Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-687/2025 25.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Kəlbəhüseynli kəndində qeydiyyatda olan, Abşeron rayon, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda ƏN-nin PXin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq təkrarən xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixiotrop maddə əldə edib, üzərində saxlamış və daşımışdır. Belə ki, o, 28 oktyabr 2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun «28 May» stansiyasının yaxınlığında «Əhəd» kimi tanıdığı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2,362 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 28 oktyabr 2023-cü il tarixdə saat 19:30-da Nəsimi rayonu Polis İdarəsinin 20-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gətirilib orada videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən həmin 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2,362 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan sonra o, təkrarən 18 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, şəxsiyyəti istintaqa məlum olayan şəxsdən 50 manata satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd «Sobranie» markalı siqaret qutusundan içərisində, 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,22 qram, 0,29 qram, 0,28 qram, 0,27 qram ümumi təmiz çəkisi 1,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2,688 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 18 aprel 2024-cü il tarixdə saat 20:30 dəqiqədə Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilib orada videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 01 (bir) ədəd «Sobiranio» markalı siqaret qutusundan içərisində 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,22 qram, 0,29 qram, 0,28 qram, 0,27 qram ümumi təmiz çəkisi 1,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2,688 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nurlan adlı şəxsdən marixuana götürməyə getmiş, digər narkotik vasitələrdən isə xəbəri olmamışdır. Özü çoxdan narkotik vasitə istifadə edir. O, 15 qram marixuananın dalınca getmiş və qarşılığında Nurlan adlı şəxsin kartına 50 manat pul vurmuşdur. Marixuananı götürməyə gedən zaman polis əməkdaşları onu saxlayaraq bölməyə aparmışlar. O ittiham aktında göstərilən ikinci epizod üzrə saxlanılan zaman müdafiəçisi olmamışdır. Onun üzərində heç bir narkotik vasitə olmamış, narkotik vasitəni üzərinə bölmədə qoymuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 3-cü mikrorayon bazarı yaxınlığında tutulmuşdur. Onun barəsində məlumatı polisə taksi sürücüsü vermişdir. Əhəd adlı dostu ilə Əcəmi metrosu yaxınlığına marixuana götürməyə getmiş, taksi sürücüsünə də onları gözləməsini demişdirlər. Narkotik vasitəni götürə bilməmişlər. O düşünür ki, narkotik vasitə götürməyə getdikləri şəxs polislərlə işləyən adam olmuşdur. Sonradan taksi sürücüsü də 20-ci bölməyə gəlmişdir. O yalnız marixuana istifadə etmiş, lakin metamfetamin istifadə etməmişdir. Video-çəkilişdə polis əməkdaşları onu məcbur etdiyi üçün verilmiş narkotik vasitələrin onun olduğunu qəbul etmişdir. O, birinci dəfə sanksiya seçilməsi üçün aparıldığı məhkəmədə narkotik vasitələrin onun olmadığını bildirmiş, bu səbəbdən onu azadlığa buraxmışlar. Sumqayıtda olan zaman Nurlan adlı şəxslə marixuana almaq üçün əlaqə saxlamışdır. Narkotik vasitə almaq üçün Suraxanıya gedən zaman yanında olan dostu narkotik vasitəni götürməyə getmiş, polis əməkdaşları da həmin ərazidə maşında olmuşlar. Yanında gedən dostu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və azadlığa buraxılmışdır. Onu saxlayan polis əməkdaşları arasında Şahid4 olmamışdır. Üzərində narkotik vasitə metamfetamin olmuş, lakin çəkisi o qədər çox olmamışdır. İbtidai istintaq zamanı ona qarşı heç bir fiziki təsir və təzyiq olmamışdır. Onu birinci epizod üzə 3 nəfər post patrul əməkdaşı saxlamış, saxlanılan zaman yanında Əhəd adlı şəxs olmuş, lakin o, qaçıb getmişdir. Əhədlə birlikdə 10 manatlıq marixuana götürməyə getmişlər. Həmin gün Əhədi tutmamışlar, yalnız onu tutmuşlar. İkinci epizod üzrə yenə marixuana götürməyə gedən zaman saxlanılmış, həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitəni Nurlan adlı şəxsdən alırmış. O, hər iki epizod üzrə narkotik vasitəni götürə bilməmiş, götürməyə gedən zaman saxlanmışdır. O, Tapdıq adlı şəxslə birlikdə saxlanmışdır. O axtarışda olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə işini aparacaqlarını demişlər, lakin o, sonradan müdafiəçisindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edildiyini öyrənmişdir. 48 saat tamam olduqdan sonra onu buraxmışlar, o da ağır cinayətlə istintaq aparıldığını öyrəndikdən sonra polisin çağırışlarına getməmiş, bu səbəbdən axtarışda olmuşdur.Tapdığı uzun müddətdir tanıyır. Birinci epizod üzrə saxlanılan zaman müdafiəçisi olmuş, lakin ikinci dəfə saxlanılan zaman müdafiəçisi olmamışdır. Onu ikinci epizod üzrə Suraxanı RPİ-nin əməkdaşları Qaraçuxur qəsəbəsində saxlamışlar. Polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoymalarının səbəbini bilmir. O ancaq marixuana istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 28 oktyabr 2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun «28 May» stansiyasının yaxınlığında «Əhəd» kimi tanıdığı şəxsdən öz istifadəsi üçün pulsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşımışdır. 28 oktyabr 2023-cü il tarixdə saat 19:30-da ünvan 1 ünvanın qarşısında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşıb Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları kimi təqdim edib özünü təqdim etməsi tələb etdikdə özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onu Nəsimi RPİ-nin 20ci PŞ-nə dəvət etmişlər. Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarımı müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi metamfetamini 28 oktyabr 2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun «28 May» stansiyasının yaxınlığında «Əhəd» kimi tanıdığı şəxsdən öz istifadəsi üçün pulsuz olaraq aldığını bildirmişdir. Təqdim etdiyi içərisində 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin bir ədəd ağ rəngli boş zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalamışdır. Saxlanılarkən, Nəsimi RPİnin 20-ci PŞ-nə gətirilən zaman və PŞ-də olduğu müddətdə onlara qarşı hər-hansı bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Barəsində cinayət işi başlanmış, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilib, iltizam alınaraq sərbəst buraxılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə tanımadığı şəxslə telefon əlaqəsi saxlayıb ralışaraq 50 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, hazırda xatırlamadığı ünvanda daşın altına qoymuş, təxminən 30 dəqiqədən sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində qoyulan bir ədəd «Sobranie» markalı siqaret qutusunun içərisində olan 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini və 05 (beş) ədəd bükümdə narkotik vasitə marixuananı götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları kimi təqdim edib özünü təqdim etməsini tələb etdikdə özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 32-ci PB-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd «Sobranie» markalı siqaret qutusunun içərisində olan cəmi 06 (altı) ədəd, içərisində psixotrop maddə metamfetamin olan 01 (bir) ədəd bükümü və içərisində narkotik vasitə marixuana olan olan 05 (beş) ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkaşları tərəfindən üzərində axtarış keçirilmiş, lakin üzərindən özünün təqdim etdiyi bir ədəd «Sobiranio» markalı siqaret qutusunun içərisində olan cəmi 06 (altı) ədəd, içərisində psixotrop maddə metamfetamin olan 01 (bir) ədəd bükümdən və içərisində narkotik vasitə marixuana olan olan 05 (beş) ədəd bükümdə narkotik vasitə marixuanadan başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 (bir) bükümdə olan psixotrop maddə metamfetamini və 05 (beş) ədəd bükümdə narkotik vasitə maritxuananı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində daşın altına qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Təqdim etdiyi 06 (altı) ədəd, içərisində psixotrop maddə metamfetamin olan 01 (bir) ədəd büküm və içərisində narkotik vasitə marixuana olan olan 05 (beş) ədəd büküm ayrı-ayrı boş zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalamışdır. Saxlanılarkən, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilən zaman və PB-də olduğu müddətdə onlara qarşı hər-hansı bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. (cild 2, iş vərəqə 38-40) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadənin altında olan imza ona məxsus deyil. O sadəcə bir vərəqə qol çəkmiş, həmin vərəqdə özünü hansı maddə ilə təqsirli bildiyini yazmışdır. İzahatın altında olan imza ona məxsus deyil. Şübhəli şəxsin dindirilməsi protokolunda olan imza ona məxsus deyil. Şəxsi axtarış və götürmə protokolunda olan imza ona məxsus deyil. Ona qarşı fiziki təsir edən olmamışdır. Onu 7-8 nəfər əməkdaş saxlamışdır. O saxlanılan zaman yanında Maşallah adlı tanışı da olmuş, onlar birlikdə marixuana götürməyə getmişlər. Maşallah gedib narkotik vasitəni götürüb, onun üzərində heç bir şey olmamışdır. Onlar marixuananın olduğu konuma gedən zaman Maşallah ondan qabaqda gedib narkotik vasitəni götürmüş, polis əməkdaşları konum atılan yerdə “Chevrolet” markalı avtomobildə yatmışlar. Polis əməkdaşları Maşallah və onu birlikdə saxlayıb bölməyə aparmışlar. O və Maşallah konuma gedən zaman orada Chevrolet markalı avtomobildə bir qızın onların getdiyi konuma baxdığını görmüş, bu zaman Tapdığa həmin şəxslərin polis olduqlarını və qayıtmalarını demişdir. Amma Maşallah ilk dəfə idi ki, narkotik vasitə götürməyə gedirmiş, gedib narkotik vasitəni konumdan götürən zaman polis əməkdaşları Maşallahı saxlamış, daha sonra isə onu saxlamışlar. Onu xidmətdə olan zaman yox, onu və tanışı olan Əhədlə birlikdə onları gətirən taksi sürücüsünün 102-yə şikayəti nəticəsində saxlamışlar. Onun üzərində metamfetamin olmuş, amma çəkisi o qədər olmamışdır. Onun üzərində 0.5 qram metamfetamin olmuşdur. O saxlanılan zaman tək olmamışdır. O metamfetamini 15 manata almışdır. Metamfetaminin qramı 50 manatdır, o 15 manatlıq almışdır. O birinci epizod üzrə axtarışda olmuşdur. 20-ci bölmədə onun işinə baxılan zaman müstəntiq onun işini AR CMnin 234.1-ci maddəsi ilə bağlayacağını demiş, lakin sonradan müdafiəçisindən öyrənmişdir ki, ona daha ağır maddə ilə ittiham veriləcək. Bu səbəbə o acıq edib istintaq dövründə bölməyə getməmiş, ona görə də onu axtarışa vermişlər. Onunla birlikdə saxlanılan şəxsə AR CM-nin 234.1-ci maddəsi ilə iş verilmişdir. Şahid2 onun saxlanmasında iştirak edibetmədiyini xatırlamır, orada 7-8 nəfər polis əməkdaşı olmuşdur. O 2024-cü ilin aprel ayının 18-də saat 17:30 radələrində saxlanmışdır. Bölmədə olan zaman onun qarşısına silah və daha çox çəkidə narkotik vasitə qoyub əgər dedikləri ilə razılaşmasa, onu daha ağır ittihamla tutacaqlarını bildirmişlər. Onun üzərinə narkotik vasitəni 32-ci polis bölməsində qoymuşlar. Ona narkotik vasitəni İran vətəndaşından aldığını deməyə də məcbur etmişlər. İkinci epizod üzrə saxlanılan zaman üzərində telefon olmamışdır. Birinci epizodu qismən qəbul edir, üzərindən metamfetamin aşkar edilmiş, amma çəkisi ittihamda qeyd edilən qədər olmamışdır. Maşallah və o marixuana götürməyə getmişlər, o konumdan marixuananı götürməmiş, Maşallah götürmüşdür. Üzərindən çıxan marixuana Maşallahın oradan götürdüyü marixuana olmuşdur. Onun birinci epizodu üzrə axtarışı olmuşdur deyə polis əməkdaşlarının ona qərəzi var, buna görə onun üzərinə narkotik vasitə yükləmişlər. Birinci epizodda qeyd edilmiş metamfetaminin çəkisi ekspertizada artırılmışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsus deyil. Bu nömrə onunla birlikdə saxlanılan Maşallaha məxsus olmuş, Maşallahın telefonunu onun üstünə qoymuşlar. ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Emil onunla birlikdə saxlanılan şəxsin qardaşıdır. Üzərindən çıxan kütlənin şəkər tozunu olmasını deməyini ona polis əməkdaşları demişdir. Onu saat 17:30-da saxlamışlar. Amma çəkilişini gecə saat 02 radələrində etmişlər. O narkotiki götürməklə razılaşmamışdır. Onun qabağına silah və daha böyük ölçüdə narkotik vasitə qoyaraq ya bunlarla razılaşmağını, ya da verilən ittihamla razılaşmağını demişlər. Aprel epizodu üzrə saxlanılan zaman onun üzərindən telefon aşkar edilməmişdir. Oktyabr epizodu üzrə üzərində metamfetamin olmuş, lakin çəkisi o qədər olmamışdır. Onun üzərində 15 manata aldığı 0.5 qram metamfetamin olmuşdur. Aprel epizodu üzrə isə üzərində heç bir narkotik vasitə olmamışdır. Oktyabr epizodu üzrə saxlanılan zaman üzərində mobil telefonu olmuşdur. Ona Emil deyə səslənmirlər. Onun istifadəsində yalnız bir nömrə, yəni ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, sonuncu dəfə saxlanılan zaman yanında bir tanışı da olmuş, qeyd olunan telefon ona məxsusdur. Onu tanışı olan Tapdıqla birlikdə saxlamışlar. Tapdığı 2 il olarmış ki, tanıyır. Tapdıqla telefonda zəng vasitəsilə əlaqə saxlayırmış. Tapdığın yeznəsini tanıyır, maşın ustasıdır. Tapdıqla birlikdə saxlamışlar və birlikdə bölməyə gətirmişlər. Səhəri gün sanksiya məhkəməsində Tapdığı buraxmışlar. O, özü narkotik vasitə istifadəçisidir. Tapdıq da marixuana istifadə edir. Birlikdə marixuana istifadə etdikləri olmuşdur. Tapdıqla birlikdə metamfetamin istifadə etməmişlər. O özü metamfetamin istifadə etmişdir. Tapdıqla bir-birinə narkotik vasitə verdikləri olmamışdır. Onun qardaşı yoxdur. Ən yaxın dostlarından Samir və Elnurun adını çəkə bilər. Həmin şəxslərin mobil nömrələrini əzbər bilmir. Əgər nömrələr ona deyilsə, xatırlaya bilər, amma əzbərdən nömrələri bilmir. Onun ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olmamış, həmin nömrələr onunla birlikdə saxlanılan şəxsin telefonunda olmuşdur. O, ***-***-**-** saylı mobil nömrə istifadə etmişdir. O Ruhəngiz Rzayeva və İlahə Qədimova adlı şəxsləri tanımır. Ruhəngiz onun həyat yoldaşıdır, soyadı Məmmədova olmuşdur. O narkotik satışı ilə məşğul olmamışdır. Saxlandığı epizodlardan yalnız birində üzərində narkotik vasitə olmuşdur. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu bilmir. Emil adlı şəxsi tanımır. Rəşid adlı şəxs tanımır. 663-46-46, 596-00-86, 449-22-77, ***-***-**-** saylı mobil nömrələrin kimə məxsus olduğunu bilmir. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin sahə inspektoru Şahid4 ifadə verərək bildirmişdir ki, 2023-cü ilin oktyabr-noyabr aylarında Nəsimi RPİ-nin digər əməkdaşı Şahid3lə inzibati ərazidə xidmətdə olan zaman Papanin ərazisində, Salamzadə küçəsində şübhəli hərəkətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Suallarına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və üzərində gəzdirdiyini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət olunmuş, burada üzərinə şəxsi axtarış keçirilən zaman kiçik bir bükümdə narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs axşam tərəfi saxlamışlar. Təqsirləndirilən şəxs Şahid3lə birlikdə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkorik vasitə metamfetaminə bənzəyirdi. Sonuncunun üzərindən başqa əşyalar çıxmamışdır. Təqsirləndirilən şəxs saxlanan zaman tək olmuşdur. Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbiri zamanı mobil telefonunun üzərində olub-olmadığını xatırlamır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 28 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində 20-ci polis şöbəsinin inzibati ərazisində həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə xidmət apararkən ünvan 8 ünvanının qarşısında bir nəfər şəxsin səndələyərək getdiyini görərək həmin şəxsə yaxınlaşaraq özlərini həmin şəxsə təqdim etmişlər. Daha sonra həmin şəxsin səhhəti barədə maraqlandıqda həmin şəxs hal-hazırda narkotik vasitə qəbul etdiyini və həmin maddənin təsirindən səndələyidiyini bildirmişdir. Həmin şəxs üzərində “patı” adlanan pxsixotrop maddəni saxladığını bildirdiyindən onlar həmin şəxsi şöbəyə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Masallı rayonu Çaxırlı ərazi dairəsi Kəlbəhüseynli kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olmuş, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin inzibati binasının xidməti otaqların birində Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Ayxan Məmmədov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, Nəsimi Rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, müdafiəçi X4, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayaqlarında olan ayaqqabılarının içərisinə baxılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd bükümdə olan psixotrop maddənin “patı” adlanan metamfetamin olduğunu bildirmiş, Elvindən həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə Elvin uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, həmin bükümü Nəsimi rayonu, 28 may metro stansiyasının qarşısında Əhəd adlı şəxsdən pulsuz olaraq öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin 01 ədəd bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd bükümdə olan psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Rzayev X8 rayon polis idarəsinin 20-ci polis şöbəsinin inzibati binasına gətirilən zaman və polis şöbəsinin inzibati binasında olduğu zaman hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (cild 1, iş vərəqə 230-232) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək bildirmişdir ki, 2024-cü ildə «Elvin» adlı şəxsin Qaraçuxur qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlıyıb daşıması və satışı ilə məşğul olması əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o və Şahid2 ibarət əmliyyat qrupu yaradılmışdır. Məlumatda göstərilən «Elvin» adlı şəxsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində saxlayıb özlərini təqdim etmişlər və sonuncuya narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Daha sonra şəxsi Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra təhqiqatçının xidməti otağında videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən “sobranie” qutusunda 05 ədəd bükümündə narkotik maddə qurudulmuş marixuana və metamfetamini təqdim etmişdir. Təqdim olunan narkotik vasitələr qablaşdırılaraq məhkəmə ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat məlumatı ona daxil olmuş, qrup rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının 18-də saxlamışlar. Əməliyyat qrupu iki nəfərdən ibarət olmuşdur. Həmin dövrdə saxlanılan zaman videoçəkilişin aparılması barədə qərar qəbul edilmədiyindən videoçəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs üzərinə bölmədə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən “sobranie” qutusunda 05 ədəd bükümdə marixuana və metamfetamin aşkar edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Elvini saxlayan zaman ondan başqa bir əməkdaş da olmuşdur. Əməliyyat qrupu iki nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs axşam saat 20-21 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman Elvin tək olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman piyada olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki təsir olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Suraxanı RPİnin 32-ci PB-nə «Elvin» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlıyıb daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edib təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əmliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa olunmaları üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. Məlumatda göstərilən «Elvin» adlı şəxs Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Saat 20:30 dəqiqədə Təqsirləndirilən şəxs Suraxanı rayonu qəsəbəsi, Mehbalıyev küçəsində olacağını müəyyən etmişlər. xx.xx.2024-cü il tarixdə saat 20:30-da onu saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək özünü təqdim etməsini tələb etdikdə o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şəxsiyyəti bir daha müəyyən edilmiş, ona şübhəli şəxsin hüquq vəzifəlri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd «Sobranie» markalı siqaret qutusunu, qutunun içərisindən 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə narkotik maddə qurulumuş marixuanaya oxşar kütləni və 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə olan kütlənin narkotik maddə qurulumuş marixuana, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şəxs həmin psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı telefonda tanış olduğu, tanımadığı şəxslə əlaqə saxlayıb xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində daşın altına 50 manat pul qoyduqdan sonra Qaraçuxur qəsəbəsi, Mədən küçəsində qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi beş bükümdə olan narkotik vasitə marixuanaya və bir bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələrdən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ayrı-ayrı zərflərə qoyularaq zərflər möhürlənmiş, bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. (cild 1, iş vərəqə 93-95) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman Elvin konuma narkotik vasitəni götürməyə gəlirmiş. Hadisə Təqsirləndirilən şəxs danışdığı kimi olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə sahə inspektoru Şahid4la birlikdə inzibati ərazidə xidmət aparan zaman Nəsimi rayonu, Ə.Salamzadə küçəsi ünvanında bir nəfərin özünü şübhəli apardığını görüb həmin şəxslə yaxınlaşmışlar. Özlərini təqdim edib həmin şəxsin səhhəti ilə maraqlanmışlar. Həmin şəxs narkotik vasitənin təsiri altında olduğunu bildirmişdir. Daha sonra şəxsi Nəsimi RPİ-nin 20ci PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərindən 01 büküm psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs ərazidə Şahid4la birlikdə xidmətdə olan zaman saxlamışlar. Saxlayan zaman Təqsirləndirilən şəxs özü narkotik vasitənin təsiri oltında olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılan zaman Elvin tək olmuşdur. Elvinin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi çox olmuş, büküm böyük olmuşdur. Təqsirləndirilən şəxs xidmətdə olan zaman saxlamışlar. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində sahə inspektoru, polis kapitanı Şahid4la birlikdə inzibati ərazidə xidmət apardıqları zaman Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, ev 143 ünvanın qarşısında bir nəfərin səndələyərək getdiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsin səhhəti ilə maraqlanmışlar. Həmin şəxs narkotik vasitə qəbul etdiyini, narkotik vasitənin təsirindən səndilədiyini bildirdikdə Nəsimi RPİ-nin 20-ci PŞ-nə dəvət olunmuşdur. PŞ-də onun şəxsiyyəti müəyyənləşdirilərək xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Masallı rayonu, Kəlbəbüseynli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan X7 müəyyən edilmişdir. PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin psixortop maddə metamfetamin olduğunu, metamfetamini xx.xx.2023-cü cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində metronun «28 May» stansiyasının yaxınlığında «Əhəd» kimi tanıdığı şəxsdən öz istifadəsi üçün pulsuz olaraq aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi bir bükümdə olan psixotrop maddə metamfetamindən başqa heç bir əşya, vasitə və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd ağ rəngli boş zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalamışdır. (cild 1, iş vərəqə 220-222) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin aprel ayının 18-də əməliyyat müvəkkili Şahid1 «Elvin» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilmiş, daha sonra o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır.Axşam saatlarında əməliyyat məlumatında qeyd edilən ünvana yaxınlaşmışlar. Suraxanı rayonu qəsəbəsi, Mehbalıyev küçəsində xarici görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gəldikdə xidməti otaqda Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd «Sobranie» markalı siqaret qutusunun içərisindən 05 ədəd bükümdə marixuana və metamfetaminə oxşar kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs meitamfetamin və miarixuananı telefonda tanış olduğu, tanımadığı şəxslə əlaqə saxlayıb 50 manata aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Əməliyyat qrupunda iki nəfər olmuşlar. Təqsirləndirilən şəxs üzərindən 5-6 büküm narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs həmin bükümləri 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs axşam saatlarında saxlamışlar. Əməliyyat qrupunda iki nəfər olmuşlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun sonuncunun özü və digər ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə «Elvin» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində qansuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlıyıb daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edərək təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə Şahid1 rəhbərliyi ilə ondan ibarət əmliyyat qrupu yaradılmış və onlar birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. Müəyyən etmişlər ki, «Elvin» adlı şəxs Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixdə saat 20:30 dəqiqədə Təqsirləndirilən şəxs Suraxanı rayonu qəsəbəsi, Mehbalıyev küçəsində olduğunu müəyyən edib orada Elvini saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, Elvindən özünü təqdim etməsini tələb etdikdə Elvin, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şəxsiyyəti bir daha müəyyən edilmişdir. Elvinə şübhəli şəxsin hüquq vəzifəlri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş və videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd «Sobiranio» markalı siqaret qutusunu, qutunun içərisindən 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə narkotik maddə qurulumuş marixuanaya oxşar kütləni və 01 ədəd kağız bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni sıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə olan kütlə narkotik maddə qurulumuş marixuanadır, 01 ədəd kağız bükümündə olan kütlə isə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə meitamfetamini və narkotik vasitə miarixuananı telefonda tanış olduğu, tanımadığı şəxslə əlaqə saxlayıb xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində daşın altına 50 manat pul qoyduqdan sonra Qaraçuxur qəsəbəsi, Mədən küçəsində qoyulduğu yerdən götürmüşdür. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, amma sonuncunun üzərindən üzünün təqdim etdiyi altı bükümdə olan naroktik vasitə marixuanaya və psixotrop maddəyə oxşar kütlələrdən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ayrı-ayrı zərflərə qoyularaq zərflər möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilən zaman və PB-də olduğu müddətdə ona qarşı hər-hansı bir psixi və ya fiziki təziq göstərilməmişdir. Suraxanı RPİ-nin 32-ci PB-nə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində narkotik vasitə və ya psixotrop maddələrin əldə edib saxlaması, daşınması, qəbul etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axztarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddəni və naroktik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Bu barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. (cild 1, iş vərəqə 96-98) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitə və onun prekursorlarını daşıması və saxlanılmasında şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində saxlanılaraq 20:45 radələrində Suraxanı RPİ-nin 32-ci PB-yə gətirilmişdir. (cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Elvin adlı şəxsin üzərində qanunsuz olaraq dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələri daşıması və saxlaması göstərilmişdir. Eyni zamanda daxil olmuş məlumatda Elvin adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 14-ün qarşısında olacağı və üzərində narkotik vasitə daşıması və həmin şəxsin geyimi, xüsusi əlamətləri bildirilmişdir. (cild 1, iş vərəqə 5) “Əməliyyat qrupunun yaradılması” barədə 18 aprel 2024-cü il tarixli əmrdən, həmin tarixli “əməliyyat qrupunun təşkil edilməsi” barədə xx.xx.2024-cü il protokoldan və həmin tarixli “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə” dair qərardan görünür ki, Elvin adlı şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 6-9) Şübhəli şəxsin tutulması haqqında 18 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 aprel 2024-cü il tarixdə, saat 20:30-da tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 14, 29) Şəxsi axtarış və götürmə haqqında 18 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd «Sobranie» markalı siqaret qutusunu, qutunun içərisindən 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə narkotik maddə qurulumuş marixuanaya oxşar kütləni və 01 ədəd kağız bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmiş, təqdim etdiyi 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə olan kütlənin narkotik maddə qurulumuş marixuana, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı telefonda tanış olduğu, tanımadığı şəxslə əlaqə saxlayıb 18 aprel 2024-cü il tarixdə səhər saatlarında 50 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində daşın altına qoyduqdan təxminən 30 dəqiqə sonra Qaraçuxur qəsəbəsi, Mədən küçəsində qoyulduğu yerdən götürdüyünü bildirmişdir. (cild 1, iş vərəqə 30-33) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/601 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd kütlə» yazılar və imzalar olan paketdə 5 (beş) ədəd kağız bükümdə və (3 ədəd qızıl rəngli 2 ədəd gümüşü rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,22 qram, 0,29 qram, 0,28 qram, 0,27 qram bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 1,30 qramdır. Təqdim olunmuş 5 ədəd kağız bükümlərdə olan marixuanalan tərkiblərinə görə eynidir. Marixuanaların ümumi çəkisi 1,30 qram, tədqiqata sərf edildi cəmi 0,1 qram, (hər obyektdən 0,02 qram, qalıq 1,20 qram. (cild 1, iş vərəqə 44-48) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2114 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №196» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,688 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıları əsasən metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi 2,688 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,638 qram. (cild 1, iş vərəqə 49-53) Diskə baxış keçirilməsi haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının özündə əks etdirən bir ədəd diskə köçürülmüş videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd «Sobiranio» markalı siqaret qutusunu, qutunun içərisindən 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə narkotik maddə qurulumuş marixuanaya oxşar kütləni və 01 ədəd kağız bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim edir, təqdim etdiyi 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə olan kütlənin narkotik maddə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı telefonda tanış olduğu, tanımadığı şəxslə əlaqə saxlayıb 18 aprel 2024-cü il tarixdə səhər saatlarında 50 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində daşın altına qoyduqdan təxminən 30 dəqiqə sonra Qaraçuxur qəsəbəsi, Mədən küçəsində qoyulduğu yerdən götürdüyünü bildirir. (cild 1, iş vərəqə 61) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 64-65) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 aprel 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 67-69) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-120/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 aprel 2024-cü il tarixdən, saat 21:20-dən hesablanmışdır. (cild 1, iş vərəqə 86-90) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Rzayev X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 100-102) Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ibtidai istintaq davam etdirilmiş, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə ilə ibtidai istintaq davam etdirilmişdir. (cild 1, iş vərəqə 103-105) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 110) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, polis əməkdaşları şöbənin inzibati ərazisində xidmətdə olan zaman ünvan 10 ünvanının qarşısında bir nəfər şəxsin səndələyərək getdiyini görərək ona yaxınlaşıb özlərini təqdim etməklə səhhəti barədə maraqlanan zaman, həmin şəxs hazırda narkotik vasitə qəbul etdiyindən narkotik vasitənin təsiri altında olduğu üçün səndələdiyini və üzərində “patı” kimi tanınan maddə saxladığını bildirmişdir. Ona görə də, həmin şəxs polis şöbəsinə gətirilmiş və şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. (cild 1, iş vərəqə 114) Şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 oktyabr 2023-cü il tarixdə, saat 19:30-da tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 118, 139-140) Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmiş, təqdim etdiyi 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazsində metronun «28 May» stansiyasının yaxınlığında «Əhəd» kimi tanıdığı şəxsdən pulsuz aldığının bildirmişdir. (cild 1, iş vərəqə 149-150, 153-156) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023- cü il tarixli, 6/5784 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... (imza) Təqsirləndirilən şəxs ...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,362 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıları əsasən metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısını (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 2,362 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 2,312 qram. (cild 1, iş vərəqə 161-164) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 174) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 175-176) Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (cild 1, iş vərəqə 186- 187) Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 188-190) Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa verilməsi haqqında 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 199-200) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 202-203) Könüllü olaraq istintaqa gəlmə haqqında 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq istintaq şöbəsinə gəlmişdir. (cild 1, iş vərəqə 205) Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (cild 1, iş vərəqə 206-207) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 8456 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 214-215) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 1223 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 verdiyi xx.xx.2024-cü il tarixli, 1/417 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (cild 1, iş vərəqə 231) Maddi sübut kimi tanınmaq haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bükümdəki maddə, təmiz çəkisi 2,362 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 2,312 qram psixotrop maddə metamfetamin qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 236) Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa verilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 237-238) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 240-241) Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (cild 1, iş vərəqə 247-248) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1 və 234.4.3-cü maddələrindən Həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1,30 qram narkotik vasitə qurudulumuş marixuana, təmiz çəkisi 2,688 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,362 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,20 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2,638 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 2,312 qramm psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk sübut növü kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən külli miqdarda psixotrop maddə metamfetaminin və xeyli miqdarda narkotik vasitə marixuananın mənbəyinə görə cinayət işi materiallarından ayrıca icraatda material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PBnə göndərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmışdır. (cild 1, iş vərəqə 30-39) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 41-43) Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi onun Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilib birgə istintaq aparılması məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. (cild 2, iş vərəqə 62-64) AZ-İ929887 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 ilə 30 yanvar 2014-cü il tarixdə 57 nömrəli nikah qeydiyyatından keçmişlər. (cild 2, iş vərəqə 65) AA2063014 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Əli adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (cild 2, iş vərəqə 66) xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə ittiham aktı müstəntiq tərəfindən tərtib edilərək təsdiq edilməsi üçün ibtidai araşddırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. (cild 2, işvərəqə 74-86) İttiham aktının təsdiq edilməyərək cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə ittiham aktı təsdiq edilməyərək cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi və qeyd olunan qanun pozuntularının aradan qaldırılması üçün cinayət işi əlavə istintaq aparılması üçün Suraxanı RPİ-nin istintaq şöbəsinə qaytarılmışdır. (cild 2, işvərəqə 89-94) İbtidai istintaq müddətinin uzadılması haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay-6 ayadək, yəni 19 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 105- 106) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 4(010)-261/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində, yəni 18 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 119-121) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1,30 qram narkotik vasitə qurudulumuş marixuana, təmiz çəkisi 2,688 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,362 qramm psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,20 qram narkotik vasitə qurudulmuş manrixuana, qalıq çəkisi 2,638 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 2,312 qram psixotrop maddə metamfetmin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk sübut növü kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən külli miqdarda psixotrop maddə metamfetaminin və xeyli miqdarda narkotik vasitə marixuananın mənbəyinə görə cinayət işi materiallarından ayrıca icraatda material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PBnə göndərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmışdır. (cild 2, iş vərəqə 126-135) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 137-139) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-347/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 07 noyabr 2024-cü il tarixinədək uzadılmışdır. (cild 2, iş vərəqə 177-181) Məhkəmə-xəttşünaslıq ekspertizasının 17 iyul 2025-ci il tarixli, 4/987 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 14-cü vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 16-cı vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 17-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədəki imza; 22-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 23-24-cü vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 25-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 26-27-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 28-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 29-cu vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 30-cu vərəqində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 31-32-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 34-cü vərəqində olan izahatın yuxarısında “İmza” qrafasındakı imza və izahatın aşağısında “Rzayev” sözünün qarşısındakı imza; 38-ci, 40-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda “Şübhəli şəxs:” qrafalarındakı imzalar; 35-ci 36-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli protokollarda “Şübhəli şəxs:” qrafalarındakı imzalar; 60-cı vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 61-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 62-63-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqinin aşağısındakı imzalar, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 69-cu vərəqində olan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın surətinin alması barədə sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 71-72-ci vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 73-cü vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 74-75-ci vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 76-cı vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 77-78-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqinin aşağısındakı imzalar, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 119-cu vərəqində olan şübhəli şəxsin tutulması haqqında qərarın surətinin alınması barədə sənəddə “Şübhəli şəxs:” qrafasındakı imza; 121-122-ci vərəqlərində olan vəkillərin siyahısında “Tanış oldum:” qrafalarındakı imzalar; 123-cü vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 124-cü vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədəki imza; 129-cu, 130-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokollarda “Şübhəli şəxs:” qrafalarındakı imzalar; 131-132-ci vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 133-cü vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 134-135-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 136-cı vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “İmza:” qrafasındakı imza; 137-ci, 138-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 139-cu vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 140-cı vərəqində olan tutma haqqında protokolun surətinin alınması barədə sənəddə “Şübhəli şəxs:” qrafasındakı imza; 148-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 149-150-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarda “Qərarla tanış oldum və surətini aldım” qrafasındakı imza; 153-155-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısında “3” rəqəminin qarşısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza və vərəqin aşağısında “3” rəqəminin qarşısındakı imza, 3-cü vərəqində “Şübhəli şəxs:” və “İmza:” qrafalarındakı imzalar; 158-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 165-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 166-168-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqinin aşağısındakı imzalar, 2-ci vərəqindəki imzalar, 3-cü vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 173-cü vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 176-cı vərəqində olan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın surətinin alması barədə sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 178-179-cu vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 180-ci, 181-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokollarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzalar; 182-183-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 189-cu vərəqində olan qətimkan tədbiri seçilməsi barədə qərarın təqdim edilməsi barədə sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 190-cı vərəqində olan xx.xx.2023-cü il tarixli iltizamda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 199-cu vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 205-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 210-213-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqindəki imzalar, 3-cü vərəqində “İmza:” qrafasındakı imza, 4-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 2-ci cildinin 69-cu vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 110-cu vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 125-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 139-cu vərəqində olan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın surətinin alması barədə sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 141-142-ci vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 143-cü vərəqində olan xx.xx.2024-cü il tarixli iltizamda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 143-144-cü vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 146-cı vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 147-148-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqinin aşağısındakı imzalar, 2-ci vərəqindəki imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 150-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 151-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Rayon İcra və probasiya Şöbəsinin verdiyi 05 sentyabr 2025-ci il tarixli, 2-961/25-62-16 saylı məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-161/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. "xxxx" MMC-dən daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, satışı ilə bağlı smslər aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Anmin can das vercem zaka azdi meni soz sozdu at tez”, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Emini 05 patinan mene hecine olan deyil ama senin oxulanixiva s**** seni s**** mene borcu olsun” məzmunda sms mətnləri aşkar olunmuşdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirilmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə, satış məqsədi ilə qanunsuz olaraq təkrarən xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixiotrop maddəni əldə etmə, saxlama və daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında protokollar”, “əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin 28 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini, 18 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasını, istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirini qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 28 oktyabr 2023-cü il tarixdə 01 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 2,362 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi, həmçinin, 18 aprel 2024-cü il tarixdə üzərindən 01 (bir) ədəd «Sobiranio» markalı siqaret qutusundan içərisində 05 ədəd kağız parçası bükümündə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,22 qram, 0,29 qram, 0,28 qram, 0,27 qram ümumi təmiz çəkisi 1,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 2,688 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi və istifadəsində olmuş mobil nömrəsindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə bağlı smslərin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan 28 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi, 18 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasının videoçəkilişlərini əks etdirən DVD disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 28 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” və 18 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 28 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi”, eyni zamanda 18 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edib sonuncunun 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsində saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-ə gətirilib videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin, 18 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-ə gətirilib videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 01 (bir) ədəd «Sobranie» markalı siqaret qutusundan içərisində 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edildiyini təsdiq etmişlər. Beləliklə, 28 oktyabr 2023-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılması, Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gətirilməsi, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2,362 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi və 18 aprel 2024-cü il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşınıda saxlanılması, Bakı şəhəri, Suraxanı RPİnin 32-ci PB-nin inzibati binasına gətirilib orada videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd «Sobranie» markalı siqaret qutusundan içərisində 05 ədəd (03 ədəd qızılı, 02 ədəd gümüşü rəngli) kağız parçası bükümündə xeyli miqdarda, tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,22 qram, 0,29 qram, 0,28 qram, 0,27 qram ümumi təmiz çəkisi 1,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, təmiz çəkisi 2,688 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Narkotik vasitənin və psixotrop maddənin külli və xeyli miqdar təşkil etməsi özüözlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmin narkotik vasitələrin ayrı-ayrı xırda bükümlərdə olması, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsini, istifadəsində olmuş mobil nömrəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə bağlı smslərin olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təkrarən xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixiotrop maddə əldə edib, üzərində saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinin 01 sentyabr 2023-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin nömrəyə daxil olan və çıxan SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenlər tərəfindən qeydiyyata alınmasına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Anmin can das vercem zaka azdi meni soz sozdu at tez” mətndə, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Emini 05 patinan mene hecine olan deyil ama senin oxulanixiva s**** seni s**** mene borcu olsun” məzmunda mesaj aşkar olunmuşdur. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək cinayət işi materiallarında olan bir neçə imza istisna olmaqla qalan imzaların təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyini, cinayət iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini, ekspert qarşısında məhkəməyədək icraat zamanı çəkilmiş imzaların təqsirləndirilən şəxs tərəfindən icra edilib edilməməsi barədə sual qoyulmasını məhkəmədən xahiş etmiş, işin tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının 17 iyul 2025-ci il tarixli, 4/987 saylı rəyi məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, cinayət işinin materiallarında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bununla da, müdafiə tərəfinin mübahisələndirdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi”, 18 aprel 2024-cü il tarixli “şəxsi axtar və götürmə aparılması” zamanı təqdim etdiyi narkotik vasitələrin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, həmin narkotik vasitələrin ayrı-ayrı xırda bükümlərdə olmasına, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsinə, istifadəsində olmuş mobil nömrəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, satışı ilə bağlı smslərin olmasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən hal kimi himayəsində 01 (bir) nəfər azyaşlı uşağının olmasını, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Rzayev X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 2, iş vərəqə 22-27) Həmçinin, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Rayon İcra və probasiya Şöbəsinin verdiyi 05 sentyabr 2025-ci il tarixli, 2-961/25-62-16 saylı məktubu ilə müəyyən edilmişdir ki, Rzayev X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 67.1-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri seçilmiş və MSY-dən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 28 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 379 (üç yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 1,20 qram narkotik vasitə qurudulmuş marixuana, 2,638 qram psixotrop maddə metamfetamin, 2,312 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmaları zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 45 saat olmaqla, ümumilikdə 123 saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumlikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 45 saat olmaqla ümumilikdə 123 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 123 saat hüquqi yardıma görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 995 manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 1,20 qram narkotik vasitə qurudulmuş marixuana, 2,638 qram psixotrop maddə metamfetamin, 2,312 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmaları zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 379 (üç yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 123 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Hafiz Kamranov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-687/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-687/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver