Məhkəmə qərarları › İş №1(101)-688/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-688/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-688/2022 25.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 4-da qeydiyyada olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq ünvan 1 ünvanda yerləşən mənzildə X5 xarici əlamətləri və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda narkotik vasitə 6 ədəd siqaret kağızı bükümündə ayrıayrılıqda təmiz çəkiləri 3,237 qram, 0,461 qam, 1,280 qram, ümumi təmiz çəkisi 4,978 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,093 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,276 qram ağ rəngli kristall şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, əynində olan ağ rəngli şortikin sağ yan cibində saxlayıb daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda yerləşən mənzildə saxlanılıb ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli şortikinin sağ yan cibindən 6 ədəd siqaret kağızı bükümündə ayrı- ayrılıqda təmiz çəkiləri 3,237 qram, 0,461 qam, 1,280 qram, ümumi təmiz çəkisi 4,978 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,093 qram, 0,064 qram, ümumi təmiz çəkiləri 0,276 qram ağ rəngli kristall şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 iyul 2021-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında yerləşən həyət evində olarkən bir neçə nəfər polis əməkdaşı evə daxil olub, onu və qardaşı X4 tutaraq post patrul avtomobili ilə Suraxanı RPİ-nə aparmışlar. Həm evdən çıxarılarkən, həm də yolda polis əməkdaşları tərəfindən döyülmüşdür. Həmin vaxt avtomobildə 3 nəfər polis əməkdaşı olmuşdur. X3 polis əməkdaşları ilə gəlməkdən imtina etmişdir. Axşama qədər polis idarəsində otaqlardan birində saxlanılmışdır. Axşam saatlarında polis əməkdaşları tərəfindən yenidən fiziki təzyiqə məruz qalmışdır. Bundan sonra polis əməkdaşı ona 6 ədəd büküm vermiş, əməlini CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirib, üzərinə videoçəkilişlə şəxsi axtarış axtarış aparılarkən həmin bükümlərin özünə məxsus olduğunu deməyə məcbur etmişlər. Əlacsız qalıb həmin bükümləri götürüb əynindəki ağ rəngli şortikin sağ yan cibinə qoymuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulmuş, nəyi varsa stolun üzərinə qoyması təklif edilmişdir. Odur ki, polis əməkdaşı tərəfindən ona verilmiş 6 ədəd bükümü çıxarıb stolun üzərinə qoyub yalandan həmin bükümlərin özünə məxsus olduğunu demişdir. Sonra həmin 6 ədəd büküm qablaşdırılmışdır. Digər iştirakçılar kimi zərfin üzərinə imza etmişdir. Daha sonra müdafiəçisinin iştirakı ilə müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində dindirilərkən polis əməkdaşları tərəfindən yenidən təzyiqə məruz qalacağını düşünüb, etirafedici məzmunda ifadə vermişdir. Həqiqətdə isə hadisə hazırda ifadədə göstərdiyi kimi baş vermişdir. Ona verilən ittihamla razı deyildir. Heç vaxt narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əlisgəndər oğlu ifadəsində göstərdi ki, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyul 2021-ci il tarixdə ünvan 4-da yaşayan X9 evində tiryəkxana təşkil etdiyi, narkotik vasitələrin saxlanması, satışı və istifadə etdiyi barədə işlədiyi idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru X12 həmin məlumatın yoxlanılması və X9 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı RPİ-nin rəisinə raportla məruzə etmiş və sonuncu məlumatın yoxlanılmasına icazə vermişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri X12, üzvləri isə o, RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, RPİnin CAŞ-nin kiçik inspektoru Şahid4, RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili X6 təyin olunmuşdur. Həmin gün saat 11:30-da o və qrupun üzvləri ünvan 5 ünvanına gedib evə daxil olmuşlar. Həmin vaxt evdə X5 başqa X7, X10, X11, X15, X2 və Təqsirləndirilən şəxs olmuşdur. Onlar xidməti vəqisələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxsləri Suraxanı RPİ-nin inzbati binasına gətirmişlər. Saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs idarənin inzibati binasında yerləşən otaqlardan birinə gətirilmiş, orada ona müdafiəçi dəvət olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs təhqiqatçının təklifindən sonra əynində olan ağ rəngli şortikin sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli, üç ədəd siqaretin göy rəngli, bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ümumilikdə 6 ədəd bükümü könüllü olaraq çıxarıb stolun üstünə qoymuşdur. Təqdim etdiyi bükümlərin içərisində qəhvəyi rəngli maddələr narkotik vasitə olan heroinə, ağ rəngli kristallardan ibarət olan kütlə psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümdə «kakos» və «şüşə» olduğunu, həmin narkotik maddələri bir evdə yaşadığı qardaşı Faiqdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər zərfə qoyulub qablaşdırılmışdır. Sonda şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilmiş, həm zərfin üzəri, həm də protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və X6 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyul 2021-ci il tarixdə rayonun Əmircan qəsəbəsi 1 may küçəsi, ev 9da yaşayan X9 evində tiryəkxana təşkili, narkotik vasitələrin saxlanması, satışı və istifadə etməsi barədə işlədiyi idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Suraxanı RPİ-nin NMBnin rəisi, polis mayoru X12 həmin məlumatın yoxlanılması və X9 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı RPİ-nin rəisinə raportla məruzə etmiş və rəis məlumatın yoxlanılmasına icazə vermişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri X12, üzvləri o, RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Əlisgəndər oğlu, RPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid3, RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid4, RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili X6 təyin olunmuşdur. Həmin gün saat 11:30-da qrupun üzvləri ilə birlikdə ünvan 5 ünvanına gedib, evə daxil olmuşlar. X5 başqa evdə X7, X10, X11, X15, X2 və Təqsirləndirilən şəxs olmuşdur. Onlar xidməti vəqisələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxsləri Suraxanı RPİ-nin inzbati binasına gətirmişlər. Saxlanılanlardan Təqsirləndirilən şəxs idarənin inzibati binasında yerləşən otaqlardan birinə gətirilmiş, orada ona müdafiəçi dəvət olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının təklifindən sonra əynində olan ağ rəngli şortikin sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli, üç ədəd siqaretin göy rəngli, bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ümumilikdə 6 ədəd bükümü çıxarıb stolun üstünə qoymuşdur. Onun təqdim etdiyi bükümlərin içərisindən qəhvəyi rəngli maddələr narkotik vasitə olan heroinə, ağ rəngli kristallardan ibarət olan kütlə psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümdə «kakos» və «şüşə» olduğunu, həmin narkotik maddələri bir evdə yaşadığı qardaşı Faiqdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Sonda şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edilmiş, həm zərfin üzəri, həm də protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşin 44-48-ci vərəqlərindəki materialların məhkəmə ekspertizasının 13 iyul 2021-ci il tarixli 6/2824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN-nin «Zərflər üçün № 45 möhür əksi, Vət.Təqsirləndirilən şəxs...» və sair yazılar olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,237 qram, 0,461 qram, 1,280 qram, ümumi təmiz çəkisi 4,978 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 3 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,093 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,276 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»nin siyahısına (Siyahı İ) daxildir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi - 4,978 qram, tədqiqata sərf edildi - 0,06 qram, qalıq - 4,918 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 0,276 qram, tədqiqata sərf edildi - 0,06 qram, qalıq - 0,216 qram). İşin 155-160-cı vərəqlərindəki materialların məhkəmə ekspertizasının 29 iyul 2021-ci il tarixli 6/3039 saylı rəyindən görünür ki, üzərində «...Vət.Təqsirləndirilən şəxs...» sözləri olan 3 nömrəli zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 4,918 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə, üzərində «...X9 üzərindən...» sözləri olan 6 nömrəli zərfdəki 6 ədəd bükümdə ümumi təmiz çəkisi 8,088 qram, üzərində «...X9 evindən...» sözləri olan 2 ədəd sellofan bükümdə və plastik qabın içərisində 2 ədəd kağız bükümdə ümumilikdə 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 6 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 541,79 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə 3 nömrəli zərfdəki heroinlərdən fərqlidir. Üzərində «....Vətəndaş Təqsirləndirilən şəxs ...» sözləri olan 3 nömrəli zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,216 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə, üzərində «X9 üzərindən...» sözləri olan 6 nömrəli zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,633 qram olan, üzərində «...X9 evindən...» sözləri olan bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 114,59 qram olan və bir ədəd zərfdə 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,136 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. İşin 164-165-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 avqust 2021-ci il tarixli 3091 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 169-170-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 iyul 2021-ci il tarixli 1665 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlaməti aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədərkən öz əməlinin laktiki xarakterini və ictimai təhlükəlıliyını dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 37-38-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 12 yul 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan ağ rəngli şortikin sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli, üç ədəd siqaretin göy rəngli, bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ümumilikdə 6 (altı) ədəd olan bükümü könüllü olaraq çıxararaq stolun üstünə qoyur. Üç ədəd siqaretin gümüşü rəngli kağızına bükülü halda kütlələri çıxarıb təqdim edir. Onun təqdim etdiyi bükümlərin içərisindən qəhvəyi rəngli maddələr narkotik vasitə olan heroinə, ağ rəngli kristallardan ibarət olan kütlə psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümdə olan narkotik vasitə kimi tanıdığı kakos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri bir evdə yaşadığı qardaşı Faiq adlı şəxsdən aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 ədəd bükümdə narkotik maddələr bir ədəd zərfdə qablaşdırılır. Zərfin üzəri şəxsi axtarış və götürmədə iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanır. İşin 63-cü vərəqindəki diskə baxış keçirilməsi haqqında 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarət DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl vardır. Faylda olan videogörüntü 12 iyul 2021-ci tarixdə çəkilmişdir. Videoçəkilişdən görünür ki, Suraxanı RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs təhqiqatçının təklifdən sonra əynində olan ağ rəngli şortikin sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli, üç ədəd siqaretin göy rəngli, bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ümumilikdə altı ədəd olan bükümü çıxarıb stolun üstünə qoyur. Onun təqdim etdiyi bükümlərin içərisindən qəhvəyi rəngli maddələr narkotik vasitə olan heroinə, ağ rəngli kristallardan ibarət olan kütlə psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi altı ədəd bükümdə olan narkotik vasitə kimi tanıdığı kakos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri bir evdə yaşadığı qardaşı Faiq adlı şəxsdən aldığını bildirmişdir. İşin 234-244-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,237 qram, 0,461 qram, 1,280 qram, ümumi təmiz çəkisi 4,978 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,093 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,276 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq 4,918 qram narkotik vasitə heroin və qalıq 0,216 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 166-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 26-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2011-ci ildə «Debillik dərəcəsində oliqofremiya davranış pozuntuları» diaqnozuna əsasən, Xəstəliklər cədvəlinin 20 b maddəsi ilə «dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilmişdir. İşdəki Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 Müharibəsi iştirakçısı olmaqla «Xocavəndin azad olunmasına görə» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü təqsirli bilməyərək cinayət törətmədiyini göstərdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə, bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xəstəliyini və qardaşının Vətən Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,237 qram, 0,461 qram, 1,280 qram, ümumi təmiz çəkisi 4,978 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,918 qram hissəsi və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,093 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,276 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,216 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,237 qram, 0,461 qram, 1,280 qram, ümumi təmiz çəkisi 4,978 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,918 qram hissəsi və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram, 0,093 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,276 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,216 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar