Məhkəmə qərarları › İş №1(101)-694/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-694/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-694/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Hacıqabul (Qazı Məmməd) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 9,715 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqla araşdırılan «İlkin» adlı şəxsdən əldə edib satışa hazırlamaq məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram, 0,352 qram, 0,344 qram, 0,316 qram, 0,344 qram, 0,274 qram, 0,304 qram, 0,345 qram, 0,352 qram, 0,350 qram, 0,272 qram, 0,361 qram, 0,368 qram, 0,361 qram, 0,335 qram, 0,316 qram, 0,323 qram, 0,315 qram, 0,296 qram, 0,332 qram, 0,303 qram, 0,371 qram, 0,242 qram, 0,360 qram, 0,298 qram, 0,320 qram, 0,321 qram, 0,295 qram, 0,341 qram və 0,247 qram olmaqla 30 (otuz) ədəd siqaretin gümüşü rəngli kağızına büküb qablaşdıraraq pul kisəsinə oxşar qaba yerləşdirib üzərində saxlamaqla daşımış, bundan başqa təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısının İİ bəndinə daxil edilən ümumi təmiz çəkisi 2,338 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqla araşdırılan «Samir» adlı şəxsdən əldə edib satışa hazırlamaq məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 0,880 qram, 0,145 qram, 0,078 qram, 0,152 qram, 0,068 qram, 0,075 qram, 0,130 qram, 0,035 qram, 0,090 qram, 0,075 qram, 0,062 qram, 0,060 qram, 0,154 qram, 0,165 qram, 0,074 qram, 0,095 qram olmaqla 16 (on altı) ədəd bükümdə qablaşdırıb «Vinston» markalı siqaret qutusunun içərisində yerləşdirib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və üzərinə şəxsi axtarış aparılarkən onun satış məqsədilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 9,715 qram narkotik vasitə olan qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki qara rəngli dəri materiallı pul kisəsinin içərisindən 30 (otuz) ədəd bükümdə, təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 2,338 qram psixotrop maddə metafetamin şalvarının sağ yan cibindən «Vinston» markalı siqaret qutusunun içərisindən 16 (on altı) ədəd bükümdə və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi şalvarının sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, bir müddət əvvəl maddi imkanı olmadığından və həmçinin xəstə anasının müalicəsi üçün pul lazım olduğundan o, narkotik vasitə olan və hamı tərəfindən «nəşə» kimi tanınan qurudulmuş marixuana və psixotrop maddə olan, hamı tərəfindən «pati» və ya «şüşə» kimi tanınan metafetamin əldə edib satışını həyata keçirmək qərarına gəlmişdir. Təxminən 2020-ci ilin sentyabrında əvvəllər də dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuana aldığı tanışı «İlkin» adlı şəxslə sonuncunun yaşadığı evin yaxınlığında, yəni, Bakı şəhəri, Nərimanov rayon ərazisində, «Nərimanov» metro stansiyası yaxınlığındaki «MetroPark» Ticarət Mərkəzinin yanında görüşüb hər qutusuna 70 manat olmaqla 140 manat pul verib 2 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış, daha sonra aldığı marixuananı bir dəfə istifadə edilməsi üçün lazım olan dozalara bölüb siqaretin gümüşü kağızlarında qablaşdırmış və hər qablaşdırdığı bir bükümü 10 manatdan satmağa başlamışdır. Təxminən 2019-cu ilin noyabrın 29 və ya 30-da, nahar vaxtı, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində, «Şüşa» restoranının arxa tərəfindəki avtoyuma məntəqsində işləyən «Samir» adlı şəxslə görüşüb ondan 200 manat pul verib hər qramı 40 manatdan olmaqla ümumilikdə 5 qram psixotrop maddə olan metafetamin almışdır. Həmin psixotrop maddəni də bükümlərə ayırıb satış üçün hazırlamış və psixotrop maddədən təxminən 3 qramını ayrı-ayrı müştərilərə satmış, qalan təxminən 2 qramdan bir qədər artıq metafetamini isə 16 ədəd bükümdə «Vinston» markalı siqaret qutusunda saxlamışdır. Bundan başqa əldə etdiyi qurudulmuş marixuananın da bir neçə bükümünü ayrı-ayrı müştərilərə satmış və qalan cəmi 30 bükümünü pul kisəsində saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini istəmişlər və öz anket məlumatlarımı bildirdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu baş idarəyə dəvət etmişlər. Baş İdarəyə getdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o, da buna etiraz etmədikdən sonra videoçəkilişlə üzərində axtarışa başlanılmışdır. İlk əvvəl ona üzərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da özü əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində 30 büküm narkotik vasitə qurudulmuş marixuana olan pul kisəsini və şalvarın şağ yan cibindən içərisində psixotrop maddə metafetamin olan «Vinston» markalı siqaret qutusunu, şalvarının sol arxa cibindən isə narkotik vasitə və psixotrop maddələri çəkib xırda bükümlərdə qablaşdırmaq üçün istifadə etdiyi elektron tərəzini, həmçinin, şalvarının sağ arxa cibindən pulları masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, ilk əvvəl pul qabına baxış keçirilərkən oradan 30 bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş halda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, bundan sonra «Vinston» markalı siqret qutusuna baxış keçirilən zaman onun içərisindən qara rəngli siqaret kəsiyinə bükülmüş halda 16 ədəd bükümdə psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Daha sonra təqdim etdiyi tərəziyə və pula baxış keçirilmiş, tərəzinin elektron tərəzi olduğu, pulun məbləğinin isə 253 manat olması müəyyən edilmişdir. Pul vəsaiti özünə qaytarılmışdır. Ondan narkotik vasitələri və psixotrop maddələri haradan əldə etdiyini soruşduqda o, qurudulmuş marixuananı «İlkin» adlı şəxsdən, metafetamini isə «Samir» adlı şəxsdən satmaq məqsədi ilə aldığını etiraf etmişdir. Üzərindən aşkar edilmiş 30 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana pul qabı ilə birlikdə, 16 ədəd bükümdə psixotrop maddə olan metafetaminin olduğu «Vinston» markalı siqaret qutusu isə tərəzi ilə birlikdə qablaşdırılaraq möhürlənmiş o, və digər iştirakçılar həmin qablaşdırmaların üzərinə imza etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi həmçinin aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Hacıqabul şəhəri sakini, uzun müddət Bakı şəhərində kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Baş X1 İdarəsinə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə Baş İdarənin rəhbərliyinə məruzə edilmiş, bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilib İdarənin əməkdaşları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılmış və keçirilmiş müvafiq tədbirlərin nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 20:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən özlərini təqdim edib onun barəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlamaqla ayrı-ayrı şəxslərə satmasına dair məlumata malik olduqlarını bildirib onlarla birlikdə Baş X1 İdarəsinə getməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Təqsirləndirilən şəxs İdarəyə aparıldıqdan sonra araşdırma aparılması Baş İdarənin İstintaq və X3 Bölməsinə həvalə edilmiş, təhqiqat araşdırması zamanı video çəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Yusif Yusifli tərəfindən şəxsi axtarış aparılmışdır. Bu zaman ilk olaraq Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qara rəngli dəri materiallı pul kisəsinə bənzər qabı, şalvarının şağ yan cibindən «Vinston» markalı siqaret qutusunu, şalvarının sol arxa cibindən boz rəngli elektron tərəzini, şalvarının sağ arxa cibindən pul vəsaitlərini masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi, kəmər hissəni və ayaqqabılarını çıxarması təklif edilmiş, lakin üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, ilk olaraq pul kisəsinə oxşar qaba baxış keçirilərkən onun içərisindən 30 bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş halda, kəskin iyli, ot şəkilli kütlə halında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmiş, daha sonra «Vinston» markalı siqaret qutusuna baxış keçirilən zaman onun içərisindən siqaret kağızına bükülmüş halda bir ədəd böyük büküm və 15 ədəd kiçik büküm olmaqla ümumilikdə 16 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər maddələr aşkar edilmişdir. Daha sonra təqdim olunan tərəziyə və pula baxış keçirilmiş, tərəzinin elektron tərəzi olduğu, pulun məbləğinin isə 253 manat olması müəyyən edilmiş və pul vəsaiti əhəmiyyət daşımadığından Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 30 ədəd bükümdəki bitki kütləsinin qurudulmuş marixuana olduğunu bildirib həmin narkotik vasitəni 3 gün əvvəl hər qutusuna 50 manat ödəməklə 100 manata 2 kibrit qutusunda «İlkin» adlı şəxsdən Bakı şəhəri, Nərimanov metrostansiyası yaxınlığında aldığını, sonradan narkotik vasitə olan marixuananın satışını həyata keçirməsi üçün bükümlərə ayırdığını, həmin bükümlərin bir neçəsini, hər bükümü 10 manat olmaqla satdığını bildirmişdir. Təqsirləndirilən şəxs siqaret qutusundan aşkar edilmiş psixotrop maddə olan metafetaminin hər qramını 40 manat olmaqla ümumilikdə 5 qramına 200 manat pul verməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində «Samir» adlı şəxsdən aldığını, sonradan satışını həyata keçirmək məqsədi ilə bükümlərə böldüyünü və bir neçə bükümünü hər birini 10 manatdan olmaqla satdığını, həmçinin üzərindən aşkar edilmiş elektron tərəzini narkotik vasitələrin və psixotrop maddələrin çəkilib bükümlərə bölünməsində istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 30 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu qara rəngli pul kisəsinə bənzər qab daxilində narkotik vasitələrin qalıqlarının olması ehtimalı nəzərə alınmaqla 30 ədəd bükümlə birlikdə özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi və 16 ədəd bükümdə psixotrop maddə olan metafetaminə bənzər maddələrin olduğu «Vinston» markalı siqaret qutusu üzərində və daxilində psixotrop maddələrin qalıqlarının olması ehtimalı nəzərə alınmaqla 16 ədəd bükümlə birlikdə özünün iştirakı ilə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin qablaşdırmaların üzərinə imza etmişlər. Daha sonra şəxsi axtarış və götürmə hərəkətlərinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmçinin məhkəmə iclasına üzrlü səbəblərdən gələ bilməyən Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi tədqiq edilərkən onun Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il yarımdır qonşu kimi tanıyır. Özü bir müddət istifadəçilər arasında «nəşə» kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana, «pati» və ya «şüşə» kimi tanınan psixotrop maddə olan metafetamin qəbul etmişdir. Təxminən bir il yarım bundan əvvəl Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığını bildiyindən onunla əlaqəyə çıxıb münasibət yaradaraq ondan mütəmadi olaraq qurudulmuş marixuana və metafetamin alıb qəbul etmişdir. O, narkotik vasitə və psixotrop maddə almaq üçün daima istifadəsində olan ***- ***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrlə əlaqə saxlamışdır. Ona narkotik vasitə və ya psixotrop maddə lazım olanda Təqsirləndirilən şəxs zəng etmiş və onunla çox zaman ya məhlədə, ya da «Şuşa» restoranının arxasında yerləşən «moyka»nın arxasında görüşmüş, Elnur bir «baş» qurudulmuş marixuananı 10 manata, bir dəfəlik doza üçün nəzərdə tutulmuş metafetamini isə 10 manata ona satmışdır. Təqsirləndirilən şəxs Nərimanov rayon ərazisində, əsasən də Təbriz küçəsində tez-tez dəyişdiyi müxtəlif markalı avtomobildə narkotik istifadəçilərinə narkotik vasitə və psixotop maddələr satmış və narkotik istifadəçilərinin hamısı Təqsirləndirilən şəxs tanımışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 29966 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman aşkar edilən...» sözləri yazılmış zərfdə bir ədəd qara rəngli pul kisəsinin içərisində 30 (otuz) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: təmiz çəkiləri 0,357 qram, 0,352 qram, 0,344 qram, 0,316 qram, 0,344 qram, 0,274 qram, 0,304 qram, 0,345 qram, 0,352 qram, 0,350 qram, 0,272 qram, 0,361 qram, 0,368 qram, 0,361 qram, 0,335 qram, 0,316 qram, 0,323 qram, 0,315 qram, 0,296 qram, 0,332 qram, 0,303 qram, 0,371 qram, 0,242 qram, 0,360 qram, 0,298 qram, 0,320 qram, 0,321 qram, 0,295 qram, 0,341 qram və 0,247 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 9,715 qramdır və ekspertiza təqdiqatından sonrakı çəkisi 9,115 qram təşkil edir. Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli pul kisəsinin içərisində cüzi miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisinə məxsus hissəçiklər vardır. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 29965 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman aşkar edilmiş...» və s. qeydlər olan zərfdəki 16 ədəd bükümlərdə ümumi təmiz çəkisi 2,338 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr Azərbaycan Respublikası ərazisində qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir və tədqiqatdan sonrakı qalığı 2,218 qram təşkil edir. Həmin zərfdə olan bir ədəd elektron tərəzinin üzərində metafetamin izləri vardır. Cinayət işinə əlavə olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının xx xxxxxx 2020-ci il tarixli, 505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub, lakin müayinə olan zaman əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədlə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metafetamin əldə edib saxlaması barədə Baş X1 İdarəsinə etibarlı mənbədən məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışır. Cinayət işinə əlavə olunmuş, «Şəxsi axtarış və götürmə haqqında» xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən bir ədəd dəri pul kisəsinin içərisində 30 büküm narkotik vasitə olan qurudulmuş marixuana, şalvarın sağ yan cibindən bir ədəd «Viniston» markalı siqaret qutusunun içərisində 16 ədəd bükümdə psixotrop maddə metafetamin və şalvarın sol arxa cibindən bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edildiyindən götürülmüşdür. İş materiallarında olan DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən ədəd dəri pul kisəsinin içərisindən 30 bükümdə olan ot şəklində kütlə halında özünün deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuana, şalvarın sağ yan cibindən bir ədəd «Vinston» markalı siqaret qutusunun içərisindən 16 ədəd bükümdə ağ rəngli kristal şəkilli özünün deməsinə görə psixotrop maddə metafetamin və şalvarın sol arxa cibindən bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə, psixotrop maddə və elektron tərəzi müvafiq qaydada götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əməlindən peşiman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzəzrdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində saxlanılan iki ədəd paketdə qablaşdırılmış halda ekspertiza tədqiqatından sonrakı qalığı 2,218 qram psixotrop maddə olan metafetamin, 9,115 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd qara rəngli pul kisəsi və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı bir ədəd DVD disk və telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 197 (yüz doxsan yeddi) manat 46 (qırx altı) qəpik məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 tərəfindən 36 (otuz altı) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinəəsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ciil tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ciil tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X4 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri «Mərkəz» Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində saxlanılan iki ədəd paketdə qablaşdırılmış halda ekspertiza tədqiqatından sonrakı qalığı 2,218 qram təşkil edən psixotrop maddə olan metafetamin, 9,115 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd qara rəngli pul kisəsi və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı bir ədəd DVD disk və telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 197 (yüz doxsan yeddi) manat 46 (qırx altı) qəpik məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Vəkil X4 tərəfindən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri «Mərkəz» Vəkil Bürosuna dövlət büdcəsi hesabından 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar