Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-688/2021 30.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1976-cı il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 14-də yaşayan, 19 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 avqust 2020-ci il tarixdə, saat 23 radələrində kirayəyə verdiyi ünvan 1 ünvanının həyətində evindən ona məxsus su qızdırıcısının (pitiminutka) və soyuducu matorunun oğurlanmasında günahlandırıb evindən çıxartmaq istəməsi səbəbindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla qəsdən sonuncunu vuraraq ona qarının sağ yarısının ön divarının qarın boşluğuna keçərək böyük piyliyin eventrasiyasına, mədənin, mədəaltı vəzin kapsulasının və köndələn-çənbər bağırsaq müsariqəsinin yaralanmasına səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona məxsus olan ünvan 2 ünvanındakı evi gündəlik 10 manata olmaqla hadisədən təxminən 10 gün əvvəl zərər çəkmiş Zərərçəkmiş şəxs və onun ailəsinə kirayəyə vermişdir. Özü isə qonşuluqda, demək olar ki, eyni həyətdə yaşamışdır. O, hər gün kirayəyə verdiyi həmin evə gedərək həm 10 manat pulu almış, həm də evinin əmlakına və səliqəli saxlanılmasına nəzarət etmişdir. Evi Zərərçəkmiş şəxs kirayə verdikdən bir neçə gün sonra həmin evə getmiş, Sənanın anası Rənanın yanında tanımadığı bir oğlan görmüş, sonuncudan həmin şəxsin kim olduğunu soruşduqda, Rəna qeyri-rəsmi nikahda yaşadığı şəxs olduğunu ona demişdir. Hadisədən təqribən iki gün əvvəl kirayə verdiyi evə getdikdə ehtiyat olaraq saxladığı özünə məxsus ptiminutkanın (burada: su qızdırıcısı) və soyuducu matorunun yerində olmadığını görmüşdür. Ona məxsus su qızdırıcısı çıxarılıb aparılmış, onu aldatmaq üçün isə yerinə «Bosh» firmasına aid su qızdırıcısının üzlüyü divara taxılmışdır. Buna görə Sənanla mübahisə etmiş, lakin Sənan boynuna almamış, soyuducunun matorunun isə, ümumiyyətlə əvvəlcədən olmadığını bildirmişdir. O, Sənangilə iradlarını bildirmiş, onlara onun xəbəri olmadan özbaşına hərəkətlər etdiklərini, oğurluq etdiklərini bildirmişdir. Növbəti gün o, kirayə verdiyi evin kilid-açarlarını dəyişmiş, Sənanın anası Rənaya zəng edib əşyalarını götürüb evi tərk etmələrini tələb etmək istəmiş, lakin sonuncu telefon zənginə cavab verməmişdir. 18 avqust 2020-ci il tarixdə, saat 23 radələrində səs-küy eşidib kirayə verdiyi evin həyətinə keçmiş, evinin həyətinə daxil olan zaman həyətdə olan hamamdan Sənan eşiyə çıxmışdır. Belə ki, Sənan özbaşına hasardan aşaraq kirayədə verdiyi evin hamamına girmişdir. Sənan ona tərəf gəlmiş, belindən mətbəx bıçağına oxşar bir ədəd bıçaq çıxardaraq onun üzərinə gəlmişdir. Sənan bıçaqla onu hədələyərək onları evdən çıxartdığına görə onu bıçaqlayacağı ilə hədələmişdir. Çox qorxmuş, lakin başqa çıxış yolu görməyib Sənanın əlində olan bıçağı almağa cəhd etmişdir. Lakin bıçaq onun əlindən burxularaq Sənanın qarnına girmişdir. Sənan yaralandığını görüb qaça-qaça oradan uzaqlaşmışdır. Təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə baş verən zaman həyətdə ikisindən başqa heç kəs olmamışdır. Onun özündə bıçaq olmamış, əvvəlcədən Sənanı vurmaq niyyəti olmamışdır. Hadisədən sonra o, yaşadığı evdə olarkən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları gəlib onu baş vermiş hadisə ilə əlaqədar polis şöbəsinə aparmışlar. O, Sənanın müalicə xərclərini ödəmiş, Sənanla və onun ailə üzvləri ilə barışmış, tutduğu əməldən səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmiş, həmçinin hadisənin baş vermə səbəbləri, motivləri barədə məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə vermişdir. İstintaq hərəkəti fotoşəkillərdə əks olunmuş və protokola əlavə edilmişdir (iş vərəqə: səh. 92-93, 94). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayonundan olan qohumları onların kirayədə yaşamaq üçün ev axtardıqlarını bildikləri üçün kirayədə yaşadıqları ünvan 1 ünvanını, yəni cinayət hadisəsinin baş verdiyi evin yaşamaq üçün əlverişli və məsləhtli olduğunu onlara bildirmişlər. O, və anası Rəna günü 10 manat ödəniş etmək şərti ilə evin sahibi – baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə həmin evdə kirayədə yaşamağa razılaşmışlar. Yaşadıqları müddətdə Ruhiyyə ilə onların arasında heç bir problem olmamışdır. 18 avqust 2020-ci il tarixdə, saat 23 radələrində kirayədə yaşadıqları evin həyətinin giriş qapısının açarı anası Rənada qaldığından və sonuncu evdə olmadığından o, hasardan aşaraq həyətə düşmüşdür. Belə ki, tualet tələbatını ödəmək, sonra isə evə daxil olub yatmaq istəmişdir. O, hasardan aşdıqdan sonra həyətdə olan hamam-tualetə daxil olmuş, tələbatını ödəmiş və tualetdən çıxanda həyətdə ev sahibi Ruhiyyə ilə rastlaşmışdır. Ruhiyyənin əlində mətbəx bıçağı görmüş, sonuncu ona heç nə demədən onun üzərimə hücüm çəkmişdir. Ruhiyyə bıçağı birinci dəfə ona tərəf vurduqda o, əli ilə özünü müdafiə etmiş və xəsarət almamışdır. Lakin ikinci dəfə bıçağı ona tərəf vurduqda o, qarın nahiyyəsindən xəsarət almışdır. Hadisə vaxtı həyətdə yalnız ikisi olmuş, sonradan isə səs-küyə ora çox adam gəlmişdir. Lakin halsız olduğu üçün kimlərin orada olduğunu bilməmişdir. Hadisədən sonra isə gözlərini açdıqda Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasında (ŞKX) olduğunu bilmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, yaşadıqları müddətdə Ruhiyyə ona məxsus su qızdırıcısı və ya soyuducu matoru barədə ona heç nə deməmiş, ondan belə bir tələb etməmişdir. Amma Ruhiyyənin onun anası ilə bu mövzuda söhbət edibetməməsini ümumiyyətlə bilməmişdir. Xəstəxanada müalicə aldığı müddətdə və daha sonra Ruhiyyə onun müalicə xərclərinə kömək etdiyindən o, Ruhiyyə ilə barışmış, onu bağışlamış, ona qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadəsində göstərdiyi, təqsirləndirilən Təqsirləndirilən şəxs isə məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi ifadələrində göstərdiyi xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (iş vərəqə: səh. 88-91). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Bakıda yaşamaq üçün kirayə ev axtararkən Yevlax rayonundan olan qohumları onların kirayədə yaşamaq üçün ev axtardıqlarını bildikləri üçün kirayədə yaşadıqları ünvan 2 ünvanını yaşamaq üçün əlverişli olduğunu onlara demişlər. Ev sahibi baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə görüşmüş, özü və oğlu Sənan günü 10 manat kirayə haqqı ödəmək şərti ilə onunla razılaşmışlar. Ruhiyyə ilə heç bir ədavəti və düşmənçiliyi olmamış, yaşadıqları müddətdə onunla aralarında heç bir problem olmamışdır. Ruhiyyə axır vaxtlar yaşadıqları evə gələrək evdən oğurluqlar edilməsini, konkret olaraq su qızdırıcısı və soyuducu matorunun oğurlanmasını bildirmiş, əlində tutarlı əsaslar olmadan onları günahlandırmış, onları evdən çıxartmaq üçün özündən bəhanələr uydurmuşdur. Şahid ifadəsinin davamında göstərdi ki, 18 avqust 2020-ci il tarixdə, saat 23 radələrində oğlu Sənan qanı axa-axa yaşadıqları evin yerləşdiyi həmin küçədə gəlib onu tapmış və Ruhiyyənin heç bir əsaslı səbəb göstərmədən onu bıçaqladığını bildirmişdir. O, dərhal təcili tibbi-yardım çağıraraq oğlunu Sabunçu rayon 3 saylı ŞKX-na aparmış, Sənanı orada əməliyyat elətdirmişdir. Oğlunun deməsinə görə hadisə olan vaxt kirayədə yaşadıqları evin açarı onda (Şahid) olduğundan oğlu Sənan kirayədə yaşadıqları evin həyətinə hasardan aşaraq daxil olmuş, tualetə girib tələbatını ödəyib tualetdən çıxarkən Ruhiyyə həyətə daxil olmuş və əlindəki mətbəx bıçağı ilə oğluna qarın nahiyyəsindən xəsarət yetirmişdir. Şahid ifadəsinin yekununda göstərdi ki, oğlunun müalicəsi vaxtı Ruhiyyə onlara 2500 manat pul ödəmişdir. Ona görə də o, ərizə ilə istintaq orqanına müraciət edib Ruhiyyəyə qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 28 noyabr 2020-ci il tarixli, 1800 saylı rəyindən görünür ki, tibbi tədqiqat zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs qarının sağ yarısının ön divarının qarın boşluğuna keçərək böyük piyliyin eventrasiyasına, mədənin, mədəaltı vəzin kapsulasının və köndələn-çənbər bağırsaq müsariqəsinin yaralanmasına səbəb olan 1 (bir) ədəd deşilmişkəsilmiş yara olduğu müəyyən edilmişdir. Müəyyən olunan həmin xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, hadisənin baş verdiyi 18 avqust 2020-ci il tarixdə və şəraitdə bıçaqla yetirilməsçi inkar olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmaya aiddir. Tədqiq olunan rəydən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs müəyyən olunan xəsarət xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (iş vərəqə: səh.99-101). Məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 28 oktyabr 2020-ci il tarixli, 2162 saylı rəydən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Tədqiqatla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, qeyd olunan cinayət törədən anda öz hərəkətlərini anlamaq, dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosionallıq, özünə qarşı hörmət tələb etmək, çılğınlıq, qıcığa qarşı həssaslıq, inadkarlıq kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hazırda baş verənləri düzgün qavrayıb təsvir etmək, ifadə vermək qabiliyyətinə malikdir.O, qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs, həmçinin cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (iş vərəqə: səh.95-98). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində 18 avqust 2020-ci il tarixdə zərər çəkmiş Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu bıçaqla vurub xəsarət yetirməsini ehtiyatsızlıqdan, yəni Zərərçəkmiş şəxs onu bıçaqla vurmaq istərkən sonuncunun əlindən bıçağı almaq istəyən zaman bıçağı almağı cəhd göstərməsi və əlində burxularaq Zərərçəkmiş şəxs qarın nahiyyəsinə girməsi ilə əlaqədar göstərdiklərini təqsirləndirilən şəxsin seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 avqust 2020-ci il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 71). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, onun müalicəsi ilə əlaqədar təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı ona 2500 (iki min beş yüz) manat, məhkəmə baxışı zamanı isə daha 500 (beş yüz) manat pul ödənilməklə ona vurulan maddi ziyanın tam ödənildiyini göstərmişdir (iş vərəqə: səh. 71, iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını həmin Məcəllənin 59.1.13-cü maddəsinə, əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 19 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2020-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edildiyindən onun həbsdə saxlanıldığı 1 (bir) gün Təqsirləndirilən şəxs təyin olunan əsas cəza müddətinə hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 20 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-688/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-688/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver