Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-691/2024 19.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1975-ci ildə Ağdərə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu ödənilmiş, Ağdam rayonunun Sırxavənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 16-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1, X2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyriyaşayış təyinatlı torpaq sahəsinin təyinatının yaşayış sahəsinə dəyişdirilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazə alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2022ci ilin iyul ayının ortalarında qabaqcadan əlbir olduğu Şahid1 vasitəsi ilə özünə və qabaqcadan əlbir olduğu Elçin Nağıyevə müraciət etmiş Zərərçəkmiş şəxs özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatının yaşayış sahəsinə dəyişdirilməsi imkanına malik olduqlarını aralarındakı telefon danışığı zamanı sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatının yaşayış sahəsinə dəyişdirilməsinə rəsmi icazə verilməsinə görə qabaqcadan əlbir olduğu Şahid1 vasitəsilə birbaşa yolla maddi nemət olan 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib razılığını almaqla onunla sövdələşib, özlərinə olan inamı artırmaq məqsədilə Zərərçəkmiş şəxs notariat hərəkətlərinin aparılması ilə bağlı 23 iyul 2022-ci il tarixdə 7E-8465 reyestr nömrəli Şahid1 adına etibarnamə aldıqdan sonra ilkin olaraq həmin tarixdə Zərərçəkmiş şəxs tanışı Şahid3 vasitəsilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində Zərərçəkmiş şəxs məxsus 100.000 (bir yüz min) manat, 22 sentyabr 2022-ci il tarixdə isə 70.000 (yetmiş min) manat olmaqla, ümumilikdə 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitini Şahid1 vasitəsilə alıb, qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Şahid1, X2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ona külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, daha sonra törətdikləri əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə istintaqa dəqiq məlum olmayan Bakı şəhəri ərazisində 2022-ci ilin noyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan şəraitdə Şahid1, X2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında mülkiyyətdə olan torpaq sahəsinin təyinatını dəyişmək hüququ verməklə rəsmi sənəd olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından istifadələrində olan kompüter vasitəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanlandığı təyinat dəyişikliyinin edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli 220 nömrəli qərar hazırlayıb, məzmununa «ünvan 2 ünvanında yerləşən ü/s 1.59436 hektar torpaq sahəsinin qeyri-yaşayış təyinatının «Yaşayış məntəqələrinin torpaqları» təyinatı ilə əvəz olunması haqda müraciətə baxılmışdır. Hüquq sahibinin (lazım olan sənədləri) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməklə qeyri-yaşayış təyinatını «Yaşayış məntəqələrinin torpaqları» təyinatı ilə əvəzlənməsində heç bir qanun pozuntusu aşkar olunmamışdır» barədə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə üzərində «Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsi» yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan saxta sənədi hazırlayıb həmin qərarı kompüterdən printer qurğusu vasitəsi ilə kağız üzərinə çap edib Azərbaycan Respublikası Baş Nazirinin imzası qrafasının qarşısında olan imzanı qəsdən fərqli formada icra etməklə, hazırladıqları həmin saxta sənədin surətini surət çıxaran qurğu vasitəsi ilə çıxarmaqla sənədin fotoşəklini Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun «Whatsapp» sosial şəbəkəsi vasitəsilə 2023-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs göndərməklə Şahid1, X2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətlə bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər üç dəfə məhkum olunmuşdur. Daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğuldur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı tanımışdır. 2022-ci ilin iyul ayında Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında çayxanaların birində təsadüfən Şahid1 ilə tanış olmuşdur. Bundan sonra onunla tez-tez görüşmüş və münasibətləri yaranmışdır. Bir dəfə Hüseynin əlində torpaq sahəsinə dair sənədlər olduğunu görüb, bununla maraqlanmışdır. Sonuncu tanışı Zərərçəkmiş şəxs Biləcəri qəsəbəsində 1,5 ha qeyriyaşayış təyinatlı torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin təyinatını dəyişdirib yaşayış təyinatlı torpaq sahəsi etmək istədiyini, bu məqsədlə Əmlak Komitəsinə sənəd verdiyini demiş və bu işdə köməklik edə biləcək hər hansı tanışının olub-olmadığını soruşmuşdur. O, maraqlanıb məlumat verəcəyini demişdir. Həmin vaxt çoxdan tanıdığı Əmlak Komitəsində çalışan tanışı Məhəbbət adlı şəxsə zəng edib, onu həmin çayxanaya dəvət etmişdir. Məhəbbət gəlib sənədlərə tanış olmuş, həmin sənədlərin Əmlak Komitəsinin icraatında olduğunu demişdir. Hüseyn onlara işi alınarsa Zərərçəkmiş şəxs 50.000 manat şirinlik verəcəyini bildirmişdir. Məhəbbət bunun üçün bir qədər vaxt istəmişdir. Təxminən 2022-ci ilin avqust ayında 20-22-də Hüseyn, o və Məhəbbət X3 stansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Hüseyn Zərərçəkmiş şəxs 45.000 manat pul aldığını demiş və ona əvvəlcə 8.000 manat, daha sonra isə 2.000 manat vermiş, 18.000 manatı isə Məhəbbətin avtomobilində sənədlərin arasına qoymuşdur. Təxminən 2-3 gün sonra Hüseyn ona Elşadla işi 15 günə düzəldəcəyi barədə danışdığını demiş və məsələnin nə yerdə olduğunu soruşmuşdur. O da bu barədə Məhəbbətdən soruşmuş, sonuncu ona zəng edib, işin onun səlahiyyətində olmadığını demişdir. Elə həmin ərəfədə Gənclik Mall ticarət mərkəzinin yanında Məhəbbətlə görüşmüş, sonuncu 18.000 manatı ona qaytarmışdır. Odur ki, Hüseynə zəng edib işin alınmadığını, Məhəbbətin pulu qaytardığını demişdir. Hüseyn isə Elşad müəllimə söz verdiyini, pulu qaytara bilməyəcəyini, ona görə də başqa adam tapıb işi həll etmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, dostu Elçin Nağıyevlə əlaqə saxlayıb qeyd edilən torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün köməklik etməyini xahiş edib, 18.000 manat pulunun olduğunu bildirmişdir. Elçin maraqlanıb xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Elçin işi həll edə biləcəyini və 18.000 manat pulu ona verməyini bildirmişdir. O, 18.000 manat pulu götürüb metronun Gənclik stansiyasının yaxınlığında Elçinə vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Pulu verdikdən sonra bu barədə Hüseynə məlumat vermişdir. Bir müddət sonra Elçin ondan əlavə 2.000 manat da istəmişdir. O da Hüseyndən aldığı puldan 2.000 manatı Elçinə vermişdir. Sonradan Elçinlə əlaqə saxlamış, sonuncu Nazirlər Kabinetindən torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı qərarı aldığını və torpağın sahibinin Əmlak Komitəsinə gedib ərizə yazmalı olduğunu bildirmişdir. O, bu barədə Hüseynə məlumat verib, Elşad müəllimlə birlikdə Əmlak Komitəsinə getməsini bildirmişdir. Təxminən 2023-cü ilin mart ayının sonlarında Məhəbbət ona zəng edib, Hüseynin Elşad müəllimdən 170.000 manat pul aldığını demişdir. Daha sonra onlar Elşad müəllimin ofisində sonuncu ilə görüşmüşlər. O, Hüseynin cəmi 45.000 manat pul gətirdiyini, həmin məbləğin də 28.000 manatının ona verildiyini, 28.000 manatdan da 20.000 manatı Elçinə verdiyini bildirib, qalan puldan xəbərinin olmadığını demiş, lakin Hüseyn pulu ona verdiyini bildirmişdir. Bundan sonra Elşad müəllim ondan Nazirlər Kabinetinin qərarını tələb etmişdir. 2023-cü ilin aprel ayında Elçin Nağıyev onun «Whatsapp» sosial şəbəkə hesabına Baş Nazirin imzası ilə Nazirlər Kabinetinin 220 saylı 18 noyabr 2022-ci il tarixli qərarın fotoşəklini göndərmişdir. O da öz növbəsində həmin fotoşəkili Elşad müəllimə göndərmiş, həm də surətini çıxararaq təqdim etmişdir. Həmin sənədin saxta olmasını bilməmişdir. Hüseynə işi həll edəcəyinə dair söz verməmiş, bu işdə heç bir marağı olmamış, heç kimi aldatmaq niyyəti olmamışdır. İbtidai istintaq zamanı adından yazılmış ifadəni oxumamışdır. Zərərçəkmiş şəxs üzərinə düşən 28.000 manatı qaytarmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanımışdır. 2022-ci ilin avqust ayında Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatını yaşayış təyinatına dəyişdirmək istəmişdir. Bu barədə əvvəllər Daşınmaz Əmlakın 1 saylı ərazi idarəsində işləmiş tanışı Şahid1 danışmışdır. Sonuncu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan vəzifəli şəxslərlə yaxşı əlaqələrinin olduğunu, torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün ona köməklik edəcəyini deyib, vəzifəli şəxslərə verilməsi üçün ilkin olaraq 200.000 manat, daha sonra isə 170.000 manat pul istəmişdir. 2022-ci ilin avqust ayının ortalarında torpaq sahəsinin çıxarışını Hüseynə verib, sənədləşməni həyata keçirməsi üçün etibarnamə də vermişdir. Hüseyn ona artıq işə başladığını, yaxın vaxtlarda sənədləşməni başlayacağını demişdir. Avqust ayının sonlarında Hüseyn ona pulun verilməli olduğunu bildirmişdir. ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə gedib orada tanışı Şahid3lə görüşmüş, sonuncu onun adından Hüseynə ilkin olaraq 100.000 manat pul vermişdir. Hüseyn bir ay ərzində sənədləşmənin başa çatacağını bildirmişdir. 2022-ci ilin sentyabr ayının 20-də Belarusiyada olarkən Hüseyn ofisə gəlib, qalan 70.000 manatı da tələb etmiş, iki gün ərzində torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə qərarın hazır olacağını və sistemə yüklənəcəyini demişdir. Həmin vaxt Şahid3 bu barədə ona xəbər vermiş, o, razılıq verdikdən sonra sonuncu sentyabr ayının 22-də ofisdə qalan 70.000 manatı Şahid1 vermişdir. Bunun üstündən 3-4 gün keçsə də, sənədlər elektron sistemə yüklənməmişdir. O, Hüseyndən torpağın çıxarışını qaytarmasını istəmiş, lakin sonuncu həmin sənədi Əmlak Komitəsində işi düzəldən adama verdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Hüseyn həmin sənədləri Əmlak Komitəsinə yox, ASAN Xidmətə vermişdir. 27 sentyabr 2022-ci il tarixdə ASAN Xidmətdən ona imtina məktubu gəlmişdir. Hüseynin onu aldatdığını başa düşüb pulunu tələb etmişdir. Hüseyn 25.000 manatı Şahid3 qaytarsa da, müxtəlif bəhanələr gətirərək qalan pulu qaytarmaqdan imtina etmiş, sonra isə pulu Məhəbbət adlı şəxsin tanış etdiyi Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Telmanla görüşdükdə sonuncu Hüseyndən cəmi 28.000 manat pul aldığını, 8.000 manatını özünə götürdüyünü, qalan 20.000 manatı isə Əmlak Komitəsinin vəzifəli şəxsinə verdiyini demişdir. Bundan sonra o, məsələni aydınlaşdırmaq üçün Telmanı, Hüseyni və Məhəbbəti ofisinə dəvət etmişdir. Həmin vaxt onlardan başqa Hüseynin Çingiz adlı tanışı və onun tanışı Emin Dadaşov da orada olmuşlar. Hüseynə verdiyi pulun bir hissəsini Emindən borc almış, buna görə də sonuncunu da ora dəvət edib, pulu kimə verdiyinin şahidi olmasını istəmişdir. Söhbət zamanı Hüseyn 170.000 manatı Telmana verdiyini bildirmiş, Telman isə Hüseynin ona bu işə görə 45.000 manat aldığını deməsini və ona 28.000 manat verdiyini, həmin 28.000 manatdan 8.000 manatı özünə götürdüyünü, qalan 20.000 manatı isə Əmlak Komitəsində işləyən Elçin Nağıyevə verdiyini bildirmişdir. Telmandan 28.000 manatı tələb etdikdə, sonuncu Nazirlər Kabinetindən təyinatın dəyişdirilməsi ilə bağlı qərar alıb ona verəcəyini, yəni işi həll edəcəyini demişdir. Bundan bir neçə gün sonra Telman onunla «Atatürk» parkında görüşüb, Baş Nazirin imzası ilə təsdiq edilmiş və möhürlənmiş 220 nömrəli qərarın surətini təqdim etmiş, həmin qərarın əslinin Daşınmaz Əmlak Komitəsində olduğunu və öz öhdəsinə düşən işi yerinə yetirdiyini demişdir. Telman həmin qərarı komitədə işləyən Elçin Nağıyevdən aldığını bildirmişdir. Qərarda fərqli tarixlər olmasını görüb həmin sənədin saxta olmasından şübhələnmiş və bu barədə tanışları ilə məsləhətləşmələr aparmışdır. Onlar həmin qərarın əldə edilməsi üçün ilkin olaraq müəyyən dövlət qurumlarından zəruri sənədlərin alınmasının vacibliyini bildirmiş və həmin razılaşma sənədləri olmadığı halda Baş Nazirin adından qərarın qəbul edilməsinin mümkünsüz olduğunu demişlər. Bundan sonra aldadıldığını başa düşüb, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Hüseynə verdiyi 170.000 manatdan 25.000 manat elə Hüseyn tərəfindən Qüdrət vasitəsilə qaytarılmışdır. Şahid1 ondan aldığı pulun əvvəlcə Daşınmaz Əmlakda işləyən tanışında olduğunu bildirmiş, daha sonra iş alınmadığına görə o, Hüseyndən pulu tələb etdikdə, sonuncu pulu Telmana verdiyini bildirmişdir. Həmin şəxslərlə aralarında olan telefon danışıqlarının səs yazısını, Telmanın ona təqdim etdiyi Nazirlər Kabinetinin qərarının surətini, Hüseynə verdiyi etibarnamənin surətini, Asan Xidmətdən imtina məktubunu və torpağa dair çıxarışın surətini istintaqa təqdim etmişdir. Sonradan Telman ona 28.000 manat pul qaytarmışdır. Sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2005-ci ildən 2011-ci ilədək Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2011-ci ildən isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının Özəlləşdirilməsi şöbəsinin dövlət torpaqlarının özəlləşdirilməsinin təşkili sektorunun baş məsləhətçisi işləmişdir. Vəzifəsi vətəndaşların müraciətləri əsasında torpaq özəlləşdirilmələri üzrə sənədləşmənin aparılmasından ibarət olmuşdur. Hazırda isə işğaldan azad olunmuş ərazilərdə işin təşkili sektorunda işləyir. 2022-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs ona zəng edib Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı çayxanaların birinə dəvət etmişdir. Orada Telmanın yanında Hüseyn adlı bir nəfər də olmuşdur. Hüseyn tanışı Elşad adlı şəxsin Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatını yaşayış təyinatlı torpaq sahəsinə dəyişdirmək istədiyini deyib, bu işdə köməklik edəcək hər hansı tanışının olub-olmadığını soruşmuşdur. Sənədlərə baxdıqdan sonra onların qaydasında olduğunu görüb, Hüseynə sənədləri Reyestr Xidmətinə təqdim etməyi məsləhət görmüşdür. 2022-ci ilin avqust ayının ortalarında Telman zəng edib görüşmək istəmişdir. X3 stansiyasının yaxınlığında Telman və Hüseynlə görüşmüşdür. Görüş zamanı Hüseyn Elşad adlı şəxsin ona 45.000 manat şirinlik verdiyini deyib, həmin puldan 18.000 manatı ona vermək istəmişdir. Həmin vaxt onun avtomobildə olmuşlar, ona zəng gəldiyindən avtomobildən düşüb telefonla danışmışdır. Telman pulu sənədlərin surətinin içərisinə yerləşdirib, onun avtomobilinin oturacağına qoymuşdur. Bundan əlavə Hüseyn həmin puldan 8.000 manatı Telmana vermiş, qalanını özündə saxlamışdır. Sonradan sənədlərlə tanış olarkən avtomobildə sənədlərin içərisində 18.000 manat pul olduğunu görüb narahatlıq keçirmişdir. Telmana zəng edib pulu götürməsini bildirmişdir. 15 avqust 2022-ci il tarixdə Gənclik Mall ticarət mərkəzinin yanında Telmanla görüşüb ona verilən 18.000 manatı sonuncuya qaytarmış və sonradan onunla heç bir əlaqəsi olmamışdır. Telman da Hüseynə zəng edib, onun pulu qaytardığını demişdir. 2023-cü ilin mart ayının əvvəllərində tanışlarından biri ona zəng edib Elşad adlı qohumunun qeyriyaşayış təyinatlı torpaq sahəsinin təyinatının yaşayış təyinatlı torpaq sahəsinə dəyişdirilməsi müqabilində 170.000 manat pul verdiyini, həmin işdə onun da adının hallandığını demişdir. Bundan sonra Elşad müəllimin ofisində görüşdə iştirak etmişdir. Həmin vaxt Hüseyn ona pul vermədiyini, pulu Telmana verdiyini demişdir. Sonuncu da söyüş söyərək özündə ondan aldığı pulla birlikdə cəmi 28.000 manat pul olduğunu demişdir. O, Zərərçəkmiş şəxs məxsus 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatının yaşayış sahəsinə dəyişdirilməsi müqabilində hər hansı səlahiyyətli şəxsə müraciət etməmiş, bu məqsədlə heç bir iş görməmişdir. O, sadəcə sənədlərə baxdıqdan sonra Telmana onları Reyestr Xidmətinə təqdim etməyi məsləhət görmüşdür. Hüseynin ona verdiyi 18.000 manat məbləğində pulu Telmana qaytararkən və Elşad müəllimin ofisində Telman və Hüseynlə görüşərkən danışıqları mobil telefonu vasitəsilə yazmış, həmin səs yazılarını dediklərini təsdiq edəcək sübut kimi istintaqa təqdim etmişdir. Telmanın Zərərçəkmiş şəxs göndərdiyi, Nazirlər Kabinetinin 18 oktyabr 2022-ci il tarixli qərarının nə zaman, harada və hansı formada əldə etməsi və ya hazırlamasından xəbəri yoxdur. Elşad müəllimlə danışarkən o, Telmanın qərarın şəklini ona göndərdiyini demiş, lakin Telman özü bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2018-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Zərərçəkmiş şəxs ilə təxminən 40 ildir ki, tanışdır və yaxşı münasibətləri vardır. 2022-ci ilin avqust ayında Elşad müəllim özünə məxsus Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatını yaşayış təyinatlı torpaq sahəsinə dəyişdirmək istəmiş və bununla bağlı tanışı, əvvəllər Daşınmaz Əmlakın 1 saylı ərazi idarəsində çalışdığını deyən Şahid1la danışmışdır. Hüseyn Elşad müəllimə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan vəzifəli şəxslərlə yaxşı əlaqələrinin olduğunu, torpaq sahəsinin təyinatının dəyişdirilməsində ona köməklik edə biləcəyini deyib, bunun müqabilində həmin vəzifəli şəxslərə verilməsi üçün əvvəlcə 200.000 manat, daha sonra isə 170.000 manat pul istəmişdir. Bütün bunları ona Elşad müəllim danışmışdır. Təxminən 2022-ci ilin avqust ayının ortalarında Elşad müəllim Hüseynə etibarnamə verib, torpaq sahəsinin çıxarışını təqdim etmişdir. Hüseyn işə başladığını, yaxın vaxtlarda sənədləşmənin başlayacağını demişdir. 2022-ci ilin avqust ayının sonlarına yaxın Hüseyn pulun verilməli olduğunu demişdir. Həmin vaxt Elşad müəllim ona pul verib, həmin pulu çıxarışın təyinatının dəyişdirilməsi ilə əlaqədar Hüseynə verməyini xahiş etmişdir. O, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 100.000 manat məbləğində pulu Hüseynə vermişdir. Hüseyn həmin vaxt bir ay ərzində sənədləşmənin bitəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 20-də Elşad müəllim Belarusiyada olarkən ona zəng edərək Hüseynin ofisə gələcəyini və qalan 70.000 manat məbləğində pulu da Hüseynə verməyi xahiş etmişdir. 22 sentyabr 2022-ci il tarixdə Hüseyn ofisə gəlmiş və o da 70.000 manat pulu həmin tarixdə Hüseynə vermişdir. Hüseyn iki gün ərzində torpaq sahəsinin təyinatının dəyişilməsi barədə sənədlərin hazır olacağını və elektron sistemə yüklənəcəyini demişdir. Pul verdikdən təxminən 3-4 gün keçməsinə baxmayaraq sənədlər elektron sistemə yüklənməmişdir. Elşad müəllim Hüseyndən torpağa dair çıxarışı geri qaytarmasını tələb etmiş, lakin, sonunucu həmin sənədi Əmlak Komitəsində işi düzəldən adama verdiyini bildirib sənədi qaytarmamışdır. Daha sonra onlara məlum olmuşdur ki, Hüseyn həmin sənədləri Əmlaka Komitəsinə yox, ASAN Xidmətə vermişdir. 27 sentyabr 2022-ci il tarixdə torpağın təyinatının dəyişdirilməsi ilə bağlı ASAN Xidmətdən imtina məktubu gəlmişdir. Elşad Hüseynin onu aldatdığını başa düşmüş və Hüseyndən verdiyi pulu tələb etmyəyə başlamışdır. Hüseyn 25.000 manat pulu Bakı şəhəri Nərimanov rayonu, «Montin» adlanan ərazidə yerləşən Daşınmaz Əmlaka aid inzibati binanın qarşısında ona qaytarıb, qalanını da tez bir zamanda qaytaracağını demişdir. Daha sonra müxtəlif bəhanələr gətirərək qalan pulu qaytarmaqdan imtina etmişdir. Şahid1 70.000 manat verərkən işçisi Şahid4 də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 40 ildir ki, tanışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin avqust ayında Elşad müəllim özünə məxsus Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək yaşayış təyinatlı torpaq sahəsi etmək istəmiş və bununla bağlı tanışı, əvvəllər Daşınmaz Əmlakın 1 saylı ərazi idarəsində çalışdığını deyən Şahid1la danışmışdır. Hüseyn ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan vəzifəli şəxslərlə yaxşı əlaqələrinin olduğunu və torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün ona köməklik edə biləcəyini demişdir. Sonuncu işin həlli müqabilində vəzifəli şəxslərə verilməsi üçün 200.000 manat, daha sonra isə 170.000 manat pul istəmişdir. Elşad müəllimin Hüseynə 170.000 manat verməsindən məlumatlıdır. Həmin pulun 70.000 manatı onun yanında Şahid3 tərəfindən onların ofisində verilmişdir. Qüdrət Hüseynə pulu verərkən onlardan başqa heç kim olmamışdır. Sonradan Təqsirləndirilən şəxs və digərləri ofisdə Elşad müəllimlə görüşərkən Telman 28.000 manatın onda olduğunu və qaytaracağını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 2014-cü ildən 2022-ci ilin yanvar ayının 17-dək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində səyyar xidmət sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs tanıyır, onunla qohumu vasitəsilə tanış olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində səyyar xidmət sürücüsü işləyərkən Elşad müəllim bəzi hallarda müxtəlif sənədlərlə bağlı ona zəng etmiş və məlumat almışdır. 2022-ci ilin avqust ayında Elşad müəllim ona zəng edib, özünə məxsus Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək yaşayış təyinatlı torpaq sahəsi etmək istədiyini demiş və bu işdə köməklik edəcək hər hansı tanışının olub-olmadığını soruşmuşdur. O da maraqlanıb məlumat verəcəyini demişdir. Bir müddət sonra Gənclik metrosu yaxınlığında çayxanaların birində Telman və Heydər adlı şəxslərlə tanış olmuş, sonuncular əmlakla bağlı sənədlərin hazırlanması sahəsində fəaliyyət göstərdiklərini demişlər. O, Elşad müəllimin ona dediyi məsələni danışmış, bundan sonra Telman Əmlak Komitəsində çalışan Məhəbbət adlı tanışını ora çağırmışdır. Məhəbbət onu dinlədikdən sonra müəyyən pul müqabilində məsələni həll edə biləcəyini, qeyd edilən pulu da Əmlak Komitəsinin vəzifəli şəxslərinə veriləcəyini demişdir. Bir neçə gündən sonra o, Telmanla görüşmüş, X4 məxsus torpaq sahəsinin təyinatının qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə dəyişdirilməsi müqabilində Əmlak Komitəsinin vəzifəli şəxslərinə verilməsi üçün ilkin olaraq 200.000 manat pul tələb etmişdir. O, bu barədə Elşad müəllimə dedikdə sonuncu məbləğin çox olduğunu demiş, daha sonra Telman məbləği 170.000 manata endirmişdir. Elşad müəllim də həmin məbləğlə razılaşmışdır. Təxminən 2022-ci ilin avqust ayının sonlarına yaxın Telman pulun verilməli olduğunu demişdir. O da Elşad müəllimin Yasamal rayonunda yerləşən ofisinə getmiş və ondan 100.000 manat məbləğində pul və torpaq sahəsinin çıxarışını götürmüş və ona torpağa dair sərəncam verilməsi üçün notarial qaydada etibarnamə verilmişdir. Daha sonra Tofiq Bəhramov adına stadionun ərazisində yerləşən çayxanaların birində Telmanla görüşərək torpaq sahəsinin çıxarışını və Elşad müəllimdən aldığı 100.000 manat pulu özünə məxsus «Lexus ES300» markalı **-UR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində Telmana vermişdir. Telman həmin pulun Əmlak Komitəsinin rəhbəri Elçin Usubova veriləcəyini, onun vasitəsilə Nazirlər Kabinetinin qərarı əsasında Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin təyinatının qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə dəyişdiriləcəyini demişdir. Bundan sonra Telman Məhəbbətlə əlaqə saxlamış və Məhəbbət vasitəsilə ona mülkiyyət hüququnun ləğvi ilə bağlı Asan Xidmətə müraciət etməli olduğunu bildirmişdir. İlkin olaraq o, ərizə ilə notariusa müraciət etmiş və ərizəni notarial qaydada təsdiq etdirdikdən sonra Asan Xidmətə mülkiyyət hüququnun ləğvi və tək torpağa dair çıxarış verilməsi ilə bağlı müraciət etmişdir. Təxminən 2-3 gündən sonra Telmanın sözünə əsasən işin müsbət həlli üçün vermiş olduğu ərizəni geri götürmüşdür. Təxminən 10-15 gündən sonra o, yenidən Telmanın sözünə əsasən mülkiyyət hüququnun ləğvi və tək torpağa dair çıxarış verilməsi ilə bağlı Asan Xidmətə müraciət etmişdir. 2022-ci ilin sentyabr ayının 22-də Telman zəng edərək məbləğin qalan hissəsinin də verilməli olduğunu demişdir. O da bu barədə Zərərçəkmiş şəxs demiş, sonuncu xaricdə olduğunu, bu səbəbdən də ofisinə gedərək tanışı Qüdrət adlı şəxsdən qalan məbləği götürməyini istəmişdir. O da yenidən Elşad müəllimin ofisinə getmiş, Qüdrət adlı şəxs Elşad müəllimin adından 70.000 manat məbləğində pulu ona vermiş, o da məbləği götürdükdən sonra yenidən Tofiq Bəhramov adına stadionun ərazisində yerləşən çayxanaya getmiş və orada yenə avtomobilin salonunda pulu Telmana vermişdir. Telman 2-3 gün ərzində torpaq sahəsinin təyinatının dəyişilməsi barədə sənədlərin hazır olunacağını və elektron sistemə yüklənəcəyini demişdir. 27 sentyabr 2022-ci il tarixdə ona məlumat gəlmişdir ki, sənədə imtina vermişlər. Bundan sonra Telmanla əlaqə saxlamış, sonuncu narahat olmamağını, sənədin icraata götürüləcəyini bildirmişdir. İki ay keçməsinə baxmayaraq sənədlər hazır olmamışdır. Elşad müəllim ona zəng edərək verdiyi 170.000 manat məbləğində pulu geri tələb etmiş, o da Telmana zəng edərək bu barədə demişdir. Sonuncu müxtəlif bəhanələr gətirərək sənədlərin yaxın vaxtlarda hazır olacağını, 170.000 manat məbləğində pulun Elçin Usubova verildiyini, iş alınmasa pulu qaytaracaqlarını demiş, lakin sonradan hər hansı məbləğdə pul qaytarmamışdır. O da məcbur olub 2023-cü ilin aprel ayının əvvəllərində öz vəsaiti hesabına 25.000 manat məbləğində pul düzəltmiş, Elşad müəllimə zəng etmiş, sonuncu Qüdrəti göndərmiş və Qüdrət 25.000 manat məbləğində pulu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin inzibati binasının yaxınlığında ondan almışdır. Telman onu Məhəbbət adlı şəxslə tanış etmiş, həmin vaxt Telman Məhəbbətin pulu Əmlak Komitəsinin sədri Elçin Usubova verdiyini və onda olduğunu demişdir. Şahid2 tərəfindən təqdim edilmiş diskdəki səs yazısı ona təqdim edilmiş və o, səsə qulaq asmış, həmin səs yazısında Elşad müəllimin ofisində söhbət gedir və orada onlardan əlavə Emin və Çingiz adlı şəxslər iştirak edir, Çingiz adlı şəxs onun dostudur, Emini isə tanımır. İşin 1-ci cildinin 75-81-ci vərəqlərindəki protokoldan görünür ki, 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılmış üzləşdirmə zamanı, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs bildirməklə ifadəsini bir daha təsdiq etmişdir. İşin 1-ci cildinin 15-ci vərəqindəki Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları olan CD diskə özünün iştirakı ilə baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, «Verbatim CD-R» markalı audio diskdə «Telman» və «Məhəbbət» adlı iki ədəd fayl vardır. Həmin fayllar açıldıqda müəyyən edilir ki, iki nəfər arasında torpaq sahəsinin təyinatının dəyişdirilməsi məzmununda danışıqlar aparılır və danışıqlar zamanı digər şəxs Nazirlər Kabinetinin adından qərarı sosial şəbəkə vasitəsilə atacağını bildirir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs səs yazılarının onunla Təqsirləndirilən şəxs arasında olduğunu bildirmişdir. İşin 1-ci cildinin 24-26-cı vərəqlərindəki Şahid2 təqdim etdiyi diskə baxış keçirilməsi haqqında 3 may 2023-cü il tarixli protokoldan görünür ki, «Verbatim CD-R» markalı audio diskdə «Gənclik Mall» və «RLS yolu» adlı iki səs faylı vardır. Həmin səs faylları açıldıqda müəyyən edildi ki, «Gənclik Mall» adlı səs faylında olan danışığın müddəti 17 dəqiqə, 53 saniyə, «RLS yolu» adlı səs faylında olan danışığın müddəti isə 42 dəqiqə, 28 saniyədir. «Gənclik Mall» adlı səs yazısına qulaq asıldıqda 2 nəfər şəxsin aşağıdakı məzmunda danışığı müəyyən edildi: Müxtəlif xışıltı səsləri eşidilir A: İndi Telmanla görüşəcəyik, ona olan borcumu qaytarmağa ona görə bu səsi yazıram ki, sabah deməsin ki, sən mənə pul verməmisən. 15 avqust. Gənclik Mall-ın digər girişi. B: Bəs noldu Məhəbbət biabır oldum mən. Oturaq siqaret çəkək. A: Mənə bu dəqiqə kimsə nəsə cavab vermir, mən oğlana bu gün də zəng vurdum dedim belə iş olmur, sən bu işi çox çürütdün, mən deməmiş dedi gəl pulu götür, mən də indi getdim pulu götürdüm gəldim bura. Müxtəlif xışıltı səsləri eşidilir B: Pul söhbəti deyil, deyir mən pulumu verirəm mənim işimə niyə atkaz verirlər, deyir eliyən adam 200 min verirəm, biz heç kimə məcbur eləmirik ki, pulsuz iş gör. Nə məsələdi? indi bunu yaşayış eləmək mümkündü? A: tikilini? B: tikili yoxdur tikili sökülüb, torpağı Müxtəlif xışıltı səsləri eşidilir B: Yaxşı, yaxşı oldu. A: Görüşdük, pulu da verdim. Qeyd olunan səs yazısından da məlum olur ki, Şahid2 15 avqust 2022-ci il tarixində bir neçə gün əvvəl vətəndaş Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1.5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək yaşayış təyinatlı torpaq sahəsi etmək üçün köməklik edəcəyi müqabilində Zərərçəkmiş şəxs həmin işləri həyata keçirməsi üçün etibarnamə verdiyi Şahid1 təkidi ilə tanışı Təqsirləndirilən şəxs aldığı 18.000 manat məbləğində pulu Gənclik Mall ticarət mərkəzinin yanında Təqsirləndirilən şəxslə görüşərək, ona geri qaytarır. «RLS yolu» adlı səs yazısına qulaq asıldıqda 4 nəfər şəxsin aşağıdakı məzmunda danışığı müəyyən edildi: A: 170 min pul vermişəm, 100 min bir vermişəm, 70 min də bir vermişəm. B: Neçə? A: 100 min bir vermişəm, 70 mində bir vermişəm. B: Kimə verilib 170 min? 170 min nədir? Şərəfin olsun, vicdanın olsun. A: Nə qədər pul almısan sən? B: 45 min pul gətirib, onnan artıq mən heçnə görməmişəm. A: 45 mini neynədin? B: 45 min əmlakda. A: Kimə vermisiniz əmlakda? B: Əmlakda adam var da ona vermişəm. Belə nə vaxt istəsəniz o pulu qaytartdıra bilərəm. A: Nə vaxt yox günü bu gün. B: Sən niyə pulu götürdün? A: Sən bilirdin ki, işin həcminə görə bu pula düzələr? C: Düzələr niyə düzəlmir. Təyinatı əmlak komitəsi dəyişmir, təyinatı Nazirlər Kabineti dəyişir. A: Bəs sən niyə bu pulu götürdün? C: Pul götürüldü təyinatla bağlı. A: Bəs sentyabr ayından bu iş niyə həll olunmur? Həll olunmadı deyərdin ki, 45 min pul qayıtmalıdı. B: Yox məllim 45 min ora pul verilməyib, sizin pulun 28 mini məndədir. Qalanı onda. A: Bəs 45 min demirsən? B: 45 min ümumi işə pul gətirilib, onun 28 mini məndədir, 28 mini sabah da qaytara bilərəm. C: sən hər dəfə mənə deyirsən bu gün sabah, bu gün sabah, bə necə oldu? B: İşə atkaz verdilər. A: Atkaz verdilər bəs niyə işin dalına düşmədin? B: Dedilər atkaz verilib, müddət keçməlidir, sonra iş icraata götürüləcək aprelin 1-i, məndə aprelin 1-nə kimi gözləyirəm, alınmasa məndə bildiyimi edəcəm. Səs yazısının 10-cu dəqiqəsindən sonra qədər iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı hal aşkar edilmədi. İşin 1-ci cildinin 43-cü vərəqindəki Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1.59436 ha torpaq sahəsi qeyri-yaşayış təyinatlı olmaqla Zərərçəkmiş şəxs məxsusdur. İşin 1-ci cildinin 43-cü vərəqindəki Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış 25 iyul 2022-ci il tarixli 8İ-5210 nömrəli ərizədən görünür ki, Şahid1 Zərərçəkmiş şəxs nümayəndəsi kimi sonuncuya məxsus olan ünvan 4 ünvanında yerləşən 1.59436 ha torpaq sahəsi üzərindəki bütün tikililərin, həmçinin, 3660.2 kv/m ümumi sahəsi olan Əmlak kompleksi kimi müəssisənin sökülməsi ilə əlaqədar olaraq həmin tikililərin qeydiyyatının ləğv edilməsini və boş torpaq sahəsinə dair çıxarış və plan ölçünün verilməsini xahiş edir. İşin 1-ci cildinin 45-ci vərəqindəki Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 18 noyabr 2022-ci il tarixli 220 nömrəli saxta qərardan görünür ki, güya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanlandığı təyinat dəyişikliyinin edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli 220 nömrəli qərar qəbul edilmiş və məzmununa «ünvan 2 ünvanında yerləşən ü/s 1.59436 hektar torpaq sahəsinin qeyriyaşayış təyinatının «Yaşayış məntəqələrinin torpaqları» təyinatı ilə əvəz olunması haqda müraciətə baxılmışdır. Hüquq sahibinin (lazım olan sənədləri) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməklə qeyri-yaşayış təyinatını «Yaşayış məntəqələrinin torpaqları» təyinatı ilə əvəzlənməsində heç bir qanun pozuntusu aşkar olunmamışdır» barədə məlumatlar daxil edilmişdir. İşin 1-ci cildinin 129-131-ci vərəqlərindəki Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının 5 iyul 2023-cü il tarixli 1-5-10/2-477-2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 220 nömrəli qərarı 2 iyun 2022-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il il 2 oktyabr tarixli 289 nömrəli qərarında dəyişiklik edilməsi haqqında olmuşdur. İşin 1-ci cildinin 85-93-ci vərəqlərindəki Şahid1 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarının fotoşəkillərinə baxış keçirilməsi haqqında 20 may 2023-cü il tarixli protokoldan görünür ki, X5 Əsədova məxsus torpağın təyinatının dəyişdirilməsi ilə bağlı danışıqlar vardır, həmçinin, Şahid1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus torpağın təyinatının dəyişdirilməsi ilə bağlı Elçin Nağıyevdən qərar verilməsini gözləyirlər. İşin 1-ci cildinin 119-122-ci vərəqlərindəki 23 iyun 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 23 iyul 2022-cü il tarixdə 16 saniyə, 13 avqust 2022-ci il tarixdə 86 saniyə və digər çoxsaylı danışıqlar olmuşdur. İşin 1-ci cildinin 125-128-ci vərəqlərindəki 23 iyun 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, Şahid1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 2022-ci ilin iyul, avqust, sentyabr və digər vaxtlarda çoxsaylı danışıqlar olmuşdur. İşin 1-ci cildinin 164-168-ci vərəqlərindəki 14 iyul 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrəsi ilə 2022-ci ilin iyul, avqust, sentyabr və digər vaxtlarda çoxsaylı danışıqlarının olması görünür. İşin 1-ci cildinin 170-189-cu vərəqlərindəki 16 iyul 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin ******* nömrəli çıxarışı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış 25 iyul 2022-ci il tarixli 81-5210 nömrəli ərizə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2022-ci il tarixli 220 nömrəli qərarı, Şahid1 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarının fotoşəkilləri, Zərərçəkmiş şəxs və Şahid2 təqdim etdiyi səs yazıları olan 2 ədəd CD disk və özündə telefon danışıqlarını əks etdirən 3 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 97-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsi və 142-161-ci vərəqlərindəki hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax Rayon Məhkəməsinin 29 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2 avqust 2017-ci il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 4 dekabr 2018-ci il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay 28 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş və 1 noyabr 2019-cu il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluqları Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. İşdəki Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyandan Şahid1 tərəfindən ona 55.000 manat, Təqsirləndirilən şəxs tərəfindən isə 28.000 manat ödənilmişdir. Sonuncuya qarşı şikayəti və tələbi yoxdur. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən götürülmüş Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı gözdən birinci dərəcəli müddətsiz əlildir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bildi. Onun bu ifadəsi iş üzrə məhkəmədə dindirilmiş və tədqiq edilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, sənədlər, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə onun ifadəsinə həmin hissədə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətləri Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs arvadının ömürlük əlil olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətini başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin ******* nömrəli çıxarışı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış 25 iyul 2022-ci il tarixli 81-5210 nömrəli ərizə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2022-ci il tarixli 220 nömrəli qərarı, Şahid1 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarının fotoşəkilləri, Zərərçəkmiş şəxs və Şahid2 təqdim etdiyi səs yazıları olan 2 ədəd CD disk və özündə telefon danışıqlarını əks etdirən 3 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin ******* nömrəli çıxarışı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış 25 iyul 2022-ci il tarixli 8İ-5210 nömrəli ərizə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2022-ci il tarixli 220 nömrəli qərarı, Şahid1 tərəfindən təqdim edilmiş «Whatsapp» yazışmalarının fotoşəkilləri, Zərərçəkmiş şəxs və Şahid2 təqdim etdiyi səs yazıları olan 2 ədəd CD disk və özündə telefon danışıqlarını əks etdirən 3 ədəd CD disklər cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-691/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-691/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver