Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-692/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Rüstəmov Zaur Zakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasanın üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili X1 və zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasanın üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə “İşin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması” barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı vəsatət təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın həcminin ittiham aktında göstərilən məbləğdən daha çox olduğunu və ittiham aktında vurulmuş bütün ziyanın tam əhatə olunmadığını bildirmişdir. Onlar təqsirləndirilən şəxsin vurulmuş ziyanı ibtidai istintaq və məhkəmə dövründə ödəyəcəyinə ümidli olduqları üçün digər ziyan məbləğləri ilə bağlı ifadə verməmişlər. Lakin Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Hazırki iş üzrə ittiham aktında göstərilən 986.000 manat nisbətində 580.000 ABŞ dollarından əlavə Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs2 əlavə olaraq 10.000 ABŞ dolları, 15.000 ABŞ dolları və 8.000 ABŞ dolları almışdır. Həmin vurulmuş ziyanın məbləği də ittihama əlavə olunmalıdır. Göstərilənləri nəzərə alaraq, ona daha ağır ittihamın verilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə, o, tamah niyyəti özgənin əmlakını etibarından sui-istifadə etmə aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X2 İran İslam Respublikasından “kroşka” adlı polietilen məhsulları gətirib sataraq birgə qazanc əldə edəcəklərinə dair yalandan vəd verərək, hissə-hissə olmaqla ondan 2017-ci ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanında 170.000 manat nisbətində 100.000 ABŞ dolları, 2017-ci ilin dekabr ayının ortalarında Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən “Ləman” restoranında 34.000 manat nisbətində 20.000 ABŞ dolları, 2018-ci ilin yanvar ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Metro Park”ın yaxınlığında 42.500 manat nisbətində 25.000 ABŞ dollar pulu, ümumilikdə 246.500 manat nisbətində 145.000 ABŞ dolları pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək vədinə əməl etməmiş və nəticədə zərər çəkmiş şəxs Sadiq Yusifova qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti özgənin əmlakını etibarından sui-istifadə etmə aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 iran İslam Respublikasından “P-100” markalı sənaye borusunun istehsalında istifadə olunan “PDF” boru xamahnı qısa müddətə gətirəcəyinə yalandan vəd verərək tanışı Şahid6 vasitəsi ilə 2018-ci ilin aprel ayında ünvan 3 ünvanında yerləşən “Caspian” ticarət mərkəzinin yaxınlığında 122.400 manat nisbətində 72.000 ABŞ dolları pulu alıb ələ keçirərək vədinə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs5 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti özgənin əmlakını etibarından sui-istifadə etmə aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 İran İslam Respublikasında sərfəli qiymətlərə sənaye borusunun istehsalında istifadə olunan “PDF” boru xammalının təxminən 15-20 gün ərzində gətirtdirə biləcəyinə yalandan vəd verib aldatmaqla hissə-hissə olmaqla 2018-ci ilin aprel ayının 20- də Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 106A ünvanında yerləşən “Azneftmaş” şirkətində aparat rəhbəri Yusif-zadə Yelena Andreyevnanın vasitəsi ilə nağd olaraq 170.000 manat nisbətində 100.000 ABŞ dolları, bundan sonra ona böyük partiya halında “P-100” sənaye materialının İranlı tanışı vasitəsi ilə köhnə qiymətlə sifariş verib ala biləcəyi adı ilə yalandan vəd verib aldadaraq, 2018-ci ilin aprel ayının 25 də Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 106A ünvanında yerləşən “Azneftmaş” şirkətində aparat rəhbəri Yusif-zadə Yelena Andreyevnanın vasitəsi ilə nağd olaraq 340.000 manat nisbətində 200.000 ABŞ dolları, daha sonra böyük partiya “P-100” markalı sənaye borusunun istehsalında istifadə olunan “PDF” boru xammalının İranda qiyməti qaldığını və bu səbəbdən o, İranlı tanışı vasitəsi ilə köhnə qiymətlə qeyd olunan mah ala biləcəyini, artıq malı sifariş verdiyini, malların bir hissəsinin gəmiyə yükləndiyini, məhsulun yaxın vaxtlarda təxminən 20-30 gün ərzində gəmi və yük avtomobilləri ilə hissə-hissə Bakıya gətirtdirib ona təhvil verəcəyini yalandan bildirərək, 07 may 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 106A ünvanında yerləşən “Azneftmaş” şirkətində həmin şirkətin aparat rəhbəri Yelena Yusifzadəni vasitəsi ilə nağd olaraq 425.000 manat nisbətində 250.000 ABŞ dolları, bundan başqa Zərərçəkmiş şəxs2 sifariş verdiyi sənaye mallarını İrandan çıxararaq Bakıya gətirmək üçün yol xərci, nəqliyyat xərci, gömrük və digər rüsumları ödəmək adı ilə aldadaraq 10 may 2018-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Rusel” otelin ofisində nağd olaraq 51.000 manat nisbətində 30.000 ABŞ dolları, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 986.000 manat nisbətində 580.000 ABŞ dolları məbləğində pulu alaraq vədinə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs2 qeyd olunan miqdarda, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti özgənin əmlakım etibarından sui-istifadə etmə aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 İran İslam Respublikasından sərfəli qiymətə şüşə materialları təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, hissə-hissə olmaqla ondan 2018-ci ilin yanvar ayında Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosessi 53 ünvanında yerləşən plastik qapı-pəncərə sexində nağd olaraq 127.500 manat nisbətində 75.000 ABŞ dollar pulu aldıqdan müəyyən müddət sonra, şüşə materiallarının alqı-satqısının zəiflədiyini bəhanə edərək, ona polietilen və kroşka xammalı gətirtdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 2018-ci ilin mart ayında hissə-hissə olmaqla Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şosessi 53 ünvanında yerləşən plastik qapı-pəncərə sexində nağd olaraq 117.300 manat nisbətində 69.000 ABŞ dollar pulu alaraq vədinə əməl etməmiş və nəticədə vahid niyyətlə əhatə olunmuş qəsdlə 244.800 manat nisbətində 144.000 ABŞ dolları miqdarında Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə yəni, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti özgənin əmlakını etibarından sui-istifadə etmə aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 İran İslam Respublikasından sərfəli qiymətə politilen və kroşka xammalı gətirib sataraq birgə qazanc əldə edəcəklərinə dair yalandan vəd verərək, hissə-hissə olmaqla 2018-ci ilin sentyabr ayında Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti 6 ünvanında yerləşən çayxanada 40.800 manat nisbətində 24.000 ABŞ dolları, bundan sonra 2018-ci ilin noyabr ayında Bakı şəhəri Nərimanov rayonu Rəhimov küçəsi ünvanında yerləşən “Novbahar” kafesində 27.200 manat nisbətində 16.000 ABŞ dolları, bir neçə gün sonra 17.000 manat nisbətində 10.000 ABŞ dolları, 2019-cu ilin may ayında İrandan sifariş verdiyi malların Bakı Dəniz Limanında gömrük məntəqəsində rüsum ödəyəcəyi adı ilə ünvan 9 ünvanında yerləşən “Novbahar” kafesində 68.000 manat nisbətində 40.000 ABŞ dolları, bundan bir neçə gün sonra gömrük rüsumunu ödəməyə pulun azlığını, əlavə 6800 manat nisbətində 4000 ABŞ dolları məbləğində pul lazım olduğu bəhanəsi ilə aldadaraq, ünvan 10 ünvanında yerləşən “Novbahar” kafesində qeyd olunan məbləğdə pulu alaraq, vədinə əməl etməmiş və nəticədə vahid niyyətlə əhatə olunmuş qəsdlə 159.800 manat nisbətində 94.000 ABŞ dolları miqdarında pulu ələ keçirərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə yəni, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında 16 dekabr 2022ci il tarixdə şahid qismində təkrar dindirilən Yusif-zadə Yelena Andreyevna ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xammala görə verilmiş 580.000 ABŞ dollarından başqa, 2018-ci ili may ayında Zərərçəkmiş şəxs2 göstərişi ilə gömrük və nəqliyyat xərcləri üçün Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 15.000 ABŞ dolları, 10.000 ABŞ dolları və 8.000 ABŞ dolları pul vermişdir. Həmin məbləğlər ümumi məbləğlə müqayisədə az olduğu üçün Təqsirləndirilən şəxs verilən pullarla bağlı qəbzə imza çəkdirməmişdir. Əvvəlki ifadələrində adı gedən məbləğlərin də Təqsirləndirilən şəxs verməsini bildirməməsinə səbəb əvvəlki məbləğlərə nisbətən bu məbləğlərin az olması, həmçinin istintaq dövründə ondan Təqsirləndirilən şəxs material alınması üçün nə qədər pul vəsaitini verməsinin soruşulması, ondan digər xərclərin soruşulmadığı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin hüquqi varisinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə, verilmiş vəsatətin dəlillərini nəzərdən keçirib, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçinin həmin vəsatətin əsassız olmaqla təmin edilməməsi barədə münasibətlərini dinləyərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə hazırki vəsatətində göstərdiyi xüsusatlar ibtidai istintaq orqanı tərəfindən ətraflı şəkildə araşdırılmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılnasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdə İran İslam Respublikası Təbriz şəhərində tutulmuş, 16 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə qalma müddəti 16 fevral 2022-ci il tarixədək uzadılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Göründüyü kimi, məhkəmənin hazırki qərarı ilə cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alındığından, eyni zamanda Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət əməllərini törətməkdə təqsirləndirildiyindən, hazırki mərhələdə cinayət işi üzrə ibtidai istintaqın həyata keçirilməsi zərurəti vardır, eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CPM-in 159.2, 159.7.1, 159.10 və 318.2-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla 02 (iki) ay müddətinə, yəni 19 fevral 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 159, 159.7.1, 318.2, 318.2-1 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 19 fevral 2023-cü il tarixədək uzadılsın.
Məhkəmə qərarları › İş №1(101)-692/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-692/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver