Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-695/2020 09.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Hümbətov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən bıçaqdan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni, digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində yerləşən “Şərab evi” adlı mağazadan spirtli içki aldıqdan sonra orada satıcı işləyən, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 adi danışıq tərzini özünə yaraşdırmayıb, onunla danışanda daha diqqətli olmasını tələb etməsi ilə əlaqədar sonuncunun ona sərxoş halda özünü idarə edə bilməməsi barədə iradını özünə qarşı hörmətsizlik kimi qəbul edərək öz şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla bir dəfə zərbə vurub fiziki ağrı yetirmiş, lakin onunla birlikdə olan tanışı Zərərçəkmiş şəxs2 və səs-küyə həmin mağazaya gələn yaxınlıqdakı telefon dükanında satıcı işləyən Şahid1 müdaxilə edərək onu tutub saxlamaları səbəbindən mağazada qanunsuz hərəkətlərini davam etdirə bilməyib sakitləşməyərək üstünlüyünü sonadək nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs1la birlikdə mağazadan çıxdıqdan sonra sonuncunun qolundan tutub dartaraq təxminən altmış metr aralıda, ictimai yer hesab edilən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 31 ünvanında yerləşən yaşayış binasının qarşısına aparıb orada qərəzli hərəkətlərini davam etdirərək, bina sakinlərinə və kənardan toplaşan ətrafdakı insanlara məhəl qoymadan Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruq zərbəsi endirdiyi üçün ona irad bildirməsini cüzi səbəb kimi bəhanə etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq və bunlara etinasızlıq göstərərək Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin məqsədlə əynindəki gödəkçənin sağ yan cibində gəzdirdiyi, istintaqa məlum olmayan bir ədəd silah qismində istifadə edilən qatlanan cib bıçağını çıxarıb sağ əli ilə açmaqla hazır vəziyyətə gətirdikdən sonra istifadə edib qərəzli hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə əlindəki bıçaqla sonuncuya sağ əlin İİİ barmağının arxa səthinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib xuliqanlıq etmiş, sonra isə həmin bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsinin sol nahiyəsinə zərbələr endirib ölümünə səbəb olan kəskin qanitirmə ilə müşayiət olunan daxilə nüfuz edərək ürək kisəsi və sol ağciyəri zədələyən döş qəfəsinin ön səthinin sol yarısında yerləşən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd, hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının arxa qoltuqyanı xətt üzrə yerləşən bir ədəd və döş qəfəsinin sol yarısının bayır səthində yerləşən bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmə iclasında ifadə verməkdən imtina etdiyinə görə, Azərbaycan Respublikası CPMnin 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq vaxtı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində aşağıdakıları göstərmişdir: mərhum Zərərçəkmiş şəxs1 təxminən 2018-ci ilin yay aylarından tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasının yaxınlığındakı işıqforun yanında üzü Q.Qarayev prospektinə tərəf yerləşən “Şərab evi” ni icarə əsasında işlədib orada spirtli içkilər və siqaret satışı ilə məşğul olmuşdur. O, mütəmadi olaraq həmin “Şərab evi" nə gedib oradan spirtli içki və ya siqaret aldığına görə Ramal ilə tanış olmuşdur. Onların kənarda heç bir münasibətləri olmamış, aralarında heç vaxt mübahisə, ədavət olmasa da dəfələrlə üstüörtülü danışıq tərzinə, “söz soxmasına’’ görə Ramala öz iradını bildirmişdir. Həmçinin, onun Zərərçəkmiş şəxs1 ilə arasında hər hansı borc, mülki və pul münasibəti olmamış, arada Ramala 3-5 manat borcu yaranmış və həmin borcu da daha sonra ödəmişdir. xx xxxxxx 2019-cu il tarixdə, günorta saat 12 radələrində onun toyunda iştirak etmək üçün Bakı şəhərinə gəlib bir neçə gün onların evində qonaq kimi qalan xalası oğlu Cəmili Qusar rayonuna yola salmaq üçün uşaqlıq dostu, DİN-nin ƏÇPA-nın patrul bölüyünün polis nəfəri kimi Sabunçu rayonunda xidmət aparan Şahid3 ilə zəngləşib Ramalın iş yeri olan “Şərab evi” nin yaxınlığında görüşmüşdür. Səddam oraya tanışının “BMW” markalı avtomobili ilə gəlmiş və başında araqçın olmuşdur. Sonradan Səddam həmin araqçını ona vermiş, hadisə günü də araqçın onda olmuş, hətta hadisədən sonra Ramalı taksiyə tərəf aparanda araqçın başından yerə düşmüş və Tale yerdən araqçını götürüb sonradan Səddama qaytarmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Kamal Kazımovun ifadəsində bildirdiyi ləzgi ləhcəsi ilə danışan şəxs elə Cəmil olmuşdur. Ümumiyyətlə, Səddamın Ramal ilə münasibəti də yaxşı olmuşdur. O, Səddam ilə tez-tez görüşüb birlikdə vaxt keçirmiş, lakin Səddam saat 20 radələrində xidmətə çıxdığına görə adətən saat 13-14 radələrində istirahət etmək üçün evə gedirmiş. Hadisə günü Səddam ilə görüşüb-görüşmədiyini xatırlamır. xx xxxxxx 2019-cu il tarixdə, saat 18-19 radələrində uşaqlıq dostu Zərərçəkmiş şəxs2 ilə zəngləşib toy mərasimindən sonra ilk dəfə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında görüşərək birlikdə söhbətləşib vaxt keçirərək şəhərə gedib, oradan da saat 23 radələrində “Qara Qarayev" metrostansiyasına qayıtmışlar. Ac olduqlarına görə “Qara Qarayev" metrostansiyasının “Nəbz” klinikası istiqamətində çıxışından çıxıb Ramalın işlədiyi “Şərab evi” nin yanındakı dönərxanada əyləşib yemək yemişlər. O, qulyaş-kartof yeyib iki stəkan da təxminən 300-350 qram spirtli içki araq içmiş, Tale isə dönər yemişdir. Təxminən saat 00 radələrində dönərxanadan çıxıb Ramalın iş yeri olan “Şərab evi” nə getmişlər. Ramal həmin vaxt girişdən sol küncdə kassa arxasında təkcə dayanmışdır. O, Ramaldan ağ tum, bir qutu “XL" etiketli siqaret və iki banka pivə almışdır. Danışıq zamanı Ramal onunla quru, sərt formada danışdığı üçün Ramala nə üçün belə tərzdə danışdığını soruşub tanış, yoldaş olduqları üçün kobud danışmasını irad bildirmiş, lakin Ramal da ona nalayiq ifadələr işlətdiyi üçün aralarında sözlü mübahisə qızışmış və əlbəyaxa tutaşma, dartışma baş vermişdir. Tutaşma zamanı o, bir dəfə sağ yumruğu ilə Ramalın sifətinə zərbə endirmişdir. Həmin vaxt içəri bir nəfər müştəri gəlib siqaret alıb getmişdir. Bundan sonra Ramal ona nalayiq ifadə ilə müraciət edib təhqir edəndə yenidən mübahisə etməyə başlamışlar. Həmin vaxt yenidən əlbəyaxa olan zaman qonşu mağazada işləyən Abbas adlı oğlan içəri girib Tale ilə birlikdə onu saxlamış, hətta o, Abbasa Ramal ilə tanış, dost olduqlarından onun qarışmamasını, öz mübahisələrini özlərinin həll edəcəklərini bildirmişdir. Ramal onu “Şərab evi” ndən çıxıb çöldə söhbət edərək mübahisəni həll etməyə çağırdığı üçün ikisi də “Şərab evi” ndən çıxıb sol tərəf istiqamətində yeriyərək mağazaların arxasına, oradan da mübahisə edə-edə yaxınlıqda pilləkənləri qalxıb binanın qarşısında üzbəüz mübahisə etməyə davam etmişlər. Kənardan keçən insanlar yaxına gələrək müdaxilə etməyə çalışmışlar. Həmin vaxt o, söyüş söyməmiş, lakin Ramal onun ünvanına söyüş söyərək bədəninin müxtəlif nahiyələrinə də 2- 3 dəfə yumruqla zərbə vurmuş, o da Ramala qarşılıq verib “bu nə hərəkətdi Ramal eliyirsən?" deyirmiş. Həmin müddətdə Tale onların aralarına girib ayırmağa çalışmışdır. Daha sonra o, əynində olan gödəkçənin sağ yan cibində gəzdirdiyi mexaniki üsulla qatlanan, dəstəyi qəhvəyi, tiyəsi boz metal rəngli, tiyəsinin uzunluğu təxminən 7-8 sm, eni 2 sm olan, tiyəsinin üzərində dəlik olan bıçağı sağ əli ilə götürüb tiyəsinin üzərindəki dırnaqla açılmaq üçün nəzərdə tutulan batıqla dartıb açdıqdan sonra Ramala tərəf çevirmiş, həmin vaxt aralarında olan Tale ona mane olmağa çalışsa da Taleyə kənara durmasını bildirmiş, hətta hadisədən sonra hadisə vaxtı sağ əlində tutduğu bıçaqla həm öz sağ əlinin barmağını yaraladığını, həm də onu tutub saxlamağa çalışanda Taleyin sağ əlinin üst hissəsini cüzi kəsdiyini öyrənmişdir. Ümumiyyətlə, hadisənin əvvəlindən sonuna qədər Tale ancaq onları ayırmağa, dalaşmamağa çağırmışdır. Hadisə vaxtı Ramal bıçağı görən kimi “vur” deyib, yenidən nalayiq ifadə işlədərək ona tərəf gəlməyə başlamış, o da həmin vaxt özündən asılı olmadan sərxoş halda bir neçə dəfə Ramala bıçaqla zərbə endirmiş, Ramal “Namiq, dayan, dayan, deyəsən ürəyimə girdi’’ deyəndə sanki sakitləşmiş, Ramalın aldığı xəsarətə baxmaq üçün sonuncu ilə birlikdə köməkləşib əynindəki qolsuz jileti çıxarıb yerə atmışlar və jilet orada qalmışdır. Həmçinin, Ramalın gödəkçəsi də hadisə vaxtı əlindən düşüb yerdə qalmışdır. O, dərhal peşmanlıq hissi keçirməyə başlayıb Ramalın belindən tutub yaxınlıqda tanımadığı taksi avtomaşınına əyləşdirib özü də yanında əyləşib sürücünü tələsdirətələsdirə təxminən 15 dəqiqə içində Sabunçu xəstəxanasına çatdırmışdır. Daha sonra Səddam ilə Tale də onun ardınca ora gəlmişlər. Həmin gün xidmətdə olan Səddamı hadisədən sonra Tale zəng edərək xəstəxanaya çağırmışdır. Onlar birlikdə xəstəxanaya girib Zərərçəkmiş şəxs1 öldüyünü öyrənəndən sonra hadisənin həyəcanında olub məsuliyyətdən qorxduğu üçün Quba rayonunda yaşayan dostlarının yanına getmək üçün tanımadığı taksi avtomaşını ilə yola düşmüş və yolda olarkən Dəvəçi rayonu istiqamətində xatırlamadığı yerdə bıçağı özündən kənarlaşdırmaq məqsədilə pəncərədən çıxarıb çölə tullamışdır. Daha sonra 25-ci polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb qaçmağın mənasının olmadığını deyərək şöbəyə dəvət etdikləri üçün geri qayıdıb təslim olmuşdur. O, hadisəni pul, əmlak və hər hansı mülki marağa görə törətməmiş, hadisə vaxtı Ramalın üzərində pul olması barədə məlumatı olmamış, hadisədən sonra Ramalın gödəkçəsi və jiletinə toxunmamış, ciblərindən hər hansı məbləğdə pul götürməmiş, ümumiyyətlə onun Ramala məxsus pulu ələ keçirmək niyyəti olmamış, belə hərəkətə yol verməmiş, həmçinin onun bir qolu olmasa da uşaqlıqdan idmanla məşğul olduğuna görə fiziki cəhətdən özünü zəif hesab etmir və hadisə vaxtı ona heç kim kömək etməmiş, əksinə Tale onunla Ramalın arasına girib onları ayırmağa, onu tutub saxlamağa çalışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. Təxminən 2017-ci il ilin sonlarından Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində yerləşən “Şərab evi’’ ni icarəyə götürüb oğlu Ramalla birlikdə orada satıcı işləmişlər. Hər gün saat 03 radələrindən saat 15 radələrinə qədər dükanda o, özü, qalan saatlarda isə Ramal işləmişdir. Ramalın heç kəslə düşmənçiliyi, ədavəti olmayıb, tərbiyəli və mədəniyyətli oğlan olmuşdur. O, “Şərab evi” ni işlətməyə başlayan vaxtdan Təqsirləndirilən şəxs iki nəfər adlarını bilmədiyi oğlanlarla birlikdə görmüşdür. Namiq və həmin şəxslər dəfələrlə dükana gəlib ondan siqaret, sok, pivə, “red bull’’ enerji içkisi almışlar. O, Namiq istisna olmaqla digər oğlanlara heç vaxt nisyə mal satmamış, Namiqə isə Ramalın tanışı olduğuna və sol qolu olmadığına görə yazığı gəldiyi üçün nisyə mal verib bu barədə dükanda saxladığı dəftərdə qeyd aparmışdır. Namiq özü də həmişə ərkyana formada dükana daxil olub özü istədiyi malı götürüb ona əmi deyə müraciət edib nisyə dəftərinə yazmağını demişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində evdə bir qədər iş olduğu üçün Ramal ilə növbəni həmişəki vaxtdan daha tez dəyişmişdir. Həmin gün, saat 11 radələrində Təqsirləndirilən şəxs digər həmişə birlikdə vaxt keçirdiyi iki oğlanla birlikdə görmüşdür. Əvvəlcə Namiq dükana daxil olub nisyə şəkildə dəqiq xatırlamadığı mal almış, həmin müddətdə Namiqin yanında əvvəllər gördüyü iki oğlan da dükanın qarşısında pilləkənlərin yanında dayanmışlar. Həmçinin həmin şəxslər həmişə olduğu kimi yaşıl rəngli, sedan tipli, “BMW’’ markalı, modelini bilmədiyi və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə gəlib dükanın qarşısında dayanmışlar. Namiq dükandan çıxandan sonra başına araqçın geyinmiş oğlan avtomobilin sükanı arxasına əyləşmişdir. Namiq və üçüncü oğlan da avtomobilə əyləşib getmişlər. Bundan sonra həmin gün bir daha Namiq və digər iki nəfəri görməmişdir. Ramal ilə növbəni dəyişəndən sonra onun bir daha Ramal ilə əlaqəsi olmamışdır. Qonşu dükanda mobil telefon ustası işləyən Şahid1 xx xxxxxx 2019-cu il tarixdə saat 00:22-də ona zəng edərək orada savaş olduğunu, onun da təcili oraya gəlməyini demişdir. O, dərhal işlətdikləri “Şərab evi” nə gəlmiş və həmin vaxt dükanda onu gözləyən Abbas Ramalın bir az döyüşdüyünü və onu Sabunçu xəstəxanasına apardıqlarını bildirmişdir. Ramalın mobil telefonu dükanda kassanın qarşısında masa üstündə olduğuna görə o, Ramala zəng edə bilməyib narahat olmağa başlamış və Abbasla birlikdə Sabunçu xəstəxanasına gedib orada başqa qohumların və ailə üzvlərinin hamısının bir-birindən Ramalın dalaşması barədə eşidib gəldiklərini, sonda isə həkimlərdən Ramalın öldüyünü öyrənmişdir. Hadisədən sonra arvadı Mahizər Kazımova xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Ramalla telefon vasitəsilə danışdıqlarını və Ramalın anasından saat 03 radələrində evə qayıdanda onun üçün yemək bişirməsini xahiş etdiyini, həmçinin anasına işi olduğunu dediyini bildirmişdir. O, Şahid1 hadisədən sonra hüzr mərasimində iştirak etməsinə baxmayaraq ondan və ümumiyyətlə hər hansı şəxslə hadisə barədə danışmamışdır. Hadisənin necə, hansı səbəbdən, hansı şəraitdə, oğlunun neçə nəfər tərəfindən öldürüldüyünü bilmir. Lakin, Ramalın sol qolu olmayan Təqsirləndirilən şəxs tərəfindən təkcə öldürülməsinə inanmır. O, hesab edir ki, Təqsirləndirilən şəxs onun oğlunu tək öldürməyib, onunla olan oğlanlarla birlikdə öldürmüşdür. Təqsirləndirilən şəxsi bağışlamır. Təqsirləndirilən şəxsə ən yüksək cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. O, “Xudafərin” restoranının yaxınlığında yerləşən orta məktəbin idman zalında fitness müəllimi işlədiyinə görə Namiq də həmin zala gəlib idman etmişdir. Namiq təxminən 1-2 il əvvəl Sabunçu rayonu ərazisində avtomobil qəzası keçirdiyinə görə sol qolu tamamilə amputasiya edilərək yerinə protez qoyulmuşdur. O, mərhum Zərərçəkmiş şəxs1 hadisədən təxminən altı ay əvvəl Təqsirləndirilən şəxs tanışı kimi tanımış, lakin, aralarında yaxın münasibət olmayıb və sadəcə Namiqlə birlikdə olduqları vaxt Namiq Ramala baş çəkmək üçün onun iş yeri olan “Şərab evi" mağazasına gedəndə Ramalı görmüşdür. Namiqlə Ramalın arasında heç vaxt mübahisə, ədavət olmasını görməmişdir. Həmişə deyib-gülüb zarafatlaşmışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 18-19 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək görüşə çağırmışdır. 8-ci kilometr bazarının yaxınlığında görüşüb birlikdə “28 May” metrostansiyasına gedib piyada bir saat yarım gəzdikdən sonra yenidən “Qara Qarayev’’ metrostansiyasına qayıdıb metrostansiyanın yaxınlığında dönərxanada yemək yemişlər. Yemək zamanı Namiq təxminən 250 qram araq içmişdir. O, dönər yemiş, lakin spirtli içki içməmişdir. Təxminən saat 23:30 radələrində mağazada tək olan Ramala baş çəkmək üçün Ramalın işlədiyi “Şərab evi” nə getmişlər. Namiq iki ədəd “Miller” pivəsi alıb təxminən 5-10 dəqiqə ərzində Ramal ilə söhbətləşən zaman aralarında zarafatla başlayan danışıq Namiqin sərxoş olması səbəbindən getdikcə ciddiləşmiş və Ramalın Namiqə sərxoş olduğunu irad bildirməsi və «açarını itirməsini» Namiqə deyərkən Namiq əsəbləşib Ramalın sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. O, araya girib onları ayırmağa çalışmış, səs-küyə qonşu mağazada telefon ustası işləyən sonradan adının Şahid1 olduğunu öyrəndiyi və həmin vaxt Ramalın tanışı olduğunu bildiyi şəxs də mağazaya gəlib Namiqə irad bildirməyə başlamışdır. Namiq isə Abbasa kənarda durmasını və Ramalı göstərib başqa şəxs ilə deyil dostu, qardaşı ilə mübahisə etdiyini bildirmişir. O da X9 dost olduqlarını, həmişə zarafatlaşdıqlarını, ona görə də kənar adam olduğu üçün kənar şəxsin iradının sərxoş halda olan Namiqə pis təsir edib onu daha da əsəbləşdirdiyini demiş və Abbas da bu sözdən sonra mağazadan çıxıb getmiş, lakin mübahisə qurtarmamışdır. Namiqlə Ramal “Şərab evi" nin çölünə çıxmışlar. X12 ünvanına nalayiq söz işlədib, Namiqin ona əl qaldırmasını ona irad bildirmişdir. Bu vaxt Namiq Ramala yumruq atmağa çalışdıqda, o, onları ayırıb sakitləşdirmək istəmişdir. Həmçinin, Namiq ona da kənara çəkilməyini demişdir. Həmin vaxt ətrafda tanımadığı çoxlu adamlar da olmuşdur. Ramal Namiqə sakit bir yerə çəkilib söhbət edib mübahisəni yoluna qoymağı bildirdikdən sonra onlar pilləkənlə yanaşı qalxanda da yenə Ramal Namiqi söymüşdür. Bu dəfə isə həm Ramal, həm Namiq biri-birinə yumruq vurmağa başlamışlar. Pilləkənləri qalxıb binanın qarşısında, besetkanın ətrafında olanda yenidən mübahisə başlamışdır. Ətrafdan keçən tanımadığı şəxslər də toplaşıb baxmağa başlamışlar. Namiq sərxoş olduğu üçün Ramalın onun ünvanına söyüşlərini həzm edib sakitləşə bilməmişdir. O, araya girib onları aralaşdırmağa çalışarkən Namiqin əlində olan üzük onun sağ əlinin üçüncü barmağının üst hissəsini səthi cızmışdır. Bundan sonra Namiqi tutmağa çalışsa da anidən Namiq haradansa metal rəngli tiyəsi olan bıçaq çıxartmışdır. Həmin vaxt ətrafdan gələn 5-6 nəfər qorxub kənarlaşmışlar. O, Namiqin Ramala bıçaqla zərbə endirməsinin qarşısını almaq üçün yenə də Namiqi tutub saxlamağa və onları ayırmağa çalışmışdır. Namiq onun üstünə bir neçə dəfə bıçaq hərləyib kənara durmasını bildirdiyi üçün o, qorxub kənara çəkilmişdir. Ramal isə bıçağı görən kimi “çıxartmısan vur”, vurmayanın ünvanına nalayiq söz işlətdikdən sonra Namiq əlindəki bıçaqla Ramala bir neçə dəfə zərbə endirmişdir. Ramal sonuncu zərbədən sonra “Namiq dayan, deyəsən ürəyimə vurdun” deyəndə Namiq dayanaraq Ramalın belindən yapışıb Ramala “görürsən içkiliyəm nəyə mənə söyüş söyürsən” deyərək Ramala kömək edib pilləkənlərlə aşağı aparıb yolun kənarında dayanmış tanımadığı taksi avtomaşınına əyləşdirmiş və birlikdə Sabunçu xəstəxanasına yollanmışlar. O, həmin vaxt tək olduğuna görə həyəcanlandığı üçün onun və Namiqin uşaqlıq dostu, mərhumun da tanışı və hadisə vaxtı DİN-nin ƏÇPA-nın Patrul bölüyünün polis nəfəri kimi Sabunçu rayonunda xidmət aparan Şahid3 zəng edərək Namiqlə Ramalın dalaşdıqlarını, Namiqin Ramalı bıçaqla vurduğunu və xəstəxanaya getdiklərini demişdir. Bundan sonra o, Səddamla xəstəxananın həyətində görüşüb birlikdə xəstəxanaya girmişlər. Xəstəxanada Ramalın öldüyünü bilmişlər. Namiq ona ailəsi ilə halallaşıb polisə təslim olacağını, ona da polisə getməyi bildirdikdən sonra onun bilmədiyi şəxsə zəng edərək ləzgi dilində danışıb, sonra xəstəxananın həyətindən getmişdir. Onlar Namiqə zəng etsələr də ona zəng çatmamışdır. Səddamla birlikdə xəstəxananın yanındakı 25 saylı polis şöbəsinə gedib, orada hadisənin nə cür baş verməsini bildirmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, özünə məxsus “Tofaş" markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev" metrostansiyasının “Nəbz" klinikasının çıxışında üzü “Sevinc” kinoteatrı istiqamətində dayanıb fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olur. Mərhum Zərərçəkmiş şəxs1 işlətdiyi “Şərab evi” ndən dəfələrlə siqaret alanda onu tanımış, lakin yaxın münasibətləri olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 00- 00:30 radələrində o, həmişə olduğu kimi “Qara Qarayev" metrostansiyasının “Nəbz" klinikasının çıxışında “Sevinc” kinoteatrı istiqamətində avtomobili dayandırıb aynaları sildiyi vaxt 31 nömrəli binanın qarşısından nərilti, qışqırtı səsləri gəlmiş və təxminən 1-2 dəqiqə sonra isə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs bir nəfərin həmin vaxt həyəcandan tanıya bilmədiyi Zərərçəkmiş şəxs1 belini qucaqlayıb gətirdiyini görmüşdür. O, həmin vaxt cinayəti Namiqin törətdiyini bilməmiş, ümumiyyətlə Ramalın xəsarət alıb-almadığına da həyəcandan fikir verməmişdir. Sonra razılaşıb sükan arxasında əyləşmişdir. Namiq arxa sağ qapını açıb Ramalı orada əyləşdirmiş, özü isə qabaq sərnişin yerində əyləşib travmatologiya xəstəxanasına sürməyini dedikdə Ramal arxadan xırılıtılı səslə iki dəfə ardıcıl “Sabunçu” dediyinə görə o, Sabunçu xəstəxanası istiqamətində hərəkətini davam etdirmişdir. Yolboyu Namiq arxaya tərəf sol çiyni üstə sərt çevrilib sağ əli ilə əvvəlcə Ramalın uzanmasına kömək etmiş, arada isə silkələməklə Ramalın huşunun getməməsinə çalışmışdır. Həmin vaxt o, Namiqin sol qolunun protez olduğunu və ya xəsarətli olduğunu zənn etmiş, lakin heç nə soruşmamışdır. Yolboyu Ramal isə arxada yolboyu inildəmişdir. O, Namiqin Ramala “qorxma, 3 santimetr girib ürəyinə ölməyəcəksən” deməsindən sonra Ramalın ürəyindən bıçaqlandığını başa düşüb qorxudan əlləri əsməyə başlamışdır. Sabunçu xəstəxanasına çatdıqda, Namiq həkimləri çağırmış və xərəklə Ramalı xəstəxananın içinə aparmışlar. Həmin vaxt Namiq hələ ölməmiş, huşu və nitqi çox zəifləmişdir. Namiq də həkimlərin ardınca xəstəxanaya getmişdir. O, xəstəxanadan çıxıb əvvəlki yerinə, hadisə yerinin yaxınlığına qayıtmışdır. O, qayıdanda hadisə yerində artıq polis əməkdaşlarının olduğunu görüb Namiqlə Ramalı onun xəstəxanaya apardığını bildirmişdir. Həmçinin Namiqin əlamətlərini polislərə demişdir. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin X11 Alayının 8-ci patrul bölüyünün polis əməkdaşıdır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və aralarında dostluq münasibətləri var. Onlar tez-tez Namiqlə görüşüb vaxt keçirmişlər. O, mərhum Zərərçəkmiş şəxs1 hadisədən təxminən 4-5 ay əvvəl Namiqin vasitəsi ilə tanımış və Ramalla da münasibəti yaxşı olmuşdur. Ramal Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində yerləşən “Şərab evi” ni icarə əsasında götürüb işlətmişdir. O, Namiqlə birlikdə dəfələrlə həmin dükanda olmuşdur. Namiq Ramalla yaxın münasibətdə olduğuna görə hər dəfə ərkyana formada sərbəst şəkildə dükanda hərəkət edib mal almışdır. O, bir neçə dəfə Namiqin də iştirakı ilə dükandan kənarda Ramalla görüşüb birlikdə vaxt keçirmişlər. xx xxxxxx 2019-cu il tarixdə Namiqin toy mərasimində iştirak etdikdən sonra 07 və xx xxxxxx 2019-cu il tarixlərdə Namiqlə görüşmüşdür. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Namiq ona zəng edərək xalası oğlu Cəmili aparıb avtovağzaldan Qusar rayonuna yola salmağı, sonra isə birlikdə gedib çay içməklərini təklif etmiş, o da razılaşmışdır. Tanışına məxsus avtomobillə Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməsindəki işıqforun altında saxlamış və həmin gün araqçın geyinmişdir. Həmçinin, bir neçə olar ki, bülletendə olduğuna görə üzü nisbətən tüklü olmuşdur. O, dayandığı yerdən Ramalın işlədiyi “Şərab evi" nin içinə baxanda orada orta yaşlı kişi görmüş və Ramal olmadığı üçün dükana yaxınlaşmamışdır. Az sonra Namiq və Cəmil birlikdə piyada onun olduğu səmtə gəlmişlər. Onunla görüşəndən sonra Namiq “Şərab evi” nə getmiş, o da Cəmillə birlikdə dükanın qarşısında onu gözləmişlər. Həmin vaxt mağazadakı şəxsin Ramalın atası olduğunu hadisədən sonra öyrənmişdir. Namiqlə birlikdə avtovağzaldan Cəmili Qusar rayonuna yola salandan sonra birlikdə təxminən saat 14 radələrinə qədər bir yerdə vaxt keçirib ayrılmışlar. O, evə gedib həmişə olduğu kimi istirahət etdikdən sonra, saat 20:00-da xidmət yerində olub işə başlamış və Namiqlə bir daha əlaqəsi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 11-14 radələrində yenə də Namiq və digər uşaqlıq dostu Zərərçəkmiş şəxs2 ilə görüşmüşlər və həmin gün avtomobilsiz olduğuna görə taksi ilə hərəkət etmişlər və həmin gün Ramalın işlədiyi “Şərab evi" nə getməmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 01 radələrində o, xidmətdə olan zaman Zərərçəkmiş şəxs2 ona zəng edib çox həyəcanlı səslə Namiqin Ramalı vurduğunu bildirmişdir. O,Taleyin danışığından dəqiq heç nə başa düşməyib Namiqə zəng etsə də əvvəlcə zəngimə cavab verilməmiş, sonra isə Namiq ona zəng edib Ramalı vurduğunu və onun da təcili xəstəxanaya getməyini demişdir. Bundan sonra o, xəstəxanaya gəlmiş və onunla eyni vaxtda Tale də xəstəxanaya çatmışdır. Xəstəxanada ona Ramalın öldüyünü bildirmişlər. O da bu barədə Namiq və Taleyə demişdir. Namiq telefonda kiminləsə ləzgi dilində danışıb, o da Namiqə artıq hadisənin baş verdiyini, polis şöbəsinə gedib təslim olmasını bildirmişdir. Birdən onlar Namiqin xəstəxananın həyətində olmadığını görüb zəng etsələr də Namiqə zəng çatmamış və Namiqin hərəkəti ona pis təsir etmişdir. Onlar 25-ci polis şöbəsinə zəng edib bu barədə bildirdikdən sonra 25-ci polis şöbəsinin əməkdaşları gəlib Taleyi aparmışlar. O, isə dəfələrlə Namiqə zəng etsə də nömrəsinə zəng çatmamışdır. Növbəti dəfə saat 04:30 radələrində Namiqin mobil nömrəsi aktiv ediləndən sonra bir də zəng edib onun harada olduğunu soruşanda Namiq ona Bakıya qayıtdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Sehirman oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 2007-ci ildən oğluna məxsus “Opel Vectra” markalı “**-UF-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının “Nəbz” klinikasının çıxışında üzü “Sevinc” kinoteatrı istiqamətində dayanıb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü də o, hadisə yerinin yaxınlığında, həmişəki yerində dayanıb xidmət aparmışdır. O, mərhum Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, Ramalın atası ilə birlikdə icarə əsasında işlətdikləri “Şərab evi” ndən dəfələrlə siqaret almışdır. Hətta bir neçə dəfə Ramal onun vasitəsi ilə yaxınlıqdakı kafelərə spirtli içki göndərmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tanımamış və ilk dəfə hadisə günü görmüşdür. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə saat 00:30 radələrində o, həmişə olduğu kimi “Qara Qarayev" metrostansiyasının “Nəbz” klinikasının çıxışında üzü “Sevinc” kinoteatrı istiqamətində avtomobili dayandırıb özü isə kənarda dayanmışdır. Həmin vaxt “Nəbz” klinikası tərəfdən adının sonradan Namiq olduğunu bildiyi təqsirləndirilən şəxslə Ramalın gəldiyini görmüşdür. Namiq Ramalın belindən sağ əli ilə tutmuş və Ramalın əynindəki poliver qan içində olmuşdur. Səkidən düşəndə Ramal bir dizini yerə qoymuş, Namiq isə Ramalın ayağa qalxmasına kömək etmişdir. Namiq onun avtomobilinin yanında dayanaraq, Natiqə məxsus “Tofaş” markalı avtomobilə yaxınlaşaraq sahibini soruşmuşdur. Həmin vaxt Natiq avtomobilin çölündə ayaqüstə durub aynaları silirmiş. O, Ramalı tanıyıb paltarının qana bulaşmasından xəsarət aldığını başa düşmüş, lakin həmin vaxt cinayəti Namiqin törətdiyini bilməmişdir. Natiq əvvəlcə avtomobili ilə onları aparmaq istəmədiyindən Namiqin təkidindən və ünvanına nalayiq ifadə işlətməsindən sonra qorxduğu üçün razılaşıb sükan arxasında əyləşmişdir. Namiq arxa sağ qapını açıb Ramalı orada əyləşdirdikdən sonra özü də qabaq sərnişin yerində əyləşmiş və yola düşmüşlər. Təxminən yarım saat sonra Natiq yenidən öz yerinə qayıtmışdır. Sonradan Ramalı bıçaqla vuran şəxsin Namiq olduğu ona məlum olmuş, lakin hadisənin hansı səbəbdən baş verməsini bilmir. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, o, məhkəmə iclasında dindirilmiş Şahid6 Sehirman oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 təxminən 2017-ci ildən tanımışdır. Belə ki, o, Nizami rayonu, “Qara Qarayev" metrostansiyasının çıxışında telefon ustası işləyir. Mərhum Zərərçəkmiş şəxs1 da onun işlədiyi dükana bitişik “Şərab evi” mağazasını işlətmişdir. Zərərçəkmiş şəxs1la münasibətləri yaxşı olmuş, Ramalın tanışı, dostu olduğunu bildiyi Təqsirləndirilən şəxs bir neçə dəfə Ramalın işlədiyi mağazaya gəlib-gedəndə görmüşdür. Təqsirləndirilən şəxsla heç bir münasibəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə gün ərzində Ramal ilə dəfələrlə ünsiyyəti olmuş, birlikdə çay içib yemək yemiş, habelə qısa müddətə dükanı tərk edəndə bir-birilərini əvəz etmişlər. Həmin gün saat 00 radələrində o, dükanı bağlayıb evə getmək istəyən zaman Ramalın işlədiyi “Şərab evi" nin giriş qapısında Namiqin dayandığını, yanında ilk dəfə həmin gün gördüyü sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsi görmüşdür. Ramal mağazanın içində Namiqlə sözlü mübahisə etmiş, lakin, o, mübahisənin baş vermə səbəbini bilməmişdir. Həmin vaxt Namiq Ramalın üstünə hücum çəkmək istəyəndə o, Tale ilə birlikdə Namiqi tutub arxaya dartaraq saxlamışlar. Namiq narahat olmamalarını, dost olduqlarını bildirmişdir. Həmin vaxt Ramalın sifətində sol qaş nahiyəsində qızartı olmuşdur. O, onların zarafat etdiklərini düşünüb Namiqə iradını bildirərək həmişə bir yerdə olduqlarını, niyə mübahisə etdiklərini demiş, lakin Ramal ona mağazada onu gözləməyini, beş dəqiqəyə gələcəyini bildirmişdir. O, onların mübahisəsinin ciddi olduğunu başa düşüb Ramalı tutub saxlamaq istəsə də Ramal təkidlə getmiş, hətta Tale də ona narahat olmamağını, onların dost olduğunu bildirmişdir. Həmçinin, Tale onları dalaşmağa qoymayacağını demişdir. O, Namiqin sol qolu protez olduğuna görə mübahisənin çox dərinə getməyəcəyini və danışıq yolu ilə həll ediləcəyini fikirləşib “Şərab evi" ndə onları gözləməyə başlamışdır. Prospektin kənarında mütəmadi avtomobil səsləri gəldiyindən kənardan hər hansı səs eşidə bilməmişdir. Təxminən 15-20 dəqiqə sonra Tale sanki donmuş halda “Şərab evi" nin qabağına gəlib dayanmış, o, Taledən dəfələrlə Ramalın başına nə iş gəldiyini soruşsa da Tale şokda olduğuna görə ona cavab verə bilməmişdir. Həmin vaxt mağazaya müştəri gəldiyi üçün o, içəri keçmiş, Tale də çıxıb getmiş, lakin onun hara getdiyini bilməmişdir. O, hadisənin necə, hansı şəraitdə, harada, nə səbəbdən baş verdiyini bilməmişdir. Sonradan təqsirləndirilən şəxsin Ramalı bıçaqla vurub xəsarət yetirdiyini bilmişdir. Ramalın kiminləsə ədavəti və düşmənçiliyinin olmasını, həmçinin, hadisədən əvvəl təqsirləndirilən şəxslə mərhum Ramalın arasında hər hansı bir narazılıq, ədavət olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. Qohum kimi münasibətləri həmişə yaxşı olmuş, o, Qusar rayonunda yaşadığı üçün Bakı şəhərinə gələndə Namiqgilin evində qalmışdır. Namiq uşaq vaxtlarından mütəmadi olaraq müxtəlif idman növləri ilə məşğul olub, fiziki cəhətdən güclü olmuş, dəfələrlə müxtəlif idman yarışlarında nəticələr əldə etmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə Namiqin toy məclisində iştirak etmək üçün xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə gəlib, toydan sonra Bakı şəhərini gəzmək üçün bir neçə gündə Namiqgildə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində o, Namiqlə evdən çıxdıqda, Namiq Şahid3 adlı dostuna zəng edib onu avtovağzala aparmaq üçün avtomobil lazım olduğunu bildirmişdir. Səddamla danışıb mərhum Zərərçəkmiş şəxs1 işlədiyi “Şərab evi” nin yaxınlığında görüşməyə razılaşdıqdan sonra piyada Namiqlə oraya getmişlər. O, əvvəllər də Bakı şəhərində olanda Namiqlə birlikdə Zərərçəkmiş şəxs1 işlədiyi “Şərab evi” ndən siqaret almağa gedəndə onların öpüşüb-salamlaşmalarına, zarafatlaşmalarına, danışıqlarına əsasən Namiqlə Ramalın münasibətlərinin yaxşı olduğunu bilmişdir. Namiq Ramalın işlədiyi “Şərab evi” nə yaxınlaşıb sonradan Ramalın atası olduğunu bildiyi kişi ilə mehriban danışıb siqaret və soklar alıb qayıtmışdır. Bundan sonra Namiqlə o, Səddamın atvomobilinə əyləşib birbaşa avtovağzala yola düşmüş, saat 12 radələrində avtovağzala çatdıqdan sonra Namiq və Səddam onu düşürüb getmişlər. Saat 14 radələrində Qusar rayonuna yola düşmüşdür. xx xxxxxx 2019-cu il tarixdə, saat 03 radələrində Namiqin anası Nəzarət onlara zəng edərək əsəbi halda evdə problem olduğunu deyəndən sonra o, taksi ilə birbaşa saat 08 radələrində Namiqgilin evinə gəlib orada polis əməkdaşlarını görmüşdür. Namiqin ailə üzvlərindən Namiqin Ramalı öldürdüyü üçün saxlanıldığını və hadisə yerində Namiqin dostu Talenin də olduğunu öyrənəndən hadisənin əslini öyrənmək məqsədilə Talenin mobil nömrəsini öyrənib ona zəng vurub görüşmüşdür. Tale ona Namiqlə birlikdə “Şərab evi” nə getdiklərini, Namiqin Ramaldan siqaret və ayrı da nəsə alıb evə getmək istəyəndə Ramal ilə söhbətlərinin təsadüfən çəp gəldiyini və Ramalın Namiqin içki içməsinə irad bildirdiyindən aralarında mübahisə olduğunu, Ramal ilə Namiqin qol-qola girib dükanın arxasına getdiklərini, özünün də Namiqgilin ardınca getdiyini, lakin hadisənin ani olaraq, bir göz qırpımında baş verdiyini və Namiqin Ramalı öldürdüyünü bildirmişdir. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, 2005-ci ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34 ünvanında yerləşən “Malkoç” ailəvi restoranında saat 21:00-09:00-da gecə növbəsində ofisiant işləmişdir. O, mərhum Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Ramal və atası Kamal 2018-ci ildən təxminən 10 metr aralıda yerləşən qonşu mağazada “Şərab evi” işlədib spirtli, spirtsiz içkilər və siqaret satışı ilə məşğul olmuşlar və o da gün ərzində bir neçə dəfə Ramalın işlədiyi mağazaya gedərək siqaret, içki və s. alırmış. Onun Ramal və Kamal ilə normal münasibəti olmuş, aralarında hər hansı narazılıq olmamışdır. Ramal gündüz, Kamal da gecə növbəsi işləyirmiş. Təqsirləndirilən şəxs əvvəllər siqaret almaq üçün Ramalın yanına gedəndə mağazanın qarşısında görmüş və ünsiyyəti, hər hansı tanışlığı olmasa da bir qolu protez olduğuna görə diqqətini cəlb etdiyinə görə yaddaşında qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində o, iş yeri olan “Malkoç” ailəvi restoranında ofisiant kimi bir neçə tanımadığı müştərilərə xidmət göstərirən vaxt restoranda əyləşmiş tanımadığı müştərilərdən biri çöldəki səs-küyə görə arxa küçəyə açılan qapını açıb boylanaraq dava-dalaş olduğunu, kiminsə yaralandığını bildirdiyi üçün o, restorandan çölə çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs və sonuncunun yanında əvvəllər tanımadığı, sonradan adının Tale olduğunu eşitdiyi saqqallı bir oğlan ilə qarşılaşmışdır. Həmin vaxt “Nəbz” poliklinikasına qalxan pilləkənlərlə Ramalın səndələyə-sənədləyə aşağı endiyini və Namiqə ünvanlı şəkildə “məni niyə vurdun? sən məni ölümünə vurdun, çatdır məni xəstəxanaya” dediyinin şahidi olmuşdur. Namiq dərhal Ramalın belindən tutub yol kənarında dayanan taksilərdən Şahid2 idarə etdiyi “Tofaş” markalı avtomobilə yaxınlaşaraq qışqıra-qışqıra “qardaşımdı, tez sür” deyib Ramalı arxa sərnişin oturacağında uzatdıqdan sonra özü də qabaq sərnişin oturacağında əyləşmiş və taksi yola düşmüşdür. Taleyin isə ümumiyyətlə səsini eşitməmiş, Ramalın və ya Namiqin Taleyə nəsə demələrinin də şahidi olmamış, orada Taleyin hara getdiyini də bilməmişdir. Sonradan Ramalın 3 saylı şəhər xəstəxanasına çatdırılsa da öldüyünü eşitmiş, lakin hadisənin təfərrüatları barədə, səbəbi, hansı şəraitdə törədilməsi, kimlərin hadisə yerində iştirak etməsi barədə məlumatsız olmuşdur. Ona təqdim olunan kamera görüntülərində əks olunmuş saat 23.38-də restorandan çölə çıxan şəxs özüdür, qalan şəxslərin heç birini tanımır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid Abdullayevə Gözəl Sabir qızının ifadəsindən görünür ki, o, 2019-cu ilin noyabr ayından Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34 ünvanında yerləşən “Gəncə təndirxanasına bitişik dönərxanada saat 21:00-09:00-da xadiməçi işləyir. Dönərxananın həm prospektə, həm də əks tərəfə açılan qapıları var. Hadisə günü saat 00 radələrində o, müdir Ramal və dönər hazırlayan Natiq dönərxanada olanda anidən prospekt tərəfdən səsküy eşidilmiş və onlar insanların toplaşmasını görüb prospektə çıxmışlar. Həmin vaxt orada Ramal adlı oğlanın “Nəbz” klinikasının qarşısında bıçaqlanaraq öldürüldüyünü eşitmiş, həmçinin Ramalın qonşu mağazada “Şərab evi” ndə işlədiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir əlaqə olmamışdır. Həmçinin, o, hadisənin təfərrüatları barədə, yəni səbəbi, hansı şəraitdə, necə törədilməsi, kimlərin hadisə yerində iştirak etməsi barədə məlumatsız olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən yaşayış binasının qarşısıdır. Həmin yer asfalt örtüklü olmaqla güclü yağışlı hava şəraiti ilə əlaqədar suludur. Hadisə yerində yer səthində bir neçə yerdə qanabənzər maye aşkar edilərək pambıq və tampona (tənzif) sürtmə üsulu ilə nümunə götürülmüşdür. Həmçinin, hadisə yerində yerdə bir ədəd gödəkçə və bir ədəd jilet aşkar edilərək götürülmüşdür. Gödəkcənin və jiletin müxtəlif hissələrində kəsilmiş-deşilmiş zədələr, həmçinin jiletin ciblərinin tamamilə qanabənzər mayeyə bulandığı müəyyən edilmişdir. Həmçinin, jiletin sol cibində qatlanmış və qana bulaşmış vəziyyətdə on dörd ədəd satış qaiməsi aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, 074-1497-1219 saylı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin Növbətçi Hissəsinə yaxınlaşaraq dostu Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Nəbz Klinikası” nın yaxınlığında tanışı Zərərçəkmiş şəxs1 qəsdən öldürdüyünü bildirmişdir. Cinayət işinin 1-ci cild 25-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin sol yarısının ön səthində döş giləsindən 0,5 sm yuxarıda 4,5x2,0 sm ölçüdə bucaqları iti, kənarları hamar qanlı yara vardır. Döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuqyanı xətt üzrə ll-llİ qabırğalar proyeksiyasında azacıq çəp köndələn istiqamətdə 4,0x1,0 sm ölçüdə, döş qəfəsinin sol yarısının bayır səthində qoltuqyanı xətt üzrə qabırğaaltı nahiyədə 2,0x1,5 sm ölçüdə analoji yaralar vardır. Meyitin xarici müayinəsi zamanı gözlə görünən digər xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 45-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olan bir ədəd göy rəngli cins şalvarı və bir ədəd qara rəngli gödəkçəni istintaqa təqdim etmiş və həmin paltarlara baxış keçirilən zaman həmin şalvarın üzərində gözlə görünən zədə və qanabənzər ləkə aşkar edilməmiş, gödəkcənin sağ qoltuq hissəsində isə 1 ədəd partlaq zədənin olduğu müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 həmin zadənin hadisədən əvvəlki günlərdə əmələ gəldiyini bildirmişdir. Cinayət işinin 1-ci cilld 75-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan bir ədəd açıq göy rəngli cins şalvar və bir ədəd qara rəngli gödəkcəni istintaqa təqdim etmiş və həmin paltarlar baxış zamanı şalvarın səthində gözlə görünən zədə aşkar edilməmiş, sağ tərəfində isə qanabənzər ləkə olduğu müəyyən edilmiş, həmçinin gödəkcənin üzərində partlaq zədəsi aşkar edilmişdir. Şübhəli şəxs həmin zədə və ləkənin hadisə vaxtı əmələ gəldiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 97-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 108-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli şahid ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şahid Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 139-cu vərəqəsində olan Nizami RPİ-nin 25-ci PŞ-nin məsul növbətçisi əvəzi polis baş leytenantı Əli Abdullayevin xx xxxxxx 2019-cu il tarixli, HK-1-2689 nömrəli raportundan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 00:48-də 3 saylı ŞKX-dən tibb bacısı Tanrıverdiyeva 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 döş qəfəsindən 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə klinikaya gətirildiyi barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 141-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli, 1/6980 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül sərxoşluq müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 150-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə əlavə baxışın aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinin yaxınlığında yerləşən aptekin çölündə kamera aparatı quraşdırılmış və həmin kamera vasitəsilə hadisə baş verən zaman qeydə alınmış videogörüntüyə baxış zamanı xx.xx.2019cu il tarixdə, saat 23:37-də Təqsirləndirilən şəxs və onun sağ tərəfində Zərərçəkmiş şəxs1 "Şərab evi”nin arxası ilə kamera quraşdırılmış aptekə doğru düz istiqamətdə hərəkət etdikləri, Təqsirləndirilən şəxs sağ qolunu Zərərçəkmiş şəxs1 sol qoluna keçirmiş vəziyyətdə bədəninin gücü ilə sonuncunu sanki dartaraq pilləkənlərin qarşısına gətirdiyi, oradan isə bədənin gövdəsi ilə itələyərək pilləkənlərə tərəf hərəkət istiqamətini dəyişdirdiyi və birlikdə pilləkənlərlə yuxarı qalxıb görüntüdən itdikləri, Zərərçəkmiş şəxs1 sağ qolunda gödəkçə tutduğu, onların ardınca, təxminən 4-5 metr aralıda iş üzrə şahid olan Zərərçəkmiş şəxs2 da eyni istiqamətdə sakit şəkildə, əlləri şalvarının ciblərində gəldiyi və pilləkənlərin qarşısında bir neçə saniyə dayanaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qalxdıqları istiqamətdə baxdıqdan sonra pilləkənləri qalxdığı, Zərərçəkmiş şəxs2 sonra dörd nəfər ayrı-ayrı şəxslərin, ayrı-ayrı istiqamətlərdən, tək-tək həmin pilləkənlərlə yuxarı qalxdıqları, ümumiyyətlə həmin yerin ictimai yer olmaqla ətrafda şəxsiyyəti məlum olmayan kənar insanların hərəkət etmələri, ticarət obyektlərinin bir neçəsinin işlək olması və içərilərindən insanların çıxıb pilləkənlər istiqamətində baxmaları, aralıda taksi sürücülərinin avtomaşınların yanında dayanmaları müəyyən edilmişdir. Görüntüyə əsasən, saat 23:39-da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 yanaşı pilləkənləri enən zaman Zərərçəkmiş şəxs1 sonuncu pillədə yerə yıxılması, Təqsirləndirilən şəxs sağ əli ilə sonuncunun sol əlindən dartaraq ayağa qalxmasına kömək etməsi, onların ardınca Zərərçəkmiş şəxs2 pilləkənlərdən aşağı enib kənara çəkilməsi, Təqsirləndirilən şəxs da onun ardınca bir neçə addım atması, sağ ayağının Tale Bəxiyarlının ayağına ilişdiyi üçün sonuncunun büdrəməsi, Zərərçəkmiş şəxs1 ayaqüstə güclə səndələyə-səndələyə hərəkət etməsini görən kimi Təqsirləndirilən şəxs qaçaraq ona yaxınlaşıb sağ qolu ilə bədəninin gövdəsini qucaqlayıb yolun kənarında dayanmış taksi avtomaşınları istiqamətində aparması, Zərərçəkmiş şəxs1 bir taksi avtomaşının arxa sağ, Təqsirləndirilən şəxs isə ön sərnişin oturacağına əyləşməsi, Zərərçəkmiş şəxs2 isə onların ardınca addımlayıb taksi avtomaşınlarının yanında qalması görünür. Cinayət işinin 1-ci cild 259-263-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 21:02-də zəng edilərək 55 saniyə danışıq aparılmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin İV barmağının arxa səthinin səthi kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət kəsici səthə malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 2-ci cild 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1277 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ əlin İİİ barmağının arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 2-ci cild 33-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-təcrübi və Tədris Birliyinin meyitin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 193 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin daxilə nufuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa qoltuqyanı xətt üzrə 1 ədəd və döş qəfəsinin sol yarısının bayır səthinin 1 ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları aşkar olunmuşdur. -Qeyd edilən yaralar həyatidir, ölümdən az əvvəl deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, ağciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin daxilə nufuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. -Zərərçəkmiş şəxs1 ölümünə döş qəfəsinin ön səthinin daxili orqanların zədələnmələri ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası nəticəsində inkişaf etmiş kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 4-6 saat əvvəl baş verə bilərdi. -Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın (əşyaların) təsirindən alına bilərdilər. -Döş qəfəsinin ön səthindəki yaranın istiqaməti öndən arxaya, azacıq soldan sağa və bir qədər yuxarıya doğrudur. Döş qəfəsinin sol yarısının arxa qoltuqyanı xətt üzrə olan yarasının istiqaməti soldan sağa, bir qədər yuxarıdan aşağıya və öndən arxaya doğrudur. Döş qəfəsinin sol yarısının bayır səthinin yarası soldan sağa getməklə əzələlər arasında qurtarır. -Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 40-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 356 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən bir ədəd şalvarın, bir ədəd maykanın, bir ədəd poliverin, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd gödəkçənin, bir ədəd şalvarın, Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin və 01 ədəd şalvarın, hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd gödəkcənin və 01 ədəd jiletin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs1 məxsus şalvarın səthi üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd poliverin səthi üzərindən tapılmış tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin 2-ci cild 46-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 maddi sübutların ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 62/2020-MTBŞ №-li rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu Oalfa,beta/l/, Təqsirləndirilən şəxs qan qrupu A/ll/, Zərərçəkmiş şəxs2 qan qrupu 0/l/-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus poliver, şalvar, alt mayka, jilet, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkcə, hadisə yerindən 02 ədəd pambıq tampona və 02 ədəd tənzif kəsiyinə götürülmüş ləkələrdə insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda Təqsirləndirilən şəxs məxsus şalvarın sağ cibinin astarındakı ləkədən başqa bütün ləkələrdə «H» antigeni, alt maykada həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa,beta/l/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilər, (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Təqsirləndirilən şəxs məxsus şalvarın sağ cibinin astarındakı ləkədə isə «A» və «H» antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər, (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanında müşayiətçi “H” antigeni varsa). Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus gödəkcə, Zərərçəkmiş şəxs2 məxsus şalvar və gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 52-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X10 maddi sübutların ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 34/2020-MTKŞ №-li rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin sağ qolun arxa səthində üç ədəd, sol qolun yuxarı səthində bir ədəd, arxa sağ nahiyəsində bir ədəd, jiletin ön sol yarım hissəsində bir ədəd, arxa orta nahiyəsində bir ədəd, poliverin ön sol nahiyəsində bir ədəd, arxa sağ nahiyəsində bir ədəd, maykanın ön sol nahiyəsində bir ədəd, arxa sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr və jiletin arxa sol qol tikişi üzərində bir ədəd kənari zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. -Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin ön səthində tikilmiş dörd ədəd düymələrdən 1 və 2 saylı düymələrin öz yerində olmaması aşkar olunmuşdur. Bu da, həmin nahiyyəyə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. -Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus poliverin arxa sol yuxarı nahiyəsində bir ədəd cırılma zədəsi aşkar olunmuşdur. Bu da, poliverin müvafiq nahiyyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. -Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. -Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ qolun arxa səthində arxa tikişi üzərində bir ədəd natamam sökülmə zədəsi aşkar olunmuşdur. Bu da, gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. -Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. - Ekspertizaya təqdim edilmiş şahid Zərərçəkmiş şəxs2 məxsus gödəkcənin sağ qolun ön səthində bir ədəd natamam sökülmə zədəsi aşkar olunmuşdur. Bu da, gödəkcənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. - Ekspertizaya təqdim edilmiş şahid Zərərçəkmiş şəxs2 məxsus şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. -Mərhum Zərərçəkmiş şəxs1 məxsus poliverin bütün səthində, əsasən sol yarsında, maykanın sol yarısında və şalvar üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı kənarları və konturları qeyri-düz olan qan ləkələri var. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. -Mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkcə (jilet) üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı qəhvəyimtil rəngli ləkələr vardır. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. -Mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkçə üzərində qana şübhəli ləkə aşkar olunmadı. -Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ qolunun üzərində, sol ön yan tərəfində cibin ətrafında və yaxınlığında, yaxalığının sol küncünə yaxın yerləşən qeyri-müəyyən formalı qəhvəyimtil rəngli ləkələr vardır. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. -Təqsirləndirilən şəxs məxsus şalvar üzərində fasiləli yerləşən, əsasən sağ ayağının ön tərəfində, sağ cibin astarı üzərində olan ləkələr bəzi sahələrdə səthə keçirlər, bəzi ləkələr isə qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. -Şahid Zərərçəkmiş şəxs2 məxsus şalvar və gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 71-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli istintaq eksperimentinin keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini əyani şəkildə göstərmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, plenum qərarının 6cı bəndinə görə qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 180-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 19151-13097 №-li məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 179-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2019-cu il tarixli, 8933 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 176-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 178-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin Bakı şəhər Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 3341 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNDdə qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 59-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtoqəza keçirdikdən sonra psixi problemlər keçirməsini, depressiv halda olmasını, istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq çətinlik yaratdığını nəzərə alaraq, həmçinin fərdi-psixi xüsusiyyətlərini, intellektini, psixi-emosional vəziyyətini, fizioloji affekt halında olubolmamasını və digər halları müəyyənləşdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin 2-ci cild 115-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 hüquqi şəxsinin kompleks-stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxx 2020ci il tarixli 30 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən ağır cinayət hadisəsini reallaşdırmasına təsir edə biləcək hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qərarda ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində uyğunlaşma və ünsiyyət yaratmaq çətinlikləri, özünə inamsızlıq, plastik və situativ olmamaq, özünü günahlandırmağa meyillilik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik və s. bu kimi keyfiyyətlər aşkar olunur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs qərarın təsviri hisssəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginlik, həyəcan, hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs fiziki cəhətdən qüsurlu olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1 cild 52-53-cü vərəqələrində olan materiallardan görünür ki, cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 133-134-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 4(007)-269/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur, cinayət nəticəsində vurulmuş ziyan müəyyən edilməmiş, təqsirləndirilən şəxsin hər hansı bir əmlakı üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci olan 104.16 (yüz dörd manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Nizami Rayon Prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd poliver, bir ədəd cins şalvar, bir ədəd mayka, bir ədəd gödəkçə, bir ədəd jilet, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd gödəkçə, şahid Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd gödəkçə, on dörd ədəd satış qaiməsi məhv edilməli, bir ədəd “aptek’’in kamera görüntüləri əks olunmuş disk və bir ədəd “xxxxxxxx” MMC-dən daxil olmuş diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Nizami Rayon Prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd poliver, bir ədəd cins şalvar, bir ədəd mayka, bir ədəd gödəkçə, bir ədəd jilet, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd gödəkçə, şahid Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd gödəkçə, on dörd ədəd satış qaiməsi məhv edilsin, bir ədəd “aptek’’in kamera görüntüləri əks olunmuş disk və bir ədəd “xxxxxxxx” MMC-dən daxil olmuş diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 104.16 (yüz dörd manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-695/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-695/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver