Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-696/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının “sinir” xəstəlikləri şöbəsinin həkimnevropatoloqu vəzifəsində işləyən, ünvan 1al rayonu, Ələsgər Ələkbərov küçəsi, mənzil məhəllə 507-511, ev 16b, mənzil 23 ünvanında qeydiyyatda olmaqla, ünvan 1al rayonu, Mirəliseyidov küçəsi 31/38d, mənzil 78 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək almışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının «İ sinir» xəstəlikləri şöbəsinin həkimnevropatoloqu vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən, eləcə də «Xəstəlik və əlilliyin səbəbinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin ləğvi ilə bağlı aparılan işlərlə əlaqəliliyinin təyini üzrə Respublika Ekspert Şurasının tərkibinin təsdiqi barədə» Azərbaycan Respublikasının Səhiyyə Nazirinin xx.xx.2018-ci il tarixli, 80 nömrəli əmri ilə həmin şuranın katibi olmaqla müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikası (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək diaqnoza uyğun olaraq epikriz kağızı vermək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl AES-in 4 saylı nüvə reaktorunda xx xxxxx 1986-cı il tarixdə baş vermiş fəlakətli nüvə qəzasından əziyyət çəkmiş, şüa xəstəliyinə tutulmuş 1994-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə İİİ qrup əlillik dərəcəsi təyin olunmuş Şahid1 həmin şöbədə ambulator qaydada real şəkildə müayinədən keçirilərək, üzərində normativ qaydalarla müəyyən olunan tibbi proseduralar aparılıb şöbədə müayinə olunmasına və gələcəkdə barəsində İİİ qrup əlillik dərəcəsinin saxlanılmasına və İİ qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü TSEK-ə müraciət etməyə əsas verəcək «postradiason toksiki ensefalonpatiya» diaqnozu yazılmaqla yekunda epikriz (xəstəlik tarixi) verilməsinə görə 2019-cu ilin aprel-may aylarında işlədiyi həmin xəstəxananın ünvan 1al rayonu, X17 762 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Şahid1 sonuncunun cinayətdən xəbərsiz olan tanışı Şahid2 vasitəsi ilə özü üçün birbaşa yolla maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, cinayətkar niyyətini davam etdirərək həmin tarixlərdə xidməti otağında Şahid2 Şahid1 məxsus maddi nemət olan 300 manat məbləğində pul vəsaitini şəxsən alıb, bundan sonra sonuncunu müayinəyə cəlb edib, onun mümkün xəstəlikləri üzrə tibbi prosedura həyata keçirib, bir neçə gün sonra xidməti otağında xidməti istifadəsinə verilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli epikrizin (xəstəlik tarixi) məzmununa Şahid1 «postradiason ensefalonpatiya», yəni radiasiyadan sonra beynin toksiki zədələnməsi diaqnozu qoyulmasına dair məlumatları yazıb imzalamaqla vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə Şahid1 özü üçün birbaşa yolla maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini Şahid2 vasitəsilə rüşvət qismində istəməklə almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci il tarixdən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının «İ sinir» şöbəsinin həkim-nevropatoloqu vəzifəsində işləyir. İşi ixtisası üzrə xəstələrin qəbulu və müalicəsindən ibarətdir. Bundan başqa X14 Stansiyası qəzası nəticəsində əlillik dərəcəsinin verilməsi üçün yaradılan tibbi komissiyanın üzvi və katibidir. Onun vəzifəsi komissiyanın işini təşkil etmək, komissiyanın toplanma gününü müəyyən etmək, Çernobıl qəzasında iştirak etmiş şəxslərlə görüşmək, onları müayinə və müalicə etmək, xəstəlik dərəcələrini müəyyən etmək, yekunda epikriz (xəstəlik tarixçəsi) kağızı vermək və sairədən ibarətdir. Çernobıl qəzasından şüalanmış şəxslərin bir çoxu kütləvi şəkildə 1994-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarı ilə qeydiyyata düşərək İİ dərəcəli ömürlük, bəziləri müddətli İİİ qrup əlillik dərəcələri almışlar. Bir qrup şəxs isə Çernobıl qəzasında iştirak etsə də onlar əlillik dərəcəsi almaq üçün müraciət etməmişlər, həmin şəxslərin çoxusu qəza baş verdiyi müddətdə hərbi xidmətdə olmuş şəxslər olmuşlar. Həmin şəxslər xidməti dövründə təqribən 30-40 gün müddətində qəza baş verdiyi ərazidə qulluq etmişlər. Hal-hazıradək də həmin şəxslər müəyyən vaxtlarda müalicə almalarından ötrü komissiyaya müraciət edirlər. Lakin qəzadan uzun müddət keçdiyi üçün müraciət edən şəxslərin yaşlarının 50-dən çox olması ilə bağlı onlarda yanaşı məsələn, hipertoniya, şəkərli diabet, insultlar, onurğa-beyin və sair xəstəliklər əmələ gəlir. Hazırda qəzadan uzun müddət vaxt keçdiyi üçün həmin xəstələrin şüalanma dərəcələrini nə laborator (məsələn qan analizi), nə də ki instrumental (cihaz vasitəsi ilə) üsullarla təyin etmək mümkün olmamışdır. Ona görə də xəstənin təqdim etdiyi sənədlər əsasında xəstəliyi müəyyən edilir, belə ki, xəstələr hərbi biletlərini və ya qəzada iştirak etməsi ilə bağlı müvafiq sənədləri təqdim edirlər və hansı ki, həmin sənədlərdə şəxslərin şüalanma dozaları (ber) göstərilmişdir. Həmin xəstələr sənədləri toplayıb gətirdikdən sonra o həmin şəxslərə 5-14 gün arası stasionar müalicə yazır, stasionar müalicə bitdikdən sonra isə diaqnoz qoyularaq onun tərəfindən epikriz kağızı yazılır. Əgər xəstəyə «postradiason ensefalonpatiya» diaqnozu, yəni radiasiyadan sonra beynin toksiki zədələnməsi diaqnozu qoyulursa, həmin şəxs bu diaqnoz ilə Çernobıl əlillik dərəcəsi və ya İİ dərəcəli əlillik ala bilər. O, xəstələrə ilkin olaraq diaqnozla epikriz vermişdir, əlillik alınmasına onun aidiyyəti olmamışdır. Çünki xəstələrin əlillik dərəcələri tərəfindən verilən epikriz və onun əsasında komissiya tərəfindən veriləcək ekspert rəyi ilə şərtləndirilmişdir. Komissiya ildə təqribən 2-3 dəfə keçirilmişdir. O, komissiyanın keçiriləcəyi vaxtı müəyyən etmiş, iclas vaxtı komissiyanın üzvlərinə müraciət edən şəxslərin sənədlərini və epikrizləri təqdim etmişdir. Epikriz verdiyi və komissiyadan keçən şəxslərdən hər hansı məbləğdə pullar almamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid1 və ya sonuncunun qohumu Xuramandan pul istəməmişdir və pul almamışdır. Şahid1 tərəfindən yalnız dərman alınmasına pullar xərclənmişdir. Belə ki, Şahid1 müalicəsi ilə əlaqədar olaraq onun tərəfindən kurs müəyyən edilmiş və resept yazmışdır. Həmin reseptdə qeyd olunan dərmanların içərisində dövlət ayırdığı dərmanlardan əlavə, başqa dərmanlarda yazıldığından, həmin dərmanların alınması üçün Şahid1 tərəfindən pul xərclənmişdir. Həmin dərmanların alınmasının məsləhət olmasını o, Şahid1 bildirmiş, Elşad da heç bir etiraz etməmiş və Elşad özü şəxsən dərmanları alaraq müalicə olunmuşdur. İş materiallarında olan telefon danışıqlarının səs yazısı ona tanışdır, həmin telefon danışığı onunla Xuraman arasında baş tutmuş və bu zaman o, Xuramandan Şahid1 dərmana pul xərclədiyinə görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verib-verməyəcəyini soruşmuşdur. Şöbədə müalicə alan xəstələrinin epikrizləri onun tərəfindən yazılır və daha sonra şöbə müdiri, baş həkim tərəfindən imzalanır və təsdiqlənir. Şahid1 stasionar müalicə təyin olunmuş və onun tərəfindən daha sonra stasionar xəstəlik tarixçəsi yazılmışdır. Şahid1 müalicə müddəti ərzində qida təminatına və s. hallara şöbə müdiri Zəminə Həsənova nəzarət etmiş, müalicəsinə isə birbaşa olaraq onun özü nəzarət etmişdir. Stasionar müalicədə olan pasientlər özlərinin işləri ilə əlaqədar olaraq xəstəxanaya sərbəst giriş-çıxış edə bilirlər. Şahid1 də qeyd olunan tarixlərdə stasionar müalicə almaqla xəstəxanada yatmış, buna əyani olaraq şöbə müdiri də şahid olmuşdur. Pasientlərin xəstəlik tarixçəsi yazıldıqdan sonra növbətçiyə təqdim olunur. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 37-38-ci vərəqlərində olan “DVD diskə baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokolun məzmunu ona tanışdır. Həmin protokolun məzmununda K2 şəxsi adından yazılmış ifadələr, yəni “indi onu ora çağırıblar deyirsən?”, “hə nə deyib çağırıblar?”, “deyirəm indi məni satmasında yəni”, “dəqiq?”, “o yüz faiz deyəcəkdə deyəcək filan qədər vermişəm neynəmişəm”, “yüz faiz?”, “adı olmasa epikriz necə verərdim mən ona”, “yüz faiz ola bilməz ki, adı olmamış mən ona epikriz verim”, “faktnan əlil idi də hə ?”, “yaxşı birazdan saat 10-da qalxım arxivə görüm sənədin götürüm əyri əskik nəyi var yapışdırım eliyim”, “hə hə hə Şahid1” onun telefon danışıqları zamanı dediyi ifadələrdir. Həmin telefon danışıqlarında Şahid2 ilə söhbətlərində Şahid1 onu satacağından narahat olmasının görünməsi ona aydındır, həmin vaxt bu narahatçılığı Şahid1 dərmanlara xərclədiyi pullarla bağlı olmuşdur. Son olaraq göstərdi ki, baş vermiş hadisələrə və yaşananlara görə peşmandır. Bir həkim olaraq tibbi yardıma ehtiyacı olan xəstələrin müayinə və müalicəsində öz fəaliyyət sahəsi üzrə əlindən gələni etmiş, daim təşkil olunan aztəminatlı şəxslərin ödənişsiz tibbi yardım almaları üzrə təşkil olunan kompaniyalarda iştirak etmiş və eləcə də “44 günlük Vətən müharibəsi” zamanı da döyüş bölgəsinə ezam olunaraq tibbi yardıma ehtiyac duyan hərbiçilərin müalicəsində fəal iştirak etmişdir. Göstərdiklərini nəzərə alaraq barəsində olan cinayət işinə ədalətli baxılmaqla, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü təqsirli bilməməsinə baxmayaraq, mahiyyət etibarı ilə özünün hadisələrin baş vermə yeri, vaxtı və mexanizmi üzrə iş materialları ilə uzlaşan ifadələri və eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, qanuni yolla əldə olunmuş telefon danışıqlarının səs yazıları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1985-1987-ci illərdə Krasnodar şəhərində hərbi xidmətdə olduğu vaxt Çernobıl AES-də olan qəza ilə bağlı təqribən 45 gün müddətində orada xidmət etmişdir. 1994-cü il tarixdən etibarən İİİ qrup əlil kimi qeydiyyata düşmüşdür və həmin vaxtdan İİİ qrup əlilliyə görə pensiya alır. 4-5 il bundan öncə Çernobıl əlilləri üçün Prezident təqaüdü təsdiq edilmiş, lakin həmin təqaüd İİ və ya İ qrup əlillərə verilmişdir. İki il əvvəl bu işdə ona köməklik etməsi üçün arvadının uzaq qohumu Şahid2 müraciət etmişdir. Lakin həmin ərəfədə bu işin üstünə düşməmişdir. 2019-cu ilin səhv etmirsə aprel-may aylarında qeydiyyatda olduğu 23 saylı poliklinikadan göndəriş alaraq Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının «İ sinir» şöbəsinə müraciət etmişdir. Həmin şöbənin həkim-nevropatoloqu Təqsirləndirilən şəxs Xuramanla onu qarşılamışdır. Aytən həkim İİ qrup əlil almaq üçün, İİİ qrup əlilliyin təsdiq olunmasından ötrü yenidən epikriz verilməli olduğunu bildirmişdir. Çernobıl hadisələrindən uzun müddət keçdiyindən şüalanmanın qalıb-qalmamasının yoxlanılmasından ötrü xəstəxanada müayinə olunmalı olduğunu demiş, o da razılaşmışdır. Sonra o otaqdan çıxmışdır. Xuraman bir neçə dəqiqədən sonra onun yanına gələrək Aytən həkimin epikrizdə şüalanma diaqnozunun yazılması üçün 300 manat pul istədiyini bildirmişdir. O əslində şüalanması olan və İİİ qrup əlil olduğunu bildirmiş, Xuraman 300 manat pulu vermədiyi halda Aytən həkim tərəfindən sağlam yazılacağını ona izah etmişdir. Belə olan halda, o, 300 manat pul vəsaitini Aytənə verməyə razılaşmışdır. Aytən həkim pulu Xuramandan istəyərkən o otaqda olmamışdır. Təqribən bir neçə gün sonra yenidən Xuramanla birlikdə xəstəxanaya gedərək 300 manat pulu Xuramana vermişdir və Xuraman da pulu Aytənin xidməti otağında Aytənə vermişdir, həmin vaxtı otaqda yalnız Aytən və Xuraman olmuş, o, pulun verilməsində iştirak etməmişdir. Xəstəxanada 6 gün müayinə olandan sonra Xuramanla birlikdə o, epikrizi Aytən xanımdan almışdır. Bundan sonra sənədi Xuramanla birlikdə poliklinikaya təqdim etmiş və oradan bütün sənədlər tibbi sosial ekspert komissiyasına verilmişdir və nəticədə İİ qrup əlillik almışdır. Ona İİ qrup əlillik 5 illik müddətinə verildiyi üçün tibbi komissiyaya şikayət etmişdir. Şikayəti əsasında sənədlərinə yenidən baxılmış və nəticədə İİ qrup əlilliyi ləğv edilərək yenidən İİİ qrup əlillik verilmişdir. Bir müddət sonra səhv etmirsə 2020-ci ilin mart-aprel aylarında onu Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə çağırmışlar. Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə çağırılmağından arvadı İlhamə xanım da narahat olduğundan Xuramana zəng edərək bu barədə məlumat vermişdir. Xuraman Aytənlə danışacağını demişdir. Sonra Xuraman arvadı ilə zəng edərək bildirmişdir ki, bu məsələyə görə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və Aytən də ona verilən 300 manat pula görə narahat olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs epikrizə müvafiq diaqnozun yazılmasından ötrü qohumu Xuraman vasitəsi ilə 300 manat pul vermişdir. Təqsirləndirilən şəxs qəbulunda cəmi 2 dəfə olmuş, həmin vaxtı Təqsirləndirilən şəxs ona yalnızca suallar vermiş, hər hansı müayinə etməmiş, tibbi sənədlərini özü aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Ona 2-ci qrup əlilliyin təsdiqlənməsi lazım olduğundan Təqsirləndirilən şəxs müraciət etmişlər. Təqsirləndirilən şəxs onunla söhbət etdikdən sonra ona, bir müddət xəstəxanada yatmaq lazım olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxs Xuraman vasitəsilə 300 manat pul verməsinə səbəb xəstəxana stasionar olaraq qalmaqla müalicə almış kimi yazılması üçün olmuşdur. O, 300 manat pulu şəxsən yox, Xuramanın vasitəsilə vermiş, pulun verildiyi zaman o, birbaşa şahid olmasa da, otaqdan çıxandan sonra Xuraman pulu verdiyini bildirmişdir. Onun özü xəstəxanada gecə bir gün belə yatmamış, gündüzlər həqiqətən xəstəxanada olmuş, lakin gecələr orada qalmamışdır. Ona verilən epikrizdə həqiqətdə mövcud olmayan heç bir şey yazılmamış, elə əvvəlcədən təsdiqlənmiş olan diaqnozla eyni diaqnoz verilmişdir. Xuramana pulu elə xəstəxananın daxilində vermiş, həmin 300 manat pul 3 ədəd 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Xuraman da pulu ondan elə xəstəxananın daxilində almış və otağa girib Təqsirləndirilən şəxs verərək geri qayıtmışdır. Ona ömürlük 2-ci qrup əlillik lazım olsa da, komissiyanın qərarı ilə 5 illik müddətinə 2-ci qrup əlilliyi verildiyindən şikayət etmişdir. Bildirir ki, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, eləcə də ondan heç bir formada narazılığı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, x xxxx 2020-ci il tarixədək Dövlət Sosial Müdafiə fondunun büdcə proqnozları şöbəsində baş mütəxəssis vəzifəsində işləmişdir. Şahid1 arvadı İlhamə ilə uzaqdan qohumdur. 2019-cu ilin aprel-may aylarında İlhamə onunla əlaqə saxlayaraq əri, yəni İİİ qrup Çernobıl əlilli olan Elşad İİ qrup əlillik alması üçün ona köməklik etməsini xahiş etmişdir. Elşadla birlikdə qeydiyyatda olduğu 23 saylı poliklinikadan göndəriş alaraq, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının «İ sinir» şöbəsinin həkim-nevropatoloqu Təqsirləndirilən şəxs yanına getmiş və Aytən həkimə Elşadın İİ qrup əlillik almaq istədiyini bildirmişdir. Aytən həkim Elşadın İİ qrup əlillik almasından ötrü yenidən müayinədən keçməli, müalicə almalı və epikriz verilməli olduğunu və bundan sonra müvafiq diaqnozun yazılacağını bildirmişdir. Daha sonra Elşad otaqdan çıxmış və bu zaman Təqsirləndirilən şəxs ilə söhbət etdikləri zaman sonuncu ona müalicənin 300 manat olacağını bildirmişdir. O, da Elşada bu barədə demiş və Elşad da müalicə olunmaq üçün 300 manat verməyə razı olmuşdur. Təxminən bir neçə gün sonra yenidən Elşadla birlikdə xəstəxanaya getmişlər və 300 manat pulu Elşad ona vermişdir, o da pulu Aytənin xidməti otağında əlbəəl sonuncuya vermişdir, həmin vaxtı otaqda heç bir şəxs, o cümlədən Elşad olmamışdır. Pulu təxminən 2019-cu ilin aprel-may aylarında vermişdir. Epikriz vərəqəsini 2019-cu ilin iyul ayında Aytən xanımın xidməti otağında sonuncudan alıb Elşada vermişdir. Bundan sonra epikrizi poliklinikaya təqdim etmişlər və oradan bütün sənədlər tibbi sosial ekspert komissiyasına verilmişdir. Sonradan bilmişdir ki, Elşada İİ qrup əlillik 5 illik müddətinə verildiyi üçün Elşad tibbi komissiyaya şikayət etmiş, şikayəti əsasında sənədlərinə yenidən baxılmış və nəticədə İİ qrup əlilliyi ləğv olunaraq, yenidən İİİ qrup əlillik dərəcəsi verilmişdir. 2020-ci ilin aprel aylarında Elşadın arvadı İlhamə ona zəng edərək Elşadın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıldığını demişdir. O, narahat olub, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamışdır. Aytən ondan telefonda Elşadın onu satıb-satmayacağını soruşmuş, o da narahat olmamasını, Elşadın onu satmayacağını demiş, Aytənlə aralarında hər hansı bir narazıçılıq olmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Şahid1 işi lə bağlı görüşənədək tanışlıq münasibəti olmamışdır. İlk dəfə görüşdükdən sonra Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə etmiş və Şahid1 müalicəsi ilə bağlı əlaqə saxlamışdır. Şahid1 həkimə müraciət etməsində məqsəd sonuncunun Çernobıl əlilliyi üzrə 3-cü qrup əlil olması, lakin 2-ci qrup əlillik əldə etmək istəməsi olub, Elşadın şikayətləri isə sinir və əsəb sistemi ilə bağlı olduğundan həkim-nevropatoloq Təqsirləndirilən şəxs müraciət etmişlər. Müraciət etdikdən sonra Təqsirləndirilən şəxs ona elə öz xidməti otağında Şahid1 müalicəsi üçün 300 manat lazım olacağını bildirmişdir. Təqsirləndirilən şəxs ilə yalnız Şahid1 məsələsi barədə danışmış, aralarında başqa hər hansı söhbət olmamışdır. ***-***- **-** mobil telefon nömrəsi onun istifadəsində olmuş və həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə danışmışdır. İbtidai istintaq zamanı KQMBİ-də ona qarşı hər hansı hədə-qorxu, təsir, təzyiq olunmayıb. Cinayət işinin birinci cildinin 16-cı vərəqində olan izahat ona tanışdır, həmin izahatın məzmununda qeyd olunanlar, izahatında sonunda əlyazma ilə yazılmış “izahatımı oxudum, düzdür, əlavə və düzəlişim yoxdur, imzamla təsdiq edirəm” cümləsi və “Şahid2” qrafası qarşısındakı imza ona məxsusdur. Cinayət işinin birinci cildinin 56-60-cı vərəqlərində olan xx.xx.2020-ci il tarixli “Şahidi dindirmə protokolu” ona tanışdır, həmin protokolun məzmununda qeyd olunan ifadə və hər vərəqində olmaqla protokolun sonunda “Şahid2” qrafası qarşısındakı imza ona məxsusdur. Təqsirləndirilən şəxs ilə aralarında Şahid1 işi ilə bağlı mobil telefon danışıqları olmuş, lakin 300 manat verilməsi ilə bağlı mesajlaşma olub-olmaması dəqiq yadında deyil. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 37-38-ci vərəqlərində olan “DVD diskə baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokolun məzmunu ona tanışdır. Həmin protokolun məzmununda qeyd olunan telefon danışıqları onunla Təqsirləndirilən şəxs arasında baş tutub, həmin danışıqlar Elşadın əlilliyi ilə bağlı xəstəxanada yatmağı barədə, həmin məsələ ilə bağlı artıq araşdırılma aparılan zaman olub. Həmin protokolun məzmununda qeyd olunmuş K1 şəxsi olaraq qeyd olunan ifadələr,- “K1- ay can”, “K1- hə oradadır indi gedib ora”, “K1-Vallah bilmirəm. Mənə də deməyiblər. Deyirəm axşamından deyirsiz ki, indi yoldaşı zəng edib ki, bəs”, “K1-ə yoxe yo yo yo yo”, “K1-dəqiq, elə adam deyil onu dəqiq bilirəm.”, “K1- a yo yo yo heçnə deməyəcək elə şey olar özünü satır axı onda deyir yatmışamda xəstəyəm yatmışam orada. Prosta bunlar deyir ki, orda yatmağın varmı orada”, “K1- mmm bu deyir ki.”, “K1- Hə də hə də yüz faiz. Bir dənə indi baxın görək o varmı.”, “K1-hım hım hə”, “K1-yo yo Aytən xanım narahat olmayın heç nədən”, “K1-oldu canım oldu sağ olun mən sizdən çox narahatam.” onun tərəfindən Təqsirləndirilən şəxs deyilmişdir. O, 300 manat məbləğində pulu əlbəəl Təqsirləndirilən şəxs sonuncunun otağında vermişdir. Təqsirləndirilən şəxs 300 AZN məbləğində pulu Şahid1 müalicəsi üçün istəmiş, o da Elşaddan alıb Aytən xanıma vermişdir. Belə ki, o, ilk öncə həmin miqdarda pulu Təqsirləndirilən şəxs vermişlər, bir müddətdən sonra isə epikriz arayışını almışlar. Cinayət işinin birinci cildinin 13-cü vərəqində olan xx.xx.2020-ci il tarixli ərizə onun tərəfindən yazılmış, vərəqin sonunda “Şahid2” qrafası qarşısındakı imza ona məxsusdur. Həqiqətən də o və Şahid1 2020-ci ilin oktyabr ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə Təqsirləndirilən şəxs barəsində müraciət ərizə ilə müraciət etmişlər. Epikriz arayışını Təqsirləndirilən şəxs 2019cu ilin iyul ayında o, özü alıb Şahid1 vermişdir. Sonradan, təxminən 2020-ci ilin aprel ayında həmin epikriz arayışını və digər sənədləri DSMF-yə Şahid1 aparıb təqdim etmişdir. Cinayət işinin birinci cildinin 119-123-cü vərəqlərində olan xx.xx.2020-ci il tarixli “Üzləşdirmədə dindirmə protokolu” ona tanışdır, belə ki, həqiqətən də həmin tarixdə o, Təqsirləndirilən şəxs ilə istintaq zamanı eyni otaqda olmuş və üzləşdirilmişdir. Həmin protokolun məzmununda qeyd olunan ifadə və hər vərəqində olmaqla protokolun sonunda “Şahid2” qrafası qarşısındakı imza ona məxsusdur. Protokolun məzmununda qeyd olunan və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı söylədiyi “mən sənə dərmana görə deyil, epikriz vərəqəsinə müəyyən diaqnozun yazılması, yəni İİ qrup əlilliyin təsdiq olunmasından ötrü 300 manat pul vermişdim” cümləsi ona aydındır. Üzləşdirmə istintaq hərəkəti zamanı həmin ifadəni işlətdiyini təsdiq edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutlarla da tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası DTX-dan daxil olmuş məlumat əsasında toplanmış 02-269tm nömrəli material üzrə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının “İ sinir” şöbəsinin həkimnevroptoloqu Təqsirləndirilən şəxs “Xəstəlik və əlilliyin səbəbinin Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin ləğvi ilə bağlı aparılan işlərlə əlaqəliliyinin təyini üzrə Respublikası EKSPERT Şurası” –nın katibi vəzifəsinin icrası ilə əlaqədar İİİ QRUP Çernobil əlili Şahid1 İİ qrup əlil olmaq üçün müvafiq diaqnozla təkrar epikriz almasına köməklik etməsinə görə, Şahid1 qohumu Şahid2 vasitəsilə 300 manat pulu rüşvət qismində istəmiş və lazım olan diaqnozla epikriz kağızı verdikdən sonra 2019-cu ilin yay aylarında xidməti otağında Şahid2 300 manat pulu alması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai araşdırılmanın aparılması Baş İdarənin istintaq idarəsinə verilmişdir. (cild 01, iş vər. 04) “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Müslüm Şahmarov tərəfindən ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə istintaqının davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli 5(009)-1205/2020 saylı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə Baş İdarəsinin rəis müavini polkovnik Fəxri Məhərrəmovun vəsatəti və Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun təqdimatı təminatı təmin edilməklə, Təqsirləndirilən şəxs ətrafında 06 ay ərzində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması , texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmışdır. (cild 01, iş vər. 20) Şahid1 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə olan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Şahid1 ərizə ilə müraciət edərək Akademik M.Mirqasımov adına Xəstəxanasının həkim-nevropatoloqu Təqsirləndirilən şəxs ondan tanışı Xuraman vasitəsi ilə 300 (üç yüz) manat pul alması barədə məlumat vermək istədiyini bildirmişdir. (cild 01, iş vər. 12) Şahid2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə olan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Şahid2 ərizə ilə müraciət edərək Akademik M.Mirqasımov adına Xəstəxananın həkim-nevropatoloqu Təqsirləndirilən şəxs Şahid1 onun vasitəsi ilə pul alması barədə məlumat vermək istədiyini bildirmişdir. (cild 01, iş vər. 13) Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası üzrə 06/k saylı xx.xx.2004-cü il tarixli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2004-cü il tarixli, 5-59\A-263 saylı göndərişinə əsasən Xələfova (Abbasova) Aytən Rza qızı həmin xəstəxananın İ sinir xəstəlikləri şöbəsinə həkimnevropatoloq vəzifəsinə təyin olunmuşdur. (cild 01, iş vər. 14) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə olan izahatından görünür ki, Təqsirləndirilən şəxs geniş izahat verməklə, hazırki cinayət işi ilə bağlı göstərmişdir ki, Şahid1 səhv etmirsə 2019-cu ilin yay aylarında müraciət edərək İİİ qrup Çernobıl əlili olduğunu, lakin İİ qrup əlil olmaq üçün təkrar epikriz almalı olduğu bildirmiş, sonuncu ilə birlikdə gələn qohumu Xuraman adlı şəxslə 300 manat pulun müqabilində bu işin görülməsində köməklik edəcəyinə razılaşmış, Şahid1 yenidən sənədlərini toplamış, ona stasionar müalicə təyin etmiş və lazım olan diaqnozla epikriz kağızı vermiş və həmin vaxtı da xidməti otağında Xuramandan 300 manat pulu almışdır. Elşad onların yanında olmamışdır. O, ümumiyyətlə bu işlə bağlı pul barəsində yalnız Xuramanla söhbət aparmışdır. Elşadın İİ qrup əlillik əldə edib etməməsindən məlumatı yoxdur. Təqribən 4-5 ay öncə Elşadın qohumu Xuraman ona zəng edərək Elşadı Korrupsiyaya qarşı mübarizə baş idarəsinə çağırıldığını, sonra isə bir daha zəng edərək çağırılmağının səbəbini əllik dərəcəsi almağı ilə bağlı olduğunu, orada Xuramanın vasitəsi ilə ona verdiyi 300 manat pulu demədiyini bildirmişdir. (cild 01, iş vər. 15) Şahid2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə olan izahatından görünür ki, Şahid2 izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixədək Dövlət Sosial Müdafiə fondunun büdcə proqnozları şöbəsində baş mütəxəssis vəzifəsində işləmiş, Şahid1 arvadı İlhamə ilə uzaqdan qohumdur. 2019-cu ilin səhv etmirsə yay aylarında Elşad İİİ qrup Çernobıl əlilliyindən İİ qrup əlillik alması üçün ona köməklik etməyini xahiş etmişdir. Elşadın qeydiyyatda olduğu 23 saylı poliklinikadan göndəriş alaraq Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının «İ sinir» şöbəsinin həkim-nevropatoloqu Təqsirləndirilən şəxs yanında olmuşlar. Aytən həkim İİ qrup əlil almaq üçün yenidən epikriz verilməli olduğunu və epikriz kağızında İİ qrup əlil almaq üçün müvafiq diaqnozun yazılacağına söz vermişdir. Aytən həkim həm epikrizin yazılması üçün, həm də Elşadın formal olaraq xəstəxanada stasionar yatmasının təşkil etməsi üçün 300 manat pul istəmiş, pulu ondan istəyərkən Elşad otaqda olmamışdır. O, Aytənin yanından çıxandan sonra Elşada bu məsələnin həll edilməsi, yəni həm lazım olan diaqnozla epikrizin verilməsi, həm də təyin olunacaq stasionar müalicənin formal olaraq icra edilməsi üçün Aytənə 300 manat pul verməli olduqlarını demiş, Elşad 300 manat pulla razılaşmış və təqribən görüşlərindən bir neçə gün sonra yenidən Elşadla birlikdə xəstəxanaya getmişlər və 300 manat pulu Elşad ona vermiş, o da öz növbəsində pulu Aytənin xidməti otağında sonuncuya vermişdir. Həmin vaxtı otaqda heç bir şəxs, o cümlədən Elşad olmamışdır. Elşadla o, epikrizi Aytən xanımdan aldıqdan sonra sənədi poliklinikaya təqdim etmişlər və oradan bütün sənədlər «vitek» deyilən tibbi sosial ekspert komissiyasına verilmişdir. Sonradan bilmişdir ki, Elşada İİ qrup əlillik 5 illik müddətinə verildiyi üçün tibbi komissiyaya şikayət etmiş, şikayəti əsasında sənədlərinə yenidən baxılmış və nəticədə İİ qrup əlilliyi təsdiq olunmadan, yenidən İİİ qrup əlil olmuşdur. 2020ci ilin aprel aylarında Elşadın arvadı İlhamə mənə zəng edərək Elşadı Korrupsiyaya qarşı Mübarizə baş çağırıldığını demişdir. O da bundan narahat olmuş, Təqsirləndirilən şəxs ilə telefon əlaqə saxlamış və Aytən öz növbəsində Elşadın onun vasitəsilə ona verdiyi 300 manat pulu deyəcəyindən narahat olmuş, lakin nəticədə hər hansı bir narazıçılıq olmamışdır. AA ******* və AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2001 təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X7 olmaqla, biri yetkinlik yaşına çatmayan 2 övladı vardır. (cild 01, iş vər. 25) Akakdemik Mirqasımov adına Respublika Klinik xəstəxanasının direktorunun təsdiq etdiyi həkim-nevropataloqun nümunəvi vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs həkim-nevropatoloq kimi vəzifələri xəstənin aparılması taktikası (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək diaqnoza uyğun olaraq epikriz kağızı vermək və digər səlahiyyətlərdir. (cild 01, iş vər. 26-27) Azərbaycan Respublikasının Səhiyyə Nazirinin xx.xx.2018-ci il tarixli, 80 nömrəli “Xəstəlik və əlilliyin səbəbinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin ləğvi ilə bağlı aparılan işlərlə əlaqəliliyinin təyini üzrə Respublika Ekspert Şurasının tərkibinin təsdiqi barədə” əmrindən görünür ki, Təqsirləndirilən şəxs «Xəstəlik və əlilliyin səbəbinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin ləğvi ilə bağlı aparılan işlərlə əlaqəliliyinin təyini üzrə Respublika Ekspert Şurasının» katibi olaraq təyin edilmişdir. (cild 01, iş vər 33) 004278 saylı xx.xx.1994-cü il arayışın surətindən görünür ki, Şahid1 ömürlük olaraq İİİ qrup Çernobıl AES əlilidir. (cild 01, iş vər 34) “DVD diskə baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd “DVD disk” “HP” markalı kompüterə qoyularaq baxış keçirilmişdir. Baxışı keçirilən “DVD” diskdə 2 fayla yazılmış danışıq qeydə alınmışdır. Danışıqlar 2 qadın cinsinə məxsus səslərlə Azərbaycan dillərində danışan diktorlar arasında aparılmışdır. Birinci fayl 1:15 dəqiqədən, ikinci fayl isə 0:08 dəqiqəlik səs yazısından ibarətdir. “DVD” diskin 4 faylında hər iki şəxs arasında aparılan danışıqlar K-1 VƏ K-2 şərti nömrəsi ilə nömrələnmiş və danışığın mətni baxış zamanı aşağıdakı kimi qeyd olunmuşdur: “K1- ay can; K2- indi onu ora çağırıblar deyirsən; K1- hə oradadır indi gedib ora; K2- hə nə deyib çağırıblar?; K1-Vallah bilmirəm. Mənə də deməyiblər. Deyirəm axşamından deyirsiz ki, indi yoldaşı zəng edib ki, bəs; K2deyirəm indi məni satmasında yəni; K1-ə yoxe yo yo yo yo; K2- dəqiq?; K1-dəqiq, elə adam deyil onu dəqiq bilirəm; K2-o yüz faiz deyəcəkdə deyəcək filan qədər vermişəm neynəmişəm; K1- a yo yo yo heç nə deməyəcək elə şey olar özünü satır axı onda deyir yatmışamda xəstəyəm yatmışam orada. Prosta bunlar deyir ki, orda yatmağın varmı orada; K2- yüz faiz?; K1- mmm bu deyir ki; K2-adı olmasa epikriz necə verərdim mən ona; K1- Hə də hə də yüz faiz. Bir dənə indi baxın görək o varmı; K2-yüz faiz ola bilməz ki, adı olmamış mən ona epikriz verim; K1-a yoxe siz özünüzdən narahat olmayın mən bilirəm ki, elə şey eləməz o nə danışırsız o özün onda şey eliyirdə yəni mən saxta əlilliyim var faktnan o çıxıbdır axı; K2-faktnan əlil idi də hə?; K1-hım hım hə; K2-yaxşı birazdan saat 10-da qalxım arxivə görüm sənədin götürüm əyri əskik nəyi var yapışdırım eliyim; K1-yo yo Aytən xanım narahat olmayın heç nədən; K2-niçivo; K1-oldu canım oldu sağ olun mən sizdən çox narahatam”. İkinci fayla baxış zamanı danışığın mətni aşağıdakı kimi qeyd olunmuşdur: K1- Aytən xanım mən elə sizə yazırdım Şahid1; K2- hə hə hə Şahid1; K1-oldu canım narahat olmayın” Səs yazılarına keçirilmiş baxış zamanı və cinayət işinin materiallarından da göründüyü kimi danışan şəxslərdən biri Şahid2, səs yazısında adı çəkilən digər tərəf isə Təqsirləndirilən şəxsdır. (cild 01, iş vər 37-38) 0007030 saylı epikriz (xəstəlik tarixçəsi) vərəqəsinin surətindən görünür ki, pasiyent Şahid1 Akakdemik Mirqasımov adına xəstəxananın İ sinir xəstəlikləri şöbəsində müalicəsi xx.xx.2020-ci il tarixdən - xx.xx.2020-ci il tarixədək davam etmişdir. Yekunda Şahid1 «postradiason toksiki ensefalonpatiya» diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib olunmuş Müşahidə gündəliyinin təyinatı vərəqəsinin surətindən də görünür ki, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (cild 01. iş vər 100-101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2016-cı il tarixdə təsdiq olunmuş Ambulator Kitabçadan çıxarış vərəqəsindən görünür ki, Şahid1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək akademik Mirqasımov adına Klinik Xəstəxanasının İ sinir xəstəlikləri şöbəsində müalicə almışdır.(cild 01, iş vər 102-105) xx.xx.2020-ci il tarixli “Üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı “mən sənə dərmana görə deyil, epikriz vərəqəsinə müəyyən diaqnozun yazılması, yəni İİ qrup əlilliyin təsdiq olunmasından ötrü 300 manat pul vermişdim” deyə bildirmişdir. (cild 01, iş vər. 119-123) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 138) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid1, Şahid2 və X5 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işi başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış, X6 barəsində aparılan cinayət təqibinə xitam verilməsi qərara alınmış, iş üzrə şahid ifadələri, üzləşdirmə və baxış protokolları və digər istintaq materialları sübut növü kimi, 1 ədəd DVD disk və xx xxxx 2019-cu il tarixli 007030 nömrəli epikriz vərəqəsinin surəti (xəstəlik tarixi) iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət içinin materiallarında saxlanılması qərara alınmışdır. (cild 01, iş vər 211-222) “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın icra olunması Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. (cild 01, iş vər. 237-239) Məhkəmə iclasında iş materiallarında olan 01 ədəd DVD diskin kompyuter texnikasının vasitəsilə tədqiq edildiyi zaman həmin diskdə qeyd olunan səs yazılarının müvafiq olaraq “DVD diskə baxış keçirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan danışıqlarla eynilik təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünü təqsirli bilməməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. X8 həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, heç bir rüşvət alma cinayətini törətmədiyini və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların, Təqsirləndirilən şəxs və şahidlərin ilkin izahatının və o cümlədən üzləşdirmə protokollarının məzmunu, şahid ifadələri, müvafiq məhkəmə qərarı əsasında əldə edilməklə iş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdə qeydə alınan telefon danışıqlarının səs yazılarının və digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün rüşvət almadığını bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən “rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növü və həddinin müəyyən edilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbi baxımından təyin ediləcək cəzanın ədalətli olması, yəni cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırıl-masından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda, CM-nin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də, məhkəmə hesab edir ki, törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş “187 nömrəli Ezamiyyət vərəqəsindən” və “Ezamiyyətə çıxması, təyinat məntəqəsinə gəlməsi, oradan çıxması və daimi iş yerinə gəlməsi haqqında qeydlər”dən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında “Vətən Müharibəsi” zamanı “Akademik M.Ə.Mirqasımov adına RKX-sında həkim nevropatoloq vəzifəsi üzrə Bərdə rayon Mərkəzi Xəstəxanasına “yaralıların nevroloji müayinəsi” məqsədi ilə ezam olunmuşdur. İş materiallarına əlavə olunmuş “X9 İctimai Birliyi” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, Təqsirləndirilən şəxs “27 sentyabr-10 noyabr” 2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və “Vətən Müharibəsi” zamanı yorulmadan tibbi xidmət göstərdiyinə görə fəxri fərmanla təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qadın olmasını, ali təhsilli olmaqla, uzun illər iş stajına malik olan yüksək ixtisaslı həkim olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ölkəmizin şanlı tarixi olan “44 günlük Vətən müharibəsi” zamanı tibb işçisi kimi arxa cəbhədə fəaliyyət göstərməklə, tibbi yardıma ehtiyac duyan hərbiçilərin qayğısına qalmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, törətmiş olduğu cinayətin xarakterini, cinayətin baş vermə şəraitini, məqsədi və motivini, həmin cinayətin ictimai təhlükəlilik xarakterini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışları ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən sınaq müddəti başa çatanadək Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qeyd olunan vəzifədə xidmət etdiyi müddətdə Şahid1 kimi digər şəxslər də müvafiq olaraq əlillik dərəcəsinin alınması ilə bağlı ona müraciət etmiş və ibtidai istintaq zamanı həmin şəxslər dindirilməklə, sonuncular Təqsirləndirilən şəxs tərəfindən onlardan hər hansı məbləğdə pul məbləğinin istənilmədiyi, tam qanuni şəkildə həkim müayinəsindən keçdiklərini və Təqsirləndirilən şəxs qarşı hər hansı bir narazılıqlarının olmadığını ifadələrində göstərmişlər. Bununla yanaşı iş materiallarına əlavə edilmiş “Qafqaz-Media” İctimai Birliyi tərəfindən verilmiş Diplomdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyəsinə verdiyi töhfələrə və Hippokrat andına sadiq qaldığına görə “İbn Sina” diplomu ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş sertifikatlardan görünür ki, Təqsirləndirilən şəxs 16-xx xxxx 2017-ci il tarixlərdə Azərbaycan Nevroloqlarının Vİ Konfrasında iştirak etmiş, xx xxxx 2019-cu il tarixdə Nevroloqlar Milli Assosiasiyası və N.P.Bextereva adına REA X12 “Doktor Xaus” məktəbinin dəstəyi ilə “Genetikanın nevrologiyada müasir aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransında iştirak etmiş, xx xxxxxx 2018-ci il tarixdə Nevroloqlar Milli Assosiasiyası və K.Y.Fərəcova adına X1 birgə keçirdiyi Uşaqlıq dövrünün nevroloji xəstəlikləri mövzusunda konfransda iştirak etmiş, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Həkimlərin bilik və bacarıqlarını təkmilləşdirilməsinə dair müvəqqəti qaydalar”-ı əsasında davamlı tibbi təhsil üzrə akkreditasiya olunmuş “Koqnitiv pozulmalar və Ağrı” mövzularına həsr olunmuş elmipraktik konfransda iştirakına görə 4 kredit qazanmış, “Levetirasetam molekulasının psixonevroloji praktikada istifadəsi” mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak etmiş, “Ürək-damar xəstəliklərinin müalicəsində AÇF İnhibitorlarının yeri, lizinoprilin üstünlüklərinin əsaslandırılması” elmi-praktik konfransında iştirakına görə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş ******* saylı, 009608 saylı şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Nevrologiyada müayinə üsulları kursunda iştirak etmiş, xx.xx.2017-xx.xx.2017-ci il tarixlər arasında Sinir xəstəlikləri kursunda iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixində Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Nevrologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti X21 müraciətdən və müraciətə əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X10 Mirqasımov adına RKX-da aldığı yüksək səviyyəli müalicəyə və tibbi xidmətə görə həmin xəstəxananın Baş həkimi Telman İbadova, baş həkimin birinci müavini Mahir Babayevə, “İ sinir şöbəsi” nin müdiri Zəminə Həsənovaya, müalicə həkimi Təqsirləndirilən şəxs , ümumilikdə tibb ocağının bütün kollektivinə təşəkkür etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş “Diplomat” ictimai-siyası və hüquq jurnalının 8-13-cü vərəqələrində yer alan məqalədən görünür ki, “Çernobıl əlillərinə qayğı Azərbaycan hökümətinin diqqət və qayğısındadır” adlı məqalə Akademik Mirqasımov adına X4 Xəstəlikləri şöbəsinin həkimi Təqsirləndirilən şəxs tərəfindən hazırlanmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidməti tərəfindən dərc edilmiş xx.xx.2019-cu il tarixli “Ordubadda ulu öndər Heydər Əliyevin 96 illiyinə həsr olunmuş dörd günlük humanitar tibbi aksiya keçirilir” başlıqlı məqalənin məzmunundan görünür ki, X3 adına Respublika Klinik Xəstəxanası ulu öndər Heydər Əliyevin 96 illiyi münasibətilə Ordubadda dörd günlük humanitar tibbi aksiyaya start verilmiş, bu məqsədlə mayın 8-də Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksək ixtisaslı həkim və orta tibb işçisi Ordubad Rayon Mərkəzi Xəstəxanasına gəlib. Briqadada həkim cərrahlardan Elçin Mirzəyev, Sona Budaqova, mama – ginekoloq Zenfira Cəfərova, kardioloq Güllü Abbasova, otolarinqoloq Sahib Səmədov, nevropatoloq Təqsirləndirilən şəxs, uroloq Ceyhun Cəlilov, nefroloq Xuraman Eminbəyli, endokrinoloq Şahsoltan Abdullayev və başqalarının səyi ilə ilk gün 337 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər. Məhkəmə Təqsirləndirilən şəxs bir sıra dövlət əhəmiyyətli humanitar-tibbi aksiyalarda və tədbirlərdə, mütəmadi olaraq peşə biliyinin və ixtisasının artırılmasında fəal iştirak edən və ölkədə səhiyyənin inkişafına töhfə verən həkim nevropatoloq kimi onu xarakterizə edən yuxarıda göstərilənləri, müvafiq bölgəyə ezam edilməklə “44 günlük Vətən müharibəsi” zamanı ölkəmizin şanlı tarixini yazan hərbiçilərin tibbi yardım almalarında iştirak etməsini, eləcə də yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilmədən də sonuncunun islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməklə, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməməsi cinayət qanunvericiliyinin prinsipləri və cəzanın məqsədləri baxımından məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübutlar, cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk və xx xxxx 2019-cu il tarixli ******* nömrəli epikriz vərəqəsinin surəti cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilmədən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs şərti olaraq tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübutlar, cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk və xx xxxx 2019-cu il tarixli ******* nömrəli epikriz vərəqəsinin surəti cinayət işinin materiallarında saxlansın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-696/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-696/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver