Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-694/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Şamaxı rayonunun Dağbağırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, boşanmış, “Qanun-Naminə” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Abşeron rayonunun Pirəkəşkül kəndində qeydiyyatda olan, faktiki “Azərbaycan” nəşriyyatında xidməti otaqda müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqla digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Belə ki, o, 1994-cü ildə ailə quraraq birgə yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-302 nömrəli qərarına görə verilmiş nikahın pozulması haqqında xx.xx.2004-cü il tarixli 24 nömrəli AZ-1 seriyalı 024005 nömrəli şəhadətnaməyə əsasən rəsmi olaraq boşanmasına baxmayaraq 2005-ci ildə onunla barışmaqla 2020-ci ilin avqust ayının sonunadək ünvan 1 ünvanında kirayədə birgə yaşayaraq faktiki ər-arvad münasibətlərində qalmaqda davam etmiş, lakin sonradan Zərərçəkmiş şəxs onunla birgə yaşamağa davam etməkdən imtina etdiyindən, habelə sonuncunun başqa şəxslərlə görüşərək onlarla cinsi əlaqədə olmasından şübhələndiyi üçün qısqandığından onu öldürməklə qisas almaq qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə xidməti otağında olmuş meyvə doğramaq üçün istifadə etdiyi qatlanan cib bıçağını götürərək xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs xadimə işlədiyi ünvan 2 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısına gələrək onun işdən çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs saat 15:10 dəqiqədə işdən çıxdıqdan sonra ona yaxınlaşaraq söhbət etmək adı ilə təkidlə yaxınlıqda olan parklardan birinə getmələrini tələb etmiş, Zərərçəkmiş şəxs qətiyyətlə imtina etdikdə isə əvvəlcədən həmin niyyətini həyata keçirmək üçün götürdüyü ümumi uzunluğu 160 mm, tiyəsinin uzunluğu isə 70 mm olan, soyuq silah hesab edilməyən qatlanan cib bıçağı ilə qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs bədəninin həyat və sağlamlıq üçün vacib hesab edilən müxtəlif nahiyələrinə ardıcıl və çoxsaylı zərbələr vurmuş, ilk zərbədən Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra da hərəkətlərini davam etdirərək məqsədinə çatmaq üçün ona boyunun sol yarısına bir ədəd, sol çiyninə bir ədəd, sol qaşüstü nahiyəyə bir ədəd, sağ qulağaltına bir ədəd və sağ bel nahiyəsinə iki ədəd olmaqla, cəmi 6 ədəd deşilmiş-kəsilmiş, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin onun hüquqazidd davranışını görən təsadüfən hadisə yerinin yaxınlığında olmuş şəxslər onlara yaxınlaşaraq müdaxilə edib onu Zərərçəkmiş şəxs üzərindən kənarlaşdırdıqlarından və sonuncu vaxtında Respublika Kliniki Xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatı xilas edildiyindən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 1994-cü ildə özündən 8 yaş böyük olan Zərərçəkmiş şəxs ilə evlənmiş, birgə nikahlarından 1995-ci ildə Nihat və 1998-ci ildə Cəmalə adlı övladları olmuşdur. Gülşənin qohumlarından xoşu gəlmədiyi üçün aralarında söz-söhbət olduğundan 2004-cü ildə boşanmış, lakin 2005-ci ildən uşaqlara görə bir evdə yaşamağa davam etmişlər. 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixə kimi keçmiş arvadı Gülşən və qızı Cəmalə ilə Yasamal rayonu, 1-ci Alatavada, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək baş redaktoru olduğu “Qanun-Naminə” ictimai-siyasi hüquq qəzetinin “Azərbaycan” nəşriyyatında yerləşən ofisində yaşamışdır. Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayından Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Azza” şirniyyat evində işləmişdir. Gülşən 2017-ci ilin iyul ayında onun “Facebook” sosial şəbəkəsindəki paylaşımına komment - rəy yazmışdır. Gülşənin “Facebook” sosial şəbəkəsində 1962-ci il təvəllüdlü olduğu qeyd edildiyindən o, öz səhifəsində olan xeyli sayda tanışlarının Gülşənin profilinə girərək ondan 8 yaş böyük olduğunu öyrənmələrini istəmədiyi üçün sonuncunu sosial şəbəkədə qara siyahıya - bloka salmışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında işdə olarkən Gülşəni blokdan çıxarmış və onun “Facebook” sosial şəbəkəsində dostluğunda çoxlu sayda tanımadığı kişilərin olduğunu, Gülşənin müxtəlif səhifələrdə müxtəlif rəylər yazdığını görmüşdür. Səhifələrin birində Gülşənin rəyini görərək evə gəldikdə həmin rəyi ona göstərmiş və belə rəylərə ehtiyac olmadığını deyərək “Facebook” sosial şəbəkəsindən çıxmasını xahiş etmiş, Gülşən də razılaşmışdır. Lakin, Gülşən sosial şəbəkəni mobil telefonundan özü silə bilmədiyi üçün o, ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Gülşənin razılığı ilə onun istifadəsində olan “Samsung” markalı mobil telefonunu və telefonun giriş kodunu götürərək işə gedib oradakı cavanlardan birinə sildirəcəyini bildirmişdir. İş otağına daxil olarkən ***- ***-**-** saylı nömrədən Gülşənin mobil telefonuna zəng gəlmiş, o, zəngə cavab verdikdə tanımadığı kişi zəngə Gülşənin cavab vermədiyini görərərək özünü itirmiş və “İlqarı olar?” deyə soruşmuşdur. O, həmin şəxsə səhv düşdüyünü dedikdə sonuncu üzr istəyərək sağollaşmışdır. İş otağında Gülşənin telefonundan “Facebook” proqramını silməyə çalışsa da silə bilməmiş, həmin vaxt bunu edə biləcək iş yoldaşı da olmamışdır. Həmin gün axşam saatlarında işdən çıxarkən səhər zəng edən nömrə “WhatsApp” vasitəsilə Gülşənin telefonuna “salam cana necəsən, deyəsən günorta zəng etdikdə telefonu yoldaşın götürdü” məzmunlu mesaj yazmışdır. O, həmin mesaja cavab olaraq guya Gülşən yazırmış kimi “ay vicdansız ömründə bir dəfə ərim götürdü telefonu, onda da sən mərdimazar zəng etdin” mesajını göndərmişdir. Həmin şəxs isə cavabında “ay qız afiristlik etmə, sən yoldaşından qorxansan? qız nömrəsi söz vermişdin, təcili o nömrəni ver” yazmışdır. O, həmin axşam əsəb dərmanı alaraq iş yerinə qayıtmış, bu zaman müxtəlif kişilərin “Messencer” və “WhatsApp” vasitəsilə Gülşənə səmimi mesajlar yazmağa başladıqlarını görüb dərin sarsıntı keçirmiş və mobil telefonları söndürmüşdür. Həmin gün evə getməmiş və Gülşənlə danışmamışdır. Səhərisi gün evə gedərək divanda yatmışdır. Həmin gün Gülşəni işə getməyə qoymamış, sonuncunun bacısı Şahid1 və əmisi qızı Yeganəni evə çağıraraq onlara Gülşənin başqa kişilərlə yazışdığını, ona xəyanət etdiyini, qızları Cəmalənin xatirinə bu sirrin aralarında qalmasını, Gülşənlə birlikdə yaşamağa davam edərək Cəmalə evləndikdən sonra ayrılacağını bildirmiş, onlar da bununla razılaşaraq getmişlər. Təklikdə qaldıqda Gülşəndən qonşu və ya tanış-bilişlə münasibətinin olub-olmamasını soruşmuş və əgər olubsa başqa yerə köçmələrini demiş, Gülşən isə heç bir qonşu ilə, tanışla və ya qeyrisi ilə cinsi münasibətdə olmadığını demişdir. xx xxxxxx 2020-ci il tarixdə qızı və arvadı işə getmiş, o isə evdə qalmış, Gülşənin mobil telefonu da söndürülmüş halda onda olmuşdur. Gülşən işdən zəng edərək nə etdiyini soruşmuş və bacısının mobil GSM nömrəsini bağlatdırdığını bildirmişdir. O, bundan bərk şübhələnərək işə getmiş və Gülşənin “Facebook”, “İnstagram” sosial şəbəkələrinin kodunu dəyişərək yazışmalarını ətraflı oxumuşdur. Bu zaman arvadının sosial şəbəkələrdə tanımadığı bir çox kişi ilə səmimi yazışmalarını aşkar etmiş, hətta şəxslərdən biri ilə yazışmalarında Gülşənin onunla 2018-ci ildə cinsi əlaqədə olması öz əksini tapmışdır. O, nə həmin gün, nə də ertəsi gün evə getməmişdir. 25 avqust və ya xx xxxxxx 2020-ci il tarixdə evə gedərək Gülşəndən niyə digər kişilərlə yazışdığını soruşmuşdur. Elşən adlı şəxslə cinsi münasibətdə olmasını təsdiqləyən yazışmaları göstərdikdə Gülşən səhvini etiraf edərək üzr istəmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra Elşən Zeynallı adlı şəxs Gülşənin “Facebook” səhifəsinə “Topçubaşov xəstəxanasına xəstə gətirmişəm, evdə təksənsə gəlim” yazmışdır. O, həmin yazını Gülşənə göstərdikdə, sonuncu səhv elədiyini deyərək bu barədə heç kimə deməməsini xahiş etmişdir. O, Gülşənin “Facebook” səhifəsi ilə Elşən Zeynallıya “səni evdə gözləyirəm” yazmışdır. O, Gülşənə Elşənin onlara gəldiyini deyərək həm onu, həm də Elşəni mətbəxdə olan dəhrə, ət doğrayan kəsici alətlə doğrayacağını bildirmişdir. Lakin Gülşən evin digər otağında olan qızı Cəmalənin mobil telefonu ilə Elşənə zəng edib onu bu barədə məlumatlandırdığı üçün sonuncunu gözləsə də gəlməmişdir. Bir neçə gün sonra Elşən Zeynallıya zəng edərək onu görüşə çağırmış, sonuncu görüşə gəlməsə də Gülşənlə onun evində görüşdüyünü etiraf etmişdir. Sonradan Gülşənin “Facebook”, “İnstaqram” və “WhatsApp” sosial şəbəkələrinə Zabir Eminov, Devid Əzimzadə, H.Nurlan və Üzeyir Məhərrəmov adlı şəxslər yazmağa başlamışlar. Zabit Eminovun əvvəllər Gülşənlə Avropa-Azərbaycan litseyində bir yerdə işlədiyini, iş yoldaşı olduqlarını bilmiş və onunla görüşmüşdür. Zabit Gülşənlə sadəcə yazışdığını, aralarında heç bir münasibət olmadığını bildirmişdir. Devid Əzimzadə adlı şəxs Gülşənin “Facebook” səhifəsinə sonuncunun özünün çəkdiyi lüt şəkillərdən göndərmişdir. O, Gülşənin adı ilə yazışdıqda Devid Əzimzadə təzə şəkillər istəmişdir. Devidə zəng etdikdə sonuncu Ağcabədidə yaşadığını demişdir. H.Nurlan adlı şəxslə danışdıqda sonuncu Gülşənin ona lüt şəkillər atdığını, bəzi hallarda boş vaxtını keçirmək üçün Gülşənlə görüntülü danışdığını bildirmişdir. Üzeyir Məhərrəmov adlı şəxslə danışdıqda isə sonuncu Gülşənlə iki dəfə cinsi əlaqədə olduğunu etiraf etmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə birgə yaşadıqları mənzildə Zərərçəkmiş şəxs mobil telefonunu sındırmış, əlində xatırlamadığı alətlə onun arxasınca düşərək öldürəcəyi ilə hədələmiş, lakin qızı Cəmalə araya girdiyi üçün sakitləşmişdir. Həmin vaxt evin qapılarını bağlasa da Gülşən evdən qaça bilmişdir. Gülşən evi tərk edərkən mobil telefonunu sındırmış olsa da, sonuncunun GSM nömrələrindən birini öz mobil telefonuna əlavə etmişdir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi Gülşənlə hər hansı bir əlaqəsi olmamış, onu axtarmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Gülşəni iş yerinə çağıraraq təklikdə ona Zabit, Nurlan, Üzeyir və Devid barədə danışmış və lüt şəkillərinə görə izahat verməsini tələb etmişdir. Həmin vaxt Gülşən adı çəkilən şəxslərlə görüşdüyünü və bəziləri ilə intim münasibətdə olduğunu etiraf etmişdir. Gülşəni çağırmaqda məqsədi qızı Cəmaləni özü ev tutana kimi ondan ayırmaq olmuş, lakin Gülşən Cəmalənin onunla qalmaq istəmədiyini bildirmişdir. xx xxxxxxxx 2020ci il tarixdə saat 14:30 radələrində üzərində bıçaq olmadan Zərərçəkmiş şəxs işlədiyi Yasamal rayonu, Z.Xəlilov 53 küçəsində yerləşən “Azza” şirniyyat mağazasının qarşısına getmişdir. Saat 15:00-da işdən çıxdıqda Gülşənə onunla danışmaq istədiyini desə də sonuncu tələsdiyini, axşam saatlarında özünün zəng edəcəyini, alınmazsa xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində görüşməyin mümkün olduğunu bildirmişdir. Lakin Gülşən axşam zəng etməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Devid adlı şəxs yenə Gülşənin “Facebook” səhifəsinə lüt şəkillərini ataraq yeni şəkil atmasa köhnə lüt şəkillərini qohumlarına, qızı Cəmaləyə və ərinə atacağı ilə hədələmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Gülşənlə görüşməyə gedərkən iş otağında olan kiçik açılıbqatlanan bıçağı da özü ilə götürmüş və saat 14:30 radələrində Gülşənin işlədiyi Yasamal rayonu, Z.Xəlilov küçəsi 53 ünvanında yerləşən “Azza” mağazasının qarşısındakı kafenin çölündə oturaraq Gülşənin işdən çıxmasını gözləmişdir. Bıçağı götürməkdə məqsədi Gülşənlə sosial şəbəkələrdə yazışan şəxslərin onu izləməsindən qorxduğu üçün özünü müdafiə etmək olmuşdur. Gülşənə gəlməsini xəbər vermək üçün dəfələrlə “Azza” mağazasına və işçilərin şəxsi nömrələrinə zəng etmiş, lakin onlar cavab verməmişlər. Az sonra Gülşənin iş yoldaşı olan İntiqam və bir neçə başqa şəxs onu kənara çağıraraq niyə onlara yazdığını soruşaraq onları narahat etdiyini bildirmişlər. O, Devidin atdığı Gülşənə məxsus lüt şəkilləri İntiqama göstərərək Gülşənlə söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt, yəni saat 15 radələrində bir qədər uzaq məsafədən Gülşənin işdən çıxdığını görüb tələsik ona çatmış və parkların birində söhbət etməyi təklif etmişdir. Gülşən isə qışqıraraq onu söyməyə başlamışdır. O, Gülşənə qışqırmamasını, ayıb olduğunu, ətrafdakıların onları gördüyünü, biabır olduqlarını desə də sonuncu onun dediklərinə məhəl qoymamış və təhqiramiz ifadələr işlətməyə davam etmişdir. Gülşənin sakitləşmədiyini görüb sol arxa cibindən açılıb-qatlanan bıçağı çıxarmış və bıçağa qatlanmış vəziyyətdə sağ əlinin ovcunda tutaraq Gülşənə göstərib “gəl daşı tök ətəyindən, məni o həddə çatdırma ki, səni də vurub öldürüm, özümü də” deyə bildirmişdir. Gülşən isə qorxmadan rədd olmasını təkrarlamışdır. Bundan sonra o, bıçağı açaraq Gülşənə “tərslik etmə, inadkarlıq etmə, gedək danışaq, məni o həddə çatdırma” deyərək qışqırmış, Gülşən isə “kişisən vur, nə kişisən sən? kimsən sən?” deyərək onu özündən çıxartmışdır. Gülşənin onu saymadığını, istehza ilə yanaşdığını görərək əsəblərini cilovlaya bilməmiş və onu qorxutmaq üçün gözünü yumaraq əlindəki bıçaqla qarşında dayanan Gülşənin çiyin nahiyəsinə zərbə vurmuşdur. Lakin Gülşən hərəkət etdiyi üçün bıçaq onun sol boyun nahiyəsinə batmışdır. Gülşən onu itələyərək boğazını tutduqda həyəcanlanaraq niyə belə inadkar olduğunu soruşmuş və yenidən bıçaqla onun sol çiyin nahiyəsinə vuraraq dayanmışdır. Gülşən yanından ötüb keçmək istədikdə səkidən yola yıxılmışdır. O, əlində bıçaqla Gülşənə yaxınlaşdıqda tanımadığı bir neçə şəxs yaxınlaşaraq onun bıçaq olan əlinə təpiklə vurmuş və bıçaq əlindən çıxaraq Gülşənin üzərinə düşmüşdür. Həmin şəxslər onu yerə yıxmışlar və “adam da qadına əl qaldırar?” deyərək təpiklə vurmağa başlamışlar. Daha sonra həmin şəxslər yerdə uzanan Gülşənin ətrafına toplaşmış, o özü isə səkidə olan pilləkənlərdə oturmuşdur. Tanımadığı yaşlı bir şəxs hadisənin səbəbinin namus olubolmadığını soruşmuş, o da namus məsələsi olduğunu təsdiqləmişdir. Ətrafdakılara qışqıraraq polisə və təcili yardıma zəng etmələrini bildirmişlər. Həmin vaxt Gülşən qızı Cəmalənin adını sayıqlamışdır. O, Zərərçəkmiş şəxs baş və boyun nahiyəsinə xəsarət yetirmişdir. Gülşəni vurmaqda məqsədi ondan qisas almaq və namusunu təmizləmək olmuşdur. Lakin o, Gülşəni öldürmək niyyətində olmamış, sadəcə onu qorxutmaq istəmişdir. Törətdiyi əməldən peşman olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 1994-cü ildə özündən 8 yaş kiçik olan Mehbalı Abdülrəhimovla ailə qurmuş, birgə nikahdan 1995-ci ildə oğulları Nihat, 1998-ci ildə isə qızları Cəmalə anadan olmuşdur. Oğlu Nihat 2015-ci il tarixdən azadlıqdan məhrumetmə cəzası çəkir. O, Mehbalı və qızı Cəmalə xx xxxxxx 2020-ci il tarixə kimi Yasamal rayonu, İ Alatavada yaşamışlar. Evli olduqları müddətdə Mehbalı çox vaxt evə içkili gəlmiş, kiçik şeyləri bəhanə edərək dəfələrlə onu və uşaqları döymüşdür. Mehbalı evin kirayə pulunu ödəsə də, evə ərzaq alsa da qazancının çox hissəsini içkiyə, digər qadınlara və özünə xərcləmişdir. Buna görə o, ailəni saxlamaq üçün öz cehiz əşyalarını satmışdır. Bacısı Hicran və kənddə yaşayan qohumları həmişə ailələrinə kömək etmiş, ərzaq və pul göndərmişlər. O, 2004-cü ildə Mehbalı ilə boşanmış və boşandıqdan sonra uşaqları ilə bacısı Gülxarın evində yaşamağa başlamışdır. Lakin Mehbalı barışmaları üçün çox təkid etdiyindən onunla barışmışdır. Bundan sonra münasibətləri bir il yaxşı olmuş, lakin sonra yenidən korlanmışdır. Belə ki, Mehbalı yenə içki içməyə, qazancını içkiyə, qadınlara və siqaretə xərcləməyə başlamış, bir evdə yaşasalar da ər-arvad kimi yaxın münasibətləri olmamışdır. Mehbalı özü üçün yaşamış, o isə sonuncunun paltarını yumuş, yeməyini hazırlayaraq ona qulluq etmişdir. Mehbalının məqsədi bir evdə yaşamaq və məişət problemlərindən, xərclərdən azad olmaq olmuşdur. Onun bacılarının və qohumlarının normal imkanları və işləri olduğu üçün Mehbalının onlara paxıllığı tutmuş, ondan qohumları ilə danışmamağı və onlara gedibgəlməməyi tələb etmişdir. Halbuki, onların yardımları hesabına yaşamışdır. 2020-ci ilin avqust ayının ortalarında Mehbalı onun mobil telefonla “Facebook”a girdiyini bilib mobil telefonunu özü ilə işə aparmış və “Facebook”, “İnstagram”, “WhatsApp” sosial şəbəkə hesablarını qarışdıraraq onun adından orada olan şəxslərə mesajlar yazmış, danışmışdır. Mehbalı 2020-ci ilin avqust ayının son 10 günündə dəfələrlə bacısı Gülxarı və dayısı qızı Yeganəni evə çağıraraq onun başqa kişilərlə yazışdığını demişdir. Gülxar və Yeganə Mehbalıya əgər həqiqətən arvadı ona xəyanət edirsə ayrı yaşamalarını təklif etmiş, lakin Mehbalı bununla razılaşmamışdır. Mehbalı dəfələrlə onu döyərək sosial şəbəkələrdə olan şəxslərlə yatdığını etiraf etməsini tələb etmişdir. O, həmin şəxslərin bəziləri ilə sadəcə sosial şəbəkə vasitəsi ilə yazışdığını desə də Mehbalı bununla razılaşmamış, onun qarşısına kağız qoyaraq iki min kişi adı yazmasını, onların hamısı ilə bir-bir görüşəcəyini bildirmişdir. Son vaxtlar Mehbalı dəfələrlə onu öldürəcəyini, namus üstündə həbsxanaya düşəcəyini, həbsxanada buna yaxşı baxıldığını deyərək onu hədələmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Mehbalı əlində mətbəx bıçağı ilə üzərinə gələrək onu öldürmək istəmiş, qışqırığına qızı Cəmalə yuxudan oyanıb onların aralarına girdiyi üçün öldürə bilməmişdir. Bundan sonra o, evdən heç nə götürmədən bacısı Hicranın evinə getmişdir. Axşam saatlarında Mehbalı Hicranın evinə gələrək dəfələrlə qapını döymüş, lakin bacısı qapını açmadığı üçün geri qayıtmışdır. Hətta Hicranın evində yaşadığı vaxt Mehbalı bir dəfə gəlib qapının kilidini sındırmışdır. Buna görə onlar məcbur qalıb Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etmişlər. Mehbalı dəfələrlə onun iş yerinə, yəni Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 53 ünvanında yerləşən “Azza” şirniyyat evinə gəlmiş, oranın işçilərinin şəxsi nömrələrinə zəng edərək onun orada olubolmadığını soruşmuşdur. 20-xx xxxxxxxx 2020-ci il tarixdə günorta saatlarında Mehbalı iş yerinin nömrəsinə zəng edərək onunla danışmış və görüşərək söhbət etmək istədiyini bildirmişdir. O, məcbur qalıb razılaşmış və xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Mehbalının iş yeri olan “Azərbaycan” nəşriyyatı binasının 9 və ya 10-cu mərtəbəsində yerləşən iş otağına getmişdir. Həmin vaxt Mehbalı açılıb-qatlanan, qəhvəyi rəngi taxtaya bənzər materialdan dəstəyi olan bıçağı ona göstərərək bütün qohumlarından imtina etməsini və onunla barışmasını tələb etmiş, o isə razılaşmamışdır. Belə olan halda Mehbalı ona ya barışmalı olduğunu, ya da axırının ölüm olduğunu söyləmiş, o isə cavabında “öldür, canım qurtarsın” deyə bildirmişdir. Mehbalı onun barışmadığını görüb qızı Cəmaləni verməsini istəmiş, o isə Cəmalənin özü ilə danışmasını, onun artıq 23 yaşı olduğunu demişdir. xx xxxxxxxx 2020-ci il tarixdə işdən çıxdıqda Mehbalı onun qarşını kəsərək parka gedib söhbət etməyi təklif etmiş, o isə axşam görüşə biləcəyini deyərək evə getmişdir. Evdə Cəmalə ilə məsləhətləşmiş, sonuncu isə “atam səni öldürməyə çağırır, səni öldürəcək” deyərək Mehbalı ilə görüşməyə qoymamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində işdə olarkən Mehbalının küçədə gözlədiyini görmüşdür. Mağaza meneceri İntiqam ona Mehbalının mesaj yazaraq onu soruşduğunu bildirmiş və Babək adlı digər işçi ilə çölə çıxıb Mehbalı ilə söhbət etmişdir. Həmin vaxt o, Cəmaləyə zəng edərək qorxduğunu, Mehbalının burada olduğunu və onu öldürəcəyini bildirmişdir. Saat 15 radələrində işi qurtardığı üçün işdən çıxaraq Mehbalının və İntiqamin durduqları yerdən əks istiqamətə, yəni “Real Hospital” tərəf sürətli addımlarla getməyə başlamışdır. Həmin vaxt Mehbalı qaçaraq arxasınca gəlmiş və qolundan tutaraq “hara qaçırsan?” deyə soruşmuşdur. O, sakit səslə “nə istəyirsən, əl çək məndən” dedikdə Mehbalı həmin açılıbqatlanan bıçaqla onun ürək nahiyəsinin bir az üstündən vurmuşdur. O, Mebalıdan uzaqlaşmaq istəyərkən yıxılmışdır. Həmin vaxt huşu özündə olmasa da, ətrafda olan şəxslərin “aralayın, aralayın, görmürsüz, qadını öldürəcək” kimi sözlər deməsini eşitmişdir. Bir müddət sonra özünə gəldikdə ətrafının bütün qan olduğunu görmüş və Mehbalının onun boynunun hər iki tərəfindən, iki ədəd belindən və bir ədəd sol qaşı üzərindən əlavə bıçaqladığını bilmişdir. Mehbalı həmin xəsarətləri o, yerə yıxıldıqdan sonra yetirmişdir. Belə ki, ayaq üstündə olanda Mehbalı onu yalnız bir ədəd ürək nahiyəsinin üstündən, yəni çiyinə yaxın nahiyədən bıçaqlamış, yıxıldıqdan sonra isə əlavə beş bıçaq zərbəsi vurmuşdur. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmış, orada qanaxması dayandırılmış və yaraları müalicə edilmişdir. Son bir neçə ildə onun bəzi insanlarla şəxsi münasibətləri olsa da, bunların Mehbalıya aidiyyəti yoxdur və o, həmin münasibətləri barədə danışmaq istəmir. Təqsirləndirlə şəxslə barışmır və onu bağışlamır. İllərdir ki, onu daim öldürməklə hədələyən, hər addımda qorxu altında saxlayan Mehbalıya qanunla nəzərdə tutulmuş qaydada layiq olduğu cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, valideynləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2004-cü ildə boşanmışlar. Buna səbəb atasının davamlı olaraq anasını və onları döyməsi olmuşdur. Atası evə pul gətirməmiş, qazandığı pulu içkiyə, siqaretə xəprcləmişdir. Onlara xalaları Gülxar, Hicran və xalası qızı Ruqiyə maddi dəstək olmuşlar. İmkansızlıqdan anası öz cehizliklərini sataraq ailəyə, həmçinin atasına baxmışdır. Boşandıqdan bir il sonra atası dəfələrlə onlara yalvararaq barışmaq istədiyini, çox dəyişdiyini bildirmiş, onlar da barışmışlar. Həmin ərəfələrdə atası spirtli içki qəbul etməmiş, onlarla mehriban davranmışdır. Lakin təxminən bir-iki il sonra atası ilə anasının davaları yenidən başlamış, atası hər xırda şeyə görə anası ilə dalaşmışdır. Onlar bununla bağlı heç vaxt polisə və ya hər hansı quruma şikayət etməmişlər. 2011-2012-ci illərdən atası ilə anası ayrı otaqlarda yatmış, faktiki ər-arvad münasibətində olmamışlar. Atası demək olar ki, ev kirayəsindən başqa evə pul verməmiş, digər xərcləri anası işləyərək və xalaları da onlara kömək edərək ödəmişlər. 2020-ci ilin avqust ayının ikinci yarısından etibarən atası anasının mobil telefonunda müxtəlif kişilərlə səmimi yazışmalarının və səs yazılarının olduğunu, anasının evə adamlar gətirdiyini demişdir. Lakin əslində heç vaxt belə hal baş verməmişdir. Atası anasına dəftər verərək iki min kişi adı yazmasını təkid etmişdir. 2020-ci ilin avqust ayının sonlarında atası anasının Gülxar və Yeganə adlı qohumlarını bir neçə dəfə evə çağırmış və onlara ya anasını öldürəcəyini, ya da anasının qohumlarını silərək onunla birgə yaşamalı olduğunu demişdir. Qohumları anasının onlarla əlaqəni kəsməsinə razılaşmışlar. Lakin atası hər gün başqa bir səbəb gətirərək anası Gülşənlə dalaşmış, onu işə getməyə qoymamışdır. O, xx xxxxxx 2020-ci il tarixdə səhər 09:10 radələrində səs-küyə yuxudan oyandıqda atasının mətbəxdə anasının mobil telefonunu balta ilə sındırdığını görmüşdür. Anası evdən çıxmaq istədikdə atası qapını kilidləyərək onun çıxmasına icazə verməmiş, mətbəxdən çörək bıçağı götürərək evin içində anasının arxasınca “başını kəsəcəm, öldürəcəm səni” deyərək qaçmışdır. O, atası anasına çatmamış onların arasına girmiş və atasının əlindən bıçağı almışdır. Bundan sonra anası otağa keçmiş, atası isə siqaret çəkmək üçün çölə çıxmışdır. O, dərhal xalası Gülxara və dayısı qızı Yeganəyə zəng edərək onlara gəlməsini xahiş etmişdir. Onlar gələrək atası və anası ilə söhbət etmişlər, lakin onların nə danışdıqlarından onun xəbəri olmamışdır. Daha sonra atası çölə çıxmışdır. Gülxar və Yeganə atası ilə anasını barışdırmaq istəsələr də atasının anasını öldürəcəyindən əmin olduqlarından anasının evdən qaçması ilə bağlı razılığa gəlmişlər. Bundan sonra sonra anası evi tərk etmişdir. Atası anasının Hicrangildə olduğunu dəqiqləşdirə bilməyib bütün qohumlara zəng edərək onlarda olub-olmadığını soruşmuşdur. Atası evə qayıdaraq “anana axşama qədər vaxt verirəm, gəlsə evə dizi üstə qapıdan girməli və ayaqlarıma qapanaraq üzr istəməli, yalvarmalıdır” deyə bildirmişdir. O, xx xxxxxxxx 2020-ci il tarixdə səhər evdən çıxmış və xalası Hicrangilə getmişdir. Atası iki-üç dəfə Şahid2 evinə gələrək qapını açmasını təkid etmiş, hətta 14-xx xxxxxxxx 2020-ci il tarixdə qapının cəftəsinin birini sındırmış, lakin tam sındıra bilməmişdir. Buna görə xalası təxminən 16-xx xxxxxxxx 2020-ci il tarixlərində polis bölməsinə gedərək atasından şikayət etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində atası anasının işlədiyi Yasamal rayonu, Z.Xəlilov küçəsi 53 ünvanda yerləşən “Azza” şirniyyat evinin qarşısına gedərək anası ilə danışmaq istədiyini demiş, anası isə qorxusundan işinin olduğunu, axşam görüşəcəklərini deyərək ondan uzaqlaşmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində kimsə ona zəng edərək anasının işlədiyi “Azza” şirniyyat evinin yanına gəlməsini bildirmişdir. Həmin yerə çatdıqda ona məlum olmuşdur ki, atası anasını bıçaqlamışdır. O, anasının təcili tibbi yardım maşınında olduğunu görmüş və onunla birlikdə Respublika Kliniki Xəstəxanasına getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun kiçik bacısıdır. Gülşən və Mehbalı 1994-cü il tarixdə evlənmişlər. Evli olduqları müddətdə Mehbalı davamlı olaraq içki içmiş, dəfələrlə Gülşəni döyərək işgəncə vermiş, nə vaxtsa onun başını kəsəcəyini, bıçaqlayacağını bildirmişdir. 2004-cü ildə Mehbalı və Gülşən boşanmışlar. Boşanmalarına səbəb Mehbalının Gülşəni çox pis döyməsi olmuşdur. O, Gülşəni yaşadığı evdən al qan içində götürərək öz evinə gətirmişdir. Zərərçəkmiş şəxs boşanandan sonra təxminən 1 il 6 ay onun evində yaşamışdır. Həmin müddətdə Mehbalı dəfələrlə Gülşənə yalvararaq onunla barışmasını istəmiş və onlar yenidən birlikdə yaşamağa başlamışlar. Evin xərclərini Gülşən öz cehizliklərini sataraq çəkmiş, həmçinin qohumlarından gələn paylarla yaşamışlar. Bir müddət münasibətləri yaxşı olsa da sonradan Mehbalı yenə Gülşəni döyməyə başlamışdır. Onlar bir evdə yaşasalar da ərarvad kimi münasibətləri olmamışdır. Mehbalı Gülşənin və Cəmalənin pul qazanaraq həm evin, həm də onun xərclərini ödəmələrini istəmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Cəmalə ona zəng edərək atası Mehbalının bıçaqla anasının üstünə hücum etdiyini, onu öldürəcəyini deyərək onlara gəlməsini xahiş etmişdir. Ora getdikdə Cəmalə ona əgər özü mane olmasaydı atasının anasını öldürəcəyini bildirmişdir. Həmin gün saat 17-19 radələrində Gülşən qorxaraq evdən qaçıb bacısı Hicranın evinə getmişdir. Axşam və növbəti günlər Mehbalı Gülşənin bütün qohumlarına zəng edərək onu rüsvay etmiş, onun pozğun olduğunu demişdir. Daha sonra Gülşən ona Mehbalının dəfələrlə onun arxasınca düşdüyünü, barışmaq üçün yalvardığını demişdir. O, Gülşəndən barışmaq istəyib-istəmədiyini soruşduqda sonuncu əgər Cəmalə barışarsa özünün də barışacağını demişdir. Lakin Cəmalə atası ilə bir evdə yaşamaq, onunla barışmaq istəməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Gülşən xadimə işlədiyi ünvan 3 ünvanda yerləşən “Azza” şirniyyat evinə işinə getmişdir. Həmin gün saat 16 radələrində isə Gülşənin Mehbalı tərəfindən bıçaqlandığını öyrənmişdir. Mehbalı Gülşəni məhz öldürmək üçün bıçaqlamışdır. Çünki Mehbalı evliliklərinin ilk illərindən həmişə Gülşəni öldürməklə hədələmiş, onu nə vaxtsa öldürəcəyini demişdir. Gülşəndən hadisə barədə soruşduqda da o, Mehbalının onu öldürmək üçün vurduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 220-223). Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Zərərçəkmiş şəxs meneceri olduğu ünvan 3 ünvanda yerləşən “Azza” şirniyyat evində xadimə işləmişdir. Gülşənin iş rejimi həftənin 6 günü, saat 09.00-dan 15:00-a kimi olmuşdur. 2020-ci ilin avqust ayının sonlarından özünü Gülşənin əri və jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs “Azza” şirniyyat evinin mobil nömrələrinə və işçilərinə zəng edərək arvadı Zərərçəkmiş şəxs orada işləyib-işləmədiyini soruşmuşdur. Onlar həmin şəxsin problemli olduğunu bilib, bu barədə ona heç nə deməmişlər. Gülşəndən bu barədə soruşduqda sonuncu Təqsirləndirilən şəxs keçmiş əri olduğunu, yenidən onunla barışmaq istədiyini, lakin Mehbalı ilə barışmayacağını deyərək həmin şirniyyat evində işləməsi barədə ona deməmələrini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:55 radələrində Mehbalı “Azza” şirniyyat evinə bitişik “Monsiomo” kafesində küçədə “Azza” mağazasına tərəf tək oturaraq kofe içmişdir. O, iş yoldaşı Babək Nəsirli ilə siqaret çəkməyə çıxarkən Mehbalını yanlarına çağırmışdır. Mehbalı onun yanına gələrək elə dayanmışdır ki, həm “Azza”nın çıxışını, həm də onları görə bilsin. Mehbalıdan nə üçün şəxsi nömrəsinə, mağazaya dəfələrlə zəng edib narahat etməsini soruşduqda o, Gülşənlə ailəvi probleminin olduğunu, namus məsələsi olduğunu, Gülşənlə görüşmək istədiyini bildirmişdir. Onlar Gülşənlə olan məsələnin öz aralarında olduğunu deyərək bununla bağlı onları və mağazanı narahat etməməsini tələb etmişlər. Həmin vaxt Mehbalı uzun-uzadı boş-boş danışaraq arvadının pozğun olduğunu bildirmişdir. Mehbalı onlara telefonda nə isə şəkil göstərmək istədiyini desə də, onlar şəklə baxmaqdan imtina etmişlər. Onlar söhbət edərkən Zərərçəkmiş şəxs mağazadan çıxaraq onlardan əks istiqamətdə, yəni “Real Hospital” istiqamətində getməyə başlamışdır. Mehbalı Gülşəni görərək iti addımlarla onun arxasınca getmişdir. Həmin vaxt onlar mağazaya girdikləri üçün baş verənlərdən xəbərləri olmamışdır. Təxminən 5-6 dəqiqə sonra tanımadığı bir şəxs mağazaya girərək “Azza”da işləyən bir xanımın bıçaqlandığını demişdir. O, Babəklə dərhal mağazadan çıxmış və Zərərçəkmiş şəxs 150- 250 metr aralıda səkinin yola tərəf kənarında üzü üstdə qan içində uzandığını, çoxlu sayda tanımadığı yoldan keçən adamların onun ətrafına yığışdığını, Mehbalının isə hadisə yerində olan pilləkənin üstündə oturub mobil telefonla oynadığını görmüşlər. Hadisə yerinə təcili tibi yardım və polis əməkdaşları gəlmişlər. Mehbalı polislərə səslənərək səkinin kənarındakı bıçağı göstərərək “bıçaq ordadı, bıçaq ordadı” demiş, polislər də həmin bıçağı götürmüşlər. Daha sonra Zərərçəkmiş şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 göstərdi ki, xx xxxxxxxx 2020ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə ünvan 3 ünvanının qarşısında bir nəfər qadının bıçaqlandığı barədə məlumat daxil olmuşdur. O, dərhal hadisə yerinə getmiş və ora çatdıqda tanımadığı qadının yol kənarında üzü üstə uzandığını, qan içində olduğunu və ətrafına xeyli adamların yığışdığını görmüşdür. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs isə hadisə yerindəki pilləkəndə oturmuş və səki kənarında olan açılıb-qatlanan bıçağı işarə edərək qadını qısqanclıq zəminində bıçaqladığını bildirmişdir. Həmin bıçaq onun tərəfindən götürülərək müvafiq raport tərtib olunmaqla təhvil verilmişdir. X3 rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirilmişdir. Hadisə barədə ilkin məlumat alındıqda Mehbalı Adulrəhimov keçmiş arvadı Zərərçəkmiş şəxs qısqanclıq zəminində üzərində gətirdiyi açılıb-qatlanan bıçaqla vurduğunu, ətrafda olan şəxslərin onu Zərərçəkmiş şəxs aralayaraq döydüklərini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə - ünvan 3 ünvanının qarşısına baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, habelə baxış zamanı səki üzərində yarımçıq tikili pilləkən və səki ilə üzbəüz avtomobil yolunda qanabənzər ləkələr aşkar edilmiş, həmin qanabənzər ləkələrdən nümunələr götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 10-14). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 100-107). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 2, iş vərəqə 62-66). Məhkəmə-tibbi ekspertizasına xx xxxxxx 2020-ci il tarixli 796 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyunun sol yarısının, sol çiyinin, sol qaşüstü nahiyyənin, sağ qulaqaltının və sağ bel nahiyyəsinin (2 ədəd) deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla törədilə bilərdilər. Həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri alan zaman xəsarəti yetirən şəxslə qarşı-qarşıya ayaqüstə vəziyyətdə ola bilərdi. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarət və ya xəsarətlərdən bir neçəsi bıçağın əldən düşərək Zərərçəkmiş şəxs batması nəticəsində yaranması mümkün deyildir (cild 2, iş vərəqə 12-16). Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 818/2020-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qan qrupları O (İ)-dir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, Zərərçəkmiş şəxs məxsus köynək, üst geyimi, büstqalter, 02 ədəd pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alınmışdır. Həmin qan ləkələri 0 alfa beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 2, iş vərəqə 25-30). Məhkəmə-tibbi-kriminalistlik və kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 521/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus jiletin arxa sağ səthində iki ədəd, jiletin arxa orta səthində bir ədəd, jiletin ön sol yuxarı yaxalığında bir ədəd, jiletin kapüşonun arxa hissəsində bir ədəd, köynəyin ön sağ səthində bir ədəd və köynəyin arxa orta səthində iki ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın ( bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus büstqalter üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdıvr. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 2, iş vərəqə 35- 40). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xırdaçılıq, öz vəziyyətini qabartmağa, dramatikləşdirməyə meyillilik, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqə 31-34). Hadisənin ətrafdakı obyektlərdən qeydə alınmış videogörüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 3 ünvanının qarşısında xx-xx-2020 tarixdə saat 15:14-cü dəqiqədə cinayət işi üzrə alınmış ifadələrdən geyimi və fiziki əlamətləri məlum olan Zərərçəkmiş şəxs geriyə baxa-baxa keçdiyi, Mehbalı Abdulərhimovun isə sürətli addımlarla Zərərçəkmiş şəxs yaxınlaşıb qarşılıqlı dayandığı, Zərərçəkmiş şəxs qarşısında dayanmış Təqsirləndirilən şəxs kənarlaşmaq istədiyi, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ əlində olan alətlə zərbə endirdiyi, Zərərçəkmiş şəxs səki kənarından avtomobil yoluna yıxıldığı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yıxıldıqdan sonra da sonuncunun üzərinə hücum etdiyi, 5-6 saniyə sonra ətrafda olan şəxslərin onlara yaxınlaşdığı, təxminən 40 saniyə sonra onlar tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərindən kənarlaşdırıldığı müəyyən edilmişdir (cild 2, iş vərəqə 21-24). Göyçay Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2004-cü il tarixli 24 nömrəli “Nikahın pozulması haqqında Aktın Qeydi”ndən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-302 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə olan nikahı pozularaq bu haqda AZ-1 seriyalı 024005 nömrəli şəhadətnamə verilmişdir (cild 2, iş vərəqə 6-8). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 209- 210). Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşadığı müddətdə qonşular arasında hörmət qazanmış, müsbət xarakterizə olunmuş, barəsində hər hansı şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 67). Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi bıçaqla öldürmək məqsədi ilə deyil, qorxutmaq məqsədi ilə vurmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmayan cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, müvafiq protokolla rəsmiləşdirilməklə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində cəlb olunmuş və eyni tarixdə də barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli haqlı olaraq onun faktiki tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 24, 32-33, 58- 59, 84-86). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd büstqalter, bir ədəd köynək, bir ədəd üst geyimi, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon isə cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılması üçün şəxsi əşyalarına əlavə edilib saxlanmaqdan ötrü aidiyyəti penitensiar müəssisəyə göndərilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli 4 saylı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd büstqalter, bir ədəd köynək, bir ədəd üst geyimi, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, açılıb-qatlanan bıçaq məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılması üçün şəxsi əşyalarına əlavə edilib saxlanmaqdan ötrü aidiyyəti penitensiar müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-694/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-694/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver