Məhkəmə qərarları › İş №1(101)-686/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-686/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-686/2023 09.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 32, mənzil 15-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 68a-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin külli miqdarda 10070 qram (10 kq 70 qram) çəkidə narkotik vasitə heroini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra xx.xx.2022-ci il tarixində axşam saatlarında istintaqla müəyyən edilməmiş avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt avtomobil yolunun 42-ci kilometrliyinə getmiş, orada İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin göndərdiyi külli miqdarda 10070 qram çəkidə narkotik vasitə heroini 1 (bir) ədəd çantada gizlədildiyi yerdən götürüb üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:01-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt avtomobil yolunun 42-ci kilometrliyində “Terminal” restoranının yaxınlığında saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 10070 qram (10 kq 70 qram) çəkidə narkotik vasitə heroin 5 (beş) ədəd sellofan bağlamada ayrı-ayrılıqda 1800 qram, 2000 qram, 2060 qram, 2010 qram, 2200 qram olmaqla sağ əlində saxladığı çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları narkotik vasitələrlə onu “yükləmişlər”. Belə ki, o, öz istifadəsi üçün narkotik vasitə əldə etmək üçün Sahil qəsəbəsindəki yerə, yəni polis əməkdaşları tərəfindən saxlanıldığı yerə getmişdir. O, həmin yerə öz istifadəsi üçün narkotik vasitə əldə etmək üçün getmişdir. O, ittiham aktında göstərilmiş qədər narkotik vasitəni əldə etmək üçün Sahil qəsəbəsində saxlanıldığı yerə getməmişdir. Polislər onu sadəcə olaraq orada olduğuna görə saxlamışlar və narkotik vasitə ilə “yükləmişlər”. Polis əməkdaşları onu saxladıqdan sonra ona təzyiq göstərərək demişlər ki, həmin narkotik vasitəni öz boynuna götürsün. Həmçinin polislər ona demişlər ki, əgər o, həmin narkotik vasitəni öz boynuna götürməsə, bu zaman həmin narkotik vasitəni onun evindən çıxaracaqlar və nəticədə onun ailə üzvlərini də həbs edəcəklər. O da bu sözlərdən sonra məcbur qalaraq ittiham aktında qeyd edilən narkotik vasitələrin ona məxsus olduğunu boynuna almışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyindən, faktiki olaraq isə ona elan edilmiş ittihamı bütövlükdə mübahisələndirdiyindən, eləcə də onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, narkotik vasitə olan heroindən təxminən 2 il olar ki, istifadə edir. O, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitələrin internet üzərindən satışını həyata keçirən İran İslam Respublikasının vətəndaşı, adını “Mehdi” kimi təqdim edən şəxslə tanış olmuşdur. Narkotik vasitələrin istifadəçisi olduğunu bildiyi üçün Mehdi ona işləmək təklif etmişdir. O da razılıq vermişdir. xx.xx.2022-ci il tarixində “Whatsapp” proqramı vasitəsi ilə Mehdi ona zəng edərək demişdir ki, İran İslam Respublikasından narkotik vasitə heroin göndərilib və Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun təxminən 42-cı kilometrliyində yolun sağ kənarında mişar daşları ilə əhatə olunmuş hasarın arxasında çantanın içində həmin narkotik gizlədilib. Mehdi həmin yerin ünvanını ona dəqiq olaraq izah etmiş və gedib narkotik vasitəni götürməsini ondan xahiş etmişdir. O, razılıq vermiş və bu işə görə Mehdi ona 500 manat pul verəcəyini demişdir. O, narkotiki həmin yerdən götürüb başqa yerə qoyaraq bu barədə Mehdiyə məlumat verməli olmuşdur. O, həmin yeri Mehdinin göndərdiyi “konum” vasitəsi ilə tapmışdır. O, xx.xx.2022-ci il tarixində həmin ünvana gedib çantanı tapmışdır. O, çantanın içinə baxıb bağlamalarda narkotik vasitə olduğunu görmüş və həmin çantanı sağ əlinə götürüb hərəkət edərkən axşam saat 21:00-da ona tərəf mülki geyimli bir neçə nəfər yaxınlaşıb onu saxlamışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Baş İdarəyə məlumat daxil olduğunu bildirmişlər və barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Qərara əsasən ona bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar onun üzərinə, əlində saxladığı çantaya, daşıdığı əşyalara baxış keçirilməsi zəruridir. O da üzərinə, daşıdığı əşyalara, eləcə də əlində saxladığı çantaya baxış keçirilməsinə etiraz etmədiyini, habelə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilməsinə başlanmış və baxışın videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə ona məlumat verilmişdir. O da buna etiraz etmədiyini bildirdikdən sonra ona üzərində və əlində saxladığı əşyada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, sağ əlində saxladığı çantanın içində narkotik vasitə heroin olduğunu bildirmiş və çantanı baxışa təqdim etmişdir. Həmin çanta açılan zaman göy sellofan torba həmin torbanın içərisində sarı rəngli sellofan torba və həmin sellofan torbanın içərisində əlavə sintetik kisə müşahidə edilmişdir. Sintetik kisənin içərisinə baxış keçirilərkən kisənin içərisində 05 ədəd sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalar aşkar edilmişdir. 05 ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda, bağlamaların içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra onun sağ əlində saxladığı çantadan aşkar olunmuş 05 ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalarda olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 1 (bir) ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun üzərinə baxış keçirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı və 01 ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən üzərində “**********167742” və “**********355853” rəqəmləri qeyd edilmiş 02 ədəd plastik bank kartı, 02 ədəd “Bakı kart”a məxsus plastik kartı, 01 ədəd sürücülük vəsiqəsi, 5 manat pul, əynində olan gödəkçənin sağ yan cibindən qol saatı və mənzil açarı, əynində olan gödəkçənin sol yan cibindən siqaret qutusu, 01 ədəd alışqan və X1 məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Baxış zamanı onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda aşkar edilmiş “Redmi” markalı və “İphone” markalı mobil telefon, 02 ədəd plastik bank kartı, 01 ədəd sürücülük vəsiqəsi, eləcə də X1 məxsus şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Onun üzərindən baxış zamanı aşkar edilmiş 01 ədəd qol saatı, 02 ədəd “Bakı karta” məxsus plastik kart, 01 ədəd mənzil açarı, 5 manat pul, 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu ona geri qaytarılmışdır. O, üzərindən aşkar edilmiş 05 ədəd bağlamada olan narkotik vasitə heroini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı Mehdidən aldığını və başqa yerə aparıb gizlətməklə gəlir əldə edəcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı külli midarda, yəni 10 kiloqramdan artıq çəkidə narkotik vasitə heroinə aidiyyətının olmaması, şəxsi istifadəsi üçün narkotik vasitə götürmək məqsədi ilə saxlanıldığı yerə getməsi, habelə tutularkən və tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalması, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətının olmaması ilə bağlı hissədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixində onun işlədiyi idarəyə əməliyyat məlumatı daxil olmuş və o, daxil olmuş məlumat barədə rəhbərliyə məruzə etmişdir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi, satışı ilə məşğul olması barədə məlumatlar olmuşdur. İdarənin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Nəticədə onlar Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirməyə başlamışlar. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə getmişdir. xx.xx.2022-ci il tarixində onlar hadisə yerində olduqları vaxt təxminən saat 21:00 radələrində 1 (bir) nəfər şəxsin əlində çanta ilə onlara tərəf gəldiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsdən, yəni Təqsirləndirilən şəxs əlindəki çantada nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs də əlindəki çantada narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı ilə birlikdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindəki çantadan narkotik vasitələrə bənzər, xüsusi qoxuya məxsus bükümlər aşkar edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı üsulla əldə etdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs isə onlara cavabında narkotik vasitəni İran vətəndaşının göstərişi əsasında əldə etdiyini, eyni zamanda İran vətəndaşının göstərişi ilə həmin narkotik vasitəni müəyyən yerlərə qoyacağını bildirmişdir. Bunun müqabilində də İran vətəndaşı Təqsirləndirilən şəxs 500 manat məbləğində pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs dediklərini təhqiqatçı qeyd etmiş və bütün bunlar videoçəkiliş vasitəsilə də qeydiyyata alınmışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 42-ci kilometrliyində saxlanılmışdır. Onlar saxlanılan şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi İlə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə Baş İdarəyə məlumatın daxil olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs onun barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış edilmişdir. Qərara əsasən Təqsirləndirilən şəxs bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar onun üzərinə və daşıdığı çantaya baxış keçirilməsi zəruridir. Təqsirləndirilən şəxs üzərinə və daşıdığı çantaya baxış keçirilməsinə etiraz etmədiyini, habelə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra həmin gün saat 21:04-də videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə və onun sağ əlində saxladığı çantaya baxış keçirilməsinə başlanmış, baxışın videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində və daşıdığı çantada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı çantanın içində narkotik vasitə heroin olduğunu bildirmiş və çantanı baxışa təqdim etmişdir. Həmin çantanı açan zaman göy sellofan torba həmin torbanın içərisində sarı rəngli sellofan torba və həmin sellofan torbanın içərisində əlavə sintetik kisə müşahidə edilmişdir. Sintetik kisənin içərisinə baxış keçirilərkən kisənin içərisində 05 ədəd sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalar aşkar edilmişdir. 05 ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda, bağlamaların içərisində spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı çantadan aşkar olunmuş 05 ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı və 1 (bir) ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən üzərilərində “**********167742” və “**********355853” rəqəmləri qeyd edilmiş 2 (iki) ədəd plastik bank kartını, 2 (iki) ədəd “Bakı karf’a məxsus plastik kartı, 1 (bir) ədəd sürücülük vəsiqəsini, 5 manat pulu, əynində olan gödəkçənin sağ yan cibindən qol saatını və mənzil açarını, əynində olan gödəkçənin sol yan cibindən siqaret qutusunu, 1 (bir) ədəd alışqanı və X1 məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda aşkar edilmiş “Redmi” markalı və “İphone” markalı mobil telefon, 2 (iki) ədəd plastik bank kartı, 1 (bir) ədəd sürücülük vəsiqəsi, eləcə də X1 məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən baxış zamanı aşkar edilmiş 1 (bir) ədəd qol saatı, 2 (iki) ədəd “Bakı karta” məxsus plastik kart, 1 (bir) ədəd mənzil açarı, 5 manat pul, 1 (bir) ədəd alışqan və 1 (bir) ədəd siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd bağlamada olan narkotik vasitə heroini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşının göstərişi ilə hazırda olduğu ünvandan gəlib götürdüyünü, belə ki, İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədə tanış olduğunu və sonradan aralarında münasibət yarandığı üçün “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, həmin şəxsin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə telefon zəngi vasitəsilə ilə zəng edərək əlaqə saxlayıb İran İslam Respublikasından digər ünvana daşınması və çatdırılması üçün narkotik vasitə heroin göndərdiyini, həmin ünvanın Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun təxminən 42-cı kilometrliyində yolun sağ kənarında mişar daşları ilə əhatə olunmuş hasarın arxası olduğunu və həmin ünvanda hasarın arxasında çantanın içində narkotik vasitə heroinin yerə qoyulduğunu, həmin yerin ünvanını ona dəqiq olaraq izah edərək gedib narkotik vasitəni götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs də həmin ünvana gələrək narkotik vasitənin götürülməsi, İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin dediyi ünvana çatdırılması məqsədi ilə hazırda saxlanıldığı ünvanda olduğunu və bunun müqabilində İran İslam Respublikası vətəndaşı tərəfindən Təqsirləndirilən şəxs 500 manat pul veriləcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün “Kənan” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara almışdır. xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 11198) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli baxış keçiirlməsi və əşyaların götürülməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş videodiskdən (cild 1, iş vərəqə 12-15) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt 1 (bir) ədəd “Redmi” markalı və 1 (bir) ədəd “İphone” markalı mobil telefon, “**********167742” və “**********355853” rəqəmləri qeyd edilmiş 2 (iki) ədəd plastik bank kartını, 2 (iki) ədəd “Bakı karta” məxsus plastik kart, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 5 manat pul, qol saatı və mənzil açarı, siqaret qutusu, 1 (bir) ədəd alışqan və X1 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5936 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 46-49) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs aşkar edilmiş 05 ədəd bağlamada....” yazısı və imzalar olan çantadakı 5(beş) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1800 qram, 2000 qram, 2060 qram, 2010 qram, 2200 qram, ümumi təmiz çəkisi 10070 qram (10 kq 70 qr) açıq qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 61-62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1118/2022 saylı qərarından (cild 1, iş vərəqə 88-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 95-96) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10069,7 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-234/2022 saylı qərarından (cild 1, iş vərəqə 103-105) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 1326/2022 saylı qərarından (cild 1, iş vərəqə 115-116) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş danışığa aid çıxarışdan (cild 1, iş vərəqə 110-111) görünür ki, Təqsirləndirilən şəxs məxsus və maddi sübut kimi götürülmüş 1 (bir) ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt mobil telefonun “Whatsapp” tətbiqində İran İslam Respublikasına məxsus +**********92 nömrəsi və “Mehdi” adı ilə qeyd edilmiş şəxsə aid İran İslam Respublikasına məxsus +**********24 nömrəsi ilə çoxlu danışıqların aparılması müəyyən edilmişdir. Belə ki, yazışmaların bəziləri, ...“salam necəsən qardaş saba sene mal atacam ama götürdün pul vurasan...”, "...salam şükür allaha yaxşıyam sen necesen basiva donerem inşallah atarsan prablem yoxdu gotrum verer...”, “...qaqa 10 torpaq 10 daş atacam inşallah...”, “..hami 50 yə verir daşı mən 40 a verərəm..” və sair məzmunda yazışmaların aparılması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsin 6988 nömrəli rəyindən (cild 1, iş vərəqə 142-143) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-684/2022 saylı hökmündən (cild 2, iş vərəqə 25-32) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli isə xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 135-136) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaq aparılmış və cinayət işinə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 144-152) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin əldə etmə mənbəyi ilə əlaqədar ayrıca icraata cinayət işinin ayrılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10069,7 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in MBCMİ-nin saxlanc otağına təhvil verilməsi, 1 (bir) ədəd “İphohe” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 160-161) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cavab məktubundan və həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan (cild 1, iş vərəqə 267-272) görünür ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı araşdırma aparılmış, həmin araşdırma zamanı ekspertiza keçirilmiş, xx.xx.2023-cü il tarixli, 320 nömrəli ekspertiza rəyi ilə onun üzərində xəsarət izlərinin olması aşkar edilməmiş, eləcə də aparılmış araşdırmanın nəticəsinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aid şəxsi işin materiallarından və həmin materiallara əlavə edilmiş sənədlərdən (cild 1, iş vərəqə 241-259) görünür ki, Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarətin olması barədə qeydiyyat aparılmamışdır. xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs atası X7 vəfat etmişdir. xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs Banu Əliyeva adlı övladı anadan olmuşdur. xx.xx.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs X4 atası hesab edilmişdir. Hərbi biletin surətindən (cild 2, iş vərəqə 27-28) görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar, o cümlədən müxtəlif vəsatətlər vermiş və irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuş və həmin məlumatda təqsirləndirilən şəxsin narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi (əldə etmə, daşıma, saxlama, başqa şəxslərə vermə və sair) ilə məşğul olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri səlahiyyətli təhqiqatçı ilə birlikdə təqsirləndirilən şəxsin qanunsuz əməllər törədəcəyi yerə getmişlər. xx.xx.2022-ci il tarixində axşam saatlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığına getmiş və cinayətin digər iştirakçısı/iştirakçıları tərəfindən həmin yerə əvvəlcədən qoyulmuş, içərisində külli miqdarda 10070 çəkidə narkotik vasitə heroin olan 1 (bir) ədəd çantanı götürmək üçün əvvəlcədən razılaşdırılmış yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs içərisində külli miqdarda narkotik vasitə heroin olan çantanı əlinə götürüb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün təxminən saat 21:00-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 42-ci kilometrliyində yerləşən “Terminal” restoranının yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində saxladığı çantaya baxış keçirilmiş və həmin çantadan 5 (beş) ədəd sellofan bağlamada ayrı-ayrılıqda 1800 qram, 2000 qram, 2060 qram, 2010 qram, 2200 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən nəticə, həmçinin təqsirləndirilən şəxsin saxlanıldığı yerdə keçirilmiş şəxsi axtarışı əks etdirən videogörüntüdən də açıq-aşkar görünür. Belə ki, həmin videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əlində saxladığı çantaya orada baxış keçirilmiş və həmin vaxt onun əlində olan çantadan 5 (beş) ədəd bağlama aşkar olunmuş, həmin bağlamalarda isə narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək saxlanıldığı yerə şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə heroini götürmək üçün getdiyini, lakin həmin vasitəni götürməyə macal tapmadan polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanıldıqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldığını, həmin çantada ümumiyyətlə narkotik vasitə olmadığını, işgəncə nəticəsində ondan etirafedici ifadə alındığını, BMCMİnə aparılaraq orada şəxsi axtarışın keçirildiyini, həmin narkotik vasitələrin ona məxsus olmadığını, lakin döyüldükdən sonra etirafedici ifadə verdiyini bildirərək ittihamı mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi və müdafiə tərəfinin iddia etdiyi dəlilləri yoxlamaq və araşdırmaq məcburiyyətində qalmışdır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış o, saxlanıldığı yerdə keçirilmiş və həmin prosessual hərəkət videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Göstərilən prosessual hərəkətin qeydə alındığı videogörüntüyə baxış keçirildikdə, məlum olur ki, Təqsirləndirilən şəxs əlində idman çantası, çantanın içərisində isə 5 (beş) ədəd bağlamada narkotik vasitə heroin var. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin həmin əraziyə iranlı şəxsin sifarişi ilə getdiyini və sonuncunun dediyi yerdən külli miqdarda narkotik vasitə heroini başqa yerlərə yerləşdirmək məqsədi ilə oradan götürdüyünü bildirmişdir. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində hansısa xəsarətin olmasını müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə aid şəxsi işin materialları və tibbi kitabça baxış keçirilməsi üçün tələb edilmiş və göstərilən sənədlərə məhkəmədə baxış keçirilmişdir. Həmin sənədlərə baxış keçirildikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarət olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində xəsarətin olmasını təsdiq edən heç bir hal müəyyən edilməsə də, bu barədə səlahiyyətli prokurorluq orqanına müraciət edilmişdir. Məhkəmənin müraciəti ilə əldə edilmiş Nərimanov rayon prokurorluğunun qərarından məlum olmuşdur ki, polis əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, məhkəmədə araşdırılmış “Votsap” yazışmalarından açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının mobil operatoruna məxsus nömrədən narkotik vasitələrin hansı ərazilərə yerləşdirilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mesajlar göndərilmiş, habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrədən həmin İran İslam Respublikasının milli mobil operatoruna məxsus nömrə vasitəsi ilə narkotik vasitələrin müxtəlif ərazilərdən götürülməsi və başqa yerlərə yerləşdirilməsi barədə danışıq aparılmışdır. Məhkəmə istintaqında tədqiq edilməklə araşdırılan videogörüntüdən (şəxsi axtarışı əks etdirən) Təqsirləndirilən şəxs döyülməsini, işgəncəyə məruz qalmasını, üzərində xəsarət izinin olmasını nəyinki müəyyən etmək mümkün olmamış, əksinə həmin videogörüntüdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs əlində idman çantası olmuş, həmin çantanın içərisində 5 (beş) bağlamada 10 kiloqramdan çox narkotik vasitə heroin olmuş, habelə sorğu-sual zamanı o, narkotik vasitə götürmək üçün həmin yerə getdiyini, götürəcəyi narkotik vasitəni sonradan başqa yerlərə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra hadisə yerində onun üzərinə şəxsi axtarışın aparılması həmin prosessual hərəkətin şəffaflığına dəlalət edən haldır. Bundan başqa, məhkəmə istintaqında ifadə verən Təqsirləndirilən şəxs həmin gün iranlı şəxslə razılaşaraq həmin yerə öz istifadəsi üçün bir neçə qram çəkidə narkotik vasitə heroini götürmək üçün getdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici ifadə verərkən səmimi olmamış, əksinə məhkəməyə yalan ifadə verməklə həqiqəti gizlətmək, eləcə də qanunsuz əməllərinə haqq qazandırmaq, o cümlədən mümkün qədər məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilət tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan, evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin vasitənin növünü, çoxlu sayda insan sağlamlığına mühüm zərər vura bilməsini, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-684/2022 saylı qanuni qüvvəsini almış hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azazadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-684/2022 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsin 6988 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10069,7 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilən videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd "Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İphone" markalı mobil telefonun onun yaxın qohumuna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-684/2022 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və ona qəti olaraq 11 (on bir) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10069,7 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilən videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd "Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İphone" markalı mobil telefonun onun yaxın qohumuna qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar