Məhkəmə qərarları › İş №1(101)-689/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-689/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-689/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1971-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşının, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 noyabr 2022-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri, İnzibati bina, Ə.Salamzadə küç 5-də qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs, O.Şabanov küç-də nömrəsiz evdə yaşamış, hazırda cəza çəkən, Azərbaycan Respublikası CM-inin 177.2.2, 177.2.3, 177.2.3-1, 29,177.2.3-1 və 234.1-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 iyun 2022ci il tarixdə saat 03:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Yaşıl Market" adlı ərzaq mağazasının üstü açıq olan anbar hissəsinə dəmir dərvazadan aşıb keçməklə qanunsuz olaraq daxil olub oradan 250 manat dəyərində 01 ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofana bükülmüş külli miqdarda- təmiz çəkisi 2,350 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdir. 07 iyun 2022-ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPl-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30- cu PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirən zaman əynindəki şalvarının sol arxa cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 2,350 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyun 2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 2 ünvanın 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 20 saylı mənzilinə pəncərədən qanunsuz olaraq daxil olaraq mənzilin yataq otağından 40 manat dəyərində əl çantası, həmin çantanın içərisində olan 01 ədəd 5 manat dəyərində bonus kartını, 30 manat dəyərində pul kisəsini və həmin pul kisəsinin içərisində olan 175 AZN nəğd pulu, 70 manat dəyərində yarı hissəsi qızıldan, yarısı gümüşdən olmaqla sadə qolbağı, 70 manat dəyərində üzərində «svorov» qaşları olan gümüş qolbağı, 5 manat dəyərində «X6» ASCyə məxsus 5168-2354- 1950-8436 saylı plastik kartı, 5 manat dəyərində "xxxx" ASC-yə aid 4713-2185- 5219-9240 saylı plastik kartı və 5 manat dəyərində "xxxx" ASC-yə məxsus 4169 7332 2123 1652 saylı plastik kartı gizli talayaraq Zərərçəkmiş şəxs1 405 (dörd yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 29,177.2.3-1 və 234.1-1-ci maddələri ilə qismən təqsirli bilərək ifadərəində göstərdi ki, bir dəfə qaraj deyilən yerdən dəmir balon götürmüşdür. İttiham aktında yazılanlar doğru deyil, çünki ittiham aktında onun pivə aparatı oğurladığı yazılıb. Onun o qədər hündürlükdən həmin pivə aparatını tək götürməyi mümkün deyil. Bundan başqa ittiham aktında göstərilir ki, onun üzərində narkotik vasitə olub. Əgər polislər tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olsa idi, həmin narkotik vasitədən qurtulmaq üçün hər şey edə bilərdi. Həmin narkotik vasitəni maşından düşdükdən sonra yerə ata bilərdi. Yəni, ittiham aktında göstərilən hallar real deyil. Digər oğurluq edilən mənzilin yerləşdiyi binanın birinci mərtəbəsi onun boyundan hündürlükdə yerləşir. Bu heç bir şüura sığmayan bir şeydi. Onun həmin mənzilə girməsi mümkün deyil. O, ancaq özümü dəmir balon götürməkdə təqsirli bilir, onu da maddi vəziyyətinin pis olduğu üçün məcbur qalıb oğurlamışam.Özünü başqa heç nədə təqsirli bilmir. Özü narkotik vasitə isğtifadəçisi deyil. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Ona yalandan bütün əməlləri təsdiq etməyi məcbur ediblər. Təzyiq dedikdə psixi təsirləri nəzərdə tutur. O, ibtidai istintaqda verdiyi ifadələrini təsdiq edir. Şahidlərə Şahid2 və Şahid1 balonu götürdüyünü etiraf etmiş, narkotik vasitələrdən istifadə etdiyini deməmişdir. Narkotikin ona aidiyyəti olmamışdır. O, üstü açıq anbardan girib dəmir balon götürmüşdür, lakin kondisioner motorunu görməmiş, həmin anbardan balon oğurlamışdır. Pivə aparatını və kondisionerin motorunu oğurlamamışdır. Balondan başqa malları götürməyə nə onun yaşı və fiziki gücü əl vermir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə elan olunub araşdırılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilir. 07 İyun 2022-ci il tarixdə saat 03 radələrində pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir və Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi ünvan 3 ünvanda yerləşən “Yaşıl Market” adlı ərzaq mağazasının dam hissəsinə qalxıb oranın bir hissəsini qırıb içəri girmişdir. 07 iyun 2022-ci il tarixdə saat 03 radələrində pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəldi və Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi ünvan 3 ünvanda yerləşən “Yaşıl Market" adlı ərzaq mağazasının dam hissəsinə qalxıb oranın bir hissəsini qırıb içəri girdi. İçəri girdikdən sonra oradan pivə aparatını götürüb mağazadan çölə çıxarıb altına taxta qoyub sürüyərək Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli tam orta məktəbin yanında olan ağaclıqda gizlətmişdir ki, sonra götürüb satsın. Bir ədəd pivə aparatından başqa mağazanın üstü açıq olan ambarından kondisioner və ya başqa əşya oğurlamamışdır. Polislər tərəfindən tutulduqdan sonra oğurladığı bir ədəd pivə aparatını gizlətdiyi yeri polislərə göstərmiş və oğurladığı pivə aparatı polis əməkdaşları tərəfindən maddi sübut qismində götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təqribən 1 (bir) ilə yaxındır ki, narkotik vasitələrin «kakos» kimi tanıdığı növündən, yəni heroindən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik vasitəni İsə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 (on) manat ödəməklə 01 ədəd şəffaf rəngli seiofana bükülmüş vəziyyətdə almışdır. Aldığı narkotik vasitəni daha sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində 270 nömrəli tam orta məktəbin qarşısında olan zaman 2 nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt mən üzərində narkotik vasitə olduğu üçün həyəcanlı olmasını biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onu sorğu-sual etmişlər. Özünü şübhəli apardığına görən polis əməkdaşları onu Suraxanı RPİ-nİn 30-cu PŞ-nə aparmışlar. Onlarla getməyə heç bir etiraz etməmişdir və PŞ-nə təhvil verilmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər və buna etiraz etməmişdir. Hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur, üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməsinə ehtiyac olmamasını bildirmişdir və bu barədə ərizə vermişdir. Keçirilən baxış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Əynində olan göy rəngli cins şalvarının sol arxa cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə olan 01 ədəd bükümü polislərə təqdim etmişdir və həmin narkotik maddəni tutulduğu gün Köhnə Suraxanı qəsəbəsində 10 manata aldığını demişdir. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmişdir, bu barədə protokol tərtib edilmişdir, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə saat 04 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəs, O.Şabanov küçəsində nömrəsiz evdən çıxıb küçədə gəzişərək Hovsan qəsəbəsi, E.Məmmədov küçsəsindən keçən zaman doqquz mərtəbəli binanın birinci mərtəbəsindəki mənzilin pəncərəsinin açıq olduğunu görmüş və mənzilin pəncərəsinin açıq olduğunu görəndən sonra qərar gəlmişdir ki, həmin mənzilə girib oradan oğurluq etsin. Ətrafa baxıb heç kimin olmadığını, onu heç kimin görmədiyini biləndən sonra tapdığı taxta parçasını ayağının altına qoyub pəncərəyə qalxmış və açıq pəncərədən mənzilin mətbəxinə düşmüş, sonra isə mənzilin qonaq otağına daxil olmuşdur. Evdə adamlar olsa da yatmışlar, onu kimsə görə bilməzmiş, oğurluğu gizlin etməyindən arxayın olmuşdur. Qonaq otağında stolun üstündə qadın çantası olmuşdur. Qadın çantasını masanın üzərindən götürüb tez də pəncərədən çıxaraq mənzili tərk etmişdir. Binadan uzaqlaşandan sonra çantanı açıb icərisinə baxlıqda «Kapital Bank»a aid «Bir kart», başqa kartlar, 175 AZN pul və üç ədəd gümüş qolbaq olmuşdur. Bank kartlarını, gümüş qolbaqları və 175 manat pulu götürmüş, çantanı O.Şabanov küçəsində tullamışdır. Sonra isə kartlardan birinin üzərində kodunun yazıldığını görüb Hövsan qəsəbəsindəki «Oba» marketin yaxınlığında olan bamkomatdan üzərində kodu yazılmış kartı daxil edib kartdan 200 AZN pul çıxartmışdır. Digər iki ədəd üzərində «pin» kodları olmayan kartları da bankomata salıb ağlına gələn kodu yığmışdır ki, bəlkə işə yarayar. Lakin kod səhv olduğundan pulu çıxarda bilməmişdir. İçərisində şəxsiyyət vəsiqəsi və digər ona lazım olmayan vəsiqələr olan çantanı isə oğurluq etdiyi yerdən bir qədər aralıda xatırlamadığı yerdə tullamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda isə içərisində vəsiqələr olan çantanı tulladığı yeri onlara ğöstərmişdir. Polis əməkdaşları göstərdiyi yerə baxış keçirərkən çanta tapılmasa da içərisində olan sürücülük vəsiqəsi və iş vəsiqəsi tapılaraq götürülmüş, oğurladığı qolbağları isə səhəri günü Hövsan bazarının qarşısında tanımadığı bir şəxsə 30 manata satmışdır. Qolbaqları satarkən ailəsinə məxsus olduğunu bildirmişdir. Əldə etdiyi pulla evinin kirayə puluna ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndiirlən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs tanımır, onunla ədavəti və yaxınlığı yoxdur. 2022-ci il iyun ayının axırları, gecə saat 04:00- 05:00 arası telefonuna kart hesabından pul çıxarılması ilə bağlı gələn SMS-in səsinə oyanmışdır. İlk mesaj gəldikdə yuxulu olmuş, mesaja fikir verməmişdir. Sonrakı SMS-in mətni ilə tanış olduqda ona, «Kapital Bank»a məxsus «Bir Kart»ına müdaxilə olunduğu məlum olmuşdur. Lakin, pİn kod səhv yığıldığından əməliyyatdan imtina olunmuş, üç dəfə pin kod səhv yığıldığına görə kart koda düşmüşdür. Sonra başını yuxarı qaldırdıqda yataq otağındakı pəncərənin açıq olduğunu və çantasinin yerində olmadığını görüb qorxaraq qışqırmağa başlamışdır. Onun qışqırığına atası və anası yanına qaçmışlar. Bundan sonra o, kartlarının oğurlandığını başa düşərək polisə müraciət etmişdir. Ona yalnız yerdən tapılan şəxsiyyət vəsiqəsi qaytarılmışdır. Ona məxsus çantası və cantanin içərisində olan kartları, şəxsi əşyaları, iki ədəd gümüş qolbaqları da oğurlanmışdır. Ümumilikdə ona 1641 manat ziyan dəymişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, latın qrafikalı Azərbaycan əlifbası ilə şərbət yazıboxumağı bacarır. Mütəxəssisin köməyinə ehtiyacı yoxdur. Ailə üzvüləriylə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 4A, mənzil 20-də yaşayır. xx.xx.2022- ci il tarixdə evində yatdığı zaman saat 04:21-də mobil telefonuna SMS gəlmişdir. SMS-in mətni ilə tanış olanda məlum olmuşdur ki, «Kapital Bank»a məxsus «Bir Kart»ına müdaxilə olunubdur. Pİn kod səhv yığıldığı üçün əməliyyatdan imtina olunmuşdur. Pin kod üç dəfə səhv yığıldığına görə kart koda düşmüşdür. İşdən evə gələndə əl çantasını mənzilində özünə aidi olan otağındakı güzgünün qarşısında qoyduğu stulun üzərinə qoymuşdur. Özünə məxsus olan «Kapital Bank»-a aid, içərisində 1000 AZN pul olan «Bir kart», içərisində 50 AZN pul olan «Yapı Kredit» maaş kartı, içərisində 2000 manatdan bir qədər atrıq AZN olan «Paşa Bank» korporativ kartı, bonus kartları, 175 AZN nağd pulu, 30 manat dəyərində pul kisəsi, 140 manat dəyərində iki ədəd gümüş qolbağları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi əl çantasının içərisində olmuşdur. Mobil telefonuna daxil olan SMS mətni ilə tanış olan kimi dərhal qalxıb otağa baxanda çantasının stulun üstündə olmadığını görmüşdür. Başa düşmüşdür ki, kimsə mənzilə daxil olub və çatnanı içərisində olan sənədləri və əşyalarıyla birlikdə oğurlayıbdır. SMS mətni ilə tanış oluqdan sonra otağının pəncərəsinə baxdıqda görmüşdür ki, pəncərənin çöl tərəfindən vurulmuş setka yerindən çıxarılıb, pəncərənin qarşısına da taxta parçası qoyulubdur. Dərhal DİN-nin 102 zəng mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. «Paşa Bank»a aid kartının üzərində kodu yazmışdır. Ona görə də «Paşa Bank»a zəng vurub kartının oğurlandığını bildirmiş və kartından pul çıxarılıb-çıxarılmaması ilə maraqlanmışdır. Operator cavab vermişdir ki, Hövsan qəsəbəsindəki «Oba» marketin yaxınlığındakı "xxxx"a aid bankomatdan özünə məxsus «Paşqa Banka»a aid korparativ kartından 206 manat pul çıxarılıbdır. «Paşa Bank»a aid korperativ kartdan pul çıxarılmasına məhdudiyyət qoyulduğu üçün 200 manatdan artıq pul çıxarmaq mümkün olmamışdır. Kartdan 200 manat pul çıxarılıb, 6 manat da kart başqa bankomata daxil edildiyi üçün komission haqqı tutulmuşdur. Digər kartlarının kodu olmadığından həmin kartlardan pul çıxarılmamışdır. Hər bir kartının məxsus olduğu bankların operatorlarına zəng vurub oğurlanmış kartlarını bağlatdırmışdır ki, kartlarına müdaxilə oluna bilməsin. İçsərisində 1000 AZN pul olan «Bir Kart»ının, içərisində 50 AZN pul olan «Yapı Kredit» maaş kartının, içərisində 2000 manatdan bir qədər artıq AZN olan «Paşa Bank» korporativ kartının, bonus kartlarının, 175 AZN nağd pulunun, qiyməti 40 AZN olan əl çantasının, qiyməti 30 AZN olan pul kisəsinin, 140 manat dəyərində iki ədəd gümüş qolbaqlarının oğurlanması nəticədə ümumilikdə 1641 manat ziyan dəymişdir. Qolbaqlarından biri yarı hissəsi qızıldan, yarısı gümüşdən olmaqla sadə qolbaq olmaqla, qiyməti 70 manatdır. İkinci qolbağı isə gümüş qolbaq olmaqla üzərində «suvarov» qaşları vardı, həmin qolbağın qiyməi də 70 manatdır. İş yerindən verilən «Paşa Bank» korporativ kartının kodunu kartın üzərinə yazmışdır. Ona görə də oradan 206 AZN pulu çıxarılmışdır. Ancaq digər kartların üzərində kod olmadığına görə oradan pul çıxarılmamışdır. 01 avqust 2022-ci il tarixdə saat 11 radələrində evdə olduğu zamanı yaşadığı ərazinin Mənzil İstismar Sahəsinin tanımadığı xanım xadiməsi ona məxsus olan şəxsiyyət vəsiqəsini verərək bildirmişdir ki, küçələri təmizləyərkən yerdən tapmışdır və ünvana uyğun olaraq gətirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs2 ifadələrində məhkəmədə ona təqsirləndiirlən şəxs qismində tədim olunmuş Təqsirləndirilən şəxs tanımadığını, onunla ədavəti və yaxınlığıı olmadığnı bildirib göstərdi ki, hadisəni kimin törətməsi ilə əlaqədar heç bir məlumatı yoxdur. Onun şəxsi əmlakımdan kondisionerin motoru və pivə aparatı oğurlanmışdır. Hadisənin baş verdiyi vaxtı dəqiq xatırlamır. Təxminən 2022-ci ildə baş verib. Onun dükanı Bakı şəhəri, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında yerləşən “Yaşıl market” dir. Səhər o, öz dükanımı açanda həmin aparatların yerində olmadığını görmüşdür. Qonşuluqda yaşayan şəxs siqaret çəkəndə dükandan malları oğurlayan şəxsin videosunu çəkmişdi. Videoda keçəl, yaşlı bir kişi dükandan oğurladığı malları dükandan çölə ataraq aparırdı. O da 33-cü polis bölməsinə zəng vurmuşdur. Polislər hadisə yerinə gəlib araşdırdılar, daha sonra isə ona hadisəni törədən şəxsi tutduqlarını dedilər. Dükanından oğurlanan aparatlar qaytarılıb, ona dəymiş ziyan ödənilib. Təqsriləndirilən şəxsdən heç bir tələb və şikayəti yoxdur.O,təqsirləndirilən şəxsi yalnız qonşunun çəkdiyi videoda görmüşdür. Həmin şəxsin görünüşü dəqiq yadında qalmayıb. Oğurlanan balonun qiymətini bilmir, ona balon firma tərəfindən pulsuz verilmişdir. Videoda oğurlanan mallar tam seçilirdi. Damdan aşağı birinci dondurucu, sonra balon, ardınca isə “stoyka” atıldı. Həmin malları oğurlan eyni adam idi. Oğru həmin mallar mağazanın damından girilərək oğurlyıb. Anbarın qarşısında dəmir qapı var, üstü isə açıqdır. Soyuducunun təxminən 20-25 kq çəkisi olardı. Aparat ona qaytarılanda aparatın heç bir əziyi yox idi. Xeyr, həmin video polisə təqdim edilməyib. Oğurluq hadisəsi onun dükanın yanındakı köhnə anbarda baş verib. İstintaq zamanı təqsirləndirilən şəxs ona təqdim olunmayıb. Kondisioner motoru ilə pivə aparatının eyni gündə oğurlandığını dəqiq bilmir. Ona polis bölməsindən kondisionerin motorundan başqa digər oğurlanan malları qaytarıblar. Onun fikrincə kondisioner motorunun çəkisi bir nəfərin qaldıra biləcəyi ağırlıqda deyil. Pivə aparatının oğurlandığını qonşusunun çəkdiyi videoda görmüşdür, lakin kondisioner motorunun həmin videoda oğurlandığını görməmişdir. Vidioda gördüyü adam boynuna ip salaraq pivə aparatını və balonu yeşiyə qoyaraq dartıb apardı.Videoda məhsulları oğurlayan adam görsənirdi, lakin indi videonu tam xatırlamadığı üçün videogörüntüdə görünən şəxsin təqsirləndirilən şəxs Əliey Seyranının olub-olmadığını dəqiq deyə bilmir. Videodakı malları oğurlayan şəxs keçəl və yaşlı idi. Videoda pivə aparatı və balon oğurlandığını görmüşdür. Soyuducunun motorunu anbarda sonuncu dəfə nə vaxt gördüyünü xatırlamır. Oğru anbarın üstündən girmişdi, anbarın üstü açıq idi. Xeyr, darvazadan girməyib, darvazanın qıfılı da pozulmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olsa da, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, bina 21, mənzil 20-də yaşayır. Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 32 ünvanda yerləşən «Yaşıl» marketi icarəyə götürməklə orada işləyir və mağazada ərzaq məhsulları satır. Hər gün saat 08 radələrində mağazanı açıb saat 23 radələrinə kimi mağazada olur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində mağazanı bağlayıb evinə gedir. xx.xx.2022-ci il tarixdə mağazaya gələndə mağazanın anbar hissəsində olan olan işlək vəziyətdə olan bir ədəd pivə soyuducu aparatı və kənara qoyulmuş köhnə işlənmiş vəziyyətdə olan kondinsionerin yerində olmadığını aşkar etmişdir. Məlum olmuşdur ki, gecə mağazadan oğurluq olubdur. Suraxanı RPİ-nin 30-cu PŞ-nə gedib mağazasından oğurluq olması barədə ərizə vermişdir. Sonuncu dəfə mağazanın anbanıra hadisədən təxminən iki həftə əvvəl daxil olmuşdur və həmin vaxtı kondinsoner yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə anabara daxil olanda isə piyvə soyuducu aparat və kondinsioner yerində olmamışdır. Kondinsioner köhnə, işlənmiş olmuşdur. Kondinsionerin hava soyuducu hissəsi aliminium və miss materialdan olduğundan hmin hissə sökülüb oğurlanmışdır və həmin hissələrin oğurlanması nəticəsində ona 70 manat ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperntiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/8883 nömrəli rəyə əsasən ona məxsus olan 01 ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına orta bazar qiymətinin təxminən 250,0 manat müəyyən yerindən çıxarılıb, pəncərənin qarşısına da taxta parçası qoyulubdur. Dərhal DİN-nin 102 zəng mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. «Paşa Bank»a aid kartının üzərində kodu yazmışdır. Ona görə də «Paşa Bank»a zəng vurub kartının oğurlandığını bildirmiş və kartından pul çıxarıhbçıxarılmaması ilə maraqlanmışdır. Operator cavab vermişdir ki, Hövsan qəsəbəsindəki «Oba» marketin yaxınlığındakı "xxxx"a aid bankomatdan özünə məxsus «Paşqa Banka»a aid korparativ kartından 206 manat pul çıxarılıbdır. «Paşa Bank»a aid korperativ kartdan pul çıxarılmasına məhdudiyyət qoyulduğu üçün 200 manatdan artıq pul çıxarmaq mümkün olmamışdır. Kartdan 200 manat pul çıxarılıb, 6 manat da kart başqa bankomata daxil edildiyi üçün komission haqqı tutulmuşdur. Digər kartlarının kodu olmadığından həmin kartlardan pul çıxarılmamışdır. Hər bir kartının məxsus olduğu bankların operatorlarına zəng vurub oğurlanmış kartlarını bağlatdırmışdır ki, kartlarına müdaxilə oluna bilməsin. İçsərisində 1000 AZN pul olan «Bir Kart»ının, İçərisində 50 AZN pul olan «Yapı Kredit» maaş kartının, içərisində 2000 manatdan bir qədər artıq AZN olan «Paşa Bank» korporativ kartının, bonus kartlarının, 175 AZN nağd pulunun, qiyməti 40 AZN olan əl çantasının, qiyməti 30 AZN olan pul kisəsinin, 140 manat dəyərində iki ədəd gümüş qolbaqlarının oğurlanması nəticədə ümumilikdə 1641 manat ziyan dəymişdir. Qolbaqlarından biri yarı hissəsi qızıldan, yarısı gümüşdən olmaqla sadə qolbaq olmaqla, qiyməti 70 manatdır. İkinci qolbağı isə gümüş qolbaq olmaqla üzərində «suvarov» qaşları vardı, həmin qolbağın qiyməi də 70 manatdır. İş yerindən verilən «Paşa Banks korporativ kartının kodunu kartın üzərinə yazmışdır. Ona görə də oradan 206 AZN pulu çıxarılmışdır. Ancaq digər kartların üzərində kod olmadığına görə oradan pul çıxarılmamışdır. 01 avqust 2022-ci il tarixdə saat 11 radələrində evdə olduğu zamanı yaşadığı ərazinin Mənzil İstismar Sahəsinin tanımadığı xanım xadiməçisi ona məxsus olan şəxsiyyət vəsiqəsini verərək bildirmişdir ki, küçələri təmizləyərkən yerdən tapmışdır və ünvana uyğun olaraq gətirmişdir. Şahid3 məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs tanımadığını, onunla yaxınlığı və ya ədavəti olmadığnı bildirib ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. 2022-ci il iyun ayının axırları, gecə saat 04:00-05:00 arası idi. Yoldaşı və o, Elviranın qışqırırq səsinə oyanmışlar. Elvira telefonuna gələn SMSin səsinə oyanaraq «Kapital Bank»a məxsus «Bir Kart»ına müdaxilə olunduğunu bilmişdir. Sonra otağındakı pəncərənin açıq olduğunu və çantasının yerində olmadığını, qızıma məxsus kartlar və iki ədəd gümüş qolbaqlar oğurlandığnı bilmişdir. Elviraya ümumilikdə 1641 manat ziyan dəymişdir. Həmin ziyan da hələ ödənilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır. Şəxsi ədavəti, şəxsi münasibəti yoxdur. .Polis şöbəsinə məlumat daxil oldu ki, «Yaşıl marketin» yaxınlığında pivə aparatı oğurlanıb. Bundan sonra ərazidə tədbir keçirilərkən, 07 iyun 2022-ci İl tarixdə 270 nömrəli məktəbin yanında Təqsirləndirilən şəxsı görmüşlər. Seyran özünü şübhəli apararaq, bizdən qaçmağa çalışdı. Onlar da Seyranı tutub 30-cu polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərindən bir büküm narkotik vasitə aşkarlandı və o, pivə soyuducu aparatını apardığını oğurladığını dedi. Həmin hadisə yerinə Təqsirləndirilən şəxs ilə birgə gələndə pivə aparatını hadisə yerindən götürüb 270 nömrəli məktəbin yanına aparıb ağacın yaxınlığına qoyduğunu dedi. Sonrada onlara aparatın yerini özü göstərdi. Obyekt qaraj kimi üstü açıq yer idi, Seyran oradan içəri girmişdi. Seyran oğurluq məqsədilə bu əməli törətmişdi. Üzərindən aşkar olunmuş narkotik vasitə “kakos, yəni heroin idi. Seyran dedi ki, narkotik istifadəçisidir. Seyranın şəxsiyyəti mənfi xarakterizə olunur, cinayətə meyillidir. Polislər tərəfindən ona heç bir təzyiq və psixi təsr göstərilməmişdir. Daxil olan məlumatın məzmunu ondan ibarət idi ki, Seyran «Yaşıl marketin» yanındakı anbardan aparat oğurlanıb. Məlumat iyunun 7-si daxil olmuşdu. Əməlliyyatı polis baş leytenantı Şahid1lə həyata keçirmişlər. O, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs başqa oğurluğu ilə əlaqədar çantanı atdığı yerdə baxış keçirərkən iştirak etməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Şahid2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci İl tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21, mənzil 20-də yaşayan Zərərçəkmiş şəxs2 Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət edərək naməlum şəxsin ona məxsus olan, ünvan 5 ünvanda yerləşən «Yaşıl» market, ərzaq mağazasının damından mağazanın anbarına daxil olduğunu, kondinsioner və pivə soyuducu aparatını oğurladığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məxsus marketdən oğurluğun kimin tərəfindən törədilməsini müəyyən etmək məqsədi ilə sahə inspektoru polis baş leytenantı Şahid2lə birlikdə xidməti ərazidə əməliyyat-axtarış tədbirləri keçirmişlər. xx.xx.2022-ci il tarixdə saat 18:30-da Hövsan qəsəbəsindəki 270 nömrəli məktəbin yaxınlığında bir nəfərin şübhəli olduğunu görüb ona yaxınlaşıb saxladıqda həmin şəxs özünü həqiqətən şübhəli apararaq qaçmağa cənd etdiyi üçün onu saxlayıb sorğu-sual etmişlər. Həmin şəxs etiraf etmişdir ki, üzərində narkotik vasitə var. Həmin şəxsi Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. PŞ-də həmin şəxsin şəxsiyyətini müəyən etdikdə xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. PŞ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifəlri izah olunmuş və onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəfət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək bildirilmişdir ki, videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacaq və təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmişdir və bükümün arasında «kakos» kimi tanıdığı narkotik vasitə, yəni heroin olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində tanımalığı şəxsdən 10 manata aldığını, özü istifadə etməsi üçün üstündə saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir, amma onun üzərindən özünün təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilməmişdir və götürülməmişdir. Təqdim olunan bir ədəd büküm açıldıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə vardır. Həmin bir ədəd büküm bir ədəd zərfə qoyulmuş, zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülməsi haqqında protokol tərtib edilmişdir. Protokol oxunmuşdur, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Bundan başqa Təqsirləndirilən şəxs etiraf etmişdir etdi ki, tutulmamışdan bir gün əvvəl gecə saatlarında Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 32 ünvanda yerləşən «Yaşıl» marketin yanında olan ambardan bir ədəd pivə aparatını oğurlayıb 270 nömrəli məktəbin yanında gizlətmişdir. Odur ki, təxirəsalınmaz tədbirlər həyata keçirilmiş və Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, oğurladığı pivə aparatını gizlətdiyi yeri göstərsin. Təqsirləndirilən şəxs də müşayiət altında idarə etdikləri avtopatrul ilə hərəkətdə olub 270 nömrəli məktəbə çatdıqdan sonra avtomobildən düşüb məktəbin çöl tərəfində hasardan bir qədər aralıda ağacın altında gizlətdiyi bir ədəd pivə soyuducu aparatı göstərib təqdim etmişdir və bildirmişdir ki, həmin pivə soyuducu apparatı «Yaşıl» marketin yanındakı ambardan oğurlamışdır. Həmin pivə soyuducu aparat götürülmüşdür və bu barədə protokol tərtib edilmişdir. Götürülmüş pivə soyuducu aparat 30-cu PŞ-nə təhvil verilmişdir. Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Onunla nə yaxınlığı, nə də ədavəti yoxdur. İyun ayının əvvəlində «Yaşıl marketin» sahibi Nail adlı şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək, marketin yanındakı qarajdan pivə soyuducusu aparatının oğurlandığını bildirdi. Ərizə daxil olan kimi Şahid2lə birlikdə məlumatla əlaqədar əməliyyat tədbirləri keçirildi, kameralara baxıldı, məlumat toplanıldı. Bundan sonra ərazidə xidmət apararkən Təqsirləndirilən şəxsın özünü şübhəli apardığını görmüşlər. Seyran onları görüb qaçmağa çalışdıqda ondan şübhələnib saxlayaraq, 30-cu polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərindən bir bükümdə narkotik vasitə heroin aşkarlandı. Qramını xatırlamır. Özü dedi ki, narkotik vasitə istifadəçisidir. Hadisə ilə bağlı sual veriləndə etiraf etdi ki, bəli pivə aparatını oğurlamışdır və aparatı 270 nömrəli məktəbin yanında köşkün yanında ağacın arxasına qoymuşdur. Bundan sonra onunla birlikdə ora gedib pivə aparatını maddi sübüt kimi götürmüşlər. Dedi ki, narkotik vasitəni tanımadığı şəxsdən əldə etmişdir. Narkotik vasitə təqsirləndirilən şəxsin özünə məxsus idi. Pivə aparatının sahibi Zərərçəkmiş şəxs2 dediyinə görə aparat yay aylarında satılan pivəni soyutmaq üçün istifadə olunur. Onlar və digər polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməyib. Seyran saxlanılıb üzərində narkotik vasitə aşkar olunmasını və oğurluq etməsini etiraf etdi. Seyranın mənzildən oğurluq etməsi ilə əlaqədar məlumatı yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkmədə elan olunub araşdırılmış 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs2 məxsus «Yaşıl» marketdən oğurladığı bir ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatı gizlətdiyi Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Fizuli Bayram küçəsində yerləşən 270 nömrəli tam orta məktəbin yanında şam ağaclarının olduğu yerə baxış keçirilirəkən müəyyən olunub oradan götürülmüşdür. Məhkmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına təqdim edilmiş bir ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatı iş üzrə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və sonuncu ona məxsus olan həmin soyuducu pivə aparatını eyni markadan olan 4 ədəd pivə soyuducu aparatları arasından xüsui əlamətlərinə görə tanımışdır və bu barədə protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Məhkmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs1 məxsus olan oğurladığı çantanın İçərisində olan sürücülük, şəxsiyyət və iş vəsiqəsini tulladığı yeri polis əməkdaşlarına göstərmiş, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı Zərərçəkmiş şəxs1 məxsus olan sürücülük vəsiqəsi və iş vəsiqəsi aşkar olunaraq götürülüb istintaqa təqdim edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus olan AD 227296 seriyalı «B» dərəcəli sürücülük vəsiqəsi və iş vəsiqəsi surətləri cinayət işinə əlavə edilməklə E.R.Balayevaya təhvil verilmişdir. Məhkmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki iş üzrə Zərərçəkmiş şəxs1 adına verilmiş «Paşa Bank»-a məxsus 4713 2185 5219 9240 nömrəli plastik korparatin kart hesabından 21 iyun 2022-ci il tarixə keçən gecə saat 01:00-dan saat 06:00- dək olan vaxt ərzində 206 AZN pulun hansı tarixdə və bankın hansı ünvanda yerləşən bankomatları vasitəsilə çıxarıldığı, həmin pulları ələ keçirmiş şəxsin görüntülərini əks etdirən məlumatların "xxxx" ASC-dən götürülməsi üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı alınaraq məlumatların götürülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Beynəlxalq Bank tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 41- 17352/2022 nömrəli məktubda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus və "xxxx" ASC-yə aid 4713-2185-5219-9240 saylı plastik kart vasitəsiylə xx.xx.2022-ci il tarixdə saat 01:00-dan 06:00-dək olan vaxt ərzində 18 saylı bankomat vasitəsiylə 206 manat deyil, 200 manat məbləğində vəsaitin nağdlaşdınimişdır, həmin şəxs tərəfindən eyni vaxtda «X6» ASC-yə məxsus 5168-2354-1950-8436 saylı və "xxxx" ASC-yə məxsus 4169 7332 2123 1652 saylı plastik kartlar da 18 saylı bankomata daxil edilərək nağdlaşdırmaya cəhd edilmişdir. Məktuba əlavə olaraq vəsaitin nağdlaşdırılması zamanı qeydə alınan görüntülər, bankomat jurnalının çıxarışı və bankomat Ünvanına dair məlumatdar disk daşıyıcıda təqdim edilmişdir. Təqdim olunmuş diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxılmışdır və xx.xx.2022-ci il tarixdə saat 03:52- dən 04:29-dək olan müddət ərzində 18 saylı bankomatdan kartı daxil edərək vəsaiti nağdlaşdırması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 7 iyun 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkliş aparılmaqla axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmiş, təqdim olunan bükümdə narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş və götürülərək zərfə qoyularaq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş X5 Ambulator Məcburi- Narkoloji tibbi yoxlama ekspertizasının 13 dekabr 2022-ci il tarixli 7559 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 8 iyun 2022-ci il tarixli 6/3203 nömrəli məhkəmə kimyəvi ekspertizasınıngörünür ki, , “tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN-nİn zərflər üçün N°194» dairəvi möhür əksi «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə sübut...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,350 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza nəticəsində heroinin təmiz çəkisi 2,350 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 2,300 qram qalıq qalmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 dekabr 2022-ci il tarixli 9/8883 nömrəli rəyindən görünür ki, i, 01 ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 250,0 manat müəyyən olunur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarınadan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,350 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,300 qram narkotik vasitə heroin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarınadan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatı iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarınadan görünür ki, 07 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd «DVD» disk sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarınadan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus və "xxxx" ASC-yə aid 4713-2185-5219-9240 saylı plastik kart vasitəsiylə xx.xx.2022-ci il tarixdə saat 01:00-dan 06:00-dək olan vaxt ərzində 18 sayiı bankomat vasitəsiylə 200 manat məbləğində vəsaitin çıxarılaraq ələ keçirilməsi, həmin şəxs tərəfindən eyni vaxtda «X6» ASC-yə məxsus 5168-2354-1950-8436 saylı və "xxxx" ASC-yə məxsus 4169 7332 2123 1652 saylı plastik kartlar da 18 saylı bankomata daxil edilərək nağdlaşdırmaya cəhd etməsinin qeydə alınan görüntüləri, bankomat jurnalının çıxarışı və bankomat ünvanına dair məlumatlar olan 01 ədəd DVD disk daşıyıcısı maddi sübüt kimi tanınb cinayət işinin materiallarına əlavə olunmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 29. 177.2.3-1 və 234.1-1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə qismən təqsirli bilərək ifadələrində bir dəfə qaraj deyilən yerdən dəmir balon götürdüyünü, ittiham aktında onun pivə aparatı oğurladığı yazıldığını, onun o qədər hündürlükdən həmin pivə aparatını tək götürməyi mümkün olmadığını, onun üzərində narkotik vasitə olmadığını, digər oğurluq edilən mənzilin yerləşdiyi binanın birinci mərtəbəsi onun boyundan hündürlükdə yerləşdiyini, onun həmin mənzilə girməsinin mümkün olmadığını, özünü ancaq dəmir balon götürməkdə təqsirli bildiyini göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri özünün ibtidai istintaq zamanı həmin hallarla bağlı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış zamanı video çəkilişin görüntüləri olan bir ədəd DVD disk, diskə baxış keçirilməsi barədə protokol, məhkəmə-kimyəvi ekspertizasının, 13 dekabr 2022-ci il tarixli 9/8883 nömrəli, məhkəmə-əmtəəşünashq ekspertizasının 13 dekabr 2022-ci il tarixli 9/8883 nömrəli rəyləri, Azərbaycan Beynəlxalq Bank tərəfindən göndərilmiş 04 oktyabr 2022-ci il tarixli, 41-7352/2022 nömrəli məktub və məktuba əlavə edilmiş vəsaitin nağdlaşdırılması zamanı qeydə alınan görüntülər, bankomat jurnalının çıxarışı və bankomat ünvanına dair məlumatdar olan 01 ədəd DVD disk, hadisə yerinə baxış keçirilməsi, əşyanın götürülməsi protokolları və işin faktiki halları ilə təkzib olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən törədilməsinə münasibətdə inkaredici ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qitymətləndirir. Göstərilənlərlə bərabər istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini əlavə olaraq təkrarən özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcısından istifadə etməklə talama məqsədi ilə Zərərçəkmiş şəxs1 Rəşidovanın adına verilmiş həmin "xxxx" ASC-yə aid 4713-2185-5219-9240 sayıı elektron məlumat daşıyıcısı hesab edilən hesabında 2000 AZN pul vəsaiti olan plastix kartı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən 18 saylı bankomata daxil edib kartın üzərində olan «pin» kodunu yığmaqla 200 manat məbləğində vəsaiti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat ziyan vurmaqla oğurluq etmiş, eyni vaxtda Zərərçəkmiş şəxs1 adına verilmiş "xxxx" ASC-yə məxsus 4169 7332 2123 1652 saylı elektron məlumat daşıyıcısı hesab edilən hesabında 1000 AZN vəsait olan plastik kartı da 18 saylı bankomata daxil edərək pul vəsaitini çıxartmaq istəmiş, lakin kartın «pin» kodunu bilmədiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq cinayəti etməyə cəhd etmək kimi qiymətləndirib onun bu əməlini Azərbaycan Respublikası CM-nin 29. 177.2.3-1 –ci maddəsi ilə tövsif etmişdir. Məhkəmədə dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-1-ci maddəsi ilə olan hissənin ittihamdan xaric olunmasını xahiş etdi. Məhkəmə həmin halı nəzərə alaraq həmin hissəni ittihamdan xaric edir və Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-1-ci maddələri ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ona ittiham edilən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, tanınmaya təqdim edilməsi protokolları və digər istintaq materialları ilə tam sübuta yetirildi. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə məhkəmə-narkoloji ekspertizasının rəyi ilə əlaqədar aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Yuxarıda şərh olunan sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixədək İİ qrup əlil hesab edilmiş, 23 yanvar 2021-ci il tarixdə tutulmuş, o, həbsdə olarkən məhkəmə-narkoloji rəy verilmişdir. Onun əlilliyinin ləğv edilməsi və ya əlil olmamasını təsdiq edən hər hansı sənəd iş materiallarında yoxdur. Qeyd edilənləri, habelə məcburi müalicə nəticəsində gələcəkdə baş verə biləcək mümkün fəsadları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin etməni məqsədə uyğun hesab etmir. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi Mirzə oğlu oğlu tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilməsi, bu səbəbdən də ona 300 (üç yüz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə müdafiə ilə əlaqədar məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs həmin məbləğləri ödəməkdən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə Təqsirləndirilən şəxs bu məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb iş üzrə maddi sübüt kimi tanınmış təmiz çəkisi 2,350 qram narkotik vasitə heroininin, saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil ekspertiza tədqiqatından sonra qalığını təşkil edən təmiz çəkisi 2,350 qram narkotik vasitə heroinin sərəbsət dövriyyəsi qadağan olunumuş əşya kimi məhv edilməsini, olan 01 ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatı Zərərçəkmiş şəxs2 sonuncunun əmlakı kimi ona qaytarılmasını nəzərə alınmasını, 07 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd «DVD» diskin, Zərərçəkmiş şəxs1 məxsus və "xxxx" ASC-yə aid 4713-2185-5219-9240 saylı plastik kart vasitəsiylə 21 iyun 2022-ci il tarixdə saat 01:00dan 06:00-dək olan vaxt ərzində 18 saylı bankomat vasitəsiylə 200 manat məbləğində vəsaitin çıxarılaraq ələ keçirilməsi, həmin şəxs tərəfindən eyni vaxtda «X6» ASC-yə məxsus 5168-2354-1950-8436 saylı və "xxxx" ASC-yə məxsus 4169 7332 2123 1652 saylı plastik kartlar da 18 saylı bankomata daxil edilərək nağdtaşdırmaya cəhd etməsinin qeydə alınan görüntüləri, bankomat jurnalının çıxarışı və bankomat ünvanına dair məlumatlar olan 01 ədəd DVD disk daşıyıcısını cinayət işinin materiallarında saxlanılmasını əsəaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi, onun məsuliyyətini yüngülləşdirən hallar kimi törətdyi əməlləri qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə araşdırılmüş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə 3(üç) il 6(altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda həmin cəzasını çəkir. Bu cəzanın çəkilməsinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərəkən həmin halı nəzərə alıb hazırkı iş üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməsini əsaslı sayır. Məhkəmədə araşdırılmüş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 iyun 2022ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci İl tarixədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü,180.2.2 və 180.2.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasinin başlanğıcının 25 iyun 2022-ci il tarixdən hesablanması müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli oluduğunu nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təyin ediləcək cəza ilə həmin hökmlə təyin ediləcək cəza ilə birləşdirmək qənaətinə gəldiyindən onun cəzasının çəkilməsinin başlanğıcı bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 25 iyun 2022-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən onun cəzasını yüngülləşdirən hallın olmasını, ağırlaşdıran halın olmamasını, , habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi 2 ( iki ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə bu iş üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və təyin olunmuş cəzaçəkmənin başlanğıcı 25 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric olunsun. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,300 qram çəkidə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, 01 ədəd «Tayfun 90M» markalı pivə soyuducu aparatı Zərərçəkmiş şəxs2 əmlakı kimi onun mülkiyyətinə qaytarılması nəzərə alınsın, 07 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd rəqəmsal video disk (DVD), Zərərçəkmiş şəxs1 məxsus və "xxxx" ASC-yə aid 4713-2185-5219-9240 saylı plastik kart vasitəsiylə 21 iyun 2022-ci il tarixdə saat 01:00-dan 06:00-dək olan vaxt ərzində 18 saylı bankomat vasitəsiylə 200 manat məbləğində vəsaitin çıxarılaraq ələ keçirilməsi, həmin şəxs tərəfindən eyni vaxtda «X6» ASC-yə məxsus 5168- 2354-1950-8436 saylı və "xxxx" ASC-yə məxsus 4169 7332 2123 1652 saylı plastik kartlar da 18 saylı bankomata daxil edilərək nağdlaşdırmaya cəhd etməsinin qeydə alınan görüntüləri, bankomat jurnalının çıxarışı və bankomat ünvanına dair məlumatlar olan 01 ədəd rəqəmsal video disk «DVD» daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi Mirzə oğluna 300 (üç yüz) manat ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. Hökmdən onun elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar