Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-694/2023 27.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Səbuhi Sabir oğlu Hüseynovdan və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1979-cu il fevralın 18-də Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Pirallahı rayonu, Çilov adası, Dmitri Kiselyov küçəsi, yeni sahədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tutulduğu gündən dördbeş gün əvvəl, yəni 2022-ci il sentyabr ayının ortalarında axşam saatlarında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma niyyəti ilə istintaqa şəxsiyyəti məlum olmayan mənbədən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yaşayış evlərinin arasındakı şam ağacının dibindən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,238 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 44,077 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,009 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin götürməklə əldə etmiş və satış məqsədi ilə üzərində saxlayıb Bakı şəhəri Pirallahı rayonunun ərazisinə daşımış, 2022-ci il sentyabrın 18-də saat 12 radələrində Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Çilov qəsəbəsi, dəniz limanındakı keçid məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanaraq Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 1 nömrəli sahə məntəqəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən külli miqdarda bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 44,077 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində olan qara rəngli idman çantasının cibindən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,238 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,009 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində “POCKET SCALE” sözləri yazılmış elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə etməklə həmin maddələri bir neçə dəfə «İnstagram» sosial şəbəkəsində tanış olduğu İbrahim adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə əldə etmişdir. Tutulmamışdan dörd-beş gün əvvəl, 2022-ci il sentyabr ayının ortalarında onun istəyi ilə İbrahim adlı şəxs ona bir qram psixotrop maddə metamfetamin və bir qutu qurudulmuş marixuana təşkil etmiş, göstərilən tarixdə axşam saatlarında o, 50 manat pulu karta köçürdükdən sonra sonuncunun ona göndərdiyi koordinatlar əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki yaşayış evlərinin arasında olan şam ağacının dibindən qara sellofan paketdəki bükümü götürüb İbrahimə məlumat vermiş, daha sonra həmin ağacın yanındakı digər ağacın altında gördüyü sellofan paketi də qaldıraraq taksi ilə atasının yaşadığı ünvan 1 ünvanına getmişdir. Evdə tapdığı bükümü açanda içərisində narkotik vasitə heroin olduğunu görmüş, xərçəng xəstəsi olan atasının ağrılarını kəsmək üçün lazım olacağını düşünüb göstərilən maddəni özündə saxlamışdır. Özündəki tərəzi ilə narkotik vasitə heroini çəkərək 20 qram olduğunu bilmişdir. Psixotrop maddə metamfetaminin bir azını istifadə etdiyi üçün tutularkən üzərində bir qramdan az qeyd olunan maddə, 20 qram narkotik vasitə heroin və bir qutu narkotik vasitə qurudulmuş marixuana olmuşdur. O, qeyd olunan maddələri şəxsi istifadə üçün əldə etmiş, heç zaman narkotik vasitələrin satışını həyata keçirməmişdir. Şahid4 ondan narkotik vasitə heroin axtarmasını xahiş etdikdə razılaşsa da sonuncu üçün həmin maddəni tapmamış və Sahilə satmamışdır. Polis əməkdaşları tərəfindən ona əl-qol atılması nəticəsində o, ittiham edildiyi maddələrin ona məxsus olduğunu bildirib sənədlərə qol çəkmiş, lakin bu barədə heç bir rəsmi orqana müraciət etməmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, təxminən üç ildir tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. O, özü heç vaxt narkotik vasitə qəbul etməmiş, Pərviz ilə tanış olduqdan bir qədər sonra sonuncunun narkotik vasitə marixuana istifadə etdiyini bilmiş, ona görə də Pərvizə narkotik vasitə istifadə etməməsini dedikdə sonuncu «mən narkotik vasitə istifadə etməyi buraxacağam, mənlik deyil» söyləmişdir. O, Pərviz ilə cəmi iki dəfə görüşmüş, uzun müddət əlaqə saxlamamış, axırıncı dəfə sonuncu ilə Pərvizin tutulmasından beş gün əvvəl yazışıb hal-əhval tutmuşlar, bundan sonra onun sonuncu ilə nə görüşməsi, nə yazışması olmamışdır. O, sonradan Pərvizin narkotik vasitə qəbul etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Sonuncunun narkotik vasitələri haradan əldə etməsi və ya satışını həyata keçirməsi barədə məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisinin vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il sentyabrın 18-də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Pirallahı rayonu, Çilov adasında yerləşən təzə gəmi limanının yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunun qanunsuz olaraq narkotik vasitənin əldə edilməsində, istifadə edilməsində və satışını həyata keçirməsində şübhələnildiyini bildirib Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 1 nömrəli sahə məntəqəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd və üzərindəki bel çantasının cibində olan bir ədəd sellofan bükümləri, bir ədəd kibrit qutusunu və bir ədəd tərəzini çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı 2022-ci il sentyabrın 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində həmin maddələri tutulmamışdan dörd-beş gün əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olduğu İbrahim adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayış evlərinin arasında şam ağacının dibindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələr və elektron tərəzi qablaşdırılmış, sonuncu və digər iştirakçılar tərəfındən bağlamanın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, üç-dörd il əvvəl tanış olduğu Təqsirləndirilən şəxs ilə aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. O, bir ildən çox olar ki, arabir narkotik vasitə heroin qəbul etmiş, göstərilən maddəni Pərvizdən almışdır. Belə ki, o, əvvəllər Pərvizdən balıq almış, həmin müddətdə onun halı pisləşdiyindən Pərvizlə söhbət zamanı sonuncuya «mən stressdən çıxmaq istəyirəm, sənin tanıdığın kimsə var mı narkotik vasitə satan, mənə kömək edə bilərsən?» demiş, Pərviz isə ona «mən maraqlanaram, belə bir adam olmalıdır, istəsən sənin üçün alıb gətirərəm» bildirmişdir. 2022-ci il sentyabrın 16-da axşam saatlarında o, Pərvizdən narkotik vasitə tapıb-tapmadığını soruşanda sonuncu ona «mən bir tanış var, ondan tapmışam, gəlirəm Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığına, orada görüşək» dedikdə o, Pərvizlə razılaşaraq deyilən yerdə görüşmüş və sonuncudan 20 manata bir bükümdə narkotik vasitə heroin almışdır. Daha sonradan o, Pərvizlə əlaqə saxlayıb onun üçün narkotik vasitə heroin tapmasını xahiş etdikdə sonuncu «xx.xx.2022-ci il tarixdə axşam saatlarında Pirallahı rayonunda görüşərik, orada sənə narkotik vasitə verərəm» desə də onlar görüşə bilməmiş, sonradan Pərvizin 2022-ci il sentyabrın 18-də polis əməkdaşları tərəfindən saxlandığını öyrənmişdir. Sonuncudan narkotik vasitə aldığına görə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1 saylı İxtisaslaşdırılmış neft mədən xüsusi texnika idarəsində mühasib vəzifəsindən azad olunmuşdur. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə özünü təqsirli bilsə də 20 ildir narkotik və psixitrop maddələrdən istifadə etməsinə baxmayaraq onların satışını həyata keçirmədiyini, 2022-ci ilin iyul ayında «İnstagram» sosial şəbəkəsində tanış olduğu İbrahim adlı İran İslam Respublikasının vətəndaşının kartına pul köçürüb sonuncunun dediyi yerdən özünün istifadəsi üçün narkotik vasitələr və psixitrop maddə eldə etdiyini, eyni ilə tutulmamışdan dörd-beş gün əvvəl də özü qəbul etməkdən ötrü həmin maddələrdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki yaşayış evlərinin arasında olan şam ağacının dibindən götürdüyünü, evə çatdıqda çəkisini bilmək üçün əldə etdiyi tərəzədə çəkərək bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu gördüyünü, onda olan tərəzi ilə çəkəndə qurudulmuş marixuananın təxmini 5 qram, heroinin 44 qram və metamfetaminin 3 qram olduğunu bildiyini, 2022-ci il sentyabrın 18-də saat 08 radələrində Zığ qəsəbəsində yerləşən dəniz limanından gəmi vasitəsi ilə yaşadığı Çilov qəsəbəsinə gəlib buraxılış məntəqəsini keçdikdən sonra özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər mülki geyimli şəxsin yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 1 nömrəli sahə məntəqəsinə dəvət etdiklərini, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə heroini, üzərindəki bel çantasının cibində olan bir ədəd sellofana bükülmüş psixotrop maddə metamfetamini, bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd tərəzini çıxarıb təqdim etməklə həmin maddələri tutulmamışdan 4-5 gün əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olduğu İbrahim adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayış evlərinin arasında şam ağacının dibindən götürdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olunmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 67-71). İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 2022-ci il 18 sentyabr tarixli raportlarından, eyni tarixli Ə157-058-22 №-li əməliyyat qrupunun yaradılması barədə əmrindən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və 2022-ci il 19 sentyabr tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əkilməsi, əldə edilməsi, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs həmin tarixdə saat 12:15-də Bakı şəhəri, Pirallahı rayonu, Çilov qəsəbəsi, dəniz limanındakı keçid məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanaraq Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 1 nömrəli sahə məntəqəsinə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın surətləri Bakı şəhərinin Pirallahı Rayon Prokurorluğuna və Bakı şəhərinin Pirallahı Rayon Məhkəməsinə məlumat verilmişdir (1-ci cild, iş vərəqi 3-10). İş materiallarındakı Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 2022-ci il sentyabrın 18-də tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 12:15-də Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, heç bir etiraz və şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı 2022-ci il 18 sentyabr tarixli ərizədən, Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 sentyabr tarixli və Bakı şəhəri Pirallahı Rayon Polis X7 tərtib etdiyi 2022-ci il 08 oktyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı ilə üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü, üzərindəki qara rəngli idman çantasının cibindən bir ədəd kibrit qutusunu, bir ədəd sellofan bükümü və bir ədəd üzərində “POCKET SCALE” sözləri yazılmış elektron tərəzini çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı 2022-ci il sentyabrın 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmiş, aşkarlanan predmetlər qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir irad və əlavələr protokola daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış zamanı qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 31-33 və 109-110). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 19 sentyabr tarixli 6/5309 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...» sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 44,077 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 3,009 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı, iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 43,977 qram və 2,909 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81 manatdır (1-ci cild, iş vərəqi 38-40). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 19 sentyabr tarixli 7/1055 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazı və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,238 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 5,138 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 88 manatdır (1-ci cild, iş vərəqi 45-47). İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 2022-ci il 19 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 57-59). İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2022-ci il 20 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il sentyabrın 18-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 88-90). İş materiallarındakı Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 02 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı mobil telefona baxış zamanı sonuncunun «WhatsApp» proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə narkotik vasitələrin satışı ilə bağlı yazışmalarının olması aşkarlanmışdır (1-ci cild, iş vərəqi 108). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il noyabrın 03-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Xalq Məhkəməsinin 1999-cu il 09 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 106-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 99.000 manat cərimə cəzasına məhkum edilmiş; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 21 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2013-cü il mayın 29-da Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il 07 may tarixli amnistiya qərarının 1.1.-ci bəndinə əsasən azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 04 fevral hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 263-1.2.-ci, 264-cü, 66.2.-ci, 66.4.-cü maddələri ilə təqsirli bilinib 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 23 may tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2019-cu il 15 noyabr tarixli qərarı ilə çəkilməmiş qalan 11 ay 09 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, 2020-ci il oktyabrın 23-də cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır (1-ci cild, iş vərəqi 138-140 və 118-122). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 02 noyabr tarixli 6543 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunsa da hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 141-142). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 2022-ci il 02 noyabr tarixli 2915 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən olunmaqla hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, sonuncu nümayişkaranəlik, inadkarlıq, söz götürməmək, qıcığa həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər, sonuncuda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməmiş, Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir, sonuncunun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır (1-ci cild, iş vərəqi 145-148). İş materiallarındakı Bakı şəhəri Pirallahı Rayon Polis X7 tərtib etdiyi 2022-ci il 09 dekabr tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 21 noyabr tarixli 24593 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 2022-ci il martın 01-dən 2022-ci il sentyabrın 19-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, mətnləri, vaxtı və əhatə dairəsi ilə bağlı məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 167-169). İş materiallarında olan AZE seriyalı 12633471 №-li şəxsiyyət vəsiqəsinin, AZ-İ seriyalı 370170 №-li nikah haqqında şəhadətnamənin kserosurətlərindən və Pirallahı Rayonu İcra Hakimiyyəti başçısının Çilov inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2022-ci il 11 noyabr tarixli xasiyyətnamədən görünür ki, Pərviz Əflan oğlu X1 ilə olan nikahından 2006-cı il 24 dekabr təvəllüdlü X9 adlı övladı vardır, Təqsirləndirilən şəxs sakinlərlə yaxın münasibətlər qurmuş, onlara qarşı pis rəftarda olmamışdır, lakin mübahisəyə meyillidir, nəsə müzakirə edərkən onun fikrinə qarşı çıxanlara həddindən artıq əsəbiləşir, özünü ələ ala bilmir və onun fikri ilə razılaşılmasını istəyir, iki dəfə yol-nəqliyyat hadisəsi törətmiş və həbs olunmuşdur (1-ci cild, iş vərəqi 170-172). İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin 2022-ci il 10 dekabr tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində sonuncunun psixotrop maddə metamfetamini, narkotik vasitələr heroini və qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 173). İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Polis X7 2022-ci il 10 dekabr tarixli sübutların qiymətləndirilməsi haqqında və 2022-ci il 12 dekabr tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.4.-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının CMnin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tətbiq olunmamış, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini, narkotik vasitələr heroini və qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, telefon məlumatlarının götürülməsi ilə bağlı «Bakcell» və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətlərindən verilmiş sorğulara cavab alınmaqla ayrılmış cinayət işində qiymət veriləcəyi nəzərə alınmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 43,977 qram, 5,138 qram və 2,909 qram çəkidə qalıqları saxlanılması üçün Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi, maddi sübut kimi tanınan bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 174-193 və 195-197). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2023-cü il 17 fevral tarixli 20-12/88 №-li məktubu ilə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 8846/2022 №-li məhkumun tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən tibbi müayinədən keçmiş, tibbi baxış zamanı sonuncu zədə almadığını bildirməklə Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət izi aşkarlanmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verib Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs fiziki təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini fiziki təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanıb vəziyyətini yüngülləşdirməyə çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs qismindəki qismən etirafedici ifadəsi, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 04 fevral hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 263-1.2.-ci, 264-cü, 66.2.-ci, 66.4.-cü maddələri ilə təqsirli bilinib 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 23 may tarixli qərarı ilə cəzası dəyişdirilərək üzərində 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2019-cu il 15 noyabr tarixli qərarı ilə çəkilməmiş qalan 11 ay 09 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, 2020-ci il oktyabrın 23-də cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.2-1.-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 18.4.3.-cü maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu əsaslarla Təqsirləndirilən şəxs hazırki əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 43,977 qram, 5,138 qram və 2,909 qram çəkidə qalıqları məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 169 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 43 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 258 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il sentyabrın 18-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il sentyabrın 18-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 169 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 258 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 43,977 qram, 5,138 qram və 2,909 qram qalıqları məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Səbuhi Hüseynov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-694/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-694/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver