Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-696/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X5 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Qubadlı rayonu, Göyyal kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs arvadı xx xxxxxxxx 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə özünün tanımadığı şəxs ilə sevgi münasibətində olmasını düşünərək həmin məlumatı dəqiqləşdirmək, ona etdiyi xəyanətə görə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə, 21 oktyabr 2021-ci il tarixdə onunla birlikdə uzun müddətdir Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən nömrəsiz özbaşına fərdi yaşayış evinə gəlmiş, yalnız hər ikisi evdə olan zaman Zərərçəkmiş şəxs evdə ümumi işlətdikləri mobil telefondan başqa mobil telefonunun olub-olmamasını, ona başqa kişi ilə hər hansı formada xəyanət edib-etməməsini soruşduqda Zərərçəkmiş şəxs ona başqa telefon işlətməsini, eyni zamanda başqa şəxslə həmin telefon vasitəsilə danışdığını bildirmiş, bundan sonra qısqanclıq və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisənin nəticəsi olaraq həmin gün evə gəldiyi vaxt evin qarşısında olan telefon dirəyindən götürdüyü qara rəngli telefon naqilini əynində olan jaketinin iç cibindən çıxardaraq, hər iki əli ilə tutduğu həmin naqili Zərərçəkmiş şəxs boynuna keçirib, sonuncunu boğaraq boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Aliyə onun arvadı olmuşdur, onunla birgə nikahlarından iki uşaqları vardır. Təxminən 2 il olarmış ki, arvadı Aliyə ilə münasibətləri soyuq imiş. O, Aliyənin ona qarşı soyuqluğunun nə üçün olduğunu bilməmişdir. Aliyənin anası Yeganə öz ərinə xəyanət etmişdir və buna görə də o, Aliyəyə anası Yeganə ilə telefon vasitəsilə danışmağı qadağan etmişdir. Lakin Aliyəni evə gələndə bir neçə dəfə anası ilə telefonla danışanda görmüşdür. Evlərində bir ədəd telefon olmuşdur, həmin telefondan oğlu və arvadı istifadə edirmiş. Həmin telefonda ”***-***-**-**” saylı mobil nömrə var imiş və o, Aliyənin başqa mobil telefon işlətməsindən şübhələnmişdir, lakin bu barədə dəqiq bir fikri olmamışdır. 13 oktyabr 2021-ci il tarixdə o, evə gələn vaxt Aliyə evdə yatağa nəsə qoymuş və həmin an o, həyəcanlı imiş. O, Aliyədən onun nə olduğunu soruşduqda, Aliyə ona ilk öncə heç nə olmadığını bildirmiş, lakin daha sonra telefon adapteri olduğunu, qardaşına aldığını demişdir. O, Aliyəyə əsəbiləşərək onun üz nahiyəsinə sillə vurmuş, daha sonra evi axtarmağa başlamışdır. Həmin vaxt Aliyə evdən çıxaraq qaçıb getmişdir. Daha sonra Aliyənin evdən çıxıb getməsi barədə onun atasına məlumat vermiş və onlar birlikdə polis idarəsinə getmişlər. Aliyə gəldikdən sonra onun barəsində polis bölməsinə şikayət etmiş və bununla bağlı oraya gedərək izahat vermişdir. Aliyə həmin vaxtdan atasının evinə gedərək orada yaşamağa başlamışdır. O, 19 oktyabr 2021-ci il tarixdə Aliyənin atasının evinə gedərək, Aliyəni qardaşı Zamanın evinə aparmışdır. Onlar bir neçə gün orada qalmışlar. 21 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində o Aliyəni götürmüş və onunla birlikdə ilk öncə Sahil qəsəbəsində yerləşən məscidə getmişlər. Aliyə məsciddə olarkən bir daha anası ilə danışmayacağını deyərək and içmişdir. Daha sonra o Aliyəyə evə gedərək, əşyaları yığmağı və bir müddətlik Sahil qəsəbəsindən getməyini demişdir və onlar birlikdə yaşadıqları evə gəlmişlər. O, Aliyənin başqa telefonunun olduğundan və onun başqası ilə danışdığından şübhələnmişdir. Belə ki, “***-***-**-**” saylı mobil nömrə onun adına imiş və o həmin nömrədən çıxarış etdikdə internet mesajlarının olmasını görmüşdür və onda şübhələr yaranmışdır. O, Aliyəni evdə qoyaraq yaxınlıqda yerləşən marketə getmiş və oradan 3 ədəd sellofan paket almış, evə gələrkən evin yaxınlığında olan dirəkdən sallanmış telefon məftilini qırıb götürərək əynində olan jaketin cibinə qoyaraq evə daxil olmuşdur. Həmin vaxt Aliyə onu qucaqlamış və ona yaxşı arvad olmadığını və bundan sonra hər şeyin yaxşı olacağını demişdir. O, Aliyədən ona doğrusunu danışmasını istəmiş, başqa telefonunun olubolmamasını soruşmuşdur. Aliyə ona telefonunun olduğunu demiş və telefon nömrəsinin “***- ***-**-**” olduğunu, başqa kişiylə danışdığı bildirmişdir. O da həmin vaxt evə gələrkən götürdüyü telefon məftilini jaketinin cibindən götürərək iki əli ilə Aliyənin boynuna keçirmiş və onu boğmuşdur. Bundan sonra marketə gedib, siqaret aldıqdan sonra polis bölməsinə gedərək könüllü təslim olmuşdur. Arvadını xəyanət etdiyinə görə öldürmüşdür. Aliyə başqa telefon işlətmiş, evdən qaçdıqdan sonra həmin telefonu da özü ilə aparmışdır. O, elə bilirmiş ki, Aliyə anası ilə telefonla danışır, lakin o başqa şəxslə danışırmış. Aliyənin münasibət qurduğu şəxs də onunla olan münasibətini etiraf etmişdir. Bildiyi qədərilə Aliyə ona xəyanət etdiyi şəxslə Tik-tok mobil tətbiqində tanış olub və həmin şəxslə öz evlərində iki dəfə görüşüb. Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Aliyə onun qızıdır. O, Vilayətlə evli olmuşdur. 13 oktyabr 2021-ci il tarixdə Vilayət ona zəng edərək, qızı Aliyəni döydüyünü və Aliyənin evdən çıxaraq getdiyini bildirmişdir. O, dərhal evdən çıxaraq Aliyə ilə Vilayətin birgə yaşadıqları evə getmişdir. Vilayət və qardaşı Sərvər evin qarşısında olmuşlar. Həmin gün Aliyə tapılmamışdır. Aliyə 14 oktyabr 2021-ci il tarixdə tapılmışdır. Daha sonra o qızı Aliyə ilə birlikdə 38-ci Polis bölməsinə gələrək Vilayətin onu döyməsi barədə ərizə vermişlər. Aliyə bir həftə onun evində yaşamışdır. Polis bölməsində polis əməkdaşlarından biri Aliyə və Vilayətə övladları olduğunu və bu səbəbdən ailələrini dağıtmamalarını məsləhət vermişdir. Nəticədə, Aliyə və Vilayət barışmışdır. Aliyə barışıq ərizəsi yazmışdır. Bundan sonra isə 21 oktyabr 2021-ci il tarixdə tanışı zəng edərək qızının evi qarşısında polis bölməsinə məxsus maşınların olduğunu bildirmişdir. O da polisə zəng etmiş və polis əməkdaşı Vilayətin qızı Aliyəni öldürdüyünü demişdir. Qızı və Vilayət arasında münasibətlərin pis olmasını bilməmişdir. Vilayət bir dəfə ona zəng edərək, qızını döydüyünü və qızının qaçıb getdiyini bildirmişdir. Vilayət ona qızın xəyanət etdiyini deməmişdir. Vilayət qızını döyməsinə səbəb kimi ona yaxşı baxmadığı demişdir. Vilayətdən şikayətçidir və ona qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qardaşıdır. Vilayət həmişə öz ailəsinə qayğı göstərmişdir. Vilayətin arvadının anası öz ərinə xəyanət etmişdir. Bu səbəbdən Vilayət 7 il olarmış ki, arvadına anası ilə ünsiyyət qurmağı qadağan etmişdir. Qardaşı arvadından şübhələnirmiş, belə ki, arvadı telefonla danışan zaman o, şübhələnib kiminlə danışdığını ondan soruşanda arvadı anası ilə danışdığını bildirirmiş. Bununla əlaqədar olaraq Vilayətlə arvadı arasında mübahisə olurmuş. Bir dəfə Vilayətlə arvadı mübahisə etdikdən sonra Aliyə evdən qaçmışdır. Daha sonra o tapılmışdır. Qardaşı Aliyəyə anasıyla bir daha danışmayacağı təqdirdə barışacağını bildirmişdir. Bundan sonra qardaşı Aliyə ilə birlikdə məscidə getmiş və Aliyə bir daha anası ilə danışmayacağına and içmişdir. Onlar evlərinə qayıtdıqdan sonra qardaşı Aliyədən ona xəyanət edib-etməməsini soruşmuşdur. Aliyə də qardaşına ona xəyanət etdiyini etiraf etmişdir. Qardaşı da Aliyəni öldürmüşdür. Onlara məlumdur ki, Vilayətin arvadı ona xəyanət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qardaşıdır. Hadisə baş verdiyi gün təxminən saat 20 radələrində qardaşı Sərvər ona zəng edərək Vilayətin arvadı Aliyəni öldürdüyünü və dərhal Vilayətgilə getməyini bildirmişdir. Həmin vaxt o, yolda olmuş və Sahil qəsəbəsinə çatmağına az qalmışdır. O, tez qardaşı Vilayətgilə getmiş, həmin vaxt orada polislərin olduğunu görmüş, polis əməkdaşı ona qardaşı Vilayətin arvadı Aliyəni telefon məftili ilə boğaraq öldürdüyünü, daha sonra onun polis bölməsinə gələrək təslim olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Aliyə onun qardaşıqızı olmuşdur. O, Vilayətlə evli imiş və 2 övladı var imiş. 13 oktyabr 2021-ci il tarixdə qardaşı Alim ona zəng edərək qızı Aliyənin evdən çıxaraq getdiyini, bu barədə Vilayətin ona məlumat verdiyini bildirmişdir. O, həmin tarixdə Vilayət və onun qardaşı Sərvəri görmüş və onlardan nə baş verdiyini, Aliyəni öldürüb-öldürmədiklərini soruşmuşdur. Vilayət isə Aliyədən məlumatları olmadığını bildirmişdir. 14 oktyabr 2021-ci il tarixdə Aliyə tapılmışdır və o həmin vaxtdan etibarən atasının evində yaşamağa başlamışdır. Daha sonra Aliyə ilə Vilayət barışmışdır. 21 oktyabr 2021-ci il tarixdə o, evdə olarkən təxminən saat 21 radələrində xatırlamadığı tanışı zəng edərək Vilayətin qardaşıqızı Aliyəni evdə boğaraq öldürdüyünü demişdir. O, evdə çıxaraq Vilayətgilə getmişdir. Həmin vaxt orada polislərin olduğunu görmüş, polis əməkdaşları ona Vilayətin arvadı Aliyəni telefon məftili ilə boğaraq öldürdüyünü, daha sonra polis bölməsinə gələrək təslim olduğunu bildirmişlər. Vilayətlə Aliyə arasında münasibətlər normal olmuşdur. Aliyə evdən qaçan zaman, onlar Aliyəni axtarmışlar. X8 öldürüb-öldürmədiklərini soruşduqda, onlar Aliyədən məlumatları olmadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qardaşıdır. Vilayətin arvadının anası öz ərinə xəyanət etmişdir. Bu səbəbdən Vilayət 7 il imiş ki, arvadına anası ilə ünsiyyət qurmağı qadağan etmişdir. Qardaşı Vilayət arvadından şübhələnirmiş, belə ki, arvadı telefonla danışanda o, şübhələnib kiminlə danışdığını soruşanda arvadı Vilayətə anası ilə danışdığını bildirirmiş. Bununla əlaqədar olaraq Vilayətlə arvadı arasında mübahisə olurmuş. Bir dəfə Vilayətlə arvadı mübahisə etdikdən sonra Aliyə evdən qaçmışdır. Daha sonra o tapılmışdır. Qardaşı Aliyəyə anasıyla bir daha danışmayacağı təqdirdə barışacağını bildirmişdir. Bundan sonra qardaşı Aliyə ilə birlikdə məscidə getmiş və Aliyə bir daha anası ilə danışmayacağına and içmişdir. Onlar evlərinə qayıtdıqdan sonra qardaşı Aliyədən ona xəyanət edib-etməməsini soruşmuşdur. Aliyə də qardaşına ona xəyanət etdiyini etiraf etmişdir. Qardaşı da Aliyəni öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, mərhum Aliyə onun qızıdır. Əri Alimdən boşandıqdan sonra Vilayət onun qızı Aliyə ilə ünsiyyət qurmağına icazə verməmişdir. 7 il imiş ki, o, qızı və nəvələri ilə görüşə bilmirmiş. Bir dəfə Aliyə ona atasının mobil telefonu vasitəsilə zəng edərək Vilayətin hər axşam onu oyadaraq boğazına bıçaq dirədiyini və əgər Vilayət onu bir dəfə də döysə, evdən qaçıb gedəcəyini demişdir. O qızından Vilayətin ona bu formada rəftarının səbəbinin nə olduğunu soruşduqda qızı Aliyə səbəbin nə olduğunu bilmədiyini demişdir. Vilayət narkotik vasitə istifadəçisi olmuş, onun bu pis vərdişinə baxmayaraq qızını öldürəcəyini ehtimal etmirmiş. 21 oktyabr 2021-ci il tarixdə o, evdə olarkən oğlu Aqil ona zəng edərək Vilayətin qızı Aliyəni evdə boğaraq öldürdüyünü demişdir. O, tez evdən çıxıb keçmiş əri Alimin evinə getmişdir. Qızı Aliyənin meyiti morqda müayinə olunduqdan sonra onu evə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Aliyə onun bacısıdır. Bacısı Vilayətlə 14 il imiş ki, evli imiş və onların iki uşaqları var imiş. Onların münasibətləri də yaxşı olmuşdur. 13 oktyabr 2021-ci il tarixdə atası Alim ona zəng edərək Aliyənin evdən çıxaraq getdiyini, bu barədə Vilayətin ona məlumat verdiyini bildirmişdir. 14 oktyabr 2021-ci il tarixdə Aliyə tapılmış və həmin vaxtdan etibarən Aliyə onların evində yaşamağa başlamışdır. Aliyə evdə olan vaxt ona Vilayətin onu evdə çox incitdiyini, evdə tez-tez onu döydüyünü, anasına və ona görə onu təhqir etdiyini bildirmişdir. O, bacısından Vilayətin hansı səbəbdən onu döydüyünü soruşmuşdur. Bacısı uşaqlardan adapter gizlətdiyini, lakin Vilayətin səhv başa düşüb onu başqa şəxslə danışmaqda günahlandırdığını bildirmişdir. Bacısı Vilayət barəsində polis bölməsinə şikayət etmişdir. Lakin Vilayət və onun qardaşı Sərvərin təkidi ilə onlar barışmışlar və bacısı Aliyə şikayət ərizəsini geri götürmüşdür. Həmin vaxtdan sonra atası Alim bacısı Aliyəni Vilayətin qardaşıgilin evinə aparmışdır və həmin vaxtdan sonra Aliyə orada yaşamağa başlamışdır. 21 oktyabr 2021-ci il tarixdə axşam saatlarında xatırlamadığı tanışı ona zəng edərək bacısıgilin evlərinin qarşısında çoxlu adam olduğunu demişdir. O, dərhal ora getmişdir, həmin vaxt orada polislərin olduğunu görmüş, polis əməkdaşları ona Vilayətin bacısı Aliyəni telefon məftili ilə boğaraq öldürdüyünü demişlər. Bacısının Vilayətə xəyanət edib-etmədiyindən məlumatı yoxdur. Hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin sahə inspektoru işləyir. 21 oktyabr 2021-ci il tarixdə o, işdə növbədə olmuşdur. Həmin gün təxminən saat 18-19 radələrində bölmədə olduğu vaxt bir nəfər şəxs polis bölməsinə gələrək arvadını evində boğaraq öldürdüyünü və könüllü gələrək təslim olduğunu bildirmişdir. Həmin şəxs öz adının Təqsirləndirilən şəxs olduğunu və arvadı Zərərçəkmiş şəxs birlikdə yaşadıqları evlərində telefon kabeli ilə boğaraq öldürdüyünü demişdir. Daha sonra onlar əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmiş və evdə Zərərçəkmiş şəxs meyitini aşkar etmişlər. Təqsirləndirilən şəxs arvadını hansı səbəbdən öldürdüyünü bilməmiş, o, bu barədə araşdırma aparmamışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gələrək könüllü olaraq təslim olması protokol tərtib olunmaqla sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin təhqiqatçısı işləyir. 14 oktyabr 2021-ci il tarixdə X1 rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə müraciət edərək qızı Zərərçəkmiş şəxs 13 oktyabr 2021-ci il tarixdə evdən getdiyini, heç bir şikayət və tələbinin olmadığını, lakin qızının hara getməsini bilmək məqsədilə təhlükəsizlik kameralarına baxmaq istədiyini bildirmişdir. Onlar vətəndaşın müraciətini qeydə almış və o, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsində təhlükəsizlik kamerasına baxmışdır. Bundan sonra İsrafilov Alim şikayətinin olmadığını bildirərək çıxıb getmişdir. Daha sonra bir nəfər şəxs 102 xidmətinə zəng edib Zərərçəkmiş şəxs Xırdalan şəhəri ərazisində olduğunu bildirmişdir. Daha sonra onlar Zərərçəkmiş şəxs polis bölməsinə dəvət etmişlər və o, atası ilə birlikdə polis bölməsinə gəlmişdir. Zərərçəkmiş şəxs əri ilə mübahisə etdiyi üçün evdən çıxıb getdiyini onlara bildirmişdir. 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə gələrək arvadı Aliyəni evində boğaraq öldürdüyünü deyərək könüllü təslim olduğunu bildirmişdir. Əvvəlcə, onlar Təqsirləndirilən şəxs arvadını öldürməsinə inanmamışlar. Çünki bir neçə gün əvvəl Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs evdən çıxıb getmişdir və bu barədə araşdırma aparılmışdır. Daha sonra əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə hadisə yerinə gedilərək baxış keçirilmişdir. Araşdırmalar nəticəsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qısqanclıq zəmnində arvadını öldürmüşdür. Zərərçəkmiş şəxs əri ilə mübahisə etdiyi üçün evdən çıxıb getdiyini bizə bildirmişdir. Cinayət işində olan 21.10.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1 ünvanının yanında yerləşən nömrəsiz özbaşına fərdi yaşayış evidir. Evin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağına baxış keçirilərkən otağın girişində döşəmədə qadın meyiti aşkar edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs öldürdüyü yeri və Zərərçəkmiş şəxs meyitini göstərərək bildirmişdir ki, həmin gün saat 19 radələrində evdə olan zaman arvadı Aliyəyə ona doğru danışmasını, işlətdiyi mobil telefondan başqa mobil telefonunun olub-olmadığını soruşmuş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs başqa mobil telefonunun olduğunu, başqa şəxslə danışdığını demiş, həmin vaxt Təqsirləndirilən şəxs evə gələrkən, üzərində götürdüyü qara rəngli telefon məftilini cibindən götürərək iki əli ilə Aliyənin boğazına keçirmiş və onu boğaraq qətlə yetirmişdir. Hadisə yerində müəyyən edilmiş meyit ölüm səbəbinin dəqiqləşdirilməsi üçün MTE və PA publik hüquqi şəxsinə göndərilmişdir. Cinayət işində olan “şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 21 oktyabr 2021-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, meyitə baxış zamanı əllə yoxladıqda meyitin soyuq, dəri örtüyünün solğun olduğu müəyyən olunmuşdur. Meyit ləkələrinin intensivliyi əsasən gövdənin arxa və qismən yan səthlərində yerləşmişdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir və 30 saniyə-1 dəqiqə müddətində bərpa olur. Gözləri qapalıdır, gözlərin ağlı qişasına qırmızı rəngli zəif nöqtəvari qansızmalar vardır. Meyitin boyun nahiyyəsinin yuxarı 1/3-nin ön və hər iki yan səthlərini əhatə edən həmin nahiyənin arxa səthində qurtaran 34 sm uzunluğunda tünd çəhrayımtılqəhvəyimtıl rəngli stranqulyasiya şırımı vardır. Meyitin bədən səthində qeyd olunan stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işində olan 22 oktyabr 2021-ci il tarixli, 2/15286 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. Cinayət işində olan 22 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işində olan 22 oktyabr 2021-ci il tarixli “könüllü təqdim edilən paltarların götürülməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarları könüllü şəkildə təqdim etmiş və həmin paltarlar götürülmüşdür. Cinayət işində olan 22 oktyabr 2021-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus paltarlara baxış keçirilmiş və baxış zamanı ona məxsus bir ədəd gödəkcə, bir ədəd kofta və bir ədəd şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Cinayət işində olan 22 oktyabr 2021-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarlara baxış keçirilmiş və baxış zamanı ona məxsus bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd bustqalter, bir ədəd şalvar, bir ədəd tuman, bir cüt corab və bir cüt ayaqqabıda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Cinayət işində olan 22 oktyabr 2021-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən əşya hadisə yerindən götürülmüş bir ədəd məftildir. Məftil parçalanmış, burulmuş haldadır. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 oktaybr 2021-ci il tarixli, 4(002)-219/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 12 noyabr 2021-ci il tarixli “ baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 01 ədəd CD Diskdən görünür ki, diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmamışdır. Cinayət işində olan 21 oktyabr 2021-ci il tarixli “şəxsin könüllü gəlib təqsirini boynuna alması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gəlib təslim olaraq, həyat yoldaşı Zərərçəkmiş şəxs öldürdüyünü etiraf etmişdir. Cinayət işində olan Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X10» X13 21 oktyabr 2021-ci il tarixli, 767 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işində olan Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X10» X13 21 oktyabr 2021-ci il tarixli, 91 saylı rəyindənvə rəyə əlavə olnumuş fotocədvəldən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində boyunun yuxarı 1/3-də öndən arxaya və bir qədər aşağıdan - yuxarıya doğru istiqamətdə gedən qapanan, təkqatlı stranqulyasiya şırımı və asfıktik ölümün ümumi potomorfoloji əlamətləri aşkar olunmuşdur. Həmin stranqulyasiya şırımından başqa mərhum Zərərçəkmiş şəxs bədən səthində digər xəsarət və xəsarət izi aşkar edilməmişdir. Qeyd olunan stranqulyasiya şırımı həyatidir, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi mümkündür və ölümünə səbəb olduğundan dərəcəsinə görə AĞİR zərərvurmanın əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs meyitinin boyun nahiyəsində aşkar edilmiş stranqulyasiya şırımı ekspertizaya təqdim edilmiş və ya ona oxşar digər telefon məftili o cümlədən həmin xüsusiyyətlərinə malik məftil, ip ilə törənməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs boyun nahiyəsində aşkar edilmiş stranqulyasiya şırımının xarakterinə və istiqamətinə əsasən güman etmək olar ki, hadisə zamanı xəsarət yetirilən anda Zərərçəkmiş şəxs bədəninin arxa səthi onu boğaraq qətlə yetirən şəxsə doğru yönəlmiş olmuşdur. Mərhum Zərərçəkmiş şəxs boyun nahiyəsində aşkar edilmiş stranqulyasiya şırımının xüsusiyyətlərini və asfıktik ölümün təsdiqedici əlamətlərini nəzərə alıb demək olar ki, Zərərçəkmiş şəxs ölümü boğulduqdan sonra dərhal baş vermişdir və onun məqsədyönlü hərəkət etməsi inandırıcı deyildir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya olmuşdur. Boyunun yumşaq toxumalarının iç səthinə, qırtlaq qığırdaqları ətrafı yumşaq toxumalara, ürəyin xarici qişası altına, ağciyərlərə və mədəaltı vəzə qansızmalarm olması, qanın duru vəziyyəti, daxili üzvlərinin venoz doluqanlılığı da bunun təsdiqedici əlamətlərindən sayıla bilər. Mərhum Zərərçəkmiş şəxs ölümü ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən meyitinin meyitxanada ki, müayinəsindən olunduğu vaxtdan (21.10.2021 -ci il tarixdi, saat 22:00-da) 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (29.10.2021-ci il tarixli, 3453/K №-li AKT). Mərhum Zərərçəkmiş şəxs meyitindən götüurülmüş uşaqlıq yolu möhtəviyyatı olan 01 ədəd tampon, 01 ədəd yaxmanın və arxa keçəcək möhtəviyyatı olan 01 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. (03.11.2021-ci il tarixli 9/169 №-li AKT). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 16 dekabr 2021-ci il tarixli, 1464 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 16 dekabr 2021-ci il tarixli, 1487 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasından daxil olmuş 08.12.2021-ci il tarixli 1/2164 saylı məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına müraciət etməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasından daxil olmuş 08.12.2021-ci il tarixli 1/2165 saylı məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs oğlu son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına müraciət etməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş 08 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işində olan “Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsindən daxil olmuş 22.12.2021-ci il tarixli 19/51-14750 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsində müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işində olan “Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsindən daxil olmuş 22.12.2021-ci il tarixli 19/51-14749 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsində müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işində olan Məhkəmə-lifli ekspertizasının 10.12.2021-ci il tarixli 6/5356 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthi üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd sviterin tərkib liflərinə uyğun gəlirlər. (ekspertizanın dəyəri 154,16 (yüz əlli dörd, on altı) manat) Cinayət işində olan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30.11.2021 -ci il tarixli, 2832 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəli 1 iyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hirslilik, kobudluq, hövsələsizlik, konfliktə meyillilik, qısqanclıq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Qərarın təsviri hissəsində qeyd edilmiş hadisəni törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında gərginlik, hirslilik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan Maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasının 12.01.2022-ci il tarixli 783/2021- MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs qızma məxsus gödəkçə, köynək, mayka, büstqalter, şalvar, tuman və bir cüt corab üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın arxa hissədə tikilən emblemin sağ yan aşağı hissəsi tikişdən aralanmışdır. Bu da, şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Həmin zədə əlbəyaxa və dartılma nəticəsində yaranmaya xarakterikdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Cinayət işində olan Məhkəmə-bioloji ekspertizasının 12.01.2022-ci il tarixli 901/2021-MTBŞ saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxsnm ABO sistemi üzrə qrup göstəricisi: Balfa\H\(İİİ).- Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol mayka və uzunqol papaqlı gödəkçə üzərində insan qam ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, uzunqol papaqlı gödəkçə üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs bir cüt ayaqqabısı üzərində qan, Zərərçəkmiş şəxs məxsus ipli mayka, lifçik, trusik, şalvar və bir cüt corab, Təqsirləndirilən şəxs məxsus uzunqol gödəkçə, uzunqol vodolazka və şalvar üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birgə nikahından iki azyaşlı övladı vardır-xx.xx.2011-ci il təvəllüdlü Şahid16 və xx.xx.2008-ci il təvəllüdlü Şahid15. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 21 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs künüllü olaraq gəlib polisə təslim olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, ona təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasının, könüllü olaraq gəlib təslim olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Qaradağ rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd telefon naqili, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd gödəkçə, bir ədəd kofta, bir ədəd şalvar, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd gödəkçə, bir ədəd qara rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd büstqalter, bir ədəd şalvar, bir ədəd tuman, bir cüt corab, bir cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 154,16 (yüz əlli dörd, on altı) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Qaradağ rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi hadisə yerinə baxış keçirilən zaman götürılmüş 01 ədəd telefon naqili, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd gödəkçə, bir ədəd kofta, bir ədəd şalvar, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd gödəkçə, bir ədəd qara rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd büstqalter, bir ədəd şalvar, bir ədəd tuman, bir cüt corab, bir cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 154,16 (yüz əlli dörd, on altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-696/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-696/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver