Məhkəmə qərarları › İş №1(101)-689/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-689/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-689/2020 10.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzərov küçəsi, ev 3, mənzil 28-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxszərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 15:20 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində, tanışı Zərərçəkmiş şəxs oğlunun işlətdiyi ünvan 1 ünvanında yerləşən “Tava” kafesinin qarşısında mobil telefonla danışarkən ucadan nalayiq söyüşlər söydüyü üçün Zərərçəkmiş şəxs ona ictimai yerdə kafenin qarşısında ucadan nalayiq söyüşlər söyməməsini bildirdikdən sonra sonuncunun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov 1A ünvanında aralarında yaranmış sözlü mübahisə zamanı üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən 1 dəfə vurmaqla sonuncuya qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən, böyük piyliyi zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 2 litr qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, yetirildiyi anda dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs oğlunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlunu təxminən 25 ilə yaxındır ki, tanıyır. Aralarında həmişə normal münasibətləri olmuşdur. Əvvəllər heç vaxt aralarında ədavət və ya düşmənçilik olmamış və hazırda da yoxdur. Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığında, yəni ünvan 3 ünvanında yerləşən “Tava" kafesi vardır. Aralarında dorstluq münasibətləri olduğu, eyni zamanda həmin kafe onun yaşadığı evin yaxınlığında yerləşdiyi üçün o, tez-tez həmin kafeyə getmişdir. xx.xx.2020-ci il tarixdə günorta radələrində evdə tək özü 250 qram spirtli içki qəbul etmiş, sonra evdən çıxıb İlqarın kafesinə getmiş və orada tək oturub çörək yeyib təxminən 100 qram spirtli içki qəbul etmişdir. Kafedə təxminən yarım saat oturduqdan sonra kafedən çıxmışdır. Evinin yaxınlığı olduğu üçün İlqarın kafesinin qarşısında dayanıb mobil telefonla danışmağa başlamışdır. Həmin zaman içkili olduğu üçün mobil telefonda bir az yüksək səslə danışmış və əsəbləşdiyi üçün nalayiq söyüşlər söymüşdür. Bir neçə dəqiqə keçdikdən sonra İlqar gəlib ona kafenin qarşısında yüksək səslə nalayiq söyüş söyməməsini bildirmişdir. Lakin İlqarla aralarında yaxın münasibətləri olduğu üçün onun bu sözləri ona pis təsir etmişdir. Bundan sonra görmüşdür ki, İlqar kafenin arxasına keçir, o da İlqarın arxası ilə gedib İlqara nə üçün ona yol keçən şəxslərin yanında irad tutmasını soruşmuşdur. İlqar da onun sərxoş olduğunu, evinə getməyini və ertəsi gün söhbət edə biləcəklərini bildirmişdir. Sərxoş olduğu ücün İlqarın bu sözləri və hərəkətləri ona pis təsir etmiş və aralarında bir necə dəqiqə sözlü mübahisə yaranmışdır. İlqarı qorxutmaq məqsədilə cibində olan bıçağı çıxarıb qabağa itələmiş, həmin vaxt bıçaq İlqarın qarın nahiyəsinə dəymişdir. Bundan sonra o, İlqara yaxınlaşıb ona köməklik etmək istəmiş, lakin İlqar ona evinə getməyi bildirmişdir. O, da hadisə yerindən uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təxminən 2019cu ilin yay aylarında Gürcüstan Respublikasına gedərkən oradan almışdır, həmin bıçağı meyvə soymaq üçün üzərində gəzdirmişdir. İlqarı ümumiyyətlə bıçaqla vurmaq niyyəti olmamışdır. İlqar onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəmədə ifadəsində göstərdi ki, 1996-cı ildən ünvan 1da yerləşən “Tava” kafesini işlədir. Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, aralarında tanışlıqları vardır. İltifat onun işlətdiyi kafenin yaxınlığında yaşayır və tez-tez onun işlətdiyi kafeyə gəlib-gedir. Onunla həmişə normal münasibətləri olmuşdur. Heç bir vaxt aralarında ədavət və ya düşmənçilik olmayıb və hazırda da yoxdur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında işlətdiyi kafenin qarşısında avtomobildə əyləşmişdir. Bu zaman görmüşdür ki, İltifat kafedən çıxıb tək kafenin qarşısında dayanıb mobil telefonla yüksək səslə danışaraq nalayiq söyüşlər söyməyə başlamışdır. O, maşından düşüb İltifata yaxınlaşıb kafenin qarşısında yüksək səslə nalayiq söyüş söyməməsini bildirmişdir. Bundan sonra kafenin arxasında olan çörək bişirilən yerdə gedən təmir işləri ilə bağlı həmin yerə baş çəkmək üçün kafenin arxasına gedərkən görmüşdür ki, İltifat da onun arxasınca gəlir. İltifat ondan nə üçün yol keçən şəxslərin yanında ona irad tutduğunu soruşmuşdur. İltifatın sərxoş vəziyyətdə olduğunu gördükdə ona içkili olduğunu, evə getməsini və ertəsi gün söhbət edə biləcəklərini bildirmişdir. Onun sözləri İltifatın xoşuna gəlməmiş, onunla bir necə dəqiqə sözləşməyə başlamış və cibindən balaca bıçaq çıxarıb bir dəfə onun qarın nahiyəsindən vurmuş, sonra ona yaxınlaşıb köməklik etmək istəmişdir. Lakin o, İltifata çıxıb getməsini bildirərək tək avtomobilinə əyləşib xəstəxanaya getmişdir. Hadisənin baş verməsinə səbəb İltifatın sərxoş vəziyyətdə olması olmuşdur. Hadisə ani bir vaxtda baş verib qurtardığından orada heç bir səs-küy olmadığından kənar heç kəs toplaşmamışdır. İltifatın əlində olan bıçaq balaca bıçaq, əl tutan hissəsi sarı rəngli olmuşdur. Hazırda İltifattla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən “Tava” kafesinin qarşısıdır. Hadisə yerində hər hansı maddi sübut əhəmiyyəti daşıya biəcək əşya aşkar edilməmişdir (iş vərəqi 3-6). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Zərərçəkmiş şəxs oğluna bıçaqla xəsarət yetirməsinin təfərrüatları barədə əyani olaraq göstərmişdir (iş vərəqi 72-74). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, Zərərçəkmiş şəxs oğluna xəsarət yetirdiyi əl tutan hissəsi sarı rəngli bıçaq götürülmüşdür (iş vərəqi 15-16). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 03/11 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirəcək əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (iş vərəqi 96-98). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 158 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət - qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən, böyük piyliyi zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 2 litr qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası düşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat ücün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 101-104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2020-ci il tarixli, 414 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyillilik, tez özündən çıxmaq, neqativ amillərə qarşı dözümsüzlük aşkar olunur, inadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik əmələ gəlmiş, həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışın tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqəi 106- 109). İşdə olan xx.xx.2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqi 119-121). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 2/912 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqi 11). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında xx.xx.2009-cu ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı övladı vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 18, 22, 132-133). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 94). Zərərçəkmiş şəxs oğlunun ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 72, 180). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan edilmiş tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon prokuroru onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsindən imtina etmiş, onun MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmiş və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 34, 78-82). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edlməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı tutulduğu 2 gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerində saxlanılan cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün günə gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerində saxlanılan cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd mətbəx bıçağı məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar