Məhkəmə qərarları › İş №1(101)-696/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-696/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-696/2020 14.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), X1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X2, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə qapalı məhkəmə iclasında xx.xx.1977-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Xocasan qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq etməklə onunla cinsi əlaqədə olaraq zorlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə bacısı qızı Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qonaq gələrək orada gecələdikdən sonra səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs həmin evin hamam otağında tək yuyunmasından istifadə edərək onunla zorla cinsi əlaqədə olub cinsi ehtirasını təmin etmək məqsədilə sonuncunun azyaşlı oğlu Hüseyn ağladığından onu sakitləşdirmək bəhanəsi ilə Zərərçəkmiş şəxs hamam otağının qapısını açmasını bildirmiş, sonuncu çılpaq bədəninə məhrəba bürüyərək qapını açan zaman qucağındakı uşağı yerə qoyaraq zorla hamam otağına daxil olub Zərərçəkmiş şəxs çiynindən öpməyə başlamış, sonuncunun əl-qol ataraq etiraz etməsinə baxmayaraq zor tətbiq etməklə qolundan tutub dartaraq hamam otağından çıxarıb evin yataq otağına aparıb iradəsi əleyhinə orada olan çarpayıya yıxaraq qucaqlayıb öpməyə davam etmiş, Zərərçəkmiş şəxs fəal şəkildə müqavimət göstərib onun əlindən çıxaraq yataq otağından evin qapısına tərəf qaçmaq istədikdə, sonuncunun müqavimətini qırmaq üçün fiziki zor tətbiq etməklə qolundan tutub dartaraq zorla yenidən hamam otağın tərəf dartarkən Zərərçəkmiş şəxs sağ ayağının hamam otağının qapısına dəyməsi nəticəsində dərəcəsinə görə sağlamlığına zərər vurmayan sağ baldırın qançırı xəsarəti almasına baxmayaraq, Zərərçəkmiş şəxs hamam otağına salıb öz cinayətkar niyyətini başa çatdırmaq üçün sonuncunun üzünü hamam otağının divarına tərəf söykəyib əli ilə belini aşağı əyib, qışqırmaması üçün bir əli ilə ağzından tutaraq, o biri əli ilə saçından dartaraq üzündən sillə vurmaqla Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə iradəsinə zidd olaraq cinsiyyət orqanını onun uşaqlıq yoluna zorla yeritməklə öz cinsi ehtirasını təmin edib Zərərçəkmiş şəxs zorlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs bacısı qızıdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Bacısı qızı Bulqeyis ikinci həyat yoldaşı Fizuli və azyaşlı uşağı ilə Bakı şəhəri, Xətai rayonunda kirayə tutduqları evdə yaşayırdılar. O, isə Salyan rayonunda yaşamış, lakin işə düzəlmək üçün Bulqeyisin əri Fizuli ilə danışmış və onlara məhz bu məqsədlə xx.xx.2019-cu il tarixdə gəlmişdir. Ünvanı dəqiq bilmədiyi üçün Bulqeyislə zəngləşmiş və o, onu evinə yaxın avtobus dayanacağında qarşılayıb evlərinə aparmışdır. Həmin gün axşam Fizuli işdən gələndən sonra söhbət etmiş, Fizuli başa salmışdır ki, hal-hazırda iş yoxdur, həmin gecə onlarda gecələmiş, növbəti gün axşam saatlarında isə çıxıb getmişdir. Bacısı qızı Bulqeyis həmin gün, yəni xx.xx.2019-cu il tarixdə gün ərzində öz işlərinin dalınca getmiş, axşam saat 18 radələrində qayıtdıqdan sonra onunla vidalaşıb evi tərk etmişdir. O, onu zorlamamış, nə də ki, zorlamağa cəhd etməmiş, bu ittiham ona atılmış şər-böhtandır. Səbəbini isə anlamır və izah edə bilmir. Ona xəbər çatdıqda ki, bacısı qızı ondan guya zorlanması səbəbindən polisə şikayət etmiş, o da Bulqeyisə zəng edib şikayəti geri götürməsini xahiş etmişdir. Düzdür o əvvəllər əxlaqsız hərəkətlər kimi cinayət əməlinə görə məhkum olunmuşdur, lakin o zaman da ona şər atmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma dayısıdır. O, həyat yoldaşı və bir yaşı tamam olmamış övladı ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi evdə kirayə yaşamışlar. Əri Füzuli təmir ustası işləyib ailəni dolandırırdı. xx.xx.2019-cu il tarixdə dayısı Təqsirləndirilən şəxs ərinə zəng edib ona iş tapmağı xahiş etmiş, Füzuli isə ona hələlik iş olmadığını, olduğu təqdirdə ona məlumat verəcəyini bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs elə həmin gün saat 11 radələrində onların yaşadığı əraziyə gəlib ona zəng etmiş və o gedib dayısını avtobus dayanacağının yanında qarşılayıb evə gətirmişdir. Dayısı ona belə izah etmişdir ki, guya Füzuli ona iş tapdığını dediyi üçün gəlmişdir. Axşam saat 23 radələrində əri Füzuli evə gəlmiş, dayısı Nəsimi ilə birlikdə yemək yeyib, söhbət etdikdən sonra yatmışlar. xx.xx.2019-cu il tarixdə, saat 07 radələrində əri işə getmiş, özü də yuxudan durduqdan sonra uşağı ilə birlikdə qonşusu Yeganəgilə getmişdir. Dayısı isə bu vaxt onlarda yatmışdır. Həmin gün saat 14 radələrində qonşuları Yeganəgildə olduğu vaxt sonuncu ona bildirmişdir ki, yaxınlıqda olan evin sahibi evdə təmizlik işləri görmək üçün ona müraciət etmişdir. Yeganə bu işi görməyi ona təklif etmiş, o da pul qazanmaq məqsədilə uşağını Yeganənin yanında qoyub Həlimə adlı qonşuluqda yaşayan şəxsin evini təmizləməyə getmişdir. Axşam saat 18 radələrinə qədər Həlimənin evində olmuş, saat 19 radələrində oradan çıxıb Yeganəgildən uşağını götürərək öz evinə gəlmişdir. Həmin vaxt dayısı evdə idi. Qonşuluqda yaşayan 10 yaşlı İbrahim adlı uşaqdan oğlu ilə oynamağı xahiş edərək evində olan hamama çimmək üçün keçmişdir. Belə ki, Həliməgilin evində təmizlik işləri gördükdən sonra yuyunmağa ehtiyacı olmuşdur. Dayısı həmin vaxt evdə olmuş, hətta ona gün ərzində evdə olmadığına görə irad bildirmişdir. Hamamın jalüzdən olan qapısını içəridən bağlayaraq duş qəbul etmişdir. Artıq çıxmağa hazırlaşan zaman dayısı Nəsimi hamamın qapısını israrla döyərək uşağın ağladığını, boğulduğunu, uşağın köməyə ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt oğlunun həqiqətən ağlamaq səsi gəlmişdir. Hamamda olan dəsmalı bədəninə bağlayaraq hamamın qapısını açıb başını çıxardaraq uşağa baxmaq istədikdə dayısı Nəsimi uşağı qucağından yerə qoyaraq əli ilə hamamın qapısını açıb hamama keçmiş, orada onu qucaqlayaraq çiynindən öpməyə başlamış və üzərindəki qırmızı rəngli dəsmalı üzərindən açıb yerə atmışdır. Təqsirləndirilən şəxs özündən kənara itələmiş, ondan qışqıraraq niyə belə etdiyini soruşmuş əli ilə üzünü cırmaqlamış, buna baxmayaraq Nəsimi ondan fiziki cəhətdən çoxçox qüvvətli olduğu üçün qolundan dartaraq hamamdan çölə çıxarmış, onu sürüyərək yataq otağına aparmış, yataq otağında onu çarpayıya uzadaraq qucaqlıyıb öpmüşdür. Yataq otağında onun əlindən çıxıb evdən bayıra qaçmaq istədikdə Nəsimi onun qolundan tutaraq sürüyə-sürüyə hamama salmış, həmin vaxt sağ dizi qapının aşağısına dəymiş və xəsarət almışdır. Nəsimi ayağı ilə hamamın qapısını örtərək İbrahim də həmin vaxt dəhlizdə olmuş və Nəsiminin onu hamama zorla saldığını görmüşdür. Nəsiminin tələbinə görə İbrahim Nəsimidən qorxub uşaqla birlikdə dəhlizdən çölə çıxmışdır. Hamamda Nəsimi onun ağzından tutmuş, üzünə sillə vurmuş, saçından tutaraq ona “səni boğaram, biz bir yerdə olmalıyıq, səsini çıxartma” deyib onun üzünü hamamın içərisində olan divara tərəf çevirərək əynindəki şalvarını aşağı salıb cinsiyyət orqanını arxadan onun cinsiyyət orqanına zorla salaraq cinsi əlaqədə olmuşdur. Nəsimi həmin vaxt əli ilə belindən aşağıya basaraq onu əymişdir. Nəsimi onunla təxminən 4-5 dəqiqə ərzində cinsi əlaqədə olmuş, onun əlindən qurtulmaq üçün yalandan “diyəsən kimsə gəldi” sözünü demiş, Nəsimi bu sözləri eşidən kimi ondan aralanıb hamamdan çıxmışdır. Nəsiminin onu zorlayan zaman boşalıb-boşalmadığını bilməmişdir. O, dərhal əyninə paltar geyinərək evdən bayıra çıxıb qışqıraraq qonşuları köməyə çağırmış, həmin vaxt Nəsimi çölə çıxaraq onun əlindən dartıb evə salmaq istəsə də bunu bacarmamış, qaçıb yenidən evin içinə girmişdir. Qonşuları Aydın və arvadı Yeganə onun qışqırıq səslərinə çıxdıqda dayısının onu zorlamaq istədiyini demişdir. Bunu utandığından elə demişdir. Qonşularla birlikdə evə gəldikdə Nəsimi artıq evdə olmamış, belə ki, o yataq otağında olan nəfəsliyin setkasının açıb oradan qaçmışdır. Hadisə barədə polisə məlumat vermiş, utandığından polisə də dayısının onu zorlamaq istədiyini demiş, lakin polisə dəvət olunduqda və orada izahat verən zaman hadisəni olduğu kimi danışmışdır. Dayısının onu zorladığını deməməsinə səbəb əri Fizulinin bunu bilib ondan ayrılmasından qorxması olmuşdur. Həmçinin qonşuların yanında zəng etdiyi üçün onların yanında belə bir söz deməyə utanmışdır. Müstəntiq onu məhkəmə –tibbi ekspertizası keçirilməsi üçün ekspertizaya göndərmiş, ekspertizada olan zaman dayısı ona zəng edib polisə şikayət edib-etmədiyini soruşmuşdur. O, bildirmişdir ki, polisə hadisə haqqında məlumat vermişdir. Nəsimi demişdir ki, özünü öldürəcəkdir. Bundan sonra dayısı ona bir dəfə də zəng etmiş, onu bağışlamasını xahiş etmişdir. O bu söhbəti telefondakı diktafona yazıb polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs bağışlamır, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Xətai rayonu, Yavər Əliyev küçəsindəki qonşuları olmuşdur. Bulqeyis qonşuları Şahid4 məxsus fərdi evdə əri Füzuli və azyaşlı oğlu ilə birlikdə kirayə yaşamışlar. Təqsirləndirilən şəxs Nəsimi Həsənovu isə tanımır. xx.xx.2019-cu il tarixdə axşam işdən evinə gəlmiş və təxminən saat 20 radələrində Bulqeyis ağlaya-ağlaya onların qapılarını döymüş, qapını açıb ondan nə baş verdiyini soruşduqda sonuncu dayısı Nəsiminin onu zorlamaq istədiyini, əlindən qaçdığını deyərək onları köməyə çağırmışdır. Həmin vaxt Bulqeyisin saçları yaş olmuşdur. Arvadı Yeganə ilə birlikdə Bulqeyisin yaşadığı evə getmiş, lakin evdə heç kəs olmamışdır. Bundan sonra Bulqeyis “102” xidmətinə zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Sonradan Bulqeyis arvadı Yeganəyə dayısı Nəsiminin yaşadıqları evin hamam otağında onu zorladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi ümumiyyətlə tanımır, Zərərçəkmiş şəxs əri Füzuli və azyaşlı uşağı ilə birlikdə ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində kirayəşin kimi yaşamışlar. Bu ailə onun evində 10 gün olardı ki, yaşamış, lakin xx.xx.2019-cu il tarixdə ona xəbər çatmışdır ki, Bulqeyisin dayısı Nəsimi həmin evdə Bulqeyisi zorlamışdır. Bunu eşidib həmin evə getmiş, evdə polis əməkdaşlarının evə baxış keçirdiyini görmüşdür. Bundan sonra Füzuliyə evindən çıxmağını bildirmiş və o ailəsi ilə birlikdə onun evini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Zərərçəkmiş şəxs əri və azyaşlı uşağı ilə birlikdə yaşadığı Xətai rayonu, Yavər Əliyev küçəsində qonşu olmuşlar. Təqsirləndirilən şəxs isə tanımır. xx.xx.2019-cu il tarixdə axşam saat 20 radələrində əri Şahid2lə birlikdə evdə olan zaman Bulqeyis ağlayaağlaya onların qapılarını döymüş, qapını açıb görmüşdür ki, həmişə hicabda olan Bulqeyis qara rəngli şalvar köynəkdə olmaqla başı açıq idi və saçları yaş idi. Bulqeyis ona və ərinə bildirmişdir ki, evlərinə qonaq gəlmiş dayısı Nəsimi onu hamamda zorlamağa cəhd etmişdir. Bulqeyis onlardan kömək istəmiş, bu səbəbdən əri ilə birlikdə Bulqeyisgilə getmişlər. Lakin Bulqeyisin dayısı pəncərədən düşüb qaçmışdır. Bundan sonra Bulqeyis “102” xidmətinə zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Sonradan Bulqeyis ona dayısı Nəsiminin yaşadıqları evin hamam otağında onu zorladığını demişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Bakıda babası Rasim və nənəsı Səlminazla birlikdə yaşayır. Əvvəllər Göygöl rayonunda orta məktəbə getmiş, hazırda Bakıda yaşadığı üçün 194 nömrəli tam orta məktəbin 3-cü sinfinə gedəcəkdir. Onlarla qonşuluqda Bulqeyis adlı qadın və əri Füzuli yaşayır, onların azyaşlı oğlu var. Bulqeyis hərdən ondan onların evində olub azyaşlı oğlu ilə vaxt keçirməsini xahiş etdiyi üçün onlara gedib uşaqla oynamışdır. xx.xx.2019-cu il tarixdə Bulqeyisin yaşadığı evə onun Nəsimi adlı dayısı qonaq gəlmiş, həmin kişi ona “Mamaedoff” adlı içki alması üçün beş manat pul vermiş, marketdən içki alıb ona vermişdir. Həyətdə oynadıqda Bulqeyis ona evə gəlib uşaqla oyun oynamasını bildirmişdir. Onlara gəldikdən sonra Bulqeyis hamama girmiş, Bulgeyis hamama girəndən bir neçə dəqiqə sonra Nəsimi hamamın qapısını möhkəm döyməyə başlamışdır. Nəsimi uşağın ağladığını demiş, uşaq həqiqətən ağlamışdır. Bundan sonra Bulqeyis hamamın qapısını açmış, bu vaxt onlar qışqırmağa, söyüş söyməyə başlamışlar. Nəsimi Bulqeyisin qolundan dartaraq yataq otağı tərəfə aparmışdır. Həmin vaxt onlar hər ikisi qışqırımışlar. Nə baş verdiyini anlamamış, evdən çıxıb qaçıb öz evinə getmişdir. Daha sonra nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin məhsul növbətçisinin Xətai RPİ-nin 37-ci PŞ-nin rəisinə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə, saat 21:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək dayısı X5 onu zorlamağa cəhd etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayon prokuroruna ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, dayısı Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hamam otağında fiziki və psixi zor tətbiq edərək zorla cinsi əlaqəda olaraq onu zorlamışdır. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Ev birmərtəbəlidir, evə birtaylı seyf tipli dəmir qapıdan daxil olmaq mümkündür, evin qapısı məhəllənin avtomobil yoluna açılır. Yolun kənarında digər fərdi yaşayış evləri vardır. Evə daxil olduqda eni 1 metr, uzunluğu 3 metr olan dəhliz, dəhlizə girişə olan qapının yanında olan otaqda döşəmədə bir ədəd matras, üzərində pastel vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs dayısı Təqsirləndirilən şəxs onlara qonaq gəldikdə həmin yerdə yatdığını bildirmişdir. İkinci otaq yataq otağıdır. Otaqda ikinəfərlik çarpayı, güzgülü dolab və uşaq çarpayısı vardır. Çarpayının baş tərəfinin yuxarısında nəfəslik vardır. Baxış zamanı pəncərənin-nəfəsliliyin setkası açıq, aşağıya doğru düşmüşdür. Zərərçəkmiş şəxs dayısı Təqsirləndirilən şəxs onu zorladıqdan sonra həmin nəfəslikdən qaçdığını bildirmişdir. Giriş qapısı ilə üzbə-üz hamam yerləşir. Zərərçəkmiş şəxs dayısının onunla hamam otağında zorla cinsi əlaqəda olduğunu bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdiyinə görə hadisədən öncə dayısı Təqsirləndirilən şəxs içdiyi, dəhlizdəki stolun üzərindən olan «Mamedof» markalı içkinin boş qabı götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2019-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini ifadənin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilərək götürmə aparılması haqqında» xx.xx.2018-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qırmızı rəngli dəsmal, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş boz rəngli mayka və qara rəngli idman şalvarı, Təqsirləndirilən şəxs onu zorladıqdan sonra geyindiyi göy rəngli alt paltarına baxış keçirilərək gözlə görünən zədə, iz, ləkə müəyyən edilməmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs ğlu Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 7640 saylı xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik- Hüquqi Şəxsin 2030 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2005-ci ildən «Həşiş narkomaniyası» diaqnozu ilə dispanser qeydiyyatındadır. Psixonevroloji kabinetin, Rayonlararası Vərəm Əleyhinə xəstəxanada qeydiyyatda olmamışdır, Zərərçəkmiş şəxs isə poliklinika şöbəsinin psixonevroloji kabinetin, Narkoloji kabinetin, Rayonlararası Vərəm Əleyhinə xəstəxanasının qeydiyyatında olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 556 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs sağ baldırın qançırı müəyyən edilmişdir. Bu xəsarət bərk, küt (küt) kənarlı əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti müayinə günündən 1-2 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olması göstərən əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulub, doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs deməsinə görə xx.xx.2019-cu il tarixdə yaşadığı evdə dayısı onunla istəyinə zidd olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış hadisədən 3 ay sonra, yəni Təqsirləndirilən şəxs tutulmasından sonra keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 71A saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət izi qalmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 71A saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli, 20/68R saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd tumanın iç səthində və Zərərçəkmiş şəxs sağ və sol əl dırnaq kəsintiləri altında bioloji mənşəli materiallar (epitel hüceyrələri) vardır və həmin bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın iç səthində, proyeksiyası qasıq nahiyyəsinə uyğun gələn hissə üzərində, Təqsirləndirilən şəxs məxsus prostat şirəsinin və Zərərçəkmiş şəxs məxsus epiteli hüceyrələrinin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd boz rəngli qisaqol köynək üzərində şübhəli ləkələr aşkar olunmadığı üçün həmin obyekt üzərindən tədqiqat nümunəsi götürülmədi. 01 ədəd çəhrayı rəngli dəsmal üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı insana məxsus bioloji mənşəli material yoxdur. Bu səbəbdən həmin obyektdən götürülmüş nümunələr üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 307 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxsn hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmiş, hal-hazırda da onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbətlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar olaraq hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli və psixi durumunda hər hansı bir dəyişiklik aşkar olunmur. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir, eqosentrizm, kobudluq, inadkarlıq, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa patoloji meyillilik aşkar olunmasa da, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə hərəkət və davranışı şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. X6 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. Ekspert psixoloqun sullarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bacısı qızı Bulqeyisi yalnız öpmüşdür, başqa bir hərəkət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020ci il tarixli, 586 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. O, alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs həşiş narkomaniyası aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs “Həşiş narkomaniyası” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzində qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış «telefon danışığına baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edərək onu bağışlamasını xahiş edir, Zərərçəkmiş şəxs isə həyacanlı səslə ağlaya-ağaya hansı səbəbdən ona qarşı bu cür hərəkəti etdiyini, ayıb olduğunu bildirir. Zərərçəkmiş şəxs dayısı Təqsirləndirilən şəxs hazırda bədəninin ağradığını, ağrı keçirdiyini bildirir. Təqsirləndirilən şəxs yenə də onu bağışlamasını təkidlə bildirir. Zərərçəkmiş şəxs hadisə vaxtı qaçıb çölə çıxmasının səbəbinini onu yenə də aparıb zorlayacağından qorxduğu üçün etdiyini bildirir, Təqsirləndirilən şəxs isə cavabında “Sən tövbə” sözlərini işlədir. Zərərçəkmiş şəxs niyə belə etdiyini, niyə onun namusunu korladığını ağlayaraq bildirir. Məhkəmədə elan edilib araşdırılmış “Telefon məlumatlarına baxış keçirilməsi” haqqında xx.xx.2020-ciil tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 ***-**-** nömrəsinə aid xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında telefon danışığı olmamışdır. xx.xx.2019-cu il tarixdə, saat 12:48-də, saat 12:52, saat 13:41,saat 14:20, saat 14:30-da qısa saniyyələrlə danışqlar olmuş, Sonuncu telefon danışığı zamanı anten Xətai rayonu, NZS qəsəbəsini göstərmişdir. xx.xx.2019-cu il tarixdə saat 15:58-də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs zəng edərək 240 saniyə, saat 16:06-də zəng edərək 160 saniyə danışıq aparmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittiham olunduğu cinayət işi ilə heç bir əlaqəsinin olmaması və Zərərçəkmiş şəxs zorlamaması barədə verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və digər sübutlarla təsdiq olunmadığından tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğundan və digər sübutlarla təsdiq olunduğundan daha inandırıcı hesab edir və sübut kimi qəbul edir. Məhkəmə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrindən müəyyən olunur ki, bacısı qızı Bulqeyisgilə xx.xx.2019-cu il tarixdə gəlmiş, xx.xx.2019-cu il tarixdə təxminən 18 radələrinə kimi yatmış, arada bir neçə dəfə yuxudan oyansa da sonra yenidən yatmışdır. Yuxudan oyananda Bulgeyis evdə olmamışdır. Saat təxminən 19 radələrində Bulqeyis evə gəlmiş, ondan harada olduğunu soruşduqda sonuncu ona rəfiqəsi ilə gözəllik salonuna getdiyini bildirmişdir. Bulqeyis evə gəldikdə İbrahim adlı təxminən 10 yaşlarında olan uşağı da Hüseynlə oynaması üçün evə gətirmişdir. İbrahim adlı uşağa yaxınlıqda olan mağazadan iki ədəd “Mamedoff” spirtli içkisi alması üçün pul vermiş, İbrahim içkiləri alıb gətirmişdir. Həmin gün “Mamedoff” içkisinin birini içib bitirmiş, digərini də açıb stolun üzərinə qoymuş, başından bir qədər içmişdir. Həmin vaxt saat 20 radələrində bacısı qızı Bulqeyis ona İbrahimlə birlikdə onun azyaşlı uşağına baxmasını, özü isə evin içərisində olan hamama çimməyə girdiyini bildirmişdir. Bulqeyis dəyişək paltarlarını da götürüb evin içərisində olan hamama daxil olmuş və hamamın jalyüzdən olan qapısını içəridən kilidləyərək bağlamışdır. Bulqeyis hamama daxil olduqda hamamın qarşısında olan dəhlizdə azyaşlı Hüseyn və qonşunun uşağı İbrahimlə birlikdə olmuşdur. Bulqeyisin hamama girməsindən təxminən 10 dəqiqə sonra Hüseyn ağlamağa başlamış, buna görə də hamamın qapısını döyərək Bulqeyisə uşağın ağladığını, qapını açmasını bildirmişdir. Həmin vaxt Hüseyn qucağında olmuş, Bulqeyis hamamın qapısını açdıqda üzərində qırmızı rəngli dəsmal olmuş, əynində başqa heç bir paltarları olmamışdır. Həmin vaxt içkili vəziyyətdə olduğu üçün hamama daxil olmuş və Bulqeyisi qucaqlayıb üzündən öpməyə başlamışdır. Onu öpməyə başlayan kimi Bulqeyis qışqıraraq onu zorladığımı deyib üzərinə evdə olan paltarları geyinərək evin qapısını açıb çölə qaçmışdır. Bulqeysin qonşulara bu barədə məlumat verməyə getdiyini başa düşdüyü üçün tez əynində olan idman şalvarını və boz rəngli köynəyini çıxardaraq cins şalvarını və nazik yay köynəyini geyinərək Bulqeyis və Fizulinin yatdıqları yataq otağının nəfəsliyinin örtüyünü açaraq oradan qaçmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə günü bacısı qızı hamamda cimdiyi zaman ora zorla daxil olduğunu, Bulqeyisi öpdüyünü etiraf etdiyini, məhkəmədə isə bunu da inkar etməsini, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmətibbi ekspertizasının rəyinə əsasən zərərçəkmiş şəxsdə bədən xəsarətlərinin aşkar edilməsini, zərərçəkmiş şəxsin ekpertə xəsarətləri dayısı Təqsirləndirilən şəxs onu zorlayan zaman törətdiyini bildirməsi ilə, məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası zamanı bacısı qızını hadisə günü hamamda öpməsini etiraf etməsi ilə, məhkəmə-tibb ekspertizası ilə cinsi qabiliyyətini təsdiq edən əlamətlərin müsbət olması, hadisə yerinə baxış zamanı yataq otağında olan nəfəsliyin setkasının açıq olmaqla aşağıya doğru düşməsi ilə, zərərçəkmiş şəxsin və şahidlərin istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı verdikləri ifadələrə, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslə üzləşdirmə protokolu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin yerində yoxlanılması protokolları, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan və hökmlərin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahbuz rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 226-1 maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş CM-nin 42-1-ci maddəsinə əsasən hökmün icrası 02 il təxirə salınmışdır. Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2000-ci ildə CM-nin 50-ci maddəsinə əsasən 11 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan rayon məhkəmənin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29 177.2.3 və 177.2.1 və 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 7(002)-1046/2017 nömrəli qərarı ilə beş ilə endirilmişdir. Təyin olunmuş cəzasını tam çəkdiyindən cəzadan azad edilmişdir. Qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2012-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29 177.2.3 və 177.2.1 və 177.2.2 və 177.2.3–cü maddələri həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir və CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2012-ci il tarixdən hesablanmış, hal-hazırkı cinayəti isə xx.xx.2019-cu il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında» qərardan müəyyən olunur ki, 1 ədəd dəsmal, Zərərçəkmiş şəxs məxsus alt paltarı, Təqsirləndirilən şəxs məxsus mayka, idman şalvarı, hadisə yerindən götürülmüş “Mamedoff” içkisinin plastik qabı Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində cəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həşiş narkomaniyası aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd dəsmal, Zərərçəkmiş şəxs məxsus alt paltarı, Təqsirləndirilən şəxs məxsus mayka, idman şalvarı, hadisə yerindən götürülmüş “Mamedoff” içkisinin plastik qab məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “21” yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd dəsmal, Zərərçəkmiş şəxs məxsus alt paltarı, Təqsirləndirilən şəxs məxsus mayka, idman şalvarı, hadisə yerindən götürülmüş “Mamedoff” içkisinin plastik qab məhv edilsin. Cöstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar