Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-687/2023 13.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X3 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Şamaxı rayonu, Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Azərbaycan Respublikasına dərman preparatlarının idxalını təşkil edən şirkətin açılmasına vəsait qoyub fəaliyyət göstərdikdən sonra birgə qazanc əldə edəcəkləri adı ilə aldadaraq 2013-cü ilin may ayının ortalarında ünvan 4 “Aqata” gözəllik salonunda 100000 manat, 2013-cü ilin iyul ayında qeyd olunan ünvanda 100000 manat, 2013-cü ilin avqust ayının sonlarında iki dəfəyə, yəni Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında 50000 manat və ünvan 4 “Aqata” gözəllik salonunda 50000 manat olmaqla, ümumilikdə 300000 manat pulunu vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 300000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Azərbaycan Respublikasına dərman preparatlarının idxalını təşkil edən şirkətin açılmasına vəsait qoyub fəaliyyət göstərdikdən sonra birgə qazanc əldə edəcəkləri adı ilə aldadaraq ünvan 4 “Aqata” gözəllik salonunda 2013-cü ilin iyul ayının əvvəllərində 10000 manat və 2013-cü ilin iyul ayının ortalarında 15000 manat, 27 oktyabr 2013-cü il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 507/511 ev 10 a, mənzil 56-da 35000 manat olmaqla, ümumilikdə 60000 manat pulunu vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 60000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Aqata” gözəllik salonunda xadimə işləmişdir. 2007-2008-ci illərdə həmin gözəllik salonunda kosmetoloq rəhmətə getdiyindən bir müddət nəzarətçi işləmiş, daha sonra müdiriyyət özü nəzarət etməyə başlamışdır. “Aqata” gözəllik salonu Rəhilə Məmmədova adlı qadına məxsus olmuşdur. Şahid4 təxminən 2012-ci ilin may ayında tanımış, həmin vaxtlarda Xəyalə onun işlədiyi gözəllik salonuna müştəri kimi Günel Zərbəliyevanın yanına gəlib getmişdir. Həmin vaxtlarda da özü üçün torpaq almaq fikrinə düşmüş, ona görə də maraqlanmışdır ki, iş yerində lotereya oynayan olsa oynayacaqdır. Təxminən 2013-cü ilin iyun ayında iş yerində işçilərə lotereya oynamağı təklif edən vaxt Xəyalə də orada olmuşdur. Həmin vaxt gözəllik salonunun mətbəxində oturub çay içəndə Xəyalə ona təklif etmişdir ki, “sən neynirsən lotoreya oynamağı, lotereya pulu ilə nə edəcəksən ki, gəl sənə bir iş təklif edim, belə ki, bir dərman firması açırlar, kim həmin firmaya pul qoysa qoyduğu pulun müqabilində bir neçə gün ərzində bonus qazanacaqdır”. O, əvvəlcə Xəyaləyə inanmamış, lakin sonra onunla razılaşmışdır. Sonra evə gəlib həyat yoldaşına bu barədə demiş, ancaq o razılaşmamışdır, lakin o, evində olan 800 manat pulu götürüb əlavə olaraq da 400 manat pulu 10 faizlə Afət adlı müştəri qadından götürüb pulu Xəyaləyə iş yerində vermişdir. Xəyalə də pulu ondan götürüb gedəndən sonra təxminən 4 gün keçdikdən sonra gətirib ona 1200 manat və üstündə 300 manat pul verərək artıq pulun onun bonusu olduğunu bildirmişdir. Bundan sonra o, bu barədə Afətə demişdir ki, “bir qız var, belə bir iş təklif edir, mən 1200 manat pul vermişəm, 4 gün sonra üstündə 300 manat xeyir verdi”. Afət də razılaşmış və ilkin olaraq 2000 manat pulu ona vermiş, o da həmin pulu aparıb iş yerində Xəyaləyə vermişdir. Təxminən 1 həftə sonra Xəyalə həmin 2000 manat pulu və üstündə də 800 manat artıq pulu ona vermişdir. O da həmin pulun hamısını aparıb Afətə vermiş, Afət də ona demişdir ki, hər verdiyi pula görə 1000 manatına 25 manat ona xeyir verəcək, o da razılaşmışdır. Həmçinin Xəyalə özü də ona demişdir ki, “sən pul tapdığın adamlardan pul götürmə, sən gətirdiyin adamlara görə sənin bonusların yığılır və sənə axırda çoxlu hörmət edəcəm, həmçinin sizi bu yaxınlarda dərman firmasının açılışına da dəvət edəcəm və orada siz özünüz də iştirak edərək vəziyyəti görəcəksiniz və hər birinizə ayrı-ayrılıqda saat və digər qiymətli əşyalar hədiyyə olunacaqdır”. Bundan sonra o, salonun daimi müştərisi olan Mahirə adlı qadına da bu barədə demiş, o da razılaşmışdır. Afət ona pul vermiş, o da pulları aparıb Xəyaləyə vermiş, o da pulu bir qayda olaraq artıqlaması ilə qaytarmışdır. Daha sonra isə gözəllik salonunda dərzi işləyən Zərərçəkmiş şəxs1 da bu işə pul qoymağa başlamışdır. O özü pul sahiblərinin Xəyalə ilə ona görə birbaşa təmasa keçməyə imkan vermirmiş ki, əgər onlar özləri Xəyaləni tanısalar özləri birbaşa ünsiyyətə girsələr, artıq onu kənarda saxlayacaqlar və pul qazana bilməyəcəkdir, ona görə də pulları özü alıb aparıb Xəyaləyə vermiş və Xəyalədən də götürdüyü pulları sahiblərinə üstündəki bonusu ilə birlikdə qaytarmışdır. Xəyalə həmçinin ona demişdir ki, şəriki Anar adlı şəxsdir, ancaq Anar adlı şəxs barəsində ona başqa heç bir məlumat verməmişdir. Sonradan Sədayə onun yanına gələrək demişdir ki, verdiyi pulları bir nəfərdən götürüb, hazırda qaytarmalıdır və yanına təxminən 750-800 qrama yaxın qızıl gətirərək həmin qızılları girov qoyub pul götürmək lazım olduğunu və həmin pulu borc götürdüyü adama verməli olduğunu bildirmiş, bundan sonra həmin qızılları Sitarə adlı qonşusunun tanışı onlardan götürüb və özünün deməsinə görə aparıb “Parabank”-a girov qoyaraq oradan cəmi birlikdə iki dəfəyə 18000 manat və 7000 manat pul götürüb gətirib ona iş yerində vermiş, o da həmin pulu elə iş yerində Sədayəyə vermişdir. Bir də ki, Elnur özü də bu işə əvvəl pul qoymuş, qızılları ona verəndə elə başa düşmüşdür ki, qızıllar ona məxsusdur, ona görə də təxminən 3000-5000 manat pulu özünə götürmüşdür. O, Elnura demişdir ki, həmin qızıllar ona məxsus deyil, həmin qızıllar Sədayə adlı qadına məxsusdur və pula ehtiyacı olduğu qızılları girov qoyur pul çıxarır. Ancaq sonradan qızıllara görə götürülmüş pullar banka geri qaytarılmadığı üçün Elnur ona dəfələrlə zəng edərək qızılları çıxarmağı tələb etmiş, o da bu barədə Sədayəyə demiş, o isə razılaşmamış, lakin qızılların satılmasına razılıq vermişdir. Bundan sonra Elnur ona demişdir ki, banka zərgər gətirib ki, qızılları hesablasın. Sonradan ona deməsinə görə 2000 manat da özü ziyana düşüb. Pulları Xəyalə qaytarmayanda gözəllik salonunda işləyən Natəvan adlı qadın Reyhan adlı Mərdəkan qəsəbəsində yaşayan falçıya zəng edərək onların yanına çağırmışdır. O da gəlib onların yanında demişdir ki, “100 qram qızıl verin, sizə köməklik edim”. Bundan sonra 2 gün ərzində Sədayə 100 qram qızılı və Natəvandan 1500 manat pul alaraq Reyhana vermiş, sonradan həmin qızılları da çıxartmışlar ki, guya ona verilibdir, lakin sonradan polisə şikayət edəndən sonra həmin qızılları polis Reyhandan götürərək Sədayəyə qaytarmışdır. Bundan sonra Xəyalə gedib ondan şikayət etmişdir ki, guya pulları ona verib, bu səbəbdən o da gedib Xəyalədən şikayət ərizəsi vermişdir. Onun 7 il müddətə boş-boşuna azadlığını əlindən almışlar. Sədayə xanım onu evinə dəvət edib demişdir ki, “Sədayənin ona 300 min pul verməsi barəsində, onun da həmin pulu salonun müdirinə verməsi barəsində ərizə yazaq, lakin o, razılaşmamışdır. Sədayə xanımın evində onun 300000 verməsi ilə ərizə yazmaq haqqında təklif edəndə Sədayə xanımın bacısının qaynı da xadimə olmağını və kirayədə yaşadığını bildirərək bu təklifin ağlabatan olmadığını bildirmişdir. Dərman firmasına pul qoyulması ilə bağlı şəxslərdən pul almış, lakin həmin pulların miqdarı 60000 manatdan çox olmamışdır. Xadimə işləyən bir şəxs olaraq həyatı boyu 100000 pulu bir yerdə görməmiş, qaldı ki, 300000 pulu hansısa şəxsdən əldə etsin. Dərman firmasına pul verilməsi üçün o, pulları xanımlardan yığıb Xəyaləyə vermiş, Xəyalə də üzərində 50 manat, 100 manat bonusla həmin pulları qaytarmışdır. Xanımlar ona xırda məbləğlər şəklində pulları vermiş, həmin məbləğlər ümumilikdə 60000 manatı keçə bilməzdi. Onun barəsində olan şikayətlərə xitam verilmiş, digər 3 zərərçəkmiş şəxsə heç vaxt pul ödəməmiş, o pulları gözəllik salonunda götürmüşdür. Gözəllik salonunda xadimə işləyən zaman Afət və Sədayə xanımla tanış olmuş və onlar da onun orada xadimə işlədiyini bilirmişlər. Pulları Xəyaləyə verdiyini deməmiş, lakin sonradan onlara demişdir. Sədayə ona demişdir ki, pulları salonun müdiri olan Ağa müəllimə verməyi ilə bağlı ərizə yazmış, lakin o, razılaşmamışdır. Sədayə xanım gözəllik salonunda dərzi işləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2013-cü ilədək Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən “Aqata” gözəllik salonunda dərzi işləmişdir. Həmin iş yerinə qəzetdə verilmiş elan əsasında getmiş. Elanda salonun telefon nömrəsi yazıldığından o da həmin nömrə ilə əlaqə saxlamış, Hicran adlı qadınla danışmış, sonra da işə başlamışdır. O gözəllik salonunda dərzi yerini aylıq ödənişi 250 manat olmaqla icarəyə götürüb işlətmişdir. Şahid4 gözəllik salonuna Hicranın yanına gəlib-getmiş, həmçinin orada Günel adlı saç ustası ilə yaxın rəfiqə olmuş və onun da yanına gəlibgetmişdir. Xəyalə dəfələrlə Hicranın yanına gəlib saatlarla söhbət etdiklərini və Xəyalənin dəfələrlə oradan əlində torba ilə çıxdığını görmüş, heç bir zaman Xəyalənin əlində torba gözəllik salonuna gəldiyini görməmişdir, ancaq oradan getdiyini görmüşdür. Hicranın otağında dəfələrlə torbada çoxlu miqdarda pullar olduğunu, həmin pulun da dəfələrlə Xəyalə tərəfindən aparılmasını görmüşdür. 2013-cü ilin aprel ayının sonu may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, obyektin sahibi Ağa adlı şəxslə birlikdə təbii bitkilərdən hazırlanmış dərman şirkəti açırlar, kim həmin şirkətə nə qədər pul qoysa qoyduğu pulun müqabilində şərik olursan, o da bu barədə Hicrana fikirləşəcəyini demişdir. Bundan sonra təxminən 20 gün götür-qoy edəndən sonra artıq razılaşmışdır, Hicran ona obyektin sahibi ilə şərikli həmin işi gördüyünü, obyekt sahibinin imkanlı şəxs olduğunu dediyindən artıq onda Hicrana qarşı inam yaranmışdır. Bundan sonra o özünə məxsus olan 45000 manat pulu, bacısı Lalənin 20000 manat dəyərində olan qızıllarını satıb onun pulunu və 35000 manatlıq yenə də Lalənin qızıllarının satılmış pulundan götürüb cəmi 100000 manat pul düzəldərək işlədiyi “Aqata” gözəllik salonunda 2013-cu ilin may ayının ortalarında Hicrana vermişdir, həmin vaxt onların yanında heç kim olmamış, pulu verən zaman Hicranla aramızda heç bir yazılı razılaşma olmamışdır, heç bir qeydiyyat aparmamışlar. Bundan bir müddət keçəndən sonra Hicran işlədiyi gözəllik salonunda 1 ədəd “Samsung Galaxy” markalı mobil telefon verərək bonus olaraq vermiş olduğu pulun müqabilində verildiyini bildirmişdir. O Hicranla söhbət edərək işin nə yerdə olduğunu maraqlanan zaman Hicran ona demişdir ki, şirkətin açılması və təmiri üçün müəyyən işlər görülür, 2013-cü ilin oktyabr ayının 1-də açılış olacaqdır, açılışdan sonra hər şey yaxşı olacaqdır. Bundan sonra 2013-cü ilin iyul ayında bacısı Lalə ilə məsləhətləşmiş və demişdir ki, 100000 manat da verək ki, qoy şərikliyimiz yüksək olsun, Lalə də onunla razılaşmışdır. O da həmin pulu götürüb iş yerində Hicrana vermişdir. Bir müddət keçəndən sonra Hicran ona demişdir ki, “sənə bonus olaraq ya televizor, ya da “notbuk” verə bilərik”, o da Hicrana demişdir ki, “televizor lazım deyil, “notbuku” götürə bilərəm. “ Bundan sonra Hicran ona gətirib noutbuk vermişdir. Bundan bir müddət keçəndən sonra təxminən 2013-cü ilin avqust ayının axırlarında o yenə də bacısı Lalədən 100000 manat pul götürmüş və həmin pulun yarısını yaşadığı ünvan 3-də Hicrana vermiş, həmin vaxt Hicran ona demişdir ki, “Ağa müəllim deyir ki, Sədayəyə halal olsun, o bizə çox köməklik etdi, ona görə də biz onun xəcalətindən çıxmalıyıq”, ona görə də ondan şəxsiyyət vəsiqəsini istəmişdir ki, kserosurətini çıxartsın, ona “Nissan Teana” markalı avtomobil verəcəklər və Ağa da deyib ki, üstündə də yaxşı bir nömrə hədiyyə edəcəklər. Bunun səhəri günü də iş yerində qalan 50000 manatı da Hicrana vermişdir. 2013-cü ilin oktyabr ayının 1-dən keçəndən sonra Hicran ona demişdir ki, şirkətdə təmir işləri tamamlanmayıb, həmçinin mebel işləri qalıb, həmin işlər görüləndən sonra şirkət açılacaqdır, ona görə də işlər bir balaca yubanır, o yenə də Hicrana inanmışdır. Həmçinin Hicran ona demişdir ki, “heç kim bilməsin ki, mənə pul vermisən”. 2013-cü ilin oktyabr ayının ortalarında Afət adlı daimi müştərilər ona istifadəsində olan ***-***-**-** saylı nömrəyə özünə məxsus olan hazırda yadında olmayan nömrədən zəng edərək Hicrana pul verib-vermədiyini soruşmuş, o da ilkin olaraq inkar etsə də, sonradan Afət ona demişdir ki, hamının xəbəri var, pullar batıb. Bundan sonra Afətlə birlikdə Hicran onun yaşadığı evə gəlmiş, evdə söhbət zamanı Hicran ona demişdir ki, ona deyiblər ki, oktyabr ayının 20-dək adamlardan vaxt istəyin, ya şirkət açılacaqdır, ya da ki, pullar geri qaytarılacaqdır. O da Hicrandan soruşmuşdur ki, “bəs nə çox adam vardır, sən mənə deyirdin ki, heç kim yoxdur”. Hicran da ona demişdir ki, “onun sənə nə dəxli vardır, sən onsuz da qoyduğun pulun müqabilində qazanc götürəcəksən”. Bundan sonra artıq gözəllik salonunda bu işlə bağlı söhbət açılan zaman müəyyən olunmuşdur ki, Afət, o, Tünzalə, Mahirə, İradə, Günel, Dilarə, Mətanət, Sitarə, Elnur adlı şəxslərdən də Hicran pul almış, o da Hicrandan nə qədər pulu kimə verməsini deməsini tələb edəndə Hicran demişdir ki, bunu deyə bilməz. Bundan sonra bildirmişdir ki, Vergilər Nazirliyinə pul verilməlidir ki, şirkətin açılmasına icazə verilsin. Həmin vaxt Natavan demişdir ki, “mən razıyam ki, evimi girov qoyum pul götürüm, iş düzəlsin”. Hicranda demişdir ki, qızıl olsa Elnur banka girov qoymaqla pul götürülə bilər, həmçinin Hicran demişdir ki, qızıllar dəyərli qızıllar olsun ki, bank qəbul etsin. Bundan sonra o, bacısı Laləyə demişdir ki, Natavan evini qoymağa razıdır, təki şirkət açılsın. Bundan sonra bacısı Lalə ona ümumi dəyəri 47000 manat olan qızılları vermiş, o da həmin qızılları 2013-cü ilin oktyabr ayının 25-də Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən ərazidə mərkəzdə yerləşən dairənin yanında Hicranla görüşüb qızılların hamısını ona vermişdir. Qızılları Hicrana verəndə demişdir ki, bacısı Lalə qızılları başqa bir adamdan götürüb, 1 ay müddətində ya qızıllar qaytarılmalıdır, ya da ki, həmin adamın 47000 manat pulu verilməlidir, Hicran da ona demişdir ki, “narahat olma, pul ya da qızıl qaytarılacaqdır”. Lakin buna baxmayaraq yenə də işlər alınmamışdır. Bundan sonra artıq polisə şikayət etmiş, onun bacısına da ziyan dəyməsinə baxmayaraq onu zərərçəkmiş şəxs qismində tanımamışlar. Ümumilikdə Hicran ona 350000 manat maddi ziyan vurmuş, Hicran tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş olmamışdır. O, Hicranı “Agata” gözəllik salonunda işləyən zaman tanımış, Hicran gözəllik salonunda əvvəlcə administrator, bu hadisələr baş verdikdən sonra xadimə işləmişdir. O, “Agata” gözəllik salonunda dərzi işləmişdir. Hicran təbii bitkilərdən hazırlanmış dərman şirkəti açacaqlarını bildirmiş, Ağa müəllim ona demişdir ki, onu da aldadıblar. Hicrana 2013-cu ilin may ayından oktyabr ayına kimi cəmi 350000 manat pul vermiş. O işə ilk başlayan zaman Hicran gözəllik salonunda “qəbul”-da oturmuşdur. Ağa müəllimlə bir neçə dəfə görüşmüş, hətta bir dəfə Ağa müəllim Milli Məclisin inzibati binasının yanında avtomobili üzərilərinə sürüb demişdir ki, “Hicranı mən həbs etdirmişəm”. Hicran bu cinayəti tək törətməmiş, o, Hicrana pul verəndə Ağa müəllimin də xəbəri olmuşdur, Hicran hər dəfə şirkətin müxtəlif problemlərə görə açılmadığını bildirmiş, o, Hicranın çantasında həmişə pul olduğunu gördüyü üçün ona inanmışdır. O, bacısı və digər tanışlarından pul və ya qızılları götürüb Hicrana vermişdir. Onlar gözəllik salonunda olanda Ağa müəllim işçiləri başına yığıb demişdir ki, “bu salonda kimin nə sözü olsa, Təqsirləndirilən şəxs desin”, Hicrana inanmağına səbəblərdən biri də bu hadisə olmuşdur. Ona müstəntiq demişdir ki, hər bir epizod üzrə ümumi dəymiş ziyanın məbləğini desin, birinci dəfə qızılları satdıqdan sonra əldə etdiyi pulu hissə-hissə vermiş, ümumilikdə 100000 manat vermişdir. Təqsirləndirilən şəxsdən maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2005-ci ildən tanıyır, 2003-cü ildən evinin yanında yerləşən “Aqata” gözəllik salonuna getmiş, təxminən 2005-ci ildən Hicran da orada süpürgəçi işləmişdir. 2013-cü ilin iyul ayının əvvəllərində gözəllik salonunda olan zaman Hicran ona yaxınlaşıb demişdir ki, “almanlarla şərikli dərman firması açılır, həmin firmaya pul qoymaqla üzv olunan şəxslərə bonus olaraq ucuz qiymətə yarı pulundan da aşağı qiymətə ev və ya avtomobil verilir. O da Hicrana belə işlərdən qorxduğunu dedikdə, Hicran ona heç bir qorxulu iş olmadığını, hətta bu işin içərisində “Aqata” gözəllik salonunun sahibi Ağa adlı şəxsin də olduğunu bildirmişdir. Bundan sonra o, Hicrana inanmış və həmin vaxt Hicran ona demişdir ki, bu barədə heç kimə bir söz deməsin. Bundan sonra təxminən 3 və ya 4 gün keçmiş o, 10000 manat pul düzəldib “Aqata” gözəllik salonunda Təqsirləndirilən şəxs vermiş, pulu Hicrana verəndən sonra Hicran ondan əl çəkməmiş və demişdir ki, “sənə bonus olaraq ev verilməlidir, ona görə də pulun məbləğini artır”. Sonra Hicran ona demişdir ki, keçmiş İnqilab küçəsində “Kral” şadlıq evinin yanında yeni tikili binadan ev veriləcək, həmin mənzilin qiymətinin 60000 manat olduğunu və 25000 manata ala biləcəyini bildirmiş, o da Hicranın sözlərinə inanıb 10 gün keçəndən sonra 15000 manat da pul düzəldib yenə də “Aqata” gözəllik salonunda Hicrana vermiş, lakin həmin ilin oktyabr ayına qədər evin məsələsi uzanmış, ev verilməmiş, hər dəfə o soruşanda Hicran ona demişdir ki, “dərmanların kodlaşması gedir, narahat olma, sənə ev veriləcək”. Oktyabr ayında isə o, gözəllik salonunda saç ustası işləyən Dilarənin “Mercedes” markalı avtomobilini almaq istəmiş, aralarında olan danışıqları Hicran eşitmiş və ona demişdir ki, dərman şirkəti avtomobilləri də ucuz qiymətə satır, ona görə də Dilarənin avtomobilini almamağı, yeni avtomobil almağını məsləhət görmüş, o da həmin avtomobilin necə sənədləşdiriləcəyini soruşanda Hicran ona demişdir ki, Ağa müəllim özü sənədləşdirəcəkdir. Hicran ona hündür “Cip” avtomobili deyilən avtomobili almağı təklif etmiş, həmin avtomobil üçün 35000 manat pul verəcəyini ona demişdir. O da internetdə Hicranın ona təklif etdiyi hazırda modeli yadında olmayan avtomobillərə baxmış, həmin avtomobilin 45000 manat qiyməti olmuş, götür-qoy etmiş və görmüşdür ki, Hicran 10000 manat ucuzuna ona həmin avtomobili təşkil edir və sənədləşməni də özləri edəcəklər, ona görə də 27 oktyabr 2013-cü ildə 35000 manat pulu gözəllik salonunda Hicrana vermişdir. Həmin vaxt Hicran ona demişdir ki, onun özü üçün də 5000 manat pul versin, çünki şirkətdə avtomobildən başqa paltaryuyan, qabyuyan və digər əşyalar da var, onları da qızı üçün almaq istəyir, pulu da 2 gün ərzində ona qaytaracaqdır. O da Hicrana demişdir ki, “5000 manatım yoxdur, mən yalnız 2500 manat verə bilərəm”. Hicran da ona demişdir ki, “ver, eybi yoxdur”. Bundan sonra elə həmin gün evindən 2500 manat da götürüb Hicrana vermişdir. Lakin buna baxmayaraq Hicran nə ona ev, nə də ki, avtomobil vermiş, 2500 manat pulunu da qaytarmamış, sonradan mübahisələr düşən zaman Hicran bir nəfər Şahid4 adlı qadını gətirmişdir ki, bəs pullar bu qadındadır. Xəyalə isə demişdir ki, Hicran özü ona borcludur. Hicran əvvəllər gözəllik salonunda xadimə işləmiş, Hicran gözəllik salonunun müdiri Ağa müəllimin də bu işə pul qoyduğunu dedikdən sonra ona inanmış, Hicran gözəllik salonunu idarə etmiş, Ağa müəllim dövlət orqanında işləmişdir, ali təhsillidir, Təqsirləndirilən şəxs dərman zavodunun bitki dərmanlarını istehsal edəcəyini bildirmişdir. Dərman şirkətinə pul qoymuşdur, dərman şirkətinə pul qoyduğu üçün ev də, maşın da ona daha ucuz qiymətə satılacaqdır. Hicran demişdir ki, evi və maşını Ağa müəllim özəlləşdirəcəkdir. Hicran bildirmişdir ki, kodlaşdırma bitib dərman fabrikası açıldıqdan sonra evi və maşını adına keçirə bilər. Hicrana 60000 manat şirkətə görə, 2500 manat qızının cehizinə görə pul vermiş, bunlardan əlavə də 20 qram qızıl vermiş, təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, araşdırılan cinayət işi üzrə şahid yox, zərərçəkmiş şəxs olmalıdır. Çünki Təqsirləndirilən şəxs onu aldadaraq pul vəsaitlərini mənimsəmişdir. Zərərçəkmiş şəxs1 onun bacısıdır. Uzun müddət qızıl-zinət əşyalarının alveri ilə məşğul olmuş, 2013-cü ilin avqust ayının axırlarında və ya sentyabr ayının əvvəllərində bacısı Sədayə ona demişdir ki, Hicran adlı qadın var, həmin qadınla birlikdə gözəllik salonunda işləyir, onun arxasında çox yaxşı adamlar durublar, işlədikləri gözəllik salonunun sahibi Ağa da arxasında durub, xaricdən dərman preparatlarının gətirilməsi ilə məşğul olan firma açırlar, yaxşı qazanc verəcəklər, bundan əlavə də yaxşı bonuslar yığılacaqdır və həmin bonusların müqabilində qazancı olacaqdır, ona görə də Hicran bacısına təklif etmişdir ki, çoxlu pul qoysa qazancı da çox olacaqdır. Həmçinin bacısı Sədayə ona demişdir ki, özü də pul verib. Bundan sonra 2 dəfə hər dəfəsində 100000 manat olmaqla, ümumilikdə 200000 manat pulu o, bacısı Sədayənin yaşadığı evdə ona vermişdir. Həmin pulları bacısı Sədayə tərəfindən Hicrana verilməsində bilavasitə iştirak etməsə də, sonradan bacısının deməsinə görə həmin pulları Hicrana vermişdir. Bundan başqa 2013-cü ilin oktyabr ayının axırlarında bacısı Sədayə onun yanına gələrək şirkətin fəaliyyətə başlamasında müəyyən problemlərin yarandığını, şirkətin açılmasına Vergilər Nazirliyi tərəfindən razılıq verilmədiyini, bunun üçün külli miqdarda pul lazım olduğunu demiş, həmin vaxt Hicran onunla telefonla danışıb demişdir ki, ya pul verilməlidir, ya da ki, qızıl verilməlidir ki, banka girov qoyulub pul götürülsün, Vergilər Nazirliyi ilə işlər qaydasına salınsın, o da pulunun olmadığını bildirmişdir. Lakin vermiş olduğu pullar batmasın deyə 15000 manat dəyərində qızıl-zinət əşyalarımı gətirib bacısı Sədayəyə vermişdir ki, aparıb Hicrana versin və problemləri həll etsin. Lakin bacısı Sədayə yanına gələndə əlavə də qızıl lazım olduğunu bildirmişdir, bundan sonra o, 32000 manatlıq qızıl-zinət əşyalarını bacısı ilə birlikdə götürüb gecə vaxtı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən yerə getmiş, orada 20-ci sahənin dairə deyilən ərazidə Hicranla görüşüb qızılları ona vermişdir. Onda olan səs yazısında Təqsirləndirilən şəxs ondan pul götürdüyünü etiraf etmiş, lakin bugünə kimi verdiyi pul vəsaitlərini Hicrandan ala bilməmişdir. Əvvəllər sahibkar olmuş, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs özü kimi bildiyi üçün ona inanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1, Şahid4 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan görünür ki, onlar Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqə 211, 229-231 və 92-93). Cinayət işinin materiallarında olan 19 sentyabr 2015-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 75-77). Cinayət işinin materiallarında olan 2 noyabr 2015-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 2, iş vərəqə 123-126). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 29). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 3, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 yanvar 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 yanvar 2016-cı il tarixdən hesablanmışdır (cild 3, iş vərəqə 59). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 6 aprel 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 may 2016-cı il tarixə kimi uzadılmışdır (cild 3, iş vərəqə 116-118). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 aprel 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 iyun 2016-cı il tarixə kimi uzadılmışdır (cild 3, iş vərəqə 166-168). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 1 iyun 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 iyul 2016-cı il tarixə kimi uzadılmışdır (cild 3, iş vərəqə 166-168). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 iyun 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 avqust 2016-cı il tarixə kimi uzadılmışdır (cild 3, iş vərəqə 227-229). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 sentyabr 2016-cı il tarixə kimi uzadılmışdır (cild 4, iş vərəqə 1-2). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 avqust 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 oktyabr 2016-cı il tarixə kimi uzadılmışdır (cild 4, iş vərəqə 96-97). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir (cild 5, iş vərəqə 175-197). Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 9 fevral 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilmişdir (cild 5, iş vərəqə 292-303). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 8 may 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 12 iyun 2018-ci il tarixə kimi uzadılmışdır (cild 6, iş vərəqə 32-34). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyi natamam remissiya vəziyyətində olduğundan barəsində olan cinayət işi üzrə icraat o sağalanadək dayandırılmış və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir (cild 6, iş vərəqə 161-177). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş məcburi müalicə ləğv edilmiş və o, Bakı İstintaq Təcridxanasına göndərilmişdir (cild 6, iş vərəqə 212-214). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli qərar əsasında cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (cild 6, iş vərəqə 223-224). Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək” haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə həbsdən azad edilmiş və 26 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 6, iş vərəqə 262-263). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2016-cı il tarixdən 15 noyabr 2022-ci il tarixə kimi tutulduğu, həbsdə və tibb müəssisəsində müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı 6 (altı) il 10 (on) ay 4 (dörd) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 yanvar 2016-cı il tarixdən 15 noyabr 2022-ci il tarixə kimi tutulduğu, həbsdə və tibb müəssisəsində müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı 6 (altı) il 10 (on) ay 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-687/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-687/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver