Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-687/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi, Bakı şəhəri “M.B.M” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 76, mənzil 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirib ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs internetin “Tik-Tok” sosial şəbəkəsində onun ünvanına yazdığı nalayiq ifadələrə görə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib sonuncu ilə danışarkən, eyni zamanda aralarında olan SMS yazışması zamanı Zərərçəkmiş şəxs yenidən onun ünvanına işlətdiyi nalayiq ifadələrə aydınlıq gətirilməsi üçün sonuncunu görüşə çağırıb 09 noyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən “Nəbz” klinikasının qarşısında Zərərçəkmiş şəxs ilə görüşərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 37 nömrəli binanın həyətinə doğru hərəkət edib həmin həyətdə yerləşən besetkada birlikdə söhbət edərkən Zərərçəkmiş şəxs “Tik Tok“ sosial şəbəkəsində və telefonda ona qarşı işlətdiyi və yazdığı nalayiq ifadələrə görə ondan üzr istəməsini tələb etmiş, lakin sonuncu bundan imtina etdikdə aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi, istintaqa məlum olmayan bir ədəd qatlanan tipli bıçağı əynindəki şalvarının sağ yan cibindən çıxararaq, qisas almaq məqsədilə həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ budun yuxarı ön nahiyəsindən bir dəfə vuraraq ön qrup əzələ və magistral damar-sinir dəstəsinin (bud arteriyası, müvafiq vena və sinirlərin) travmatik tam kəsilməsi nəticəsində sağ budun yuxarı 1/3-nin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarət yetirmiş, Zərərçəkmiş şəxs hadisə yerinə çağırılmış Təcili tibbi yardım briqadası tərəfindən Bakı şəhəri, 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılarkən magistral sağ bud arteriyasının tam kəsilməsi nəticəsində yaranmış massiv qanitirmə səbəbindən ölmüş, bu hərəkətləri ilə o, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirib ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anket məlumatında qeyd olunan ünvanda yaşayır. Ailəlidir, 10 yaşlı və 15 yaşlı iki övladı vardır. Özü 1ci qrup əlil olduğu üçün səhhəti ilə əlaqədar işləməmişdir. Dializ xəstəsidir. 07 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olmuş, gecə saat 05 radələrində özünə məxsus "Samsung A31" markalı telefonla "TikTok" sosial şəbəkəsində təsadüfi daxil olduğu, tanımadığı şəxs tərəfindən açılmış "canlı"ya baxmışdır. Canlıya ondan sonra daxil olan şəxslərdən biri, ibtidai istintaq vaxtı adının Zərərçəkmiş şəxs bildiyi, bu iş üzrə zərərçəkmiş şəxs - "User" adlı istifadəçi öz profilindən “özünüzə hörmət edin” deyə ismarıc yazmışdır. Həmin ismarıc bütün istifadəçilərə ünvanlanmışdır. Belə ki, onun yazdığı ismarıcı "canlı"da olan bütün şəxslər görmüşdür. Onun belə məzmunda ismarıcını gördükdə o, həmin ismarıcı özünə qarşı təhqir hesab edərək özünə məxsus “Alik" adlı profildən səhərə yaxın saat 5-də girib “camaata hörmət dərsi keçənin burda nə işi var, ikincisi də get hörməti anandan öyrən” deyə ismarıc ünvanlamışdır. Həmin ismarıc "canlı"da olan bütün şəxslər tərəfindən görünmüşdür. Onun bu sözlərindən sonra Natiq ona ünvanlayaraq nömrəsini qeyd edib yığ deyə söyüşlə ismarıc yazmışdır. O, Natiqin bu söyüşlərindən sonra dərhal qeyd etdiyi nömrəyə zəng etmiş, telefonu götürən şəxs "alo, kimdir?" sualını vermiş, o isə həmin şəxsə "Alik"dir deyə bildirdikdə Natiq dayanmadan söyüş söyməyə, onu təhqir etməyə başlamışdır. O, Natiqə “dayan, söydüyün söyüşlərin altından qalxa bilməyəcəksən, o “söyüşlərə görə sənin dilini kəsəcəm, söyürsənsə özümə söy, nə işin var digərləri ilə” deyə bildirmişdir. Daha sonra Natiq gəlib onu tapacağını, ailəsinin qabağında onu cəzalandıracağını söyüş və təhqirlərlə bildirmişdir. O, Natiqə üzr istəmədiyi təqdirdə onu bıçaqla vuracağını bildirmişdir. Ondan nəyə görə söyüş söydüyünü soruşduqda Natiq ona "TikTok"da Natiqə yazdığı "Get anandan öyrən" sözünə görə onu söydüyünü, o isə Natiqi söymədiyini, Natiq isə dözülməz söyüşlər söydüyünü bildirmişdir. Natiqə demişdir ki, əgər bunu söyüş kimi qəbul edirdisə, ona bildirərdi ki, bu səhv hərəkətdir, o da bu sözlərə görə ondan üzr istəyərdi. Natiqdən eyni zamanda, söydüyü söyüşlərə görə üzr istəməsini tələb etmişdir. Natiq isə söyüş söyməyə davam edərək ondan üzr istəməyəcəyini bildirmişdir. O, Natiqə bu sözlərə görə onu cəzalandıracağını, Natiq isə onu yenə təhqir edərək telefon danışığını dayandırmışdır. Daha sonra o, Natiqə mesaj yazaraq dediyi sözlərə görə onu cəzalandıracağını bildirmişdir. O isə söyüşlər yazaraq nömrəsini blok etmişdir. Həmin gün onunla danışıqları başa çatmışdır. O, səhərisi gün, 08 noyabr 2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar xəstəxanaya getdiyi üçün Natiqə zəng etməmişdir. 09 noyabr 2021-ci il tarixdə saat 16-17 radələrində o, Natiqə zəng edərək onunla görüşmək istədiyini, Natiq də ona hara deyirsə oraya gələ biləcəyini bildirdikdə Natiqə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Nəbz" klinikasının qarşısında görüşməyi təklif etmişdir. Natiq bu təkliflə razılaşaraq gəlmiş və onlar "Nəbz" klinikasının qarşısında görüşmüşlər. Natiq ilə birlikdə söhbət etmək üçün 145 nömrəli məktəbin yaxınlığına, Nizami rayonu, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətinə gəlmişlər. Yol boyu Natiqə qarşılıqlı üzr istəməyi təklif etsə də, Natiq ondan üzr istəməyəcəyini bildirmişdir. Daha sonra onlar binanın həyətində oturaraq söhbət etməyə başlamışlar. Onun Natiq ilə söhbət etməkdə məqsədi onu qarşılıqlı üzr istəməyə razı salmaq və söhbəti bağlamaq olmuşdur. O, Natiqə ikisinin əsəbləşdiyini, bir-birlərinin xətrinə dəydiyini demiş, buna görə də o, Natiqdən üzr istəmiş, əlavə olaraq qeyd etmişdir ki, Natiq ondan yaşca kiçikdir, Natiq də üzr istəsin və bu söhbəti bağlasinlar. Natiq isə cavabında “yox, mən səndən üzr istəməyəcəyəm” deyə qışqıraraq bildirmişdir. Həmin vaxt Natiqin bu sözlərinə həddən artıq əsəbiləşmiş, Natiqi cəzalandırmaq istəmişdir. Üzərində olan, əvvəlcədən aldığı qatlanan tipli, qara rəngli bıçağı sağ əli ilə sağ cibindən çıxararaq Natiqin sağ budundan bıçaqla bir zərbə vurmuşdur. Həmin vaxt hər ikisi ayağa qalxmış, Natiq arxaya oturaraq “vurma, vurma” deyə bildirmişdir. Onun “Natiqə ikinci bıçaq zərbəsini vurmaq niyyəti olmamışdır. Buna baxmayaraq “Natiq onun üzərinə gələrək hər iki qolunu tutmuş, o, skamyanın üzərinə oturaqlı vəziyyətdə yıxılmış, “User" adlı istifadəçi onun qollarını arxaya tərəf itələdikdə başqa bir şəxsin bıçağı arxa tərəfdən onun əlindən aldığını hiss etmişdir. Səs-küyə ətrafda olan şəxslər də hadisə yerinə gəlmişdir. O, orada olan şəxslərə polisə təslim olmaq niyyətində olduğunu, Natiqin qan itirməməsi üçün orada olan xatırlamadığı şəxslərdən birinə bel kəməri ilə yarasını sıxmalarını bildirmişdir. Daha sonra yaşadığı ünvana gedərək yuyunmuş və paltarını dəyişmişdir. Məqsədi oradan da Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gedərək təslim olmaq olmuşdur. Lakin, evdən çıxdıqda polis əməkdaşlarını binanın həyətində görmüşdür. Polis əməkdaşları ona cinayət törətməkdə şübhəli olduğunu bildirmişlər və onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirmişlər. O, səhv etdiyini başa düşür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi olan atasından üzr istəyir. Mərhumun övladlarını da öz övladları kimi qəbul etməyə və əlindən gələn bütün köməklikləri göstərməyə hazırdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmədə ifadəsində göstərdi ki, mərhum, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma övladı olmuş, Natiq 22.10.2020-09.11.2020ci il tarixlərdə leytenant rütbəsində olmaqla İkinci Qarabağ müharibəsində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş, 05.10.2021-ci il tarixdən 09.11.2021-ci il tarixədək "Cavid- 2016" şirkətində mühəndis vəzifəsində çalışmışdır. Sakit təbiətli insan olmuş, hər kəslə mehriban davranmış, heç kimlə düşmənçiliyi və ya şəxsi ədavəti olmamışdır. 09 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman övladının ölməsi və Nizami rayon ekspertizasına aparılması barədə məlumat alıb dərhal həmin yerə gəlmiş və orada ona məlum olmuşdur ki, həmin gün saat 16:30 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs, onun övladı ilə "Tiktok" sosial şəbəkəsində yazdığı nalayiq ifadələr ilə əlaqədar aralarında baş vermiş mübahisəyə aydınlıq gətirilməsi üçün, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətində görüşərkən Təqsirləndirilən şəxs bıçaqla oğlu Zərərçəkmiş şəxs sağ budun yuxarı nahiyəsindən vuraraq xəsarət yetirmiş və nəticədə övladı ölmüşdür. O, Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir, ona vurulan ziyan ödənilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır. Əli ilə münasibətləri daim normal olmuşdur. Belə ki, Təqsirləndirilən şəxslə qonşuluqda yaşayır. Bu səbəbdən ara-sıra Əlini məhəllədə və yaxud Nizami rayonunda Qara Qarayev prospektində müxtəlif yerlərdə görmüşdür. Təqsirləndirilən şəxs dializ xəstəsi olduğundan haradasa işləməmiş, vaxtının çox hissəsini evdə ailəsi ilə birlikdə keçirmiş, müsəlman dininə ibadət etdiyindən daim onlarla ibrətamiz söhbətlər etmişdir. Mahiyyəti üzrə bildirir ki, yaşadığı ünvana yaxın olan ərazidə Q.Qarayev prospekti 37 nömrəli binanın həyətində olan besetkanın yanında yerləşən idman alətlərində idman etmək və ya hava almaq məqsədilə tanışı Şahid4 ilə birlikdə oraya gedir, orada Şahid4 idman edir, o isə 1-ci qrup əlil olduğundan hava alıb, bəzən də sağlamlığını qorumaq üçün idman hərəkətləri etmişdir. 8 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan telefon nömrəsinə mesajlar yazmışdır. Əli həmin mesajlarda ona bir nəfərin internetdə ona pis söyüşlər söydüyünü, onu söhbət etmək üçün Xırdalana dəvət etdiyini bildirmişdir. Həmin şəxsin şəxsiyyəti barədə isə ona bir söz deməmişdir. O, Əliyə internetdə belə şeylərin baş verə biləcəyini, tərbiyəsiz adamların internetdə çox olmasını bildirmiş, buna görə də belə şeylərə fikir vermək lazım olmadığını demişdir. Bir sözlə telefonda Əlini sonradan görüşüb yumşaldacağını düşünərək ona konkret bir söz demədən yola verməyə çalışmışdır. Həmin gün isə Təqsirləndirilən şəxslə Qara Qarayev prospekti 37 saylı binanın yaxınlığında görüşmüşlər. Əli, Zərərçəkmiş şəxs adlı həmin şəxsin onu Xırdalana aralarında olan mübahisəni həll etmək üçün dəvət etdiyini bildirmiş, o, Əliyə qəti surətdə getməməyi, belə şeylərə fikir verməməli olmasını bildirmişdir. Əli isə onunla razılaşaraq bu söhbəti bağladığını bildirmişdir. Beləliklə, onların arasında 8 noyabr 2021-ci il tarixdə bu məzmunda danışıq olmuşdur. Lakin, Əli ona sonradan adını bildiyi Zərərçəkmiş şəxsla konkret olaraq aralarında nə baş verdiyini danışmamışdır. Sadəcə olaraq ona bildirmişdir ki, Zərərçəkmiş şəxs tik-tok sosial şəbəkəsində ona qarşı söyüş söymüşdür. Daha sonra Əli ilə aralarnda hər hansı danışıq olmamışdır. 09 noyabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində o və tanışı Şahid4 həmişəki kimi Qara Qarayev prospekti 37 nömrəli binanın həyətinə gələrək oradakı besetkanın yaxınlığında olan idman alətlərinin yanında dayanmışlar. Hüseyn idman alətlərində idman etmişdir. O isə 1-ci qrup əlil olduğundan ara-sıra əyləşdiyi əlil arabasından qalxaraq idman alətlərindən tutub dartınma hərəkətləri etmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs uzaqdan görmüşlər. Təqsirləndirilən şəxs yanında bir nəfər tanımadığıqları şəxslə, yəni sonradan Zərərçəkmiş şəxs bildikləri şəxslə Qara Qarayev prospekti 37 nömrǝli binanın həyətinə "Nəbz" klinikası istiqamətindən gəlmişdir. Daha sonra idman alətlərinin yaxınlığında olan besetkada həmin şəxslə əyləşərək söhbət etməyə başlamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisəyə görə üzr istədiyini bildirmiş, Zərərçəkmiş şəxs da qarşılıqlı olaraq Əlidən üzr istəməsini tələb etmişdir. Zərərçəkmiş şəxs isə üzr istəməyəcəyini Əliyə bildirmişdir. O, qeyd edilən şəxslərin arasında gedən söhbəti bir qədər məsafədən eşitmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun onun qızını söydüyünə görə üzr istəməyi və söhbəti bağlamağı təklif etsə də, Zərərçəkmiş şəxs qarşılıqlı üzr istəməkdən imtina edtmişdir. Təqsirləndirilən şəxs 1 gün əvvəl ona və Şahid4 bir nəfər şəxsin özünü tik-tok sosial şəbəkəsində söyməsi barədə bildirdiyinə görə onlar Əlinin yanında olan şəxsin Əlini tik-tok sosial şəbəkəsində söyən şəxs olmasını yəqin etmişlər. Onlar orada idman alətlərinin yanında olduqlarından qeyd etdiyi şəxslər tərəfə çox baxmamışlar. Lakin, besetka tərəfdən qəfil səs gəlmiş və ora baxdıqda Əli və Zərərçəkmiş şəxs bir-birindən tutmasını görmüşlər. Onların dava etdiyini düşünərək Şahid4 həmin vaxt yaxınlaşmaq istəsə də, o, yaxınlaşmamağı məsləhət bilərək, aralarında olan mübahisəni özlərinin həll etməsinin daha məsləhətli olmasını qeyd etmişdir. Onlardan heç biri digərini vurmayıb, sadəcə olaraq bir-birindən tutmuşlar. Onlar Əli və Natiqin dava etməməsi üçün yaxınlaşdıqda Zərərçəkmiş şəxs qan gəldiyini, Təqsirləndirilən şəxs paltarlarının da qana bulaşmasını görmüşlər. Ora gələnə qədər digər adamlar da müxtəlif istiqamətlərdən gələrək Əli və Natiqin yanına çatmışlar. Onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını başa düşmüşlər. Həmin vaxt Nadir adlı, həmin binanın məhəlləsində yaşayan, binanın həyətində vaxtını çox keçirdiyindən üzdən də tanıdığı şəxs şalvarının bel kəmərini çıxararaq qan itirməməsi üçün Zərərçəkmiş şəxs ayağına bağlaması üçün digər tanımadığı şəxsə vermişdir. Həmin şəxs də bel kəmərini götürərək Zərərçəkmiş şəxs ayağına bağlamış və sonuncunun qan itirməsinin qarşısını almağa çalışmışdır. Eyni zamanda tanımadığı şəxslər də, ağ mələfə gətirərək Zərərçəkmiş şəxs qan itirməsinin qarşısını almaq üçün mələfəni yarasına bağlamağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs də qışqıraraq Təcili tibbi yardım çağırılmasını, Zərərçəkmiş şəxs kömək etmək lazım olduğunu bildirmişdir. Orada olan şəxslərdən biri də Təcili tibbi yardıma zəng etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əgər soruşsalar özünün paltarını dəyişmək üçün evə getdiyini, oradan da polisə təslim olmaq üçün gedəcəyini bildirmişdir. Bunları ona bildirdikdən sonra Təqsirləndirilən şəxs getmiş, bir neçə dəqiqədən sonra gələn Təcili tibbi yardım vasitəsilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Hadisə yerinə gələn polis əməkdaşlarına Təqsirləndirilən şəxs dediklərini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs evində paltarını dəyişdikdən sonra polisə təslim olduğunu, Zərərçəkmiş şəxs isə xeyli qan itirdiyindən təcili tibbi yardım avtomobilində xəstəxanaya çatmamış vəfat etdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Milli Aviasiya Akademiyasının tələbəsidir. Eyni zamanda lizinq şirkətində lizinq mütəxəssisi vəzifəsində çalışır. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 37 saylı binanın həyətində olan idman alətlərindən istifadə etmək üçün ara-sıra dostluq münasibətləri yaranmış Şahid1la birlikdə həmin binanın həyətinə gedib orada idman etmişlər. 09 noyabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində dostu Şahid1la birlikdə yenə də həmin ünvana gedib orada həyətdə idman etmək qərarına gəlmişlər. Onlar Q.Qarayev prospekti 37 saylı binanın həyətinə daxil olduqda orada olan besetkanın içərisində əvvəllər tanımadıqları iki nəfər şəxsin yanaşı oturuqlu vəziyyətdə bir-biri ilə söhbət etdiyini görmüşlər. Onların yaxınlığından keçdikdə həmin şəxslərdən birinin, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin digərinə kimin səhvi varsa üzr istəməli olduğunu bildirdiyini eşitmişlər. Onlar Əligilin əyləşdiyi besetkanın yanından keçərək besetkanın yaxınlığında olan skamyalardan birində əyləşib idman etməzdən əvvəl söhbət etməyə başlamışlar. Bir qədər sonra Əligin əyləşdiyi besetkadan səs-küy gəldiyini eşitmişlər və geriyə dönüb Əligilə baxdıqda sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birini tutduğunu görmüşlər. Onlar oturduqları yerdən durub Əli və Natiqə yaxınlaşdıqda hər ikisi ayaq üstə olmuşdur. Yerdə qan gölməçəsi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində açılıb-qatlanan tipli kiçik ölçülü bıçaq olduğunu, Zərərçəkmiş şəxs sağ ayağından qan gəldiyini görmüşdür. Başa düşmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan bıçaqla vurmuşdur. Qeyd edir ki, sonradan oraya adlarını bilmədiyi, tanımadığı, ətrafdan səs-küyə və Zərərçəkmiş şəxs kömək etməyə digər şəxslər də gəlmişdir. Təqsirləndirilən şəxs digər şəxslərdən, həmçinin ondan Zərərçəkmiş şəxs kömək etməyi, təcili tibbi yardım çağırmağı xahiş etmişdir. O, dərhal təcili tibbi yardıma zəng etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilən ifadəsində Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etmişdir (cild 1, iş vərəqi 161-163, 220-223). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün evdən çıxarkən eşitdiyi səs-küyə görə yaşadıqları ünvanda həyətdə yerləşən besetkaya yaxınlaşmışdır. Besetkaya yaxınlaşdıqda bir nəfər şəxsin paltarının qanla bulaşmasını, orada olan şəxslərin həmin adama kömək etdiyini görmüşdür. O, besetkaya yaxınlaşdıqda üzəri qanla bulaşmış olan adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi həmin şəxsin yerdə uzandığını, bir nəfər şəxsin də Zərərçəkmiş şəxs ayaq nahiyəsini əli ilə tutduğunu görmüşdür. Həmin adını bilmədiyi, əvvəllər tanımadığı şəxs yerdə uzanıqlı və huşsuz vəziyyətdə olan Zərərçəkmiş şəxs kömək etmək, onun qanaxmasını dayandırmaq istəmişdir. O, dərhal şalvarının belində olan dəri material kəməri çıxararaq Natiqin ayağını kəmərlə sıxmışdır ki, ayağının qanaxmasını dayandırsın. Hadisə yerinə toplaşmış şəxslərdən bəziləri təcili tibbi yardıma zəng etmiş, bəziləri isə Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq məqsədilə avtomobil axtarmışdır. Bir qədər sonra hadisə yerinə gələn Təcili tibbi yardım avtomobili vasitəsilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Sonradan Zərərçəkmiş şəxs xəstəxanaya aparılarkən yolda Təcili tibbi yardım avtomobilində vəfat etdiyini, həmçinin baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs bıçaqla vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 09.11.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Şəhər Kiniki Xəstəxanasının həyətində olan təcili tibbi yardım avtomobilinin içidir. 3 saylı Şəhər Kliniki Xəstəxanasının həyətində olan **-JH-*** dövlət qeydiyyat nişanı olan Təcili tibbi yardım avtomobilinin arxa qapılarını açdıqda Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Gündüz Hüseynov avtomobildə olan kişi meyitini göstərərək bildirmişdir ki, həmin meyit Zərərçəkmiş şəxs meyitidir və 09 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 37 ünvanında bıçaqlandıqdan sonra Zərərçəkmiş şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilərkən aldığı xəsarətlərdən ölmüşdür. Meyitin əynində 1 ədəd qara rəngli üzərində yazıları olan kofta, 1 ədəd qara rəngli tuman, 1 ədəd qara rəngli şalvar və 1 ədəd kəmər vardır. Hadisə yerinə baxış keçirildikdən sonra Zərərçəkmiş şəxs meyiti daxili və xarici müayinə olunmasından ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Nizami rayon şöbəsinə göndərilmişdir (cild 1, iş vərəqi 4-6). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 09.11.2021ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətində yerləşən besetkanın içərisidir. Besetka dəmir konstruksiyadan hazırlanmış, besetkanın giriş qapısı olmamış, besetkaya 1 giriş-çıxış yeri olmuş, besetkanın həmin giriş-çıxış yerinin eni 1 m 10 sm, besetkanın içərisinin uzunluğu 5 m, eni isə 3 m olmuş, besetkaya daxil olduqda sağdan sola doğru içəri hissədə besetkanın dəmir hissəsinə bitişik taxta skamyalar mövcud olmuşdur. Besetkanın içəri hissəsində yer kiçik ölçülü daşlardan döşənmiş, besetka gecə vaxtı tavanda olan 4 ədəd ağ rəngli işıq plafonları vasitəsilə işıqlandırılmışdır. Besetkanın girəcəkdən üzbəüzdə olan skamyasının sağ künc hissəsində, eyni zamanda skamyanın oturacaq yerinin qarşısında döşəmədə qırmızı rəngli qatılaşmış maye halında qanabənzər ləkələr mövcud olmuş, həmin yerdə toplaşmış qanabənzər ləkələr besetkanın çıxışına doğru nazik xətt boyunca davam etmişdir. Besetkanın kənarında 1 ədəd qara rəngli kəmər və ağ rəngli qanabənzər ləkələrə bulaşmış mələfə qoyulmuşdur. Baxış iştirakçısı – təhqiqatçı Gündüz Hüseynov bildirmişdir ki, baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs tibbi yardım göstərmək məqsədilə sonradan hadisə yerinə gəlmiş şəxslər tərəfindən onun qan itirməsinin qarşısını almaq məqsədilə həmin 1 ədəd bel kəməri və 1 ədəd ağ mələfədən istifadə edilmişdir. Hadisə yerinə baxış keçirilərkən 5 ədəd steril çubuğa hopdurulma üsulu ilə qan nümunələri, 1 ədəd ağ rəngli mələfə, 1 ədəd qara rəngli bel kəməri qablaşdırılaraq götürülmüş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 32-36). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 09.12.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müayinə zamanı təşrih masası üzərində əynində 1 ədəd açıq qəhvəyi rəngli cibləri olan papaqlı gödəkçə, 1 ədəd qara rəngli boyunluq, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq sarımtıl yaşıl rəngli qısaqol kofta, 1 ədəd qara rəngli cins şalvar, şalvarın belində 1 ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli tuman, qara rəngli bir cüt corab və 1 cüt qara rəngli ayaqqabı olan Zərərçəkmiş şəxs meyiti uzadılmış, meyitin əynində olan paltarlar tamamilə nəm, qırmızımtıl rəngli qanabənzər maddə ilə bulaşmış, şalvar və tumanın sağ budun yuxarı 1/3 hissəsinin ön səthi müvafiq hissədə zədələri olmuş, paltarları çıxardıqda meyitin kişi cinsinə mənsub olması, düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğunun 173 sm olması müəyyən edilmişdir. Meyit əllədikdə soyuq, dəri örtüyü sarımtıl, “meyit” rəngdə olmuş, meyit ləkələri meyitin əsasən arxa-yan səthlərində yerləşməklə solğun çəhrayımtıl rəngdə zəif nəzərə çarpan inkişaf etmiş, barmaqla təzyiq etdikdə rəng itmiş və 60-90 saniyəyə bərpa olmuşdur. Meyitin əzələ qacıması yoxlanılan əzələ qruplarında inkişaf etməmiş, saçları qara rəngdə olub 2-4 sm uzunluqda olmuş, hər iki göz qapaqlarının selikli qişaları adi rəngdə, burun sümük və qığırdıqları, eləcə də kəllə tağı və üz skelet sümükləri əllədikdə tam olmuş, burun dəlikləri və qulaq keçəcəkləri sərbəst və keçiricisiz, ifrazatı olmamışdır. Ağzı yarımqapalı, gözlə görünən dişləri təbii, dili ağız boşluğunda sərbəst yerləşmiş, üzəri bozumtul rəngli ərpli, qulaq qığırdaqları əllədikdə tam olmuşdur. Boynu bədənə müvafiq, az hərəkətli, döş qəfəsi çəlləkvari, simmetrik, əllədikdə qabırğa sınığı qeyd olunmamışdır. Qarnı döş səviyyəsində, əllədikdə yumşaq, onurğa sütununda patoloji əyrilik olmamış, əllədikdə fəqərələrdə sınıq hiss olunmamışdır. Xarici cinsiyyət üzvləri düzgün kişi tipli inkişaf etmiş, arxa keçəcəyi bulaşıqsız və zədəsiz olmuşdur, ətrafların uzunborulu sümükləri əllədikdə tam, hər iki əl və ayaq dırnaqları göyərmişdir. Meyitin üzərində sağ budun yuxarı 1/3nin ön səthində 2,4x1,7 sm ölçüdə, dərinliyi 4,4 sm olan, nisbi çəp-köndələn istiqamətdə yerləşmiş oval formalı, mənfəzində yumşaq dərialtı toxumalar budun ön qrup əzələləri izlənilən, kənarları hamar, qırmızımtıl rəngli və əzələ kütləsi daxilində sonlanan 1 ədəd yara aşkar olunmuş, yara bayır və iç bucaqları sərhədində dəridə müvafiq olaraq 0,9x0,5sm və 0,5x0,3 sm ölçülərdə, bənövşəyi rəngli zəif nəzərə çarpan qançır olmuş, kənarlarını yaxınlaşdırdıqda yara xətt şəklini almış və uzunluğu 3,5 sm olmuşdur. Meyitin bədən səthində başqa xəsarət aşkar edilməmişdir. Meyitin xarici müayinəsi zamanı iş üzrə əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, üzərində qanabənzər maddələr olan 1 ədəd açıq qəhvəyi rəngli cibləri olan papaqlı gödəkçə, 1 ədəd qara rəngli boğazlıq, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq sarımtıl yaşıl rəngli qısaqol köynək, 1 ədəd şalvar, şalvarın belində olan 1 ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli tuman, qara rəngli 1 cüt corab və 1 cüt qara rəngli ayaqqabı və hadisə zamanı üzərində olan 1 ədəd saat, 1 ədəd pul qabı, pul əskinasları, tibbi maska, alışqan, qulaqcıq, açarlar, siqaret qutusu, kartlar və sənədlər (Zərərçəkmiş şəxs məxsus 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd X18+Debet Kartı, üzərində Validə Ramazanova yazısı olan 1 ədəd Azəriqaz kartı, 1 ədəd “Bakıkart, “STOP” kişi geyimləri mazasına məxsus 1 ədəd vizitkart) qablaşdırılaraq götürülmüşdür. Meyitin əynində olmuş şalvarın üzərində olan kəmərə, o cümlədən digər əşyalara baxış keçirilərkən qara rəngli, dəriyə bənzər materialdan olan, uzunluğu 107,5 sm, eni 4 sm olan, bir ucunda boz metalik materialdan olan başlıq, digər ucunda isə 10 ədəd dəlik olan, bağlanmış vəziyyətdə olan, bir tərəfinə üzərində “Coton” yazısı olan etiket tikilmiş kəmərin başlıqdan 14 sm məsafədə, çəp istiqamətdə tam ayrılması, kəmərin üzərində 1 kənarından 45 sm məsafədə uzunluğu 2,5 sm olan çəp istiqamətli zədənin olması, götürülmüş qara rəngli kartondan olan və üzərində “Kent” sözü yazılmış, içərisində 1 ədəd siqaret olan siqaret qutusu, qara rəngli metalik sferblatı olan, kəməri açıq yaşıl rəngli rezin materialdan olan, üzərində “G-SHOCK” yazısı olan kəmərinin başlığının boz rəngli metalik materialdan olan saat, yuxarı hissəsi qara rəngli plastmasdan, aşağı hissəsi isə yaşıl rəngli plastmas materialdan olan alışqan, “SAMSUNG” markasına məxsus qara rəngli plastmas materialdan olan qulaqcıq, qara rəngli parça materialdan olan tibbi maska, boz rəngli materialdan olan, 2 ədəd açıq dairəvi metal halqaya birləşmiş açar, qara rəngli dəriyəbənzər materialdan olan, uzunluğu 9 sm, eni 20 sm olan pul qabı, 1 ədəd 1 ABŞ dolları, 3 ədəd 1 manatlıq, 3 ədəd 5 manatlıq pul əskinsaları, eyni zamanda Zərərçəkmiş şəxs məxsus 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd X18+Debet Kartı, üzərində Validə Ramazanova yazısı olan 1 ədəd Azəriqaz kartı, 1 ədəd “Bakıkart”, “STOP” kişi geyimləri mazasına məxsus 1 ədəd vizitkartın, sarı rəngli, astarı qara rəngdə olan uzunluğu 75 sm, çiyin nahiyəsində eni 48 sm, qollarının uzunluğu 65 sm olan gödəkçənin üzərində, yuxarı hissələri qara və ağ zolaqlı, qalan hissələri açıq yaşıl rəngli olan uzunluğu 66 sm, çiyin nahiyyəsində eni 44 sm, qollarının uzunluğu 24 sm olan qısaqol köynəyin üzərində, qara rəngli, ön hissəsində boz rəngli üçbucaq, üçbucağın içərisində qara rəngli yazılar və şəkillər olan uzunluğu 68 sm, çiyin nahiyyəsinin eni 38 sm, qollarının uzunluğu 58 sm olan uzunqol köynək üzərində, qara rəngli dəriyəbənzər materialdan olan, üzərində bəzi yerlərdə qəhvəyi rəngli haşiyələr olan, alt hissəsi ağ rəngli, rezin materialdan olan, uzunluğu 28 sm, eni 10 sm olan 1 cüt ayaqqabının üzərində, qara rəngli, uzunluğu 35 sm olan corabların üzərində hər hansı zədənin olması müəyyən edilməmiş, 1 ədəd qara rəngli, beli qara və ağ rəngli zolaqlı rezinli olan tumanın ön hissəsinin sağ yuxarı nahiyəsində bel kənarından aşağıda sağ yan tikişdən solda uzunluğu 1,4 sm olan və tumanın orta tikişinin üzərində, qara rəngli cins materialdan olan şalvarın sağ yuxarı ön hissəsində və orta tikişinin üzərində zədələrin olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 44-50). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 24.11.2021-ci il tarixli, 168 saylı rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki:
1. Zərərçəkmiş şəxs meyiti üzərində massiv qanitirmə ilə nəticələnən ön qrup əzələ və magistral damar-sinir dəstəsinin (bud arteriyası müvafiq vena və sinirlərin) travmatik tam kəsilməsi ilə müşayiət olunan sağ budun yuxarı 1/3-nin ön səthinin 1 ədəd deişilmişkəsilmiş yarası olmuşdur.
2. Qeyd olunan xəsarət həyati olmuş, iti uclu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddətinə görə baş vermiş ölümdən əz əvvələ uyğun gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir, ölümlə birbaşa səbəbli əlaqəlidir və şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inandırıcı deyildir.
3. Sağ budun yuxarı 1/3-nin ön səthində aşkar edilmiş yaranın kanalının istiqaməti ondan arxaya, sağdan sola (bayırdan içəriyə) və cüzi yuxarıdan aşağıyadır.
4. Lokalizasiya və xarakterinə (kanalı və xətti ölçdülərinə) əsasən demək olar ki, iz törədən alətin tiyəsinin daxil olma səviyyəsi (müvafiq nahiyəyə daxil olan hissəsinin uzunluğu) 3,5- 4,0 sm-dən qısa ola bilməz.
5. Zərərçəkmiş şəxs ölümünə səbəb magistral sağ bud arteriyasının tam kəsilməsi (budun yuxarı 1/3-nin ön səthi proyeksiyasında) nəticəsində yaranmış massiv xarici qanitirmə olmuş, ölüm meyitin meyitxanadakı müayinəsindən 3-5 saat əvvələ və eləcə də yetirilmiş yaradan az sonraya uyğun gələ bilər.
6. Xəsarətin lokalizasiya və xarakterinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs həmin xəsarəti alarkən müxtəlif duruş vəziyyətiərində (ayaq üstə, uzanmış və.s) və xəsarətləri yetirən şəxslə qarşılıqlı duruş vəziyyətlərində (üz-üzə, yan-yana və s.) ala bilər və müvafiq xəsarəti yetirən zərbə qüvvəsi kifayət qədər güclü olmuşdur.
7. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiozepin törəmələri və salisilatlar aşkar edilməmişdir.
8. X1 xroniki qeyri-aktiv hepatit xətəliyindən əziyət çəkmişdir (cild 1, iş vərəqi 214-217). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13.11.2021-ci il tarixli, 974 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - boynun ön səthinin sıyrıqları, sağ əlin İ barmağın səthi kəsilmiş yarası və sağ əlin ovuc səthinin qançırı - sıyrıq və qançır bərk küt, səthi kəsilmiş yara isə kəsici kənara malik əşyanın (əşyaların) ola bilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 09.11.2021-ci il tarixdə yaranmaları istisna olunmur, həm ümumilikdə, həm də ki, ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlərə aiddirlər (cild 1, iş vərəqi 130-132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 27.12.2021-ci il tarixli, 6/5601 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 154,16 (yüz əlli dörd manat on altı qəpik) təşkil edir (cild 1, iş vərəqi 200-207). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizasının 11 noyabr 2021-ci il tarixli 961/2021-MTŞ nömrəli rəyindən görünür ki:
1. X5 ABO sistemi üzrə qan qrupu B-alfa/İİİ/,
2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B-alfa/İİİ/-dür.
3. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter, trusik, şalvar, futbolka, 1 cüt ayaqqabı, boğazlıq, 1 cüt corab, kəmər, mələfə, təqdim olunmuş 03 ədəd 1 manatlıq, 3 ədəd 5 manatlıq, 1 ədəd 1 ABŞ dollarlıq pul əskinasları, kartlar, siqaret qutusu, saat pul qabı, maska və 5 ədəd plasatmas çubuqlar üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda В antigeni, həmçinin əksər ləkələrdə alfa aqqlyutinini də alınmış, beləliklə, bu qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs (əgər onun bədənində qanaxma ilə müşahidə olunan xəsarət olubsa) məxsus ola bilər.
4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus alt köynəyi, alt şalvarı, köynək trusİk üzərindəki ləkələrdə, alışqan qulaqcıq, açarlar üzərində qan, Təqsirləndirilən şəxs məxsus şalvar, pencək üzərində isə qana şübhəli hər hansı ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqi 258-265). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizasının 11.11.2021-ci il tarixli, 824/2021-MTŞ nömrəli rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın və tumanın ön hissəsinin sağ-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiya tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Bu zədəni törədən alətin daxil olma səviyyəsində (müvafiq nahiyəyə daxil olan hissəsi) eni 1,4 sm-ə, uzunluğu isə 4 sm-ə qədər olmuşdur (zədə yetirən alətin eni 1,4 sm-dən, uzunluğu isə 4 sm-dən az ola bilməz).
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kəmərin üzərində bir ədəd tam və bir ədəd kənarı kəsilmiş zədələr aşkar edildi. Bu zədələr hər hansı bir iti ülgücü olan kəsici tipli alətin təsirindən əmələ gəlmişdir.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın və tumanın ön hissəsinin sağ-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ budun yuxarı 1/3-nin ön səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür.
4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın aşağı-orta tikişinin üzərində bir ədəd və şalvarın aşağı-orta tikişinin üzərində bir ədəd sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar.
5. Ekspertizaya təqdim edilmiş kartlar və sənədlər (Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, “X18+Debet” kartı, üzərində Validə Ramazanova yazısı olan “Azəriqaz” kartı, “Bakıkart”, "STOP" kişi geyimləri mağazasına məxsus vizitkart), Zərərçəkmiş şəxs məxsus əşyalar (siqaret qutusu, saat, alışqan, qulaqcıq, tibbi maska, açar, pul əskinazları, pul qabı), gödəkçə, qısaqol köynək, uzunqol köynək, bir cüt ayaqqabı, bir cüt corab, boğazlıq üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
6. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Gödəkçənin, tumanın, şalvarın, qısaqol köynəyin, boğazlığın, bir cüt corabın, tibbi maskanın, demək olar ki, bütün səthi boyu; uzunqol köynəyin ön və arxa səthlərinin aşağı nahiyələrində, sağ qolunda fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. b) Bir cüt ayaqqabının, kəmərin, pul əskinaslarının, kartlar və sənədlərin, saatın, pul qabının, siqaret qutusunun üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterl olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir.
7. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus pencəyin astarının arxaaşağı nahiyəsində bir ədəd və pencəyin astarının ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, pencəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişibdartılması nəticəsində yaranmışlar.
8. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus alt şalvarının aşağı orta tikişinin üzərində bir ədəd sökülmə aşkar olundu. Bu sökülmə küt yaranma mexanizmə malikdir, alt şalvanının müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır.
9. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, tuman, köynək, alt köynəyi və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
10. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarın məhkəmə tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) gödəkçənin ön sol döş hissəsində, sol qolunun yuxarı hissəsində, arxa səthinin aşağı hissəsində yerləşən fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturlan qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar.
11. Ekspertizaya təqdim edilmiş məlafənin məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Mələfənin üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar (cild 1, iş vərəqi 267- 271). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 21.12.2021-ci il tarixli, 3047a saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlmətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malik olması, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməmiş, ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlindən sonra hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və ya 22.1-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. İnadkarlıq, tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, emosionallıq yaranmış, həmin halın yaranması xarakterik xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqi 208-212). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə və baxış keçirilməsi haqqında 09.12.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus, 09 noyabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı əynində olmuş, üzərində hər hansı zədə olmayan qara rəngli uzunluğu 64 sm, çiyin nahiyəsində eni 46 sm, qollarının uzunluğu 58 sm olan, öndən 3 ədəd düymə ilə ilə bağlanan, boyun nahiyəsinə üzərində “MOPERANO” sözü yazılmış etiket tikilmiş 1 ədəd gödəkçə, uzunluğu 87 sm, bel nahiyəsində eni 30 sm olan ön hissəsində üzərində “DOREMİ” sözü yazılmış etiket tikilmiş alt şalvar, ön hissəsinə üzərində “TREND COLLECTİON” yazısı olan etiket tikilmiş, tünd qırmızı rəngli 1 ədəd tuman, ağ rəngli, uzunluğu 72 sm, çiyin nahiyəsində eni 45 sm, qollarının uzunluğu 63 sm olan, boyun nahiyəsinə daxildən üzərində “LC WAİKİKİ” yazısı olan etiket tikilmiş 1 ədəd köynək, uzunluğu 68 sm, çiyin nahiyyəsində eni 49 sm, qollarının uzunluğu 50 sm, boyun nahiyəsinə daxildən üzərində “DOREMİ” yazısı olan etiket tikilmiş 1 ədəd mavi rəngli alt köynəyi, uzunluğu 71 sm, çiyin nahiyəsində eni 45 sm, qollarının uzunluğu 58 sm, astarına üzərində “ROY ROBSON” və “RENA” yazısı olan etiket tikilmiş pencək, tünd-göy rəngli, uzunluğu 88 sm, bel nahiyyəsində eni 41 sm olan 1 ədəd şalvar və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A31” markalı və “Kgtel KG8110” markalı mobil telefonlara iş üçün əhəmiyyət kəsb etdiyindən götürülüb baxış keçirilmişdir (cild1, iş vərəqi 52-55). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefonlara baxış keçirilməsi haqqında 20.12.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A31” markalı mobil telefona baxış keçirilərkən mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı 08 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxsla saat 05:53-də 4 dəqiqə 35 saniyə, saat 06:00-da 2 dəqiqə 6 saniyə, saat 06:20-də 23 dəqiqə 59 saniyə, 09 noyabr 2021-ci il tarixdə isə saat 14:32-də 1 dəqiqə 18 saniyə, saat 16:05-də 10 saniyə, saat 16:15-də 31 saniyə, saat 16:17-də isə 44 saniyə danışıqlar aparması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə digər istifadəçilərə məxsus mobil telefon nömrələri arasında danışıqların qeydə alınması müəyyən edilmiş, qeyd edilən zənglərdən iş üçün əhəmiyyət kəsb edən hər hansı danışıq müəyyən olunmamışdır. Mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə, “Mesajlar” bölümünə, menyusuna baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək digər məlumatlar aşkar edilməmişdir. Mobil telefonun menyusuna baxış zamanı “Whatsapp” sosial şəbəkəsinin tətbiqi proqramına daxil olan zaman “Ali” və “...” adlı təqsirləndirilən şəxs Əi Müsayevin istifadəsində olan hesablara və mobil telefonun menyusuna baxış zamanı “Qalereya” bölümünə baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Kgtel KG8110” markalı mavi rəngli mobil telefonun SİM kart hissəsinə baxış zamanı müəyyən edilmişdir ki, telefon SİM kart ilə yüklənməmişdir, mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə, “Mesajlar” bölümünə baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 181-191). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10.11.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs bildirdi ki, o, 09 noyabr 2021-ci il tarixdə saat 16 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək sonuncu ilə görüşmək istədiyini, Zərərçəkmiş şəxs da ona hara desə oraya gələ biləcəyini bildirdikdə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Nəbz" klinikasının qarşısında görüşməyi Zərərçəkmiş şəxs təklif etmiş, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşaraq gəlmiş, onlar "Nəbz" klinikasının qarşısında görüşmüş, onlar söhbət etmək üçün 145 nömrǝli məktəbin yaxınlığına, Nizami rayonu, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətinə gəlmişlər. O, yol boyu Zərərçəkmiş şəxs qarşılıqlı üzr istəməyi təklif etsə də, Zərərçəkmiş şəxs ondan üzr istəməyəcəyini bildirmiş, daha sonra onlar Nizami rayonu, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətində besetkada oturaraq söhbət etməyə başlamış, Zərərçəkmiş şəxsla söhbət etməkdə məqsədi sonuncunu qarşılıqlı üzr istəməyə razı salmaq və söhbəti bağlamaq olmuş, Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisəyə görə üzr istədəyini, ona qarşı söydüyü söyüşlərə görə Zərərçəkmiş şəxs da ondan qarşılıqlı olaraq üzr istəməsini tələb etmiş, lakin sonuncu üzr istəməkdən qəti surətdə imtina etmiş, Zərərçəkmiş şəxs cüssəli, fiziki cəhətdən ondan xeyli qüvvəli olmasına görə sonuncunu döyərək cəzalandırmağı bacarmayacağını bildiyindən üzərində olan qatlanan tipli, qara rəngli bıçağı sağ əli ilə sağ cibindən çıxararaq Zərərçəkmiş şəxs sağ budundan bıçaqla vurmuş, Zərərçəkmiş şəxs isə arxaya oturaraq "vurma, vurma" dəyə bildirmişdir. Həmin vaxt hər ikisi ayağa qalxmış, Zərərçəkmiş şəxs onun üzərinə gələrək hər iki qolunu tutmuş, o, skamyanın üzərinə oturaqlu vəziyyətdə yıxılmışdır. Zərərçəkmiş şəxs onun qollarını arxaya tərəf itələdikdə başqa bir şəxsin də bıçağı arxa tərəfdən onun əlindən almasını hiss etmişdir. Səs-küyə ətrafda olan şəxslər də hadisə yerinə gəlmiş, orada olan şəxslərə polisə təslim olmaq niyyətində olmasını, Zərərçəkmiş şəxs qan itirməməsi üçün xatırlamadığı şəxslərdən birinə bel kəməri ilə Zərərçəkmiş şəxs yarasını bağlamasını bildirmişdir. O, baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs köməklik göstərilməsini gördüyünü və hadisə yerindən çıxaraq polisə təslim olmaq məqsədilə getdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq göstərməsi təklif olunarkən sonuncu, ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə yerində göstərib təsvir edə biləcəyini bildirdi. Bununla əlaqədar istintaq hərəkəti iştirakçıları ilə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdiyi ünvana, yəni Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən "Nəbz" klinikasının qarşısına gəlindi və orada Təqsirləndirilən şəxs hadisə yerində ifadəsini davam etdirərək bildirdi ki, 09 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 31 ünvanında yerləşən "Nəbz" klinikasınin qarşısında Zərərçəkmiş şəxs ilə görüşmüş, daha sonra hazırda göstərdiyi, yəni Nizami rayonu, Qara Qarayev prospekti 37 saylı binanın həyətinə "Nəbz" klinikası və 145 №-li məktəb istiqamətindən birlikdə daxil olmuş, Zərərçəkmiş şəxsla birlikdə 37 nömrəli binanın həyətində yerləşən əli ilə göstərdiyi besetkada yanaşı oturduqları yeri göstərərək həmin yerdə əvvəlcədən üzərində olan bıçaqla Zərərçəkmiş şəxs sağ yuxarı bud nahiyəsindən 1 dəfə vurmasını, daha sonra qeyd edilən besetkaya ətrafda olan șəxslərin gəlməsini bildirdi. Zərərçəkmiş şəxs köməklik göstərilməsini gördüyünü, hadisə yerindən çıxaraq getdiyi istiqaməti göstərdi. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən dəvət olunmuş statist üzərində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən yetirdiyi xəsarətin lokalizasiyasını, mexanizmini əyani surətdə göstərib təsvir etdi (cild 1, iş vərəqi 65-70). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10.11.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi bıçağı əldə etdiyi yerin müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində “20 Yanvar” metrostansiyasının İctimai Səhiyyə və İslahatlar mərkəzinin qarışısında olan çıxışının yaxınlığındakı yeri göstərərək 08 noyabr 2021-ci il tarixdə həmin yerə qoyulmuş piştaxtada müxtəlif əşyaların satışı ilə məşğul olan, tanımadığı şəxsdən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd qatlanan tipli qara rəngli bıçağı Respublikası Klinik Xəstəxanası istiqamətindən gələrək aldığını, daha sonra isə həmin istiqamətə doğru getdiyini bildirmiş və qeyd etmişdir ki, 08 noyabr 2021-ci il tarixdə göstərdiyi yerdə piştaxta qoyulmuşdur. Lakin ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi yerdə piştaxta aşkar edilməmişdir (cild 1, iş vərəqi 254-257). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış aparılması haqqında 10.11.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, aprılmış axtarış zamanı ünvan 1 ünvanında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya, predmet və ya cinayət aləti aşkar olunmadı (cild 1, iş vərəqi 75-85). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 21.12.2021-ci il tarixli protokoldan və 28636 nömrəli CD-R diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 09.10.2021-ci il tarixdən 09.11.2021-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və yazılı mətnləri də daxil edilməklə SMS ismarıclarının izahlı qaiməsinin, əlaqə saxlanılmış telefon nömrələrinin istifadəçilərinə dair məlumatların, habelə telefon nömrəsinin istifadədə olduğu ərazi üzrə anteninə dair məlumatlara baxış keçirilməsi barədə 21.12.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk “ACER” markalı noutbuka daxil edilib açıldıqda diskdə 02 ədəd “... xlsx” və 02 ədəd “...txt” adlı faylların olması müəyyən edilimiş, həmin fayllar açıldıqda məlum olmuşdur ki, qeyd edilən fayllar Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə digər abunəçilərin danışıqları, smsləri və anten məlumatlarından ibarətdir. Qeyd edilən fayllara baxış keçirilərkən anten məlumatlarının təhlilinə əsasən müəyyən edilmişdir ki, 09 oktyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif abonentlərə məxsus telefon nömrələri ilə danışıqlar apararkən Zərərçəkmiş şəxs əsasən Abşeron rayonu, Masazır qəsəbəsi və Bakı şəhəri, Nərimanov rayonu ərazilərində olmuşdur. Eyni zamanda baxış zamanı Zərərçəkmiş şəxs məxsus qeyd edilən mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında zəng, danışıq və smslər qeydə alınması müəyyən edilmişdir. 08 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələri arasında saat 06:00:21-də 2 dəqiqə 6 saniyə, saat 06:21:07-də 23 dəqiqə 9 saniyə, saat 14:32:41-də 1 dəqiqə 19 saniyə, saat 16:15:38-də 31 saniyə danışıqlar aparılmışdır. 08 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə “her bir şeyini ... !!”, “Demirdin hardasan gelib sene soxacam soxmuyanin varyoxun”, “dedim heri soxmuyanin anasin .... Gelmiyeninde anasin ....”, “Xirdalandayam gel!”, “dedim sene ozuvuze hormet eliyin dedim. Anani qatirsan ortaya sonra meni blokluyursan. Sonrada .... neyin .... cixarim deyirsen. Zapretden cixan ki”, “Ay anasi .... bu gunun ne gunu olduğundan xeberin var? Canlida oturub bacilarin danisi qeyretivi .... varatarliq eliyirsen? Anavi ....”, “dedim sene ozuvuze hormet eliyin dedim. Anani qatirsan ortaya sonra meni blokluyursuz. Sonrada .... neyin .... cixarim deyirsen. Zapretden cixan ki”, “Ay anasi .... bu gunun ne gunu olduğundan xeberin var? Canlida oturub bacilarin danisir qeyretivi….varatarliq eliyirsen? Anavi ....”, “dedim sene ozuvuze hormet eliyin dedim. Anani qatirsan ortaya sonra meni blokluyursan. Sonrada .... neyin .... cixarim deyirsen. Zapretden cixan ki”, “Sen mennen mirni söhbet elemey istiyirsen ala qasqaldag ! Guya xod eliyirsen ala .... ?! indiye kimi toyuq basi kesmemisen soxmaq danisi”, “Agdamli … balasi! Eli musazade vasmoyda qalirsan. Seher makdonaldsin yaninda olacam 9da vasmoyda. Gelmiyeninde anasin gel.”, “Ay anasi .... bu gunun ne gunu olduğundan xeberin var? Canlida oturub bacilarin danisir qeyretivi .... varatarliq eliyirsen? Anavi….” məzmunda smslər göndərilməsi, eyni zamanda 08 noyabr 2021-ci il tarixdə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə “Meni tapmiyanin... Senin kimi ana baci qedri bilmiyen”, “... cox girmiwem.men kalvye arxasinda ejdaha olub sonra dosan”, “lanlar.... senin kişiliyivi”, “... bayaqdan yerimi axtarırdın gelırdm noldu bes dosan agzıvı .... senin”, “enin o soyduyun zapretden kenar soyuslerı var yoxm .... sene yed”, “ızdırecem .... çatır meni axtarırsan gel gelmıyenın kısıhyını ....”, “gel tap meni gor adamı nece”, “bayaqdan meni axtarırdın tapırdın ındı telefona cavab vermırsen all”, …..gede men sene soyus soymedıyım halda girib canlıda naxla”, “atib terbiyeden danişrisan sonar soyus soyursen seni”, “cindir agzivi sen bize hormetden danisanda bes bilmirsen”, “atvet gelecek ay ....”, “cindir agzivi sen bize hormetden danisanda bes bilmirsen”, “atvet gelecek ay ....”, “ay qeyretivi .... sen meni axtarirdin ey ki gelib evinde yeyeceksen .... deyirem gel tap dediklerivi ele ama sen eliye bilmesen men sene dediklerimi”, “dedem and olsun allaha gel tap de di axtarmirdun yerimi soruşmurdun ay dosan gel tap de meni gorek kim dediyin edecek”, “sen bize hormet edin ozuvuze deyende memde sene dedim bize hormeten danisan getsin anasindan hormet oyrensin gede sene soyus soymusem? men senin”, “naxalkaya cavab vermisem cirix sen oz hereketini gormursen ay....hele sehv axtarirsan”, “adin nedi aye adivi de seni nece tapim hardam tapim yerivi yurduvu duz de adini yerini deqiq duz demiyenin qeyretini....” məzmunlu smslər göndərilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 198-199). İşdə olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ-nin əməliyyat tapşırığına 18.01.2022-ci il tarixli, 090-552 nömrəli cavab məktubundan görünür ki, cinayət aləti kimi istifadə edilmiş bıçağın kim tərəfindən və nə zaman götürülməsi müəyyən edilməmişdir (cild 1, iş vərəqi 291). İşdə olan 17.11.2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin atası X8 onun hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 135-136). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 17.11.2021-ci il tarixli, 19/51-13041 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 144). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 16.11.2021-ci il tarixli, 9813 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır (cild 1, iş vərəqi 153). İşdə olan Bakı şəhəri Nizami rayonu 28 saylı MKİS-dən daxil olmuş 17.01.2022-ci il tarixli xasiyyətnamədən, arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində MKİS-ə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün kimi Nizami rayonu, Ş.Mirzəyev küçəsi 76 saylı evin 1 №-li mənizilində yaşayır və azyaşlı, 2006-cı il təvəllüdlü X10 və 2011-ci il təvəllüdlü X11 uşaqlarıdır (cild 1, iş vərəqi 285-286). İşdə olan ƏƏSMN yanında DSMF Bakı şəhəri Nizami rayon şöbsi tərəfindən 20.09.2019-cu il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İ qrup əlillik verilmişdir (cild 1, iş vərəqi 290). İşdə olan sübutların qiymətləndirilməsi barədə 24.02.2022-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd bel kəməri, 1 ədəd ağ mələfə, 5 ədəd steril çubuq vasitəsilə hopdurulma üsulu ilə götürülmüş qan nümunələri, meyitə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus götürülmüş üzərində qan ləkələri olan 1 ədəd açıq qəhvəyi rəngli cibləri olan papaqlı gödəkçə, 1 ədəd qara rəngli boğazlıq, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq sarımtıl yaşıl rəngli qısaqol köynək, 1 ədəd şalvar, şalvarın belində olan 1 ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli tuman, qara rəngli 1 cüt corab və 1 cüt qara rəngli ayaqqabı və hadisə zamanı üzərində olan 1 ədəd saat, 1 ədəd pul qabı, 3 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq və 1 ədəd 1 ABŞ dolları məbləğində pul əskinasları, 1 ədəd tibbi maska, 1 ədəd alışqan, 1 ədəd qulaqcıq, açarlar, 1 ədəd siqaret qutusu, kartlar və sənədlər (Zərərçəkmiş şəxs məxsus 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd “X18+Debet” kartı, üzərində Validə Ramazanova yazısı olan 1 ədəd “Azəriqaz” kartı, 1 ədəd "Bakıkart", "STOP" kişi geyimləri mazasına məxsus 1 ədəd vizitkart), Təqsirləndirilən şəxs məxsus, baş vermiş hadisə zamanı əynində olmuş, götürülmüş 1 ədəd gödəkçə, 1 ədəd alt şalvar, 1 ədəd tuman, 1 ədəd köynək, 1 ədəd alt köynəyi, 1 ədəd pencək, 1 ədəd şalvar və “Samsung Galaxy A31” markalı və “Kgtel KG8110” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 312-345). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə fakta görə toplanılmış material üzrə 17.10.2011-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. O, əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 159-160). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması kifayət qədər sübuta yetirilir və o, həmin əməli törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, İ qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.8.-ci maddəsində nəzərdə tutulan cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-ci maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə, ev dustaqlığında, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 noyabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19-20, 119-123). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 09 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd bel kəməri, 1 ədəd ağ mələfə, 5 ədəd steril çubuq vasitəsilə hopdurulma üsulu ilə götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri olan 1 ədəd açıq qəhvəyi rəngli cibləri olan papaqlı gödəkçə, 1 ədəd qara rəngli boğazlıq, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq sarımtıl yaşıl rəngli qısaqol köynək, 1 ədəd şalvar, şalvarın belində olan 1 ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli tuman, qara rəngli 1 cüt corab və 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd tibbi maska, 1 ədəd siqaret qutusu, "STOP" kişi geyimləri mazasına məxsus 1 ədəd vizitkart təyinatını itirdiyindən məhv edilməli, Zərərçəkmiş şəxs məxsus onun üzərindən götürülmüş 1 ədəd saat, 1 ədəd pul qabı, 3 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq və 1 ədəd 1 ABŞ dollarılıq pul əskinasları, 1 ədəd alışqan, 1 ədəd qulaqcıq, açarlar, kartlar və sənədlər (Zərərçəkmiş şəxs məxsus 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd “X18+Debet” kartı, üzərində Validə Ramazanova yazısı olan 1 ədəd “Azəriqaz” kartı, 1 ədəd "Bakıkart") onun hüquqi varisi olan atası X6 qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus, ondan götürülmüş 1 ədəd gödəkçə, 1 ədəd alt şalvar, 1 ədəd tuman, 1 ədəd köynək, 1 ədəd alt köynəyi, 1 ədəd pencək, 1 ədəd şalvar, “Samsung Galaxy A31” markalı və “Kgtel KG8110” markalı mobil telefonlar onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 154,16 (yüz əlli dörd manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nizami rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan, hadisə yerindən götürülmüş 1 ədəd bel kəməri, 1 ədəd ağ mələfə, 5 ədəd steril çubuq vasitəsilə hopdurulma üsulu ilə götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri olan 1 ədəd açıq qəhvəyi rəngli cibləri olan papaqlı gödəkçə, 1 ədəd qara rəngli boğazlıq, 1 ədəd qara rəngli uzunqol köynək, 1 ədəd açıq sarımtıl yaşıl rəngli qısaqol köynək, 1 ədəd şalvar, şalvarın belində olan 1 ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli tuman, qara rəngli 1 cüt corab və 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd tibbi maska, 1 ədəd siqaret qutusu, "STOP" kişi geyimləri mazasına məxsus 1 ədəd vizitkart təyinatını itirdiyindən məhv edilsin; - Bakı şəhəri Nizami rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus, onun üzərindən götürülmüş 1 ədəd saat, 1 ədəd pul qabı, 3 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq və 1 ədəd 1 ABŞ dollarılıq pul əskinasları, 1 ədəd alışqan, 1 ədəd qulaqcıq, açarlar, kartlar və sənədlər (Zərərçəkmiş şəxs məxsus 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd “X18+Debet” kartı, üzərində Validə Ramazanova yazısı olan 1 ədəd “Azəriqaz” kartı, 1 ədəd "Bakıkart") onun hüquqi varisi olan atası X6 qaytarılsın;
- Bakı şəhəri Nizami rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus, ondan götürülmüş 1 ədəd gödəkçə, 1 ədəd alt şalvar, 1 ədəd tuman, 1 ədəd köynək, 1 ədəd alt köynəyi, 1 ədəd pencək, 1 ədəd şalvar, “Samsung Galaxy A31” markalı və “Kgtel KG8110” markalı mobil telefonlar onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 154,16 (yüz əlli dörd manat on altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.