Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-69/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, X11, X1, X5 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı1, Dövlət ittihamçısı4 kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, ədiyyə müşaviri Dövlət ittihamçısı7, Dövlət ittihamçısı6 müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1990-cı ildə Yardımlı rayonu, Gölyerli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Gölyerli kəndində qeydiyyatda olan və yaşamış, 31 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 noyabr 2020-ci il tarixdə barəsində 3 (üç) ay 21 (iyirmi bir) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 10 may 2021-ci il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkməsinin 25 iyun 2021-ci il tarixli qərarına əsasən seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, 25 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanılmış, 25 iyul 2021-ci il tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda polisin nəzarəti altında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 «ACCSESS BANK»dan götürdüyü 366.000 ABŞ dolları məbləğində kredit borcunu ödəyə bilməməsini öyrənərək, sonuncuya özünün yüksək vəzifədə işləyən şəxslərlə qohumluq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, əlaqələrindən istifadə edərək banka olan 366.000 ABŞ dolları borcun milli manata çevrilməsində köməklik göstərəcəyini vəd verib ilk dəfə 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu R.Behbudov küçəsində yerləşən «Milli Bankın» inzibati binasının qarşısında 4.000 manat, ertəsi gün taksi fəaliyyəti ilə məşğul olan Şahid4 Sədyar oğlu vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «20 Yanvar» dairəsinin yaxınlığında 16.000 manat, 2018-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, «20 Yanvar dairəsi» yaxınlığında yerləşən «Ləvəngi» adlı restoranın qarşısında 21.000 manat, Zərərçəkmiş şəxs1 yaxın, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 xahişi əsasında eyni məsələnin həllində yardım etmək adı ilə Zərərçəkmiş şəxs2 10 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən 2 saylı notariat kontorunun qarşısında sonuncuya məxsus 8.000 manat dəyərində «Vaz21214» markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşını və 2.000 manat nağd pulu, bundan başqa, 2019-cu ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək atası X2 guya respublikanın rayonlarından birinə icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunacağını və bu məsələnin həlli üçün 40.000 manat pul lazım olduğunu bildirib alacağı həmin məbləğdə pulu 1 ay müddətinə geri qaytarılacağını yalan vəd verməklə aldadaraq, Hacıqabıl rayonu, Nəvai kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus «X18 Mərkəzi»nin həyətində sonuncunun 20.000 manat dəyərində qızıl zinyət əşyalarını, 2019cu ilin fevral ayının əvvəllərində isə banka olan 366.000 ABŞ dolları borcun milli manata çevrilməsi üçün vəd vediyi məsələnin tam həll edilməsi bəhanəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən «Neftçilər» parkında 5000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə edərək aldatmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 66.000 manat məbləğində nağd pul vəsaitini və qızıl zinyət əşyalarını, Zərərçəkmiş şəxs2 10.000 manat dəyərində əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli, Zərərçəkmiş şəxs2 isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, zərər çəkmiş Müşviq Əsgərovu 2018-ci ilin noyabr ayında İlkin müəllimin vasitəsi ilə tanımışdır. Belə ki, o, 2018ci il noyabr ayında Şirvana toya getmiş, toyda hərbi xidmətdə olarkən özünün komandiri olmuş Şahid7 vasitəsi ilə Müşviqlə tanış olmuş və sonra Müşviqin yanında işə düzəlib işləməyə başlamışdır. O, Müşviqin restoranında adminstrator kimi işləmiş, 800 manat aylıq əmək haqqı almışdır. Müşviqlə işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmamışdır. 2018-in noyabr ayından əvvəl onun Müşviqlə heç bir tanışlığı olmamışdır. 2018-ci ildə o, idarə etdiyi maşını aşırtdığından, Müşviq sürücüsü ilə hadisə yerinə gəlmiş, həmin vaxt İlkin müəllim də orada olmuşdur. Maşına dəyən ziyan çox olduğundan Müşviq orada maşının xərcləri ilə bağlı ona 5000 manat borc pul vermişdir. Həmin 5000 manatdan və özünün əmək haqqısından başqa Müşviq ona pul verməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, restoranda Müşviqin yanında işləyərkən olarkən Müşviqə tez-tez zənglər gəlmiş, o, adətən telefonlara cavab verməmiş, danışıqlardan Müşviqin kimlərəsə borcları olduğunu hiss etmişdir. Hətta sonradan Müşviqin müxtəlif şəxslərin evlərini banka qoyub pul götürdüyü ona məlum olmuşdur. Günlərin birində restoranda işdə Müşviqlə birlikdə olarkən o, Müşviqə zəng edənin kimliyini öyrənmək üçün onun telefonunun «Getkontak» tətbiqinə baxmış və zəng edən nömənin Elçin adlı şəxsə məxsus olduğunu, sonuncunun bank işçisi olduğunu öyrənmişdir. Müşviq həmin nömrəni ona vermiş və həmin şəxsə zəng edib, ona «Müşviq müəllim xəstədir» deməyi tapşırmışdır. Bir dəfə də Müşviqə zəng gəlmiş, həmin vaxt mən o, Bakıda evdə olmuşdur. Müşviq mənə zəng edib, ona bir nömrədən zəng gəldiyini, amma nə nömrə olduğunu bilmədiyini demişdir. Nömrə uzun bir nömrə olmuş, o, həmin nömrənin kimə məxsus olmasını araşdıra bilməmişdir. Bundan sonra Müşviq onu yanına çağırmış, o, Şirvana sonuncunun yanına getmişdir. Müşviqlə həmin nömrəyə zəng etmiş, lakin nömrəyə zəng getməmişdir. Sonra Müşviqlə o, restoranda olarkən həmin nömrədən zəng gəlmiş və Müşviq müəllim telefonunu ona verib danışmağı xahiş etmişdir. O, həmin nömrə ilə danışmış və zəng edən şəxsin Prokurorluğun Korrupsiya İdarəsinin əməkdaşı olduğunu öyrənmişdir. Əməkdaş Müşviqin həftənin 3-cü günü Korrupsiya İdarəsində onun yanında olmasına dair tapşırıq vermişdir. Lakin Müşviq özü getməmiş, nə məsələ olduğunu öyrənməsi məqsədilə onu göndərmişdir. O, Müşviqin tapşırığına görə Korrupsiya İdarəsinə getmiş, orada qeydiyyat kitabında qeydiyyatdan keçmiş, sonra prokuror onu qəbul etmiş, onunla sorğu-sual etmişdir. Hətta ona banklara borcu olan şəxslərin sıxışdırılmaması, onlara möhlət verilməsi üçün cənab prezidentin sərəncamının da olduğunu bildirmiş və Müşviq müəllimə onun özünün gəlməsinin tələb olunduğunu deməsini tapşırmışdır. Oradan çıxıb Şirvana getmiş, Müşviqlə onun iş otağında oturub prokurorun dediklərini ona çatdırmış, ona prokurorun yanına getməyinin vacib olduğunu izah etmişdir. Bundan sonra bir dəfə də Müşviq özü Korrupsiya İdarəsinə prokurorun yanına getmişdir. Müşviq ona onu korrupsiya idarəsində təmsil etməsi üçün etibarnamə verməmiş, sadəcə onu nümüyəndə kimi təmsil etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Müşviq bir dəfə onu «Acses bank»ın baş ofisinə aparmış, iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 da ora gəlmişdir. Müşviq həmin vaxt öz bacısı oğlu Şahid5 banka müştəri kimi təqdim etmiş və bu üsulla bankdan möhlət almaq istəmişdir. Həmin vaxt bankın divarında bütün əməliyyatların səs yazısı və video müşahidə altında aparılması barədə qeydlər olduğunu görmüşdür. «Acsess bank»ın baş ofisində onlar hüquqşünsın otağında oturmuş, hüquqşünas Elçin müəllim onları dinləmişdir. Bir müddət sonra isə Müşviqə Eldəniz adında bir bank işçisi zəng etmişdi. Müşviq Eldənizin zənglərinə ümumiyyətlə cavab verməmiş, Eldənizin nömrəsini qara siyahıya atmışdır. Bir dəfə də Müşviqə yenə zəng gəlmiş, sonuncu həmin nömrəni açmamış, yoxladıqda həmin nömrənin sahibini müəyyən edə bilməmişlər. Həmin vaxt Müşviq ona nömrəni yığıb kimin olduğunu zəng edənin özündən müəyyənləşdirməyi tapşırmışdır. O, həmin nömrəni yığmış və zəng edənin «Acses bank»dan problemli kreditlər şöbəsinin nümayəndəsi Eldəniz müəllim olduğunu öyrənmişdir. O da ona özünü Müşviq müəllimin işçisi kimi təqdim etmişdir. Həmin vaxt Eldəniz müəllim Müşviqlə maraqlanmış, nə üçün onun telefon zənglərinə cavab vermədiyini soruşmuşdur. O, Müşviqin restoranda olduğunu bildirmiş, başının qarışıq olduğunu demişdir. Eldəniz Müşviqə banka olan borcunun heç olmasa bir qismini, az da olmuş olsa, ödənişi etməsini deməyi xahiş etmiş, ödəniş edildiyinin sistemdə görünməsinin lazım olduğunu demiş, Müşviqin uzun müddət krediti gecikdirdiyini, ödəniş etməyəcəyi təqdirdə onun əmlaklarına həbs qoyulacağı barədə xəbərdarlıq etmişdir. Həmin vaxt Müşviq müəllim onunla Eldəniz arasında aparılan söhbətlərin hamısını eşitmişdir. Bildiyinə görə Müşviqin banka aylıq kredit ödənişi 3000- 5000 arası olmalı idi. Eldənizin də istəyi isə, çoxdan ödəniş etməydiyinə görə, heç olmasa 10.000 manat ödəniş etməsi olmuşdur. Bundan sonra onlar həmin bankın Sabirabad filialına getmiş və həmin vaxt Müşviq orada banka 10.000 manat pul ödəmişdir. Xatırladığı qədər həmin ödəniş 2018-ci ilin 29 noyabr tarixində edilmişdir. Ödəniş barədə həmin çek istintaq orqanına təqdim olunmuşdur. Müşviqin banklara borcu çox olmuş, o, mülki şəxslərin evlərini banka qoyub pul götürmüşdür. Ümumilikdə Müşviq ona, “birdən kiminsə yanında zəng eləsəm və soruşsam ki, pul nə oldu? Sən ümidverici danış, denən həll edəcəm» deməyi tapşırmış, o da Müşviqlə razılaşmışdır. Müşviq latın qrafikası ilə yazıb oxuya bilmədiyindən sonuncu onu Sahibkarlığa Yardım Milli Fonduna, daha sonra Hesablama Palatasına da aparmış, orada Müşviqin ərizələrini o, yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Bildiyi qədər, Müşviq bir nəfər qadının adına olan şəxsi evi «Acsess bank»ın Salyan filialına girov qoyub pul götürmüşdür. Həmin evlə bağlı Müşviqlə birlikdə bankın Salyan filialına getmiş, orada Müşviq maşından düşməmişdir. Müşviq ona guya telefonda borclar barədə ona məlumat verilmədiyini deyib, ona filiala gedib həmin evlə bağlı ödənməmiş nə qədər borc məbləği olmasını öyrənməyi tapşırmışdır. O, banka daxil olmuş, xatırladığı qədər Elçin adlı bir nəfər onu qəbul etmişdir. Bank işçisinin ona deməsinə görə, həmin ev artıq hərraca çıxarılmış və bank vasitəsi ilə satılacaqdır. O, qayıdıb bunları Müşviqə demiş və bundan sonra onlar birlikdə restorana qayıtmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Müşviq müəllimin bankda olan problemlərini həll etmək üçün hansısa iş görməmiş, ondan hansısa məbləğdə ümumiyyətlə pul almamışdır. Şahid6 adlı şəxs restoranda işçi olmuş, münasibətim pis olmamışdır. Müşviqitn deməsinə görə o, Şahid6 qızıllarını ona təqdim etmişdir. Ona verilən ittihama görə guya Müşviq ona 20.000 manatlıq qızıl vermişdir. Belə bir hal baş verməmiş, Müşviq ona ümumiyyətlə qızıl verməmişdir. Ona qarşı irəli sürülən ittihamda göstərilən “Niva” markalı maşına gəldikdə isə, Müşviq həmin “Niva»nı mənə 8.000 manat pula satmış, o, pulun hamısını vermiş və bundan sonra ona baş etibarnamə verilmişdir. O, maşının pulunu maşının sahibi Ceyhun Rzayevin yanında 8000 manat olaraq şəxsən sayıb Kamilə vermişdir. O, Kamil adlı şəxsi Müşviqin yanında 3-4 dəfə görmüş, lakin onun kimliyini lap dərindən bilməmişdir. Nə “Niva” mrkalı maşınla və nə də pul barədə Kamillə heç bir söhbəti olmamışdır. Aralarında maşınla bağlı alqı-satqı olmamışdır. Aprel ayında Müşviq telefonda onunla mübahisə edib onu söydüyündən o, işdən çıxmış və Müşfiqlə əlaqəni kəsmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onun atası Yardımlı rayonunda icra ərazi nümayəndəsi işləmiş, atamın icra başçısı getməsi ilə bağlı Müşviqlə aralarında heç bir söhbət olmamışdır. Müşviq ümumiyyətlə onun ailə üzvləri haqqında maraqlanmamış, lakin atasının əvvəl Ekologiya Nazirliyində meşəbəyi işlədiyini bilmişdir. Bunu Müşviqə onun özü demişdir. Atası son bir ildə kənd icra nümayəndəsi işləmiş, əvvəllər meşəbəyi olmuş, aylıq əmək haqqısı isə 200 manat olmuşdur. 200 manata işləyən bir meşəbəyini hansısa rayona İcra başçısı təyin etməyin nə dərəcədə inandırıcı olacağını Müşviq kimi bir adam yaxşı başa düşməlidir. Belə bir hal yaranmış olsa belə, onun əmiləri Rusiyada işləmiş, onların orada çox yaxşı imkanları olmuş, Müşviq bunları da bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, onun barəsində cinayət işinin Bakı şəhərində Nizami RPİ-də aparılması tam qanunsuz olmuşdur. Belə ki, o, Müşviqlə Bakının müxtəlif yerlərində görüşsə də, onunla Bakı şəhəri Nizami rayonu ərazisində görüşü olmamışdır. Ona istintaq zamanı izahat yazdırıb imza etdirmək istəmişlər, lakin o, onlarla razılaşmamışdır. Bel ki, istintaqı aparan Hüseyn adlı müstəntiq olmuş, o, Müşviqin tanışı olmuşdur. Bildiyi qədər, Müşviqin ərizəsini də Hüsenyn yazdırmış, guya Müşviq sonuncu dəfə pulu ona Nizami rayonu ərazisində vermişdir. Lakin o, Müşviqin ərizələri ilə tanış olmamışdır. O, razılaşmadıqda Hüsyen həmin vaxt öz otağında onu döyə-döyə, qara qələmlə izahatını almış və ona imza etdirmişdir. Sonra ona Minə adında dövlət vəsaiti hesabına vəkil təyin olunmuşdur. Hətta həmin vaxt o, döyülüb xəsarət yetirildiyindən Bakı İstintaq Təcridxanasına göndərilməmişdir. Hansı ki, Bakı İstintaq Təcridxanasında onun xəsarətlə qəbul edilməyəcəyini bilmişlər. İlk dəfə o, hansısa maşın məsələsinə görə saxlanılmışlır. Lakin onun hər hansı maşınla bağlı qanunsuz hərəkətləri olmamışdır. O, Alim Quliyev adlı şəxsi tanımamış, həmin şəxslə ümumiyyətlə söhbət aparmamışdır. İntiqam adlı şəxs isə onun tanışı olmuş, ona etibar etmiş, hətta 4000 ABŞ dolları pulu onun adına dəyişdirmişdir. Lakin o, İntiqama Müşfiqdən ona çatası pulu götürməsi ilə bağlı hər hansı tapşırıq verməmiş, İntiqamdan heç bir məbləğdə pul almamışdır. İntiqamın deməsinə görə, Müşviq ona hədə-qorxu gəlmiş, ondan şikayət etdiyini demiş və ona qarşı Müşviqin xeyrinə ifadə verməyi tələb etmişdir. O, Müşviqin kredit məsələsinə görə heç kimə, o cümlədən Müşviqin özünə heç bir vəd verməmiş, onun kredit məsələsinə görə banka təsir edə biləcək imkanları olmamışdır. Qeyd etdiyi kimi, atası vəzifəcə kiçik bir adam olmuş, onun harasa icra başçısı getməsi, ağlından belə keçməmişdir. Müşviq banklara və şəxsi adamlara olan borclarına görə çox pis vəziyyətə düşmüş, borclarından çıxa bilməsi üçün onu şərləmiş, pul əldə etmək istəmişdir. O, Müşfiqdən banka olan borcunun miqdarını və kreditə götürdüyü pulu hara xərclədiyini soruşmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun cinayət işinin ibtidai istintaqı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, Müşfiq adlı şəxslə 2018-ci ilin sonlarında Hacıqabul rayonunda restoranda təsadüfən tanış olmuşdur. Müşfiqlə tanışlıqlarından sonra Müşfiq özü ona restoranın onun özünə məxsus olduğunu bildirmişdir. Beləliklə Müşfiqin restoranında dəfələrlə oturub yeyib-içmişlər. Onlar oturub çörək yeyərkən Müşfiqin telefonla danışdığından sonra söhbət əsnasında bilmişdir ki. Müşviqin ACCSESS banka borcu vardır. O, Müşfiqdən banka olan borcunun miqdarını soruşmamışdır. Müşfiq sadəcə onu qeyd etmişdir ki, onun obyektləri bankda girovda otmaqla külli miqdarda borcları vardır. Müşfiqlə bir neçə dəfə görüşlərindən sonra Müşfiqə yenidən adsız nömrədən zəng gəlmişdir. Müşfiq həmin zəngə cavab verməmişdir. Sonra Müşfiq həmin nömrəyə öz nömrəsi ilə zəng etməsi üçün həmin nömrəni ona vermişdir. O, həmin nömrəyə zəng vurandan sonra zəng vuran şəxsin Korrupsiyaya qarşı Mübarizə idarəsindən olduğunu başa düşmüşdür. Müşfiq ondan banka olan borcunda köməklik etməsini xahiş etmişdir. O, Müşfiqə vasitəçi kimi ona kömək edə biləcəyinə söz vermişdir. Müşfiq onun bacısı oğlu kimi korrupsiya idarəsinə getməsini ondan xahiş etmiş, o da Müşfiqin dediyi kimi korrupsiya idarəsinə getmişdir. Orada admı bilmədiyi əməkdaş onu qəbul etmiş, həmin şəxs ona qısa vaxtda onun yanında olmasını Müşfiqə deməyi tapşırmışdır. Bir neçə gün sonra Müşfiq ona zəng vurub yanına çağırmış, o, Bakıda olduğu üçün yenidən məcburən Hacıqabul rayonuna getmişdir. Müşfiqlə görüşən zaman sonuncu yenə də ona adsız nömrədən zəng gəldiyini bildirmiş, öz nömrəsindən həmin nömrəyə zəng vurmasını ondan xahiş etmişdir. O, adsız nömrəyə zəng vuran zaman nömrənin sahibinin Eldəniz adlı şəxs olduğu məlum olmuşdur. Eldəniz özünü ACCSESS bankın problemli kreditlər şöbənin əməkdaşı kimi təqdim etmişdir. O, Eldənizlə danışdıqdan sonra Müşfiq ona 500 manat yol pulu vermiş, Eldənizin bir də ona zəng vurmaması üçün gedib Eldənizlə özünün istədiyi kimi söhbət etməsini tapşırmışdır. O, gedib Eldənizlə görüşdükdən sonra Müşfiqə zəng vurub banka olan borcu təcili ödənilməli olduğunu bildirmişdir. Müşviq onu yenə öz yanına çağırmış, gedib bankı susdurması üçün ona nə qədər pul lazımdırsa, pul verəcəyini bildirmişdir. Belə ki, Müşfiq bankda olan problemini həll etməsi msəqsədilə ona hissə-hissə, ümumilikdə 48.000 manat pul vermişdir. O, Müşfiqdən aldığı 48.000 manat pulun 10.000 manatını Müşviqlə birlikdə aparıb ACCSESS bankın Sabirabad filialına ödəmişdir. Beləliklə onda Müşfiqin 38000 manat pulu qalmış və o, bankla bağlı vasitəçilik edib bankı susduracağını Müşfiqə söz vermişdir. O, Müşfiqdən 77000 manat deyil, cəmi 38000 manat pul almışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, Müşfiq «Niva» markalı avtomobili ona idarə etmək üçün vermiş, demək olar ki, həmin avtomobili ona bağışlamışdır. Bir müddət sonra o, həmin avtomobili 7500 manata satmaq iəstəməsi barədə Müşfiqə məlumat vermişdir. Müşfiq öz etirazını bildirmədiyi üçün avtomobili satmış, əldə etdiyi 7500 manat pulu öz ehtiyaclarına xərcləmişdir (iş vərəqə: cild İ, səh.179-181). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, şəxsi biznesi ilə əlaqədar olaraq 2011-ci ildən «Acsess Bank»ın Salyan rayonunda yerləşən Salyan filialından müəyyən məbləğlərlə kreditlər götürərək həmin pullar ilə biznesini inkişaf etdirmiş və sonradan biznesinin zəifləməsi ilə əlaqədar olaraq və respublikada manatın devalivasiyası nəticəsində banka 360.000 ABŞ dolları borcu yaranmışdır. Belə ki, o, bankdan krediti ABŞ dollarının manata olan kursunun 1.05 olan vaxt götürmüş, kredit ona dollarla hesablanıb verilmişdir. Sonra dolların kursu qalxıb 1.70 olmuş və bank pulu ondan sonuncu qiymətlə tələb etmişdir. Bu da, hardasa manatla 760.000 manat pul etmişdir. O, isə banka olan borcunu 1.05-lə təqribən 400.000 manat olaraq hesablatdırmaq və buna görə yeni ödəniş qrafiki açdırmaq istəmişdir. O, bankdan pul götürəndən sonra həm ödəniş etmiş və həm də yeni məbləğlərdə kredit götürmüş, ona görə də ödənişləri azalmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 2018-ci ilin təxminən aprel ayında işlətdiyi «X18 Mərkəzi» də tanıdığı hərbi qulluqçu olan İlkin adlı şəxsin vasitəsi ilə tanımış, sonuncu Təqsirləndirilən şəxs işlədiyi hərbi hissədə xidmətdə olduğunu və yaxşı oğlan olduğunu bildirmiş, ona görə də Nurlanı yaxşı qəbul etməsini xahiş etmişdir. O, İlkini tanımış, onunla çox yaxın münasibəti olmuşdur. Sonralar isə Nurlan onun restoranına tək gəlmiş, yaxından tanış olmuşlar və sonuncu ona özünü MTN-nin əməkdaşı kimi təqdim etmişdir. İlkin ona Nurlanın MTN-də işləməsi ilə bağlı heç nə deməmişdir. Nurlanın onun yanına tək gəldiyi vaxtlardan birində onun telefonuna zəng gəlmiş və o, bankdan dollarla götürmüş olduğu pulun manata ekvivalentinin azaldılması ilə bağlı söhbət etmişdir. Nurlan bunu eşitmiş və ondan nə məsələ olduğunu soruşduqda ona kreditlə bağlı olan problemi barədə danışmışdır. Təqsirləndirilən şəxs Şirvan şəhərinə işlə bağlı gəldiyini, ona görə də Şirvan şəhəri ərazisində gözə çarpmayan yerdən onun üçün ev tapmağını xahiş etmiş və o da sonuncuya köməklik etmişdir. Təxminən 2-3 həftə sonra Nurlan tanımadığı bir şəxslə yenə də onun işlətdiyi istirahət mərkəzinə gəlmiş, onlar birlikdə əyləşib çay içib söhbət etmişlər. Bu zaman onun mobil telefonuna bankdan zəng gəlmiş və qeyd etdiy borcun ödənilməsi ilə bağlı söhbətlər aparmağa başlamışdır. Həmin zaman bankm zəng edən əməkdaşına borcunun milli manata çevrilməsini istədiyini və bu yolla onun borcunu ödəyə biləcəyini bildirmişdir. Telefon söhbəti uzandığından o, Nurlan və sonuncunun yanında olan adını xatırlamadığı şəxsdən üzür istəyərək masa arxasından qalxıb kənarda telefon danışığını davam etdirmişdir. Söhbəti bitirdikdən sonra Nurlangil massa arxasından qalxmış və Nurlan ona yaxınlaşaraq atasının “Milli Bankın” sədr müavini Alim Quliyevin yaxın dostu olduğunu, həmin şəxsin vasitəsi ilə onun məsələsinin həll edilə biləcəyini demiş, banka olan 360.000 ABŞ dolları borcunu 400.000 manata çevirə biləcəyini bildirmişdir. O, isə artıq Nurlanı tanıdığından, onun həqiqətən də MTN-in əməkdaşı olmasını düşündüyündən sonuncuya inanaraq ona köməklik etməsini xahiş etmişdir. Nurlan elə adamın adından istifadə etmiş və iş görmüşdür ki, o, Nurlanın yalan danışıqlarına şübhə ilə yanaşmamışdır. Belə ki, o, araşdırma aparıb X12 Bankın sədrinin İ müavini olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2018-ci ilin sentyabr ayının təxminən əvvəllərində Nurlan ona zəng edərək işlətdiyi restoranın qarşısından keçəcəyini demiş və onunla görüşmək istəməsini bildirmişdir. O, da razılaşmış və elə həmin gün Nurlanla görüşərkən sonuncu ona məsələni Alim Quliyevlə danışdığını, işin həll edilməsi üçün bir qədər pul lazım olacağını, ilkin olaraq 20000 manat lazım olduğunu, həmin məbləği verdikdən sonra da əlavə olaraq yenə də hansı məbləğdə pul verilməli olacağını demiş, 360.000 ABŞ dollarının 400.000 manata çevriləcəyini və ona yeni qrafik veriləcəyini bildirmişdir. O, Nurlanla razılaşmış və növbəti gün axşam saat 21 radələrində Bakı şəhərində, Milli Bankın qarşısında Nurlanla görüşüb orada sonuncuya 4000 manat tapa bildiyini, pulun qalan hissəsini səhərisi gün görüşüb verəcəyini bildirərək 4000 manat pulu Nurlana vermişdir. Növbəti gün o, yenə də pulu tam düzəldə bilməmiş, 12000 manat taparaq görüşmək üçün Nurlanla telefon əlaqəsi saxlamış, Nurlan ona iclasda olmasını deyərək X13 adlı bacısı oğlunun onun telefonuna zəng edəcəyini bildirmiş və görüşüb pulu sonuncuya verməyi demişdir. Növbəti gün tanımadığı bir nömrədən ona zəng gəlmiş, cavab verdikdə bir nəfər şəxs ona Alim müəllimin bacısı oğlu olduğunu demiş və Nurlanın ondan pül götürməli olduğunu bildirmişdir. O, həmin şəxslə əvvəlcə Cavid parkının qarşısında görüşmək üçün razılaşsalar da, sonuncunun istəyi ilə «20 Yanvar» dairəsi yaxınlığında yerləşən «Velotrek» mağazasının qarşısında görüşmüş, ona 16.000 manat verməli olsa da, tapa bildiyi 12.000 manat pulu İntiqam kimi bildiyi şəxsə vermişdir. Həmin şəxs Nurlanın ondan 16.000 manat götürməli olduğunu deməsini demişdir. O, axşama kimi 4.000 manatı bir nəfəin ona gətirəcəyini və həmin pulu götürüb ona verəcəyimi bildirmişdir. Qalan 4000 manat pulu da yenə Nurlanın təkidinə əsasən «20 Yanvar» dairəsi yaxınlığında yerləşən «Velotrek»in qarşısında İntiqama vermişdir. Alim Quliyevin bacısı oğlu deyilən İntiqam adlı şəxs onunla görüşə balaca ağ maşınla gəlmiş və maşını özü sürmüşdür. Nurlan ona həmin şəxsin Alim müəllimin bacısı oğlu olduğunu dediyinə görə o, həmin şəxsdən bunu dəqiqləşdirməyə utanmışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, İntiqamla son görüşlərindən təxminən 10-15 gün sonra Nurlan ona zəng edib, bank əməliyyatları aparılmalı olduğunu bildirmiş, əlavə olaraq 20.000 manat da pul lazım olduğunu demişdir. Nurlanla razılaşmış, Bakı-Şirvan arası taksi fəaliyyəti ilə məşğul olan Daşqın adlı şəxsin maşını ilə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində «Ləvəngi» restoranını qarşısında onunla görüşmüşdür. Həmin vaxt Nurlan görüşə qızılı metallik rəngdə olan «Land Cruiser» markalı ciplə gəlmişdir. Orada o, şəxsən Nurlana 20.000 manat və ya xatırladığı qədər 21.000 manat pul vermişdir. Bakı şəhərinə gələrkən Daşqının maşınında onun yanında qohumu Cavid adlı şəxs də olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, aradan təxminən 2-3 ay keçmiş Nurlan onunla telefon əlaqəsi saxlayaraq yenə də 10.000 manat pul lazım olduğunu bildirdikdə, o sonuncuya pulunun olmadığını bildirmiş, amma çalışıb tapacağını demişdir. O, pul tapmaq məqsədi ilə dostu Zərərçəkmiş şəxs2 müraciət etmiş, ona 10.000 manat borca pul verməsini xahiş etmişdir. Kamil ona 10.000 manat pulunun olmadığını, əvəzində «Niva» markalı avtomaşınını və 2000 manat nağdl pul verə biləcəyini demişdir. Nurlana dostu Kamilin «Niva» markalı maşını olduğunu, həmin maşını 10.000 manata satıb pulunu verə biləcəyini bildirmişdir. Nurlan ona Yardımlıda əmisigilin ferması olduğunu, elə onlara «Niva» markalı maşın lazım olduğunu demiş, maşını onlara verəcəyini bildirmişdir. Onlar həmin maşını 8000 manat razılaşmış, əlavə olaraq 2000 manat da nağd pul vermişdir. Həmin 2000 manatı 10 yanvar 2019- cu il tarixdə Kamil özü gətirmiş və maşina da həmin gün Səbail rayonu ərazisində yerləşən notariat kontorunda Nurlana etibarnamə vermişdir. Bundan az bir müddət sonra Nurlanla telefon əlaqəsi saxladıqda sonuncu onu Bakı şəhərinə dəvət etmiş və «Milli Bankın» inzibati binasının qarşısında Nurlanla görüşmüşlər. Nurlan onu «Acsess» banka olan borcunun guya 400000 manata çevrilməsinə dair kağıza qol çəkdirmiş və onun məsələsinin az bir müddətdə həll olunacağını ona demişdir. O, həmin sənədi rəsmi sənəd kimi qəbul edib Nurlana olan inamı daha da artmışdır. Bundan sonra o, Nurlanla əlaqə saxlamaqda davam etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2019-cu ilin yanvar ayının təxminən sonlarında Nurlan ona zəng edib, atasının Yardımlı rayonuna icra başçısı vəzifəsinə düzəldiyini, buna görə əmisinin ona pul göndərdiyini, lakin pulun gecikdiyini bildirmiş, təcili 40.000 manat pul pul lazım olduğunu demişdir. O, Nurlana həmin məbləğdə pulunun olmadığını demiş, Nurlanın onun işinə köməklik etməsini, özünün məsələsinin tam həll olunmaq ərəfəsində olmasını nəzərə alıb, Nurlana kömək üçün qızıl verə biləcəyini bildirmişdir. Nurlan buna etiraz etməmiş, qızılları lombarda qoyub pul götürəcəyini demiş, dayısının göndərdiyi pulla 1 ay müddətinə həmin qızılları lombarddan çıxararaq ona qaytara biləcəyini bildirmişdir. O da etiraz etməmiş, Nurlana qızılları verməli olduğu gün o, işdən çıxıb axşam evə getməli olduğundan 20.000 manat dəyərində həmin qızılları işçisi olan Elçin adlı administratora təhvil vermiş, Elçinə Nurlan adlı şəxsin gəlib qızılları ondan götürəcəyini bildirmişdir. Bundan sonra axşam saat 23 radələrində isə Nurlanın onun işlətdiyi restorana gələrək Elçindən qızılları götürüb getdiyini öyrənmişdir. Səhəri gün də Nurlanla danışmış, Nurlan qızılları götürdüyünü təsdiq etmişdir. Hətta Nurlana qızılların olduğu sellofanın ağzına iki düyün vurduğunu deyib maraqlandıqda, Nurlan bunu təsdiq etmiş və qızılların hammısının yerində olduğunu bildirmişdir. Hətta Nurlandan atasının icra başçısı vəzifəsinə necə, hansı yolla düzəlməsini soruşduqda atasını icra başçısı vəzifəsinə Qaradağın İcra başçısı Süleyman müəllimin düzəldəcəyini bildirmişdir. Nurlana verdiyi qızıllar komplektlər və brillyantlar olmuş, həmin qızılları dəyərindən aşağı qiymətlə tanışından almış və elə 20.000 manata da hesablamışlar. Onlar həmin qızılları çəki ilə hesablamamışlar. Nurlan həmin qızılları qaytaracağı təqdirdə, onun dəyərini qiymətləndirmək heç də çətin bir şey deyildir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, fevral ayının təxminən əvvəllərində Nurlan onunla telefon əlaqəsi saxlayaraq bank məsələsinin tam həll olunmaq üzrə olduğunu və ondan sonuncu dəfə 5000 manat pul tələb olunduğunu bildirmişdir. Buna görə o, Bakı şəhəri, Nizami rayonu, Neftçilər parkının içində Nurlanla görüşərək 5000 manat pulu əlbəəl şəxsən Nurlana vermişdir. Bundan sonra o, tez-tez Nurlanla zəngləşmiş və ya görüşmüş, maraqlandıqda sonuncu ona tələsməməyi bildirmiş, işlərin düzələcəyini demişdir. O, Nurlanla 050- 487- 34-78, ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlamış, sonuncunun mobil nömoəsi ***-***-**-** olmuşdur. Təqribən iki ay sonra Nurlanla «20 yanvar» dairəsi ərazisində görüşmüş, Nurlan onu aldatdıqlarını ona demişdir. O, Nurlandan onu aldadan şəxsi göstərməsini tələb etmiş, lakin Nurlan müxtəlif bəhanələr gətirərək ona narahat olmamağı məsləhət görmüş, ayın17-nə kimi ona vaxt verməyi xahiş etmiş, həmin vaxtadək əmisinin Rusiyadan ona pul vuracağını bildirmiş, onun pullarını qaytaracağına söz vermişdir. Razılaşası olmuş və pullarını, qızıllarını həmin vaxtadək qaytarmağı tələb etmişdir. Ayın 17-ci və ya 22-si Nurlan ona zəng edərək bankda olduğunu, pulu götürüb gələcəyini demişdir. O, qızılları nəzərdə tutub, «bəs əmanət nə oldu?» deyə soruşduqda, Nurlan ona «narahat olma, o, da düzələcək» cavabını vermişdir. Lakin həmin gün Nurlan gəlməmiş, onunla görüşməmiş, ona heç bir məbləğdə pul qaytarmamış və bundan sonra onun telefonlarına da zəng çatmamışdır. Aradan müəyyən vaxt keçməsinə baxmayaraq, Nurlan onun pullarını və qızıllarını geri qaytarmadığı üçün məcbur olub Nurlan barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, Nurlan hər dəfə görüşə fərqli-fərqli bahalı maşınlarla gəlmiş və hər dəfə də maşınları ona təqdim edib, atasının, qardaşının və sair qohumlarının maşınları olduğunu bildirmişdir. Nurlan Sumqayıtda ona bahalı bir ev göstərmiş və həmin evin özlərinə məxsus olduğunu bildirmişdir. Odur ki, o, Nurlanı imkanları geniş olan bir şəxs kimi tanımış və ona inanmışdır. Hadisələrdən sonra o, Alim müəllimi tapıb onunla görüşmüş, o, Nurlan adlı şəxsi tanımadığını bildirmişdir. Nurlanın atası sonradan onunla görüşmüş, sonuncu Nurlanın işləyib pulu qaytaracağını demiş, ərizəyə imza etməyi xahiş etmişdir. O, Nurlanın atasına Kamilin borcunu tez qaytarmalarını xahiş etmiş, qalan pulları sonra da verə biləcəklərini ona demişdir. Proseslər mərhələsində Nurlan atasının FHN-də (Fövqəladə Hallar Nazirliyində) işlədiyini desə də, lakin hansı sahədə işlədiyini nə Nurlan ona deməmiş və nə də o, özü maraqlanmamışdır. Nurlanla bank işi ilə bağlı tez-tez görüşdükləri vaxt Nurlan onu aparıb Milli Məclisin deputatı Fəzail Ağamalı ilə görüşdürmüş, qohumu olduğunu ona demişdir. Ən nəhayət, Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərdi ki, “Acsess Bank”la olan probleminin həlli üçün o, Nurlana 76-77.000 manat pul vermiş, digər zərər çəkmiş Kamil isə Nurlana “Niva» markalı maşınını və əlavə olaraq 2000 manat pulu ona görə verdiyindən, həmin borc da onun üstündə qalmışdır. İlk ərizə və izahatlarmda Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək aldadıb ələ keçirdiyi pul və əmlakının məbləğini ümumi hesabladığı üçün ona dəymiş ziyanm 77.000 manat məbləğində olmasını göstərmişdir. O, heç vaxt Nurlanla birlikdə banka gedib pul ödənişi etməmişdir. Banka olan borcu ilə bağlı o özü 29 noyabr 2018-ci il tarixdə “Acsess Bank”ın Sabirabad filialına gedib 10.000 manat ödəniş etmiş, həmin vaxt Nurlan onunla birlikdə olmamışdır. Lakin sonradan Nurlan ona zəng edib, bankda işin həll olunması üçün onun tərəfindən banka ödənişlər etməsinə dair istənilən sənəd tələb olunduğunu ona dediyindən o, bankın Sabirabad filialına 10.000 manat ödəniş etməsi ilə bağlı 29 noyabr 2018-ci il tarixli sənədi Nurlana vermişdir. Nurlan onu aldatdıqdan bir müddət sonra o özü müstəqil olaraq “Acsess Bank”la danışmış və razılıq əldə edib işlərini düzəltmişdir. Həmin məsələni həll etmək üçün banka 50.000 manat pul ödəniş etmiş, onlar da onun borcunu 400.000 manat hesablayıb yeni qrafik açmışlar. Yekunda onun borcu 450.000 manat hesablanmışdır. Zərərçəkmiş şəxs1 məhkəmədəki ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ziddiyyətli hissədə elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 tədqiq olunan ifadəsində göstərmişdir ki, aradan təxminən 2-3 həftə keçmiş, yəni 2018-ci ilin sentyabr ayının sonlarında Nurlan ona yenidən zəng vuraraq 21000 manat pul lazım olmasını bildirmişdir. Bu səbəbdən də o, 21000 manat pulu götürərək Bakı-Şirvan arası taksi fəaliyyəti ilə məşğul olan Daşqın adlı şəxsin maşını ilə Bakı şəhərinə gəlmiş və həmin zaman onun yanında qohumu Cavid adlı şəxs də olmuşdur. Onlar birlikdə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində «20 Yanvar dairəsi» yaxınlığında yerləşən «Ləvəngi» restoranının qarşısında o, avtomaşından düşərək kənara çəkilib Nurlanla görüşmüş, həmin vaxt Cavidlə Daşqın maşında qalmışlar. O, Nurlan ilə sonuncunun oraya gəldiyi qara rəngli Toyota Prado markalı avtomaşına əyləşib avtomaşının salonunda özü ilə götürdüyü 21.000 manat pulu şəxsən Nurlana vermişdir (iş vərəqə: cild İ, səh. 502-505). Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılmasına dair işdə olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.91-96). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 üzləşmə zamanı məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 58-160). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, dostu, baxılan iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Nurlanla aralarında bank məsələsi ilə bağlı gedən proseslərdə iştirak etmiş, pul lazım olanda Müşviqə pul vermişdir. Sonra da işlə bağlı dəfələrlə Bakıya, Sumqayıta çağırılmışıq. Lakin pulumuzu ala bilməmişik. Belə ki, Müşfiq ondan pul istəmiş, işin düzəlməsi üçün verməli olduğu puldan nə qədərsə çatmadığını demiş, işin düzəlməsi üçün əlində olan pulu verməsini xahiş etmişdir. Başqa imkanı olmadığından o da aparıb 8000 manat dəyərində “Niva” markalı maşınını və əlavə olaraq 2000 manat pulunu vermişdir. Nurlan özü ondan nə pul, nə də maşın istəməmişdir. Müşfiq istəmiş, o da vermişdir. Bunun müqabilində Nurlan ona nəsə vəd verməmişdir. Müşfiqdən başqa onun Nurlanla arasında başqa şəxsi məsələləri olmamışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, Müşfiqlə dostluq münasibətinə görə o, əvvəlki proseslərdə də iştirak etmiş, Nurlanın qohumları vasitəsi ilə Milli Bankda Müşfiqin bank ödənişlərinə devalvasiya ilə bağlı kömək etmək istəmələrindən məlumatlı olmuş, hətta başqa vaxtlarda Müşfiqin pulunu aparıb Nurlana verdiyi hallar da olmuşdur. Lakin pulları verdiyi tarixlər, məbləğlər yadında qalmamışdır. O, Müşfiqin hətta pul əvəzinə Nurlana qızıllar da verməsindən məlumatlıdır. O, pulu Nurlana deyil, işlərinin düzəlməsi üçün Müşviqə vermiş və Müşviqin də işləri düzəldikdən sonra pulu ona Müşfiq özü də qaytarmalı idi. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2018-ci ildə Müşfiq onunla telefon əlaqəsi saxlayıb, onun banka olan borcunun həlli ilə bağlı Nurlan adlı şəxslə Bakı şəhərində görüşüb sonuncuya 30.000 manat pul verməli olduğunu bildirmiş, Nurlanın istədiyi 30.000 manat puldan 10.000 manat çatmadığını demişdir. O, Müşfiqin çətin vəziyyətdə olduğunu görüb bir dost kimi sonuncuya kömək etmək məqsədi ilə idarə etdiyi “VAZ 21214” markalı, ** VB *** nömrəli avtomobilini 10.000 manat pulun əvəzində Nurlana vermək qərarına gəlmişdir. O, 10 yanvar 2019-cu il tarixdə Bakı şəhərində Səbail rayonu Bayıl qəsəbəsinə gəlmiş, həmin yerdə yerləşən 2-saylı notariat kontorunun qarşısında Nurlanla görüşmüş və cibindən avtomobilinin açarlarını çıxarıb Nurlana vermişdir. Nurlan avtomobilə baxıb Müşfiqdən 10.000 pul istədiyini demiş, ona maşın lazım olmadığını bildirmişdir. O, Nurlana Müşfiqin hal hazırda pulu olmadığını, bir dost kimi Müşfiqə kömək etmək məqsədi ilə avtomobilini verdiyini demiş, söz verdiyi kimi Müşfiqin bankda olan 366.000 ABŞ dollarını manata çevirməsini bildirmişdir. Nurlan ona Müşfiqin bankla olan işlərini həll etməsi üçün sonuncunun ona 10.000 manat pul verməli olduğunu bildirmiş, onun verdiyi avtomobili 8000 manat pulun müqabilində ala biləcəyini, 2000 manat da əlavə olaraq verməli olduğunu demişdir. O, Nurlanla razılaşıb avtomobilini 2-saylı notariat kontorunda baş etibarnamə əsasında Nurlana verdikdən sonra Notariat kontorunun yan tərəfində əlavə olaraq 2.000 manat pul sayıb Nurlana vermişdir. Nurlan qısa vaxtda onun ACCSESS Bank da olan dollar kreditini manata çevirəcəyi ilə bağlı Müşfiqi əmin etmişdir. Beləliklə, Nurlan onu da aldadaraq 10.000 manat pulunu ələ keçirmişdir (iş vərəqə: cild İ, səh.507-509). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılmasına dair işdə olan protokoldan görünür ki, zərərçəkmiş şəxs Kmil Həsənov ifadəsi yerində yoxlanılarkən məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.167-168). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 üzləşmə zamanı məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı işin halları ilə bağlı göstərdiyi eyni xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 164-166). Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tanımamış, onu heç vaxt görməmişdir. O, X14 şəhər sakini kimi tanımışdır. O, taksi sürücüsü kimi fəaliyyət göstərərkən Müşviqin sifarişi ilə onu müxtəlif yerlərə aparıb gətirmişdir. Müşviqdə onun telefon nömrəsi olmuş, harasa getmək lazım olduqda, sonuncu zəng edib onun taksi xidmətindən istifadə etmişdir. Müşfiqi “20 yanvar» metrostansiyasının yanına aparmamış, Müşfiq onun yanında heç vaxt pul saymamış, onun Nurlan adlı şəxsə pul verməli olmasını, kiminləsə çatdırmalı olması barədə eşitməmişdir. Onun yanımda Müşviq kiməsə pul verməmişdir. Müşviqlə bağlı onu kimsə, hansısa dövlət idarəsinə dəvət etməmiş və o, dindirilməmişdir. O, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsində olmamış, orada dindirilməmişdir. O, Cavid adlı şəxsin adını eşitsə də, onun Müşfiqlə qohumluq əlaqələrinin olub-olmamasını bilməmişdir. Məhkəmə baxışı zamanı Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən sentyabr ayında Bakı şəhərində olan zaman tanışı Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb taksi lazım olduğunu bildirmişdir. O, Müşfiqlə görüşən zaman sonuncunun yanında onun qohumu Cavid də olmuşdur. Müşfiq onu «20 yanvar» metrostansiyasının yanına aparmasını istəmiş, o, Müşfiqi «28 may» metrostansiyasının yanından «20 yanvar» metrostansiyasının yanına aparan zaman Müşfiqin Cavidlə olan söhbətlərindən eşitmişdir ki, Müşfiq Nurlan adlı şəxsə 21000 manat pul verməlidir. Həmin vaxt Müşfiq onun yanında 21000 manat pulu sayıb cibinə qoymuş, «20 yanvar» metrostansiyasının yanına çatdıqda Müşfiq mobil telefonu ilə Nurlanla danışmış, avtomobilinin yanına çağırıb sonuncunun avtomobilinin yanına yaxınlaşmışdır. Həmin vaxt o, Müşfiqin avtomobildən yerə enib Nurlana yaxınlaşdığını və ona nə isə verdiyini görmüşdür. O, və Cavid avtomobildə əyləşmiş, Müşfiq gəlib avtomobilə əyləşdikdən sonra onları şəhər istiqamətinə gətirib yolda onları avtomobilindən düşürtmüşdür. Müşfiq ona gediş haqqı kimi 20 manat pul vermişdir. X9 arasında olan söhbətlərdən xəbəri olmamışdır (iş vərəqə: cild İ, səh: 98-99). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 dayısıdır, əvvəllər dayısı ilə münasibəti yaxşı olsa da, sonradan onun adına vergi ödəməli olduğu halda, ödəmədiyindən, vergi orqanı onu məhkəməyə verdiyindən və bunun onun işlərinə mənfi təsir göstərməsi səbəbindən dayısı Zərərçəkmiş şəxs1la araları soyumuşdur. Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs1 görə tanımış, onunla normal münasibətləri olmuşdur. Nurlanla dayısı arasında dostluq münasibətləri olsa da, işçi-müdir münasibətləri olmamışdır. Hətta bir neçə dəfə dayısı Müşfiq ona pul verib, Nurlana çatdırmağımı xahiş edib və o da həmin pulu aparıb Bakı şəhərində, “Ləvəngi» kafesində Nurlana vermişdir. O, ümumilikdə Nurlana təxminən 5-6 dəfə, ümumilikdə xatırladığı qədər 5.000-6.000 manat pul aparıb vermişdir. Dayısı pulu ona həmişə bağlı şəkildə vermiş, o, pulların Nurlana işlə bağlı verildiyini bilsə də, lakin konkret olaraq hansı işlə bağlı verildiyini, nə üçün verildiyini bilməmişdir. Dayısı ona Nurlana pulu verərkən sənədə imza etməyi tapşırsa da, ona imza üçün ona hər hansı sənəd təqdim olunmadığından o, heç bir sənədə imza etməmişdir. O, dayısı Müşfiqin özü ilə də, sonuncunun təklifi ilə Bakıya Nurlana pul vermək məqsədilə getmiş, dayısı ilə Nurlan görüşmüş, Nurlana pulu vermiş və qayıdıb getmişlər. Lakin dayısının Nurlana nə qədər pul verildiyini bilməmişdir. O, dayısının “Acsses bank»a borcu olduğunu bilmiş, lakin nə qədər borcu olduğunu bilməmişdir. Nurlanın isə dayısı Müşfiqin nə qədər pulunu ələ keçirməsini bilməmişdir. Şahid5 ifadəsinin davamında göstərdi ki, o, Daşqını taksi sürücüsü kimi tanımış, heç vaxt Daşqınla birlikdə pul aparıb Nurlana verməmişdir. Onun özünün maşınım olmamış, Nurlana pul apararkən Nəvahi qəsəbəsindən yol maşını ilə Bakıya getmiş, pulu Nurlana verib yol maşını ilə də qayıtmışdır. O, bu işlə əlaqədar istintaqa dəvət edilməmiş və orada ifadə verməmişdir. O, bu işi aparan müstəntiqi tanımamış, onu ümumiyyətlə görməmişdir. Məhkəmə baxışı zamanı Şahid5 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid5 tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Şirvan şəhərində özünə məxsus obyektlərini işlədir. Dayısı Müşviq “Access” bankdan ayrı-ayrı vaxtlarda, yəni 2011-ci ildən kreditə pul götürmüş, həmin pulları vaxtlı-vaxtında hissə-hissə banka ödəniş etmiş, lakin devalvasiya ilə əlaqədar banka olan dollar borcları iki qat ardığı üçün bankın kreditlərini ödəyə bilməmişdir. Respublikada baş vermiş devalivasiyadan bir müddət sonra dayısı ona özünü iş adamı kimi ona tanıtdıran Nurlan adlı şəxsin ona bankda olan dollar kreditini manata çevirəcəyinə söz verdiyini bildirmişdir. Dayısıyla Bakı şəhərində olan zaman ona Nurlanla görüşə getmək istədiyini, Nurlanın ondan dollarla olan kreditləri manata çevirməsi üçün pul istədiyini, ona pul verməli olduğunu demiş, onunla birlikdə banka getməyi təklif etmişdir. Avtomobildə olan zaman dayısı Nurlana 21000 manat pul verməli olduğunu ona demişdir. Onlar “20 yanvar” metrosunun yanında olan zaman dayısı avtomobildən yerə enib avtomobilin yanında Nurlan adlı şəxslə görüşmüşdür. X15 görüşən zaman o, və Daşqın avtomobilin içərisində oturmuş, sadəcə Müşviqin Nurlana nəsə verdiyini görmüşlər. Müşviq Nurlandan ayrıldıqdan sonra Daşqının avtomobilinə əyləşib yola düşmüş, yolda hər ikisi avtomobilindən yerə enmiş, dayısı Daşqına gediş haqqı olaraq 20 manat pul vermişdir. X10 arasında olan söhbətlərdən Nurlanın dayısına qarşı dələduzluq etdiyini və pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüşdür. O, Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibətim və ya əlaqəsi olmamışdır (iş vərəqə: cild İ, səh.95- 96). İfadələri arasında müəyyən olunan ziddiyyətə aydınlıq gətirən Şahid5 məhkəmədəki ifadəsinin davamında göstərdi ki, ona təqdim olunan dindirmə protokolundakı imzalar ona məxsus olmasa da, ifadənin məzmununda yazılanlar doğrudur. İfadənin kim tərəfindən və necə yazılmasından məlumatı yoxdur. O, ifadə vermək üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə getdiyini xatırlaya bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəməyə dəvət olunmalı şahidlərin siyahısına əlavə olunmamış X2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Fizuli Bağışov tədqiq olunan ifadəsində göstərmişdir ki, Nurlan onun böyük övladıdır. Nurlanla 4-5 ilə yaxındır ki, aralarında yaranmış söz söhbətə görə münasibətləri normal olmamışdır. O, oğlu Nurlanın barəsində yazılmış şikayət ərizəsi ilə tanış olmuş, Alim Quliyev adlı şəxsi tanımamış, onun belə bir dostu olmamış, eləcə də onun millət vəkili Fəzail İbrahimli adlı qohumu olmamışdır. O, Əvvələr Yardımlı rayonunun meşə idarəsində müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri Masallı Regional meşə təsərüfatı mərkəzində 6 ay müqavilə əsasında direktor vəzifəsi olmuşdur. Hal-hazırda işsizdir. Onun Vidadi, Nizami və Nəsimi adlı üç qardaşı olmuş, Vidadi adlı qardaşı Moskva şəhərində yaşamış və işləmişdir, sonuncu Rusiya Federasiyasının vətəndaşıdır. Nizami adlı qardaşı əvvələr təxminən 2008-ci ildə Yardımlı rayonu, Sıxlar Ərazi nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Hal-hazırda qardaşı Nizami xidmət vaxtı aldığı xəsarətlə əlaqədar təqaüddədir. Nəsimi adlı qardaşı isə Yardımlı rayonunda fərdi təsərüfatla məşğul olur. Oğlu Nurlanla sonuncu dəfə 2020-ci ilin təxminən sentyabr ayında o, anası ilə telefon əlaqəsi saxlayan zaman onunla danışmışdır. Bildiyinə görə Nurlan Bakı şəhərində kirayişin yaşayır. O, Zərərçəkmiş şəxs1 adlı şəxslə heç vaxt görüşməmiş və onunla telefon əlaqəsi saxlamamışdır. X19 Əsgərovdan 77000 manat pul alması barədə heç bir məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh.116-117). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 Sədyar oğlu ifadəsində göstərdi ki, o, taksi sürücüsü işləmiş, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs 2018-ci ilin sonunda tanımış, onu idarə etdiyi maşınla özünün sifarişləri əsasında istədiyi yerlərə aparmışdır. Bəzən onu apardığı yerdə gözləmiş, sonra isə qaytarmışdır. Tanışlıqlarından bir müddət sonra Nurlan ona xaricdən qonaqları gəldiyini ona demiş, qonaqları qarşılamaq üçün onun adına kirayəyə maşın götürmüş, lakin qonaqlar gəlməmişdir. 2 gün sonra maşını Nurlan özü idarə etmiş avto qəza törətmişdir. Maşına nə qədər xərci çıxdığını bilməmiş, maşının xərclərini Nurlan özü qarşılamışdır. Nurlan MTN-də işlədiyini demiş, lakin hansı vəzifədə işlədiyini deməmişdir. Hətta Nurlan onunla bir dəfə Yardımlıya MTN-nin rayon şöbəsində yoxlama aparması üçün getmişdir. Nurlan orada MTN-nin binasına daxil olmuş və bir müddət sonra çıxıb gəlmişdir. O, Nurlanın Yardımlıdan olmasını sonradan bilmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, Nurlan bir dəfə ona zəng edib, Müşfiq adlı bir nəfərdən pul götürmək üçün getməsini tapşırmışdır. Nurlan Müşfiqin adın çəkərkən sonuncuya “əmi” deyə müraciət etmişdir. O da “Şamaxınka” adlanan yerdən bir dəfə 8000 manat, bundan bir saat sonra isə elə həmin gün 4000 manat pulu Müşfiqdən götürüb, gətirib təqsirləndirilən şəxsə vermişdir. Müşfiq ona pulları verən zaman hər iki halda sayıb vermiş, sonuncu tək olmuş, lakin pulların nə üçün verildiyini bilməmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, o, Təqsirləndirilən şəxsla 2018-ci ilin noyabr ayının sonlarında tanış olmuş, hardasa 2019-cu ilin yanvar ayının sonlarında ayrılıb onunla əlaqələri kəsmişdir. Belə ki, Nurlanın işlərinin normal işlər olmadığını başa düşmüş və ondan uzaqlaşmışdır. Söhbətlərinin birində Nurlan “Niva” markalı maşın aldığını ona demiş, lakin maşını neçəyə və kimdən aldığını deməmişdir. Maşının alınması zamanı o, notariusda olmamışdır. O, MTN-də sürücü kimi işə düzəlmək istəmiş. Bunun üçün Nurlan ondan 2000 manat pul almışdır. Sonra o, Nurlanın yaxşı adam olmadığını öyrənmiş və bu səbəbdən ondan pulunu hissə-hissə geri almışdır. Təqsirləndirilən şəxs onun yanında Alim adlı şəxsin adını çəkmiş, lakin onun kim olduğunu və vəzifəsini ona deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 Sədyar oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun cinayət işinin ibtidai istintaqı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, şahid qismində dindirilən Şahid4 Sədyar oğlu tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 11-12 ilə yaxındır ki, o, özünə məxsus ağ rəngli «KİA» markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillə taksiçilik fəaliyyəti ilə məşğul olur. O, Nurlan adlı şəxsi müştəri kimi tanımışdır. Nurlan özünü ona MTN-nin əməkdaşı kimi təqdim etmişdir. Nurlan 2018-ci ildə ona xatırlamadığı nömrədən ona zəng vurub Yardımlı rayon Milli Təhlükəsizlik İdarəsində yoxlamaya getməli olduğunu bildirmiş, onu aparmağı xahiş etmişdir. Nurlan ona gediş haqqını verdikdən sonra onu Yardımlı rayon Milli Təhlükəsizlik idarəsinin qarşısına aparmışdır. Nurlan avtomobilindən yerə enib ona Milli Təhlükəsizlik idarəsinin giriş qapısını nəzarətdə saxlamağı, girib-çıxan olduqda ona xəbər verməsini tapşırmışdır. Nurlan bu sözləri ona dedikdən sonra Yardımlı rayon Milli Təhlükəsizlik idarəsinə daxil olmuşdur. Təxminən 30 dəqiqə sonra Nurlan idarədən çıxıb gələrək onun avtomobilinə əyləşmiş, maşina oturarkən idarəyə girib-çıxan olub-olmamasını soruşmuşdur. O, Nurlana idarəyə girib-çıxan olmadığını demişdir. Nurlan İdarədən çıxan zaman idarənin həyətində 1-2 nəfərlə əllə görüşüb çıxdığını gördükdə, o, Nurlanın həqiqətən MTN əməkdaşıdır olmasına inanmışdır. Nurlan onunla tanışlıqdan sonra dəfələrlə onunla telefonla danışan zaman telefonda MTN-də işdə olduğunu, onun yanına vətandaşların gəlib-getdiyini eşitdirməyə çalışmış, bir sözlə onu tam olaraq MTN-nin əməkdaşı olmasına inandırmışdır. Onların tanışlığından sonra Nurlan onu MTN-nə sürücü vəzifəsinə düzəldəcəyinə ona söz vermiş və bunun müqabilində ondan 2000 manat pul almışdır. Sonradan Nurlanın yalan danışdığını görüb pulunu hissə-hissə geri almışdır. Şahid4 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, Nurlan bir neçə dəfə onun idarə etdiyi avtomobilə sərnişin kimi əyləşmiş və o Nurlanı «Elimlər Akademiyası» və «20 yanvar» metrostansiyasının yanına aparmışdır. Nurlan hər dəfə öz şəxsi nömrəsindən zəng vuraraq ona taksi lazım olduğunu bildirirmişdir. 2018-ci ilin sonlarında idarə etdiyi avtomobillə «20 yanvar» metrostansiyasının yanında dayanmış olarkən Nurlan ona zəng vuraraq Müşfiq adlı şəxsin 12000 manat pul gətirəcəyini demiş, Müşfiqlə görüşə bilibbilməyəcəyini soruşmuşdur. O, görüşə biləcəyini bildirdikdə, Nurlan ona Alim müəllimə çatası pulu götürməli olduğunu demiş, o da Nurlanla razılaşmışdır. O, Nurlanın ona verdiyi nömrəyə zəng edib Müşfiq adlı şəxslə danışmış, Müşfiqlə danışdıqdan sonra ona Alim müəllimə çatası pulu götürməli olduğunu demişdir. O, Müşfiqlə Şamaxinka deyilən yerdə görüşmüş və ondan 12000 manat pul almışdır. O, Müşfiqdən ayrıldıqdan sonra Nurlana zəng vurub Müşfiqdən 12000 manat pulu götürdüyünü bildirmiş, Nurlan isə işdən sonra onunla görüşüb pulu götürəcəyini demişdir. Bir müddət sonra ona Nurlan yenidən ona zəng etmiş, Müşfiq adlı şəxslə yenə də görüşüb sonuncudan əlavə olaraq 4000 manat pul almalı olduğunu demişdir. O, yenə də Nurlanın verdiyi nömrəyə zəng etmiş, Müşfiqlə yenə də «Şamaxinka»da görüşüb ondan 4000 manat pulu alıb aparıb Nurlana vermişdir. Nurlanın Müşfiqdən hansı məqsədə pul almasından onun xəbəri olmamışdır (iş vərəqə: cild İ, səh. 202-203). İfadələri arasında müəyyən olunan ziddiyyətə aydınlıq gətirən Şahid4 Sədyar oğlu məhkəmədəki ifadəsində göstərdi ki, o, Müşfiqdən cəmi 12.000 manat pul götürmüş, 16.000 manat pul götürməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı da o, ifadəsində iki dəfə pul götürdüyünü, əvvəlcə 8000, sonra isə 4000 manat pul götürdüyünü bildirmişdir. Müstəntiqin nəyə görə 12000 və 4000 manat pul götürdüyünü yazmasının səbəblərini bilməmişdir. Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid4 Sədyar oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid4 üzləşmə zamanı məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi eyni xüsusatları, o cümlədən iş üzrə Təqsirləndirilən şəxs özünü ona Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim etdiyini, 2018-ci ildə onu taksi sürücüsü kimi Yardımlı rayon Milli Təhlükəsizlik İdarəsində yoxlamaya apardığını, Nurlanın onu MTN-nə sürücü vəzifəsinə düzəldəcəyinə söz verdiyini və bunun müqabilində ondan 2000 manat pul aldığını, 2018-ci ilin sonlarında Nurlanın tapşırığı ilə «Şamaxinka» deyilən yerdə Müşfiq adlı şəxslə görüşüb ondan 12000 manat, elə həmin gün axşam isə yenə də eyni şəxsdən eyni yerdə görüşməklə 4000 manat pul alıb aparıb Nurlana verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 204-206). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsində qeyd etdiklərini bir daha təsdiq edib göstərdi ki, o, restorana Müşviqin yanına gəlibgedərkən Nurlanı görüb tanımışdır. Həmin restoranı Müşviq işlətmiş, Nurlan da orada işləmişdir. Müşviqlə Nurlanın münasibətləri yaxşı olmuş, hətta Nurlan Müşviqə “əmi» deyə müraciət etmişdir. Nurlan həmişə restorana tək gəlmiş, onun yalnız bir dəfə tanımadığı biri ilə restorana gəlməsini görmüşdür. Nurlan restorana “Prado» markalı ağ rəngli maşınla gəlmiş, maşını ofisin qarşısında saxlamışdır. Şahid qismində dindirilən Şahid6 ifadəsinin davamında göstərdi ki, yadında qaldığı qədər 2019-cu ilin isti aylarından birində Müşfiqin xəstəsi olmuş, sonuncu onun yanında qızılları qutuya qoyub ağzını skoçla bağlamış və ona “Nurlan gələcək, bunu ona verərsən» demişdir. Həmin gün bir müddət sonra Nurlan bir nəfərlə restorana gəlmiş, maşından düşərək onun yanına gəlmiş, yanındakı şəxs isə həyətdə gəzişməyə başlamışdır. Nurlan ondan “əmi sənə nəsə veribmi?» deyə soruşduqda o, qızıllar olan qutunu Nurlana vermiş və sonuncu çıxıb getmişdir. X4rı nə məqəsədlə verməsini bilməmişdir. O, qızılların sayını, çəksini və dəyərini bilməmişdir. Yalnız yadında qalan həmin qızılların içərisində gördüyü bir ədəd komplekt olmuşdur. Belə ki, Müşviq ona həmin komplekti özünün həyat yoldaşına 10-15.000 dollara aldığını demişdir. O, ibtidai istintaqda bir dəfə olmuş və ifadə vermişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid6 üzləşmə zamanı məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzləşmədən imtina etmiş, üzləşmə protokolu onun müdafiəçisi tətərfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh. 304-305). Üzləşmədə dindirmə protokolunun tədqiqi ilə bağlı Şahid6 arayış verib bildirdi ki, o, məhkəmədə tədqiq olunan üzləşmədə iştirak etməmiş, istintaq zamanı Nurlanla ümumiyyətlə üz-üzə gətirilməmiş, üzləşmədə dindirmə protokolunda adının qarşısında edilmiş imzalar ona məxsus deyildir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, əvvələr "xxxx" QSC-də işləmiş, hazırda isə “Yellow” bankda işləyir. O, Təqsirləndirilən şəxs bir dəfə “Access Bank»da görmüşdür. Zərərçəkmiş şəxs1 isə Access Bank»da müştəri olmaqla banka borcu olmuşdur. Belə ki, bankın sədr müavini Elçin müəllim onu çağırıb Nurlanın Müşfiqin banka olan borcu ilə bağlı onun əmlakını almaq istədiyini və sonuncunun banka olan borcunu ödəyəcəyini bildirmişdir. O, Nurlandan Müşfiqin onun nəyi olduğunu soruşduqda o, “əmimdir” deyə cavab vermişdir. Nurlanın yaşı az olduğundan o, Nurlanı uşaq kimi qəbul etmiş, deyilənləri çox da ciddiyə almamış, ona əhəmiyyət verməmişdir. O, Elçin müəllimə cavan uşaqlarla danışıq aparmağın düzgün olmadığını demiş, danışaqlara Müşfiqin özünun gəlməsinin zəruri olduğunu bildirmişdir. Bütün görülən tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 borcu ödənilməmişdir. Şahid qismində dindirilən Şahid3 ifadəsinin davamında göstərdi ki, Müşfiq özü də düz adam olmamış, ona zəng edən zaman başqaları cavab vermiş, Müşfiqin adından danışmışdır. Lakin o, danışanın Müşfiq olmadığını səsindən tanımışdır. Həmin dövrdə Müşfiqin barəsində cinayət işi olmuş, Müşfiq özü ona köməklik olunması üçün yalvarmışdır. Müşfiqə məxsus “Nur” adlı kafe bankın girovunda olmuş, sonuncunun deməsinə görə, onun hansısa qohumu kafeni almalı və onun kredit borcunu bağlamalı idi. Şahid3 məhkəmədə verdiyi sərbəst ifadəsinin əvvəlində Təqsirləndirilən şəxs bir dəfə “Access Bank»da bankın sədr müavini Elçin müəllimin iş otağında gördüyünü, Elçin müəllimin Nurlanın Müşfiqin banka olan borcu ilə bağlı onun əmlakını almaq istədiyini və sonuncunun banka olan borcunu ödəyəcəyini deməsini, Nurlanla Müşfiqin münasibətini öyrənmək istərkən Nurlanın “əmimdir” deyə cavab verməsini göstərməsinə baxmayaraq, məhkəmə iclasına sədrlik edən hakimin suallarına cavab olaraq Elçin müəllimin otağında gördüyü şəxsin Nurlan olmasını xatırlamadığını, başqa bir uşaq olduğunu, həmin şəxsin Müşfiqlə gəldiyini bildirmişdir. Müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid3 tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 "xxxx"dan kredit götürməsi ilə bağlı tanımışdır. Təxminən 1-2 il əvvəl Nurlan adlı şəxs banka müraciət edərək özünü Zərərçəkmiş şəxs1 qohumu kimi təqdim edib, sonuncunun banka yaranmış borcunun həlli ilə bağlı kömək istəmişdir. Nurlan adlı şəxs tərəfindən Zərərçəkmiş şəxs1 borcunun ödənilməsinə dair heç bir ödəniş aparılmamış, Nurlan onunla bir neçə dəfə telefonla əlaqə saxlayaraq məsələnin həlli ilə bağlı söhbətlər aparmaq istəsə də o, sonuncuya yalnız söhbətlərin borclu şəxslərlə aparıldığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 64-65). İfadələri arasında müəyyən olunan ziddiyətlərə aydınlıq gətirən Şahid3 ifadəsinin davamında göstərdi ki, o, iş üzrə müstəntiqə 3-4 il əvvəl ifadə vermişdir, odur ki, bəzi şeyləri unutmuşdur. Onun ibtidai istintaq zamanı veridiyi ifadəsi doğrudur və həmin ifadəsini təstiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, onun təqsirləndirilən şəxslə tanışlığı olmamış, onu ümumiyyətlə tanımamışdır. İbtidai istintaqda isə yalnız adını eşitmiş, onun axtarışda olduğunu bilmişdir. Şahid2 göstərdi ki, o, özünə maşın almaq istəmiş, “turbo.az” satış portalında işdə bəhs olunan **-BB-*** nömrə nişanılı həmin “Niva»nı görmüş və Sumqayıt şəhərinə gedib maşına baxıb bəyənmişdir. Maşın dəyərindən 1500-2000 manat ucuz satıldığı üçün onu cəlb etmişdir. Satanın adı təqribən Xəyal İbrahimov kimi onun yadında qalmış, maşını ala bilməsi üçün satan şəxsə 200 manat da beh vermişdir. Maşını 8300 manata razılaşmışlar. Xəyal İbrahimov maşının sənədləri ilə bağlı heç bir problem olmadığını demişdir. Bundan sonra o, özünün maşınını satdığı şəxslə razılaşa bilməmiş, verdiyi beh batmasın deyə, başqa birindən borc götürüb maşını almaq istəmişdir. Ona görə də Günay Məmmədəliyeva adlı bir xanımdan pul götürərək maşını onun adına almış, sonuncu maşını sürmək üçün ona etibarnamə vermişdir. Növbəti gün Xəyal İbrahimov zəng edib, sahibi maşını geri qaytarmaq istədiyini demiş, ucuz satdığını və peşiman olduğunu bildirmişdir. Lakin maşının sahibinin adını ona deməmişdir. O, verdiyi 200 manat behi güzəştə getmiş, lakin maşina verdiyi pulu qaytarmasını tələb etmiş, ona problemli maşın lazım olmadığını bildirmişdir. Xəyal İbrahimovla razılaşsalar da, sonuncu ondan gizlənmiş, telefon zənglərinə cavab verməmişdir. 4 gün sonra isə maşına həbs qoyulmuşdur. Etibarnaməsinin müddəti keçənə qədər o, həmin maşını istifadə etmiş, lakin həbsinə görə adına keçirə bilməmişdir. Bir müddət sonra isə Sumqayıt DYP-dən gəldilər gecə maşını xəbərim olmadan həyətimdən götürüb aparmış, maşının texniki sənədi də, etibarnaməsi də onda ola-ola maşını qanunsuz olaraq götürüb 1-ci sahibinə qaytarmışlar. O, maşının sahibinin Şirvan şəhərində qeydiyyatda olan şəxs olduğunu öyrənmiş, adını Ağa və ya Mir kimi yadında saxlamışdır. Onunla yalnız telefonla əlaqə saxlayıb 2000-3000 manat pul təklif etmiş, lakin maşını geri qaytarmaq mümkün olmamışdır. Maşının qanuni sahibi telefonda ona adadıldığını, maşınının maşenniklər (burada: dələduzlar) tərəfindən aparılıb satıldığını, maşını dələduzluq yolu ilə ələ keçirən şəxslərdən birinin Nurlan adlı şəxsin olduğunu öyrəndiyini ona danışmışdır. Xəyal maşını ona Nurlan adlı şəxsin satdığını və ya Nurlanın maşının geri tələb etdiyini də deməmişdir. O, maşınla bağlı bu iş üzrə istintaqda olmuş, müstəntiqin adının Hüseyn olduğunu bilmişdir. Dələduzluq edən şəxsin adının Nurlan olduğunu, maşını Xəyala satan şəxsin də Nurlan olduğunu müstəntiqdən eşitmişdir. O, müstəntiqin yanından çıxan kimi Xəyala zəng edib eşitdiklərini ona da demiş, sonuncu hadisdən xəbərdar olduğunu, Nurlanı tanıdığını və onun tapılmasında istintaqa kömək etmək istədiyini ona demişdir. Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Götürmə aparılması və baxış keçirilməsi haqqında» 18 avqust 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 İsmət oğlu tərəfindən 1 ədəd CD formatda disk təqdim edilmiş və həmin diskə baxış nəticəsində 3 ədəd qovluq aşkar edilmişdir. Aşkar edilmiş 1-ci qovluqda 1 dəqiqə 57 saniyə, 2-ci qovluqda 1 dəqiqə 10 saniyə, 3-cü qovluqda isə 1 dəqiqə 49 saniyədən ibarət səs yazıları olduğu müəyyən edilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, zərər çəkmiş şəxs Müşviq Əsgərov təqdim etdiyi səs yazılarında qarşı tərəfdə olan kişi səsinin Təqsirləndirilən şəxs məzsus olmasını, danışıqların onunla Təqsirləndirilən şəxs arasında aparıldığını bildirmişdir. Səs yazıları dinlənilərkən müəyyən edilmişdir ki, kişi səsində ehtiva olunan müəlliflərdən biri digər tərəfə bankda olduğunu, ondan aldığı 58.000 mantı gətirib qaytaracağını demiş, piolisə şikayət etməməyi xahiş etmişdir. Ən nəhayət, zərər çəkmiş şəxs Müşviq Əsgərov tərəfindən təqdim olunan səs yazılarının yükləndiyi bir ədəd CD formatlı disk sübut növü kimi götürülmüş və iş materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.78). İşdə olmaqla cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməfonoskopik ekspertizasının 4/1016 saylı, 08 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli CD diskdə mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli CD diskdə mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərindən «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsusdur. Tədqiq olunan rəydən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Müşviq Əsgərov tərəfindən istintaq orqanına təqdim olunmuş CD diskdə müəyyən olunan mübahisəli fonoqramlardakı danışıqların kimə məxsus olması ilə bağlı ekspertiza tədqiqatı aparılması prosesində müqayisəli tədqiqat üçün səs nümunəsi verməkdən imtina etmişdir. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, CD diskdə mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıdakı kimidir: WhatsApp Audio 2020-08-19 at 10.02.31 (1) K1-…yadımdan çıxıb mən sənə deyim, eşidirsən məni? K2- Hə K1- Kiməsə əyər şikayət eliyibsənsə, əyər eliyibsə, mən inanmıram ki, sən onu eliyəsən. Ancağ eliyibsən səndən xayiş eliyirəm, sənə ... and verirəm ki, ... əlaqə saxlıyıb gələcəy indi. Mən uzağ başı saat, bundan 1-ə 2-ə yəqin ki yekunlaşar çıxıb gələrəm Allah qoysa. Mənim elə bir işim yoxdur. Mən pulun köçürməyin gözlüyürəm. Pulu götürüm gələcəm yanına K2 – Sən pulu götür mən gəlim Bakıya, Bakıda hənmişidə bağlatdıracam K1- 60 min pulu da neynəy oldu, yaxşı, yaxşı K1-Qızılları da götür K1- Yox, götürəcəm də sənin nəyinə lazım. Sənnən bir dənə xayişim odu yenə deyirəm, and verirəm dədön goruna bi dənə kimə deyirsəndə mən çünki atama, əmimə yığıblar demişəm ki, o mənnən heç vaxt şey eləməz. Nə mənnən ona ziyan gələn, nə də onnan mənə ziyan gəlməz K2- Deyirəm ki, sən pulu götür, Bakıdan çıxma, mənə de gəlləm Bakıya nə var hamısının üsdünnən xətt çəkəcəm orda K1- Davay, yaxşı, neynəy oldu, yaxşı WhatsApp Audio 2020-08-19 at 10.02.31 (2) K1- Hə, Müşfiq əmi K2- Sənin deyəsən gəlməy fikrün olmadı bugün K1- Bankdayam e, Müşfiq əmi, bayaxdannan Allah haqqı gözdüyürəm də K2- Bang saat 4-dü, bang indi bağlanan vaxdı K1- Yox, götürməyinə milyon fayiz götürəcəm. Bəyaxları bi dəfə göndərdilər lomluğ məndə oldu, mən şəxsiyyət vəsiqəmin şəkillərin çəkib mənə atırlar mən ... tərsəmayallağ iş gördüm, günah məndə oldu. Sora da ki, təzədənnən zəng elədi götürdün, dedim yox. Dedi bə nətər götürdün? Gedirəm banka bankdan deyir ad soyadımda .... var. Təzədənnən indi göndəriblər yazıqlar gediblər banka. Mən də bankdayam burda K2- Hansı bangdasan? K1- Kapitalda. Əhmədlidə K2- 6-acan burda olacam da, bax da K1- Yo, gəlməyinə həyqi gələcəm Müşfiq əmi, mən sənə yenə deyirəm. Oturub dnışacam da sənnən. Oturub danışacam. Evə də getsön belə gələcəm zəng eliyəcəm görüşərik, fərqi yoxdu K2- Yo, mənim üçün fərqi var da, mən ola bilər ki, bir yer var ora getdim K1- Hə, ama belə indi çıxan kimi sənə zəng vuracam burdan K2- Yaxşı WhatsApp Audio 2020-08-19 at 10.02.31 K1-Alo K2- Hə, Nurlan K1- İşdəsən? K2- Hə K1- Hə, gedirəm şeyə, 0 əmanəti götürməyə, o birisi əmanəti. Saat 8-də insallah sənin yanındayam, Allahın köməyinən. 8-də ordayam da götürdüm bunu. 8-də ordayam, yanındayam Şirvana gəlməyimin başqa bir səbəbi var əslinə qalsa. Ona görə deyirəm saat 8-də olacam orda K2- Nə qədər pul götürmüsən? K1- Sənnən raşotam da yəni əsas odu K2- Nə qədər? K1- 56 deməmişdüy? 58 K2- Mən kiməsə söz verə bilərəm burda? K1- Müşfiq əmi sənin yanıva gəlim çatım, onnan sora kimi isdirsən yığ. Al pulu əlivə mənim yanımnan kimi isdirsən yığ denən. Saat 8 tamamda sənin yanındayam, uzağı 8 ha Allahın köməkliyinən. Saat bax, neçədi saat, 5 tamadı K2- 5-di, 6-a işdiyib. K1- 8:00-da sənin yanındayam uzağı. İndi gedirəm o şeyi götürməyə, o birisi əmanəti. Götürüb Allah qoysa çıxıram, onun pulun verib çıxıram. K2- Bildim e, onun pulun verib götürürsən. Saat neçiyə götürə biləcəysən? K1- 8-də sənin yanındayam. Mən indi gedirəm onu götürməyə K2- Mənim yanıma ... lazım döyül e, bəlkə elə Bakida kiməsə pul verməliyəm K1- Mənə dəxli yoxdu, onu götürüm kimə desən onu verərəm, mənim üçün fərqi yoxdu K2- Hm, yaxşı K1- Yaxşı? K1 – O adamın da kimdisə ona deənən. Denən mənim pulumu gətirir verir. Atam da heç olmasa bir az narahat qalmasın. İndi sənə zəng vuracam uzağbaşı 40-dəyqiyə belə K2-Yaxşı (iş vərəqə: cild İ, səh.291-294). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təkrar məhkəmə-fonoskopik ekspertizası təyin olunması barədə dövlət ittihamçısı tərəfindən qaldırılan vəsatət təmin edilmədən rədd edilmişdir, ondan ötrü ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Müşviq Əsgərov tərəfindən istintaq orqanına təqdim olunmuş CD diskdə müəyyən olunan mübahisəli fonoqramlardakı danışıqların kimə məxsus olması ilə bağlı ekspertiza tədqiqatı aparılması prosesində, etibar etmədiyindən, müqayisəli tədqiqat üçün səs nümunəsi verməkdən təkrarən imtina edəcəyini və ekspertizanın keçirilməsində iştirak etməyəcəyini bildirmişdir (məhkəmə iclasının protokolları, ekspertiza təyin etmək barədə vəsatətin rədd olunması barədə 08 sentyabr 2023-cü il tarixli qərar). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə xx.xx.2020-ci il tarixli, BKC/LGL-27888/20 nömrəli müşaiyət məktubu ilə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskdə olan telefon danışıqlarına dair cədvələ baxış keçirilməsinə dair protokoldan görünür ki, üzərində "xxxx" şərti rəqəmi yazılmış 1 ədəd üzəri qırmızı rəngli CD disk kompüterin disk oxuducusuna daxil edilmiş, CD açıldıqda ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlar olduğu müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, CD diskdə SMS_Tarixçəsi_**********5224_5********.pdf», MS_Tarixçəsi_**********5229_5********.pdf, SMS_Tarixçəsi_ **********5240_5********.pdf», «SMS_Tarixçəsi_**********5245 _5********.pdf», «Zənglərin_Detallaşması_-**********3720_5********.pdf», Zənglərin_Detallaşması_**********3729_5********.pdf», «Zənglərin_ Məxsusluq_Tarixçələri_**********3816_552162752_BKC.pdf», «Zənglərin_ Məxsusluq_Tarixçələri_**********3826_552982196_BKC.pdf» adlı 8 fayl olması müəyyən edilmişdir. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, «SMS_Tarixçəsi__**********5224__552162752 .pdf» adlı fayl açıldıqda telefon danışıqlarının ***-***-**-** saylı mobil telefon nömrəsinə aid olması müəyyən edilir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs istifadəsində olmasını bildirdiyi həmin nömrə ilə Müdafiəçi telefon danışıqlarının götürülməsini tələb etdiyi ***-***-**-** saylı mobil telefon nömrələri arasında yazışmalar aparılması və yazışma mətninə əsasən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin özündə olmamasını və mətnlərə əsasən həmin nömrədən yazan şəxsin qadın cinsli olması müəyyən edilmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, «Zənglərin_Detallaşması__**********3720___5********.pdf» adlı fayla baxış keçirilərkən ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrələri arasında mütəmadi olaraq telefon danışıqlarının aparılması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.254-256). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 29 mart 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla zərəçəkmiş şəxs X6 tərəfindən təqdim edilmiş səs yazılarının və telefon danışıqlarına dair məlumatlarının yükləndiyi 02 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.306-317). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməlində əhatə olunur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində təqsirsizliyi ilə bağlı bu və ya sair formada gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanlarla yanaşı məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə tövsifinə və həmin maddə ilə təqsirli bilinməsinə təsir etməyəcək prosessual pozuntulara da yol verilmişdir ki, həmin pozuntular iş üzrə sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunan Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolunun real olaraq üzləşmə istintaq hərəkəti ilə bağlı tərtib edilmədiyi, şahidlə təqsirləndirilən şəxsin eyni vaxtda qarşı-qarşıya gəlmədiyi və real olaraq üzləşmədikləri müəyyən edilmişdir. Bundan başqa, məhkəmə, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid5 məhkəmədəki ifadələrinə tənqidi yanaşır. Hansı ki, hər iki şahidin məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri işin halları ilə uyğundur və digər sübutlarla təsdiq olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.194). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 faktiki yetirilmiş maddi zərər ödənilməmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmamış, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı yetirilmiş maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia qaldırmasa da, o, məhkəməyə təqdim etdiyi ərizəsində ona yetirilmiş maddi zərərin ödənilməsi tələbi ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs rəsmi nikahda ailəli olmuş, həmin nikahdan onların 18 oktyabr 2020-ci il təvəllüdlü bir uşaqları dünyaya gəlmişdir. Lakin Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxsla onun arvadı arasında rəsmləşdirilmiş nikah pozulmuş, 18 oktyabr 2020-ci il təvəllüdlü uşağın ananın yanında qalması müəyyənləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar müəyyən olunarkən onun bir az yaşlı uşağının olması, himayəsində olmadığından, cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələnin müzakirəsi zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərarına əsasən onun barəsində 3 ay 21 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, bundan sonra yenə də Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 21 aprel 2021-ci il tarixədək uzadılmış və ibtidai istintaq yekunlaşdırılmaqla cinayət işi ittiham aktı ilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 298.2 və 298.2.1-ci maddəsinin tələbləri baxımından məhkəmə hazırlıq iclasında qətimkan tədbirinə dair məsələyə baxılana qədər dəyişdirilmədən saxlanılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hazırlıq iclasının qərarına əsasən işdə yol verilən prosessual pozuntulara əsasən cinayət işinə baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokurorluğuna qaytarılmış, eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 ay, 25 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Bundan sonra cinayət işinin ibtidai istintaqı Bakı şəhəri Nizami RPİ-də davam etdirilmiş və ibtidai istinaq orqanının 25 iyul 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Ən nəhayət, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla da, məhkəmə baxışı zamanı müəyyən olundu ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə 25 iyun 2021-ci il tarixədək həbsdə, Bakı Ağır Cinayətlər Məhkməsinin 25 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla 25 iyul 2021-ci il tarixədək ev dustaqlığında – ümumilikdə 8 (səkkiz) ay 25 (iyirmi beş) gün həbsdə və ev dustaqlığında saxlanılmışdır (iş vərəqə: cild İ, səh. 141, 170-171,191-193, 284-286). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 8 (səkkiz) ay 25 (iyirmi beş) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalı, həmçinin həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməli və cəzasının əvvəli hökmün çxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən əqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir. 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış, zərəçəkmiş şəxs X6 tərəfindən təqdim edilmiş səs yazılarının və telefon danışıqlarına dair məlumatlarının yükləndiyi 02 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə 25 iyun 2021-ci il tarixədək həbsdə, Bakı Ağır Cinayətlər Məhkməsinin 25 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla 25 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət – ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 8 (səkkiz) ay 25 (iyirmi beş) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar – iki ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüquqlarının olması izah olunsun. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-69/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-69/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver