Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-688/2023 17.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 15:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, mərhum Zərərçəkmiş şəxs hüquqi varisi – anası X3, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə əvvəllər məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 may 2022-ci il tarixdə saat 21 radələrində tanışı Şahid1 sonuncunun sosial şəbəkədə adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “MC Donalds” restoranının qarşısında görüşə getdiyini öyrənərək, öz təşəbbüsü ilə Şahid1 ilə birlikdə qeyd edilən restoranın qarşısına gedib Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra, həmin ərazinin yaxınlığında yerləşən məhəllədə qohumlarının yaşadığını və bu səbəbdən yaxınlıqda yerləşən 122 saylı uşaq bağçasının həyətyanı sahəsinə getməyi təklif etməklə, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin gün saat 22 radələrində ünvan 2 ünvanda yerləşən, ictimai yer olan 122 saylı uşaq bağçasının həyətyanı sahəsinə gedərək bağçanın həyətində Şahid1 Zərərçəkmiş şəxs ilə sonuncunun internetin “Telegram” sosial şəbəkəsində erməni milliyyətindən olan qadınlara dəstək nümayiş etdirdiyinə görə sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevrilməsi barədə aralarında söhbət etdiklərini görüb onların söhbətlərinə kənardan müdaxilə edərək Zərərçəkmiş şəxs bu məsələ ilə əlaqədar sonuncunu söyəcəyi təqdirdə nə edəcəyini soruşduqda Zərərçəkmiş şəxs həmin söyüşə cavab verəcəyini bildirdikdən sonra heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib cavab verməsini tələb etmiş, Zərərçəkmiş şəxs isə onun üzərinə gəldikdə o, bunu bəhanə edərək özünü nüfuz sahibi kimi göstərib öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, ictimai yer olan yaşayış binaları ilə əhatə olunmuş bağçanın həyətində cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ətrafda yerləşən bina sakinlərinin narahatçılığına səbəb olmaqla ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək üzərində gəzdirdiyi qatlanan tipli qara rəngli bıçağı çıxarıb silah qismində istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi, qarın və sağ bud nahiyəsindən 03 dəfə vuraraq sonuncuya daxili qanaxma ilə müşayiət olunan mədə, qaraciyərin sol payının kənarı, mədəaltı vəzin baş hissəsinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən 01 ədəd, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edən 01 ədəd deşilmişkəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirməklə ona həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirdikdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə hadisə yerindən uzaqlaşmış və Zərərçəkmiş şəxs 17 avqust 2022-ci il tarixdə saat 23:50 radələrində kirayə yaşadığı ünvan 3 ünvanında onun 29 may 2022-ci il tarixdə bıçaqla yetirdiyi və bilavasitə ölümlə səbəbli əlaqədə olan mədənin və mədəaltı vəzinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzində zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri və mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanaxma, kəskin qanitirmə səbəbindən ölmüş və bu hərəkətləri ilə o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif edilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, sərbəst ifadə verməkdən imtina etdi, lakin, suallara cavab olaraq, göstərdi ki, bıçaqla Zərərçəkmiş şəxs vurması ilə bağlı ifadələri ibtidai istintaq zamanı təzyiq altında vermişdir. O, Rəsulu bıçaqla vurmamışdır. Zərərçəkmiş şəxs tanımamışdır. Mübahisə Şahid1 və Zərərçəkmiş şəxs arasında olmuş, o, sadəcə onları aralamaq üçün müdaxilə etmişdir. O, Rəsul və Məsudu araladıqdan sonra ətrafda olan şəxsləri kömək üçün çağırmışdır. Onda hər hansı bıçaq olmamış, hadisədən sonra bıçağı o gizlətdiyi üçün, istintaq hərəkətləri zamanı da yerini o göstərmişdir. Məhkəmədə ifadələri elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 iyun 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə orta məktəbi bitirmiş, hərbi xidmətdə olmamış, hərbi mükəlləfıyyətli deyildir. Heç bir yerdə işləməmişdir. Şahid1la yaxın ünvanlarda yaşadıqlarından sonuncunu tanımış və münasibətləri normal olmuşdur. 29 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında Məsud ona yaxınlaşaraq adını dəqiq bilmədiyi şəxsin sosial şəbəkədə Məsudu söydüyünü və həmin şəxslə görüşüb aralarında söyüşlə bağlı yaranmış söhbətə aydınlıq gətirmək istədiyini, həmçinin, həmin şəxsin Məsuda söyüş söyməsinə görə qeyd edilən şəxslə görüşüb bıçaqla vurmaq istədiyini ona bildirmişdir. O, Məsuda bir qədər gözləməsini deyib, yaşadığı ünvanın blokunda 6 və 7-ci mərtəbələr arasında olan su sayğacının plastik qabının içərisində saxladığı açılıb-bağlanan tipli bıçağı gedib həmin yerdən götürərək saxlaması üçün aparıb Məsuda vermiş, sonuncuya gedib öz söhbətinə özünün aydınlıq gətirməsini demişdir. Lakin, Məsud getməmişdən əvvəl onu izləməsini xahiş etmiş, daha sonra Məsud görüş təyin etdikləri yerə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “McDonalds” restoranının qarşısına getmişdir. O da Məsudun arxasınca hərəkət etmişdir. Məsud “McDonalds” restoranının qarşısında sonradan adının Rəsul olması ona məlum olan tanımadığı şəxslə görüşmüş, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar, orada məhəllələrə doğru hərəkət edib binaların yanında qoyulmuş skamyaların birində əyləşib söhbət etmişlər. Bu vaxt o, Məsud və Rəsula yaxınlaşaraq onlara “bibimgilin məhləsidir, burada oturmayın” deyə bildirmişdir. Məsud və Rəsul onun sözlərindən sonra skamyadan durub 122 saylı uşaq bağçasının həyətinə getmiş, o da kənardan dayanıb onları müşahidə etmişdir. Məsud və Rəsul bağçanın həyətinə daxil olduqdan sonra Rəsul Məsuda yumruq zərbəsi vurmaq istəmiş, Məsud geriyə çəkilmişdir. Bu vaxt onlara tərəf qaçmış və Rəsuldan nə etdiyini soruşmuş, Rəsul isə ona qarşı nalayiq ifadə işlədərək onlara qarışmamasını ondan tələb etmiş, o, Məsuddan bıçağı yerə atmasını istəmiş, Məsud da bıçağı onun yanına atmış, bundan sonra o, bıçağı yerdən götürərək Rəsulun üzərinə doğru hərəkət edib sağ əlində olan bıçaqla Rəsulun sol döş nahiyəsindən qəsdən vurmuş, Rəsulun üstünə gəldiyini və ona təpik atdığını görüb, əlində olan bıçaqla Rəsulun qarın boşluğu nahiyəsindən növbəti dəfə vurmuş, həmin vaxt Rəsulun dayanmadığını və ona yumruq vurmaq istədiyini görüb, Rəsulun ayaqlarının arasına girib sonuncunu qaldırıb yerə çırpmış və bıçaqla Rəsulun bud nahiyəsindən də bir dəfə vurmuşdur. Daha sonra Rəsula heç bir bıçaq zərbəsi vurmamış, daha bir neçə bıçaq zərbəsi, həmçinin həyatı üçün təhlükəli olan bədən nahiyyələrindən vurmaq imkanı olsa da, bunu etməyib həmin yerdən qaçaraq yaxınlıqda yaşayan şəxslərdən bağçanın həyətində bir nəfər şəxsin bıçaqla vurulduğunu və həmin şəxsə köməklik etmək lazım olduğunu bildirmişdir. Şəxsiyyəti ona məlum olmayan bir-iki nəfər şəxs olduqları yerə yaxınlaşaraq Rəsulun tibb müəssisəsinə yerləşdirilməsini təmin etmişlər. Həmin vaxt Məsud artıq qaçmış, o da Rəsula tibbi yardım göstərildiyini görüb oradan uzaqlaşmışdır. Sonradan da polislər tərəfindən saxlanılıb ünvan 4 ünvanında baş vermiş, Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra bıçağı əvvəldən götürdüyü yerə, yəni yaşadığı ünvanın 6 və 7-ci mərtəbələri arasında olan su sayğacının plastik qabının içərisinə qoymuş, hadisənin başqa şahidi olmamış, Rəsulu bıçaqladıqdan sonra həmin yerə tanımadığı bir iki nəfər şəxs yaxınlaşıb təcili tibbi yardıma müraciət etmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi turist bıçağı açılıb-bağlanan funksiyalı olmuş və həmin bıçağı istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, ilk dəfə həmin gün aralarında sözlə mübahisə yaranmış, daha sonra münaqişəyə çevrilmişdir. Zərərçəkmiş şəxs onu söyüb təhqir etdiyinə görə sonuncunu bıçaqla vurmuşdur. Ruhi cəhətdən sağlamdır. Narkotik vasitə istifadə etmir. (iş vərəqə 71-74) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 dekabr 2022-ci il tarixli ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hökmü ilə 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən hərbi xidmətdə olmamış, hərbi mükəlləfiyyətli deyildir. Şahid1 yaşadığı ünvanın yaxınlığından, məhlə uşağı kimi tanımış, sonuncu ilə münasibətləri normal olmuşdur. 29 may 2022-ci il tarixdə axşam saatlarında 122 saylı uşaq bağçasının həyətində bir qədər kənarda dayanıb Rəsul və Məsudu müşahidə edərkən Rəsulun Məsudu sinəsindən itələməsini, Məsudun isə geriyə gedib Rəsula yumruqla sinəsindən vurmasını görmüş, Məsud və Rəsul yerə yıxılmış, dava etməyə davam etmişlər. O, həmin vaxt onlara tərəf qaçmış və Rəsul adlı şəxsdən nə etdiyini soruşduqda, Rəsul onu söyərək aralarında olan söhbətə qarışmamasını bildirmiş, bu zaman Məsudun belindən bıçaq çıxardığını görmüşdür. Lakin, Məsudun Rəsula bıçaqla xəsarət yetirdiyini görməmişdir. Məsudu arxa tərəfindən tutub kənara çəkmiş, bu zaman Rəsulu yerdə uzanmış halda qan içərisində görmüşdür. Rəsulun əynində rəngini xatırlamadığı köynək və qara rəngli cins şalvar olmuşdur. Təxminən 2 dəqiqə orada dayanmış, daha sonra gedib bağçanın yaxınlığında oturacaqlarda olan adamlara bıçaqlaşma hadisəsinin olmasını bildirmiş və şəxsiyyəti ona məlum olmayan bir-iki nəfər şəxs də tez gəlib Rəsul olan yerə baxmış, təcili tibbi yardıma zəng edib baş vermiş hadisə barədə məlumat vermişlər. Təcili tibbi yardım avtomobilinin gəldiyini görüb, Məsudla birlikdə oradan uzaqlaşmışdır. Məsudla yaşadıqları məhəlləyə piyada getmiş, Məsud bıçağı ona verib gizlətməsini xahiş etmişdir. O da bıçağı yaşadığı ünvanın blokundakı 6 və 7-ci mərtəbələr arasında su sayğacının plastik qabının içinə qoymuşdur. Səhərisi gün, polis əməkdaşları tərəfindən saxlanılmaqla Nizami RPİ-nə aparılmışdır. O, Rəsula bıçaqla xəsarət yetirməmiş, Məsudun da Rəsula bıçaqla xəsarət yetirməsinin şahidi olmamışdır. 29 may 2022-ci il tarixdə hadisə yerindən qaçıb getdikdən sonra yaşadıqları məhəllədə Məsud ona bıçağı gizlətməsi və hər şeyi öz üzərinə götürməsini bildirdikdə, Məsuda inanıb 30 may 2022-ci il tarixdə polis idarəsində cinayətin onun tərəfindən törədilməsi barədə etirafedici ifadə vermişdir. Ona etirafedici ifadə verməsi üçün polis əməkdaşları və müstəntiq tərəfindən heç bir təzyiq hədə-qorxu olunmamış, işgəncə verilməmiş, Məsudun sözünə inanaraq, sonuncunun atasının ona kömək edə biləcəyini düşünərək Rəsulun onun tərəfindən bıçaqlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs sağlığında verdiyi ifadəsində 29 may 2022-ci il tarixdə hadisə zamanı əvvəlcə Məsudla söhbət edən zaman onların şifahi söhbətinə müdaxilə edərək Rəsula söyüş söyməsi və ardınca “nə hərəkət edə bilərsən? Hərəkətini göstər” deyə bildirməsi məzmunda aralarında söhbət olmamışdır. (iş vərəqə 279-284) Həmçinin, Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, 29 may 2022-ci il tarixdə saat 22 radələrində Məsud və Rəsul onun sözlərindən sonra onun təklifi ilə orada yerləşən 122 saylı uşaq bağçasına tərəf getmişlər. Bağçaya çatdıqda o, bir qədər kənarda dayanıb Rəsul və Məsudu müşahidə etmiş, bağçanın həyətinə daxil olduqdan sonra Rəsul Məsudu sinəsindən itələmiş, Məsud bir qədər geriyə gedib, Rəsula sinəsindən yumruqla vurmuş, yumruq Rəsulun sinəsindən dəymiş, daha sonra Məsud və Rəsul yerə yıxılmış və dava etməyə davam etmişlər. Həmin vaxt o, Rəsul və Məsuda tərəf gedib Məsudu kənara çəkmiş, Rəsulun yerdə uzanıqlı olmasını görmüş, lakin nə baş verdiyini başa düşməmişdir. Ümumiyyətlə, həmin vaxt Rəsulun bıçaqlanmasını başa düşməmiş, çünki, o, Rəsulun paltarlarına baxmamışdır. Kömək məqsədilə kənardan çağırdığı bir nəfər kişi cinsli şəxs yaxınlaşıb Rəsula nə etdiklərini onlardan soruşmuşdur. Bundan sonra onlar qorxaraq həmin yerdən uzaqlaşıb qaçmağa başlamışlar. Onlar Məsudla birlikdə həmin yerdən çıxıb Nizami rayon İcra Hakimiyyəti istiqamətində qaçmağa başlamış, Məsudla yaşadıqları Qara Qarayev prospekti 126 ünvanının yaxınlığında yerləşən besetkanın yanına gəlmişlər. Orada Məsud cibindən bıçağı çıxarıb ona vermişdir. O, həmin bıçağı Məsuddan götürüb yaşadığı binanın 6 və 7-ci mərtəbələri arasında yerləşən su sayğacının içərisinə qoyub gizlətmişdir. Bir neçə gün Məsudu görməmişdir. Rəsulun da başına gələnlərdən heç bir xəbəri olmamışdır. Düşünmüşdür ki, Rəsul sadəcə Məsudun itələməsinə görə yıxılıb və yəqin ki, sonradan orada digər şəxslərin köməkliyi ilə qalxıb gedibdir. 29 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqlanaraq xəsarət almasından xəbərdar olmamış, Məsudun Rəsulu sinəsindən vurduğunu görüb, Rəsulun sadəcə yerə yıxılmasını düşünmüş, Rəsulun bıçaqlanmasını isə Nizami RPİ-nin 24-cü PŞ-də olarkən öyrənmişdir. Rəsulun bıçaqlanmasından məlumatı olmasa da, ətrafda olan şəxslərdən kömək istəmiş, fikirləşmişdir ki, ətrafdan gələn şəxslər Rəsulu yerdən qaldırarlar. Özü isə Rəsula köməklik göstərməmiş, belə ki, buna ehtiyac görməmişdir. Ona lazım olan Məsudu vəziyyətdən çıxarmaq olmuş, zənn etmişdir ki, Məsud Rəsulu sadəcə itələyib. Əvvəlki ifadəsində Məsudun cibindən bıçaq çıxarmasını və yaxınlaşdıqda Rəsulun yerdə paltarları qanlı vəziyyətdə uzanmasını görməsini bildirsə də, ola bilsin ki, fikrini düzgün izah etməmiş, əslində o, bıçağı ümumiyyətlə görməmiş, baş vermiş hadisədən sonra Şahid1 bıçağı gizlətməsi üçün ona verdikdə sonuncudan bıçağı hansı səbəbdən ona verdiyini soruşmamış, buna ehtiyac görməmiş, düşünmüşdür ki, Məsud onun məhəllə yoldaşıdır və bıçağı verirsə, deməli götürməlidir. Bıçağı Şahid1 götürdükdə, həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirilməsindən xəbərdar olmamış, lakin bıçağı 6 və 7-ci mərtəbələr arasında qoymuş su sayğacının plastik qabının içərisində evə bıçaq aparmaq istəmədiyinə görə gizlətmiş, həmin bıçaq ona aid olmamış, həmin yerdə əvvəllər bıçaq gizlədibgizlətməməsi barədə sualı isə cavablandırmaqdan imtina edir. Şahid1 Zərərçəkmiş şəxs ilə görüşməmişdən əvvəl yaşadığı binanın 6 və 7-ci mərtəbələri arasında olan su sayğacının içərisində gizlətdiyi bıçağı gətirib verməsi, hadisə yerində olarkən Şahid1 həmin bıçağı yerə atmasını bildirməsi, Şahid1 bıçağı yerə atdıqdan sonra həmin bıçağı götürüb Zərərçəkmiş şəxs xəsarətlər yetirməsi barədə verdiyi ifadələri təkzib edir, görüşə getməmişdən əvvəl Şahid1 ona Zərərçəkmiş şəxs ilə aralarında sadəcə mübahisələri yarandığını bildirməsini, mübahisənin də tam olaraq nədən ibarət olması barədə demədiyini bildirmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmiş, nə xəsarət yetirilməsini görməmişdir. Şahid1 ona verdiyi bıçaq turist bıçağı olmaqla, açılıb-bağlanan funksiyalı olmuş, həmin bıçağı da istintaqa təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində 29 may 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 122 saylı uşaq bağçasının həyətində saat 22 radələrində Zərərçəkmiş şəxs və Şahid1 kənardan dayanıb müşahidə etməsini, Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən Şahid1 üzərində olan bıçağı yerə atmasını bildirməsini, Şahid1 bıçağı yerə atdıqdan sonra onun həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini, daha sonra isə ətrafdan köməyə tanımadığı şəxsləri çağırmasını bildirsə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittihamdan sonra ifadəsində 122 saylı uşaq bağçasının həyətində Şahid1 və Zərərçəkmiş şəxs arasında sözlə başlanmış münaqişə nəticəsində Şahid1 Zərərçəkmiş şəxs sinəsindən yumruqla vurmasını, yerə yıxılaraq dalaşmağa başlamalarını, Şahid1 cibindən bıçaq çıxarmasını gördüyünü, daha sonra Şahid1 Zərərçəkmiş şəxs kənarlaşdırdıqda, sonuncunun yerdə paltarları qanlı vəziyyətdə uzanıqlı olmasını gördüyünü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə ona ittiham elan edildikdən sonra isə əvvəlki ifadələrinə zidd olaraq ümumiyyətlə, bıçaqdan və bıçaqlaşmadan xəbərdar olmadığını, 29 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 76 ünvanında yerləşən bağçada olarkən Zərərçəkmiş şəxs qanlı vəziyyətdə görmədiyini, Şahid1 bıçağı haradan əldə etməsi barədə məlumatı olmadığını, Məsud Məmədovun bıçağı yalnız hadisədən sonra ona gizlətməsi üçün verdiyini, sonuncudan bıçağı hansı səbəbdən ona verdiyini soruşmadığını, əvvəlcədən Şahid1 Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmək istəməsi barədə ona heç bir söz bildirmədiyini, bıçağı Şahid1la münasibəti olduğuna görə götürüb gizlətdiyini, Zərərçəkmiş şəxs xəsarət yetirmək və sonuncunu öldürmək niyyəti olmadığını, hadisə zamanı Zərərçəkmiş şəxs ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, bıçaqla da vurmadığını, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını bildirmiş, ifadələri arasında yaranmış ziddiyyətli məqamları əvvəlki ifadələrində düzgün bildirməməsi ilə əsaslandırmışdır. Zərərçəkmiş şəxs “Vkontakte” sosial şəbəkəsində Şahid1la danışarkən Kamranın Rəsuldan fiziki cəhətdən daha qüvvətli olmasına görə Təqsirləndirilən şəxs hansı səbəbdən bıçaq çıxarıb onu vurduğunu dərk edə bilməməsi barədə deməsi ilə əlaqədar o, bildirmişdir ki, Zərərçəkmiş şəxs daha qüvvətli olmuş, lakin sonuncunu vurmamış və hansı səbəbdən Rəsulun telefon danışığında belə qeyd etməsini bilmir. (iş vərəqə 292-297) Məhkəmədə ifadəsi elan edilmiş mərhum Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində ünvanını dəqiq bilmədiyi evdə kirayədə, valideynləri isə Göyçay rayonunda yaşamışdır. 29 may 2022-ci il tarixdə sonradan adının Şahid1 olduğunu öyrəndiyi şəxs sosial şəbəkədə onun barəsində təhqiramiz ifadə işlətmişdir. Şahid1la həmin gün saat 22 radələrində Nizami rayonu, Q.Qarayev prospektində “McDonalds”restoranının qarşısında görüş təyin etmişlər. Daha sonra həmin ünvanda görüşüb, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edərək oturacaqlardan birində oturmuşlar. Oturacaqda oturarkən sonradan adının Kamran olduğunu bildiyi şəxs onlara yaxınlaşmış və Şahid1la görüşmüşdür. Kamran onlarla birlikdə oturmaq istədikdə o, Kamrana işləri olmasını və getməsini xahiş etmişdir. Kamran Məsudun dostu olduğunu bildirdikdə, Şahid1 da Kamrana kənara getməsini bildirmişdir. Bundan sonra Kamran telefonla danışmaq adı ilə bir qədər kənara getmiş və daha sonra yenidən onlara yaxınlaşmışdır. Həmin vaxt artıq onlar Məsudla aralarında olan məsələni həll etmiş və mübahisə üçün heç bir zəmin qalmamışdır. Kamran onlara bir daha yaxınlaşıb, yaxınlıqda olan bağçanın həyətinə getməyi təklif etmiş, onlar üçü də həmin istiqamətdə getmişlər. O, bağçanın həyətinin qaranlıq olmasını və ətrafda hər hansı şəxsin olmadığını müşahidə etmişdir. Bağçanın həyətində olarkən, Məsud ona “Kamran sənə həmin söyüşü söysə, nə hərəkət edə bilərsən? sualını vermiş, bu zaman o, cavabını verəcəyini bildirmişdir. Kamran ona qarşı söyüş söyərək nalayiq ifadə işlətmiş, o da əynində olan gödəkcəni çıxarıb yerə atmış, Kamranın üzərinə getmişdir. O, Kamrana bir-iki yumruq zərbəsi atmış, lakin Kamran zərbələrdən yayınmışdır. Həmin vaxt ayağı nəyəsə ilişib kürəyi üstə yıxılmışdır. Bu zaman Kamran üzərində olan açılıb-bağlanan tipli bıçaqla sol döş nahiyəsindən, qarın nahiyəsindən və sol bud nahiyəsindən 3 ardıcıl zərbə ilə onu vurmuş, Məsud yaxınlaşaraq Kamrandan onu nə üçün bıçaqla vurduğunu soruşub sonuncuya irad bildirmişdir. Kamran onu bıçaqla vurarkən sonuncuya kifayət qədər müqavimət göstərmək imkanı olmamış, Kamranın onu həyatı üçün əhəmiyyət kəsb edən orqanlarından bıçaqla vurmaq imkanı olmuşdur. Sonradan oraya bir-iki nəfər tanımadığı şəxs və təcili tibbi yardım briqadası yaxınlaşmış və o, xəstəxanaya yerləşdirilmişdir. (iş vərəqə 17-18) Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, X8 ilə 2003-cü ildə ailəli olub təxminən 03 il əvvəl ayrılmışdır. Birgə nikahlarından 3 övladı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs böyük oğlu olmuş, Rəsul sonuncu dəfə Bakı şəhərinə gəldikdən 3-4 ay sonra yaşadığı Mırtı kəndində Rəsulun ölməsi ilə bağlı söz-söhbət yayılmışdır. Bu məlumatın doğru olmasını yoxlamaq üçün polis şöbələrinə zəng edib Rəsulu xəbər almışdır. Həmin vaxt o, Rəsula zəng etsə də, Rəsul telefon zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Kamran adlı şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində Rəsula bıçaq xəsarətləri yetirmiş və oğlu Rəsul X11 xəstəxanasına yerləşdirilmiş və orada cərrahi əməliyyat edilmişdir. Rəsul xəstəxanadan çıxdıqdan sonra heç bir vaxt tam olaraq düzəlməmişdir. Zərərçəkmiş şəxs öldüyü günədək sağlamlığından şikayətlənmiş, yataqdan qalxa bilməmiş, bəzən günlərlə yataqda uzanıqlı vəziyyətdə qalmışdır. Çünki, Zərərçəkmiş şəxs yaraları da çox ağır olmuşdur. Rəsulun əməliyyatdan sağ çıxması da çətin məsələ olmuşdur. Lakin, Rəsul sağ qalmışdır. Amma yaraları ağır olduğu üçün özünə gələ bilməmiş, tez-tez halı dəyişmiş, vəziyyəti pisləşmiş, ürəyi bulanmışdır. Rəsul cərrahi əməliyyatdan təxminən 10 gün sonra Təqsirləndirilən şəxs və Məsudun məsuliyyətlərini yüngülləşdirmək üçün evə buraxılmışdır. Rəsuldan huşsuz vəziyyətdə ifadə almışlar. 08 avqust 2022-ci il tarixdə nahardan sonra Rəsulun müddətli həqiqi hərbi xidmətə çağırılması barədə evə çağırış vərəqəsi gəldikdə o, Göyçay rayon Hərbi Komissarlığına getmiş, Rəsulun səhhəti barədə məlumat vermişdir. Oradan bildirmişlər ki, Hərbi Komissarlığa Rəsulun səhhəti ilə bağlı arayış təqdim edilməlidir. Daha sonra evə gələn zaman Rəsulun səhhəti pisləşdiyindən, Göyçay rayon Mərkəzi xəstəxanasına gedib Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriş əldə etmişdir. Bununla da o, Rəsulla birlikdə Bakı şəhərində yerləşən Akademik M.A.Topçubaşov adına Elmi - Cərrahiyyə Mərkəzində həkimin qəbulunda olmuşdur. Daha sonra Rəsul xx.xx.2022-ci il tarixdə Zəfəran Klinikasında analiz verdikdən sonra analizlərin nəticəsini yenidən aparıb həkimə göstərdikdə ona Rəsulu X2 aparılaraq cərrahi əməliyyat edilməli olduğu bildirilmişdir. Lakin maddi imkanı olmadığından X2 apara bilməmişlər. Rayondan gəldikdən sonra ünvan 9 ünvanında kirayə yaşayan bacısı Həyatın evində müvəqqəti qalmışlar. xx.xx.2022-ci il tarixdə Rəsul özünü pis hiss etməyə başlamış, onlar buna görə TTYS briqadası çağırmış, lakin oğlu Rəsul 23:50 radələrində vəfat etmişdir. Oğlu Rəsulun vurulması ilə bağlı Məsudun anası ilə o, həmişə danışırmış və Məsudun anası Nurlana onun övladı Rəsulu sağaldacağına dair söz vermişdir. Lakin, sözünün üzərində durmamışdır. Məsudun valideynləri Rəsulu sağaltmağı öz öhdələrinə götürmüşlər. O, Məsudun anası Nurlanadan Kamranın valideynlərini xəbər aldıqda isə, Kamranın valideynlərinin “vahabi” olduqlarını, onlardan uzaq durmalı olduğunu ona demişlər və 3 aya övladı Rəsulu sağaldacaqlarına dair söz verərək, oğlu Məsuddan şikayətçi olmamağını xahiş etmişlər. Oğlu Rəsulun öldürülməsində Məsud və Təqsirləndirilən şəxs günahkar olmuşlar. Oğlunu müalicə etdirsinlər deyə o, Şahid1 şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 29 may 2022-ci il tarixdə baş vermiş hadisəyədək görməmişdir. Lakin, Rəsulla əvvəlcədən istifadəsində olan mobil telefonla qoşulduğu “Vkontakte” sosial şəbəkəsində adını xatırlamadığı qrupda təsadüf nəticəsində tanış olmuşdur. 29 may 2022-ci il tarixdə isə “Telegram” sosial şəbəkəsində adını xatırlamadığı səhifənin Zərərçəkmiş şəxs ermənilərə dəstək verməsi barədə paylaşım etdiyini və həmin paylaşımın altında da azərbaycanlı istifadəçilər tərəfindən Rəsulun ünvanına söyüş, təhqir və digər nalayiq ifadələrin yazılmasını görmüşdür. İlk baxışda elə başa düşmüşdür ki, Zərərçəkmiş şəxs ermənipərəst mövqedən çıxış edərək ermənilərin xeyrinə hər hansı bir paylaşım etmişdir. Rəsulu qiyabi olaraq əvvəlcədən “Vkontakte” sosial şəbəkəsindən virtual olaraq tanıdığından, Rəsula “Vkontakte” sosial şəbəkədə mesaj yazıb nə üçün belə bir paylaşım etməsini soruşmuşdur. Rəsul isə paylaşımın əslində göründüyü kimi olmadığını, ermənilərin xeyrinə hər hansı paylaşım etmədiyini və bunu detallı şəkildə yalnız onunla görüşərək izah edə biləcəyini bildirmişdir. O, Rəsula razılıq vermiş, Zərərçəkmiş şəxs 29 may 2022-ci il tarixdə axşam saatlarında “McDonalds” restoranının qarşısına gəlməyini demişdir. Həmin gün, yəni 29 may 2022-ci il tarixdə axşam saat 21 radələrində Rəsulla görüşmək üçün evdən çıxmış, məqsədi sadəcə Rəsulla görüşüb həm əyani tanış olmaq, həm də sosial şəbəkədə paylaşılan yazıya görə nə deyəcəyini öyrənmək olmuşdur. Yaşadığı binanın həyətində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs görmüş, Kamranla yaşadığı ünvanlar yaxın olduğundan bir-birilərini əvvəlcədən tanımışlar. Kamran onunla görüşüb salamlaşdıqdan sonra ondan hara getdiyini soruşmuş, o da Kamrana dostu ilə görüşəcəyini bildirib, başqa hər hansı bir söz deməmişdir. Kamran bekar olduğundan onunla birlikdə getmək istədiyini dedikdə Kamrana razılıq vermişdir. Onlar Təqsirləndirilən şəxs ilə bərabər “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Rəsul bir qədər sonra gəldikdə, o, Kamrana dostu ilə təklikdə danışacağını, öz işində olmasını bildirmişdir. Daha sonra Kamrana fikir vermədən Rəsulun təklifi ilə “Neftçilər” dairəsi adlanan yerdən “Bakıxanov” qəsəbəsi istiqamətində piyada hərəkət etməyə başlamışlar. Rəsulla piyada hərəkət edərək binaların məhəllələrinə daxil olub, məhəllədə olan skamyada əyləşmişlər. Onlar Rəsulla skamyada oturanadək bir-biriləri ilə hal-əhval tutmuşlar. Skamyada oturduqdan sonra Rəsul barəsində “Telegram” sosial şəbəkəsində haqsızlıq olduğunu, əslində Rəsulun ermənilərin xeyrinə heç bir paylaşım etmədiyini, əksinə erməniləri tənqid edən video materialı paylaşdığını, sadəcə videonun yuxarısında ermənilərə sarkazmla ünvanlanmış “ürək” işarəsinin qoyulmasını, lakin səhifəni işlədən şəxslərin Rəsulun paylaşımının aşağısını kəsərək yalnız yuxarı hissəsini saxlamaqla paylaşdığını, bunu görən azərbaycanlıların da Rəsulu səhv başa düşərək tənqid edib ünvanına söyüş təhqir və digər nalayiq ifadələr işlətdiklərini ona bildirmişdir. O, Rəsulun nə demək istədiyini və haqlı olmasını başa düşmüşdür. Rəsulla söhbət etdikləri zaman Kamran onlara yaxınlaşmış, o da başa düşmüşdür ki, Kamran arxalarınca gəlmişdir. Kamran onlara yaxınlaşdıqda, Kamranı Rəsula, Rəsulu isə Kamrana təqdim edərək onları tanış etmişdir. Daha sonra Kamrana Rəsulla tək qalmağa icazə verməsini bildirmişdir. Rəsul da Kamrandan onları tək buraxmasını xahiş etmişdir. Kamran bir qədər kənarlaşsa da, sonradan yenə də yaxınlaşıb oturduqları məhəllənin qohumlarının yaşadığı yer olduğunu, orada oturmaqlarını istəmədiyini bildirmişdir. Onlar həmin skamyadan qalxıb, Kamranla birlikdə addımlayaraq getməyə başlamışlar. O, artıq gec olduğunu, dərsləri olduğunu bildirərək, evə getmək istədiyini demişdir. Onlar özləri də bilmədən söhbət edə-edə qaranlıq bir yerə çatdıqda Rəsul niyə həmin gəldiklərini soruşanda o, bildirmişdir ki, fikirləri söhbətə qarışdığı üçün gəlib bura çıxmışlar, həmin yerin bağça olduğunu bildirərək, digər tərəfdən çıxmağı təklif etmiş və yola davam etmişlər. Kamran isə Rəsulun hansı səbəbdən söyülməsini bilməsə də, Rəsula qarşı internetdə bir qrup adam tərəfindən nalayiq və təhqiramiz ifadələrin işlədilməsini söhbətdən qulaq asıb başa düşmüşdür. Daha sonra Kamran anidən söhbətə qoşularaq Rəsula qarşı hər hansı şəxsin boş yerə nalayiq ifadələr işlətməsinə tam inanmadığını, yəqin ki, nəyisə etdiyini bildirmişdir. Rəsul da, bundan sonra ona izah etdiyi kimi Kamrana baş verənləri izah etməyə çalışıb, hər hansı səhv hərəkət etmədiyini demişdir. Eyni zamanda Rəsul bildirmişdir ki, Rəsulu təhqir edən şəxslər bunu kompyuter arxasında ediblər. Həmin vaxt X9 söyən şəxslərin üzbəüz söysələr, nə edə biləcəyini soruşmuşdur. Rəsul isə boş yerə heç kəsin söyüş söyməyəcəyini, anlaşmazlıqdan ona qarşı nalayiq ifadələrin işlədilməsini bildirmişdir. Kamran Rəsula bir daha ona qarşı üzbəüz hər hansı şəxsin söyüş söyəcəyi təqdirdə nə edə biləcəyini soruşduqda, Rəsul Kamrana həmin şəxsi vura biləcəyini demişdir. Elə həmin vaxt Kamran Rəsulun ünvanına qarşı nalayiq ifadə ilə söyüş söyüb Rəsula “öz hərəkətini göstər” deyə bildirmişdir. Olduqları yer həddən artıq qaranlıq olmuş, hətta bir birilərinin üzünü belə güclə görmüşlər, əsasən səslərini eşitmişlər. Qəfil Rəsulun yıxılmasını görmüş, lakin qaranlıq olduğundan nə baş verməsini tam başa düşməmişdir. Üzərində olan mobil telefonunu çıxarıb işığını yandırmış, işıqda baxdıqda Rəsulun köynəyində qan izlərinin olmasını görmüşdür. Dərhal Rəsula yaxınlaşmış, Rəsulun köynəyinin sağ bud hissəsi üzərindən şalvarının qana bulaşdığını görmüşdür. Çox həyəcanlı olmuş, nə baş verdiyini hələ də başa düşməmişdir. Dərhal səsini yüksəltməklə ətrafdan kömək çağırmağa başlamış, Kamrana tərəf baxdıqda ətrafdan başqa şəxslərin gəldiyini görüb qaçdığını müşahidə etmişdir. Daha sonra oraya yaxınlaşan bir nəfər kişi də onları eyvandan baxıb görmüş, lakin, həmin kişinin onlara nə isə deməsini eşitməmişdir. Artıq kömək üçün ətrafdan şəxslərin gəldiyini görüb qandan qorxaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin gün də Kamranı görməmiş, baş vermiş hadisə barədə hüquq mühafizə orqanlarına və ya təcili tibbi yardıma məlumat verməmiş, qorxmuş, həyəcanlanmışdır. Zərərçəkmiş şəxs ilə görüşməmişdən əvvəl sosial şəbəkədə bir-birilərinə qarşı hər hansı formada nalayiq ifadələr işlətməmişlər. O, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Hadisənin səhəri günü o, məşğələdə olduğu vaxt evlərinə polis əməkdaşlarınını gəlməsindən məlumatı olmuş, bu səbəbdən polis bölməsinə gedərək, hadisə barədə izahat verən zaman Zərərçəkmiş şəxs bıçaqlanmasını bilmişdir. Həmin zamana qədər Rəsulun məhz bıçaqla vurulması ona məlum olmamış, Kamranın Rəsulu vurmasını telefonun işığını yandırdıqdan sonra görsə də, bıçağı görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 29 may 2022-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı ünvan 10 ünvanında arxa həyətə baxan eyvanda siqaret çəkərkən bağçanın həyətyanı sahəsində 2 nəfər şəxsin mübahisə etməsini eşitmişdir. Belə ki, bağçanın həyətyanı sahəsində 3 nəfər olsa da, onlardan ikisi mübahisə etmiş, digəri isə kənarda dayanmışdır. Həmin yer həddindən artıq qaranlıq olduğu üçün həmin şəxslərin qaraltılarını görmüşdür. Həmin vaxt mübahisə edən uşaqlardan birinin digərinə vurmasını və digər uşağın yerə yıxıldığını görüb, yerə yıxılan uşağın “eləmə, bəsdir” sözünü deməsini eşitmişdi. Lakin, uzaqdan baxanda vuran şəxsin əlində bıçaq olmasını görə bilməmişdir. Kənarda dayanan və vuran uşağa nisbətən boyu daha hündür olan digər uşağın isə onlara tərəf gedib vuran şəxsə nə üçün yıxılan uşağı vurması ilə əlaqədar irad bildirməsini eşidib, dərhal mübahisənin və dava-dalaşın qarşısını almaq üçün aşağıya düşmüşdür. Kənarda dayanan uşaq, yerə yıxılan uşağa qarşı heç bir hərəkət etməmişdir. Kənarda dayanan uşaq yıxılan uşağa yaxınlaşıb köməklik etmək istəmişdir. Başa düşmüşdür ki, kənarda dayanan uşaq mübahisə edən uşaqları ayırmaq niyyətindədir. Aşağıya düşüb həmin yerə yaxınlaşanda, bir az məsafə saxlamışdır. Ona görə ki, yaşlı adam olduğu üçün o, uşaqlara irad bildirən zaman yerə yıxılan uşağı vuran şəxsin onu da vura biləcəyini düşünüb, özünü qorumaq , məqsədi ilə çox da yaxınlaşmamışdır. Bu vaxt tanımadığı 1-2 nəfər də əllərində mobil telefonun fanarı ilə olduqları yerə yaxınlaşmışlar. O, ayaqüstə duran uşaqlara “siz elədiniz, siz döydüyünüzü gördüm” deyə səslənmişdir. Oraya gələn şəxslərdən biri əlində olan mobil telefon işığını uşaqların üzünə tutduqda, əvvəlcə yıxılan uşağı vuran və əlində bıçaq olan şəxs, bir qədər sonra isə mübahisə zamanı kənarda dayanan, boyu nisbətən daha hündür olan digər uşaq o birisinin ardınca qaçıb ərazidən uzaqlaşmışlar. Əraziyə gəlmiş tanımadığı şəxslərdən biri polisə və təcili tibbi yardıma məlumat verdiyindən, o, artıq heç bir dövlət orqanına məlumat verməmişdir. Çünki heç mobil telefonu da üzərində olmamışdır. O, yerdə uzanmış şəxsə yaxınlaşanda üzərində qan görmüşdür. Yerdə uzanmış şəxsin 3 yerdən xəsarət almasını görmüşdür. Həmin xəsarətlərdən biri döş qəfəsinin altından, biri qarın nahiyəsindən digəri isə sağ budundan olmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmiş, yerdə uzanmış şəxs heç nə danışa bilməmişdir. Ərazi çox qaranlıq olduğundan bıçaqla xəsarət yetirilmə anını dəqiq görməmiş, ifadəsində göstərdiyi kimi yalnız yerdə uzanmış şəxsə yaxınlaşdıqdan sonra üzərində qan ləkələrini görüb bıçaqla xəsarət yetirildiyini başa düşmüşdür. Əvvəlcə kənarda dayanan hündürboy uşaq yıxılan uşağa yaxınlaşıb kömək göstərməyə çalışmış, lakin ətraflardan gələnləri də görüb digər vuran uşağın ardınca qaçmışdır. Xəsarət alan uşağın onu kimisə vurması ilə əlaqədar nəsə deməsini eşitməmiş, xəsarət alan uşaq polis əməkdaşlarına yalnız anasına onu bağışlamasını çatdırmalarını demişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2012-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. 2012-ci ildən indiyədək “Topçubaşov Elmi-Cərrahiyyə Mərkəzi”ndə işləyir. Həftədə 6 gün işləyir, iş saatı 09:00-dan saat 15:00-dəkdir. Zərərçəkmiş şəxs xəstə kimi müayinə etməyi yadında deyil. Xəstəyə hər hansı diaqnoz qoyulması üçün xəstə müayinələrdən və analizlərdən keçməlidir. Zərərçəkmiş şəxs adına isə heç bir ambulator kart və s. yoxdur. Ola bilsin ki, xəstə qeydiyyatdan keçsə də onun qəbulunda olmadan xəstəxananı tərk etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. 2007-ci ildən indiyədək “Topçubaşov Elmi-Cərrahiyyə Mərkəzi”ndə mədə-bağırsaq cərrahı işləyir. Həftədə 6 gün işləyir, iş saatı 09:00-dan saat 15:00-dəkdir. Zərərçəkmiş şəxs xəstə kimi müayinə etməsi yadında deyil. Xəstəyə hər hansı diaqnoz qoyulması üçün xəstə müayinələrdən və analizlərdən keçməlidir. Zərərçəkmiş şəxs adına isə heç bir ambulator kart və s. yoxdur. Həmin diaqnoz mədə-bağırsaq soyuqlamasıdır və həmin diaqnoz insan ölümünə səbəb ola bilməz. Həmin diaqnoz onun tərəfindən təyin edilməmişdir. Arayışda təyin edilmiş “qastro duodenot” diaqnozunun qoyulması ola bilsin xəstənin səhhəti ilə bağlı şikayətlərindən irəli gəlsin. Ola bilsin ki, onun adına qəbz tərtib edilsə də, xəstə onun yanına müayinəyə gəlməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid5 Aydın qızı ifadəsində göstərdi ki, 2001-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. 2001-2002-ci il tarixlərdə ümumi cərrah ixtisası üzrə rezidentura təhsil pilləsini bitirmişdir. 2018-ci ildən etibarən “X11” publik hüquqi şəxsində həkim-cərrah kimi işləyir. O, növbədə olarkən 30 may 2022-ci il tarixdə gecə saatlarında bıçaq xəsarətləri ilə yaralı daxil olmuşdur. Həmin yaralının adının Zərərçəkmiş şəxs olduğunu öyrənmiş və dərhal əməliyyat etmişdir. Zərərçəkmiş şəxs 3 ədəd kəsilmiş-deşilmiş yarası olmuşdur. Zərərçəkmiş şəxs döş qəfəsində 2 ədəd daxilə nüfuz edən və sağ budun arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. O, yaralı xəstə Zərərçəkmiş şəxs mədəsini və digər xəsarət olan yerlərini tikib cərrahi əməliyyat etmişdir. Bütün tikişlər atılmış, qanaxma dayandırılmışdır. Əməliyyat çox uğurlu olmuş və xəstə narkozdan ayılmışdır. Daha sonra xəstə özünü çox yaxşı hiss etmişdir. Cərrahi əməliyyat sonrasında xəstə müayinə və müalicə edilərək 10 günə yaxın xəstəxanada stasionar olaraq qalmışdır. Xəstədə 2 ədəd daxilə nüfuz edən xəsarət olduğundan, ilk başda vəziyyəti ağır olmuşdur. Lakin, sonradan tam normallaşmışdır. Əməliyyatdan sonra xəstəxanada yatdığı dövrdə xəstənin heç bir yaxınını görməmiş, anası da oğlunu görməyə gəlməmişdir. Əgər, xəstənin əməliyyatı uğursuz olsaymış, fəsadları 10 gün ərzində özünü biruzə vermiş olarmış. Zərərçəkmiş şəxs xəstəxanadan çıxdıqdan sonra bir daha heç vaxt müalicə və ya müayinə üçün ona müraciət etməmişdir. Lakin, yenə də xəstə tam sağaldıqdan sonra xəstəxanadan evə buraxılmışdır. Sonradan həmin xəstənin müalicə və müayinəsinin aparılması ilə bağlı heç bir məlumatı olmamışdır. Lakin xəstə ambulator olaraq evə buraxıldıqdan sonra mütəmadi olaraq müayinələrə getməli və ya başqa həkimə və ya xəstəxanaya müraciət etməli idi. Endoskopik üsulla müayinə olunması, mədə üçün müalicə alması, pəhriz saxlaması vacib olmuşdur. O, xəstəni evə buraxdıqdan sonra təbii ki, xəstəyə öz əlaqə vasitəsini bildirmiş və mütəmadi olaraq müayinə və müalicələr üçün xəstəxanaya gəlməli olduğunu demişdir. Zərərçəkmiş şəxs də xəstəxanada olduğu dövrdə heç bir qanaxma olmamışdır. Lakin, xəstə düzgün qidalanmadıqda, pəhriz saxlamadıqda, daimi olaraq yeridikdə və müxtəlif səbəblərdən, o cümlədən yaraların dərin və daxilə nüfuz edən olmasına görə yaranmış iltihabi prosesesdən də ola bilər ki, 2 ay sonra qanaxma yaranmışdır. Əgər xəstə ona deyilən məsləhətlərə əməl edərək, nəzarətdə qalsaydı, çox güman ki, ölüm baş verməzmiş. Çünki əməliyyat kifayət qədər uğurlu alınmışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb kimi qeyd edilən mədənin və mədəaltı vəzinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzində zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri və mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanitirmə əməliyyatdan sonrakı ağırlaşma kimi qəbul edilir. Həmin nəticələr xəstəxanada yatdığı dövrdə baş verə bilməzmiş, bunun üçün uzun müddət tələb olunur. Xəstə ola bilsin ki, müayinələrə getməmiş və tədricən onun səhhətində ağırlaşma baş vermişdir. Xəstə evə buraxılan zaman kifayət qədər aktiv, səhhəti yaxşı olmuş, ayağa qalxıb gəzmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 93 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində döş qəfəsinin sol yarısının ön səthinin, 2-ci qabırğa səviyyəsində, ön qoltuqaltı xətt üzrə, ayaqaltından 140 sm məsafədə yerləşən və sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasının izi olan çapıq, döş qəfəsinin sol yarısının ön səthinin, orta körpücük xətti üzrə, sol qabırğa qövsü səviyyəsində, ayaqaltından 118 sm məsafədə yerləşən, qarın boşluğuna nüfuz edərək qaraciyərin sol payını, mədəni, mədəaltı vəzini yaralayan və postoperasion dövrdə mədəaltı vəzində zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri və mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa massiv qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasının izi olan çapıq, sağ budun yuxarı 1/3-nin bayır-arxa səthində, ayaqaltından 75 sm məsafədə yerləşən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasının izi olan çapıq toxuması aşkar edilmişdir. Qeyd edilən deşilmiş-kəsilmiş yaralar həyati olmuş, Zərərçəkmiş şəxs ölümündən əvvəl deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni Zərərçəkmiş şəxs X11nə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, Zərərçəkmiş şəxs ölümü ilə bilavasitə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb mədənin və mədəaltı vəzinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzində zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri və mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanitirmə olmuş, ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 10:30-da) təxminən 8- 12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın və sidiyin məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir. (iş vərəqə 132-137) İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 581/KEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası. Döş qəfəsinin sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası. Qaraciyərin sol payının kəsilmiş-deşilmiş yaraları. Mədəni dəlib keçən kəsilmiş-deşilmiş yarası. Mədəaltı vəzin baş hissəsinin kəsilmiş-deşilmiş yarası. Daxili qanaxma. Sağ budun arxa səthinin kəsilmiş-deşilmiş yarası” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq Zərərçəkmiş şəxs üzərində “Laparotomiya, mədəni dəlib keçən yaraların tikilməsi, mədəaltı vəzin nahiyəsinin yarasının tikilməsi, qaraciyərin sol payının yarasının tikilməsi, qarın boşluğunun sanasiyası və drenaj olunması, yaranın birincili işlənməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Mədənin, mədəaltı vəzinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzidə zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinliiltihabı dəyişiklikləri, mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. (iş vərəqə 162-171) İş materiallarında olan kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının kriminalistik tədqiqinə dair xx.xx.2022-ci il tarixli 404/MTKŞ-2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus cins şalvarın sağ ayağının arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə izi olmuş, həmin zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş cins şalvarın sağ ayağının arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə ilə, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən sağ budun yuxan 1/3-nin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yerləşməsinə və xarakterinə görə bir-biri ilə üstüstə düşmüşdür. Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində olan zədəyə görə, tiyənin hansı Ölçüdə (dərinlikdə) geyim əşyasına daxil olması barədə fikir söyləmək mümkün olmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (iş vərəqə 227-231) İş materiallarında olan kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının bioloji tədqiqinə dair xx.xx.2022-ci il tarixli 503/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən A (11) - dir. Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs cins şalvarı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A(İİ) qrupunu əsas xarakterizə edən A antigeni və beta aqlyutinini alınmışdır. Beləliklə, bu qan A (Q) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmamışdır. (iş vərəqə 233-236) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törədərkən onda hər hansı psixi(ruhi) xəstəlik qeyd olunmamış, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs müayinə zamanı hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 179-180) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli TS-40 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan mədə, qaraciyərin sol payının kənarı, mədəaltı vəzin baş hissəsinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən 1 ədəd və döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş- kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranması mümkündür və dərəcəsinə görə döş qəfəsinin daxilə nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ budun arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Qeyd edilən deşilmiş-kəsilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldığından (birincili cərrahi işlənməyə, yəni yara kənarları sağlam toxuma sərhəddinə qədər kəsilir və genişləndirilir) onların eyni və ya fərqli bıçaqların təsirindən törənibtörənməməsi barədə fikir söyləmək mümkün olmamışdır. Bu məsələni həll etmək üçün zərər çəkmişin hadisə zamanı əynində olmuş (əgər olmuşdursa) paltarlarının xüsusi (tibbikriminalistik)-müayinəsinin aparılması zəruridir. (iş vərəqə 173-176) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 76 ünvanında yerləşən uşaq bağçasının həyətyanı sahəsidir. Ərazi yaşayış binalarının əhatəsində yerləşir. Uşaq bağçasının həyətində hündür şam ağacları yerləşir. Şam ağaclarının aşağı hissələri ağ rənglə rənglənmişdir. Ağacların yerləşdiyi ərazi torpaqlıq ərazi olmuş, ərazidə şəhər elektrik işıqları olmadığından ətraf qaranlıq olmuşdur. (iş vərəqə 3-5) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanında yerləşən evdir. Qəhvəyi rəngli darvazası olan həyətdə yarım tikili ev olmuş, ev 1 otaqdan və mətbəxdən ibarət olmuşdur. Evin yataq otağında divan, çarpayı, stullar, soyuducu, üzərində televizor olan stol olmuş, divanda isə əlləri və ayaqları düzünə istiqamətdə olan uzanıqlı vəziyyətdə meyit aşkar edilmişdir. Meyit arıq bədən quruluşlu, qara saçlı olmaqla əynində qara rəngli şortik, ön tərəfdən düymələri açıq olan köynək olmuşdur. Meyitin qarın nahiyəsində əməliyyat izləri müşahidə edilmiş, ağız nahiyəsi qanabənzər ləkə ilə bulaşmışdır. Meyitin döş qəfəsi və qarın nahiyəsində, ovuc içində çapıq izləri aşkar edilmiş, meyit üzərində hər hansı digər xəsarət izi müəyyən edilməmişdir. (iş vərəqə 112-118) İş materiallarında olan meyitə baxış keçirilməsi haqqında 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin əynində göy rəngli qısaqol köynək, qara rəngli şortik və qara rəngli kişi tumanı olmuşdur. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğu 178 sm olmuşdur. Meyit əllə toxunduqda soyumuş, dəri örtüyü solğun, ağarmış, gövdəsinin arxa səthində qırmızımtıl-göyümtül rəngli, zəif intensivlikli meyit ləkələri olmuşdur. Meyit ləkələrinə təzyiq etdikdə itmiş, təxminən 2-3 dəqiqə ərzində bərpa olmuşdur. Meyit qacıması yoxlanan əzələ qruplarında yaxşı inkişaf etmiş, saçı qara rəngdə olub, uzunluğu 5-6 sm qədər olmuş, kəllə sümükləri əllədikdə tam, gözləri yarımaçıq, bəbəklərin diametri 0,5 sm, buynuz qişa parlaq, qüzehli qişa qəhvəyi rəngdə, qulaq seyvanları tam, xarici qulaq keçəcəkləri sərbəst, burun sümükləri əllədikdə tam, ağzı yarımaçıq vəziyyətdə olmuş, dili ağız boşluğunda sərbəst yerləşmiş, ağız boşluğunda və ağız boşluğunun ətrafında qan laxtalanması müşahidə edilmiş, çənə və boyun nahiyələrində eləcə də sağ əlin ovuc səthində qurumuş qan ləkələri görünmüşdür. Dişləri tam və təbii, boyu orta uzunluqda və köklükdə, qacıma hesabına bir qədər az hərəkətli olmuş, döş qəfəsi silindrik və simmetrik olmuşdur. Qarnı qabırğa qövsləri səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olmaqla düzgün inkişaf etmiş, sidik kanalının xarici dəliyindən ifrazat qeyd edilməmişdir. Arxa keçəcək dəliyi qapalı, ətrafındakı dəri təmiz və zədəsiz olmuşdur. Arxa keçəcəyin ətrafındakı şüavari büküşlər aydın seçilmiş, arxa keçəcək dəliyinin selikli qişası solğun- çəhrayı rəngdə, qansızmasız olmuş, yuxarı və aşağı ətrafları düzgün inkişaf etmiş, əllədikdə sümükləri tam, pataloji hərəkətlilik hiss olunmamışdır. Meyitin xarici müayinəsi zamanı bədən səthində döş qəfəsinin sol yarısının ön səthində, 2-ci qabırğa səviyyəsində, ön qoltuqaltı xətt üzrə ayaqaltından 140 sm məsafədə ölçüsü 1,4x0,3 sm, döş qəfəsinin sol yarısının ön səthində , orta körpücük xətti üzrə, sol qabırğa qövsü səviyyəsində, ayaqaltından 118 sm məsafədə ölçüsü 4,0x0,3 sm, sağ budun yuxarı 1/3-nin bayır arxa səthində, ayaqaltından 75 sm məsafədə 1,6x0,3 sm və qarın nahiyəsinin ön səthində orta xətt üzrə şaquli istiqamətdə yerləşən 19,8x0,4sm ölçülərdə, kənarları hamar, bərk konsistensiyalı, açıq qırmızımtıl-çəhrayımtıl rəngli, hipertrofık xarakterdə çapıq toxumaları olmuşdur. Meyitin bədən səthində hər hansı digər xəsarət aşkar edilməmişdir. (iş vərəqə 123-126) İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində bir daha təsdiq edərək baş vermiş hadisənin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha yerində təsdiq edərək əyani surətdə təsvir edib göstərmiş, cinayət əməlini törədərkən istifadə etdiyi bıçağın yerini göstərmiş və həmin 1 ədəd qara rəngli bıçaq müvafiq qaydada götürülüb protokola əlavə edilmişdir. (iş vərəqə 28-29) İş materiallarında olan təqdim etmə və götürmə haqqında 29 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 12 ünvanında yerləşən bağçanın həyətində olan videomüşahidə kameralarına baxış keçirilməklə götürülmüş video görüntüdə hadisəni törətməkdə şübhəli bilinən arıq bədən quruluşlu, orta boylu, əynində qara rəngli qısaqol gödəkcəsi və göy rəngli cins şalvar olan şəxs müəyyən edilmişdir. (iş vərəqə 09) «Diskə baxış keçirilməsi haqqında» 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 12 ünvanında yerləşən bağçanın həyətində olan videomüşahidə kameralarına baxış keçirilməklə götürülmüş videogörüntüdə olan arıq bədən quruluşlu, orta boylu, əynində qara rəngli qısaqol gödəkcəsi və göy rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. (iş vərəqə 261) İş materiallarında olan götürmə və baxış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli, «Redmi» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilməklə götürülmüşdür. (iş vərəqə 222-225) Mobil telefona baxış keçirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və tərcüməçinin iştirakı ilə Zərərçəkmiş şəxs «Redmi» markalı mobil telefonuna baxış keçirilərkən telefonun ekran menyusunda olan “Vkontakte” sosial şəbəkəsinin mesajlar bölməsinə daxil olduqda Şahid1 həmin sosial şəbəkədə adının “Maqdak Mambekov” olaraq qeyd olunmasını və həmin profil vasitəsilə Zərərçəkmiş şəxs ilə istifadəsində olan profillə sonuncunun sağlığında mesajlaşmasını bildirmiş, baxış zamanı 29 may 2022-ci il tarixdə baş vermiş hadisədən sonra müxtəlif tarixlərə aid, Zərərçəkmiş şəxs və Şahid1 aralarında olan mesajların məzmununda onların normal münasibətlərin olmasını əks etdirən mesajlaşmalar müəyyən edilmişdir. 21 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və Şahid1 arasında baş vermiş hadisə ilə əlaqədar danışıq aparılarkən Zərərçəkmiş şəxs Şahid1la dialoq zamanı “mənə maraqlı olan odur ki, o, həm məndən böyükdür, həm də məndən iridir, nəyə görə dalaşmadı? bıçaq çıxardı” deyə Şahid1 bildirmiş, Şahid1 isə cavabında “Biz ikimiz olsaq, uzağı dalaşardıq, heç dalaşmazdıqda, çünki mehriban danışırdıq, mən çox təəcübləndim ki, səninlə danışdığım zaman özünü soxdu ortaya, sənə dedi ki, hərəkətivi eləyə bilərsən? səndə dedin ki, niyə eləmirəm? Kimdi durduq yerə kimi söyən? Bundan sonra o sənə qarşı nalayiq ifadə işlətdi” bildirmiş, daha sonra Zərərçəkmiş şəxs -“o, bizim ikimizdən də böyükdür, həmdə güləşçidir, ikimizi də döyə bilərdi, mən də onu bərk vurdum. Sən görmədin ki, birinci mən vurdum?”, Şahid1 - “yox mən görmədim, sonra fonarı yandırdım, gördüm yerdə bıçaq var, səndən qan axır” Zərərçəkmiş şəxs - “Yadıma düşmüşkən, mən komada olanda sənin anan gəldi, ağlaya-ağlaya dedi ki, Rəsul sən niyə belə edirsən? Niyə demisən ki, Maqsud səni bıçaqlıyıb? Mən də təəcüblə baxdım və soruşdum ki, nə? nə vaxt demişəm ki, Maqsud məni bıçaqlayıb? Sən demə müstəntiqlər narkozdan sonra izahat alanda ağzıma gələni danışıb yola vermişəm ki, əl çəksinlər məndən. Yəqin ki, elə olub çünki, heç nə yadımda deyil.” deyə bildirmişdir. Baxışda iştirak edən Şahid1 Zərərçəkmiş şəxs ilə aralarında aparılan danışıqlar zamanı Təqsirləndirilən şəxs barəsində danışdıqlarını qeyd etmişdir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, həmin danışıqlar zamanı Zərərçəkmiş şəxs sağaldıqda Şahid1 üçün iş tapacağını sonuncuya bildirmiş, aralarında mübahisə xarakterli danışıq olmamışdır. (iş vərəqə 257) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-in 120.2.2 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. (iş vərəqə 269- 271) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirsə də, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti törətməmiş, eləcə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxsi bıçaqla vurmaması, ibtidai istintaq zamanı özünü təqsirli bilməsinə dair ifadəsini təzyiq altında verməsinə dair qeyd etdiklərinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirməyərək, özünün 02 iyun 2022-ci il tarixli ifadəsi, Mobil telefona baxış keçirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli protokol, «Diskə baxış keçirilməsi haqqında» 01 dekabr 2022-ci il tarixli protokol, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 31 may 2022-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli TS-40 saylı rəyi, məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2161 saylı rəyi, kompleks məhkəmə tibbibioloji və tibbi-kriminalistik ekspertizasının bioloji tədqiqinə dair xx.xx.2022-ci il tarixli 503/2022-MTBŞ saylı rəyi, kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının kriminalistik tədqiqinə dair xx.xx.2022-ci il tarixli 404/MTKŞ-2022 saylı rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 581/KEŞ saylı rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 93 saylı rəyi, iş üzrə mərhum zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla təkzib edilir. AR Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü cinayət hadisənin törədilməsində təqsirli bilməsinə dair ifadəsini təzyiq altında verdiyini qeyd etsə də, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən ona qarşı hər hansı təzyiq edilməsi barədə məsələlər ümumiyyətlə səsləndirilməmişdir. Eləcə də, qeyd edilməli məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona qarşı ilkin olaraq AR CM-in 126.1-ci maddəsi ilə ittiham irəli sürülərkən, 02 iyun 2022-ci il tarixli ifadəsində Zərərçəkmiş şəxs məhz onun tərəfindən bıçaqlanmasını etiraf etmiş, yalnız xx.xx.2022-ci il tarixli qərara əsasən, onun əməli daha ağır məsuliyyət nəzərdə tutan AR CM-in 120.2.2 və 221.3-cü maddələrinə tövsif edildikdən sonra, eləcə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumiyyətlə onun tərəfindən bıçaqlanmasını inkar etmişdir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi AR CM-in 126.1-ci maddəsi ilə başlanmışdır. (iş vərəqə 01) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 43) İş materiallarında olan Bakı şəhəri Nizami rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdən 3 aya yaxın müddət keçdikdən sonra, yəni, xx.xx.2022-ci il tarixdə vəfat etməsi səbəbindən, Təqsirləndirilən şəxs əməli AR CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmişdir. (iş vərəqə 103-104) Eyni zamanda iş materiallarından görünür ki, 17 dekabr 2022-ci il tarixli qərarla hər hansı əsaslandırma aparılmadan, yalnız ümumi ifadələrlə təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi sadalanmaqla, Təqsirləndirilən şəxs əməli AR CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin 120.2.2 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (iş vərəqə 269-271) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 izahatından görünür ki, 09 avqust 2022-ci il tarixdə SHXÇDX-nin Göyçay rayon şöbəsinə gedərək, oğlunun səhhəti barədə məlumat vermiş, daha sonra kəndə qayıtdığı zaman Rəsulun vəziyyəti pisləşdiyi üçün Göyçay rayon xəstəxanasından Bakı şəhərinə göndəriş götürüb Rəsulu Bakıya gətirmiş, Bakı şəhərində Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində həkim müayinəsindən keçdikdən sonra xx.xx.2022-ci il tarixdə Zəfəran klinikasında müayinə zamanı ona Rəsulun təcili olaraq X2 aparılaraq əməliyyat edilməli olması bildirilmiş, lakin, maddi imkanları olmamış və xəstəxanaya gedə bilməmişlər. (iş vərəqə 127-128) Məhkəmə iclasında şahid qismində dindirilmiş “X11” publik hüquqi şəxsinin həkimcərrahı Şahid5 Aydın qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xəstəxanadan çıxdıqdan sonra bir daha heç vaxt müalicə və ya müayinə üçün müraciət etməmişdir. Lakin xəstə ambulator olaraq evə buraxıldıqdan sonra mütəmadi olaraq müayinələrə getməli və ya başqa həkimə və ya xəstəxanaya müraciət etməli olmuşdur. Xəstənin endoskopik üsulla müayinə olunması, mədə üçün müalicə alması, pəhriz saxlaması vacib olmuşdur. Belə ki, xəstə düzgün qidalanmadıqda, pəhriz saxlamadıqda, daimi olaraq yeridikdə və müxtəlif səbəblərdən, o cümlədən yaraların dərin və daxilə nüfuz edən olmasına görə yaranmış iltihabi prosesdən də ola bilsin ki, 2 ay sonra qanaxma yaranmışdır. Xəstə evə buraxılan zaman kifayət qədər aktiv, səhhəti yaxşı olmuş, ayağa qalxıb gəzmişdir. Zərərçəkmiş şəxs ona deyilən məsləhətlərə əməl edərək, nəzarətdə qalacağı, pəhriz saxlayacağı təqdirdə çox güman ki, ölüm baş verməzmiş. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 581/KEŞ saylı rəyində Zərərçəkmiş şəxs ölümünə səbəb “Mədənin, mədəaltı vəzinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzidə zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri, mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir. Qeyd olunan rəydə baş vermiş ölüm hadisəsi yetirilmiş xəsarətlərlə birbaşa səbəbli əlaqədə göstərilsə də, nəzərə almaq lazımdır ki, məhkəmədə şahid qismində dindirilmiş cərrahiyyə əməliyyatını icra etmiş həkimin də fikirlərinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, mədəaltı vəzidə zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri, mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma kimi proseslər məhz xəstənin səhhətinə laqeyid yanaşması, həkimlərin tövsiyyəsinə baxmayaraq, ambulator müayinələrdən keçməməsi, pəhriz saxlamaması kimi səbəblərdən yaranmışdır. AR Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Bu faktı zərərçəkmiş şəxsin hüquqi varisi olan anasının izahatı da təsdiq edir. Göründüyü kimi, əməliyyatdan sonrakı dövrdə Zərərçəkmiş şəxs səhhəti ilk dəfə 09 avqust 2022-ci il tarixdə pisləşmiş, onun öldüyü 17 avqust 2022-ci il tarixədək, mərhuma hər hansı əsaslı tibbi yardım göstərilməmiş, xx.xx.2022-ci il tarixdə onun yenidən əməliyyat edilməli olması bildirilsə də, xəstə heç bir əməliyyat edilmədən evə qayıtmışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirdikdən sonra hadisə yerindən uzaqlaşmış, zərərçəkmiş şəxsə xəsarətlər yetirməyə davam etməmiş, onun niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bir ədəd sağlamlığa yüngül zərər vurmaya, iki ədəd sağlamlığa ağır zərər vurmaya uyğun gələn xəsarətlər olmaqla, ümumilikdə üç bədən xəsarəti yetirsə də, xəsarətlərin qarşılıqlı dalaşma zamanı baş verməsini unutmamaq lazımdır. Diqqət edilməli bir məqam da ondan ibarətdir ki, hadisənin birbaşa şahidi Şahid1 ifadəsində hadisənin baş verdiyi yerin olduqca qaranlıq olduğunu, hətta bir-birilərinin üzünü belə görməkdə çətinlik çəkdiklərini bildirmiş, eyni zamanda hadisə yerinə baxış protokolu, hadisə yerinin ümumi görünüşünü əks etdirən fotoşəkillər də, Şahid1 hadisə yeri ilə bağlı dediklərini təsdiq edir. Belə olan halda, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan orqanlarına xəsarət yetirməsini müəyyən edə bilməsi olduqca çətin, hətta mümkünsüzdür. Bu qeyd edilənlər, Təqsirləndirilən şəxs niyyətinin məhz zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlmədiyinə dəlalət edir. AR CM-nin 126.3-cü maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 126.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. AR CM-in 126.3-cü maddəsi qarışıq tərkibli cinayət əməlini özündə ehtiva edir. Təqsirkarın qəsdən sağlamlığa ağır zərər vurma ilə əlaqədar hərəkətləri qəsd formasında olsa da, onun baş vermiş nəticəyə, yəni ölümə münasibəti təqsirin ehtiyatsızlıq formasında özünü büruzə verir. AR CM-nin 25.1-ci maddəsinə görə, şəxsin qəsdən cinayət törətdiyini iddia etmək üçün onun əməlində birbaşa və yaxud dolayı qəsd müəyyən olunmalıdır. CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. AR CM-nin 25.3-cü maddəsinin tələblərindən görünür ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhülükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Lakin, hazırki işdə Təqsirləndirilən şəxs baş vermiş nəticəyə (zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə) münasibətdə birbaşa və yaxud dolayı qəsdlə hərəkət etdiyini göstərən heç bir hal müəyyən edilməmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Hadisənin əsas şahidi Şahid1 əlavə hadisədən bilavasitə sonra baş verənlərə şahidlik etmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, hadisə zamanı axşam saat 8-9 radələri olmuşdur. Hadisə yerində 3 nəfərdən başqa heç kim olmamışdır. O, söyüş və ya qışqırıq səsləri eşitməmişdir. Ümumiyyətlə, hadisə yeri ümumi gediş-gəliş olan yer olmamaqla, gecə vaxtı həmin yerdən gediş-gəliş üçün istifadə olunmamış, gündüz vaxtı həmin yerdən insanlar keçmişlər. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. AR CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyi sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri yetirərək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla, AR CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməmişdir. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs AR CM-in 221.3-cü maddəsi ilə bəraət verilməli, həmçinin, Təqsirləndirilən şəxs əməli AR Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunmalı və Təqsirləndirilən şəxs AR CM-in 126.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxıldıqdan sonra onun üzərində qəti olaraq 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (iş vərəqə 86-87; 314-320) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə minmədən və icra edilmədən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yeni cinayət əməli törədək, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyun 2022-ci il tarixdə isə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. AR Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan Bakı şəhəri, İcra Hakimiyyəti nəzdində olan 124 nömrəli Mənzil tikinti kooperativinin idarə heyətinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (iş vərəqə 325) Məhkəmə AR CM-in 59-cu maddəsinə əsaəsn, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 05 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 31 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 4(007)- 305/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 43; 80-81) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən götürülmüş 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən, qatlanan cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs məxsus göy rəngli cinsi şalvar və X1 götürülmüş Zərərçəkmiş şəxs məxsus «REDMİ markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 05 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən, qatlanan cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs məxsus göy rəngli cinsi şalvar, «REDMİ markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Fərid Namazov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-688/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-688/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver