Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-690/2020 14.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Mingəçevir şəhəri N.Nərimanov prospekti, ev 17/2, mənzil 44-də qeydiyyatda olub, Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi evdə kirayədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs x xxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda yəni 29 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 4,99.0 qram, 3,908 qram, 4,256 qram, 4,533 qram, 4,458 qram, 4,105 qram, 4,009 qram, 3,947 qram, 6,984 qram, 4,428 qram, 4,007 qram, 3,819 qram, 3,816 qram, 0,416 qram, 3,962 qram, 4,001 qram, 3,993 qram, 4,415 qram, 3,495 qram, 3,841 qram, 4,371 qram, 4,222 qram, 3,884 qram, 3,472 qram, 3,790 qram, 4,292 qram, 4,342 qram, 4,002 qram, 1,359 qram, ümumi təmiz çəkisi 115,117 qram, 3 ədəd siqaret kağıza bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram, 0,590 qram, 0,552 qram, ümumi təmiz çəkisi 1,498 qram, 3 ədəd kiçik polietilen paketdə, 1 ədəd kosmetika sumkasında ayrı-ayrılıqda təmiz çəkiləri-3,258 qram, 1,229 qram, 1,420 qram, 12,599 qram, ümumi təmiz çəkisi 18,506 qram, 3 ədəd plastmas qablarda ayrı-ayrılıqda təmiz çəkisi-50,0 qram, 55,0 qram, 175,0 qram, ümumi təmiz çəkisi 280,0 qram, 1 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 145,0 qram, bir ədəd papirosda qarışıq kütlədə 0,324 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr ümumi təmiz çəkisi 560,445 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi olan bir ədəd qara rəngli sellofan torbanı satış məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri Ş.Qurbanov küçəsində kirayə yaşadığı evə gətirərək həmin evdə saxlamış, x xxxxxx 2020-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq kirayə yaşdığı ünvanda baxış keçirilən zaman həmin evin yataq otağında çarpayının sol yanında olan içərisində həmin 29 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 4,99.0 qram, 3,908 qram, 4,256 qram, 4,533 qram, 4,458 qram, 4,105 qram, 4,009 qram, 3,94 qram, 6,984 qram, 4,428 qram, 4,007 qram, 3,819 qram, 3,816 qram, 0,416 qram, 3,962 qram, 4,001 qram, 3,993 qram, 4,415 qram, 3,495 qram, 3,841 qram, 4,371 qram, 4,222 qram, 3,884 qram, 3,472 qram, 3,790 qram, 4,292 qram, 4,342 qram, 4,002 qram, 1,359 qram, ümumi təmiz çəkisi 115,117 qram, 3 ədəd siqaret kağıza bükümdə ayri-ayrılıqda təmiz çəkiləri 0,356 qram, 0,590 qram, 0,552 qram, ümumi təmiz çəkisi 1,498 qram, 3 ədəd kiçik polietilen paketdə, 1 ədəd kosmetika sumkasında ayrı-ayrılıqda təmiz çəkiləri-3,258 qram, 1,229 qram, 1,420 qram, 12,599 qram, ümumi təmiz çəkisi 18,506 qram, 3 ədəd plastmas qablarda ayrı-ayrılıqda təmiz çəkisi-50,0 qram, 55,0 qram, 175,0 qram, ümumi təmiz çəkisi 280,0 qram, 1 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 145,0 qram, bir ədəd papirosda qarışıq kütlədə 0,324 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr ümumi təmiz çəkisi 560,445 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi olan həmin bir ədəd qara rəngli sellofan torba polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən nömrəsiz evdə kirayə yaşamışdır. Təxminən 15 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. x xxxxxx 2020-ci il tarixdə axşam saatlarında avtobusla Mingəçevir şəhərindən Bakı şəhərinə gələn zaman yolda avtobus Kürdəmir rayonunda yeməkxanaların birində saxlamışdır. Avtobusdan düşüb gəzərkən yolun kənarındakı zibil yeşiyinin yanından bir ədəd qara rəngli sellofan torba tapmışdır. Torbanın içərisinə baxdıqda narkotik vasitə olan marixuana görmüşdür. Həmin torbanı götürüb Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində kirayə yaşadığı nömrəsiz evə gətirmişdir. Həmin torbada bir neçə kibrit qutularına, şəffaf sellofanlara və plasmas qablara yığılmış narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. x xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən kirayə yaşadığı nömrəsiz evə gəlib, onun razılığı ilə videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə evə baxış keçirilmişdir. Evdə saxladığı qara rəngli sellofan torbada narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Torbaya baxış keçirildikdə oradan 3 ədəd şəffaf rəngli plastik qab, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutu, 4 ədəd şəffaf rəngli sellofan, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülü büküm, bir ədəd qara rəngli kağıza doldurulmuş büküm, bir ədəd boz rəngli və bir ədəd qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Həmin 3 ədəd şəffaf rəngli plastik qabın, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutusunun, 4 ədəd şəffaf rəngli sellofanın, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülü bükümün, bir ədəd qara kağıza doldurulmuş bükümün içərisinə baxdıqda spesifik iyə malik ot kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbanın içərisində olan 3 ədəd şəffaf rəngli plastik qabın, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutusunun, 4 ədəd şəffaf rəngli sellofanın, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülü bükümün, bir ədəd qara kağıza doldurulmuş bükümün içərisinə yığılmış ot kütləsinin qurudulmuş marixuana olduğunu, x xxxxxx 2020-ci ildə Mingəçevir şəhərindən Bakı şəhərinə avtobusla gələrkən Kürdəmir rayonu ərazisində yol kənarındakı zibilxanadan tapdığını və özü ilə kirayə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi evə gətirdiyini bildirmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli sellofanda olan narkotik vasitə marixuana onun iştirakı ilə qablaşdırılmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin CAŞ-in əməliyyat müvəkkili vəzifəsində işləyir. x xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində nömrəsiz evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Razılıq verildikdən sonra əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X2 və Abşeron RPİ-nin CAŞ-nİn əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində x xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi evdə kirayə yaşayan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı evinə baxış keçirəcəklərini bildirmiş və sonuncu buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan ona təqdim edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra, üzərində qanunla qadağan edilmiş əşya, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evin yataq otağından üstündə göy və ağ rəngli balınclar olan çarpayının sol yanından qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanı açılaraq içərisinə baxıldıqda orada 3 ədəd şəffaf rəngli plastik qab, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutu, 4 ədəd şəffaf rəngli sellofan, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülü büküm, bir ədəd qara kağıza doldurulmuş büküm və bir ədəd boz rəngli və bir ədəd qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Həmin 3 ədəd şəffaf rəngli plastik qab, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutu, 4 ədəd şəffaf rəngli sellofan, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş büküm, bir ədəd qara kağıza doldurulmuş bükümün içərisinə baxdıqda spesivik iyə malik olan ot kütləsinin olduğunu müşahidə etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində olan 3 ədəd şəffaf rəngli plastik qabın, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutusunun, 4 ədəd şəffaf rəngli sellofanın, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş bükümün, bir ədəd qara kağıza doldurulmuş bükümün içərisində yığılmış ot kütləsinin qurudulmuş marixuana olduğunu, torbanı x xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhərindən Bakı şəhərinə avtobusla gələrkən Kürəmir rayonu ərazisində yolun kənarında olan zibilxanadan tapdığını və özü ilə kirayədə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Ş.Qurbanov küçəsində yerləşən fərdi evə gətirdiyini bildirmişdir. Onun narkotik vasitə qəbul etməsi, saxlaması və daşımasından ailə üzvlərinin və kirayədə yaşadığı evin sahibinin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zaman başqa narkotik vasitə və qanunla dövriyyəsi qadağan olunan əşya aşkar edilməmişdir. Aşkar olunan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd tərəzi qablaşdırılaraq, üzəri möhürlənmişdir. Baxış nəticələrinə dair protokol tərtib edilmiş, oxunandan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 100-104-cü vərəqələrindəki x xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Videoçəkiliş görüntüləri olan ağ rəngli DVD farmatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, əynində qara rəngli üzərində pələng şəkli olan sviter, qara rəngli cins şalvarı olan kişi yaşadığı evinin yataq otağında üstündə göy və ağ rəngli balınc olan çarpayının sol yanından qara rəngli sellofan torbanı çıxarıb təqdim etdi. Qara rəngli sellofan torbanı açaraq içərisinə baxdıqda həmin torbanın içərisindən 3 ədəd şəffaf rəngli plastik qab, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutusu, 4 ədəd şəffaf rəngli sellofan, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülü büküm, bir ədəd qara kağıza doldurulmuş büküm və bir ədəd boz rəngli və bir ədəd qara rəngli elektron tərəzi aşkar olundu. Həmin 3 ədəd şəffaf rəngli plastik qabın, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutusunun, 4 ədəd şəffaf rəngli sellofanın, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülü bükümün, bir ədəd qara kağıza doldurulmuş bükümün içərisinə baxdıqda spesifik iyə malik olan ot kütləsinin aşkar olunması müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində qara rəngli üzərində pələng şəkli olan sviter, qara rəngli cins şalvarı olan kişi onun özüdür. Yaşadığı evin yataq otağında üstündə göy və ağ rəngli balınc olan çarpayının sol yanından çıxarıb təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində olan 3 ədəd şəffaf rəngli plastik qabın, 29 ədəd qara rəngli üzərində qırmızı gül şəkli olan kibrit qutusunun, 4 ədəd şəffaf rəngli sellofanın, iki ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş bükümün, bir ədəd qara kağıza doldurulmuş bükümün içərisində yığılmış ot kütləsi qurudulmuş marixuanadır. İçərisində narkotik vasitə olan həmin qara rəngli sellofan torbanı x xxxxxx 2020-ci ildə Mingəçevir şəhərindən Bakı şəhərinə avtobusla gələrkən avtobus Kürdəmir rayonunda yeməkxanaların birin qarşısında dayanmış, həmin vaxt yolda piyada gəzərkən yolun kənarında olan zibilxanadan tapmışdır. Tapdığı narkotik vasitəni kirayədə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi evə gətirmişdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından, daşımasından nə ailə üzvlərinin, nə də kirayədə yaşadığı evin sahibinin xəbəri olmamışdır. Məhkəmə-bioloji ekspertizasının x xxxxxx 2020-ci il tarixli 3354 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «1987-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs, maddi sübut» yazısı və imzalar olan bir ədəd üzəri skoçla bağlanmış qara rəngli bağlamada 29 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,99.0 qram, 3,908 qram, 4,256 qram, 4,533 qram, 4,458 qram, 4,105 qram, 4,009 qram, 3,947 qram, 6,984 qram, 4,428 qram, 4,007 qram, 3,819 qram, 3,816 qram, 0,416 qram, 3,962 qram, 4,001 qram, 3,993 qram, 4,415 qram, 3,495 qram, 3,841 qram, 4,371 qram, 4,222 qram, 3,884 qram, 3,472 qram, 3,790 qram, 4,292 qram, 4,342 qram, 4,002 qram, 1,359 qram, ümumi təmiz çəkisi 115,117 qram, 3 ədəd siqaret kağıza bükümdə (2 ədəd qızılı, 1 ədəd qara rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram, 0,590 qram, 0,552 qram, ümumi təmiz çəkisi 1,498 qram, 3 ədəd kiçik polietilen paketdə, 1 ədəd kosmetika sumkasında ayrı-ayrılıqda təmiz çəkiləri-3,258 qram, 1,229 qram, 1,420 qram, 12,599 qram, ümumi təmiz çəkisi 18,506 qram, 3 ədəd plastmas qablarda ayrı-ayrılıqda təmiz çəkiləri-50,0 qram, 55,0 qram, 175,0 qram, ümumi təmiz çəkisi 280,0 qram, 1 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 145,0 qram, bir ədəd papirosda qarışıq kütlədə 0,324 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 560.445 qaramdır. Həmin bağlamada təqdim olunmuş tərəzilərin üzərində az miqdarda marixuananın hissəcikləri vardır. Az miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 1060 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 76-cı vərəqəsindəki xx xxxxxx 2020-ci il tarixli «maddi sübut kimi tanımaq haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs evində axtarış keçirilərkən götürülmüş 560,445 qram narkotik vasitə marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 559.625 qram hissəsi və iki ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nə təhvil verilmişdir. İşin 134-144-cü vərəqələrindəki xx xxx 2020-ci il tarixli «cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işindən yeni icraatın ayrılması barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və kirayədə yaşadığı evinə baxış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 73-75-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, İsgəndərov X1 şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. x xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay 19 gün ona təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. İşin 85-ci vərəqəsindəki Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin x xxxx 2020-ci il tarixli 131/3-3 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 2 il sınaq müddəti cəzasının 7 gün çəkilməmiş hissəsi qalmışdır. İşin 17-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bilərək, aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirdi. Onun bu hissədə ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, həmin hissədə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2002-ci il Qərarının 4-cü hissəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin qərarın 5-ci hissəsinin «c» bəndinə əsasən şərti məhkum edilən şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməməli və azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cəza çəkmə müəssisəsinin növü CM-nin 56.1.2-ci maddəsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs İsgəndərov X1 şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti ərzində qəsdən ağır cinayət törətdiyindən şərti məhkum etmə ləğv edilməli və ona CM-nin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 71.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilən cəzaya Mingəçevir şəhər məhkəməsinin hökmü ilə üzərində qəti olaraq saxlanılmış 2 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləndirilməklə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu x xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut: Abşeron RPİ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs evində axtarış keçirilərkən götürülmüş 560.445 qram narkotik vasitə marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 559.625 qram hissəsi və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və kirayədə yaşadığı evinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD formatlı disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 66 (altmış altı) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 7 (yeddi) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 71.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilən cəzaya Mingəçevir şəhər məhkəməsinin hökmü üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 5 (beş) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləndirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Abşeron RPİ-nə təhvil verilmiş Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən götürülmüş 560.445 qram narkotik vasitə marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 559.625 qram hissəsi və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və kirayədə yaşadığı evinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd DVD formatlı disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-690/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-690/2020
14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver