Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-689/2022 30.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 və «Verdiktum» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli - himayəsində 3 nəfər azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olan və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, 03 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 dekabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr satma barədə şəxsiyyəti müəyyənləşdirilməmiş İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı “Əli” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə 05 (beş) ədəd bükümdə təmiz çəkisi 5,00 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,254 qram olmaqla külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət maddələri - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra: DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra: BNMİ) daxil olmuş əməliyyat məlumatı əsasında həmin baş idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 03 dekabr 2021-ci il tarixdə, saat 13:50-də ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə aparılmış, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan uzunqol gödəkçəsinin sol yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,929 qram; 0,921 qram; 0,806 qram; 0,994 qram və 1,350 qram olmaqla ümumi təmiz çəkisi 5,00 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,329 qram və 0,925 qram olmaqla ümumi təmiz çəkisi 2,254 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək onda beş ədəd deyil, cəmi bir ədəd bükülüdə heroin narkotik vasitəsi olduğunu qeyd edib qalan hissədə ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə baxışı zamanı ifadə vermək istəmədiyini göstərərək ifadə verməkdən imtina etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etməsi nəzərə alınmaqla onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 1 il əvvəl narkotik vasitələrdən, daha çox marixuanadan, lakin təxminən son 6 ay ərzində isə heroin narkotik vasitəsindən və metamfetamin psixotrop maddəsindən istifadə etməyə başlamışdır. Narkotik vasitələri sosial şəbəkələrdən tanıdığı şəxslərdən alıb əldə etmişdir. Təxminən 5-6 ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran vətəndaşı olan “Əli” adlı şəxslə tanış olmuş, həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, mütəmadi olaraq “Əli” adlı şəxsdən narkotik vasitələr əldə etmişdir. Bir müddət sonra “Əli” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Əlidən narkotik vasitələr istədikdə sonuncu ona müxtəlif bank kartlarının şəkillərini göndərib oraya pul göndərməsini istəmişdir. Həmin bank kartlarına pul göndərdikdən bir müddət sonra isə “Əli” narkotik vasitələrin harada yerləşməsi barədə şəkillər göndərib göstərilən yerlərdən götürə biləcəyini söyləmişdir. Narkotik vasitələri “Əli”dən müxtəlif qiymətlərə əldə edib onları özü istifadə etməklə satmışdır. Narkotik vasitələrin satışını “Əli” adlı şəxsin vasitəsi ilə həyata keçirmiş, sonuncunun təqdim etdiyi kartlara pul köçürmüşdür. Sonuncu dəfə təxminən 3-4 gün əvvəl yenə də “Əli” ilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxladıqdan sonra sonuncunun təqdim etdiyi bank kartına 120 manat pul köçürmüş və Əlidən şəxsi istifadə üçün 07 büküm narkotik vasitə almış, həmin narkotik vasitələri Keşlə qəsəbəsində “Əli”nin atdığı şəkildəki yerdən əldə etmiş və üzərində gəzdirməyə başlamışdır. Həmin narkotik vasitələri çox almağına və üzərində gəzdirməsinə səbəb ağrıları olan zaman istifadə edə bilməsi üçün olmuşdur. Həmin narkotik vasitələri “Winchester” markalı siqaret qutusunun içərisində gödəkçəsinin sol yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 03 dekabr 2021-ci il tarixdə o, «ASAN» xidmətə gedən zaman, saat təxminən 13 radələrində A.Cəlilov küçəsi, ev 27A saylı ünvanda piyada olaraq hərəkət etdiyi zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra onu Xətai RPİ-nin 37-ci Polis şöbəsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuşdur. Daha sonra videoçəkilişdən istifadə edilməklə onun üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra gödəkçəsinin sol yan cibindən içərisində 05 ədəd bükümlərdə heroin, 02 ədəd bükümdə metamfetamin olan “Winchester” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, içərisində narkotik vasitələrin olmasını bildirmiş, heroinin qramını 30 manatdan, metamfetaminin qramını isə 35 manatdan satdığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 11 (on bir) manat məbləğində pul və 01 ədəd alışqan aşkar edilmişdir. Bundan əlavə onun üzərində hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitələr elektron tərəzidə çəkilmiş və heroin narkotik vasitəsinin ümumilikdə miqdarı 7,47 qram çəkidə, metamfetaminin isə 2,80 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Ona məxsus olan mobil telefon və şəxsiyyət vəsiqəsi götürülərək 11 manat pul vəsaiti isə geri qaytarılmışdır (iş vərəqə: səh. 223-227). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdir. Bununla bağlı əmrə əsasən onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və BNMİ-nin əməlliyat müvəkkili, polis kapitanı Şahid2 qrupun üzvü olmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 03 dekabr 2021-ci il tarixdə, saat 13:50-də Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 27A ünvanın yaxınlığında piyada olaraq hərəkət edən zaman saxlanılmışdır. BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün sonuncunu Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi 69 ünvanında yerləşən 37-ci PŞ-nə dəvət edib aparmışlar. Təqsirləndirilən şəxs təkrarən saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində sonuncuya Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, 37-ci PŞ-nə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı BNMİ-nin təhqiqatçısı Nizami Omarov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edərək sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara gödəkçənin sol yan cibindən içərisində 05 ədəd şəffaf sellofanlara bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələri və 02 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan “Winchester” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. X5 şübhəli şəxs Təqsirləndirilən şəxs bükümün içərisində nə olmasını soruşduqda, sonuncu bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin narkotik vasitəni nə məqsədlə və kimdən aldığını soruşduqda, Təqsirləndirilən şəxs, həmin kütlələrin özünə məxsus olduğunu İran vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə iki gün bundan əvvəl Keşlə qəsəbəsi yaxınlığında yerdən satış məqsədi ilə 120 manata əldə etdiyini, heroinin qramını 30 manatdan, metamfetaminin qramını 35 manatdan satdığını, özünün də təxminən bir ilə yaxındır ki, heroin və metamfetamin istifadə etdiyini, təxminən 5 dəfə İran vətəndaşı olan “Əli”-dən narkotik vasitə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və onun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ***-***-**-** saylı mobil nömrədə işləyən “Samsung” markalı mobil telefon, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 11 (on bir) manat pul və 01 ədəd alışqan aşkar edilmişdir. İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, 11 (on bir) manat pul, 01 ədəd alışqan və içərisi boş olan siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəyə şübhəli maddənin çəkisini müəyyən etmək üçün həmin maddələr elektron tərəziyə qoymuş, 05 ədəd şəffaf bükümlərdə olan heroinə bənzər kütlələrin ümumi çəkisinin 7,47 qram, 02 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin isə ümumi çəkisinin 2,80 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 07 ədəd bükülü onların qarşısında zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 7 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs özü, iştirakçılar, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmış, videoçəkiliş şəxsən onun özü tərəfindən həyata keçirilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-inin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə haqqında» 03 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan uzunqol gödəkçəsinin sol yan cibindən içərisində 5 (beş) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 2 (iki) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan siqaret qutusunu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd "Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi, 11 (on bir) manat pul və 01 ədəd alışqan aşkar olunmuşdur. Daha sonra təqdim olunan bükümdə olan heroinə bənzər kütlələr və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroinə bənzər kütlələrin çəkisinin 7,47 qram, metamfetaminə bənzər kütlələrin çəkisinin 2,80 qram olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində aşkar edilmiş həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, iştirakçılar, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd mobil telefon götürülmüş, 11 (on bir) manat pul və 01 ədəd alışqan və içərisi boş olan siqaret qutusu geri - şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Keşlə qəsəbəsi yaxınlığında yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 30 manatdan, metamfetaminin qramını 35 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə olan heroindən və metamfetamindən təxminən 1 (bir) il əvvəl istifadə etməyə başladığını, başqa yerdə narkotik vasitə saxlamadığını, hazırki vaxtadək təxminən 5 (beş) dəfə İran vətəndaşı “Əli” adlı şəxsdən narkotik vasitə götürdüyünü göstərmiş, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir (iş vərəqə: 29-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 03 dekabr 2021-ci il tarixli protokolun məzmunu ilə eynidir (iş vərəqə: 131). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə yerləşdirilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 03 dekabr 2021-ci il tarixli protokolun və eyni şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (iş vərəqə: 31). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 04 dekabr 2021-ci il tarixli, 6/5362 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 5 büküm heroinə bənzər və 2 büküm metamfetaminə bənzər maddələr” yazısı və imzalar olan kağız paketdəki 5 (beş) ədəd bükümdə ümumi təmiz çəkisi 5,00 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,254 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə 38-43). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 23 dekabr 2021-ci il tarixli, AZF/LGL-34360/21 saylı məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə müxtəlif şəxslərlə narkotik vasitələrin dövriyyəsinə dair danışıqlar aparılmışdır (iş vərəqə: 118-119; 132-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Samsung markalı, Galaxy A21S modelli mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil telefonun “Whatsapp” proqramına daxil olan zaman istifadəsində olan mobil nömrə vasitəsi ilə müxtəlif şəxslərlə narkotik vasitələrin elektron tərəzidə çəkilməsinə dair şəkillər, elektron ödəmə sisteminin qəbzlərinin şəkilləri və narkotik vasitələrin harada yerləşməsinə işarə edən şəkillərin həmin şəxslərlə danışıqları əks etdirən səs yazıların olması müəyyən edildi. Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin dövriyyəsinə dair danışıqlar aparmışdır (iş vərəqə: 140-184). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 15 dekabr 2021-ci il tarixli, 5111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu - narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 123-124). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 19 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung» markalı, «Galaxy A21S» modelli mobil telefon, Təqsirləndirilən şəxs üzərinə 03 dekabr 2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung» markalı, «Galaxy A21S» modelli mobil telefonda olan səs yazılarının köçürülmüş olduğu 1 ədəd CD disk və Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5 (beş) ədəd bükümdə 4,800 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə 2,174 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, mobil telefon və 3 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə və psixotrop maddə isə Bakı şəhəri Xətai RPİ-nin saxlama kamerasında saxlanca verilmişdir (iş vərəqə: 191-207). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 210-211). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 5,00 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 2,254 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 5,00 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 2,254 qram olmaqla külli miqdar təşkil etməsi, heroin narkotik vasitəsinin 0,929 qram, 0,921 qram, 0,806 qram, 0,994 qram və 1,350 qram olmaqla beş ədəd bükümlərdə ayrıayrı qablaşdırılması, metamfetamin psixotrop maddəsinin 1,329 qram və 0,925 qram olmaqla iki ədəd bükümlərdə ayrı-ayrı qablaşdırılması, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində onda beş ədəd deyil, cəmi bir ədəd bükülüdə heroin narkotik vasitəsi olduğunu qeyd etməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 185). Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü, 2014 və 2015-ci il təvəllüdlü üç nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 5111 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 dekabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 05 dekabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 dekabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,800 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,174 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd "Samsung" markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli; - 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,800 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,174 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd "Samsung" markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-689/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-689/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver