Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-686/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1993-cü il il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, İmişli rayonu, 20 Yanvar küçəsi, ev 2, mənzil 11 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128. 181.1 və 182.2.2ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, üzərində 07 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 11 avqust 2023-cü il tarixdən cəza çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin)182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini istintaqa məlum olmayan mənbədən əldə edib, həmin mobil telefon nömrəyə zəng vuraraq Zərərçəkmiş şəxs2 özünü Daxili İşlər Nazirliyinin X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək, masaj xidməti adı altında fahişəliklə məşğul olmasını əsas gətirməklə, fahişəliklə məşğul olması ilə bağlı məlumatları yaxın qohumlarına bildirəcəyinə dair barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncudan 2023-cü ilin mart ayında 1100 pul tələb edərək, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2023-cü ilin mart ayının ortalarında anası X1 adına olan, özünün istifadə etdiyi 4098-5844-6225-3400 nömrəli bank kartına Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mağazadakı «MilliÖn» terminalı vasitəsilə göndərdiyi 700 manat və 400 manat pulları alıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 mobil telefon nömrəsini əldə edib, həmin mobil telefon nömrəsinə zəng vuraraq sonuncuya özünü Daxili İşlər Nazirliyinin X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib, masaj xidməti adı altında fahişəliklə məşğul olmasını əsas gətirməklə, fahişəliklə məşğul olması ilə bağlı məlumatları yaxın qohumlarına bildirəcəyinə dair barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə Zərərçəkmiş şəxs3 2023-cü ilin mart ayında ümumilikdə 2800 manat pul tələb edərək, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində anası A.Ş.Qalamirzəyevanın adına olan, özünün istifadə etdiyi 4098-5844-6225-3400 nömrəli bank kartına Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mağazadakı «MilliÖn» terminalı vasitəsilə göndərdiyi 350 manat pulu ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs3 aldığı 800 manat pulu, həmçinin sonuncunun 2023-cü ilin aprel ayının sonlarında anası A.Ş.Qalamirzəyevanın adına olan, özünün istifadə etdiyi 4098-5844-6225-3400 nömrəli bank kartına Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mağazadakı «MilliÖn» terminalı vasitəsilə göndərdiyi 350 manat pulu alıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkədə masaj xidmətinin göstərilməsi ilə bağlı yerləşdirilmiş elandan Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini əldə edib, həmin mobil telefon nömrəsinə zəng vuraraq sonuncuya özünü Daxili İşlər Nazirliyinin X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib, masaj xidməti adı altında fahişəliklə məşğul olmasını əsas gətirməklə, fahişəliklə məşğul olması ilə bağlı məlumatları yaxın qohumlarına bildirəcəyinə dair barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə Zərərçəkmiş şəxs1 2023-cü ilin may ayında 3000 manat pul tələb edərək, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun xx.xx.2023-cü il tarixdə saat 17:03-də ünvan 4 ünvanda yerləşən «Grandmart» adlı mağazadakı «MilliÖn» pul ödəmə terminalından anası A.Ş.Qalamirzəyevanın adına olan, özünün istifadə etdiyi 4098-5844- 6225-3400 nömrəli bank kartına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə saat 15:14də həmin ünvanda olan «MilliÖn» pul ödəmə terminalından həmin bank kartına göndərdiyi 200 manat pulu alıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Məhkəmə icasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə tələb edərək müxtəlif məbləğlərdə pullar almışdır və onlara aid olan hissədə ittihamı qəbul edir. Lakin Zərərçəkmiş şəxs1 400 manat məbləğində pul almamışdır və ümumiyyətlə onu tanımır. Başqa bir şəxsdən özünü polis olaraq təqdim edərək və hədə-qorxu gələrək 5.000 manat pul almış, ona verilmiş ittihamda həmin pulu Leyla adlı şəxsdən aldığı yazılsa da həmin şəxs Leyla olmayıb. Onun 5.000 manat aldığı şəxsin masaj xidmətləri göstərən obyektləri var. Şəxsiyyət vəsiqəsi üzərində olmadığından zərərçəkmiş şəxslər pulların bir qismini anasının adına olan bank kartına köçürmüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, müxtəlif qadınlardan hədə-qorxu və soyğunçuluq yolu ilə müxtəlif məbləğlərdə pullar almışdır. O, müxtəlif masaj elanlarından tapdığı mobil nömrələrə zəng vuraraq özünü X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmiş, həmin qadınlara fahişəliklə məşğul olmaları barədə məlumatı olduğunu, bu barədə yaxınlarına məlumat verəcəyini bildirərək onlardan pul almışdır. Onun şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin qadınlardan pulu anası A.Ş.Qalamirzəyevanın adına açılımış kart hesabına göndərmişlər. Belə ki, bu yolla Qumru adlı qadından 1500 manat, Nuranə adlı qadından 1100 manat, Leyla adlı qadından 400 manat pul almışdır. Həmin qadınlar pulu adətən anasının adına olan kart hesabına göndərmişlər. O, həmin qadınların mobil nömrələrini maşın elanlarından və hotellərin qeydiyyat şöbələrindən əldə etmişdir. Əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ifadəsində həmçinin göstərmişdir ki, həmin qadınlara özünü X9 Mübarizə İdarəsinin əməkdaşı Əli və Emin adlı şəxs kimi təqdim etmişdir. Həmin zamanlar **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişdir. İstifadəsində olmuş 055 *** ** ** və 070 *** ** ** rəqəmli mobil nömrələr anasının adına olmuş, 070 *** ** ** rəqəmli mobil nömrənin isə kimin adına qeydiyyatda olması barədə məlumatı olmamış, bildiyinə görə nömrənin qeydiyyatı olmamışdır. O, bəzi elan saytlarından götürdüyü nömrələrə zəng vuraraq özünü polis əməkdaşı kimi təqdim etmiş, lakin həmin şəxslərdən pul almadığı üçün adlarını xatırlamır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 masaj xidməti göstərdiyinə görə özünü X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib hədə-qorxu gələrək 1000 manat və 700 manat olmaqla ümumilikdə 1700 manat pul, Zərərçəkmiş şəxs3 isə Dubaya qız apardığı və masaj xidməti göstərdiyi üçün özünü X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edib hədə-qorxu gələrək 400 manat, 600 manat və 1000 manat olmaqla ümumilikdə 2000 manat pul ələ keçirmişdir. Lakin Zərərçəkmiş şəxs1 tanımır amma anasının adına olan bank kartına xatırlamadığı tarixdə hissə-hissə 400 manat pul köçürülmüşdür. Daha sonra özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ödəniş qəbzləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, maddi ehtiyaclarını ödəmək üçün hərdənbir tanıdığı kişi müştərilərlə pul müqabilində görüşüb cinsi əlaqədə olmuşdur. ***-***-**-** rəqəmli mobil nömrə daimi istifadəsində olmuş, ***-***-**-** rəqəmli mobil nömrəni isə elan yerləşdirmək üçün almışdır. Belə ki, masaj xidməti ilə bağlı kurslara gedib sertifikat almış, buna görə də birja.az elan platformasında masaj xidməti ilə bağlı elan yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə elanı yerləşdirmiş və masaj xidməti göstərildiyini elanda qeyd etmişdir. Elana ***- ***-**-** rəqəmli mobil nömrəni qeyd etmişdir. Elanı yerləşdirdikdən sonra gün ərzində 20- 30 nəfər zəng vurmuş, lakin yalnız hotelə gedə biləcəyini onlara qeyd etmiş, evlərə getməyə qorxmuşdur. Bir nəfər şəxs Whatsapp tətbiqindən zəng vuraraq 150 manat pul göndərmək istədiyini bildirmiş, o isə bundan imtina etmişdir. Çünki səbəbsiz yerə 150 manat göndərməsini anlamamışdır. Bundan sonra mobil nömrəsinə ***-***-**-** rəqəmli mobil nömrədən zəng gəlmişdir. Zəng vuran şəxs özünü müştəri kimi təqdim edərək onun evinə gələrək masaj xidməti göstərilməsini xahiş etmiş, o isə evdə masaj xidməti göstərə bilməyəcəyini bildirmişdir. Həmin şəxs X9 Mübarizə Baş İdarəsinin əməkdaşı Emin adlı şəxs kimi özünü təqdim edərək dediklərini etməsə onun ailəsinə fahişəliklə məşğul olacağını deyəcəyini bildirmişdir. Özünü Emin kimi təqdim edən şəxs neçə gündür izlədiyini və haraya getdiyini bildiyini bildirmişdir. Bundan qorxmuş, çünki oğlu bunu bilsə öldürə biləcəyini düşünmüşdür. Nə istədiyini soruşduqda ona 3000 manat pul verməli olduğunu bildirmişdir. O isə 3000 manat pulunun olmadığını 200 manata kirayə qaldığını bildirmiş, bundan sonra sonuncu nəyə imkanının çatdığını soruşmuşdur. Ona 100 manat pul verə biləcəyini bildirdikdə isə 200 manat pul göndərməsini tələb etmişdir. Onunla razılaşmış və milliön ödəmə terminalından mobil telefonda dediyi kart hesabına 200 manat pul göndərmiş, həmin kart hesabı A.Ş.Qalamirzəyevanın adına qeydiyyatda olmuşdur. Daha sonra həmin şəxs yenə zəng vurmağa başlamışdır. Səhvən öz istifadəsində olan ***- ***-**-** rəqəmli mobil nömrə ilə zəng vurmuş və həmin mobil nömrə düşmüşdür. Bundan sonra səhəri gün Emin adlı şəxs zəng vuraraq 200 manat pulun rəhbərliyə çatdığını buna görə əlavə 200 manat pul göndərməli olduğunu bildirmişdir. Məcbur qalıb yenidən Emin adlı şəxsin mobil telefonda dediyi eyni kart hesabına 200 manat pul göndərmişdir. Emin adlı şəxs Yasamal RPİ-in əməkdaşlarına tapşıracağını, bundan sonra heçkimin işi olmayacağını və onunla görüşmək istədiyini bildirmiş, o isə etiraz etmişdir. Daha sonra ***- ***-**-** rəqəmli mobil nömrədən yazaraq həyətlərində olduğunu bildirmiş, o, həmin şəxs yazan zaman guya hoteldə işdə olduğunu bildirmişdir. Emin adlı şəxs də guya həmin hoteldə əməliyyat tədbirinin keçirildiyini buna görə də oranı tərk etməli olduğunu bildirmişdir. Daha sonra zəng vuraraq əgər hansısa qadınla mübahisəsi olmuşdursa onların mobil nömrələrini verməli olduğunu qeyd etmişdir. Artıq bu zaman həmin şəxsin polis əməkdaşı olmadığı anlamış, çünki polis əməkdaşının heç zaman bu sözü deməyəcəyini fikirləşmişdir. Emin adlı şəxs ondan 3.000 manat pul tələb etmiş, lakin o, iki dəfə 200 manat olmaqla ümumilikdə 400 manat pul göndərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun fahişəliklə məşğul olduğunu evinə gəlib oğluna deyəcəyi barədə ona hədə-qorxu gələrək onun 400 manat pulunu ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını göstərmişdir. Bundan başqa məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o və digər zərərçəkmiş şəxs Nuranə Tarqovu ərazisində masaj salonunda birlikdə işləmişlər. Onlar iş yerində olarkən Nuranənin bacısı Turanənin telefonuna bir nəfər şəxs zəng edərək X4rşı Mübarizə Baş İdarəsinə yaxınlaşmasını bildirmişdir. Bu zaman onun əvvəllər birgə yaşadığı Rasim adlı şəxsin X9 Mübarizə Baş İdarəsində işlədiyini zənn etdiyindən ona zəng edərək rəfiqəsinin bacısına gələn zəng barədə məlumat vermişdir. Zəng edən şəxsin nömrəsini də məsələni aydınlaşdırması üçün Rasimə vermişdir. Daha sonra Rasim ona zəng edərək nömrənin istifadəçisi Daşqın adlı şəxslə danışdığını və sonuncuya Turanə və Nuranə masaj salonunda işlədiyi üçün 1000 manat pul verməli olduqlarını, əgər pulu verməsələr X9 Mübarizə Baş İdarəsinə gedərək qeydiyyata düşməli və bunun üçün də Ağdaşa getməli olduqlarını bildirmişdir. Valideynləri onların masaj salonunda işlədiklərini bilmədiklərindən və onları qorxudaraq bu barədə valideynlərinə xəbər gedəcəyini bildirdiklərindən Nuranə Daşqına 1100 manat məbləğində pul vermişdir. Bir həftə sonra isə Daşqın ona da zəng edərək X9 Mübarizə Baş İdarəsinə gəlib qeydiyyata düşməli olduğunu bildirmişdir. O, nə üçün qeydiyyata düşməli olduğunu soruşduqda Daşqın ona Dubaya gedib-gəldiyi üçün olduğunu bildirmişdir. Həmçinin Rasimin onun ailə üzvlərilə bağlı məlumat verdiyini və ailə üzvlərinə də masaj xidməti ilə məşğul olması ilə bağlı məlumat verəcəyini bildirmişdir. Daha sonra Daşqın onun işlədiyi yerə gəlmiş, həmin vaxt Daşqınla birlikdə sonuncunun istifadə etdiyi maşında olarkən də sonuncu ondan pul almış və elə bundan sonra maşında qəzaya düşmüşlər. Daşqın ümumilikdə ondan 2.800 manat məbləğində pul almışdır. Bundan sonra o, X9 Mübarizə Baş İdarəsinə getmiş, məsələni danışdıqdan sonra İdarədən çağırılmadığını bilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək üçün təxminən 2021-ci ilin ortalarından “Nizami” kinoteatrının yaxınlığında yerləşən “City” sağlamlıq mərkəzində masaj xidməti ilə məşğul olur. 051 *** ** ** rəqəmli mobil nömrə onun daimi istifadəsindədir. 2023-cü ilin təxminən mart ayında sağlamlıq mərkəzində birlikdə işlədiyi Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, özünü X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edən Emin adlı şəxs ona hədə-qorxu gəlib pul almışdır. Bu zaman o, X9 Mübarizə Baş İdarəsinin əməkdaşı kimi tanıdığı və bir müddət yaxın münasibətdə olduğu Rasim adlı şəxsə zəng edib sonuncudan Nuranənin başına gələnlərlə bağlı kömək istəmiş və Nuranənin başına gələn hər şeyi danışmışdır. Bu zaman Rasim ona həmin Emin adlı şəxsin nömrəsini göndərməklərini istəmiş və Nuranədən Emin adlı şəxsin mobil telefon nömrəsini götürüb Rasimə göndərmişdir. Lakin Emin yenə Nuranəyə zəng etməyə davam etmiş və Nuranədən ümumilikdə 1100 manat pul almışdır. Rasim bu barədə onlara heç bir köməklik etməmişdir. Bir müddət sonra ***- ***-**-** rəqəmli mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng vuran şəxs özünü X9 Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Əliyev kimi təqdim etmişdir. Həmin şəxs ona masaj xidməti adı altında intim xidmətlər göstərdiyini iddia edərək ondan inzibati binaya yaxınlaşmağı tələb etmişdir. O, bunun səbəbini soruşduqda həmin şəxs guya onun masaj adı ilə intim xidmətlər göstərdiyi üçün məsuliyyətə cəlb olunacağını bildirmişdir. O, Emin adlı şəxsə həmin işlərlə məşğul olmadığını, yalnız masaj xidməti göstərdiyini bildirsə də həmin şəxs ona məhəl qoymamışdır. Emin adlı şəxs ona bildirmişdir ki, dediklərini etməsə ailəsinə onun fahişəliklə məşğul olduğunu və onun fahişəliklə məşğul olmaq üçün X5 Dubay şəhərinə getdiyini deyəcəkdir. O, 2022-ci ilin yay aylarında birlikdə yaşadığı oğlanla birlikdə istirahət məqsədilə Dubay şəhərinə getmişdir. Emin adlı şəxsin bunlardan məlumatlı olduğunu görmüş və o, Emin adlı şəxsin dedikləri sözlərdən qorxuya düşmüşdür. O, sonuncudan nə istədiyini soruşduqda ona 1000 manat pul verməli olduğunu bildirmişdir. O, 1000 manat pulunun olmadığını və bu qədər pul göndərə bilməyəcəyini bildirmişdir. Bu zaman Emin adlı şəxs ona 200 manat pulu indi göndərməyini, axşama kimi isə yenidən 150 manat göndərməyini bildirmişdir. O, həmin şəxsdən qorxduğu üçün ondan əl çəksin deyə onunla razılaşmışdır. Emin adlı şəxs ona Nuranədə kart hesabının olduğunu bildirərək Nuranədən həmin kart nömrəsini götürüb pulu atmağını tələb etmişdir. O, Nuranədən Emin adlı şəxsin 4098-5844-6225-3400 nömrəli kart hesabını Milliön ödəmə terminalı vasitəsilə 200 manat pul göndərmişdir. Kart hesabı A.Ş.Qalamirzəyevanın adına qeydiyyatda olmuşdur. Həmin günün axşamı isə yenidən həmin hesaba 150 manat pul göndərmişdir. Səhərisi gün o, işdən çıxdığı zaman həmin şəxs yenə ona zəng vuraraq işlədiyi sağlamlıq mərkəzinin qarşısında olduğunu bildirmişdir. Daha sonra isə öz maşını ilə onun yanına gəlib ondan maşına əyləşməyini tələb etmişdir. Həmin vaxt Nuranə də onun yanında olmuşdur. Nuranə Emin adlı şəxsdən onu hara aparacağını soruşduqda, sonuncu bildirmişdir ki, onunla kofe içib söhbət etmək istəyir. Bundan sonra Nuranə və o, Eminin maşınına əyləşmişlər. Emin Nuranəni evinə qoyduqdan sonra maşında ikisi olduqda sonuncu onunla kobul danışaraq onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bu zaman o, Eminə etiraz etmişdir. Emin ona qarşı nəlayiq ifadələr işlətmiş və onun qolundan və boynundan əli ilə dartmağa başlamışdır. O, Eminə qarşılıq verib sonuncunu itələmişdir. Bundan sonra Emin ona bildirmişdir ki, əgər onunla cinsi əlaqədə olmursa onu idarəyə aparıb orada saxlayacaqdır. O, indi idarəyə getməyəcəyini sabah vəkili ilə birlikdə gələ biləcəyini bildirmişdir. Bu zaman Emin yenə onunla nəlayiq ifadələr işlətməyə davam etmişdir. Əgər İdarəyə və hotelə gedib onunla cinsi əlaqədə olmursa yenidən pul verməli olduğunu bildirmişdir. Emin qeyd etmişdir ki, Nuranə verdiyi qədər o da pul verməlidir. Bu zaman o, məcbur olub Eminə əlbəəl 700 manat pul vermiş və bundan sonra Emin onu iş yerinin yanına gətirdiyi zaman maşınla qəza törətmişdir. Emin qəzanın ona görə olduğunu bildirmiş və maşının xərclərini onun ödəməli olduğunu deyərək ondan yenə 100 manat pul almışdır. Bundan sonra o, Eminin yanından ayrılaraq evinə gəlmişdir. Emin adlı şəxs daha onunla əlaqə saxlamamışdır. Emin onun yanına qeydiyyat nişanının sonu 888 olan “Hyundai” markalı avtomobil ilə gəlmişdir. Bu hadisədən təxminən 1 ay sonra ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən ona zəng gəlmişdir. Zəng vuran şəxs özünü X9 Mübarizə Baş İdarəsinin əməkdaşı Əli Hüseynov kimi təqdim etmişdir. Əlidən ona nə üçün zəng etdiyini soruşduqda sonuncu da eyni qayda Emin kimi ona hədə-qorxu gəlmiş və dediklərini etməsə ailəsinə onun fahişəliklə məşğul olduğunu deyəcəyini bildirmişdir. Əli ona 1000 manat pul göndərməli olduğunu bildirmişdir. Bundan sonra o, bu barədə Nuranəyə demişdir. Nuranə Emin adlı şəxsə zəng etmiş, bunun nə işi olduğunu, Əli Hüseynovun kim olduğunu, nə üçün Əliyə pul verməli olduğunu soruşmuşdur. Bu zaman Emin özünün Əli ilə danışdıqdan sonra onlarla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Emin onlarla əlaqə saxlayıb Əli ilə danışdığını, 1000 manat istəməyinə baxmayaraq 350 manata razı saldığını bildirmişdir. Bu zaman Əlinin də ondan əl çəkməsini istədiyi üçün Nuranəyə bildirmişdir ki, 350 manat pulu göndərsin. Həmin vaxt onun pulu olmamışdır. Emin onlara demişdir ki, pulu elə öz kartına göndərsinlər. Nuranə Eminin dediyi kimi də edərək 350 manat pulu Eminin kartına göndərmişdir. Bir neçə gün sonra isə Nuranəyə 350 manat pulu qaytarmışdır. Bundan sonra onun nə Emin Əliyev, nə də Əli Hüseynov adlı şəxslərlə heç bir əlaqəsi olmamışdır. O, həmçinin göstərmişdir ki, Emin ondan ümumilikdə 1800 manat pul tələb etmiş, lakin sonuncuya 1150 manat pul vermişdir. Əli isə ondan 1000 manat pul tələb etmiş, lakin həmin şəxsə Eminin vasitəsilə 350 manat pul göndərmişdir. O, Emin və Əli adlı şəxslərə pulları 2023-cü ilin mart ayının sonları, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində vermişdir. İlk dəfə 350 manat pulu Emin adlı şəxsin göndərdiyi 4098-5844-6225-3400 nömrəli kart hesabına Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən adını bilmədiyi mağazadakı MilliÖn terminalından göndərmişdir. 700 manat pulu Nuranənin yaşadığı ünvan 3 ünvanının qarşısında əlbə-əl vermişdir. 100 manat pulu Yasamal rayonu ərazisində vermişdir. 350 manat pulu isə 2023cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən adını bilmədiyi mağazadakı MilliÖn terminalından Nuranə onun yerinə Eminin kart hesabına göndərmişdir. Həmin şəxslər ona bildirmişlər ki, əgər dediklərini etməsə ailəsinə fahişəliklə məşğul olduğunu deyəcəklər. Bundan başqa Zərərçəkmiş şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründəki ifadəsini oxumadan imzalamış, bu səbəbdən də ifadənin məzmunu ilə tanış deyil. Həmçinin Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Tarqovu ərazisində masaj salonunda masaj xidməti göstərmişdir. Təqsirləndirilən şəxs ilk öncə bacısı Turanənin telefonuna zəng etmiş və bacısı da ona zəng edib Emil adlı şəxsin zəng edərək X9 Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra o özü həmin nömrəyə zəng vurmuş və Emil adlı şəxs ona masaj salonunda işlədiyi üçün sabah X9 Mübarizə Baş İdarəsinə yaxınlaşmasını və gəlib İdarəyə bu barədə məlumat verməli olduğunu bildirmişdir. Daha sonra Qumru bir vaxtlar birlikdə yaşadığı Rasimə zəng edib məsələni danışmış və həmin nömrəni Rasimə vermişdir. Sonuncu Daşqınla danışdıqdan sonra Daşqının 1000 manat pul istədiyini, pulu verib məsələni həll etməyimizi bildirmişdir. Bundan sonra Daşqın kart nömrəsi göndərmiş, o da həmin karta 700 manat məbləğində pul köçürmüşdür. Dörd gün keçdikdən sonra zəng edib 700 manatın az olduğunu 600 manat da göndərməyini bildirmiş, o da karta 400 manat pul köçürmüşdür. Daha sonra bir neçə dəfə də pul istəmiş, lakin o, verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründəki ifadəsini oxumadan imzalamış, bu səbəbdən də ifadənin məzmunu ilə tanış deyil. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid A.Ş.Qalamirzəyevanın məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 1992-ci ildə Gəray Gəncalıyev ilə ailə həyatı qurmuş, sonradan həyat yoldaşı vəfat etmiş, Təqsirləndirilən şəxs onun oğludur. Daşqının bir neçə dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluğu olmuşdur. Daşqın 2022-ci ildə onun istifadəsində olan 4098- 5844-6225-3400 nömrəli bank kartını bir müddətlik öz istifadəsi üçün istəmişdir. Ondan nə üçün istifadə etdiyini soruşduqda isə Daşqın avtomobil idarə edərkən benzin pulu lazım olduğunu və gündəlik istifadədə digər ehtiyacları üçün bank kartına ehtiyac olduğunu bildirmişdir. Daşqın şəxsiyyət vəsiqəsini itirdiyi üçün öz adına bank kartı hesabı açdıra bilməmişdi. Eyni zamanda həmin vaxt cəzaçəkmə müəssisəsindən azadlığa yeni çıxmışdı. Buna görə də öz bank kartını istifadə etməsi üçün oğluna vermiş və bundan sonra Daşqın onun adına olan bank kartından istifadə etmişdir. Oğlunun Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxslərdən hədə-qorxu gəlməklə pul tələb etməsindən və həmin pulları özünə məxsus bank kartına köçürməsindən məlumatının olmadığını və həmin kart hesabını Təqsirləndirilən şəxs yalnız öz şəxsi ehtiyaclarını ödəmək üçün verdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin İ cild 125-139-cu vərəqələrində olan olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-504/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128, 181.1 və 182.2.2 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə 03 il, həmin Məcəlləsinin 181.1-ci maddəsi ilə 05 il, həmin Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəlləsinin 66.3-cü maddəsinə əsasən sonuncuya təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CPM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 ay təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və onun üzərində 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 avqust 2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm edilmişdir. Cinayət işinin İ cild 178-188-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1540/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128, 181.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-504/2024 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 21-22-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-504/2024 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmışdır. Cinayət işinin İ cild 48-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin İ cild 59-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin İ cild 73-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin İ cild 70-72-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və qəbzlərin surətindən görünür ki, təqsirləndirilən şəxsin anası A.Ş.Qalamirzəyevanın adına son 8 rəqəmi 6225-3400 olan bank kartına xx.xx.2023-cü il tarixdə saat 17:03-də ünvan 4 ünvanda yerləşən “Grandmart” adlı mağazadakı «MilliÖn» pul ödəmə terminalından 200 manat, xx.xx.2023-cü il tarixdə saat 15:14-də ünvan 4 ünvanda yerləşən “Grandmart” adlı mağazadakı «MilliÖn» pul ödəmə terminalından 200 manat pul göndərilmişdir. Cinayət işinin İ cild 224-237-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri maddi sübut kimi tanınmış və iş mateiallarında saxlanılmışdır. Cinayət işinin İ cild 91-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1, 326.1-ci maddələri ilə təqsirli bilinərək və həmin Məcəllənin 66.3, 69.3-cü maddələri tətbiq edilməklə 01 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək və həmin Məcəllənin 68.1.3, 67.1-ci maddələri tətbiq edilməklə qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilməklə 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin İ cild 96-111-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-281/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək və həmin Məcəllənin 68.1.3, 67.1-ci maddələri tətbiq edilməklə ona qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İ cild 113-115-ci vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(002)-14/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 281/2019 saylı hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Cinayət işinin İ cild 116-122-ci vərəqələrində olan Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin qərarın 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin İ cild 125-139-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128, 181.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək və həmin Məcəllənin 66.3, 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Azərbaycan Respublikasının CPM-nin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 №-li Qərarına əsasən hədə-qorxu ilə tələb etmənin soyğunçuluqdan və quldurluqdan fərqləndirilməsi məsələsini həll edərkən nəzərə alınmalıdır ki, əgər zor tətbiq etmə soyğunçuluq və quldurluqda əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludursa, zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmədə bu hədənin təsirini gücləndirmə vasitəsidir. Soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verdiyi halda, hədə-qorxu ilə tələb etmədə təqsirli şəxsin qəsdi tələb olunan əmlakın gələcəkdə əldə edilməsinə və yaxud quldurluqda və soyğunçuluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra edildiyi vaxt və yaxud gələcəkdə əmlaka olan hüququn əldə edilməsinə və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsinə yönəlir. Həmin Qərara əsasən hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Həmin Qərarın 7-ci bəndində göstərilir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə müvafiq olaraq Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında və şahidin məhkəməyədək istintaq dövründə verdiyi ifadələri, ödəniş qəbzləri, bamk kartından olan çıxarışdan və digər iş materialları ilə təkrarən zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 182.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 tanımadığı və hədə-qorxu ilə tələb etmək yolu ilə ondan 400 manat pulu əldə etmədiyi, həmçinin digər zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onların əmlakını hədə-qorxu ilə əldə etmədiyi barədə verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin izahatı (İ cild i/v 23-24) və təqsirləndirilən şəxsin dindirmə protokollarından (İ cild i/v 161-162, 200-201) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə tələb edərək 400 manat məbləğində pul ələ keçirdiyini etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən A.Ş.Qalamirzəyevanın adına son 8 rəqəmi 6225-3400 olan bank kartına xx.xx.2023-cü il tarixdə saat 17:03-də ünvan 4 ünvanda yerləşən “Grandmart” adlı mağazadakı «MilliÖn» pul ödəmə terminalından 200 manat, xx.xx.2023-cü il tarixdə saat 15:14-də ünvan 4 ünvanda yerləşən “Grandmart” adlı mağazadakı «MilliÖn» pul ödəmə terminalından 200 manat ümumilikdə 400 manat məbləğində pul göndərilmişdir (İ cild i/v 70-72). Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ibtidai istintaq dövründə verdikləri ifadələri dəyişmələrinin səbəbi təqsirləndirilən şəxslə aralarında barışığın əldə olunması, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmaması ilə bağlıdır. Azərbaycan Respublikasının CM-nin 182.2.2-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları yəni, zərəçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, yenidən eyni tərkibli cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128. 181.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 07 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 504/2024 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, sonuncuya hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin Məhkəmənin hökmü ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmünə əsasən xx.xx.2022-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 06 (altı) ay müddət ona təyin ediləcək cəzadan çıxılmalı, sonuncunun üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmünə əsasən xx.xx.2023-cü il tarixdən hesablamalı və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsinə baxaraq nəzərə alır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 504/2024 saylı hökmü ilə təyin edilmiş və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmünə əsasən 08 avqust 2022-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay təyin olunmuş cəza müddətinə daxil edilib çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmünə əsasən 11 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdikləri 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-504/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-686/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-686/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver