Məhkəmə qərarları › İş №1(101)-688/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-688/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-688/2020 08.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxs, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və müdafiəçilər Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə x xxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 a ünvanında yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur: belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs nisyə olaraq 3.550 manat dəyərində müxtəlif növ meşə materialları almış, həmin materialların dəyərinin bir hissəsini ödəmiş, dəyərinin bir hissəsini isə ödəməyərək borclu qalmış, Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən 81 a saylı evin qarşısına gedib Təqsirləndirilən şəxs borcunun dərhal qaytarmasını tələb edərək sonuncunun ünvanına nalayıq ifadələr işlətmiş, aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs maddi imkanının olmadığını bildirib həmin gün borcunu verə bilməyəcəyini, lakin sabahısı gün qaytaracağını vəd edib Zərərçəkmiş şəxs yaşadığı evin qarşısını tərk etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayıq ifadələr işlətməkdə davam edərək oradan getmədiyindən, Təqsirləndirilən şəxs yumruq və bellə Zərərçəkmiş şəxs sifət və sağ çiyin nahiyələrinə zərbələr vuraraq ona fiziki ağrı yetirmiş, buna baxmayaraq Zərərçəkmiş şəxs oradan getməyib Təqsirləndirilən şəxs ailə üzvlərinin yanında Təqsirləndirilən şəxs ünvanına nalayıq ifadələr işlətdiyindən, Təqsirləndirilən şəxs qəzəblənərək evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına bir zərbə vurmaqla sonuncunun daxili qanaxma, hemopnevmotoraks, hemoperitonium, diafraqmanın və dalağın kəsilmiş yaraları (splenektomiya-dalağın xaric edilməsi) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2017-ci il tarixdən tanımış, aralarında ədavət, düşmənçilik olmamış və qeyd edəcəyi hadisəyədək münasibətləri yaxşı olmuşdur; Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr ərazisində yerləşən X6 icarəyə yer götürərək meşə materiallarının satışı ilə məşğul olmuş, o isə mebel ustası işlədiyi üçün göstərdiyi vaxtdan Zərərçəkmiş şəxs şəkildə meşə materialları aldığından sonuncu ilə tanış olmuş, həmişə olduğu kimi 2019-cu ilin oktyabr ayında növbəti dəfə Zərərçəkmiş şəxs 3.550 manat dəyərində müxtəlif növ meşə materialı nisyə almış, lakin ziyan etdiyi üçün pulu olmamış və borcunu qaytara bilməmiş, Zərərçəkmiş şəxs dəfələrlə borcunu ondan tələb edəndən və 2 dəfə onun yaşadığı Bakı şəhəri Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən 81 a saylı evin qarşısına gəlib pulunu istəyəndən sonra, 500 manat pul düzəldərək Zərərçəkmiş şəxs qaytarmış və qalan 3.050 manat pulu xx xxxxxx 2020-ci il tarixdə verəcəyini boynuna götürmüş, lakin qaytara bilməmiş, həmin gün Zərərçəkmiş şəxs bir neçə dəfə onun mobil telefon nömrəsinə zəng etmiş, lakin borcunu qaytara bilməyəcəyi səbəbindən telefon zənglərinə cavab verməmiş, xx xxxxxx 2020-ci il tarixdə borcunu qaytaracağına dair ona SMS yazmışdır; xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində arvadı Şahid1, qayınanası Şahid2 Xaləddin qızı və 2 azyaşlı uşağı ilə birlikdə yaşadığı göstərilən ünvanda yerləşən evdə olan zaman arvadı Şahid1 Zərərçəkmiş şəxs onların yaşadıqları evin qarşısına gəlib onu səslədiyini bildirmiş, evin qarşısına çıxanda Zərərçəkmiş şəxs idarə etdiyi "Khazar LX minik" markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili evin yaxınlığında saxladığını, özünün isə avtomobilin içərisində olduğunu görmüş, avtomobilin qabaq sağ oturacağında oturmuş, Zərərçəkmiş şəxs borcunu dərhal qaytarmasını ondan tələb etmiş, pulu olmadığı üçün borcunu dərhal verə bilməyəcəyini və xx xxxxxx 2020-ci il tarixdə qaytaracağını demiş, borcunu sabah qaytaracağı ilə əlaqədar aralarında təxminən 20 dəqiqə danışıq olsa da, razılıq əldə olunmamış və Zərərçəkmiş şəxs həmin gün borcu ona qaytarmayanın ünvanına nalayıq ifadələr işlətmiş, o, sonuncuya hər hansı cavab qaytarmayıb avtomobildən düşmüş və Zərərçəkmiş şəxs çıxıb getməsini təklif edərək sabahısı gün borcunu verəcəyini bir daha bildirmiş, Zərərçəkmiş şəxs avtomobildən düşüb yenidən ondan avtomobilə oturmasını tələb edərək borcunu həmin gün çatdırmayacağı təqdirdə başına oyun açdıracağını və bu üsulla borcunu ondan alacağını demiş, təkrarən Zərərçəkmiş şəxs getməsini təklif edib yaşadığı evin həyətinə doğru hərəkət etməyə başlayanda, sonuncu onun ünvanına nalayıq söyüşlər söyə-söyə arxasınca getdiyindən və oranı tərk etmədiyindən, arxaya çevilib yumruqla onun sifətinə 2 zərbə endirmiş, lakin, Zərərçəkmiş şəxs oradan getməyib yenidən onu nalayıq söyüşlərlə söydüyündən, oradan getsin deyə küçədə tanımadığı süpürgəçilərin birinin qoyduğu beli götürüb Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə bir zərbə vurmuş və beli yerə atmış, bu vaxt orada yaranmış səs-küyə evin qarşısına çıxan arvadı Şahid1 və qayınanası Şahid2 onun hirsli olduğunu Zərərçəkmiş şəxs nəzərinə çatdırıb sonuncudan oradan getməsini xahiş edərək sabahısı gün borcunun veriləcəyini etmişlər, Zərərçəkmiş şəxs yenidən nalayıq ifadələr işlədərək pulu almayacağı halda oradan getməyəcəyini bildirmiş, bunu görüb evin içərisinə daxil olaraq mətbəxdən 1 ədəd meyvə doğrayan bıçağı götürmüş və əlində saxlayıb evin qarşısına çıxaraq Zərərçəkmiş şəxs bir daha oradan getməsini tələb etmiş, Zərərçəkmiş şəxs borcunu almayacağı təqdirdə oradan getməyəcəyini bildirərək və oradan getməyərək nalayıq söyüşlər söyməkdə davam etdiyindən, o, qaynanasının və arvadının yanında özünü təhqir olunmuş hesab edərək, əlindəki meyvə bıçağı ilə Zərərçəkmiş şəxs qarnının sol tərəfinə bir zərbə vurmuş və evin həyətinə keçərək bıçağı orada yerə atmış, sonra evin qarşısına qayıdıb xəsarət almış Zərərçəkmiş şəxs sonuncunun öz avtomobili ilə 5 saylı xəstəxanaya aparmış və orada həkimlər ona tibbi yardım göstərmişlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr ərazisində yerləşən X6 yer icarəyə götürərək orada meşə materiallarının satışı ilə məşğul olduğundan və 2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs ondan nəqd şəklində bir neçə dəfə meşə materialları aldığından sonuncudan tanış olmuşlar, aralarında ədavət, düşmənçilik olmamaqla münasibətləri yaxşı olmuşdur; 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb materialları qəbul edəndən sonra pulunu göndərəcəyini deyərək ona meşə materialları göndərməsini xahiş etmiş, Təqsirləndirilən şəxs 3.550 manat dəyərində meşə materialları göndərmiş, lakin, meşə materiallarını qəbul edəndən sonra, Təqsirləndirilən şəxs pulunu göndərmədiyindən, ona zəng edərək pulunu tələb etmiş, Təqsirləndirilən şəxs aldığı materialların pulunu qısa müddət ərzində verəcəyini desə də, söz verdiyi müddətdə qaytarmadığı üçün Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etmiş, bundan sonra, Təqsirləndirilən şəxs borcundan 500 manatını qaytarsa da, 3.050 manat pulunu qaytarmadığı üçün sonuncuya dəfələrlə zəng edəndə Emin onun mobil telefon nömrəsinə cavab verməmiş, o, Təqsirləndirilən şəxs ondan aldığı materialların pulunu verməkdən yayındığını düşünüb Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi yeri dəqiqləşdirmiş və borcunu geri almaq məqsədilə təxminən 3-4 ay əvvəl Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən 81A saylı evin qarşısına getmiş, orada Təqsirləndirilən şəxs yaşadığı evdən çıxmasını bir müddət gözləyəndən sonra, sonuncu yaşadığı evdən çıxanda evin qarşısında onu görüb onunla söhbətdən yayınaraq idarə etdiyi minik avtomobilinin salonuna daxil olmuş və avtomobili hərəkətə gətirərək oradan getdiyindən, Təqsirləndirilən şəxsla görüşə bilməmişdir; hadisədən təxminən 2-3 ay əvvəl borcunu geri almaq məqsədilə ikinci dəfə Təqsirləndirilən şəxs yaşadığı qeyd olunan yerdə yerləşən evin qarşısına getmiş və onu səsləyəndə, Təqsirləndirilən şəxs arvadı evdən bayıra çıxaraq Təqsirləndirilən şəxs evdə olmadığını dediyindən, oradan getmişdir; xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib borcunu istəyəndə, sonuncu Qəbələ rayonunda olduğunu deyib xx xxxxxx 2020-ci il tarixdə geri qayıdacağını və həmin gün ona olan borcu verəcəyini demiş, göstərilən tarixdə bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab vermədiyindən, həmin gün, saat 17:00 radələrində idarə etdiyi "Khazar LX minik" markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gedib avtomobili orada saxlayaraq Təqsirləndirilən şəxs səsləmiş, çağırış səsinə evdən bayıra çıxan Təqsirləndirilən şəxs arvadı onun xahişi ilə Təqsirləndirilən şəxs xəbər verəndən sonra, sonuncu evdən bayıra çıxaraq avtomobilin salonuna daxil olmuş, orada Təqsirləndirilən şəxsla danışaraq borcunu istəmiş, sonuncu pulunun olmadığını dediyindən, bir neçə dəfə verdiyi sözə əməl etməməsini Eminə xatırladaraq dərhal pulunu qaytarmasını tələb etmiş, bu vaxt Təqsirləndirilən şəxs borcunu qaytara bilməyəcəyini deyib avtomobildən düşərək yaşadığı evə tərəf getmiş, o da, avtomobildən düşərək Eminin arxasınca getmiş və borcunu qaytarmayanın ünvanına nalayıq ifadə işlədib borcunu tələb edəndə, aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxsla əlbəyaxa olmuş, sonuncu yumruqla onun sifətinə 2 zərbə endirib oradan getməsini tələb etmiş, lakin, borcunu almayacağı halda oradan getməyəcəyini deyəndə, Təqsirləndirilən şəxs küçədə yerdə qoyulmuş beli götürüb onun sağ çiyin nahiyəsinə bir zərbə endirmiş, bu zaman orada yaranmış səs-küyə yaşadıqları evdən bayıra çıxmış Təqsirləndirilən şəxs adlarını və soyadlarını bilmədiyi arvadı və qayınanası ilə danışan zaman Təqsirləndirilən şəxs evin həyətinə daxil olmuş, aradan təxminən 2-3 dəqiqə keçəndən sonra evin qarşısına çıxan Təqsirləndirilən şəxs gözləmədiyi halda əlindəki bıçaqla onun qarnının sol tərəfinə bir zərbə endirmiş və ikinci dəfə zərbə endirmək istəyərkən o, oradan bir qədər aralıda saxladığı avtomobilə tərəf qaçmış, Təqsirləndirilən şəxs onun xəsarət aldığını görüb dərhal onun avtomobilini idarə edərək onu 5 saylı xəstəxanaya aparmış və orada həkimlər ona tibbi yardım göstərib əməliyyat etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs sonradan tanıdığı arvadı Şahid1 və qayınanası Şahid2 evin qarşısına çıxaraq olanların şahidi olmuşlar; eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, Zərərçəkmiş şəxs meşə materiallarının satışı ilə məşğul olduğundan və əri Təqsirləndirilən şəxs mebel ustası işlədiyi üçün bir neçə dəfə ondan nağd şəkildə meşə materialları almış, axırıncı dəfə 2019-cu ilin oktyabr ayında əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3.550 manat dəyərində müxtəlif növ meşə materialları nisyə alsa da, sonradan ziyan etdiyi üçün maddi imkanı olmadığından borcunu qaytara bilməmiş, Zərərçəkmiş şəxs dəfələrlə əri Təqsirləndirilən şəxs borcunu tələb edəndən sonra, əri Emin 500 manat pul düzəldərək Mirasa qaytarmış və qalan 3.050 manat pulu verəcəyini boynuna götürmüş, Zərərçəkmiş şəxs 2 dəfə onların kirayə yaşadıqları Bakı şəhəri Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən 81 a saylı evin qarşısına gəlib borcunu tələb etmiş, pulu olmadığından əri Emin borcunu qaytara bilməmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində əri Təqsirləndirilən şəxs, anası Şahid2 və 2 azyaşlı uşağı ilə birlikdə yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs onların yaşadıqları evin qarşısına gəlib əri Emini səsləmiş, o, bu barədə Eminə məlumat vermiş, Emin evin qarşısına çıxıb Zərərçəkmiş şəxs gəldiyi "Khazar LX minik" markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş, təxminən 10-15 dəqiqə keçəndən sonra evin qarşısında əri Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etmələrini eşitmiş, anası Şahid2 ilə birlikdə evin qarşısına çıxmış, ətrafda başqa heç kim olmamış, onlara yaxınlaşanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayıq ifadələr işlədərək borcunu tələb etməsini, sonuncunun isə sabahısı gün borcunu qaytaracağını deyərək Zərərçəkmiş şəxs oradan çıxıb getməsini xahiş etdiyini eşitmiş, o, anası Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs sabahısı gün borcunu qaytaracaqlarını deyib oradan getməsini xahiş edəndə, sonuncu Təqsirləndirilən şəxs ünvanına nalayıq ifadələr işlədərək belin sapını onun düz bağırsağına yerləşdirəcəyini bir neçə dəfə demiş, o, anası Şahid2 və əri Emin Zərərçəkmiş şəxs oradan çıxıb getməsini xahiş etmiş, sonuncu oradan getmədiyindən, Emin evin içərisinə daxil olmuş, aradan təxminən 2-3 dəqiqə keçəndən sonra evin qarşısına qayıdıb onlara yaxınlaşaraq gözləmədiyi halda əlindəki bıçaqla Zərərçəkmiş şəxs qarnının sol tərəfinə bir zərbə endirmiş və evin həyətinə keçmiş, az sonra evin qarşısına çıxan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət aldığını görüb sonuncunu avtomobili ilə xəstəxanaya aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 fiadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində kirayənişin yaşadığı Bakı şəhəri Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən 87 a saylı evə gedən zaman qonşuluqda kirayənişin yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımadığı Zərərçəkmiş şəxsla söhbət etməsinin şahidi olmuş, 20-25 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi haqqında eşidəndə evin qarşısına çıxmış, orada gedən söz-söhbətdən ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meşə materialları nisyə götürsə də, pulunu verə bilmədiyindən sonuncu onun yaşadığı evin qarşısına gəlib Təqsirləndirilən şəxs borcunu tələb etmiş, bu vaxt aralarında mübahisə yarandığından, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmiş və sonuncunun xəsarət aldığını görüb xəstəxanaya aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdədə saat 17 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən 82 a saylı evin həyətində olan zaman qonşusu Şahid1 ağlaşma səsinə evin qarşısına çıxmış, evin qarşısına çıxanda orada sonuncunun anası Şahid2 ilə birlikdə olduğunun və ağladığının şahidi olmuş, Şahid1 ağlaşma səsinə digər qonşuları Şahid5 və Şahid6 da evin qarşısına çıxmış, Şahid1 bildirmişdir ki, əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meşə materialları nisyə götürmüş, pulunu qaytara bilmədiyindən az öncə sonuncu onların yaşadıqları evin qarşısına gedib Təqsirləndirilən şəxs borcunu tələb etmiş, Təqsirləndirilən şəxs borcunu verəcəyini deyərək Zərərçəkmiş şəxs oradan çıxıb getməsini tələb etmiş, Zərərçəkmiş şəxs oradan getmədiyi üçün aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmiş və xəstəxanaya aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində göstərdiklərini təsdiq etmişlər (1-ci cild iş vərəqi 112-116). İşdə olan «Hadisə yerinə baxış aparılması haqqında" xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs kirayənişin yaşadığı Bakı şəhəri Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən 81 a saylı evin qarşısında Zərərçəkmiş şəxs yumruq, bel və bıçaqla xəsarətlər yetirməsi aydın olur (1-ci cild iş vərəqi 11-18). İşdə olan paltara baxış keçirilmə və götürülmə haqqında xx xxxxxx 2020-ci il tarixli protkoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın, həmçinin sonuncuya bıçaqla xəsarət yetirilən zaman əynində olmuş paltarlara baxış aparılaraq götürülmüşlər. (1-ci cild iş vərəqi 38-41). İşdə olan bıçağa baxış keçirilmə və götürülmə haqqında xx xxxxxx 2020-ci il tarixli protkoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq baxış zamanı götürülmüşdür (1-ci cild iş vərəqi 52- 54) İşdə olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protkoldan görünür ki, ifadəsində göstərilən yerin mövcud olmasını, hadisənin mexanizmini, öz hərəkətlərinin xarakter və xüsusiyyətləri ilə əlaqədar ayrı-ayrı halların müəyyən edilməsini düzgün və dəqiq göstərərək ifadəsini bir daha təsdiq etmişdir (1-cild iş vərəqi 62-65). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tariixli qərardan görünür ki, cinayətin aləti olmuş bir ədəd bıçaq və paltarlar xüsusiyyət və əlamətlərinə, mənşəyinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən vasitələr olduğu üçün maddi sübut qismində tanınmış və Nərimanov rayon Polis İdarəsində məsul saxlanışa verilmişdir (1-ci cild iş vərəqi 211-230). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxx 2020-ci il tarixli 156 saylı ekspert rəyindən görünür ki; - 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət daxili qanaxma, hemopnevmotoraks, hemoperitonium, diafraqmanın və dalağın kəsilmiş yaraları (splenektomiya-dalağın xaric edilməsi) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, göstərilən şəraitdə əmələ gələ bilər, müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aiddir; xəsarət yetirilərkən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısı xəsarət yetirənə tərəf olmaqla müxtəlif vəziyyətlərdə (şaquli, üzbəüz, yarımoturaq və s.) ola bilər”; hadisə baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş maykanın və köynəyin üzərində olan zədələrlə bədənində aşkar edilmiş xəsarətlər eynilik təşkil edir (1-ci cild iş vərəqi 99-101). İşdə olan kompleks məhkəmə-trasoloji və soyuq silah ekspertizası üzrə x xxx 2020-ci il tarixli 3/223; 224 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilməməklə bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən əlavə və ya düzəlişlər edilməmişdir; ekspertizaya təqdim edilmiş köynəyin və maykanın üzərində 1 ədəd zədə vardır; həmin köynəyin və maykanın üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən bıçaq və ya ona bənzər xassəli hər hansı kəsici, deşici əlamətlərə malik olan alətin təsiri ilə soldan sağa doğru istiqamətində yaranmağa xarakterik zədələrdir; tədqiqata təqdim edilmiş köynəyin və maykanın üzərində olan zədələr ümumi əlamətlərinə əsasən təqdim edilən bıçağın təsirindən də, yarana bilər; Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərlə ona məxsus paltarların üzərində olan zədələr yerləşmə sahəsinə (sol tərəf) görə uyğunluq təşkil edir və üst-üstə düşürlər (1-ci cild iş vərəqi 206-207). İşdə olan ambulator məhkəmə-psixiolji yoxlama üzrə xx xxxxx 2020-ci il tarixli 663 saylı ekspert rəyindən görünür ki; ATəqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmur, əməli törədən vaxt və hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk və onları idarə etmə iqtidarında olduğundan, anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur (1-ci cild iş vərəqi 209-210) İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 66). İşdə olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-cü cild iş vərəqi 93-94). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (1ci cild iş vərəqi 95-97). İşdə olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır(1-ci cild iş vərəqi 173). İşdə olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşyış yeri üzrə müsbət xarakterizə olunur (1-ci cild iş vərəqi 174). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Nərimanov rayon polis idarəsində saxlanıan 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikndən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatın dəyəri – 65 (almış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Nərimanov rayon polis idarəsində saxlanıan 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci - məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatın 65 (almış beş) manat dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar