Məhkəmə qərarları › İş №1(101)-689/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-689/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-689/2025 22.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 10005 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Baba” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək bir ədəd torbada qablaşdıraraq saxladıqları külli miqdarda 10005 qram çəkidə qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 21:10-da yuxarıda qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib orada həmin gün saat 22:25dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 10005 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13-6/Ə174/24 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1985-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X4 və X3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:10-da ünvan 4 ünvanın yaxınlığında olarkən saxlanılmış və həmin vaxt şəxsi axtarışın aparılmasına, eləcə də Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli sellofan paketə baxış keçirilməsinə şərait olmadığına görə sonuncu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (cild 1, iş vərəqi 5-6; 7-8; 9)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında, bədənində və ya əlində saxladığı qara rəngli sellofan paketin içərisində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əlində saxladığı paketin içərisində narkotik vasitə marixuana olduğunu bildirib həmin qara rəngli sellofan paketi masanın üzərinə qoymaqla təqdim etmiş, bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu 01 ədəd şəxsiyyət vəsiqəsi və 26 (iyirmi altı) manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən “Samsung” markalı mobil telefonun özünə məxsus olduğunu, həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi 26 manat pulun da özünə məxsus olduğunu və həmin pulu cinayət yolu ilə əldə etmədiyini bildirdiyi uçün həmin pul vəsaiti ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs əlində saxlayaraq təqdim etdiyi 01 ədəd qara rəngli sellofan paketin içərisindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni anket məlumatlarını bilmədiyi, lakin “Baba” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında başqa ünvana yerləşdirməsi üçün sonuncunun onun telefonuna göndərdiyi məkana gedərək əldə etdiyini və bu işin müqabilində "Baba" adlı şəxsin ona 3000 manat pul ödəyəcəyini, bundan başqa “Baba” adlı şəxsin göndərdiyi ünvana taksi fəaliyyəti ilə məşğul olan tanımadığı sürücünün idarə etdiyi, markasını və qeydiyyat nişanını bilmədiyi avtomobillə getdiyini və narkotik vasitənin gizlədildiyi məkanın göndərildiyi mobil telefonun həmin avtomobildə qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlində saxlayaraq təqdim etdiyi 01 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənib götürülmüş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs sağ əlinin üst, həmçinin sol əlinin üst və ovuc hissəsində kiçik ölçülü sıyrıqların olması aşkar edildiyindən həmin xəsarətlərin yaranma səbəbi barədə sonuncuya sual verilmiş, suala cavab olaraq Təqsirləndirilən şəxs həmin xəsarətləri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ağcabədi rayonunda olduğu zaman öz ehtiyatsızlığından yıxılması nəticəsində aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş İdarəyə gətirilərkən, həmçinin Baş İdarədə olduğu müddət ərzində ona qarşı hər hansı formada təzyiqlərin tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqi 29-31)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/677 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 10005 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 10005 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 10004,8 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. (Cild 1, iş vərəqi 44-45)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut hesab etmək haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 10004,8 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 96-97)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 6264 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 111)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)-712/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir. (Cild 1, iş vərəqi 125-128)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən edildiyindən, cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi və ya CPM) rədd edilmişdir. (Cild 1, iş vərəqi 165-166)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2881 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olmuş, lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 167-168)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 243/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağı nahiyəsinin, hər iki əlin, sol əlin İİİ,İV,V barmaqlarının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. (Cild 1, iş vərəqi 170-171)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqi 173-175)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X4 ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqi 176-178)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X7 ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqi 179-181)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 182-183)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 197-210)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 212)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, təqsirləndirilən şəxsə məxsus olan “Samsung” markalı mobil telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş "Whatsapp" mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin "söhbətlər" bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində konket olaraq adı kontaktlar siyahısında qeyd edilməyən ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixdə "...Bakıya zada gəlib edən olsa, yaxud özüm Bakıya gəlsəm gəlməmişdən qabaq sənə desəm nəsə orda tapmaq mümkündür? tapa bilərsən o mən deyən haqq-hesabdan? əvvəldən sənə pul-para ataram sən onu orada yoluna qoyarsan mən gələrəm görüşərik. Əmələ gətirmək olar elə bir şey?" göndərdiyi səsli mesaja Təqsirləndirilən şəxs cavab olaraq "...and olsun Allaha o temadan, yəni o kanaldan yoxdur daha...bilirsən burada bir ara var idi, elə birbaşa İranla işləyidilər, belə optovoy olurdu onlarda, indi onlarda da quruyub, inanırsan xeyli vaxtdır xəbərim yoxdur elə şeydən...belə amma yenə maraq edərəm nəsə olub eləsə problem deyil, səninlə əlaqə saxlayaram...mən tanıdığım adamlarda luboy vremya zəng edirdim olurdu...mən tanıdığım adamlarda pulsuzee nə qədər istəsən var idi...indi xeyli vaxtdır ki, quruyub, deyirlər bəs əlaqəmiz zad...oyandan bəri gəlmir heçnə, nəsə olub eləsə özüm sənə deyərəm" səsli mesaj göndərməsi, bundan başqa, adı kontaktlar siyahısında qeyd edilməyən +**********2 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin abunəçiyə 17 avqust 2023-cü il tarixdə "...Elnur bir də gör nə yadıma düşdü, gör nə deyirəm, o sənə zad demişdime, ondan bir xəbər çıxmadı, o dedime belə dərman var məndə, hə, ondan bir xəbər çıxmadı, demədin? O dedime sənə, sən dedin bir nəfər var ona deyərəm, 10-dan, 15-dən götürsəydi verərdim ona, onu yadıva düşsə gör alır o dərmanı" yolladığı səsli mesaja həmin abunəçinin ona cavab olaraq "Abi onun elə bil ki, vallah elə daveriya etdiyim adam yoxdur, bir dənə Emindir, Şamilin oğlu, ona da dedim, dedi əlimdə pulum yoxdur vallah, özünə almaq istəyire, belə çox yox, 5-6 dənə, uzaq başı böyründə tanışı olsa 10 dənə alar, qoy yenə də onunla danışıb sənə xəbər edəcəm abi, belə ayrı adama bel bağlanırame, deyirəm Allah uzaq etsin, birdən p**a salaram səni, ona görə abi, qoy yenə Eminlə danışım, bir dənə etibar etdiyim uşaq odur, onunla danışıb sənə xəbər edəcəm qardaş" səsli mesaj yollaması məlum olmuşdur. Qeyd edilən yazışmalardan başqa həmin mobil tətbiqində iş üzrə istintaq əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil telefonun daxili yaddaşına yüklənmiş “Whatsapp Business” mobil telefon tətbiqinə keçirilən baxış zamanı iş üzrə əlavə sübut əhəmiyyətli hallar aşkar edilməmiş, mobil telefonun daxili yaddaşına keçirilən baxış zamanı “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə göndərilmiş şəkillərin içərisində 01 aprel 2024-cü il tarixdə həmin mobil tətbiq vasitəsilə İran İslam Respublikasına məxsus olan +**********91 saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi ilə aralarında olan zəngli danışığın dialoq pəncərəsinin ekran “skrinşot” formasında olan çəkilmiş görüntüsü müəyyən edilmişdir. Qeyd olunanlardan başqa mobil telefon cihazında sübut əhəmiyyəti kəsb edən hallar çap edilərək fətəcədvəl şəklində protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 146-147)

19. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, 01 may 2024-cü il tarixdə saat 21:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi ərazisində əlində 01 ədəd sellofan torba ilə saxladıqdan sonra sonuncunu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, idarədə müdafiəçinin və təhqiqatçının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış həyata keçirilən zaman Təqsirləndirilən şəxs könüllü şəkildə sellofan torbanın içərisindəki marixuananı təqdim etmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əlavə olaraq mobil telefon və şəxsiyyət vəsiqəsi aşkarlanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsdən əldə edərək həmin şəxsin söylədiyi müxtəlif yerlərə yerləşdirməsi müqabilində 3000 manat məbləğində pul alacağını söyləmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid məhkəmədə həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və piyada hərəkətdə olan vaxt saxlanılmış, Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərilməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq olunmamış, 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olduqdan sonra Təqsirləndirilən şəxs saxlamış, Təqsirləndirilən şəxs saxlayan vaxt hava qaranlıq olmuş, Təqsirləndirilən şəxs zahiri əlamətlərinə görə əməliyyat məlumatına uyğun olduğundan saxlamış, həmin polis əməkdaşları 1 avtomobillə hadisə yerinə getmiş, Təqsirləndirilən şəxs rayondan saxlanıldığı yerə taksi ilə gəldiyini söyləmiş, o, Təqsirləndirilən şəxs taksidən düşdüyünü görməmiş, Təqsirləndirilən şəxs gördükdən sonra uzaq məsafədən bir taksinin keçdiyini görmüş, lakin həmin taksinin Təqsirləndirilən şəxs gəldiyi taksi olub-olmamasını bilməmiş, Təqsirləndirilən şəxs sellofan torbanı haradan götürdüyünü görməmiş, saxlanılan vaxt sellofan torba Təqsirləndirilən şəxs əlində olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əməliyyat qrupunun tərkibində ondan başqa Murad Sədizadə və Əkbər Əhmədov olmuşdur.

20. Məhkəmədə şahid qismində dindirilmiş X4 və X7 Şahid məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkarlandığını bildirdilər.

21. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 may 2024-cü il tarixdə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, xeyli vaxtdan bəri, ara-bir düşəndə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə edir. Şəxsi axtarış zamanı bildirdiyi “Baba” kimi özünü ona təqdim edən şəxs tutulmamışdan təxminən 10 gün əvvəl onunla “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb tanışlıq verərək İran İslam Respublikasının vətəndaşı olduğunu bildirib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu söyləmişdir. Söhbət zamanı o, həmin şəxsə demişdir ki, özü də arada nəşə çəkir. Bir qədər söhbət etdikdən sonra həmin şəxs ona təklif etmişdir ki, özünün Bakı şəhərinə göndərdiyi malı götürüb sonradan deyiləcək ünvana çatdırsın və buna görə də həmin şəxs ona 3000 manat pul verəcək. O, bir qədər düşünüb pula ehtiyacı olduğundan razılaşmış və 01 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Ağcabədi rayonunda avtobusa minərək Bakı şəhərinə gəlmişdir. “20 yanvar” metrostansiyasının ətraflarında avtobusdan düşmüşdür. “Baba” adlı şəxslə daimi olaraq “Whatsapp” mobil tətbiqi vasitəsilə internetlə əlaqə saxlamışdır. Onun istifadəsində iki ədəd mobil telefon olmasına baxmayaraq birinin Sim-kart daxil olan hissəsi nasaz olduğundan həmin mobil telefonu ancaq internetə daxil olaraq sosial şəbəkədən istifadə etmişdir. Beləliklə də, Bakıya çatan zaman “Baba” ona tanımadığı bir yerin konumunu göndərmiş və həmin yerdə olan ünvanda gizlədilmiş nəşənin qoyulduğu yerin fotogörüntülərini də yollamışdır. O, həmin ünvana getmək üçün ərazidə dayanmış taksi sürücülərinin birinə yaxınlaşmış və həmin konuma onu aparmasını istəmişdir. Taksi sürücüsü həmin ünvana baxaraq ondan buna görə 10 manat pul istəmişdir. O da həmin sürücü ilə razılaşıb sonuncuya 20 manat müqabilində onu həmin ünvana aparıb geri qaytarmasını təklif etmişdir. Beləliklə, onlar razılaşmış və yola düşmüşlər. Təxminən 20-25 dəqiqə sonra onlar həmin ünvana çatan zaman o, taksi sürücüsündən xahiş etmişdir ki, maşını binanın yanında saxlasın. Fotogörüntülərdən müəyyən etmişdir ki, ona lazım olan nəşənin gizlədilmiş yeri binanın digər tərəfindədir. O, taksi sürücüsünə yalandan demişdir ki, guya binada yaşayan qohumlarından əl yükünü götürüb gəlməlidir və onu orada gözləməsini xahiş etmişdir. Taksi sürücüsünün bir qədər inamsızlıq etdiyini hiss edib düşünmədən əlində olan mobil telefonlardan birini həmin sürücüyə vermişdir ki, pul əvəzi maşında qalsın, 1-2 dəqiqəyə qayıdır. Beləliklə də, maşından çıxaraq iti addımlarla təxminən 70-80 metr aralıda olan binanın digər hissəsinə doğru gedərək orada düzülmüş taxtaların alt hissəsində gizlədilmiş qara rəngli sellofan torbanı götürüb oradan uzaqlaşmaq istədikdə ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu əlində saxladığı torba ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Taksi sürücüsündən artıq xəbəri olmamışdır. İdarəyə çatanda o, müdafiəçi ilə təmin edilmişdir. Orada üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, üzərində narkotik vasitə olan nəşə olduğunu bildirib əlində saxladığı bir ədəd torbanı, habelə cibində olan mobil telefonu ilə şəxsiyyət vəsiqəsi və nağd pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman içərisindən yaşıl rəngli qurudulmuş ot formasında olan nəşəyə xas iyli maddə kütlələrinin olması müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi torbadan aşkar edilmiş nəşəyə oxşar maddələr həmin torbanın içərisində qablaşdırılaraq götürülmüş, o da həmin qablaşmaların üzərinə otaqda olan digər iştirakçılar kimi imza etmişdir. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu ilə şəxsiyyət vəsiqəsi götürülmüş, nağd pul isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, həmin torbada olan maddələri “Baba” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Ağcabədi rayonundan Bakı şəhərinə gələrək müəyyən edilmiş ünvandan götürdüyünü və “Baba” adlı şəxsin ona verəcəyi 3000 manat pulun müqabilində narkotik maddələri Bakı şəhərində ona sonradan deyiləcək ünvana aparıb yerləşdirəcəyini bildirmişdir. Bundan sonra ondan əllərində olan görünən xəsarətlər barədə soruşduqda o, həmin xəsarətləri saxlanıldığı gün səhər saatlarında rayonda yolu adlayıb keçən zaman ehtiyatsızlıqdan yerə yıxılaraq aldığını, həmin xəsarətləri saxlanılan zaman almadığını söyləmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazının olmadığı üçün həmin protokolu imzalamışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

22. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 01 may 2024-cü il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığından taksi ilə “20 Yanvar” metrostansiyası istiqamətində hərəkət etmiş, yolda təbii ehtiyacını ödəmək məqsədi ilə taksiyə ödəniş edib taksidən düşüb “Ayna Sultanova” heykəlinin yaxınlığında bir nəfər şəxsdən harada ayaqyolu tapa biləcəyini soruşmuş, həmin şəxs ona avtomobilin digər tərəfinə keçməsini söyləmiş, həmin vaxt 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşları onu idarəyə gətirərək həmin ərazidə nə etdiyini soruşduqda o cavab olaraq ayaqyolu axtardığını söyləmiş, polis əməkdaşları ondan “orada uşaq meyidi var idi, sən ora niyə gəlmişdin” deyə soruşmuş, o, həmin ərazidə uşaq meyidi olduğunu bilməmiş, o, oxumağı, yazmağı bilməmiş, onun tək məqsədi ayaqyoluna getmək olmuş, polis əməkdaşları baş idarədə narkotik tərkibli maddələri ona göstərərək üzərinə götürməsi ilə bağlı onu təhdid etmiş, əks halda onu uşaq meyidi ilə bağlı rəsmiləşdirəcəklərini söylədiklərindən, məcbur qalaraq həmin narkotik tərkibli maddələrin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında həmçinin bildirmişdir ki, onun əvvəllər məhkumluğu olmamış, o, narkotik tərkibli maddə istifadəçisi olmamış, təxminən 8 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılan vaxt əlində və üzərində heç bir narkotik tərkibli maddə olmamış, ona işgəncə edilmiş, hətta polis əməkdaşları onu vuraraq qulağını partlatmış, döyülməsi ilə bağlı şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri Nərimanov Rayon Məhkəməsində seçilmiş, polis əməkdaşlarının onunla heç bir qərəzi olmamış, əvvəllər heç vaxt polis əməkdaşları tərəfindən saxlanılmamış, “Samsung” markalı mobil telefonunda 2 mobil nömrə olmuş, onlardan biri ***-***-**-** saylı mobil nömrə olmuş, digər mobil nömrəsini xatırlamamış, üzərində aşkar edilən narkotik tərkibli maddələrlə heç bir əlaqəsi olmamış, yollar tıxacla əlaqədar olaraq bağlı olduğundan taksiyə mindikdən 1-2 saat sonra taksidən düşmüş, üzərində heç bir sellofan bağlama olmamış, ilk dəfə həmin sellofan bağlamanı polis idarəsində görmüş, ona həmin sellofan bağlamada uşaq meyidi olduğunu dediklərindən, o, qorxaraq narkotik tərkibli maddənin özünə məxsus olmasını bildirmək məcburiyyətində qalmış, idarədə videoçəkiliş vasitəsilə üzərinə baxış həyata keçirilmiş, hadisə yerində heç bir baxış keçirilməmiş, baxış zamanı üzərində mobil telefon, şəxsiyyət vəsiqəsi və 26 manat pul olmuş, təkcə səs yazısı yollaya bilmiş, ona bir dəfə “Whatsapp” mobil tətbiqi vasitəsilə tanımadığı şəxsdən “narkotik tərkibli maddəni haradan tapmaq olar?” məzmunlu səs yazısı gəlmiş, o, həmin səsə qarşılıq olaraq nə cavab verdiyini xatırlamamış, ümümiyyətlə o, narkotikə və spirtli içkiyə qarşı olmuş, məhkəmə araşdırması nəticəsində onun təqsirsiz olduğunun müəyyənləşəcəyinə inanmışdır.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-xx/xx/27901/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilən zaman ona narkomaniya diaqnozu qoyulmuş, sorğu zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, onun bədəninə baxış keçirilən zaman sol saidin və sol diz oynağı nahiyəsində köhnə çapıq toxuma aşkar olunmuş, Bakı İstintaq Təcridxanasında saxlanıldığı dövrdə müayinənin nəticəsi olaraq onda stasionar müalicə tələb edən patalogiya aşkar edilməmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

24. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

28. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

29. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

31. Maddə 15.4, 18.1, 83.3.1 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

34. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

37. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

38. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

40. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

41. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar hesab olunur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

43. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

44. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

45. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

46. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

47. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

48. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

49. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

50. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

51. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

52. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

53. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

54. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

55. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

56. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Baba kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

57. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

58. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində onun mobil nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə tanımadığı şəxsin “narkotik tərkibli maddəni haradan tapmaq olar” məzmununda səsli mesajın gəldiyini demiş, o, həmin şəxsə hansı cavabı verdiyini xatırlamadığını ifadəsində göstərmişdir.

59. Müdafiə tərəfi şəxsi axtarış və götürmə zamanı təqsirləndirilən şəxsin üzərində aşkarlanmış mobil telefonun sübut siyahısından çıxarılmasını məhkəmədən xahiş etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə istifadəsində olan mobil telefona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı səs yazısının göndərilməsini bildirməsi və cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi barədə” protokolda qeyd edilənlər bir-biri ilə uzlaşır və sübutlar yol veriləndir.

60. Habelə, Təqsirləndirilən şəxs barəsində məhkəmə nəzarəti qaydasında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, Baba adlı şəxsi tanımır, İranlı onunla sosial şəbəkədə əlaqə saxlamışdır. Ondan nömrə istəmiş və tanışlıq qurmuşdur. O, narkotik vasitəni tapşırılan ünvana qoyduqdan sonra İranlı ona 3000 manat pul verəcəkmiş. Bakı şəhərinə bir günlük gəlmişdir, özü marixuana istifadə edir. Polis əməkdaşları tərəfindən ona qarşı təsir və təzyiq olmamışdır.

61. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs ilə razılığa gəlmişdir. Belə ki, təqsirləndirilən şəxsin müxtəlif şəxslərlə fərqli vaxtlarda narkotik vasitə və psixotrop maddələrin satışına dair yazışmaların mövcudluğu, həmin şəxslərin təqsirləndirilən şəxsdən narkotik tərkibli maddə istəməsinə dair mesajların göndərilməsi, həmin yazışmaların mətni, narkotik vasitə qurudulmuş marixuananın miqdarı, yəni şəxsi istehlak miqdarından 2001 dəfədən çox olması onu təsdiq edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

62. Narkotik vasitənin təqsirləndirilən şəxsin əlində saxladığı sellofan paketdən aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.

63. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

64. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında üzərində narkotik vasitənin aşkar edilmədiyini, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini, polis əməkdaşlarının onu yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edəcəklərini deməsi səbəbindən qorxub polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olmasını bildirdiyini demişdir.

65. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmişdir. Bundan başqa, xx.xx.2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə hər hansı zorakılığın edilməsi müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

66. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

67. Belə ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə əlində olan 01 ədəd sellofan torbada olan narkotik vasitəni çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Habelə, cinayət işinin materialları, şahidlərin ifadələri və məhkəmə araşdırmasına əsasən, təqsirləndirilən şəxsin 8 nəfər polis əməkdaşı tərəfindən saxlanılması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi müəyyən edilməmişdir.

68. Məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə qurudulmuş marixuananın olmaması, narkotik tərkibli maddənin müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi, polis əməkdaşların onu yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edəcəklərini deməsi müəyyən edilməmişdir.

69. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın külli miqdarından dəfələrlə artıq olmasını, onun mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmaların mövcudluğunu, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.

70. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

71. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

72. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda 10005 qram çəkidə qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 21:10-da yuxarıda qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib orada həmin gün saat 22:25-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 10005 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

73. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

74. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

75. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 25-27-ci və 29-cu bəndləri)

76. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

77. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Əsədov X5 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-in 117.2.1, 177.2.3 və 228.4-cü maddələri təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 il sınaq müddəti tətbiq olunmaqla şərti hesab edilmişdir. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (Cild 1, iş vərəqi 143)

78. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır.

79. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

80. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

81. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 28-ci və 77-ci bəndləri)

82. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 may 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 21, 87-91, 159-163). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

83. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 01 may 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 82-ci bəndi)

84. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

85. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10004,8 qram qurudulmuş marixuana məhv edilməli, digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. (hökmün 16-cı bəndi)

86. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (hökmün 10-cu bəndi)

87. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 5 və 39-cu bəndləri).

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10004,8 qram qurudulmuş marixuana məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar