Məhkəmə qərarları › İş №1(101)-692/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-692/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-692/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X15, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, müdafiəçi, “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində tanışı Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” deyilən kafedə keçirilən ad günü məclisində iştirak edərək spirtli içki olan araq qəbul edib yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmaqla məclisin qurtarmasından sonra tanışları Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 ilə birlikdə kafedən çıxaraq idarə etdiyi “Vaz 2106” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin gün saat 21:30 radələrində yaşadıqları Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyinə gələrək 7 və 10 saylı binaların arasındakı yolda avtomobili saxlamış, Şahid1, Şahid4 və Şahid5 düşüb getsələr də Zərərçəkmiş şəxs avtomobildən düşməyərək onunla söhbəti olduğunu bildirib iki gün əvvəl, yəni 07 mart 2023-cü il tarixdə yuxarıda adları çəkilən ortaq tanışlarının narkotik vasitə istifadə edib-etməmələri ilə bağlı polis əməkdaşları tərəfindən sahə məntəqəsinə aparılaraq sorğu-sual edilmələrinə görə qəsəbə ərazisində adını “polislərin xəbərçisi” kimi hallandırmasına etirazını bildirərək buna aydınlıq gətirməsini tələb edərkən aralarında mübahisə yaranmış, avtomobildən düşərək mübahisələrini davam etdirərkən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qisas almaq niyyətilə sonuncunu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə idarə etdiyi avtomobilin saxlanc yerindən götürdüyü bıçaqla çiyin, boyun və sinə nahiyələrinə zərbələr endirərək sol çiyinüstü və boyunun sol yan səthinin sıyrıqları ilə müşayiət edilən, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, eləcə də ürəyin sol mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olub ölümünə səbəb olan, sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən əvvəl Elbrusla onun arasında heç nə baş verməmişdir. Dostları Ramil uşağına ad günü qeyd etmək üçün yolun kənarında “Lələtəpə” adlı şadlıq evində məclis təşkil etmişdir. O, məclisə bir az gec getmişdir. O, məclisə atasının “06” markalı maşını ilə getmiş, maşını özü sürmüşdür. O, gələndə görmüşdür ki, hər kəs məclisdədir, Sənan, Elbrus, Əfqan, Ramil, Sadiq, Samir, Nicat və digər dost tanışlar oturmuşdur. O, gələndən sonra Ramil ona yer göstərmiş, ofisiant ona qulluq etmişdir. Onlar 2-3 qədəh araq içmiş, sonra yavaş-yavaş məclis dağılmağa başlamış, hamı bir-bir məclisdən çıxmağa başlamışdır. Ramil hesabı bağlamağa getmiş, o da dostu Xalidlə söhbət etməyə başlamış və hamı çölə çıxmışdır. Qayıdanda uşaqlara demişdir ki, kimin maşını yoxdursa gəlsin bir yerdə getsinlər. Nicat özü gəlmiş, sonra Elbrus və Əfqanı çağırmışdır. Sonra Samir gəlmişdir. Onlar maşına oturmuş və yola düşmüşlər. Maşını o, idarə etmişdir. Onlar gedərkən yolda Sadiqin piyada getdiyini görmüşlər. Onlar maşına Sadiqi də oturtmuşlar. 5 dəqiqə gedəndən sonra onlar gəlib binanın qarşısına, yəni 7 və 10-cu binanın arasına çatmışlar. Elbrusun yaşadığı bina da bunların yaxınlığında yerləşmişdir. Maşından ilk öncə Sadiq, Samir və Nicat düşmüşdür. Elbrus düşməmişdir. Onlar Elbrusdan düşəcəyini soruşmuş, Elbrus da demişdir ki, “ayın 7-si onları tutanda demişlər ki, sən demisən ki, polislərə xəbər verən guya mən olmuşam”. O da “bunu mən deməmişəm, deyənlər deyir” cavabını vermiş, Elbrus da deyənlərin içində onun da adının olduğunu bildirmişdir. Onlar mübahisə etməyə başlamışlar. Daha sonra mübahisə edərkən o, birdən Elbrusun əlində bıçaq görmüşdür. Həmin zaman Nicat da onlara yaxınlaşmışdır. Nicat bıçağı tez Elbrusun əlindən almışdır. O, Elbrusdan belə bir şey gözləməmişdir. Nicat Elbrusla bir yerə uzaqlaşmışdır. O da maşından bıçaq götürüb maşının arxasında dayanmışdır, Elbrusa tərəf getməmişdir. Nicat Elbrusu aparandan sonra onun yanına gəlmişdir. O, bıçağı götürüb maşının qapısını örtərkən Nicat onun əlində bıçağı görmüş və ondan almağa çalışmışdır. O, bıçağı verməmişdir, Nicata əsəbləşib demişdir ki, “görmürsən onun da əlində bıçaq var”. Sonra birdən Elbrus söyüş söyə-söyə onun üstünə gəlmişdir. O, bıçağı Elbrusun qol tərəfinə atmışdır, lakin bıçağın onun harasına dəydiyini bilməmişdir. Nicat da onun əlindən bıçağı almağa çalışmışdır. Nicat Elbrusla onu ayırmış və Elbrusu binaya tərəf itələmişdir və demişdir ki, o tərəfə getsin. Nicat ondan bıçağı nə qədər almağa çalışsa da o, verməmişdir, Elbrus gəlib birdən ona nəsə edə biləcəyini demişdir. Sonra o, gəlib maşına oturmuş, öz evlərinə bina 2, mənzil 6-ya getmişdir. O, Elbrusa bıçaq vurduğunu, amma haradan vurduğunu bilmdədiyini anasına demişdir. O, anasını götürüb Qobu parka gəlmişdir. Anasını xalasıgilə aparanda yolda dostu Tural ona zəng edib Elbrusla dalaşdığını soruşmuşdur. O da nə olduğunu soruşmuş Tural ona Elbrusun öldüyünü demişdir. O da bir bıçaq zərbəsinə adamın ölməsinə inanmadığını demişdir. O, yuxarı çıxmış, xalasıoğluna həqiqətən belə bir hadisənin baş verməsi ilə maraqlanmasını demişdir. Xalasıoğlu dəqiqləşdiib məlumatın düz olduğunu demiş, o, xalasıoğlugildə paltarını dəyişmiş və 10-cu Polis bölməsinə gedib təslim olmuş və hadisəni törətdiyini etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərdi ki, onun bir qızı, bir oğlu vardır. Qızı ailəlidir. Əri rəhmətə getmişdir, özü məcburi köçkündür. Elbrus onunla bir yerdə qalmışdır. Həmin gün o, işdə olmuş, işdən Elbrusa zəng edib evdə olub-olmadığını soruşmuşdur. Elbrus ona ad gününə gedəcəyini demişdir. O, saat 7-8-də evə gəlmiş, yemək hazırlamışdır. Elbrusa zəng etmiş, lakin zəng çatmamışdır, mesaj yazmışdır. Elbrusu evə gətirməmişdən 1 saat öncə ona mesaj yazmışdır ki, “ata hardasan?”. Mesaj çatsa da, Elbrus mesajı oxumamışdır. O da fikirləşmişdir ki, yəqin başı qarışıqdır. Bir az yemək yemiş, demişdir ki, Elbrus gələr, daha sonra bir yerdə yeyərlər. Sonra narahat olmağa başlamışdır, hiss etmişdir ki, nəsə olmuşdur. Həmin vaxt qapı döyülmüş, qaynının oğlu Seymur gəlmişdir. Elbrusu gətirdiyini, Elbrusun içkili olduğunu, yıxıldığını demişdir. O, qapıya yaxınlaşmış, qaynının oğlunun Elbrusu maşından düşürtdüyünü görmüşdür. Elbrusun üst-başı açıq, başı gözü su içində idi. O da düşünmüşdür ki, dostlarına qoşulmuş, təsirə düşmüş, çox içki içmişdir. Elbrus özündə olmamış, gözləri açılmamış, zarıldamışdır. Elbrusu divana uzatdıqları zaman qaynının oğlu deyəsən bunun içki söhbəti olmadığını demişdir. Elbrusun üstündə onun vurulduğuna dair heç bir göstərici olmamışdır. O, əyilmiş, Elbrusun üzünə baxaraq demişdir ki, “gözünü açıb mənə bax, de görüm nə olub, sənə heç nə etməyəcəyəm”. Sonra qonşular gəlmişlər, telefonuna dayanmadan zəng gəlmişdir. Axırıncı dəfə qardaşı zəng etmiş, telefonu açıb demişdir ki, tez gəlsin, Elbrus yaxşı deyildir. O, Elbrusun paltarını dəyişəndə əlini bədəninə vurmuşdur, Elbrusun bədəni buz kimi olmuşdur, onda qışqırmışdır. Elbrus heç nə deməmiş, can verdiyini görmüşdür. Daha sonra qardaşı gəlmiş, əli ilə Elbrusun sinəsini sıxmış, onda hiss etmişdir ki, uşaq ölür. O, Elbrusun yaxınına bir az əyilmiş və nə olduğunu soruşmuş, Elbrus xırıltılı səslə ona ürəyinin dayanacağını, pəncərəni açmağı demişdir. O, çevrilmişdir ki, onun paltarını götürsün, çevriləndə oğlunun öldüyünü görmüşdür. Hər kəs Elbrusu Mehmanın vurduğunu bilir. O, ehtimal edir ki, Mehmana kimsə göstəriş vermişdir ki, Elbrusu öldürsün. Elbrus məhlədə xəbərçilik etmək məsələsi ilə bağlı mübahisə etmişdir, amma kiminlə mübahisə etdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, dostları Raminin oğlunun ad gününə getmiş, ad gününün bitməyinə az qalmış Mehman restorana gəlmişdir. Onlar çöldə dayanmışlar. O, çölə çıxanda Elbrus ona Əfqanla mübahisə etdiyini demişdir. O, çölə çıxanda artıq mübahisə qurtarmışdır. Sonra Elbrus, o, Samir, Sadiq Mehmanın maşını ilə məhəlləyə gəlmişlər. Maşından düşüb bir az getmiş, birdən səs-küy eşitmişdir. Görmüşdür ki, Elbrusla Mehman mübahisə edir, bir-birilərinə söyüş söyürlər. Sonra Elbrus maşının qapısını açmış, maşından düşüb Mehmana yumruq vurmuşdur. Bundan sonra Mehman da maşından düşmüşdür. O, onları bir-birindən uzaqlaşdırmağa çalışmışdır. Həmin vaxt Elbrus cibindən balaca bıçaq çıxartmış, o, bıçağı Elbrusun əlindən alıb kənara atmışdır. Sonra o, Elbrusu onlar tərəfdə olan “Qarabağ” marketə aparmış, ona demişdir ki, “sən burada qal, gəlmə”. O, qayıdanda görmüşdür ki, Elbrus arxasınca gəlir. Elbrus gəlmiş, yenə söyüş söymüşdür. Sonra Mehman gedib maşından bıçaq götürmüşdür. O, Mehmanın əlini tutmuş, and-aman etmişdir ki, bıçağı buraxsın. Sonra Elbrus yenə söyüş söymüşdür. Mehman ondan sonra onu itələmiş, bıçağı Elbrusa atmışdır. Bıçaq Elbrusa dəymişdir. Onlar həmin vaxt bıçağın Elbrusa dəydiyini bilməmişlər. Daha sonra o, evə getmişdir. Gecə eşitmişdir ki, Elbrus rəhmətə getmişdir. Məhəlləyə düşmüş və görmüşdür ki, çoxlu polislər var. Daha sonra Mehman özü gedib polisə təslim olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. X11 mübahisəsi olmuşdur. O, həmin şəxslərin niyə mübahisə etdiyini bilməmişdir. Mehman restorana təxminən 9-a qalmış, məclis yekunlaşana yaxın gəlmişdir. Elbrusla Mehmanın mübahisəsinin səbəbini bilməmişdir. Samir, Sadiq, o maşından düşüb birlikdə getmişlər. O, səs-küyü eşidib qayıtmışdır. Onlar maşında olanda heç bir mübahisələri olmamışdır. Mehman Elbrusa bıçaq vuranda o, görmüşdür, amma Elbrusun xəsarət aldığını bilməmişdir. O, Elbrusun xəsarət aldığını bilsəydi, onu orada köməksiz qoymazdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onlar Müşfiqabad qəsəbəsində dostlarının oğlunun ad gününə getmişlər. Ad günü qurtarandan sonra Mehmanın maşını ilə evə getmişlər. Sadiq və o, yolun yarısında maşından düşmüş, pivə içmək üçün kafeyə getmişlər. Sonra çıxıb evə getmişlər. Evə gələndə eşitmişdir ki, mübahisə düşmüş, Elbrus rəhmətə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o, Elbrusla Mehman mübahisə edən zaman orada olmamışdır. Elbrusla Mehmanın əvvəl münasibətləri yaxşı olmuşdur. O, özü narkotik vasitə istifadəçisi deyildir. Sadiqgilin də narkotik vasitə istifadə etdiyini görməmişdir. Polis əməkdaşları bu hadisədən əvvəl Əfqan, Sadiq, Nicat və onu polis bölməsinə aparmışlar, amma nə üçün apardıqlarını deməmişlər. Hadisə yerindən Sadiqlə onun düşdüyü yerə qədər bir az məsafə vardır. Onlar məhəllədə baş verən səs-küyü eşitməmişlər. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində Şahid4 göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyində bıçaqla vurub öldürməsi, aralarındakı mübahisənin səbəbinin nə olması, bu mübahisənin kim tərəfindən başlanması və ya təşəbbüskarının kim olması, nəyə görə bir-biri ilə dava-dalaş etməsi haqda konkret olaraq heç nə eşitməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyi zamanı onlar orada olmamış, həmin mübahisəni, dava-dalaşı şəxsən görməmiş, Mehmanın Elbrusla avtomobildə mübahisə etməsindən, sonra avtomobildən düşüb bir-biri ilə dava-dalaş etmələrindən və nəticədə bıçaqla Elbrusu vurmasından həmin vaxtlar xəbəri olmamış, eləcə də xx.xx.2023-cü il tarixdə, axşam saatlarında ad günü məclisindən sonra “Lələtəpə” deyilən kafenin giriş qapısının qarşısında Əfqanla Elbrusun arasında sözlə mübahisə olsa da, həmin tarixdə məcburi köçkün şəhərciyində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürməsində Şahid3 heç bir rolu, iştirakı, təsiri və ya müdaxiləsi olmamış, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməsində heç kimin iştirakı olmamış, həmçinin 07 mart 2023cü il tarixdə, günorta saatlarında Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının onları narkotik vasitə istifadə edib-etmədikləri ilə bağlı polis sahə müvəkkilinin xidməti otağına aparıb sorğu-sual etmələri ilə bağlı Təqsirləndirilən şəxs onları “polisə xəbərləyən şəxsin” Zərərçəkmiş şəxs olduğunu deyərkən onlar Mehmanın bu sözlərinə inanmamış, bunun mümkün olmadığını demişlər (cild 1, iş vərəqi 235-241). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onlar dostlarının oğlunun ad gününə getmiş, məclis bitəndən sonra o, Samir, Nicat və Elbrus Mehmanın maşını ilə məhəlləyə gəlmişlər. Samirlə o, məhəllədə düşmüş və getmişlər. Onlar gedəndən sonra mübahisə baş vermişdir. O, baş verən mübahisəni görməmişdir. Maşında gələn zaman da mübahisə olmamışdır. Daha sonra eşitmişlər ki, Elbrusla Mehmanın mübahisəsi olmuşdur. Onlar bunu eşidəndə Elbrusun öldüyünü bilməmişlər. O, Elbrusun rəhmətə getməsindən gecə saat 3-4-də xəbər tutmuşdur. Bu hadisədən 2-3 gün əvvəl narkotik vasitədən istifadə etdiklərini düşünüb onları yoxlanış üçün bölməyə aparmışlar. Sonra heç nə aşkarlanmadığı üçün onları sərbəst buraxmışdırlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, bu hadisə axşam təxminən saat 11-də baş vermişdir. Samirlə o, mübahisə baş verdiyini bilməmişlər, səs-küy eşitməmişlər. Hadisə baş verən gün Mehman içkili olmuş, o, Elbrusun onları polisə satması haqqında heç nə eşitməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində Şahid5 göstərmişdir ki, onlar xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyində bıçaqla vurub öldürməsi, aralarındakı mübahisənin səbəbinin nə olması, bu mübahisənin kim tərəfindən başlanması və ya təşəbbüskarının kim olması, nəyə görə bir-biri ilə dava-dalaş etməsi haqda konkret olaraq heç nə eşitməmiş, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyi zamanı onlar orada olmamış, həmin mübahisəni, dava-dalaşı şəxsən görməmiş, Mehmanın Elbrusla avtomobildə mübahisə etməsindən, sonra avtomobildən düşüb bir-biri ilə dava-dalaş etmələrindən və nəticədə bıçaqla Elbrusu vurmasından həmin vaxtlar xəbəri olmamış, eləcə də xx.xx.2023-cü il tarixdə, axşam saatlarında ad günü məclisindən sonra “Lələtəpə” deyilən kafenin giriş qapısının qarşısında Əfqanla Elbrusun arasında sözlə mübahisə olsa da, həmin tarixdə məcburi köçkün şəhərciyində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürməsində Şahid3 heç bir rolu, iştirakı, təsiri və ya müdaxiləsi olmamış, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməsində heç kimin iştirakı olmamış, həmçinin 07 mart 2023cü il tarixdə, günorta saatlarında Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının onları narkotik vasitə istifadə edib-etmədikləri ilə bağlı polis sahə müvəkkilinin xidməti otağına aparıb sorğu-sual etmələri ilə bağlı Təqsirləndirilən şəxs onları “polisə xəbərləyən şəxsin” Zərərçəkmiş şəxs olduğunu deyərkən onlar Mehmanın bu sözlərinə inanmamış, bunun mümkün olmadığını demişlər (cild 1, iş vərəqi 258-264). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onlar dostlarının oğlunun məclisində olmuş, orada olanda Elbrusla onun adi su butulkası üstündə mübahisələri düşmüşdür. O, Elbrusdan su butulkasını istəmişdir. Elbrus da demişdir ki, özü götürsün. O, Elbrusa demişdir ki, “bu nə danışıqdır”. Sonra məclisin sahibi Ramil gəlmiş, onları sakitləşdirmişdir. Orada onların arasında başqa heç nə olmamışdır. Daha sonra onların hamısı birlikdə çıxmışlar. O, Ramil, Rahimlə birlikdə onların maşınında öz evinə gəlmişdir. Elbrusla Mehmanın arasında olan mübahisəni isə görməmişdir. Elbrusun rəhmətə getdiyini, Mehmanın bıçaqla Elbrusu vurduğunu sonradan eşitmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, bu hadisədən 4-5 gün əvvəl onları narkotik vasitə ilə bağlı şübhəli şəxs kimi polis bölməsinə aparmışlar. Amma o hadisənin Elbrusun ölümü ilə heç bir əlaqəsi yoxdur. Bölmədə onları yoxlamışlar, heç nə olmadığını görüb buraxmışlar. Polis bölməsinə onlarla birlikdə Mehman da gəlmişdir. Mehman onlara demişdir ki, onları polisə xəbər edən Elbrusdur. Onlar Mehmanla razılaşmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, həmin gün onun oğlunun ad günü olmuş, “Lələtəpə” adlanan restoranda oğluna ad günü keçirmişdir. Heç kimə dəvət göndərməmişdir, şifahi demişdir ki, qəsəbədən kim istəyirsə gələ bilər. O, restorana Elbrusla getmişdir. Mehman da sonradan gəlmişdir. Restoranda demiş, gülmüş, oynamışlar. Sonra Elbrusla o, kassaya gedib hesabı vermişlər. Həmin vaxt Elbrusun vəziyyəti yaxşı olmuşdur. Restoranda olanda Elbrusun onun oğlunun kirvəsi Əfqan ilə kiçik mübahisəsi düşmüşdür. O, mübahisənin səbəbini bilməmişdir, başı qonaqlara qarışmışdır. Sonra Elbrusu kənarlaşdırmaq üçün çağırmış, birlikdə kassaya getmişlər. Sonra o, oğlunu da götürmüş, maşına tərəf gedəndə demişdir ki, “gəl birlikdə gedək”. Elbrus demişdir ki, “sən get, mən uşaqlarla gedəcəm”. O da Elbrus gəlmədiyi üçün Əfqanı özü ilə aparmalı olmuşdur və düşünmüşdür ki, birdən yenə mübahisə edərlər. Onlar restorandan çıxmamışdan yarım saat əvvəl Mehman da gəlmiş və yeyib-içmişdir. X17 heç bir mübahisəsi olmamışdır. Daha sonra o, evdə oturarkən görmüşdür ki, hamı Elbrusun ölümü haqqında sosial şəbəkədə paylaşım etmişdir. Tez zəng etmiş və maraqlanmışdır, demişlər ki, Elbrus öldürülmüşdür. O, kimin öldürdüyünü soruşmuş, demişlər ki, xəbər yoxdur. Onların məhlədən uşaqların bəzilərini 10cu bölməyə aparmışlar. Onlar qayıdanda demişlər ki, Mehman özü gedib təslim olmuşdur, demişdir ki, hadisəni özü törətmişdir. O, həmin hadisəni görməmişdir. O, hadisənin səbəbini, Elbrusla Mehmanın niyə mübahisə etdiyini bilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirdi ki, ad günündən təxminən 1 həftə, 10 gün qabaq Elbrus tez-tez ona zəng etmiş və onun yanına gəlmək istədiyini demiş və gəlib özünün haqqında guya polisə işlədiyi barədə söz-söhbətin gəzdiyini demişdir. O da bunu kimin dediyini soruşmuş, Elbrus da ona ad deməmişdir. O, Mehmanın Elbrusun adını çəkməsini eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi və təqsirləndirilən şəxsi tanımır. O, “Lələtəpə” adlanan restoranda ofisiant işləmişdir. Ad günü məclisi olmuş, o, orada qulluq etmişdir. Ramil adında şəxsin oğlunun ad günü olmuşdur. O, orada qulluq etdiyi müddətdə heç bir mübahisənin şahidi olmamışdır. Təqsirləndirilən şəxs Mehman məclisin sonuna 10 dəqiqə qalmış gəlmişdir. Ortalıqda sac, kabablar və içki olaraq araq olmuşdur. Qonaqlardan kimin içdiyini dəqiq xatırlamır. Mərhum Zərərçəkmiş şəxs məclis başlayandan orada iştirak etmişdir, məclisə yazılan pullara Elbrus nəzarət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, hadisə olan gün axşam evdə oturmuşdur. Sadiq ona zəng edib əmisioğlunun yıxıldığını demiş, tez gəlməsini istəmişdir. O da tez hadisə yerinə getmişdir. Görmüşdür ki, Elbrus Elşənin qucağındadır. Ona Elbrusun ad günündən gəldiyi deyilmiş, o da yəqin yeyib-içdiklərini fikirləşmişdir. X27 dalaşdığı da deyilmişdir. O, Elbrusu elə 7-ci binanın qarşısından qucağına almış və evə gətirmişdir. Anasına demişdir ki, qorxmasın, yəqin toyda içmişdir. Daha sonra Elbrusun dayısı Mübariz də gəlmişdir. Onlar Elbrusun üzünə su vurmuşlar. Elbrus birdən “əmioğlu, qoyma ölüm” demiş, ondan sonra Elbrusun ağzı köpüklənmiş, gözləri bağlanmışdır. Həmin vaxt orada Mübariz, o, Sadiq, Elbrusun anası və qonşu qadın olmuşdur. Elbrus onlara orada heç nə deməmişdir. O, hələ də bu hadisənin səbəbini bilmir, sadəcə bilir ki, Elbrusu Mehman vurmuşdur. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində Şahid10 göstərmişdir ki, 09 mart 2023-cü ildə, saat 21:50 radələrində o, yaşadığı evdə olduğu zaman qəsəbə sakini Sadiq adlı şəxs ona zəng edərək “Cavanşirgilin podyezinin qarşısında bir nəfər adam uzanıb, deyirlər ki, əmin oğlu Elbrusdu, kefli adama oxşuyur, gəl bunu götür apar evə” kimi sözlər demiş, o, 7 saylı binanın birinci girişində yerləşən 62 saylı mənzildə yaşayan Cavanşirgilə tərəf getmiş, həmin binanın birinci girişinin qarşısına çatdıqda qəsəbə sakinləri Sadiq, Elşən və Cavanşirin orada dayandıqlarını, əmisi oğlu Zərərçəkmiş şəxs isə yerdə uzanıqlı vəziyyətdə olduğunu, Sadiqgilin Elbrusa su içirtdiklərini, orada onlardan başqa heç kimin olmadığını görmüşdür. O, tez gedib yaxınlıqdan, yol dairəsinin yanından tanımadığı bir taksi avtomobilinin sürücüsü ilə danışaraq onunla birlikdə 7 saylı binanın birinci girişinin qarşısına gəlmiş, onlar köməkləşib Elbrusu taksi avtomobilinin arxa oturacağına uzatmış, sonra isə o da Elşənlə birlikdə avtomobilə oturmuş, Sadiqlə Cavanşir isə piyada gələcəklərini demişlər. Taksi sürücüsü avtomobili hərəkələ gəlirmiş və onlar təxminən 200-300 metr kənarda olan Elbrusgilin yaşadığı binaya tərəf getmiş, həmin binanın qarşısına Sadıq və Cavanşirlə eyni vaxtda çatmış, yolda olduqları zaman isə Elbrus heç bır söz danışmamış, heç nə deməmişdir. O, avtomobildən düşüb gedərək Elbrusgilin qapısını döymüş və Elbrusun anası Gülbəniz qapını açmış, Gülbənizə “Elbrus möhkəm içib, sərxoşdu, maşındadı, gəldim ki, evdəsənsə Elbrusu maşından düşürüb gəlirək” kimi sözlər demiş, sonra isə avtomobilə tərəf qayıdıb Sadiqgillə köməkləşərək Elbrusu avtomobildən düşürtmüş, həmin vaxtlar Elbrus ayaq üstə zorla dayanmış, eləcə də ondan spirtli içki qoxusu gəlmişdir. Onlar köməkləşib Elbrusu qollarından, ayaqlarından tutaraq 1-ci mərtəbədəki yaşadığı mənzilə aparıb otaqdakı divanın üzərinə uzatmış, Gülbəniz Elbrusun əl-üzünə su vurmağa görə su gətirmək üçün mətbəxə getmiş, həmin vaxt Elbrus ona “dalaşmışam” demiş, lakin kiminlə dalaşdığını deməmişdir. Gülbəniz qabda su gətirdikdən sonra onlar Elbrusun sifət, baş nahiyəsinə su vurmuş, daha sonra paltarını əynindən çıxartmış və bu vaxt onlar Elbrusun ürək nahiyəsi istiqamətindən sinəsində bir ədəd xəsarət olduğunu görmüş, lakin bu xəsarətin nəyin təsirindən əmələ gəldiyini bilməmiş, qanaxma isə olmamışdır. Gülbəniz ona “nə olub buna, nə xəsarətdi bu, kimlə sporlaşıb?” kimi sözlər demiş, o isə cavabında “Bilmirəm, bu deyəsən içki söhbəti deyil, ayılsın görək nədi, nə məsələdi" demişdir. X21 sifətinə sillə ilə vuraraq “Nə qədər araq içmisən, niyə bu vəziyyətə düşmüsən, ayıb deyil?” kimi sözlər demiş, Elbrus isə heç nə deməmiş, həmin vaxtlar Elbrusun dayısı Mübariz də artıq ora gəlmişdir. O, Elbrusdan kiminlə dalaşdığını soruşmuş, lakin Elbrus ona “Əmi qoyma ölüm” kimi sözlər demiş, başqa heç nə deməmişdir. Onlar tez təcili tibbi yardıma zəng edib həkim çağırmış, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra isə o, Elbrusun ağzından köpük gəldiyini, gözlərinin tamamilə qıyıldığını görmüş və onun artıq vəfat eldiyini bilmişdir. Bundan sonra zəng edib Sadiqə, eləcə də öz qohumlarına Elbrusun öldüyünü demiş, bir qədər vaxtdan sonra polis əməkdaşları da ora gəlmiş, bir-iki saatdan sonra isə o, əmisi oğlu Zərərçəkmiş şəxs həmin gün axşam saatlarında qəsəbə sakini Təqsirləndirilən şəxsla 7 və 10 saylı binaların arasındakı yolda dalaşdıqlarını və Mehmanın bıçaqla Elbrusun ürək nahiyəsinə bir dəfə zərbə vurduğunu eşilmiş, bundan sonra o, Elbrusun ürək nahiyəsində gördüyü xəsarətin Mehmanın vurduğu bıçaq zərbəsi nəticəsində yarandığını başa düşmüşdür (cild 2, iş vərəqi 133-137). Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, onlar Elbrusla eyni məhəllədə qalmışlar. Həmin gün o, dükandan qayıdırkən birdən blokun qarşısında Elbrusu yerdə uzanmış vəziyyətdə görmüşdür. Sonra Seymur və Sadiq də gəlmiş, köməkləşib Elbrusu evlərinə aparmışlar. Evdə Elbrusun dayısı, anası olmuş, sonra o, çıxıb evə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid8 bildirdi ki, həmin zaman Elbrus heç nə danışmamışdır. O, Elbrusu xəstəxanaya aparmamışdır, çünki onun içkiyə görə bu halda olduğunu düşünmüşdür. Elbrusun üzərində ciddi bir xəsarət görməmişdir. Onlar Elbrusu evə aparanda o, onlara heç nə deməmişdir. Onlar Elbrusu evə aparanda o, sağ, gözləri açıq olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində göstərmişdir ki, o, 09 mart 2023-cü ildə, saal 21:20-21:30 radələrində taksi fəaliyyəti ilə məşğul olmaqla Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyində olan yol dairəsinin yaxınlığında saxladığı avtomobilin içərisində olduğu zaman qəflətən səs-küy eşidərək avtomobildən düşmüş və yaşadığı 10 saylı binaya tərəf baxdıqda 7 və 10 saylı binaların baş tərəfindəki binalararası yolda kimlərinsə mübahisə etdiyini görərək onlara tərəf yaxınlaşdır. Tam yaxınlaşdığı zaman qəsəbə sakini Təqsirləndirilən şəxs sağ əlində bıçaq tutduğunu, Nicat adlı digər qəsəbə sakininin isə Mehmanın qarşısında dayandığını və onların yanında və ya ətrafında başqa heç kimin olmadığını görmüş, eləcə də hava qaranlıq olduğundan o, Mehmanın əlində tutduğu bıçağın hansı növ bıçaqlardan olduğunu tam dəqiq görə bilməmişdir. Həmin vaxt o, əvvəlcə Nicatla Mehmanın bir-biri ilə dalaşdığını düşünmüş və Mehmana “Mehman nə olub, niyə içib dava-dalaş salmısan?” kimi sözlər demiş, Mehman ona heç nə deməmiş, lakin Nicatın dediyi sözlərdən o, mübahisənin Nicatla Mehmanın arasında olmadığını və Nicatın aranı sakitləşdirən bir şəxs olduğunu bilmiş, belə ki, həmin vaxt Mehman 7 saylı binaya tərəf getməyə can atmış, lakin Nicat Mehmanın qarşısında dayanaraq ona “Lazım deyil, yekə kişisəm əlindəkini ver mənə, sən dədələrimizin goru əlindəkini ver mənə çıx get burdan” kimi sözlər demiş, Mehman isə Nicata heç nə deməmiş, ancaq çox əsəbi halda olmuş, ağzından da spirtli içki qoxusu gəlmişdir. O, bu sözləri Nicatdan eşidib 7 saylı binaya tərəf baxmış, lakin orada heç kəsi görməmiş və sonra o da Mehmana “Səni and verdi, qabağında dayanıbdı, əlindəkini ver Nicata çıx get” kimi sözlər demişdir. Mehman isə bu vaxt Nicata “maşına gedirəm” deyərək və sağ əlində bıçağı tutmağa davam edərək 10 saylı binaya tərəf getmiş, bundan sonra o, geri dönərək dairənin yaxınlığında saxladığı avtomobilinə tərəf getdiyi üçün Mehmanın əlindəki bıçağı harasa atıb-atmadığını və ya özü ilə apardığını bilməmişdir. Nicat da onun arxasıyca yol dairəsinə tərəf gəlmiş, həmin vaxtlar o, Nicatdan Mehmanın kiminlə dalaşdığını soruşmuş, Nicat cavab olaraq ona “Mehmandı də, uşaqla dalaşıb” kimi sözlər demiş, Mehmanın konkret olaraq kiminlə dalaşdığını deməmişdir. O, avtomobilinə yaxınlaşdıqda bir nəfər müştərinin qapını açdığını görmüş və onu “İstanbul” kafesinə aparmağı istəmiş, o, müştərini dediyi ünvana aparıb qoyaraq geri qayıtmış, həmin vaxt qəsəbədə Mehmanla Elbrusun arasında dava olduğunu, Mehmanın bıçaqla Elbrusu vuraraq öldürdüyünü, polislərin Mehmanı axtardıqlarını eşitmişdir. O, həmçinin həmin gün yaşadığı qəsəbənin sakinləri Mehman, Elbrus, Sadiq, Samır, Əfqan, Nicat və adları yadında qalmayan digər şəxslərin Ramilin oğlunun ad günü məclisinə dəvətli olduqları üçün “Lələtəpə” deyilən kafedə oturub yeyibiçdiklərini, məclis qurtardıqdan sonra isə Mehmanla Elbrusun yaşadıqları Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyi, 7 və 10 saylı binaların arasında nəyə görəsə bir-biri ilə mübahisə eldiklərini və bu vaxt Mehmanın bıçaqla Elbrusun ürək nahiyəsinə bir dəfə zərbə vurduğunu, bundan sonra Elbrusun 7 saylı binanın 1-ci girişinin qarşına tərəf getdiyini, daha sonra isə kiminsə Elbrusu oradan götürüb yaşadığı mənzilə apardığını və Zərərçəkmiş şəxs aldığı xəsarətə görə bir neçə dəqiqədən sonra yaşadığı mənzildə vəfat etdiyini eşitmişdir (cild 1, iş vərəqi 153-158). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən Daxili İşlər orqanlarında xidməti fəaliyyətə başlamış, 2022-ci ilin mart ayından 2023-cü ilin aprel ayına qədər Qaradağ RPİ-nin 10-cu Polis şöbəsinin sahə rəisi vəzifəsində işləyərək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində xidmət göstərmiş, 2023-cü ilin aprel ayından bu vaxta qədər isə xidməti ərazisini dəyişərək Qaradağ rayonu, Puta qəsəbəsi üzrə polis sahə rəisi vəzifəsində işləmiş, polis mayoru rütbəsində olmuşdur. Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyində yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərazi üzrə həmin qəsəbədə sahə rəisi işləməsi ilə əlaqədar qəsəbə sakinləri kimi tanımış, onlarla heç bir şəxsi münasibəti olmamış, eşitdiyinə görə Zərərçəkmiş şəxs əvvəllər məhkumluq həyatı yaşamış, Təqsirləndirilən şəxs isə spirtli içki aludəçisi olmaqla, çox vaxt araq və ya pivə içib sərxoş halda olmuş, lakin ictimai qaydanın pozulmasına, dava-dalaş salmağa, mübahisəyə meylli şəxs olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində yaşadığı evdə olduğu zaman Qaradağ RPİnin növbətçi hissəsindən ona zəng edilərək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyində yaşayan Zərərçəkmiş şəxs bıçaqlanaraq öldürüldüyü barədə məlumat verilmiş, o, dərhal həmin qəsəbəyə getmiş, qəsəbəyə çaldıqdan sonra Qaradağ RPİ-nin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs bıçaqlayıb öldürən şəxsin Təqsirləndirilən şəxs olduğunu və hazırda Mehmanın harada olması ilə bağlı axtarışa başlanıldığını bilmiş, bundan sonra o da digər polis əməkdaşları ilə birlikdə qəsəbə ərazisində müvafiq yerlərə baxmaqla və əməliyyat-axtarış tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs axtarmağa başlamışdır. Həmin vaxt həm də o, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Müşfiqabad qəsəbəsində yerləşən, “Lələtəpə” deyilən kafedə qəsəbə sakini Ramil adlı şəxsin öz oğluna ad günü məclisi keçirtdiyini, bu məclisdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da digər qonaqlarla birlikdə iştirak etdiyini, məclisin qurtarmasından təxminən 30-40 dəqiqə sonra Mehmanla Elbrusun arasında yaşadıqları Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyində olarkən şəxsi münasibətləri zəminində mübahisə yarandığını, mübahisə zamanı Mehmanın bıçaqla Elbrusun ürək nahiyəsinə vuraraq oradan çıxıb getdiyini, daha sonra isə Elbrusun 7 saylı binanın sakinləri tərəfindən binanın girişinin qarşısından aşkar edilərək yaşadığı mənzilə gəlirildiyini, aldığı xəsarətdən bir neçə dəqiqə sonra mənzildə vəfat eldiyini bilmişdir. xx.xx.2023-cü il tarixə keçən gecə, saat 02:00 radələrində isə ona Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə gələrək könüllü təslim olması və Zərərçəkmiş şəxs öldürməsi ilə bağlı törətdiyi cinayəti etiraf etməsi barədə məlumat verilmişdir (cild 2, iş vərəqi 1-5). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində göstərmişdir ki, 09 mart 2023-cü ildə, təxminən saat 20:00 radələrində oğlu Təqsirləndirilən şəxs yaşadıqları mənzildən çıxmış və ona “gedirəm maşını yuyam” kimi sözlər demiş, təxminən saat 21:50-22:00 radələrində isə Mehman həyəcanlı vəziyyətdə evə qayıdaraq ona “hazırlaş səni xalamgilə aparıram, cinayət törətmişəm. Elbrusu bıçaqla vurmuşam” kimi sözlərini demiş, o, Mehmana “O səndən balacadı, niyə onu vurmusan, bu vaxta qədər sizin aranızda heç bir narazılıq da olmayıb” sözlərini demiş, Mehman isə cavabında “mənə söyüş söydü, mən də bıçaqla vurdum” deyərək hadisə barədə bunlardan başqa heç nə deməmişdir. Bundan sonra oğlu Təqsirləndirilən şəxs idarə etdiyi, atasına məxsus “Vaz 2106” markalı avtomobil ilə onunla birlikdə Müşfiqabad qəsəbəsindən çıxaraq asfalt yol ilə Qaradağ rayonu, Qobu Park yaşayış massivində yaşayan bacısı Lətafət İsmayılovanın yaşadığı evə getmiş, Mehman törətdiyi cinayət hadisəsinin təsirindən həyəcanlı vəziyyətdə olması, həm də spirtli içkili olmaqla bir qədər sərxoş halda olması səbəbindən yol boyu onların arasında uzun söhbətlər olmamışdır. Qaradağ rayonu, Qobu park yaşayış massivinə çatdıqdan sonra Mehman avtomobili binanın qarşısında saxlamış və onlar avtomobildən düşüb binaya girmiş, binanın girişində olduqları vaxt kimsə Mehmana zəng edib danışmış, sonra isə Mehman ona “Elbrus ölübdü, səni xalamgilə qoyub polisə təslim olmağa gedəcəm” sözlərini demişdir. Onlar bacısı Lətafətin yaşadığı mənzilə getmiş və Mehman onun bacısı oğlu Eltundan paltar istəmiş, sonra əynindəki paltarlarını dəyişmiş, daha sonra isə qohumu Fəraziyə zəng edərək “cinayət törətmişəm, gəl məni polisə apar təslim olacam” kimi sözlər demiş, bir qədər vaxtdan sonra Fərazi də ora gəlmiş və Mehman onlarla sağollaşıb Fərazinin idarə etdiyi avtomobil ilə polis bölməsinə getmiş, aradan təxminən 30-40 dəqiqə keçdikdən sonra isə Fərazi geri qayıdaraq onlara “Mehman 10-cu bölməyə girib polisə könüllü təslim oldu” sözlərini demişdir. Şahid7 ifadəsində onu da göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs Qadır oğlunu yaşadığı qəsəbənin sakini kimi tanımış, Elbrusun hər zaman Mehmanla yaxşı münasibəti olmuş, aralarında əvvəllər ədavət, düşmənçilik, dava-dalaş halları olmamışdır. O, oğlu Təqsirləndirilən şəxs cinayətin aləti olan bıçağı haradan və hansı qaydada əldə etməsi, sonradan bu bıçağı hara atması və ya kiməsə verməsi, eləcə də Mehmanın Elbrusu öldürməsi ilə bağlı cinayət əməlini törətməsində hər hansı digər şəxsin və ya şəxslərin iştirakı olması haqda heç nə eşitməmişdir (cild 2, iş vərəqi 47-50). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyi, ev 21, mənzil 41 ünvanında yaşamış, xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində yaşadığı qəsəbədə bıçaqlanaraq öldürülməsi barədə həmin tarixdə Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş məlumata əsasən mərhum Zərərçəkmiş şəxs meyitinə yaşadığı mənzildə baxış keçirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitini mərhumun dayısı X19 təqdim etmişdir və aşağıdakılar müəyyən edilmişdir: mərhumun meyiti Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyi, 21 şömrəli evin 1-ci mərtəbəsində yerləşən 41 saylı mənzilin otağının döşəməsində, kürəyi üstə uzadılmış vəziyyətdədir, meyitin alt hissəsində (döşəmənin üzərində) döşək vardır və meyitin üzərinə ağ və qırmızı rəngli yorğan üzlükləri örtülmüşdür. Həmin mənzil ümumilikdə bir otaqlıdır. Meyitin ayaq nahiyəsindən sağ tərəfdə, divan və kreslo, eləcə də otaqda oturacaq masası və digər ev əşyaları vardır, divan və kreslonun üzərinə sarımtıl rəngli naxışları olan örtük, otağın döşəməsinə isə gəbə (palaz) sərilmişdir. Baxışda iştirak edən Hafiz Mehdiyevin bildirdiyinə görə meyit onun bacısı oğlu Zərərçəkmiş şəxs meyitidir və bacısı oğlu Zərərçəkmiş şəxs yaşadığı qəsəbənin ərazisində onlara məlum olmayan şəxs tərəfindən bıçaqlandıqdan sonra hadisə barədə məlumat alan qohumu (əmisi oğlu) tərəfindən yaralı vəziyyətdə yaşadığı həmin mənzilə gətirilmiş, bir qədər sonra isə mənzildə vəfat etmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı müəyyən edilmişdir ki, meyitin əynində qara rəngli idman şalvarı vardır. İslam dini qaydalarına uyğun olaraq meyitin hər iki ayağının baş barmaqları ağ rəngli bintlə bir-birinə bağlanmış, eləcə də çənə nahiyəsindən başının arxa nahiyəsinə tərəf olmaqla bintlə sarınmışdır. Vizual olaraq baxdıqda meyitin ürək nahiyəsi istiqamətində (sol tərəfdən sinəsində) bir ədəd deşilmişkəsilmiş yara xəsarəti olduğu görünmüş, lakin həmin xəsarətdən qan axması əlamətləri, eləcə də otağın döşəməsində və otaqda olan divan, kreslo və ya digər əşyalar üzərində qanabənzər ləkələrin olması müşahidə edilməmişdir. Baxışda iştirak edən Hafiz Mehdiyev bir ədəd qısaqol kofta və bir ədəd “Redmi” markalı mobil telefon aparatı təqdim edərək həmin telefon aparatının və koftanın bacısı oğlu mərhum Zərərçəkmiş şəxs məxsus olduğunu və koftanın hadisə zamanı mərhumun əynində olduğunu bildirmişdir. Qeyd olunan kofta və mobil telefon aparatı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 3-7). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinə əlavə baxış MTE və PA Birliyinin Qaradağ rayon şöbəsində gündüz vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir və aşağıdakılar müəyyən edilmişdir: meyit təşrih masası üzərində uzadılmış vəziyyətdədir, əynində qara rəngli idman şalvarı, qara rəngli tuman vardır. Paltarların geyim tərzi pozulmayıb, köhnədirlər, zədəsizdirlər. Paltarlar soyundurularkən müəyyən edilmişdir ki, meyit kişi cinsli olub düzgün inkişaf etmişdir, yaşına uyğun normal quruluşludur, zəif qıdalıdır. Meyit qacıması bütün qrup əzələlərdə yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa, yan səthində qırmızımtıl bənövşəyi rəngdə olmaqla barmaqla təzyiq etdikdə avazıyır, 4-5 dəqiqəyə bərpa olur, öz rənginə qayıdır. Meyitin boyu 174 sm-dir. Saçları qara rəngdə olmaqla uzunluğu 4-6 sm qədərdir. Gözləri yarım açıqdır, qulaq seyvanları tamdır, xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəstdirlər, ifrazat yoxdur. Ağzı yarım açıqdır, dil ağız boşluğunda sərbəst yerləşmişdir. Dişləri tamdır, təbiidir, kariyeslidir. Kəllə tağı, üz skeleti və burun sümükləri əllə yoxladıqda tamdır, patoloji hərəkətlilik müəyyən edilmir. Boyunu bədənə müvafiqdir, az hərəkətlidir, döş qəfəsi silindirik formadadır, simmetrikdir. Əllədikdə döş qəfəsi, qabırğalar üzərində, kürək və onurğa sütunu əyriliklərində, eləcə də boyun fəqərələrində patoloji hərəkətlilik müəyyən edilmir. Qarnı qabırğa qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmizdir. Fəqərə sütunu və qabırğaları əllədikdə tamdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, əllədikdə sümükləri tamdır. Xəsarətlər: meyitin döş qəfəsinin ön səthinin sol yarısının 6-cı və 7-ci qabırğa proyeksiyasında 1,2 x 0,9 sm ölçüdə uzunsov formalı, kənarları bir ucu hamar, bir ucu bir qədər iti, mərkəzində gözlə çətin seçilən dəri effektli deşilmiş-kəsilmiş yara, sol bazu oynağı nahiyəsinin ön səthində 0,6 x 0,4 sm ölçüdə uzunsov formalı ətraf dəri səviyyəsindən aşağıda yerləşən incə qırmızımtıl rəngli sıyrıq, boynun yuxarı 1/3-nin sol yan səthində 0,6 x 0,2 sm ölçüdə eyni xarakterli və rəngli sıyrıq vardır. Meyitin xarici müayinəsi zamanı qeyd edilənlərdən başqa xəsarət aşkar edilmədi, meyit daxili müayinə olunması üçün məhkəmətibb ekspertinə təhvil verildi (cild 1, iş vərəqi 11-16). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübuta baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 09 mart 2023-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” deyilən kafedə tanışları ilə birlikdə ad günü məclisində iştirak edərək məclisin qurtarmasından sonra sərxoş vəziyyətdə olmaqla həmin məclisdə iştirak edən tanışı Zərərçəkmiş şəxs ilə Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyində yerləşən 7 və 10 saylı binaların yaxınlığında olarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs ürək nahiyəsinə bir dəfə zərbə vuraraq onu qəsdən öldürməsi ilə əlaqədar mərhumun meyitinə yaşadığı mənzildə baxış keçirilən zaman dayısı X22 tərəfindən istintaqa təqdim edilən, hadisə zamanı mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol koftaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş kofta qısaqol olmaqla parça materialdandır, boz-qara rəngli xətvari naxışlardan ibarətdir, hər iki çiyin hissələrində qırmızı və qara rəngli zolaqlar vardır, eləcə də ön tərəfdən hər iki qoltuqaltı nahiyəyə yaxın hissədə qara rəngli zolaq vardır, sağ tərəfdən qara rəngli həmin zolağın altında ağ rəngli boya ilə “HURRİCANE” və qırmızı rəngli boya ilə “896 / F A 5 T C O О Е” sözləri yazılmışdır. Koftanın ön hissəsi çirklidir, adacıq şəklində çirkə və ya qanabənzər ləkəyə bulaşmış vəziyyətdədir. Ön tərəfdən ətək hissədən 32 sm yuxarıda, sol çiynin hissədən 16 sm sağ tərəfdə 2 sm x 0,3 sm ölçüdə, eləcə də koftanın sol çiynində, boyun nahiyəsindən 3 sm sol tərəfdə 1,4 sm x 0,3 sm ölçüdə kəsik formada zədələr vardır, digər hər hansı zədə müşahidə edilmir. Koftanın arxa tərəfi çirkə bulaşmışdır, arxa hissədə heç bir zədə və ya cırılmaya xarakterik izlər yoxdur. Qeyd olunan qısaqol kofta iş üzrə zəruri əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü (cild 1, iş vərəqi 17-20). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübuta baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək və bir cüt ayaqqabıdan ibarət olan paltarlarını təqdim etdi və aşağıdakılar müəyyən edildi: şalvar göy rəngli cins materialdan olmaqla, hər iki ayağının aşağı hissəsi qarşı və arxa tərəfdən toza-çirkə bulaşmışdır. Şalvarın arxa sağ yuxarı hissəsində “Zilli” sözləri yazılmışdır. Şalvarın üzərində hər hansı bir zədə və ya cırılmaya xarakterik olan izlər aşkar edilmədi. Köynək uzunqol olmaqla, boz rəngdədir, qolları hər iki tərəfdən çirkə bulaşmışdır. Ön tərəfdən orta hissədə göy və qəhvəyi rənglərdə “SR” sözləri yazılmışdır. Köynəyin üzərində hər hansı bir zədə və ya cırılmaya xarakterik olan izlər aşkar edilmədi. Gödəkçə qolsuz olmaqla hər iki üzdən qara rəngdədir. Gödəkçə çirkə batmış, lakin üzərində hər hansı bir zədə və ya cırılmaya xarakterik olan izlər yoxdur. Ayaqqabı bir cüt olmaqla qara rəngdədir, üzərində gümüşü rəngdə “GM” sözləri yazılmışdır. Hər iki ayaqqabının alt hissəsi çirkə bulaşmışdır və kiçik cırıqlar vardır. Qeyd olunan bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı və bir ədəd gödəkçə iş üzrə zəruri əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü (cild 1, iş vərəqi 45-51). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Qaradağ rayonu, Müşfiqabad qəsəbasi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyi ərazisində yerləşən 7 və 10 saylı binaların yaxınlığıdır. Qeyd olunan yerdə şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdi ki, о, xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində dostu Ramilin övladının ad gününə dəvətli olduğu üçün Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “LələTəpə” deyilən kafeyə (restorana) tək olaraq idarə etdiyi, atasına məxsus “Vaz 2106” markalı, qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmiş, sonra avtomibildən düşüb kafeyə girmiş, dəvətli olduğu ad günü məclisi keçirilən “Zal 17”yə keçmiş və Ramilin qonaqlarla birlikdə banket üçün sifariş verdiyi masa arxasında oturub yeyib-içdiklərini görərək masaya yaxınlaşıb araq içən qonaqlara qoşularaq 2-3 rumka (qədəh) araq içmiş, mehribancasına məclisdə iştirak etmiş, qonaqlarla birlikdə deyib-gülərək əylənmiş, təxminən 20-25 dəqiqə məclisdə iştirak etmiş və məclis yekunlaşmış, sonra hamısı mehribanlıqla restoranın həyətinə çıxmış və qonaqlar öz avtomobillərinə əyləşmiş, o isə idarə etdiyi öz avtomobilinə tərəf getmişdir. Bu vaxt o, avtomobilində yerlərin boş olduğuna görə tanışı Zərərçəkmiş şəxs əgər istəyirsə onunla qəsəbəyə getməyi təklif etmiş və Elbrus avtomobilin qabaq yan oturacağında əyləşmiş, o, avtomobili hərəkətə gətirmiş və onlar ikisi, yəni avtomobildə başqa heç kəs olmadan mehribanlıqla söhbət edərək yaşadıqları qəsəbəyə, yəni Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyinə getmişlər. Orada о, 10 saylı binanın yaxınlığında avtomobili saxlamış və onlar hər ikisi avtomobildən düşərək bir qədər söhbət etmiş, sonra isə o, Elbrusa avtomobili yaşadığı 2 saylı binanın qarşısına qoyub geri qayıdacağını bildirmiş və avtomobilini hərəkətə gətirərək aparıb 2 saylı binanın qarşısında saxlayıb piyada vəziyyətdə geri, Elbrusun olduğu yerə tərəf qayıtmışdır. Elbrusla 7 və 10 saylı binaların yaxınlığında, “qaz borusu”nun üzərində oturub birlikdə siqaret çəkmiş, mehribanlıqla ümumi söhbətlər etmiş, həmin vaxt orada Elbrusla ondan başqa heç kim olmamışdır. Aralarındakı söhbət zamanı, saat 21:30 radələrində Zərərçəkmiş şəxs qəflətən onun Yusif və Xaliq adlı iki nəfər qohumlarının ünvanına nalayiq sözlər deməyə başlamış, o, Elbrusa iradını bildirərək əlinin arxası ilə Elbrusun başının arxa hissəsindən yavaş vuraraq “Qatıqlama, onlara söymə, mənim qohumlarımdı” kimi sözlər demiş, Elbrus isə nalayiq sözlərini davam etdirərək ona “lap səni də minərəm, var-yoxunu s...m” kimi sözlər demiş və sonra əlini şalvarının arxa cibinə tərəf ataraq bıçaq çıxardıb onu vurmaq istəmişdir. O, əl hərəkətləri ilə fənd işlədib sağ əli ilə bıçağı Elbrusun əlindən almış və ürək nahiyəsinə bir dəfə zərbə vuraraq Elbrusa “Bıçaqla məni vurmaq istəyirdin? Görürsən bıçağı əlindən alıb mən səni necə vurdum.” kimi sözlər demişdir. Vurduğu zərbənin təsirindən Zərərçəkmiş şəxs əlini ürək nahiyəsi istiqamətindən sinəsinə tutub yerə tərəf oturmuş, sonra isə ayaq üstə qalxmış, bundan sonra o, əlindəki bıçağı Elbrusun üzərinə tərəf ataraq “ala zibilini” deyib oradan uzaqlaşıb avtomobilinə tərəf getmiş, Elbrus isə 7 saylı binanın birinci girişinə tərəf getmişdir. O, törətdiyi cinayət əməlinə görə həbs ediləcəyini düşünüb avtomobilinə əyləşərək Lökbatan qəsəbəsi, Qobu park massivində yaşayan xalasıgilə gedib orada olan anası və qohumları ilə görüşmək qərarına gəlmiş və yolda olduğu zaman tanışı, Tural Cavadov adlı Müşfiqabad qəsəbəsi sakini ona mobil telefonla zəng edərək “Elbrusu sən vurmusan, keçinibdi, polis əməkdaşı səni axtarır, get təslim ol” kimi sözlər demişdir. O, xalasıgilə çataraq anası və digər qohumları ilə görüşüb sağollaşmış və adam öldürdüyünü, cinayət törətdiyini, Polis bölməsinə gedib təslim olacağını bildirmiş, bundan sonra xalası oğlundan qara şalvar və ayaqqabı götürərək paltarını dəyişmiş, digər xalası oğlu Fərazi onu “Mercedes” markalı avtomobili ilə Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin qarşısına gətirmiş və o, Polis bölməsinə girərək növbətçi hissəyə yaxınlaşmaqla könüllü olaraq təslim olmuş, Zərərçəkmiş şəxs öldürməsi ilə bağlı törətdiyi cinayət əməlini etiraf etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı, tanışı Zərərçəkmiş şəxs öldürməsi ilə bağlı törətdiyi cinayət hadisəsini etiraf edərək əməlindən peşman olduğunu bildirdi. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa bir hal müəyyən edilmədi və hər hansı bir əşya götürülmədi, o cümlədən hadisə yerində və ya ona yaxın ərazidə cinayətin aləti olan bıçaq, həmçinin hər hansı kəsici-deşici alət aşkar edilmədi, habelə hadisə yerində və ya ona yaxın ərazidə, yolun asfalt örtüyünün üzərində və ya kiçik diametrli qaz borusunun yaxınlığında olmaqla torpaq üzərində hər hansı qan və ya qanabənzər ləkələr müşahidə edilmədi (cild 1, iş vərəqi 55-60). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyindəki 7 və 10 saylı binaların arasındakı yoldur - hər iki binanın yaxınlığıdır. Həmin yol asfalt örtüklüdür. Hadisə yerinin yaxınlığından - asfalt örtüklü yolun kənarı ilə kiçik diametrli qaz borusu keçir. Hadisə yerində dayanaraq üzü qeyd olunana binalara tərəf baxdıqda sağ tərəfdə 7 saylı, sol tərəfdə isə 10 saylı binalar yerləşir. Hadisə yerindən 7 saylı binanın başlanğıcına qədər olan məsafə 19 metr, həmin binanın 1-ci girişinə qədər olan məsafə isə 24 metrdir. Hadisə yerindən 10 saylı binaya qədər olan məsafə 26 metrdir. Hər iki binaların arasındakı boş sahədə - binaların həyətində müxtəlif ağaclar əkilmiş, sakinlərin istirahəti üçün oturacaqlar qoyulmuş, eləcə də çoxsaylı avtomobillər park edilmiş vəziyyətdə saxlanılmışdır. Hadisə yerində dayanaraq 7 və 10 saylı binaların həyətinə tərəf deyil, arxa istiqamətə baxdıqda yolun kənarında olan kiçik diametrli qaz borusundan sonra boş sahədə müxtəlif növ ağaclar əkilmişdir, ağaclardan sonra isə küçələrarası asfalt örtüklü yol keçir, həmən yoldan sonra “Ay işığı” restoranı, fərdi yaşayış evləri, digər iaşə obyektləri və “X2 Yarmarkası” yerləşir. Hadisə yerindən həmin “Yarmarka”ya qədər olan məsafə 38 metr, “Ay işığı” restoranına qədər olan məsafə isə 31 metrdir. Baxış zamanı hadisə yerində və ya ona yaxın ərazidə, eləcə də yolun asfalt örtüyünün üzərində və ya kiçik diametrli qaz borusunun yaxınlığında, həmçinin qaz borusunun arxasındakı ağaclıq sahədə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya, predmet, o cümlədən cinayətin aləti ola biləcək hər hansı bıçaq və yaxud kəsici-deşici alət aşkar edilmədi və götürülmədi, habelə hadisə yerində və ya ona yaxın ərazidə, yolun asfalt örtüyünün üzərində və ya kiçik diametrli qaz borusunun yaxınlığında torpaq üzərində hər hansı qan və ya qanabənzər ləkələr müşahidə edilmədi (cild 1, iş vərəqi 61-65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsi 10-cu Polis bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-48-1/2-1900 saylı məktubundan görünür ki, Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, Sarıhacılı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cu il tarixdə saat 01:43-də Qaradağ RPİ 10-cu PB-nin növbətçi hissəsinə yaxınlaşaraq 09 03.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyi ərazisində Bakı şəhərində anadan olmuş, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış söz mübahisəsi zamanı sonuncunu bıçaqla döş qəfəsinə vuraraq öldürməsi ilə bağlı törətdiyi cinayət əməlini etiraf etmiş və könüllü təslim olmuşdur (cild 1, iş vərəqi 67). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsin təqsirini boynuna almaqla könüllü gəlməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 10 mart 2023-cü il tarixdə, saat 01:43-də Təqsirləndirilən şəxs özü könüllü olaraq Qaradağ RPİnin 10-cu PB-nin növbətçi hissəsinə gələrək xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Müşfiqabad qəsəbəsi Məcburi köçkünlər şəhərciyi ərazisində tanışı, həmin qəsəbənin sakini, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunu bıçaqla döş qəfəsinə vuraraq öldürməsi barədə bildirmişdir (cild 1, iş vərəqi 68). İşdə olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 69-70). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış keçirilən yer Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun Bakı istiqamətində əsas yoldan 900 metr məsafədə yerləşən “Lələtəpə” deyilən kafedir. Kafeyə gedən yol təmirsiz vəziyyətdədir, asfalt örtüyü yoxdur. Kafe yolun sağ tərəfində yerləşməklə iki hissədən ibarətdir. Birinci hissə ümumi zal və mətbəxdən, ikinci hissə isə kafenin həyətinin sağ tərəfində banket zalları üçün nəzərdə tutulmuş otaqlardan ibarətdir. Qeyd edilən otaqlar bir mərtəbəli, daş üzlüklü, dam örtüyü qara olmaqla pəncərələri yaşıl rəngdədir. Baxışda iştirak edən “Lələtəpə” kafenin ofisiantı Eltac Yəhyayev xx.xx.2023-cü il tarixdə axşam saatlarında ad günü məclisində iştirak edən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs digər bütün qonaqlarla birlikdə sifarişə uyğun olaraq “ZAL №1” banket otağında düzəldilmiş masada əyləşmiş olduqlarını bildirdi. Qeyd olunan “ZAL №1” banket otağı “Lələtəpə” deyilən kafenin həyətinin sağ tərəfində olmaqla 3x20 metr ölçüdədir. Otağın divarları qırmızı və yaşıl divar üzlükləri ilə örtülmüş, döşəməsi isə kvadrat naxışlı parketdəndir. Həmin otağın mebelləri ağ rəngdədir və içəridə ümumilikdə 3 masa və 30 oturacaq vardır. Baxışda iştirak edən X28 Orucovun masanın baş hissəsindən 4 oturacaq məsafədə oturduğunu, lakin Təqsirləndirilən şəxs harada oturduğunu xatırlamadığını bildirdi. Kafenin müşahidə kameralarının yaddaşı videogörüntüləri 48 saat ərzində yaddaşda saxladığına görə, hadisənin baş verdiyi gündən hazırkı vaxta qədər 48 saatdan artıq vaxt keçdiyindən iş üzrə əhəmiyyət kəsb edən videogörüntülərin əldə edilməsi üçün videogörüntülərə baxış keçirilməsi və müvafiq qaydada götürülməsi mümkün olmadı (cild 1, iş vərəqi 105-109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus olduğu deyilən “Redmi” markalı mobil telefon aparatına baxış zamanı aşağıdakılar müəyyən edildi: həmin mobil telefon aparatının ekranı qarşı tərəfdən bütövlükdə monitorludur, arxa tərəfdən isə qara rəngdə plastik materialdadır. “Redmi” model: 22011171G” sözləri yazılmışdır, sol hissədən yuxarıda foto-videoçəkiliş kameraları yerləşir, telefonun ön tərəfi bütövlükdə şüşə materialdandır, yuxarı orta hissədə foto-videoçəkiliş kamerası vardır. Telefon işlənmişdir, ekran şüşəsi tamdır, saz vəziyyətdədir, hər hansı sınıq, çatlaq izləri müşahidə edilmir, android sistemli olmaqla, ekran və displey hissəsi bütövlükdə sensorla idarə edilir. Telefon aparatının sağ yuxarı hissəsində səs artırıb-azaltma düymələri, onların bir qədər alt hissəsində isə qoşma (yandırıb-söndürmə) düyməsi vardır. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon aparatının sağ hissəsində olan qoşma düyməsi əllə basılıb saxlanıldı və telefon açıldı-işlək vəziyyətə gətirildi, tam işlək vəziyyətə gətirilməsi üçün “xətvari çəkim”dən ibarət parol-kod tələb edildi və əvvəlcədən mərhum Zərərçəkmiş şəxs yaxın qohumlarının bildirdiyi “xətvari çəkim” kodunu əl ilə ekranda-displeydə çəkdikdən sonra telefonun açılması - tam işlək hala gətirilməsi mümkün oldu. Həmin vaxt həmçinin telefonun iki GSM nömrəli olduğu və üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olduğu müəyyən edildi. Bundan sonra telefonun menyusuna daxil olundu, menyunun içərisində müxtəlif proqramlar, о cümlədən İnternet, Zənglər, Mesajlar, Kontaktlar, “WhatsApp” və sair proqramlar olduğu müşahidə edildi. Mobil telefon aparatının “WhatsApp” bölümünə daxil olunduqda müəyyən edildi ki, 01 mart 2023-cü il tarixdən 09 mart 2023-cü il, saat 22:00-а qədər olan müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda “Söhbətlər” bölümündə “Ramil or Talıx” adi ilə yazılan +994-55-791- 04-02 nömrəsindən, “İmo” adı ilə yazılan +994 55-734-56-71 nömrəsindən, “Timi” adı ilə yazılan +994 51-763-73-29 nömrəsindən, “Ali” adı ilə yazılan +994 77 *** ** ** nömrəsindən, “Rahib” adı ilə yazılan +994 77-487-63-33 nömrəsindən Ramil adlı tanışının oğlunun ad günü məclisində iştirak etmə məzmununda mesaj mətni və səs yazısı ilə, eləcə də “Həci” adı ilə yazılan +994 70-920-20 33 nömrəsindən, “RuslaN Əcəmi” adı ilə yazılan +994 55-437-00-97 nömrəsindən, “Kobra” adı ilə yazılan +994 55-562-42-02 nömrəsindən, “Fərid Saqqal” adı ilə yazılan +994 51-718-94-64 nömrəsindən, “Wadi” adı ilə yazılan +994 55-261-74-20 nömrəsindən, “sevinc” adı ilə yazılan +994 51-709-25-53 nömrəsindən, “N*F*S” ilə yazılan +994 55-449-04-44 nömrəsindən və sair mobil nömrələrdən müvafiq olaraq ailə-məişət, dostlar arasında hal-əhval tutmaq, sevgi etirafı kimi ümumi məzmununda mesaj mətni, səs yazıları və zənglər qəbul edilmiş, eləcə də həmin mobil nömrələrə səs yazıları göndərilmiş və zənglər edilmişdir. Həmçinin, “Nicat Qaqa” adı ilə yazılan +994 993-20-90-02 nömrəsi ilə 08 mart 2023-cü il tarixdə aşağıdakı kimi mesai mətnləri və səs yazıları vardır: Elbrus: “Qaqa məni axtarmısan dədə ?” Nicat: “he qaqa” Elbrus: “Evdeyem dede, Hardasan ki” Nicat: “Evdeyem birazdan dusecem sene xeber eleyecem” Elbrus: “Yaxşı dede” Nicat: “Hardasan qaqa” Elbrus: “Evdeyem menim qaqam eve, evde heçkim yoxdur, gəlirsən gəl bizə dədə. Bidənə gəşəng çay dəmləyirəm” (səsyazı) Nicat: “Gelirem” Elbrus: “Gel qaqa. Dədə hardasan” Nicat: “Evde qaqa” Elbrus: “Qaqa mənim ürəyim bərk sıxılır valla nolar sohbəT edəkdə qurban olum sənə" Nicat: “Qaqa sebirli ol birazdan sobet eleyerik arxayin ol. Men sene deyecem” Elbrus: “Yaxşı ay Nicim, yaxşı ay ürəy, sənin başıva dönərəm, sənin azarın-bezarın tökülsün onların ürəyinə, hamısının, Allah sənin canını sağ eləsin, üstümüzdən əskik eləməsin ay Nici (səsyazısı) Nicat: “sağol dədə Allah köməyin olsun, səbirli ol axşam yaxşıdı, axşam vaxtı söhbət edək, indi gündüzdü qaqa, gündüz adam heç çölə çıxmaq istəmir, səbirli ol axşam söhbət edəciyik (səsyazısı) Elbrus: “Hə heç nə qurban olaram sənə, məsləhət sənindi, axşam deyirsən axşam eləyək qadanalım, ya istəyirsən mən gəlim, ya istəyirsən özün elə, fərqi yoxdu, mənim özümdə orda olsam da əla olar, bidənə sən göz elə tank kimi keçim üstlərindən, and olsun Allahın adına ay Nici, o ürək var da məndə, dünəndən ürəyim partlayır bərəkət haqqı, gözüm dolur and olsun Allaha” (səs yazısı) Nicat: “Yoxe qaqa sən özün də gələrsən, elə şey olar? Sənsiz şey olar? Ə yoxee, üstündən keçmək lazım deyil, prosto mən axşamları görüşəndə söhbət edəcəm, sən özün də bir kəlmə deyəssən hamıya hər şey aydın olacaq, əsas odu, belə mənə hər şey aydındı, hamıya da hər şey aydın olacaq axşam, hecnə dədə, mən sənə xəbər edəcəm dəə axşam, yaxşı? Ə yoxee vecinə qoyma, kef elə” (səs yazısı) Elbrus: “Sağol ay Nicim, sağol dədə, Allah canına dəyməsin. Əsas mənə lazım idi ki, düzü sən biləsən, belə də onsuz da sən düzü bilirsən dəə, sən bilirsən kim nəyə spasobonnudu, sən təmizsən, təmiz uşaqlar sənin kimi bilsinlər nə var nə yox, o bizə bəsdi and olsun Allaha, Heç nə qadanalaram sənin ay Nici, xəbərləşərik” (səs yazısı) Nicat: “Heç nə qaqa özüm sənə xəbər edəcəm, öpürəm, özüm sənə xəbər edəcəm bir azdan” (səsyazısı) Baxış zamanı həmçinin müəyyən edildi ki, mobil telefonun “Zənglər” bölümündə adları “M dayi” adı ilə yazılan +994 70-231-02-02 nömrəsindən, “Timi”, “Fərid Saqqal”, “İmo”, “Nizi” adı ilə -yazılan +994 55-973-97-49 nömrəsindən, “Sadiq” adı ilə yazılan +994 55-304-34-33 nömrəsindən və digər mobil nömrələrdən Zərərçəkmiş şəxs istifadəsində olan 051 503-12-43 və 051 400-96-10 mobil nömrələrinə sonuncu dəfə 09 mart 2023-cü il, saat 22:01 olmaqla, müxtəlif tarixlərdə və vaxtlarda zənglər edilərək danışıqlar aparılmışdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış zamanı “WhatsApp” bölümündə olan səs yazıları içərisindən iş üzrə əhəmiyyət kəsb edə bilən hər hansı səs yazısı, eləcə də mesaj mətni, fotoşəkil və ya videogörüntü müəyyən edilmədi və götürülmədi (cild 1, iş vərəqi 110-113). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş X4 ərizəsindən görünür ki, o, cinayət işi üzrə Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir (cild 1, iş vərəqi 122). İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin anası X12 onun hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 123-124). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Xiaomi Redmi” markalı telefon aparatına baxış zamanı aşağıdakılar müəyyən edildi: həmin mobil telefon aparatı işlənmiş vəziyyətdədir, telefon aparatının üzəri bir qədər çirkli olsa da, qanabənzər ləkələr müşahidə edilmir. Aparatın arxa tərəfi bütövlükdə qızılı rəngli kauçuq materialdandır, aşağı hissədə “Mi” hərfləri və ya işarəsi yazılmışdır, ekran şüşəsi quru rənglidir və bir neçə hissədən sınmış-çatlamış vəziyyətdədir, telefon aparatı sensor ekranlıdır, Sağ tərəfdə bir-birinə yaxın məsafədə yerləşən 2 ədəd düymə vardır, sağ tərəfdəki aşağıdan 1-ci düymə aparatı söndürüb-yandırmaq, 2-ci düymə isə aparatın səsini azaldıb artırmaq üçün nəzərdə tutulub. Yuxarıdan sol küncə yaxın yerdə quluqcıq (nauşnik) yeri, aşağıdan orta hissəsində enerji toplamaq üçün istifadə olunun enerji toplayıcı cihaz yeri, eləcə də 1 ədəd xırda deşiklər vardır, Aparatın ön tərəfində bir ədəd və arxa tərəfində bir ədəd kameralar olduğu müşahidə edilir. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon aparatının sağ tərəfində olan qoşma düyməsi əllə basılıb saxlanıldı, telefon aparatı açılsa da, tam işlək hala gətirilməsi mümkün olmadı, bunun üçün telefon aparatının daxili sistemi tərəfindən müvafiq kod tələb edildi. Müxtəlif hərflərdən istifadə edilərək telefonun kodunun müəyyənləşdirilməsi məqsədi ilə bir neçə dəfə cəhd edildi, lakin yazılan hərflərin səhv kod olduğu müəyyən edildi. Ona görə də qeyd olunan mobil telefon aparatının “Menyu”, “Zənglər, “SMS-lər” və digər qovluqlarına baxış keçirilməsi və iş üzrə zəruri əhəmiyyət kəsb edə biləcək hər-hansı şəkil, video, mesaj mətninin çıxarılaraq protokola əlavə edilməsi mümkün olmadı (cild 1, iş vərəqi 136-138). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Qaradağ rayonu. Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyindəki 7 və 10 saylı binaların arasındakı asfalt örtüklü yoldur hər iki binanın yaxınlığıdır. Şahid1 qeyd olunan binalararası yolu göstərərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21:05-21:10 radələrində Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” deyilən kafedə keçirilən ad günü məclisinin qurtarmasından sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı, ağımtıl rəngli avtomobil ilə Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs, Şahid5 və Şahid4 ilə birlikdə yaşadıqları Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyinə gələrək artıq saat 21:20-21:30 radələrində qeyd olunan yerə çatmış, Təqsirləndirilən şəxs həmin yerdə, yəni şəhərcikdə 7 və 10 saylı binaların yaxınlığında, binaların arasındakı asfalt örtüklü yolda avtomobili saxlamış, o, Şahid5 və Şahid4 sonra avtomobildən düşüb yol dairəsinə tərəf getmiş, lakin ona məlum olmayan səbəbdən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs avtomobildə qalmışlar. Avtomobildən düşərək yol dairəsinə tərəf bir qədər getdikdən sonra o, qəflətən Elbrusla Mehmanın mübahisə xarakterli, bir-birinə nalayiq ifadələr işlədən səslərini eşidib geri, avtomobilə tərəf qayıtmış, yaxınlaşaraq qabaq sağ tərəfdən avtomobilin qapısını açmaqla dizini oturacağa qoyub Mehmanla Elbrusun hər ikisinə “Nə olub sizə? Ayıbdı, niyə mübahisə edirsiniz, bir-birinizi söyürsünüz?” kimi sözlər demiş, həmin vaxt Mehmanın Elbrusa “sən qəhbəsən” sözlərini təkrarlayaraq dediyini, Elbrusun isə Mehmana “qəhbə sən özünsən” dediyini eşitmişdir. Elə bu vaxt Zərərçəkmiş şəxs qəflətən avtomobilinin arxa oturacağından düşərək Mehman tərəfdən qabaq qapını açıb əl hərəkətləri ilə zərbə atmış, Mehman da avtomobildən aşağı düşərək Elbrusu əli ilə vurmaq istəmişdir. О, dərhal yaxınlaşıb onları aralaşdırmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs şalvarının arxa cibindən qara rəngli, düyməli (avtomatik açılan, knopkalı) bıçaq çıxararaq sağ əlində tutmuş, lakin o, bıçağı dərhal Elbrusun əlindən alıb arxaya, ağaclığa tərəf atmış və Elbrusu təxminən 6-7 metr kənara aparmış, Mehman isə avtomobilinin yanında qalmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs kənardan Təqsirləndirilən şəxs “sənin var yoxunu s...” kimi nalayiq sözlər demiş, bundan sonra Mehman avtomobilin qabaq qapısını açaraq sağ əlinə bıçaq götürüb Elbrusa tərəf gəlməyə başlamış, o, tez Mehmana tərəf qaçıb onun hər iki əlini tutmuş və Mehmanın sağ əlində dəstəyi ağ, qırmızı, göy rənglərdən ibarət olan, ümumi uzunluğu təxminən 20-25 sm olan mətbəxdə istifadə edilən bıçaq tutduğunu görmüşdür. Zərərçəkmiş şəxs həmin vaxt yaxınlaşaraq Mehmana təpik zərbəsi atmış və nalayiq sözlər deməyə davam etmiş, bundan sonra Təqsirləndirilən şəxs əsəbləşərək onu özündən kənara itələmiş və sağ əlində tutduğu bıçaqla artıq onun tam yaxınlığında olan Zərərçəkmiş şəxs ürək istiqamətindən sinə nahiyəsinə bir dəfə zərbə vurmuş, lakin, növbəti zərbələr vurmamışdır. Elbrus zərbənin təsirindən yıxılmamış və ayaq üstə qalmağa davam edərək sərbəst şəkildə dayanmış, о isə uca səslə Elbrusa qışqıraraq “get, get, aralaş burdan” kimi sözlər demiş və bundan sonra Zərərçəkmiş şəxs oradan uzaqlaşaraq 7 saylı binanın birinci girişinə tərəf getmişdir. Təqsirləndirilən şəxs bıçağı sağ əlində tutaraq Elbrusun arxası ilə 7 saylı binaya tərəf getmək istəmiş, lakin o, buna imkan verməyib qarşısında dayanaraq sakitləşməsini xahiş etmiş, həm də Mehmana “sən dədələrimizin goru, bıçağı at” sözlərini demişdir. Həmin vaxt artıq Şahid2 adlı taksi sürücüsü də səs-küyü eşidib ora gəlmiş və o da Mehmana “sənə and verdi, bıçağı tulla” kimi sözlər demiş, lakin Mehman “maşına gedirəm” deyərək bıçağı əlində tutmaqla idarə etdiyi avtomobilinə tərəf getmişdir. Bundan sonra o, Elbrusun yaxın ətrafda olmadığını görərək onun artıq evə getdiyini düşündüyü üçün eləcə də Mehmanın öz avtomobilinə tərəf getdiyini gördüyü üçün onların arasında olan davanın artıq qurtardığını hesab edərək yaşadığı binaya tərəf getmiş, Şahid2 da onun arxası ilə gəlmiş və yolda ondan Mehmanın kiminlə dalaşdığını soruşmuş, о, Elçinə Mehmanın mübahisə, dava-dalaş etdiyi şəxsin Elbrus olduğunu deməmişdir. O, bir qədər qarşıdakı yol dairəsinin yaxınlığında olan kafeyə yaxınlaşanda Şahid5 kafenin giriş qapısının qarşısında dayanıb siqaret çəkdiyini görmüş və ona “Elbrusla Mehman dalaşıb, Mehman Elbrusa bıçaq atdı, sakitləşdirdik, aralaşdırdıq, gedirəm yatam, sabah işə gedəcəm” kimi sözlər demiş, daha sonra isə oradan uzaqlaşıb öz yaşadığı evə getmişdir. Şahid1 ifadəsinin yerində yoxlanılması zamanı verdiyi ifadə ilə onun əvvəl verdiyi ifadəsi arasında ziddiyyət müəyyən edilmədi. Şahid1 ifadəsinin yerində yoxlanılması zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa bir hal müəyyən edilmədi və hər hansı bir əşya götürülmədi (cild 1, iş vərəqi 147-152). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 48-1/2-2157 saylı məktubundan və xx.xx.2023-cü il tarixli, 661 saylı raportdan görünür ki, vətəndaş Hafiz Mehtiyev 27 yaşlı bacısı oğlu Zərərçəkmiş şəxs bıçaqlanması və şəxsin ölməsi barədə DİN 102 xidmətinə məlumat vermişdir (cild 1, iş vərəqi 175, 177). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Naziriyinin Məhkəmə-tibbi ekspertiza və X14 X33in xx.xx.2023-cü il tarixli, 181 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmadı (cild 1, iş vərəqi 192-194). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X33in xx.xx.2023-cü il tarixli, 4158 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs arxiv məlumatına görə xx.xx.2014-xx.xx.2014; xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müayinədə olub. Diaqnoz: “Hal-hazırda psixi xəstəlik aşkar edilmir.” xx.xx.1987-ci il təvəllüdlü, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyi, ev 2, mənzil 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 207). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-48/2- 6742/2023 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məlumatları xx.xx.2023-cü il tarixdə DİN-in X10 Xidməti vasitəsilə “Saxla” statusu ilə “Girişçıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə daxil edilmişdir. DİN-in xx.xx.2016-cı il tarixli G53-001-16 nömrəli göstərişinin icrası baxımından qeyd olunan şəxs barədə bildiriş yuxarıda göstərilən tarixdən hal-hazıradək göndərilməməsi səbəbindən tətbiq olunmuş məhdudiyyətlər ləğv edilmişdir (cild 1, iş vərəqi 227). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X33in xx.xx.2023-cü il tarixli, xx/xx-3992 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs mərkəzdə müalicədə olmayıb, xx.xx.2018ci il tarixdən ərazi üzrə narkoloji qeydiyyatdadır (cild 1, iş vərəqi 234). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Naziriyinin Məhkəmə-tibbi ekspertiza və X14” X33in xx.xx.2023-cü il tarixli, 23 nömrəli rəyindən və fotocədvəldən görünür ki:

1. Mərhum Zərərçəkmiş şəxs meyitin bədən səthində aşkar olunmuş xəsarətlər - ürəyin sol mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol çiyinüstü və boynun sol yan səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub ölümündən az əvvəl deşici-kəsici əşya (alət) təsirindən, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yarana bilərdilər və dərəcələrinə görə ölümü ilə birbaşa səbəbli əlaqəsi olan ürəyin sol mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir, sol çiyinüstü və boynun sol yan səthinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin sol mədəciyinin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il tarixdə, saat 08:50-da) 8-12 saat əvvəl baş vermişdir.

3. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş ürəyin sol mədəciyinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yaranın istiqaməti (yara kanalı) öndən-arxaya bir qədər çəp yuxarıdan-aşağı olmuşdur. Qeyd olunan yara kanalının istiqamətini eləcə də mərhumun bədən səthində aşkar olunmuş sıyrıqların bədəninin sol ön səthində olmasını nəzərə alaraq demək olar ki, xəsarət yetirən alət onun bədəninin ön sol yarısına yönəlmiş olmuşdur. Odur ki, xəsarət yetirən şəxs zərbəni yetirən zaman ayaqüstə və mərhumla üzbəüz vəziyyətdə olmasını güman etmək olar.

4. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətin ağırlığını nəzərə alıb demək olar ki, o, xəsarət aldıqdan sonra qısa vaxt ərzində yaşaya bilərdi, eləcə də yeriyə və məqsədyönlü hərəkətlər edə bilməsi mümkündür.

5. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlə ekpertizaya təqdim edilmiş köynəkdəki zədələr sayına və yerləşmə nahiyələrinə görə biri-birinə uyğun gəlir.

6. Mərhum Zərərçəkmiş şəxs meyitin müayinəsi zamanı onun ölümünə səbəb olmuş döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarasından başqa yara kanalı olan və səhhəti üçün ciddi fəsadlar yaradacaq və bir neçə kəsici-deşici alət (əşya) təsirindən əmələ gələn xəsarət aşkar olunmadı. Eləcə də mərhumun bədən səthində davadalaş zamanı xarakterik yaranan küt əşya (əl, ayaq, yumruq və s.) təsirindən törənmiş hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir.

7. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2% qatılığında etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül sərxoşluq kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir (xx.xx.2023-cü il tarixli, 933/K saylı AKT).

8. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcəyində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Mərhumun arxa keçəcəyindən götürülmüş tamponun məhkəmə-tibbi bioloji müayinəsi zamanı spermatozoidlər aşkar edilməmişdir (9/53 saylı, xx.xx.2023-cü il tarixli AKT) (cild 1, iş vərəqi 250-257). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 0688 nömrəli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs ünvan 1 ünvanda anası Şahid7 ilə birlikdə müvəqqəti məskunlaşmışdır (cild 2, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin Ağdam rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs barəsində verilən xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ildən ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində özü və ailə üzvüləri haqqında qəsəbə sakinləri tərəfindən, Qaradağ rayon Mənzil- Kommunal İstismar Sahəsinə heç bir şikayət xarakterli rəsmi məlumat daxil olmamışdır (cild 2, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 0689 nömrəli arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün Zərərçəkmiş şəxs xx.xx.2023 tarixədək (rəhmətə getdiyi günə kimi) ünvan 5 ünvanında anası X12 ilə birlikdə qeydiyyatda olmuşdur (cild 2, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsinin Ağdam rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs barəsində verilən xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Füzuli rayonudan məcburi köçkün Zərərçəkmiş şəxs 2013-cü ildən xx.xx.2023 (rəhmətə getdiyi günə) kimi ünvan 5 ünvanında müvəqqəti qeydiyyatda olmuşdur. Zərərçəkmiş şəxs Qədir oğlu qəsəbədə yaşadığı müddət ərzində özü və ailə üzvüləri haqqında qəsəbə sakinləri tərəfindən Qaradağ rayon Mənzil- Kommunal İstismar Sahəsinə heç bir şikayət xarakterli rəsmi məlumat daxil olmamışdır (cild 2, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “X29” X33 xx.xx.2023-cü il tarixli, PHŞ-6-14/2-235/2023 saylı məktubundan görünür ki, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyi, ev 2, mənzil 6 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tibbi xidmət ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında və hər hansı xəstəliklə qeydiyyatda yoxdur. Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyi, ev 21, mənzil 41 ünvanında yaşamış, xx.xx.1996-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs tibb xidməti ərazisi üzrə ruhiəsəb xəstələrinin siyahısında və hər hansı xəstəliklə qeydiyyatda olmayıb (cild 2, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/486 saylı kompütertexniki ekspertizası rəyindən görünür ki:

1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 6A” markalı arxa markalanma göstəricisinə görə “M1804C3CG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.

2. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 6A” markalı arxa markalanma göstəricisinə görə “M1804C3CG” modelli mobil smartfonun “ımeı” kodunu müəyyən etmək mümkün olmadı.

3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olun “Xiaomi Redmi 6A” markalı arxa markalanma göstəricisinə görə “M1804C3CG” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvir ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı.

4. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olu “Xiaomi Redmi 6A” markalı arxa markalanma göstəricisinə görə “M1804C3CG” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, proqram təminatları, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 2, iş vərəqi 11-14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2090 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında bir-birilərinə məxsus lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 2, iş vərəqi 15-19). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X33in xx.xx.2023-cü il tarixli, 214/2023-MTBŞ saylı maddi sübutların ekspertizası rəyindən görünür ki: 1-Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ/. 2-Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-В/İİİ/. 3-Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «В», «Н» antigenləri və alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olnunan xəsarət olubsa və qanında müşayiətçi H antigeni varsa. 4-Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar, sviter, jilet və 01 cüt ayaqqabı üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 2, iş vərəqi 20-24). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X33in xx.xx.2023-cü il tarixli, 151/2023-MTKŞ saylı maddi sübutların ekspertizası rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus koftanın ön səthində solda bir ədəd və sol qolun ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi.

2. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, poluver, şalvar və bir cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar edilmədi (cild 2, iş vərəqi 25-27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X33in xx.xx.2023-cü il tarixli, 1926 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixtatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyi dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri atına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs ünsiyyətcillik, söz götürməmək, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə edilmədi (cild 2, iş vərəqi 28-32). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 12283 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin disk ağ rəngli olmaqla üzərində zavod qeydiyyatı ilə “Verbatim CD-R compact disc, 700 mb, 52x, 80min” sözləri və qələmlə 95/7 rəqəmləri yazılmışdır. Qeyd olunan disk kompyuter vasitəsi ilə nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, diskin içərisində “9517 zip” adlı bir ədəd fayl vardır və bu fayla ********* nömrəli cinayət işləri üzrə tələb olunan telefon nömrələrinə dair məlumatlar əks etdirilən yarımfayllar yerləşdirilmişdir. Həmin telefon nömrələrinə dair məlumatlardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mərhum Zərərçəkmiş şəxs istifadəsində olan 051 503-12-43, 050 544-67-98 və 051 400-96-10 mobil nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 449-05-45 və 070 449-05-45 mobil nömrələri arasında heç bir zəng əlaqəsi olmamış və SMS yazılmamışdır. Müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs istifadəsində olan 051 400-96-10 mobil nömrəsi ümumiyyətlə aktiv olmamış, həmçinin 051 503-12-43 və 050 544-67-98 mobil nömrələri ilə müxtəlif mobil nömrələri arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində zəng əlaqələri olmuş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək və ya şübhəli ola bilən heç bir zəng edilməmiş və SMS yazılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 449-05-45 mobil nömrəsinə qeyd olunan tarixlərdə müəyyən vaxtlarda müxtəlif mobil nömrələrdən zənglər edilərək danışıqlar aparılmış, lakin hər hansı şübhəli və ya iş üzrə əhəmiyyət kəsb edə biləcək zənglər edilməmiş, SMS-lər yazılmamışdır (cild 2, iş vərəqi 51- 53). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-2351/2017 saylı qətnaməsindən və Qaradağ rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Məmmədova (Hüseynova) Günel Xeybər qızı arasında bağlanmış nikah pozulmuş və yetkinlik yaşına çatmayan X5 anası Məmmədova (Hüseynova) Günel Xeybər qızının yanında saxlanılması müəyyən olunmuşdur (cild 2, iş vərəqi 58-63). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 48-1/2-3694 nömrəli məktubundan görünür ki, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər (Qaçqınlar) şəhərciyi, ev 2, mənzil 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə, axşam saatlarında Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” kafesində tanışları ilə birlikdə ad günü məclisində iştirak etmiş və məclisin qurtarmasından sonra saat 21:30 radələrində idarə etdiyi “Vaz 2106” markalı avtomobillə qəsəbə sakinləri Şahid1, Şahid4, Şahid5 və Zərərçəkmiş şəxsla birlikdə hər biri sərxoş vəziyyətdə olmaqla yaşadıqları Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində yerləşən 7 və 10 saylı binaların yaxınlığına gələrək avtomobili saxlamış, Şahid1, Şahid4 və Şahid5 avtomobildən düşüb getdikdən sonra avtomobildə qalan Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində sözlü mübahisə yaranmış, bu vaxt Şahid1 onların səs-küyünü eşidərək geri, avtomobilə qayıtmış və onları sakitləşdirməyə çalışmış, lakin buna baxmayaraq onlar avtomobildən aşağı düşərək mübahisələrini davam etdirmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq sözlər deməyə başlamış, daha sonra isə onun üzərinə bıçaq çıxartmış, lakin Şahid1 bıçağı Zərərçəkmiş şəxs alaraq kənara atmış, bundan sonra Təqsirləndirilən şəxs öz avtomobilində olan bıçağı götürərək mübahisənin gedişatında bıçaqla Zərərçəkmiş şəxs ürək nahiyəsinə bir dəfə zərbə vurmuş, sonra isə Şahid1 onu sakitləşdirə bilmiş, yaralı və sərxoş vəziyyətdə olmaqla oradan uzaqlaşan Zərərçəkmiş şəxs isə yaxınlıqdakı 7 saylı binanın 1-ci girişinin qarşısında yerdə uzanıqlı vəziyyətdə aşkar edildikdən sonra binanın sakinləri tərəfindən qohumuna zəng edilərək məlumat verilmiş və qohumu həmin yerə gələrək oradakı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə aparmış, lakin evə çatdırılan Zərərçəkmiş şəxs bir neçə dəqiqədən sonra yaşadığı mənzildə vəfat etmiş, aradan bir neçə saat keçdikdən sonra isə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin növbətçi hissəsinə gələrək konüllü təslim olmuş, Zərərçəkmiş şəxs öldürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs spritli içki alüdəçisi olmuş, çox zaman spirtli içkinin təsirində olmuş, lakin mübahisəyə, dava-dalaşa meylli şəxs olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuş, lakin azadlığa buraxıldıqdan sonra hər hansı pis verdişinın olması müşahidə edilməmişdir. Onların ailə üzvləri, qohumları, qonşuları, yaşadığı qəsəbənin sakinləri ilə hər zaman normal münasibətdə olmuş, ailələrində münaqişənin olması barədə məlumat daxil olmamışdır. Mеһman Məmmədovla Zərərçəkmiş şəxs əvvəllər bir-biri ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət, düşmənçilik, dava-dalaş halları olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürülməsində hər hansı digər şəxsin iştirakı və ya rolu olmamış, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməyə sövq edən heç bir şəxs olmamışdır. Hadisə Şahid1 yanında baş vermiş, hadisədən sonra səs-küyü eşidib ora qəsəbədə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 adlı şəxs də gəlmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” kafesində mübahisə, dava-dalaş kimi hallar olmamışdır. Həmin ad günü məclisində Zərərçəkmiş şəxsla Şahid3 adlı qəsəbə sakini arasında sözlü mübahisə olmuş, mübahisəyə səbəb isə ad günü məclisinin gedişatında Şahid3 Zərərçəkmiş şəxs su istəməsi və sonuncunun ona su verməməsi olmuş, lakin bu mübahisə Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən sakitləşdirilmiş və orada hər hansı dava-dalaş halları baş verməmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yaşadığı evə gedərək onunla birlikdə yaşayan anasını Qaradağ rayonu, Qobu Park massivində yaşayan xalasıgilə aparmış, yolda olduqları zaman isə o, cinayətin aləti olan, Zərərçəkmiş şəxs vurduğu bıçağı avtomobildən kənara atmışdır. Bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra cinayətin aləti olan bıçağı avtomobilin yan şüşəsindən konkret olaraq harada, asfalt yolun hansı hissəsində kənara atması, bıçağın yerinin müəyyən edilməsi və tapılaraq istintaqa təhvil verilməsi mümkün olmamışdır. Eləcə də xx.xx.2023-cü il tarixdə “Lələtəpə” kafesində keçirilən ad günü məclisinin iştirakçılarının məclisə gəlişini və daha sonra kafedən çıxmaqla oradan getmələrini əks etdirən, kafenin içərisində və ya giriş qapısının qarşısındakı yolda quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış görüntülərin, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsi ilə bağlı törətdiyi cinayət hadisəsinin baş verdiyi yerdə və ya ona yaxın ərazidə quraşdırılmaqla hadisənin görüntülərini arxivləşdirmiş “Təhlükəsiz şəhər”-TŞ videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərin götürülməsi istiqamətində zəruri tədbirlər görülmüş, lakin qeyd olunan videogörüntülərin müddətlə əlaqədar videomüşahidə kameralarının yaddaşından avtomatik olaraq silindiyi üçün müvafiq qaydada göturülməsi və istintaqa təqdim edilməsi mümkün olmamışdır. Bununla yanaşı, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində qeyd olunan kafedə keçirilmiş ad günü məclisinin qurtarmasından sonra həmin məclisdə iştirak etmiş şəxslərin kafedən çıxaraq yolda olduqları zaman mərhum Zərərçəkmiş şəxsla Şahid3 arasında sözlə yaranmış mubahisənin görüntülərini əks etdirən, kafenin həyətinin giriş qapısının qarşısında quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə çəkilmiş görüntülərin kafenin müşahidə kameralarının monitorundan silinmədən mobil telefon aparatının kamerası ilə əks etdirilməsi əməliyyat yolu ilə müəyyən edilmişdir (cild 2, iş vərəqi 64-65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 48-1/2-3694 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin disk ağ rəngli kağız materialdan olan örtüyün içərisindədir, diskin arxası ağ rəngli kauçuq materialdan olmaqla, üzərində hər hansı yazı qeydləri yoxdur. Qeyd olunan “CD” disk kompyuter vasitəsi ilə nümayiş etdirilərkən içərisində (yaddaşında) iki ədəd yarımfaylların olduğu müşahidə edildi. Həmin yarımfayllara daxil olduqda müəyyən edildi ki, birinci yarımfayldakı videogörüntü 1.37 dəqiqədən (1 dəqiqə 37 saniyədən), ikinci yarımfayldakı videogörüntülər isə 1.1 dəqiqədən (1 dəqiqə 1 saniyədən) ibarətdir və hər iki yarımfayllarda xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” deyilən kafedə keçirilmiş ad günü məclisinin qurtarmasından sonra həmin məclisdə iştirak etmiş şəxslərin kafedən çıxaraq yolda olduqları zaman bir-biri ilə görüşüb-sağollaşmasını əks etdirən videogörüntülər vardır. Birinci yarımfayldakı videgörüntüdən həmçinin görünür ki, ad günü məclisinin içlirakçıları kafedən yola tərəf çıxaraq yolda mehribancasına və bir qədər də sərxoş insanlar tərzində bir-biri ilə sağollaşdıqları vaxt mərhum Zərərçəkmiş şəxs yanındakı şəxslərlə birlikdə qeyd olunan kafedən giriş qapısının qarşısına-yola tərəf çıxmış, həmin vaxt Şahid3 yolun əks tərəfindəki borunun üzərində oturaqlı vəziyyətdə olmuş, bu vaxt məclisin üç nəfər iştirakçısı Şahid3 yaxınlaşmış və o, oturduğu yerdən qalxıb X6 tərəf gəlmiş, Taleh Mehdizadə əlini onun boynuna salıb sağollaşmış, daha sonra isə Şahid3 geri qayıdaraq kafenin giriş qapısına tərəf getmək istəmiş, lakin artıq onun yaxınlığında olan Təqsirləndirilən şəxs Şahid3 “qucaqlayan” kimi edərək ona nəsə demiş, bundan sonra Şahid6 da Şahid3 yaxınlaşmış və sonra о, avtomobilə tərəf getmişdir. Həmin videogörüntüdə Şahid3lə mərhum Zərərçəkmiş şəxs və ya hər hansı digər şəxsin arasında heç bir dava-dalaş halları müşahidə edilmir. İkinci yarımfayldakı videogörüntüdən həmçinin görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 söhbət edə-edə kafenin arxasına tərəf gələrkən Şahid1 geri çönərək artıq onların arxası ilə gələn Zərərçəkmiş şəxs yaxınlaşıb nəsə demiş, Zərərçəkmiş şəxs arxası ilə həm də Şahid4 da onlara tərəf gəlmişdir. Daha sonra isə məclis iştirakçıları müxtəlif avtomobillərlə oradan uzaqlaşmışlar. “CD” diskdəki hər iki yarımfayllarda olan videogörüntülərə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı şəxs və ya predmet, eləcə də mərhum Огucov Elbrus Qadir oğlu ilə Təqsirləndirilən şəxs və ya hər hansı digər şəxsin mübahisə, dava-dalaş etməsi kimi halların olması müəyyən edilmədi (cild 2, iş vərəqi 66-68). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsi 10-cu Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 48- 1/2-4596 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ürək nahiyəsinə 1 dəfə zərbə vuraraq qəsdən öldürməsi faktı ilə bağlı bir sıra zəruri əməliyyat tədbirləri keçirilmiş və tapşırığın müvafiq bəndləri icra edilsə də əməliyyat marağı kəsb edən əlavə məlumatlar əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqi 83). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 2823/23 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin disk qırmızı rəngli olmaqla üzərində zavod qeydiyyatı ilə “Nar” sözləri və qələmlə ********* rəqəmləri yazılmışdır. Qeyd olunan disk kompyuter vasitəsi ilə nümayiş etdirilərkən müəyyən olundu ki, diskin içərisində “Zenglerin_ “Detallasmasi_**********4617 _**********” adlı bir ədəd fayl vardır və bu fayla ********* nömrəli cinayət işləri üzrə tələb olunan telefon nömrələrinə dair məlumatlar əks etdirilən yarımfayllar yerləşdirilmişdir. Həmin telefon nömrələrinə dair məlumatlardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 449-05-45 mobil nömrəsinə X7 istifadəsində olan 055 512-16-50 mobil nömrəsindən zənglər edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 17:07:15-də zəng, edilərək 0 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 23:27:18-də zəng edilərək 134 saniyə, saat 23:36:19-da zəng edilərək 23 saniyə və saat 23:42:34-də zəng, edilərək 47 saniyə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 449-05-45 mobil nömrəsinə yuxarıda qeyd olunan, yəni X7 istifadəsində olan 055 512-16-50 mobil nömrəsindən daxil olmuş zənglərdən başqa heç bir zəng edilməmiş, eləcə də heç bir sms mətni qeydə alınmamışdır. Baxış zamanı həmçinin müəyyən edildi ki, telefon anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 449-05-45 mobil nömrəsinə X7 istifadəsində olan 055 512-16-50 mobil nömrəsindən yuxarıda qeyd olunan vaxtlardakı zənglər edilərkən Təqsirləndirilən şəxs “Qobu Park YK, Qaradağ rayonu, Lökbatan-Qobu park yolu” ünvanında olmuşdur. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilmədi (cild 2, iş vərəqi 164-166). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyi ərazisində yerləşən 7 və 10 saylı binaların arasındakı yoldur - hər iki binanın yaxınlığıdır. Qeyd olunan yerdə Təqsirləndirilən şəxs göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Qaradağ rayonu, Müşfiqabad qəbəsi ərazisində yerləşən “Lələtəpə” deyilən kafedə qəsəbə sakini Ramil adlı şəxsin öz oğluna keçirdiyi ad günü məclisində iştirak edərək məclisin qurtarmasından sonra, saat 21:10 radələrində idarə etdiyi “Vaz 2106” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5la birlikdə kafedən çıxmış, həmin vaxt onların hamısı spirti içkinin təsirində olmuş, lakin öz hərəkətlərini tam dərk edə bilmiş, heç biri bərk sərxoş halda olmamışlar. Yaşadıqları Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyinə çataraq saat 21:30 adələrində “Ay işığı” restoranının yaxınlığında, 7 və 10 saylı binaların arasındakı yolda, əvvəllər üzərində oturub söhbət etdikləri kiçik qaz borusunun qarşısı istiqamətində olduğu vaxt avtomobili saxlamış, əvvəlcə Sadiq və Samir, sonra isə Nicat da avtomobildən düşərək yol dairəsinə tərəf getmiş, Zərərçəkmiş şəxs avtomobildə qalmışdır. О, Elbrusa avtomobildən düşməsini deyərkən Elbrus ona “Sənin də adın hallanır, demisən ki, uşaqların polis bölməsinə aparılmasının səbəbkarı Elbrusdu, polislərə güya ki, mən xəbərləmişəm” kimi sözlər deyərək sonra ona nalayiq sözlər deməyə başlamış, o da Elbrusa “Qəsəbədə sənin adın hallanır, deyirlər ki, güya polislərə sən demisən” sözlərini deyib sonra da nalayiq sözlər demiş, onlar bu qaydada bir-birinə nalayiq sözlər dedikləri vaxt avtomobilin qabaq sağ qapısı açılmış və Şahid1 avtomobilin içərisinə tərəf əyilərək ona və Elbrusa “ayıb olsun, niyə mübahisə edirsiniz, bir-birinizi söyürsünüz, nə olub sizə” kimi sözlər demişdir. Həmin vaxt Elbrus avtomobilin arxa oturacağından düşərək onun tərəfdən qabaq qapını açmış və onu əl zərbəsi ilə vurmaq istəsə də zərbə ona dəyməmiş, o da avtomobildən düşüb Elbrusa əl zərbəsi atmış, lakin atdığı zərbə Elbrusa dəyməmişdir. Nicat tez yaxınlaşıb onları aralaşdırmış, bu zaman Elbrus şalvarının arxa cibindən bıçaq çıxararaq sağ əlində tutmaqla ona tərəf gəlməyə başlamış, lakin Nicat bıçağı Elbrusun əlindən alaraq arxadakı ağaclıq tərəfə atıb Elbrusu ondan bir qədər kənara aralaşdırmış, o isə avtomobilinin yanında qalmışdır. Elbrus kənardan ona yenə də nalayiq sözlər dediyi üçün o, avtomobilin sürücü tərəfdən qabaq qapısını açıb saxlanc yerində (bardaçokda) olan bıçağı sağ əlinə götürmüş, məqsədi isə Elbrusun bıçağı görüb qorxaraq sakitləşməklə oradan çıxıb getməsi olmuşdur. Bu vaxt Nicat onun yanına gəlib qollarından tutaraq “bıçağı tulla” demiş, Elbrus isə bir qədər kənardan ona nalayiq sözlər deyərək üzərinə gəlmiş və ona tərəf ayaq zərbəsi atmış, həmin vaxt o, Elbrusun bıçağı yenidən əlinə götürdüyünü, onu vurmaq istədiyini hesab etmiş və onun üzərinə gəlməklə nalayiq sözlər deməsindən artıq əsəbləşərək Nicatı kənara itələmiş, əlindəki bıçaqla Zərərçəkmiş şəxs ürək istiqamətindən sinə nahiyəsinə bir dəfə zərbə vurub bıçağı geri çəkmiş, yəni bıçağı bir dəfə Elbrusa vurub-çıxartmış, lakin başqa zərbələr vurmamışdır. Elbrus zərbənin təsirindən yıxılmayaraq ayaq üstə qalmış, bundan sonra Nicat Elbrusa “aralaş get burdan” kimi sözlər demiş və Elbrus 7 saylı binanın birinci girişinə tərəf getmiş, həmin vaxtlar taksi sürücüsü Şahid2 da ora gəlmiş, Nicat onu atalarının goruna and verərək bıçağı atmasını istəmiş, Elçin də ona “səni and verir, bıçağı tulla” kimi sözlər demiş, lakin o, bıçağı atmamış və əlində tutmaqla avtomobilinə tərəf getmiş, bıçağı avtomobilə, sürücü oturacağının yan tərəfinə qoyub avtomobili hərəkətə gətirərək yaşadığı binanın qarşısına gəlmiş və yaşadığı mənzilə gedib anasına cinayət törətdiyini, Elbrusu bıçaqla vurduğunu deyərək anasını Qaradağ rayonu, Qobu Park yaşayış massivində yaşayan xalasıgilə aparacağını bildirmiş, onlar birlikdə mənzildən çıxdıqdan sonra o, idarə etdiyi avtomobillə Qaradağ rayonu, Qobu Park qəsəbəsi istiqamətində asfalt yolla təxminən 15-20 dəqiqə hərəkətdə olmaqla yolun hansısa hissəsində olduqları vaxt avtomobili saxlamadan sol yan şüşəni açaraq Ebrusu vurduğu bıçağı kənara, sol tərəfə atmış, lakin bıçağın hara düşdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı, tanışı Zərərçəkmiş şəxs öldürməsi ilə bağlı törətdiyi cinayət hadisəsini etiraf edərək əməlindən peşman olduğunu bildirdi (cild 2, iş vərəqi 173-178). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı götürülmüş, hadisənin baş verdiyi vaxt Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd kofta və Təqsirləndirilən şəxs əyninə olmuş bir ədəd gödəkçə, bir ədəd köynək, bir ədəd şalvar, bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs istifadəsində olmuş “Redmi” markalı bir ədəd mobil telefon və Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi Redmi” markalı bir ədəd mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanc otağına verilmiş, eləcə də Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən rayon prokurorluğuna göndərilmiş xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” deyilən kafedə keçirilmiş ad günü məclisindən sonra kafenin girişinin qarşı tərəfindəki yolda quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks etdirən 1 ədəd “CD” disk, "xxxx" MMCdən və "xxxx" MMC-dən göndərilmiş telefon məlumatlarını özündə daşıyan 2 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 179-230). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 268). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli,1(002)-157/2018 nömrəli hökmündən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2018-ci ildə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 180-184, 269). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək fikrinin olmaması, hadisənin hadisənin təsadüfi axarı zamanı baş verməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, həmin ifadəni müdafiə taktikası kimi dəyərləndirir və inandırıcı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hadisə ərəfəsində tanışlarının polis bölməsinə aparılmasının səbəbkarı kimi Zərərçəkmiş şəxs adını hallandırdığına görə sonuncu ilə Təqsirləndirilən şəxs arasında hadisə yerində ciddi mübahisə baş vermiş, onlar bir-birinin ünvanına nalayiq söyüşlər işlətmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə bıçaq çıxarmış, lakin hadisə yerində olan Şahid1 bıçağı Elbrus Oİrucovun əlindən alaraq kənara tullamışdır. Zərərçəkmiş şəxs əlindən bıçağın alınmasına baxmayaraq, bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən bıçaq götürüb vurmağa hazır vəziyyətdə durmuş, Zərərçəkmiş şəxs onun üzərinə gəlməklə nalayiq sözlər deməsindən əsəbləşərək onların daşalmasına mane olan Şahid1 kənara itələmiş, əlindəki bıçaqla Zərərçəkmiş şəxs ürək nahiyəsinə zərbə vurub onun ölümünə səbəb olnmuşdur. Şərh olunan məqamlar Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin birbaşa qəsdlə törədilməsini tam sübut edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl birbaşa qəsdlə törədilmişdir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 11 mart 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 33, 87-90; cild 2, iş vərəqi 104- 107). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan, ibtidai istintaq zamanı götürülmüş və Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlac otağında saxlanılan hadisə baş verən vaxt mərhum Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd kofta, onun istifadəsində olmuş “Redmi” markalı bir ədəd mobil telefon zərəçəkmiş şəxin hüquqi varisi X8, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd köynək bir ədəd şalvar, bir cüt ayaqqabı, istifadəsində olmuş “Xiaomi Redmi” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. Digər maddi sübutlar - Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” adlı kafenin girişinin qarşı tərəfindəki yolda quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmış görüntüləri əks etdirən 1 ədəd “CD” disk, "xxxx" MMCdən və "xxxx" MMC-dən göndərilmiş telefon məlumatlarını özündə daşıyan 2 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 169 (yüz altmış doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlac otağında saxlanılan maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - hadisə baş verən vaxt mərhum Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd kofta, onun istifadəsində olmuş “Redmi” markalı bir ədəd mobil telefon zərəçəkmiş şəxin hüquqi varisi X8 qaytarılsın. - Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd köynək, bir ədəd şalvar, bir cüt ayaqqabı və istifadəsində olmuş “Xiaomi Redmi” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar - Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Lələtəpə” adlı kafenin girişinin qarşı tərəfindəki yolda quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmış görüntüləri əks etdirən 1 ədəd “CD” disk,” Azercell Telekom” MMC-dən və "xxxx" MMC-dən göndərilmiş telefon məlumatlarını özündə daşıyan 2 ədəd “CD” disk maddi cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 169 (yüz altmış doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Əhməd Quliyev

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar