Məhkəmə qərarları › İş №1(101)-69/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-69/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-69/2024 05.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu və Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri xx xxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 kirayə yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2, “Bəhzat” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Bəhzat” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2021 -ci ilin oktyabr ayının sonlarından Bakı şəhəri ərazisində müxtəlif yerlərə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1046,011 qram olan psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təmiz çəkisi 1010 qram olan narkotik vasitə heroini əldə edib qrupun üzvü Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi, 9a saylı evin 49 saylı mənzilinə daşıyaraq həmin psixotrop maddəni öz aralarında bölməklə saxlamış, onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 11 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BNMİ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 12,397 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən İbarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qrupun üzvi Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əlində olan qara rəngli çantasının üst cibindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən 01 ədəd bükümdə, təmiz çəkisi 28,614 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 12 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 9a saylı evin 49 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin yataq və mətbəx otağı kimi istifadə edilən otağında yerləşən taxta konstruksiyalı dolabın alt gözünün arxasında bir ədəd sellofan torbanın içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə üzərlərindən aşkar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən, təmiz çəkisi 1005 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə, təmiz çəkisi 1010 qram olan, külli miqdarda, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1, “Bəhzat” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Bəhzat” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib qrupun üzvü Təqsirləndirilən şəxs1 2021 -ci ilin oktyabr ayının sonlarından Bakı şəhəri ərazisində müxtəlif yerlərə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1046,011 qram olan psixotrop maddə metamfetaminİ və külli miqdarda, ümumi təmiz çəkisi 1010 qram olan narkotik vasitə heroini əldə edib onun yaşadığı Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi, 9a saylı evin 49 saylı mənzilinə daşıyaraq həmin psixotrop maddəni öz aralarında bölməklə saxlamış, onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 11 noyabr 2021-cİ il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvü Hamlet Allahverduyev ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BNMİ-nə gətirilib orada Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 12,397 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əlində olan qara rəngli çantasının üst cibindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən 01 ədəd bükümdə, təmiz çəkisi 28,614 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 12 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 9a saylı evin 49 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin yataq və mətbəx otağı kimi istifadə edilən otağında yerləşən taxta konstruksiyalı dolabın alt gözünün arxasında bir ədəd sellofan torbanın içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə üzərlərindən aşkar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən, təmiz çəkisi 1005 qram olan, külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə, təmiz çəkisi 1010 qram olan, külli miqdarda, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılmazdan əvvəl üzərində 2 qram metamfetamin olmuşdur. Digər narkotik vasitə və psixotrop maddələr sonradan polislər tərəfindən üzərinə qoyulmuşdur. Həmçinin qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən tutulması və videoçəkilişlə ev baxış keçirilməsi arasındakı dövrdə polis əməkdaşları evinə gələrək narkotik vasitəni evə qoymuşlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təranə adlı şəxslə ailə həyatı qurmuş, 2019-cu ildə boşandıqdan sonra da aralarında münasibətlər davam etmişdir. Bir neçə ildir ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Həmin narkotik vasitələri sosial şəbəkədən tanış olduğu Bəhzat adlı şəxsin vasitəsilə əldə etmiş, həmin narkotik vasitələri Bakı şəhəri ərazisində, müxtəlif ünvanlarda, əvvəlcədən qoyulmuş, Bəhzatın ona göndərdiyi şəkil vasitəsilə götürmüş, sonra isə İranlıya məxsus olan kart hesabına pulunu köçürmüşdür. Təxminən 15 gün əvvəl Təranə ilə danışan zaman Təranə ona instaqramda Hüseyn və Bəhzat adlı İran vətəndaşları ilə tanış olduğunu bildirmiş və onlardan narkotik vasitə alıb-satmaq barədə ona təklif etmişdir. O, Təranə ilə razılaşmış və onlar həmin gündən mütəmadi olaraq tutulduqları günədək narkotik vasitələri Bəhzat adlı şəxsdən almışlar. O, öz tanıdığı, lakin adlarını bilmədiyi dostlarına satmışdır. O, narkotik vasitənin bir qramını 10 manata alıb 30 manata satmışdır. Əldə olunan gəliri tanışı olan Təranə ilə aralarında bölmüşlər. 11 noyabr 2021 -ci il tarixdə axşam saat 23 radələrində Təranə ilə ünvan 7 ünvanının qarşısında olan zaman 3 nəfər mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmış və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onun üzərinə baxış zamanı təxminən üç qram metamfetamin aşkar edilərək götürülmüş, daha sonra Təranənin də üzərinə baxış zamanı Təranədən də metamfetamin götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təranənin kirayə yaşadığı ünvana getmişlər. Orada mənzilin yataq otağı və mətbəx kimi birgə istifadə olunan otağında olan taxta dolabın alt gözünə baxış keçirilən zaman oradan təxminən bir kiloqram metamfetamin və bir kiloqram heroin aşkar edilərək götürülmüşdür. Əlavə suallara cavab olaraq bildirmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təxminən 15 gündür narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Belə ki, Təranə ona narkotik vasitələrin yerlərini demiş, o, isə gedib həmin narkotik vasitə və psixotrop maddələri İranlının qoymuş olduğu yerdən götürərək bölüb daha sonra öz tanışlarına istədikləri qədər satmış, bu işdə hər qram üçün 20 manat qazanc əldə edib Təranə ilə birlikdə bölmüşlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılmazdan əvvəl üzərində 2 qram metamfetamin olmuşdur. Digər narkotik vasitə və psixotrop maddələr sonradan polislər tərəfindən üzərinə qoyulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 11 noyabr 2021 -ci il tarixdə axşam saat 22:15 radələrində Bakı şəhəri, Nizami rayonunda tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Hamleti Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “XİOMİ” markalı mobil telefonları, çiynindən asdığı, qara rəngli, dəri çantanın üst cibindən bir bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə və çantasına şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çantanın içindən **********368735, **********498781 nömrəli plastik bank kartları, ona məxsus şəxsiyyət vəsiqəsi, qırx manat pul, bir ədəd ətir, bir ədəd astma xəstəliyinə qarşı aparat, iki ədəd açar aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi otuz bir qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar, üç ədəd bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, qırx manat pul, bir ədəd ətir, bir ədəd astma xəstəliyinə qarşı aparat, iki ədəd açar aidiyyatı üzrə ona geri qaytarılmışdır. Sorğu zamanı o, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə satmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışını təşkil etməkdə tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olduğunu, narkotik maddələri öz tapşırığı ilə Hamletin deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışını təşkil etdiklərini, **********498781 nömrəli bank kartından narkotik maddələrin satışından əldə etdiyi pul vəsaitlərini nağlaşdırmaq üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Hamletin də məlumatı olduğunu, Hamletin həmin mənzilə sərbəst gəlib getdiyini bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 8 ünvanına getmişlər. Həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağı və mətbəx kimi istifadə olunan yerdəki taxta konstruksiyalı dolabın içində gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içindən, bir bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamin, bir bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi bir kiloqram on iki qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi bir kiloqram on beş qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparıimaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Yaşadığı mənzildən aşkar olunan narkotik maddələrin Hamletlə əlbir olub satışını təşkil etmişlər. Onun üzərinə axtarış və mənzilə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, təhqiqatçıdan başqa heç kim onun mənzilinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Əlavə suallara cavab olaraq, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, Votsap, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, 8-ci kilometr ərazisində külli miqdarda narkotik vasitələrin əldə edilməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində axşam saatlarında Təranəni və yanında olan Təqsirləndirilən şəxs1 Qara Qarayev ərazisində “Ruslan” marketin qarşısında saxlayaraq Baş Naroktiklərlə Mübarizə İdarəsinə aparılmışlar. BNMİ-də Təranə və Hamletə hüquqi yardım göstərilməsi üçün müdafiəçi dəvət edildi. Daha sonra müdafiəçilərin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı həm Təranənin, həm də Hamletin üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 Qara Qarayev ərazisində yerləşən evinə baxış keçirildi. Baxış zamanı sonuncuya məxsus evdən 2 kiloqram metamfetamin aşkar edilmişdir. Təranə həmin psixotrop maddənin İran İslam Respublikası vətəndaşının göndərdiyini, həmçinin həmin İİR vətəndaşının adını da bildirmişdir. Lakin uzun müddət keçdiyindən həmin İİR vətəndaşının adını xatırlamır. Təqsirləndirilən şəxs2, həmçinin İİR vətəndaşından aldığı narkotik vasitəni sonuncunun dediyi yerə qoymaqla bunun müqabilində pul qazanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, 8-ci kilometr ərazisində külli miqdarda narkotik vasitələrin əldə edilməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə ondan və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və yanında olan Təqsirləndirilən şəxs1 Nizami rayonu ərazisində saxlanılaraq BNMİ-ə aparılmışdır. Əməliyyat tədbiri gecə vaxtı keçirilmişdir. Əməliyyat tədbirinin keçirilmə saatını dəqiq xatırlamır. X7 Fəhminin və Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı saxlanılan şəxslərin hər ikisinin üzərindən metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra sonuncunun yaşadığı mənzilə baxış keçirilmiş və oradan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşından aldığını, sonuncunun dediyi yerə qoyacağı halda pul əldə edəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə ondan və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və yanında olan Təqsirləndirilən şəxs1 Nizami rayonu ərazisində saxlanılaraq BNMİ-ə aparılmışdır. Saxlanılan zaman onların yanında başqa şəxs olmamışdır. BNMİ-də videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı həm Hamlet, həm də Təranənin üzərindən metamfetamin aşkar edilmişdir. Hər ikisi narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan tanımadığı şəxsdən aldıqlarını və sonuncunundediyi yerə qoyacağı halda pul əldə edəcəklərini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 Qara Qarayev ərazisində yerləşən evinə baxış keçirildi. Baxış zamanı sonuncuya məxsus evdən narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitənin növünü və çəkisini dəqiq xatırlamamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır. BNMİ-nin yanında yerləşən kafelərdən birində xadimə işləmişdir. 11 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Təranənin üzərinə şəxsi axtarış keçirilmiş və Təranənin əynindəki qırmızı rəngli gödəkçənin sağ yan cibindən iki ədəd telefon, qara rəngli çantasından bir bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Çantadan başqa plastik bank kartları, 40 manat pul, ətir, bir ədəd astma xəstəliyinə qarşı aparat, iki ədəd açar aşkar edilmişdir. Daha sonra metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 30 qram olmuşdur. Sonra kütləni qablaşdırılmış və onun tərəfindən də imzalanmışdır. Videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı Təranə üzərindən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Hamleti köhnə məhəllə uşağı kimi, Təranəni isə Hamletin qeyri-rəsmi həyat yoldaşı kimi tanımışdır. Hadisə baş verən gün Hamlet ona zəng edərək taksi lazım olduğunu demişdir. O, Hamletlə razılaşmışdır. Saat 20:00-21:00 radələrində avtomobili ilə sonuncunu götürmüş, hansı tərəfdə olduğunu xatırlamadığı qəbirstanlıq tərəfə getmişlər. Hamleti orada avtomobildən düşürmüşdür. Hamlet ona getməsini və 5 dəqiqədən sonra qayıdıb onu götürməsini bildirmişdir. O, oradan ayrılmış və 15 dəqiqədən sonra qayıtmışdır. Hamleti gətirib məhəllədə avtomobildən düşürəndə polislər yaxınlaşıb Hamletlə onu saxlamışlar. O, taksi sürücüsü olduğunu bildirmişdir. Sonradan Hamletin üzərində narkotik vasitə olduğuna görə tutulduqlarını bilmişdir. Polislər onları Hamletin yaşadığı evə aparmışlar. Polis əməkdaşları içəri daxil olmuşdur. Hamletin üzərində narkotik vasitə aşkar edilmişdir. Daha sonra polislər evi axtarmışlar. Balaca bir qabı və Hamletin üzərindəki narkotik vasitəni stolun üzərinə qoymuşlar. Həmin qabın içərisində nə olduğunu görməmişdir. Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Təqsiri olmadığına görə azad edilmişdir. Polis bölməsində ona və Hamletə qarşı fiziki təziq edilmişdir. Bundan başqa polis əməkdaşları Təranəyə qarşı da zorakılıq etmiş, evdə olan itə də təpiklə vurmuşlar. Əvvəllər narkotikdən vasitə istifadə etməmişdir. 11 noyabr 2021-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması bildirilir. (Cild 1 i.v. 4) 11 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq BNMİ-ə apaılmışlar. (Cild 1 i.v. 8) 11 noyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 23:15-də (faktiki saxlanılma saat 22:15-də) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun baş təhqiqatçısı, polis baş leytenantı Şahid5 tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 2 i.v. 19) 11 noyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 23:45-də (faktiki saxlanılma saat 22:15-də) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun baş təhqiqatçısı, polis baş leytenantı Şahid5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2 i.v. 39) 14 noyabr 2021-ci il tarixli Nizami rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında çıxış edərək yolda gedərkən deyil, yatarkən tutulduğunu, Babək və Azər adlı polis əməkdaşları tərəfindən döyüldüyünü, maddi vəziyyətini düzəltmək məqsədilə sonuncunu aldatmaq məqsədilə iranlı “Behzat” adlı şəxslə narkotik vasitə ilə bağlı danışdığını bildirmişdir. O, həmçinin Hamlet polis əməkdaşaları tərəfindən saxlanıldığı üçün narkotik vasitələrin ona məxsus olduğunu etiraf etdiyini bildirmişdir. (İ.v. 121-125) 13 noyabr 2021-ci il tarixli Nizami rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını etiraf etsə də, evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını, heç bir fiziki təzyiq məruz qalmadığını bildirmişdir. (İ.v. 126-130) 12 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı, 1 (bir) ədəd “XİAOMİ” markalı mobil telefonları, çiynindən asdığı, qara rəngli, dəri çantanın üst cibindən 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 çantasına və üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çantanın içindən **********368735, **********498781 nömrəli plastik bank kartları, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 40 (qırx) AZN pul, 1 (bir) ədəd ətir, 1 (bir) ədəd astma xəstəliyinə qarşı aparat, 2 (iki) ədəd açar aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 31 (otuz bir) qram olmuşdur. Həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, 3 (üç) ədəd bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, 40 (qırx) AZN pul, 1 (bir) ədəd ətir, 1 (bir) ədəd astma xəstəliyinə qarşı aparat, 2 (iki) ədəd açar aidiyyatı üzrə sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə satmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışım təşkil etməkdə tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olduğunu, narkotik maddələri öz tapşırığı ilə Hamletin deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışını təşkil etdiklərini, **********498781 nömrəli bank kartından narkotik maddələrin satışından əldə etdiyi pul vəsaitlərini nağdlaşdırmaq üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Hamletin də məlumatı olduğunu, Hamletin həmin mənzilə sərbəst gəlib getdiyini, 055 *** ** ** nömrəsini işlətdiyini bildirmişdir. (İ.v. 48-50) 12 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd açar aşkar olunmuşdur. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16 (on altı) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, 2 (iki) ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu və 1 (bir) ədəd alışqan aidiyyəti üzrə sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə, onunla eyni vaxtda saxlanılan Təqsirləndirilən şəxs2 tapşırığına əsasən satmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışını təşkil etməkdə tanışı Təranə ilə əlbir olduğunu, narkotik maddələri Təranənin tapşırığı ilə deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışını təşkil etdiklərini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən, Təranənin yaşadığı mənzildə sonuncunun narkotik maddə saxlamasından məlumatı olduğunu, həmin mənzilə tez-tez getdiyini, narkotik maddələrin satışından əldə olunan pulu Təranə ilə öz aralarında bölüşdürdüklərini, 055 *** ** ** nömrəsini işlətdiyini bildirmişdir. (İ.v. 52-54) 12 noyabr 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə protokolundan görünür ki, ünvan 8 ünvanına video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2, həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağı və mətbəx kimi istifadə olunan yerdəki taxta konstruksiya!ı dolabın içində gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən, 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 12 qram (bir kiloqram on iki qram) olmuşdur. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 15 qram (bir kiloqram on beş qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə satmaq məqsədi ilə əldə etdiyini, bu işləri görməkdə Təqsirləndirilən şəxs1 ilə əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə narkotik maddə əldə edib Hamlet ilə birlikdə satışını təşkil etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş, üzərindən və həmin mənzildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə satmaq məqsədi ilə əldə etdiklərini, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə narkotik maddə əldə edib Təranə ilə birlikdə satışını təşkil etdiklərini bildirmişdir. (Cild 2 İ.v. 59-61) Hamlet Allayverdiyevin ********** mobil nömrəsi ilə Şahid6 ********** mobil nömrəsi arasında olan SMS-ləri tədqiq etdikdə xx-xx-2021-ci il tarixdə Hamletdən Ceyhuna «Tez yig vacibdi boshsan yari qret eliyecem isim var», «gele bilmersen vacibdi bir yer var deyerdik yari qret edecem lap her ikisinden vererdim» məzmunlu mesajlar göndərilmişdir. 20 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsi arasında yazışmalarda «Gelirem o yarini ver camaatdan pul aldim cixiram burdan», «Camaatin puluda dagildi ortada. Yaziq usaq neciye Kimi gozluyub Tofiqde», «Yaxsi men basladim ayselnen amili qos bu ise. indiden sonra xahis edirem menim yanimda temadan danisma. mende danisan deyilem. men ne elemirem nede satmiram basqa söhbetin olsa yigarsan ama temadan menimle damisma. men temayla qurtardim», «mehlede yamn hereketlilik var sen öl. sen qrujonnu düsme amile pul ver seni düsürdennen sonra kazinoya pul vursunda eger artigin varsa, birde mehley girende viziv at baxi gizdin balkondan», «Pul yıg kim ısteyırse gel hem ozun cıx lokmadan hemde apar.ancaq da yoxdu kola var. hele burdayam yarım saata gedecem» mətnləri, habelə ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən «Terish menem feride qurban sene menede heresinnen biraz qoyda veziyetim piwfi cox bunlari dostuma gotururem ozume hechnr qalmir And olsun Allaha bilirsenki pulum olmayanda sene deyirem yeni anlawilmamazdig olub belede deyerdim ki teriw 4 manatim catmit», ***-***-**-** mobil nömrəsindən «Gelirem ac teli birdene lazimdi gelim 40 verim giturum», ***-***-**-** mobil nömrəsindən «Terish bunu yazib silirem.ushaglar isteyen var temani sadece sen. ozunde bilirsen temani almamish pulu vermirler mene. isteyirler ona. gore ne vere bilirsensd. imkan ver eridim pulları goturum getirim verim.sene sende ishlerivi hell ele baci qurban ishleyek. bir. birimize. el. tutaq menede. senede xeyr olsun, varsa gelim indi ne gederki isteyen. var. goturum. eridim. naxodu pullari getirim» məzmunlu mesajlar göndərilmişdir. (Cild 2 İ.v. 28- 100) 22 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Adiİ qızından götürülmüş, üzərində ***-***-**-** GSM nömrəsi olan, “Samsung” markalı, qara rəngli mobil telefona baxış zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs2 dəfələrlə WhatsApp proqramından istifadə etməklə telefonunda «İRA» kimi qeyd olunmuş İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqə saxlamış, onunla aralarında olan danışıqlar zamanı Təqsirləndirilən şəxs2 «İra» başlığı kimi qeyd olunmuş şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsə salam verir və digər İran vətəndaşının onunla birlikdə işləmək təklifi barədə səs yazılarını göndərir, narkotik vasitələrin fotoşəklini atır və «İra» adlı şəxsdən ona narkotik vasitlərin satışını təşkil etməyi təklif edən şəxs barədə maraqlanır və «İra» Təranəyə «Təranə yarım bir yarım saata deyirəm bu gün alınır, yoxsa səhərə qalır. Xəbər eliyirəm» deyir. «İra» Təranəyə «Bineqeden uzu noxaniya gedende qabağda ikidene uzbeuz likoil var zaprafka sagdaki likoile çatmamıw saga torpağ yol donur donen kimk 20 metr qabağda solda betom var beton arasinda sement kagizin icinde» və «60 kola 20 pati» mesajlarını yazır və «Bunları göndərirəm Hamletə.» səs yazısını göndərir. Nömbəti səs yazısında «İra» «Üzünə baxma ye ortasına bax. Üzü salafan su salır. Ortasına bax» deyir, Növbəti video görüntüdə Təqsirləndirilən şəxs2 elektron tərəzinin üzərində olan, sellofan bükümdəki qəhvəyi rəngli maddəni əli ilə sıxaraq «Ala buna bax. Bu nədi. Lıqqa suyun içindədiye. Bu qurudu gedəcək vsyo. Su buna bax. Görürsən işıq da düşür» deyir. Növbəti səs yazısında Təranə «Çəkilərində problem yoxdur. İndi şeyivi atıram patıvı. Sən patının içindəki zibillərə bax. Hələ açmamışam a ağzını. Qıraqdan baxıram içi doludur zibilnən» deyir. «İra» isə «Zibil deyəndə bir şey deyil o. Zibil deyil nəmənədi əldən düşüb» bildirir. Növbəti dəfə «İra» Təranəyə göndərdiyi səs yazısında «Metadon istəyən olsa denən a vardır» deyir. Təranə isə «Metadon istəyən var. Prostu gərək mal vurulanda vurula. Tək metadon atdırma də. Pramoy atdır belə deyirəm. Başa düşürsən. Birdibli atdıraq. Onda səhərə» cavabını verir. «İra» «Bildim də. Səhər mal atanda üstündə ataram. Reriyka da istəyən olsa deginən. Qara da istəyən olsa deginən. Zadda nəmənədi otda. Hamısınnan var». Təranə «Yaxşı qoy indi mən maraqlanım görüm kim nə qədər istəyir, nə istəyir. Sənə deyəcəyəm mənə nə qədər metadon göndər. Yaxşı» deyir. Növbəti səs yazısında «İra» «O hansı malı deyir yaşdır?» deyə soruşur, Təranə: «Axırıncı gələn malın. Ondan qabaqkı mal yaxşı idi. Bir ondan qabaqkı malda o gündəydi. Mən neçəsini çəkib atmışdım sənə. Düz deyir də. Camaat ona pul verir. Onlar mənə pul verir, mən sənə pul verirəm. Özü də neçə dəfə deyirəm ki, krantı bir az bağlasınlar. Ta adamı gic yerinə qoyurlar e sənin adamların», «Bizim obşi aramızda nə qədər eləyir axırıncı temamız? Təmiz idik biz keçən səfərdən bu səfər gələn temanın pulu nə qədər edir obşi?», «İRA»: «Səbr elə dana. Demək olar orda 2000», Təranə: «Mənim temam bu gün gəlirdi səhərisi gün sənin pulunu vururdum. İndi tema gəlir bir gündən bir, bir gündən bir uzanır, uzanır, uzanır, çünki bilirsən niyə, camaat qaçdı, camaat narazı qaldı, ona görə uje klient də qaçdı. Mən camaata az qalıram ki, zorla aparam evinə verəm. Neynirəm, mənim nəyimə lazımdır mən duram elə. Əvvəl işləyəndə sənnən təzə-təzə başlayanda bu gün vururdun, səhərisi gün elə olurdu sənin pulunu tam bağlayırdım. Camaat hələ təzə başlayanda deyir əşi hələ təzəyəm, zəifəm sonra şey olaram də. Ama mən təzəsini güclü ilə başladım, sonra malın zaylığmnan gəldi elə çıxdı. Hamı qaçdı. Camaat da buna pul verir. Patı deyil ki, deyəsən hə çəkəcək çıxıb gedəcəkdir. Bunu soxur trexat verir nə bilim, neynir, nağayrır, nə hoqqa çıxardırlar. Bu da bunun qanına gedir də. İstəmir ona görə də. Deyir qurutmuşam iki qram yarım tema. Demir e, onun pulunnan çıx. Onsuz da mən onnan danışacam. Deyəcəm çıx pulunnan. İki yarım yox, lap üç çıx. Mənə lazım deyil prosta kiminsə sözünü götürmək», «İRA»: «Ay Təranə maldan indiyənə kimi on kilo dağılıb. Hələ heç kəs bir nəfər də deməyib yaşdır». Təranə: «Necə yəni on kilo dağılıb, bir nəfər deməyib yaşdır. Faktiki mən sənə şəklini çəkirəm, lıqqa suyun içində atıram. Mal gəlir onu mən eləyirəm? Bunnan neçənci səfərdir mən sənə şəklini çəkib atmıram ki, hələ lağlağı da eləmişəm ki, denən bu krantı qabağını bağlasınlar, çox açıq qoyublar». «İRA»: «Yaxşı adam çıxdı də, bağla hara qoyursan qoy ünvanını at mənə». Bundan sonra Təranə tərəzinin üzərində olan iki bağlamadan ibarət narkotiklərin və qoyulduğu yerlərin şəklini çəkərək «İRA» adlı şəxsə göndərir. «İRA»: «Buna ünvan yaz də». Təranə isə atdığı konumla həmin yerə gedib çıxacaqlarını deyir. Növbəti mesajında «Götürüblər?» deyə soruşur. «İRA»: «Tapa bilmir e, bunu denən bir ünvan atdana», Təranə: «Şəhid bulağının sağ tərəfində. Bulağnan üzbəüz duranda sağ tərəfdə. Yerli. Daşın torpağın şəklini çəkib atdım. Yadımdan çıxdı demədim, üç dənə metinin üçünü də qoydum. Heç nə satılmamışdır. Onu da qoymuşam ora» deyir və s. (Cild 2 i.v. 111-116) 23 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06 sentyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci iltarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş **********498781 nömrəli plastik bank kartının hesabına hər gün, dəfələrlə müxtəlif ünvanlardan kiçik məbləğlərdə pul köçürüldüyü müəyyən edilmişdir. (Cild 2 i.v. 134) "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Şahid2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarının əks olunduğu 01 ədəd CD disk məhkəməyə təqdim edilmişdir. (Cild 5 i.v. 67) "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarının əks olunduğu 01 ədəd CD disk məhkəməyə təqdim edilmişdir. (Cild 5 i.v. 120) "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten məlumatlarının əks olunduğu 01 ədəd CD disk məhkəməyə təqdim edilmişdir. (Cild 5 i.v. 179) Məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli tarixli, 6/5012 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 12,397 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 28,614 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 1005 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 1010 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 və 2 №-li kağız paketlərdəki və bağlamadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1046,011 qram təşkil edir. (Cild 1 i.v. 75-79) Ambulator məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 36 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v 26-27) Ambulator məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli 512 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v 221-222) Məhkəmə-xətşünaslıq ekspertizasının 06 may 2022-cİ il tarixli 4/633 nömrəli rəyindən görünür ki, 11 noyabr 2021 -ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda «Şübhəli şəxs» qrafasındakı imza, 12 noyabr 2021 -ci il tarixli Şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda «Şübhəli şəxs» qrafasındakı və «4» rəqəminin qarşısındakı imzalar, 12 noyabr 2021-ci il tarixli yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizədə «İmza» qrafasındakı imza, 13 noyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1 -ci vərəqindəki imzalar, 2-ci vərəqində «Təqsirləndirilən şəxs» qrafasındakı imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. (Cild 3 i.v 118-119) Canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 460/Keş nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 “Bronxial astma qarışıq forma, ağır gedişli nəzarət olunmayan, kəskinləşmə mərhələsi. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs2 sünu yolla yaradılan xəstəlik əlamətlərinin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 sağlamlıq durumu ilə əlaqədar onun cəzaçəkmə müəssisəsində saxlanılması məqsədəmüvafiq hesab edilmir. (Cild 5 i.v 118-119) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 2 i.v.6-7) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.156-157) 07 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 2-ci dərəcə əlilliyinə görə 180 manat məbləğində sosial müavinət alır. (i.v. 191) 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi barədə aparılan araşdırma nəticəsində cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 3 i.v.35-38) 08 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 12,347 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 28,564 qram metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 1004,9 qram psixotrop maddə metamfetamin və 1009,9 qram narkotik vasitə heroin Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (Cild 1 i.v. 150-151) 23 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (Cild 2 i.v.226-247) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2010-cu il təvəllüdlü X5 adında yetkinlik yaşına çatmayan övladı var. (Cild 4 i.v.67) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 sağ saidin boyun səthində 1 (bir), sol saidin ön səthində çoxsaylı çapıq aşkar edilmişdir. (Cild 4 i.v.168-170) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən 12 noyabr 2021-ci il tarixli şəxsi axtarış və Təqsirləndirilən şəxs2 kirayə yaşadığı mənzildə keçirilən 12 noyabr 2021-ci il tarixli baxış zamanı çəkilmiş videogörüntünün olduğu 03 ədəd diskə baxılmışdır. 12 noyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təhqiqatçının təklifi ilə əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd açar aşkar olunmuşdur. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16 (on altı) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, 2 (iki) ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu və 1 (bir) ədəd alışqan aidiyyəti üzrə sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə, onunla eyni vaxtda saxlanılan Təqsirləndirilən şəxs2 tapşırığına əsasən satmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışını təşkil etməkdə tanışı Təranə ilə əlbir olduğunu, narkotik maddələri Təranənin tapşırığı ilə deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışını təşkil etdiklərini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən, Təranənin yaşadığı mənzildə sonuncunun narkotik maddə saxlamasından məlumatı olduğunu, həmin mənzilə tez-tez getdiyini, narkotik maddələrin satışından əldə olunan pulu Təranə ilə öz aralarında bölüşdürdüklərini, 055 *** ** ** nömrəsini işlətdiyini bildirmişdir. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 üzərinə keçirilən 12 noyabr 2021-ci il tarixli şəxsi axtarış zamanı çəkilmiş diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı, 1 (bir) ədəd “XİAOMİ” markalı mobil telefonları, çiynindən asdığı, qara rəngli, dəri çantanın üst cibindən 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 çantasına və üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çantanın içindən **********368735, **********498781 nömrəli plastik bank kartları, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 40 (qırx) AZN pul, 1 (bir) ədəd ətir, 1 (bir) ədəd astma xəstəliyinə qarşı aparat, 2 (iki) ədəd açar aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 31 (otuz bir) qram olmuşdur. Həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, 3 (üç) ədəd bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, 40 (qırx) AZN pul, 1 (bir) ədəd ətir, 1 (bir) ədəd astma xəstəliyinə qarşı aparat, 2 (iki) ədəd açar aidiyyatı üzrə sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə satmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışım təşkil etməkdə tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olduğunu, narkotik maddələri öz tapşırığı ilə Hamletin deyilən yerlərdən götürüb gətirdiyini və birlikdə satışını təşkil etdiklərini, **********498781 nömrəli bank kartından narkotik maddələrin satışından əldə etdiyi pul vəsaitlərini nağdlaşdırmaq üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, sözügedən yerdə saxladığı narkotik maddələrdən Hamletin də məlumatı olduğunu, Hamletin həmin mənzilə sərbəst gəlib getdiyini, 055 *** ** ** nömrəsini işlətdiyini bildirmişdir. Həmçinin 12 noyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs2 kirayə yaşadığı ünvan 8 ünvanına baxış zamanı çəkilmiş diskə baxılarkən müəyyən edilmişdir ki, təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs2, həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağı və mətbəx kimi istifadə olunan yerdəki taxta konstruksiyalı dolabın içində gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən, 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 12 qram (bir kiloqram on iki qram) olmuşdur. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 15 qram (bir kiloqram on beş qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə satmaq məqsədi ilə əldə etdiyini, bu işləri görməkdə Təqsirləndirilən şəxs1 ilə əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə narkotik maddə əldə edib Hamlet ilə birlikdə satışını təşkil etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş, üzərindən və həmin mənzildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə satmaq məqsədi ilə əldə etdiklərini, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, bundan əvvəl də bir neçə dəfə İran İslam Respublikası vətəndaşı “Bəhzat” adlı şəxsin vasitəsi ilə narkotik maddə əldə edib Təranə ilə birlikdə satışını təşkil etdiklərini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən an qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarış və baxışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və mənzildən aşkar edilmiş heroin və metamfetamini könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı eyni məzmunlu ifadə verərək üzərlərində 2 qram metamfetamin olduğunu bildirərək, üzərlərindən və sonuncunun yaşadığı mənzildən aşkar edilən heroin və metamfetamini zorla üzərlərinə qoyulduğunu bildirmişlər. Odur ki, məhkəmə ilk növbədə narkotik vasitə və psixotrop maddələrin təqsirləndirilən şəxslərə məxsus olub-olmadığını, satış məqsədilə əldə edib-etməməsinin sübuta yetirilməsini araşdırmalıdır. İlk növbədə narkotik vasitələrin təqsirləndirilən şəxslərə mənsub olub-olmaması ilə bağlı məhkəmə onu qeyd edir ki, 12 noyabr 2021-ci il tarixli şəxsi axtarış və baxış zamanı istintaq hərəkətinin əks olunduğu və məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilmiş videodiskə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, eləcə də, sonuncunun kirayə yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri könüllü olaraq təqdim etmiş, həmin narkotik vasitə və psixotrop maddələr çəkilərək ölçüsü müəyyən edilmiş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri əldə etmələri, daşımaları, narkotik maddələrin satışını təşkil etməkdə bir-birilərilə əlbir olmalarını, eyni zamanda polis əməkdaşları tərəfindən onlara hər hansı zor tətbiq edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxslər narkotik vasitə və psixotrop maddələrin onlara məxsus olmasını mübahisələndirsələr də, iddia etdikləri halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib edərək Təqsirləndirilən şəxs2 və yanında olan Təqsirləndirilən şəxs1 Qara Qarayev ərazisində “Ruslan” marketin qarşısında saxlayaraq Baş Naroktiklərlə Mübarizə İdarəsinə apardıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərdikləri hallar anten məlumatları ilə də sübuta yetirilmişdir. Digər tərəfdən təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmalarını iddia etsələr də, onların bu hissədə iddia etdiyi hallar da öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış və yaşadıqları evə baxış keçirilməsini əks etdirən videogörüntüyə məhkəmədə baxış keçirilərkən onlar polis əməkdaşları tərəfindən onlara hər hansı zor tətbiq edilmədiyini bildirmişlər. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərlərindən və Təqsirləndirilən şəxs2 kirayə yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış və evə baxış protokolları, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefonlara daxil olan və çıxan məlumatlar, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin təqsirləndirilən şəxslərin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın meyarlarından ən önəmlisi ayrıntıdır. Burada önəmli olan hər bir təqsirləndirilən şəxsin ayrı-ayrılıqda hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış və evə baxış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri təqdim etmişdir. Onlar məhkəmə istintaq zamanı vermiş olduqları ifadələri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və təqsirləndirilən məhz satış məqsədi olmadığını mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 və Hamlet Allahveridyevin satış məqsədinin olmasının sübuta yetirilməsini də araşdırmalıdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə daxil olan, eyni zamanda həmin nömrələrdən göndərilmiş SMS-lərin, eləcə də, telefonlarda olan olan Vontsap yazışmaları və səs yazılarından aydın olur ki, onların narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşlar. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədini təsdiq edən sübutlardan biri onlarda aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin çəkisi ilə bağlıdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərlərindən aşkar edilmiş metamfetaminin müvafiq olaraq 12,397 qram və 28,614 qram, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilən heroin və metamfetaminin müvafiq olaraq 1010 qram və 1005 qram çəkidə olmuş, bu isə şəxsi istehlak miqdarından dəfələrlə çoxdur. Verilmiş ittihamda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan bir qrup şəxs tərəfindən qeyd olunan cinayəti törətməsi göstərilmiş və məhkəmə həmin ittihamın doğru olması qənaətinə gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarında da göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Təqsirləndirilən şəxslərin ifadələrindən də aydın olur ki, onlar qabaqcadan razılaşmaqla İran İslan Respublikasının Behzat adlı vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddələri sonuncudan alaraq müxtəlif şəxslərə satmış və satış nəticəsində əldə etdikləri gəliri aralarında bölmüşlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlməklə və narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı fəaliyyət nəticəsində əldə etdikləri gəliri aralarında bölməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə müdafiə tərəfinin vəsatəti ilə polis əməkdaşları Şahid2 və Şahid3 telfonlarının anten məlumatları əldə etmiş və müəyyən edilmişdir ki, Yengibar Qasıomvun telefonu xx.xx.2021-ci il tarixdə saat 21:39-da Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 210 saylı Qazanxana antenasında olmuş, xx.xx.2021-ci il tarix saat 02:20-yə ən yaxın vaxtda saat 01:24-də isə Badamdar Çorek (Səbail) antenasında olmuşdur. Göründüyü kimi birinci halda Şahid3 telefonu Təqsirləndirilən şəxs1 tutulduğu yerin yaxınlığında olmuş, ikinci halda isə 01:24-də Səbail rayonunda olması, yəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin yerləşdiyi binada olması müəyyən edilir. Həmin tarixdə BNMİ-nin inzibati binasına olması işin mübahisəsiz halıdır. Saat 02:20-də başlayan evə baxışa kimi 56 dəqiqəlik vaxtın olması avtomobillə BNMİ-dən ünvan 4 ünvanında yerləşən evə baxış üçün gedib orada saat 02:20-də olması mümkündür. Şahid2 telefonu isə xx.xx.2021-ci il tarixdə saat 22:15-ə ən yaxın tarixdə saat 21:39-da X10/"Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev pr və Z.Bunyadov pr kesişməsində"/Sabunchu/ (40.42394 /49.91829) antenasında, xx.xx.2021-ci il saat 02:20-ə ən yaxın tarixdə saat 01:44-də LBBK5320O3/LBBK5320 H Aliyev 97/"Bakı şəhəri, Nərimanov rayonu, H/Əliyev prospekti 105, 1951 saylı məhəllə"/Narimanov/ (40.40193/49. 87946) antenasında olmuşdur. Şahid2 telefondakı antenlərin qısa müddətdə dəyişməsini nəzərə alaraq hərəkətdə olmasınna dəlalət edir və avtomobillə birinci halda 21 dəqiqədən sonra, ikinci halda 36 dəqiqədən sonra Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9a ünvanında olması mümkündür. Şahid1 mobil telefonu xx.xx.2021-ci il tarixdə saat 22:36-da Əli Vəliyev antenasında, saat xx.xx.2021-ci il tarixdə isə saat 02:06-da Babək prospekti antenasında olmuşdur. Birinci halda Şahid1 telefonu Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9a ünvanı ilə eyni olmuş, ikinci halda isə GoogleMap prokramı ilə baxıldıqdan həmin ünvandan 6 dəqiqəlik avtmobillə məsafədə olmuş, bu da saat 02:20-də evə baxışda iştirakını mümkün edir. Həmçinin həmin şəxslərin telefon anten məlumatlarına əsasən onların xx.xx.2021-ci il saat 22 və xx.xx.2021-ci il saat 02 tarixləri aralığında BNMİ-dən ünvan 4 ünvanına yuxarıda qeyd olunandan əlavə gedib gəlmələri təsdiq olunmur. Bu da Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının tutulması və videoçəkilişlə evinə baxış keçirilməsi arasındakı dövrdə polis əməkdaşlarının evinə gələrək narkotik vasitə qoymalarına dair ifadəsində dediklərinin həqiqətə uyğun olmadığını təsdiq edir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş Şahid6 məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, həmin ifadə digər sübutlarla dəstəklənməmişdir. Həmçinin Şahid6 ifadəsindən aydın olur ki, Şahid6 Təqsirləndirilən şəxs1lə dostdur və ona görə də, ifadəsini dostluq münasibətinin təsiri altında verməsi, daha çox Təqsirləndirilən şəxs1 qanunla müəyyən olunmuş cinayət məsuliyyətindən azad olunmasına, bu alınmadıqda isə məsuliyyətinin yüngülləşdirilməsinə nail olmaq istəmişdir. Hamletlə Ceyhun arasında yaxın münasibət olmasını, bir birinə etibar etməsini təsdiq edən digər bir hal isə Hamletin Ceyhuna yazmış olduğu SMS-də sonuncuya narkotik vasitə verməyi vəd etməsidir. Bu səbəbdən məhkəmə onun ifadəsini əsaslı, eyni zamanda inandırıcı hesab etmir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Həmçinin onlar cinayət əməllərini təqsirli olaraq törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişlər. Onların hər bir əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 noyabr 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 460/Keş nömrəli rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın şərti hesab edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd edilən Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə, qanunun yuxarıda qeyd edilən göstərişinə əsasən hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, tibbi zərurət, təbii fəlakət, istintaq, məhkəmə orqanlarının çağırışları istisna olmaqla Bakı şəhər ərazisinin hüdudlarını tərk etməmək, saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs1 təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 noyabr 2021-ci tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 11 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nizami Rayon Məhkəməsinin 14 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və 11 yanvar 2024-cü il tarixədək həbsdə saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olsa da, xəstəliyi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməməsi nəzərə alınmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 12,347 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 28,564 qram metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 1004,9 qram psixotrop maddə metamfetamin və 1009,9 qram narkotik vasitə heroin məhv edilməli, 7 (yeddi) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon təqsirləndirilən şəslərin özlərinə qaytarılmalıdır. İş üzrə məhkəmə kimyəvi ekspertizasına sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərcinin 40,91 (qırx manat doxsan bir qəpik) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1, 40,91 (qırx manat doxsan bir qəpik) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 11 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 4 (dörd) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, tibbi zərurət, təbii fəlakət, istintaq, məhkəmə orqanlarının çağırışları istisna olmaqla Bakı şəhər ərazisinin hüdudlarını tərk etməmək, saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 xəstəliyi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməməsi nəzərə alınmaqla, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Nizami RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 12,347 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 28,564 qram metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 1004,9 qram psixotrop maddə metamfetamin və 1009,9 qram narkotik vasitə heroin məhv edilsin, 7 (yeddi) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəslərin özlərinə qaytarılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş ümumilikdə 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərcinin 40,91 (qırx manat doxsan bir qəpik) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs1, 40,91 (qırx manat doxsan bir qəpik) manat məbləğində hissəsi Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar