Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-694/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində səkkiz azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, ünvan 2 küçəsi, dalan 2, ev 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, haqqında icraat ayrılmış başqa şəxslə birlikdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,441 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,775 qram olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 03 bükümdə 1,055 qram hissəsini və psixotrop maddə metamfetaminin 01 bükümdə 0,032 qram hissəsini 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanışı Şahid3 20 manat nəğd pul müqabilində satmış, həmin gün Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 22:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli idman şalvarının sağ yan cibindəki ağ rəngli plastmas qabın içərisindən 21 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram, 0,062 qram, 0,047 qram, 0,075 qram, 0,064 qram, 0,060 qram, 0,081 qram, 0,079 qram, 0,069 qram, 0,068 qram, 0,062 qram, 0,068 qram, 0,057 qram, 0,048 qram, 0,065 qram, 0,066 qram, 0,079 qram, 0,076 qram, 0,060 qram, 0,064 qram və 0,052 qram olmaqla ümumi təmiz çəkisi 1,386 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və sarı rəngli plastmas qabın içərisindən 18 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,055 qram, 0,029 qram, 0,040 qram, 0,052 qram, 0,026 qram, 0,036 qram, 0,037 qram, 0,034 qram, 0,052 qram, 0,007 qram, 0,055 qram, 0,046 qram, 0,051 qram, 0,028 qram, 0,043 qram, 0,051 qram və 0,058 qram olmaqla ümumi təmiz çəkisi 0,743 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində anadan olmuş, lakin Yevlax şəhərində böyüyüb boya-başa çatmışdır. Evlidir, 3 oğlan, 5 qız olmaqla 8 uşağı var. Onlardan böyük uşağının 14 yaşı, ən kiçik uşağının isə 1 yaşı vardır. İşləyib ailəsini dolandırmaq üçün Bakı şəhərinə köçərək tikintidə usta işləmişdir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotikin digər növlərindən istifadə etməmişdir. 15.10.2021-ci il tarixdə saat təxminən 22:30 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək, onu Bakı şəhəri Nəsimi RPİ-nə aparıb təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən ona müdafiəçi dəvət olunmuş, sonra xidməti otaqlardan birində üzərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O əynində olan tünd qara rəngli idman şalvarının sağ yan cibindən 7 ədəd siqaretin gümüşü kağızlarındakı içərisində heroin olan bükümləri masanın üzərinə qoymuşdur. Onda metafetamin olmamışdır. Həmin narkotik vasitəni 14.10.2021-ci il tarixdə günorta saatlarında Xocasən ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etmişdir. Şahid3 tanımır, ona narkotik vasitə satmamışdır. Hal-hazırda uşaqları arvadı ilə yaşayır, ailəsinə qardaşı himayədarlıq edir. Üzərinə baxış zamanı videoçəkiliş aparılmaqla üzərindən plasmas qabda 21 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələri və sarı rəngli plasmas materialdan olan kiçik qabın içərisində 18 ədəd bükümlərdəki şüşə kristal formalı narkotik vasitəyə bənzər maddələr onda olmamışdır. Üzərində yalnız bir qrama yaxın heroin olmuşdur. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ardıcıl olaraq keçirdikləri əməliyyat tədbirləri ilə əlaqədar tanımışdır. Belə ki, 15.10.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu Kubinka adlanan ərazidə Şahid3 adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndikləri üçün onu saxlayaraq Nəsimi RPİ-nin inzibati binasına gətirib orada təhqiqatçıya təhvil vermişlər. Orada müdafiəçinin iştirakı ilə Şahid3 üzərinə baxış keçirilən zamanı üzərindən 4 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş 3 büküm heroinə bənzər və 1 büküm metafetaminə bənzər maddələr aşkar edilmişdir. Təhqiqatçının sorğu-sualına cavab olaraq Şahid3 bildirmişdir ki, həmin maddələri həmin tarixdə saxlanılmamışdan əvvəl elə Kubinka deyilən ərazidə İlham adlı şəxsdən 20 manata istifadəsi üçün əldə etmişdir. Şahid3 İlhamın geyimi və zahiri görkəmi barədə məlumat verdiyi üçün tədbirlərin davamı olaraq İlham adlı şəxsi müəyyən edərək onu ünvan 2 küçəsində saxlayıb idarəyə gətirmişlər. Burada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və o, özü tünd qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd ağ və sarı rənglərdə plasmas materialdan olan içərisində siqaretin gümüşü kağızlarındakı bükümləri masanın üzərinə qoymuşdur. Masanın üzərinə qoyulan ağ rəngli plasmas qabda 21 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddələri və sarı rəngli plasmas materialdan olan kiçik qabın içərisində 18 ədəd bükümlərdə şüşə kristal formalı metafetaminə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs narkotik vasitə və psixotrop maddəni 14.10.2021-ci il tarixdə günorta saatlarında Xocasən ərazisindən İran İslam Respublikasının vətəndaşı olan “Reza” adı ilə tanıdığı şəxsdən 140 manat pul müqabilində alaraq tanıdığı müştərilərə satıb qazanc əldə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Maddi sübutlar qablaşdırılmış, baxışın nəticələrinə dair isə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs özünü səmimi aparmış, himayəsində 8 azyaşlı uşağı olduğunu, onları dolandırmaq üçün bu yola əl atdığını etiraf etmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ardıcıl olaraq keçirdikləri əməliyyat tədbirləri ilə əlaqədar tanımışdır. Tədbirlərin rəhbəri həmkarı Şahid1 olmuş, o isə tədbirlərdə qrupun üzvü kimi iştirak etmişdir. 15.10.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu Kubinka adlanan ərazidə Şahid3 adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndikləri üçün onu saxlayaraq Nəsimi RPİ-nin inzibati binasına gətirib orada təhqiqatçıya təhvil vermişlər. Orada müdafiəçinin iştirakı ilə Şahid3 üzərinə baxış keçirilən zamanı üzərindən 4 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş 3 büküm heroinə bənzər və 1 büküm metafetaminə bənzər maddələr aşkar edilmişdir. Təhqiqatçının sorğu-sualına cavab olaraq Şahid3 bildirmişdir ki, həmin maddələri həmin tarixdə saxlanılmamışdan əvvəl elə Kubinka deyilən ərazidə İlham adlı şəxsdən 20 manata istifadəsi üçün əldə etmişdir. Şahid3 İlhamın geyimi və zahiri görkəmi barədə məlumat verdiyi üçün tədbirlərin davamı olaraq İlham adlı şəxsi müəyyən edərək onu ünvan 2 küçəsində saxlayıb idarəyə gətirmişlər. Burada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və o, özü tünd qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd ağ və sarı rənglərdə plasmas materialdan olan içərisində siqaretin gümüşü kağızlarındakı bükümləri masanın üzərinə qoymuşdur. Masanın üzərinə qoyulan ağ rəngli plasmas qabda 21 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddələri və sarı rəngli plasmas materialdan olan kiçik qabın içərisində 18 ədəd bükümlərdə şüşə kristal formalı metafetaminə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs narkotik vasitə və psixotrop maddəni 14.10.2021-ci il tarixdə günorta saatlarında Xocasən ərazisindən İran İslam Respublikasının vətəndaşı olan “Reza” adı ilə tanıdığı şəxsdən 140 manat pul müqabilində alaraq tanıdığı müştərilərə satıb qazanc əldə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Maddi sübutlar qablaşdırılmış, baxışın nəticələrinə dair isə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs özünü səmimi aparmış, himayəsində 8 azyaşlı uşağı olduğunu, onları dolandırmaq üçün bu yola əl atdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə keçirilmiş və onun ifadəsində göstərdiyi hallar həmin çəkilişdə öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə polis bölməsində görmüş, əvvəllər onu tanımamışdır. Ondan narkotik vasitə əldə etməmiş, üzərində də narkotik vasitə olmamışdır. Hal-hazırda barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair bu işdən başqa cinayət işiayrılaraq istintaqı aparılır. Həmin iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmuşdur. Həqiqətən ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 15.10.2021-ci il tarixdə saat təxminən 19:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə Ağadadaş Qurbanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, orada otaqlardan birində təhqiqatçı nədə şübhəli olduğu ona izah etmiş və ona vəkil dəvət olunmuş və o həmin vəkilə heç bir etiraz etməmişdir. Bundan sonra isə ondan üzərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “1202” markalı işlək vəziyyətdə olan “Nokia” markalı mobil telefonu, şalvarının arxa sol cibindən bir ədəd tünd qəhvəyi rəngli dəri pul qabının içərisində özünə məxsus şəxsiyyət vəsiqəsini və Covid-19 pasportu, şalvarının arxa sağ cibindən 4 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş 3 bükümdə içərisində tünd qəhvəyi rəngli toz şəkilli və 1 bükümündə şüşə kristal formalı maddələri masanın üzərinə qoymuş, özü üzərindən aşkar edilən 4 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş bükümlərdən 3 ədəd bükümündə olan içərisində spesifik iyə malik tünd qəhvəyi rəngli toz şəkilli maddənin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu və 1 bükümdə olan icərisində kristal şüşə formalı spesifik iyi olan maddənin isə el arasında “Patı” deyilən metafetamin olduğunu bildirmiş, həmin narkotik vasitə və psixotrop maddəni 15.10.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka deyilən yerdən “İlham” adlı şəxsdən 20 manat pul müqabilində aldığını etiraf etmişdir. Hətta həmin baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanlanan 15.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, “İlham” adlı şəxsin ünvan 2 küçəsi, dalan 2 saylı ünvanın qarşısında narkotik vasitələrin əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin rəisinə ünvanlanan 15.10.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 15.10.2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 küçəsi, dalan 2 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 15.10.2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli idman şalvarının sağ yan cibindən ağ rəngli plastmas qabda 21 bükümdə ümumi təmiz çəkisi 1,386 qram olan narkotik vasitə heroinin və sarı rəngli plastmas qabda 18 bükümdə ümumi təmiz çəkisi 0,743 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri 14.10.2021-ci il tarixdə günorta saatlarında Xocasən ərazisindən İİR-sı vtəndaşı “Reza” adı ilə tanıdığı şəxsdən 140 manat pul müqabilində alaraq tanıdığı şəxslərə sataraq qazanc əldə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlə gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 15.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 17.10.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2021-ci il tarixli, 6/4608 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 21 ədəd bükümdə ümumi təmiz çəkisi 1,386 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 18 ədəd bükümdə ümumi təmiz çəkisi 0,743 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2021ci il tarixli, 6/5587 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 21 bükümdəki narkotik vasitə olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 18 bükümdəki psixotrop maddə olan metafetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Şahid3 üzərindən aşkar edilmiş 03 bükümdəki narkotik vasitə olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 21 bükümdəki narkotik vasitə olan heroinlər, Şahid3 üzərindən aşkar edilmiş 03 bükümdəki narkotik vasitə olan heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 18 bükümdəki psixotrop maddə olan metamfetaminlər Şahid3 üzərindən aşkar edilmiş 01 bükümdə olan metafetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 03.11.2021-ci il tarixli, 4276 saylı rəyindən müyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixatrik ekspertizasının 29.10.2021-ci il tarixli, 2526 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 21.01.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq hissələr - 1,071 qram narkotik vasitə heroin və 0,499 qram psixotrop maddə olan metafetaminin Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə, Təqsirləndirilən şəxs Şahid3 satdığı-ümumi təmiz çəkisi 1,055 qram narkotik vasitə heroinin 0,905 qram hissəsi və 0,032 qram psixotrop maddə metafetaminin 0,002 qram hissəsi ********* nömrəli cinayət işinin istintaqını aparan müstəntiq Ədil Bayramova təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində səkkiz üşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə 15.10.2021-ci il arixli və təqsirləndirilən şəxs qismində 17.10.2021-ci il tarixdə verdiyi ifadələrində göstərmişdir ki, narkotik və psixotrop vasitələri 14.10.2021-ci il tarixdə günorta saatlarında Xocasən ərazisindən İİR vətəndaşı olan “Reza” adı ilə tanıdığı şəxsdən 140 manat pul müqabilində alaraq öz şəxsi istifadəsinə görə və ailəsini dolandırmaqdan ötrü tanıdığı müştərilərə satıb qazanc əldə etmək məqsədi ilə əldə etdiyini və 15.10.2021-ci il tarixdə Bakı şəhəri, Kubinka deyilən ərazidə Asif adlı şəxsə 20 manat müqabilində 3 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metafetamin satdığını bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadələri üzərindən qanunsuz əşyaların götürülməsinə dair protokolun məzmunu ilə eynilik təşkil edir və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, şəxsi axtarış aparılmasına dair protokolu həqiqi və mötəbər sübutlar kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs xarakterizə edən sənədlərdən müəyyən olunur ki, onun himayəsində səkkiz azyaşlı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ekspertiza tədqiqatlarından sonra qalıq hissələr - 1,071 qram narkotik vasitə heroin və 0,499 qram psixotrop maddə olan metafetaminin məhv edilməli, ümumi təmiz çəkisi 1,055 qram narkotik vasitə heroinin 0,905 qram hissəsi və 0,032 qram psixotrop maddə metafetaminin 0,002 qram hissəsi ********* nömrəli cinayət işinin istintaqını aparan müstəntiq Ədil Bayramova təhvil verilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq hissələr - 1,071 qram narkotik vasitə heroin və 0,499 qram psixotrop maddə olan metafetaminin məhv edilsin, ümumi təmiz çəkisi 1,055 qram narkotik vasitə heroinin 0,905 qram hissəsi və 0,032 qram psixotrop maddə metafetaminin 0,002 qram hissəsi ********* nömrəli cinayət işinin istintaqını aparan müstəntiq Ədil Bayramova təhvil verilməsi nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-694/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-694/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver