Məhkəmə qərarları › İş №1(101)-686/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-686/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-686/2020 30.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Mövsümova İlahə Elbrus qızının iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işləməyən, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 15-ci məhəllə 42-ci yataqxana otaq 104-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 23 radələrində «X4» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi dövlət qeydiyyat nişansız «MONDİAL 100 Sfc Snappy X» markalı mopedlə Bakı-Quba-Dağıstan yolunun Abşeron rayonu ərazisindən keçən 10-cu kilometrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ala bilməyib «X4» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarəetməni itirib tunelə gedən yolla körpüyə qalxan yolayrıcı beton çəpərə çırpılmış, nəticədə ehtiyatsızlıqdan mopeddə olan sərnişin Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, daxili qanaxma ilə müşaiyət olunan sağ ağ ciyərin və dalağın cırılması, alın nahiyəsinin sol hissəsinin, sol gözün alt qapağının, sol yanaq nahiyəsinin, çənə nahiyəsinin sol hissəsinin, sol çiyin qurşağının, sol saidin orta 1/3-nin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin və sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilib ifadələrində göstərdi ki, onun nəqliyyat vasitələrindən heç birinin, o cümlədən motosiklet idarə etmək hüququ yoxdur və ona sürücülük vəsiqəsi verilməmişdir. 2019-cu ilin may ayında Sumqayıt şəhərində parkda gəzərkən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Nuray qalmağa mənzili olmadığını dediyi üçün onu yaşadığı yataqxanaya aparmış və orada birgə yaşamağa başlamışlar. xx xxxx 2019-cu ildə Nurayla birlikdə Sumqayıt şəhərində «Ülvi» şadlıq sarayında dostunun qohumunun toy şənliyində iştirak etmişdir. Orada Nurayla birlikdə spirtli içki qəbul edib təxminən saat 22:40 dəqiqə radələrində toydan çıxmışlar. Nurayı onun idarə etdiyi «MONDİAL» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletə sərnişin kimi qabağında oturaraq Sumqayıt şəhərindən Bakı şəhərinə yola düşmüşlər. Təxminən saat 23:00 radələrində Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, Xırdalan qəbiristanlığı ilə üzbəüz yerdə sərxoş vəziyyətdə olduğu üçün idarəetməni itimiş və hadisə törətmişdir. Özü hadisə nəticəsində xəsarət alaraq huşunu itirmişdir. Ayıldıqda özünün xəstəxanada olduğunu və hadisə nəticəsində Nurayın öldüyünü eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Mövsümova İlahə Elbrus qızı ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Nurayın tanışı kimi tanıyır. Hadisə nəticəsində ölən Zərərçəkmiş şəxs isə onun övladıdır. Nuray 2009-cu ildə Bakı şəhəri Binəqədi rayonu Müşfiqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək həmin il Bakı şəhərindəki 4 nömrəli peşə liseyinə qəbul olunub orada təhsilini davam etdirmişdir. 2019-cu ilin fevral ayının 10-dan sonra Nuray onun icazəsi olmadan evdən gedib və bir neçə gün sonra evə qayıtdı. Nuray rəfiqələri ilə qaldığını dedi, amma rəfiqələrinin kim olduğunu demədi. xx xxx 2019-cu ildə Nuray sosial şəbəkədə İlkin adlı oğlanla tanış olmuşdu. Sonuncu dəfə Nuray ölümündən təxminən 20 gün əvvəl evdən getdi. O, Nurayın harada olduğnu bilməmişdir. xx xxxx 2019-cu ildə Nuray İlkin adlı oğlanla mopedlə gecə vaxtı yaşadığı Müşfiq qəsəbəsindəki evə gəldi. Nuray İlkini sevdiyini və ona ərə getmək istədiyini dedi. İlkin də Nurayı sevdiyini və onunla evlənəcəyini dedi. O, İlkinə Nurayın 16 yaşının fevral ayında tamam olduğunu, hələ onun ərə getməyinin tez olduğunu demişdir. İlkin isə öz anasının Türkiyədə olduğunu, qayıtdıqda Nurayı nişanlayacağını və sonra toy edəcəyini bidirdi. Həmin gecə Nuray çantaya paltarlarını yığıb İlkinlə getdi. xx xxxx 2019-cu ildə internet vasitəsi ilə Nurayın yolnəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat alaraq onu xəstəxanalarda axtarmışdır. xx xxxx 2019cu ildə Respublika Xəstəxanasının morqunda Nurayın meyitini tapmışdır. Ona onda məlum olmuşdur ki, Nuray İlkinin idarə etdiyi mopetdə sərnişin kimi olarkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. Nurayı Güzdək qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişlər. Hadisə nətiəcsində onlara maddi ziyan da dəyib. Bütün xərcələri özünün anası çəkib. Bu məbləğ beş mindən yuxarı olub. İlkin isə onlara dəymiş maddi zərəri ödəməyib.Buna baxmayaraq o, İlkinlə barışıb, ondan şikayət və tələbi yoxdur, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Şahid X3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. münasibətləri yaxşı olmuşdur. Ədavətləri yoxdur. Zərərçəkmiş şəxs onun nəvəsidir. Nurayı o, böyütmüşdür. Hadisə haqqında internetdən xəbəri olmuşdur. Nurayın barəsində maraqlandıqda öyrənmişlər ki, həm Nuray, həm də İlkin xəstəxanadadırlar. Nuray vəfat etdikdən sonra İlkinin anası onlarla əlaqə saxlayıb baş sağlığı verdi. Hadisə nətiəcsində o, beş min manatdan artıq pul xərcələmişdir. Həmin pulu ödənilməmişdir, lakin o, həmin pulu heç kimdən tələb etmir. Onlar İlkinlə barışmışdırlar. Qızının İlkinə qarşı heç bir şikayət və tələbləri yoxdur. İlkinin tutulmasını istəmir. Məhkəmədə elan edilib araşdırılımış ifadələrində Şahid ibtidai istintaq zamanı göstərmişdir ki, xx xxxx 2019-cu ildə saat 23:00 radələrində xidmətdə olarkən Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 10-cu kilometrində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alaraq dərhal hadisə yerinə gedib yolun Bakı şəhəri istiqamətinə olan hissəsində bir nəfər cavan oğlan və bir nəfər qızın yerdə uzanıqlı vəziyyətdə olduqlarını görmüşdür. Körpüyə qalxan yolayrıcı beton çəpərə dəyməsi ehtimal olunan MONDİAL markalı moped aşmışdı. Cavan oğlan huşsuz vəziyyətdə olmaqla nəfəsi gəlirdi, qızın nəfəsi gəlmədiyninə görə onun öldüyünü hesab etmişdir. Oğlanı xəstəxanaya, qızı isə morqa yola salmışdır. Bundan sonra hadisə yerinə müstəntiq gəldi. Müstəntiqə həmin yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri göstərərək hadisə yerinə baxışda iştirak etmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 53 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, daxili qanaxma ilə müşaiyət olunan sağ ağ ciyərin və dalağın cırılması, alın nahiyəsinin sol hissəsinin, sol gözün alt qapağının, sol yanaq nahiyəsinin, çənə nahiyəsinin sol hissəsinin, sol çiyin qurşağının, sol saidin orta 1/3-nin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin və sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər xx xxxx 2019-cu ildə sərnişin qismində olduğu motosikletin beton maneəyə dəyərək aşması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb daxili qanaxma ilə müşayiət olunan sağ ağ ciyərin və dalağın cırılması fonunda baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur. Ölüm xx xxxx 2019-cu ildə saat 09:00-da baş vermişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 19873 №-li rəyindən görünür ki, MONDİAL markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 653 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunmuş emosional davamsız şəxsiyyət pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə yolnəqliyyat hadisəsi törədərkən alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, sonra və hazırda anlaqlıdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Qeyd olunan psixi pozuntu Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə aldığı kəllə-beyin travmasından sonra yaranmışdır. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq əhərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətləri nəqliyyat hadisəsini törətməsinə birbaşa səbəb olmamışdır. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, tez yorulma, əhval-ruhiyyəsinin dəyişkən olması müəyyən edilir. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən sərxoş vəziyyətdə olması ilə əlaqədar emosional oyanıq vəziyyətdə ola bilərdi. Təqsirləndirilən şəxs hadisəni törədərkən affekt halında olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış DİN BDYP Qİİ-nin xx xxxxxx 2019-cu il tarixli 016-76352-1219 №-li arayışıdan görünür ki, «X4» Qanununun 27.2.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən dövlət qeydiyyatına alınır. Məhkəmədə elan olunub araşdırılmış Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, «MONDİAL 100 Sfc Snappy X» markalı nəqliyyat vasitəsinə baxış keçirilərək həmin mopedin konstruktiv maksimal sürəti saatda 160 km olması, yəni 50 kilometrdən artıq mexaniki nəqliyyat vasitəsi olan moped olması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış DİN BDYP Qİİ-nin xx xxxxxx 2019-cu il tarixli 016-107367-1219 №-li arayış ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcud deyil. Adı çəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halların müəyyən edilməsi üçün əldə edilmiş sübutları qiymətləndirərək, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 23 radələrində «X4» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi dövlət qeydiyyat nişansız MONDİAL 100 Sfc Snappy X markalı mopedlə Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 10-cu kilometrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ala bilməyib «X4» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarəetməni itirib tunelə gedən yolla körpüyə qalxan yolayrıcı beton çəpərə çırpılıb nəticədə ehtiyatsızlıqdan mopeddə olan sərnişin Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, daxili qanaxma ilə müşaiyət olunan sağ ağ ciyərin və dalağın cırılması, alın nahiyəsinin sol hissəsinin, sol gözün alt qapağının, sol yanaq nahiyəsinin, çənə nahiyəsinin sol hissəsinin, sol çiyin qurşağının, sol saidin orta 1/3-nin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin və sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə səbəb olması sübuta yetirildiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs əməlində onun təqsirli bilindiyi cinayət əməlinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Bu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri və məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla təsdiq olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini ehtiyatsızlıqdan törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlakı müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı ilə əlaqədar məhkəmə ekspertizalarının keçirilməsinə 80 (səksən) manat xərclənmişdir. Təqsirləndirilən şəxs məhkəmədə Müdafiəçi tərəfindən 14 (on dörd) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 84 (səksən dörd) manat pul ödənilməlidir. Məhkəmədə həmin məbləğlərin Təqsirləndirilən şəxs ödəmə qabiliyyətinin olmaması müəyyən olundu. Bu səbəbdən də məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində dövlət büdcəsi hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və BDYPİ-nin «Siqnal» İdarəsinin müvəqqəti duracağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi «MONDİAL 100 Sfc Snappy X» markalı mopedin ailə üzvlərindən birinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış DİN-in BƏSİİ-nin xx xxxx 2019-cu il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmündən və Balı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 126.1, 66.3-cü maddələri ilə 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 28 (iyirmi səkkiz) günü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməsini əsaslı sayır. Məhkəmə, göstərilən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 28 (iyirmi səkkiz) gün hissəsi qsimən birləşdirilməklə yekun cəza təyin edilməlidir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Mövsümova İlahə Elbrus qızı Təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir pul tələbi yoxdur. Məhkəmə həmin halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alır. O, əvvəllər məhkum edilmişdir, məhkumluğu ödənilməmiş və çəkilməmiş cəzası qalmışdır. Bu iş üzrə o, ibtidai istintaq zamanı istintaqdan qaçıb gizlənmiş, bu səbəbdən də barəsində axtarış elan edilib tutulub istintaqa təhvil verilmişdir. Daha sonra o, məhkəmənin hazırlıq iclasına da gəlməmiş, sonradan məhkəmdən qaçıb gizlənmiş, bu səbəbədən də onun barəsində axtarış elan edilib tutulmuşdur. Məhkəmə, bu səbəbdən də Təqsirləndirilən şəxs qanuna münasibətdə riskli olduğu qənaətinə gəlib ona azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin edilməsini mümkün saymır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə bərabər əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə də nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin onun sürücülük fəaliyyəti ilə əlaqədar olduğundan məhkəmə, ona əlavə cəza qismində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs əsas cəza qismində azadlıqdan məhrumetmə cəzası təyin edilməli olması qənaətinə gəldiyindən cəzasının Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ittiham elan etmək üçün tutulduğu və ev dustaqlığında saxlanıldığı xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər 2 (iki ) ay 15 ( on beş) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılmasını və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyatının şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 5 (beş) il 9 (doqquz) ay 15 (on beş) gün müəyyən edilsin. Ona təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım edilməsi ilə bağlı 84 (səksən dörd) manat vəsait Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 80 (səksən) manat vəsait məhkəmə ekspertiza mərəkəzinin hesabına dövlət büdcəsindən ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış BDYPİ-nin «Siqnal» İdarəsinin müvəqqəti duracağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi «MONDİAL 100 Sfc Snappy X» markalı moped ailə üzvlərindən birinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edilən andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar