Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-686/2024 27.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X6, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Kürdəmir rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İttihama görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 15 fevral 2023-cü il tarixdə gecə saatlarında ünvan 5 məktəbin arxa tərəfinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Məhəmməd» adlı şəxs tərəfindən gizlədilmiş sökülmüş səkinin yanından bir ədəd sellofan torbada külli miqdarda ümumi çəkisi 1127,76 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanda saxlamış, 16 fevral 2023-cü il tarixdə narkotik vasitənin bir qismini üzərində saxlayarkən saat 16:11 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvanının qarşısında saxlanılaraq ünvan 3da yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada saat 17:40-da üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 27,760 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 18:40-da onun yaşadığı ünvan 4 ünvanda keçirilmiş baxış zamanı mənzilin qonaq otağının sağ tərəfində yerləşən masanın altından 01 ədəd yaşıl rəngli sellofana bükülmüş təmiz çəkisi 1100 qram külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 03 (üç) ədəd elektron tərəzi və narkotik vasitənin döviyyəsi ilə bağlı qeydiyyat aparmış bir ədəd dəftərçə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə evdə baş vermişdir. Belə ki, o, evdə dayısı oğlu ilə birgə olmuşdur. O, yatan zaman qapı döyülmüş və dayısı oğlu qapını açmışdır. Bu zaman polis əməkdaşları evə daxil olaraq onu və dayısı oğlunu tutmuşlar. Polislər əllərində bağlama gətirərək evə qoymuş, daha sonra isə onu polis idarəsinə aparmışlar. Polis əməkdaşları ona narkotik vasitəni üzərinə götürməsini və onların dedikləri sənədlərə imza etməsini bildirmişlər. O, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı evində gizlətdiyi narkotik vasitənin olduğunu bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o tutulmamışdan əvvəllər narkotik vasitə istifadə edirmiş, lakin daimi istifadəçisi deyil. Narkotik vasitəni ilk dəfə 25-26 yaşında olarkən istifadə etmişdir. O, yalnız marixuanadan istifadə etmiş, heç vaxt heroin və metamfetamin istifadə etməmişdir. Dayısı oğlunu evə o çağırmışdır. Onun dayısı oğlunu da onunla birlikdə evdə tutmuşlar, lakin sonra onu buraxmışlar. O, dayısı oğlu ilə birgə narkotik vasitə istifadə etməmişdir. Onun “nəşə” istifadə edib-etməməsindən xəbərsizdir. Tutulan vaxt onun üstündə və evdə narkotik vasitə olmamışdır. Onun saxlanıldığı ev ailəsinə məxsusdur. Anası və qardaşı xaricdə olmuşlar. O, təxminən saat 11-13 radələrində saxlanılmışdır. O polis idarəsinə gedib qayıtdıqdan sonra adları çəkilən şahidlər artıq qapının qarşısında olmuşlar. Polislər evə narkotik vasitə qoymuşlar. Daha sonra isə onu polis idarəsinə aparmışlar. Evin açarını da polis əməkdaşları yalandan onun cibinə qoymuşlar. Ona polis əməkdaşları tərəfindən təzyiq olmasaydı, ona məxsus olmayan narkotik vasitəni boynuna götürməzdi. O, məhkəmə tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilərkən döyülməsi ilə bağlı məhkəmədə səhv etmirsə bildirmişdir. Onun bədənində olan xəsarətlərlə bağlı prokurorluqda araşdırma aprılmamışdır. O idarəyə səhv etmirsə, 4 nəfər polis əməkdaşı ilə birgə getmişdir. Digər 1 nəfər polis əməkdaşı onun evində əşyasını gizlətmişdir. Şahid2 adlı əməkdaş onu avtomobillə polis idarəsinə aparmış, Şahid1 isə idarəyə gedərkən onlarla birlikdə olmamışdır. Polislər evdə gətirdiklərini gizlətmişlər, bir az söhbət olmuş, daha sonra isə onu polis idarəsinə aparmışlar. İdarədən evə saat neçə qayıtdıqlarını xatırlamır. Polis əməkdaşları evin zalının işiğını da yanılı qoymuşlar. Mənzil ona məxsus deyil. Lakin o, bu barədə polis əməkdaşlarına bildirməmişdir. Şahid1 ilk dəfə evə gələndə ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadəsindən görünür ki, o, “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə etmişdir. Marixuananı tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Təxminən 6 ay əvvəl “Papanin” deyilən yerə nəşə üçün getmişdir. O, təsadüfən bir nəfərlə tanış olmuşdur. Söhbət zamanı həmin şəxsə nəşədən istifadə etdiyini demişdir. Söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs də nəşə qəbul etmişdir. Həmin şəxsdə nəşə olub-olmadığını soruşmuş və sonuncu olmadığını demişdir. Həmin şəxs ona demişdir ki, bir nəfər Məhəmməd adlı İran İslam Respublikasının vətəndaşı olan tanışı vardır. İstəsə Məhəmmədin mobil nömrəsini ona verər, nəşə lazım olanda Məhəmmədə desə onun üçün göndərəcək. Bir də oralarda nəşə axtarmayacaq. Həmin şəxs ona Məhəmmədin +98-***- ***-**-** mobil nömrəsini vermişdir. Onun iki ədəd 1 (bir) ədəd “Samsung” və 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu olmuşdur. “Samsung” markalı mobil telefonda ***-***-**-** mobil nömrədən, “Nokia” markalı mobil telefonda isə ***-***-**-** mobil nömrədən istifadə etmişdir. Məhəmmədlə ***-***-**-** mobil nömrənin “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. İlk əvvəl o, Məhəmməddən özü üçün nəşə istəsə də, sonuncu ona “sənin pulun mənə lazım deyil, mən sənə nəşə göndərim, Bakıda mənim dediyim yerlərə qoyarsan, şəkilini çəkib mənə göndərərsən, bunun əvəzində mən sənə həm pul göndərərəm, həm də həmin nəşədən götürüb özün də istifadə edərsən” sözlərini demişdir. Məhəmmədin təklifi ona sərf etdiyindən sonuncu ilə razılaşmışdır. Məhəmmədin təklifi ilə o, “Sədərək” Ticarət Mərkəzinə gedib üç ədəd elektron tərəzi almışdır. Çünki, Məhəmməd ona demişdir ki, narkotik vasitəni götürəndən sonra onun dediyi bükümlərə bölüb qoymaq lazımdır. Bunun üçün də elektron tərəzi lazım olacaqdır. Həmçinin hara nə qədər narkotik vasitənin kim üçün qoyulmasının qeydiyyatını aparmağa görə özü üçün cibə qoyulacaq ölçüdə qeydiyyat dəftərçəsi də almışdır. Paylayacağı narkotikə görə Məhəmməd ona pul göndərməsi üçün “Leobank”a məxsus **********460178 nömrəli bank kartının şəkilini də göndərmişdir. Bu qaydada Məhəmməd bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitə marixuana qoyaraq bu barədə ona bildirmişdir. O da gedib narkotik vasitəni götürüb, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvana aparmış, Məhəmmədin dediyi adları qeydiyyat dəftərində qeyd aparmaqla, sonuncunun dediyi çəkidə elektron tərəzidə çəkərək büküm halına salmışdır. Sonra Məhəmmədin dediyi ünvanlara qoyub şəkilini çəkib sonuncuya göndərmişdir. Bu qaydada həmin narkotik vasitəni kimin oradan götürəcəyini o, bilməmişdir. Yəni narkotik vasitəni götürən şəxsi və ya şəxsləri o, tanımamışdır. Həmin şəxslər da onu tanımamışdır. Bunun müqabilində Məhəmməd bir neçə dəfə müxtəlif vaxtlarda onun “Leobank” kartına 200-300 manat arası pul göndərmişdir. 15 fevral 2023-cü il tarixdə axşam Məhəmməd ona zəng edib bildirmişdir ki, narkotik vasitəni qoyduğu yeri deyib, “Whatsapp” proqramı vasitəsi ilə oranın şəkilini ona göndərmişdir. O da həmin tarixdə gecə saatlarında taksi ilə həmin ünvana, yəni ünvan 5 məktəbin arxa tərəfinə gedib Məhəmmədin işarələdiyi yerdən, sökülmüş səkinin yanına qoyulmuş bir ədəd sellofan torbanı götürüb yaşadığı ünvana aparmışdır. Həmin torbanı qonaq otağının sağ tərəfində yerləşən masanın altına qoymuşdur. Səhəri gün həmin narkotik vasitə olan marixuanadan elektron tərəzilərin birində təxminən 27 qram çəkib, bir ədəd şəffaf sellofana büküb əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Ona görə ki, küçədə başqa yerdə ola bilər, Məhəmməd zəng vursa, harasa narkotik qoymağı desə, üstündə narkotik olsun. 16 fevral 2023-cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoyduğu narkotik vasitə marixuananı təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol yan cibindən 1 (bir) ədəd “Samsung” və 1 (bir) ədəd “Nokia” markalı mobil telefonlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, “Leobank”ın **********460178 nömrəli bank kartı, 2 (iki) ədəd evinin açarı aşkar olunmuşdur. Təqdim etdiyi “nəşə”, yəni marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 31 qram (otuz bir qram) olmuşdur. Həmin narkotik vasitə 1 ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. O, üzərində olan narkotik vasitə marixuananın qalan hissəsini Binəqədi rayonu ərazisində, yaşadığı ünvanda yəni, ünvan 4 ünvanda saxladığını bildirmişdir. Onun razılıq ərizəsi əsasında Binəqədi rayonunda yerləşən ünvanına gəlib baxış keçirilmişdir. Baxış zamanı mənzilin qonaq otağının sağ tərəfində yerləşən masanın altına qoyduğu bir ədəd sellofan torbada olan narkotik vasitə marixuananı və 3 ədəd elektron tərəzini və 1 ədəd narkotik vasitənin satışına dair qeydlərinin aparıldığı “cib” dəftərini təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkildikdən sonra sellofan torbaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni 15 fevral 2023-cü il tarixdə gecə saatlarında taksi ilə Məhəmmədin dediyi ünvana, yəni ünvan 5 məktəbin arxa tərəfinə gedərək orada olan sökülmüş səkinin yanına qoyulmuş bir ədəd sellofan torbanı götürüb yaşadığı ünvana gətirdiyini bildirmişdir. Bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin narkotik vasitə, 3 ədəd elektron tərəzi, qeydiyyat dəftəri qablaşdırılıb möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, şəxsən özü kiməsə birbaşa narkotik vasitə marixuana satmamışdır. Lakin ifadəsində qeyd etdiyi kimi Məhəmməd hara deyirdisə narkotik vasitəni də o, oraya qoymuşdur. O, Məhəmmədlə sonuncuya məxsus nömrəsini xatırlamadığı mobil nömrənin “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Məhəmməd ona İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmiş və o, heç vaxt Məhəmmədlə görüşməmiş, sonuncunun anket məlumatından başqa heç bir məlumatı olmamışdır. Həmin narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən hansı yolla keçirilərək Respublikaya gətirilməsi barədə məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Ondan aşkar olunub götürülmüş dəftərdə aparılan qeydlərdə o, narkotik vasitə marixuananı elektron tərəzilərdə çəkib, bükümlərə bölüb hazırlayaraq Bakı şəhərində Məhəmmədin dediyi yerlərə qoymuş, bu barədə Məhəmmədə məlumat vermişdir. O, İran İslam Respublikasının vətəndaşı Məhəmmədlə “Whatsapp” vasitəsi ilə yazışdıqdan sonra sonuncu ilə olan yazışmalarını pozmuşdur ki, telefonunu kimsə götürüb baxa bilər, Məhəmmədlə olan yazışmalarını görməsin. (Cild 1, iş vərəqə 75-79) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, “Taleh” adlı şəxs barəsində Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində tərəflərindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmış və üzərindən marixuanaya bənzər maddə, 02 (iki) ədəd telefon, bank kartları, şəxsiyyət vəsiqəsi və ev açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni “Məhəmməd” adlı İranlıdan Suraxanı rayonu ərazisində əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə şəxsi axtarış və baxış keçirilmişdir. Evə baxış keçirərkən evin qonaq otağından bir ədəd torba aşkar olunmuşdur. Həmin torbanın içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 03 (üç) ədəd tərəzi olduğu müəyyən edilmişdir. Stolun üstündə isə qeyd kitabçası olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 2010-cu ildən polis orqanlarında işləyir. Əməliyyat qrupu 2 nəfərdən təşkil edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs təəflərindən saxlanılarkən tək olmuşdur. 16 fevral 2023-cü il tarixə qədər Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat tədbirləri həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən məhəllədə saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldıqdan səhv etmirsə bir gün əvvəl şəxsiyyətini müəyyənləşdimək üçün müşahidə aparmışlar. Təqsirləndirilən şəxs mənzilinə daxil olaraq onu saxlamamışlar. Axtarış və baxış keçirdikləri ev Təqsirləndirilən şəxs məxsus deyil. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirdikdən dərhal sonra Təqsirləndirilən şəxs evinə getmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman küçədə tanımadığı başqa insanlar da olmuşdur. Təqsirləndirilən şəxs evində cəmi bir dəfə təhqiqatçı və vəkillə birgə olmuşlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı xüsusi rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və ya qohumluğu olmamışdır. 16 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxx 1995-ci ildə Kürdəmir rayonunda doğulmuş, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda pasport qeydiyyatında olan, faktiki ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə barədə daxil olmuş, məlumat raportla idarə rəhbərliyi adına məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 fevral 2023-cü il tarixdə, saat 16:11 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsə saxlanılaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdikdən sonra, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Talehin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Taleh Baş İdarəyə dəvət edildikdən sonra sonuncunun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, sənədlərin toplanması ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X9 tapşırılmışdır. Təhqiqatçının «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 fevral 2023-cü il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl qanunvericiliyin tələblərinə əsasən sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edildikdən sonra sonuncunun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Talehin əynində olan həmin gödəkcənin sol yan cibindən l(bir) ədəd “Samsung” və l(bir) ədəd “Nokia” markalı mobil telefonlar, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, **********460178 nömrəli bank kartı, 2(iki) ədəd ev açarı aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 31 qram (otuz bir qram) olmuşdur. Sonra həmin kütlə Təqsirləndirilən şəxs, müdafiəçi və onlar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı, şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar Talehin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Suraxanı rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, marixuanadan istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, ***-***-**-** və ***-***-**-** nömrələrini işlətdiyini, əlavə olaraq Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, evində saxladığı narkotik maddəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ünvan 8 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçının «baxış və götürmə aparılması haqqında» 16 fevral 2023-cü il tarixli qərarına əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılması üçün əməliyyat qrupu ilə həmin ünvana getmişlər. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin qonaq otağının sağ tərəfində yerləşən masanın altında gizlətdiyi 1 (bir) ədəd yaşıl rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 (bir) bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 3 (üç) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 201 qram (bir kq iki yüz bir qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Əlavə olaraq həmin qonaq otağındaki masanın üzərindən narkotik vasitələrin dövriyyəsinə dair qeydlər aparılmış 1 (bir) ədəd dəftər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, yəni 15 fevral 2023-cü il tarixdə gecə saatlarında taksi ilə Məhəmmədin dediyi ünvana, yəni ünvan 5 məktəbin arxa tərəfinə gedərək orada olan sökülmüş səkinin yanına qoyulmuş bir ədəd sellofan torbanı götürüb yaşadığı evə aparıb özünün Binəqədi rayonunda yaşadığı evində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin öz istifadəsi üçün narkotik əldə etmək olduğunu, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini, həmin ünvanda tək yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı mənzilə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmaqla götürülmüş və DİN-in BNMİ-nə qayıdaraq bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (Cild 1, iş vərəqə 119-122) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı xüsusi rütbəsi daşıyır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 8 ünvanının yaxınlığında xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmış və üzərindən bir bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 31 qram (otuz bir qram) olmuşdur. Daha sonra əlavə olaraq Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Onlar əməliyyat qrupu ilə həmin ünvana gedib evə baxış keçirərkən həmin evin qonaq otağından bir ədəd yaşıl rəngli sellofan torba aşkar olunmuşdur. Həmin torbanın içində 1 kq 201 qram (bir kq iki yüz bir qram) narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Suraxanı rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunun rəhbəri o olmuşdur. Şahid1 əməliyyat qrupunun üzvü olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən 31 qram (otuz bir qram), evindən isə 1 kq 201 qram (bir kq iki yüz bir qram) narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir zor tətbiq olunmamışdır. Sənədləşməni İdarənin təhqiqatçısı Nəcəf Aburşu aparmışdır. Qeyd olunan evə Təqsirləndirilən şəxs özünün ərizəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlayarkən o, tək olmuşdur. Təqsirləndirilən şəxs evindən aparmamışlar. Təqsirləndirilən şəxs əməliyyat axtarış fəaliyyəti nəticəsində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş, daha sonra evində qonaq otağında stolun altından sellofan torba aşkarlanmışdır. Onlar evə baxış keçirərkən evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və psixoloji təsir və təzyiq olmamış və belə bir halın şahidi olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. (Cild 1, iş vərəqə 123-126) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul edilməsi” haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (Cild 1, iş vərəqə 1-2) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 9-10) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 16:11 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 9 ünvanın yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 13) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 22-23) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmin gödəkcənin sol yan cibindən 01 ədəd “Samsung” və 01 ədəd “Nokia” markalı mobil telefonlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, **********460178 nömrəli bank kartı, 2 ədəd ev açarı aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 31-34) xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvanına video çəkilişdən istifadə edilməklə baxış keçirilən zaman qonaq otağının sağ tərəfində yerləşən masanın altından 01 ədəd yaşıl rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 03 ədəd elektron tərəzi aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 36-38) Məhkəmə-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın xx.xx.20203-cü il tarixli, 7/242 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdəki təmiz çəkisi-27,760 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” yazısı və imzalar olan yaşıl rəngli polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 1100 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananı ümumi çəkisi-1127,76 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Həmin yaşıl rəngli polietilen bağlamadakı 03 (üç) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. QEYD: Marixuananın ümumi çəkisi - 1127,76 qram, tədqiqata sərf olundu 0,4 qram, qalıq 1127,36 qram. (Cild 1, iş vərəqə 47- 49) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 66-67) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-140/2023 saylı (hakim A.Sadıqova) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 87-93) “Videogörüntülərə baxış keçirilməsi” haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 27,760 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqə 94) “Videogörüntülərə baxış keçirilməsi” haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvana baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağının sağ tərəfində yerləşən masanın altından 01 ədəd yaşıl rəngli sellofana bükülmüş bükümdə külli miqdarda ümumi təmiz çəkisi 1100 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və 03 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqə 95) “Məlumatlara baxış keçirilməsi” haqqında 18 fevral 2023-cü il tarixli protokloldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvanından aşkar edilərək götürülmüş 01 ədəd bənövşəyi rəngli 19 (on doqquz) vərəqədən ibarət dəftərə baxış keçirilmiş və baxış zamanı dəftərin on üç vərəqində “p”, “k” yazılmaqla müxtəlif qeydlər aparılması müəyyən edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin göndərdiyi narkotik vasitə marixuananı elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəkiləri barədə dəftərin birinci vərəqində 1-dən 15ə kimi sıra nömrəsi qoymaqla 15k+5p+1m40, 6k+4k, 1Ok, 11k+5p+5k və sair ilə başlayaraq, dəftərin 1, 2, 3, 4, 5, 6, 11, 13, 15, 16, 17, 18, 19-cu səhifələrində eyni qaydada qeydiyyat aparılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, tanışı İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin göndərdiyi narkotik vasitə marixuananı elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəkiləri barədə dəftərində qeydiyyat aparan zaman narkotik vasitə olan marixuananı şərti olaraq “k” və “p” hərfləri ilə işarələmiş, həmin qeydlər onun özü tərəfindən aparılmış, “Məhəmməd” ilə narkotik vasitənin satışı ilə bağlı razılaşdıqdan sonra narkotik vasitəni çəkmək üçün üç ədəd elektron tərəzi ilə yanaşı “Məhəmməd”in dediyi miqdarda narkotik vasitəni çəkib bükümlərə bölüb “Məhəmməd”in dediyi məkanlara qoymaq üçün qeydiyyat dəftərində qeydlər aparmış, narkotik vasitə marixuananı şərti olaraq “k” və “p” hərfləri ilə işarələmiş, bu qaydada “Məhəmməd” bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitə marixuana qoyaraq bu barədə ona bildirmiş, o da narkotik vasitəni götürüb, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvana aparmış, “Məhəmməd”in dediyi adları qeydiyyat dəftərində qeyd etməklə, sonuncunun dediyi çəkidə elektron tərəzidə çəkərək büküm halına salmış və “Məhəmməd”in dediyi ünvanlara qoyub şəkilini çəkib sonuncuya göndərmiş, həmin məkanlardan narkotik vasitəni kimin götürəcəyini bilməmişdir. (Cild 1, iş vərəqə 96) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Nərimanov rayon Polis İdarəsinin İŞ-nin 04 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Musa oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmasına baxmayaraq, X8 ilə barışdığından, barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. (Cild 1, iş vərəqə 132-137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanasının verdiyi xx.xx.2023-cü il tarixli, 1/887 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Musa oğlu ilk dəfə SHXÇDX-nin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 stasionar müayinədə olmuşdur. DİAQNOZ: “Mülayim dərəcədə ifadə olunmuş isterik nevroz (dissosiativ-konversion pozuntusu) özünükəsmələr ilə”. Təkrarən Təqsirləndirilən şəxs Musa oğlu SHXÇDX-nin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 2 nömrəli X4 müayinədə olmuşdur. DİAQNOZ: “Mülayim ifadəli dissosiativ-konversion pozuntusu özünükəsmələrlə”. (Cild 1, iş vərəqə 138) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1115 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 148-149) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1192 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (Cild 1, iş vərəqə 150- 153) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-604/2023 saylı qərardan (hakim: A.Rzayev) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıla müddəti 02 (iki) ay müddətə, yəni 15 avqust 2023-cü il tarixədək uzadılmşdır. (Cild 1, iş vərəqə 197-200) Stosianar məhkəmə psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 91 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «QARİŞİQ TİPLİ ŞƏXSİYYƏT POZUNTUSU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F61.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (yeniyetmə yaşlarından əsəbi, hövsələsiz olduğunu bildirməsi, psixi xəstəliyi səbəbindən həqiqi hərbi xidmətə yararsız hesab edilməsini söyləməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı «X2 11 dekabr 2013-cü il tarixdən 13 dekabr 2013-cü il tarixinədək stasionar müayinədə olması və ona «Mülayim dərəcədə ifadə olunmuş isterik nevroz (dissosiativ-konversion pozuntusu) özünükəsmələr ilə» diaqnozu qoyulması, təkrarən, 15 oktyabr 2021-ci il tarixdə müayinə olunması ona «Mülayim ifadəli dissosiativ-konversion pozuntu, Özünükəsmələrlə» diaqnozu qoyulması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü bir qədər narahat aparması, şöbədaxili rejimə nisbətən çətin tabe olması, əhvali-ruhiyyəsinin dəyişkən olması, mübahisəyə və konfliktə meylli olması, aqressiv davranması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində simasında narazılıq ifadəsinin müşahidə olunması, söz ünsiyyəti zamanı söhbətə bir qədər əsəbi şəkildə qoşulması, sorğu-sual gedişatında emosional davamsızlığı və yüksək əsəbiliyinin büruzə verməsi, ardıcıl suallar verilməsindən tez qıcıqlanması, bir qədər gərginləşməsi, davranışında nümayişkaranəlik elementlərinin müşahidə edilməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında 6D10 kodu altında «Şəxsiyyət pozuntusu» rubrikasında qeyd edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Qarışıq tipli şəxsiyyət pozuntusu» diaqnozu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Buna görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs qarşı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onun qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsi, anamnezində özünü kəsmələrlə müşayiət olunan davranış göstərməsi, hal-hazırkı ekspertiza zamanı şöbədə müayinədə olduğu müddət ərzində özünü bir qədər narahat aparması, şöbə daxili rejimə nisbətən çətin tabe olması, əhvali-ruhiyyəsinin dəyişkən olması, mübahisəyə və konfliktə meylli olması, aqressiv davranması və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 202-207) “Sübutların qiymətləndirilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisi 1127,76 qram hesab edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuananın ümumi çəkisi 1127,76 qram narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 1127,36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 03 ədəd elektron tərəzi saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvanından aşkar edilmiş 01 ədəd bənövşəyi rəngli dəftər maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası Baş Prokurorunun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Binəqədi rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, Təqsirləndirilən şəxs Musa oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriməsinin və yaşadığı evə baxış keçirilməsinin görüntüləri olan 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına həvalə edilmiş, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aldığı mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun və narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi narkotik vasitəni könüllü təhvil vermə və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-dən ələ keçiriləcək məlumatlara ayrılmış cinayət işində hüquqi qiymət veriləcəyi nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 223-240) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin, “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (Cild 1, iş vərəqə 242-243) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Musa oğlunun həbsdə saxlanılma müddəti 15 gün, yəni 30 avqust 2023-cü il tarixədək uzadılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-6894/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədək keçirilərək onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxı. Keçirən zaman xəsarətlər aşkar edilməmiş, hər iki saidin ön səthində və bel nahiyəsində köhnə çapıq toxuması müşahidə edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-46/2-40694/23 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Musayev X10 RPİ-nin MSY-nə təhvil verilən zaman üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs sol qolunda kəsik izi, belində sol tərəfdə yara izi, qarının alt nahiyəsində allergiya ilə əlaqəli qızartı - deməsinə görə tutulmazdan əvvəl olub. Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 515C-23 nömrəli cavab məktubundan, həmin məktuba əlavə edilmiş 19 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan və Məhkəmə-tibbi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 1957 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı Təqsirləndirilən şəxs, BNMİ-nin əməkdaşlarının izahatı alınmış, Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu verilərək şəxsin tibbi kitabçasının surəti götürülmüş və məhkəmə tibbi ekapertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə-tibbi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 1957 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə BİT-da xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman onun hər iki saidin ön səthində və bel nahiyəsində köhnə çapıq toxumları aşkar olunsa da, həmin xəsarət izlərinin rəngi və digər xarakterik xüsusiyyətləri təsvir olunmadığından qeyd olunan çapıqların əmələ gəlmə müddəti, aləti və sağlamılğa zərər vurma dərəcəsi barədə konkret fikir söyləmək mümkün olmamışdır. Şərh edilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini bildirsə də, qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində üzərindən və evindən aşkar olunmuş narkotik maddələrin polislər tərəfdən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü söyləmişdir. Şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs həmin maddələri “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşından Suraxanı rayonu ərazisində əldə etdiyini, Binəqədi rayonunda yaşadığı evində də narkotik maddələr saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, Təqsirləndirilən şəxs evinə şəxsi axtarış və baxış keçirildiyini, evə baxış keçirərkən evin qonaq otağından bir ədəd torba aşkar olunduğunu, həmin torbanın içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 03 (üç) ədəd tərəzi olduğunu, stolun üstündə isə qeyd kitabçası olduğunu, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, evdən aşkar edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələtin və psixotrop maddələrin alış-verişinin qeyd edildiyi kitabçaya baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda mənzilinə baxış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 27,760 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, mənzilindən ümumi təmiz çəkisi külli miqdarda – 1100 qram narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd elektron tərəzi və narkotik vasitələrin satışının əks edildiyi 01 ədəd kitabçanın aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzilərin aşkarlanması, aşkar edilən narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, mənzilindən narkotik vasitələrin aşkar edilməsini, narkotik vasitələrin satışının əks edildiyi 01 ədəd kitabçanın aşkar edilməsini, şəxsi axtarış və götürmə zamanı mənzilin açarının üzərindən çıxmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən 16 fevral 2023-cü il tarixdə baxış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd 19 vərəqdən ibarət dəftərə baxış keçirilmiş və baxış zamanı dəftərin on üç vərəqində “p”, “k” yazılmaqla müxtəlif qeydlər aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin göndərdiyi narkotik vasitə marixuananı elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəkiləri barədə dəftərin birinci vərəqində 1-dən 15ə kimi sıra nömrəsi qoymaqla 15k+5p+1m40, 6k+4k, 1Ok, 11k+5p+5k və sair ilə başlayaraq, dəftərin 1, 2, 3, 4, 5, 6, 11, 13, 15, 16, 17, 18, 19-cu səhifələrində eyni qaydada qeydiyyat aparılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı bildirmişdir ki, tanışı İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin göndərdiyi narkotik vasitə marixuananı elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəkiləri barədə dəftərində qeydiyyat aparan zaman narkotik vasitə olan marixuananı şərti olaraq “k” və “p” hərfləri ilə işarələmiş, həmin qeydlər onun özü tərəfindən aparılmış, “Məhəmməd” ilə narkotik vasitənin satışı ilə bağlı razılaşdıqdan sonra narkotik vasitəni çəkmək üçün üç ədəd elektron tərəzi ilə yanaşı “Məhəmməd”in dediyi miqdarda narkotik vasitəni çəkib bükümlərə bölüb “Məhəmməd”in dediyi məkanlara qoymaq üçün qeydiyyat dəftərində qeydlər aparmış, narkotik vasitə marixuananı şərti olaraq “k” və “p” hərfləri ilə işarələmiş, bu qaydada “Məhəmməd” bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitə marixuana qoyaraq bu barədə ona bildirmiş, o da narkotik vasitəni götürüb, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 78A ünvana aparmış, “Məhəmməd”in dediyi adları qeydiyyat dəftərində qeyd etməklə, sonuncunun dediyi çəkidə elektron tərəzidə çəkərək büküm halına salmış və “Məhəmməd”in dediyi ünvanlara qoyub şəkilini çəkib sonuncuya göndərmiş, həmin məkanlardan narkotik vasitəni kimin götürəcəyini bilməmişdir. (Cild 1, iş vərəqə 96) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi evindən aşkar olunmuş narkotik vasitə birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzilərin aşkarlanmasına, evindən aşkar olunmuş 19 vərəqdən ibarət dəftərdə narkotik vasitələrin alış-verişini əks etdirən qeydlərin olmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə və evində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1127,36 qram narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd elektron tərəzi məhv edilməli, üzərinə şəxsi axtarış aparılması və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk və 01 ədəd bənövşəyi rəngli dəftər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1127,36 qram çəkidə narotik vasitə olan qurudulmuş marixuana, 03 ədəd elektron tərəzi məhv edilsin, üzərinə şəxsi axtarış aparılması və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk və 01 ədəd bənövşəyi rəngli dəftər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-686/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-686/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver