Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-687/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru ədliyyə müşaviri X9, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid7 və müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mastıbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində qeyri-rəsmi sevgi münasibətlərində olduğu Şahid1 ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu DSK yolu 4 qaçqınlar yaşayan binanın 6-cı mərtəbəsində yerləşən ünvansız fərdi mənzilində olarkən sonuncunun əri Zərərçəkmiş şəxs işdən qayıdıb onu həmin mənzildə aşkar etməsi nəticəsində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əvvəlcə yumruqla vurmuş, daha sonra mənzildən çıxıb getmək istədiyi zaman sonucunun onun getməyinə mane olaraq polis orqanlarına və arvadının valideynlərinə məlumat verərək onların gəlməsi üçün saxladıqda, Zərərçəkmiş şəxs onu buraxması üçün üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən bədən nahiyəsinə bir neçə dəfə zərbələr endirmiş, Zərərçəkmiş şəxs yenə də onun getməsinə imkan verməyərək mənzilin mətbəx otağına aparan zaman mətbəxdə olan digər bıçaqla yenidən bədən nahiyəsinə qəsdən bir neçə dəfə zərbələr endirərək ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən-başın alın və burun nahiyəsində sıyrıqlar, sağ əlin 3-cü barmağının ovuc səthinin bir ədəd kəsilmiş yarası kimi xəsarətlər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid-döş qəfəsinin sol yan və arxa səthlərində üç ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, qarının ön-sol yan divarında iki ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, üzün sol almacıq nahiyəsində bir ədəd kəsilmiş yarası, döş qəfəsinin ön səthində sağda bir ədəd kəsilmiş yarası, sağ bud nahiyəsində bir deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər, həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid-döş qəfəsinin ön səthində solda bir ədəd boşluğa nüfuz edən, qarnın sol yan divarında, sol qalça nahiyəsində bir ədəd qarın boşluğuna nüfuz edən, acı bağırsağın və S-vari bağırsaq müsaqirəsinin yaralanmasına səbəb olmuş deşilmişkəsilmiş yarası kimi xəsarətlər ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 ilə təxminən 2019-cu ilin avqust ayında “İnstagram" sosial şəbəkəsində tanış olmuşlar. Fatimə əvvəlcə həmin sosial şəbəkədə ona ismarıc yazmış, daha sonra onlar danışmış, beləliklə aralarında münasibətləri yaranmışdır. Fatimənin iki azyaşlı övladı və İlqar adlı həyat yoldaşı olmuş, Fatimənin ona bildirməsinə görə İlqarla münasibətləri yaxşı olmamışdır. Belə ki, Fatimə ona həyat yoldaşı İlqarın digər qadınlarla və cinsi azlıqlarla danışdığını bildirərək ona maraq göstərmədiyini demişdi. O, Fatimə ilə sonuncunun evində təxminən 3 dəfə görüşmüş, birinci dəfə 2019-cu ilin sentyabr ayında, ikinci dəfə isə 2019-cu ilin oktyabr ayında olmuş, hər iki dəfəsində də İlqar evdə olmamış, yalnız azyaşlı uşaqları evdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20.00 radələrində Fatimə ona ismarıc yazaraq əri İlqarın gecə evdə olmayacağını və onlara getməli olduğunu bildirmiş, o, təxminən saat 23.30 radələrində Fatiməgilin evinə getmişdir. Həmin vaxtı Fatimə evdə azyaşlı övladları ilə olmuş, lakin övladları yatmışlar. Fatimə ilə həmin gecə iki dəfə cinsi əlaqədə olmuş, daha sonra isə yatmışlar. Saat təxminən 05.30 radələrində yatarkən İlqar Fatiməyə zəng edərək yarım saat ərzində evdə olacağını bildirmiş, o, dərhal hazırlaşaraq evi tərk etməyə tələsmişdir. O, təxminən 10 dəqiqə sonra qapının girişində çıxmağa hazırlaşarkən qapı döyülmüş, Fatimə ona hamam otağına keçməsini bildirmişdir. O, hamam otağına keçib qapını bağlamış, İlqar mənzilə daxil olduqdan sonra Fatimə sonuncuya hamam otağına keçmədən gedib yatmasını demiş, İlqar bundan şübhələnib hamam otağının qapısını açdıqda onu görmüş, ondan kim olduğunu soruşmuşdur. Həmin vaxtı o, İlqara salam vermiş, bundan sonra İlqar ona əl-qol ataraq “səni polisə verəcəyəm” demişdir. O da ona “verirsen ver” demiş, İlqar onun mobil nömrəsini götürməklə kifayətlənməmiş, Fatimənin atasını və qardaşını ora çağıracağını demişdir. Bundan sonra o, İlqara buna ehtiyac olmadığını bildirib, qarşılıqlı şəkildə yumruqlaşaraq, hamam otağından çölə çıxmışlar. Çölə çıxdıqdan sonra İlqar Fatiməyə yumruq və təpiklə xəsarət yetirmiş, o, qapıdan çölə çıxmaq istəyəndə İlqar onun qolundan tutaraq onu içəri salmış, ona Fatimənin valideynlərini çağıracağını demişdir. O da ondan qorxub çıxıb getmək üçün cibindən bıçaq çıxararaq İlqara bir neçə zərbə endirmiş, lakin İlqar əlindəki bıçağı tutaraq onu mətbəxə salmışdır. O, İlqara onu buraxmasını, çıxıb getmək istədiyini demiş, İlqar isə onu buraxmayacağım bildirmiş, o da İlqarın onu buraxmadığını görüb yenidən mətbəxdən digər bıçağı götürüb İlqara bir dəfə zərbə endirmişdir. Bundan sonra İlqar onu buraxmış və o, dərhal həmin evdən qaçmış, evdən çıxarkən əlindəki ikinci dəfə istifadə etdiyi bıçağı Fatiməyə vermiş, öz bıçağını isə evdən çıxarkən xatırlamadığı yerə atmışdır. Sonra həmin binanın yanından uzaqlaşmış, bir müddət gəzdikdən sonra dostları Fərid və Camal Məmmədova zəng edərək hadisə barədə onlara məlumat vermişdir. Təxminən bir saat sonra dostları onun yanına, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəlmiş, onlar birlikdə Camalgilin yaşadığı Montin qəsəbəsindəki evlərinə getmişlər. O, paltarlarını orada dəyişmiş, təxminən bir saat yatdıqdan sonra Biləcəri qəsəbəsinə qayıtmış, orada çay evində çay içərkən təxminən saat 20.00-da bacısı zəng edərək evə gəlməsini problem olduğunu bildirmişdir. Təxminən 10 dəqiqə sonra o, evə gəlmiş, polis əməkdaşları onu tutaraq polis bölməsinə aparmışdır. Zərərçəkmiş şəxs bıçaqla vurmağına səbəb onun İlqarın əlindən qurtarıb qaçmaq istəyi olduğu olmuş, çünki həmin vaxtı İlqar onu evdən buraxmamışdır. İlqar onu buraxdıqdan sonra o, İlqara heç nə etməyərək həmin evdən çıxıb qaçmışdır. Bildirmişdir ki, etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən onun yetkinlik yaşına çatmamasını, tələbə olmasını və əməlindən səmimi peşman olmasını nəzərə almasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həyat yoldaşı Şahid1, 2 və 4 yaşlı övladları ilə birgə yaşayır. Fatimə ilə 2013cü ildə toyu, 2015-ci ildə isə rəsmi nikahı olmuş, Fatimə ilə münasibətləri əvvəllər çox yaxşı olsa da, təxminən 1 il yarım olar ki, münasibətləri korlanmışdır. Belə ki, Fatimə istifadəsində olan “Samsung Note2” mobil telefonu ilə gecə təxminən saat 2-3-ə qədər məşğul olmuş, o, yuxudan qalxıb Fatimədən kiminlə danışdığını soruşduqda o, qızlarla danışdığını bildirmişdir. Təxminən 2 ay əvvəl Fatimənin telefonu kodda olduğundan və ona vermədiyindən həmin telefonu əsəbiləşib sındırmışdır. Hətta bir neçə dəfə bu cür hərəkətlərinə görə Fatiməni döymüş, təxminən 1 il əvvəl Fatimənin qonşuluqda yaşayan rəfiqəsi İlahə adlı qadınla Məhəmmədəli adlı şəxs barədə danışmalarını eşidərək Məhəmmədəlinin kim olduğunu soruşduqda ona “sən qadın işinə qarışma” demişlər. Təxminən 2019-cu ilin yay aylarında dostunun maşını ilə keçərkən Məhəmmədəlini Fatimənin yanında Biləcəri qəsəbəsi “Ağ dükan” deyilən ərazidə görmüşdür. Fatiməyə zəng edərək həmin şəxsin kim olduğunu soruşduqda qan verəcəyi qadının bacısı oğlu olduğunu bildirmişdir. Təxminən bir il olardı ki, Fatimə ilə cinsi əlaqədə olmaq istəsə də, Fatimə onunla cinsi əlaqədə olmaq istəməmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə Fatiməyə zəng edərək gecə evə gəlməyəcəyini, daş karxanasında dostu Eminlə daş kəsəcəyini bildirmiş, sonra xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 05.30 radələrində Fatiməyə zəng edərək evə gələcəyini demişdir. Bu zaman avtobus gözləməyi nəzərə alaraq bir qədər gec, yarım saata gələcəyini bildirsə də təxminən 3-4 dəqiqə sonra mənzilin qarşısına çatmışdır. Qapını Fatimə açmış, o, sanitar qovşağa keçmək istədikdə Fatimə həyəcanlı şəkildə ona otağa keçməyini, daha sonra yuyunmağa getməli olduğunu bildirsə də o, hamam otağına keçmiş və qapını açdıqda saqqallı bir oğlan görmüşdür. Oğlandan kim olduğunu soruşduqda ətir firmasından gəldiyini və onu Aynur adlı qadının göndərdiyini bildirmişdir. O, hamam otağına keçməzdən əvvəl gözucu taxta baxmış və dağınıq olduğunu görmüşdür. O, həmin oğlanı polisə verəcəyini, eyni zamanda Fatimənin valideynlərinə xəbər verəcəyini bildirmiş, həmçinin hamam otağında olarkən həmin oğlanı təhqir etmişdir. Fatimə hamam otağına daxil olduqda ona yumruq vuraraq hamamdan çıxarmışdır. Daha sonra hamam otağından çıxaraq dəhlizdə həmin oğlanla bir-birilərinə qarşılıqlı yumruq zərbələri endirmişlər, həmçinin bu zaman Fatimənin qarın nahiyəsindən təpiklə vurmuşdur. Həmin oğlan evdən çölə çıxmaq istədikdə o, onun qolundan tutaraq içəri salmışdır. Dəhlizdə soyuducunun yanında yenidən oğlandan kim olduğunu soruşduqda, o, cavab verməmiş, Fatimə isə Məhəmmədəlini buraxmağını, özünün sonra onu başa salacağını bildirmişdir. Bu zaman o, Fatimənin çənəsinə təpik atmış, təpik Fatiməyə dəymişdir. Bundan sonra onu buraxmadığını görən Məhəmmədəli arxa sağ cibindən qara rəngli bıçaq çıxararaq ona bir neçə bıçaq zərbəsi endirmiş, bu zaman o, Məhəmmədəlinin əlindəki bıçağı tutaraq onu mətbəxə salmışdır. Bundan sonra Məhəmmədəli sol əlilə mətbəxdə qab-qacaq yuyulan yerin üzərindən digər bıçağı götürərək ona daha bir zərbə endirmişdir. Sonra o, Məhəmmədəlinin sağ əlini buraxmış və birinci istifadə etdiyi bıçaq yerə düşmüş, o, Məhəmmədəlini buraxdıqdan sonra Məhəmmədəli ona zərbə vurmağı dayandıraraq oradan çıxıb getmişdir. O, bundan sonra evdən təkbaşına çıxaraq pilləkənlə aşağı düşmüş, bir mərtəbə aşağıda qonşusu Qabil onu görmüş, Qabildən ona kömək etməsini xahiş etmiş və onu maşınla 1 saylı TTYM-ə aparmışlar. Hazırda onun sağlamlığı tam yaxşıdır, təqsirləndirilən şəxs Məhəmmədlə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, onun yetkinlik yaşına çatmadığını və tələbə olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs və iki azyaşlı övladı ilə birlikdə yaşayır. İlqarla 2013-cü ildə evlənmiş, İlqarla əvvəllər münasibətləri yaxşı olsa da, 2016-cı ildə ilk övladı olduqdan sonra münasibətləri pisləşməyə başlamışdır. Belə ki, İlqar bəzi vaxtlar evə gəlməmiş, bəzi vaxtlar isə spirtli içki qəbul edib, onu heç bir əsas olmadan döymüşdür. Təxminən bir ilə yaxındır ki İlqar onunla cinsi əlaqədə olmamış, bunun səbəbi isə İlqarın cinsi azlıqlarla görüşərək onlara maraq göstərməsi olmuşdur. O, bir neçə dəfə İlqarın mobil telefonunda cinsi azlıqlarla danışıqlarını görmüşdür. Təxminən 2019-cu ilin avqust ayında “İnstagram” sosial şəbəkəsində Məhəmmədəli adlı şəxslə tanış olmuş, əvvəlcə Məhəmmədəlinin şəklini görüb ona istək atmışdır. Daha sonra Məhəmmədəli ona ismarıc yazmış, bununla da münasibətləri başlamışdır. 2019-cu ilin sentyabr ayında iki dəfə Məhəmmədəli ilə görüşmüş, hər ikisində də uşaqları yatızdırdıqdan sonra onunla cinsi əlaqədə olmuş, İlqarda həmin vaxt işdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə İlqar səhər saatlarında evdən çıxaraq işə getmiş, saat təxminən 16 radələrində ona zəng edərək evə gəlməyəcəyini, gecəni usta yanında işləyəcəyini bildirmişdir. O, Məhəmmədəliyə ismarıc yazaraq İlqarın evdə olmayacağını, gecəni onlara gəlməsini demişdir. Məhəmmədəli xx.xx.2020-ci il tarixdə saat 02.00 radələrində onlara gəlmiş, onunla iki dəfə cinsi əlaqədə olub sonra yatmışlar. Saat təxminən 05.30-da İlqar ona zəng edərək yarım saata evə gələcəyini bildirmiş, o, Məhəmmədlini oyadaraq evdən çıxmalı olduğunu demiş, Məhəmmədəli hazırlaşıb təxminən 5 dəqiqə ərzində qapının girişinə çatdıqda qapı döyülmüşdür. Həmin vaxtı o, Məhəmmədəliyə hamam otağına girməli olduğunu demiş, düşünmüşdür ki, İlqar evə girib yatacaqdır. Lakin İlqar içəri girib ilk öncə hamam otağına daxil olmuş və Məhəmmədəlini orada görmüşdür. Onlar hamam otağında mübahisə etmiş, Məhəmmədəli İlqara onu buraxmasını, ürəyinin sıxıldığını bildirmiş, İlqar isə Məhəmmədəliyə gözləməli olduğunu, polisə məlumat verəcəyini demişdir. Məhəmmədəli də İlqara polisə şikayət edirsə tez etməli olduğunu demiş, bu zaman hamam otağının qapısı bağlı olmuşdur. O, arabir gedib qapını açıb baxmış, həmin vaxt İlqarla Məhəmmədəli bir-birinin köynəyinin yaxasından tutmuş, İlqarda ona otağa keçməsini bildirmişdir. Məhəmmədəli hamam otağından çıxıb getmək istədikdə İlqar onun qolundan tutub getməsinə imkan verməmiş, Məhəmmədəli İlqardan onu buraxmasını xahiş etsə də, İlqar onu buraxmayaraq dəhlizə salmışdır. İlqar onun valideynlərini çağıraraq olanları göstərmək üçün Məhəmmədəlinin getməsinə imkan verməmişdir. Sonra o, yataq otağına keçmiş, təxminən 2 dəqiqədən sonra otaqdan çıxdıqda İlqarı mətbəxdə yerdə oturmuş vəziyyətdə, Məhəmmədəlini isə ondan aralıda olmaqla İlqara heç nə etmədiyini görmüşdür. Məhəmmədəli evdən gedərkən əlindəki bıçağı ona vermiş, sonra evdən çıxıb getmişdir. Bundan sonra o İlqarın qolundan tutub 5-ci mərtəbəyə qədər tək düşürtmüş, 5ci mərtəbədə qonşu Qabil ilqarı tutmuş və o, uşaqlar səsə oyanıb çölə çıxdıqları üçün geri qayıtmışdır. Hadisə baş verən zaman mənzildə o, övladları, İlqar və Məhəmmədəlidən başqa heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Məhəmmədəli onun oğludur, oğlu Məhəmmədəli təxminən 12.01,2020-ci il tarixdə universitetdə tətil olduğu üçün Bakı şəhərinə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 20.00 radələrində o, oğlu Məhəmmədəliyə zəng edərək harada olmasını soruşmuş, o da evə gəldiyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra qızı ona zəng edərək polislərin evə gəlib Məhəmədəlini Binəqədi RPİ-nin 43-cü PB-ə apardıqlarını bildirmiş, lakin tam olaraq nə baş verdiyini deməmişdir. O, daha sonra Binəqədi RPİ-nin 43-cü polis bölməsinə getmiş, orada oğlunun Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqladığım bilmişdir. O, Şahid1 və ya Zərərçəkmiş şəxs tanımamış, 17.01,2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə oğlu Təqsirləndirilən şəxs evdə gecəliyib-gecələmədiyini bilməmişdir. Yalnız hadisədən sonra bilmişdir ki, oğlu Məhəmmədəli anasına zəng edərək ola bilsin ki, axşam evə gəlməyəcəyini, dostugildə qalacağını demişdir. Əvvəllər bir dəfədə Məhəmmədəli dostugildə qalacağını bildirərək, evdə gecələməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır, sonuncunu Camal vasitəsi ilə tanımışdır. Məhəmmədəli dəfələrlə onların evinə gəlmiş, hətta bir neçə dəfə gecəni də onlarda qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə Məhəmmədəli onun istifadəsində olan mobil telefona zəng edərək səhər tezdən işə gedərkən yıxıldığını, əlinin əzildiyini deyərək, onların gedib onu evlərinə gətirməsini xahiş etmişdir. Camalla o, həmin vaxtı evdə olmuş, o, Məhəmmədəlidən harada olmasını soruşduqda o, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində olduğunu bildirmişdir. O, Məhəmmədəlidən dalaşıb-dalaşmadığını soruşmuş, o da ona dalaşdığını demiş, ondan ciddi olub-olmadığını soruşduqda isə zarafat etdiyini və yıxılaraq əlini əzdiyini demişdir. Bundan sonra o, Camalla sonuncuya məxsus “Vaz 2106“ markalı avtomobillə Məhəmmədəlini gedib Biləcəri qəsəbəsindən götürmüşlər. Onlar Məhəmmədəlini götürdükdən sonra onun əynindəki paltarlarda şalvarının üzərində damcı formasında qan ləkələri görmüşlər. Həmin vaxtı Məhəmədəlinin əynində nazik kurtka olmuş, paltarları palçığa bulaşmış, sol əlinin üzərində qan ləkələri olmuş, sanki əlinin üzəri nəyəsə sürtülüb sıyrılmışdır. Onlar Məhəmmədəlidən nə baş verdiyini soruşmuş o, yenə də onlara səhər tezdən işə gedərkən avtomobil yolunu keçən zaman qaçdığını və yıxıldığını bildirmişdir. Onlar Məhəmmədəlini avtomobillə yaşadıqları Nərimanov rayonu Montin qəsəbəsinə aparmış, sonra Məhəmmədəli paltarlarını dəyişmişdir. O, universitetə, Camal isə işə getmiş, günorta saatlarında evə qayıtdıqda evdə heç kim olmamışdır. Bundan sonra Məhəmmədəlini görməmiş və əlaqə saxlamamışdır. Axşam saat 19.00 radələrində işə gedib səhər saat 07.00-da işdən çıxaraq birbaşa universitetə getmiş, universitetdə olduğu müddətdə Camal onunla əlaqə saxlayaraq Məhəmmədəlinin tutulduğunu, onlara yalan danışdığını və dalaşaraq bir nəfəri bıçaqladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu vaxtdan tanıyır. Sonuncu ilə universitetə hazırlaşarkən eyni kursda ayrı-ayrı müəllimlərin yanında təhsil almışlar. Məhəmmədəli 11ci sinifdə oxuyarəkən ondan xoşu gəldiyini bildirmiş, o da sonuncu ilə mobil telefon vasitəsi ilə ismarıclaşmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında hazırlığa gedərkən yerdə qan görmüş, orada olan qadınlardan nə baş verdiyini soruşduqda həmin binada yaşayan İlqarın onunla eyni məktəbdə oxuyan Məhəmmədəli tərəfindən bıçaqlandığını demişlər. Bundan sonra o, Məhəmmədəliyə zəng edərək İlqarı bıçaqlayıb-bıçaqlamadığını soruşmuş, sonuncu ona “sən də bilirsən uje” deyə bildirmiş, o isə məhəllədə hamının bildiyini demişdir. Məhəmmədəlidən harada olmasını soruşmuş, o, evdə olduğunu və yatdığını bildirmişdir. Eyni zamanda Məhəmmədəli ondan İlqarın vəziyyətinin necə olmasını soruşmuş, o, Məhəmmədəliyə İlqarı xəstəxanaya apardıqlarını, tam olaraq vəziyyətinin necə olduğunu bilmədiyini demişdir. X8 vurub-vurmadığını soruşduqda Məhəmmədəli sualdan yayınmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, orta məktəbdə təhsil aldığı müddətdə X1 10-cu sinifdə oxuyarkən təhsilini davam etdirmək üçün onun oxuduğu məktəbə gəlmiş, onunla paralel siniflərdə oxumuşdur. 11-ci sinifdən isə məzun olana qədər onunla eyni sinifdə oxumuşlar. Məhəmmədəli ilə çox ünsiyyəti olmasa da, pis bir insan kimi tanımamışdır. Şahid1 isə onun ögey qardaşının doğma bibisi qızıdır. Fatimə təxminən 6 il əvvəl Zərərçəkmiş şəxs ilə evlənmiş, həmin nikahdan iki övladları olmuşdur, onların yaşadığı yataqxanada yaşamışlar. Məktəbi bitirdikdən sonra təxminən yay aylarında Fatimə həyətdə olarkən ona Məhəmmədəlinin özündən xoşu gəldiyini bildirmişdir. O, əvvəlcə inanmasa da, sonra inanmışdır. Daha sonra təxminən 2019-cu ilin oktyabr ayında atasının istifadəsində olan mobil telefonla Fatimədən Məhəmmədəli ilə əlaqə saxlayıb-saxlamadığını soruşduqda Fatimə Məhəmmədəli ilə danışmadığını bildirmişdir. Məhəmmədəlini sonuncu dəfə məktəbdən məzun olanda görmüş, daha sonra heç bir əlaqəsi olmamışdır. Fatiməgilə əvvəllər getsə də, hadisədən təxminən 5 ay öncəyədək onlardan olmamışdır. Fatiməni sonuncu dəfə yeni il günü görmüş, bu zaman aralarında heç bir söhbət olmamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında bibisi Mənsurə onlara gəlib, kürəkəni İlqarın bıçaqlandığını bildirmiş, yuxarı qalxıb Fatimədən nə olduğunu soruşduqda Fatimə həmin oğlanın İlqarın arxasınca gəldiyini və onu bıçaqladığını, həmin oğlanı tanımadığını bildirmişdir. Oğlan həmin gün polis əməkdaşları tərəfindən tutulduqdan sonra onlar həmin oğlanın Təqsirləndirilən şəxs olduğunu bilmişlər. O, Fatiməgilin evində olarkən Fatimə ilə Məhəmmədəli barəsində danışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında bibisi Mənsurə qışqıraraq onlara gəlib yeznəsi İlqarın bıçaqlandığını bildirmişdir. O, yuxudan durub çölə çıxanda İlqarın yataqxananın həyətində səkinin üzərində uzanıqlı vəziyyətdə olduğunu, başına çoxlu adamların yığıldığını görmüşdür. Qonşular Qalib və İlqarın qayınatası X16 markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirmiş, özləri də avtomobilə minmişdir. X4 vurmasını soruşmuş, İlqar isə ağrıdığını, sonra deyəcəyini bildirmişdir. İlqarı avtomaşından düşürdükdən sonra nəzər saldıqda avtomobildə damcı formasında bir qədər qan və palçığın olduğunu görmüşdür. Sonradan öyrənmişdir ki, İlqarı bıçaqla Təqsirləndirilən şəxs vurmuşdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qohumdurlar və eyni məhəllədə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə Məhəmmədəli ona «vhatsap» sosial proqramı vasitəsilə ismarıc yazaraq pul lazım olduğunu bildirmişdir. O, Məhəmmədəlidən nə hadisə baş verdiyini soruşduqda Məhəmmədəli ona kimisə bıçaqladığını bildirmiş, o isə onun zarafat etdiyini düşünmüşdür. Çünki əvvəllər də Məhəmmədəli ondan pul istəyəndə kimisə döydüyünü demiş, bu səbəbdən o, Məhəmmədəliyə tam inanmamışdır. Bundan sonra o, Məhəmmədəlini məktəbin qarşısında görmüş, lakin sonuncu ilə söhbət etməmişdir. Həmin vaxt Məhəmmədəli harasa qaçmış, günorta evə gəldikdə Məhəmmədəlini öz evlərində görmüşdür. Məhəmmədəli ailəsinin yanında olduğuna görə ondan telefonda göndərdiyi ismarıc barəsində soruşmamışdır. Axşam saatlarında Məhəmmədəli tutulandan sonra hadisə barədə məlumatı olmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 123 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (cild 01, iş vərəqə 166- 167) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-lifli-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1849 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan qara rəngli şalvarı üzərindən tapılmış bozumtul göy rəngli pambıq lifləri, cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olması qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bozumtul göy rəngli şalvarın üzərindən tapılmış qara rəngli pambıq lifləri, cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olması qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Təqdim olunan bir ədəd bıçağın üzərində lif mikrohissəcikləri yoxdur. (cild 01, iş vərəqə 186-189) İş materiallarında olanAR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X7 məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 146 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər - üzün sol almacıq nahiyəsində bir ədəd kəsilmiş yara, döş qəfəsinin ön səthində sağda bir ədəd kəsilmiş yara, döş qəfəsinin ön səthində solda bir ədəd boşluğa nüfuz edən, sol yan və arxa səthlərində üç ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, qarının sol yan divarında, sol qalça nahiyəsində bir ədəd-qarın boşluğuna nüfuz edən, acı bağırsağın və S-vari bağırsaq müsariqəsinin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yara, qarının ön və sol yan divarında iki ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, sağ əlin İİİ barmağının ovuc səthinin bir ədəd kəsilmiş yarası, sağ bud nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara, başın alın nahiyəsində və burun nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin ön-sol yan və arxa səthlərindəki, qarının ön-sol yan divarındakı və sağ bud nahiyəsindəki deşilmiş-kəsilmiş yaralar deşicikəsici alətin (alətlərin) təsirindən, üzün sol almacıq nahiyəsindəki, sağ əlin İİİ barmağındakı və döş qəfəsinin ön səthindəki kəsilmiş yaralar kəsici kənara malik olan iti alətin təsirindən, başın alın nahiyəsindəki və burun nahiyəsindəki sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən onun X13 daxil olduğu və qərarda göstərilən xx.xx.2020-ci il tarixdə törənmişdirlər və dərəcəsinə görə xəsarətlərdən döş qəfəsinin sol yan səthindəki bir ədəd boşluğa nüfuz etmiş deşilmiş-kəsilmiş yara və qarının sol qalça nahiyəsindəki bir ədəd boşluğa nüfuz edən, acı bağırsağın və S-vari bağırsaq müsariqəsinin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yaranın hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin ön, sol yan və arxa səthlərindəki, qarının ön-sol yan divarındakı boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, üzün sol almacıq nahiyəsindəki və döş qəfəsinin ön səthindəki kəsilmiş yaralar, sağ bud nahiyəsindəki deşilmiş-kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, başın alın və burun nahiyəsindəki sıyrıqlar, sağ əlin İİİ barmağındakı kəsilmiş yara isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ( 11 ədəd yara ) qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Başın alın və burun nahiyəsindəki sıyrıqların əl barmaqlarının dırnaqlarının təsirindən əmələ gəlməsi inkar edilmir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə görə belə demək olar ki, Zərərçəkmiş şəxs xəsarətləri alan zaman bədəninin ön və sol səthi ilə xəsarət yetirən şəxsə tərəf olmuşdur. Zərərçəkmiş şəxs xəsarətləri müxtəlif vəziyyətlərdə-ayaq üstə, yarım oturmuş və s. vəziyyətdə ala bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. (cild 01, iş vərəqə 218-222) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X7 məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 35/2020 MTKŞ saylı saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus gödəkcənin, (köynəyin və maykanın solyan nahiyəsində iki ədəd, gödəkcənin, köynəyin və maykanın arxa hissəsinin sol-aşağı sol-yan nahiyəsində bir ədəd, köynəyin və maykanın ön səthinin orta nahiyəsində üç ədəd, köynəyin və maykanın ön səthinin sol-aşağı nahiyəsində bir ədəd, köynəyin və maykanın ön səthinin orta-aşağı nahiyəsində bir ədəd, köynəyin və maykanın ön səthinin sol-yan nahiyəsində bir ədəd, köynəyin sağ-yan nahiyəsində bir ədəd, köynəyin ön səthinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bıçağın tiyəsinin ucu əzilmiş vəziyyətdə təqdim olunduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmadı. Ona görə də, Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs Zamiq oğluna məxsus gödəkçə, köynək, şalvar və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 01, iş vərəqə 238-242) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X7 məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 65/2020 MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zamiq oğlunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A(11)-dir. Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu 0(İ)dir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkcə (kurtka), Zərərçəkmiş şəxs məxsus gödəkcə (kurtka), mayka, şalvar, köynək, hadisə yerindən götürülmüş 06 ədəd kosmetik çöpə (pambıq tampon) sarınmış pambıqlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni 0(1) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, 1 cüt ayaqqabı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. (cild 01, iş vərəqə 244-250) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X7 məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 22/146 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər - üzün sol almacıq nahiyəsində bir ədəd kəsilmiş yara, döş qəfəsinin ön səthində sağda bir ədəd kəsilmiş yara, döş qəfəsinin ön səthində solda bir ədəd boşluğa nüfuz edən, sol yan və arxa səthlərində üç ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, qarının sol yan divarında, sol qalça nahiyəsində bir ədəd qarın boşluğuna nüfuz edən, acı bağırsağın və S-vari bağırsaq müsariqəsinin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yara, qarının ön və sol yan divarında iki ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, sağ əlin İİİ barmağının ovuc səthinin bir ədəd kəsilmiş yarası, sağ bud nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara, başın alın nahiyəsində və burun nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin ön, sol yan və arxa səthlərindəki, qarının ön-sol yan divarındakı və sağ bud nahiyəsindəki deşilmiş-kəsilmiş yaralar deşicikəsici alətin (alətlərin) təsirindən, üzün sol almacıq nahiyəsindəki, sağ əlin İİİ barmağındakı və döş qəfəsinin ön səthindəki kəsilmiş yaralar kəsici kənara malik olan iti alətin təsirindən, başın alın nahiyəsindəki və burun nahiyəsindəki sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən onun X13 daxil olduğu və qərarda göstərilən xx.xx.2020-ci il tarixdə törənmişdirlər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş deşilmişkəsilmiş və kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla, eləcə də ekspertizaya təqdim edilmiş bıçaqla və buna oxşar digər bıçaqlarla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Xəsarətlərin iki və daha çox bıçaqla yetirilib-yetirilməməsini müəyyən etmək üçün Zərərçəkmiş şəxs xəsarətlər yetirilən zaman onun əynində olan paltarların xüsusi müayinəsinin aparılması məqsdəmüvafiqdir. (cild 01, iş vərəqə 278-282) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X3 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 498 saylı rəyi ilə müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs Zamiq oğlu ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək, yəni anlaqlı olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Zamiq' oğlunda hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Z.Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs Zamiq oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Zamiq oğlu cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. (cild 02, iş vərəqə 12-14). İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 265- 267) İş materiallarında olan tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunan bıçağı tanımış və mətbəx otağından götürüb zərərçəkmiş şəxsi vurduğu bıçaq olduğunu göstərmişdir. (cild 01, iş vərəqə 69-70) İş materiallarında olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərərək istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 71-73) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələrini, ekspert rəylərini, üzləşdirmə, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokollarını və digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 01, iş vərəqə 252-255) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********969 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “X5 Öğrenci X12 öğrenci belgesi”-dən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda tələbədir oxuyur. (cild 01, iş vərəqə 199) İş materiallarında olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 216-217) İş materiallarında olan AAN416705 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. (cild 01, iş vərəqə 200) İş Materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin olmamasını, cinayət hadisəsini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmadığını, universitet tələbəsi olaraq məcburi köçkün olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13 maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası yetkinlik yaşına çatmayan şəxslərə on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-49/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmışdır.(cild 01, iş vərəqə 118- 122) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-144/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 01, iş vərəqə 205-209) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri, xx.xx.2020ci il tarixdə isə ev dustaqlığı qətimkan tədbiri seçildiyindən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət onun ev dustaqlığında saxlanıldığı müddətə daxil edildiyindən onun bu günə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 07 ay 01 gün ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəsini alanadək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri-ekspertiza tədqiqatının dəyərini təşkil edən 108 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar Binəqədi RPİ-də saxlanılan 01 ədəd bıçaq, 06 ədəd kosmetik çöp hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə , 01 ədəd şalvar, 01 ədəd köynək, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkcə , 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 07 ay 01 gün ona təyin edilmiş qəti cəzadan çıxılsın və üzərində 02 il 04 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, o, həmin cəzaya şərti olaraq məhkum edilsin və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Binəqədi İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 108 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 01 ədəd bıçaq, 06 ədəd kosmetik çöp hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə , 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-687/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-687/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver