Məhkəmə qərarları › İş №1(101)-689/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-689/2021

21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-689/2021 21.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə 1995-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Ağdam rayonunun Qızıllı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanan Təqsirləndirilən şəxs1 və 1989-cu il sentyabrın 19-da Quba rayonunun Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, Quba rayonunun Çiçi kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımış və göndərmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldəetmə, saxlama, daşıma, göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Rauf, Rəsul adlı şəxslər və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdə Təqsirləndirilən şəxs1 aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Rauf və Rəsul adlı şəxslərin naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri və satışını təşkil etməklə birgə qazanc əldə etmək üçün istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü vasitəsilə ona göndərdikləri külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroini, eləcə də 0,646 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi «BMW 528i» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıdıqdan sonra Təqsirləndirilən şəxs1 özünün faktiki yaşadığı ünvan 1 ünvanında narkotik vasitə heroini gizlətməklə saxlamış, həmin psixotrop maddə metamfetamini isə aralarındakı razılaşmaya görə satış məqsədi ilə saxlaması üçün Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci il mayın 02-də saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanının yaxınlığında saxlanaraq idarəyə dəvət edilib orada göstərilən tarixdə saat 16:00-dan etibarən əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmaqla sonuncuya məxsus çantanın içərisindən narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunmuş, saat 17:00-dan etibarən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən onun satış məqsədi ilə bundan əvvəl Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi və əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdəki 0,646 qram təmiz çəkidə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, saat 19:00-dan etibarən yuxarıda qeyd edilən ünvanda yerləşən, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçiriləndə sonuncunun dəhlizdəki stulun altından bir ədəd ağ rəngli sellofan torbada qanunsuz olaraq satış məqsədi ilə saxladığı üç ədəd şəffaf polietilen paketin içərisində ayrı-ayrılıqda 175 qram, 210 qram və 295 qram təmiz çəkidə külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə, habelə qaçaqmalçılıqla məşğul olmamışdır. Polis əməkdaşları qeyri-rəsmi nikahda yaşadığı X19 barəsində aparılan cinayət işi üzrə baxış protokuluna hal şahidi qismində qol çəkməsi üçün onu evindən gələrək aparmışlar. Evinə baxış keçirildiyi zaman mənzilin girişində aşkarlanan narkotik vasitə onun deyildir. O, istintaqdakı ifadələrini oxumadan imzalamışdır. Ona qarşı zor tətbiq olunmuşdur. İstintaqdakı ifadələrini təsdiq etmir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə, eləcə də qaçaqmalçılıqla məşğul olmamışdır. Başı ağrıdığı üçün Təqsirləndirilən şəxs1 ağrıkəsici dərman istədikdə sonuncu ona salfetkaya bükülü halda nəsə vermiş, lakin içərisində nə olması barədə xəbərsiz olmuşdur. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis mayoru olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yəni 2020-ci il mayın 02-də Təqsirləndirilən şəxs1 adlı şəxsin Abşeron rayonu ərazisində külli miqdarda narkotik vasitə heroin əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin tarixdə saat 15:00-da Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 «BMW 528i» markalı **-PD-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanmış, özlərini təqdim edərək sonuncuları idarəyə gətirib müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə zamanı sonuncu könüllü şəkildə çantasından bloknot, gümüşü rəngli elektron tərəzi, «Kapital» və «Exspress» banklarına məxsus cəmi üç ədəd plastik kart, 50 manat məbləğində pul, «Samsung» və «Huawei» markalı mobil telefonlar, yaşadığı mənzilə aid açar, X10 məxsus sürücülük vəsiqəsi çıxarmaqla təqdim etmiş, narkotik vasitələrdən istifadə etməsə də hazırda evində bir qədər saxladığı heroini «İnstagram» sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan Rəsul adlı şəxsdən müxtəlif ünvanlara çatdırması müqabilində pul qazanmaq üçün əldə etdiyini, özünün sürücülük vəsiqəsi olmadığı üçün «BMW 528i» markalı **-PD-*** qeydiyyat nişanlı avtomobili sürməyi gündəlik 15-20 manat verərək həvalə etdiyi tanışı Təqsirləndirilən şəxs2 əvvəllər bilməsə də sonradan belə fəaliyyətlə məşğul olmasından məlumatı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə vaxtı sonuncu könüllü surətdə əynindəki göy cins şalvarın sağ yan cibindən «Samsung» markalı mobil telefon, sürücülük vəsiqəsi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd kiçik şəffaf sellofan büküm, sol yan cibindən 50 manat məbləğində pul və özünə məxsus şəxsiyyət vəsiqəsi çıxararaq təqdim etmiş, narkotik vasitələrdən istifadə etmədiyini, sellofan bükümü Təqsirləndirilən şəxs1 saxlaması üçün ona verdiyini, göstərilən şəxsin narkotiklərin dövriyyəsi ilə məşğul olub sonuncu tərəfindən idarə etməsi ona həvalə edilmiş avtomaşınla bəzi ünvanlara narkotik maddələr daşıması barədə son üç gün ərzində xəbər tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 razılığı ilə sonuncunun istifadəsindəki avtomobilə və yaşadığı ünvan 1 ünvanına videoçəkilişlə baxış keçirilərkən avtomaşından qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 mənzilin giriş hissəsindəki dəhlizdə narkotik vasitə saxladığını bildirməklə stulun altında döşəmənin üzərindən götürdüyü ağ rəngli sellofan torbanın içərisindən narkotik vasitə heroinə oxşar maddələr olan üç ədəd şəffaf sellofan paketi çıxarıb təqdim etmişdir. Hadisələrlə bağlı tərtib olunan protokolların doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirilərkən, şəxsi axtarış, baxış, götürmə prosesləri zamanı onlara qarşı heç bir təzyiq, zorakılıq göstərilməmiş, heç bir qanunsuz hərəkətlər edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləmiş, əməliyyat qrupuna rəhbərlik edən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai araşdırmadakı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri tam etiraf edib 2018-ci ildə qeyri-rəsmi vətəndaş nikahında yaşamağa başladığı X13 2020-ci ilin fevral ayında həbs olunmasından sonra maddi çətinlik çəkdiyini, sonuncu ilə görüşəndə Tofiq ona pul qazanmaqdan ötrü İran İslam Respublikasının vətəndaşı Rauf adlı şəxsin İrandan göndərdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərindəki müxtəlif yerlərdən götürməklə kimlərəsə çatdırılması üçün fərqli yerlərə qoymaq lazım olduğunu bildirdikdə məcburiyyət qarşısında razılaşaraq Tofiqin ona verdiyi nömrəyə «WhatsApp» proqramı ilə yazıb Rauf adlı şəxslə əlaqə saxladığını, sonrakı günlərdə müxtəlif tarixlərdə sonuncunun ona dediyi yerlərdən götürdüyü narkotik vasitə heroini elektron tərəzi vasitəsilə müxtəlif çəkilərdə bölüşdürməklə Bakı şəhərindəki diqqət cəlb etməyən yerlərə bağlamalarda qoyduğunu, Raufun göndərdiyi bükümlərin içində ona bu işi görməsi müqabilində qazanc pul da olduğunu, bu işlə məşğul olan Raufun qohumu Rəsul adlı İran vətəndaşının hərdən onunla telefon əlaqəsi saxlayaraq göndərdiyi narkotik vasitə Bakı şəhərində qoydurduğu yerdən götürdükdən sonra bölüşdürüb harasa çatdırmağı bildirdiyini, Tofiq həbs olunandan sonra sonuncuya məxsus «BMW 528» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməkdə çətinlik çəkdiyindən 2020-ci il aprel ayının əvvəllərində tanış olduğu Təqsirləndirilən şəxs2la sürücü qismində tutmaqla gündəlik 10-15 manata razılaşdıqlarını, özü ilə narkotik maddələr daşıdığını əvvəllər Eldara bildirməsə də 2020-ci il aprel ayının sonlarında sonuncunun Rəsulla danışığını eşitdiyini, 2020-ci il mayın 02-də kiçik sellofan bükümdəki metamfetamini Eldara verərək özündə saxlamasını və aşağı düşüb avtomobili hazırlamasını tapşırdığını, saat 15 radələrində evdən çıxdıqda bir neçə mülki geyimli şəxsin yaxınlaşmaqla özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları kimi təqdim edərək onları saxladığını, idarəyə dəvət edilib videoçəkilişlə özünün üzərində şəxsi axtarış aparılarkən çantasından elektron tərəzinin, yazı qeydləri olan bloknotun, üç ədəd plastik bank kartının, 50 manat pulun, «Samsung» və «Huawei» markalı mobil telefonların, yaşadığı evin açarının, X8 adına olan sürücülük vəsiqəsinin aşkar olunmaqla götürüldüyünü, narkotik vasitə heroini yaşadığı ünvan 1 ünvanında saxladığını, Rəsul adlı iranlının vasitəsilə narkotik əldə edərək dövriyyəsi ilə məşğul olduğunu etiraf etdikdən sonra evə videoçəkilişlə keçirilən baxış vaxtı özünün üç ədəd sellofan bükümdə olan narkotik vasitə heroini polis işçilərinə təqdim etdiyini, saxlanarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən ona və Eldara qarşı heç bir təzyiq, zorakılıq edilmədiyini, 2020-ci il mayın 14-də və 2020-ci il noyabrın 04-də təqsirləndirilən şəxs qismində dindirilərkən özünü qismən təqsirli bilib Rauf və Rəsul adlı İran İslam Respublikasının vətəndaşları ilə sosial şəbəkədə tanış olduğunu, X13 onun törətdiyi əməllə heç bir əlaqəsi olmadığını, habelə qaçaqmalçılıq cinayətini törətmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 66-68, 105-112, 149-156, 271-274 və 2-ci cild, iş vərəqi 203-207). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai araşdırmadakı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri tam etiraf edərək 2020-ci il aprel ayının ortalarında özünə iş axtararkən tanış olduğu Təqsirləndirilən şəxs1 ilə gündəlik 10-15 manat pul müqabilində sürücülük etməyə razılaşdığını, sonuncunu Bakı-Abşeron ərazisində müxtəlif ünvanlara aparıb-gətirdiyini, 2020-ci il aprel ayının sonlarında Qəmərin fəaliyyətindən şübhələnməyə başladığını, sonuncunun hərdən mobil telefonda Rauf və Rəsul adlı şəxslərlə qram söhbəti etməklə danışıqlar apardığını eşidərək Qəmərin narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu anlasa da buna əhəmiyyət vermədiyini, 2020-ci il mayın 02-də günorta saatlarında sonuncunun evinə gedəndə Qəmərin ona kiçik sellofan büküm verib özündə saxlamasını və avtomobili hazırlamasını bildirdiyini, bükümdə narkotik olmasını başa düşsə də hansı növü olduğunu bilmədiyini, bükümü əynindəki cins şalvarının sağ yan cibinə qoymaqla həyətə düşdüyünü, saat 15 radələrində bir neçə mülki geyimli şəxsin yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları kimi təqdim edib onları saxladığını, idarəyə dəvət olunmaqla videoçəkilişlə əvvəlcə Qəmərin üzərində şəxsi axtarış aparılarkən sonuncunun çantasından bir ədəd elektron tərəzinin aşkarlanaraq götürüldüyünü bildiyini, onun üzərində videoçəkilişlə şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü polis işçilərinə özünün çıxarıb təqdim etdiyini, onun və Qəmərin iştirakı ilə avtomobilə videoçəkilişlə baxış keçirilərkən qanunsuz heç nə aşkar olunmadığını, saxlanarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən ona və Qəmərə qarşı heç bir təzyiq, zorakılıq edilmədiyini, Rauf və Rəsul adlı şəxsləri tanımadığını, sonuncuların narkotik vasitələri və ya psixotrop maddələri haradan və hansı yolla göndərdiklərini bilmədiyini, 2020-ci il noyabrın 06-da təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 69-70, 120-125, 134-140 və 2-ci cild, iş vərəqi 221-224). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid3 şahid qismində dindirilərkən iş üzrə Şahid1 ilə analoji ifadə vermişdir (2-ci cild, iş vərəqi 143-147). İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 02 may və 2020-ci il 03 may tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 2020-ci il 02 may tarixli qərarından, habelə Abşeron Rayon Məhkəməsinin 2020-ci il 07 may tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonu ərazisində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu və Təqsirləndirilən şəxs2 2020-ci il mayın 02-də saxlanıb üzərlərində şəxsi axtarış aparılarkən sonuncunun üzərindən bir ədəd şəffaf sellofan bükümdə 0,646 qram təmiz çəkidə həmin psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 çantasından üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 5, mənzil 130 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 mənzilin dəhlizində stulun altından bir ədəd ağ rəngli sellofan torbada qanunsuz olaraq satış məqsədi ilə saxladığı üç ədəd şəffaf polietilen paketin içərisində ayrı-ayrılıqda 175 qram, 210 qram və 295 qram təmiz çəkidə külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüş, 2020-ci il 02 may tarixli qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4, 6-8 və 11, 2-ci cild, iş vərəqi 29). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 02 may tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə müvafiq qaydada saat 15:50-də və saat 16:50-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 22 və 44). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 02 may tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla barəsində şəxsi axtarış və götürmə keçirilən Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxladığı hər hansı əşya varsa, təqdim olunması təklif edildikdə sonuncu öz çantasından bir ədəd qəhvəyi rəngli bloknotu, bir ədəd gümüşü rəngli tərəzini, «Kapital Bank»a məxsus **********40068 nömrəli, «Ekspress Bank»a məxsus ağ rəngli **********311098 nömrəli və **********924442 nömrəli plastik kartları, 50 manat pulu, bir ədəd ağ rəngli «Samsung Galaxy S10e» markalı və bir ədəd qara rəngli «Huawei» markalı mobil telefonları, yaşadığı mənzilə aid bir ədəd açarı, X10 məxsus sürücülük vəsiqəsini təqdim etmişdir. İş üzrə əhəmiyyət kəsb edən bloknot, tərəzi, plastik kartlar, mobil telefonlar və sürücülük vəsiqəsi götürülmüş, pul Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Sonuncu yaşadığı mənzildə narkotik vasitə heroin saxladığını, göstərilən maddəni «İnstagram» sosial şəbəkəsində tanış olaraq «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxladığı, İran İslam Respublikasının vətəndaşı olan Rəsul adlı şəxsdən əldə edib deyilən ünvanlara çatdırmaqla pul qazandığını, onun sürücülük vəsiqəsi olmadığından özünə məxsus olduğunu bildirdiyi «BMW 528i» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs2 idarə etdiyini, sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından sonradan xəbər tutduğunu, avtomobilə və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir (1-ci cild, iş vərəqi 32-34). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 02 may tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla barəsində şəxsi axtarış və götürmə keçirilən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxladığı hər hansı əşya varsa, təqdim olunması təklif edildikdə sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli «Samsung Galaxy A30s» markalı mobil telefonu, öz adına olan sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini, bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni və sol yan cibindən 50 manat pulu təqdim etmişdir. İş üzrə əhəmiyyət kəsb edən mobil telefon, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi götürülmüş, pul Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Sonuncu aşkar edilən bükümü Təqsirləndirilən şəxs1 saxlaması üçün ona verdiyini, qeyd edilən şəxsə məxsus «BMW 528i» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü kimi idarə edərək gündəlik 15-20 manat pul qazandığını, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını son üç gün ərzində bildiyini, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmiş, bir ədəd DVD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 54-57). İş materiallarındakı Təqsirləndirilən şəxs1 2020-ci il 02 may tarixli ərizəsindən və Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2020-ci il 02 may tarixli protokollardan görünür ki, sonuncunun razılığı ilə «BMW 528i» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkarlanmamaqla yanaşı həmin avtomobilə aid qeydiyyat şəhadətnaməsi və X17 məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş; Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 5, mənzil 130 ünvanına baxış keçirilərkən sonuncu dəhlizdə olan stulun altından bir ədəd ağ rəngli sellofan paketdəki üç ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər kütləni təqdim etdikdə göstərilən bükümlər və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. Sonuncu özünə məxsus, içərisində narkotik vasitə olan bükümləri Rəsul adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, elektron tərəzi ilə narkotikin çəkisini müəyyənləşdirdiyini, Rəsul adlı şəxsin tapşırdığı ünvanlara aparıb əvəzində aylıq 500-1.000 manat pul qazandığını bildirmiş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 58, 60-61 və 63-65). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 03 may tarixli 6/627 №-li rəyindən görünür ki, üzərində «vət. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilərək götürülmüş 3 ədəd büküm...» yazısı olan paketdəki üç ədəd şəffaf polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 175 qram, 210 qram və 295 qram, ümumi təmiz çəkisi 680 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində «vət. Təqsirləndirilən şəxs2 üzərindən..» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,646 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 679,85 qram və 0,546 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 76-80). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 03 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qəhvəyi rəngli bloknota baxış keçirilərkən yazı dəftərçəsinin içərisindəki bəzi vərəqlərdə narkotik vasitə heroinin «ağ» və «torpaq» şərti adları altında, narkotik vasitə tiryəkin «qara», psixotrop maddə metamfetaminin «şüşə» şərti adlı altında qeyd edilməklə külli miqdar təşkil edən müxtəlif çəkilərdə Totu, Amid, Habil, Mutalıb, Şamxal, Tərlan, Elman, Pərvin, Murad və Amil adlı istintaqa məlum olmayan müxtəlif şəxslərə satılmasına, göndərilməsinə, verilməsinə və ya çatdırılmasına dəlalət edən, həmçinin bunun müqabilində həmin şəxslərdən milli valyuta ilə müxtəlif məbləğlərdə pul alınmasını, sonuncuların əldə etdikləri bu kimi maddələrə görə müxtəlif məbləğlərdə pul ödədiklərini və onların qalıq borclarının mövcudluğunu ifadə edən riyazi hesablamalar üzrə yaddaş xarakterli yazılı qeydlərin aparılması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 86-96). İş materiallarında olan AD seriyalı 666069 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 2020-ci il 14 may tarixli etibarnamənin kserosurətlərindən, 2020-ci il 15 may tarixli qəbzdən görünür ki, «BMW 528i Minik» markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi «Baku Leasing» məhdud məsuliyyətli cəmiyyətinin idarə etmək hüququnu 2020-ci il mayın 20-dək X14 etibar etdiyi göstərilən nəqliyyat vasitəsi sonuncu tərəfindən təhvil alınmışdır (1-ci cild, iş vərəqi 98 və 254; 2-ci cild, iş vərəqi 4). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 04 may tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edildikləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 126-127 və 141-142). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 04 may tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli 2020-ci il mayın 02-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 178-183). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 06 may tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 679,85 qram və 0,546 qram çəkidə qalıqları, habelə üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi maddi sübut hesab edilməklə idarənin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 216-217). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 20 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülən «Samsung Galaxy S10e» və «Huawei» markalı mobil telefonlara baxış keçirilərkən «Samsung Galaxy S10e» markalı mobil telefonun yaddaşındakı «WhatsApp» proqramında İran İslam Respublikasının mobil operatoruna aid +98 914 351 6369 mobil nömrə istifadəçisinin «Resul İran» adı altında, +98 910 438 8271 mobil nömrə istifadəçisinin «X23» adı altında, +98 939 136 8847 mobil nömrə istifadəçisinin «Rauf İran 2» adı altında, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin mobil operatoruna aid +994 55 873 67 16 mobil nömrə istifadəçisinin «Rauf Azeri» adı altında qeydə alınması, həmçinin «Resul İran» adı altında qeydə alınmış +98 914 351 6369 mobil nömrə istifadəçisi tərəfindən zənglər edilməsi və səs mesajlarının mübadiləsinin həyata keçirilməsi, telefonun abunəçilər bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 910 438 8271 mobil nömrə istifadəçisinin «X23» adı altında, +98 919 088 5170 mobil nömrə istifadəçisinin «Rauf İran» adı altında, +98 939 136 8847 mobil nömrə istifadəçisinin «Rauf İran 2» adı altında, +98 933 055 9213 mobil nömrə istifadəçisinin «Rauf Stare» adı altında, +98 914 753 6579 mobil nömrə istifadəçisinin «Mal Verən» adı altında, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin mobil operatoruna aid +994 55 873 67 16 mobil nömrə istifadəçisinin «Rauf Azeri» adı altında qeydə alınması faktları, «Qalereya» bölməsində «WhatsApp» proqramı vasitəsilə qəbul edilmiş şəffaf sellofan torba içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin görüntüsünə dair fotoşəklin mövcud olması, «Huawei» markalı mobil telefon aparatının abunəçilər bölməsində «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin mobil operatoruna aid +994 55 873 67 16 mobil nömrə istifadəçisinin «Rauf Azeri» adı altında və İran İslam Respublikasının mobil operatoruna aid +98 910 438 8271 mobil nömrə istifadəçisinin «Rais İran» adı altında qeydə alınması müəyyən edilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 5-14). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 20 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bir ədəd «Samsung Galaxy A30s» markalı mobil telefona baxış vaxtı iş üçün əhəmiyyət kəsb edən məlumat müəyyən olunmamışdır (2-ci cild, iş vərəqi 15). İş materiallarındakı Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 2020-ci il mayın 25-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmiş, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 26 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Şabran Rayon Məhkəməsinin 2018-ci il 09 fevral tarixli qərarına əsasən sonuncunun əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci və 178.2.4.-cü maddələrinə tövsif edilib üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını çəkdiyi üçün azadlığa buraxılmış, məhkumluğu ödənilmişdir (2-ci cild, iş vərəqi 18-21). İş materiallarında olan «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 04 iyun tarixli 8891 №-li, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 09 iyun tarixli BKC/LGL-6541/20 №-li və 2020-ci il 09 iyun tarixli BKC/LGL-6539/20 №-li məktublarından, habelə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 15 iyun tarixli protokollardan görünür ki, məhdud məsuliyyətli cəmiyyətlərdən daxil olan üç ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 42-53). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 06 iyul tarixli 4169 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada müalicədə olmamışlar (2-ci cild, iş vərəqi 81). İş materiallarındakı Ağdam Rayonu İcra Hakimiyyəti başçısının X18 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 08 iyul tarixli xasiyyətnamədən və eyni tarixli 219 №-li və 220 №-li arayışlardan görünür ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonunun Qızıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X21 yataqxanasında müvəqqəti məskunlaşan Təqsirləndirilən şəxs1 qonşuları ilə həmişə mehriban davranmış, onun haqqında heç bir təqsirləndirici material və şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 83-85). İş materiallarındakı Quba Rayonu İcra Hakimiyyəti başçısının Aparatının 2020-ci il 20 iyul tarixli 1851/3 №-li məktubundan, Quba Rayonu İcra Hakimiyyəti başçısının X22 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi xasiyyətnamədən, 2020-ci il 09 iyul tarixli 232 №li və 2020-ci il 03 oktyabr tarixli 364 №-li arayışlardan, 2015-ci il 02 aprel tarixli AZ-İİ seriyalı 034603 №-li nikah, 2016-cı il 08 noyabr tarixli AZ-İİİ seriyalı 856403 №-li və 2018ci il 19 dekabr tarixli AZ-İV seriyalı 220248 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, hal-hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs2 Quba rayonunun Çiçi kəndində yaşadığı müddətdə ictimai işlərə yaxından kömək etmiş, barəsində heç bir şikayət daxil olmamışdır, sonuncunun X15 ilə nikahından 2016-cı il 20 noyabr təvəllüdlü Nuray və 2018-ci il 28 noyabr təvəllüdlü Bəhlul adlı azyaşlı övladları vardır (2-ci cild, iş vərəqi 86-87, 148-151 və 154). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 25 iyun tarixli 1750 №-li və 2020-ci il 06 iyul tarixli 1861 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmur, sonuncuların məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 88-91). İş materiallarında olan «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 07 avqust tarixli 11632 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına nömrə aşkar edilməmişdir, Təqsirləndirilən şəxs2 aid aktiv olan ***-***-**-** və ***-***-**-** nömrələri müəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 100-101). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 30 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət sərhədindən hər hansı istiqamətdə, yaxud əks istiqamətdə girişinə və çıxışına dair məlumatların qeydə alınmadığı müəyyən edilmişdir (2-ci cild, iş vərəqi 171). İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2020-ci il 02 noyabr tarixli 008-6116-1220 №-li məktubunun kserosurətindən görünür ki, keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzildən aşkarlanan narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminin satış məqsədilə əldə edilib saxlandığına, sonuncuların bu kimi maddələrin qanunsuz dövriyyəsində İran İslam Respublikasının vətəndaşları Rauf və Rəsul aldı şəxslərlə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, Rauf və Rəsul aldı şəxslərin qeyd olunan maddələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs1 göndərdiklərinə, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri Bakı şəhəri və Abşeron rayonu ərazisində qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və sonuncu ilə birgə qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmiş, lakin Rauf və Rəsul aldı şəxslərin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır (2-ci cild, iş vərəqi 172). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 03 noyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 04 noyabr, 2020-ci il 06 noyabr və 2020-ci il 19 noyabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CMnin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən həmin Məcəllənin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə sonunculara qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci maddəsi ilə, X19 barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, maddi sübut hesab olunan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılması, eləcə də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülər olan iki ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 aşkarlanan bir ədəd «Samsung Galaxy S10e» və bir ədəd «Huawei» markalı mobil telefonlar, bir ədəd üz hissəsi qəhvəyi rəngli yazı dəftərçəsi idarənin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 679,85 qram və 0,546 qram çəkidə qalıqlarının, habelə üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzinin idarənin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 aşkar edilən «Kapital Bank»a məxsus **********40068 nömrəli, «Ekspress Bank»a məxsus **********311098 nömrəli və **********924442 nömrəli plastik kartların, yaşadığı mənzilə aid bir ədəd açarın, X10 məxsus sürücülük vəsiqəsinin, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Samsung Galaxy A30s» markalı mobil telefonun və adına olan sürücülük vəsiqəsinin sonuncuların yaxın qohumlarına və sahiblərinə qaytarılması qərara alınmış, Rauf, Rəsul adlı şəxslər və qeyriləri barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (2-ci cild, iş vərəqi 173-192, 195-196, 213-214 və 230-232). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Sosial İqtisadi Kollecinin 2021-ci il 26 may tarixli 39 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonundan qaçqın olmaqla hazırda ünvan 3 ünvanında yerləşən Bakı Dövlət Sosial İqtisadi Kollecinin yataqxanasında yaşayır, ailəsi sonuncunun övladı X5 ibarətdir. Məhkəməyə təqdim olunan AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin və 2015-ci il 07 dekabr tarixli AZ-İİİ serialı 671561 №-li doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 2015-ci il 18 noyabr təvəllüdlü X11 adlı azyaşlı övladı vardır. Məhkəməyə təqdim olunan Azərbaycan Vətən Mübaribəsi X4 2020-ci il 18 noyabr tarixli 67643 №-li vəsiqəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2019-cu il 13 sentyabr tarixli 086287 №-li vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X20 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməklə Azərbaycan Vətən Mübaribəsi X4 Ağdam rayon şöbəsində üzv kimi qeydiyyatdadır, sonuncu müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 2021-ci il 11 iyun tarixli 17/34-1697 №-li məktubu ilə daxil olmuş tibbi arayışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş ağciyər vərəmindən qalıq əlamətləri, fibroz şəklində, VM (-) neqativ diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 2017-ci il 05 iyul tarixli AA seriyalı 392830 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonundan məcburi köçkündür. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda, yəni 680 qram çəkidə narkotik vasitə heroini və 0,646 qram çəkidə psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 680 qram çəkidə narkotik vasitə heroini və 0,646 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması və göndərməsi, Təqsirləndirilən şəxs2 isə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,646 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən 0,646 qram çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etsə də sonuncunun şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Rauf, Rəsul adlı şəxslər və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girməsi, eləcə də Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif etmişdir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi, yəni qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etmə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratma, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmə və sair bu kimi hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması və göndərməsi ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər Təqsirləndirilən şəxs2 saxlanarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkarlanan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddənin Təqsirləndirilən şəxs1 tərəfindən saxlaması üçün ona verildiyini bildirdiyini göstərmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyataxtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması və göndərməsi cinayətlərini törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın qaçaqmalçılıqla və satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qeyd edilən cinayətləri törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olubolmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayətləri törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması və göndərməsi cinayətlərini törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib bir ədəd bükümdə saxlamaqla daşıdığı 0,646 qram çəkidə psixotrop maddə metamfetaminin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 0,546 qram çəkidə psixotrop maddə metamfetamin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayətləri törətməsini təsdiq edə bilməz. Məhkəmə, yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs2 aşkar edilib götürülən 0,646 qram çəkidə psixotrop maddə metamfetaminin onun tərəfindən satış məqsədi ilə deyil, gələcəkdə özünün şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edilib saxlanılmasını, habelə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda, yəni 680 qram çəkidə narkotik vasitə heroini və 0,646 qram çəkidə psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 680 qram çəkidə narkotik vasitə heroini və 0,646 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımasını və göndərməsini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroinin yalnız külli miqdar təşkil edən 680 qram və psixotrop maddə metamfetaminin 0,646 qram olması amilindən yanaşılmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.cü maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə Azərbaycan Respublikasının CPM-nin 42.1.4.-cü maddəsi əsasında bəraət verilməli, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə verilən ittiham üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə, Təqsirləndirilən şəxs2 isə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun göstərilən maddəsinin mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, Təqsirləndirilən şəxs2 qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq olunan özlərinin və şahidin istintaqdakı ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər, Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, tənha ana, məcburi köçkün, xəstə olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun 2015-ci il 18 noyabr təvəllüdlü övladı X11 14 yaşına çatanadək, yəni 2029-cu il noyabrın 18-dək təxirə salınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 haqqında seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülən sonuncuya məxsus bir ədəd «Samsung Galaxy S10e» markalı və bir ədəd «Huawei» markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalı, bir ədəd üz hissəsi qəhvəyi rəngli yazı dəftərçəsi, üzərində narkotik vasitə heroinini izləri olan bir ədəd elektron tərəzi, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 679,85 qram və 0,546 qram çəkidə qalıqları məhv edilməli; şəxsi axtarış, baxış və götürmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X16 tərəfindən müvafiq qaydada 54 iş saatı və 08 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və X9 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 324 manat və 48 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu gündən, yəni 2020-ci il mayın 02-dən hesablanmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun 2015-ci il 18 noyabr təvəllüdlü övladı X6 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2015-ci il 18 noyabr təvəllüdlü övladı X11 14 yaşına çatanadək hökmün icrası təxirə salınsın. Təqsirləndirilən şəxs1 övladı X11 14 yaşına çatanadək davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il mayın 02-dən hesablansın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və X9 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 324 manat və 48 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülən sonuncuya məxsus bir ədəd «Samsung Galaxy S10e» markalı və bir ədəd «Huawei» markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın, bir ədəd üz hissəsi qəhvəyi rəngli yazı dəftərçəsi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada 679,85 qram və 0,546 qram çəkidə qalıqları məhv edilsin; şəxsi axtarış, baxış və götürmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar