heç bir köməklik olmadığını, verdiyi pulun qaytarılmadığın bildirmiş və bununla bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid1 həmin müraciəti ilə bağlı toplanmış material Azərbaycan Respublikası DİN-nin 15 oktyabr 2018-ci il tarixli № 001-46485-1218 saylı məktubu ilə həmin cinayət işinə əlavə edilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında KQMİ-nə göndərilmiş və iş materiallarına əlavə olunmuşdur. (cild 1, iş vər. 135, 128-129). İşdə olan «Maddi ziyanın ödənilməsi məqsədi ilə pul vəsaitinin təqdim olunması haqqında» 13 oktyabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Şahid1 və Çingiz adlı şəxsin övladlarının Azərbaycan Tibb Universitetinə qəbul olunmasında köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 vasitəsi ilə iki dəfəyə, yəni 50000 manat və 70000 manat olmaqla, cəmi 120000 manat pul aldığını, sonradan həmin puldan 50000 manata yaxın məbləğdə pulu tanışı Təqsirləndirilən şəxs3 qaytardığını, pulun bir hissəsini öz ehtiyaclarına xərclədiyini, özündə qalan 13000 ABŞ dolları və 49100 manat məbləğlərində olmaqla, məzənnə üzrə cəmi 72560 manat məbləğində pulu Şahid1 qaytarmaq istədiyini bildirmiş və həmin 13000 ABŞ dolları və 49100 manat məbləğlərində olan pul vəsaitləri Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin müstəntiqi O.D.Quliyevin iştirakı ilə Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 könülü olaraq təqdim edilmişdir. (cild 1, iş vər. 173-174). İşdə olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar və məhkəmə qərarından görünür ki, 15 oktyabr 2018-cu il tarixdə Təqsirləndirilən şəxs2 həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müdafiəçinin iştirakı ilə ona ittiham elan olunmuş, 18 aprel 2019-cu il tarixdə həmin məcəllənin 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə ona yenidən ittiham elan edilmişdir. 15 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli iş № 4 (001)-723/2018 saylı qərarı qərarı ilə həbs etmə müddətinin əvvəli 15 oktyabr 2018-ci il tarixdən hesablanmaqla onun barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 184-185, 204-206). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 24 oktyabr 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 1, iş vər. 241). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 24 oktyabr 2018-ci il tarixli tələbnamə və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər də cinayət məsuliyyətinə cəlb edilməklə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli iş № A -0480/05 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.3, 32.5, 312.2; 29, 32.3, 32.5, 312.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və şərti maliyyə vahidinin 4000 (dörd min) misli miqdarında cərimə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24 oktyabr 2005-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM-nin 32.3, 32.5, 312.2,-ci maddələri ilə onun üzərində şərti maliyyə vahidinin 3000 (üç min) misli miqdarında cərimə və 1 (bir) il 2 (iki) ay il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həbsdə olduğu müddət nəzərə alınmaqla həbsdən azad edilmiş, xx.xx.2007-ci il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(005)-99/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. (cild 1, iş vər. 249, cild 2, iş vər. 80-87, cild 3, iş vər. 129-168). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 24 oktyabr 2018-ci il tarixli tələbnamə arayışından, həmçinin məhkəmə hökm və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 10 (on) ay 21 (iyirmi bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 1 (bir) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təyin edilmiş cəza CM-nin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM-nin 320.1-ci maddəsi ilə müddət keçdiyinə görə cəza təyin edilməmiş, əvvəllər həbsdə saxlanıldığı müddət çıxılmaqla CM-nin 178.3.2-ci maddəsinə əsasən üzərində 6 (altı) il 6 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi ilə cəzanın şərti olaraq tətbiq olunmasına dair müddəalar xaric edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(007)-1034/2016 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla təqsirli bilindiyi əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilərək üzərində 6 (altı) il 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı dəyişdirilərək, onun əməli CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilməklə ona təyin edilmiş cəzanın müddəti 3 (üç) il 6 (altı) ay müddətinə endirilmiş, həbsdə saxalınıldığı 11 (on bir) ay 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli № 7(027)-46/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətindən o, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (cild 1, iş vər. 250, 251-255, 256-260, 261-263). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatrniya Xəstəxanasının 25 oktyabr 2018-ci il tarixli №7009 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxslər: xx.xx.1943-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıblar. (cild 1, iş vər. 276). İş materiallarında olmaqla Bakı şəhəri Yasamal rayon Hərbi komissarlığı tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MV № 020589 saylı vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası müharibə veteranıdır. (cild 1, iş vər. 283). İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetindən verilmiş 05 noyabr 2018-ci il tarixli 010-031-18xx/xx/2018 saylı məktub və həmin təhsil müəsissəsi üzrə «Əmək müqavilələrinin bağlanması haqqında» 01 sentyabr 2000-ci il tarixli № 99/3 saylı əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.1968-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tədris hissəsinin dispetçeri vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilədək «Riyaziyyat» kafedrasının assisteni, baş müəllimi və dosenti vəzifələrində, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının «Riyaziyyat» kafedrasının dosenti, xx.xx.1990-cı ildən xx.xx.2000-cı ilədək Azərbaycan Dövlət İqtisad İnstitutunun «Riyaziyyat» kafedrasının dosenti vəzifələrində işləmiş, xx.xx.2000-cı il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat» kafedrasının dosenti vəzifələrində çalışır. (cild 2, iş vər. 24, 25-27). İşdə olan Bakı Dövlət Universitetindən verilmiş 07 noyabr 2018-ci il tarixli № T 5339 saylı məktubdan görünür ki, X10 adı BDU-nin tələbə kontiqenti siyahısında yoxdur. (cild 2, iş vər. 40). İşdə olan Sumqayıt Dövlət Universitetindən verilmiş 08 noyabr 2018-ci il tarixli 40-03-60/2 saylı məktubdan görünür ki, Sumqayıt Dövlət Universitetində Psixologiya fakultəsi olmamış, halhazırda da bu adda fakultə fəaliyyət göstərmir. 2017/2018-ci tədris ilində Sumqayıt Dövlət Universitetində X54 adlı tələbə təhsil almamışdır. (cild 2, iş vər. 42). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı və «Azercell» Telekom BM-nin məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli 5(001)-827/2018 saylı qərarı ilə «Azercell» Telekom BM-dən iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, həmçinin digər şəxslərin istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri üzrə 01 iyul 2019-ci il tarixdən 14 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində telefon danışıqları və sms məlumatlarının götürülməsi qərara alınmışdır. «Azercell» Telekom BM-nin xx.xx.2019-cu il tarixli, 35080 saylı məktubla qeyd edilən mobil telefon nömrələri üzrə müvafiq məlumatlar bir ədəd CD diskdə istintaq orqanına təqdim edilmiş və həmin CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vər. 5, 56, 57). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, istintaq orqanının təqdimatına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 5(001)-963/2018 saylı qərarı ilə «Azercell» Telekom BM-dən iş üzrə Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə 2016-ci ilin yanvar ayından həmin tarixədək olan müddət ərzində telefon danışıqları, sms yazışmaları və telefon əhatə dairəsi barədə məlumatlarının götürülməsi qərara alınmışdır. (cild 2, iş vər. 184-185). İşdə olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, ********* saylı qəbzindən görünür ki, zərərçəkmiş şəxs X15 övladı X26 adından tərəfindən Təqsirləndirilən şəxs2 adına 1000 (bir min) manat göndərilmişdir. (cild 2, iş vər. 240). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 2, iş vər. 299). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs6 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 2, iş vər. 301). İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 2, iş vər. 302). İşdə olan «İfadənin yerində yoxlanılması haqqında» 06 iyun 2016-cı il tarixli protokol və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, iş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən, sonuncu ünvan 11 ünvanda yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən "xxxx" MTK-nin ofisini və Təqsirləndirilən şəxs1 xidməti kabinetini əyani olaraq göstərərək, onun oğlu X114 İqtisad Universitetinin Dərbənd filialına qəbul etdirmək adı ilə Təqsirləndirilən şəxs1 2008-ci ilin may ayında həmin ofisdə ondan 6000 ABŞ dolları pul aldığını bildirmişdir. (cild 3, iş vər. 80-81, 82-83). İşdə olan «Baxış və götürmə haqqında» 07 iyun 2016-cı il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, iş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 X27 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənt filialının tələbəsi olmasına dair 07/171 nömrəli saxta tələbə biletini istintaq orqanına təqdim etmişdir. (cild 3, iş vər. 87, 88-89, 90).- İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 21 avqust 2017-ci il tarixli, 010-032-16xx/xx/2017 saylı məktubdan görünür ki, X55 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbə və məzunları sırasında qeydə alınmamışdır. (cild 3, iş vər. 210, 211). İş materiallarına əlavə edilməklə Ali təhsil haqqında 11/0333 qeydiyyat nömrəli, B № 256531 (it 229974) saylı diplomun kserosurətindən həmin diplom X52 adına sonuncunun Azərbaycan X38 filialının filologiya fakultəsini 2012-ci ildə bitirməsin və Dövlət Attestasiyası Komissiyasının 04 iyul 2012-ci il tarixli qərarı ilə ona filologiya, Azərbaycan dili və ədəbiyyatı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verildiyi barədə tərtib və təsdiq olunmuşdur. (cild 4, iş vər. 24). İş üz keçirilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının 12 noyabr 2014-cü il tarixli 20581 №-li rəyindən görünür ki, X70 adına verilmiş B 229974 saylı diplomun, diploma əlavənin üzərində olan imzalar, əlyazılar hər hansı bir texniki vasitənin köməyi ilə yox, birbaşa icra edilmişlər. Həmin sənədlərdə olan möhür əksləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. Həmin sənədlərin blanklarının üzərlərində «Azərbaycan Respublikası Təhsil Nazirliyi», «Azərbaycan Müəllimlər İnstitutu» məzmunlu mətnlərdən ibarət möhür əksləri vardır. (cild 4, iş vər. 40-42). İş üz keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 18 dekabr 2014-cü il tarixli, 23978 №li rəyindən görünür ki, X52 adına olan 11/0333 qeydiyyat nömrəli, B229974 seriyalı, 04 iyul 2012-ci il tarixli diplomdakı və Bakalavr diplomuna əlavədəki əlyazmalar X67 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X52 adına olan 11/0333 qeydiyyat nömrəli, B 229974 seriyalı, 04 iyul 2012-ci il tarixli diplomda və Bakalavr diplomuna əlavədə “Rektor” qrafalarındakı imzalar Aqiyə Naxçıvanlı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X52 adına olan diplomda “Dövlət Atesstasiya Komissiyasının sədri” qarşısındakı imza X33 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakalavr diplomuna əlavədə “Dekan” qrafasındakı imza X44 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakalavr diplomuna əlavədə “Katib” qrafasındakı imza X19 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. (cild 4, iş vər. 63-64). İşdə olan «Sənədlərin götürülməsi barədə» 03 aprel 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 öz oğlu X27 Azərbaycan Düvlət İqtisad Universitetinin Dərbənt filialının tələbəsi olmasına dair xx.xx.2007-ci il tarixli 07/171 nömrəli saxta tələbə biletini istintaqa təqdim etmişdir. (cild 5, iş vər. 5). İş üzrə keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 09 aprel 2019-cu il tarixli, 8937 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilməklə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənt filialı tərəfindən X27 adına verildiyi barədə olan 07/171 nömrəli tələbə bileti axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) çap olunmuşdur. Həmin tələbə biletində olan əlyazma mətn və imzalar birbaєa qələmlə icra olunmuşdurlar. Tələbə biletinin sol tərəfində olan “Derbentskiy filial X2 Universiteta Resp. Azerbaydjan İNN 170014567” məzmunlu möhür əksinin təsviri, sağ tərəfində olan “Derbentskiy filial X1 Universiteta UÇEBNAƏ ÇAST..” məzmunlu möhür əksinin təsviri və “Derbentskiy filial Azerbaydjanskoqo Qosudarstvennoqo DNEVNOE OTDELENİE Ekonomiçeskoqo Universiteta” məzmunlu mətni olan ştamp əksinin təsviri axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) çap edilmişdir. (cild 5, iş vər. 20-21). İşdə olan «CD disklərə baxış keçirilməsi haqqında» 11 aprel 2019-cu il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən müvafiq məhkəmə qərarı əsasında iş üzrə təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, həmçinin digər şəxslərin istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri üzrə 01 iyul 2019-ci il tarixdən 14 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində telefon danışıqları və sms məlumatları olmaqla «Azercell» Telekom BM-nin xx.xx.2019-cu il tarixli, 35080 saylı məktubu ilə istintaqa təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli telefon vasitəsi ilə xx.xx.2018-ci il tarixdən 09 oktyabr 2018-ci il tarixədək olan müddətdə 14 dəfə, Şahid1 isə istifadəsində olmuş ***-***-**-**” nömrəli telefon vasitəsi ilə xx.xx.2018-ci il tarixdən 09 oktyabr 2018-ci il tarixədək olan müddətdə 15 dəfə qarşılıqlı əlaqə saxlanılaraq telefon danışıqları aparılmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli telefon vasitəsi ilə xx.xx.2018-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan müddətdə 5 dəfə, Şahid1 isə istifadəsində olmuş ***-***-**-** nömrəli telefon vasitəsi ilə xx.xx.2018-ci il tarixdə bir dəfə qarşılıqlı əlaqə saxlanılaraq telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla Şahid2 istifadəsində olmuş ***-***-**-**” nömrəli telefon vasitəsi ilə xx.xx.2018-ci il tarixdən 08 oktyabr 2018-ci il tarixədək olan müddətdə 7 dəfə qarşılıqlı əlaqə saxlanılaraq telefon danışıqları olmuşdur. Nərgiz Rüstəmxanlı-Cəfərova istifadəsində olmuş ***-***- **-** nömrəli telefonla Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli telefon vasitəsi ilə xx.xx.2018-ci il tarixdən 02 oktyabr 2018-ci il tarixədək olan müddətdə 32 dəfə, Şahid1 isə istifadəsində olmuş ***-***-**-** nömrəli telefon vasitəsi ilə 04 oktyabr 2018-ci il tarixdən 11 oktyabr 2018-ci il tarixədək olan müddətdə 17 dəfə qarşılıqlı əlaqə saxlanılaraq telefon danışıqları olmuşdur. Bu isə, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid2 və Şahid1 övladlarının Azərbaycan Tibb Universitetinə qəbul etdirmək mövzusundə danışıqların aparıldığını bir daha təsdiq edir. Bu isə, Təqsirləndirilən şəxs2 tərəfindən Şahid2 və Şahid1 övladlarının Azərbaycan Tibb Universitetinə qəbul etdirmək mövzusundə danışıqların aparıldığını bir daha təsdiq edir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs3 tərəfindən Şahid2 övladının Azərbaycan Tibb Universitetinə qəbul etdirmək mövzusundə danışıqların aparıldığını bir daha təsdiq edir. Bu isə, Nərgiz Rüstəmxanlı-Cəfərova tərəfindən Şahid2 və Şahid1 övladlarının Azərbaycan Tibb Universitetinə qəbul etdirmək mövzusundə danışıqların aparıldığını bir daha təsdiq edir. Bundan əlavə, Şahid1 Ağabab oğlu xx.xx.2018-ci il tarixdə, saat 22:19-da istifadəsində olmuş ***-***-**-** nömrəli telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona “Salam. Telefonu götürüb bir söz deyin de, biz işimizi bilek. Birinci gün senedleri aparıram da universitete. Bir söz deyin mene”, 08 oktyabr 2018-ci il tarixdə, saat 17:28-də “Axırıncı dəfə sizə xəbərdarlıq edirik bizimlə oyun oynamayın” məzmunlu sms göndərmişdir. Aydın Cəfəov isə qeyd olunan nömrəli telefon vasitəsi ilə Şahid1 qeyd olunan nömrəli mobil telefonuna xx.xx.2018-ci il, saat 16:22-də “İndi danışa bilmirəm. Bir az sonra zəng edərəm”, 09 oktyabr 2018-ci il, saat 20:43-də yenə də “İndi danışa bilmirəm. Bir az sonra zəng edərəm”, 11 oktyabr 2018-ci il, saat 21:41-də “Sonra zəng edərəm” məzmunlu sms göndərmişdir. Bundan başqa, Şahid2 01 oktyabr 2018-ci il tarixdə, saat 11:43-də istifadəsində olan “050 328-39-00” nömrəli mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “070 380.01.01” nömrəli mobil telefona “Mənimlə oyun oynama sənə çox baha başa gələr” məzmunlu, həmçinin 08 oktyabr 2018-ci il, saat 17:30-da Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “051 725-43-73” nömrəli mobil telefona “Axrıncı dəfə sizə xəbərdarlıq edirik bizimlə oyun oynamayın” məzmunlu sms göndərmişdir. (cild 5, iş vər. 22-23) İş üzrə «Sübutların qiymətləndirilməsi haqqında» 12 aprel 2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işindən X11 qızı və qeyriləri barəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmə, xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə ediləcək qanuni və qanunsuz hərəkətin müqabilində vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən ayrı-ayrı şəxsləri təhrik etmə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 178.3.2, 32.4,312.2 və 320.1ci madələri ilə ayrıca cinayət işi, həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında mətbuat katibi mətbuat katibi vəzifəsində işləmiş X45 və qeyrilərinin dələduzluq yolu ilə özgə əmlakının külli miqdarda ələ keçirmə, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə və hüquq verən rəsmi sənədləri saxtalaşdırma faktına görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə ayrıca cinayət işlərinin ayrılması, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının olduğu bir ədəd CD disk, X27 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənt filialının tələbəsi olmasına dair 07/171 nömrəli saxta tələbə bileti, X52 Azərbaycan X38 filialının Azərbaycan dili və Ədəbiyyat fakültəsini bitirməsinə dair 11/0333 qeydiyyat nömrəli, B229974 seriyalı, 04 iyul 2012-ci il tarixli saxta diplom və həmin diploma əlavə, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 1.000 manat göndərməsinə dair "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, ********* saylı qəbz cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid8 əməli rüşvət verməyə cəhd kimi qiymətləndirilsin, lakin onlar könüllü olaraq istintaqa Təqsirləndirilən şəxs4 və digərlərinin qanunsuz əməlləri barədə məlumat verdikləri üçün cinayət məsuliyyətindən azad edilməklə, əməllərində hər hansı başqa bir cinayətin tərkib əlamətləri aşkar olunmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilməsi, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid8 oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamaları, X34 adına Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Milli Universitetinin diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsinə dair 010687 nömrəli, 2017ci il tarixli şəhadətnamənin Təqsirləndirilən şəxs3 tərəfindən saxtalaşdırması, qanunsuz hazırlaması, yaxud satması sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 320.1ci maddəsi ilə ittiham elan edilməməsi, X56, X46 və X20 və X4 adına olan Ukrayna Respublikasının Taras Şevçenko adına Kiyev Milli Universitetinin diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsinə dair 010687 nömrəli, 2017-ci il tarixli istifadə etmədiyi üçün əməllərində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət hadisəsi olmadığına və əməllərində hər hansı başqa bir cinayətin tərkib əlamətləri aşkar olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.11-ci maddələrinə əsasən barəsində cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs3 ifadəsində Fidan İsmayılovanın atası Mahmud İsmayılovdan qızının Rostov şəhərindən İqtisad universitetinin Dərbənd filialına köçürülməsi üçün 10.000 manat alaraq Təqsirləndirilən şəxs2 verdiyini göstərməsi xüsusatı öz təsdiqini tapmadığına görə həmin xüsusat üzrə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham elan edilməməsi, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 verilmiş sonuncunun oğlu X27 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənt filialının tələbəsi olmasına dair 07/171 nömrəli saxta tələbə bileti onlar tərəfindən istifadə edilmədiyi üçün əməllərində Azərbaycan Respublikası CM-nin 320.2ci maddəsi ilə cinayət hadisəsi olmadığına və əməllərində hər hansı başqa bir cinayətin tərkib əlamətləri aşkar olunmadığı üçün Zərərçəkmiş şəxs1 və X55 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.11-ci maddələrinə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 verilmiş, sonuncunun qızı X52 Azərbaycan X38 filialının Azərbaycan dili və Ədəbiyyat fakultəsini bitirməsinə dair 11/0333 qeydiyyat nömrəli, B229974 seriyalı, 04 iyul 2012-ci il tarixli saxta diplom və həmin diploma əlavə onlar tərəfindən istifadə edilmədiyi üçün əməllərində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət hadisəsi olmadığına və əməllərində hər hansı başqa bir cinayətin tərkib əlamətləri aşkar olunmadığı üçün Zərərçəkmiş şəxs2 və X88 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.11-ci maddələrinə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs2 tanışları X103 və X67 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək qızı Nigar Əliyevanı ali təhsil müəssisəsinə qəbul etdirmək adı ilə 24.500 manat vəsaiti ələ keçirərək dələduzluq etmələri və sonuncunu inandırmaq üçün qızının X38 filialını bitirməsinə dair saxta diplom təqdim etmələri xüsusatı üzrə X32 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə məhkum olunduğu, X71 isə xx.xx.2014-cü il tarixdə öldüyündən həmin xüsusat üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işində xx.xx.2015-ci il tarixli qərarla barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 ifadəsində X86 Əhmədovdan sonuncunun oğlu Musəvini ali təhsil müəssisəsinə qəbul etdirmək üçün aldığı pul vəsaitini X9 verdiyini göstərməsi xüsusatı üzrə X7 əməllərində cinayətin tərkib əlamətləri aşkar olunmadığı və cinayət hadisəsi olmadığı üçün barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.11-ci maddələrinə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X16 adına ********* nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu, X21 adına ********** nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu, X57 adına ********** nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu, X35 adına olan ********* nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportlarının Təqsirləndirilən şəxs2 tərəfindən saxtalaşdırması, qanunsuz hazırlaması, yaxud satması sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ittiham elan edilməməsi, vətəndaş Şahid1 müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs2 avtomaşınından tam orta və orta təhsil haqqında attestatlar, tələbə biletləri və qiymət kitabçaları aşkar edilməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs2 itiham elan edilməməsi və qeyd olunan sənədlərin aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilməsi, X36 ifadəsində mərhum atası Ağamusa Qasımov tərəfindən onun özü və bacısıını ali təhsil müəssisəsinə qəbul etdirməyə görə Təqsirləndirilən şəxs2 16.000 manat verməsini və nəticədə saxta diplom təqdim edilməsini göstərdiyi xüsusat üzrə Təqsirləndirilən şəxs2 ittiham elan edilməməsi qərara alınmışdır. (cild 5, iş vər. 28-67). İşdə olmaqla «Cinayət işinin ayrıca icraata ayırılması haqqında» 12 aprel 2019-cu il il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi C.Ş.Səfərli tərəfindən Təqsirləndirilən şəxs1 və digərlərinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2 və 320.1-ci və digər maddələri ilə təqsirləndirilmələrinə dair olan hazırki ********* №-li cinayət cinayət işindən X45 və qeyrilərinin dələduzluq yolu ilə özgə əmlakının külli miqdarda ələ keçirilməsi və s. faktlara görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 320.1-ci maddələri ilə ********** saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (cild 5, iş vər. 68-69). İşdə olan «Cinayət işinin ayrıca icraata ayırılması haqqında» 12 aprel 2019-cu il il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi C.Ş.Səfərli tərəfindən Təqsirləndirilən şəxs1 və digərlərinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2 və 320.1-ci və digər maddələri ilə təqsirləndirilmələrinə dair olan hazırki ********* №-li cinayət cinayət işindən X11 qizi və qeyriləri barəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakgng ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə və s. faktlara görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (cild 5, iş vər. 77-79). İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin 30 aprel 2019-cu il tarixli, 010-031- 7xx/xx/2019 nömrəli məkbubu ilə istintaqa təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun «Fizika-riyaziyyat» fakultəsini bitirmiş və 1968-ci ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetində işləyir. Təqsirləndirilən şəxs3 1970-ci ildən «Riyaziyyat» kafedrasında assistent, baş müəllim, 1985-ci ildən dosenti vəzifəsində işləyir. 1976-cı ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 1986-cı ildə dosent elmi adı almışdır. Təqsirləndirilən şəxs3 işlədiyi dövrdə kafedranın tədris-metodiki fəaliyyətində (mühazirə mətlərinin hazırlanmasında, imtahan testlərinin tərtibində) yaxından iştirak etmiş, hər il büdcə təyinatlı elmi-tədqiqat işləri yerinə yetirmişdir. 30-a yaxın elmi-metodiki işin müəllifidir. Təqsirləndirilən şəxs3 kafedrada 50 ilə yaxın işlədiyi müddətdə özünü təcrübəli müəllim kimi göstərmişdir. (cild 5, iş vər. 85, 86). İşdə olan "xxxx" Mənzil istehlak kooperativi tərəfindən verilmiş 22 aprel 2019-cu il tarixli arayış, həmçinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 15 ünvandam yaşayır, himayəsində xx.xx.1927-ci il təvəllüdlü atası, xx.xx.1939-cu il təvəllüdlü anası, xx.xx.1963-cü il təvəllüdlü həyat yoldaşı, xx.xx.2002-ci il və xx.xx.2012-ci il təvəllüdlü qız övladları vardır. Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il tarixdən Bakı Dövlət Universitetinin nəzdində "xxxx" Mənzil istehlak kooperativinin idarə heyətinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 uzun müddət BDU-nin əməkdaşı olmuş və fizika-riaziyyət elmləri doktorudur, YUNESKO-nun professorudur, həmin universitetdə laboratoiya müdiri, kafedra müdiri, dekan vəzifələrində işləmişdir. Aylın Cəfərov 1992-1994-cü illərdə hərbi hissə komandirinin müavini kimi Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonları ərazisində döyüşlərdə fəal iştirak etmiş və müharibə veteranıdır. (cild 5, iş vər. 89, 90). İş materiallarında olmaqla Ə.D.Məlikov adına 6 saylı BŞX-dan verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 1998-ci ildə Bakı Dövlət Universitetinin «Biologiya» fakultəsinə qəbul olub, 2002-ci ildə həmin universiteti «Ginetika» ixtisası üzrə bitirmişdir. 2002-ci ildən Şəhər Onkoloji Dispanserə həkim-sitoloq vəzifəsində işləmiş, 2010-cu ildən hal-hazırki vaxta qədər Ə.D.Məlikov adına 6 saylı BŞX-nın Kliniki diaqnostik laboratoriya şöbəsinin həkimi vəzifəsində işləyir və müsbət xarakterizə olunur. (cild 5, iş vər. 91). İşdə olan Bakı şəhəri Səbail rayon MKTB 58 saylı MKİS-dən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Bakı şəhəri, ünvan 16 ünvanda yaşayır və daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 5, iş vər. 94, 95). İş materiallarında olmaqla Azərbaycan Respublikası «Beynəlxalq Elm, Təhsil və Mədəniyyət əlaqələri Assosiyasiyası» tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 2005-ci ildən həmin Assosiyasiyanın üzvüdür. Təqsirləndirilən şəxs2 elmi işlər müdafiə edərək 1998-ci ildə Filologiya elmləri doktoru, 2000-ci ildə isə alimlik dərəcəsi almışdır. Təqsirləndirilən şəxs2 6 kitab, 4 proqram və 60 elmi məqalənin müəllifidir. (cild 5, iş vər. 96, 95). Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 may 2009-cu il tarixli AZ-İİ № 269480 saylı və 14 noyabr 2014-cu il tarixli AZ-İİİ № 415505 saylı X17 kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 20 avqust 2008-ci təvəllüdlü və 29 oktyabr 2013-cü il təvəllüdlü qız övladları vardır. (cild 5, iş vər. 98, 99). İş materiallarında olmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 1(101)-495/2015 saylı hökmün surətindən görünür ki, X67 həmçinin təqsirli bilinmişdir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə 2011-ci ilin avqust ayında qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 müraciətinə əsasən sonuncunun qızı Nigar Əliyevanı tələbə kimi əvvəlcə X28 şəhərində yerləşən Xalqlar Dostluğu Universitetinə qəbul etdirəcəyinə, növbəti tədris ilində isə onun Azərbaycan Dillər Universitetinə köçürəcəyini vəd verib, etibarından istifadə edərək 2011-ci ilin sentyabr ayında Gəncə şəhərində «Xan bağı» parkında yerləşən çayxanada 20000 (iyirmi min) manat, bir müddət sonra Bakı metropolitetinin «Gənclik» stansiyasının yaxınlığında 4500 (dörd min beş yüz) manat pulunu almış, sonuncunu vədlərinə inandırmaq üçün 2013-cü ilin fevral ayında metronun «Gənclik» stansiyasının yaxınlığında yerləşən «Çempion» adlanan kafedə istintaqa məlum olmayan şəraitdə, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə Nigar Əliyevanın güya Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakultəsini 2012-ci ildə bitirməsinə dair yalan məlumtlar daxil edərək saxtalaşdırdığı B 229974 nömrəli diplomu və bakalavr diplomuna əlavədə möhür əkslərini skayner vasitəsilə, o cümlədən aidiyyəti şəxslərin imzalarını saxtalaşdırmaqla hər iki sənədi Zərərçəkmiş şəxs2 təqdim etmiş, bununla da aldatma yolu ilə 24500 (iyirmi dörd min beş yüz) manat pulu ələ keçirmiş və vəzifə saxtakarlığı törətmişdir. Hökmdən göründüyü kimi həmin ittihamla bağlı Vaqif Rəhimov məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ilin sentyabr ayında tanışı mərhum X103 onu Zərərçəkmiş şəxs2lə tanış etmiş və sonuncunun qızı Nigar Əliyevanın ali məktəbə qəbul imtahanlarından müvəffəqiyyət balı toplaya bilmədiyini bildirərək, onu Xarici Dillər Universitetinə tələbə kimi qəbul etdirməsini ondan xahiş etmişdir. O isə Nigarı həmin universitetə qəbul etdirəcəyini bildirərək, bununla bağlı Gəncə şəhərində «Xan bağı» parkında Zərərçəkmiş şəxs2 20000 manat pul alaraq Nigarı X28 şəhərində yerləşən Xalqlar Dostluğu Universitetinə qəbul etdirəcəyini, bir ildən sonra isə onu Azərbaycan Dövlət Xarici Dillər Universitetinə köçürəcəyini bildirmişdir. Bundan sonra həmin məsələ ilə bağlı o, Bakı şəhərində öz tanışı Təqsirləndirilən şəxs2 müraciət etmiş və sonuncu həmin işi həll edəcəyinə ona söz vermişdir. Bununla bağlı o, Təqsirləndirilən şəxs2 12000 manat pul vermiş, həmçinin ona əlavə olaraq 8000 manat da pul verəcəyini bildirmişdir. Bundan bir müddət sonra Yunis Həsənov vəfat etmiş, lakin sonuncu vəfat etməzdən əvvəl qalan pulu da o, Yunisin vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərmişdir. Bundan bir müddət sonra onun özü Zərərçəkmiş şəxs2 əlavə olaraq 4500 məbləğində pul alaraq həmin puldan 3000 manat məbləğində pulu Bakı şəhəri «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2 vermişdir. Lakin, həmin məsələ həl olunmadığına görə Zərərçəkmiş şəxs2 pulunu ondan geri tələb etməyə başlamışdır. O isə bu barədə Təqsirləndirilən şəxs2 bildirdikdə, sonuncu ona Nigar Əliyevanın Azərbaycan X38 filialında oxuması barədə diplom düzəltdirdiyini və inandırmaq üçün həmin diplomu Zərərçəkmiş şəxs2 vermək istədiyini ona bildirdiyini, daha sonra isə 2013-cü ilin fevral ayında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri «Gənclik» metrostansiyasının yaxınlığanda yerləşən «Sempion» adlanan kafedə Zərərçəkmiş şəxs2lə görüş və həmin vaxt Təqsirləndirilən şəxs2 onun yanında Zərərçəkmiş şəxs2 Nigar Əliyevanın güya X38 filialını bitirməsi barədə diplom vermiş və ikinci ali təhsil kimi Nigarı gələcəkdə Azərbaycan Müəllimlər İnstitutuna düzəltdirdiyini demişdir. Lakin, bir müddət sonra Zərərçəkmiş şəxs2 həmin diplomuq saxta olduğunu bilərək verdiyi pulları geri tələb etmiş və o, həmin pulları İdrisdən aldığı və pul qaytaracarg barədə İdrisə 2014-cü ildə yazılı iltizam vermişdir. Onun özünün həmin saxta diplomun hazırlanmasında hər hansı əlaqəsi olmamışdır. Həmin məhkəmə hökmünə əsasən X67 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq bir il müddətə dövlət orqanlarında, yerli bzünüidarə orqanlarında, dövlət və bələdiyyə müəissə, idarə və s. təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-iəsərrüfat yunksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun iş üzrə ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən X47 təyin edilmiş cəza şərti tətbiq edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökmə əsasən X47 2013-cü ilin fevral ayında X52 Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsini 2012-ci ildə bitirməsinə dair yalan məlumatları B 229974 nömrəli diploma və bakalavr diplomuna əlavəyə daxil etməklə möhür əkslərini və aidiyyətı şəxslərin imzalarını saxtalaşdırmaqla Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığı cinayətini törətməyə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsinə görə cəza təyin edilməmişdir. (cild 5, iş vər. 100-124). İş üzrə 16 aprel 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (cild 5, iş vər. 166-167, 179-180). İş üzrə 16 aprel 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (cild 5, iş vər. 190-193, 207-208). İş üzrə 16 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (cild 5, iş vər. 218-219, 231-232). İş materiallarına əlavə edilməklə Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən verilmiş 15 avqust 2007-ci il tarixli AZ-İ №957794 saylı və Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş 22 fevral 2012-ci il tarixli AZ-İİ №825496 X17 kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 09 mart 2002-ci təvəllüdlü və 03 fevral 2012-ci il təvəllüdlü qız övladları vardır. İş materiallarına əlavə edilmiş 15 may 1991-ci il tarixli KD № 036693 saylı və DK № 022829 saylı diplomların kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 27 dekabr 1990-cı ildə fizikariyaziyyat elmləri namizədi, 17 iyun 2004-cü il tarixdə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcə verilmişdir. İş materiallarına əlavə edilməklə Azərbaycan Respubldikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöəbəsi tərəfindən verilmiş № xx/xx-190983/13 saylı 21 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubldikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş və həmin məbləğ onun tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Nikahın pozulması haqqında” AZ-İ 253412 npmrəli şəhadətnamə və AZE 12399433, AZE 12399429 seriya və nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 ilə X117 arasında lan nikah xx.xx.2016-cı il tarixdə pozulmaqla, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2004-cü il təvəllüdlü Erkin Həsənzadə və xx.xx.2011-ci il təvəllüdlü Aydan Həsənzadə adlı övladları vardır. İş materiallarına əlavə edilmiş Şahid1 məhkəməyə ünvanlandığı 10 oktyabr 2019-cu il tarixli teleqramından görünür ki, Vidadi Allahverrdiyev məhkəməyə iş qrafiki ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyi, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etdiyi, ona vurulmuş ziyanın tam olaraq ödəndiyi və heç bir iddiası olmadığı barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs kimi tanındığı iş üzrə müttəhim Vaqif Rəhimovun yaxın qohumları tərəfindən ona dəymiş ziyan ödəndiyinə görə tələbi və şikayəti olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10 saylı Tibbi Sosial Ekspert komissiyasının xxxxxxx0003 nömrəli, xx.xx.2016-cı il tarixli müayinə məlumatlarından və 179298 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 2-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş 08 noyabr 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş barışıq sazişindən görünür ki, həmin sazişlə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə aralarında barışıq olduğundan ona qarşı heç bir iddia və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaq, ona dəymiş ziyan X72 tərəfindən tam şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək, eləcə də məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan etməklə tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 -yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 məhkəmədə verdikləri işin faktiki hallarına uyğun qismən etirafedici, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu işin faktiki hallarına uyğun qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, telefon danışıqlarına və sms yazışmalarına dair əldə olunmuş və cinayət işi materiallarına CD disk şəklində əlavə edilmiş məlumatlar, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından göstərilmişdir ki, rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 yuxarıda qeyd edilən cinayət əməllərini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmədikləri və xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ediləcək qanunsuz hərəkətin müqabilində vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində verməyə ayrı-ayrı fiziki şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində təhrik etməkdikləri barədə olan hissədə onların ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onların yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları hadisələrin baş vermə yeri, vaxtı və şəraiti barədə işin faktiki hallarına uyğun olmaqla özlərinin məhkəmə istintaqı və ibtidai istintaq zamanı vermiş olduqları mahiyyət etibarı ilə qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, telefon danışıqlarına və sms yazışmalarına dair əldə olunmuş və cinayət işi materiallarına CD disk şəklində əlavə edilmiş məlumatlar, sənədlər və həmçinin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti, həmçinin onun az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan ona verilmiş ittihamın birinci epizodu olmaqla, Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən qeyd olunan epizodlar üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə cəza təyin edilməməli, eyni zamanda Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsindən CM-in 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsilə cəza təyin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcələsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.61.7-ci bəndinə əsasən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir. “Qeyd: 1.Bu Məcələnin 177.1, 178.1 və 179.1-ci maddəərində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcələnin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddəərində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2.Bu Məcələnin 177-182-ci, 185-187-ci və 189-1-ci maddəərində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 3.Bu Məcələnin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddəəri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcələnin 177-183-cü maddəəri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcələnin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.” Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qarşı ibtidai istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda,- yəni cəmi 11.476,5 manat (on bir min dörd yüz yetmiş altı manat əlli qəpik) məbləğində ziyan vurmaqla dələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində Müsavi Əhmədovun guya Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında təhsil almasına dair 2007-ci il tarixli, 07/17 nömrəli hüquq verən həmin vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və bundan başqa digər cinayət əməllərini törətmiş, öz növbəsində Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 2013-cü ilin fevral ayında qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və bundan başqa digər cinayət əməllərini törətmişdir. Yuxarıda qeyd edildiyi kimi, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla) tövsif edilməsi üçün vurulmuş ziyanın məbləğinin əlli min manatdan artıq olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (xeyli miqdarda ziyan vurmaqla) tövsif edilməsi üçün isə vurulmuş ziyanın məbləğinin beş min manatdan yuxarı olması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə, əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 müvafiq olaraq yuxarıda qeyd olunan epizod üzrə törətdiyi dələduzluq əməli tövsifedici əlamətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müdddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Həmin Məcəllənin 320.1-ci maddəsinin sanksiyası isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə czası nəzərdə tutur. Verilmiş ittihamdan göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 2007-ci ilin avqust ayında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan ona verilmiş ittihamın birinci epizodu olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini isə 2007-ci ilin may ayından, 2008-ci ilin may ayınadək olan müddət ərzində törətmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 2013-cü ilin fevral ayında törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan epizodlar üzrə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən, öz növbəsində Təqsirləndirilən şəxs2 böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsindən, qeyd olunan hər bir cinayətin təsnifatı üzrə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən olunmuş, iki il və yeddi il olmaqla cinayət məsuliyyətinə cəlb edilmə müdddətləri artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, həmçinin onun az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan ona verilmiş ittihamın birinci epizodu olmaqla, Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodları, öz növbəsində Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi epizodu üzrə, müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunması, cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olmasını, Zərərçəkmiş şəxs1la barışıq ələdə edərək vurulmuş maddi ziyanı tam olaraq ödənildiyini, cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin tam olaraq sahiblərinə qaytarılmış olmasını, Azərbaycan Respublikası müharibə veteranı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi növündə cəzanı ağırlaşdıran halların mövcud olub-olmaması məsələsini həll edərkən, qeyd edir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli, A -0480/05 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.3, 32.5, 312.2; 29, 32.3, 32.5, 312.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və şərti maliyyə vahidinin 4000 (dörd min) misli miqdarında cərimə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24 oktyabr 2005ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM-nin 32.3, 32.5, 312.2,-ci maddələri ilə onun üzərində şərti maliyyə vahidinin 3000 (üç min) misli miqdarında cərimə və 1 (bir) il 2 (iki) ay il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həbsdə olduğu müddət nəzərə alınmaqla həbsdən azad edilmiş, xx.xx.2007-ci il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, Bundan sonra Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş № 1(005)-99/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs1 ittihamın birinci epizodu üzrə cinayət əməlini 2007-ci ilin may ayından 2008-ci ilin may ayınadək olan müddət ərzində törətmiş, ittihamın qalan epizodları üzrə dələduzluq və rüşvət verməyə təhrik etmə cinayətlərini isə 2018-ci ilin mart ayından 2018-ci ilin avqust ayınadək olan müddət ərzində törətmişdir. Yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs1 verilmiş ittihamın birinci epizodu olmaqla böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, həmçinin onun az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan ona verilmiş ittihamın birinci epizodu olmaqla, Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ittihamın birinci epizodu üzrə cinayət əməlləri törədilərkən faktiki olaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli iş № A -0480/05 saylı hökmünə əsasən ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına münasibətdə üzərində yaranmış məhkumluğu ödənilməmiş olmasına baxmayaraq, hazırkı halda həmin epizod üzrə Təqsirləndirilən şəxs1 cəza təyin edilmədiyindən ona münasibətdə cinayətlərin residivi formasında cəzanı ağırlaşdıran hal mövcud olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamın müvafiq olaraq 2-ci epizod üzrə cinayət əməllərini 2018-ci ilin mart ayında, 3-cü epizod üzrə cinayət əməllərini 2018-ci ilin aprel ayında, 4, 5 və 6-cı epizodlar üzrə cinayət əməllərini 2018-ci ilin iyul ayında, 7 və 8-ci epizodlar üzrə cinayət əməllərini 2018-ci ilin avqust ayında törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qeyd olunan epizodlardan müvafiq olaraq 2 və 3-cü epizodlar üzrə cinayət əməllərini Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş № 1(005)-99/2018 saylı hökmü ilə məhkum edilməzdən əvvəl törətmişdir ki, bu səbəbdən qeyd olunan epizodlar üzrə Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi növündə ağırlaşdırıcı hal mövcud deyildir. Bundan başqa Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamın müvafiq olaraq 4-8-ci epizodlar üzrə cinayət əməllərini isə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş № 1(005)-99/2018 saylı hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cərimə cəzasına məhkum edildikdən sonra törətmişdir ki, qeyd olunan halda da Təqsirləndirilən şəxs1 üzərində faktiki olaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya görə məhkumluq olmuşdur ki, belə olan halda da məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 münasibətdə cinayətlərin residivi növündə cəzanı ağırlaşdıran hal mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Qaytara oğluna cəza təyin edərkən nəzərə alınmalı əməlində cinayətlərin residi növündə cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən CM-nin 32.4, 312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmadığı, cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını, 75-dən çox yaşının olmasını, cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin tam olaraq sahiblərinə qaytarılmış olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs3 dosent elmi adı almaqla, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olması onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən CM-nin 32.4, 312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasını, yaşını, himayəsində iki azyaşlı övladının olmasını, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ödənildiyini, cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin bir hissəsinin sahiblərinə qaytarılmış olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 uzun müddət pedaqoji fəaliyyətlə məşğul olması onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olmasını, bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən CM-nin 32.4, 312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 qadın olmasını, müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmadığı, himayəsində yetkinlik yaşına çatmamış və həmçinin azyaşlı övladlarının olmasını, cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını, cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin tam olaraq sahiblərinə qaytarılmış olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən CM-nin 32.4, 312.2-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs5 qadın olmasını, müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmadığı, cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını, 2-ci qrup əlil olmasını, cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin tam olaraq sahiblərinə qaytarılmış olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən CM-nin 32.4, 312.1-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs6 qadın olmasını, müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmadığı, himayəsində yetkinlik yaşına çatmamış övladının olmasını, cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını, cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin tam olaraq sahiblərinə qaytarılmış olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən CM-nin 32.4, 312.1-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini Təqsirləndirilən şəxs6 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Göstərilənlərə əsasən, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayətlərin xarakterini, onların şəxsiyyətini, qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın tam olaraq onlar tərəfindən ödənilmiş olmasını nəzərə alaraq, barələrində təqsirli bilindikləri cinayət əməllərinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmalarını mümkün sayaraq onların barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsi məqsədəuyğundur. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 -ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 il 1 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə təyin edilmiş cəza həmin Məcəllənin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək üzərində 6 il 6 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi ilə cəzanın şərti olaraq tətbiq olunmasına dair müddəalar xaric edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilərək üzərində 6 il 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Nizami rayon məhkəməsinin qərarı dəyişdirilərək, əməli CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilməklə üzərində qəti olaraq 2 il 6 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Quba rayon məhkəməsinin 10 aprel 2018ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi olan,- 06 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs2 verilmiş ittihamın müvafiq olaraq 4 və 5-ci epizodlarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 qeyd olunan epizodlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə əhatə olunan və təsnifat baxımından ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməllərini qəsdən 2018-ci ilin avqust ayında, yəni müvafiq olaraq Quba rayon məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunduğu cəzasının çəkilməmiş hissəsi olan 06 ay 28 gün müddəti ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə müvafiq hökm dəyişdirilməklə üzərində saxlanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, əməli tövsif edilməklə üzərində qəti olaraq saxlanılmış 2 il 6 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 28 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunması Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və həmin qərar üzrə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan hissəsi,- 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, təqsirləndirilən şəxsin əvvəllər qəsdən az ağır cinayət törətməyə görə məhkum olduğu və məhkumluğu müvafiq olaraq ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivinin olduğunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri, “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı məhkəmə zalında həbsdən azad olunmalı və barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Qayataran oğluna cəza təyin edilərkən, Təqsirləndirilən şəxs1 iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı 12 oktyabr 2018-ci il tarixdən, 30 dekabr 2019-cu il tarixədək həbsdə olduğu müddət,- cəmi 01 (bir) il 02(iki) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan əsas cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri, “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı məhkəmə zalında həbsdən azad olunmalı və barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs X58 cəza təyin edilərkən, onun iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı 12 oktyabr 2018-ci il tarixdən, 30 dekabr 2019-cu il tarixədək həbsdə olduğu müddət cəmi 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan yekun cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs4 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 öz davranışları ilə islah olunmalarını sübut etməlidirlər. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 barələrində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəliliyini, onların əsas etibarı ilə qulluq mövqelərinə görə onlara olan inamdan istifadə edərək cinayət törətmələrini nəzərə alaraq onların dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir və onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmasa da həmin maddə ilə cəza təyin edərkən barələrində müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 cəza təyin edərkən, sonuncuların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəliliyini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, hazırki halda qeyd olunan təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmayan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi zərurəti yoxdur, həmin növdə əlavə cəzanın təyin edilməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin prinsipləri baxımından məqsədəmüvafiq deyildir. İş üzrə maddi sübutlar: təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, həmçinin digər şəxslərin istifadəsində olmuş ***-***-**- **, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri üzrə 01 iyul 2019-ci il tarixdən 14 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində telefon danışıqları və sms məlumatları olan bir ədəd CD disk, həmin məlumatlardan çıxarışlar, X26 adından Təqsirləndirilən şəxs2 adına 1000 (bir min) manat göndərməsinə dair "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, ********* saylı qəbzi, X27 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbəsi olmasına dair 07/171 nömrəli saxta tələbə bileti, X52 Azərbaycan X38 filialının Azərbaycan dili və Ədəbiyyat fakültəsini bitirməsinə dair 11/0333 qeydiyyat nömrəli, B229974 seriyalı, 04 iyul 2012-ci il tarixli saxta diplom və həmin diploma əlavənin surəti cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 240 (iki yüz qırx) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 qgzgndan müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia olmadığı və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti, həmçinin onun az ağır cinayətlər təsnifatına daxil olan ona verilmiş ittihamın birinci epizodu olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həmin dələduzluq cinayəti epizodu üzrə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 oktyabr 2018-ci il tarixdən, 30 dekabr 2019-cu il tarixədək həbsdə olduğu müddət cəmi 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş əsas cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş, əsas - azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddələsilə cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə müvafiq hökm dəyişdirilməklə üzərində saxlanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, əməli tövsif edilməklə üzərində qəti olaraq saxlanılmış 2 il 6 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 28 gün müddətindən Təqsirləndirilən şəxs2 şərti olaraq vaxtından əvvəl azad olunması Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və həmin qərar üzrə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan hissəsi olan,- 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin edilmiş əsas cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin, 32.4, 312.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 12 oktyabr 2018-ci il tarixdən, 30 dekabr 2019-cu il tarixədək həbsdə olduğu müddət cəmi 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş əsas cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş, əsas - azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs3 bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs3 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs4 bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs4 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs5 178.2.1 və 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 təyin edilmiş cəzala rı qismən toplamaq yolu ilə qəti olaraq 5500 (beş min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs6 178.2.1 və 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs6 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5500 (beş min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübutlar: iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, həmçinin digər şəxslərin istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri üzrə 01 iyul 2019-ci il tarixdən 14 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində telefon danışıqları və sms məlumatları olan bir ədəd CD disk, həmin məlumatlardan çıxarışlar, X26 adından Təqsirləndirilən şəxs2 adına 1000 (bir min) manat göndərməsinə dair "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, ********* saylı qəbzi, X27 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənt filialının tələbəsi olmasına dair 07/171 nömrəli saxta tələbə bileti, X52 Azərbaycan X38 filialının Azərbaycan dili və Ədəbiyyat fakultəsini bitirməsinə dair 11/0333 qeydiyyat nümrəli, B229974 seriyalı, 04 iyul 2012-ci il tarixli saxta diplom və həmin diploma əlavənin surəti cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 240 (iki yüz qırx) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 dövlətin xeyrinə tutulsun. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar