Məhkəmə qərarları › İş №1(101)-690/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-690/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-690/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 188, mənzil 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X3 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilməmiş vaxtda ünvan 1 ünvanının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 1027 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini cinayətkar qrupun digər üzvü X1 göstərişi ilə 05 may 2020-ci il tarixdə saat 22:30 radələrində qoyulduğu yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22.45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun tanışı X3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, təmiz çəkisi 1027 qram narkotik vasitə heroin əlindəki bir ədəd ağ rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, onun heç bir günahı yoxdur və ona verilmiş ittiham tamamilə əsassızdır. Bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, təxminən 1 ildir psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü qəbul edirmiş. Baba Babayevi təxminən 2 ildir tanıyır. Baba ilə tanışlığı müxtəlif ortaq tanışlar vasitəsilə olmuşdur. Baba təxminən 1 ildir narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. O özü də Babadan bir neçə dəfə şüşə adlanan metamfetamin, ekstazi və lirika həbləri əldə etmişdir. Şəhriyarı da Baba vasitəsilə tanımışdır. Şəhriyar da narkotik vasitə aludəçisi olmuşdur. 05 may 2020-ci il tarixdə saat təxminən 19-20 radələrində Baba istifadəsində olan nömrə ilə onun istifadəsində olmuş mobil nömrə ilə əlaqə saxlayıb Neftçilər metrostansiyası yaxınlığına getmək lazım olduğunu bildirmiş və bunun müqabilində ona 30 manat pul verəcəyini bildirmişdir. O da Babayla razılaşmışdır. Həmin tarixdə saat təxminən 21 radələrində Babanı götürmək üçün Bakı şəhəri, Nəsimi rayonu, ərasisində yerləşən 3-cü mikrorayon dairəsi adlanan əraziyə gəlmişdir. Orada Babanı və Şəhriyarı götürüb Neftçilər metrostansiyası yaxınlığına yola düşmüşdür. Saat təxminən 22 radələrində həmin əraziyə çatmışdır. Yolda olan zaman o etibarnamə əsasında idarə etdiyi Honda city markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Baba Babayev onun arxa tərəfində əyləşmişdir. Şəhriyar isə onun yanında əyləşmişdir. O Babadan nə üçün Neftçilərə getdiklərini soruşduqda Baba narkotik vasitə sifariş verdiyini və narkotik vasitəni götürmək üçün getdiklərini bildirmişdir. O da Baba ilə razılaşmışdır. Saat təxminən 22 radələrində həmin əraziyə çatmışlar. Həmin yerdə olan zaman Baba şəkil göndərilməli olduğunu bildirmiş və buna görə gözləmişlər. Həmin yerdə təxminən 40 dəqiqə gözlədikdən sonra Baba avtomobildən enmiş və bir ağac istiqamətində baxmağa başlamışdır. Onun da 3 saatlıq icazə müddəti başa çatdığı üçün geri qayıtmalı olmuş və buna görə tələsmişdir. Avtomobildən enib Babadan nə baş verdiyini soruşduqda Baba ona ağacın dibində olan ağ rəngli sellofan torbanı göstərib narkotik vasitənin həmin torbada ola biləcəyini bildirmişdir. O da gedib həmin paketi ağacın dibindən götürmüşdür. Avtomobilin yanına geri qayıtmışdır. Avtomobilin yanına çatmağa az qalmış bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman Baba polis əməkdaşlarından qaçmağı bacarmışdır. Polis əməkdaşları onu və Şəhriyarı saxlamışlar. Polis əmkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra onu və Şəhriyarı özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra hüquqları izah edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o əlində saxladığı bir ədəd ağ rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torba açıldıqda içərisindən bir ədəd qara sellofan torba aşkar edilmişdir. Həmin qara rəngli sellofan torbanın içərisində bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edildi. Daha sonra üzərindən özünə məxsus olan bir ədəd İphone markalı mobil telefon, 65 manat 60 qəpik pul vəsiti və avtomobilin açarı aşkar edilmişdir. Pul və avtomobilin açarı özünə qaytarılmış, mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra əlində olan narkotik vasitə heroin bir ədəd paketə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Daha sonra paketin üzəri imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun və Şəhriyarın iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobildən qeyri-qanuni əşya və predmet aşkar edilməmiş və bu barədə də protokol tərtib edilmişdir. Bundan sonra aşkar edilmiş heroin ekspertizaya göndərilmişdir. Daha sonra baş verənlər barədə izahat yazmışdır. Ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. O özü də polis əməkdaşlarının bütün göstərişlərinə tabe olmuşdur, onlara heç bir müqavimət göstərməmişdir. Ailə üzvlərinin onun narkotik vasitələrlə əlaqəsinin olması barədə məlumatı olmamışdır. O Baba ilə birlikdə narkotik vasitə əldə etməyə getdiyini bilmişdir. Şahid5 bu işdə hansı rolu olmasını bilməmişdir. Şəhriyarla avtomobildə olan zaman bu barədə söhbət etməmişlər. Baba Babayev ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrdən, Şəhriyar isə ***-***-**-** mobil nömrədən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstədi ki, 05 may 2020-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş və Baş İdarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərliyi Baş İdarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 həyata keçirmişdir və qrup üzvləri Baş İdarənin əməliyyat müvəkkilləri polis kapitanı Şahid4, polis kapitanı Şahid3 və ondan ibarət olmuşdur. Əməliyyat qrupunun üzvləri təlimatlandırıldıqdan sonra tədbirin həyata keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində olması barədə məlumat olduğundan həmin əraziyə getmişlər. 05 may 2020-ci il tarixdə saat 22:45-də ünvan 2 ünvanının yaxınlığında dayanmış **-TJ-*** dövlət qeydiyyat nişanlı “HONDA” markalı avtomobilin yanında üç nəfərin olmasını və onlardan birinin Təqsirləndirilən şəxs oxşadığını müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu vaxtı həmin şəxslərdən biri qaçaraq həmin ərazidən uzaqlaşmışdır. Digər şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 olmalarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasiələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş qərarla onu tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid5 Baş İdarəyə dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 müdafiəçi təyin edilmiş və hüquq-vəzifələri izah edilmişdir. Bundan sonra Baş İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl İlkin bu barədə qəbul edilmiş qərarla tanış edilmiş və İlkinə paltarlarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu, üzərində “ticarət mərkəzi” sözü yazılmış, ağ rəngli selofan paketi təqdim etmişdir. Həmin selofan paketin içinə baxış keçirilmişdir. Baxış zamanı qara rəngli üzərində “İNW” sözü yazılmış sellofan paketin içindən, bir bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd “İPHONE” markalı, tünd boz rəngli mobil telefonu, bir ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı İlkinin üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən altmış beş manat pul, həmin şalvarın sağ yan cibindən altmış qəpik pul aşkar olunmuşdur. Daha sonra içində açıq qəhvəyi rəngli, heroinə bənzər kütlə olan bir ədəd büküm içi boş olan, ağ rəngli zərfə qoyuldu, möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “İPHONE” markalı, boz rəngli mobil telefon götürülmüşdür. Bir ədəd avtomobil açarı, əynində olan şalvardan aşkar olunmuş 65 manat 60 qəpik pul İlkinin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı İlkin üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olmasını etiraf etmişdir. Baş verənlər barədə protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid5 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Şahid5 üzərində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şprisi, “valerian” dərman preparatının şüşədən olan qabının sınıqlarını, həmin gödəkçənin sol yan cibindən bir ədəd “İPHONE” markalı mobil telefonu, bir ədəd siqaret qutusunu təqdim etmişdir. Daha sonra Şahid5 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun üzərində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan, bir ədəd kağız parçası, üzərində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd limon duzu paketi aşkar olunmuşdur. Daha sonra bir ədəd şpris və “valerian” dərman preparatının şüşədən olan qabının sınıqları içi boş olan, ağ rəngli, zərfə qoyulmuş, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “İPHONE” markalı mobil telefon, bir ədəd limon duzu paketi götürülmüş, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd kağız parçası Şəhriyarın özünə geri qaytarılmışdır. Baş verənlər barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra İlkin Xudaverdiyin idarə etdiyi **-TJ-*** dövlət qeydiyyat nişanlı “HONDA” markalı nəqliyyat vasitəsinə baxış keçirilməsinin zəruri olduğu bildirilmiş və sonuncu buna etirazı olmadığını qeyd etmişdir. Bu barədə Təqsirləndirilən şəxs ərizə də alınmışdır. Avtomobilə baxış zamanı sürətlər qutusunun yanından avtomobilin qeydiyyat şəhadətnaməsi, etibarnamə, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Avtomobilə baxış zamanı hər-hansı bir dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Baş verənlər barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 1 ildən çoxdur narkotik vasitə heroindən istifadə etmişdir. Kola və kokos adlandırdıqları heroini şpris vasitəsilə bədəninə vurmaqla istifadə etmişdir. Baba Babayevi uzun müddətdir tanıyır. Baba onunla eyni ərazidə qalmışdır. Baba özü də narkotik vasitə isitfadəçisi olmuşdur. Həmçinin, Baba narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Ona bir dəfəlik istifadə üçün çet yəni 0,2 qram heroin lazım olduqda Babadan almışdır. Baba heroini ona pulsuz da vermişdir. Təqsirləndirilən şəxs təxminən 1 ildir Baba vasitəsilə tanımışdır. İlkin də narkotik vasitə istifadəçisi olmuşdur. Lakin İlkinlə yaxın əlaqəsi olmamışdır. 05 may 2020-ci il tarixdə Babayla əlaqə saxlayıb ona narkotik vasitə heroin verməsini istəmişdir. Baba da narkotik vasitə heroini olmadığını, əldə etmək üçün gedəcəyini bildirmişdir. Baba ona onunla birlikdə getməsini və narkotik vasitəni götürdükdə ona da verəcəyini təklif etmişdir. Bundan sonra 05 may 2020-ci il tarixdə saat təxminən 20 radələrində Baba yaşadıqları məhəlləyə gəlmişdir. O Baba ilə görüşməyə gələrkən üzərində bir ədəd narkotik vasitə istifadə etmək üçün şpris, narkotik vasitəni əritmək üçün bir ədəd şüşə flakon qab, bir ədəd az miqdarda limon duzu götürmüşdür. Həmin yerdə Baba ilə görüşmüş və İlkin idarə etdiyi Honda City markalı 99TJ621 dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onları götürmüşdür. O avtomobildə İlkinin yanında ön oturacaqda əyləşmişdir. Baba isə arxa oturacaqda əyləşmişdir. Avtomobildə olan zaman Baba İlkinə bildirmişdir ki, narkotik vasitə götürmək üçün Neftçilər metrostansiyasının yaxınlığına getmək lazımdır. Bundan sonra onlar deyilən əraziyə getmişlər. Neftçilər metrostansiyasının yaxınlığına gəldikdə Baba fotoşəkil göndərilməli olduğunu bildirmişdir. Daha sonra Baba avtomobildən enmişdir. Sonra Baba ətrafa baxmağa başlamışdır. Bundan sonra İlkin və o avtomobildən enmişdir. İlkin Babanın yanına getmişdir. O isə avtomobilin yanında bir qədər gözlədikdən sonra yenidən avtomobildə ön oturacağa əyləşmişdir. Bir qədər sonra avtomobilə bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlamışlar. Həmin şəxslərin İlkini də saxladıqlarını görmüşdür. Lakin Baba həmin zaman orada olmamışdır. Polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O da üzərində olan bir ədəd şprisi, 01 ədəd şüşə flakonu və 01 ədəd limon duzunu polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan əşyalar zərfə qoyularaq möhürlənmişdir. Daha sonra ona məxsus olan İphone markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra hadisə barədə sorğu-sual edilmişdir. Bundan sonra polis əməkdaşları onun və İlkinin iştirakı ilə İlkinin idarə etdiyi avtomobilə baxış keçirmişlər. Avtomobildən qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 05 may tarixdə İlkinə zeng etmişdir ki, şəxsi istifadəsi üçün nəşə götürməyə getsinlər. Bundan sonra birlikdə getmişlər, hadisə yerinə çatdıqda bağlama şəkili telefona gəlmiş, nəşənin əvəzinə bağlama şəkili gəlmişdir. O, bağlamanı götürməmiş və ordan getmişdir. Sonradan İlkinin tutulduğunu və üstündən də 1027 qram heroin çıxdığını eşitmişdir. Bundan başqa o, bildirmişdir ki, hadisə yerinə getmişlər, o, Məzahir adlı adamla görüşməli olmuş, lakin adam özü gəlməmiş, bağlama şəkili atmışlar, o da bağlamanı götürməkdən imtina etmiş, çünki baglamada nəşə olmamış, atdığı bağlama çox böyük olmuş, buna görə o, çıxıb getmiş, bunlar isə orda qalmışlar. Bundan əlavə o, bildirmişdir ki, onun telefonuna şəkil gəlmiş, elə üçü də görmüşlər, balaca bir şey götürmək üçün getmiş, lakin onun yerinə böyük bir bağlama gəlmiş, amma içində nə olduğunu bilməmiş, nəşəyə oxşamamışdır. O, çıxıb getmiş, orda polis görməmiş, bunların özlərinə də gəlin gedek demiş, bunlar getməmişlər, İlkin gedib bağlamanı götürmüş, ona görə o, çıxıb getmişdir. İlkin nəşə çəkməmiş, o, çəkmişdir. Cinayət işinin 74-78-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 may 2020-ci il tarixli 6/670 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları olan kağız paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 1027 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “ Vətəndaş Şahid5 üzərindən aşkar edilmiş...” yazıları olan kağız paketdəki üzərində “Valerian ekstrakt” yazıları olan 01 ədəd sınıq şüşə flakonda və 01 ədəd boş vəziyyətdə 01 ml-lik şprisdə narkotik vasitə heroinin izləri müəyyən edildi. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Cinayət işinin 197-198-ci vərəqlərində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 20 iyul 2020-ci il tarixli 1995 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 255-259-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 24 noyabr 2020-ci il tarixli 2325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktini xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisəni qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosinal vəziyyətdə olmamışdır. Hazırda psixi-emosinal vəziyyətdə hər-hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmuşdur. Hadisənin səbəbi barədə soruşduqda Təqsirləndirilən şəxs ona edilən ittihamı qəbul edir, həmin vaxtı polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə aşkar olunduğunu bildirir. Cinayət işinin 260-262-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 1026,9 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 32-34-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 may 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 may 2020-ci il tarixdə saat 22.45 radələrində ünvan 2 ünvanının yaxınlığında tanışı Şahid5 birlikdə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1027 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 274-278-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 183-185-ci vərəqlərində olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 5(007)-93/2020 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 05 may 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanunidir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə daşıma əməlini törətmədiyini desə də, həmin xüsusatlar özünü müdafiə xarakteri daşıyıb əsassız olduğundan və iş materialları ilə uyğunluq təşkil etmədiyindən iş üzrə protokollar, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və istintaq zamanı toplanmış digər istintaq sübutlarla tam təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 23 və 126-128-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 163-164-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 05 may 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 20 iyul 2020-ci il tarixli, 1995 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs oğluna CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan 1027 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 1026,9 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 01 ədəd “CD” diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 05 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan 1027 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 1026,9 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 01 ədəd “CD” diskin cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar