Məhkəmə qərarları › İş №1(101)-693/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-693/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-693/2025 04.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri X4, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Sofık oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1978-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli hökmünə əsasən 01 (bir) il 06 (altı) ay azadlıqdan məhru metmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya təkrarən qanunsuz daxil olaraq xeyli miqdarda oğurluq etmiş, həmçinin satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyətilə 19 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, BTZ bağları yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin giriş qapısının bağlı olduğunu görüb, ev sahibini səsləyib, evdə heç kimin olmadığına əmin olduqdan sonra evin yan tərəfində yerləşən, təmir işləri gedən digər evdən 1 ədəd nərdivan götürüb hasara dayayaraq həmin nərdivan vasitəsi ilə evin həyətinə düşüb, evin həyətində olan tikilidən tapdığı dəmir ling vasitəsilə evin qabaq tərəfində olan pəncərənin üzərindəki dəmir barmaqlığı fiziki güc tətbiq edərək divardan ayırmış, pəncərənin üzərinə quraşdırılmış toru kəsərək açıq vəziyyətdə olan pəncərədən içəriyə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabından 500 manat nağd pul, 01 ədəd 8500 manat dəyərində 583 əyarlı, 15 qram çəkidə brilyant qaşları olan kolye boyunbağı, 01 ədəd 950 manat dəyərində 583 əyarlı, 10 qram çəkidə qızıl qolbağ, 01 cüt 700 manat dəyərində 583 əyarlı, 5 qramlıq qızı sırğa, 01 ədəd 1250 manat dəyərində 853 əyarlı, 7 qram çəkidə, üzərində sirkon qaşları olan paxlava formalı qızıl üzük, 01 ədəd 700 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə, kənarları ağ, ortası isə böyük ölçülü göy qaşları olan qızıl üzük və 01 ədəd 1500 manat dəyərində 585 əyarlı, 20 qram çəkidə tros boyunbağını götürərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda -14100 manat (on dörd min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama niyyətilə 14 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında dayanaraq uca səslə nəzir istəyib heç kimin səs vermədiyi üçün evdə heç kimin olmadığına əmin olduqdan sonra evin arxa tərəfində yerləşən, təmir işləri gedən digər evdən nərdivan götürüb hasara dayayaraq həmin nərdivan vasitəsi ilə evin həyətinə düşüb, özü ilə gətirdiyi bıçaq vasitəsilə evin plastik pəncərəsini açaraq içəriyə qanunsuz daxil olub yataq otağında olan çarpayının matrasının altından 01 ədəd 800 manat dəyərində «Xio Mİ 8 Lite» markalı mobil telefonu və 2000 manat nağd pulu, digər yataq otağına keçərək çarpayının yanında olan tumbanın içərisindəki dəftərçənin arasından 4200 manat, həmin otaqdakı dolabın içərisindəki dəftərçənin arasından 300 ABŞ dolları (Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 510 manat) və otaqdakı digər dolabın içərisindən 01 ədəd 1275 manat dəyərində 15 qramlıq zefir sırğa və üzük dəsti, 01 ədəd 770 manat dəyərində 7 qram çəkidə qızıl klon, 01 ədəd 990 manat dəyərində paxlava şəkilli 9 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 350 manat dəyərində, üzərində ərəbcə yazılar olan gümüş komplekt, 02 ədəd, hər biri 50 manat dəyərində 20 qram çəkidə 100 manat dəyərində gümüş dəsti, 03 ədəd, 1 ədədinin çəkisi 5 qram, hər birinin qiyməti 40 manat olmaqla 03 ədəd 120 manat dəyərində gümüş üzüklər, 02 ədəd, hər biri 6 qram çəkidə, hər birinin qiyməti 15 manat olan 30 manat dəyərində gümüş qolbağ, 01 ədəd 700 manat dəyərində, 6 qram çəkidə 5 ədəd brilyant qaşlı üzük, 01 ədəd 450 manat dəyərində brilyant qaşlı 5 qram çəkidə qızıl üzük, 03 ədəd bahalı muncuqlardan (mirvari və səngistitarə muncuqlar) hazırlanmış boyunbağıların bir ədədinin qiyməti 100 manat olduğuna 03 ədədi 300 manat dəyərində boyunbağılar və 01 ədədinin qiyməti 250 manat olmaqla 02 ədəd 500 manat dəyərində markası müəyyənləşdirilməmiş, əqrəbləri qızıldan olan Hindistan istehsallı saatları götürərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 13095 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama niyyətilə 12 aprel 2024-cü il tarixdə, saat 11:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, «Üzümlük» yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 Sofık oğluna məxsus fərdi yaşayış evinin giriş qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığını düşünərək, dəmir hasardan həyətyanı sahəyə düşərək həyətdən tapdığı dəmir boru vasitəsilə evin birinci mərtəbəsində olan pəncərənin üzərindəki dəmir barmaqlığı güc tətbiq edərək divardan ayırmış, əlində olan dəmir boru ilə pəncərənin şüşəsini sındıraraq pəncərədən içəriyə qanunsuz daxil olub yataq otağında olan paltar şkafmdakı qabın içərisindən 500 manat nağd pulu götürərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 Sofık oğluna 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama niyyətilə 22 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, «Yaşıl Dərə bağları» yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin giriş qapısının bağlı olduğunu gördükdən sonra evdə heç kimin olmadığına əmin olub hasardan evin həyətyanı sahəsinə düşərək, arxa tərəfdə olan yataq otağının plastik pəncərəsinə fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq otağa daxil olub ətrafı gəzdikdən sonra güzgülü trimonun rəfində olan 121 ədəd 01 manatlıq pulu, otaqda olan digər şkafın rəfindən isə 01 ədəd 585 əyarlı, 0,62 qram çəkidə, üzərində naxışlı muncuğu olan 150 manat dəyərində qızıl kloun, 02 ədəd qırmızı rəngli sapa düzülmüş, qırmızı rəngli qeyrimetal, sarı rəngli metal tərkibli kürə formalı muncuqlardan ibarət, 4,19 qram çəkidə 30 manat dəyərində bujiteriya qolbağlar, 01 ədəd sarı rəngli metaldan, üzərində sarı-gümüşüqırmızımtıl sarı rəngli metaldan hazırlanmış, kürə formalı elementləri olan, 4,56 qram çəkidə 5 manat dəyərində bujiteriya qolbaq və 05 ədəd sarı rəngli metaldan, 1 ədədinin üzərində qırmızı rəngli qeyri-metal tərkibli element olan, halqa formalı, qiymətsiz metal ərintisindən hazırlanmış, 4,82 qram çəkidə 01 manat dəyərində bəzək əşyalarını götürüb gedərək, zərəçəkmiş Zərərçəkmiş şəxs2 307 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum tarixdə qanunsuz olaraq külli miqdarda əldə etdiyi 1 (bir) ədəd sellofan torbada olmaqla təmiz çəkisi 2,102 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 22 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin (bundan sonra: ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şifahi sorğu-sual zamanı üzərində qanunsuz olaraq narkotik vasitənin olmasında şübhəli olduğuna görə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə aparılmış, həmin tarixdə Sumqayıt ŞPİ-nin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülü vəziyyətdə 2,102 qram çəkidə psixotrop maddə olan həmin metamfetamin aşkar olunaraq ondan götürülmüşdür. Bununla da yuxarıda qeyd olunan ictimai təhlükəli əməllərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya təkrarən qanunsuz daxil olaraq xeyli miqdarda oğurluq, həmçinin satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə və saxlama cinayətlərini törətməsi, yəni Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, oğurluqla bağlı bütün ittihamları qəbul edir və təqsirlidir. Lakin ona qarşı 234.1-1-ci maddə ilə irəli sürülmüş ittihamı qəbul etmir, Belə ki, o, oğurluq adıyla Bakıda Yasamal rayonu ərazisində, «ASAN» xidmətə yaxın hissədə günorta saat təxminən 1-2 (13-14) radələrində tutulmuş və oradan birbaşa Sumqayıt polis idarəsinə aparılmışdır. Saxlanılarkən ondan başqa da 3 nəfər olmuş, bunlar onun qohumları Şahid4, Şahid5 və Şahid6 olmuş, onlar hamısı əvvəllər birlikdə Rusiyada da işləmişlər. Onu saxlayarkən yalnız oğurluqda şübhəli olduğu ona deyilmiş, o da oğurluqlarının hamısını etiraf etmişdir. 3 nəfər polmis əməkdaşı ona yaxınlaşan kimi onu döyməyə başlamış, yolboyu onu incitmiş və Sumqayıt RPİ-də də təzyiq altında olmuş, lakin döyülməmişdir. Ona digər oğurluqları da boynuna alması təklif edilmiş, əks təqdirdə üzərinə 234.1-1-ci maddə ilə ittiham qoyulacağı bildirilmişdir. O da 234.1-1-ci maddənin nə olduğunu bilməmiş, aldatma yolu ilə sənədlərə qol çəkdirilmişdir. O, oxuya bilməmiş, yaza bilməmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, çəkiliş zamanı ciblərini özü çıxarmış, onun ciblərində heç nə olmamışdır. Çəkiliş üçün onu toka vermiş, orada onu başı aşağı asmış, öz aralarında bu üsulu «Qril» adlandırmışlar. Məcburi boynuna götürmüş, polisisn tələb etdiyi kimi Saray qəsəbəsindən tanımadığım şəxsdən 20 manata aldığını boynuna götürmüşdür. Eyni növ paketi onların dördünün də cibindən çıxarmışlar. Təhqiqatçı izahat alarkən, müstəntiq ifadə alarkən, əməliyyatçılar onun yanında olduqlarından, o, izahat və ifadələrində həqiqəti deyə bilməmişdir. Barəmdə həbs seçilən zaman isə əvvəlcədən ona təzyiq altında olduğunu deməməsi barədə xəbərdar edilmiş, əks təqdirdə onunüçün yaxşı olmayacağı ilə qorxudulmuşdur. Odur ki, təzyiq altında hakimə narkotikin ona aid olduğunu etiraf etmiş, əməlindən peşiman olduğunu bildirmişdir. O, ifadə verərkən əməliyyatçılardan başqa onun vəkili də orada olmuş, vəkil onların özlərinki olmuş, dövlət hesabına təyin olunan vəkil olmuş, polis nə demişsə, vəkil də onlarla razılaşmışdır. Sonra o, 3 saylı istintaq təcridxanasında saxlanılmış, orada tibbi müayinə olunmuşdur. Onu tokla vurduqları üçün bədəni göyərmişdir. Müayinə nəticəsində üzərində xəsarət müəyyə olunmuş və kitabçaya yazılmış, qeydlərdə elektroşok nəticəsində xəsarətlər aldığını demişdir. Buna görə şikayət ərizəsi yazmış, prokorluqda araşdırma aparılmış, araşdırma zamanı da hər şeyi məhkəmədə dediyi kimi demişdir. Təzyiqi ona adlarını bilmədiyi əməliyyatçılar tərəfindən göstərilmişdir. Yekuda o, və əmoğlusu Şahid4 saxlanılmış, digər 2 nəfər isə buraxılmışdır. Murad əvvəllər də 234.1-ci maddə ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Yevlaxda yaşamış, Yasamal rayonu ərazisinə işləmək üçün gəlmiş, dördü də orada iş axtarmışdır. O, Yasamal ərazisində saxlanıldığı üçün onun işi təzədən Yasamal RPİ-yə verilmiş, orada müstəntiqə oğurluqda özümü təqsirli bildiyini desə də, amma narkotikin ona aid olmadığını bildirmişdir. O, ifadəsini oxumamış, heç bir ifadəsi də ona oxunmamışdır. Mən 3 dəfə oğurluda oliuş, Sumqayıt şəhəri ərazisində «Təzə Bağlar», «Yaşıl dərə» adlı ərazilərdə olsa da, Abşeron rayonunun Saray qəsəbəsində, Üzümçülük massində olmamış, oranı tanımamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, o, 2024-cü ildə Yevlax rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Yevlax şəhər sakinləri Şahid5, Şahid6 və Şahid4 tanımış, Rafiq və Mübariz onun uzaq qohum olmuş, Şahid4 onun əmisi oğludur. Onlar bir yerdə dilənçiliklə məşğul olmuşlar. O, narkotik vasitə olan heroindən və metamfetamindən istifadə etmiş, narkotik aludəçisi olmuşdur. Bədənində olan ağrılara görə hər gün özünə narkotik vasitə almış və bədəninə iynə ilə vurmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 22 aprel 2024-cü il tarixdə, səhər saatlarında Abşeron rayonunun Saray qəsəbəsində olan zaman bir nəfər tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir bükümdə psixotrop maddə metamfetamin alıb, sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Bundan sonra o, Mübariz, Murad və Rafiqlə görüşmüş və Murada məxsus VAZ-21114 markalı, 90LG046 dövlət qeydiyyat nişanlı avtomobillə dilənçilik etməyə çıxmışlar. Belə ki, Murad avtomobili idarə etmiş, onların hər birini ayrı- ayrı yerlərdə düşürmüş, özü isə avtomobildə onları gözləmiş, onlar dilənçiliklə əldə etdikləri puldan Murada da verirmişlər. 22 aprel 2024-cü il tarixdə, saat 12 radələrində o, Sumqayıt şəhərinin «Yaşıl Dərə» bağlar massivində düşmüş, Mübariz və Rafiq isə başqa yerlərə getmişlər. O, düşüb ərazidə gəzən zaman bir qapının qıfıllı olduğunu görmüş və evdə adam olmadığını bilmişdir. Həmin vaxt həmin evə girib oğurluq etmək qərarına gəlmişdir. Evin sağ tərəfində olan hasarsız boş torpaq sahəsinə keçmiş, torpaq sahəsində olan mişar daşlarının üzərinə çıxaraq hasardan həmin evin həyətinə keçmişdir. Evin arxa tərəfmə keçib, yataq otağının plastik pencərəsini əli ilə fiziki güc tətbiq etməklə açmış və oradan evə daxil olmuşdur. Otaqda güzgülü trimonun rəfində olan hamısı bir manatlıq əskinaslar olmaqla 120 manat pulu götürmüşdür. Otaqda olan digər şkafın rəfindən isə qızıl kulon, qızıl qolbağlar və dairəvi formada bujuteriyaya bənzər əşyalar götürüb cibinə qoymuşdur. Elə həmin vaxt evin qapısının səsini eşidib, ev sahibinin gəldiyini bilib gəldiyi yerdən çıxmış və küçədə onu gözləyən Muradın avtomobilinə oturmuş və dərhal həmin ərazidən uzaqlaşmışlar. Sonra isə Mübariz və Rafiqi yoldan götürmüşlər. Onun etdiyi həmin oğurluqdan Murad, Mübariz və Rafiqin əvvəlcədən məlumatları olmamışdır. Avtomobildə olan zaman girdiyi evdən pul oğurladığını sonradan onlara bildirmiş, amma qızıl oğurlamağı barədə onlara deməmişdir. Bundan sonra onlar Sumqayıtdan çıxıb Bakı şəhərinə getmişlər. Yasamal rayonu ərazisində oğurladığı pulla hamıya yemək, siqaret almışdır. Qalan 65 manat pul isə üzərində qalmışdır. Saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman Sumqayıt ŞPİ-nin əməkdaşları avtomobili saxlayıb onları oğurluq cinayət əməlində şübhəli olduqlarını bildirib Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Onlara qarşı çıxmayıb polislərlə birlikdə Sumqayıta getmişlər. Yolda polis əməkdaşları ilə söhbət zamanı o, etiraf edib ki, üzərində bir büküm “şüşə”, yəni metanfetamin olduğunu demişdir. Bundan sonra polislər onlsarı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. PB-də ona hüquq və vəzifələri izah olunmuşdur, müdafiəçilərin siyahısı təqdim edilmişdir. Özü müdafiəçi kimi Namiq Ağayevi seçmişdir. Sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşyalar olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. O da, əynində olan gödəkçənin sol içəri döş cibindən oğurladığı 1 manatlıq əskinaslardan ibarət 65 manat pulu, gödəkçənin sağ yan cibindən bir ədəd qızıl kulonu, bir ədəd qolbağı, 2 ədəd parça qolbağı, 5 ədəd qızıla bənzər dəmir haqlaları, mobil telefonu və əynində olan şalvarının sağ yan cibindən isə bir bükümdə metamfetamini təqdim etmişdir. Bükümə baxış zamanı içərisində metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,26 qram olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış nəticəsində onun üzərindən 1 ədəd alışqan, 2 ədəd yaddaş kartı, 1 ədəd elektron siqaret və 1 ədəd cib dəsmalı aşkar edilmiş və həmin əşyalar onun özün qaytarılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş metamfetamini də, özünün istifadəsi üçün almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində tanımadığı şəxsə məxsus evdən oğurluq etmişdir. Belə ki, 19 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində dilənçilik etmək üçün həmin ərazidə evləri gəzərkən oğurluq etdiyi evin ev sahibini səsləmiş və evdən səs gəlmədiyini, həyət darvazasının isə kilitli olduğunu görüb evdə adam olmadığını düşünmüş və evə daxil ola biləcəyi halda oğurluq etsmək qərarına gəlmişdir. Bunun üçün evin yan tərəfinə keçmiş və orada bir həyətdə təmir tikinti işləri getdiyini, lakin həmin vaxt heç kimin olmadığını görüb, həmin həyətdən nərdivan götürərək divara dayamış və nərdivanla çıxıb oğurluq etmək istədiyi həyətə düşmüşdür. Ev ağ emusiya ilə rənglənmiş və səliqəli tikili olmuşdur. Evin qarşısına gəlib qapının kilidli olduğunu görmüş, həyətdə olan tikilidən dəmir ling tapmış, əvvəl evin dəmir qapısını açmağa çalışmış, amma aça bilməmiş və evin qarşı tərəfdən pəncərəsinin dəmir barmaqlığını linglə divardan aralamışdır. Sonra toru kəsərək açıq vəziyyətdə olan pencərədən içəri daxil olmuş, evdə pul və qiymətli əşya axtarmağa başlamışdır. Yataq otağında olan paltar dolabından qızıl və 500 manat pul oğurlamışdır. Qızılların içərisində, xatırladığı qədər, boyunbağı, qolbağ, sırğa, üzük, tros boyunbağı olmuşdur. Göstərdiyi pul və qızıl-zinət əşyalarını oğurlayıb cibində saxladıqdan sonra pəncərədən çıxdıqdan sonra hasardan küçəyə keçmiş və sonra həmin ərazidən uzaqlaşmışdır. Oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində müxtəlif yerlərdə əldən ələ ucuz qiymətə satmış, pulu isə öz tələbatlarına xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü ildə də yenə də Sumqayıt şəhərində Yaşıldərə bağlar massivi adlanan yerdə həyət evləri olan ərazidə dilənçilik etmək üçün getmiş, evlərin qarşısından keçərkən həmin vaxt evlərdən birində heç kimin olmadığı hiss etmişdir. Bir qədər həmin evin qarşısında dayanmış və uca səslə nəzir istəmişdir. Lakin heç kim cavab vermədiyindən həmin evin qapısına yaxınlaşmış və qapını döyməyə başlamışdır. Lakin, evdən heç kim çıxmamış və evin ətrafına göz gəzdirmiş, evin arxa tərəfinə dolanmış, evdə heç kimin olmadığına bir daha əmin olmuşdur. Evin arxa tərəfində tikinti işləri gedən bir həyət olduğunu görmüş və orada yerdə olan nərdivanı və kənarda olan qara rəngli bıçağı götürmüşdür. Həmin nərdivanla qalxıb evin həyətinə düşmüş, bıçaqla evin plastik pəncərəsini açmış və evə daxil olmuşdur. İçəridə birinci otaqda iki nəfərlik yataqlar olmuş, o, otağı axtarmağa başlamış və həmin otaqda bir ədəd böyük ekranlı telefonu götürüb cibinə qoymuşdur. Daha sonra evin digər yataq otağına keçmiş, oranı da axtarmış, yataq otağında olan dolabdan təxminən 5-6 min manat pul və qızıl əşyaları götürmüş və gəldiyi yolla da evdən çıxaraq oradan uzaqlaşmışdır. Əvvəl də oğurluq etdiyi zaman oğurladığı qızıl əşyaları Bakı şəhərində «İnşaatçılar» metrostansiyası yaxınlığında satdığı qızıl mağazasına getmişdir. Orada sayını xatırlamadığı qızıl əşyaları qızıl alana satmış və oğurladığı bəzi əşyaların qızıl olmadığını orada bilmişdir. Diqqət çəkməmək üçün qızllardan az bir hissəsini satmış ki, sonradan yenidən gətirib yenə satar. Hər dəfə bir-iki qızıl olmaqla həmin qızlları satmışdır. Satdığı zaman 100-150 manat əldə etmişdir. Oğurluq yolu ilə əldə etdiyi qızıl və pulları şəxsi təlabatları üçün xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 12 aprel 2024-cü il tarixdə, saat 11:30 radələrində Abşeron rayonunun Saray qəsəbəsində, «Üzümlük massivi»ndə küçədə gəzən zaman evlərdən birinin qapısının kilidli olduğunu görmüş və heç kimin olmadığını düşünərək həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə ilk öncə həmin evin dəmir hasarından həyətyanı sahəyə daxil olmuş, sonra evin birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığını həyətyanı sahədən götürdüyü dəmir boru ilə pəncərədən aralamış, pəncərənin şüşəsini sındırmış və pəncərədən içəri daxil olmuşdur. Evdə axtarış aparmış və nəhayət, yataq otağında olan paltar şkafmdakı qabın içərisindəki 500 manant pulu tapıb oradan götürmüşdür. Sonra isə evə daxil olduğu yerdən də geri qayıdıb evdən çıxmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz təlabatları üçün xərcləmişdir. Etdiyi əməldən peşimandır, bir daha belə əməl etməyəcəkdir (iş vərəqə: cild 02, səh. 316-319). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs «ifadəsinin yerində yoxlanılması haqqında» xx.xx.2024-cü il tarixli istintaq hərəkəti protokoldan görünür ki, ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs 22 aprel 2024cü il tarixdə, saat 12:00 radələrində Sumqayıt şəhəri, «Yaşıldərə» bağlar massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətyanı sahəyə və evə daxil olduğu, evdən pul və qızıl zinət əşyalarını götürdüyü yerləri, 19 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, BTZ bağları massivində yerləşən Zərərçəkmiş şəxs3 Ah oğluna məxsus evə daxil olduğu, evdən qızıl-zinət əşyaları və pul götürdüyü yerləri və 14 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, «Yaşıldərə» bağları massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə daxil olduğu yeri, 01 ədəd mobil telefon, pul və qızıl-zinət əşyaları götürdüyü yerləri əyani olaraq göstərmiş, istintaq hərəkəti gedişində müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild 01, səh. 172-193). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs «ifadəsinin yerində yoxlanılması haqqında» xx.xx.2024-cü il tarixli istintaq hərəkəti protokoldan görünür ki, ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, «Üzümlük» yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 Sofık oğluna məxsus fərdi yaşayış evinin yataq otağından 500 manat pulu oğurladığı yeri göstərmiş, istintaq hərəkəti gedişində müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild 02, səh. 132-135). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində, «BTZ bağları»nda yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. 19 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində həyat yoldaşı X8 ilə yaşadığı evdən çıxıb Sumqayıt şəhərində yerləşən mərkəzi bazara getmiş, keçmiş Nizami heykəli olan yerdəki aptekdən şəkər dərmanı və digər dərmanları aliış, bazardan ərzaq almış və 9 nömrəli avtobusla saat 14 radələrində yaşadıqları evə qayıtmışlar. Qayıtdıqda evin giriş qapısının dəmir parçası ilə əyilərək açıldığını, plastik pəncərənin torunun isə cırılmış vəziyyətdə olduğunu görmüşlər. Evə daxil olduqda yataq otağının dağınıq olduğunu və həmin otaqda paltar dolabından qızılzinət əşyalarının və 500 manat məbləğində nağd pulun oğurlandığını görmüşlər. Ətraflı olaraq baxarkən evdən oğurlanmış qızıl-zinət əşyalarının 01 ədəd 8500 manat dəyərində 583 əyarlı 15 qram çəkidə, üzərində brilyant qaşları olan kolye boyunbağı, 01 ədəd 950 manat dəyərində 583 əyarlı 10 qram çəkidə qızıl qolbağ, 01 cüt 700 manat dəyərində 583 əyarlı 5 qramlıq qızı sırğa, 01 ədəd 1250 manat dəyərində 853 əyarlı 7 qram çəkidə, üzərində sirkon qaşları olan paxlava formalı qızıl üzük, 01 ədəd 700 manat dəyərində 583 əyarlı ,5 qram çəkidə, kənarları ağ, ortası isə böyük ölçülü göy qaşları olan qızıl üzük və 01 ədəd 1500 manat dəyərində 585 əyarlı 20 qram çəkidə tros boyunbağından ibarət olduğu onlara məlum olmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurmuş, əməliyyat-istintaq qrupu gəlib ölçüb-biçmiş və çıxıb getmişlər. Həmin qızılların qiymətini təhqiqatçı yoldaşımdan soruşmuş, yoldaşı da yazdığı qeydlərdən qızılların alış qiymətlərini bir-bir təhqiqatçıya demişdir. Onların evindən ümumilikdə 13600 manat dəyərində qızılzinət əşyaları və 500 manat nağd pul olmaqla 14100 manat məbləğində əmlak oğurlanmış, onlara 14100 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, evlərində oğurluq hadisəsi baş verəndən sonra onun və arvadının səhhətində problemlər yaranmış, oğurluq hadisəsindən 2-3 gün sonra arvadı insult keçirmişdir. Bu oğurluq hadisəsi onun ailəsinə, ona və arvadına çox böyük mənəvi ziyan vurulmuşdur. Belə ki, 40 ilə yaxın dövlət qəzetində işləmiş, qəpik-qəpik yığıb həmin qızılları almışlar. Sumqayıt və Yasamal polisindəki müstəntiqlərdən işin gedişatı ilə maraqlanarkən onlar qızılların satıldığı mağazanın bəlli olmasını, qızıl mağazası sahiblərinin aldıqları qızılları alan kimi əritdiklərini ona bildirmişlər. Ona dəyən ziyan heç bir formada ödənilməmiş, nəsə qaytarılmamışdır və hazırda şikayətçidir, əmlakının ödənilməsini tələb edir. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid X8 zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 152-153). İş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşamışdır. Bütün ailə üzvləri işlədiyi üçün hər gün eyni saatda, yəni təxminən səhər saat 8-9 radələrində evdən çıxıb, saat təxminən 15 radələrində evə geri qayıtmışlar. 14 fevral 2024-cü il tarixdə, səhər saat 08 radələrində o, və iki oğlu, eləcə də həyat yoldaşı evdən çıxıb işə getmişlər. O, saat 15:37-də evə geri qayıtdıqda, evin yataq otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüş və evə göz gəzdirdikdə evin yataq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evindən oğurluq olduğunu güman etmiş və buna görə də evə bir daha baxdıqda ona məlum olmuşdur ki, evin oğlu yatan otağında olan çarpayının döşəyinin altında olan 2000 manat pul və 01 ədəd “XioMİ 8 Lite” mobil telefonu, evdə onun özünün otağında olan çarpayının yanındakı tumbanın içərisində olan dəftərin arasından 4200 manat, həmin otaqda olan dolabın içərisindən 300 ABŞ dolları və həmin otaqda olan dolabdan təxminən 10 000 manat dəyərində qızıl zinət əşyaları və 300 manat dəyərində gümüş əşyaların oğurlandığını görmüşdür. Hadisə yerində bıçaq qalmış, pəncərə də açıq qalmışdır. 2 qonşunun pəncərəsinin arasında nərdivan qoyub evə girmişdilər. Oğurlanmış qızıl zinət əşyalarından 01 ədəd 15 qramlıq zefir sırğa və üzük dəstinin qiyməti 1275 manat, 01 ədəd 7 qram çəkidə qızıl klonun qiyməti 770 manat, 01 ədəd paxlava şəkilli 9 qram çəkidə qızıl boyunbağının qiyməti 990 manat, 01 ədəd üzərində ərəbcə yazılar olan gümüş komplektin qiyməti 350 manat, 02 ədəd 20 qram çəkidə gümüş dəstin qiymətinin qiyməti 50 manat olduğuna görə 02 ədədi i 100 manat, 03 ədəd 1 ədədinin çəkisi 5 qram olan hər birinin qiyməti 40 manat olmaqla 03 ədəd gümüş üzüklərin qiyməti 120 manat, 02 ədəd hər biri 6 qram çəkidə gümüş qolbağının qiyməti hər birinin qiyməti 15 manat olduğuna görə 02 ədədinin qiyməti 30 manat, 01 ədəd «Mİ 8 Lite» markalı mobil telefonun qiyməti 800 manat, 01 ədəd 6 qram çəkidə 5 ədəd brilyant qaşlı üzüyün qiyməti 700 manat, 01 ədəd brilyant qaşlı 5 qram çəkidə qızıl üzüyün qiyməti 450 manat, 03 ədəd bahalı muncuqlardan (mirvari və səngistitarə muncuqlar) hazırlanmış boyunbağıların bir ədədinin qiyməti 100 manat olduğuna görə 03 ədədi 300 manat olan boyunbağılar, 02 ədəd əqrəbləri qızıldan olan markasını xatırlmadığım Hindistan istehsalı olan saatların hər birinin qiyməti 250 manat olduğuna görə 02 ədədinin qiyməti 500 manat olmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt baş polis idarəsi və 5-ci polis bölməsinin əməliyyat qrupları məşğul olumuş, nəticədə ona axtarılan şəxsin tapıldığını bildirmişlər. Sonra o, Yasamal polis idarəsinə çağrılmış, oğurlanan qızıl-ziynət əşyalarının dəyəri barəsində ekspertiza keçirildiyini, nağd pul və qızıl-ziynət əşyalarının ümumi dəyərinin 13095 manat olduğunu müəyyənləşdirdiklərini bildirmişlər. Sonralar isə baxılan iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması üçün onun evinə gətirilmiş, orda ondan Teymura sual verməməyi istəmişlər. Təqsirləndirilən şəxs onun evində əməlini etiraf edib hardan nə götürdüyünü demiş, şəkil çəkilmiş, video çəkiliş aparılmışdır. Ona ümumilikdə 6710 manat nağd pulla birlikdə 13095 manat məbləğində maddi ziyan vurulmuş və heç bir ödəniş olmamış, mülki iddia verməyi nəzərdə tutmuşdur. Cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilən Şahid1 zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh. 1-3). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 10 aprel 2024-cü il tarixdə onun ailə üzvləri Şamaxı rayonuna getmiş və o, həmin tarixdən yaşadığı evdə tək qalırmış. 12 aprel 2024-cü il tarixdə, saat 09 radələrində işi ilə bağlı yaşadığı evdən çıxmış və işini qurtardıqdan sonra həmin gün saat 17 radələrində evə qayıtmışdır. Lakin həyətyanı sahəyə daxil olan zaman evin arxa pəncərəsi sındırılmış və dəmir barmaqlıqları aralanmış vəziyyətdə görmüşdür. Dərhal evə daxil olaraq baxış keçirməyə başlamış və evdə axtarış aparıldığı, evdəki əşyaların dağıdılması ona məlum olmuşdur. Sonra isə yataq otağında olan paltar dolabındakı qabın içərinə baxmış, özünün həmin qabın içərisinə qoyduğu 500 manat pulun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. 3 gün sonra onun arvadı və uşaqları evə gəlmiş və əlavə olaraq 2 ədəd işlənməmiş mobil telefon, 2 ədəd gümüş üzük və 3 ədəd köynək götürüldüyü ona məlum olmuşdur. Həmin əşyalar barədə onun əvvəlcədən məlumatı olmadığından istintaq orqanına izahatında bildirməmişdir. Sonradan da bu barədə istintaqa məlumat verməmişdir. Hadisə nəticəsində ona cəmi 500 manat məbləğində maddi ziyan dəymiş, lakin bu günədək heç bir ödəniş olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə məhkəməyədək icraat dövrü zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Şahin oğlunun ifadəsi elan edilməklə tədqiq olundu. Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsilə yaşamış və Sumqayıt şəhərində “Azərsun” şirkətində operator işləmişdir. 22 aprel 2024-cü il tarixdə, səhər saat 09 radələrində o, evdən çıxıb işə getmiş, ondan sonra arvadı X6 da, saat 11 radələrində evdən çıxıb qonşuluqda yaşayan valideynlərigilə getmişdir. Saat 12:30 radələrində o, qaynatasıgilə gedib oradan arvadını götürüb yaşadıqları evə getmişlər. Evə çatıb, yataq otağının dağınıq olduğunu və pencərəsinin açıq olduğunu görmüşdür. Yoldaşından pəncərəni açıq qoyubqoymadığını soruşmuş, sonuncu çıxanda bağladığını bildirmişdir. Elə şəmin an o, evdən oğurluq baş verdiyini bilmişdir. Göz gəzdirdikdə həmin otaqda şüşəli trimonun birinci rəfində saxladığı 121 manat manatlıq əskinasların yerində olmadığını görmüşdür. Bundan sonra isə yatağın sol tərəfində qoyulumuş dolabın rəfindən 01 ədəd arpa formalı qızıla bənzər kulon, 02 ədəd qırmızı rəngli iplərin üzərində pandora qızıla bənzər qolbağlar, 01 ədəd qızıl rəngli sepi olan qolbağ və 05 ədəd halqa şəkilli qızılı rəngli metal əşyalar oğurlanmışdır. Qeyd etdiyi əşyaları öz pulu ilə yoldaşına almış, oğurluq nəticəsində ümumilikdə ona 307 manat maddi ziyan dəymişdir(iş vərəqə: cild İ, səh. 102-103). Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə məhkəməyədək icraat dövrü şahid qismində dindirilmiş, lakin məhkəməyə dəvət olunan şəxslərin siyahısına daxil edilməmiş X3 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Gülşən Yusubova tədqiq olunan həmin ifadəsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Şahin oğlu ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 196-197). Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, 22 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-də olarkən Yevlax rayon sakini Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurluq edilməsində şübhəli olması və onun Bakı şəhəri, Yasamal rayonu ərazisində old barədə məlumat almışdır. Məlumat barədə dərhal Sumqayıt ŞPİ-nin rəhbərliyinə məruzə etmiş, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3lə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün Yasamal rayonu ərazisinə getmişlər. Həmin gün saat təxminən 18 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzinin yaxınlığında VAZ-21014 markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 4 nəfər şübhəli şəxslərin olduğunu görərək onları saxlamış, sonra özlərini onlara təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmiş və onlara birlikdə Sumqayıt ŞPİ-yə getmələri tələb olunmuşdur. Həmin şəxslərin adları soruşulmuş, adlarını Rafiq, Mübariz, Murad və Teymur kimi onlara təqdim etmişlər. Həmin şəxslərlə söhbət edən zaman üzərilərində oğurluq yolu ilə əldə edilmiş hər hansı predmetlər və ya digər qanunsuz əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt Teymur adlı şəxs, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasistə və həmin gün oğurluq yolu ilə əldə etdiyi bəzi əşyaların olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslərlə birlikdə avtomobilə əyləşmiş və birlikdə Sumqayıt ŞPİ-yə getmişlər. Sumqayıt ŞPİ-də Teymur adlı şəxsin qanunsuz olaraq narkotik vasitənin saxlanmasında və daşınmasında, eyni zamanda oğurluq cinayətinin törədilməsində şübhəli olması ilə bağlı polis şöbəsinə gətirilməsini raportla rəbhərliyə məruzə etmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs vəkil təyin edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində qəhvəyi rəngli parça gödəkçənin sol içəri döş cibindən 1 manatlıqlardan ibarət olmaqla 65 manat nağd pul, həmin gödəkçənin sağ yan cibindən 1 ədəd qızıla bənzər kulon, 01 ədəd qızıla bənzər qolbağ, 02 ədəd parça qolbağ, 5 ədəd qızıla bənzər dəmir halqalar, 01 ədəd mobil telefon və əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sellofanda olan bükülünü çıxardıb təqdim etdikdən sonra içərisində psixiotrop maddə olan “metamfetaminə” oxşar kütlə olduğunu bildirmiş, sorğu-sual edilərkən həmin kütləni 22 aprel 2024-cü il tarixdə Saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış, bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə kağız ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 2,26 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə aşkar edildiyi sellofanla, eyni zamanda aşkar edilmiş zinət əşyaları və 65 manat nağd pullarla birlikdə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin “zərflər üçün olan 242” nömrəli möhür əksi ilə möhürlənmiş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuşdur, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə həmin protokola imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməliyyat müvəkkili Şahid3 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş həmkarı X7 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh. 242-244). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan şahid X7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı şahid Aqil Cəfərzadə sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh. 276-278). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid3 sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh. 280-282). Cinayət işinə məhkəmə baxışı zamanı cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid8 tədqiq olunan ifadəsində göstərdi ki, göstərmişdir ki, o, ünvan 6 ünvanında təxminən 5-6 il ərzində gümüş və qızıl-zinət əşyalarının təmiri işi ilə məşğul olmuşdur. O, qızıl-gümüş əşyaların alınması və təmiri işi ilə məşğul olmuş, amma satışı iləşğul olmamışdır. O, qızılgümüş aldığı şəxslərin ad, soyad və ata adlarını, əlaqə nömrəsini, aldığı əşyanın nə olması barədə məlumatları “qızıl və briliyantlarm alqı-satqı kitabında” qeydini aparmış və həmin kitab qızılı ona satan şəxs tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs tanımış, Teymur ona bir neçə dəfə qızıl-zinət əşyaları satmış və hər dəfə də, kitabında bu barədə qeyd aparmışdır. Şahid8 ifadəsinin davamında göstərdi ki, 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona sep verəndə bir ədəd də qolbağ vermişdir. O, qolbağın qızıl deyil, bijuteriya olduğunu deyəndən sonra, Teymur ona bijuteriyanm lazım olmadğmı, əgər ona lazım olarsa özündə saxlaya biləcəyini demişdir. O da, həmin bujuteriyanı nə vaxtsa üzərindəki qaşı təmirdə istifadə edə biləcəyini fikirləşib, həmin qolbağı özündə saxlamışdır(iş vərəqə: cild İ, səh. 198-199). Cinayət işinə məhkəmə baxışı zamanı işi üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs, Mübariz və Şahid5ləri tanımış, onlarla qohumdurlar, onlar Yevlax şəhərində yaşamışlar. Onlar bir neçə ilə əvvəl birlikdə oğurluq cinayətləri törətmiş və məhkumluq həyatı yaşamışlar. 22 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Mübariz, Teymur və Rafiqlə birlikdə Rafiqin istifadəsində olan VAZ- 21014 markalı, 90- LG-046 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, «Yaşıldərə Bağları» deyilən yaşayış massivinə getmiş, avtomobilən düşüb ərazidə müxtəlif yerlərdə dilənməyə başlamış və bir-iki saat sonra isə həmin yerdə görüşəcəklərinə razılaşmışlar. Bir-iki saat diləndikdən sonra həmin yerə qayıdıb avtomobilə minmişlər. Avtomobildə olarkən Teymur tanımadığı evdən 120 manat pul götürdüyünü bildirmişdir. Həmin pulların hamısı 1 manatlıq pul əskinzalarından ibarət olmuşdur. Rafiq avtomobili idarə etmiş və kirayə ev tapmaq üçün Bakı şəhərinə Yasamal rayonuna getmişlər. Yasamal rayonu ərazisində olarkən Teymur oğurlamış olduğu puldan bir az onlar üçün xərcləyib yemək və siqaret almışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, həmin gün axşam saatlarında, təxminən saat 7,8 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları onları Yasamal rayonu ərazisində saxlamışlar və onların hamısını Sumqayıt ŞPİ-yə aparmışlar. Teymurun oğurluq etməsi barədə Sumqayıtda öyrənmişdir. Ondan narkotik istifadə edib-etməməsi və üstümdə narkotik olub-olması soruşulmuşdur. O, istifadə etmədiyimi, üstündə olmadığını, narkotik vasitələrdən xəbəri olmadığını bildirmişdir. Teymur isə üzərindən şəxsi istifadəsi üçün saxladığı narkotik vasitənin və evdən oğurladığı pulun bir qisminin götürülməsini sonra öyrənib bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı işin ibtidai istintaqı mərhələsində şahid qismində dindirilmiş Şahid5 və Şahid6 ifadələri elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, hər iki şahid məhkəmədə dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadələr verib onun ifadəsində göstərdiyi xüsusatları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə aşkar edilib götürülməsini təsdiq etmişlər (iş vərəqə: cild İ,səh. 194-195,200-202). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evi olduğu müəyyən edilmiş, baxış zamanı iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ona məxsus evə daxil olunan pəncərənin, qızıl-zinət əşyalarının və nağd pulun olduğu yerləri göstərmiş, həmçinin istintaq hərəkəti keçirilərkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 86-89). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin Sumqayıt şəhəri, «Yaşıldərə bağları» ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evi olduğu müəyyən edilmiş, baxış zamanı iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona məxsus evə daxil olunan pəncərənin, qızıl-zinət əşyalarının, mobil telefonun və nağd pulun olduğu yerləri göstərmiş, həmçinin istintaq hərəkəti keçirilərkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 239-245). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 Şofiq oğluna məxsus fərdi yaşayış evi olduğu müəyyən edilmiş, baxış zamanı iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ona məxsus evə daxil olunan pəncərənin və nağd pulun olduğu yerləri göstərmiş, həmçinin istintaq hərəkəti keçirilərkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh. 100-104). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin Sumqayıt şəhəri, «Yaşıldərə bağları» ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evi olduğu müəyyən edilmiş, baxış zamanı iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona məxsus evə daxil olunan pəncərənin və qızıl və bujiteriya əşyalarının olduğu yerləri göstərmiş, həmçinin istintaq hərəkəti keçirilərkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 59-66). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sol içəri döş cibindən 1 manatlıq əskinazlardan ibarət 65 manat pul, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qızıla bənzər kulon, bir ədəd qızıla bənzər qolbağ, iki ədəd parça materialdan olan qolbağ, 5 ədəd qızıla bənzər dəmir halqalar, bir ədəd mobil telefon, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülü vəziyyətdə 2,26 qram çəkidə metamfetamini masanın üzərinə qoymaqla təqdim etmiş, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, istifadə etmək məqsədi ilə Abşeron rayonu “Saray” qəsəbəsi adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təqdim olunan psixotrop maddə metamfetaminə şübhəli həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk tədqiq olunan protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 22- 25). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilmiş, baxış nəticəsində «şəxsi axtarış və götürmə aparılması haqqında» 22 aprel 2024-cü il tarixli protokolun məzmununda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur(iş vərəqə: cild İİ, səh. 230). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “baxış keçirilməsi və götürmə haqqında” 27 aprel 2024-cü il tarixli proktokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisindən oğurladığı qızıl-zinət əşyalarını satmış olduğu Şahid8 “qızıl və briliyyantların alqı-satqısı” kitabına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə mağazaya qızıl-zinət əşyalarını satması barədə qeydlər aparıldığı müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, baxış zamanı Şahid8 Təqsirləndirilən şəxs ona satdığı 01 ədəd qolbağı təqdim etmiş, təqdim olunan həmin qolbağa baxış keçirilmiş, həmin qolbağın qızılı rəngli olmaqla, üzərində qaşı olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən həmin qolbağ qablaşdırılmaqla götürülmüş, həmçinin istintaq hərəkəti keçirilərkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 203-216). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8530 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məmulatlarının 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3995,0 manat müəyyən olunur. Qərarda qeyd edilən 583 əyarlı 15 qram çəkidə üzərində brilliant qaşları olan kolye boyunbağı haqqında ətraflı məlumat (brilliant qaşların ölçüsü və keyfiyyətli) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır(iş vərəqə: cild İ, səh. 162- 166). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməəmtəəşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/3553 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda qızıl-zinət əşyalarının və mobil telefonun 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3550,0 manat müəyyən edilir. Qərarda göstərilən digər 2 adda ( 01 ədəd 6 qram çəkidə 5 qaş brilyant qaşlı üzük -583 əyar və 01 ədəd brilyant qaşlı 5 qram çəkidə qızıl üzük-583 əyar) qızıl-zinət əşyalarının üzərində olan brilliant qaşların keyfiyyəti, sayı, ölçüsü, mənşəyi və s. barədə kifayət qədər məlumat olmadığından mümkün olmadı. Qərarda göstərilən digər 2 adda (3 ədəd bahalı muncuqlardan hazırlanmış boyunbağılar (mirvari və sangistirə) və 2 ədəd əqrəbləri qızıldan olan, markasını xatırlamadığı 5 qram Hindistan istehsallı olan saat -583 əyar) mallar tədqiqata təqdim edilmədən müvafiq tədqiqatlar aparılması mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların adları və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir(iş vərəqə: cild İİ, səh. 85-88). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməəmtəəşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2640-9/3655 saylı rəyindən görünür ki: - 01 ədəd sarı rəngli (qaralanmış) metaldan, arpa formalı, üzərində naxışlı muncuq (əzilmiş) metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 0,62 qramdır, qırıntı hesab olunur; - 02 ədəd qırmızı rəngli sapa düzülmüş qırmızı rəngli qeyri-metal tərkibli muncuq və sarı rəngli metal kürə formalı muncuqlardan ibarət qolbaq-sarı rəngli muncuqların metalı qiymətsiz əlvan metal ərintisindən - aliminium əsas hazırlanmışdır, ümumi çəkisi 4,19 qramdır, bijuteriyadır; - 01 ədəd sarı rəngli metaldan, üzərində sarı-gümüşü-qırmızımtıl sarı rəngli metaldan kürə formalı elementlər olan qolbaq - metalı qiymətsiz əlvan metal ərintisindən (mis, dəmir əsaslı) hazırlanmışdır, çəkisi 4,56 qramdır, bijuteriyadır; - 05 ədəd sarı rəngli metaldan, 01 ədədinin üzərində qırmızı rəngli qeyri-metal tərkibli element olan, halqa formalı məmulat hissəsi - metalı qiymətsiz hesab metal ərintisindən (dəmir əsaslı) hazırlanmışdır, ümumi çəkisi 4,82 qramdır, qırıntı hesab olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 51,0 manat müəyyən edilir(iş vərəqə: cild İİ, səh.54-57). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/890 saylı rəyindən görünür ki: - xx.xx.2024-cü il tarixdə ünvan 3ndə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 (bir) ədəd mətbəx bıçağının dəstəyi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli material Təqsirləndirilən şəxs (25.1 1.1978 Yevlax r.) məxsusdur. - 01 ədəd “Kent” və 01 ədəd “Winchester” markalı siqaret kötüyü üzərində kişi cinsindən olan iki müxtəlif naməlum şəxslərə məxsus bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli materiallardan əldə edilmiş DNT profilləri ilə DİN-nin DNT məlumat bankında olan DNT profilləri, o cümlədən Şahid4, Şahid6, Təqsirləndirilən şəxs və Şahid5 götürülmüş “yanaq epiteli qaşmtısı” nümunələrindən əldə edilmiş DNT profilləri arasında eynilik aşkar edilmədi. - təqdim edilmiş 01 ədəd salfet üzərindən götürülmüş tədqiqat nümunəsindən əldə edilmiş nəticəyə əsasən müəyyən olundu ki, həmin nümunənin tərkibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyidir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 ədəd salfet üzərində müqayisəli molekulyar- genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Cinayət işinə əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 655 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir(iş vərəqə: cild İİ, səh.37-42). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 23 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üşüm 242” dairəvi ımöhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 2,102 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahasma(siyahı İ) daxildir(iş vərəqə: cild İ, səh.44-48). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-məcburi-narkoloji tibbi yoxlamanın 10 may 2024-cü il tarixli, 3129 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İİ, səh.255-256). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 2782 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə törətdiyi əməlin mahiyyətini dərk edir və düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburə müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild İİ, səh.257-260). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-792-91- 95 saylı mobil nömrəyə dair "xxxx" MMC-dən ələ edilmiş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmalarının aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixli ifadəsində Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən 20 manat müqabilində narkotik vasitə almadığını qeyd etsə də, 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs GABS1631A/GABS1631 Ceyranbatn/Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfi/Absheron/ və GABS4337B/GABS4337 Saray baglar3/Sumqayıt şəhər bələdiyyəsi, 4-cü məhəllə, 1 saylı komitə/Absheron/ kimi anten dairələrində olduğu təsdiq olunur (iş vərəqə: cild İİ, səh.261-263). İş üzrə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 manatlıq əskinazlardan ibarət 65 manat pul əksinazları, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 585 əyarlı, 0,62 qram çəkidə, üzərində naxışlı muncuğu olan qızıl kulon, 02 ədəd qırmızı rəngli sapa düzülmüş, qırmızı rəngli qeyri metal, sarı rəngli metal tərkibli kürə formalı muncuqlardan ibarət 4,19 qram çəkidə bujiteriya qolbağlar, 01 ədəd sarı rəngli metaldan, üzərində sarı-gümüşüqırmızımtıl rəngli metaldan hazırlanmış, kürə formalı elentləri olan 4,56 qram çəkidə bujiteriya qolbaq və 05 ədəd sarı rəngli metaldan, 1 ədədinin üzərində qırmızı rəngli qeyri metal tərkibli element olan, halqa formalı, qiymətsiz metal ərintisindən hazırlanmış 4,82 qram çəkidə bəzək əşyaları və 2,102 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi - 2,052 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, 1 manatlıq əskinazlardan ibarət 65 manat pul Zərərçəkmiş şəxs2 qaytarılmış, digər predmetlər və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,052 qram hissəsi Bakı şəhəri Yasamal RPİnin saxlancına verilmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,102 qram psixotrop maddə metamfetaminin mənbəyi müəyyənləşdirilmədiyindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır(iş vərəqə: cild İİ, səh.284-303). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 2,102 qram təşkil etmişdir və bu miqdar külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin xx.xx.2024-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 2,102 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması və Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılması nəzərə alınmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlara münasibət bildirib qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya təkrarən qanunsuz daxil olaraq xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunduğundan onun əməli Azərbaycan Respublikası CM-nin həm də 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və məhz buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə yanaşı, həm də həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dindirilərkən Bakı şəhərində Yasamal rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparılan zaman üzərində psixotrop maddə metamfetamin olmaması, ona qarşı ittihamda göstərilən psixotrop maddəni ona qarşı polis əmədaşları tərəfindən edilən fiziki zor, işgəncə hallarına görə boynuna götürməyə məcbur edilməsi barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı yoxlanılmış və araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri, onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə araşdırması gedişatında Təqsirləndirilən şəxs qarşı polis əmədaşları tərəfindən fiziki zor və işgəncə hallarına yol verilib-verilməməsi faktının yoxlanılması mənsədilə məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 alınmış 05 fevral 2025-ci il tarixli məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və tibbi müayinədən keçirilməklə adına tibbi kitabça açılmışdır. Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçadan görünür ki, obyektiv tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində köhnə çapıq toxumaları aşkar olunsa da, onun bədəni üzərində yeni xəsarətlər aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu ümumilikdə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məsələni müzakirə edərkən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunan əməliyyat-sorğu arayışı və işdə olan müvafiq məhkəmə hökmləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxsn ilk dəfə Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır, yəni bu hökm üzrə Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu qalmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə məhkəməyədək icraat zamanı cinayət təqibi həyata keçirilən mərhələdə Yevlax Rayon Məhkəsininin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunan cəza müddətinə hesablanmaqla çıxılmış, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və qeyd olunan bu hökm üzrə onun məhkumluğu ödənilməmişdir (iş vərəqə: cild İ, səh.230-232). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında barışıq əldə edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 5 nəfər azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs himayəsində 5 nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan cinayət iş üzrə törətmiş olduğu son - Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli xx.xx.2024-cü il tarixə, yəni Yevlax Rayon Məhkəsininin xx.xx.2024-cü il tarixli hökmündən əvvələ təsadüf edir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratmayacaqdır. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamların mətnində təqsirləndirilən şəxsin özgənin əmlakını ələ keçirmək məqsədilə oğurluq cinayətlərini törətməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda özgə əmlakını ələ keçirmək məqsədilə oğurluq cinayətlərini törədilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs qarşı irəli sürülən və əməlinin tövsif olunduğu ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərdən CMnin 234.1-1-ci maddəsinin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmasını, həm Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və həm də həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan sanksiya hədlərində, yüngülləşdirici hallar olduqda və cinayətlərin məcmusuna görə cəza təyinetmənin prinsiplərinə əməl etməklə ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Daha sonra həmin Məcəllənin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həmin iş üzrə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır ki, Yevlax Rayon Məhkəsininin xx.xx.2024-cü il tarixli hökmü üzrə ona təyin olunan qəti cəzanı - 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, sonuncunun ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını, əməlinin cinayətlərin residivini yaratmadığını və Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhrum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə cinayət işinin məhkəməyədək icraatı mərhələsində 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 2 (iki) gün müddətində həbsdə saxlanılmış, müvafiq məhkəmənin 24 aprel 2024-cü il il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 may 2024-cü il tarixli, 3129 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - 1 manatlıq əskinazlardan ibarət 65 manat pul əksinazlarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı; - Bakı şəhəri Yasamal RPİ-nin saxlancında olan 01 ədəd 585 əyarlı, 0,62 qram çəkidə, üzərində naxışlı muncuğu olan qızıl kulon, 02 ədəd qırmızı rəngli sapa düzülmüş, qırmızı rəngli qeyri metal, sarı rəngli metal tərkibli kürə formalı muncuqlardan ibarət 4,19 qram çəkidə bujiteriya qolbağlar, 01 ədəd sarı rəngli metaldan, üzərində sarı-gümüşüqırmızımtıl rəngli metaldan hazırlanmış, kürə formalı elentləri olan 4,56 qram çəkidə bujiteriya qolbaq və 05 ədəd sarı rəngli metaldan, 1 ədədinin üzərində qırmızı rəngli qeyri metal tərkibli element olan, halqa formalı, qiymətsiz metal ərintisindən hazırlanmış 4,82 qram çəkidə bəzək əşyaları zərəçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılmalı; - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,102 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi - 2,052 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 280 (iki yüz səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 -cü maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Yevlax rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli hökmü üzrə təyin olunan 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəsininin xx.xx.2024-cü il tarixli hökmü üzrə tutma altında həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnın cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxsnın barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - 1 manatlıq əskinazlardan ibarət 65 manat pul əksinazlarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın; - Bakı şəhəri Yasamal RPİ-nin saxlancında olan 01 ədəd 585 əyarlı, 0,62 qram çəkidə, üzərində naxışlı muncuğu olan qızıl kulon, 02 ədəd qırmızı rəngli sapa düzülmüş, qırmızı rəngli qeyri metal, sarı rəngli metal tərkibli kürə formalı muncuqlardan ibarət 4,19 qram çəkidə bujiteriya qolbağlar, 01 ədəd sarı rəngli metaldan, üzərində sarı-gümüşüqırmızımtıl rəngli metaldan hazırlanmış, kürə formalı elentləri olan 4,56 qram çəkidə bujiteriya qolbaq və 05 ədəd sarı rəngli metaldan, 1 ədədinin üzərində qırmızı rəngli qeyri metal tərkibli element olan, halqa formalı, qiymətsiz metal ərintisindən hazırlanmış 4,82 qram çəkidə bəzək əşyaları zərəçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılsın; - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,102 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi - 2,052 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 280 (iki yüz səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar