Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-693/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1980-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2005 və 2008-ci il təvəllüdlü iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/4, mənzil 26-da qeydiyyatında olan, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 15, mənzil 26-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma məqsədi ilə istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və kustar üsulla hazırlanmış ağ kristallik şəkilli xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edən külli miqdarda psixotrop maddəmetamfetamini əldə edərək daşıyıb yaşadığı Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsi ev 15 mənzil 26 ünvanına gətirib gələcəkdə ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə mətbəx otağında saxlamış, həmçinin 09 oktyabr 2020-ci il tarixdə səhər saatlarında qeyd edilən psixotrop maddənin 1,356 qram hissəsini 1 (bir) ədəd gümüşü rəngli kağız bükümündə əynində olan şalvarın sağ yan cibində qoyaraq özü ilə daşımış, həmin gün saat 08:00-da ünvan 1 ünvanın qarşısında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə əldə edərək daşıdığı 1 (bir) ədəd bükümdə 1,356 qram çəkidə psixotrop maddə olan metamfetamin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyataxtarış tədbirlərinin davamı olaraq onun məlumatı və ərizəsi əsasında həmin tarixdə saat 12:00-da yaşadığı ünvana baxış keçirilən zaman mətbəx otağında yerləşən pəncərənin yanına qoyduğu satış məqsədi ilə əldə edərək saxladığı üzərində “Lady Star” yazısı olan 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisində olmaqla içərisində 2 (iki) ədəd polietilen bükümdə ayrı-ayrılıqda müvafiq olaraq çəkiləri 100,0 və 40,0 qram - ümumi xalis çəkisi 140,0 qram təşkil edən külli miqdarda psixotrop maddə hesab edilən metafetamin və 1 (bir) ədəd polietelin bükümdə içərisində xalis çəkisi 95,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində biri azyaşlı olmaqla iki uşağı var, 11 dekabr 2019-cu il tarixdə Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulan günə kimi cəzasını çəkib qurtarmamışdır. O, idmançı olmuş, idman məşqçisi olmaqla maaş almışdır. Lakin pandemiya dövründə idman zalları bağlandığından 2-3 dəfə 190 manat məbləğində yardım almışdır. Özü bədənində ağrılar olduğu üçün 5-10 manata metamfetamin alaraq istifadə etmişdir. Metamfetamini milliyyətcə rus olan bir şəxsdən alırdı. Tutulmamışdan 1 həftə əvvəl o, Bakı şəhəri Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolda 1 ədəd ağ rəngli polietilen sellofan torba tapmış və həmin torbaya baxdıqda içərisində ayrı-ayrılıqda 3 ədəd büküm olduğunu görmüşdür. O, torbadakı 2 bükümün içərisində psixotrop maddə olan metamfetamin, 1 bükümün içərisində isə marixuana kütləsinə bənzər kütlə olduğunu görmüşdür. Həmin polietilen torbanı o, götürərək yaşadığı Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsi ev 15 mənzil 26 ünvanına gətirmiş və evin mətbəxində yerləşən pəncərənin qarşısında qoymuş, onlardan istifadə etmiş, psixotrop maddə olan metamfetaminin bir qədər hissəsini gümüşü rəngli kağız bükümündə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoyaraq özünün istifadəsi üçün üzərində saxlamışdır. Evində saxladığı narkotik və psixotrop maddələr barədə ailə üzvlərinə bir söz deməmiş, onların bu işdən xəbəri olmamışdır. Ümumiyyətlə, pandemiya ilə əlaqədar 2020-ci ilin oktyabr ayında ailəsi Lənkəranda qohumlarıgildə olmuşdur. 09 oktyabr 2020-ci il tarixdə saat 08:00 radələrində o, ünvan 2 ünvanının qarşısında dayanarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis vəsiqələrini təqdim edərək Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ona özləri ilə birlikdə həmin Baş İdarəyə getməyi təklif etmişlər. O, heç bir etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmiş, orada onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla əlaqədar hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuşdur. Ona, üzərində qanunsuz əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra o, könüllü olaraq əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini və yaşadığı evin açarlarını, həmçinin şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamini təqdim etmişdir. O, həmin metamfetamini təxminən 1 həftə əvvəl Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolun kənarından tapdığını bildirmiş, həmçinin polis əməkdaşlarına yaşadığı Bakı şəhəri,Yasamal rayonu ,A.Şaiq küçəsi , ev 15, mənzil 26-da da psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirmişdir. Onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş metamfetamin qablaşdırılmış, tərtib olunmuş protokolu o və digər baxış iştirakçıları imzalamışlar. Bundan sonra saat 12 radələrində onun ərizəsi əsasında polis əməkdaşları, müdafiəçi və o, birlikdə yaşadığı ünvan 3 ünvana getmişlər. Mənzilində videoçəkiliş aparılmaqla mətbəx otağında yerləşən pəncərənin qarşısında olan ağ rəngli sellofan torbanı o, polis əməkdaşlarına təqdim etmiş, torbanın içərisində ayrı-ayrılıqda 3 büküm aşkarlanmışdır. O, polis əməkdaşlarına 3 bükümdən 2 bükümünün içərisində psixotrop maddə olan metamfetamin, 1 bükümünün içərisində isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılmış və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi bütün ifadələrini təsdiq edir, polis əməkdaşları tərəfindən ona heç bir zor və ya fiziki təzyiq göstərilməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 08 oktyabr 2020-ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhəri Nərimanov rayonu ərazisində satışını təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün ondan və BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra 09 oktyabr 2020-ci il tarixdə saat 08:00 radələrində ünvan 4 ünvanın qarşısında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirilərək onu DİN-nin BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada onu müvafiq araşdırmanın aparılması məqsədilə DİN-nin BNMİ-də təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyevə təqdim etmişlər. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun müdafiəçi dəvət edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq şalvarın sağ yan cibindən çıxardığı 1 ədəd gümüşü rəngli bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün Binəqədi rayonu ərazisindən tapdığını bildirmişdir. O, həmçinin könüllü olaraq yaşadığı Yasamal rayonu A.Şaiq küçəsində yerləşən evində də narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Baxışa dair tərtib olunmuş protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş və baxışın iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarışın keçirilməsinə etiraz etmədiyini ərizəsi ilə təsdiq etdikdən sonra hamısı Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsi ev 15 mənzil 26 ünvanına, yəni Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada təhqiqatçı tərəfindən tərtib edilmiş qərar əsasında videoçəkilişlə baxış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs öz açarı ilə giriş qapısını açaraq həmin evdə tək yaşadığını, ailə üzvlərinin Lənkəran rayonunda olduqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq mənzilin mətbəxində yerləşən pəncərənin yanından 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin torba açıldıqda içərisində daha 3 ədəd sellofan büküm aşkar edilmiş, bükümlərdən 2 ədədinin içərisində ağ rəngli kristall şəkilli maddə olan metamfetaminə bənzər maddə, digər sellofan bükümdə isə tünd yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Həmin bükümlərin içərisində olan vasitə və maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, lakin onların çəkisini uzun müddət keçdiyi üçün xatırlamır. Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində bununla bağlı halları təsdiq edir. Həmin bükümlər zərfə qoyularaq DİN-in «zərflər üçün 7 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə və narkotik vasitələrin onun özünə məxsus olduğunu bildirmiş və Binəqədi rayonu ərazisindən tapdığını, həmin vasitə və maddələri satmaq niyyətinin olmadığını, özü üçün istifadə etmək üçün saxladığını bildirmişdir. Sonra DİN-nin BNMİ-də bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. İstər üzərinə baxış keçirilən zamanı, istərsə də yaşayış yerində axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs üzərinə baxış və yaşadığı ünvanda keirilmiş axtarışda iştirak etmiş, tədbirlərin nəticəsinə dair tərtib olunmuş protokolları imzası ilə təsdiq etdiyini, R.Mirzəyevə qarşı fiziki zor və təzyiqlərin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəisinə ünvanlanan 08.10.2020-ci il tarixli raportdan müəyyən olunur ki, idarəyə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/4, mənzil 26-da qeydiyyatında olan və Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 15, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhəri Nərimanov rayonunda satışını təşkil etməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 09.10.2020-ci il tarixli raportdan müəyyən olunur ki, Miriyev X4 rayonu, Xətai prospektində saxlanılaraq BNMİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, «şəxsi axtarış və götürmə aparılması haqqında» 09 oktyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 09.10.2020-ci il tarixdə, saat 10:00-da DİN-nin BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli büküm təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi və götürmə haqqında» 09 oktyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin gün saat 12:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 15, mənzil 26 ünvanında mənzilin mətbəxində yerləşən pəncərənin yanında olan 1 ədəd üzərində «Lady Star» sözləri yazılmış ağ rəngli sellofan paketin içərisindən ümumilikdə 3 ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan paketlərdən 2 ədədinin içərisində ağ rəngli kristall şəkilli maddə olan metamfetaminə bənzər maddə, digər sellofan torbada isə tünd yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 09.10.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10.10.2020ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 09 oktyabr 2020-ci il tarixli, 7/708 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş…» sözləri yazılmış paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 95,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 09 oktyabr 2020-ci il tarixli, 6/2114 saylı rəyindən müəyyən olunur ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş paket içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.356 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş digər paketdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 100.0 qram, 40.0 qram, ümumi təmiz çəkisi 140.0 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə “sözləri qeyd edilmiş paketdə olan bir ədəd bükümdə olan metamfetamin ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə” sözləri qeyd edilmiş paketdə olan 2 (iki) ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 26 noyabr 2020-ci il tarixli, 3314 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ambulator-psixiatrik ekspertizasının 29 dekabr 2020-ci il tarixli, 2531 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 15.12.2020ci il tarixli protokoldan müəyyən olunur ki, 09 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd «Verbatim» markalı «DVD-R» 4,7 GB texniki göstəricili diskə baxış keçirilmişdir. Baxış amanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. O, həmin maddəni Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolun kənarından tapdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda da, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 15.12.2020ci il tarixli protokoldan müəyyən olunur ki, 09 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvana baxış keçirilən zaman video çəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə göstərilən ünvanda yerləşən mətbəx otağındakı pəncərənin yanında olan 1 ədəd üzərində «Lady Star» sözləri yazılmış ağ rəngli sellofan paketi təqdim etmişdir. Həmin paketin içərisindən ümumilikdə 3 ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan paketlərdən 2 ədədinin içərisində ağ rəngli kristall şəkilli maddə olan metamfetaminə bənzər maddə, digər sellofan torbada isə tünd yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir.O, həmin narkotik vasitə və psixotrop maddələri Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolun kənarından tapdığını bildirmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 14.01.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatlarından sonra qalıq çəkisi 141,236 (yüz qırx bir tam mində iki yüz otuz altı) qram təşkil edən psixotrop maddə olan metamfetamin və çəkisi 94,95 (doxsan dörd tam yüzdə doxsan beş) qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, 3 ədəd CD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Lənkəran rayon İcra və Probasiya şöbəsinin 85 saylı, 15.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş 01 il 05 ay azadlığın məhdudlaşdırlması cəzasının 02 ay 16 gününü çəkmiş, 01 il 02 ay 14 gün azadlığın məhdudlaşdırlması cəzası çəkilməmiş qalmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2005 və 2008ci il təvəllüdlü iki uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirməsi, həmçinin yaşadığı mənzildə saxlamasını göstərməsi ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri ilə, baxış protokolları, ekspertiza rəyləri və işin digər materialları ilə ittiam olunduğu əməllərdə təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 500 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddənin ümumi təmiz çəkisi 141,356 qram təşkil etməklə külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs Razadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 09 oktyabr 2020ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 141,236 (yüz qırx bir tam mində iki yüz otuz altı) qram təşkil edən psixotrop maddə olan metamfetamin və çəkisi 94,95 (doxsan dörd tam yüzdə doxsan beş) qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 154 (yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş, 01 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 07 (yeddi) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 141,236 qram təşkil edən psixotrop maddə olan metamfetamin və çəkisi 94,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 154 (yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-693/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-693/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver