Məhkəmə qərarları › İş №1(101)-692/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-692/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-692/2023 01.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi X1 iştirakı ilə xx xxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 2, mənzil 33-də qeydiyyata olub, ünvan 1-da kirayədə yaşamış, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 3 sentyabr 2022-ci il tarixdə səhər saat 5 radələrində ünvan 1 ünvanında birgə kirayədə yaşadıqları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlaklarını ələ keçirmək məqsədilə törədəcəyi cinayətdə istifadə edilməsi üçün əvvəlcədən mənzilin mətbəxindən bıçaq götürüb mənzilin qonaq otağında yerə sərilmiş döşəyin üzərində uzanıb yatmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək sonuncunu özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən qardaşı Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla silah qismində istifadə edib tətbiq etdiyi həmin bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə sonuncunun həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi boyun nahiyyəsindən bir neçə zərbə vuraraq udlağın zədələnməsi ilə müşayiət olunan boynun sol yan səthinin 1 ədəd, sol plevra başlığına nüfuz edən boynun arxa səthinin 1 ədəd, boynun sağ yarısının yan səthinin 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, bunu görüb mənzildə olan Zərərçəkmiş şəxs2 müdaxiləsi və köməyi ilə Zərərçəkmiş şəxs1 ondan yayınmağa nail olduqdan sonra o, sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 basqın edib əlbəyaxa olaraq, qəsdən öldürmək məqsədilə əlində olan həmin bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi baş, döş qəfəsi və qarın nahiyyələrinə zərbələr vuraraq sol qaşüstü nahiyənin şişkinlik halında əzilməsi, sağ kürəkaltı nahiyənin və sol tərəfli Vİİİ-İX qabırğalar səviyyəsinin yaraları, qarnın ön səthinin, sağ əlin ovuc səthinin sol saidin ön səthinin cızıqları, sağ kürək nahiyəsinin sıyrığı xəsarətləri ilə dərəcəsinə görə ümumilikdə sağlamlığın müvəqqəti pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmiş, lakin, Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərməklə istifadə etdiyi bıçağı ondan alaraq pəncərədən küçəyə atıb qaçmaqla mənzilin giriş qapısından bloka çıxıb qonşuları köməyə çağırarkən o, niyyətinə nail olmaq məqsədilə Məhəmməd Hüseynovun qaçmasının qarşısını almaq üçün arxası ilə fincan atmış və sonra onun yetirdiyi ağır xəsarətlərdən halsız vəziyyətdə mənzildə qalmış Zərərçəkmiş şəxs1 döşəmə ilə sürünüb mətbəxin pəncərəsinə yaxınlaşaraq vətəndaşları köməyə çağırdığını görüb o, mətbəxdən oturacağı götürüb Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən zərbə endirmiş və qonaq otağına keçərək masa üzərində olan sonuncuya məxsus qara rəngli pul qabının içərisindən 1.350 manat, daha sonra həmin otaqda çarpayı üzərində olan Məhəmməd Hüsenzadəyə məxsus pul qabının içərisindən isə 200 manat məbləğində pulu ələ keçirmiş və Zərərçəkmiş şəxs2 ona aktiv müqavimət göstərməsi nəticəsində özünün və qardaşı Zərərçəkmiş şəxs1 ondan yayınmaqla qonşuları köməyə çağırmaları və qonşuların mənzilin giriş qapısının qarşısına gəlməsini görüb məsuliyyətdən yayınmaq üçün mənzilin qonaq otağının pəncərəsindən tullanaraq qaçıb getməsi, həmçinin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qonşular tərəfindən çağırılmış X8 briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatlarını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncuları qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14-15 yaşında olarkən atası onu və anasını atıb getmişdir. 2022-ci ilin iyul ayından metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığındakı köşkdə simit satmaqla ayda 700 manat maaş almışdır. Hadisədən təxminən iki ay əvvəl ünvan 1-da kirayə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bir mənzildə qalmışdır. Sonuncuları məhlə uşağı Sərxana görə tanımışdır. O, iş yerinə yaxın kirayə ev axtaran zaman Sərxan özünün kirayədə yaşadığı mənzili ona təklif etmiş və iki qardaşla birlikdə kirayə yaşadığını bildirmişdir. Onların dördü də həmin ünvanda kirayə yaşamışlar. Kirayə pulunu aralarında bölərək birlikdə vermişlər. 2022-ci ilin avqust ayının sonunda Sərxan Qaradağ rayonu Ələt qəsəbəsində özünə iş tapdığı üçün evdən çıxıb getmişdir. Bundan sonra evdə Yaqub və Məhəmmədlə qalmışdır. Sonuncularla münasibəti normal olmuşdur. Yaqub şifer zavodunda fəhlə, Məhəmməd «Bolt food» şirkətində kuryer işləmişdir. 2 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Yaqubla birlikdə Playstation oynamış, təxminən saat 23 radələrində evə qayıtmışlar. Playstationun pulunu Yaqub ödəmişdir. Səhər saat 5-də işə getməli olduğu üçün tez yatmış, Yaqubun nə vaxi yatmasından xəbəri olmamışdır. Yaqub və o, yataq otağında yerdə ayrı-ayrı döşəkdə yatmışlar. Yaqub və Məhəmməd onunla çox zaman şit zarafat etdikləri üçün sonunculara, onunla zarafat etməmələrini demiş, lakin, qardaşlar onun sözünə əhəmiyyət verməmişdir. 3 sentyabr 2022-ci il səhər saat 5 radələrində təpik zərbəsindən yuxudan oyanmışdır. Bu zaman Yaqub onu ayağı ilə vurub, təhqiramiz şəkildə işə getməli olduğunu dedikdən sonra gedib yerinə uzanmışdır. Sonuncuya duracağını deyib, söyüş söyməməsini demiş, lakin, Yaqub ona yenidən söyüş söymuşdür. Odur ki, qalxıb uzanmış vəziyyətdə olan Yaqubun sol çiynindən təpiklə bir dəfə vurmuşdur. Bu zamanı Yaqub ayağa durub, onu əli ilə sinəsindən itələyərək yenidən söyüş söymüşdür. O, arxaya tərəf səndələmişdir. Qardaşı Məhəmməd onların söhbətlərini eşidib arxadan onun qollarını tutmuş və bu zaman Yaqub onu sinə nahiyyəsindən iki dəfə təpiklə sinə nahiyyəsindən vurmuş vurmuş və o, yerə yıxılmışdır. Zərbədən nəfəs almaqda çətinlik çəkmişdir. Bu zaman bədəninin sol tərəfindən təpiklə vurulmuş, otaq qaranlıq olduğundan onu vuranın kim olduğunu bilməsişdir. Daha sonra sonuncular iki dəfə zərbə ilə onun sol daban və pəncə hissəsinə vurmuşlar. Əsəbləşib yenidən ayağa qalxıb mətbəx otağında sotolun üzərində olan mətbəx bıçağını götürüb: «məni buraxın, gedim»-deyə qışqırmışdır. Bu zamann Yaqub üstünə gəldiyini görüb, əlindəki həmin bıçaqla sonuncunu boyun nahiyyəsindən bir dəfə vurmuşdur. Yaqub sol əli ilə boynunu tutub, üzü divara tərəf əyilən zaman,həmin bıçaqla onu ikinci dəfə boyun nahiyyəsindən vurmuşdur. Yaqubun əlləri və boynu qana boyanmış və qan ləkələri divara da yayılmışdır. Bundan sonra Yaqub divardan tuta-tuta pəncərənin yanında yerə sərilmiş yorğan döşəyin üzərinə yıxılmışdır. Bu zaman Məhəmmədin üstünə gəldiyini görüb əlindəki bıçağı sağa-sola fırlamatmaqla ona evdən çıxıb getməsi üçün yol verməsini istəmişdir. Məhəmməd isə üzərinə gələrək ona öldürücəyini dediyindən, əlindəki bıçağı döşəyin üstünə atıb, qonaq otağında olan pəncəyərə tərəf qaçmışdır. Pəncərəni açıb tullanmaq istəmiş, lakin hündür olduğundan tullanmamışdır. Bir anlıq özünü itirmişdir. Məhəmmədin bundan istifadə edib, üstünə gəldiyini görüb əlindəki bıçaqla ona qarın nahiyyəsindən bir neçə zərbə endirmişdir. Sonuncu kənara çəkildikdən sonra bıçağı yerə atıb, mənzilin qapısından çıxmaq istədikdə Məhəmmədin mənzilin dəhlizində əlində bıçaqla dayandığını görmüşdür. Həmin vaxt Məhəmməd onu öldürücəyi ilə hədələmişdir. Odur ki, qonaq otağındakı masanın üstündə olan fincanı götürüb Məhəmmədin üstünə gedib, əlindəki fincanı ona tərəf atmışdır. Məhəmməd qorxub mənzilin blokuna çıxmışdır. Mənzilə qayıtdıqda qonaq otağındakı pəncərənin qarşısında Yaqubu boynunu tutub dayanmış vəziyyətdə görmüşdür. Zala qayıdıb şalvar və köynəyini geyinib, mətbəxin pəncərəsindən turbadan sürüşərək aşağı 2ci mərtəbəyə düşmüşdür. Məhəmməd həmin vaxt pilləkənlə yuxarı qalxdığından, ehtiyat edib, 2-ci mərtəbənin balkonuna düşmüş və oradan birinci mərtəbəyə tullanmışdır. Həyətə düşdükdən sonra piyada metronun «Neftçilər» stansiyasına getmiş, oradan Elçin adlı tanışına zəng edib, adam vurduğunu demişdir. Sonuncu deməsinə görə taksiyə oturub «28 may» metrostansiyasına gəlmişdir. Orada tanışı Elçinin idarə etdiyi «Ford» markalı avtomobilə əyləşib, sonuncudan onu metronun «20 Yanvar» stansiyasının yaxınlığına aparmasını xahiş etmişdir. Elçin onu dediyi yerə aparmışdır. Yolda Elçin ondan nə səbəbə ayaqyalın olduğunu soruşduqda, sonuncuya baş verənləri danışmışdır. 20 yanvar metrostansiyası yaxınlığından özünə ayaqqabı və corab alıb geyinmişdir. Oradan avtobusla Ələtə getmişdir. Ələtdə yaşadığı ünvanda həyətdə tanışları Paşa, Rəfail və Orxanı görmüşdür. Sonuncularla birlikdə «playstation» kompyüter salonuna getmişdir. Az sonra mülki formada olan iki polis əməkdaşı onu yyaxınlaşıb özlərini Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduğunu bildirib, onu şöbəyə dəvət etmişlər. Nizami RPİ-nin 25-ci PŞdə törətdiyi əməlini etiraf etmişdir. Onun Yaqub və Məhəmmədi öldürmək niyyəti olmamışdır. Sonuncuların onu ağır şəkildə söymələri səbəbindən və həm də mənzildən çıxıb getmək istərkən ona imkan verilmədiyindən, üstünə gəldiklərindən əsəbləşib, onlara bıçaqla xəsarət yetirmişdir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə təqsirli bilir. Aəzrbaycan Respublikası CM-nin 29,120 və 181-ci maddələri ilə özünü təqsirli bilmir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 2-da qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayə yaşamışdır. Bakı Slavyan Universetinin Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsidir. Qardaşı Zərərçəkmiş şəxs2 isə Anadolu Universitetinin «Beynəlxalq ticarət və logistika» fakültəsində təhsil alır. Ziya Bünyadov prospektində yerləşən «Roofs» şirkətinin nəzdində olan şifer zavodunda fəhlə işləyir. Qardaşı Zərərçəkmiş şəxs2 isə «Bolt Food» şirkətində mopedlə kuryer işləyir. Hər ikisi yay tətilində təhsil haqlarını ödəmək üçün işləmişlər. Qeyd edilən ünvanda təxminən 1 il olar ki, kirayə yaşamışlar. Təqsirləndirilən şəxs hadisədən təxminən 3 ay əvvəl tanımışdır. Sonuncunu qardaşı Məhəmmədin tələbə yoldaşı Sərxan İsayevə görə tanımışdır. Əvvəllər Sərxan da həmin mənzildə kirayədə yaşamışdır. 2022-ci ilin avqust ayının sonunda Sərxan özünə Qaradağ rayonu Ələt qəsəbəsində iş tapdığından, evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs və qardaşı Məhəmmədlə həmin mənzildə kirayə qalmağa davam etmişlər. Azər «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında simit satmaqla məşğul olmuşdur. Sonuncu səhər 6:00-da yuxudan oyanıb hazırlaşıb, metro ilə işə getmişdir. 2022-ci ilin avqust ayının sonlarında səhər durub pul qabına baxdıqda, 100 manat pulunun əskik olduğunu müşahidə etmişdir. Qardaşı Məhəmməd və Azərə pulunun itdiyi barədə demiş və bu zaman Azər özünü şübhəli aparmışdır. 2 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində işdən çıxıb kirayə qaldığı mənzilə gəlmiş və az sonra Azərə Playstation oynamağa getməyi təklif etmişlər. Azər kasıb olduğunu və pulunun olmadığını demişdir. O isə pulun problem olmadığını bildirmişdir. Bundan sonra Playstation oynamağa gedib, saat 23 radələrində yaşadıqları mənzilə qayıtmışlar. Bir qədər oturub çay içdikdən sonra eyni otaqda yerdən sərilmiş döşəklər üzərində ayrı-ayrılıqda yatmışlar. 3 sentyabr 2022-ci il tarixdə saat 5 radələrində üzü üstə yatdığı zaman onurğa sümüyünə nəyinsə batdığını hiss edib, ağrıdan yuxudan oyanmışdır. Boynunu çevirib baxdıqda Təqsirləndirilən şəxs onun belinin üzərində oturub iki əli ilə bıçağı tutub dişlərini qıcıyaraq onu bıçaqla vurduğunu görmüşdür. Həm yuxulu və artıq qan getdiyi üçün halsız olduğuna görə: «ay Allah, Azər neynədin?»-deyə qışqırmışdır. Bu vaxt kiçik qardaşı Məhəmməd digər otağın qapısından daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs: «Məhəmməd, qardaşın özü-özünü bıçaqladı» deyə bildirmişdir. Azər bu sözləri deyərkən hələ də onun belində oturmuş vəziyyətdə olmuşdur. Elə bu sözləri deyib qurtaran kimi Azər əlindəki bıçaqla qardaşı Məhəmmədin üzərinə hücum çəkmişdir. Qanaxmadan halsız vəziyyətə düşdüyündən nələrin baş verdiyini tam dəqiqliyi ilə xatırlamır. Məhəmmədlə Azər savaşmağa başlamış və onlar döşəyin üzərinə yıxılmışlar. Qardaşı Məhəmmədin altda, Təqsirləndirilən şəxs isə əlində bıçaq qardaşının üzərində olduğunu xatırlayır. X4 daha cüssəli və güclü, Azər isə cılız olduğundan qardaşı Məhəmmədi öldürə bilməmişdir. Artıq öləcəyini düşünüb, heç olmasa qardaşının Azər tərəfindən öldürülməsinə mane olmaq üçün sürünə-sürünə gedib arxadan Azərin saçından tutaraq ona mane olmağa çalışmışdır. Qanaxma səbəbindən gücsüz vəziyyətə düşdüyü üçün əlləri ilə Azərin saçından yaxşı tuta bilməmişdir. Qardaşı Məhəmmədə qaçıb canını qurtarmasını bildirmişdir. Məhəmməd Azərin əlində olan bıçağın tiyəsindən tutub, ona batırılmasına mane olmuşdur. Azərə mane ola bilmədiyini görüb, digər otağın pəncərəsinə doğru gedib köməyə adam çağırmağa başlamışdır. Səhər saat 5 radələri olduğundan küçədə heç kim olmamışdır. Sadəcə olaraq pəncərədən: «kömək edin, bizi öldürürlər»deyə qışqırmağa başlamışdır. Bu zaman qardaşı Məhəmmədin çölə qaçdığını hiss etmiş, bıçağı Azərin əlindən alıb pəncərədən bayıra atdığını sonradan bilmişdir. Azər isə onun olduğu otağa keçmiş, qəzəblə ona baxıb stolun üzərində olan stəkanı əlinə alıb ona baxmış və daha sonra onu stolun üzərinə qoyaraq, masanın kənarında olan stulu götürüb onun başına çırpmışdır. Lakin o, pəncərənin kənarında yarım oturaq vəziyyətində olduğuna görə stol çırpılan zaman sol qolu və əli ilə onun qarşısına sipər etmişdir. Bu səbəbdən stul onun başına dəyməmişdir. Bundan sonra qardaşı Məhəmmədin otağa girdiyini görmüşdür. Buna görə Azər stulla ona başqa zərbə endirməmişdir. Bu zaman qardaşı Məhəmməd ona evdən qaçmasını bildirmişdir. Məhəmməd və Azər bir-biri ilə yaxın məsafədə ikisi də bir-birindən qorxmuş vəziyyətdə dayanmışlar. Sürünə-sürünə mənzildən bayıra çıxıb ikinci mərtəbəyə düşmüş və əzələləri boşaldığı üçün heç nə edə bilməyib orada dayanmışdır. Həmin vaxt üçüncü mərtəbədə yerləşən mənzilin qapısının qardaşı Məhəmməd tərəfindən çöldən tutulduğunu görmüşdür. O, isə var gücünü toplayaraq qardaşına: «ölürəm» demiş, rənginin göyərdiyini, qanaxmanın dayanmadığını görüb «Kəlimeyi-şəhadəti» deməyə başlamışdır. Bu zaman 4-cü mərtəbədən bir nəfər yaşlı qadının gəldiyini görmüşdür. Həmin qonşuya halsız olduğunu bildirib, asta səslə ondan əski parçası gətirməsini və yarasının üstünü sarımasını xahiş etmişdir. Həmin yaşlı qonşu qadın təxminən bir dəqiqədən sonra gəlmiş və əlindəki güllü qarışıq rəngli parça ilə boynunu sarıyaraq sıxmağa başlamışdır. Bundan sonra qonşu Arif kişi də gələrək həyəcanlı şəkildə polisə və təcili-tibbi yardıma zəng etmişdir. Təminən 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Daha sonra isə X8 avtomobili hadisə yerinə gəlmiş və onu xərəyə uzadaraq Sabunçuda yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Hadisənin şahidləri qonşu Şahid1 və orta yaşlarında qadın olmuşdur. Hadisədən sonra onun pul qabında 1.350 manat, qardaşının isə 200 manat məbləğində pul olmamışdır. Təqsirləndirilən şəxs onların pullarını götürüb, şahid saxlamamaq üçün onu və qardaşını öldürmək istəmişdir. Mülki iddiasının təmin edilməsini və təqsirləndiriən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə kirayə yaşamışdır. Anadolu Universetinin «Beynəlxalq ticarət və logistika» fakültəsinin tələbəsidir. «Bolt Food» şirkətində kuryer işləyir. Qardaşı və özü yay tətilində bir qədər pul toplamaq üçün işləmişlər. Hadisəyədək qeyd edilən ünvanda təxminən 6-7 aydır ki, kirayə yaşamışlar. Təqsirləndirilən şəxs tələbə yoldaşı Sərxana görə tanımışdır. Əvvəllər Sərxan da onların yaşadıqları ünvanda kirayə yaşamışdır. 2022-ci ilin avqust ayının sonunda Sərxan Ələt qəsəbəsində özünə iş tapdığından evdən çıxıb getmişdir. Azər və qardaşı ilə həmin mənzildə kirayə qalmaqda davam etmişlər. Azər ilə münasibətləri normal olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Bildiyinə görə sonuncu metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında simit satmışdır. 3 sentyabr 2022-ci il tarixdə gecə saat 5 radələrində kirayə qaldığı mənzilə gəlmişdir. Həmin vaxt mənzildə qardaşı Yaqub və Azər yataq otağında yerdən salınmış döşəyin üzərində yatdıqlarını görmüşdür. Əl-üzünü yuyub divanda uzanıb telefon ilə məşğul olmuşdur. Bir neçə dəqiqə sonra Azər oyanıb qonaq otağına keçmiş və onlar salamlaşmışlar. Azər işə tez gedəcəyi üçün həmişə yuxudan təqribən saat 5 radələrində qalxmışdır. Azər mətbəxdə çay hazırlamış və birlikdə çay içmişlər. Azər ona yatıb dincəlməyi tövsiyə edib, eyni zamanda günorta saat 12 radələrində zəng edib onu oyadacağını bildirmişdir. O, çay içdikdən sonra qonaq otağında pəncərənin yanında yerə sərilmiş döşəkdə uzanmış və bir neçə dəqiqədən sonra yuxuya getmişdir. Yuxudan qardaşının qışqırıq səsinə oyanmış, bu zaman qardaşının yerdə uzanıqlı vəziyyətdə, Azərin isə onun belində oturub boynuna bıçaqla vurduğunu görmüşdür. Dərhal Azərin üstünə cumub qardaşı Yaqubu öldürməsinə mane olmuşdur. Bu zaman Azər əlində həmin qara rəngli bıçaqla onun üzərinə hücum çəkmişdir. Azərdən nə baş verdiyini və nə səbəbə qardışını vurduğunu soruşmuşdur. Sonuncu ona: «Məhəmməd, şeytan məni aldatdı»-deyə cavab vermişdir. Azərə sakit olmasını və əlindəki bıçağı ona verməyini detmişdir. Mobil telefonu ilə 102-ə zəng etmək istədikdə Azər əlində bıçaqla üzərinə hücum çəkmişdir. Sonuncunun əlindən bıçağı almaq istəmiş və onlar əlbəyaxa olmuşlar. Azər bıçaqla onun kürəyinin sağ və sol tərəflərindən bir neçə dəfə vurmuşdur. Qorxudan Azərin əlindəki bıçağı tiyəsindən tutub sıxaraq əlindən almaq istəmişdir. Azərlə əlbəyaxa olarkən ayağı sürüşüb sonuncunun altına yıxılmış, Azərin əlində olan bıçağın tiyəsindən tutaraq onun qarnına və sinəsinə batırmasına mane olmuşdur. Fiziki cəhətdən ondan zəif olduğundan Azər onun qarnına və sinəsinə bıçaqla zərbə endirib öldürə bilməmişdir. Buna baxmayaraq Azər başı ilə onun sifət nahiyəsinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Onlar əlbəyaxa vəziyyətində yataq otağının pəncərənin qarşısına gəlmişlər. Qardaşı Yaqub isə dizləri üzərinə qalxıb pəncərədən qonşuları köməyə çağırmağa çalışmışdır. O, bir təhər bıçağı Azərin əlindən alıb pəncərədən bayıra atmış və dərhal evdən bloka çıxıb qonşuları köməyə çağırmışdır. Azər də onun ardınca qapıya qədər qaçmış və masanın üzərindən götürdüyü fincanı pilləkənlərdən arxası ilə atmışdır. O, pilləkənlərlə aşağıya düşmüş, bütün qonşuların qapısını döymüş, lakin, heç kim ona qapını açmamışdır. Belə olduqda Azərin qardaşını öldürməsindən ehtiyat etdiyi üçün dərhal mənzilə qalxmışdır. Bu zaman Azər qardaşı Yaqubdan aralanıb ona tərəf gəlmişdir. Qardaşı Yaquba evdən qaçmasını, tez bayıra çıxmasını dedikdən sonra bir qədər dəhlizə daxil olub Yaqubun qolundan tutub bayıra çıxartmışdır. Azər qonaq otağından ona tərəf baxaraq üzərinə təkrar hücum etmək istədikdə, tez mənzilin giriş qapısını bayır tərəfdən özünə tərəf bağlayaraq sıxıb saxlamışdır. Bu zaman bir mərtəbə yuxarıda qalan qonşu Şahid1 və yanında olan orta yaşlarında qonşu qadın aşağıya düşərək qapını tutub saxlamaqda ona köməklik etmişdir. Azər isə içəridən qapını özünə tərəf çəkərək bayıra çıxmaq istəmişdir. O, həmin qadına təcili təmiz dəsmal gətirib qardaşının boynuna sıxmasını xahiş etmişdir. Sonuncu tez mənzilinə qalxmışdır. Qonşusu Arifdən isə polisə və X8a zəng etməsini xahiş etmişdir. Arif aşağıya düşmüş, qadın isə təmiz dəsmal gətirərək qardaşının boynuna sıxıb binadan çıxartmışlar. Hadisənin şokundan polislər gələnədək qapını sıxıb saxlamışdır. Bir az keçmiş Nizami RPİ-in 25-ci PŞ-in əməkdaşları gəlmiş, polislər ondan qapını buraxmasını tələb etmişlər. Polislərə Azərin içəridə olduğunu demiş və polislər silahlarını çıxarıb mənzilə daxil olmuşlar. Mənzildə Azəri axtarsalar da, tapa bilməmiş və birlikdə aşağıya düşmüşlər. Həmin vaxtı qardaşı Yaqubu X8 maşını xəstəxanaya aparmışlar. O, yenidən mənzilə qalxmışdır ki, özünə təmiz paltar götürsün. Mənzildə olarkən qonaq otağında masanın üzərində qardaşına məxsus pul kisəsinin içərisinə baxdıqda 1350 pulunun olmadığını görüb, özünə məxsus pul kisənin də içərisinə baxdıqda 200 manat pulunun götürülməsini müəyyən etmişdir. Bundan sonra X8 maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. Həkimlər onun kürək nahiyəsinə tikiş qoymuş, qardaşını isə cərrahi əməliyyat etmişlər. Təqsirləndirilən şəxs onların pullarını götürüb, şahid saxlamamaq üçün qardaşını və onu öldürmək istəmişdir. Mülki iddiasının təmin edilməsini və təqsirləndiriən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi bina 23, mənzil 12-də yaşayır. "xxxx" QSC-də sürücü işləyir. Onun yaşadığı mənzildən bir mərtəbə aşağıdakı evdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kirayə yaşamasından xəbəri olmuşdur. Onun Yaqub və Məhəmməd ilə münasibətləri yaxşı olmuşdur. Onların hər ikisinin tələbə olmasını bilmişdir. Eyni zamanda onların hər ikisi çox tərbiyəli və əxlaqlı şəxslər olmuşdur. Həmişə qonşulara nəzakətlə yanaşmış və hörmət etmişlər. Həmçinin Yaqub və Məhəmməd qardaşlarının yay tətili olduğu üçün özlərinə müvvəqqəti olaraq iş tapıb işləməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs isə heç vaxt tanımamışdır. 3 sentyabr 2022-ci il tarixdə səhər saat 6 radələrində yaşadığı mənzildə anası Rəfiqə ilə olan zaman bir anda aşağıdakı mənzildən kiminsə ayağını zərbə ilə döşəməyə vurmasını eşitmişdir. Bir anlıq nə baş verdiyini başa düşməmişdir. Bu vaxt anası Rəfiqə qonaq otağının pəncərəsindən bayıra aşağıdakı mənzilə baxdıqda Yaqub və Məhəmmədin qaldığı mənzilin pəncərəsinin çərçivəsində qan ləkələrini görmüşdür. Anası tez ona bu barədə dedikdə o, DİN-in 102 zəng mərkəzinə zəng edib mobil telefonu anasına vermişdir ki, hadisə haqqında məlumat versin. Özü isə dərhal mənzildən çıxıb bir mərtəbə aşağı düşdükdə Məhəmmədin kirayə yaşadığı mənzilin bayır tərəfindən qapını tutub sıxıb saxladığını, eyni zamanda Yaqubun isə pilləkənlərdə dayanmasını və boynundan qan axmasını görmüşdür. Bu vaxt anası da aşağı düşmüşdür. Məhəmməd onun anasından evdən təmiz dəsmal gətirib Yaqubun yarasına sıxıb saxlamasını xahiş etmiş, o isə Məhəmmədə qapını sıxıb saxlamaqda köməklik etmişdir. Həmin anda o, təkrar DİN-in 102 zəng mərkəzinə zəng edib məlumat vermişdir. Bir az keçmiş aşağı düşmüş, bu vaxtı X8 maşını gəlmiş və Yaqubu 3 saylı klinik xəstəxanasına aparmışlar. Bundan sonra o da polislər ilə birlikdə mənzilə qalxmışdır. Mənzildə axtarış aparan zaman məlum olmuşdur ki, Azər pəncərədən qaçaraq çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra ikinci X8 avtomobili gəlmiş və Məhəmmədi də 3 saylı klinik xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi ev 6, mənzil 60-da yaşayır. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. X3 isə onunla bir qəsəbədə yaşamışdır. Onun Azər və Sərxanla düşmənçiliyi və ədavəti olmamışdır. Vətən müharibəsi iştirakçısıdır. 3 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Ələt qəsəbəsində olarkən Təqsirləndirilən şəxs ona zəng edib Ələt qəsəbəsinə gəldiyini və birlikdə Playstation oynamaq istədiyini bildirmişdir. Azərlə razılaşaraq onu gözlədiyini demişdir. Saat 12 radələrində Şahid5, X2 və Azərlə Ələt qəsəbəsində onların yaşadığı binanın qarşısında görüşmüşlər. Azərin axsadığını görüb ondan nə baş verdiyini soruşmuş, sonuncu ayağına mismar batdığını demişdir. Onlar birlikdə marketə getmişlər. Marketdə energetik içki, pivə və siqaret almışlar. Aldıqları məhsulların pulunun müəyyən bir miqdarını onlar Azərə vermiş, sonuncu maaş aldığını deyərək 2 ədəd 20 manatlıq çıxardıb satıcıya vermişdir. Bundan sonra onlar playstation salonuna gedib, oyun oynamağa başlamışlar. Bir qədər keçmiş iki mülki geyimli polis əməkdaşı gəlib Azəri aparmışlar. Azər törətmiş olduğu hadisə barədə onlara məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş qismində dindirilmiş Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, "xxxx" MMC-də sürücü işləyir. İşlədiyi şirkətin şirniyyat mallarını müxtəlif yerlərə, mağazalara, o cümlədən Azər kimi fərdi qaydada şirniyyat satış ilə məşğul olan şəxslərə paylanmasını həyata keçirir. 3 sentyabr 2022-ci il tarixdə saat 7 radələrində Azər ona zəng edib kirayədə qaldığı uşaqlarla dava etdiyini və həmin gün işləməyəcəyini ona bildirmişdir. Azərin yalan deyib-demədiyini müəyyənləşdirmək üçün sonuncunu metronun 28 May stansiyası yaxınlığına çağırmışdır. Yarım saatdan sonra Azər həmin yerə gəlmişdir. Həmin vaxt Azərin ayağında ayaqqabısı və corabları olmamışdır. Azər həmin gün işləməyəcəyini, mənzildə birlikdə yaşadığı uşaqlarla dava etdiyini və qorxub qaçdığını, həmçinin rayona evə gedəcəyini demişdir. Bundan sonra Azər çıxıb getmiş və o da şiniyyatları paylayaraq işinə davam etməyə başlamışdır. Sonralar Azərdən xəbəri olmamışdır. Azərin işi ilə bağlı istintaq orqanına çağırışa gəldiyi zaman Azərin barəsində cinayət işi olduğunu öyrənmişdir. Sonuncu ona kiməsə bıçaq xəsarəti yetirdiyini deməmişdir. Cinayət işinin 1-ci cildinin 8-28-ci vərəqlərindəki 3 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanıdır. Bina 5 mərtəbəli binadır. Qeyd edilən mənzil binanın 3-cü mərtəbəsində yerləşir. Binaya giriş blok tərəfdən dəmir qapılardan ibarətdir. Pilləkənlərlə yuxarı qalxdıqda daşın üzərində qan ləkələri müşahidə olunur. Pilləkənlərdən sol tərəfdə ağ rəngli dəmir qapı vardır. Mənzilin girişi dar holdan ibarətdir. Girişdən sağ tərəfdəki otağın qapısı taxtadandır. Həmin otağın qapısı bağlıdır. Girişdən solda sanitar qovşaq və mətbəx yerləşir. Dəhlizin sonunda qonaq otağı, sağında isə yataq otağı vardır. Mənzildə əşyalar dağınıq vəziyyətdir. Zalın otaq pəncərəsinin qarşısında və taxta materialdan olan döşəmənin üzərində qanabənzər ləkələr vardır. Eyni zamanda yataq otağının divarlarında da qan ləkələri vardır. Yerə sərilmiş döşəyin üzərində qan ləkələri olmuşdur. Ekspert kriminalist tərəfindən qonaq otağının pəncərəsinin qarşısında olan, mənzilə giriş hissədə pilləkənlərin üzərində olan, yataq otağında divarlarda və döşəyin üzərində olan qanabənzər ləkələrdən hopdurulma üsulu ilə nümunə götürülmüş və döşəkdən qanabənzər izlər olan hissə kəsib götürülmüşdür. Bundan başqa baxış zamanı həmin yaşayış binasının həyətyanı sahəsində beton örtüyün üzərində 1 ədəd tutacağı qara rəngli üzərində qanabənzər ləkələr olan bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqindəki 3 sentyabr 2022-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 920 manat nağd pul və 10 manat 60 qəpik dəmir pullar sübut əhəmiyyətinə malik olduğunu nəzərə alınaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 180-181-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 9 sentyabr 2022-ci il tarixli 818 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol qaşüstü nahiyənin şişkinlik halında əzilməsi; sağ kürəkaltı nahiyənin və sol tərəfli Vİİİ-İX qabırğalar səviyyəsinin yaraları; qarnın ön səthinin, sağ əlin ovuç səthinin, sol saidin ön səthinin çızıqlan; sağ kürək nahiyəsinin sıyrığı olmuşdur. Qeyd olunan sol qaşüstü nahiyənin şişkinik halında əzilməsi və sağ kürək nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, digər xəsarətlər deşiçi-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 3 sentyabr 2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də, özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 1-ci cildinin 177-178-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 843 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddən alınan məlumatlara, ilk məlumata əsaslanaraq onda udlağın zədələnməsi ilə müşayiət olunan boynun sol yan səthinin 1 (bir) ədəd, sol plevra boşluğuna nüfuz edən boynun arxa səthinin 1 (bir) ədəd, boynun sağ yan səthinin 1 (bir) ədəd ümumilikdə 3 (üç) ədəd deşilmiş kəsilmiş yaraları; sol bazunun bayır səthinin sıyrığı deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) ola bilsin ki, bıçağın, sıyrıq isə bərk küt əşyanın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 3 sentyabr 2022-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə «udlağın zədələnməsi ilə müşayiət olunan boynun sol yan» və «sol plevra boşluğuna nüfuz edən boynun arxa səthlərinin deşilmiş-kəsilmiş yaraları» həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, «boynun sağ yan səthinin deşilmiş-kəsilmiş yarası» sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sıyrıq isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd edilən xəsarətlər şəxsin özü yıxılma və ya özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin 2-ci cildinin 16-17-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 6 sentyabr 2022-ci il tarixli 820 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol körpücükaltı nahiyənin, döş qəfəsinin arxa səthinin sol yarısının, sağ saidin ön səthinin, sağ ayaq-pəncəsinin üst səthinin sıyrıqları; sağ əlin ovuç səthinin İ barmağın əsas falanqasının səthi kəsilmiş yarası; sol ayağın çöl topuq və daban nahiyəsinin şişkinlik halında əzilməsi və daban nahiyəsinin sıyrığı olmuşdur. Qeyd olunan səthi kəsilmiş yara iti kənara malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 3 sentyabr 2022-ci il tarixdə alınmaları mümkündür və həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, səthi kəsilmiş yara Təqsirləndirilən şəxs özü tərəfindən özünə yetirilməsi nəticəsində törənə bilərdi, sol ayağın çöl topuq və daban nahiyəsinin şişkinlik halında əzilməsi və sıyrığı müxtəlif şəraitlərdə (həm kənar şəxs tərəfindən, həm də ki, hündürlükdən yıxılma nəticəsində) törənə bilərdi, digər xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı olmamışdır. Cinayət işinin 2-ci cildinin 87-91-ci vərəqlərindəki maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 1 noyabr 2022-ci il tarixli 646/MTBŞ-2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: 0(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: 0(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus mayka, hadisə yerindən götürülmüş 1 ədəd bıçaq, parça kəsiyi və 2 ədəd çubuqlu pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «H» antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri O alfa,beta (İ) qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Cinayət işinin 2-ci cildinin 93-98-ci vərəqlərindəki maddi sübutların kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının məhkəməkriminalistik tədqiqinə dair 17 noyabr 2022-ci il tarixli 522/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus qısaqol maykanın ön səthinin orta hissəsində bir ədəd dəlib-keçən zədə vardır. Bu zədə kəsilmiş zədədir, kəsici kənara malik hər hansı bir iti alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs2 məxsus qolsuz maykanın üzərində olan kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs2 məxsus qısaqol maykanın ön səthinin orta hissəsində olan zədə ilə onun bədəninin qarın nahiyyəsində olan xəsarət yerləşməsinə görə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs2 bədən səthində olan digər xəsarətlərə uyğun təqdim edilmiş maykanın üzərində uyğun zədə aşkar edilmədi ki, buda maykanın quruluşu, xəsarətlərin xarakteri və bədənin mayka ilə örtülü olmayan nahiyyələrində yerləşməsi ilə izah oluna bilər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Təqdim edilmiş bıçağın kəsici kənarının (ülgücün) üzərində çoxsaylı zədalar va tiyənin ucunun öz oxu boyu sağa doğru əyilməsi var. Bu zədələr küt mexanizmdən, bıçağın tiyəsinin hər hansı bir sərt predmetlə qarşılıqlı təsiri nəticəsində törənməyə uyğun gəlir. Xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, bıçağın üzərində olan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkün deyil. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat zamanı aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimidir: maykanın ön səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fizikikapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma va dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Maykanın arxa səthində olan əsas ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və az dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma, bir ləkə isə axıntı xarakterli ləkələrdir. Maykanın arxa səthinin sağ yarısının aşağı hissəsində olan ləkələr qan mənbəyinə (qanlı səthlə) əlavə impuls verməklə əmələ gəlmiş sıçrantı xarakterli ləkələrdir. Bıçağın tiyəsinin sol yan səthində olan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və dinamiki kontakt hesabına yaxma xarakterli ləkələr kimi, tiyənin sağ hissəsində və dəstək nahiyəsində olan ləkələri statik kontakt nəticəsində əmələ gəlmiş ləkə kimi qiymətləndirmək olar. Parça kəsiyinin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma və qan mənbəyindən öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələrdir. Hadisə yerindən pambıq topalarında götürülmüş nümunələrdə qanın ilkin forma və morfoloji əlamətləri dəyişdiyindən, həmin ləkələrdə qanın əmələ gəlmə mexanizmini təyin etmək mümkün deyil. Cinayət işinin 2-ci cildinin 19-22-ci vərəqlərindəki kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 2486 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, yaddaş, təfəkkür vi s.), əqli və intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri qeydə alınmır. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, söz götürməmək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt veziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Hadisə baş veran vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin 1-ci cildinin 175-ci vərəqindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin 2-ci cildinin 123-155 vərəqlərindəki 22 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, iş üzrə cinayətdə istifadə olunmaqla hadisə yerindən götürülmüş 1 ədəd mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli, qısaqol mayka, hadisə yerindən götürülmüş 2 ədəd tampona hopdurulmuş qan nümunələri, hadisə yerində yerə sərilmiş döşək üzündən kəsilmiş parça hissəsi, təqsirləndirilən şəxs Azər Zeylanovun üzərindən götürülmüş 920 manat kağız əskinas nağd pul və 10 manat 60 qəpik dəmir pullar 22 dekabr tarixli qərarla maddi sübut kimi kimi tanınmış, bıçaq, paltarlar, döşək kəsiyi, qan nümunələri Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına, pullar isə saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğun maddi-texniki təminat şöbəsinin mühasibatlığına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 70-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 139-142-ci vərəqlərindəki Bakı şəhəri Nizami rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 3 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdəki Zərərçəkmiş şəxs1 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 12.550 (on iki min beş yüz əlli) manat maddi ziyanın təqsirləndirilən şəxsdən tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs2 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, ona dəymiş 1.600 (min altı yüz) manat ziyanın təqsirləndirilən şəxsdən tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə təqsirli bildiyini, 29,120 və 181-ci maddələri ilə təqsirli bilmədiyini göstərdi. Həmin hissədə onun ifadəsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş çoxsaylı protokollar, foto cədvəllər və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, həmin hissədə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Belə ki, işdəki məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 843 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 udlağın zədələnməsi ilə müşayiət olunan boynun sol yan səthinin 1 (bir) ədəd, sol plevra boşluğuna nüfuz edən boynun arxa səthinin 1 (bir) ədəd, boynun sağ yan səthinin 1 (bir) ədəd ümumilikdə 3 (üç) ədəd deşilmiş kəsilmiş yaralarının qərarın təsviri hissəsində göstərilən şəraitdə (Zərərçəkmiş şəxs1 yatmış vəziyyətdə olarkən) alınmaları istisna olunmur. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi kimi, yəni ayaqüstə uzbəüz əlbəyaxa münaqişə zamanı Zərərçəkmiş şəxs1 boynunun sol yan, sağ yan və arxa səthindən xəsarətlər yetirməsi faktının mümkünlüyünü ağlabatan hesab etmir. Bundan əlavə, Nizami RPİ-də Təqsirləndirilən şəxs 920 manat nağd pul və 10 manat 60 qəpik pulları könüllü təqdim etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində hadisədən əvvəlki gün Təqsirləndirilən şəxs Playstation oynamağı təklif edərkən sonuncunun pulunun olmadığını dediyini bildirmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs müdafiə xarakterli ifadəsi ilə ziddiyyət təşkil etməklə onun ifadəsini təkzib edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməli, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 3 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə verilmiş mülki iddiaları müzakirə edərək aşağıda göstərilən qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, iş üzrə verilmiş mülki iddiaların tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ərizələrdə göstərilmədiyindən zərərçəkmiş şəxslərin mülki iddiaları baxılmamış saxlanılmalı və onlara Azərbaycan Respublikası CPM-in 180.3cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli, qısaqol mayka, hadisə yerindən götürülmüş 2 ədəd tampona hopdurulmuş qan nümunələri, hadisə yerində yerə sərilmiş döşək üzündən kəsilmiş parça hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxs Azər Zeylanovun üzərindən götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğun maddi-texniki təminat şöbəsinin mühasibatlığına təhvil verilmiş 920 manat kağız əskinas nağd pul və 10 manat 60 qəpik dəmir pullar isə zərərçəkmiş şəxslərə qaytarılmalıdır. İş üzrə ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9, 29, 120.2.11-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaları baxılmamış saxlanılsın və onlara Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli, qısaqol mayka, hadisə yerindən götürülmüş 02 ədəd tampona hopdurulmuş qan nümunələri, hadisə yerində yerə sərilmiş döşək üzündən kəsilmiş parça hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxs Azər Zeylanovun üzərindən götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğun maddi-texniki təminat şöbəsinin mühasibatlığına təhvil verilmiş 920 manat kağız əskinas nağd pul və 10 manat 60 qəpik dəmir pullar isə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar