Məhkəmə qərarları › İş №1(101)-686/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-686/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-686/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21, mənzil 54də qeydiyyatda olan və faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 57-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımışdır; belə ki, o, 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində tanışı X1 yaşadığı ünvan 1 ünvanda qanunsuz olaraq, satış məqsədi ilə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 1, 286 qram, 0, 177 qram, 0,185 qram və 0, 194 qram, ümumi təmiz çəkisi külli miqdarda 2,630 qram olan kimyəvi tərkiblərinə görə həm eynilik, həm də müxtəliflik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,125 qram, 0,140 qram və 0,077 qram, ümumi təmiz çəkisi 0,342 qram olan, kimvəyi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin maddəsini əldə edib üzərində daşımaqla saxlamış, həmin gün saat ll:30-da Bakı şəhəri Suraxanı rayon polis idarəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan ağ rəngli şalvarının sağ yan cibindən qeyd elilən 5 ədəd siqaret kağızlarına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 1, 286 qram, 0, 177 qram, 0,185 qram və 0, 194 qram ümumi təmiz çəkisi külli miqdarda 2,630 qram olan kimyəvi tərkiblərinə görə həm eynilik, həm də müxtəliflik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,125 qram, 0,140 qram və 0,077 qram ümumi təmiz çəkisi 0,342 qram kimvəyi tərkiblərinə görə eyni olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmiş, 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində 80 manat pul götürüb heroin və metamfetamin almaq üçün Faiq adlı şəxsin yaşadığı ünvan 1 ünvana getmiş, həmin vaxtı orada 5 nəfər şəxs olmuş, onlar da Faiqən narkotik vasitələr almaq məqsədi ilə gəlmişlər, həmin vaxt mülki geyimdə olan polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Bakı şəhəri Suraxanı RPİ-yə aparmış, idarənin inzibati binasında ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi təyin olunmuş, videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əvvəlcədən polis əməkdaşları tərəfindən özünün razılığı ilə əynində olan ağ rəngli şalvarının sağ yan cibinə qoyulmuş 8 ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin bükümlər ona məxsus olmamış, polis əməkdaşları tərəfindən tutulan zaman üstündə qanunsuz heç nə olmamış, polis əməkdaşlarının təsiri və təzyiqi ilə etirafedici ifadələr vermişdir. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində 80 manat pul götürüb heroin və metamfetamin almaq üçün Faiq adlı şəxsin yaşadığı ünvan 1 ünvana getmiş, həmin vaxtı orada 5 nəfər də başqa kişi cinsindən olan şəxslər olmuş, onlar da Faiq adlı şəxsdən narkotik vasitələr almaq üçün gəlmişlər. Faiqə 80 manat pul verib ondan 08 (səkkiz) bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq ağ rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin vaxtı mülki geyimdə olan şəxslər mənzilə daxil olub özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Bakı şəhəri Suraxanı RPİ-nə aparmışlar. Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasında ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə oluması üçün dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 08 (səkkiz) ədəd bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülən bükümlər bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolda yazılanlar doğru olduğundan protokolu imzalamışdır. Üzərindən aşkar edilib götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 Abidin oğlu ifadə verərək göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə ünvan 1-da yaşayan X8 evində qanunsuz olaraq tiryəkxana təşkil etməsi, narkotik vasitələr əldə edib qəbul etməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı barədə dərhal İdarə rəhbərliyinə raportla məruzə edərək Faiq Cəfərovun ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmiş, İdarə rəisinin əmri ilə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin rəisi polis mayoru X4 rəhbərliyi ilə, cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru X2, əməlliyat müvəkkili polis mayoru Şahid3 Əlisgəndər oğlundan, əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 və kiçik inispektor polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, Faiq Cəfərovun ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar; 12 iyul 2021-ci il tarixdə saat 11:30-da əməliyyat qrupu tərəfindən X9 və altı nəfər şəxs Faiq Cəfərovun yaşadığı evdə saxlanılmış, sorğu aparılan zaman onların hər biri Faiq Cəfərovun evinə narkotik vasitə almaq məqsədi ilə gəldiklərini bildirmişlər, həmin şəxslər narkotik vasitələr əldə edib saxlamaqda şübhəli olduqları üçün Bakı şəhəri Suraxanı RPİ-nə dəvət olunmuşlar; RPİnin inzibati otağında idarəyə dəvət olunmuş Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifəlri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəfət edilmiş, üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 8 (səkkiz) ədəd siqaret kağızına bükülünü çıxarıb təqdim etmiş, onun üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünün təqdim etdiyi 8 (səkkiz) ədəd bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılaraq baxıldıqda bükümlərdən beş ədədinin içərisində narokotik vasitə heroinə oxşar kütlə, üç ədədinin içərisində isə psiotrop maddə metamfetaminə oxşar kütlə olması məlum olmuşdur; Təqsirləndirilən şəxs üzərində aşar edilən kütlələrin narkotik vasit heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni Faiqdən 80 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 (səkkiz) ədəd bükümlər bir ədəd zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və tərtib olunmuş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin sataşı ilə məşğul olduğuna görə məhkum olunmuş, azadlığa buraxıldıqdan sonra da narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda davam etmiş və onun narkotik vasitələrin qeyri qanuni dövriyyəsi ilə, yəni qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlaması və satması ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkilləri X7, Şahid3 Əlisgəndər oğlu, Şahid5 və kiçik inispektoru Şahid4 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki işdə olan 12 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman o, əynindəki ağ rəngli şalvarının sağ yan cibindən 8 (səkkiz) ədəd siqaret kağızına bükülmüş bükümləri çıxardıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Faiq adlı şəxsdən öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkar olunmuş 8 (səkkiz) ədəd siqaret kağızma bükülmüş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyulub möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 35-36). İşdə olan 13 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman o, əynindəki ağ rəngli şalvarının sağ yan cibindən 8 (səkkiz) ədəd siqaret kağızma bükülmüş bükümləri çıxardıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Faiq adlı şəxsdən özü istifadə etməsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkar olunmuş 8 (səkkiz) ədəd siqaret kağızına bükülmüş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyulub möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmişdir (1-ci cild iş vərəqi 51-52). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 13 iyul 2021-ci il tarixli 6/2855 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün45» möhür əksi, «Vət.Fİüseynov Vaqif Kamil oğlunun üzərindən aşkar olunmuş...» və s. yazılar olan zərfdəki 05 (beş) ədəd bükümdə ayrı-arılıqda təmiz çəkiləri 0,788 qram, (№1H); 1,286 qram tünd qəhvəyi rəngli (№2H); 0,177 qram (№3H); 0,185 qram (№4H); 0,194 qram (№5H) açıq qəhvəyi rəngli, ümumi təmiz çəkisi 2,630 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 və 2 №-li tünd qəhvəyi rəngli heroin kütlələri (bu heroinlər kimyəvi tərkibəlrinə görə öz aralarında eynilik təşkil edirlər) 3, 4, 5 №-li açıq qəhvəyi rəngli heroin kütlələrindən (bu heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər) kimyəvi tərkibinə görə fərqlənirlər. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qram (№1M); 0,140 qram (№2M); 0,077 qram (№3M); ümumi təmiz çəkiləri 0,342 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkibinə görə eynilik təşkil edirlər.Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahı üzrə heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahıl), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddlər»in siyahısına (siyahı 1) daxildir. Qeyd: Heroinin üm. təmiz çəkisi-2,630 qr., tədqiqata sərf edildi-0,05 qr, qalıq-2,580 qr. Metamfetaminin üm. təmiz çəkisi-0,342 qr., tədqiqata sərf edildi-0,06 qr., qalıq-0,282 qr. (1-ci cild iş vərqəi 42-47). İşdə olan ambulator məcburi-məhkəmə psixiatrik ekspertiza üzrə 31 iyul 2021-ci il tarixli 1664 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və ya sair xəstəlik müəyyən edilmir, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 217-219). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 14 oktyabr 2021-ci il tarixli 3943 nömrəli ekspert rəyindən görünür ki, «X5 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür» (1-ci cild iş vərəqi 221 - 222). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 24 yanvar 2022-ci-ci il tarixli 6/282 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» və s. yazılar, imzalar olan 1 ədəd zərfdə ilkin tədqiqatın nəticələrinə əsasən 5 ədəd bükümdə heroin kütlələrinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 1,286 qram, 0,177 qram, 0,194 qram, ümumi təmiz çəkiləri 2,630 qram, 03 bükümdə metemfetamin kütlələrinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qram, 0,140 qram, 0,077 qram, ümumi təmiz çəkiləri 0,342 qram müəyyən edilmişdir. (13 iyul 2021-ci il tarixli 6/2825 saylı ekspert rəyi) (1-ci cild iş vərəqi 224-227) İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 sentyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2008-ci il tarixli qərarı ilə cəzası 6 il müdətə azadlıqdan məhrum etməyə endirilmiş, 10 iyul 2013-cü il tarixdə Xəzər rayon Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarına əsasən 7 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (1-ci cild iş vərəqi 118-120). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 12 iyul 2021-ci il tarixdə, yəni sonuncu məhkumluğu üzrə vaxtından əvvəl şərti azad edildikdən 8 il 2 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1ci cild iş vərəqi 24). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 12 iyul 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 97-100). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 2,630 qram olduğundan külli miqdar psixotrop maddə metamfetaminin çəkisi 0,342 qram olduğundan şəxsi istehlak miqdarından artıq təşkil edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1 və 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 12 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 12 iyul 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan mbulator məcburi-narkoloji tibbi yoxlama üzrə 14 oktyabr 2021-ci il tarixli 3943 nömrəli ekspert rəyinə əsasən X5 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan aə ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs Kamal oğluna narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Bakı şəhəri Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 2,580 qram narkotik vasitə heroin və 0,282 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 219 (iki yüz on doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 2,580 qram narkotik vasitə heroin və 0,282 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri cəmi 219 (ik yüz on doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar