Məhkəmə qərarları › İş №1(101)-69/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-69/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-69/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, X5 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, zərər çəkmiş şəxsin hüquqi varisi - X6, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evlihimayəsində iki nəfər azyaşlı uşaqları olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 21 sentyabr 2020-ci il tarixdə tutulmuş, 23 sentyabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünün rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında fəaliyyət göstərən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin iqtisadi tərrəqqisini təmin etmək üçün reklam işlərini və yeni cərrahiyyə şöbəsinin açılması işini bitirmək bəhanəsi ilə bu işlərin həyata keçirilməsi üçün sərmayə kimi 55.000 (əlli beş min) manat verməsini xahiş edib həmin pulu verəcəyi halda işləri bitirdikdən sonra sonuncunu həmin tibb müəssisəsinin meneceri vəzifəsinə təyin edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayınadək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» klinikasında Zərərçəkmiş şəxs6 hissə-hissə olmaqla, ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında fəaliyyət göstərən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzində həkim kimi işləmiş Zərərçəkmiş şəxs5 tibb müəssisəsində cərrahiyyə şöbəsi açaraq avadanlıqlarla təmin edəcəyini söyləyib həmin şöbənin fəaliyyəti nəticəsində əldə olunacaq qazanca şərik edəcəyi barədə yalan vəd verib aldadaraq 2012-ci ilin dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzində yalandan vəd etdiyi işlərin həyata keçirilməsi üçün sərmayə adı ilə Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs11 özünün rəhbərlik etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanındakı «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin fəaliyyətinin genişləndirilməsinə sərmayə qoyacağı halda tibb mərkəzinin gəlirinə şərik edəcəyinə və tibb mərkəzini on gün ərzində onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2013-cü ilin aprel ayının sonlarında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 164.787 ( yüz altmış dörd min yeddi yüz səksən yeddi) manat təşkil edən 210.000 (iki yüz on min) ABŞ dolları və 2013-cü ilin may ayının əvvəllərində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 82.393 (səksən iki min üç yüz doxsan üç) manat 50 (əlli) qəpik təşkil edən 105.000 (yüz beş min) ABŞ dolları pul vəsaitini Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 7 ünvanındakı evin qarşısında sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilikdə 247.180 (iki yüz qırx yeddi min yüz səksən) manat 50 (əlli) qəpik məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs11 Almaniya Federativ Respublikasından münasib qiymətə son model «Range Rover» markalı avtomobil alıb gətirəcəyinə dair yalan vəd verib aldatmaqla 24 may 2013-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 179 ünvanında fəaliyyət göstərən «Mado» restoranının qarşısında Zərərçəkmiş şəxs11 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 125.552 (yüz iyirmi beş min beş yüz əlli iki) manat təşkil edən 160.000 (yüz altmış min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 özünün yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinin olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib inam qazanmaqla sonuncunun oğlu Musa Həsənovu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində münasib vəzifəyə təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq 26 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi 559-cu məhəllədə yerləşən «Türkiyəm» restoranında Zərərçəkmiş şəxs7 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat təşkil edən 10.000 (on min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs2 guya Şahid20 Birləşmiş X33 şəhərində və Qazaxıstan Respublikasında telefon aksessuarlarının satışı sahəsində biznesinin olduğunu bildirib həmin biznesə sərmayə qoyacağı halda onu şərik etməklə əldə olunacaq gəlirdən hər ay 1.750 (min yeddi yüz əlli) manat məbləğində qazanc ayıracaqlarına dair yalan vəd verib aldadaraq, gömrük nəzarəti məntəqəsində olan malların rüsumunu ödəmək adı ilə 2013-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən «Koşkin Dom» adlı restoranda Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı və qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və sonuncuya ev tikdirmək üçün 3.000 (üç min) manat müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq 2014-cü ilin noyabr ayında qeyrisi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanının qarşısında Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və növbəti dəfə yeni yaranmış cinayətkar niyyətdən çıxış edərək sonuncuya ev tikdirmək üçün əlavə 1.100 (min bir yüz) ABŞ dolları müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq 2015-ci ilin may ayında qeyrisi ilə birlikdə özlərinin həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti və şəxsiyyəti naməlum «Mahir» adlı şəxsin vasitəsi ilə ünvan 10 ünvanında yerləşən «Yeganə» şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs3 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.153 (min yüz əlli üç) manat 35 (otuz beş) qəpik təşkil edən 1.100 (min bir yüz) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində gündüz növbəsində münasib vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin qarşısında Zərərçəkmiş şəxs4 19 oktyabr 2015-ci il tarixdə 3.000 (üç min) manat və 20 oktyabr 2015-ci il tarixdə 1.000 (bir min) manat olmaqla, ümumilikdə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X24 anası Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi sonuncunun adına dövlət qeydiyyatından keçirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Rövşən Əsgərovdan 2015-ci ilin oktyabr ayı ərzində ünvan 12 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati binasının qarşısında iki dəfəyə 12.000 (on iki min) ABŞ dolları və 30 oktyabr 2015-ci il tarixdə ünvan 13 ünvanının qarşısında 900 (doqquz yüz) ABŞ dolları olmaqla, Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə ümumilikdə 13.539 (on üç min beş yüz otuz doqquz) manat 57 (əlli yeddi) qəpik təşkil edən 12.900 (on iki min doqquz yüz) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs9 işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun oğlu Elçin Hüseynovu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə icra məmuru vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 2018-ci ilin iyun ayında ünvan 14 ünvanının qarşısında 5.000 (beş min) manat və 2018-ci ilin noyabr ayında ünvan 15 ünvanında yerləşən «Kral» şadlıq sarayının qarşısında 14.000 (on dörd min) manat olmaqla, ümumilikdə 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Xəqani Əliyevin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və həbsdən azad olunmasına dair məhkəmə hökmünün çıxarılması məsələsini müsbət həll edəcəyinə dair sonuncunun anası Zərərçəkmiş şəxs10 yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə özünün həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan dostları Şahid10 və Şahid11 vasitəsi ilə Zərərçəkmiş şəxs10 2019-cu ilin oktyabr ayında 6.000 (altı min) manat, 14 noyabr 2019-cu il tarixdə 4.000 (dörd min) manat və bir neçə gün sonra 2019-cu ilin noyabr ayında 10.000 (on min) manat olmaqla, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında yerləşən «Göy göl» kafesinin qarşısında alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Yəni yuxarıda qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs ümumilikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qarşı həm də ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və növbəti dəfə yeni yaranmış cinayətkar niyyətdən çıxış edərək sonuncuya ev tikdirmək üçün əlavə 500 (beş yüz) manat müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq bu adla 2015-ci ilin may ayının axırlarında qeyrisi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 16 ünvanında fəaliyyət göstərən kafedə Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Qeyd olunanlardan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 06 dekabr 2011-ci il tarixli, AN–N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 200.000 (iki yüz min) manata aldığı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında fəaliyyət göstərən özünə məxsus «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzini satışa çıxarması ilə əlaqədar 2013-cü ilin iyul ayında tibb müəssisəsinə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs1 qarşısında inam və etibar qazanmaq məqsədi ilə özünü işgüzar və etibarlı tərəfdaş kimi təqdim edərək guya Türkiyə Respublikasında tekstil sahəsində fəaliyyət göstərən və iflasa uğrama mərhələsində olan digər biznes sahəsini əlavə cəlb edəcəyi maddi vəsaitlər hesabına dirçəltmək üçün, əsl həqiqətdə isə digər şəxslərə qarşı törətdiyi dələduzluq cinayətləri nəticəsində ələ keçirdiyi pul vəsaitlərini zərərçəkmiş şəxslərə geri qaytarmaq məqsədi ilə Zərərçəkmiş şəxs1lə içərisindəki avadanlıqları ilə birlikdə tibb mərkəzinin 4.180.000 (dörd milyon yüz səksən min) manata alqı-satqısı barədə şifahi razılaşma əldə edib Təqsirləndirilən şəxs həmin vaxtdan 04 avqust 2013-cü tarixədək olan müddət ərzində ünvan 18 ünvanında yerləşən ofisdə şəxsən Zərərçəkmiş şəxs1 ilkin olaraq 200.000 (iki yüz min) manat, sonrakı iki dəfədə isə eyni ünvanda cəmi 480.000 (dörd yüz səksən min) manat pul vəsaitini alması, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 05 avqust 2013-cü il tarixli, 100.CL.250412.00001/c nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında əvvəllər özünün götürdüyü kreditə görə "xxxx" ASC-yə olan 2.480.261 (iki milyon dörd yüz səksən min iki yüz altmış bir) manat məbləğində kredit borcunu razılaşdıqları kimi Zərərçəkmiş şəxs1 banka tam ödəməsi, 05 avqust 2013-cü il tarixli, 100.CL.250412.00001/c nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən 12 saylı notariat kontorunun bankdakı depozit hesabı vasitəsi ilə 06 avqust 2013-cü il tarixdə 619.739 (altı yüz on doqquz min yeddi yüz otuz doqquz) manat və həmin tarixdə "xxxx" ASC-nin qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 100.000 (yüz min) manatın qarşılığı olaraq 130.000 (yüz otuz min) ABŞ dolları pul vəsaitlərini şəxsən Zərərçəkmiş şəxs1 alması, həmçinin Zərərçəkmiş şəxs1 faktiki sahibliyində olmaqla, anası X2 adına rəsmiləşdirilmiş, hər birinin dəyəri 150.000 (yüz əlli min) manat olmaqla, ümumilikdə 300.000 manat dəyərində ünvan 19 ünvanında yerləşən 15 saylı və ünvan 20 ünvanında yerləşən 17 saylı iki ədəd üç otaqlı mənzilləri Təqsirləndirilən şəxs öz təklifinə əsasən dostu X27 adına Zərərçəkmiş şəxs1 verdiyi 06 avqust 2013-cü il tarixli etibarnamə əsasında həmin əmlakları əldə etməsi nəticəsində əvvəlcədən razılaşdıqları 4.180.000 manat məbləğində pul vəsaitinin alıcı Zərərçəkmiş şəxs1 tərəfindən ona tamamilə ödənilməsinə və əlavə olaraq 02 avqust 2013-cü il tarixdə Təqsirləndirilən şəxs əldə etdiyi ümumi vəsaitin 980.000 manatdan ibarət hissəsinin tibb mərkəzində quraşdırılmış avadanlıqların dəyərinə aid edilməsi barədə Zərərçəkmiş şəxs1lə sövdələşərək «məişət texnikasının, tibbi və texniki avadalıqların alqı-satqı müqaviləsi»nin şərtlərinə uyğun tərtib edilən «əmlakın təhvil-təslim aktı»na imza etməsinə baxmayaraq, tərəflər arasında alqısatqı və ödəniş tam həyata keçirilib başa çatdıqdan sonra faktiki aralarında heç bir borcun qalmadığı və sonrakı müddətdə fikir ayrılığı, narazılıq olmadığı halda Təqsirləndirilən şəxs təkrarən özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə bir neçə ildən sonra, yəni 2016-cı ilin aprel ayından etibarən gələcəkdə hüquq mühafizə orqanlarına özünün qanunazidd hərəkətləri ilə bağlı şikayət olunacağı halda məsuliyyətdən yayına bilmək üçün qabaqcadan düşünülmüş şəkildə Zərərçəkmiş şəxs1 tibb mərkəzinin alqı-satqısına görə guya ona pul borclu olmasını yalandan iddia etməklə 27 iyul 2016-cı il tarixdə saat 22:16-da özünün istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********118 saylı mobil telefon nömrəsinə zəng edərək ona külli miqdarda 1.000.000 (bir milyon) manat məbləğində pul çatdırmayacağı halda həmin gün axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 tüfənglə başından vurub öldürəcəyini bildirməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmişdir, yəni o, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən başqa, həm də Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun həm təkbaşına və həm də qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, o cümlədən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 55.000 (əlli beş min) manat olmaqla külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat olmaqla külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs11 247.180,50 (iki yüz qırx yeddi min yüz səksən manat, 50 qəpik) manat olmaqla külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs11 125.552 (yüz iyirmi beş min beş yüz əlli iki) manat AZN-ə ekvivalent olan 160.000 (yüz altmış min) ABŞ dolları olmaqla külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat AZN-ə ekvivalent olan 10.000 (on min) ABŞ dolları olmaqla xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat olmaqla xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat, təkrarən Zərərçəkmiş şəxs3 1.153,35 (min yüz əlli üç manat 35 qəpik) AZN-ə ekvivalent olan 1.100 (min bir yüz) ABŞ dolları, təkrarən Zərərçəkmiş şəxs4 4.000 (dörd min) manat, təkrarən Zərərçəkmiş şəxs8 13.539,57 (on üç min beş yüz otuz doqquz manat 57 qəpik) manat AZN-ə ekvivalent olan 12.900 (on iki min doqquz yüz) ABŞ dolları olmaqla xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs9 19.000 (on doqquz min) manat olmaqla xeyli miqdarda, təkraprən Zərərçəkmiş şəxs10 20.000 (iyirmi min) manat olmaqla xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq, yəni ümumilikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapsa da, təkrarən Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakını dələduzluq yolu ilə ələ keçirməsi epizodu üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi müəyyən edilməmiş, həmçinin Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin, yəni iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, banka olan borcuna görə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında fəaliyyət göstərən özünə məxsus «Pendik Şifa Bakı İstanbul» klinikasını satmaq qərarına gəlmiş, bu barədə alqı-satqı işləri ilə məşğul olan müvafiq şəxslərə xəbər vermişdir. İlkin olaraq klinikanı 6 milyon 500 min manata satmaq qərarında olmuşdur. Klinikanın ən azı maya dəyəri 5 milyon manat olmuşdur. 29 iyul 2013cü ildə Zərərçəkmiş şəxs1 klinikaya gələrək maraqlanmışdır. Qiymətlə maraqlanan zaman Əzizə 6 milyon manata razılaşa biləcəyini demişdir. X64 adlı 20 dənə klinikası olan dostunun olduğunu, İlkinin Bakı şəhərində tibbi yardım sahəsi ilə məşğul olmağın əlverişli olmasını məsləhət gördüyünü bildirmişdir. Sonra Əziz deyilən qiymətlə bağlı öz ağsaqqalı olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bu barədə məsləhətləşməli olduğunu, onun hansı vəzifəli şəxsin kurasiyasında bu klinikanı işlətməsini soruşmalı olduğunu bildirmişdir. Əzizin bu sözləri ona təəcüblü gəlmiş və nə kurasiyası dedikdə, Əziz klinikaların müəyyən dairədə olan adamların olduğunu bildirmişdir. 30 iyul 2013-cü ildə Əziz bir gün əvvəl söz verdiyi zamanda, saat 16:00-da ona zəng edərək yanına gəldiyini bildirmişdir. Əziz ilə klinikada görüşmüşlər. Əziz, bildirmişdir ki, öz ağsaqqalı ilə bu barədə məsləhətləşmiş, onun heç kimin adamı olmadığını, klinikanın özünə məxsus olduğuna əmin olmuşdur. Əziz qiymətin baha olduğunu, ağsaqqalın, yəni Ramiz Mehdiyevin qiyməti aşağı etməsini istədiyini bildirmişdir. O, klinikanı 6 milyon manata satışa qoymağına baxmayaraq, borcları olduğu üçün 5 milyon manata satmağa razı olmuşdur. Əziz də 4 milyon manat pul verə biləcəyini bildirmişdir. O, Əzizin təqdim etdiyi ağsaqqal olaraq bildirdiyi şəxsin adamı olmasına inanmaq üçün sorğu sual edən zaman, Əziz, «Anar» adlı şəxsin nömrəsini göstərib onun yanında zəng edərək səs gücləndirici ilə danışıb klinika barədə olan danışığı bir daha demiş və Anar adlı şəxsə imkan olsa özünün gəlib klinikaya baxmasını təklif etmişdir. Əziz axşam saat 7-8 arası gəlib klinikaya baxacaqlarını, klinikada heç kimin olmamasını xahiş etmişdir. 30 iyul 2013-cü ildə Anar ilə Əziz klinikaya gəlmiş, həmin zaman klinikada cərrahiyyənin baş həkimi Zərərçəkmiş şəxs5 olmuşdur. Bu barədə Elşən ona özü demişdir ki, Anar və Əziz gəlib klinikaya baxmışdır. 30 iyul 2013-cü ildə axşam Əziz ona zəng edərək X22 restoranına dəvət etmişdir. Həmin restoranda görüş zamanı Əziz Anar müəllimin klinikanı bəyənməsini demiş, son söz olaraq klnikanı 4 milyon manata satmasını xahiş etmişdir. Həmin zamana qədər o öz ətrafında olan şəxslər ilə maraqlanmış və əmin olmuşdur ki, Anar adlı şəxs həqiqətən Əzizin təqdim etdiyi yüksək rütbəli şəxsin bir nömrəli köməkçisidir. Onun məsləhətləşdiyi adamlar da, demişlər ki, «əgər həqiqətən həmin vəzifəli şəxs işin içərisində varsa çalış razılaş problem olmasın, xoşluqla klinikanı ver». O bütün bunları özündə müqayisə edib, onu sıxan borclarına nəzərən son olaraq Əzizə 4 milyon 200 min manata klinikanı sata biləcəyini bildirmişdir. Əziz onunla tam olmasa da razılaşdığını bildimişdir. 2 avqust 2013-cü ildə nahar vaxtı Əziz “***-***-**-**” mobil nömrəsindən, onun istifadə etdiyi “***-***-**-**” mobil nömrəsinə zəng edərək bildirmişdir ki, klinikanın «Azərqaz» bankına olan borcunu öz üzərinə keçirmək üçün Anar müəllim bankın müşahidə şurasının sədri Çingiz Əsədullayevdən xahiş etmişdir. Əziz banka gedib borcu dəqiqləşdirərək sənədləşmə aparmağını bildirmişdir. Onlar birlikdə Elmlər Akademiyasında qeyd edilən bankın mərkəzi ofisinə yaxınlaşmışlar. Bankın qarşısında Əziz Anar müəllimin və ağsaqqalı Ramiz Mehdiyevin 4 milyon manat pul dediyini, həmin puldan kənara çıxa bilməyəcəyini, lakin öz cibindən 100.000 manat verəcəyini bildirmişdir. O Əzizlə razılaşmış və onlar birlikdə banka daxil olmuşlar. Bankda olan zaman onun həmin günə 2 milyon 481 min manat borcunun olması məlum olmuşdur. X35 yanına qalxmamışdan qabaq onun yanında Anara zəng etmiş və Anar adlı şəxs bank rəhbərliyi tərəfindən 3 milyon manat kredit ayrılacağını demişdir. Bundan sonra X35 yanına gedib gəlmiş və 3 milyon 100 min manat kredit ayrıldığını bildirmişdir. Bundan sonra Əziz onu «Turka» restoranın yanında yerləşən ofisinə dəvət etmişdir. Orada ona 150.000 manat beh verilmişdir. O beh müqaviləsi bağlamağı təklifi etsə də, Əziz «bizim aramızda başqa söhbət ola bilməz, heç kəs bizim pulumuzu yeyə bilməz» demişdir. Əziz onu Anarla tanış edəcəyini bildirmişdir. O, Əzizə Nəsimi RPİ-nin rəisinin qayınatasına borcu olduğunu, həmin şəxsdən savayı bərabər digər şəxslərdən də faizə borc aldığını bildirmişdir. Əziz isə bu qədər hörmətlə yanaşmasının müqabilində Prezident Apartından dedizdirib onun borclarını dayandıracağını demişdir. Əziz ona «Elmlər Akademiyası» metrostansiyasının yanında anasının adına olan iki ədəd mənzilləri göstərmişdir. O, həmin mənzillərə baxdıqdan sonra həqiqətən Əzizin dediyi kimi hər birinin 150.000 manat qiymətinin olduğuna əmin olmuşdur. Əziz ona klinikanın borcundan 300.000 manatın əvəzinə hər iki mənzili verə biləcəyini bildirmişdir. O da Əzizlə razılaşmışdır. Onlar mənzillərə baxdıqdan sonra təkrar Əzizin ofisinə qayıtmış və orada Əzizin iki mənzil və banka olan borcla birlikdə özünə verdiyi 150.000 manat beh pulunu, ümumilikdə 3 milyon 181 min manat məbləği avqustun 5-6-sı rəsmiləşdirəcəyini, çünki bankın krediti həmin zaman ayıra biləcəyini aydınlaşdırmışlar. 5 avqust 2013-cü ildə bankda borcun ləğvi ilə bağlı sənədlər hazırlanmış, Zərərçəkmiş şəxs1 adına 3 milyon 100 min manat məbləğində yeni kredit rəsmiləşmiş, bankın səlahiyyətli nümayəndəsi ilə birlikdə 12 saylı notariusa getmişlər. Klinika onun mülkiyyətində olduğu üçün arvadının razılığı tələb olunmuşdur. Bununla bağlı qayını Dilsuz onun arvadını notariusa gətirmişdir. Eyni zamanda notariusda Əziz anasının adına iki mənzili mülki etibarnamə əsasında onun dostu Raufun adına sərəncam vermək üçün etibarnamə vermişdir. Bununla da, Əzizin ona olan borcundan 300.000 manat nəzərə alınmışdır. Bundan sonra klinikanın 3 milyon 100 min manat dəyərində alqı-satqısı baş vermişdir. 3 milyon 100 manat alqı-satqı müqaviləsindəki məbləğ olmasına baxmayaraq birinci 150.000 manatı Əzizin ona verdiyi beh, ikinci iki ədəd ümumilikdə 300.000 manat mənzillərin dəyəri, banka olan 2 milyon 481 min manat borcun bağlanılması və nağd şəkildə 250.000 manat notariusun qabağında ona verilən pul nəzərə alınmaqla ümumilikdə həmin məbləğ 3 milyon 181 manat formasında ödənilmişdir. Buna baxmayaraq alqı-satqı müqaviləsində 3 milyon 100 min manat əmlakın satış qiyməti göstərilmişdi. Çünki bankın ayırdığı pul 3 milyon 100 manat olduğundan alğı-satqı müqaviləsi həmin məbləğdə bağlanmalı olmuşdur. Bununla da, Əzizin ona 919.000 manat borcu qalmışdır. Bununla bağlı o, 12 saylı Notariat kontorunda bankın nümayəndəsi və notarius Hünər Hacıyevin yanında bildirdikdə, bankın nümayəndəsi demişdir ki, bankın ayırdığı pul 3 milyon 100 manat olduğundan alqı-satqı müqaviləsi həmin məbləğdə bağlanmalıdır. Bundan sonra Əziz onu bayıra dəvət edərək bildirmişdir ki, «heç bir şeyi rəsmiləşdirməyə ehtiyac yoxdur, avqustun 12-də sənə 200.000 manat, qalan pulu isə 4 həftə ərzində hər həftə 200.000 manat olmaqla ödəyəcəyəm, özün bilirsən ki, sənə iki evimi verdim ki, bankdan qalan 300.000 manat pulumu İraqda, Ərbildə olan neft zavoduma qoymuşam, oradan pul gəlir, heç bir narahatçılıq yoxdur». Bundan sonra o, Əzizə inandığını bildirmiş və səhəri günü yəni 6 avqust 2013-cü ildə o klinikaya gəlib Elşən və Turala, Əzizin ona borclu qalmasını, 1 həftədən sonra 200.000 manat verəcəyini demiş, həmin puldan onların da borcunu ödəyəcəyini göstərməklə, əmin olmaq üçün birlikdə Əzizlə görüşməyi təklif etmişdir. Klinikada Əziz, Tural, Elşən və o görüşmüşlər. Həmin görüşdə Əziz Cavada borclu qalmasını Elşənə etiraf etmişdir. 09 avqust 2013-cü ildə o, bacısı oğlunun ad günündə olan zaman axşam saatlarında istifadəsində olan 050 *** ** ** mobil nömrəyə gizli nömrədən zəng gəlmişdir. Telefonda danışan X71 şəhərində olduğunu, ayın 12-si deyil, 17-si gələcəyini bildirmişdir. 16 avqust 2013-cü ildə səhər saat 10-11 radələrində Əziz ona zəng vuraraq bildirmişdir ki, klinikada bütün avadanlıqlar təhvil təslim edildiyi üçün həmin akta imza etmək lazımdır. Əziz bildirmişdir ki, klinakadakı avadanlıqlar onun balansında olmalıdır ki, lisenziyanı öz adına, şirkətin adına keçirib klinikanı qanunauyğun formada işlədə bilsin. O da Əzizin dediyi kimi gedib təhvil-təslim aktına imza etmişdir. Həmin təhvil-təslim aktına o, 16 avqust 2013-cü ildə imza etməyinə baxmayaraq akt alqı-satqı müqaviləsində öncəki tarixə, yəni 02 avqust 2013-cü il tarixə tərtib edilmişdir. 18 avqust 2013-cü ildə Əzizlə klinikada görüşmüş, Əziz müvəqqəti pulunun olmaması bildirərək əlavə iki ev verə biləcəyini təklif etmişdir. O, Əzizlə birlikdə həmin mənzillərin yerləşdiyi binanın ünvanına getmişlər. Orada Əziz iki mənzildən ibarət ümumilikdə 6 otaqlı evi 600.000 manata təklif etmişdir. Əziz, həmin mənzillərin kvadrat metrinin 2300 manat olmasını bildirmişdir. Bundan sonra o, yaxınlıqda olan alqı-satqı yerlərindən maraqlanmış və məlum olmuşdur ki, Əzizin təqdim etdiyi mənzilin kvadrat metr sahəsi 1600-1700 manatdır. Ona görə də o, Əzizə zəng edib ayın sonuna kimi pulu gözləyəcəyini bildirmişdir. Avqust ayının sonunda o, klinikaya Əzizin yanına getmiş, Əziz ona telefonlarını kənara qoyub Elşənin həkimin otağına keçmələrini xahiş etmişdir. O Əzizə nə üçün belə olduğunu dedikdə, Əziz telefonların nəzarətdə olmasını, belə məsləhət olduğunu bildirmişdir. Onlar birlikdə Elşən həkimin otağına keçmiş, lakin Elşən həkim orada olmamışdır. Əziz ona «ağsaqqal dedi ki, ilin sonunda Cavada 500.000 manat pul veriləcək, səsini çıxartmasın, başqa söhbət olsa onu məhv edərəm» demişdir. O, Əzizə bu söhbətin yalan olduğunu, bəhanələr gətirdiyini üzünə dedikdə, Əziz cavab olaraq ona ümumiyyətlə borcunun olmamasını, pul verməyəcəyini bildirmişdir. O, Əzizə sonuncunun ağsaqqalı ilə görüşəcəyini, həmin şəxsin heç kimin haqqını yemədiyini bildirmişdir. Əziz ona cavab olaraq MTN-in (Milli Təhlükəsizlik Nazirliyi) vasitəsi ilə onu götüzdürəcəyini, «Dima» adlı şəxsin köməkliyi ilə 10 minə Dağıstandan adam gətizdirib bir günə öldürtdürəcəyini bildirmişdir. Bundan sonra o, çıxıb getmişdir. O, ailəsi ilə bu barədə danışan zaman məlum olmuşdur ki, yeznəsi Elbrusun kirvə qohumluğu olduğu, Əzizin «Oleq» dediyi əslində isə «Alik» kimi tanınan Allahverdi adlı şəxs Əzizin arxalandığı Anar adlı şəxsi tanıyır. O, Allahverdi ilə görüşüb başına gələnləri danışdıqdan sonra, Allahverdi «X69» şirkətinin idarə heyətinin sədri Rasim Məmmədovla dostluğunun olduğunu, Rasimə bu barədə danışaraq Anar adlı şəxsə bu məsələnin çatdırılmasında köməklik edəcəyini bildirmişdir. 2014-cü ilin əvvəllərində onu Dərnəgül şossesində yerləşən «X69»yə dəvət etmişlər. Orada o, Allahverdi ilə birlikdə Rasim Məmmədovla görüşmüş və dərdini, bütün baş verənləri danışmışdır. Bir saatdan sonra Əzizin oraya gəldiyini görmüşdür. O, Əziz və Allahverdi, Rasim müəllimin otağına daxil olmuş, X59 tənbeh edərək nüfuzlu şəxslərin adından istifadə edib dələduzluq törətməsini deyərək irad tutmuşdur. Əziz heç kimin adından istifadə etmədiyini, 1 həftə vaxt ərzində ya klinikanı başqa adama satıb öz pulunu götürməklə aralaşacağını, ya da borcunu ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs İfadəsinin davamında göstərdi ki, bundan sonra, o, daimi klinikada olmuş, lakin Əziz yenə öz əməllərindən əl çəkməmiş, klinikaya müştəri çıxan şəxslərə klinikanın problemli olmasını deyərək onları almaqdan çəkindirmişdir. Bundan sonra, o, Əzizdən hüquq mühafizə orqanlarına müraciət etmişdir. Müraciəti ilə bağlı Binəqədi Rayon Prokurorluğunda prokuror müavini olmuş Ülvi onu yanına çağıraraq Əzizdən şikayət etməməsini tələb etmişdir. Həmin zaman onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Zərərçəkmiş şəxs11 müraciəti əsasında başlanmış cinayət işi istintaq olunmuşdur. Əziz onun pulunu vermədiyi üçün o, sələmə pul aldığı şəxslərin borcunu ödəyə bilməmişdir. BMCMİ-də Zərərçəkmiş şəxs11 borcunu hissə-hissə ödəsə də, artıq maliyyə imkanları darlaşdığı üçün Əzizlə bağlı dərdini həmin idarədə bildirmişdir. Bu barədə BMCMİ-yə müraciət etmiş, orada müstəntiq Hacı Əfəndiyev tərəfindən araşdırma aparılmış, Əziz idarəyə çağırılmışdır. Sonda isə bu məsələnin mülki mübahisə olduğu, pulu Əzizdən məhkəmə yolu ilə ala biləcəyi bildirilmişdir. Bu hadisələr 2014-cü ilin yay aylarında baş vermişdir. İşinə baxılmadığı üçün o, sabiq Milli Təhlükəsizlik Nazirliyinə rəsmi ərizə ilə Əziz barəsində müraciət etmişdir. Zərərçəkmiş şəxs1 dostu, sabiq «MTN» naziri Eldar Mahmudovun yaxın qohumu «Vüqar» adlı general rütbəli şəxs onun şikayətinə həmin nazirlikdə baxılmasına imkan verməmişdir. Ona məlum olmuşdur ki, Əziz himayədarları vasitəsi ilə Azərbaycanda hüquq mühafizə orqanlarına yüksək təsir göstərir. 2014-cü ilin yay aylarında Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Əzizdən pullarını ala bilmədiklərindən ondan Binəqədi RPİ-yə müraciət etmişlər. Bu barədə cinayət işi başlanaraq istintaq edilməyə başlanmışdır. O, həmin cinayət işinin istintaq müddəti ərzində Zərərçəkmiş şəxs5 20.000 manat pul ödəmiş, qalan 49.000 manat borcla bağlı dostu, hazırda rəhmətə getmiş Nağıyev Fətulla ilə Zərərçəkmiş şəxs5 arasında 49.000 manat əvəzinə 50.000 manatlıq borc müqaviləsi bağlanmışdır. O, həmin zaman istintaqda olduğu üçün Fətulladan köməklik etməsini xahiş etmişdir. 2016-cı ildə o, Əziz barədə Səbail Rayon Polis idarəsinə Əzizin onu aldatması barədə müraciət etmiş, həmin zaman Səbail RPİ-nin Təhqiqat şöbəsində heç bir araşdırma aparılmadan cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma təhqiqatçı Cavid Hüseynov tərəfindən aparılmışdır. Bundan sonra o, hüquq mühafizə orqanlarından heç bir nəticə ala bilmədiyi üçün artıq Əzizə himayədarlıq edən Anar adlı şəxs barəsində Respublika rəhbərliyinə çoxsaylı müraciətlər etmişdir. 2017-ci ilin fevral ayında o, Allahverdi və Anar adlı şəxslə Lider TV-nin yanında olan restoranda görüşmüşlər. O, Anara hər şeyi danışdıqdan sonra Anar klinikanın sonuncuya heç biri aidiyyətinin olmamasını, Əzizin yalan danışmasını, klinikanın Əzizə məxsus olmasını, hətta özünün də Əziz tərəfindən aldadıldığını bildirmişdir. Anarla bağlı sonuncunun artıq Əzizi müdafiə etmədiyinə əmin olmuş və o, Əzizə zəng edərək pulunu tələb etmişdir. Əzizə zəng vurduğu üçün Əziz böyük bir şey olmuş kimi ondan şikayət etmiş və barəsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə Binəqədi Rayon Polis idarəsində cinayət işi başlanmışdır. Dəfələrlə müstəntiq Mehman Ələsgərov ona Əzizin borcunun olmamasına dair ərizə yazmasını təklif edərək, bundan sonra Əzizin barışıq ərizəsini alaraq işi bağlayacağını bildirsə də, o, buna razılıq verməmişdir. O həm həbsdə həm də azadlıqda olan zaman dəfələrlə cinayət işinin qanunsuz və əsassız istintaq edilməsini bildirsə də ərizələrinə baxılmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə əlaqədar özünü ümumiyyətlə təqsirli bilməmişdir. Heç vaxt Əzizdən hədə-qorxu yolu ilə pul tələb etməmiş, verməyəcəyi təqdirdə nə Əzizi, nə də Əzizin yaxın qohumlarını öldürtdürəcəyi ilə, o cümlədən sağlamlıqlarına zərər vuracağı ilə hədələməmişdir. O, özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzini 2013-cü ildə Zərərçəkmiş şəxs1 satmış, Əziz pulun bir qismini versə də digər hissəsini verməkdən qəti imtina etmişdir. O da ara-sıra Əzizlə görüşmüş və ya mobil telefon əlaqəsi yaradaraq pul borcunu geri qaytarmasını tələb etmişdir. Lakin həmin tələb hər-hansı hədə-qorxu ilə müşayiət edilməmişdir. Zərərçəkmiş şəxs1 guya ki, sonuncunu tüfəng tipli odlu silahla öldürəcəyi ilə hədələməsi, habelə hədə-qorxu xarakteri daşıyan digər əməllərə yol verməyi barədə ifadəsində göstərdikləri ona qarşı böhtandır. Əzizin məqsədi ona məxsus pulu geri qaytarmamaq olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs3 epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, həqiqətən də tanışı, mərhum X28 ilə birlikdə öncədən sövdələşib sonuncunun tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngədə aldığı 2 sot torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədinin alınmasını təmin edəcəklərinə dair yalan vəd verib 2014-cü ilin noyabr ayında, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngənin qarşısında 3.000 manat, 2015-ci ilin may ayında ünvan 10 saylı ünvanda yerləşən «Yeganə» şadlıq sarayının qarşısında «Mahir» adlı tanışının vasitəsi ilə 1.100 ABŞ dollarını, 2015-ci ilin may ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən kafedə 500 manat məbləğində pul vəsaitini ələ keçirmişlər. Pulun bir hissəsini Raufdan götürərək ona çatdırmış «Mahir» adlı sürücünün ata adını, soyadını, yaşadığı ünvanı bilməmiş, istifadəsində olan mobil telefon nömrəsini isə xatırlamamışdır. Zərərçəkmiş şəxs3 pul alarkən Mahirə həmin puldan hər-hansı məbləğdə pul verməmişdir. «Mahir» adlı şəxsin qeyd edilən məsələdə hər-hansı maddi təmənnası və marağı olmamışdır. O, Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs2 epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, həqiqətən dostu Şahid20 ilə birlikdə Zərərçəkmiş şəxs2 guya ki, Şahid20 telefon aksessuarlarının satışı sahəsində olan biznesinə şərik edəcəklərinə dair vəd verməklə, lakin həqiqətdə öz məqsədlərinə görə 2013-cü ilin dekabr ayının əvvəllərində 35.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirmişlər. Lakin alınan həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 Şahid20 almışdır. Zərərçəkmiş şəxs2 vurulan zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs4 epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, Zərərçəkmiş şəxs5 70.000 manatdan 20.000 manat ödədikdən sonra o, həbsdə olduğu vaxt yerdə qalan 50.000 manat borcu tanışı mərhum X28 notariusda öz üzərinə götürmüşdür. O da Fətullanın ona etdiyi bu yaxşılığa görə sonuncunun vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə düzəldəcəyini yalan vəd verərək 19 oktyabr 2015-ci il tarixdə Fətullanın vasitəsi ilə 3.000 manat, 20 oktyabr 2015-ci il tarixdə isə 1.000 manat məbləğində pul vəsatini elə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Neft Kəmərləri İdarəsinin qarşısında almışdır. Nağıyev Fətullaya həmin puldan heç nə verməmişdir. Zərərçəkmiş şəxs4 məsələsində Şahid3 onu oyuna salmışdır. Belə ki, X70 İdarəsinin rəis müavini olmuş, sonuncunun ona 272.000 manat borcu olmuşdur. Zərərçəkmiş şəxs4 alınan 3.000 manat Şahid3 çatmışdır. Əgər pullar Əliyə çatmasa, sonuncu Eminə 1.000 manatı qaytarmazdı. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs11 epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, Zərərçəkmiş şəxs11 həmin ərəfədə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanda yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin gəlirinə şərik edəcəyinə və qeyd edilən tibb mərkəzini 10 gün ərzində adına sənədləşdirəcəyinə dair vəd verib 2013cü ilin aprel ayının ayının sonlarında 210.000 ABŞ dolları məbləğində, bir neçə gün sonra 2013-cü ilin may ayının əvvəllərində isə 105.000 ABŞ dolları məbləğində pul vəsaitlərini sonuncunun yaşadığı ünvan 7 saylı evin qarşısında almışdır. Lakin qeyd etdiyi vədə əməl edə bilmədiyinə görə barəsində ibtidai istintaq aparılan dövrdə Zərərçəkmiş şəxs11 vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Bundan başqa, o, 24 may 2013-cü il tarixdə, saat 10.00 radələrində ünvan 26 ünvanda fəaliyyət göstərən «Mado» restoranının qarşısında Zərərçəkmiş şəxs11 Almaniyadan yeni buraxılış «Range Rover» markalı avtomobil gətirəcəyini yalandan deyib 160.000 ABŞ dolları pulunu almışdır. Aldığı pulu da banka olan borcunu ödəmişdir. Zərərçəkmiş şəxs11 Almaniyadan münasib qiymətə son model «Range Rover» markalı avtomobil gətizdirəcəyinə dostu Şahid19 ilə birlikdə vəd verməmiş, həmin vədi o, tək vermişdir. Zərərçəkmiş şəxs11 aldığı həmin pul vəsaitini də tamamilə geri qaytarmışdır. Belə ki, BMCMİ-də 480.000 manat ödəniş etmişdir. Bundan sonra, Nərimanov rayonunda Mado restoranının qarşısında kameranın altında Üsaməddinə 50.000 manat və 50.000 dollar pul vermişdir. Hüsaməddinin varisi olan oğlu Nicat da artıq borclarının ödənildiyini qəbul etmişlər. Onlara heç bir borcu qalmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs5 epizodu ilə əlaqədar göstərdi ki, rəhbəri olduğu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzində həkim işləmişdir. O, Elşənə tibb mərkəzində cərrahiyyə şöbəsinin açılması və həmin şöbənin zəruri avadanlıqlarla təmin edilməsi üçün 70.000 manat pul verməsini təklif etmişdir. Əvəzində isə həmin şöbədən gəlirdən aylıq qazanc payı ayıracağına söz vermişdir. Sonradan maddi durumu qənaətbəxş olmadığı üçün qeyd edilən klinikanı Zərərçəkmiş şəxs1 satmışdır. Digər borcları olduğu üçün Elşənin pulunu geri qaytara bilməmişdir. Əslində o, Elşənə borclu olmuş, lakin Əziz ona borclu olduğundan Elşənə pulu özünün verəcəyini bildirmişdir. Çünki o, klinikanı camaata olan borcunu qaytarmaq üçün satmışdır. Əziz Elşəni ondan sonra işləmək üçün 3 ay klinikada saxlamış və onun Elşənə olan borcunu özünün ödəyəcəyini demişdir. Oktyabr ayında isə Əziz ona olan borcunu ödəməkdən boyun qaçırdıqdan sonra Elşəni çağırmış və boynuna götürdüyü borcu ödəməyəcəyini bildirmişdir. Elşəndən pul almamış, sadəcə Elşən cərrahiyə şöbəsinə 70.000 manat pul qoymuşdur. O, Elşənə qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs5 pulunun 20.000 manatını cibindən ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs7 epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, həqiqətən də Zərərçəkmiş şəxs7 oğlunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəltmək niyyəti ilə 26 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 10.000 ABŞ dolları məbləğində pulunu almışdır. Lakin iş məsələsini həll etmək istəsə də müəyyən səbəblərdən buna nail ola bilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan və ya pulu aldığı dövrdə çalışmış şəxslərdən, həmçinin Ağsu Rayon İcra Hakimiyyətində işləmiş hər-hansı bir qohumu olmamışdır. Zərərçəkmiş şəxs7 aldığı pul vəsaitlərini digər borclarına sərf etdiyi üçün qeyd edilən vəsaiti geri qaytara bilməmişdir. Lakin sonradan həmin pulu tam həcmdə geri qaytarmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs6 epizodu ilə əlaqədar göstərdi ki, reklam işləri ilə məşğul olan Zərərçəkmiş şəxs6 rəhbərlik etdiyi «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin reklam işlərinin həyata keçirilməsi üçün, o cümlədən həmin ərəfədə yarımçıq qalan cərrahiyyə şöbəsinin açılması ilə əlaqədar ortaya çıxmış xərcləri qarşılamaq üçün hissə-hissə olmaqla 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayınadək olan müddət ərzində 30.000 manat pulunu almışdır. Qeyd edilən cərrahiyyə şöbəsini açaraq fəaliyyətini tam təşkil etsə də, sonradan yaranmış digər borcları ilə əlaqədar Zərərçəkmiş şəxs6 aldığı pulu geri qaytara bilməmişdir. Turalın nəyə görə dəymiş ziyanın 55.000 manat təşkil etməsi barədə ifadə verməsinin səbəbini bilməmişdir. Turala olan borcunu da Zərərçəkmiş şəxs5 olduğu kimi Əzizdən alacaqlarını bildirmiş, Əziz ona borclu olduğu üçün Tural və Elşənə borcu özünün ödəyəcəyini bildirmişdir. Turalla olan məsələ də sırf mülki məsələ olmuşdur. Hətta Əziz həmin şəxslərin hər ikisinə qalıb klinikada işləmələrini və klinikanı qaldırmağa kömək göstərmələrini istəmişdir. Onun Zərərçəkmiş şəxs6 cəmi 30.000 manat borcu olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs8 Sərxan qızı epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evini xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirəcəyinə dair vəd verib 2015-ci ilin oktyabr ayında iki dəfəyə, hissə-hissə, yəni 12.000 və 900 ABŞ dolları olmaqla ümumilikdə 12.900 ABŞ dollarını Bakı şəhərinin Yasamal rayonu ərazisində, dəqiq xatırlamadığı ünvanda sonuncunun oğlu X24 vasitəsi ilə almışdır. Adını çəkmək istəmədiyi tanışlarının vasitəsi ilə vəd verdiyi işi icra etməyə çalışsa da buna nail ola bilməmişdir. Aldığı pul vəsaitlərini isə borcları ilə əlaqədar xərcləmişdir. Lakin Zərərçəkmiş şəxs8 vurulan ziyanı ödəməkdən imtina etməmiş və aldığı pulun 9.000 manatdan ibarət hissəsini artıq ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs9 epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, həqiqətən də dostluq münasibətərində olduğu və digər anket məlumatlarını bilmədiyi «Rəşid» adlı dostunun vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs9 övladı, X15 Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, icra məmuru vəzifəsinə düzəltmək üçün 2018-ci ilin yadında qalmayan tarixlərdə və yerdə hissə-hissə olmaqla ümumilikdə 19.000 manat pulunu almışdır. Adını çəkməyəcəyi tanışlıq əlaqələri hesabına Elçin Hüseynovu Bakı şəhərinin ya Yasamal, ya da Nərimanov Rayonunun İcra Şöbəsində icra məmuru vəzifəsinə işə düzəlməsi üçün çalışsa da buna nail ola bilməmişdir. Ona görə də bir müddət sonra Zərərçəkmiş şəxs9 aldığı bütün pulları tam şəkildə geri qaytarmışdır. Əvvəlki ifadəsində «Səbuhi» adlı şəxs barədə göstərdiyi xüsusatlar özündə həqiqəti əks etdirməmişdir. O, heç kimə pul verməmişdir. Sadəcə adını çəkməyəcəyi ədliyyə sistemində işləmiş bir dostuna zəng edərək Rövşənin oğlu Elçinin icra məmurunun köməkçisi kimi müvəqqəti işləməsini xahiş etmişdir. Həmin şəxs də onun sözünü yerə salmamışdır. Lakin Rövşənin oğlunun Bakı şəhəri Yasamal Rayon İcra şöbəsində icra məmuru vəzifəsində işə düzəlməsini təmin edə bilməmişdir. Zərərçəkmiş şəxs9 vurulmuş maddi zərəri tam ödəmiş, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs10 epizodu ilə əlaqədar təqsirini tam etiraf edərək göstərdi ki, Şahid10 təxminən 2018-ci ildən tanımışdır. Vəli ilə ortaq dostlarının vasitəsi ilə tanış olmuşdur. Belə ki, onun İman adlı beton zavodu olan bir ailəvi dostu olmuşdur. İmanın vasitəsi ilə Vəlini tanımışdır. Şahid10 tanıdığı ərəfədə heç bir işlə məşğul olmamışdır. Vəlinin ləqəbi Vəzir olmuşdur. Zərərçəkmiş şəxs10 isə Vəlinin uzaq qohumu olmuşdur. 2019-ci ilin payız aylarının birində Vəli ilə görüşdüyü zaman Vəli bildirmişdir ki, qohumu Zərərçəkmiş şəxs10 oğlu Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş və hazırda həmin cinayət işi baxılması üçün Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Vəli ondan öz tanışlıqları hesabına Xəqaninin həbsdən azad edilməsi məsələsini həll etməsini xahiş etmişdir. O da Vəliyə bildirmişdir ki, öz dostları ilə danışıb bu işin həll edilib-edilməməsi məsələsinə aydınlıq gətirəcəklər. Təxminən 10-15 gün sonra o, adını demək istəmədiyi bir məmur dostu ilə danışıb mövzunu izah etmiş, həmin şəxs 20.000 manat pul müqabilində həbs edilmiş Xəqani Əliyevin məhkəmə zalından azad ediləcəyini bildirərək, əks halda Xəqaniyə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilə biləcəyini göstərmişdir. O, bu barədə Vəlinin özünə məlumat vermişdir. Vəli də bu barədə Zərərçəkmiş şəxs10 məlumat verdikdən bir neçə gün sonra Vəlinin vasitəsi ilə Zöhrənin kürəkəni Mahirlə görüşmüşdür. Görüş zamanı Mahir ona Xəqani ilə qohum olduğunu deyib sonuncuya köməklik göstərməsini xahiş etmişdir. O da Mahirə dostlarının sayəsində Xəqanini işini həll edəcəyini vəd etmişdir. O, həmin pul vəsaitlərini dostu Şahid11 vasitəsi ilə ələ keçirmişdir. Lakin həmin puldan nə İmana, nə də ki, Vəliyə hər-hansı məbləğdə pul verməmişdir. İman sadəcə Vəlidən pulu alaraq ona vermişdir. Onlar Vəli ilə az müddət ərzində tanış olduqları üçün arada etibarlı bir adam olsun deyə Vəli pulu İmana vermişdir ki, o, həmin pulu İmandan alsın. Dəqiq yadında qalmayan tarixlərdə və yerdə dostu Şahid10 İmana verdiyi pulu, İman da öz növbəsində ikilikdə ona 10000 (on min), daha sonra 6000 (altı min) manat, sonda isə 4000 (dörd min) manat formasında vermişdir. Bütün bu pulların hamısını bir həftənin, yəni təxminən 7-8 gün içərisində alınmışdır. O, qeyd edilən pulları hissə-hissə alan günü elə Xəqaninin işini həll edən dostuna vermişdir. Onun aldığı pul vəsaitlərindən nə Mahirə, nə Vəliyə, nə də İmana hər-hansı məbləğdə pul verilməmişdir. Xəqani Əliyevin təqsirləndirilməsinə dair olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Xəqani Əliyevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs10 bundan narazı qalaraq verilmiş pul vəsaitlərini geri istəməyə başlamışdır. O da barəsində şikayət olmasın deyə yadında qalmayan tarixdə 8.000 manat pulu Vəlinin vasitəsi ilə Zöhrəyə ödənilməsi üçün Mahirə qaytarmışdır. Lakin sonradan o, Mahirdən həmin 8.000 manatı borc kimi almış və şəxsi xərclərinə sərf etmişdir. Zərərçəkmiş şəxs10 məxsus pulun bir qismini, yəni 14.900 manatdan ibarət hissəsini artıq ödəmişdir. Zərərçəkmiş şəxs10 ilə səs yazılarında əvvəldən başlayaraq həqiqətən də məhz o, danışmışdır. Daha sonra həmin danışıq zamanı onun yanında olan Mahir, yəni Zöhrənin kürəkəni telefonu götürərək danışıqları davam etdirmişdir. Səs yazısında digər mobil telefonla onun danışdığı şəxs isə ifadəsində adını göstərmək istəmədiyi şəxsdir. Zərərçəkmiş şəxs10 məxsus pul həqiqətən də Xəqani Əliyevin həbsdən azad edilməsi məqsədi ilə alınmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, bir vaxtlar rəhbəri olduğu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzini inşa etdirdiyi dövrdə onun borc pula ehtiyacı olduğu üçün bu barədə yaxın ətrafına, dostlarına, tanışlarına və qohumlarına məlumat vermişdir. Şəhriyar Rəsulovu da onunla təxminən 2012-ci ildə dostu Şahid19 tanış etmişdir. Şəhriyar Rəsulov həqiqətən də hazırda xatırlamadığı tarixlərdə və məbləğlərdə hissə-hissə ona sırf borc kimi pul vermiş və ya başqa şəxslərin vasitəsi ilə pul göndərmişdir. O, Şəhriyardan borca aldığı pul vəsaitlərindən bir hissəsini, hazırda xatırlamadığı məbləğdən ibarət hissəsini qaytarmışdır, pulu qaytaran zaman üstündə əlavə pul da vermişdir. Lakin sonradan məlum hadisələrə görə, yəni digər borcları ucbatından maddi böhrana düşdüyü üçün Şəhriyarın pulunun bir qismini qaytara bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2012-ci ilin yay aylarında Natiq adlı tanışının vasitəsilə «Pendik Şifa» tibb klinikasının sahibi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin tibb klinikasının fəaliyyətini genişləndirmək, yəni reklam işləri və yeni şöbələrin açılması məqsədilə ondan həmin müəssisəyə vəsait qoymaqla gələcəkdə müəssisənin birgə işlədilməsi və təsisçilik payının müəyyən qisminin ona veriləcəyini vəd vermişdir. Təqsirləndirilən şəxs onun etibarını qazanmaq məqsədilə ilk olaraq ona həmin klinikaya marketinq üzrə menecer vəzifəsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmçinin ona bildirmişdir ki, klinika inkişaf etdikdən sonra onun pulunu və həmin vaxt orada tanış olduğu Zərərçəkmiş şəxs5 pulunu özlərinə qaytaracaq, sonra isə onları yüksək əmək haqqı ilə klinikada işlə təmin edəcəkdir. O da təklifi qəbul edərək 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayına qədər Təqsirləndirilən şəxs hissə-hissə Zərərçəkmiş şəxs5 dayısı Tofiqin və Zərərçəkmiş şəxs5 iştirakı ilə 70.000 manat məbləğində pul vermişdir. Cərrahiyyə şöbəsinin açılması üçün isə Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 70.000 manat pul vermişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs həmin klinikanı Zərərçəkmiş şəxs1 satmış, lakin nə onun, nə də Zərərçəkmiş şəxs5 pulunu özlərinə qaytarmamışdır. Onlara müəssisənin pulunu Zərərçəkmiş şəxs1 tam almadığını, alan kimi onların pullarını qaytaracağını bildirmişdir. Məsələnin belə olduğunu gördükdə aralarında mübahisə yaranmış və bu barədə müəssisənin yeni rəhbərinə məlumat vermək qərarına gəlmişlər. Onlar müəssisənin yeni sahibinə bildirmişlər ki, Təqsirləndirilən şəxs etibarlarından sui-istifadə edərək almış olduğu pulu onlara qaytarsın. Zərərçəkmiş şəxs1 onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs dələduzdur, müxtəlif şəxslərdən müxtəlif adlarla pul almışdır. Daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs ödəməli olacaq borcunu onlara ödəyəcəkdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında pul mübahisəsi yaranmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 onları yenidən otağına dəvət edərək Təqsirləndirilən şəxs borcunun olmadığı üçün onlara pul ödəməyəcəyini bildirmişdir. Bundan sonra onlar yenidən Təqsirləndirilən şəxs yanına gedərək pullarını tələb etsələr də, Təqsirləndirilən şəxs onlara müxtəlif vədlər verərək aldatmaqla pullarını qaytarmaqdan yayınmışdır. O, 70.000 manat pulu Təqsirləndirilən şəxs 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayına qədər hissə-hissə vermiş, pulun çoxunu həkim Zərərçəkmiş şəxs5 iştirakı ilə işlədiyi «Pendik Şifa» tibb klinikasında vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 70.000 manat məbləğində maddi ziyan dəymişdir. 26 mart 2014-cü il tarixdə Təqsirləndirilən şəxslə birlikdə «Şəki» restoranında görüşərkən onlara «Rauf» və «Samir» adlı şəxslər də qoşulub birlikdə nahar etmiş, orada Təqsirləndirilən şəxs xahişi ilə «Rauf» adlı şəxsə 5.500 manat borc pul vermişdir. Lakin sonradan pulunu istədikdə onu heç kim hədələməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı əsəbi və həyəcanlı olduğuna görə belə bir ərizə yazmışdır. «Rauf» və «Samir» adlı şəxslərin atalarının adını, soyadlarını və digər anket məlumatlarını bilməmiş, onlardan heç bir şikayəti olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsinin davamında göstərdi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 70.000 manat pul verdiyini bildirsə də müstəntiq bu məbləği 55.000 manat göstərmişdir. O da sonradan bu məsələni mübahisələndirməmişdir. Cavad klinikanı Əzizə satdıqdan sonra Əzizin pulun hamısını vermədiyini, Əziz borcunu ödədikdən sonra onun və Elşənin borcunu qaytaracağını bildirmişdir. Əziz də əvvəlcə Cavadın ona və Elşənə olan borcunu özünün ödəyəcəyini bildirsə də təxminən 20 gün sonra Cavada heç bir borcunun olmadığını, Cavadın ona və Elşənə olan borcunu gedib Cavaddan tələb etmələrini demişdir. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 1988-ci ildən Məlikov adına 6 saylı BŞX-da həkimstomatoloq, 1990-cı ildən isə həmin şöbənin müdiri vəzifəsində işləmişdir. 2012-ci ilin iyul ayında həmin xəstəxana təmirə bağlandığından müvəqqəti olaraq işsiz qalmış, bu müddət ərzində 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən «Pendik Şifa» tibb klinikasına işə dəvət olunmuş, həmin ilin avqust ayından orada işləməyə başlamış və həmin klinikanın sahibi Təqsirləndirilən şəxslə tanış olmuş, aralarında normal və işgüzar münasibətlər yaranmışdır. Cavad onun cərrahiyyə sahəsində təcrübəsinin olduğunu bildikdən sonra ona «Pendik Şifa» tibb klinikasında cərrahiyyə şöbəsinin açılmasını təklif etmişdir. O, razılığa gəldikdən sonra 2012-ci ilin dekabr ayında həmin klinikada cərrahiyyə şöbəsini qurmuş və şöbə fəaliyyətə başlamışdır. Şöbəni quran ərəfədə Təqsirləndirilən şəxs onu bir neçə dəfə evinə dəvət edərək söhbət zamanı özünün X4 şəhərində böyük tekstil firmasının olduğunu, Bakı şəhərinin 8-ci km qəsəbəsində yeni inşa edilən binada payçı olduğunu, maşın və mebel biznesi ilə məşğul olduğunu deyərək özünün böyük sahibkar və biznes adamı olduğuna inandırmışdır. 2012-ci ilin dekabr ayında oğluna ev almaq istəyini Cavada dedikdə sonuncu demişdir ki, 9-cu mikrorayonda ev tikintisi ilə məşğul olan tanışları vardır. O, gedib həmin evə baxmış, lakin mənzil 12-ci mərtəbədə yerləşdiyindən mənzili alası olmamışdır. Həmin günün səhəri Cavad mənzili almadığını bildikdə ona demişdir ki, əlində olan pulu versin ki, sonuncu cərrahiyyə şöbəsinin işlərini tamamlasın və ev almaq istədikdə bir həftə əvvəl desin ki, pulu qaytara bilsin. O, Cavadın təklifi ilə razılaşmış və həmin günün səhəri klinikada 70.000 manat nağd pulu dayısı Tofiqin yanında Təqsirləndirilən şəxs vermişdir. Bir ay sonra Təqsirləndirilən şəxs işçilərin əmək haqqını gecikdirməyə başlamış və o, baş həkimin əvəzi kimi Cavada bu barədə deyəndə məlum olmuşdur ki, sonuncunun çoxlu borcları var və klinikanı satmaq istəyir. Sonradan, yəni 2013-cü ilin avqust ayında Təqsirləndirilən şəxs tibb klinikasını başqa şəxsə satmış, lakin onun pulunu verməmişdir. Bundan sonra pulunu tələb etməyə başladıqda Cavadın Dilsuz və Elbrus adlı qohumları Cavadın ona olan borcunu qaytarmağa söz versələr də, sözlərinə əməl etməmişlər. Bir müddət sonra isə o, həmin klinikadan işdən çıxmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinin davamında göstərdi ki, Cavaddan ona çatmalı olan 70.000 manat pulunu istəmişdir. Çünki o, cərrahiyyə şöbəsinin açılmasına pul qoysa da işlədə bilməmişlər və Cavad klinikanı satıb onun pulunu verəcəyini bildirmişdir. Cavaddan pulunu istədikdə sonuncu Əzizin müəyyən qədər pul verdiyini, lakin borclu qaldığını bildirmişdir. Həmin vaxt əsəbiləşmiş, hətta Cavadı da söymüşdür. Cavad inanmırsa Əzizin yanına, direktor otağına qalxmağı təklif etmişdir. Onlar Əzizin yanına gəlmiş, Cavad orada Əzizə onun getmək istədiyini və onun pulunu verməli olduğunu demişdir. O, həmin pulla oğlunu evləndirəcəyini və ev almaq istədiyini, lakin pulu klinikaya xərclədiyini bildirmişdir. Əziz isə birinci onun pulunu verəcəyini demişdir. Hətta Əziz qalıb işlədikdə əvvəlcə ona ayda 500 manat maaş verəcəyini, klinikanı qaldırdıqdan sonra isə ona ayda 2000 manat maaş verəcəyini də demişdir. O da Əzizə inanıb puluna görə qalmışdır. Klinikaya avadanlığı onun verdiyi 70.000 manat pulla aldıqlarını Əzizə demişdir. Əziz isə Ərbil şəhərinə gedəcəyini, bir neçə gün klinikada olmayacağını, əmisi oğlunun klinikada olacağını demiş və geri qayıdanda borcları ödəməsi üçün ona klinikanın ümumi borclarını çıxarmasını tapşırmışdır. O, 155.000 manat borc çıxarmış, hansı ki, 70.000 manat həmin borcdan ona məxsus pul olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinin davamında göstərdi ki, bir dəfə Əziz onu çağırıb Cavadın ailəsini tanıyıb tanımadığını maraqlanmış, o, tanıdığını bildirmişdir. Əziz Cavada pulu verəcəyi vaxtın tamam olmadığını, lakin Cavadın tez-tez gəlib pul istədiyini demiş və Cavadın qumar oynayıb-oynamamasını öyrənməsini ondan xahiş etmişdir. O da Əzizin dediyi kimi Cavadın anasından maraqlanmış, hətta Cavadın anasını Əzizlə görüşdürmüşdür. Əziz eyni dediklərini Cavadın anasına da demişdir. Həmçinin Cavadın anasına “kişiyik, dediyimiz vaxtda pulu verəcəyik” demişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinin davamında göstərdi ki, sonralar isə bir dəfə Əzizlə Xaçmaza avadanlıq gətirmək üçün getmişlər. O, avadanlığın xarab olduğunu görmüş və almağa qoymamışdır. Bundan sonra başqa yerdən avadanlıq almışlar. 3 ay sonra isə Əziz Xaçmazda tibbi ləvazimatlar bazası olduğunu, onu götürmək istədiyini demiş, bu məqsədlə Xaçmaza getmişlər. Əziz oradan Dağıstana mal göndərmək istəmişdir. Onun pulunu isə oktyabrda verəcəyini demişdir. Artıq oktyabrda Əzizdən pulunu istəmişdir. Həmin vaxt Əziz Cavad tərəfindən klinikanı aldığı zaman aldadıldığını, Cavadın klinikanı dəyərindən baha satdığını, ona görə də ona pul verməyəcəyini bildirmiş, pulunu gedib Cavaddan istəməsini demişdir. O isə Əzizə özünün klinikaya baxdığını, qiymətini razılaşıb aldığını bildirmişdir. Əziz pulunu verməyəcəyini demiş, bundan sonra Ərizə yazıb klinikadan çıxmışdır. Sonra gedib Cavadın barəsində şikayət etmişdir. Sonradan dəfələrlə Binəqədi RPİ-nə, Bakı şəhəri Baş Polis İdarəsinə, baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəfələrcə müraciət etsə də onu Əzizlə üzləşdirməmişlər. Hətta əvvəl üzləşdirəcəklərini bildirsələr də səhəri gün nədənsə sözlərindən qaçmış, alınmadığını, gətirə bilmədiklərini demişlər. Bundan sonra onu Əzizin işinə görə DTX-ya çağırmışlar. Ora getmiş və orada da məhkəmədə danışdığı kimi ifadə vermişdir. Hətta orada Ramiz Mehdiyevin köməkçisi Anarın da Əzizlə əlaqəli olduğunu, Anarın da Klinikaya baxmağa gəldiyini bildirmişdir. Hətta Anarın tanışı olan bir nəfər qadını plastik əməliyyat etdiyini, pulunu da sonradan verdiklərini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinin yekununda göstərdi ki, 70.000 manat zərərdən 20.000 manatı Əziz tərəfindən ona qaytarılmış, 50.000 manatı qalmışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X12 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs11 onun atasıdır. Təqsirləndirilən şəxs onun atası Hüsaməddini aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirmişdir. Həmin faktla bağlı Təqsirləndirilən şəxs və digərlərinin barəsində cinayət təqibinin aparılması və atasının zərərçəkmiş şəxs qismində tanınması barədə onda məlumat olmuşdur. Belə ki, dəfələrlə mərhum atası bununla bağlı ona gileylənmişdir. 19 mart 2020-ci il tarixdə atası Zərərçəkmiş şəxs11 ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. Cavadın onlara qarşı törətdiyi dələduzluq əməlinin bir qismi klinika, digər qismi isə nəqliyyat vasitəsilə bağlı olmuşdur. Atasının və Cavadın hesablamasına görə Cavadın onlara ödənilməmiş qalan 36.000 dollar borcu vardır. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaq zamanı, hələ vəfat etməzdən əvvəl Zərərçəkmiş şəxs11 zərər çəkmiş şəxs qismində dindirilmişdir. Vəfat etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 həmin ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, zərər çəkmiş şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2013-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək, özünə məxsus olan ünvan 30 ünvanında yerləşən «Pendik Şifa» klinikasına onu şərik edəcəyini, klinikanı isə 10 gün müddətinə onun adına sənədləşdirəcəyini vəd etmiş və şəriklik üçün ondan müəyyən bir məbləğdə pul istəmişdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında və X11 geniş biznesinin olduğuna onu inandırmış və həmin pulu da biznesi genişləndirmək üçün ondan istədiyini bildirmişdir. O, Cavadın şirin vədlərinə inanmış və sonuncu ilə şərik olmaq qərarına gəlmişdir. Beləcə 2013-cü ilin aprel ayının sonları, may ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə yaşadığı ünvan 31 ünvanında yerləşən binanın həyətində şəxsən Cavadın özünə əlbəəl 210.000 ABŞ dolları pulu tanışı Şahid6 iştirakı ilə vermişdir. Bu hadisədən iki-üç gün sonra 2013-cü ilin aprel ayının sonları, may ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə növbəti dəfə yenidən yaşadığı ünvan 31 ünvanında yerləşən binanın həyətində şəxsən Cavadın özünə əlbəəl 105.000 ABŞ dolları pulu tanışı Şahid6 iştirakı ilə vermişdir. Həmin 315.000 ABŞ dolları pulu Cavad ondan sonuncuya məxsus olan «Pendik Şifa» klinikasına şərik etmək adı ilə aldadıb almış və klinikanı 10 gün müddətinə onun adına sənədləşdirəcəyinə söz vermişdir. Həmin ərəfədə, yəni 2013-cü ilin may ayının 23-də o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən dükanını 260.000 manata satmış, həmin günü pulu ABŞ dollarına çevirib həmin puldan 200.000 ABŞ dollarını saxlaması üçün tanıdığı makler Cavanşirə vermişdir. Həmin gün gecə saat 22 radələrində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş, onlar yaşadığı evin qarşısında görüşmüşlər. Həmin vaxt Cavad görüşə bir nəfər Fərid adlı tanışı ilə gəlmişdir. Cavad tanışı Fəridi ona avtomobil alqı-satqısı işində özünün şəriki kimi təqdim edərək Atatürk prospektində avtomobil salonu işlətdiyini bildirmişdir. Cavad ona demişdir ki, şəriki Fəridin başına iş gəlib, həmin problemdən çıxması üçün Fəridə köməklik etmək lazımdır. Fərid qeyd etmişdir ki, Prezident Aparatında işləyən bir nəfər vəzifəli şəxsə Almaniyadan «Range Rover» markalı avtomobil gətirmək üçün beh kimi 40.000 ABŞ dolları pul almış, həmin avtomobilin sükanını sağ tərəfdən sol tərəfə keçirmək lazım olduğu üçün müddət uzanır, həmin vəzifəli şəxs isə müddət gözləmədən verdiyi 40.000 ABŞ dolları behi geri tələb etmişdir. O, Fəridi həmin gün görsə də, haqqında Cavad əvvəllər də ona məlumat verib demişdir ki, Fərid onun şəriki kimi tanınmış maşın alverçisidir və ən bahalı maşınları satmaqla məşğuldur. O, orada Cavad və Fəriddən sonunculara nə kimi köməklik edə biləcəyini soruşduqda Fərid bildirmişdir ki, behi alınmış və Almaniyada sükanının yeri dəyişilməkdə olan həmin «Range Rover» markalı avtomobili alsa uduzmaz. Belə ki, sonuncular hər ikisi bir ağızdan ona vəd vermişlər ki, onların vasitəsi ilə Almaniyaya 160.000 ABŞ dolları göndərilərsə həmin avtomobil ona ucuz qiymətə, yəni 200.000 ABŞ dollarına başa gələcək, uzağı 1 ay müddətinə avtomaşını Bakı şəhərinə gətirib gömrük məsələsini həll edib ona verəcəklər. Cavad və Fəridin deməyinə görə həmin avtomobil ona təxminən 40.000-50.000 ABŞ dolları ucuzuna başa gələcəkmiş. Belə ki, sonuncuların deməsinə görə həmin avtomaşının Bakı salonlarında qiyməti 240.000-250.000 ABŞ dolları olmuşdur. O, Cavad və Fəridə dərhal «hə» cavabı verməmiş və bildirmişdir ki, fikirləşib bir cavab deyər. Həmin günü axşam o, bir neçə nəfərlə məsləhətləşib Cavad və Fəridin ona vəd etdiyi avtomaşının qiyməti barədə maraqlandıqda ona bildirmişlər ki, həqiqətən də onların dediyi avtomaşının Bakı şəhərində qiyməti 240.000-250.000 ABŞ dollarıdır. 160.000 ABŞ dolları Almaniyaya göndərildikdən sonra avtomobilə görə yerdə qalan 40.000 ABŞ dolları o, Fəridə Bakıda maşını təhvil alandan sonra verməli imiş. O, 200.000 ABŞ dollarını Cavanşirə vermişdir ki, onun bəyəndiyi başqa bir obyekti alsın. O, elə həmin günü gecə Cavada zəng vurub maşını almaq istədiyini bildirmiş və buna görə də səhər gəlib pulu ondan götürmələrini bildirmişdir. O, Cavanşirlə əlaqə saxlayıb verdiyi puldan 160.000 ABŞ dollarını səhər gətirib ona çatdırmasını demişdir. O, avtomaşını satmaq üçün deyil, özü üçün gətizdirmişdir. Səhəri günü, yəni 24 may 2013-cü il tarixdə saat 10 radələrində Cavad və Fərid onunla görüşmək üçün Cavadın sürücüsü Hacıağanın idarə etdiyi «Nissan Sunny» markalı avtomaşınla yaşadığı binanın qarşısına gəlmişlər. O, Fərid və Cavadla yaxınlıqda yerləşən çayxanada oturub bir daha söhbət etmiş və söhbət əsnasında Fərid və Cavad onu inandırmaq üçün bildirmişlər ki, pulu Almaniyaya qara yolla göndərəcək şəxs Nərimanov metrosu yaxınlığındadır, ona təklif etmişlər ki, həmin şəxslə görüşmələrində iştirak etsin. O, sonunculara inandığını, həmin şəxslə görüşməyinə ehtiyacının olmadığını bildirsə də, Fəridlə Cavad israrla birlikdə getməyi xahiş etmişlər. Bundan sonra onlar Cavadın sürücüsü Hacıağanın idarə etdiyi avtomaşınla metronun «Nərimanov» stansiyasının yaxınlığında yerləşən «Mado» restoranının qarşısına getmişlər. O, pulu qara yolla göndərəcək şəxslə görüşmək istəmədiyini, pulu Fəridə verəcəyi təqdirdə buna ehtiyacın olmadığını demiş və bildirmişdir ki, onlar həmin şəxslə görüşdüyü zaman o da vaxt itirmədən Cavanşirdən pulu götürüb gəlsin. Cavad və Fərid pulu göndərəcək şəxslə görüşmək üçün avtomaşından düşüb «Mado» restoranına girmiş, o da sürücü Hacıağa ilə birlikdə pulu götürmək üçün Cavanşirlə görüşə getmişlər. O Cavanşirlə telefonda danışıb Hacıağaya bildirmişdir ki, avtomaşını Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Bakond” mağazasının yanına sürsün. «Bakond» mağazasının yaxınlığında Cavanşirlə görüşüb Fəridə verəcəyi 160.000 ABŞ dollarını sonuncudan bağlamada almışdır. Bundan sonra maşına qayıtmış və Hacıağanın idarə etdiyi avtomaşınla «Mado» restoranının qarşısına qayıtmış, oradan zəng vurub Cavadgilə demişdir ki, pulu gətirmişdir. Az sonra Cavad və Fərid «Mado» restoranından çıxıb avtomaşına əyləşmişlər. O, avtomaşında qabaq oturacaqda sürücünün yanında, sonuncular isə arxa oturacaqda əyləşmişlər. Avtomaşında o, ayağının altına qoyduğu 160.000 ABŞ dollarını avtomaşının içində Cavad və Hacıağanın yanında Fəridə verib demişdir ki, saysın. Fərid Cavadla birlikdə pulu sayıb düz olduğunu, yəni 16 ədəd bağlama (paçka) olduğunu bildirmişlər. Bundan sonra o, Fəridə bildirmişdir ki, artıq onluq bir iş olmadığına görə evə gedir. Cavad və Fərid avtomobildən düşərək yenidən «Mado» restoranına tərəf getmiş, Hacıağa isə idarə etdiyi avtomaşınla onu yaşadığı evə aparmışdır. Yolda olarkən Hacıağa ona demişdir ki, «"Range Rover” Almaniya istehsalı yox, İngiltərə markasıdır, bunlar onu Almaniyadan niyə gətirirlər ki?”» O da cavabında Hacıağaya demişdir ki, Fərid maşın alverçisidir, yaxşı bilir hansı maşını haradan gətirmək lazımdır. Həmin hadisədən sonra 1 ay müddətində o, Cavanşirlə birlikdə 2 dəfə Fəridin Atatürk prospektindəki avtosalonunun yanında yerləşən parkın içindəki çayxanada görüşmüşlər. Hər dəfə o, “Range Rover” markalı avtomaşının gətirilməsi ilə maraqlandıqda Fərid ona heç bir problemin olmadığını, verdiyi pulun Almaniyaya göndərildiyini və yaxın günlərdə avtomaşınını ona təhvil verəcəyini bildirmişdir. 22 iyun 2013-cü il tarixdə Fərid onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, avtomobil məsələsi alınmamış, ondan aldığı 160.000 ABŞ dollar pulu Cavadın vasitəsi ilə ona çatdıracaq, özü isə ailə üzvləri ilə birlikdə Şəki şəhərinə gedir. O, telefonda Fəridə acıqlanıb bildirmişdir ki, pulu ona vermişdir, ondan da istəyir, pulu Cavada verməmişdir ki, sonuncudan da pul alsın. Onun bu sözlərindən sonra Fərid telefonu söndürmüş, bundan sonra nə qədər zəng etsə də Fərid telefon zənglərinə cavab verməmişdir. O, ilk əvvəl Cavada, sonra isə Cavanşirə zəng edib sonunculara yaşadığı evin qarşısına gəlmələrini bildirmişdir. Cavanşiri çağırmaqda məqsədi o idi ki, sonuncu onu idarə etdiyi avtomaşınla Şəki şəhərinə Fəridin arxası ilə aparsın. Təxminən 20 dəqiqədən sonra Cavad «BMW» markalı avtomaşında sürücüsü Hacıağa ilə birlikdə, az sonra isə Cavanşir tək onun yaşadığı evin qarşısına gəlmişlər. Görüş zamanı o, Cavada irad tutaraq “bu nə oyundu mənim başıma gətirdiniz” demiş, Cavad isə cavabında “mənim «BMW» markalı maşınım Fəridin gətirdəcəyi “Range Rover” markalı maşından da bahalıdı, maşınımı götür özündə saxla, sabah Fərid 160.000 ABŞ dolları pulu göndərəcək klinikaya, mən həmin pulu götürüb sənə çatdıranda, maşını geri qaytararsan” demişdir. Cavad «BMW» markalı maşını açarları ilə birlikdə ona təhvil vermiş və sürücüsü Hacıağa ilə birlikdə piyada çıxıb getmişlər. Sonuncular da bilmişlər ki, Cavanşirlə o, Fəridin arxasınca Şəki şəhərinə gedəcəklər. Cavadla Hacıağa getdikdən sonra Cavanşir Cavadın verdiyi «BMW» markalı maşının sənədlərinə baxdıqda «Ata bank»da girovda olduğunu bildirmişdir. Belə olan halda o, Cavad və Fəridin onu aldatdıqlarını dərhal başa düşmüş və Cavanşirdən xahiş etmişdir ki, idarə etdiyi maşınla onu Şəki şəhərinə aparsın. Onlar birlikdə Şəki şəhərinə getmiş, yolboyu o, Fəridə nə qədər zəng vursa da sonuncu onun telefon zənglərinə cavab verməmişdir. Şəki şəhərində yerli sakinlərdən Fəridi soruşsalar da sonuncunu tanıyan olmamış, buna görə də elə həmin gün Bakı şəhərinə qayıtmışlar. O, Cavadla əlaqə saxlayıb görüşmüş və ona verdiyi «BMW» markalı avtomaşının bankda girovda olduğunu bildirmişdir. Cavad ona söz vermişdir ki, onun verdiyi pulu Fəriddən alıb ona qaytaracaq. Nəticədə Təqsirləndirilən şəxs və Şahid19 onu aldadaraq etibarından sui istifadə edərək birlikdə ondan cəmi 475.000 ABŞ dolları məbləğində nəğd pulu hissə-hissə alaraq geri qaytarmamışlar (iş vərəqə: cild İV, səh. 58-62; cild Vİİ, səh. 8-11). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaxın qohumu X26 vasitəsilə tanımışdır. Zahid Bağırovla görüşdə Təqsirləndirilən şəxs özünü ona işgüzar-biznesmen kimi, «Zəfər med» klinikasının rəhbəri kimi təqdim etmişdir. Cavad onun oğlu Musa Həsənovun işi ilə bağlı yaranmış problemdə ona köməklik göstərə biləcəyini və sonuncunu işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun oğlunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəltmə imkanının olduğunu, həmin nazirliyə yeni təyin olunan nazir Səlim Müslümovun və sonuncunun dayısı Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin yaxın qohumları olduğunu ona bildirmişdi. Təqsirləndirilən şəxslə o, oğlunun işə düzəltməsi ilə ümumi razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, bu barədə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə məsələni razılaşıb sonra onunla əlaqə saxlayacaq. Beləliklə 26 noyabr 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək məsələnin artıq həll olunduğunu, nazirə ağız açan adama şirinlik vermək üçün əvvəl tanış olduqları məkanda, yəni Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, 559-cu məhəllədə yerləşən «Türkiyəm» restoranında görüşməyin lazım olduğunu və özü ilə 10.000 ABŞ dolları pul götürməsini demişdi. O, həmin günü qohumu Zahid Bağırov və sonuncunun əmisi oğlu Şahid9la birlikdə həmin restorana gedərək Təqsirləndirilən şəxslə orada görüşmüşlər. O, həmin 10.000 ABŞ dollarının kimə çatacağını soruşduqda Təqsirləndirilən şəxs demişdir ki, həmin pul Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə çatacaq, çünki nazirdən onun oğlunun xahişini Ənvər etmişdir. Bundan sonra o, həmin 10.000 ABŞ dollarını Nizami ilə Zahidin iştirakı ilə Təqsirləndirilən şəxs vermiş və sonuncu pulu sayıb götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, nazirin başı yeni təyinatlara qarışdığı üçün oğlunun işinin həlli yanvar ayına kimi çəkə bilər. Bundan sonra isə nə qədər zənglər etsə də hər dəfə Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onu aldatmış, daha sonra isə xahiş etmişdir ki, ondan şikayət etməsin, pulunu tezliklə qaytaracaq. Daha sonra isə zəng edəndə Təqsirləndirilən şəxs telefonunun bağlı olduğunu görmüşdür. Beləliklə də, Təqsirləndirilən şəxs onu aldadaraq 10.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Özü şəxsən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşüb oğlunun işi barədə söhbət etməmiş, lakin Cavad bir dəfə öz istifadəsində olan mobil telefondan bir nəfər tanımadığı şəxsə zəng edərək onunla danışdırmış, sonuncu da işin tezliklə həll olunacağını ona bildirmişdir. Lakin həmin şəxsin kim olduğunu bilməmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 10.000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan zərər sonuncu tərəfindən tamamilə ödənilmiş, onun Cavada qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışlarının vasitəsi ilə 2010-cu ildən tanımışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi şəxsi klinikasında olmuş və aralarında səmimi münasibətlər yaranmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerləşən «Pendik Şifa» klinikasına rəhbərlik etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs böyük imkanlarının olduğunu, X4 şəhərində tekstil firması olduğunu, orada evinin, marketlərinin olduğunu söyləmişdir. Bununla da Təqsirləndirilən şəxs onda özünə qarşı böyük inam yaratmışdır. 2013-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onu öz klinikasına çağıraraq üzdən tanıdığı Şahid20lə görüşdürmüş, sonuncunu ona, Dubayda telefon biznesi ilə məşğul olan adam kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ona Anarın Qazaxıstan Respublikasında gömrükdə mallarının saxlandığını, həmin malların çıxarılması üçün 35.000 manat məbləğində pul lazım olduğunu deyib, ona da həmin biznesinə qoşulmağı təklif etmişdir. Onun da biznesə qoşulmaq və iş görmək məqsədi ilə gömrükdə olan malların çıxarılması üçün həmin pulu Anara verilməsini bildirərək, həmin gündən etibarən onların şərik olduğunu və gələn gəlirdən onun da qazanc götürəcəyini demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, Şahid20 Qazaxıstanda telefon və telefon avadanlıqları vardır, onları Dubaya aparıb orada satışını təşkil edəcək və ona verdiyi pulunu qaytarmaqla bərabər hər ay əlavə 1.750 manat da pul verəcəkdir. Şahid20 özü də söhbətə qoşularaq Təqsirləndirilən şəxs dediklərini təkrar edərək artıq onu özünə qeyri-rəsmi olaraq, yəni aralarında heç bir sənədləşmə aparılmadan şərik etdiyini, gələn gəlirdən ona də qazanc verəcəyini, yəni verdiyi puldan əlavə hər ay 1.750 manat pul verəcəyini bildirmişdir. O, onların hər ikisinə, əsasən də Şahid20 inanaraq onların təklifi ilə razılaşmış və 2013-cü ilin dekabr ayının əvvəllərində 35.000 manat pulu Nəsimi rayonu ərazisində Azadlıq prospektində yerləşən «Koşkin Dom» çayxanasında Şahid20lə görüşərək ona əlbəəl vermişdir. Bundan sonra iki ay ərzində o, Cavadla görüşmüş və Təqsirləndirilən şəxs ona hər dəfə 1750 manat, yəni cəmi iki dəfəyə 3.500 manat pul verib bildirmişdir ki, həmin pulu əlavə qazanc kimi Şahid20 ona çatdırılması üçün Dubay şəhərindən göndərmişdir. Bundan sonrakı aylar isə Təqsirləndirilən şəxs daha onu pul verməmiş, o, narahat olub Təqsirləndirilən şəxs işlədiyi klinikaya gedərək sonuncuya öz iradını bildirmiş, Anara da dəfələrlə zəng etsə də sonuncuya zəng çatmamışdır. Təqsirləndirilən şəxs ona narahat olmamağı, Anarı tapıb pulunu ondan alacağını bildirsə də, üstündən xeyli müddət keçməyinə baxmayaraq Anar və Cavad onun pulunu geri qaytarmamışlar. 2017-ci ilin may ayında o, Nəsimi rayonu «Zorge» parkında təsadüfən Anarla görüşmüş və ondan pulunu geri istədikdə sonuncu demişdir ki, Cavadın ona pul borcu olmuş və o da həmin pulu Təqsirləndirilən şəxs ona olan pul borcundan silmişdir. O, Şahid20 pulu ondan alarkən şərikli biznes barəsində danışıb ona hər ay əlavə qazanc verəcəyini, pulu da ondan həmin məqsədlə aldığını, bəs indi niyə kiminsə borcuna sildiyini soruşduqda, Şahid20 onun üzünə qarşı demişdir ki, «Cavad səndən pulu almaq üçün yalandan demişdir ki, guya sən mənimlə şərik olacaqsan, amma əslində isə o, pulu səndən aldırıb mənə verməkdə məqsədi özünün mənə olan borcunu ödəmək olmuşdur». O, Anarın bu sözlərindən sonra Təqsirləndirilən şəxs axtarmağa başlamışdır ki, nəyə görə onu aldadıb, yalandan biznes adı ilə ondan 35.000 manat pulu aldırıb Anara verdirmişdir. Lakin Cavadı tapa bilməmiş və dəfələrlə mobil telefonuna zəng etsə də bağlı olduğundan danışa bilməmişdir. Sonradan Təqsirləndirilən şəxs ona vurulan maddi zərəri tamamilə ödəmiş, onun Cavada qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 2013-cü ildə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən binada özünə məxsus üç otaqlı mənzilini satmışdır ki, ailəsi üçün yaxınlıqda həyət evi tikdirsin. Bu məqsədlə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 11-ci döngə ünvanında yerləşən 2 sot sahəsi olan boş torpaq sahəsini almışdır. Lakin aldığı torpaq sahəsinin yaxınlığından istifadəsiz neft kəməri keçdiyindən üzərində tikinti işləri aparmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən («SOCAR») razılıq tələb olunmuşdur. Bunu 2014-cü ilin yay aylarında tikinti işlərinə başladıqdan sonra «Socar»ın əməkdaşları gəlib başlanan tikinti işlərini dayandırdıqdan sonra bilmişdir. Ona görə «Socar»ın razılığını əldə etmək üçün cəhdlər etməyə başlamış, həmin ərəfədə artıq mənzilini satdığı üçün Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 28, mənzil 5 ünvanında kirayə yaşamış, orada qonşuluğunda yaşayan X28 ilə tanış olmuşdur. Fətulla özünü «Socar»ın məsul əməkdaşı kimi təqdim edərək ev tikdirmək üçün icazə almaq məsələsində yardımçı ola biləcəyini demiş, hətta onunla birlikdə gedib torpaq sahəsinə də baxmış, bir müddət sonra Fətulla bildirmişdir ki, guya onun işini öz idarələrinin rəhbər şəxsləri ilə danışıb razılaşdırmışdır. Həmin razılıq sənədinin alınmasının əvəzində isə 23.07.2014-cü il tarixdə yaşadıqları məhəllədə Fətulla ondan 2000 (iki min) manat pul almışdır. Bundan bir müddət keçdikdən sonra Fətulla özü ilə onun torpaq sahəsinə bir nəfər tanımadığı şəxsi gətirərək ARDNŞ-nin əməkdaşı kimi təqdim etmiş, həmin şəxs də torpaq sahəsinin ölçülərini, şəkillərini çəkib getmişdir. Bir müddət də keçmiş, lakin razılıq sənədi alınmamışdır. Bir müddət sonra 2014-cü ilin təxminən noyabr ayında Fətulla ona zəng vurub torpaq sahəsinin yanına çağırmış, ora getdikdə görmüşdür ki, Fətulla özü ilə bir nəfər Cavad adlı şəxsi gətirmişdir. Cavad özünü ARDNŞ-nin vitse-prezidenti Mikayıl müəllimin qohumu və “Socar”ın məsul işçisi kimi təqdim etmişdir. O, sifətdən Cavadı tanıyaraq tikinti işlərini dayandırmağa gələn şəxslərin arasında gördüyünü xatırlamışdır. Cavad onun tikinti məsələsi ilə şəxsən məşğul olacağını, rəhbərliyə məruzə edəcəyini və razılıq alacağını deyərək bunun əvəzində ondan əlavə 3000 (üç min) manat pul istəmişdir. O, həmin pulu sayıb Fətulla vasitəsi ilə Cavada vermiş, Cavad isə pulu götürdükdən sonra vəd vermişdir ki, qısa müddətə məsələ müsbət həll olunacaqdır. Buna baxmayaraq xeyli müddət keçmiş, lakin onun üçün icazə sənədi alınmadığından hər dəfə Fətulla və Cavaddan məsələ ilə bağlı maraqlandıqda onlar müxtəlif bəhanələr gətirərək yalançı vədlər vermişlər ki, guya yaxın günlərdə artıq tikinti işlərinə başlaya bilər. Lakin bu vədlər də yalan çıxmışdır. Bir müddət keçdikdə sonra Cavad ona zəng vurub rəhbərliyi ilə onun məsələsini müzakirə etdiyini, həmin yerdə ev tikmək üçün icazənin qiymətinin 8000 (səkkiz min) manat olmasını göstərib verilən pulun üstünə pul əlavə edilməli olduğunu bildirmişdir. O, Cavada pulunun olmamasını, icazə sənədini gətirdikdən sonra pulun qalanını verəcəyini bildirsə də, Cavad təkidlə pulu tələb etməyə davam etmişdir. Cavad, guya onun əvəzinə artıq rəhbərliyin qarşısında söz verdiyini, pulları çatdırmasa məsələnin pozulacağını demiş, hətta bir neçə gün sonra zəng vurub yalandan, guya onun əvəzinə artıq 3000 (üç min) manatı rəhbərliyə verdiyini, hazırda anasının xəstəliyi ilə əlaqədar özünə təcili pul lazım olduğu üçün, guya onun əvəzinə verdiyi əlavə 3000 (üç min) manatı təcili tələb etməyə başlamışdır. O, Cavadın təkidlərinə tab gətirə bilməyərək qohumu «Afaq» adlı qadından 1200 (min iki yüz) ABŞ dolları məbləğində borc alıb 2015-ci ilin may ayında «Yeganə» şadlıq sarayının qarşısında Cavadın göndərdiyi «Mahir» adlı dostuna vermişdir ki, Cavada çatdırsın. Cavad da pulu aldıqdan sonra telefonla zəng vurub pulun çatdığını təsdiq etmişdir. Bir müddət sonra Cavad zəng vurub pulun qalan hissəsini də tələb etməyə başlamışdır ki, guya artıq icazə sənədi rəhbərliyin masasının üzərindədir, imzaya verilib, pulu təcili çatdırmaq lazımdır. O, yenə də Cavada inanaraq 500 (beş yüz) manat pul tapıb 2015-ci ilin may ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində fəaliyyət göstərən kafedə dostu Mahirin yanında Cavada vermişdir. Bundan sonra Cavad artıq zənglərə cavab verməməyə, ondan gizlənməyə, digər telefonlara cavab verdikdə isə müxtəlif yalançı bəhanələr gətirməyə başlamışdır. Bundan sonra o, Cavadı tapa bilməyib verdiyi pulları onları tanış edən və pulları vasitəsi ilə verdiyi Fətulladan tələb etməyə başlamış, Fətulla da yalandan bütün günahları Cavadın üzərinə atmağa başlamış, gah onu Cavadın müxtəlif ünvanlarına aparıb göstərmiş, gah onu «Şərq Bazarı»nın yanındakı mebel dükanlarından birinə aparıb oranın sahibi olan qadının Cavadla yaşayan şəxs olduğunu bildirərək dükandakı mebel dəstinin yaxın günlərdə 5000 (beş min) manata satılacağını, həmin puldan onun pulunu qaytaracağını demişdir. Lakin bu da yalan çıxmışdır. Beləcə, təxminən bir il müddətində Cavadla Fətulla onu aldadaraq nə 7000 (yeddi min) manat pulunu, nə də ki, aldıqları pulun əvəzində vəd verdikləri razılıq sənədini verməmişlər. Bu mövzuda Fətulla və Cavad ilə telefon vasitəsilə aparılan danışıqların əksəriyyətini telefonuna yazmış və ilkin araşdırma zamanı sübut kimi istintaq orqanına təqdim etmişdir. Sonradan ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilsə də 1.000 ödənilməmiş qalmışdır. Buna baxmayaraq həmin məbləği tələb etmir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 2015-ci ilin oktyabr ayında əmisi Əmiraslan Aşumov ona X13 müəyyən sahələrdə adamları işə düzəldə bildiyini demişdir. O da həmin ərəfədə işsiz olduğundan əmisi Əmiraslanın vasitəsilə Fətulla Nağıyevlə görüşmüş, söhbət zamanı sonuncu onu Neft Kəmərləri idarəsinə mühafizəçi kimi işə düzəldə biləcəyini demişdir. 19.10.2015-ci il tarixdə o, Fətulla Nağıyevlə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında yerləşən Neft Kəmərləri idarəsinin qarşısında görüşmüş, sonuncu orda onu Təqsirləndirilən şəxs ilə tanış edib onun işini Cavadın köməkliyi ilə həll edəcəyini bildirmişdir. Cavad da onu həmin idarədə şöbə rəisi işləyən Şahid3 ilə tanış edib sonuncudan onu işə düzəltməsini xahiş etmişdir. O da Şahid3 ailəli olduğuna görə onu gecə növbəsi olmayan işə düzəltməsini xahiş etmişdir. Şahid3 də bu məsələdə mümkün qədər ona köməklik göstərəcəyini demişdir. Bundan sonra onlar idarədən çıxanda, küçədə o, 3.000 manat pulu işə düzəlməyi müqabilində Təqsirləndirilən şəxs vermişdir. O, Fətulla və Cavadla yenə də 20.10.2015-ci il tarixdə Neft Kəmərləri İdarəsinin qarşısında görüşmüş, gündüz növbəsində işləsin deyə yenə də Təqsirləndirilən şəxs əlavə olaraq 1.000 manat pul vermişdir. Bir müddət sonra Şahid3 yanına getmiş, sonuncu vakant yer olmadığına görə ona köməklik edə bilmədiyini demişdir. Daha sonra isə pulunu tələb etdikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Sonra isə Cavad ona 500 manat pul qaytarmış, qalan pulunu isə tezliklə qaytaracağına söz vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsinin davamında göstərdi ki, görüşmək üçün SOCAR Şirkətinin Neft Kəmərləri İdarəsinin qarşısına getmiş, Fətullanı orada görmüşdür. Sonra isə Təqsirləndirilən şəxs yaxınlaşmışdır. O, 3.000 manat pulu verdikdən sonra Cavadla birlikdə həmin idarədə təsərrüfat işləri üzrə şöbə müdiri Şahid3 yanına qalxmışlar. Cavad Əli müəllimə onu işarə edib işsiz olduğunu və kömək etmək imkanı olub-olmamasını soruşmuşdur. Şahid3 mühafizə işinə düzəltməyə çalışacağını, lakin bunun üçün gözləmək lazım olacağını demişdir. Evə gəldikdən sonra əmisinə mühafizə işinin ona görə çətin olacağını, əgər mümkünsə onu idarədə yazı pozu işinə götürmələrini demişdir. Əmisi Fətulla ilə danışacağını və nəticəsi barədə bir söz deyəcəyini demişdir. Bundan bir neçə saat sonra əmisiylə danışmış və SOCAR şirkətində ofis işinə düzəlmək üçün əlavə 1000 manat verməli olduqlarını demişlər. Razılaşmış, səhəri gün 1.000 manat pulu aparıb onlara vermişdir. Təqribən 1-2 ay keçsə də Fətullagildən xəbər çıxmamışdır. Sonra Cavadın barəsində polisə şikayət etmişdir. Bundan bir neçə ay keçmişdi ki, Şahid3 ona SOCAR şirkətinin yanında 1000 manat pul vermiş, bundan əlavə Cavad ona hər dəfəsində 250 manat olmaqla ümumi 500 manat qaytarmışdır. Ona vurulan 4.000 manat zərərdən 1.500 manatı ödənilmiş, 2.500 manatı ödənilməmiş qalmışdır. Həmin pulun ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, onun adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində həyət evi olmuş və 2015-ci ildə həmin həyət evini öz adına mülkiyyət kimi dövlət qeydiyyatından keçirmək fikrinə düşmüşdür. Həmin işi Rusiya Federasiyasının Kalininqrad şəhərində yaşayan və qeyd edilən ərəfədə Bakı şəhərində yaşayan oğlu X29 tapşırmışdır. Bundan sonra Rövşən Əmlak Komitəsində və BTİ-də işləyən, həmin işdən anlayışı olan adam axtarmağa başlamışdır. Rövşən həmin vaxt təsadüfən keçmişdə qonşuluğunda yaşamış X30 ilə rastlaşmış, sonuncu isə Rövşəni Təqsirləndirilən şəxslə tanış etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 12.000 ABŞ dolları müqabilində həmin məsələni qısa müddətə həll edəcəyinə, yəni Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən həyət evini Zərərçəkmiş şəxs8 adına mülkiyyət kimi dövlət qeydiyyatından keçirəcəyinə söz vermişdir. Ona görə də Rövşən Cavadla tez-tez əlaqə saxlayıb həmin məsələni həll etməsini xahiş etmişdir. Həmin söhbətdən bir neçə gün sonra isə, yəni 2015-ci ilin oktyabr ayında o, oğlu Rövşənə 12.000 ABŞ dolları məbləğində pul vermişdir. Cavadın təklifi ilə Rövşən Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən Əmlak Komitəsinin qarşısında Cavadla görüşmüş və qonşusu X16 iştirakı ilə 12.000 ABŞ dollarını və evin sənədlərini Təqsirləndirilən şəxs vermişdir. Daha sonra isə Cavada eyni məsələ ilə bağlı 900 ABŞ dolları da verilmişdir. Təqsirləndirilən şəxs Rövşən tərəfindən 12.900 ABŞ dolları məbləğində pul vəsaiti 2015-ci ilin oktyabr ayında iki dəfəyə, yəni hissə-hissə verilmişdir. İlk dəfə verilən 12.000 ABŞ dolları 2015-ci ilin oktyabr ayı ərzində, dəqiq yadında qalmayan tarixdə, qalan 900 ABŞ dolları ilə 30 oktyabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs verilmişdir. Cavad həmin ərəfədə yaşadığı ünvan 33 ünvanda yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməsini təmin etdirəcəyini söz vermişdir. Lakin Cavad verdiyi sözə əməl etməmişdir. Həmin puldan Cavad 9.000 manat pul qaytarmış, 4.539 manat ödənilməmiş qalmışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, uzun illər ərzində istehsal və iaşə-məişət sahəsində fərdi sahibkarlıqla məşğul olmuşdur. 2013-cü ilin ortalarında əlində müəyyən qədər pul olduğu üçün həmin vəsaiti tibb sahəsinə yatırmaq, yəni Bakı şəhərində hansısa nisbətən münasib qiymətə satılan tibb müəssisəsi alaraq müəyyən şəxslərə işlətmək üçün vermək qərarına gəlmişdir. Yaxın dost-tanışlarına da bu barədə xəbər verib tibb müəssisəsi satılması barədə məlumat aldıqda ona demələrini xahiş etmişdir. Tanışlardan biri Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən «Pendik Şifa» tibb müəssisəsinin satıldığını ona məlumat vermişdir. O, təxminən 2013-cü ilin iyul ayında təklikdə həmin tibb müəssisəsinə getmiş və müəssisənin sahibi Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin günü Cavadı birinci dəfə görmüş, Cavadla əvvəllər nə qiyabi, nə də əyani tanışlığı olmamışdır. Cavadla söhbət edib tibb müəssisəsinin qazanc verib-vermədiyini və nə üçün satmasını soruşmuşdur. Cavad həmin tibb müəssisəsinin tam olaraq özünə məxsus olmasını və təxminən bir ildir ki, fəaliyyət göstərdiyini, müəssisənin «Azəriqaz» bankında girovda olmasını, həmçinin tibb müəssisəsinin ayda təxminən 30-40 min manat gəlir əldə etdiyini ona bildirmişdir. Cavad həmçinin Türkiyədə tekstil biznesinin olduğunu və həmin biznesində pul çatışmazlığı səbəbindən geriləmə yaranmaqla biznesinin iflasa uğradığını, ona görə də bu tibb müəssisəsini satıb əldə etdiyi pulu Türkiyədə olan biznesinə yatıracağını bildirmişdir. Həmçinin Cavad klinikanın gəliri olsa da banka olan borcu ödəyə bilmədiyini və təcili olaraq 200.000 manat pula ehtiyacının olduğunu, əgər sabaha kimi həmin pul çatmazsa ola bilsin artıq həyatda olmayacağını qeyd etmişdir. O, Cavaddan həmin 200.000 manatı kimə verəcəyini soruşsa da Cavad məlumat verməmiş, o da söhbətin çox üstünə getməmişdir. Bundan başqa Cavad tibb sahəsini mükəmməl bildiyini, Türkiyədə işlərini qaydasına qoyduqdan sonra Bakıya qayıdıb ona satacağı «Pendik Şifa» klinikasını özünün işlədib hər ay ona 100.000 manat qazanc verəcəyini bildirmişdir. Cavadın bu təklifi onu şirnikləndirmişdir. Cavad müəssisənin banka təxminən 3 milyon manata yaxın borcunun olduğunu bildirmişdir. O, son olaraq tibb müəssisəsini ona neçəyə satacağını soruşmuş, Cavad əvvəl bir qədər yuxarı məbləğ desə də sonda onlar 4.180.000 (dörd milyon bir yüz səksən min) manata razılaşmışlar. Həmçinin Cavad təxminən bir milyon manata yaxın nağd pula ehtiyacı olduğundan həmin pulun nağd şəkildə ödənilməsini və ya həmin dəyərdə əmlak verilməsini istəmişdir. Cavad eləcə də qeyd etmişdir ki, ödəyəcəyi bir milyon manatı klinikada olan məişət texnikası, tibbi və texniki avadanlıqların dəyəri ödənilmiş olsun, yəni həmin avadanlıqların ödənişi təxminən bir milyon manata bərabər idi ki, bu məbləğ də 4.180.000 manatdan çıxılmış olacaqdır. O da buna etiraz etməyərək razılaşmışdır. Cavad klinikanın yaxşı gəlir əldə etməsinə onu inandırdıqdan sonra o, ilk dəfə 200.000 manat məbləğində pul vəsaitini Cavada vermişdir. Onun niyyəti əvvəlcədən pulu bütöv vermək olmuşdur. Lakin Cavad ona təcili pul çatdırmalı olduğunu və ona görə də 200.000 manat pula ehiyacı olduğunu and-aman etmişdir. Cavad ondan israrla pul verməsini xahiş etmişdir. Cavad onunla çox şirin danışıb artıq qəti olaraq klinikanı ona satacağını vəd etmiş, uzun illərin dostu kimi danışmışdır. O da buna etiraz etməyib Cavada yazığı gəldiyindən, həqiqətən də pula ehtiyac olmasını zənn edib Cavada 200.000 manat pul vermişdir. Bundan sonra isə yadında qalmayan tarixlərdə hissə-hissə olmaqla 04 avqust 2013-cü il tarixədək 480.000 manat pulu Cavada vermişdir. Həmin pul vəsaitini Cavad onun işdədiyi, ünvan 34 ünvanda yerləşən ofisinə gəlib ordan götürmüşdür. Həmin görüşlərə Cavad tək, idarə etdiyi qara rəngli «BMW 750» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Daha sonra onlar Cavadla birlikdə 05 avqust 2013-cü il tarixdə Cavadın klinikaya olan kredit borcunu bağlamaq məqsədi ilə "xxxx" ASC-yə yollanmışlar. Orada onun adına 3.100.000 manat dəyərində kredit pulu rəsmiləşdirilmiş və həmin pulun 2.480.261 manatdan ibarət hissəsini bankın özünə ödəyərək bununla da Cavadın klinkaya görə götürdüyü borcu bağlamışdır. Yerdə qalan 619.739 manat pul isə notariusun depozit hesabına yatırılaraq Cavada ödənilmişdir. Bankın həyətində isə o, özü ilə gətirdiyi, həmin dövrün məzənnəsi ilə 100.000 manat təşkil edən təxminən 130.000 ABŞ dollarını Cavada vermişdir. Daha sonra 06 avqust 2013-cü il tarixdə Cavada qalmış 300.000 manat borcunun əvəzində sonuncuya iki ədəd mənzil verməyi təklif etmişdir. Cavad bu təklifi müsbət qarşılayıb mənzilləri göstərəcəyi şəxslərin adına rəsmiləşdirməsini ondan xahiş etmişdir. O da buna razı olub anasının adına olan, lakin özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 5 mərtəbəli binadan hər biri 150.000 manat olmaqla ümumilikdə 300.000 manat dəyərində iki ədəd mənzilləri Cavadın göstərdiyi, onun isə şəxsən tanımadığı şəxslərə notarial etibarnamə əsasında satmışdır. Cavada verdiyi ümumi məbləğin 980.000 manatını klinikanın avadanlıqlarının qiyməti kimi dəyərləndirib hər-şey qanuni və əsaslı olsun deyə bununla bağlı təhvil-təslim aktı tərtib edilmiş və Cavadla o, həmin aktın həqiqiliyini öz imzaları ilə təsdiq etmişlər. Həmin proses ona məxsus ofisdə olmuşdur. Ümumiyyətlə Cavad onun yanına gəlib pul götürən zaman həmişə digər şəxslərin otağı tərk etmələrini gözləmişdir. Cavad həmişə onunla təklikdə qalıb pul mövzusunda söhbət etmişdir. Cavadın çoxlu sayda şəxslərə borcunun olmasını da görmüşdür. Belə ki, klinikaya Cavaddan pul almaq məqsədi ilə gələnlər olmuşdur. O, Cavadın klinikanı baha qiymətə satdığını müəyyən etdikdən sonra klinikanı qaytarmaq istədiyi üçün Cavad yoxa çıxmışdır. O da Cavadı daha axtarmayıb öz işləri ilə məşğul olmağa başlamışdır. Cavad daha sonra onun barəsində əsassız yerə şikayətlər edib guya ki, pulunun ələ keçirilməsini iddia etmişdir. Lakin həmin faktların heç biri öz təsdiqini tapmamışdır. 2016-cı ilin ortalarında Cavad onu kriminal aləmə yaxın olan şəxslərin adları ilə hədələməyə başlamışdır. Həmin ərəfələrdə «Rövşən Lənkəranski» adlı kriminal avtoritetin yaxın ətrafı olan bir şəxs və əsl adı Allahverdi olan «Oleq» və «Alik» ləqəbli kriminal ünsürlər onunla görüşərək guya ki, onun Cavada borclu olduğu barədə məlumat aldıqlarını bildirmiş və pulu tez bir zamanda geri qaytarmalı olduğunu demişlər. Lakin o, həmin şəxslərin hər birinə mövcud real vəziyyəti, əlində olan sənədləri, Cavadın verdiyi yalan vədləri göstərmişdir. Həmin şəxslər fakt qarşısında qaldıqları üçün bir daha onu narahat etməmişlər. Lakin Cavad bununla barışmayaraq şəxsən özü ona zənglər edib təzyiqlər, təhdidlər göstərməyə başlamışdır. Cavad öz iş otağını 2013-cü ilin avqust ayında ona təhvil verən zaman ağ rəngli divanın arxasından vinçester markalı tüfəngini çıxarıb özü ilə aparmışdır. Bu onun yaddaşında həkk olmuşdur. 27 iyul 2016-cı il tarixdə, axşam saat 22 radələrində Cavad ona zəng edib dayanmadan onun və ailə üzlərinin ünvanına ağır küçə söyüşləri söyməyə başlamış və sabaha 1.000.000 (bir milyon) manat pulu çatdırmayacağı halda axşamı klinikaya gəlib pilləkənlərin qarşısında onu gözləyəcəyini və o, işdən çıxanda tüfənglə başından vurub öldürəcəyini demişdir. Həmin vaxt onun halı çox dəyişmişdir. Çünki Cavadda tüfəng olmasını öz gözləri ilə görmüş və bunu edəcəyinə əmin olmuşdur. Cavad bildirmişdir ki: «Əgər səni vurmasam atamdan xəbərim yoxdu». O dərhal işdən çıxıb ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Səhəri gün də daxil olmaq şərti ilə bir neçə gün işə getməmiş, hətta bir neçə günlük İmişli rayonuna da yollanmışdır. Bundan başqa o, klinikanı aldıqdan sonra Cavadın klinikada həkim işləyən Zərərçəkmiş şəxs5 pul borclu olmasını bilmiş və Elşənin buna görə fikir çəkməsini görmüşdür. O Elşənə ürək-dirək verib demişdir ki, klinikani dirçəltsin, yaxşı qazanc əldə olunsa maaşından daha çox pul verəcəkdir ki, itirdiyi pulu qaytara bilsin, Cavadın fikrini çəkməsin. O, Cavada borcunun olması, ona görə Cavadın borcunu ödəyəcəyi barədə Elşənə bir söz deməmişdir. Ola bilər ki, Elşən onun dediyini düz başa düşməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs klinikanı ona satan ərəfədə klinikanı şəxsən özünün işlədib «A class» dərəcəli, mahir, bacarıqlı həkimləri gətirdəcəyini və klinikanın ayda 100.000 manat gəlir gətirəcəyini demişdir. O da bunu sevinclə qarşılamış və elə olan halda Cavada borclarını qaytarması üçün klinikanın qazancından aylıq pul verəcəyini vəd etmişdir. Lakin Cavad klinikaya görə aldığı pulu ələ keçirdikdən sonra ümumiyyətlə gözə görsənməməmiş, onunla ünsiyyətdən yayınmışdır. Cavad həkim gətirəcəyi, klinikanı işlədəcəyi, 100.000 manat qazanc əldə ediləcəyi barədə dediklərinin heç birinə əməl etməmişdir. O da təbii ki, klinikanı böyük çətinliklərlə özü dirçəltməyə başlamışdır. Cavad isə 2016-cı ildə peyda olub onun borclu olduğunu demişdir. Sanki o, Cavada pul borclu olmuşdur. Təqsirləndirilən şəxs klinikaya görə bütün borcunu ödəmişdir. Klinikanın avadanlıqlarının dəyərinə aid olan 980.000 manat da Cavada verilmiş ümumi pulun içərisində olmuş və Təqsirləndirilən şəxs pulu tam aldığı üçün təhvil təslim aktına imza atmışdır. Cavadla pul barədə tam haqqhesab etməyi qısa müddət ərzində baş vermişdir. «Əmlakın təhvil təslim aktı»nı isə adını xatırlamadığı hüquqşünas tərtib etmişdir. Akt klinikanın rəsmi alqı-satqısı həyata keçirilməzdən daha öncə tərtib edildiyi üçün və artıq Cavadla arada borc-haqq hesabı qalmadığı üçün aktda qoyulmuş tarixə müstəsna əhəmiyyət verən olmamış və imza olunmuşdur. Lakin həmin akta Cavad bütün pulu əldə etdikdən sonra imza etmişdir. Aktda Zərərçəkmiş şəxs5 kimi göstərilən şəxs Zərərçəkmiş şəxs5dur. Elşən də klinikanın avadanlıqlarına nəzarət etdiyi üçün akta imza etmişdir. Lakin pulun Cavad tərəfindən şəxsən qəbul edilməsi prosesində Elşən iştirak etməmişdir. Cavadın ona zəng edib hədələməsini qeyd edilən ərəfədə klinikada kompüter ustası işləyən Şahid15 də görmüşdür. Emin Cavadın zəngindən bir neçə dəqiqə sonra onun otağına daxil olan ilk şəxs olmuş və vəziyyəti əyani olaraq görmüşdür. Bundan başqa əslən İmişli rayonundan olan Şahid18, Şahid16 və Şahid17 da onun ölümlə hədələnməyi barədə məlumatlı olmuşlar. Bu barədə əvvəlki dindirmələr zamanı ona sual verən olmamışdır. Həm də o, digər şəxsləri bu işə qatmaq, həmin şəxslərin polisə gedib-gəlməsinə səbəb olmaq, bu yolla narahatçılıq yaratmaq istəmədikləri üçün özü bu barədə polisə məlumat verməmişdir. Lakin Cavadın yalandan onun barəsində göstərdiyi şər və böhtan xarakterli ittihamlardan boğaza yığıldığı üçün və öz sözlərinin həqiqiliyini təsdiq etmək üçün artıq bu barədə ifadə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, 2013-cü ildə ünvan 35 ünvanda yerləşən tibb müəssisəsini Təqsirləndirilən şəxs aldıqdan sonra həmin klinikanın gəlir gətirməməsini aşkar etdiyi üçün onu geri qaytarıb pulunu almaq istəsə də Cavad buna razı olmamışdır. Hətta klinikanın satılması üçün dəfələrlə maklerlərə müraciət olunmuş, lakin müsbət nəticə əldə olunmamışdır. Qeyd edilən ərəfədə Zərərçəkmiş şəxs5 klinikada baş həkim kimi fəaliyyət göstərmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs5 ona, Cavad tərəfindən 70.000 manat pulunun ələ keçirilməsi və geri qaytarılmaması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs5 sonrakı iş fəaliyyəti qənaətbəxş olmadığı üçün o, Elşəni işdən azad etmişdir. Klinika işini yaxşı bilmədiyi üçün, ixtisaslı həkim olmadığı üçün Zərərçəkmiş şəxs5 Cavadın fikrini çəkməməsini, klinikanı qazanca çıxartmasını xahiş etmiş, əvəzində hər ay 5.000-dən 10.000 manata qədər maaş verməklə köməklik göstərəcəyini vəd etmişdir. Lakin Elşən buna əməl etməmiş, əksinə işçilərlə kobud davranmağa başlamış, işində müsbət dönüş yaratmamış, bu səbəbdən vəzifəsindən azad edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, Cavaddan aldığı klinikanın ümumi sahəsi 560 kvadrat metr olmuş, sonralar belə bir kiçik klinikanı Cavadın bu cür baha qiymətə satması onu şübhələndirmişdir. Belə ki, Cavad klinikanı ona dəyərindən 30 dəfə baha qiymətə satmışdır. Cavad 200.000 manat borcunun olduğunu ona demiş və əvvəlcədən kömək etməsini ondan istəmişdir. Həmçinin Cavadın satdığı klinikanın aparatları xarab vəziyyətdə olmuş, onları dəyər dəyməzinə satıb, yenilərini almışdır. O, Cavada ilkin olaraq 200.000 manat pul vermiş, müqavilədə göstərilən qalan məbləğləri isə sonuncuya hissə hissə ödəmişdir. Belə ki, 3.200.000 manat pulu Cavad bankdan götürmüşdür. Sonra o, Cavada müəyyən məbləğ dəyərində olan evlərini pul əvəzində vermişdir. O, Cavada ümumilikdə ******* manat pul vermişdir. Lakin Cavad ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, bir dəfə Hacı adlı müstəntiq onu yanına çağırmışdır. Həmin vaxt Hacı adlı müstəntiq Cavadın borcunu niyə ödəmədiyini soruşmuş, o isə bunun əsassız olduğunu demişdir. Lakin o, Cavadın hüquq mühafizə orqanlarına müraciəti ilə bağlı kiməsə müraciət etməmişdir. Bundan sonra onu bir dəfə də Cavadın pulunu ödəməsi üçün MTN-ə çağırmışlar. Cavad onu borclu kimi tanıtmış, hətta bir dəfə də Səbail RPİ-dən müstəntiq zəng edib, Cavadın borcunu ödəməsini demiş, o isə yalan olduğunu bildirmişdir. Cavad birinə borcu olduğu üçün ondan 500.000 manat pul istəmiş, bundan sonra isə bir nəfərə də 300000 manat borcu olduğunu deyib həmin pulu ona ödətdirmişdir. Cavadın anası onun yanına gəlmiş, Cavadın olan borclarına görə sonuncuya kömək etməsini xahiş etmişdir. O isə Cavadın yaxşı işlərlə məşğul olmadığını sonuncunun anasına demişdir. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 il bundan əvvəl dostu Rəşidin vasitəsi ilə tanımışdır. X10 hüquqşünas ixtisası üzrə təhsil aldığından sonuncuya iş axtarmış, bu barədə dostu Rəşidin də xəbəri olmuşdur. Rəşid bu barədə Cavada danışmışdır. Cavad Rəşid ilə tanış olan zaman sonuncuya öz yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən binanın altında fəaliyyət göstərən restoranın və Dərnəgül qəsəbəsində yerləşən taxta bazarında obyektin ona məxsus olmasını bildirmişdir. Belə ki, Rəşid əvvəllər Vergilər Nazirliyinin əməkdaşı olmuş və taxta bazarında yoxlama aparan zaman bir obyektə yaxınlaşmış və həmin zaman Təqsirləndirilən şəxs özünü obyektin sahibi kimi təqdim etmiş, Rəşid ilə münasibət qurmuşdur. Sonradan Cavad özünün olduğunu bildirdiyi restorana da Rəşidi dəvət etmişdir. Bu minvalla Cavad özünü Rəşidə tam inandırmışdır. Həmin zaman Rəşid ona Cavad adlı şəxsin onun oğlunun Yasamal Rayon İcra Şöbəsinə icra məmuru vəzifəsinə işə düzəlməsinə nail ola biləcəyini bildirmişdir. O, bu səbəblə 2018-ci ilin iyun ayının sonlarında Rəşid və Cavadla birlikdə Rəşidin avtomobilində ünvan 36 ünvanın qarşısında görüşmüşlər. Cavadla onun həmin zaman tanışlığı olmuş və Cavad onun oğlunu Yasamal Rayon İcra şöbəsində icra məmurunun köməkçisi vəzifəsinə düzəldə biləcəyinə əmin etmişdir. Cavad ondan beh kimi 5.000 manat pul istəmişdir. Həmin zaman onun üzərində 5.000 manat olduğu üçün çıxarıb Cavada əlbəəl vermişdir. Cavad hara, nə zaman getmək lazım olduğunu özünün deyəcəyini bildirmişdir. Cavad onun oğlunun bu vəzifəsi üçün 12.000-15.000 manat arası xərcinin çıxacağını bildirmişdir. Daha sonra «nəyinə lazımdı icra məmurunun köməkçisi, oğlunu icra məmuru vəzifəsinə təyin etdirəcəyəm.» demişdir. Cavad vədini dəyişərək icra məmuru vəzifəsi üçün ümumilikdə 27.000 manat xərcinin çıxacağını bildirmişdir. X50 İcra şöbəsində elə bir vəziyyət yaratmışdır ki, o, orada tanımadığı və xarici görkəm əlamətlərini xatırlamadığı şəxsdən oğlunun işi ilə maraqlanan zaman həqiqətən baş idarədən oğlu ilə maraqlanıldığını bildirmişlər. Sonradan Cavad müxtəlif komissiyalardan keçmək, kiməsə pul vermək, yəni ümumilikdə oğlunun icra məmuru vəzifəsinə düzəlməyi məqsədi ilə ünvan 37 ünvanda yerləşən «Kral» şadlıq sarayının qarşısında ondan 14.000 manat pul almışdır. Həmin vaxt 2018-ci ilin noyabr ayı olmuşdur. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra onun oğlunun əmri verildikdən sonra daha 8000 manat verməli olduğunu demişdir. Lakin Cavad vədinə əməl etməmiş və onu aldatmış, etibarından sui-istifadə etmişdir. Həmin zamandan dəfələrlə Cavaddan verdiyi pulu istəmiş və Cavad ibtidai istintaq dövründə onun pulunu geri qaytarmışdır. O, «Rəşid» adlı dostunu isə çoxdandır ki, görməmişdir. Rəşidin harada olması, harada yaşaması, hansı telefon nömrəsindən istifadə etməsi barədə isə məlumatsızdır. Rəşid də Cavad tərəfindən aldadılmış, Rəşidin bu işdə marağı olmamışdır. Cavad tərəfindən ona vurulan maddi zərər hələ ibtidai istintaq dövründə ödənilmiş, onun Cavada qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, bu işlə bağlı 4 nəfər barəsində şikayət etmiş, lakin ancaq Təqsirləndirilən şəxs tutulmuşdur. 2013cü ildə tutulan oğlu Xəqaninin barəsində olan cinayət işini Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Vasif Əsgərov araşdırmışdır. Daha sonra cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş və hakim Azad Məcidovun icraatına qəbul edilmişdir. Xəqaninin tanışı, o cümlədən qardaşı Əlinin qaynı Şahid10 təxminən 2017-ci ildə oğlu ilə birgə iş görmək adı ilə oğlu Xəqanidən 40.000 manat pul almışdır. Həmin iş alınmamış və Vəli qeyd edilən məbləği oğluna borclu qalmışdır. Xəqani 03 sentyabr 2019-cu il tarixdə həbs edildikdən sonra görüşlər zamanı ona Vəlidən həmin borcu almasını və azadlığa buraxdırılmasına köməklik etməsini bildirmişdir. Vəli isə ona həmin pulu qaytara bilmədiyini bildirmişdir. Daha sonra Vəli ona Xəqanini 20.000 manat pul müqabilində həbsdən buraxdıra biləcəyini demişdir. Onun kürəkəni Mahir də «Vəli etibarlı adamdır, ortalıqda mən varam, sən Vəliyə pul verəcəksənsə, ona de ki, pul mənə məxsusdur. Vəli sənin pulunu yeyə bilər, lakin mənim pulumu heç vaxt yeyə bilməz.» demişdir. O, əlacsız qalıb Vəli ilə razılaşmış və hissə-hissə həmin məbləği düzəldib Vəliyə vermişdir. Belə ki, həmin məbləğin 4.000 manatını Sabunçu rayonu, 12-ci PB-nin yaxınlığında yerləşən «Rahat Market»in içərisində, 6.000 manatı qızı Lətafətin yaşadığı Yeni Ramana qəsəbəsindəki evində, 10.000 manatı isə Nərimanov rayonu ərazisində Vəliyə vermişdir. Buna baxmayaraq Vəli onu aldatmış, yəni nə oğlunu buraxdırmamış, nə də ki, aldığı pulu geri qaytarmamışdır. Vəli ona 8.000 manat pulun dövlət ittihamçısına, 10.000 manat pulun məhkəmə sədrinə, 1.000 manat isə Cavadla İmana verildiyini demişdir. Bu isə cəmi 19.000 manat etmişdir. Qalan 1.000 manatı Vəli özü heç nə deməsə də o, yəqin Vəlinin özünə götürdüyünü fikirləşmişdir. Ona görə də zəhməti var deyə bu barədə Vəliyə bir söz deməmişdir. Bundan başqa 2019-cu ilin oktyabr ayında özünə məxsus ümumi çəkisi 213 (iki yüz on üç) qram təşkil edən qızılzinət əşyalarını toplamış və öz yaşadığı evdə kürəkəni Şahid12 ikilikdə vermişdir. Mahir bildirmişdir ki, həmin qızılları bir nəfər şəxsə verib faizsiz olaraq 10.000 manat pul götürəcəkdir. O da buna etiraz etməmişdir. O səhəri günü Mahirin yaşadığı ünvana getmiş və qızı Mətanət onu qarşılayaraq 10.000 manat pulu ona vermiş və Mahirin digər otaqda yatdığını bildirmişdir. O da pulu alaraq çıxmış və aparıb Şahid10 vermişdir. Lakin 4.000 manat pulu isə Mahir ona bir söz demədən özü aparıb İsmayıl adlı zərərçəkmiş şəxsə verərək oğluna münasibətdə barışıq ərizəsini almışdır. Mahir hər dəfə ona Vəliyə pulu verən zaman sonuncuya pulun ona yox Mahirə məxsus olmasını deməsini tapşırmışdır. Belə ki, Vəli pulun ona məxsus olmasını bilsə qadınlığından sui-istifadə edib aldada bilərmiş, Mahiri isə Vəli aldada bilməzmiş. Ona məxsus yaşadığı evdə cəmi 2 kiloqrama qədər əşyaların çəkisini çəkməyə imkan verən kiçik ölçülü mexaniki tərəzi olmuşdur. Həmin tərəzinin vasitəsi ilə qeyd edilən qızıl-zinət əşyalarının çəkisini dəqiq müəyyən etmişdir. Həmin qızıl-zinət əşyalarının qiyməti 35.000 manat təşkil etmişdir. Qeyd edilən qızıl-zinət əşyaları qədimi və əntiq olduğu üçün heç vaxt, heç bir tədbirə getdiyi zaman istifadə etməmişdir. Oğlu Xəqaninin həbsdən azad edilməsi ilə bağlı Şahid10 6.000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində təhvil aldıqdan sonra qızı Lətafətlə birgə pul bütövləşdirmək üçün heç bir marketə çıxıb getməmişlər. Daha sonra isə 4.000 manat pulu Şahid10 bir neçə gün sonra Rahat Marketdə onun iştirakı olmadan qızı Lətafət və gəlini Aliyədən almışdır. Həmin 4.000 manat alınarkən içərisində xırda əskinazlarla da pul olduğundan marketdə bütövləşdirilmişdir. O, həqiqətən də Şahid10la Bakı şəhəri, metronun «Əhmədli» stansiyasının yaxınlığında yerləşən «Katv» adlı binanın qarşısında görüşmüş və kürəkəni Mahirin yaşadığı evdən, həmin vaxt evdə olan qızından 10.000 manat pul götürərək həmin pul vəsaitini Vəlinin idarə etdiyi avtomobilin içərisində Bakı şəhəri, Nərimanov rayonu, «Ayna Sultanova» heykəlinin qarşısında, həmin ərazidəki körpünün altında Vəliyə vermişdir. Daha sonra isə çıxıb oradan getmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan 20.000 manat maddi zərərlə bağlı hər hansı ödəniş olmamışdır. Yalnız 14.900 manatın ona verilməsi üçün depozitə qoyulduğu Cavad tərəfindən bildirilmiş, lakin o, Cavada inanmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2013-cü ilin aprel ayından tanıdığı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs11 rəhbərlik etdiyi tibb müəssisinin gəlirinə şərik edəcəyini və həmin müəssisədə payçı olmasını təsdiq edən sənədləşdirmə işlərini aparacağını göstərib şəxsən onun iştirakı ilə Zərərçəkmiş şəxs11 2013-cü ilin aprel ayının sonlarında 210.000 ABŞ dolları, 2013-cü ilin may ayında isə 105.000 ABŞ dolları məbləğində pul almışdır. Təqsirləndirilən şəxs verdiyi həmin vədə əməl etməyərək pulu ələ keçirmişdir. Zərərçəkmiş şəxs11 məxsus 160.000 ABŞ dolları pul vəsaitinin guya ki, sonuncuya Almaniyadan son model «Range Rover» markalı avtomobilin gətizdirilməsi bəhanəsi ilə Cavadın «Fərid» adlı dostu tərəfindən ələ keçirilməsi barədə Zərərçəkmiş şəxs11 özündən eşitmiş, həmin vəsaitlərin verilməsində iştirak etməmişdir. X42 ilk vaxtlar tərifləmişdir. Hüsaməddinin Cavada verdiyi pulların bir qismi ona məxsus olmuş, lakin cinayət işi başlandığı zaman onu zərər çəkmiş kimi tanımamışlar. Cavada ümumilikdə 480.000 dollar pul vermişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid10 ifadəsində göstərdi ki, 050 *** ** ** saylı mobil telefon nömrəsi onun adına olmasa da təxminən 2018-ci ildən etibarən şəxsən istifadəsində olmuşdur. Bundan savayı 050 *** ** ** və 050 *** ** ** saylı mobil telefon nömrələrini də bir müddət istifadə etmişdir. Lakin son bir ildir ki, həmin mobil telefon nömrələrindən istifadə etməmişdir. 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdən sonra maddi-sosial vəziyyət ürəkaçan olmadığı üçün ailəsini də götürüb Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və orada yaşamışdır. Həmin şəhərdə bazarda kiçik biznes fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra, yəni 1998-ci ildə övladları böydüyü üçün, orada təhsil almalarını istəmədiyi üçün Moskva şəhərindən Bakı şəhərinə qayıdaraq ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Yeni Avtovağzal ərazisində yerləşən «Motodrom» adlı massivdə fərdi yaşayış evi tikdirərək orada məksunlaşmışdır. Şahid11 onun yaxın dostudur. İmanı təxminən 30 ildir ki, tanımışdır. Belə ki, hər ikisi Füzuli rayonunda doğulmuş və böyümüşlər. İmanla tez-tez zəngləşmiş, sonuncunun iş yerinin yaxınlığında yerləşən «Göy göl» kafesində çay içib istirahət etmiş, vaxtlarını birgə keçirmişlər. Təqsirləndirilən şəxs isə təxminən 1 (bir) il ərzində tanımışdır. Zərərçəkmiş şəxs10 qardaşı Əli onun bacısı Solmazın əridir. Yəni Zərərçəkmiş şəxs10 ilə qohumluq münasibətlərində olmuşlar. X20 2019-cu ilin noyabr ayında ona müraciət edərək bildirmişdir ki, qohumu Zərərçəkmiş şəxs10 oğlu Xəqani Əliyev tutulmuş, barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi olmuşdur. Rüstəm Zöhrə ilə əlaqə saxlayıb bacardığı köməyi etməsini xahiş etmişdir. O da qohumluq xətrinə buna etiraz etməyib Zöhrəyə zəng eləmişdir. Zöhrə ilə Xəqani barədə soraqlaşan zaman Zöhrə bildirmişdir ki, oğlu Xəqani həbs edilib və barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vasif adlı müstəntiqin icraatında cinayət işi vardır. Zöhrə xahiş etmişdir ki, Vasiflə söhbət etsin və Xəqaniyə kömək etmə şansının olub-olmamasını soruşsun. O da buna razı olub bir neçə gün sonra özü tək həmin Baş İdarəyə yollanaraq müstəntiq Vasif müəllimlə görüşmüşdür. Vasif müəllim ona bildirmişdir ki, artıq cinayət işi icraatda deyil və baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. O da oradan çıxdıqdan sonra Zərərçəkmiş şəxs10 zəng edib bu barədə xəbərdar etmişdir. Zərərçəkmiş şəxs10 ondan xahiş etmişdir ki, oğlunun məhkəmədən buraxılmasında köməklik göstərsin, bu işi həll edə biləcək adam tapsın. O da Zöhrəyə çalışacağını demişdir. Ardınca isə o, dostu İmanla görüşmək üçün sonuncunun iş yerinin yaxınlığındakı kafeyə getmişdir. Həmin vaxt orada İmanın yanında daha bir nəfər şəxs də olmuşdur. Həmin şəxsi bəzi hallarda İmanın yanında görsə də yaxın tanışlığı olmamışdır. O, eyni masada əyləşmiş, İman ondan haradan gəldiyini soruşmuş və o da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən gəldiyini, bir nəfər qohumunun həbs edildiyini, kömək etmək istədiyini demişdir. Bu mövzuda İmanla söhbət edən zaman İmanın yanında olan həmin şəxs, adı ona həmin görüşdə məlum olan Cavad söhbətə ərkyana müdaxilə edərək həmin baş idarədə adamının olmasını və lazım gələrsə bu məsələdə köməklik etmək iqtidarında olduğunu demişdir. O da kömək edə bilirsə yardımını əsirgəməməsini Cavaddan xahiş etmişdir. Cavad bildirmişdir ki, narahat olmasın, danışıb nəticəsi barədə bir xəbər edəcəkdir. Təxminən bir neçə dəqiqə orada söhbətləşdikdən sonra sağollaşıb ayrılmışlar. Bir neçə saat sonra ona Cavad 050 211-lə başlayan mobil telefon nömrəsindən zəng edib bildirmişdir ki, Xəqaninin məsələsini danışıb və görüşmək lazımdır. O, Cavada demişdir ki, tək yox, gərək Zöhrənin özü ilə danışsın, üç nəfərə görüşsünlər. Cavad da buna etiraz etmədiyindən dərhal Zöhrəyə zəng edib Cavad adlı şəxs barədə danışmış və həmin şəxslə görüşə getmək lazım olduğunu demişdir. Zöhrə bildirmişdir ki, kürəkəni Şahid12 götürüb getsin, belə ki, Mahir ailəsinin içidir, fərq etməz Mahir getdi, ya Zöhrə getdi. O da Mahirin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Xəqaninin işi ilə əlaqədar bir nəfər şəxslə görüşməli olduqlarını demişdir. Mahir buna etiraz etməmiş və o, Mahirlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Niaqara» restoranının yaxınlığında fəaliyyət göstərən «Turac» adlı yarımzirzəmi tipli kafeyə gedib orada Cavadla görüşmüşlər. Cavad həmin görüşə tək gəlmişdir. Cavad söhbət zamanı Xəqaninin həbsdən azad edilməsi məsələsini artıq danışdığını bildirmişdir. Belə ki, deməsinə görə adını çəkmədiyi yuxarı vəzifəli bir şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin sədri ilə artıq danışmış və cəmi 17.000 manat pul müqabilində Xəqani həbsdən azad ediləcəkmiş. Lakin ilk növbədə Xəqaninin təqsirləndirildiyi cinayət işində zərərçəkmişin şikayət və tələbinin olmaması ilə bağlı ərizəsi alınmalıdır. Mahir də buna etiraz etməmiş və danışıb nəticəsinin deyiləcəyini bildirmişdir. Bununla da onlar Cavadla ayrılmışlar. Bundan sonra o, Mahirlə birlikdə Xəqaninin işində zərərçəkmiş şəxs olan İsmayıl adlı şəxsi tapmışlar. İsmayıl şikayətinin geri götürülməsi üçün 4.000 manat pul istədiyi üçün Mahir şəxsən onun yanında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin yaxınlığında yerləşən nömrəsini bilmədiyi notariat kontorunda 4.000 manat pul vermişdir. Bundan sonra «İsmayıl» adlı şəxs Xəqanidən şikayətinin olmamasına dair ərizə vermişdir. Həmin ərəfədə Mahirin başı qarışıq olduğundan, Çin Xalq Respublikasına işgüzar səfəri nəzərdə tutulduğundan ona demişdir ki, pulu Zöhrədən özü götürsün. Bu barədə Mahir özü də Zöhrəyə zəng edib xəbərdar etmişdir. Elə olmuşdur ki, Cavadla görüşün səhəri günü, 2019-cu ilin noyabr ayının ortalarında Cavad yenidən ona zəng etmiş və 6.000 manat pul verilməli olduğunu demişdir. O da həmin pulu Zöhrənin qızı Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən həyət evində Zöhrədən almışdır. Həmin vaxt Lətafət də evdə olmuşdur. Onlar evdə olan zaman Zöhrə və Lətafət işin təfərrüatları barədə ona suallar vermiş, o da Cavadın dediklərini onlara danışmışdır. Həmin günü ona verilən 6.000 manat pulun bir hissəsi, təxminən ya 2000, ya da 4000 manatı xırda manat əskinazları ilə olduğu üçün həmin pulu bütövləşdirmək qərarına gəlmişlər. Bu vaxt Zöhrə istifadəsində olan mobil telefon nömrəsindən gəlini, «Rahat Market»də işləyən Şahid14 zəng etmiş və pulu bütövləşdirmək lazım olduğunu demişdir. Şahid14 pulu bütövləşdirə biləcəyini və bunun üçün işlədiyi marketə getməli olduqlarını bildirmişdir. Lətafət ondan pulun xırda əskinazlarla olan hissəsini götürmüş və ikilikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində, Sabunçu xəstəxanasının yaxınlığında yerləşən «Rahat Market»ə yollanmışlar. Həmin marketdə pul Aliyə tərəfindən kassada bütövləşdirilmiş və ona qaytarılmışdır. Bundan sonra isə onlar çıxıb getmişlər. O həmin günü elə marketdən çıxıb ünvan 38 ünvanda yerləşən «Göy göl» kafesinə yollanmışdır. Həmin kafenin qarşısında aldığı 6.000 (altı min) manat pulu şəxsən dostu Şahid11 ikilikdə vermişdir. Belə ki, o Cavadla tanış olduqdan sonra İman, Cavadın qohumuna kömək etmək istəməsi barədə məsələdən xəbərdar olmuşdur. O da İmana öncədən demişdir ki, Cavadı şəxsən yaxından tanımadığı üçün aldığı pulları ona verəcəkdir ki, Cavada özü versin. İman da buna etiraz etməmişdir. İmana pulu verdikdən 15-20 dəqiqə sonra Cavada zəng edib pulun çatıb-çatmamasını soruşmuş, Cavad pulun ona çatmasını təsdiq etmişdir. Həmin ərəfədə o, Mahirlə birlikdə yenidən Cavadla görüşmüş və işlə bağlı söhbətləşmişlər. Həmin görüşdən çıxandan sonra Mahir onun yanında mobil telefonda qayınanası Zöhrə ilə söhbətləşmişdir. Həmin söhbət məcrasında Mahirlə Zöhrə onun bilmədiyi səbəblərdən söz mübahisəsi etmişlər. Mahir telefon əlaqəsini kəsərək əsəbləşmiş və ona demişdir ki, Cavada zəng edib işi dayandırmasını və pulu geri qaytarmasını bildirsin. O nə səbəb görə belə qərar qəbul edilməsini Mahirdən soruşmuş, lakin Mahir səbəb göstərməyərək Cavada zəng etməyini israr etmişdir. O da dərhal öz telefonu ilə Cavada zəng edib Mahirin mövqeyini çatdırmış və işin həllini dayandırmasını və pulu geri qaytarmasını xahiş etmişdir. Cavad da buna etiraz etməyib 2-3 gün ərzində pulun qaytarılmasını təmin edəcəyini söz vermişdir. Səhəri günü isə Mahir ona zəng edərək Zöhrə ilə danışıb razılaşdığını demiş və xahiş etmişdir ki, Cavada zəng edib işin davam etdirilməsini desin. O da Cavada zəng edib bu barədə bildirdikdə Cavad demişdir ki, artıq işin dayandırılması ilə bağlı yuxarı rəhbərliyə məlumat verildiyi üçün, yenidən sözü dəyişib işin davam etdirilməsini xahiş etmək həm narazıçılıq, həm də qeyri-ciddilik təəssüratı yaradacağı üçün buna razı olmayacaqlar. Ona görə də üzrxahlıq kimi əlavə 3.000 manat da pul verilməlidir. Yəni artıq Xəqaninin həbsdən azad edilməsi məsələsi 17.000 manata deyil, 20.000 manata başa gələsi olmuşdur. O, bu barədə həm Mahir, həm də Zöhrə ilə danışıb qəti qərarlarını öyrəndikdən sonra Cavada zəng edərək razılıq vermişdir. Təxminən bir gün sonra Cavad ona zəng edərək əlavə 4.000 manat pul lazım olmasını bildirmişdir. O bu barədə Zöhrəyə zəng edib dedikdə sonuncu bildirmişdir ki, Mahirə zəng etsin, çünki pul Mahirdədir. O da Mahirə zəng edib əlavə 4.000 manat pul verilməli olduğunu bildirmişdir. Mahir ondan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Alibaba» çay evində olduğunu və pulu götürmək üçün oraya gəlməyini xahiş etmişdir. O da buna etiraz etməmiş və olduğu yerdən birbaşa oraya yollanmışdır. Həmin çay evində Mahir tək olmuşdur. Çay evinin kabinetində Mahirlə görüşüb 4.000 manat pul almış və yenidən birbaşa ünvan 38 ünvanda yerləşən «Göy göl» kafesinin qarşısına yollanaraq dostu Şahid11 zəng etmişdir. Aldığı 4.000 manat pulu da əlbəəl ikilikdə İmana vermişdir ki, Cavada çatdırsın. İmana pulu verdikdən 15-20 dəqiqə sonra eyni qaydada Cavada zəng edib pulun çatıb-çatmamasını soruşmuş, Cavad da pulun çatmasını təsdiq etmişdir. Təxminən 1-2 gün sonra 2019-cu ilin noyabr ayının sonlarında Cavad ona zəng edərək sonuncu 10.000 manatın verilməli olduğunu demişdir. Həmin ərəfədə Mahir artıq Çinə getmişdir. O Zöhrəyə zəng edərək əlavə 10.000 manat pulun verilməli olduğunu bildirmişdir. Zöhrə bildirmişdir ki, pulu Mahirin evindən, qızından götürəcəkdir və xahiş etmişdir ki, o, öz avtomobili ilə gəlib sonuncunu, yaşadığı ünvandan götürsün. O isə yolunun uzaq olduğunu deyib, yaxın bir yerə gəlməsini Zöhrədən xahiş etmişdir. Zöhrə buna etiraz etməyərək ona metronun «Əhmədli» stansiyasının yaxınlığında yerləşən «Katv» adlı binanın qarşısında görüşməyi təklif etmiş və o oraya yollanmışdır. Zöhrə başqa bir taksi avtomobili ilə onun avtomobilinə yaxınlaşaraq gözləməyini, bir neçə dəqiqə sonra yaxınlaşacağını bildirmişdir. O da həmin binanın qarşısında gözləmişdir. Bir neçə dəqiqədən sonra Zöhrə gəlib çıxmış və taksi avtomobilini yola salaraq onun avtomobilinə əyləşmişdir. Onlar birlikdə söhbət edə-edə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 36 A ünvanında yerləşən «Ayna Sultanova» adına heykəlin qarşısına gəlib çıxmışlar. Orada, ona məxsus «Toyota Prado» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisində Zöhrə ona 10.000 manat pul vermiş və avtomobildən düşüb getmişdir. O da oradan çıxıb yenidən birbaşa ünvan 38 ünvanda yerləşən «Göy göl» kafesinin qarşısına yollanaraq dostu Şahid11 zəng etmişdir. Aldığı 10.000 manat pulu da əlbəəl ikilikdə İmana vermişdir ki, Cavada çatdırsın. İmana pulu verdikdən 10-15 dəqiqə sonra eyni qaydada Cavada zəng edib pulun çatıbçatmamasını soruşmuş, Cavad da pulun çatmasını təsdiq etmişdir. 21 noyabr 2019-cu il tarixdə səhər saatlarında Cavad ona demişdir ki, Zöhrəyə zəng edərək xoş xəbər muştuluğuna görə hazır olmasını desin. O da Cavaddan xoş xəbərin nədən ibarət olmasını soruşmuşdur. Cavad da bildirmişdir ki, bu gün, Xəqani Əliyev məhkəmənin hökmünə əsasən həbsdən azad ediləcəkdir. O da buna sevinib Zöhrənin qızı Lətafətə zəng etmiş və sürpriz olsun deyə bu barədə Zöhrəyə hələlik bir söz deməməsini xahiş etmişdir. Həmin günün axşamı dostları ilə oturub çörək yeyən zaman ona Zöhrədən zəng gəldiyini görmüşdür. Düşünmüşdür ki, oğlu həbsdən azad edilib deyə gözaydınlığı vermək məqsədi ilə zəng edir. O sevinc hissi ilə kənara çəkilib mobil telefona cavab vermişdir. Zəngə cavab verən kimi Zərərçəkmiş şəxs10 dayanmadan onun və övladlarının ünvanına qarğışlar yağdırmağa başlamışdır. O heç nəyi başa düşməyib Zöhrədən nəyə görə belə ifadələr işlətməsini soruşmuşdur. Zöhrə bildirmişdir ki, oğluna məhkəmədə 8 il iş verilmişdir. Bu hal onun üçün çox gözlənilməz olduğundan Zöhrəyə belə bir şeyin mümkün olmamasını demişdir. Zöhrə isə bunun həqiqət olduğunu dediyindən o dərhal əlaqəni kəsib Cavada zəng etmiş və «bu nə oyundur?» deyə sual vermişdir. Cavad guya bu xəbərdən təəccüblənib «ola bilməz» deyə cavab vermişdir. O Cavaddan təcili görüşməyi və məsələyə aydınlıq gətirməsini tələb etmişdir. O Cavadla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüş və Cavad ona bildirmişdir ki, aralarındakı telefon danışığından dərhal sonra danışıb razılaşdığı vəzifəli şəxslərə zəng edib, soraqlaşıb və cavab olaraq deyilmişdir ki, guya məhkəmə hökmü çıxmazdan yarım saat öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən hansısa vəzifəli şəxs hakimə tapşırmışdır ki, Xəqani mütləq həbs edilməlidir. Ona görə də məsələ alınmamışdır. Belə olan halda o Cavaddan verilmiş pulların təcili olaraq geri qaytarılmasını tələb etmişdir. Cavad da demişdir ki, aldığı pullar bir nəfərdə deyil, 3-4 nəfər şəxslərdədir, gərək onlardan alsın ki, qaytara bilsin. Cavad bildirmişdir ki, pulların geri qaytarılması 4-5 gün çəkəcəkdir. O da buna etiraz etməyib bacardığı qədər qısa müddət ərzində pulu geri qaytarmasını tələb etmişdir. Lakin Cavad vəd verdiyi müddət ərzində pulu qaytara bilməyərək sonrakı günlər ərzində də gözləməyi xahiş etmişdir. Bu haldan isə Zərərçəkmiş şəxs10 və ailəsi narazı qalmışlar. 2020-ci ilin fevral ayında Cavad ona zəng edərək Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin inzibati binası ilə üzbəüzdə yerləşən 5 mərtəbəli binaların qarşısına çağırmışdır. O oraya getdikdə görmüşdür ki, Şahid12 də orada, Cavadın yanındadır. Cavad 160 ədəd 50 Azərbaycan manatı nominallarından ibarət ümumilikdə 8.000 (səkkiz min) manat pulu ona uzatmış və saymağını xahiş etmişdir. O həmin pulu sayıb 8.000 manatdan ibarət olmasına əmin olduqdan sonra Cavad bildirmişdir ki, pulu Mahirə versin ki, aparıb Zöhrəyə versin. O da həmin pulu Mahirə vermiş və eyni zamanda sonuncudan tələb etmişdir ki, Zöhrəyə zəng edib 8.000 manat pulun geri qaytarılmasını desin. Mahir də onun dediyinə əməl edib elə Cavadla onun yanındaca qayınanası Zöhrəyə zəng etmiş və 8.000 manat pul aldığını nəzərinə çatdırmışdır. Ondan sonra isə o həmin görüş yerini tərk etmişdir. Cavadla Mahir isə birlikdə harasa getmişlər. Qalan 12.000 manatı isə 2-3 gün ərzində qaytaracağını desə də Cavad buna əməl etməmişdir. Ona görə də bu hal Zərərçəkmiş şəxs10 və ailə üzvlərinin haqlı narazılığına səbəb olmuşdur. Cavad müxtəlif yalan vədlər verərək 12.000 manat pulu geri qaytarmaqdan imtina etmişdir. Buna görə də o bir qohum kimi Xəqaniyə kömək etmək niyyəti ilə bu məsələyə qoşulsa da Cavadın yaramaz əməlləri nəticəsində Zöhrənin qarşısında pis vəziyyətdə qalmışdır. Cavad ona demişdir ki, aldığı pullardan hakimə, ittihamçı prokrurora və digər adlarını göstərmədiyi şəxslərə pul çatacaq. O da məcbur olub Cavadın sözlərinə istinadən Zöhrə gilə bu məlumatları vermişdir. Bütün bunlar isə yalan imiş. Zöhrəyə məxsus puldan Cavad nə ona, nə də ki, dostu Şahid11 hər-hansı məbləğdə pul verməmişdir. Bundan savayı, xəbər tutmuşdur ki, Zərərçəkmiş şəxs10 öz ailəsinə məxsus təxminən 213 qram çəkidə qızıl-zinət əşyasını girov qismində kürəkəni Şahid12 verərək pul almışdır ki, oğlunun həbsdən azad edilməsi məsələsini həll etsin. Mahir isə Zöhrə ilə şərt kəsmişdir ki, əgər 2019-cu ilin dekabr ayına qədər Zöhrə aldığı pulu geri qaytarmasa verilən qızıllar batacaq, Cavadda olan pulları isə Mahir özü geri alacaq, yəni həmin pula da Zöhrə artıq iddia edə bilməyəcək. Zöhrə də başqa çıxış yolu olmadığı üçün buna razı olmuşdur. Cavadın ona, onun isə Mahirə verdiyi 8.000 manat pulu həmin şərt əsasında Mahir aparıb Zöhrəyə verməmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində izahat verərkən dostu İmanı ümumiyyətlə get-gələ salmamaq üçün sonuncunun ümumiyyətlə bu işlərdən xəbərsiz olmasına dair izahat vermişdir. Çünki İmanın bu işdə hər-hansı marağı olmamışdır. İman sadəcə ondan pulu alıb Cavada vermişdir. O, Cavadı az müddət ərzində tanıdığı üçün arada möhkəm etibar və inam olmamışdır. Ona görə də İmandan Cavada çatası pulu çatdırmasını dostcasına xahiş etmişdir. İman da dostluq xatirinə buna etiraz etməyib razı olmuşdur. İmanın bu yaxşılığının qarşısında günahı olmaya-olmaya problemli məsələyə salmağı istəməmişdir. Şahid11 Cavada maddi cəhətdən çox dəstək olmuşdur. Onlar dostluq münasibətlərində olmuşlar. Əslində isə pulu İmana vermiş, Cavad da pulu İmandan götürmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs10 onun qayınanasıdır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Zöhrənin oğlu X45 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Şahid10 uzaq qohum kimi tanımış, yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs isə Şahid10 vasitəsi ilə tanımışdır. Vəli ona demişdir ki, Xəqani Əliyevin həbsdən azad edilməsi məsələsini Təqsirləndirilən şəxs həll edəcəkdir. Həmin faktı Cavad özü də danışıqlar zamanı təsdiq etmişdir. Təqsirləndirilən şəxs Xəqani Əliyevin həbsdən azad edilməsinin 16-17 min manata başa gələcəyini demiş, o da buna etiraz etməmişdir. Bunun üçün isə ilk öncə Xəqani Əliyevin təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsin şikayətçi olmaması ilə bağlı ərizə alınmalı olmuşdur. O da Zöhrə ilə aralarında olan qohumluq xətrinə və Xəqani Əliyevlə yaxın münasibətlərə görə «İsmayıl» adlı zərərçəkmişə öz cibindən 4.000 manat pul vermişdir. Həmin vaxt onun yanında Şahid10 da olmuşdur. Zərərçəkmiş şəxs10 ailəsində kişi olmadığı üçün sonuncunun xahişi ilə danışıqlarda yaxın ailə üzvü kimi iştirak edib Xəqani Əliyevə kömək etmək istəmişdir. Onda olan məlumata görə 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs10 qızı Şahid13 evində Şahid10 6.000 manat, daha sonra Bakı şəhəri, Sabunçu rayon xəstəxanasının qarşısında yerləşən «Rahat Market» adlı mağazada 4.000 manat pul vermişdir. Həmin pul vəsaitləri də Vəlinin deməsinə görə Təqsirləndirilən şəxs çatmışdır. Bundan başqa onun yadında qalmayan tarixdə o, Şahid10la avtomobildə yolda olarkən qayınanası Zərərçəkmiş şəxs10 ilə telefonda söhbətləşmiş və xatırlamadığı səbəblərdən söz mübahisəsi etmişlər. Həmin söz mübahisəsindən sonra bərk əsəbləşmiş və yanında oturan Vəlidən tələb etmişdir ki, sonuncu Cavada zəng edib Xəqani Əliyevin işini həll etməsin və bu istiqamətdə apardığı danışıqları dayandırsın. Vəli onun israrlı tələblərindən sonra Cavada zəng etmiş və bu barədə demiş, Cavad da buna etiraz etmədiyini bildirmişdir. Lakin təxminən həmin hadisənin sabahısı gün o Zöhrə ilə danışıb barışmış və Zöhrə özü, oğlu Xəqaninin həbsdən azad edilməsi məsələsini davam etdirməyi Cavaddan xahiş etmişdir. Cavad bildirmişdir ki, artıq bir dəfə xahiş olunub və iş yarımçıq saxlanıldığı üçün işi həll edən şəxs bununla bağlı acıqlanıb və bir daha təkrarən bu işin ucundan yapışmayacaqdır. Ona görə də əlavə pul verilməlidir. Cavad bildirmişdir ki, artıq Xəqaninin həbsdən azad edilməsi məsələsi ümumilikdə 20.000 manata başa gələcəkdir. Zərərçəkmiş şəxs10 bu barədə dedikdə Zöhrə, ilk əvvəl buna narazılığını bildirsə də sonradan etiraz etmədiyini bildirmişdir. Daha sonra onun yadında qalmayan tarixdə o, evdə olmadığı zaman Zərərçəkmiş şəxs10 zəng edərək 10.000 manat əlavə pul lazım olmasını demiş, o da evdə olmadığı üçün gedib yaşadığı evdən götürməsini Zöhrəyə təklif etmişdir. Həmin pul vəsaitini də sırf qohumluq və ailə münasibətlərinə görə verməyə razı olmuşdur. Zərərçəkmiş şəxs10 həqiqətən də gəlib onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığında onun müvəqqəti yaşadığı evdən, arvadından 10.000 manat pul götürüb getmişdir. «İman» adlı şəxsi isə qiyabi tanımışdır. İmanla hər-hansı bir yaxın əlaqəsi və söhbəti olmamışdır. Xəqani Əliyevin barəsində 2019cu ilin noyabr ayının sonlarında baş tutan son məhkəmə iclasında həbsdən azad edilməsinin əvəzinə təxminən 8 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu barədə Zöhrə özü ona zəng edərək məlumat vermişdir. Həmin vaxt o öz işləri ilə əlaqədar Çin Xalq Respublikasına getmişdi. O dərhal Şahid10 zəng edib nə üçün Xəqaninin həbs edilməsini soruşmuşdur. Vəli də bu nəticəni gözləmədiyini bildirmişdir. Ona həmçinin deyilmişdir ki, guya Xəqani həbsdən azad ediləcəkmiş, sadəcə məhkəmə prosesindən bir neçə müddət öncə «yuxarı»dan kimsə məhkəməyə Xəqaninin mütləq həbs edilməli olduğunu tapşırmış, bu səbəbdən də azadlığa çıxması mümkün olmamışdır. Bundan sonra, o, Cavadla əlaqə saxlaya bilmiş və Cavad ona söz vermişdir ki, Xəqaninin işini Apellyasiya məhkəməsində həll edəcəkdir. O Çindən qayıtdıqdan sonra da Cavadla bir neçə dəfə görüşüb işlərin nə yerdə olmasını, nəticənin nədən ibarət olacağını soruşmuşdur. Daha sonra xatırlamadığı tarixdə o, Cavad və Vəli ilə birlikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin qarşısında görüşmüşlər. Cavad onun yanında 8.000 manat pulu əlbəəl Vəliyə vermişdir. Vəli də həmin pulu Zöhrəyə qaytarmaq üçün ona vermişdir. O dərhal Zöhrəyə zəng edib 8.000 manat pulu şəxsən aldığını bildirmişdir. Həmin görüşdən bir neçə gün sonra Cavad ona davamlı zəng edib Xəqaninin işini Apellyasiya Məhkəməsində həll edəcəyini deyib verdiyi 8.000 manatı geri istəmişdir. O da bu barədə Zöhrəyə bir söz demədən həmin pulu Cavada qaytarmışdır. Həmin ərəfədə Zöhrə ümumiyyətlə pulu tələb etməyərək yalnız oğlunun həbsdən azad edilməsini istədiyi üçün bu barədə Zöhrənin özünə heç nə deməmişdir. Hətta Cavad onun yanında telefonla Zöhrə ilə danışdığı zamanı Zöhrə pul istəmədiyini, oğlunun azadlığa çıxmağını istəməsini demişdir. Lakin Cavad hər dəfə bir bəhanə gətirib Xəqaninin tezliklə həbsdən çıxacağını desə də bu baş tutmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs10 Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Bundan savayı Təqsirləndirilən şəxs ondan da öz arvadının xəstəliyinin müalicəsi ilə əlaqədar pul almışdır. Həmin pulu bu günə qədər qaytarmamışdır. Mahir bununla bağlı Cavaddan şikayətçi olmamasını göstərib bu barədə ərizə verməkdən imtina etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs10 tərəfindən ona hər-hansı çəkidə qızıl-zinət əşyası girov qismində verilməmiş, bunun əvəzində Zöhrəyə pul verməmişdir. Bundan başqa Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Alibaba» adlı çay evində Şahid10 4.000 manat pul verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid11 ifadəsində göstərdi ki, 050 201 51 51 saylı mobil telefon nömrəsi onun adına olmasa da təxminən 2001-2002-ci ildən etibarən şəxsən öz istifadəsində olmuşdur. Başqa telefon nömrəsindən istifadə etməmişdir. O, 8 ildir ki, beton istehsalı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən «Nursement» adlı beton zavodunu işlətmiş və həmin zavodun ümumi gəlirindən payı olmuşdur. Şahid10 təxminən 25 ildir ki, tanımışdır. Vəli onun həmyerlisi olmaqla hər ikisi Füzuli rayonundandırlar. Vəlini dost-tanışlar «Vəzir» kimi tanımışlar. Aralarında səmimi dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 3 ildir ki, tanımışdır. Belə ki, onun əslən İmişli rayonundan olan «Vüqar» adlı dostu Təqsirləndirilən şəxslə dostluq münasibətlərində olmuşdur. Bu minvalla Vüqarla görüşdüyü zaman Cavadı da tanımışdır. Cavad söhbət əsnasında ona, əvvəllər Əmlak Komitəsində işlədiyini, özünün şəxsi daşınmaz əmlakı qiymətləndirmə şirkətinin olmasını demişdir. Lakin tanış olduqları ərəfədə isə Cavad Türkiyə Respublikasından Azərbaycana satmaq məqsədi ilə tibbi avadanlıqlar gətirdiyini demişdir. Təqsirləndirilən şəxslə yaxın yoldaşlıq münasibətləri olmuşdur. Şahid10la Cavad onun vasitəsi ilə bir-birini tanımışlar. Belə ki, təxminən bir il yarım müddət öncə mütəmadi olaraq istirahət etdiyi Bakı şəhəri, Nəsimi bazarının yaxınlığında yerləşən «Göy göl» adlı çayxanada oturub çay içərkən Təqsirləndirilən şəxs çayxanaya gəlməsini görmüşdür. Cavad qoşularaq çay içməyə başlamış və həmin gün Şahid10la tanış olmuşlar. O, həmin görüşdə öz işi ilə əlaqədar təxminən 10-15 dəqiqəlik kənara çəkilmiş və geri qayıdanda Cavadla Vəlinin söhbət etməsini görmüşdür. Vəli ilə Cavad tanış olduqdan sonra bir-birilərinə məxsus mobil telefon nömrələrini götürmüşlər. Təqsirləndirilən şəxslə dostluq münasibətləri xətrinə yadında qalmayan tarixlərdə 1000, 1200, 500, 3700 manat məbləğində borca pul vermişdir. Cavad da cəmi bircə dəfə ona 1.000 manat pul qaytarmışdır. Ona borclu qaldığı vəsaitləri isə istəməmiş, yəni maddi durumunu nəzərə alıb gözləmişdir. Şahid10 isə heç vaxt borc pul verməmiş və ya borc pul almamışdır. Cavadın çoxlu sayda şəxslərə borclu olması barədə onda səthi məlumat olmuşdur. Lakin həmin şəxslərin şəxsiyyəti barədə onda hər-hansı məlumat olmamışdır. Bu barədə Cavaddan heç nə soruşmamışdır. Ona Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsindən ifadə vermək üçün dəvət zəngi daxil olduqdan sonra o, məsələni aydınlaşdırmaq üçün Cavadla əlaqə saxlayıb sonuncunu və Şahid10 birlikdə yanına çağırmış və onlar Bakı şəhəri, Nəsimi bazarı adlanan ərazidə yerləşən çayxanada görüşmüşlər. O, Cavaddan nəyə görə polisə çağırıldığını soruşmuşdur. Cavad bildirmişdir ki, Vəlinin həbsdə olan bir qohumunun işinin həlli ilə əlaqədar 20.000 manat pul almış və həmin iş alınmadığından pulu geri qaytarmışdır, yəni narahatçılığa heç bir əsas yoxdur. Vəli də eyni zamanda demişdir ki, Zöhrə adlı qohumunun oğlunu həbsdən azad etdirmək üçün Zöhrədən pul almış və hamısını gətirib Cavada vermişdir ki, sonuncu bu işi həll etsin. Həmin iş isə bilmədiyi səbəblərdən baş tutmamışdır. Vəli bildirmişdir ki, hətta bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində izahat vermiş və bütün pulu Cavada vermişdir. Onun isə bu məsələdən isə ümumiyyətlə xəbəri olmamışdır. O, Cavada zəng etdiyi zamanlarda bəzən sonuncuya zəng çatmamışdır. Cavada qısaca olaraq mesajla «S» hərfi yazmışdır ki, mesajını görüb geri yığsın. Həmin mesajların elə bir xüsusi əhəmiyyəti və mənası olmamış, «S» hərfi yazmaqla bir növ «Salam» kəlməsini nəzərdə tutmuşdur. Başqa niyyəti olmamışdır. Cavad işi ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə gedib-gəlmişdir. Cavad ona demişdir ki, guya kimdənsə şikayət etmiş və pul alasıdır. Azər adlı şəxsi isə Cavad ya Bakı Şəhər BPİ-nin ya da Bakı Şəhər Prokurorluğunun əməkdaşı kimi ona təqdim etmişdir. Həmin şəxsi o, şəxsən görməmiş və tanımamışdır. Cavad ona demişdir ki, pulunu alan kimi ona 30.000 manat pul verəcəkdir. Çünki o, dar günündə Cavada əl tutmuşdur. Həmin ərəfədə onun işi pis getdiyi üçün Cavad ona maddi cəhətdən əl tutacağını demişdir. O da bu səbəbdən Cavadın işinin alınıb-alınmamasını soruşmuşdur. Təqsirləndirilən şəxslə aralarındakı digər yazışmalarda göstərilən «Kərim», «Sadiq», «Rəşad», «Tahir» adlı şəxslərin şəxsiyyəti, habelə yazışmalarda Cavaddan Bakı Şəhər BPİ ilə maraqlanmasının səbəbi Cavadın Bakı Şəhər BPİ-də işinin olması olmuş, həmin işlə bağlı bir dost kimi maraqlanmışdır. Həm də Cavad BPİ-də olan şikayəti ilə əlaqədar pul alası imiş. Cavad söz vermişdir ki, həmin puldan ona da verəcəkdir ki, işini yoluna qoysun, maddi sıxıntı çəkməsin. Kərim beton zavodunda onun şərikidir. Sadiq adlı şəxs Cavadla onun ortaq tanışı olmuş və Sadiqin torpaq sahəsi olmuşdur. Cavad Sadiqə söz vermişdir ki, həmin torpaq sahəsinin özəlləşdirilməsi məsələsində köməklik edəcək. Sonda isə həmin məsələ alınmamışdır. Rəşad isə onun qohumudur. Tahir adlı şəxsin isə kim olmasını xatırlamamışdır. Həmin yazışmalarda konkret olaraq söhbətin nədən getdiyi yadında qalmamışdır. Zərərçəkmiş şəxs10 oğlu Xəqani Əliyevin həbsdən azad edilməsi ilə bağlı isə heç bir danışıqda iştirak etməmiş, heç kimdən pul tələb etməmiş, Zərərçəkmiş şəxs10 da ümumiyyətlə tanımamışdır. Bundan başqa o, heç kimə qarşı hədə-qorxu gəlməmişdir. Şahid12 təxminən 7 ay öncə cəmi bir dəfə görmüşdür. Belə ki, o, Nəsimi bazarı adlanan ərazidə yerləşən «Göy göl» adlı çayxananın yanından keçərkən Vəli və Cavadın birlikdə orada olmasını görmüşdür. Həmin vaxt onların yanında daha bir nəfər şəxs olmuşdur. Həmin şəxsin adını bilməmişdir. O, orada bir neçə dəqiqə oturub birlikdə çay içdikdən sonra öz işlərinin dalınca getmişdir. Həmin görüşdən uzun müddət sonra o BPİ-yə çağırıldığı zaman Vəli və Cavadla şikayətin təfərrüatları barədə söhbət edən zaman onlar yadına salmışlar ki, bir neçə ay öncə kafedə onların yanında oturan şəxsin adı Mahir olmuş və həmin Mahir, Zərərçəkmiş şəxs10 yeznəsi, yəni qohumu olmuşdur. Onun Mahirlə başqa əlaqəsi olmamışdır. Nə Cavad, nə də ki, Vəli ona hər-hansı məbləğdə pul verməmiş, həmin pulu verəcəklərinə dair vəd də verməmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid13 ifadəsində göstərdi ki, X45 onun qardaşı, Zərərçəkmiş şəxs10 isə onun anasıdır. X55 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə həbs edilmiş və barəsində olan cinayət işi məhkəmə göndərilmişdir ki, nəticədə Xəqaniyə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəqaninin barəsində cinayət təqibi aparılan zaman sonuncunun həbsdən azad edilməsi məsələsini həll etmək məqsədi ilə uzaq qohumu Şahid10 gah onun anasının, gah da onun yaşadığı evə qonaq qismində gəlmişdir. İlk əvvəl Vəlinin adının Vəzir olmasını zənn etmiş, sonradan bilmişdir ki, əsl adı Vəlidir. Bu məqsədlə onlar bir neçə dəfə görüşüb Xəqaninin aqibətini müzakirə etmişlər. Şahid10 söz vermişdir ki, Xəqaninin həbsdən azad edilməsi məsələsi pul müqabilində öz həllini tapacaqdır. Söhbətlər zamanı Vəli bu işi böyük nüfuza malik tanışlarının vasitəsi ilə həyata keçirməsini demişdir. Belə ki, Vəlinin tikinti işi ilə məşğul olan «İman» adlı dostu olmuş, İman onu Cavad adlı şəxslə tanış etmiş, Cavad da Xəqaninin həbsdən azad edilməsi işini həll edəcəyini öz öhdəsinə götürmüşdür. Məbləğlə bağlı Zərərçəkmiş şəxs10 razılıq verdikdən sonra 2019-cu ilin oktyabr ayının ortalarında Şahid10 növbəti dəfə onun yaşadığı ünvan 40 ünvanda yerləşən evinə gəlmişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs10 da onun evində olmuşdur. Şahid10 orada Zöhrədən 6.000 manat məbləğində pul vəsaitini almışdır. Bundan başqa növbəti gün, o, anası Zərərçəkmiş şəxs10 məxsus 4.000 manat pulu Zöhrə İsmayılovanın sözünə görə Xəqaninin arvadı Şahid14 2019-cu ilin oktyabr ayında ünvan 41 ünvanda yerləşən «Rahat» adlı marketin içərisində, kassanın qarşısında onun iştirakı ilə Şahid10 vermişdir. Pulun məhz orada, marketin içərisində verilməsini Aliyə özü təklif etmişdir ki, marketdə olan kameralarda bu hadisə qeydə alınsın və zərurət yaranarsa əllərində sübut olsun. Şahid10 söz vermişdi ki, Xəqani tezliklə həbsədən azad olunacaqdır. Bundan başqa Zərərçəkmiş şəxs10 tərəfindən Şahid10 əlavə pul vəsaitləri də verilmişdir. Şahid10 birgə guya ki, Xəqaninin işini həll etməyə çalışan Təqsirləndirilən şəxs və İman adlı şəxslər isə pul vəsaitlərini ələ keçirmiş, lakin qardaşının həbsdən azad edilməsi məsələsini həll etməmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid14 ifadəsində göstərdi ki, X45 onun əri, Zərərçəkmiş şəxs10 isə onun qayınanasıdır. O Xəqani Əliyevlə 1999-cu ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 (iki) övladı vardır. X72 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə həbs edilmiş və barəsində olan cinayət işi məhkəmə göndərilmişdir ki, nəticədə Xəqaniyə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəqaninin barəsində cinayət təqibi aparılan zaman həbsdən azad edilməsi məsələsini həll etmək məqsədi ilə ailəsinə məxsus 4.000 manat pulu şəxsən o, qayınanası Zöhrə İsmayılovanın sözünə görə 2019-cu ilin oktyabr ayında ünvan 41 ünvanda yerləşən «Rahat» adlı marketin içərisində, kassanın qarşısında baldızı Şahid13 iştirakı ilə Şahid10 vermişdir. Şahid10 söz vermişdir ki, onun əri Xəqani tezliklə həbsədən azad olunacaqdır. Bundan başqa qayınanası tərəfindən Şahid10 əlavə pul vəsaitləri də verilmişdir. Şahid10la birgə guya ki, onun ərinin işini həll etməyə çalışan, üzdən görmədiyi, yalnız adını eşitdiyi Təqsirləndirilən şəxs adlı şəxs isə pul vəsaitlərini ələ keçirmiş, lakin ərinin həbsdən azad edilməsi məsələsini həll etməmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid15 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımamışdır. İstanbul klinikanın yaxınlığında yaşadığından kompüter işi ilə bağlı ora müraciət etmişdir. İş üçün görüşə getdiyi vaxt günorta vaxtı olmuş, ona aşağıdan yuxarı qalxmasını bildirmişlər. Onu Əziz adlı şəxs qəbul etmişdir, otaqda ikisi olmuşlar. Əzizin otağına daxil olanda sonuncu kresloda oturmuş, qarşısındakı stolun üstündə telefon, özü isə həyəcanlı və əsəbi vəziyyətdə olmuşdur. O, dərhal gedib su alıb gətirmişdir. Əzizin halından kiminsə tərəfindən təhdid edilməsi və buna görə də həyəcanlanması hiss olunmuşdur. Əzizin halından sonuncunun öz özünə deyil, kimsə tərəfindən əsəbləşdirildiyi, sanki telefonla təhdid edildiyi təxmin edilmişdir. O, Əzizə kömək edəndə sonuncu dodaqaltı “yox məni öldürəcəkmiş, sən məni öldürə bilməzsən” deyə deyinmişdir. Lakin konkret kiminsə adını çəkməmişdir. O, kömək çağırmış və sonra ona aidiyyəti olmadığından çıxıb getmişdir. Sonradan həmin klinikaya işə düzəlmiş, lakin Əzizlə heç bir yaxınlığı olmadığından sonuncudan məsələlərlə bağlı maraqlanmamışdır. Şahid15 ifadəsinin davamında göstərdi ki, məhkəmədə verdiyi ifadəsi düzgün ifadədir. Əzizi əvvəllər görməmiş və tanımamışdır. Otaqda olduğu zaman Əziz ona kiminsə onu (Əzizi) güllə ilə vuracağını deməmişdir. O, artıq klinikada işlədiyinə görə onu istintaqa dəvət etmişlər. Ola bilsin Əziz onun adını çəkib dindirilməsini istəmişdir. Məhkəmə baxışı zamanı iş üzrə Şahid15 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən edildi ki, Şahid15 məhkəməyədək icraatda verdiyi ifadələrində göstərmişdir ki, maddi vəziyyəti ilə əlaqədar olaraq 2016-cı ilin iyul ayında özünə iş yeri axtarmışdır. Onun ixtisası kompüter formatı və təmiri olmuşdur. Bu məqsədlə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən «X73 İstanbul» klinikasını görmüş və iş tapmaq məqsədi ilə həmin klinikaya daxil olaraq qəbulda qarşılaşdığı şəxsdən işə düzəlmək məqsədi ilə müdiriyyətin yanına girmək istədiyini bildirmiş və bir neçə dəqiqə sonra əməkdaşlar tərəfindən 5-ci mərtəbədə yerləşən müdir otağına ötürülmüşdür. Onu qarşılayan klinikanın direktoru Zərərçəkmiş şəxs1 kompüterlərin təmiri və digər texniki məsələlərin həlli ilə bağlı bacardığı işləri sadalamış və Əziz müəllim onu işə götürməyə razılıq vermişdir. Bununla da o, orada təxminən 7 ay işləmişdir. Onun müəyyən edilmiş iş saatı olmamışdır. Bəzən gecə saat 01 radələrinədək də işdə qalıb öz işlərini görmüşdür. 2016-cı ilin iyul ayının sonlarında axşam saatlarında klinikada olan zaman işlə əlaqədar Əziz müəllimin yanına girməli olmuşdur. O, Əzizin iş otağında olmasını görüb qapını döyərək içəri daxil olmuşdur. Görmüşdür ki, Əziz müəllimin halı dəyişib. Əziz çox həyəcanlı və təşviş içərisində olmuşdur. Dərhal Əzizə su süzərək içməsi və özünə gəlməsi üçün vermişdir. Bundan sonra Əzizdən nə baş verməsini və nə ilə kömək edə biləcəyini soruşmuşdur. Əziz müəllim ona narahat olmamağını bildirmişdir. Lakin o, Əzizi daha əvvəllər bu vəziyyətdə görmədiyi üçün və aralarında səmimi münasibətlər olduğu üçün israrla bir daha nə baş verməsini Əziz müəllimdən soruşmuşdur. Əziz müəllim suala cavab vermək istəməsə də sonda bir nəfər şəxs tərəfindən uzun müddətdir ki, hədələndiyini, bir az əvvəl də həmin şəxsin zəng edərək Əzizi güllələyəcəyi ilə hədələdiyini bildirmişdir. O, həmin şəxsi tanımadığına və Əziz müəllimlə aralarında olan haqq-hesabdan ümumiyyətlə məlumatlı olmadığına görə Əzizə başqa sual verməmiş və təklif etmişdir ki, gecə növbəsində olan həkimlərdən birini çağırsın ki, Əzizi müayinə edib dərman versin. Lakin Əziz müəllim bundan imtina edib çox tələsik və həyəcanlı bir halda otağını tərk edib harasa getmişdir. Bundan sonra baş verənlərdən onun xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid16 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1lə uzaqdan qohumdur, sonuncuya tez-tez kənd məhsulları gətirmişdir. 2016-cı ilin yay aylarının birində, dəqiq saatını xatırlamadığı vaxtda qohumu Zərərçəkmiş şəxs1 rayondan gətirdiyi sovqatı çatdırmaq üçün sonuncunun yanına, İstanbul klinikasına gəlmişdir. Klinikaya çatdıqda gətirdiyi sovqatı aşağıda Əzizin tapşırdığı şəxsə vermiş, özü isə yuxarı, Əzizin yanına qalxmışdır. Əzizin yanında oturmuş, sonuncu telefonda kimləsə 3-5 dəqiqə danışmışdır. Telefonla danışdığı adamın adının Cavad olduğunu eşitmiş, lakin onların danışıqlarına qulaq asmadığından nə danışdıqlarını eşitməmiş, nəsə eşitmişdirsə də yadında qalmamışdır. Danışıb qurtarandan sonra Əzizin halı pisləşmiş, o, otaqdan çıxıb karidorda Emin həkimi görüb, çağırmışdır. Emin həkim gələndən sonra tibb bacısı çağırmış, Əziz müəllimə iynə vurmuşlar. Təxminən 40 dəqiqədən sonra Əziz özünə gəlmişdir. Nə olduğunu soruşmuş, Əziz Cavad tərəfindən ölümlə hədələndiyini bildirmişdir. Nə üçün hədələdiyini deyib-deməməsi xatirində qalmamışdır. Əziz ölümlə hədələndiyini, tüfənglə öldürəcəklərini dediklərini bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə Şahid16 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən edildi ki, Şahid16 məhkəməyədək icraatda verdiyi ifadələrində göstərmişdir ki, əslən İmişli rayonundan olsa da Bakı şəhərində yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, İmişli rayonundan olan ortaq tanışların vasitəsi ilə tanımışdır. Aralarında ədavət və düşmənçilik olmamışdır. 2016-cı ilin iyul ayının sonlarında yaşadığı İmişli rayonundan Bakı şəhərinə meyvə gətirən zaman Əzizin ailə üzvləri ona pul verərək meyvədən Zərərçəkmiş şəxs1 də çatdırmasını xahiş etmişlər. O da buna etiraz etməmiş və Bakı şəhərinə çatdıqdan sonra Əzizlə əlaqə saxlayıb sonuncuya çatası meyvələrin olmasını demişdir. Zərərçəkmiş şəxs1 yaşadığı məhəllədə Əzizlə görüşmüşdür. O, Əzizi yaşadığı binanın qarşısında görən zaman fikir vermişdir ki, Əziz hal-əhval etmədən, rayondakı qohum-qonşu barədə soraqlaşmadan tələsik meyvəni götürüb aparmaq istəmiş, tez-tez sağına və soluna nəzər yetirmiş, dayandığı yerdə vurnuxmuşdur. Əzizdən nə baş verməsini, nə səbəbə belə həyəcanlı olmasını soruşmuşdur. Əziz ilk əvvəl ona cavab vermək istəməsə də o, təkidlə bu barədə sual verdikdə Əziz bir nəfər Cavad adında şəxsin bu günlərdə zəng edib guya Əzizin ona borclu olmasını və əgər pulu qaytarmazsa tüfənglə öldürəcəyini bildirdiyini demişdir. Əziz əslində həmin adama borcunun olmadığını bildirmişdir. O, Əzizə polisə şikayət etməsini təklif etmişdir. Əziz də artıq müraciət etdiyini və bir neçə gündür ki, işə getmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ondan bu barədə rayonda heç kimə deməməsini xahiş etmişdir. O da buna etiraz etməyərək Əzizlə sağollaşmış və Bakı şəhərində öz işlərini başa vurduqdan sonra İmişli rayonuna qayıtmışdır. Hadisədən xeyli müddət sonra Zərərçəkmiş şəxs1lə növbəti dəfə Bakı şəhərində görüşən zaman Əzizin özündən sonuncunu öldürməklə hədələmiş şəxsin adının Cavad olduğunu xəbər tutmuşdur. Hadisə barədə onda başqa məlumatı olmamışdır (iş vərəqə: cild İX, 222-225). Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid17 Qələndər oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımışdır. Belə ki, o da əslən İmişli rayonundandır. Zərərçəkmiş şəxs1 ailəsi onun ailəsi ilə rayonda qonuşuluqda yaşamışdır. Aralarında ədavət və düşmənçilik olmamışdır. 2016-cı ilin avqust ayının əvvəllərində o, yaşadığı İmişli rayonunda olan zaman qonşu həyətdən, yəni Zərərçəkmiş şəxs1 ailəsinin yaşadığı həyətdən Əzizin səsini eşitmişdir. Zərərçəkmiş şəxs1 həmin ərəfədə uzun müddət idi ki, görmədiyi üçün hal-əhval etmək məqsədi ilə küçəyə çıxmış və Əzizin də küçəyə çıxmasını gözləmişdir. Bir neçə dəqiqədən sonra Əziz də küçəyə çıxmışdır. O, Əzizə yaxınlaşıb salamlaşmış, hal-əhval tutmuşdur. Həmin vaxt Əzizin çox dilxor, yəni tamamilə kefsiz, əhval-ruhiyyəsiz olmasını görmüşdür. Əzizdən nə baş verməsini soruşmuşdur. Əziz kənar adamlar eşitməsin deyə, onun qoluna girib kənara çəkmiş və söhbəti orada davam etdirmişdir. Həmin vaxt onların söhbətinə digər yaxın qonşu Şahid18 da qoşulmuşdur. Əziz Kamalı da uşaqlığından tanıdığı və aralarında səmimiyyət olduğu üçün buna etiraz etməmişdir. O, bir daha Əzizdən nəyə görə belə əsəbi, kefsiz olmasını soruşmuşdur. Əziz bildirmişdir ki: «heçnə, Cavad adında bir dələduz şərəfsizə ilişmişəm, məni şərləyir, yalandan pul istəyir, pulu çatdırmasam gəlib öldürəcək, bilmirəm nə edim». O, Əzizdən Cavad adlı şəxsin quldur, killer və s. olub olmaması, Əzizin Cavadın hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib etməməsi ilə maraqlanmamış, nə də Əzizə özünün gedib Cavadla danışıb məsələni həll etməyi təklif etməmişdir. Bundan sonra onlar bir neçə dəqiqə də Əzizlə söhbət etdikdən sonra hərəsi öz evinə yollanmışlar. 2019-cü ildə eşitmişdir ki, Zərərçəkmiş şəxs1 həqiqətən də Cavad adlı şəxsin barəsində polisə şikayət etmişdir. 2019-cu ildə isə Əziz onların ikisini də çağırmış, Cavadın işi ilə bağlı polisdə ifadə verməklərinin lazım olduğunu bildirmişdir. Şahid17 Qələndər oğlu ifadəsinin davamında göstərdi ki, Əziz rayona ildə bir dəfə, yaxşı halda 4-5 ayda bir gəlmiş, 2-3 gün qaldıqdan sonr getmişdir. Bu dəfə gəldikdə isə 10-11 gün qalmış, qayıtmama səbəbi kimi Cavaddan qorxmasını bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə Şahid17 Qələndər oğlunun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən edildi ki, Şahid17 Qələndər oğlu məhkəməyədək icraatda verdiyi ifadələrində Əzizdən sonuncunu hədələyən həmin şəxsin kim olmasını, nəyə görə belə təzyiqlər göstərməsini soruşmuş, əgər lazımdırsa gedib həmin şəxslə söhbət edib məsələyə aydınlıq gətirə biləcəyini təklif etmişdir. Əziz isə buna qəti etiraz edərək artıq problem istəmədiyini, həmin şəxsdən polisə şikayət etdiyini, nəticəsini gözlədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid18 ifadələrində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 Qələndər oğlu ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, məhkəməyədək icraatda verdiyi ifadələrində Əzizdən sonuncunu hədələyən həmin şəxsin kim olması, nəyə görə belə təzyiqlər göstərməsini soruşması, əgər lazımdırsa gedib həmin şəxslə söhbət edib məsələyə aydınlıq gətirə biləcəyini təklif etməsi, Əzizin isə buna qəti etiraz edərək artıq problem istəmədiyini, həmin şəxsdən polisə şikayət etdiyini, nəticəsini gözlədiyini bildirməsi ilə bağlı hissədə eynən Şahid17 Qələndər oğlu kimi ziddiyyətli ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu Zərərçəkmiş şəxs11 görə tanımışdır. Belə ki, əvvəllər bir neçə dəfə Cavadı Hüsaməddinin yanında görmüş, sonuncuların aralarında pul söhbəti olduğunun şahidi olmuşdur. Fərid adlı şəxsi əvvəllər görməmiş və tanımamışdır. 2013-cü ilin may ayında onun köməkliyi ilə Zərərçəkmiş şəxs11 özünə məxsus Yasamal rayonu, Naxçıvani küçəsi 15-də yerləşən qeyri-yaşayış sahəsini 240.000 manata satmış və sonuncunun təklifi ilə həmin pulu o, müvəqqəti olaraq öz evində saxlamışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs11 özünə Babək prospektində avtomaşın salonu almaq istəmiş, lakin nəzərdə tutulan pul tam düzəlməmişdir. Buna görə də ilkin olaraq 200.000 ABŞ dolları ödəməli olmuşdur. Bu məqsədlə 240.000 manata satdığı obyektin pulunun 157.000 manatını 200.000 ABŞ dollarına dəyişdirmişlər. 24 may 2013-cü il tarixə səhər saatlarında, təxminən saat 10.00 radələrində Hüsaməddin ona zəng edərək bildirmişdir ki, həmin puldan 160.000 ABŞ dollarını götürüb Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Bakond» mağazasının yaxınlığına aparıb sonuncuya versin. Ona görə də o, 24 may 2013-cü il tarixdə saat təxminən 10.10 radələrində idarə etdiyi avtomaşınla Hüsaməddinin dediyi ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Bakond» mağazasının yaxınlığına getmiş, Hüsaməddin avtomaşınına əyləşəndə həmin pulu sellofan torbada sonuncuya vermişdir. Hüsaməddin həmin yerə Cavadın sürücüsünin idarə etdiyi qara rəngli «Nissan» markalı avtomaşınla gəlmişdir. Onun idarə etdiyi avtomaşına oturanda söhbət zamanı Hüsaməddin ona demişdir ki, həmin pulu Almaniyadan son model «Range Rover» markalı avtomaşın gətizdirən Fərid adlı şəxsə verəcək, Fərid avtomaşın alveri ilə məşğul olur, həmin maşına görə Fərid 40.000 ABŞ dolları beh vermiş, pulun qalanını çatdırmasa behi batacaqmış. Həmin vaxt Hüsaməddin ona Fəridlə Cavadın da Nərimanov metrostansiyasının yaxınlığında olduqlarını demişdir. Bundan sonra pulu vermək üçün Hüsaməddin onun maşınından düşmüş və Cavadın sürücüsünün idarə etdiyi qara rəngli “Nissan” markalı avtomaşına minərək oradan uzaqlaşmışdır. O da qayıdıb öz işlərinin dalınca getmişdir. Sonrakı görüşlərin birində Hüsaməddin ona həmin 160.000 ABŞ dollarını Fəridə verdiyini, bir ay müddətinə avtomaşın Bakı şəhərinə gəlməsə Fərid pulu qaytaracağına söz verdiyini demişdir. Bir ay sonra Hüsaməddinin təklifi ilə o, sonuncu ilə Fəridin Atatürk prospektində yerləşən avtosalonuna getmişlər. Orada Hüsaməddin avtomaşınla maraqlananda Fərid onun yanında Hüsaməddinə bildirmişdir ki, hər şey qaydasındadır, narahatçılığa ehtiyac yoxdur, iyun ayının 23-də avtomaşını Hüsaməddinə təhvil verəcək, əks təqdirdə aldığı 160.000 ABŞ dollarını şəxsən Hüsaməddinə qaytaracaq. Sonra 21 iyun 2013-cü il tarixdə, axşam saat 21.30 radələrində Hüsaməddinin təklifi ilə sonuncunun yaşadığı evin həyətinə getmiş, Cavadla sürücüsü də orada olmuşlar. Orada Hüsaməddin ona demişdi ki, Fərid onu aldadaraq Şəki şəhərinə getmişdir. Cavad isə orada Hüsaməddinə demişdi ki, həmin pulu, yəni 160.000 ABŞ dollarını Hüsaməddinə özü qaytaracaq. Əgər inanmırsa Cavad özünə məxsus «BMW» markalı avtomaşını Hüsaməddinin evinin yanında saxlamış, Almaniyadan gələn son model «Range Rover» markalı avtomaşından baha olduğunu deyib, əgər pul çatmasa həmin avtomaşını sata biləcəyini bildirərək həmin avtomaşının sənədlərini və açarını da Hüsaməddinə verib sürücüsü ilə çıxıb getmişdir. Həmin gecə o, Hüsaməddinin təklifi ilə sonuncunu idarə etdiyi avtomaşınla Şəki şəhərinə aparmış, orada nə qədər soraqlaşsalar da Fəridi tapmayıb geri qayıtmışlar. Fərid həmin vaxt mobil telefonlarını da söndürmüşdür. Cavad isə tibb klinikasını satacağını və özünün aldığı 315.000 ABŞ dolları ilə birgə Fəridin aldığı 160.000 ABŞ dollarını da özünün qaytaracağını Hüsaməddinə söz vermişdi. Buna görə 25 iyun 2013-cü il tarixdə Hüsaməddinlə Cavadın arasında borc müqaviləsi bağlanmışdır. Sonradan Cavada məxsus «BMW» markalı avtomaşınla maraqlananda, yəni sənədlərinə baxanda görmüşdür ki, həmin avtomaşın bankda girovdadır və banka 92.000 manat kredit borcu vardır. Zərərçəkmiş şəxs11 160.000 ABŞ dolları pulu Şahid19 verdiyini görməmiş, lakin həm əvvəl Hüsaməddinlə arasında, həm də sonradan Fəridlə Hüsaməddinin, həmçinin Cavadla Hüsaməddinin aralarında olan söhbətlərdən başa düşmüşdür ki, həqiqətən də Zərərçəkmiş şəxs11 160.000 ABŞ dolları pulu Şahid19 Almaniyadan avtomaşın gətirməsi üçün vermişdir. Bundan sonra isə bir dəfə Hüsaməddin ona “Cavad sağ olsun, verdiyim pulun hamısını bağladı” demişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı təxminən 6-7 ildir tanıyır, aralarında dostluq münasibəti var. 2013-cü il may ayının sonlarında Cavadla birlikdə olduğu zaman sonuncu ondan xahiş etmişdi ki, birlikdə Yasamalda yaşayan dostunun yanına getsinlər. O, razılaşaraq Cavadla Yasamal bazarı ətrafında xatırlamadığı ünvana getmişdir. Cavad orada əvvəllər tanımadığı Zərərçəkmiş şəxs11lə görüşmüş və sonuncunu onunla da tanış etmişdi. Bundan sonra o, kənarda dayanmış, Cavadla Hüsaməddin isə 10-15 dəqiqə söhbət etmiş, ona isə maraqlı olmadığı üçün avtomaşında oturub gözləmişdi. Sabahı günü isə o, Cavadla çay içərkən sonuncu telefonla danışdıqdan sonra birlikdə Nərimanov kinoteatrı yaxınlığına birlikdə getməyi xahiş etmişdir. Cavadla o, birlikdə həmin ünvana getmiş, orada Cavad Hüsaməddinlə görüşmüş, Hüsaməddin Cavada sellofana bükülmüş halda pul vermiş, sonra Cavadla oradan çıxıb getmişlər. Onun Hüsaməddinlə heç bir alış-verişi olmamışdır. Bundan sonra 26.06.2013-cü il tarixdə Hüsaməddin Atatürk prospektində yerləşən çayxanaya gələrək ona Cavadla birlikdə gəldiyi üçün pulunun onda olduğunu bildirib ondan 160.000 ABŞ dolları tələb etmişdir. O, Hüsaməddindən pul almadığını və onu yalandan şərlədiyi üçün Cavaddan təcili gəlməsini xahiş etmişdir. Cavad ora gələn kimi sonuncudan məsələnin nə yerdə olmasını soruşmuş, Təqsirləndirilən şəxs Hüsaməddinə pulu özünün aldığını və özünün də qaytaracağını demiş, 25.06.2013-cü ildə borcun etirafı barədə notarial qaydada təsdiq olunmuş müqavilə də bağlamışlar. Təqsirləndirilən şəxs həmin müqavilənin surətini ona verərək onun Hüsaməddinlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. O, Hüsaməddinə “Range Rover” markalı avtomobil gətirəcəyi barədə heç bir söz verməmiş, bu barədə Hüsaməddinlə söhbəti də olmamışdır. Həmin pulu Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs almış, o, almamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2005-2006-cı ildən tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Binə bazarında mağaza işlətmiş və o, Təqsirləndirilən şəxslə alver məqsədi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 da həmin vaxt Cavadın vasitəsilə tanımışdır. Lakin sonuncu ilə aralarında heç bir münasibətləri, yəni alış-veriş, haqq-hesab olmamış, ancaq salamlaşma və hal-əhval tutmadan ibarət olmuşdur. Onun əvvəllər Təqsirləndirilən şəxslə aralarında həmişə pul haqq-hesabı olmuşdur. Həmin ərəfələrdə də Təqsirləndirilən şəxs ona pul borcu olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona borc pul tapıb verəcəyini, işini yoluna qoyandan sonra həmin pulu Təqsirləndirilən şəxs qaytaracağını, köhnə borcun isə qalmasını, həmin pulu köhnə borca qatmamasını bildirmişdir. Təqsirləndirilən şəxs ona şərik olması barədə Zərərçəkmiş şəxs2 hər hansı bir söz deməsini eşitməmiş, onun yanında onların bu mövzuda söhbətləri olmamışdır. O da Zərərçəkmiş şəxs2 özünə şərik edəcəyini sonuncuya deməmiş, həmçinin Dubaydan Zərərçəkmiş şəxs2 çatdırması üçün Təqsirləndirilən şəxsa hər hansı məbləğdə pul göndərməmişdir. Həmin pulu Təqsirləndirilən şəxs Nəsimi rayonunda yerləşən parkdakı çayxanada almış və həmin vaxt Zərərçəkmiş şəxs2 da orada olmuşdur. Belə ki, Cavad ona zəng edərək həmin çayxanaya getməsini və İqrar müəllimin orada olduğunu demişdir. O da həmin çayxanaya gedəndə artıq Zərərçəkmiş şəxs2 orada çay içdiyini və stolun üstündə bağlamanın olduğunu görmüşdür. O, sonuncu ilə bir stolun arxasında oturub çay içə-içə Cavadı gözləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs özü də ora gələrək həmin pulu götürmüşdür. Onlar ayrılanda Zərərçəkmiş şəxs2 getmiş, o isə Cavadla bir avtomaşına oturmuş və orada Cavad həmin pulu ona borc kimi vermişdir. Təxminən 2-3 ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək həmin pulu ona olan borcunun əvəzinə hesablamasını və ona olan borcu həmin məbləğdə azaltmasını bildirmişdir. O da razılaşmış və Cavadın ona olan borcunu həmin məbləğdə azaltmışdır. Həmin hadisələr zamanı onun Zərərçəkmiş şəxs2la aralarında heç bir haqq-hesab olmamış, o, şəxsən Zərərçəkmiş şəxs2 hər hansı bir məbləğdə pul almamış və sonuncunu öz biznesinə şərik edəcəyinə vəd verməmişdir. Həmin hadisələrdən bir neçə ay sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək 35.000 manatının aqibəti necə olacağını soruşaraq ondan pulunu istədikdə o, Zərərçəkmiş şəxs2 həmin pulu Təqsirləndirilən şəxsdan borc aldığını və həmin haqq-hesabı Cavadla aralarında bağladıqlarını bildirmişdir. Cavada iki ay dalbadal götürdüyü gəlirdən verdiyi 1.750 manat pulu Zərərçəkmiş şəxs2 şərik pulu kimi çatdırmasından ötrü verməmişdir. Həmin pulu yəqin ki, Cavad özündən İqrara vermişdir. O, şəxsən Cavada heç vaxt pul göndərməmiş, Qazaxıstan Respublikasında gömrükdə malları heç vaxt saxlanılmamış və həmin malların çıxarılması üçün 35.000 manat məbləğində pul lazım olmamışdır, həmin pulu, o, Cavaddan öz şəxsi işlərini qaydasına qoymaq üçün almışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid7, Şahid8 və Şahid9 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 oğlu onun əridir. Təxminən 2013-cü ildə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 3 otaqlı binada yerləşən mənzillərini satmışlar ki, özləri üçün həyət evi tikdirsinlər. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında yerləşən 2 sot boş torpaq sahəsini almışlar ki, orada ev tikdirsinlər. Lakin alınan torpaq sahəsinin yaxınlığında istifadəsiz neft kəməri keçdiyindən üzərində tikinti aparmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığı tələb olunmuşdur. Ona görə də «Socar»ın razılığını əldə etmək üçün Rauf çalışmağa başlamışdır. Həmin ərəfədə onlar öz evlərini satdıqları üçün Badamdar qəsəbəsi, C.Hasilov küçəsi, ev 28, mənzil 5 ünvanında kirayədə yaşamışlar. Rauf qeyd edilən ünvanda qonşuluqda yaşayan X28 ilə tanış olmuş, sonuncu özünü «Socar»ın əməkdaşı kimi təqdim etmiş, evin tikilməsində köməklik edəcəyini, icazəni alacağını vəd etmişdir. Bu adla Fətulla 2014-cü ilin yay aylarında Raufdan pul tələb etmiş, ona görə də o, bacısı Afaqdan borca 10.000 ABŞ dolları məbləğində borc pul götürmüş, həmin pulun 2.000 anatını Rauf Fətulla adlı şəxsə, 5.000 manatını Fətullanın Raufla tanış etdiyi, «Socar»ın vitse-prezidnetinin yaxın qohumu kimi onlara təqdim edilən Cavad adlı şəxsə verilmişdir ki, Cavadla Fətulla tikintiyə icazə sənədini alsınlar. Lakin onlar verdiyi vədə əməl etməyərək nə pulu qaytarmamış, nə də ki, icazə sənədinin almasını təmin etməmişlər (iş vərəqə: cild İİ, səh. 134-135). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 136-137). Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2015-ci ilin oktyabr ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ondan, tanışı Zərərçəkmiş şəxs4 «Socar» şirkətində işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. O, Cavada demişdir ki, Emini həmin şirkətə heç cür işə düzəldə bilməz. Lakin özəl mühafizə şirkətlərinin birində gələcəkdə imkan olsa işlə təmin olunmasına köməklik göstərə bilər. Daha sonra 19.10.2015-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 onun işlədiyi Neft Kəmərləri İdarəsinə gələrək onunla danışmışlar. Orada da Zərərçəkmiş şəxs4 demişdir ki, özəl mühafizə şirkətlərinin birində, gələcəkdə imkan olsa işlə təmin olunmasına köməklik göstərə bilər. Bundan sonra Cavadla Emin aralanıb getmişlər. Daha sonra 2016-cı ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs4 yenə də Neft Kəmərləri İdarəsinə gələrək onunla görüşmüş, söhbət zamanı Emin ondan nə vaxt işə düzələcəyini soruşmuş, o buna söz verməmiş özəl mühafizə şirkətlərinin birində gələcəkdə imkan olsa işlə təmin olunmasına köməklik göstərə biləcəyini demişdir. Sonra Emin həmin işin həll olunması üçün Təqsirləndirilən şəxs 4.000 manat pul verdiyini demişdir. Onun həmin puldan xəbəri olmadığından Zərərçəkmiş şəxs4 məsləhət görmüşdür ki, polisə müraciət edərək pulunu geri alsın (iş vərəqə: cild İİİ, səh. 207-209). Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 15 ildir tanımış, yaxın dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs 2012-ci ildən dostu Zərərçəkmiş şəxs11 yanında görüb tanımışdır. Şahid19 isə tanımır və heç vaxt görməmiş, yalnız adını eşitmişdir. Tarixi dəqiq xatırlamır, 2013-cü ilin may ayının axırlarında o, Zərərçəkmiş şəxs11lə görüşəndə sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs şəriki, alverçi və ən bahalı maşınları satmaqla məşğul olan, Binəqədi rayonu, Atatürk prospektində avtomobil salonu işlədən Şahid19 adlı şəxsə Almaniyadan «Range Rover» avtobioqrafi markalı avtomobil gətirməsi üçün 160.000 ABŞ dolları məbləğində pul vermişdir ki, tezliklə, yəni təxminən bir ay müddətinə Şahid19 sonuncuya Almaniyadan həmin avtomobili Bakı şəhərinə gətirib gömrük məsələsini həll etdikdən sonra Hüsaməddinə versin. Cavadla Fəridin demələrinə görə həmin avtomobil Hüsaməddinə təxminən 40.000-50.000 ABŞ dolları ucuzuna başa gələcəkdi. Belə ki, onların deməsinə görə həmin avtomobilin Bakı salonlarında qiyməti 240.000-250.000 ABŞ dollarıdır. Bir müddət sonra o, yenə də Zərərçəkmiş şəxs11lə görüşəndə sonuncu bildirmişdir ki, pulu verdiyi vaxtdan müəyyən muddət keçsə də, Şahid19la Təqsirləndirilən şəxs ona həmin avtomobili gətirməmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs11 ondan xahiş etmişdir ki, onu idarə etdiyi avtomobillə Şahid19 Binəqədi rayonu, Atatürk prospektində olan avtomobil salonuna aparsın. O, razılaşmış və həmin vaxt bir ay ərzində Zərərçəkmiş şəxs11lə 3 dəfə həmin salona getmişlər. Lakin onlar hər dəfə ora gedəndə Şahid19 salonda tapmamışlar. Həmin vaxt Hüsaməddin ona demişdir ki, ondan əvvəl Cavanşirlə də həmin salona getmiş, Fərid ona söz vermişdir ki, tezliklə avtomaşını gətirəcək, narahat olmasın, lakin 2013-cü ilin iyun ayının axırlarında Fərid onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, avtomobil məsələsi alınmadığından aldığı 160.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vasitəsi ilə Hüsaməddinə çatdıracaq, özü isə ailə üzvləri ilə birlikdə Şəki şəhərinə gedir. Hüsaməddin də telefonda Şahid19 bildirmişdir ki, pulu əlbəəl Fəridə verdiyi üçün ondan da istəmiş, pulu Cavada verməmişdir ki, sonuncudan da alsın. Hüsaməddinin bu sözlərindən sonra Şahid19 öz mobil telefonunu söndürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs11 nə qədər zəng etsə də Fərid telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, Hüsaməddinin təklifi ilə sonuncunu Nərimanov rayonuna Şahid19 atası Akiflə görüşməyə aparmışdır. O, Hüsaməddini Nərimanov rayonu ərazisində yerləşən çayxanaya aparmış, Şahid19 atası Akif adlı şəxs də ora gəlmiş və onlar orada görüşmüşlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs11lə Akifin söhbətlərində iştirak etmişdir. Həmin söhbət zamanı Hüsaməddin kişi Akifə bildirmişdir ki, oğlu Fəridin ona pul borcu var, həmin pulu istəyir. Akif isə bildirmişdir ki, onun oğlu Fəridə Təqsirləndirilən şəxs pul borcu olub, Fərid pulu Hüsaməddindən ona görə alıb. Hüsaməddin də narazılığını bildirmişdir ki, Fərid nə üçün pulu alanda bunu demirdi, pulu avtomaşın gətirmək adı ilə alırdı. Bir qədər söhbətdən sonra isə Akif bildirmişdir ki, onun Fərid adlı oğlu yoxdur və çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs11 160.000 ABŞ dolları pulu Şahid19 verdiyini şəxsən görməmiş, həmin hadisə zamanı orada iştirak etməmişdir. Lakin sonralar Cavadla Hüsaməddinin aralarında olan söhbətlərdən başa düşmüşdür ki, həqiqətən də Zərərçəkmiş şəxs11 160.000 ABŞ dolları pulu Şahid19 Almaniyadan avtomaşın gətirməsi üçün vermişdir. Həmin vaxtlar Zərərçəkmiş şəxs11 özünə məxsus Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən dükanını 260.000 manata satmışdı və Şahid19 da həmin puldan vermişdir (iş vərəqə: cild Vİİ, səh. 45-47). Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2013cü ilin əvvəllərindən Ramin adlı dostunun vasitəsi ilə tanımışdır. Cavad özünü ona iş adamı kimi təqdim etmiş və söhbət əsnasında Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa» Tibb Mərkəzinin sahibi olduğunu bildirmişdir. 2013-cü ilin iyun ayının sonlarında o, dostu Raminlə birlikdə müayinə olunmaq üçün Cavada məxsus «Pendik Şifa» tibb mərkəzinə getmiş, orada USM-dan keçmişdir. 3 gündən sonra o, analizin cavabların almaq üçün yenidən həmin tibb mərkəzinə qayıtmışdır. Orada Təqsirləndirilən şəxslə görüşmüş və sonuncu sürücüsünü iş dalınca göndərdiyi üçün piyada olduğunu deyərək onu Nərimanov metrostansiyasının yanına aparmağı xahiş etmişdir. Həmin gün günorta radələrində Atatürk prospektində yolun qırağında olan çayxananın qarşısında Cavad ondan avtomaşını saxlamağı xahiş etmişdir. Həmin çayxanada Hüsaməddin adlı şəxs Fəridlə mübahisə edərək Fəridə bildirmişdir ki, Cavad evinin qarşısına gələrək orada avtomaşın gətirmək adı ilə 160.000 ABŞ dolları pul almış, hazırkı günə kimi də maşını gətirməmiş, ona görə də Fərid 160.000 ABŞ dollarını qaytarsın. Bu zaman Cavad Hüsaməddini sakitləşdirərək narahat olmamağı və həmin 160.000 ABŞ dollarını Hüsaməddinə Cavad özü qaytaracağını bildirmişdir. Həmin söhbətlərin ona aidiyyəti olmadığı üçün o, söhbətə müdaxilə etməmişdir. Lakin oradan durandan sonra Cavada demişdir ki, həmin kişi yaşlı adamdır və həm də imkanlı adama oxşayır, imkanlı adamlar isə heç kəsin üzünə yalandan durmaz. Cavad isə Hüsaməddinə borcu olduğunu və klinikasını sataraq Hüsaməddinin borcunu ödəyəcəyini bildirmişdir (iş vərəqə: cild İV, səh. 96-98). Şahid8 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır, həmin vaxtdan Cavadın rəhbərlik etdiyi daşınar və daşınmaz əmlakların qiymətləndirmə şirkətində sürücü işləmiş, 2012-ci ildən Cavadın rəhbərlik etdiyi ünvan 44 ünvanında yerləşən «Pendik Şifa» tibb mərkəzində sürücü işləmişdir. 2013-cü ildə öz istəyi ilə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs11 isə Cavada görə təxminən 2013-cü ilin əvvəllərindən tanımışdır. Belə ki, Cavad bir neçə dəfə ona zərfdə pul verərək Hüsaməddinə catdırmağını xahiş etmiş, lakin o, həmin zərfdə nə qədər pulun olduğunu və nə məqsədlə Hüsaməddinə verildiyini bilməmişdir. O, hər dəfə pulu Yasamal rayonunda Hüsaməddinin yaşadığı ünvanda sonuncuya vermiş və hər dəfə də Cavadla əlaqə saxlayaraq pulu alması barədə məlumat verməsini xahiş etmişdir. Fəridi də Cavada görə tanımış və bir-iki dəfə görmüşdür. Əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (bundan sonra BMCMİ) və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində şahid qismində dindirilmişdir. BMCMİ-də ifadə verərkən yanında nümayəndəsi (vəkili) olan İlham müəllim iştirak etmişdir. Həmin ifadədə göstərilənlər həqiqətdir. İbtidai istintaq dövründə onu yenidən dindirmək üçün Binəqədi RPİ-nin müstəntiqi Mehman Ələsgərov yanına dəvət etmiş və dindirmişdir. Həmin vaxt yanında nümyəndəsi olmamışdır. Mehman müəllim onu qarşılayaraq bildirmişdir ki, istintaq zərurəti yarandığından əlavə ifadəsi alınmalıdır və bununla bağlı narahat olmasın. Belə ki, əgər o, əvvəl BMCMİ-də verdiyi ifadəni təsdiq edirsə həmin ifadəni bir daha başqa bir protokola köçürsün, eyni ifadəyə bir daha imza etsin. O da buna etiraz etməmiş və müstəntiq Mehman Ələsgərovun yazdığını, yəni deməsinə görə əvvəlki ifadəsindən köçürdüyü eyni ifadəni oxumadan ona imza ataraq polis idarəsini tərk etmişdir. Eyni qaydada o, müstəntiq Mehman tərəfindən həm Təqsirləndirilən şəxslə, həm də Şahid19la üzləşdirilmişdir. Həmin istintaq hərəkəti protokolunda da nə yazıldığından ümumiyyətlə xəbəri olmamışdır. Həmin sənədi müstəntiqə inanaraq oxumadan imza etmişdir. Hadisədən uzun müddət ötdüyü üçün dəqiq təfərrüatları xatırlamır. BMCMİ-də və Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində verdiyi müxtəlif məzmunlu ifadələr tanış olması üçün Şahid8 təqdim edilməklə həmin protokollarda mövcud ziddiyyətlər barədə verilən suala cavab olaraq o göstərmişdir ki, həmin ifadələrdən BMCMİ-də verdiyi ifadə özündə tam həqiqəti əks etdirir. O BMCMİ-də verdiyi ifadəni təsdiq edir. Binəqədi RPİ-nin İstintaq şöbəsində verdiyi ifadə isə təhrif edilmişdir. Həmin ifadədə onun göstərmədiyi hallar mövcuddur. O Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs görə tanımışdır. Bildiyi qədər Cavad Zərərçəkmiş şəxs11 pul almış və geri qaytarmamışdır. 24 may 2013-cü il tarixdə idarə etdiyi «Nissan Sunny» markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin içərisində Zərərçəkmiş şəxs11 əlində saxladığı, içərisində nə olduğunu bilmədiyi sellofan bağlamanı şəxsən Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Cavadın yanında onun Fərid adlı dostu da olmuşdur. Lakin pulu Cavad qəbul etmiş və avtomobilindən enərkən də həmin bağlama Cavadın əlində olmuşdur. Zərərçəkmiş şəxs11 «Range Rover» markalı avtomobilin gətizdirilməsi, həmin avtomobilə görə sonuncunun pul verməsi barədə onda hər-hansı məlumat olmamışdır. Bu barədə hadisədən uzun müddət sonra Zərərçəkmiş şəxs11 özündən eşitmişdir. Lakin həmin pulun Zərərçəkmiş şəxs11 üçün avtomobil gətirilməsi məqsədi ilə Cavad tərəfindən alınmasını Cavad özü tamamilə təkzib etmişdir (iş vərəqə: cild İV, səh. 106-109; cild Vİİ, səh. 113-116). Şahid9 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 ilə onun yaxın qohumluq münasibətləri olmuşdur. X46 isə onun doğma əmisi oğludur. 26 noyabr 2013-cü il tarixdə o, Zahid Bağırovla birlikdə olarkən sonuncunun mobil telefonuna zəng gəlmiş və danışıb qurtardıqdan X67 bildirmişdir ki, zəng edən qohumları Zərərçəkmiş şəxs7dur. X67 danışmışdır ki, 2013-cü ilin payız aylarında Zahid, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs7 işgüzar-biznesmen kimi təqdim edib sonuncunun oğlunun işi ilə bağlı yaranmış problemdə Zərərçəkmiş şəxs7 köməklik göstərə biləcəyini və işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Yaqubun oğlunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəltmə imkanının olduğunu, həmin nazirliyə yeni təyin olunan nazir Səlim Müslümovun və sonuncunun dayısı Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin yaxın qohumları olduğunu bildirmişdir. Cavadla Yaqub işə düzəltmə məsələsində ümumi razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, bu barədə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə məsələni razılaşdırıb sonra Zərərçəkmiş şəxs7la özü əlaqə saxlayacaqdır. Təqsirləndirilən şəxs Yaquba zəng edərək məsələnin artıq həll olunduğunu, nazirə ağız açan adama şirinlik vermək üçün Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi 559-cu məhəllədə yerləşən «Türkiyəm» restoranında görüşməyin lazım olduğunu və özü ilə 10.000 ABŞ dolları pul götürməyini tapşırmışdır. Zərərçəkmiş şəxs7 ondan, Cavadla görüşə birlikdə getməyi xahiş etmişdir. O da bununla razılaşmış və həmin günü Zərərçəkmiş şəxs7 və Zahid Bağırovla birgə Təqsirləndirilən şəxslə görüşmək məqsədi ilə həmin restorana getmişdir. Orada Zərərçəkmiş şəxs7 10.000 ABŞ dollarının kimə çatacağını Cavaddan soruşmuş, Cavad isə həmin pulun Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə çatacağını bildirmişdir. Çünki nazirdən Yaqubun oğlunun xahişini Ənvər etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs7 özü ilə gətirdiyi 10.000 ABŞ dollarını onun və Zahidin iştirakı ilə Cavada vermiş, sonuncu da pulu sayıb götürmüşdür. Bundan bir müddət sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs uşağın işini həll etməmiş, Zərərçəkmiş şəxs7 aldadaraq 10.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir (iş vərəqə: cild Vİ, səh. 12-13). Məhkəmə baxışı zamanı adı məhkəməyə dəvət olunmalı şahidlər siyahısına əlavə edilməmiş, lakin məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə iş üzrə ittiham aktında ifadələrinə qiymət verilmiş şahid X13 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, şahid X28 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2000-2008-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ, «Socar») 1-ci X36, daha sonra isə Təhlükəsizlik İdərəsində işləmiş, Zərərçəkmiş şəxs3 təxminən 2012-ci ildən tanımış, Badamdar qəsəbəsində qonşuluqda yaşamışlar. Qonşuluqda söhbət zamanı Rauf bildirmişdir ki, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən özünə məxsus üç otaqlı bina mənzilini satmışdır ki, ailəsi üçün yaxınlıqda həyət evi tikdirsin. Bu məqsədlə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında yerləşən 2 sot sahəsi olan boş torpaq sahəsini almış, lakin aldığı torpaq sahəsinin yaxınlığından istifadəsiz neft kəməri keçdiyindən üzərində tikinti işləri aparmaq üçün ARDNŞ-dan razılıq tələb olunur, bunu isə Rauf 2014-cü ilin yay aylarında tikinti işlərinə başladıqdan sonra «Socarın» əməkdaşları gəlib başladığı tikinti işlərini dayandırdıqdan sonra bilmişdir. O, bir qonşu kimi əvvəllər «Socar»da işlədiyi üçün Raufa öz köməyini təklif etmiş, hətta onunla birlikdə gedib torpaq sahəsinə də baxmış, fikirləşmişdir ki, bu barədə tanışı, «Socar»a məxsus «İpon» idman mərkəzinin müştərisi kimi tanış olduğu və dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs ilə danışsın. Bildiyinə görə Cavadın «Socar» rəhbərliyində yaxşı dostları, geniş əlaqələri olmuşdur. O, Raufun problemi barədə Təqsirləndirilən şəxsaya danışdıqda Cavad, heç bir problemin olmamasını, özünün «Socar»dakı əlaqələri vasitəsi ilə lazımi adamlara tapşırmaqla Raufa ev tikdirmək üçün icazə veriləcəyini deyərək, əvəzində 2000 (iki min) manat pul istəmişdir. O, bu barədə Raufa dedikdə Rauf yaşadıqları məhəllədə ona 2000 (iki min) manat pul vermiş, o da həmin pulu səhəri gün aparıb Cavadın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində Cavada təhvil vermişdir. Bundan bir müddət keçdikdən sonra Cavad «Socar»la əməkdaşlıq edən qiymətləndirmə şirkətinin bir nəfər işçisini onunla calaşdırmış, o da həmin şəxsi Raufun torpaq sahəsinə aparmış, orada torpaq sahəsinin ölçülərini, şəkillərini çəkib getmişdir. Bir müddət sonra o, zəng vurub Raufu torpaq sahəsinin yanına çağırmış və orada Raufu Cavadın özü ilə tanış etmiş, tanışlıq zamanı Cavad Raufa bildirmişdir ki, tikinti məsələsi ilə özü şəxsən məşğul olaraq rəhbərliyə məruzə edəcəyini və razılıq alacağını, əvəzində isə əlavə 3000 (üç min) manat pul verilməli olduğunu bildirmişdir. Rauf həmin pulu sayıb Cavada vermiş, Cavad isə pulu götürdükdən sonra vəd vermişdir ki, qısa müddətə məsələ müsbət həll olunacaqdır. Buna baxmayaraq xeyli müddət keçmiş, lakin Rauf üçün icazə sənədi alınmamış, hər dəfə Rauf ondan, o isə öz növbəsində Cavaddan məsələ ilə bağlı maraqlandıqda Cavad müxtəlif bəhanələr gətirərək vədlər vermişdir ki, guya yaxın günlərdə artıq tikinti işlərinə başlanacaq. O da Cavadın sözlərini Raufa demişdir. Lakin müəyyən obyektiv səbəblərdən Cavadın vəd verdiyi müddətlər uzanmışdır. O, artıq arada qalmamaq üçün Raufa demişdir ki, Cavadla özü birbaşa əlaqə saxlasın, onun öz problemləri var, onlara vaxt ayıra bilmir. Sonradan Raufun sözlərindən ona məlum olmuş ki, bir müddət keçdikdə Cavad ona zəng vurub bildirmişdir ki, guya rəhbərliyi ilə onun məsələsini müzakirə edərkən deyilmişdir ki, həmin yerdə ev tikmək üçün icazənin qiyməti 8000 (səkkiz min) manatdır və verilən pulun üstü düzəlməlidir. Rauf, Cavada bildirmişdir ki, pulu yoxdur, sənədini gətirsin pulun qalanını verər, lakin Cavad təkidlə pulu tələb etmiş, bildirmişdir ki, guya Raufun əvəzinə artıq rəhbərliyin qarşısında söz verib, pullarını çatdırmasa məsələ pozulacaq. Hətta bir neçə gün sonra zəng vurub demişdir ki, guya Raufun əvəzinə artıq 3000 (üç min) manatı rəhbərliyinə verib, hazırda anasının xəstəliyi ilə əlaqədar özünə təcili pul lazımdır, tələb etməyə başlamışdır ki, guya Raufun əvəzinə verdiyi əlavə 3000 (üç min) manatı təcili çatdırsın. Rauf qohumu Afaq adlı qadından 1200 (bir min iki yüz) ABŞ dolları məbləğində borc alıb həmin pulu Bakı şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Yeganə» şadlıq sarayının qarşısında Cavadın görüşə göndərdiyi «Mahir» adlı dostuna vermişdir ki, Cavada çatdırsın. Cavad da pulu aldıqdan sonra telefonla zəng vurub pulun çatdığını təsdiq etmişdir. Bir müddət sonra Cavad zəng vurub pulun qalan hissəsini də tələb etməyə başlamışdır ki, guya artıq icazə sənədi rəhbərliyin masasının üzərindədir, imzaya verilib, pulu təcili çatdırmaq lazımdır, Rauf yenə də inanaraq 500 (beş yüz) manat pul tapıb Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində fəaliyyət göstərən kafedə Cavada vermiş, bundan sonra Cavad artıq zənglərinə cavab verməməyə, gizlənməyə, digər telefonlara cavab verdikdə isə müxtəlif yalançı bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Rauf Cavadı tapa bilməyib verdiyi pulları tələb etməyə başlamış, o da Raufu inandırmağa çalışmışdır ki, bu işdə onun heç bir günahı yoxdur. Hətta Cavadı tapmaqda Raufa köməklik etmək məqsədi ilə Cavadın ola biləcəyi müxtəlif ünvanlara aparıb göstərmiş, Cavadın bir nəfər «Seyran» adlı dostunun yanına aparmışdır ki, həmin «Seyran» da Cavadın əvəzinə zamin dursun. Hətta Cavadın sözü ilə Raufu “Şərq Bazarının” yanındakı mebel dükanlarından birinə aparıb dükandakı mebel dəstini göstərmiş, həmin mebelin yaxın günlərdə 5000 (beş min) manata satılacağını, həmin puldan Raufun pulunun qaytarılacağını demiş, lakin həmin məsələ də alınmadığı üçün Cavad Raufun yanında özündən asılı olmayan səbəblərdən yalançı çıxmışdır. Onun bu işdə heç bir maddi marağı olmamış, sadəcə olaraq bir qonşu kimi Raufun problemində köməklik etmək üçün vasitəçilik etmişdir. Raufun deməsinə görə Təqsirləndirilən şəxs ondan ümumilikdə 6600 (altı min altı yüz) manat, Cavadın deməsinə görə isə 6100 (altı min yüz) manat pul almışdır ki, Raufun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsində ev tikilməsi üçün ARDNŞ-dan razılıq sənədi alınsın. Onun iştirakıyla Rauf Cavada təxminən 2015-ci ilin əvvəllərində cəmi 3000 (üç min) manat pul vermişdir. Ondan əvvəl isə şəxsən ona Cavada çatdırılması üçün 2000 (iki min) manat pul verilmişdir. Qalan pulların verilməsində isə o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs o, imkanlı və geniş əlaqəli bir iş adamı kimi tanımış, son zamanlar müflisləşdiyi üçün Raufun pulunu vaxtında qaytara bilməmiş, lakin söz vermişdir ki, yaxın müdddətdə Raufun pulunu qaytaracaqdır. Cavad işin düzəlməməsini isə Raufun aralarındakı danışığın şərtlərini pozması ilə, iş düzələn anda Raufun pulu geri tələb etməsi ilə izah etmişdir. Cavad Raufun işini «Socar»ın rəhbərliyində olan geniş əlaqələri vasitəsi ilə həll etdiyini demişdir. Zərərçəkmiş şəxs3 istintaq orqanına təqdim etdiyi səsyazmada əks olunan danışıqlar zamanı dediyi sözləri Cavadın sözlərinə istinadən Raufa çatdırmışdır. Şahid X28 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Zərərçəkmiş şəxs4 işə düzəlməsi məqsədi ilə 19 oktyabr 2015-ci il tarixdə 3.000 manat, daha sonra isə 1.000 manat olmaqla ümumilikdə 4.000 manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Neft Kəmərləri İdarəsinin qarşısında Təqsirləndirilən şəxs vermiş, həmin puldan Təqsirləndirilən şəxs ona hər-hansı məbləğdə pul verməmişdir (iş vərəqə: cild İİ, səh. 154-155; cild İİİ, səh. 212-214). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etsə də Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etməmişdir (iş vərəqə: cild İİ, 79-84). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahid X28 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, şahid X1 ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 267-269). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 141-142). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid19 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid19 sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild Vİİ, səh. 158-160). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə Şahid8 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq orqanına verdiyi ilk ifadəsini təkzib edərək Zərərçəkmiş şəxs11 məxsus, Almaniya Federativ Respublikasından avtomobil gətizdirilməsi üçün nəzərdə tutulan 160.000 ABŞ dolları məbləğində pulun Təqsirləndirilən şəxs dostu Şahid19 verilməsini göstərsə də, sonuncu həmin xüsusatı tamamilə təkzib edərək qeyd edilən pul vəsaitərinin özü tərəfindən ələ keçirilməsini göstərmişdir (iş vərəqə: cild Vİİ, səh. 153-157). Məhkəmə baxışı zamanı tədqiq olunan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Şahid20 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 əvvəlki ifadəsini bir daha Şahid20 üzünə qarşı təsdiq edərək Şahid20 və Təqsirləndirilən şəxs tərəfindən ona, guya ki, biznesə şərik ediləcəyinə və aylıq qazanc əldə edəcəyinə dair yalan vəd verilib 35.000 manat məbləğində pulunun ələ keçirilməsini göstərmişdir (iş vərəqə: cild V, səh. 166-169). Məhkəmə baxışı zamanı tədqiq olunan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ilə Şahid19 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs11 Almaniya Federativ Respublikasından avtomobil gətirilməsi məqsədi ilə 160.000 ABŞ dollarını məhz Şahid19 verməsini iddia etsə də sonuncu həmin xüsusatı tamamilə təkzib edərək Zərərçəkmiş şəxs11 pul almamasını göstərmiş, pulun Təqsirləndirilən şəxs tərəfindən alınmasını bildirmişdir (iş vərəqə: cild Vİ, 24-26; cild Vİİ, səh. 27-33). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid4 Zərərçəkmiş şəxs11 məxsus, Almaniya Federativ Respublikasından avtomobil gətizdirilməsi üçün nəzərdə tutulan 160.000 ABŞ dolları məbləğində pulun Şahid19 verilməsini göstərsə də, Təqsirləndirilən şəxs həmin xüsusatı tamamilə təkzib edərək qeyd edilən pul vəsaitərinin özü tərəfindən ələ keçirilməsini göstərmişdir (iş vərəqə: cild Vİİ, səh. 183-187). Məhkəmə baxışı zamanı tədqiq olunan, Şahid19 ilə Şahid4 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid4 Zərərçəkmiş şəxs11 məxsus, Almaniya Federativ Respublikasından avtomobil gətizdirilməsi üçün nəzərdə tutulan 160.000 ABŞ dolları məbləğində pulun Şahid19 verilməsini göstərsə də, sonuncu həmin xüsusatı tamamilə təkzib edərək qeyd edilən pul vəsaitərinin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsini göstərmişdir (iş vərəqə: cild Vİİİ, səh. 42-46). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs10 həbsdə olan oğlu X25 həbsdən azad edilməsi məqsədi ilə ümumilikdə 20.000 manat pul verməsini və Təqsirləndirilən şəxs bu işi həll etməsinə vəd verməsini sonuncunun üzünə qarşı bir daha təsdiq etmiş, habelə ona hər-hansı məbləğdə pulun geri qaytarılmamasını göstərmişdir (iş vərəqə: cild X, səh. 67-69). Məhkəmə baxışı zamanı tədqiq olunan, Şahid10 ilə Şahid11 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid11 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs çatdırması üçün ayrı-ayrı vaxtlarda 6.000, 4.000 və 10.000 manat pulu Şahid10 almasını və Cavada verməsini etiraf etmiş, habelə istintaq hərəkətinin iştirakçıları Təqsirləndirilən şəxs tərəfindən onlara hər-hansı məbləğdə pul verilməməsini, həmin işdə maddi təmənna güdmədiklərini göstərmişlər (iş vərəqə: cild X, səh. 138-140). Məhkəmə baxışı zamanı tədqiq olunan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ilə Şahid12 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs10 özünə məxsus 213 qram çəkidə qızıl-zinət əşyalarını girov qismində Mahir Şahmalyevə verib 10.000 manat pul götürməsini göstərsə də, sonuncu həmin xüsusatı təkzib edərək Zərərçəkmiş şəxs10 heç vaxt qızıl-zinət əşyasını almadığını, sırf qohumluq münasibətləri xətrinə Zöhrəyə 10.000 manat pul verdiyini göstərmişdir. Bundan başqa Şahid12 Zərərçəkmiş şəxs10 üzünə qarşı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yanında Şahid10, Zərərçəkmiş şəxs10 çatdırılması üçün 8.000 manat pul vermiş, Vəli də həmi pulu ona versə də Cavad bir neçə gün sonra Xəqani Əliyevin həbsdən azad edilməsi məsələsini Apellyasiya Məhkəməsinin vasitəsi ilə həll edəcəyini göstərərək geri almışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs10 pulu deyil, oğlunun həbsdən edilməsini istədiyi üçün bu barədə tərəddüd etmədən pulu Təqsirləndirilən şəxs qaytarmağa razı olmuşdur (iş vərəqə: cild X, səh. 171-172). Məhkəmə baxışı zamanı tədqiq olunan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ilə Şahid10 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs10 həbsdə olan oğlunun azad edilməsi məqsədi ilə 4.000 manat pul vəsaitinin Şahid10 «Rahat Market» adlı mağazada verilməsini, həmin pul vəsaitinin arasında olan xırda manat əskinazlarının mağazadakı kassada bütövləşdirilməsini və bundan sonra tam olaraq Şahid10 təhvil verilməsini sonuncunun üzünə qarşı təsdiq etmiş, Şahid10 da həmin xüsusatı təsdiq edərək həmin hadisənin yadına düşməsini bildirib 4.000 manat pulu «Alibaba» adlı çay evində Şahid12 almadığını, həmin pulu məhz «Rahat Market» adlı mağazada Aliyə və Lətafətdən aldığını etiraf etmişdir (iş vərəqə: cild X, səh. 173-175). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə Şahid12 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid12 qohumu Zərərçəkmiş şəxs10 həbsdə olan oğlu Xəqani Əliyevin həbsdən azad edilməsinə dair Təqsirləndirilən şəxs tərəfindən onlara yalan vədlər verilməsini, bu məqsədlə Cavadın 20.000 manat pul almasını, vəd etdiyi məsələ baş tutmadıqda isə 8.000 manat pulu ona qaytarmış olsa da bir neçə gün sonra X23 məhkəməsi vasitəsi ilə azadlığa buraxdıracağını göstərərək həmin 8.000 manat pulu geri almasını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs Şahid12 göstərdiyi xüsusatları qismən təsdiq edərək 8.000 manat pulu Şahid12 borc aldığını bildirmişdir (iş vərəqə: cild X, səh. 183-185). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında 07 noyabr 2015-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılarkən ifadəsini bir daha təsdiq etmiş, bundan başqa ona məxsus pulun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngənin qarşısında, Təqsirləndirilən şəxs tərəfindən sonuncu dəfə 500 (beş yüz) manat pulunun isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 16 ünvanında yerləşən kafedə ələ keçirilməsini göstərmişdir (iş vərəqə: cild İİ, 130-131). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, diskə baxış keçirilməsi haqqında 24 avqust 2020-ci il tarixli protokoldan görünür ki, diskdə bir ədəd «Mahir Cavad» adlı qovluq, həmin qovluğun içərisində isə bir ədəd «AUD-20200421- WA0027.mp3» adlı, 17 dəqiqə 29 saniyəlik, 4096 KB yaddaş həcmli səs yazısı vardır. Səs yazısı barədə aparılmış dinləmə zaman iştirak edən Zərərçəkmiş şəxs10 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. Cavad: Alo Zöhrə: Aycan Cavad: Salam xala Zöhrə: Salam başına dönüm Cavad: Mənəm Cavaddı Zöhrə: Cavad sənsən? Cavad: Hə mənəm, mənəm xala Zöhrə: Sən mənim başıma niyə oyun açırsan? Cavad: Necə? Zöhrə: Sən mənim uşağımın başına niyə oyun açırsan? Niyə bu yeddi aydı gizdənmisən? Cavad: Gizdənmişəm? Zöhrə: Hə Cavad: Mən hər gün Mahirnən bir yerdəyəm ee nə danışırsız? Zöhrə: Əlbəttə hər gün Mahirnən bir yerdəsən. Amma mənnən bir yerdə deyilsiz ki. Orda tutulan Mahirin oğlu deyil ee mənim oğlumdu. 8 il işi verdilər...... (ardı başa düşülmür) Cavad: Sizin oğlunuzu tutublar? Zöhrə: Yo Tutmuyublar? Cavad: Tutublar sizin oğlunuzu? Zöhrə: Bə neyniyiblər orda yatan kimdi? Cavad: Apellyasiya məhkəməsində sizin oğlunuza kimsə iş oxuyub? Zöhrə: Hələki iş oxumuyub. Sağlığına oxuyacaqlar Cavad: Oxuya da bilməzlər ona görə Zöhrə: Sağlığına oxuyacaqlar Cavad: Deməli, Apellyasiya məhkəməsində 8-ci iclasdı, eşidirsiz? Zöhrə: Bəli Cavad: Apellyasiya məhkəməsində 2 iclasdan artıq olmur. İkinci iclasda hökm oxuyurlar Zöhrə: Mən orda, hamısında iclaslarda iştirak eləmişəm. Birinin vəkili gəlmir, birinin şikayəti ...... (ardı başa düşülmür) Cavad: Bilirsiniz nədi orda? 4 nəfər adam var Xəqanidən başqa. Deyirlər ki, oları da buraxmalıyıq Xəqanini buraxırıqsa. Bizimçün də önəmi yoxdu. Biz də demişik ki, bir dənə o adam buraxılacaq Zöhrə: Niyə? Cavad: Mahir də mənə dedi ki, narahatsan... Dedim ki, Xəqani buraxılacaq bir Xəqanini tanıyırıq biz, 50 nəfərin xahişini eləməmişik xanım Zöhrə: Bax bir şey deyim Cavad? Allahın altında mənim evimi gəlib görəsən bu kasıb komamda sənin qabağına bir stəkan..... (sözü kəsilir) Cavad: İnşallah Xəqani gələr sonra gələrik Zöhrə: Havaxt gələcək? Xəqani tutulandan sonra? Cavad: Xəqani ayının 25-nə məhkəməsini salıblar Zöhrə: Ayın 6-sında məhkəməsidi, özü də kameraynan. Bunnan xəbərin var sənin? Cavad: Kimin? Kimin məhkəməsidi kameraynan? Zöhrə: Ba Xəqaninin. Ayın 6-sında, vəkili dedi Cavad: X74 Nc. Birincisi aprel ayının 20-sinə qədər cənab prezidentin və Fikrət Məmmədovun göstərişi var məhkəmə olmayacaq, bu bir Zöhrə: İndi sənin xəbərin var Xəqani nə gündədi? Cavad: Xəqaninin “revir”də (söz aydın başa düşülmür) olmağını bilirəm, xəbərim var Zöhrə: Onu Allaha həvalə eləmişəm. O Vəzir var aa Vəzir mənim başıma oyun açdı Cavad: İkincisi də ki, Mahir mənə deyir ki, “narahatçılıq var, mən hələ öz cibimdən bir şey var onu elədim”. Dedim problem yoxdu, birinci, ikinci gün də o birisini eləyəcəm. Mahirə demişəm. Yəni mən demək istəyirəm ki, eşidirsən, o sözü bir də işlətmiyin ee. Mahir məni yaxşı tanıyır. Gizlənmək zad nədi? Nə danışırsız siz? Zöhrə: Yox e saa qurban olum Cavad: Qurbanınız qoyun olsun Zöhrə: Sənnən danışan anadı, elə bil ki anandı elə təsəvvür elə Cavad: Elə sizə mən ana demişəm, bəli. Hər bir dustağın anası bizim anamızdı Zöhrə: Hə aysağol. Mən Mahiri canım qədər istəmişəm. Cavad: Mahir canım ciyərimdi də. Mahir Xəqanidən ötrü bilirsən nə qədər əziyyət çəkib? Zöhrə: Yox qulaq as. Mahirin əziyyəti, zəhmətini mən bilirəm. Hamıdan yaxşı mən bilirəm. Oğlumu hamıdan çox istiyirəm. Mahiri özüm qədər çox istiyirəm yadında saxla Cavad: Oğul təbii ki, oğuldu. Özü də sənə mən bir söz deyim. Mənə diqqətnən qulaq as xala. Xəqaninin işində ki, deyirsən ee onlayn proses Zöhrə: Nətər? Cavad: Xəqaninin işini deyirsiz ee onlayn proses Zöhrə: Onlayn proses nə deməkdi onu başa düşmədim Cavad: Siz dediz də. Siz dediz ki, Xəqaninin 6-sı məhkəməsi var onlayndı Zöhrə: Eşitdiyimi deyirəm də vəkili dedi mənə. Mən ora gedirəm Cavad: Bircə dəqiqə də. Mən üzr istiyirəm. Mən sizə eşitdirim də yəni, qulaq asırsız da? Zöhrə: Hə, de. Cavad: ........ (səs gah kəsilir, gah da deyilənlər eşidilmir) Zöhrə: Alo... Cavad: Yox telefon.... (sözü yarımçıq qalır) Zöhrə: Alo... eşidirəm mən sizi Söhbətin bu mərhələsində Təqsirləndirilən şəxs eyni zamanda üçüncü bir şəxsə də zəng edərək onunla danışıq aparmağa başlayır Cavad: Alo... 3-cü şəxs: Bəli Cavad: Əziz qardaş salam əleykim, qaqa nətərsən? 3-cü şəxs: Sağol, çoxsağol Cavad: Narahat eləmirəm səni? 3-cü şəxs: Yooox Cavad: Qadasını alım, Xəqaninin anası deyir onlayn proses var 6-sı. Mən deyirəm boş söhbətdi. Yazıq qadındı təşvişə düşüb 3-cü şəxs: Onlaynnan var?! Cavad: Yox ee deyir ki, vəkili deyir ki, proses var 6-sı. Deyirəm 20-sinə kimi cənab Fikrət Məmmədovun göstərişi var. Deyir ki, yox. 3-cü şəxs: Vallah billah elə bir iş olsaydı bilərdim. Öyrənib sənə deyərəm narahat olma Cavad: Ba bu dəqiqə öyrən onlaynı da denən. Sonra mən Vaqif Mursaqulovu da yığdırım. Mən bayaq Vaqif Mursaqulovu yığdırdım öldü getdi gülməkdən 3-cü şəxs: Oldu. Uje danışdın Vaqif müəllimnən? Cavad: Hə, dostum danışdı. O da dedi, a kişi ayın 20-sinə kimi məhkəmə “zapretti” Zöhrə: Allah eləsin..... 3-cü şəxs: Vallah mən biləni elədi. Cavad: Sən bir dənə orda sistemnən bax ki mən boşuna yığmayım da, yaxşı? Qadasını alım bir dənə öyrən denən mənə 3-cü şəxs: Öyrənib deyərəm narahat olma Təqsirləndirilən şəxs qeyd edilən şəxslə əlaqəni kəsir və Zərərçəkmiş şəxs10 ilə dialoqu davam edir Zöhrə: İndi bir şey deyim sənə Cavad? Cavad: Alo.... Zöhrə: Allah o Vaqif var aa. O Vaqifi də, o Azadı da, Azad Məcidovu da onun ölüm xəbərini eşidim. Cavad: Amin, İnşallah eşidərsən Zöhrə: Sən məni bir dəfə görmüsən də. Nərimanov körpünün yanına gələndə uzaqdan. Mən səni tanımıram. Sən qabağıma çıx tanımaram. Mən Mahirə deyirəm ki, Mahir bəlkə sən utanırsan, bəlkə çəkinirsən istəməyə. Mən o adama deyim: qurtarırsan qurtar, qurtarmırsan qardaş mənim pulumu ver dəə Cavad: Bacı, o adam qurtarır, eşidirsən?! Mənə diqqətnən qulaq as sən. Mahir birinci, ikinci gün gətirib o yerdə qalan var aa sizin verdiyiviz ............ (səs kəsilir)....... Zöhrə: Hə, alo... Cavad: O 12 var ee, qalığı, 12 eşidirsən, Mahir onu çatdıracaq sizə. Həftənin ikinci günü. Birinci günü çatdıracaq, prosto mən bir gün “zazor” götürürəm Zöhrə: Bax burda saxla! Saa qurban olum, ba mənim ....... (fasilə) görsən tanıya bilərsən Cavad: Yox mən bir dənə sözümü deyim da, Xəqani buraxılannan sonra Mahir gəlib mənnən görüşər Zöhrə: Nətər? Sən Xəqanini buraxdırsan ..... (fasilə) cümlə tamamlanmır....... Təqsirləndirilən şəxs yanında olan və səs yazılarında Mahir deyə müraciət edilən şəxs Cavada: “mən bu məsələdən çıxmaq istəyirəm, bir dəqiqə telefonu ver maa söz deyim ona” ifadəsini işlədir. Cavad həmin şəxsə cavabında: “bircə dəqiqə qoy danışım da” deyir. Həmin şəxs israr etdikdən sonra Cavad mobil telefonunu danışmaq üçün həmin şəxsə verərək bu barədə Zöhrə Abdullayevaya bildirir. Danışıq aşağıdakı məcrada davam edir Zöhrə: Kimdi? Mahir: Alo... Zöhrə: Aycan Mahir: Maa “aycan” deməginən. Axşamları ağzına gələn sözləri demisən Zöhrə: Mən, ağzıma gəldiyini.... bax əlimdə telefonum var, çünki mənim əskim tüstülüdü. Deyirəm ki....... (sözü kəsilir) Mahir: Axşam gecə saat 2-yə kimi 2 saat dinlədim səni, axırda da dalaşdıq Zöhrə: Nə dedim ki? Dedim ki....... (sözü kəsilir) Mahir: Bir dənə qulaq as, xahiş eliyirəm qulaq as Zöhrə: Mən sənin adını niyə çəkdim?! Dedim ki, Cavadı tanımıram. Pulu saa görə vermişəm, Mahir var ortada Mahir: Sən ölənlərinin goru bir dəqiqə dayan. Maa axşam dedin ki, səni də, Cavadı da belə eləyəcəm, elə eləyəcəm Zöhrə: Xeyr. Allaha şükür əlimdə əsasım. Bax ondan çəkinirəm. Deyirəm ki, verənnən sonra mən 4-nü də verəcəm – səni, Cavadı, Vəziri, İmanı. Demişəm onu? Onnan qabaq da saa nə deyirdim? Yuxarı bığ, aşağı saqqal. Yanındakı da eşidir. Deyirəm də, deyirəm ki, belə olsa gedib prokurorluğa çıxacam, korrupsiyaya çıxacam. Ölərəm, öldürərəm mən bunnan əl çəkmərəm. Getsin indi Vəzir, pradoda gəzir, getsin qoysun banka pulu düzəltsin. Mənim oğlumu tutdurub, Vəzir tutdurub. Mən Cavadı tanımıram. Sən tanıyırsan. Sənin adını orda çəkirəm. Səni ömür boyu mən ələ vermərəm Mahir: Yox e yox e. Bura bax ee. Dünən maa deyirdin ki, Cavadı .......... (başa düşülmür) mənnən. Deyirdin? Hə? Zöhrə: Demişən qadan alım, demişəm Mahir: Mən saa dedim ki, hər gün görüşürəm olarnan? Zöhrə: Hə Mahir: Dedim? Bax indi Cavad yanımda Zöhrə: Mən də deyirəm ki...... (sözü kəsilir) Mahir: Eşit! Eşit! Xahiş eliyirəm sənnən Zöhrə: Niyə mənim sözümü kəsirsən ee, telefon açıram, zəng eliyirəm açmırsan Mahir: bircə dəqiqə, bircə dəqiqə, bircə dəqiqə üzr istiyirəm, qoy görək “kadr” (söz dəqiq başa düşülmür) zəng eliyib dayan Bu anda Mahir adlı şəxsin səsi kəsilir və Təqsirləndirilən şəxs digər şəxslə (4-cü şəxs) olan danışığı səslənməyə başlayır. Eyni zamanda Zərərçəkmiş şəxs10 ilə danışıq kəsilmədiyindən o, xəttə qalır Cavad: Başa düşmədim, nə deyirsən qadasını alaram? 4-cü şəxs: ...............(deyilənlər başa düşülmür) bizə də göstərəcəylər ki, 20-sinə qədər olan proseslər hamısı 20-sinə qədər yoxdu. Yəni 20-sindən sonradı hamısı. .......... (başa düşülməyən ifadələr). Özümüz bu barədə məlumat verəciy hamıya Cavad: Oldu qardaş sağol, çoxsağol minnətdaram sənə Bu söhbət yekunlaşdıqdan sonra Mahir adlı şəxs Zərərçəkmiş şəxs10 ilə danışığına davam etmək üçün yenidən söhbətə başlayır Mahir: Hə, mən eşidirəm. Eşidirsən? Alo? Zöhrə: Aycan, buyur Mahir: Həə canun bir bəla. Bax mən indi Cavadnan bir yerdəyəm, Vəzir də indi gəlir bura Zöhrə: Əəə oların ikisini də gətir mənim yanıma. Əəə səni and verirəm Allaha gətir mənim evimə mən adam öldürən deyiləm, bomba deyiləm. İki oğlu ölmüş, bir oğlu gözü bişmiş orda qalıb. Xəstəliy canını tutub. Mən səndən başqa, Mahir səni çox istədiyim adamsan, heç kim yoxdu Bu arada Cavad söhbətə qoşulub Zöhrə ilə danışığı özü davam etdirir Cavad: Eşidirsiz məni? Eşidirsiz məni? Mənəm Cavaddı Zöhrə: Bax sənin üstündə niyə mən Mahirnən qabaq-qabağa niyə gəlməliyəm? Cavad: Qabaq-qabağa gəlmirsən, Mahir Xəqaninin işinə görə hər gün mənnən bir yerdədi, hər gün Zöhrə: Nolsun? Mənim yanımda deyilsənki Cavad: Apellyasiya məhkəməsində, bir dəqiqə qulaq asın, Apellyasiya məhkəməsində. Xəqaninin elə bir....... (cümləni yarımçıq qoyur), Bax, Mahir eşidirsən elə bir proses olub mən məhkəmədə sənnən görüşmüyəm? (Mahir Cavab olaraq “yox” cavabını verir). X43 məhkəməsində hər prosesdə görüşmüşdüm Zöhrə: Hə görüşmüsün ee, mən deyirəm onu mənnən görüşdürgünən. Mən gedim onnan danışım biraz sakit olum da ürəyim partdıyır axı. Mənim gözümə qan sızıb e, beynimdə təzyiqdən mən ölürəm Cavad: Allah eləməsin. Bibi eşidirsən, Mahir mənim dostumdu. Biz Mahirnən başqa cür dostuq. Yəni pis günlərdə adam daha yaxın dost olur Zöhrə: Sən indi bu Mahiri, dostuvu Xəqaninin vaxtında tapdın ya onnan qabax dost idi? Cavad: Xeyr. Mən Mahirlə dost deyildim. X51 sonra tanış olduq ama dost olmadıq. Amma çox sonra dost olduq Zöhrə: Lap yaxşı Cavad: Onun da səbəbini Mahir bilir mən bilirəm Zöhrə: Ona, o işə qarışmıram Cavad: Bu günlərim mən nə eliyirəmsə bir ana kimi yox, sizi qoyuram qırağa, anasız, sizin övladıvızdı, nə lazımdısa köməy eliyirəm, Allah bilir onu. Amma bügünləri biləsən ki, mən əgər bir qapıya 10 dəfə gedirəmsə, onun 9-u Mahirə görə gedirəm. Çünki Mahir mənimçün dəyərli adamdı. Bilin ki, Mahir Xəqanidən ötrü nə əziyyət çəkir, mən nə əziyyət çəkmişəmsə onu Mahir qəşəng bilir. Ona görə Mahir əsəbləşmişdi bayaq Zöhrə: Ay qardaş əziyyət çəkdin, 8 il verdin də. Nətər əziyyət çəkmisən? Cavad: O cümlə deyil də xala, o cümlə deyil Zöhrə: Almışdın az-çox, Vəzir maa deyirdi ki, sənöl adamnan danışmışam. Vəzir maa dedi ki, mən bunu verəcəm prokurorluğa, səsi də var yazmalarda. Bunu da verəcəm hakimə. Mənim oğlum niyə 8 il alsın. Bax bunu maa de görüm Cavad: Sənin oğlun Allahın izniynən, eşidirsən?! Zöhrə: 7 aydı səni mən tapa bilmirəm. Sən maa zəng eləmirsən Cavad: Sənin oğlun Allahın izniynən çıxar Zöhrə: Havaxt çıxacaq Cavad: .......... (başa düşülməyən ifadələr). İyirmi dördü 16:05-ə məhkəmə salıblar Zöhrə: Hə. Xəqani bilirsən nə dedi. Şey Xəqani deyirəm ee, vəkili dedi ki, ayın 6sında kameraynan məhkəmə olacaq. Kameraynan. Guya hardansa danışacaqlar. X47 ölər, virus tutar Cavad: Xala, indi bu dəqiqə Apellyasiya məhkəməsində köməkçini yığdım. Eşitdin nə dedi? Dedi özüm də utandım ....... (sözü kəsilir) Zöhrə: Onu bildim. Bildim başına dönüm. Mən sənə inandım Cavad: Ona inanduzsa Xəqaninin çölə çıxmağına da inanın Zöhrə: Əəə nə vaxt ee qardaş? 7 aydı, 8 aya keçib başına dönüm. Xəqani xəbərin var adi vaxtda 308 şəkəri var. Xəqanı görsən tanımazsan Cavad: Xəqanın «revirdə» olmağını bilirəm mən, eşidirsən?! Zöhrə: Harda olmağını? Cavad: «Revirdə» – sançast deyirlər də ona Zöhrə: Həə sançastdadı, mənim bir dənə balamdı. Onun başına bir iş gəlsə dünyanı qara eliyərəm Cavad: Sənin o balan var aa Allah, Mahirin mənim köməyliyimnən balana qovuşduracaq narahat olma. Ayın, həftənin birinci günü də, maksimum ikinci günü, birinci günü görüşəcəm mən Mahirnən. İkinci günü Mahir o şeyi verər qoyarsan evə. Xəqani çıxar Mahirnən görüşərəm Zöhrə: Əəə mən neynirəm ee onu maa qaytarırsan. O mənim nəyimə «qeyirdi». Zamanında versəydi oğlumu qurtarmaq olardı Cavad: Başqa bir söhbətimiz olub, onu Mahir deyər də sizə yaxşımı? İndi bir adam var xala onnan danışaq sonra danışarıq Zöhrə: Danışmaginən. Mahirnən də özün Vəzir də götür mənim yanıma gəl. Mən adam yeyən deyiləm mən insanam Cavad: Yo mən indi onsuzda mənim işim var. Evdəkilər Mahir bilir xəstədi xəstəxanaya gedirəm. Gələrəm birinci gün, ikinci gün gələrəm sənin yanına problem yoxdu görüşərik Zöhrə: Allah şəfasını versin. İndi sən Xəqanidən belə deyirsən «atveçan» qurtaracaq bu? Cavad: Xəqani çıxacaq içəridən. Çıxacaq. Ç İ X A C A Q (sözü yüksək səs tonu ilə və hərifbəhərif vurğulamaqla fikrini daha da emosionallaşdırır). Çıxacaq o içəridən İnşallah. Özü də bəraətin vermişik şikayətin Zöhrə: İnanırsan Cavad nə üzünə duran yox, nə pul yox, nə əyni yox. Mənim uşağım haqsız yerə. Sağ canı da xəstə düşdü Cavad: Allah köməy olsun dövlət başçısına, onun yaxın ətrafına. Narahat olmayın günahsız insanlar çıxır içəridən. Zöhrə: İndi Mahir yanındadı? Cavad: Mahir yanımdadı, eşidir səni Mahir Zöhrə: Denən Mahir, o yazılan məktubu ötürə biləssən? Mahir: Sənnən xahiş eliyirəm. Ba ba ba məni Cavadnan sən caladın? Məni narahat eləmiyin. Özünüz öz probleminizi həll eliyin. Əgər eliyə bilirsizsə eliyin, əgər eliyə bilmirsizsə mən indi Cavadla söhbətimi eliyim, pulumu alım çəkilim durum qıraqda. Zöhrə: Mahir əvvəldən saa deməmişəm ki, Xəqanini saa tapşırmışam bunu qurtarginən!? Saa neçə vaxtdı yalvarmıram?! Mahir: Axşam sənnən dalaşannan buraa mən bir dəqiqə gözümü yummamışam Zöhrə: And olsun Allaha Mahir: Qızın oturub səhərə qədər mənim kürəyimi, başımı ovxalayıb, əsəbi adamam Zöhrə: And olsun Allaha, bu günki şaban ayına, Məhəmmədin ayıdı bu ay. Bu gejə səhər qədər, indiyə qədər hələ mən ağlamıramsa atama, anama nəhlət Mahir: Allah sənin köməyin olsun......... (başa düşülməyən sözlər) Zöhrə: Ay Mahir bir dəqiqə məni eşit. İkimiz də danışırıq. Bax gör nə deyirəm. Xəqani deyir ki, göydə Allah, yerdə Mahir. Mən də deyirəm ki, sənnən başqa Mahir mənim köməyim yoxdu Cavad: Düz deyirsən. Xəqani getsin qurban kəssin ki, Mahir kimi yeznəsi var. Mahir Xəqanidən ötrü çox əziyyət çəkir Zöhrə: Əziyyət çəkib, mən nə deyirəm?! İtirirəm əziyyəti?! Cavad: Yo itirmirsən, onu heç kim itirə bilməz Zöhrə: Heç kim itirə bilməz. Mən Mahiri özüm qədər istiyirəm Cavad: Mahir də mənə bir söz dedi. Mən də Mahirin bir sözünə, yarsına əməl elədim, yarsına da birinci ya ikinci gün əməl eliyirəm. Mən sizə söz verirəm. Özü də söz verirəm aa sizə. Xəqaninin də məsələsi həll olunacaq. Yaxşı? Zöhrə: (Ağlayaraq) Cavad mənim Mahirdən istədiyim odu ki, mənim oğlum gəlsin çıxsın evinə Cavad: Nə qədər ki, Mahir həyatdadı sizin ailədə problem olmaz narahat olma Zöhrə: İndi Mahirə denən o kağızları orda nətər olacaq gör nə deyir. Mahir mənim döyünən ürəyimdi. Anaynan bala arasında söz olar. Mən danışıram o mənada deyirəm ki, qulaq as Cavad, indiyə qədər məni incitmisən Cavad: Nə lazım olsa Mahir deyəcək mən eliyəcəm, narahat olma. Sənin qızın Mahirin yoldaşıdısa mənim bacımdı. Mənim də yoldaşım Mahirin bacısıdı. Biz başqa cür dost olmuşuq. Narahat olma, nə lazım olsa Mahir deyəcək mən eliyəcəm. Zöhrə: Qulaq as, Cavad, məni sən incitmisən, Vəzir incidib. Mən sizin üstünüzdə Mahirnən dönə-dönə bax döş-döşə qalmışıq. Ana-bala kimi mən onun bir dəfə qəlbinə dəyməmişəm amma iki dəfədi mən onnan əməlli başdı oluram Cavad: Mən sənə bir söz deyim?! Mahir uşaq deyil. Böyük kiçik yerini də yaxşı bilir. Sadəcə olaraq Mahirin də əsəbi daralır. Narahat olma. Məsələ həllini tapacaq. Mahir sənnən xəbərsiz o işə başqa-başqa şeylər eliyib Zöhrə: Sakit eləməlidi də, özü də bilir ki, mən xəstəyəm. İki oğulu itirmişəm Cavad: Səni sakit eləməkdən ötrü də. Mən indi Mahirə dedim ki, yığ ver onnan danışım. Mahir də dedi ki, “ala”. Narahat olma. Bir insanın balası dustaqdısa, eşidirsən?! Çöldə onnan, əgər onnan məşğul olmurlarsa, köməy eləməy istəmirlərsə, o insan insan deyil heyvandı. Narahat olma Zöhrə: Xəqanidən başqa dalda oğlum olsaydı mən bu qədər pisixməzdim Cavad: Ehtiyac yoxdu. Lap dalda 5 dənə oğlun olsun. Sən bir anasan sən övladundan ötrü ürəyin yanır. Narahat olma Zöhrə: İndi Mahir nə deyir. O kağızı ordan alaq gətirə biləjəy yoxsa Lətafət gəlsin gətirsin. O prezidentə verilməlidi. O olmalıdı Cavad: Ana, Mahir nə lazımdısa mənə deyəcək mən eliyəcəm Mahir: Gəlsin gətirsin, Lətafət gəlsin gətirsin Zöhrə: Sən indi onu verə biləssən Mahir? dostundu kimdi ona Cavad: Mahir nə lazımdısa deyəcək mənə mən verəcəm narahat olma yaxşı? Zöhrə: İndi Mahir. Mahirə ver görüm Cavad: Mahir eşidir, eşidir Zöhrə: Yox. Mahiri öz qulağımnan eşitmək istiyirəm Mahir: Hə eşidirəm, hə Zöhrə: Mahir, səni and verirəm Allaha, aneyin goruna. Mən bir yaralı anayam. Ola bilsin qəlbinə dəyib mən başqa cür. Deyir o son sözü deyə bilərəm. Ömür boyu sənə nə şantaj, nə sənə hədə, bir Allahım şahiddiki ömür boyu eləmərəm. Hər zaman səni üstün tutmuşam. Özüm qədər sevmişəm. Balamnan artıq sevə bilmərəm səni. Mənim balama köməy elə, mənə yardım elə. Bəlkə bu günləri öldüm Cavad: Mahir sənin balava köməy eliyib. Sənin Mahir balava çox köməy eliyib sənin xəbərün yoxdu. Çünki kişi elədiyini demədiyinə görə Mahir çox köməy eliyib və mən də Mahirin dostu kimi axıra qədər sənin balava köməy eliyəcəm narahat olma Zöhrə: Mahir mənnən danış Cavad: Oldu Zöhrə: Mahir sən danış, səni istiyirəm Mahir: Həə nə istiyirsən de görüm Zöhrə: (Ağlayaraq) Sən mənnən küsülü qalma, mənim ürəyim partdıyır, qəfil ölərəm sənnən küsülü gedərəm. Mən həqiqətən ölürəm Allah haqqı ölürəm Mahir: Lətafəti göndərərsən kağızları verəcəm gətirər qollayarsan Zöhrə: Mahir, səni and verirəm Allaha məndən küsülü olma, mən anayam, yaralıyam, balamı elə görmək istəmirəm, ümidim sənədi göydə Allahadı. O sənin yanındakılar sənnən mənim aramı belə elədi. Hamısının günahkarı onlardadı. Yenə də sənə görə mən onları bağışladım (iş vərəqə: cild İX, 159-167). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, diskə baxış keçirilməsi haqqında 07 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, diskdə 45 dəqiqə 27 saniyəlik «Səs 006.m4a» adlı, 19 dəqiqə 21 saniyəlik «Səs 010_sd.m4a» adlı və 01 saat 28 dəqiqə 22 saniyəlik «Səs 016_sd.m4a» adlı səs yazısı faylları vardır. Səs yazıları barədə ardıcıllıqla aparılmış dinləmə zaman iştirak edən Zərərçəkmiş şəxs10 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. «Səs 006.m4a» adlı səs faylında müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar: Qapının açılması səsləri gəlir..... Kimdi? ........... qapının açılması və bağlanması səsləri davam edir........ Kimdi? Zöhrə: Sağol başına dönüm. Xeyir işdə iştirak eliyəsən gəl bəri Lətafət: Gəl bəri Vəzir gəl Vəli: Nətərsiniz? Nə var nə yox? Zöhrə: Axtardım tapdım dana........ (başa düşülməyən ifadələr) Mahirə demişəm ki, Mahir and olsun Allaha 5 min pul var. Min də şeydən aldım, vəkildən ........ başqa pulum yoxdur. Mirmövsüm Ağanın cəddi haqqı başqa pulum yoxdur. Alacağı o olub.......İndi sən məni axtaranacan elə ordan 6 min götürərdin sən demirsən bir nəfər var elə onnan gedərdin işi həll eliyərdin danışardın ..... Vəli: Hə, onu deyirəm də getmişiy bacı, söhbət eləmişiy eşidirsən? Ba bir yerdə getdik. ............ Mənim tanıdığım İmandı. İman da yani ki, bax özüm kimi ona inanıram. Zöhrə: İman nəçidiki? Lətafət: İman, dostu Vəli: Mənim dostumdu, bina tikir, betonzavodu var, xətir hörmətli qardaşdı ..........eyni məni gör, onu gör onun da başı ağappaqdı. Nəysə. Getdik, bir yerdə getmişik Mahirnən. Mahiri mən götürmüşəm ......... deyiblər oturun oturmuşam stolun başında. Müəllim də ordadı, Cavad. Demişəm ki, Cavad müəllim. Deyib ki, mən sənnən danışıram? Demişəm hə. Deyib İmanın dostu mənim dostum. Zöhrə: Mahir də yanınızdaydı? Vəli: Mahir də oturub həəə. Dediki, yəni İman mənim böyük qardaşımdı. İman da sənin haqqında maa deyib, yəni sənnən iş görməyə dəyər. Dedim qardaş mən, bir köynək qırağam, bir köynək yaxınam. Mahir Xəqaninin bacısının həyat yoldaşıdı. Onun ağsaqqalıdı da, qarasaqqalı da budu. Atası rəhmətə gedib. Hə lap yaxşı. Başladılar Mahirnən söhbətə. Hələ maa bir 20 dənə zəng gəldi, çıxdım, getdim, çöldə söhbət elədim bunlar səmimi mehriban söhbət eliyirdilər. Eşitdiyimi eşitdim eşitmədiyimi də Mahir yəni deyirəm detallarına qədər eşitdi. Çıxanda deyirəm Mahir, nətər adamdılar. Dedi bu alicənab adamdı. Mən də sənnən barəbər, görək nədi. Dedim İman nə deyir? Deyir qardaşı prokuror vəsatət qaldırmamaldır ki, 10 min istədilər 5-ə endirmişəm, o deyirəm ee min............... Lətafət: Vəsatət nəyə deyirsizki? Vəli: Vəsatət, məsələn indi bax 23-ü saat 10-da Xəqaninin zadıdı məhkəməsidi, hazırlıq məhkəməsi. Prokuror gedə burda deyə ki, mən vəsatət qaldırıram ki, işə düzgün baxılmıyıb təzədən baxılsın. Həll eləməlidirlər axı. Sonra da gedib məhkəməni görməliyik. İkisi birləşməlidi həll eləməlidi. Xəqanini növbəti məhkəmədə özləri vaxt təyin eliyib, 5 gün, 10 gün sonra qalan müddət ərzində aç-burax eliyələr. 5 nəfərin işini bağlıyırlar. Bu 5 nəfərin də arasında. Bunu bu 5 nəfərin arasında böləndə nə düşür? Lətafət: 10 min? Vəli: 17 min .......... Vəli, Zöhrə və Lətafət tərəfindən hesablama aparılır ........... Vəli: Deməli 3 min pul düşür. Sənə qurban olum Xəqani qlavardı. İş var. Bütün məsuliyyətin də hamısı Xəqaninin üstündədi. Lətafət: İndi mənə de görüm bu adam var aa bu işi quran adam Xəqaniyə bilirmi hansı statya verilib? Vəli: Həə bilir. Ayə hər şeyi bilir. Bilmədiyimiz şeyləri də danışır o. Bilməyimiz şeyləri. Hər şeydən xəbəri var. Bu da qıraq adam deyilaa. İmanın dostudu. Fuad Ələsgərov yoxdu?! Onun adamıdı. Murtuz Ələsgərovun oğlu. Keçmiş spiker. Demişəm saa. Deyir mən İmana görə bu işə qol qoymuşam. Orda Mahir də deyib ki, yaxşı qardaş öyrənərsən deyərsən problem deyil. Zöhrə: İndi o Vasif müəllimənən danışıb, eee Azad müəllimnən danışıb da orda? Vəli: Azadnan danışıb Azad deyib mənlik deyil, get yuxarıdan həll elə. Deyir Azad bizim qardaşımızdı. Deyir getdim ona dedim. Dedi yo, get yuxarıdan həll elə. Yuxarıdan knopkanı basıblar. Bu Ağır cinayətlərdə, biri var hakim, biri də var hakimlərin sədri, sədrnən söhbət eliyib. Sonra Azadnan söhbət eliyib .............. Lətafət: Vəzir, 6 min indi apardı, bəs qalanı nə vaxt veriləcək? Vəli.: Bu verilir. Əslində 7 min verilməlidi. Bu verilir, Xəqani...fasilə.... Xəqani, birinci günki, 23-ündəki məhkəmə olacaq orda görəzsiz də. Zöhrə: Yox buraxmayacaqlar, qapalıdı. Vəli: Səni mən ora buraxdıraram. Yəni sən orda gör də. Xəqaninin özü görəcək də, hiss eliyəcək. ....... (başa düşülməyən dialoq) ...... İçəridə nadzor tapıb özünə, nə tapıb. Bağrım çatlayır. Zəng eliyirəm zəng çatmır. ............. Bəs mən dərdimi saa deməliyəm. Yeznən də sinəsini çəkdi irəli. Bu camaatnan söz danışmışıq axı. O da demir ee Vəzir, elə bu dəqiqə gətir ver. Qardaş hə? yox? ...... Lətafət: Vəzir indi qulaq as ee. 6 mini verdiz indi bəri başdan. Başa düşürəm ee axırıki 6 min getdi Vəli: Hə, getdi Lətafət: Qaldı yerdə 11 minimiz. Vəli: 11 min Lətafət: 11 min haçan veriləcəy? Vəli: Bax 23-ündə hazırlıq məhkəməsidi. Bu hazırlıq məhkəməsidi. Hazırlıq məhkəməsi oldu?! Prokurorunku bu gün çatdı. Bax prokurorunun sürücüsüynən X48 adına.... Zöhrə: Hansı prokurordu Vəli: Onu mən bilmirəm ee. Ona hansı prokuror çıxacaq. O bilir başa düşürsən? Lətafət: İndi siz aparıb şoferə vermisiz? Vəli: Yo şoferə aparmıram. Mən aparıb Cavada verirəm. Cavad şoferə verəcək, çölə atacaq, neyniyəcək özü bilər. Hazırlıq məhkəməsi ki oldu, bundan bir həftə, 5 gün, 10 gün sonra uje aç-burax söhbəti olacaq. Hakimin pulu çatacaq. Tutaq ki, səhərləri məhkəmədi 2 gün öncə hakimin pulu çatır, 2 gün sonra Xəqanini ordan aç-burax eliyirlər. Çıxsın, yenə də zad eləsin, bir az diqqətli olsun. İkinci sudimistidi. İkinci dəfədi tutulur. Hər şeyi, biz bilmədiyimiz şeyləri bu gün o deyir. Mən bilmirdim ee Xəqani tutulub, heç yadıma da gəlmir. Zöhrə: İndi Xəqani bu gün danışır. Xəqaninin orda günahı yoxdu aa Lətafət: A bir dayan görək sən Allah danışır da Vəli. Bu çıraq haqqı, bu çıraq haqqı bütün günahlar Xəqaninin üstündədi.... Bilirəm ee Xəqani........... Lətafət: Onu bəs niyə tutublar?! Onun üstünə atıblar da Vəli: Ay bacı, ay sənə qurban olum. Gəl bu dəqiqə Qurana ikimiz də əl basaq Xəqaninin orda 5-10% günahı var düzdü? Amma Xəqaniyə elə bir torba tikilib ki, 100% qlavar gedir. Lətafət: Elədi Vəli: Deyir o 5 nəfəri, məsələn tutaq Zöhrə deyir qlavar olsaydı, o beş nəfərin biri olsaydı sən öl deyirəm 3-4 minə çıxardardım. 4-ünü də basdırardım gedərdi. Lətafət: Bəs indi şikayətçi nətər bəs? Vəli: Onnan da Mahir danışdı. O diş həkimiynən. Dedi qardaş mən kişi oğluyam. Danışdığımız kimi. Mahir deyib ki, onu mən saa verəcəm. Hissə-hissə verəcəm. Zöhrə: Deyir almayıb. Niyə ona versin ee? Vəli: Nə bilirsən ee alınmayıb? Zöhrə: Almayıb başına dönüm ............ Onu isbat eliyə bilmədilər ee müsibət oldu Lətafət: Onnan keçib ee, alıb-almayıb Vəli: Alıb-almayıb, Allahın adı deyir 5 min pulumu alıb. Verirsən, barışıq ərizəsini verirəm. Vermirsən ......... o iş Mahirin üstündədi. Notariusa gedəcək Mahirnən. Mahir deyir bir iki min verəcəm. Dedi bax notariusa gedəcək. Dedi problem yoxdu. Gedib barışıq ərizəsini alacaq. Çünki o deyir ki, mütləq barışıq ərizəsini alın. O etiraf edəcək ki, mənə dəyən ziyanı onlar ödədilər. Səs yazısında vibrasiya (titrəniş) sədaları və söhbət iştirakçılarının eyni zamanda danışması danışılanları tam qavramağa imkan vermir. Zöhrə: Xəqani deyir ki, mən tutulmağa razıyam. Mən o pulu almamışam. Mən o dələduznan gedib ora girmərəm. Vəli: Eşit gör nə deyirəm. Bu gün biz bilmədiyimiz şeyi bu açdı bizə dedi. 6-7 il deyil. 8 ildən 12 ilə qədər. Bir-bir ee, bax Allaha and olsun, bizim o dərəcədə savadımız yoxdu. Biz biznesmen ola bilərik. Araq bağlayıb pul qazanarıq. Nə bilim kiminsə üstünə gedib xox gəlib pul qazanarıq. Amma o savadımız yoxdu.......... Lətafət: Bu insanı aç-burax eliyirlərsə və yaxud o şikayətçi deyirsə ki, mənə dəyən ziyan ödənildi deməli......... Vəli: İndi mən orasını elə deyirəm də ...... onda Mahirə zəng elə Mahir saa desin də. Tez elə biraz vaxt yoxdu. Nə də məcbur deyil aa bax sənə quzu kəsim. Lətafət: Bax sən də fərz elə bizim evin dayısı, bir qardaşı kimi....... Yəni ki, özü bilirsən də başsız adamlarıq, bizi aldatmaq vallah nə deməkdi. Bu sənin əlinə veririk, türkün məsəli Vəli: Allah sizin başınızdadı. Mənim əlimdən gedən pula mən cavabdehəm Lətafət: Yəni demək istəyirəm bu işi sən qurmursan ki, sabah gələk sənin də üstünə düşək Vəli: Yox ee səhər bu iş alınmayacaq, mənim üstümə gəlməyəcəksən. Çünki mənim kişilik borcumdu ........ Lətafət: Yəni ki, bu dəqiqə dava vaxtı deyil da. Nəbilim saa pul verdik, indi hanı bizim o pulumuz. Vəli: yox ee yox Lətafət: Bizim nə vaxtımız var ona, nə də ki, Xəqani........ Vəli: Yox e yox. Onlara mən dəfələrlə demişəm ki, İman, qurban olum...... Zöhrə: O cür yazılacaqsa Vəzir, qurban olum Xəqani onu qəbul eliyən deyil Bu aralıqda söhbət iştirakçıları eyni vaxtda danışdıqları üçün danışılanlar dəqiq başa düşülmür. Lətafət: Cavad nə dedi? Dediki o statya qoyulubsa ora qurtarılacaq onnan iş? Yoxsa iş təsdiqini almayacaq? Vəli: Yox e yox. Cavad dedi ki, bir dənə stomatoloq.... şey ... zad ... barışıq ərizəsini qalanıynan sənin işin yoxdu. Mahir də qayıtdı ki, qardaş sənə dəymiş ziyanı mən ödəyəcəm. Barışıq ərizəsini verirsən vermirsən? Çerez natarius. İki dənə balası var. Onun balasını yetim qoyma. Dediki mən kişi oğluyam barışıq ərizəsini verəcəm. Yəni bu selektroda (səsgücləndirici) danışır Cavad eşidir, mən də. Mahir danışıb da mən danışmamışam a. Söhbətin bu ərəfəsində Zöhrə istifadəsində olan mobil telefonla Şahid12 zəng edir və səslər aşağıda göstərilən ardıcıllıqla qeydə alınır Zöhrə: Mahir, gör nə deyirəm. Vəzir burda, yanımdadı. İsmayılın o cəriməsi var ee, pul məsələsi.... sən demisən ki, həə. Bu notariusda dedi nətər verəcəy onu? Bu anda ərəb dilində, “Azan” sədasına bənzəyən qısa metrajlı səs parçası qeydə alınır. Daha sonra isə Lətafət Vəli ilə, habelə Zöhrə mobil telefonda Mahirlə eyni vaxtda söhbət etdikləri üçün səslər biri-birinə qarışmış, və danışılanlar başa düşülməmişdir. Vəli: Əgər ağlınız kəsmirsə, bu işi istəmirsizsə .... Mənnən soruşursansa mən deyirəm bu iş qurtaracaq. Yox, yenə də məsləhət sizindi. Lətafət:........ (başa düşlməyən sözlər) Zöhrə: (telefonda Mahirlə danışır) Yooox o yazsa ki, mənim cəriməmi ödüyüb, o şey... Xəqaninin üstünə gələcək.... Lətafət: De görüm Mahir nə deyir? Zöhrə: (telefonda Mahirlə danışır) Mənə dəymiş zərər ödənilibsə deyirsə..... elə yazsa çox əziyyət çəkmək lazım deyil. O mümkün deyil. ........ O istəmir axı elə. O belə verməlidi ki,....... şikayət ərizəmi geri götürürəm. Əgər dəymiş ziyanı desə o mümkün deyil. Sən özün bilmirsən ?!...... Əgər sən yazsan ki, qohumluğu nəzərə alaraq, qohumuq əsəbləşmişəm və yaxud da ki........ yaxşı qoy deyim yaxşı... Lətafət: Nə deyir? Zöhrə: (Mahirlə telefon əlaqəsini kəsir) Deyir ki, o ele yazacaq ki, mənə dəyən ziyanı ödüyüb...... Deyir ki, mən 100 il yataram, o adı üstümə qoymaram. Mən deyir pul almamışam. Onun üstündə mənim içimi çalatımı töküblər. Əgər belə yazsa ki, bir səhvdi, yaxud qohumluğu nəzərə alıb şikayətimi geri götürürəm kimi yazsa ayrı..... Deyir ərizə verəssənsə sənin cəriməni ödəyəcəm. Yox belə vermiyəssənsə..... Vəli: ........ Mahir niyə özü danışmır? Mahirə denən də Zöhrə: Deyir mən yoldayam Vəli: Harda yoldasan ee denən Zöhrə: Deyir yoldayam. Maşın sürürdü. Maşınlar dıt-dıt səs eliyirdi Vəli: Mən tanımıram axı o adamı. Danışmamışam eləməmişəm. Mən tanıdığım adamnan söhbət eliyərəm. Mahir danışıb. Selektora vurub, Cavadnan biz də eşitmişik Lətafət: Cavad bə demədimi......... Vəli: Yox. O sözü mən dedim ee burda ola bilər mən səhv deyirəm Lətafət: Yox ee elə əvvəldən deyirdilər bizə. Xəqani yazsa ki,... desə ki,.... o desə ki, məsələn cərimə öənilib....... (başa düşülməyən qarışıq ifadələr) Vəli: Mahirə deyin ki, qardaş, sən nə atırsan bizim üstümüzə? Nolsun e maşın sürür? Maşın sürə-sürə sənlə yol boyu danışıb Zöhrə: Yox ee nömrə məndə yoxdu Vəli: Məndədi nömrə Lətafət: Kimin nömrəsi? Zöhrə: İsmayılın. Səndə var nömrəsi? Lətafət: Bilmirəm. Vərəqə yazmışdım Zöhrə: Gör.... gör var Söhbətin bu ərəfəsində Vəli istifadəsində olan mobil telefonla Şahid12 zəng edir və səslər aşağıda göstərilən ardıcıllıqla qeydə alınır Vəli: Mahir eşidirsən nə deyirəm? Telefon selektordadı. O adamnan sən danışdın da o stomatoloqnan, diş həkimiynən. Mahir: ...... eşidilməyən cümlələr..... Vəli: Əəə yox ee ayrı şey deyirəm. İndi məndən soruşdular. Ola bilər mən səhv eşidərəm, çıxırdım telefonnan danışırdım gəlirdim də. O saa dedi ki, nə dedi? Dediki mən... o barışıq ərizəsini verəndə yazacam ki, dəyən ziyan..... Mahir: O dərəcədə söhbət eləmədik də yəni dedi ki,......... şikayətim yoxdu...... dedi ki, hə yaxşı yazarsan.... Vəli: Həə Cavad elə dedi də saa........ bir dənə ərizə verir ki, yazırki şikayətim, heç bir şikayətim yoxdu Mahir: Aydınlaşdırın da nə var ki?! Vəli: Sən zəng elə dana ona mən onu tanımıram, nömrəsi yoxdu Mahir: Ayə sən zəng elə də ona qaynanama verdim onun nömrəsini, Lətafətyə verdim Vəli: Ayə mən Aliyə, Zöhrəgildə deyiləm ee Aliyə zad yoxdu. Mən gəlmişəm Mətanətgilə. Lətafətgilə. Zöhrə: Burdayam. Mahir, nömrə məndə yoxdu başına dönüm. Mahir: ...... başa düşülməyən sözlər.....propkada maşın sürürəm..... Lətafət: Mahir.. Mahir: Aycan Lətafət: Canın bi bəla. Bir dənə maşını saxla, dur qıraqda, yığ İsmayılı. Mahir: Ay qız probkadı ee qadan alım Lətafət: Bircə dəqiqə qulaq as gör nə deyirəm. Bir dənə sən ona denən ki, şeydidə, yəni yazassan ki, şikayətim yoxdu, sadəcə bir sözlə. Bilirsən də keçən dəfə də danışdığımız söz. Onu dəqiqləşdirək də başına dönüm. Mahir: Nə yazsın? Yazsın ki, şikayətim yoxdu? Lətafət: Hə. Mənim filankəsdən şikayətim yoxdu. Onu qadan alım bi dənə tez danış başına dönüm Zöhrə: Yəni mənə dəyən cərimə ödənildi sözü yazılmasın Mahir: ..... başa düşülməyən sözlər ...... Lətafət: Hə yaxşı qadan alım. Yəni özün başqa söz demə də. Desə ki, yazacam dəyən zərər, özün bilirsən də keçən dəfə o söznən razılaşmamışıq Mahir: Bildim, bildim yaxşı Lətafət: Onu bir rahat, düzgün öyrən başına dönüm Vəli: Əəə tez elə ee camaat məni gözdüyür Mahir: Ayəə propkadı ay Vəzir, bir imkan ver Zöhrə: Propkadı ee, düz deyir indi hər yan propkadı şəhərdə Allah haqqı. Yeznəni çox istiyirəm niyə istəmirəm ki. Vəli: Nolsun e propkadı? Propkadı lap yaxşı rahat danışsın. Yavaş-yavaş gedirsən, gözün dalda-qabaqda. Mən düz deyirəm axı bilirsən düz deyirəm. Versin nömrəni mən zəng eliyim, cəhənnəmə gora olsun Zöhrə: Vəzir, bir şeydən də qorxuram ki, sən ona inanırsan. İnsana inanmaq olmur da. Birdən eləmədi elə oldu belə əlimizdə olan qırığımız-söküyümüz də getdi. Vəli: Zöhrə, qulaq as, Zöhrə. Bax Xəqani sənin kimi iş görsəydi... fasilə.... (bu anda Vəlinin telefonuna zəng gəlir).... Bu de aa 211-nən.. Zöhrə: Kimdi? Vəli: Cavad Vəli: Alo..... haycan .... Hə, Nəsimiyə gəlim. Cavad bəy bir söz soruşum sənnən. Bayaq biz Mahirnən bir yerdə olanda o stomatoloqnan Mahir danışdı ee, siz nə cür ona dedi yəni o diş həkimi sadəcə zad eləməlidi də ərizə verməlidi ki, mənim heç bir şikayətim yoxdu da düzdümü? Cavad: Barışıq ərizəsi Vəli: Barışıq ərizəsi. Taa orda göstərə bilməz də mənə dəyən ziyanı ödədi belə, filan Cavad: Yox əşi o heç kimçün önəmli deyil. Barışıq ərizəsi verirsən ki, heç bir şikayətim və tələbim yoxdu barışıq var Vəli: Oldu qadan alım yaxşı yaxşı Cavad: Allah kömək eliyir, mən vasitəçiyəm Vəli: Allah sənnən razı olsun. Vəli: Yola səl məni çıxım gedim gərək deyim yooox bir də o maa zəng eləməsin (zarafatla deyir) Zöhrə: Otur aşağı otur görüm Vəli: Nağayrsan, mən çay zad içmirəm ........... Zöhrə: Çay verirəm dana sənə........... Vəli: ............ Lətafət: Vəzir, bə bəyaxdandı deyirdin kişi məni tanımır, nömrəsi zadı yoxdu məndə Vəli: Əəə havaxt dedim məndə yoxdu. Dedim birinci dəfə görürdüm. Bunnan 4 gündü danışıram mən telefonda. Əəə bu diş həkimi deyil ee Lətafət: Yox ee şeyi deyirəm deyirsən tanımıram adı nədi..., Cavadı Vəli: Cavadı mən tanımıram. 4 gündü, bugünnən telefonla danışırıq. Amma bu günləri, bu günləri görmüşəm. Axırıncı dəfə çerez İman danışırdım. İman dünən axşam dedi ki, qardaş ala nömrəsini verim mənə olan hörməti saa, özüz danışın, mən ora qaçıram sənin telefonuna..... yəni bugünləri Mahirnən bərabər görmüşəm. Biraz şübhəli danışırsız, gəlin bu söhbəti eləmiyək Lətafət: Bəsdi də Vəzir. Elə bil uşaqdı ee Zöhrə: Vəzir, sən həm dədəsən, dayısan, həm əmisən, qardaşsan hər şey də. Başa düşürsən sən məni?! Vəli: Hə Zöhrə: Bu işdən Xəqanini qurtarmaq lazımdı. Çünki birinci........ Vəli: Eşitdin də. Nə dedi, nə dedi? Dedi Allahın köməkliyiynən Lətafət: İndi qulaq as, nədi.. nə deyəcəkdim ee..,..... Vəli: Sən pul sayırsan neynirsən orda Lətafət: Sonra, o ikinci məhkəmə ki olacaq aa, haçansa daa. Deyirsən birincidə heç nə olmur. İkinicisində kimsə deməz ki, problem yarandı, belə oldu? Elə bir şey olmaz ki? Vəli: Əəə yox, yox. Ay ........ qəni qəni rəhmət eləsin (zarafatlaşır) Lətafət: Hə neyniyək, pulsuz qalaq? Allah kasıblığın üzün qara eləsin, hamsı kasıbçılıq əlamətidi Vəzir... Söhbət iştirakçıları eyni vaxtda danışdıqları üçün danışılanlar başa düşülmür. Baxışın sonrakı mərhələsində qeydə alınan səsə yazılarının iş üçün əhəmiyyət kəsb edən hissələri üzrə müvafiq qeydiyyatlar aparılacaqdır. Səs yazısının 23-cü dəqiqəsinin 17-ci saniyəsi: Zöhrə: Vəzir, indi bu 6.000, əsası nəyə gedir? Vəli: Qardaş bu gedir prokurora, 10.000 gedir məhkəməyə, 1.000 manatda o, İman yoxdu?! Demişəm ki, 1.000 manat da saa verəcəm, ayağının altında ölüm bunu çox şişirtməyin. Amma bu iş, özü də mənə dedi ki, 30-40 minlik iş idi. Səs yazısının 38-ci dəqiqəsindən başlayaraq Zərərçəkmiş şəxs10 və Şahid10 pul saymağa başlayırlar. Həmin danışıq zamanı bir neçə dəfə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 rəqəmləri səslənmiş, pul sayılmasına dəlalət edən sədalar səslənmişdir. Pul sayımının davamında Şahid10 Zərərçəkmiş şəxs10 oğlunun həbsdən azad ediləcəyinə söz verir. Səs yazısının 42-ci dəqiqəsinin 10-cu saniyəsində Şahid10 sağollaşaraq çıxıb getməyə hazırlaşır, Zərərçəkmiş şəxs10 Vəliyə, onu da evinə aparmasını xahiş edir ki, Vəli də buna etiraz etmir. Burada da belə nəticəyə gəlmək olur ki, qeyd edilən görüş Zöhrənin şəxsən yaşadığı mənzildə baş tutmamışdır. «Səs 010_sd.m4a» adlı səs faylında iş üçün əhəmiyyət kəsb edən hissələr: ....... Şahid10 yemək yeyir, Zərərçəkmiş şəxs10 qızı Şahid13 və nəvəsi X38 isə onunla hər-hansı istintaq marağı kəsb etməyən mövzuda söhbətlər edirlər. Səs yazısının 03-cü dəqiqəsinin 30-cu saniyəsində Şahid13 Şahid10 3 saylı Sabunçu xəstəxanasında işlədiyini, pulu hazır etdikdən sonra ona məlumat verəcəyini bildirir. Şahid10 da saat 2-ni keçməmiş pulun hazır olmasını tövsiyə edib Lətafətin zəngini gözləyəcəyini qeyd edir. Səs yazısının 09-cu dəqiqəsinin 37-ci saniyəsində Şahid10 söhbət zamanı Mahirin diş həkimi olan «İsmayıl» adlı şəxsə 4.000 manat pul verməsini, həmin pulun geri qayıtmayacağını bildirmiş, Şahid13 da həmin faktı təsdiq etmişdir. «Səs 010_sd.m4a» adlı səs faylda Zərərçəkmiş şəxs10 oğlu X25 barəsində Bakı Apellyasiya Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı baş tutumuş məhkəmə proseslərinin birində hakimin, vəkilin və digər proses iştirakçılarının çıxışlarını qeydə alan səs yazısı aşkar edilmişdir. Həmin səs yazısı icraatda olan cinayət işinin ibtidai istintaqı üçün mühüm sübutetmə əhəmiyyəti kəsb edən məlumatları əks etdirmədiyindən həmin faylda səslənən ifadələrin protokolda qeyd edilməsinə lüzum olmamışdır (iş vərəqə: cild İX, səh. 204-212). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, diskə baxış keçirilməsi haqqında 31 avqust 2020-ci il tarixli protokoldan görünür ki, DVD diskdə bir ədəd «NMAQ3031.MP4» adlı, 19568 KB yaddaş həcmli olmaqla 02 (iki) dəqiqə 51 (əlli bir) saniyə ərzində davam edən videoçarx olmuşdur. Videoçarxda səs effekti olmamışdır. Görüntüdən məlum olmuşdur ki, hadisə 14 noyabr 2019-cu il saat 14:15 radələrindən başlayaraq mağaza tipli sahənin içərisində, kassa piştaxtasının yanında cərəyan edir. Videoçarxda bir nəfər, arxadan çəkildiyi üçün üz cizgiləri qeydə alınmayan hündür boylu, ağ saçlı, qara rəngli kostyumda, açıq rəngli köynəkdə olan kişi cinsli şəxsin qarşısında olan iki nəfər qadın cinsindən olan şəxslə söhbət etməsi aşkar olunur. Qadınlardan birinin əynində qara rəngli şalvar, tünd yaşıl rəngli qış gödəkçəsi, digərinin əynində qara rəngli şalvar və tünd rəngli gödəkçə vardır. Görüntünün 00:22-ci saniyəsində əynində qara rəngli şalvar, göy rəngli qış gödəkçəsi olan qadın əl çantasının içərisindən pul vəsaitlərinə bənzəyən əskinazları çıxararaq kişi cinsində olan şəxsə uzadır. Həmin şəxs pulu nəzərdən keçirib bir hissəsini əynində qara rəngli şalvar və tünd rəngli gödəkçə olan qadına uzadır. Sonuncu qadın aldığı əskinazları yanındakı kassa piştaxtasına işləyən qıza verərək əvəzində başqa pul alıb kişi cinsindən olan şəxsin özünə qaytarır. Bu hal videogörüntüdə bir neçə dəfə təkrarlanır. Pulu tam aldıqdan sonra kişi cinsindən olan şəxs həmin qadınlarla yalnız söhbət edir. Baxışda iştirak etmiş Şahid14 göstərmişdir ki, videogörüntüdə hündür boylu, ağ saçlı, qara rəngli kostyumda, açıq rəngli köynəkdə olan kişi cinsli şəxs Şahid10, əynində qara rəngli şalvar, tünd yaşıl rəngli qış gödəkçəsi olan qadın baldızı Şahid13, əynində qara rəngli şalvar və tünd rəngli gödəkçə olan qadın isə o özüdür. Şahid14 həmçinin göstərmişdir ki, Şahid10 pulu aldıqdan sonra bir hissəsinin xırda manat əskinazları ilə olmasını görüb pulun bütov, yəni ya 50, ya da 100 manatlıq əskinazlara çevrilməsini xahiş etmiş, o da buna əməl edərək yanındakı kassa aparatında pulu bütövləşdirib Şahid10 qaytarmışdır (iş vərəqə: cild İX, səh. 173-177). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, diskdə «13721.zip» adlı zip formatlı, 17779 KB yaddaş həcmli qovluq vardır. Həmin qovluğun içərisində «antenna2020.xls», «antenna2019.xls», «abuneciler.xls», «**********12.txt», «**********19.txt», «**********03.txt», «**********04.txt», «502117704 sms.txt», «505002312 sms.txt», «503099919 sms.txt», «504085303 sms.txt» adlı altqovluqlar vardır. «antenna2020.xls», «antenna2019.xls» adlı qovluqlarda sorğu edilmiş mobil telefon nömrələrin müəyyən edilən müddət ərzində (2019-2020) telefonla aparılmış danışıqları zamanı abonentlərin qoşulduqları ötürücü anten qurğularının ünvanı göstərilmişdir. «abuneciler.xls» adlı qovluqda «Azercell Telekom MMC»nin hesabında olan və danışıqlar və yazışmalar zamanı qeydə alınmış mobil telefon nömrələrinin istifadəçiləri haqqında məlumatlar göstərilmişdir. «**********12.txt», «**********19.txt», «**********03.txt», «**********04.txt» adlı qovluqlara ümumi baxış keçirilən zaman Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +99450 211 77 04 saylı mobil telefon nömrəsinin aşağıda qeyd edilən mobil telefon nömrələri ilə qarşılıqlı əlaqələrinə dair istintaq əhəmiyyətli məlumatlar aşkar edilmişdir: Zərərçəkmiş şəxs10 daimi istifadəsində olmuş +99455 683 05 16 saylı mobil telefon nömrəsi ilə 28.10.2019-cu il tarixdə saat 12:27-də 538 saniyə davam edən danışıq. Şahid12 daimi istifadəsində olmuş +99455 *** ** ** saylı mobil telefon nömrəsi ilə 08.01.2020-ci il saat 18:36-da 90 saniyə, saat 19:17-də 96 saniyə, 09.01.2020-ci il tarixdə saat 09:28-də 17 saniyə, 09:40-da 17 saniyə, 10:27-də 7 saniyə, 11:12-də 12 saniyə, 12:26-da 41 saniyə, 12:38-də 52 saniyə, saat 13:15-də 109 saniyə, saat 13:26-da 61 saniyə, saat 13:40-da 33 saniyə, saat 15:53-də 1 saniyə, saat 16:01-də 6 saniyə, saat 16:05-də 30 saniyə, saat 17:07-də 50 saniyə, saat 19:59-da 193 saniyə, saat 22:59-da 147 saniyə, 10.01.2020-ci il tarixdə saat 07:38-də 12 saniyə, saat 08:05-də 25 saniyə, 11.01.2020-ci il tarixdə saat 16:04-də 37 saniyə, saat 16:06-da 152 saniyə, saat 17:37-də 12 saniyə, saat 17:40-da 69 saniyə, 13.01.2020-ci il tarixdə saat 13:24-də 70 saniyə, saat 13:45-də 28 saniyə, saat 15:43-də 11 saniyə, saat 15:50-də 44 saniyə, saat 18:30-da 77 saniyə, saat 19:14-də 53 saniyə, saat 19:58-də 26 saniyə, saat 20:00-da 15 saniyə, saat 21:47-də 10 saniyə, saat 22:18-də 109 saniyə ərzində danışıqlar, habelə 14.01.2020-ci il, 15.01.2020-ci il, 16.01.2020-ci il il, 17.01.2020-ci il, 20.01.2020-ci il, 21.01.2020-ci il, 22.01.2020-ci il, 23.01.2020-ci il, 24.01.2020-ci il, 25.01.2020-ci il, 26.01.2020-ci il, 27.01.2020-ci il, 28.01.2020-ci il, 29.01.2020-ci il, 30.01.2020-ci il, 31.01.2020-ci il, 03.02.2020-ci il, 10.02.2020-ci il, 14.02.2020-ci il, 17.02.2020-ci il, 18.02.2020-ci il, 19.02.2020-ci il, 20.02.2020-ci il, 21.02.2020-ci il, 22.02.2020-ci il, 23.02.2020-ci il, 24.02.2020-ci il, 26.02.2020-ci il, 27.02.2020-ci il, 01.03.2020-ci il, 02.03.2020-ci il, 03.03.2020-ci il, 04.03.2020-ci il, 05.03.2020-ci il, 06.03.2020-ci il, 10.03.2020-ci il, 11.03.2020-ci il, 12.03.2020-ci il, 13.03.2020-ci il, 17.03.2020-ci il, 19.03.2020-ci il, 21.03.2020-ci il, 23.03.2020-ci il, 25.03.2020-ci il, 27.03.2020-ci il, 02.04.2020-ci il, 03.04.2020-ci il, 06.04.2020-ci il, 07.04.2020-ci il, 09.04.2020-ci il, 10.04.2020-ci il, 13.04.2020-ci il, 14.04.2020-ci il, 15.04.2020-ci il, 17.04.2020-ci il, 22.04.2020-ci il, 25.04.2020-ci il, 26.04.2020-ci il, 27.04.2020-ci il, 30.04.2020-ci il tarixlərdə gün ərzində dəfələrlə qeydə alınan mütəmadi danışıqlar. Şahid10 daimi istifadəsində olmuş +99450 *** ** ** saylı mobil telefon nömrəsi ilə 11.12.2019-cu il tarixdə saat 00:42-də 60 saniyə, 13.12.2019-cu il tarixdə saat 19:40-da 26 saniyə, saat 21:14-də 71 saniyə, 14.12.2019-cu il tarixdə saat 09:57-də 14 saniyə, saat 13:08-də 14 saniyə, 15.12.2019-cu il tarixdə saat 13:23-də 57 saniyə, saat 13:38-də 145 saniyə, saat 13:41-də 42 saniyə, 05.01.2020-ci il tarixdə saat 09:56-da 299 saniyə, 25.01.2020-ci il tarixdə saat 11:38-də 231 saniyə, saat 11:49-da 37 saniyə, saat 12:06-da 12 saniyə, saat 12:55-də 126 saniyə, saat 13.01-də 93 saniyə, saat 20:26-da 5 saniyə, saat 21:58-də 292 saniyə, 26.01.2020-ci il tarixdə saat 16:06-da 319 saniyə, 27.01.2020-ci il tarixdə saat 09:06-da 69 saniyə, saat 09:49-da 46 saniyə, saat 09:58-də 50 saniyə, saat 10:12-də 175 saniyə, saat 16:18-də 135 saniyə, saat 18:55-də 127 saniyə, 30.01.2020-ci il tarixdə saat 11:47-də 100 saniyə, saat 12:07-də 109 saniyə, saat 12:53-də 73 saniyə, 31.01.2020-ci il tarixdə saat 09:20-də 16 saniyə, habelə 02.02.2020-ci il tarixdə, 03.02.2020-ci il, 05.02.2020-ci il, 07.02.2020-ci il, 08.02.2020-ci il, 09.02.2020-ci il, 10.02.2020-ci il, 11.02.2020-ci il, 12.02.2020-ci il, 13.02.2020-ci il, 14.02.2020-ci il, 15.02.2020-ci il, 16.02.2020-ci il, 17.02.2020-ci il, 18.02.2020-ci il, 19.02.2020-ci il, 20.02.2020-ci il, 24.02.2020-ci il, 25.02.2020-ci il, 26.02.2020-ci il, 27.02.2020-ci il, 29.02.2020-ci il, 01.03.2020-ci il, 02.03.2020-ci il, 03.03.2020-ci il, 04.03.2020-ci il, 05.03.2020-ci il, 06.03.2020-ci il, 10.03.2020-ci il, 13.03.2020-ci il, 14.03.2020-ci il, 16.03.2020-ci il, 17.03.2020-ci il, 18.03.2020-ci il, 19.03.2020-ci il, 20.03.2020-ci il, 21.03.2020-ci il, 23.03.2020-ci il, 24.03.2020-ci il, 25.03.2020-ci il, 26.03.2020-ci il, 27.03.2020-ci il, 28.03.2020-ci il, 30.03.2020-ci il, 31.03.2020-ci il, 01.04.2020-ci il, 02.04.2020-ci il, 03.04.2020-ci il, 04.04.2020-ci il, 05.04.2020-ci il, 06.04.2020-ci il, 07.04.2020-ci il, 08.04.2020-ci il, 09.04.2020-ci il, 10.04.2020-ci il, 11.04.2020-ci il, 12.04.2020-ci il, 13.04.2020-ci il, 15.04.2020-ci il, 18.04.2020-ci il, 19.04.2020-ci il, 20.04.2020-ci il, 21.04.2020-ci il, 22.04.2020-ci il, 23.04.2020-ci il, 24.04.2020-ci il, 25.04.2020-ci il, 26.04.2020-ci il, 27.04.2020-ci il, 28.04.2020-ci il, 29.04.2020-ci il, 30.04.2020-ci il tarixlərdə gün ərzində dəfələrlə qeydə alınan mütəmadi danışıqlar. Bundan başqa Şahid10 istifadəsində olmuş +99450 *** ** ** və +99450 *** ** ** saylı mobil telefon nömrələri ilə də 2019-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxslə mütəmadi danışıqlar aparması məlum olmuşdur. «502117704 sms.txt» adlı qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil telefon nömrəsinə daxil və xaric olan sms ismarıcları yerləşir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********04 saylı mobil telefon nömrəsi ilə istintaqa «İman» adı ilə məlum olan şəxsin istifadəsində olan +**********51 saylı mobil telefon nömrəsi arasında yazışmalar aşkar edilmişdir. Bundan başqa qeyd edilən qovluğa baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə çoxlu sayda müxtəlif şəxslər tərəfindən göndərilən, pul tələbi ilə bağlı, Təqsirləndirilən şəxs zənglərə cavab verməməsi, pulu qaytarmaması səbəbindən baş verən söz mübahisələri, Təqsirləndirilən şəxs tərəfindən verilmiş vədlərə əməl olunmaması ilə əlaqədar sonuncunun ünvanına işlənən mətnində nalayiq, qeyri-etik ifadələr əks edilən yazışmalar aşkar edilmişdir (iş vərəqə: cild İX, səh. 181-193) Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə Zərərçəkmiş şəxs10 istifadəsində olan +**********16 və +**********77 saylı, Təqsirləndirilən şəxs istifadəsində olan +**********99 saylı, Şahid12 istifadəsində olan +**********34 saylı mobil telefon nömrələrinə 01.09.2019-cu il tarixdən 30.04.2020-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglər, sms ismarıcları, danışıqların aparılma ərazisi (anten), qeydə alınan nömrələrin sahibləri barədə məlumatlar olmuşdur. Həmin məlumatlara ayrı-ayrılıqda baxış keçirilmiş və istintaq əhəmiyyəti kəsb edən tarixlərdə, yəni 2019-cu ilin oktyabr, noyabr ayları, habelə 2020-ci ilin mart-aprel ayları və sonrakı tarixlərdə aralarında zəngli danışıqların qeydə alınması aşkar edilmişdir (iş vərəqə: cild X, səh. 157) Məhkəmə baxışı zamanı tədqiq olunan «Azercell Telekom MMC», "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş ümumilikdə 04 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə 03 aprel 2020-ci il tarixli protokoldan görünür ki, təqdim olunan disklərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 242 32 32, 050 681 11 81, 050 723 22 15, 050 294 02 14, 050 778 26 58, 050 201 01 55 saylı mobil nömrələrinə 01 noyabr 2012-ci il tarixdən 01 yanvar 2019-cu il tarixə kimi, Şahid19 istifadəsində olmuş 050 357 51 07, 050 637 65 50, 050 203 44 02, 055 733 23 76, 055 225 99 64, 055 562 38 43, 055 464 51 07, 070 307 51 07, 070 225 99 64, 070 357 51 07, 077 357 51 07 saylı mobil nömrələrinə və Zərərçəkmiş şəxs11 istifadəsində olan 050 305 99 33 saylı mobil nömrəsinə 01 mart 2013-cü il tarixdən 01 yanvar 2014-cü il tarixə kimi, Şahid8 istifadəsində olan 055 675 30 91 saylı və X3 istifadəsində olan 050 312 55 36 saylı mobil nömrəsinə 01 may 2013-cü il tarixdən 01 iyul 2013-cü il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısının, mesajların məzmununun, anten məlumatlarının və həmin nömrələrin sahiblərinin anket məlumatları vardır. Bundan başqa disklərdən birində 050 477 09 88 saylı mobil nömrəsinə 01 yanvar 2013-cü il tarixdən 01 yanvar 2017-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısının, mesajların məzmununun, anten məlumatlarının və həmin nömrələrin sahiblərinin anket məlumatları qeydə alınmışdır. Həmin məlumatlara ayrı-ayrılıqda baxış keçirilmiş və istintaq əhəmiyyəti kəsb edən tarixlərdə, 2013-2014-cü illə ərzində və sonrakı tarixlərdə Zərərçəkmiş şəxs11lə Təqsirləndirilən şəxs arasında zəngli danışıqların qeydə alınması aşkar edilmişdir. Bundan başqa Şahid19 istifadəsində olmuş mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə göndərilən mesajlarda Zərərçəkmiş şəxs11 məxsus pulu vəsaitinin həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi təsdiqini tapmışdır (iş vərəqə: cild İX, səh. 109) Məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD-R disk üzrə məlumatlara baxış keçirilməsi barədə 31 iyul 2018-ci il tarixli protokoldan görünür ki, də iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istifadəsində olmuş +**********18 saylı mobil telefon nömrəsinə 27 iyul 2016-cı il tarixdə saat 22:16-da iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********32 saylı mobil telefon nömrəsindən zəng edilməsi təsdiq edilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, ***-***-**-** nömrə ilə Cavad Məzahir oğlunun istifadəsində olmuş +**********32 saylı mobil telefon nömrəsi arasında çoxsaylı danışıqlar aparılsa da, ***-***-**-** saylı həmin mobil nömrədən Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə arasında danışıqlar aparılmamışdır (iş vərəqə: cild Vİ, səh. 9) Məhkəmə baxışı zamanı tədqiq olunan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin seriya RX ******* saylı çıxarışından görünür ki, ünvan 47 ünvanında yerləşən ümumi sahəsi 565,4 kv.m olan xüsusi mülkiyyət, qeyri-yaşayış binası 19 mart 2013-cü il tarixdə Zərərçəkmiş şəxs1 adına dövlət qeydiyyatına alınmışdır (iş vərəqə: cild İİ, səh. 20) Məhkəmə baxışı zamanı tədqiq olunan, məişət texnikasının, tibbi və texniki avadanlıqların alqı-satqı müqaviləsindən və əmlakın təhvil-təslim aktından görünür ki, görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2013-cü il tarixdə tibb müəssisəsinə məxsus 980.000 (doqquz yüz səksən min) manat pul müqabilində məişət texnikasını, tibbi və texniki avadanlıqları, ləvazimatları Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Bundan başqa cinayət işinə əlavə edilmiş 05 avqust 2013-cü il tarixli kredit və ipoteka müqavilələrindən də görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs "xxxx" ASC-yə olan 2.480.261 manatdan ibarət kredit borcu ilə bağlı bank öhdəliyini öz üzərinə götürmüş və həmin borcu tam ödəmişdir (iş vərəqə: cild İ, səh. 25-61) Cinayət işinin ibtidai istintaqı zamanı istintaq orqanının 31 iyul 2018-ci il tarixli qərarı ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş ümumilikdə 07 ədəd disk, Şahid14 təqdim etdiyi və yaddaşında 14 noyabr 2019-cu il tarixdə «Rahat Market» adlı mağazada Şahid10 pul vəsaitlərinin bilavasitə verilməsini qeydə alan 01 (bir) ədəd disk, Zərərçəkmiş şəxs10 təqdim etdiyi və yaddaşında səs yazıları qeydə alınmış fraqmentlər olan 02 (iki) ədəd disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild Vİ, səh. 9; cild İX, səh. 109; 159-167; 173-177; 181-193; 204-212; cild X, səh. 157; səh. 170-189). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 55.000 (əlli beş min) manat məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs11 247.180,50 (iki yüz qırx yeddi min yüz səksən manat, 50 qəpik) manat məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs11 125.552 (yüz iyirmi beş min beş yüz əlli iki) manat AZN-ə ekvivalent olan 160.000 (yüz altmış min) ABŞ dolları məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat AZN-ə ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində, təkrarən Zərərçəkmiş şəxs3 1.153,35 (min yüz əlli üç manat 35 qəpik) AZN-ə ekvivalent olan 1.100 (min bir yüz) ABŞ dolları məbləğində, təkrarən Zərərçəkmiş şəxs4 4.000 (dörd min) manat məbləğində, təkrarən Zərərçəkmiş şəxs8 13.539,57 (on üç min beş yüz otuz doqquz manat 57 qəpik) manat AZN-ə ekvivalent olan 12.900 (on iki min doqquz yüz) ABŞ dolları məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs9 19.000 (on doqquz min) manat məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs10 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirib dələduzluq etməsi, yəni ümumilikdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapdığından ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat AZN-ə ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməsi, yəni Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirilməsi, yəni Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməsi, yəni Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.1 və 15.3-cü maddələrinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə Zərərçəkmiş şəxs7 qarşı 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat, Zərərçəkmiş şəxs2 qarşı 35.000 (otuz beş min) manat və Zərərçəkmiş şəxs3 qarşı 3.000 (üç min) manat dələduzluq cinayətini Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsi ilə tövsif edib qeyd edir ki, cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan qeyd olunan əməl təsnifatına görə az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 75.1 və 75.1.2-ci maddəsinə əsasən isə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat məbləğində xeyli miqdarda əmlakının dələduzluq yolu ilə təkrar ələ keçirməsi cinayətinin 26 noyabr 2013-cü il tarixdə, Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə təkrar ələ keçirilməsi cinayətinin 2013-cü ilin dekabr ayının əvvəllərində və Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində əmlakının dələduzluq yolu ilə təkrar ələ keçirilməsi cinayətinin isə 2014-cü ilin noyabr ayında baş verdiyi və qeyd olunan cinayət faktlarının hər birinin törədilməsindən hələ baxılan iş üzrə yekun məhkəmə aktının qəbul edilməsinədək 7 (yeddi) ildən artıq bir müddət keçdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinin tələblərinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirilməsi epizodu üzrə təqsirli bilməməsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununu ilə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Sözü gedən epizodda əmlakın etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirilməsindən bəhs olunur ki, bu tərkib əlaməti ilə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 178.2ci maddəsinin tələblərinə görə isə eyni əməllərin, yəni Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin təkrar törədilməsi əməlin həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə tövsifinə əsas verir. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, araşdırılan Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının dələduzluq yolu ilə təkrar ələ keçirilməsi epizodunda əmlakın mülkiyyətçisinə vurulan ziyanın məbləği tələb olunan 500 manat həddini aşmır və bununla da Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olmur, yəni Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yaratmır. Lakin ibtidai istintaq orqanı qeyd olunan Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının dələduzluq yolu ilə təkrar ələ keçirilməsi epizoduna görə Təqsirləndirilən şəxs ittiham irəli sürərkən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almamış, əməlin 2015-ci ilin may ayının axırlarında törədildiyini əsas götürərək sonuncu dəfə 08 oktyabr 2020-ci il tarixdə, yəni 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsindən sonra Təqsirləndirilən şəxs digər ittihamlarla yanaşı, qeyd olunan Qanunun qüvvəyə minməsinədək qüvvədə olmuş Azərbaycan Respublikası Qanununu tətbtq etməklə bu epizod üzrə də ittiham irəli sürməklə təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmin maddənin İİİ bəndinə əsasən dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Azərbaycan Respublikasının CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə cinayət tərkibi yaranmadığından, bu epizod üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından həmin epizod ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlardan başqa, məhkəmə Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin, yəni iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmə cinayətini, yəni Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs təqsirliliyini sübuta yetirə biləcək mötəbər sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını hədə-qorxu ilə tələb etməsi ilə bağlı Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material üzrə 02 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanılmasına əsas və səbəb Təqsirləndirilən şəxs özünə məxsus “Pendik Şifa” tibbi klinikanı 02 avqust 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən baxılan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 4 milyon 180 min manata satıb, razılaşılan pul məbləğini tam almasından xeyli müddət sonra Zərərçəkmiş şəxs1 yanına getməklə və ona zənglər etməklə sonuncunu öldürəcəyi ilə hələ-qorxu gəlməklə əvvəlcə 400.000 manat, daha sonra 700.000 manat və axırda isə 1.000.000 manat əlavə pul tələb etməsi barədə Zərərçəkmiş şəxs1 hüquq-mühafizə orqanlarına ünvanlamış olduğu şikayət ərizəsi ətrafında toplanmış ilkin təhqiqat materialları olmuşdur (iş vərəqə: cild İİ, səh. 1-2, 11-12, 14, 18). 170040154 saylı həmin cinayət işi 27 avqust 2018-ci il tarixdə təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılmasından ötrü məhkəməsinə göndərilmişdir (iş vərəqə: cild Vİ, səh. 111-135). Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 27 dekabr 2017-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən başqa, həm də Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, təkrarən (Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasibətdə) özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə özünə məxsus “Pendik Şifa” tibbi klinikanı 02 avqust 2013-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 satıb razılaşdıqları məbləğdə pulu aldıqdan xeyli müddət sonra əvvəlcə özü, sonradan isə cinayətkarlar arasında Oleq ləqəbi ilə tanınan Allahverdi adlı və Rövşən Lənkəranski kimi təqdim etdiyi şəxslərlə birlikdə 2016-cı ilin aprel ayından başlayaraq 27 iyul 2016-cı il tarixdə, saat 22:16 radələrinə kimi olan dövr ərzində dəfələrlə Zərərçəkmiş şəxs1 mobil telefonla zəng etməklə və onun işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən həmin klinikaya gələrək Zərərçəkmiş şəxs1 ofisində, sonradan isə R.Lənkəranskinin adamını həmin ofisə göndərməklə Zərərçəkmiş şəxs1 ona pul borcu qalmasını yalandan iddia edərək Zərərçəkmiş şəxs1 külli miqdarda pulunu ələ keçirmək məqsədi ilə təhlükəli kimi tanınan həmin şəxslərdən Zərərçəkmiş şəxs1 əmlakını vermək qərarına gəlməyə məcbur etmə vasitəsi kimi zor tətbiq edəcəyi hədəsində istifadə edib, real və həyata keçirilə bilən təhlükə yaradaraq onu və yaxın qohumları olan ailə üzvlərini şəxsiyyətləri üzərində zor göstərib öldürtdürəcəyi hədəsi ilə ona əvvəlcə 400.000 manat, sonradan 700.000 manat verməsini və nəhayət, sonda vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.000.000 manat məbləğində külli miqdarda əmlak olan pulu Zərərçəkmiş şəxs1 əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmişdir(iş vərəqə: cild V, səh. 246-248). Həmin cinayət işinin məhkəmə hazırlıq iclasında işin məhkəməyədək icraatı mərhələsində Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol verildiyi müəyyən edildiyindən, həmin pozuntularla bağlı dövlət ittihaçısı tərəfindən qaldırılan vəsatət təmin olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərarına əsasən cinayət işinə baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (iş vərəqə: cild Vİ, səh. 197-205). Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş 07 avqust 2018-ci il tarixli ittihamın məzmununa təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı külli miqdarda hədə-qorxu ilə tələb etmə cinayətini cinayətkarlar arasında «Oleq» ləqəbi ilə tanınan Allahverdi adlı və Rövşən Lənkəranskinin adamı kimi təqdim etdiyi şəxslərlə birlikdə, həmçinin sonuncunun adamını Zərərçəkmiş şəxs1 ofisinə göndərməklə əvvəlcə 400.000 manat, sonra 700.000 manat və yekunda 1.000.000 manat məbləğində külli miqdarda pulu Zərərçəkmiş şəxs1 əldə etmək məqsədi ilə sonuncudan hədə-qorxu ilə tələb etməsi daxil edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs hədəqorxu ilə tələb etmə cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsifedici əlamətə görə ittiham verilməmişdir (iş vərəqə: cild Vİ, səh. 73-76). Eyni zamanda müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə hələ Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə ittiham irəli sürülməzdən əvvəl - ibtidai istintaq orqanının 6 avqust 2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və icraata ayrıca cinayət içinin ayrılması barədə” qərarına əsasən (6-cı və 7-ci bəndlər) «Oleq» ləqəbli Allahverdi adlı, Rövşən Lənkəranski kimi tanınan və onun adamı kimi göstərilən şəxslərin hərəkətlərində Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsində nəzərdə tutuan cinayət əməlinin törədilməsi təsdiq olunmadığından cinayət işinin icraatına adı çəkilən şəxslərin, həmçinin Təqsirləndirilən şəxs özünün barəsində həmin hissədə xitam verilmişdir (iş vərəqə: cild Vİ, səh. 34-61). Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərarına əsasən cinayət işinə baxılmasına xitam verilməklə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından sonra ibtidai istintaq davam etdirilmiş və aparılan istintaqın nəticəsi olaraq ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi barədə” 08 may 2019-cu il tarixli qərarına əsasən «Oleq» ləqəbli Allahverdi adlı, Rövşən Lənkəranski kimi tanınan və onun adamı kimi göstərilən şəxslərin hərəkətlərində Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsində nəzərdə tutuan cinayət əməlinin törədilməsi təsdiq olunmadığından cinayət işinin icraatına adı çəkilən şəxslərin barəsində həmin hissədə xitam verilməsinin nəzərə alınması (8-ci bənd) qərara alınmışdır(iş vərəqə: cild Vİİ, səh. 188-217). İbtidai istintaq orqanı bu nəticəyə gəlmək üçün qərarını belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1.000.000 manat məbləğində pulu ona verməyəcəyi təqdirdə onu həqiqətən də öldürtdürə biləcəyinə və zor tətbiq olunacağına real və həyata keçirilə bilən təhlükə yaratmış, kriminal aləmdə məşhur olan şəxslərin adlarından istifadə edərək Zərərçəkmiş şəxs1 ona külli miqdarda pulu vermək qərarına gəlməyə məcbur etmək vasitəsi və üsulu kimi istifadə etmişdir. İbtidai istintaq zamanı “Oleq» ləqəbli Allahverdi adlı, Rövşən Lənkəranski kimi tanınan və onun adamı kimi göstərilən şəxsləri müəyyən etmək və onları dindirmək mümkün olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1.000.000 manat məbləğində pulu həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tələb etməsi nəticəsinə gəlmək olmaz. Onların əlbir olmaları heç bir istintaq materialları ilə təsdiq olunmamışdır (iş vərəqə: cild Vİİ, səh.214). İbtida istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 08 may 2019-cu il tarixli qərarın məzmunundan görünür ki, bu dəfə ittiham əsas mahiyyəti üzrə dəyişdirilməmiş, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əvvəl 400.000 manat, sonra 700.000 manat və yekunda 1.000.000 manat məbləğində külli miqdarda pulu hədə-qorxu ilə tələb etməsi qərarda saxlanılsa da, “Sübutların qiymətləndirilməsi barədə” 08 may 2019-cu il tarixli qərar əsas götürülməklə ittihamın məzmunundan Oleq ləqəbli Allahverdi adlı, Rövşən Lənkəranski kimi tanınan və onun adamı kimi göstərilən şəxslərə dair hissə ittihamın məzmunundan xaric edilmişdir(iş vərəqə: cild Vİİ, səh. 219-221). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs haqqında olan cinayət işi üzrə sonuncunun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bir neçə epizodda, həmçinin həmin Məcəllənin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 iyul 2019-cu il tarixdə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı təsdiqlənib baxılmasından ötrü məhkəməyə göndərilməsindən ötrü Bakı şəhər prokurorluğuna göndərilmişdir. Lakin cinayət işi Bakı şəhər prokurorluğunda öyrənilərkən cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə olan bir neçə cinayət epizodu, əsasən də Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bağlı olan epizodda iş üzrə ittiham aktının təsdiq olunmamasına və cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün qaytarılmasına əsas verən ciddi pozuntulara yol verildiyi müəyyən edilmiş və eyni məqsədlə ittiham aktı təsdiq olunmadan cinayət işi Bakı şəhər prokurorluğunun 20 iyul 2019-cu il tarixli qərarına əsasən geri - ibtidai istintaq orqanının icraatına qaytarılmışdır. Bakı şəhər prokurorluğu 20 iyul 2019-cu il tarixli qərarda ittiham aktının təsdiq olunmamasını və cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün qaytarılmasını Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bağlı olan hissədə belə əsaslandırmışdır ki, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs 2015-ci ilin aprel-may aylarında ondan pul tələb etməyə başlayarkən özü ilə «Oleq» ləqəbli Allahverdi adlı, həmçinin Rövşən Lənkəranskinin adamı kimi özünü təqdim etmiş şəxslərlə birlikdə onun ofisinə gələrək hədə-qorxu ilə Zərərçəkmiş şəxs1 pul tələb etmiş, hətta «Aleq» ləqəbli Allahverdi adlı şəxs ***-***-**-** nömrəli mobil telefondan onun istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng edib Zərərçəkmiş şəxs1 hədələyərək ondan pul tələb etmişdir. Lakin ibtidai istintaq zamanı «Oleq» ləqəbli Allahverdi adlı və Rövşən Lənkəranskinin adamı kimi özünü təqdim etmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilməmiş, dindirilmələri təmin edilməmiş, onların Zərərçəkmiş şəxs1 hədələməsi xüsusatı araşdırılmamış, həmin şəxslərlə Zərərçəkmiş şəxs1 arasında olan telefon danışıqlarına dair çıxarışlar müvafiq qaydada götürülməmiş, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin arasında müəyyən olunan ziddiyyətlər aradan qaldırılmamış və bununla da təqsirləndirilən şəxsin əməli tam sübuta yetirilməmişdir (iş vərəqə: cild Vİİİ, səh. 50-83, 95-100). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə ittiham aktının təsdiq edilmədən geri qaytarılması prosesindən sonra aparılmış ibtidai istintaq hərəkətlərinin yekununda qəbul edilmiş sonuncu – «Cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət verilməsi və iş üzrə ayrıca icraatda başqa cinayət işinin ayrılması haqqında» 11 oktyabr 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qeyriləri ilə, həmçinin «Oleq» və ya «Alik» ləqəbli Allahverdi adlı və Rövşən Lənkəranskinin adamı kimi özünü təqdim etmiş digərinin hərəkətlərində istər Təqsirləndirilən şəxs və ya istərsə də qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi sübuta yetirilmədiyindən bu xüsusat Təqsirləndirilən şəxs əvvəl elan edilmiş ittihamdan xaric olunmuş (bənd 2), digərləri barəsində isə cinayət təqibinə xitam verilmişdir (bənd 7) (iş vərəqə: cild X, səh. 193-266). İbtidai istintaqın bu mərhələsində də konkret göstəriş verilməsinə baxmayaraq «Oleq» ləqəbli Allahverdi adlı və Rövşən Lənkəranskinin adamı kimi özünü təqdim etmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilməmiş, dindirilmələri təmin edilməmiş, onların Zərərçəkmiş şəxs1 hədələməsi xüsusatı araşdırılmamış, həmin şəxslərlə Zərərçəkmiş şəxs1 arasında olan telefon danışıqlarına dair çıxarışlar müvafiq qaydada götürülməmiş, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin arasında müəyyən olunan ziddiyyətlər aradan qaldırılmamışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş sonuncu ittihamın məzmunundan da görünür ki, həmin ittihamın məzmununa Təqsirləndirilən şəxs qeyriləri ilə, həmçinin «Oleq» və ya «Alik» ləqəbli Allahverdi adlı və Rövşən Lənkəranskinin adamı kimi özünü təqdim etmiş digərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində iştirakları daxil edilməmişdir. Məhkəmə baxışı zamanı daha sonra müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş 27 dekabr 2017-ci il, 07 avqust 2018-ci il və 08 may 2019-cu il tarixli ittihamların məzmununda Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayından başlayaraq 27 iyul 2016-cı il tarixdə saat 22:16 radələrinədək olan dövr ərzində əvvəlcə 400.000 manat, sonradan 700.000 manat verməsini və nəhayət, sonda vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.000.000 manat məbləğində külli miqdarda əmlak olan pulu Zərərçəkmiş şəxs1 əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etməsi göstərilsə də, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş sonuncu ittihamın məzmununda Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayından etibarən Zərərçəkmiş şəxs1 tibb mərkəzinin alqı-satqısına görə guya ona pul borclu olmasını yalandan iddia etməklə 27 iyul 2016-cı il tarixdə, saat 22:16-da özünün istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********118 saylı mobil telefon nömrəsinə zəng edərək ona külli miqdarda 1.000.000 (bir milyon) manat məbləğində pul çatdırmayacağı halda həmin gün axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 3H ünvanında yerləşən «Pendik Şifa Bakı İstanbul» tibb mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 tüfənglə başından vurub öldürəcəyini bildirməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etdiyi qeyd olunmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş sonuncu ittihamda belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayından etibarən Zərərçəkmiş şəxs1 tibb mərkəzinin alqı-satqısına görə ona pul borclu olmasını sadəcə yalandan iddia etmiş, 27 iyul 2016-cı il tarixə, saat 22:16-dək Zərərçəkmiş şəxs1 hər hansı məbləğdə əmlakını hədə-qorxu ilə tələb etməmiş, yalnız 27 iyul 2016-cı il tarixə, saat 22:16-da sonuncuya zəng edərək ona qarşı zor tətbiq etmək (onu öldürmək) hədəsi ilə 1.000.000 (bir milyon) manat məbləğində pulda ifadə olunan əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə baxışı zamanı müəyyn edildi ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş 27 dekabr 2017-ci il, 07 avqust 2018-ci il və 08 may 2019-cu il tarixli və baxılan iş üzrə ittiham aktının nəticə hissəsində qeyd olunan ittihamın dispozitiv hissəsində təqsirləndirilən şəxsin konkret ictimai-təhlükəli hərəkətləri, cinayət hadisəsinin tarixi, yeri və şəraiti, əməlin məhz hədə-qorxu ilə tələb etmədə ifadə olan əlamətləri barədə qeyd olunan detal məlumatların yeganə mənbəyi kimi iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 şikayət ərizələri və 5 il ərzində süründürməçilik və prosessual pozuntularla aparılan ibtidai istintaq zamanı vermiş olduğu qeyri-səmimi ifadələri çıxış etmişdir ki, bu da ayrı-ayrı tarixlərdə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamların məzmununda hər dəfə dəyişikliyə səbəb olmuş, zərər çəkmiş şəxsin ifadələrində təqsirləndirilən şəxsə qarşı ittiham mövqeyinin daha əvvəlkilərə münasibətdə artan dinamikası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlarda da özünü biruzə vermişdir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 hələ cinayət işi başlananadək müxtəlif dövlət instansiyalarına ünvanladığı müraciətlərində, ibtidai istintaqın ilkin mərhələlərində cinayət işi üzrə verdiyi izahat və ifadələrində 2015-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs hədə-qorxu ilə əvvəlcə ondan 400.000 manat, sonra 700.000 manat pul tələb etdiyini, ondan pul tələb etməyə gələrkən, eyni tələblə onunla telefonla danışarkən hər dəfə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələdiyini, real olaraq onu hədələmək və ondan tələb etdiyi pulu almaq üçün özü ilə «Oleq» (Allahverdi) adlı şəxsi və «qanuni oğru» kimi tanıdığı Rövşən Lənkəranski adlı şəxsin adını bilmədiyi adamını onun işlədiyi tibb müəssisəsinin 5-ci mərtəbəsində yerləşən ofisinə gətirdiyini, həmin şəxslərlə birgə ondan hədə-qorxu ilə pul tələb etdiklərini, “Oleq” ləqəbli Allahverdi adlı şəxsin bir neçə dəfə istifadə etdiyi ***-***-**-** nömrədən ona zəng edərək telefonla danışdığını və ona hədə-qorxu gələrək pul tələb etdiyini, Rövşən Lənkəranski adlı şəxsin adını bilmədiyi adamının mobil nömrəsini isə unutduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protoklundan da görünür ki, Zərərçəkmiş şəxs1 üzləşmə zamanı da yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və hətta şikayət ərizələrində, ilkin izahat və ifadələrində göstərmədiyi halda, üzləşmə zamanı klinikanın təhvil-təslimi prosesində Təqsirləndirilən şəxs «Vinçestr» markalı tüfəng olduğunu gördüyünü, sonuncunun ondan 1.000.000 manat tələb edərkən onu və ailə üzvlərini həmin silahla öldürəcəyi ilə hədələdiyini göstərmişdir (iş vərəqə: cild İİ, səh.11-12, 18, 22-24, 71-72, 79-84). Məhkəmə baxışı zamanı yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı cinayətin törədilmə və bitmə momentlərini yalnız zərər çəkmiş Zərərçəkmiş şəxs1 şikayət ərizələrinə, izahat və ifadələrinə istinad etməklə müəyyənləşdirməklə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı hələ cinayət işi başlananadək müxtəlif vəzifəli şəxslərə və konkret dövlət orqanlarına ünvanladığı müraciətlərində, ibtidai istintaqın ilkin mərhələlərində cinayət işi üzrə verdiyi izahat və ifadələrində, üzləşmə prosesində Təqsirləndirilən şəxs 2015-ci ilin aprel-may aylarından başlayaraq ona hədə-qorxu gəlməklə müxtəlif iri məbləğlərdə pullar tələb etdiyini, ondan tələb etdiyi pulları almaq məqsədilə kriminal aləmdə tanınan şəxslərdən istifadə etdiyini, həmin şəxslərlə birlikdə onun klinikada yerləşən iş ofisinə gələrək sonuncularla birlikdə ondan hədə-qorxu ilə iri məbləğlərlə pullar tələb etmələrini dəfələrlə vurğulamasına baxmayaraq, ibtidai istintaq orqanı yuxarıda qeyd olunan ictimai-təhlükəli əməlin 2016-cı ilin aprel ayından başlayaraq törədilməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürmüş ittihamın məzmununa məhz 2016-cı ilin aprel ayını iddia olunan cinayətin başlama vaxtı kimi daxil etmişdir (iş vərəqə: cild İİ, səh.11-12, 18, 22-24, 71-72, 79-84, cild V, səh. 246-248, cild Vİİ, səh. 219- 221). Lakin zərər çəkmiş Zərərçəkmiş şəxs1 işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 12 fevral 2020-ci il tarixli ifadəsindən görünür ki, sonuncu həmin ifadəsində, əvvəlki izahat və ifadələrindən fərqli olaraq Təqsirləndirilən şəxs 2016-cı ilin ortalarından kriminal aləmə yaxın olan şəxslərlə ortalığa çıxıb ondan hədə-qorxu ilə pul tələb etməyə başladığını göstərmiş, hətta bu dəfə pul tələbinin səbəblərinə dair mövqeyini dəyişərək, Təqsirləndirilən şəxs ondan guya borclu olduğu pulları deyil, onu borclarından xilas edəcəyinə söz verməsi, lakin vədinə əməl etməməsi səbəbindən onun söz verdiyi pulları ondan tələb etməsini, bu məqsədlə Rövşən Lənkəranskinin adamının ona zənglər edib görüşmək istədiyini, o, razı olmdıqda yanına gəldiyini və s. göstərmişdir(iş vərəqə: cild Vİİİ, səh. 216-222). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 tərəfindən Binəqədi rayon Məhkəməsində baxılan iş üzrə Təqsirləndirilən şəxs qarşı qaldırılan «şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiyəsi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında» 18 dekabr 2015-ci il tarixli mülki iddia ərizəsi, həmin mülki iddia ərizəsi ətrafında mövcud olan sənədlər və həmin materiallar üzrə çıxarılan Binəqədi rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qiyabi qətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hələ Zərərçəkmiş şəxs1 tərəfindən mülki idida qaldırılanadək Zərərçəkmiş şəxs1 qarşı Azərbaycan Respublikasının Prezidentinə, X56, Baş Prokuroruna və Milli Təhlükəsizlik Nazirinə şikayət ərizələri ilə müraciət edərək Zərərçəkmiş şəxs1 onun etibarından sui-istifadə edərək ona məxsus «Pendik-Şifa Bakı- İstanbul» klinikasını aldadaraq ələ keçirdiyini, həmin klinikanı qeyrilərinə olan borclarına görə məcburiyyət qarşısında dəyərindən qat-qat aşağı – 4.100.00 manata Zərərçəkmiş şəxs1 satdığını, sonuncunun razılaşdığı məbləğin bir hissəsini nağd və əmlakla əvəzləşdirməklə, onun banka olan kredit borcunu bağlamaqla ödədiyini, qalan 919.000 manatını isə iki ay müddətində ödəyəcəyinə söz verdiyini, lakin onu aldadaraq həmin pulu ödəmədiyini, onun borclu olduğu şəxslərlə sövdəşmələrə girib onu həbs etdirmək istədiyini, tələb etdikdə isə onu öldürtməklə hədələdiyini bildirmiş, tədbir görülməsini xahiş etmişdir. Qeyd olunan şikayət ərizələri Səbail RPİ-də və Baş Mütəşəkkil Sinayətkarlıqla Mübarizə İdarəsində araşdırılmış və mülki mühakimə icraatı qaydasında baxılmalı olması əsas gətirilməklə şikayət ərizələri üzrə cinayət işi başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən qaldırılan «şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında» 18 dekabr 2015-ci il tarixli mülki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs iddialarını əsassız və böhtan xarakterli hesab edib, həmin məlumatların onun şərəf və ləyaqətini alçaltdığını, ictimaiyət arasında və iş yerində onun haqqında mənfi fikirlər yaratdığını və onun işgüzar nüfuzuna xələl gətirdiyini bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qiyabi qətnaməsi ilə Təqsirləndirilən şəxs ərizəsində Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini ləkələyən məlumatlar təkzib edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 tərəfindən qaldırılan «şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında» 18 dekabr 2015-ci il tarixli mülki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 yazdığı iddia ərizəsində Təqsirləndirilən şəxs təkbaşına və ya qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə və ya zor tətbiqi hədəsi ilə külli miqdarda əmlakını onu öldürəcəyi və ya öldürtdürəcəyi hədə-qorxusu altında tələb etməsi barədə ümumiyyətlə bəhs etməmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməsini ilk dəfə 27 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidentinə, Prezidentin İcra Aparatının rəhbəri R.Mehdiyevə, X56 və Baş Prokuroruna ünvanladığı şikayət ərizələrində göstərmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 müxtəlif dövlət instansiyalarına ünvanladığı yuxarıda qeyd olunan müraciətləri ilə əlaqədar hələ cinayət işi başlananadək (cinayət işi 02 mart 2017-ci il tarixdə başlanmışdır) verdiyi izahatlarda, ibtidai istintaqın ilkin mərhələlərində cinayət işi üzrə verdiyi ifadələrində Təqsirləndirilən şəxs 2015-ci ilin aprelmay aylarından başlayaraq hədə-qorxu ilə müxtəlif iri məbləğlərdə pul tələb etməyə başladığını, ondan pul tələb edərkən hər dəfə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələdiyini, real olaraq onu hədələmək və ondan tələb etdiyi pulu almaq üçün kriminal aləmə yaxın şəxsləri onun ofisinə gətirdiyini, həmin şəxslərlə birgə ondan hədə-qorxu ilə pul tələb etdiklərini göstərmişdir(iş vərəqə: cild İİ, səh.11-12, 18, 22-24, 71-72, 79-84). Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi təqsirləndirilən Təqsirləndirilən şəxs onun külli miqdirda əmlakını 2016-cı ilin aprel ayından 27 iyul 2016-cı il tarixə, saat 22:16-dək hədə-qorxu ilə tələb etməsini təsdiq edə biləcək hər hansı digər mötəbər sübut müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ibtidai istintaq orqanının 31 iyul 2018-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 2016-cı ilin iyul ayında zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 “Oleq” ləqəbli Allahverdi adlı şəxsin bir neçə dəfə istifadə etdiyi ***-***-**-** nömrədən ona zəng edərək telefonla danışmasını və ona hədə-qorxu gələrək pul tələb etməsini iddia etdiyi ***-***-**-** saylı (mobil nömrə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 20A, mənzil 53-də qeydiyyatda olan X8 məxsusdur) mobil nömrə arasında çoxsaylı danışıqlar aparıldığı müəyyən olunsa da, sonuncu - ***-***-**-** saylı həmin mobil nömrədən Zərərçəkmiş şəxs1 özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng olunmadığı, mobil danışıqlar aparılmadığı müəyyən edilmişdir (iş vərəqə: cild Vİ, səh. 93). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ibtidai istintaq orqanının 6 avqust 2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və icraata ayrıca cinayət içinin ayrılması barədə” qərarına əsasən (12-ci bənd) təqsirləndirilən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 özünü və ailə üzvlərini «Vinçestr» markalı tüfənglə öldürməklə hədələməsi epizodu başqa sübutlarla təsdiq olunmadığından həmin epizod üzrə cinayət təqibinə xitam verilmişdir. İbtidai istintaq orqanı ibtidai araşdırmanın sonrakı mərhələlərində də eyni nəticəyə gəlmiş və “Sübutların qiymətləndirilməsi barədə” 08 may 2019-cu il tarixli qərarda həmin epizod üzrə cinayət təqibinə xitam verilməsinin nəzərə alınması qərara alınmışdır (iş vərəqə: cild Vİ, səh.34-61, cild Vİİ, səh. 188-217). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakının hədə-qorxu ilə tələb olunması epizodu üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid15, Şahid16, Şahid17 Qələndər oğlunun və Şahid18 ifadələrini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürmüş ittihamın təsdiqində mötəbər sübut kimi qəbul etmək və qiymətləndirmək olmaz. Belə ki, əvvəla qeyd olunan şahidlər Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını bu və ya sair formada hədə-qorxu ilə tələb etmədə ifadə olunan hərəkətlərinin birbaşa şahidi olmamış, məhkəməyədək icraat mərhələsində dindirilərkən guya Zərərçəkmiş şəxs1 onlara danışdıqlarına uyğun ifadələr vermişlər. Məhkəmə baxışı zamanı isə dindirilən hər üç şahidin ifadələri ilə onların məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri arasında ifadələrin həqiqiliyinə və obyektivliyinə əsaslı şübhələr yaradan ziddiyyətlər olduğu müəyyən edildi. Belə ki, Şahid15 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs1 məxsus klinikada kompyüterlərin idarə olunması və təmiri işlərində işləyərkən 2016-cı ilin iyul ayının sonlarında axşam saatlarında klinikada olan zaman Əzizin vəziyyətinin yaxşı olmadığını görüb nə baş verməsini Zərərçəkmiş şəxs1 soruşduğunu, Zərərçəkmiş şəxs1 bir nəfər şəxs tərəfindən uzun müddətdir ki, hədələndiyini, bir az əvvəl də həmin şəxsin zəng edərək onu güllələyəcəyi ilə hədələdiyini bildirdiyini göstərsə də, məhkəmə baxışı zamanı verdiyi ifadəsində otaqda Əzizlə birlikdə olarkən sonuncunun ona kiminsə Əzizi güllə ilə vuracağını demədiyini bildirmişdir. Şahid16 isə məhkəmə baxışı zamanı ümumiyyətlə ziddiyyətli ifadə verib Zərərçəkmiş şəxs1lə uzaq qohum və İmişli rayonunda qonşu olduqlarını, 2016-cı ilin yay aylarının birində Zərərçəkmiş şəxs1 rayondan gətirdiyi sovqatı çatdırmaq onun «İstanbul» klinikasına gedib onunla görüşdüyünü, Əzizin telefonda kimləsə 3-5 dəqiqə danışdığını, danışdığı adamın adının Cavad olduğunu eşitsə də, danışıqların məzmununa qulaq asmadığını, danışıb qurtarandan sonra Əzizin halının pisləşdiyini, həkimlərin yardımından təxminən 40 dəqiqə sonra Əziz özünə gəldiyini, maraqlandıqda Əzizin Cavad tərəfindən ölümlə hədələndiyini, onu tüfənglə öldürəcəklərini dediklərini bildirdiyini göstərsə də, məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində isə İmişli rayonundan olan ortaq tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs1 uzun müddət tanıdığını, 2016-cı ilin iyul ayının sonlarında İmişli rayonundan Zərərçəkmiş şəxs1 gətirdiyi meyvəni ona çatdırması üçün Əzizlə əlaqə saxlayıb sonuncunun yaşadığı məhəllədə onunla görüşdüyünü, Zərərçəkmiş şəxs1 onunla hal-əhval etmədən tələsik meyvəni götürüb aparmaq istədiyini, tez-tez sağına-soluna nəzər yetirdiyini, həyəcanlı olmasının səbələrini soruşduqda Əziz ona bir nəfər Cavad adında şəxsin guya onun sonuncuya borclu olması və pulu qaytarmayacağı təqdirdə tüfənglə öldürəcəyini bildirdiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, şahidlər Şahid17 Qələndər oğlu və Şahid18 da hadisəni birbaşa görən şahidlərdən olmamış, İmişli rayonunda əslən İmişli rayonundan olan zərər çəkmiş Zərərçəkmiş şəxs1lə qonşuluq münasibətlərində olmuş, 2016-cı ilin avqust ayının əvvəllərində hər ikisi İmişli rayonunda təsadüfən Zərərçəkmiş şəxs1lə görüşmüş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə bağlı məsələni onlara danışmış, sonradan onlara gəlib ifadə vermələrini təklif etmiş və sonuncunun təklifi ilə gedib ifadə vermişlər. Hər iki şahidin məhkəmə baxışı verdikləri ifadələri ilə məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələr arasında ziddiyyətlər olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürmüş sonuncu ittihamın məzmundan görünür ki, ibtidai istintaq orqanı belə bir nəticəyə gəlmişdir ki, «Pendik-Şifa Bakı-İstanbul» klinikasının alqısatqısından sonra tərəflər, yəni Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 arasında alqı-satqı və ödəniş tam həyata keçirilib başa çatdıqdan sonra faktiki aralarında heç bir borc qalmamış və sonrakı müddətdə fikir ayrılığı, narazılıq olmamışdır. İbtidai istintaq orqanının bu xüsasat üzrə də gəldiyi nəticə yenə də zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadələrinə söykənmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 hər ikisi «Pendik-Şifa Bakı-İstanbul» klinikasının alqı-satqısından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs borcu qaldığını təsdiq etmişlər. Belə ki, zərər çəkmiş Zərərçəkmiş şəxs6 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs verdiyi 70.000 manat pulu ondan tələb etdikdə sonuncu klinikanı Əzizə satdıqdan sonra Əzizin pulun hamısını vermədiyini ona borcu qaldığını, Əzizin borcunu ödədikdən sonra onun və Elşənin borcunu qaytaracağını bildirmiş, həmçinin Zərərçəkmiş şəxs1 əvvəlcə Cavadın ona və Elşənə olan borcunu özünün ödəyəcəyini bildirsə də, təxminən 20 gün sonra Cavada heç bir borcunun olmadığını bildirmiş, Cavadın ona və Elşənə olan borcunu gedib Cavadın özündən tələb etmələrini demişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona çatmalı olan 70.000 manat pulunu istədikdə sonuncu Əzizin klinikanı alarkən müəyyən qədər pul verdiyini, lakin borclu qaldığını bildirmiş və hətta onu inandırması məqsədilə Əzizin yanına, direktor otağına aparmışdır. Cavad orada Əzizə onun (Zərərçəkmiş şəxs5) getmək istədiyini və onun pulunu verməli olduğunu dedikdə, Əziz birinci onun pulunu verəcəyinə söz vermiş və hətta qalıb klinikada işləməyi ona təklif etmişdir. İşlərin sonrakı gedişatında Əziz özünün Ərbil şəhərinə gedəcəyini, bir neçə gün klinikada olmayacağını, əmisi oğlunun klinikada olacağını demiş və geri qayıdanda borcları ödəməsi üçün ona klinikanın ümumi borclarını çıxarmasını tapşırdığını bildirmişdir. Bir müddət sonra Əziz Cavada pulu verəcəyi vaxtın tamam olmadığını, lakin Cavadın tez-tez gəlib pul istədiyini ona demiş və Cavadın qumar oynayıb-oynamamasını öyrənməyi ondan xahiş etmişdir. O, hətta Cavadın anasını Əzizlə görüşdürmüş, Əziz Cavadın anasına “kişiyik, dediyimiz vaxtda pulu verəcəyik” sözlərini də demişdir. Yekunda Əziz onun pulunu oktyabrda verəcəyini bildirmiş və o, artıq oktyabrda Əzizdən pulunu istəməyə başlamışdır. Həmin vaxt Əziz klinikanı alarkən Cavad tərəfindən aldadıldığını, Cavadın klinikanı dəyərindən baha satdığını, ona görə də ona pul verməyəcəyini bildirmiş, pulunu gedib Cavaddan istəməsini demişdir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 hər ikisi eyni xüsusatları məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat zamanı vermiş olduqları şikayət ərizələrində və ifadələrində də təsdiq etmişlər (iş vərəqə: cild İV, səh. 177-178, cild V, səh.13, 20-21, cild Vİ, səh.30-32). Lakin ibtidai istintaq orqanı yuxarıda qeyd olunan xüsusatla bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 şikayət ərizələrinə, ifadələrinə və işin faktiki hallarına uyğun hüquqi qiymət vermək əvəzinə yenə də sübutların qiymətləndirilməsi barədə 11 oktyabr 2020-ci il tarixli qərarda yenə də zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 özünün inkaredici ifadəsinə və habelə digər istintaq materiallarına əsasən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ifadələrini həmin hissədə sybut hesab etməmişdir (29-cu bənd). İbtidai istintaq orqanı «habelə digər istintaq materiallarına» ifadəsini açıqlamamış, konkret sübutları qiymətləndirməmişdir (iş vərəqə: cild X, səh.193-266). Yuxarıda qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ölkə başçısına və s. ünvanladığı şikayət ərizəsində təqsirləndirilən Təqsirləndirilən şəxs 15 fevral 2017-ci il tarixdə də, yəni sonuncu ittihamda göstərilən 27 iyul 2016-cı il tarixdən də təqribən 7 ay sonra ona zəng edərək ondan cinayətkar aləmdə Aleq adı ilə tanınan şəxsə 250.000 manat pul çatdırmağı tələb etdiyini, onsuz da onu öldürəcəyini bildirdiyini göstərmişdir. Hansı ki, məhkəməyədək icraat mərhələsində zərər çəkmiş tərəfindən irəli sürülən bu xüsusata ümumiyyətlə hüquqi qiymət verilməmişdir (iş vərəqə: cild İİ, səh. 93). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürmüş sonuncu ittihamın məzmununa «tibb müəssisəsinə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs1 qarşısında inam və etibar qazanmaq məqsədi ilə özünü işgüzar və etibarlı tərəfdaş kimi təqdim edərək», «əsl həqiqətdə isə digər şəxslərə qarşı törətdiyi dələduzluq cinayətləri nəticəsində ələ keçirdiyi pul vəsaitlərini zərərçəkmiş şəxslərə geri qaytarmaq məqsədi ilə», «gələcəkdə hüquq mühafizə orqanlarına özünün qanunazidd hərəkətləri ilə bağlı şikayət olunacağı halda məsuliyyətdən yayına bilmək üçün qabaqcadan düşünülmüş şəkildə» kimi bədiilik və məhkəmədə fikir formalaşdırmaq təsiri bağışlayan ifadələr işlədilmişdir ki, qeyd olunan taktiki gediş heç bir sübuta söykənməmiş, yalnız ibtidai istintaq orqanının fərziyələrinə əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürmüş ittiham üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında həmin epizod üzrə tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi konkret və mötəbər sübutlara deyil, şübhələrə və ibtidai istintaq orqanının fərziyələrinə əsaslanmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 55.000 (əlli beş min) manat məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs11 247.180,50 (iki yüz qırx yeddi min yüz səksən manat, 50 qəpik) manat məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs11 125.552 (yüz iyirmi beş min beş yüz əlli iki) manat AZN-ə ekvivalent olan 160.000 (yüz altmış min) ABŞ dolları məbləğində külli miqdarda, təkrarən Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat AZN-ə ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində, təkrarən Zərərçəkmiş şəxs3 1.153,35 (min yüz əlli üç manat 35 qəpik) AZN-ə ekvivalent olan 1.100 (min bir yüz) ABŞ dolları məbləğində, təkrarən Zərərçəkmiş şəxs4 4.000 (dörd min) manat məbləğində, təkrarən Zərərçəkmiş şəxs8 13.539,57 (on üç min beş yüz otuz doqquz manat 57 qəpik) manat AZN-ə ekvivalent olan 12.900 (on iki min doqquz yüz) ABŞ dolları məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs9 19.000 (on doqquz min) manat məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs10 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirib dələduzluq etməsi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapdığından onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli, Təqsirləndirilən şəxs yuxarıda göstərilən epizodlar üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş Zərərçəkmiş şəxs7 qarşı 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş Zərərçəkmiş şəxs2 qarşı 35.000 (otuz beş min) manat və Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə tövsif edilmiş Zərərçəkmiş şəxs3 qarşı 3.000 (üç min) manat dələduzluq epizodları üzrə qanunla müəyyən olunan cinayət məsuliyyətinə cədb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə Təqsirləndirilən şəxs cəza təyin olunmamalı, lakin onun təqsirli bilindiyi digər epizodlar üzrə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun cəza cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxslər X17, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X9, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 vurulan maddi ziyan tam, Zərərçəkmiş şəxs5 yetirilmiş 70.000 manat maddi zərərdən 20.000 manat olmaqla qismən ödənilmiş, Zərərçəkmiş şəxs10 yetirilmiş 20.000 manat maddi zərərin 14.900 manatı ona ödənilməsi məqsədilə depozit hesaba qoyulmuş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 vurulan maddi zərər ödənilməmiş qalmışdır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdə təqsirini boynuna almaqla könüllü olaraq istintaq orqanına gəlmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir (iş vərəqə: cild X, səh. 47-50, 57- 58). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını həmin Məcəllənin 59.1.10-cu maddəsinə, cinayətlər nəticəsində dəymiş ziyanın könüllü olaraq tam və ya qismən ödənilməsini isə həmin Məcəllənin 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.3.2-ci maddəsinin sanksiyası daxilində, yüngülləşdirici hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını nəzərə alır və belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə, fasilələrlə həbsdə və ya ev dustaqlığında saxlanıldığı müddətlər ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 əmlakının talanması epizodu üzrə 15 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 oktyabr 2014-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. Bundan sonra 09 aprel və 18 avqust 2016-cı il tarixlərdə saxlanılsa da, onun azadlığı məhdudlaşdırılmamış, haqqında həbs seçilməsindən imtina olunmuşdur. Bundan başqa, müəyyən edldi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 iyun 2017-ci il tarixdə tutulub saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərarına əsasən barəsində 2 ay 16 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, 11 iyul 2017-ci il tarixədək həbsdə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbiri ibtidai istintaq orqanının 19 avqust 2017-ci il tarixli qərarına əsasən «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Ən nəhayət, axtarışda olan Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdə təqsirini boynuna almaqla könüllü olaraq istintaqa gəldikdən sonra o, dərhal istintaq orqanı tərəfindən saxlanılmaqla Bakı şəhəri, Nərimanov RPİ-nin Müvəqqəti saxlama yerinə yerləşdirilmiş, 23 sentyabr 2020-ci il tarixdə isə məhkəmə qərarına əsasən barəsində 02 ay 08 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş və məhkəmənin 12 noyabr 2020-ci il tarixli hazırlıq iclasınını qərarına əsasən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, bununla da sonuncu məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutulub 17 oktyabr 2014-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 03 iyun 2017-ci il tarixdə tutulub 05 iyun 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə 11 iyul 2017ci il tarixədək həbsdə və 11 iyul 2017-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə 19 avqust 2017-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 2 (iki) ay 16 (on altı) gün, 21 sentyabr 2020-ci il tarixdə tutulub 23 sentyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmünün çıxarıldığı tarixədək olan müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (158.2.1-ci maddə), ev dustaqlığında saxlanıldığı müddət (158.2.2-ci maddə) …….. daxildir: Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxs olaraq tanınmış şəxslərdən yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı 70.000 (yetmiş min) manat maddi zərərə görə pul tələbinə dair mülki iddia qaldırmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 qəsdən təqsirli olaraq 70.000 (yetmiş min) manat məbləğində maddi zərər yetirməsi və qeyd olunan maddi zərərin 20.000 (iyirmi min) manatının hələ məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi təsdiq olundu. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs qarşı 22.000 (iyirmi iki min) manat maddi zərərə və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə pul tələbinə dair mülki iddia qaldırmışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 qəsdən təqsirli olaraq 20.000 (iyirmi min) manat məbləğində maddi zərər yetirməsi təsdiq olunsa da, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 22.000 (iyirmi iki min) manat məbləğində maddi zərər və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərər yetirilməsini təsdiq edə biləcək sübutlar müəyyən edilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 vurulmuş maddi zərərin sonuncuya ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs qohumu (qaynı) X18 tərəfindən 29 sentyabr 2020-ci il tarixli protokol əsasında 9.000 (doqquz min) manat, 30 sentyabr 2020-ci il tarixli protokol əsasında 3.000 (üç min) manat və 06 oktyabr 2020-ci il tarixli protokol əsasında 2.900 (iki min doqquz yüz) manat –cəmi 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaiti istintaq orqanına təqdim olunmuş, qeyd olunan sonuncu məbləğ ibtidai istintaq orqanının müvafiq qərarlarına əsasən 05 və 08 oktyabr 2020-ci il tarixli 003620 və 003621 saylı pul qəbulu qəbzlərinə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına mədaxil edilmişdir. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 vurulmuş 20.000 (iyirmi min) manat maddi zərərin 5.100 (beş min yüz) manatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 bu və ya digər formada ödənilməmişdir. Daha sonra müəyyən edilmişdir ki, iş üzrə zərər çəkmiş şəxslərdən X32 Təqsirləndirilən şəxs qarşı 14 avqust 2018-ci ildə mülki iddia qaldıraraq sonuncudan vurulmuş zərərin əvəzi olaraq 67.180 ABŞ dolları, həmin məbləği qanunsuz saxlamağa görə illik 5 % olmaqla 16.796 ABŞ dolları, cəmi 83.938 ABŞ dollarının və mənəvi zərərin əvəzi olaraq 10.000 manatın ödənilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə: cild Vİ, səh.180-181). Zərər çəkmiş şəxs X19 vurulan maddi zərərin məhkəməyədək icraat mərhələsində əsasən ödənilməsini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan mülki iddia baxılmamış saxlanılmalı və sonuncunun vəfat etməsi nəzərə alınmaqla onun hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Daha sonra müəyyən edilmişdir ki, iş üzrə zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı 14 sentyabr 2018-ci ildə mülki iddia qaldıraraq sonuncudan ona vurulmuş maddi zərərin ödənilməmiş qalan 2500 manat hissəsinin ödənilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə: cild Vİ, səh.180-181). Məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 vurulmuş maddi zərərin tam ödənilməsi nəzərə alınmalı, qaldırılmış mülki iddia təmin edilmiş və icra olunmuş hesab olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinin tələbləri baxımından baxılan cinayət işi üzrə mülki iddiaya dair məsələni müzairə edib belə nəticəyə gəlir: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı 70.000 (yetmiş min) manat maddi zərərə görə pul tələbinə dair mülki iddiası qismən təmin edilməli, 50.000 (əlli min) manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs5 nəfinə ödənilməli, Zərərçəkmiş şəxs5 vurulmuş maddi zərərin 20.000 (iyirmi min) manatının məhkəməyədək icraat mərhələsində ödənilməsi nəzərə alınmalı və mülki iddia qalan hissədə təmin edilmədən rədd edilməli; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs qarşı 22.000 (iyirmi iki min) manat maddi zərərə və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə pul tələbinə dair mülki iddiası qismən təmin edilməli, Zərərçəkmiş şəxs10 yetirilmiş 20.000 (iyirmi min) manat maddi ziyan Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs10 nəfinə ödənilməli, bu məqsədlə Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabında olan 14.900 (on dörd min doqquz yüz) manat pul məbləği Zərərçəkmiş şəxs10 vurulmuş maddi zərərin ödənilməsinə yönəldilməli, qalan 5100 (beş min yüz) manat Təqsirləndirilən şəxs müstəqil tələb olunmalıdır. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilməli; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərin əvəzi olaraq 67.180 ABŞ dolları, həmin məbləği qanunsuz saxlamağa görə illik 5% olmaqla 16.796 ABŞ dolları, cəmi 83.938 ABŞ dollarının və mənəvi zərərin əvəzi olaraq 10.000 manatın ödənilməsini barədə mülki iddia baxılmamış saxlanılmalı və onun hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah olunmalı; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərin ödənilməmiş qalan 2500 manat hissəsinin ödənilməsinə dair mülki iddiası təmin olunmuş və icra olunmuh hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qanunla müəyyən olunmuş qaydada mülki iddia verməmələri nəzərə alınsın. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələnin həllini müzakirə edib belə nəticəyə gəlmişdir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış ibtidai istintaq orqanının 31 iyul 2018-ci il tarixli qərarına əsasən «Azercell Telekom MMC»dən götürülmüş 01 ədəd disk, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərarına əsasən «Azercell Telekom MMC», «Bakcell MMC» və «Azerfon MMC»dən və 04 noyabr 2019-cu il tarixli qərara əsasən «Azercell Telekom MMC» götürülmüş ümumilikdə 04 ədəd disk, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərarına əsasən «Azercell Telekom MMC» və «Bakcell MMC»dən götürülmüş ümumilikdə 02 ədəd disk, Şahid14 təqdim etdiyi və yaddaşında 14 noyabr 2019-cu il tarixdə «Rahat Market» adlı mağazada Şahid10 pul vəsaitlərinin bilavasitə verilməsi barədə görüntülər olan 01 (bir) ədəd disk, Zərərçəkmiş şəxs10 təqdim etdiyi və yaddaşında səs yazıları qeydə alınmış fraqmentlər olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutulub 17 oktyabr 2014-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 03 iyun 2017-ci il tarixdə tutulub 05 iyun 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə 11 iyul 2017ci il tarixədək həbsdə və 11 iyul 2017-ci il tarixədə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə 19 avqust 2017-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 2 (iki) ay 16 (on altı) gün, 21 sentyabr 2020-ci il tarixdə tutulub 23 sentyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmünün çıxarıldığı 28 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 5 (beş) ay 7 (yeddi) gün - cəmi 1 (bir) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün ona təyin olunan 7 (yeddi) müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 5 (beş) il 4 (dörd) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat AZN-ə ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və həmin maddələrlə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirilməsi epizodu üzrə Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və həmin maddələrlə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin maddələrlə ona cəza təyin edilməsin. Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə cinayət tərkibi yaranmadığından həmin epizod Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 28 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs10 tərəfindən Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddialar aşağıdakı qaydada həll edilsin: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı 70.000 (yetmiş min) manat maddi zərərə görə pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. 50.000 (əlli min) manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs5 nəfinə ödənilsin. Zərərçəkmiş şəxs5 vurulmuş maddi zərərin 20.000 (iyirmi min) manatının məhkəməyədək icraat mərhələsində ödənilməsi nəzərə alınsın və mülki iddia qalan hissədə təmin edilmədən rədd edilsin. - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs qarşı 22.000 (iyirmi iki min) manat maddi zərərə və 20.000 (iyirmi min) manat mənəvi zərərə görə pul tələbinə dair mülki iddiası qismən təmin edilsin. Zərərçəkmiş şəxs10 yetirilmiş 20.000 (iyirmi min) manat maddi ziyan Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs10 nəfinə ödənilsin və bu məqsədlə Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına qoyulmuş 14.900 (on dörd min doqquz yüz) manat pul məbləği Zərərçəkmiş şəxs10 vurulmuş maddi zərərin ödənilməsinə yönəldilsin. Qalan 5100 (beş min yüz) manat Təqsirləndirilən şəxs müstəqil tələb olunsun. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilsin. - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərin əvəzi olaraq 67.180 ABŞ dolları, həmin məbləği qanunsuz saxlamağa görə illik 5% olmaqla 16.796 ABŞ dolları, cəmi 83.938 ABŞ dollarının və mənəvi zərərin əvəzi olaraq 10.000 manatın ödənilməsini barədə mülki iddia baxılmamış saxlanılsın və onun hüquqi varisinə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah olunsun. - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərin ödənilməmiş qalan 2500 manat hissəsinin ödənilməsinə dair mülki iddiası təmin olunmuş və icra olunmuş hesab edilsin. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qanunla müəyyən olunmuş qaydada mülki iddia verməmələri nəzərə alınsın. İş üzrə maddi sübutlar – ibtidai istintaq orqanının 31 iyul 2018-ci il tarixli qərarına əsasən «Azercell Telekom MMC»dən götürülmüş 01 ədəd disk, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərarına əsasən «Azercell Telekom MMC», «Bakcell MMC» və «Azerfon MMC»dən və 04 noyabr 2019-cu il tarixli qərara əsasən «Azercell Telekom MMC» götürülmüş ümumilikdə 04 ədəd disk, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərarına əsasən «Azercell Telekom MMC» və «Bakcell MMC»dən götürülmüş ümumilikdə 02 ədəd disk, Şahid14 təqdim etdiyi və yaddaşında 14 noyabr 2019-cu il tarixdə «Rahat Market» adlı mağazada Şahid10 pul vəsaitlərinin bilavasitə verilməsi barədə görüntülər olan 01 (bir) ədəd disk, Zərərçəkmiş şəxs10 təqdim etdiyi və yaddaşında səs yazıları qeydə alınmış fraqmentlər olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar