Məhkəmə qərarları › İş №1(101)-696/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-696/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-696/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, hazırda 4 (dörd) ay 12 (on iki) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 fevral 2024-cü il tarixdə saat 15:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 1314,876 qram olan narkotik vasitə heroini və külli miqdarda, ümumi çəkisi 359,6 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində daşımaqla və yaşadığı evə gətirərək saxlamış, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 10 aprel 2023-cü il tarixdə, saat 10:45-də ünvan 2 ünvanda yerləşən 208 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinə dəvət olunmuş və orada təhqiqatçı tərəfindən həmin tarixdə, saat 12:10-da üzərində şəxsi axtarış aparılarkən əynində olan palıd rəngli gödəkçəsinin sağ iç cibindən 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,872 qram, 9,171 qram, 1,370 qram və 0,209 qram olmaqla, ümumi təmiz çəkisi 16,622 qram qəhvəyi rəngli toz şəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,799 qram, 0,568 qram, 0,336 qram və 0,062 qram olmaqla, ümumi təmiz çəkisi 2,765 qram ağ rəngli kristal şəkilli maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra həmin əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə həmin tarixdə, saat 16:40-da keçirilmiş baxış zamanı isə həmin evin yataq otağındakı mebelin üzərində olan gümüşü rəngli dəirəvi plastik qutunun içərisindən 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,196 qram, 3,499 qram, 3,273 qram, 13,546 qram, 0,167 qram və 0,173 qram olmaqla, ümumi təmiz çəkisi 20,854 qram qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,932 qram, 2,132 qram, 1,246 qram və 0,825 qram olmaqla, ümumi təmiz çəkisi 11,135 qram ağ rəngli kristal şəkilli maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin otaqdakı çarpayının altından isə üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1277,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 345,7 qram ağ rəngli kristal şəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmaqla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən ümumilikdə 10 (on) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 1314,876 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, ümumilikdə 8 (səkkiz) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada isə ümumi təmiz çəkisi 359,6 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, üzərində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ona məxsus deyildir. O, saxlanılarkən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Narkotiklərlə mübarizə bölməsinin rəisi olan Anar adlı şəxs həmin narkotik vasitələri və psixotrop maddələri onun evinə qoyaraq çəkilişi həyata keçirmişdir. O, Bülbülə qəsəbəsində yerləşən 208 saylı tam orta məktəbin yanında, 10 aprel 2023-cü il tarixdə, təxminən saat 09:45 radələrində tutulmuşdur. Belə ki, 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq Suraxanı rayon Polis İdarəsinə aparmış, orada üzərinə narkotik vasitə və psixotrop maddələr qoymaqla 18 dəfə video çəkiliş etmişlər. Təxminən saat 17:30 radələrində isə video çəkiliş edilməsi üçün evinə aparılmışdır. Video çəkiliş zamanı aşkar edilmiş bükülü onda yox, stolun üzərində olmuşdur. Həmin vaxt Narkotiklərlə mübarizə bölməsinin rəisi Anar və polis əməkdaşı Hafiz adlı şəxs onu döydükləri üçün narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olmasını boynuna almağa məcbur olmuşdur. Polislərin narkotik vasitələri və psixotrop maddələri onun evinə necə qoyduğunu bilmir. Belə ki, polislər onun evinə baxış keçiriləcəyini bildirmiş, daha sonra onlardan ikisi evə daxil olaraq döşəyin altına narkotik vasitə və psixotrop maddəni qoymuş, onu isə qapının ağzında saxlamışlar. O, narkotik vasitədən istifadə etsə də, evində heç bir narkotik vasitə saxlamamışdır. Həm prokurorluqda araşdırma aparılarkən, həm də məhkəmə tərəfindən barəsində qətimkan tədbiri seçilərkən döyülməsi barədə məlumat vermiş, müstəntiqə isə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşları onu döyərkən bədənində hər hansı xəsarət qalmamasına çalışmışlar. Buna görə də istintaq təcridxanasına daxil olarkən bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır.

3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, müdafiəçini iki dəfə görmüşdür. Belə ki, evə baxış keçirilərkən vəkil və iki nəfər polis əməkdaşı da onunla birlikdə qapının yanında dayanmış, Anar və Hafiz adlı polis əməkdaşları isə evinə daxil olaraq narkotik vasitə və psixotrop maddələri evdə müəyyən yerlərə yerləşdirmişlər. Anar və Hafiz adlı şəxslər 2021-ci ildə onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutmuş, sonradan həmin işlə əlaqədar ona “qolbaq” (azadlığın məhdudlaşdırılması) cəzası verilmişdur. Buna görə də, Anarla Hafiz adlı polis əməkdaşlarını əvvəldən tanımış, həmin polis əməkdaşları ilə arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Tutulmazdan əvvəl Hafizlə Anar onun evinə gəlmiş, lakin o həmin vaxt evdə olmamış, sonradan onu yolda görüb tutmuşlar. Evə baxış keçirilərkən anası, xalası və qardaşı evdə olmuş, baxış zamanı isə onları yuxarı mərtəbəyə çıxarmışlar. Tutularkən üzərində ***-***- **-** mobil telefon nömrəsi olmuş, ***-***-**-** mobil telefon nömrəsi isə ona məxsus olmamışdır.

4. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, İran vətəndaşı olan “Beysam” adlı şəxslə mobil telefon vasitəsilə təxminən 10-12 dəfə əlaqə saxlayaraq öz şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almış, pulu isə sonuncunun kartına ödəmə terminalları vasitəsilə göndərmişdir. Narkotik vasitə və psixotrop maddəni “Beysamın” ona göndərdiyi məkanın koordinatlarına əsasən həmin yerdən götürmüşdür. Belə ki, Beysam ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə səs göndərmiş, habelə daha sonra onunla səsli zənglə danışmışdır. İbtidai istintaqın gedişində üzərindən və evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona aid olmamasına baxmayaraq, ona əsassız ittiham verilməsinə etiraz əlaməti olaraq təqdim olunmuş sənədləri imzalamaqdan imtina etmişdir.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək 10 aprel 2023, 11 aprel 2023 və 14 iyul 2023-cü il tarixdə ifadələrində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Rəsmi olaraq heç yerdə işləməmişdir. Narkotik vasitələrin qəbulu və istifadəçisi kimi əvvəllər üç dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə isə 11 oktyabr 2021-ci ildə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 8(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırkı iş üzrə tutulanadək elektron nəzarət cihazını üzərində daşımışdır. Təxminən 11 ildir narkotik vasitələr qəbul etmiş, halhazırda isə “kakos” və “şüşə” kimi tanıdığı heroin və psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul etmişdir. 10 aprel 2023-cü il tarixdə, saat 09:00 radələrində yaşadığı evi tərk edib Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 208 saylı tam orta məktəbin olduğu istiqamətdə piyada hərəkət etmiş, təxminən 45 dəqiqə sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 208 saylı tam orta məktəbin yaxınlığında mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim edərək Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışında şübhəli bilindiyini bildirərək onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmiş, orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən üzərində axtarış aparılmasının zəruri olduğu bildirilərək ona hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin üzərində şəxsi axtarış aparılmazdan əvvəl Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuş, vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X3 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən saat 12:10-dan saat 12:20-dək xidməti otaqların birində video çəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərində axtarış həyata keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olduğu halda təqdim etməsi təklif edildikdə, o, əynində olan palıdı rəngli gödəkçəsinin sağ iç cibində saxladığı ümumilikdə 8 (səkkiz) ədəd bükümdə olmaqla 4 (dörd) ədəd şəffaf sellofan bükümdə olan “patı” kimi tanıdığı metamfetamini və 4 (dörd) ədəd bükümdə olan “şüşə” kimi tanıdığı heroini, daha sonra isə əynində olan cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonunu, sol yan cibindən isə 1 (bir) ədəd “UniBank”a məxsus “Leobank” kartını çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş 8 (səkkiz) ədəd sellofan bükümün içərisində olan “kakos” kimi bildiyi maddənin heroin və “şüşə” kimi bildiyi maddənin isə metamfetamin olduğunu bildirmişdir. O, həmin nakotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Beysam” adlı şəxsdən hər qramı 28 manata olmaqla, ümumilikdə 280 manata “online” pul ödəməklə əldə etdiyini demişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf 45 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı ilə izahatı alınmış və ona təhqiqatçı tərəfindən vəkilinin iştirakı ilə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və könüllü şəkildə yaşadığı mənzilə baxış keçirilməsini ərizə ilə müraciət edərək razılıq vermişdir. Həmin gün, saat 16:20-də təhqiqatçı, müdafiəçisi, əməliyyat tədbiri iştirakçıları olan polis əməkdaşları ilə birlikdə o, faktiki yaşadığı mənzilə baxış keçirmək üçün polis idarəsini tərk etmiş və təxminən saat 16:30 radələrində mənzilə çatmışdır. Təxminən 10 dəqiqə sonra mənzilə baxış keçirilməsinə başlanılmış və təxminən 15 dəqiqə davam edən baxış zamanı o, evin yataq otağında yerləşən mebelin üzərində olan gümüşü rəngli dairəvi plastik qutunun içərisində 10 (on) ədəd şəffaf sellofanda saxladığı 6 (altı) ədəd bükümdə olan heroini və 4 (dörd) ədəd bükümdəki metamfetamini könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Daha sonra isə baxış zamanı ona məxsus çarpayının altında saxladığı 1 (bir) ədəd sarı rəngli yapışqan lentlə bağlanmış heroini və 1 (bir) ədəd bükümdə olan metamfetamini təqdim etmişdir. Evindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələr təhqiqatçı tərəfindən iki paketdə qablaşdırılaraq 45 nömrəli möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O həmin evə baxış keçirilməsi barədə protokolla tanış olduqdan sonra protokolu və zərflərin üzərini imzalamışdır. Üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş maddi sübutların ekspertizaya göndəriləcəyi və götürülmüş kütlələrin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuş, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Daha sonra barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığı və toplanmış materialların Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinə təqdim olunduğunu bilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 38-39; 68-69 88-89;).

6. Təqsirləndirilən şəxs 14 iyul 2023 və 1 avqust 2023-cü il tarixli ifadələrində əlavə olaraq göstərmişdir ki, ilkin ifadələrində verilən suallara təxmini cavablar vermiş, ilk olaraq saxlanıldığı vaxtı təxmini 11:00 radələri olaraq, yeri isə 208 nömrəli tam orta məktəbin yerləşdiyi Nəriman Nərimanov küçəsi deyil, Ç.Nəsirov küçəsi kimi qeyd etmiş, üzərində axtarış aparıldığı və mənzilinə baxış keçirildiyi vaxtı və zamanı dəqiq qeyd etməmişdir. O, ilkin dindirmə zamanı üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonun içərisindəki GSM nömrənin 055 *** ** ** olduğunu və hətta həmin nömrənin onun istifadəsində olduğunu bildirmişdir. Həqiqətdə isə onun istifadəsində belə bir nömrə olmamış və o həmin nömrənin sahibini, eləcə də istifadəçisini tanımamışdır. Üzərində olan “Samsung” markalı mobil telefondakı GSM nömrə 055 *** ** ** olmuş və məhz həmin nömrə onun istifadəsində olmuşdur. 10 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən yaxalanarkən üzərindəki “Samsung” markalı mobil telefonun içərisində 055 *** ** ** GSM nömrəsi olmuşdur. “Beysam” adlı şəxslə sosial şəbəkədə tanış olmuş, sonuncu öz şəxsi profilinə heç bir məlumat yerləşdirməmişdir. Həmin şəxslə “Facebook” sosial şəbəkəsi üzərindən əlaqə saxlamış, ona narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini bildirmiş, bunun müqabilində ona bank kartının rəqəmlərini sosial şəbəkə üzərindən yazaraq göndərməli olduğu pulun həmin kart hesabına göndərməsini istəmişdir. ”Beysamın” ona göndərdiyi karta pul köçürdükdən sonra “Beysam” ona narkotik vasitə və psixotrop maddəni qoyduğu ərazinin fototəsvirini göndərmiş, o isə həmin əraziyə gedərək narkotik vasitə və psixotrop maddəni götürmüşdür. “Beysam” adlı şəxslə küli miqdarda narkotik vasitə və psixotrop maddələrinin satışı, əldə edilən gəlirin aralarında bölüşdürülməsi ilə bağlı hər hansı razılığı olmamış, o, “Beysam” adlı şəxsdən yalnız öz şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. “Beysam”dan külli miqdarda narkotik vasitə və psixotrop maddə almaqda məqsədi həmin predmetlərdən həm öz şəxsi istifadəsi üçün istifadə etmək, həm də satmaq olmuşdur. Lakin əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrdən tutulduğuna görə istifadə etmək və satmağa imkanı olmamışdır. Yaşadığı evdən və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Beysam” adlı şəxsdən əldə etmiş, polis əməkdaşları onun yaşadığı evə narkotik vasitə qoymamış, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və sair təsri və ya təzyiq olmamış, 11 aprel 2023-cü il tarixli ifadəsində 12 bükümdəki narkotik vasitənin ona məxsus olmamasına dair göstərdikləri polis əməkdaşları onu ifşa etdiklərindən onlardan qisas almaq məqsədi ilə etmişdir (Cild 1, i.v. 192-195; 267-270;).

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri saxlaması, istifadəsi və satışını həyata keçirdiyi bildirilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa edilməsi, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi məqsədi ilə o, 10 aprel 2023-cü il tarixdə, saat 07:30 radələrində Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildikdən sonra o, həmin tarixdə, saat 07:50 dəqiqədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinin 10 aprel 2023-cü il tarixli, 3-12- 54/Ə89/2023 saylı əmri əsasında o, əməliyyat qrupunun rəhbəri, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin (bundan sonra mətndə - Suraxanı RPİ-nin NMB-nin) əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis baş leytenantı, Şahid2 əməliyyat qrupunun üzvləri təyin edilmişdir. 10 aprel 2023-cü il tarixdə, saat 08:25 dəqiqədən etibarən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs həmin radələrdə faktiki yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində olduğu bildirildiyindən qrup üzvləri ildə birlikdə yaşadığı ev və yaxın ərazilər müşahidə altına alınmışdır. Narkotik vasitələrin istifadə və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs həmin gün, saat 09:10 dəqiqədə yaşadığı evi tərk edib ünvan 2 ünvanda yerləşən 208 saylı tam orta məktəbin olduğu istiqamətdə piyada hərəkət edib saat 10:45 dəqiqədə məktəbin yaxınlığında dayanmışdır. Şəxsin yaxalanması üçün əlverişli şərait yarandığı üçün o və əməliyyat qrupun üzvləri Təqsirləndirilən şəxs yaxınlaşmış, xidməti vəsiqələri nümayiş etdirməklə özlərini təqdim edib Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirdikdən sonra barəsində narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı məlumatlar daxil olduğu, üzərində axtarış aparılması üçün Suraxanı RPİ-nə getməli olduğunu nəzərinə çatdırmışlar. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Suraxanı RPİ-nə gəlmişdir. Polis idarəsində şəxsiyyəti bir daha dəqiqləşdirildikdən sonra Təqsirləndirilən şəxs İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Ayaz Meydanovun xidməti otağına gətirilmişdir. Ayaz Meydanov tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağının zəruriliyi nəzərinə çatdırılmaqla sonuncuya cinayətprosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ Təqsirləndirilən şəxs izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış edilmiş, bu barədə ərizəsi alınmış, sonra dəvət olunmuş vəkil X3 bir daha Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla onun və əməliyyat qrupu üzvlərinin iştirakı ilə həmin gün, saat 12:10-dan 12:20-dək Təqsirləndirilən şəxs üzərində axtarış həyata keçirilmişdir. Axtarış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan palıdı rəngli gödəkçəsinin sağ iç cibində saxladığı ümumilikdə 8 (səkkiz) ədəd bükümdə olmaqla 4 (dörd) ədəd şəffaf sellofan bükümdə olan “patı” kimi adlandırdığı metamfetamini və 4 (dörd) ədəd bükümdə olan “şüşə” kimi adlandırdığı heroini, daha sonra isə əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə 1(bir) ədəd “UniBank”a məxsus “Leobank” kartını çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılan axtarış zamanı aşkar edilmiş əşyalardan başqa hər hansı başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş 8 (səkkiz) ədəd sellofan bükümün içərisində “kakos” kimi adlandırdığı maddənin heroin və “şüşə” kimi adlandırdığı maddənin isə metamfetamin olduğunu, həmin maddə və vasitələri İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Beysam” adlı şəxsdən hər bir qramı 28 manata olmaqla, ümumilikdə 280 manata “online” şəklində pul ödəməklə əldə etdiyini demişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin əməliyyat qrupu üzvlərinin və onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, üzəri “45” nömrəli möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə izahatı alındıqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə yaşadığı ünvana baxış keçiriləcəyini bildirmiş, sonuncu etiraz etməmiş və könüllü şəkildə yaşadığı mənzilə baxış keçirilməsini ərizə ilə müraciət edərək razılıq vermişdir. Həmin gün, saat 16:20 dəqiqədə təhqiqatçı, Təqsirləndirilən şəxs, müdafiəçisi və əməliyyat tədbiri iştirakçıları Təqsirləndirilən şəxs faktiki yaşadığı mənzilə baxış keçirmək üçün polis idarəsini tərk etmiş və təxminən saat 16:30 radələrində mənzilə çatmışdır. Təxminən 10 dəqiqə sonra mənzilə baxış keçirilməsinə başlanılmış və təxminən 15 dəqiqə davam edən baxış zamanı yataq otağındakı mebelin üzərində olan gümüşü rəngli dairəvi plastik qutunun içərisində 10 (on) ədəd şəffaf sellofanda 6 (altı) ədəd bükümdə olan heroin və 4 (dörd) ədəd bükümdəki metamfetamin aşkar edilmişdir. Daha sonra çarpayının altında 1 (bir) ədəd sarı rəngli yapışqan lentlə bağlanmış heroin və 1 (bir) ədəd bükümdə olan metamfetamin aşkar edilmişdir. Evdən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələr təhqiqatçı tərəfindən 2 paketdə qablaşdırılaraq “45” nömrəli möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Evə baxış keçirilməsi barədə protokolla tanış olduqdan sonra protokol və zərflərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş maddi sübutların ekspertizaya göndəriləcəyi və götürülmüş kütlələrin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi hər kəsə elan edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis idarəsinə gətirilərkən, üzərində axtarış aparılarkən və mənzilinə baxış keçirilərkən ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq və ya pis rəftar göstərilməmişdir.

10. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, xidməti fəaliyyəti ilə əlaqədar bir neçə nəfər narkotik vasitə istifadəçiləri əldə etdikləri narkotik vasitəni Təqsirləndirilən şəxs aldıqlarını bildirdikləri üçün sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs harada olması barədə məlumat daxil olduqdan sonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə qərar qəbul edilmiş, bununla da sonuncunun yaşadığı evin yaxınlığında müşahidəyə başlamışlar. Təqsirləndirilən şəxs 208 saylı məktəbin yanında olarkən saxlanılmışdır. Şəxs saxlanıldıqdan sonra Suraxanı RPİ-ə aparılmış, orada Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış aparılaraq üzərindən narkotik vasitə aşkar edilmişdir. “Beysam” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətini hal-hazıradək müəyyən edə bilməmişlər.

11. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs daha əvvəl, yəni 2021-ci il tarixdə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmasında iştirak etmiş, Təqsirləndirilən şəxsla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. Anar adlı polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirlərində iştirak etməmiş, sonuncuya qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş və saxlanıldıqdan sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilənlərlə bağlı heç bir etiraz bildirməmişdir.

12. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid1 və Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən çoxsaylı bükümlərdə, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi faktına görə Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən 11 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).

15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Suraxanı RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlanması və istifadəsi barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Suraxanı RPİ-nin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.5-12).

16. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2023-cü il qərarından görünür ki, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli tərəfindən təsdiq edilmiş 10 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Cild 1, i.v.114-115).

17. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:40-da təhqiqatçı, polis kapitanı A.E.Meydanov tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v.24).

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 12:10-dan 12:20-dək Suraxanı RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan palıdı rəngli gödəkçənin sağ iç cibindən 4 (dörd) ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik iyə malik büküm, 3 (üç) ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli kristallardan ibarət büküm və 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində ağ rəngli kristallardan ibarət ümumi olaraq 8 (səkkiz) ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli “Samsung” markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd “Unibank”a məxsus “Leobank” yazısı olan plastik kartı təqdim etmişdir. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə (kakos və şüşə) olması və həmin narkotik maddəni İran İslam Respublikasının vətəndaşı “Beysam” adlı şəxsdən qramı 28 manata ümumi olaraq 280 manat pulu ödəməklə onlayn qaydada əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 8 (səkkiz) ədəd büküm, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün 45 №li” möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. İstintaq hərəkəti zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi protokolda qeyd olunmuşdur. Müdafiəçi protokolla tanış olaraq imzalamışdır (Cild 1, i.v. 33; 36-37;).

19. “Baxış və götürmə keçirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən həmin İdarənin NMB-nin rəisi, polis mayoru Anar İbrahimov, NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid3 və Şahid2 və müdafiəçi X1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsi, sonuncunun və müdafiəçi E.M.Əliyarovun iştirakı ilə ünvan 5 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs həmin evin birinci mərtəbəsində olan otağa baxış keçirilən zaman o həmin otaqda olan mebelin üzərində gümüşü rəngli dairəvi plastmas qutuda olan 10 (on) ədəd bükümün yerini bildirmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman qutunun içərisindən 10 (on) ədəd büküm aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs otaqda olan çarpayını göstərərək çarpayının altında 2 (iki) ədəd büküm olmasını bildirmişdir. Həmin çarpayının altına baxış keçirilən zaman 2 (iki) ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisindəki qəhvəyi rəngli spesifik qoxuya malik və ağ rəngli şəffaf kristal şəkilli maddənin narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 12 (on iki) ədəd büküm zərflərə qoyularaq sübut kimi götürülmüşdür. İstintaq hərəkəti zamanı “iPhone” markalı mobil telefondan istifadə edilməklə videoyazının aparılması və videoyazının protokola əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra iştirakçılar tərəfindən irad və təkliflər daxil olmamış, həmin gün saat 16:40-dan 16:55-dək tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 41-44).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə keçirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2 (iki) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 10 dəqiqə 37 saniyə və 17 dəqiqə 56 saniyə olan həmin videogörüntülərin əks olunduğu 2 (iki) ədəd diskdəki videogörüntülərə müstəntiq R.S.Əliyev tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 13 iyul 2023-cü il tarixli protokolla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 190-191;).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2111 saylı, 11 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 1№li paketdəki 4 (dörd) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 5,872 qram, 9,171 qram, 1,370 qram, 0,209 qram, ümumi təmiz çəkisi 16,622 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,799 qram, 0,568 qram, 0,336 qram, 0,062 qram, ümumi təmiz çəkisi 2,765 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2№li paketdəki 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,196 qram, 3,499 qram, 3,273 qram, 13,546 qram, 0,167 qram, 0,173 qram, ümumi təmiz çəkisi 20,854 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,932 qram, 2,132 qram, 1,246 qram, 0,825 qram, ümumi təmiz çəkisi 11,135 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3№li paketdəki üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamada təmiz çəkisi 1277,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 345,7 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 11 (on bir) ədəd bükümdəki heroinin ümumi təmiz çəkisi 1314,876 qram (1 kq 314,876 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 9 (doqquz) ədəd bükümdəki metamfetaminin ümumi təmiz çəkisi 359,6 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. 1№li paketdəki heroinin təmiz çəkisi – 16,622 qram, tədqiqata sərf edildi – ümumi 0,12 qram, qalıq – 16,502 qram. 1№li paketdəki metamfetaminin ümumi təmiz çəkisi – 2,765 qram, tədqiqata sərf edildi – ümumi 0,12 qram, qalıq – 2.645 qram. 2№li paketdəki heroinin ümumi təmiz çəkisi – 20,854 qram, tədqiqata sərf edildi – ümumi 0,18 qram, qalıq 20,674 qram. 2№li metamfetaminin ümumi təmiz çəkisi – 11,135 qram, tədqiqata sərf edildi – ümumi 0,12 qram, qalıq – 11,015 qram. 3№li paketdəki heroinin təmiz çəkisi 1277,4 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 1277,2 qram. 3№li paketdəki metamfetaminin təmiz çəkisi 345,7 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 345,5 qram. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v. 50-55).

22. “Cinayət işininin icraata qəbul olunması haqqında” 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı X4 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 61-62).

23. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 74-75).

24. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək, vəsatətdə göstərilən xüsusatları təsdiq etməyərək bildirdi ki, saxlanılan zaman üzərində az miqdarda narkotik vasitə çıxmışdır və o həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Bölmədə polis əməkdaşları onu döyərək, təqdim etdikləri narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Buna görə də, o, məcbur olub həmin narkotik vasitələrin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. O, narkotik vasitə aludəçisi olsa da, lakin heç vaxt onların satışı ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs qeyd etdiklərini nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini xahiş etdi.” (Cild 1, i.v. 105-109).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 may 2023-cü il tarixli cavabından, iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökmlər üzrə məhkumluqları ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 2(iki) il 8(səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (Cild 1, i.v. 125-127; 130-137).

26. “Cinayət işininin icraata qəbul edilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X13 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 139-140).

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 25 iyun 2023-cü il tarixli, 3-16-21/1-668 nömrəli məktubun və həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(010)-287/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 8(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edilərək elektron monitorinq sistemində qeydiyyata alınmışdır. Elektron monitorinq sistemi üzrə məhkum Təqsirləndirilən şəxs izləmə məlumatlarına əsasən 9 aprel 2023-cü il tarixdə, saat 00:00-dan saat 00:33-dək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən X14 küçəsinin ətrafında, saat 00:33-dən saat 15:00-dək Bülbülə qəsəbəsində yerləşən yaşayış yerində, saat 15:00-dan saat 19:00-dək Suraxanı Zığ yolu Gəncə prospekti ilə hərəkət edərək İlqar Zülfüqarov küçəsinin ətrafında olmuş, saat 19:00-dan saat 20:00-dək Vunqtau, Məhəmməd Hadi, Mikayıl Əliyev küçələri, Aeroport şossesi ilə hərəkət edərək Bülbülə qəsəbəsində yerləşən yaşayış yerinə gəlmiş, saat 20:00-dan saat 21:00-dək Mövsüm Bəydəmirov, Əli Əsgərov, Səttar Bəhlulzadə küçələri ilə hərəkət etmiş, saat 21:00-dan 10 aprel 2023-cü il saat 09:00-dək isə yenidən Bülbülə qəsəbəsində yerləşən yaşayış yerində olmuşdur. Nəzarət subyekti Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə, saat 09:10-da yaşayış yerini tərk edərək Bülbülə qəsəbəsində yerləşən qaz idarəsinin ətrafına gəlmiş, saat 10:45-də həmin ərazidə olmuş, saat 10:46-da ərazini tərk edib Nəriman Nərimanov və Tahir Bağırov küçələri ilə hərəkət edərək saat 11:05-də Suraxanı rayon Polis İdarəsinə gəlmiş, saat 16:20-dək sonuncu ünvanda olmuşdur. Daha sonra saat 16:21-də Suraxanı rayon Polis İdarəsinin yerləşdiyi ərazini tərk edərək saat 16:30-da yaşayış yerinə qayıtmış, saat 16:56-da yaşayış yerini tərk edərək saat 17:05-də Suraxanı rayon Polis İdarəsinə getmiş, saat 17:05-dən 11 aprel 2023-cü il, saat 09:00-dək isə qeyd edilən sonuncu ünvanda olmuşdur. Məhkum Təqsirləndirilən şəxs saat 09:03-də isə mobil nəzarət qurğusunun enerjisi bitdiyi üçün sonrakı vaxta olan hərəkət trayektoriyasını müəyyən etmək imkan xaricində olmuşdur (Cild 1, i.v. 143-154).

28. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 6 may 2023-cü il tarixli, 1243 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, özünü psixoloji müdafiə etməyə meyillilik, inadkarlıq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı (Cild 1, i.v. 155-159).

29. “Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının” 23 iyun 2023-cü il tarixli, 4019 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 160-161).

30. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X9 tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 163- 164).

31. “Üzləşdirmədə dindirmə” 14 iyul 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 və Şahid2 arasında keçirilən üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər (cild 1, i.v. 196-202; 203-208).

32. “Sübutların qiymətləndirilməsi, əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi, cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 1 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 10 (on) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada olan ümumi təmiz çəkisi 1314,876 qram (1 kq 314,876 qram), tədqiqatlardan sonrakı çəkisi 1314,376 qram (1 kq 314,376 qram) narkotik vasitə heroin, 8 (səkkiz) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada olan ümumi təmiz çəkisi 359,6 qram, tədqiqatlardan sonrakı çəkisi 359,16 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Maddi X5 təhvil verilmiş, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 2 (iki) ədəd disk və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 25 iyun 2023-cü il tarixli, 3-16-21/1-668 saylı məktubunda qeyd edilmiş məlumatlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən onlar cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılması, habelə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmaqla ibtidai istintaqının aparılması qərara alınmışdır (Cild 1, i.v. 228-258).

33. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 1 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir (Cild 1, i.v. 260-261).

34. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 1 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ********* nömrəli cinayət işindən sonuncunun üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilmə mənbəyinə görə müstəntiq Ramil Əliyev tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılaraq ********* nömrəsi ilə icraata qəbul edilməklə istintaqı aparılır (Cild, 1, i.v. 288-293).

35. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.S.Əliyev tərəfindən 5 avqust 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 7 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 314-335;).

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 3713/2023 nömrəli məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilməsi və özünün deməsinə əsasən zədə almaması, o cümlədən şikayəti olmaması göstərilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir (Cild 2).

37. Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Ağayevin 21 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 1(010)-287/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 69.3-cü maddəsinə əsasən 2(iki) il 8(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx xxxxxx 1977-ci il təvəllüdlü, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 25 noyabr 2021ci il tarixdə qeydiyyata götürülmüşdür. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 7(010)- 502/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza müddəti 1 (bir) il azadılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasından 1 (bir) il 4 (dörd) ay 16 (on altı) gün çəkmiş, onun 4 (dörd) ay 12 (on iki) gün çəkilməmiş cəzası qalmışdır (Cild 2).

38. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X12 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülərək fiziki təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsindən rayon prokurorluğuna daxil olmuş məlumat 12-C-24 saylı material üzrə araşdırılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra döyülməsi və ona işgəncə verilməklə xəsarətlər yetirilməsi öz təsdiqini tapmadığından material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 5 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər müəyyən edilməmişdir(Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:

39. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

40. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroininin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

46. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumi təmiz çəkisi 1314,376 qram (1 kq 314,376 qram), yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 8762 dəfə, külli miqdarından isə təxminən 657 dəfə artıq olması, habelə ümumi təmiz çəkisi 359,16 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 2394 dəfə, külli miqdarından isə təxminən 179 dəfə artıq olması, çoxsaylı bükümlərə bükülməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

47. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, üzərindən və evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitənin olmaması, polis əməkdaşlarının onun evinə narkotik vasitə və psixotrop maddələri yerləşdirərək 18 dəfə videoçəkiliş aparmaları, məcburiyyət qarşısında qalaraq narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını boynuna alması ilə bağlı məhkəmədə ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

49. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

51. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

52. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

53. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

54. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması, pis rəftara məruz qalması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 36-cı bəndində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Bundan başqa, hökmün 18-20 və 38-ci bəndində göstərilənlərlə də Təqsirləndirilən şəxs hər hansı pis rəftara və sair hallara məruz qalması tam inkar olunur.

55. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ifadəsindən başqa digər sübutlarla da onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.

56. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

57. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

58. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

59. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

60. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

61. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

62. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

63. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

64. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

65. CM-in 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

66. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 46 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

67. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

68. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

69. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

70. Hökmün 25, 27 və 37-ci bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırda 4 (dörd) ay 12 (on iki) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.

71. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur.

72. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməlinə görə azadlıqdan məhrum emtə növündə cəza təyin edilməli və daha sonra CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.

73. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

74. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

75. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

76. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

77. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin 10 avqust 2023-cü il tarixli qərarı Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 30 avqust 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 14-15; 105-109; 349-352; Cild 2).

78. Beləliklə, məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 1 (bir) il müddətinə azaldılmaqla çəkilməmiş qalmış hissəsi, yəni 4 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 2 (iki) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.

79. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır.

80. Məhkəmə hökmün 29-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

81. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

82. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsində saxlanılan 10 (on) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada olan tədqiqatlardan sonra ümumi təmiz çəkisi 1314,376 qram narkotik vasitə heroin, habelə 8 (səkkiz) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada olan tədqiqatlardan sonra ümumi təmiz çəkisi 359,16 qram psixotrop maddə metamfetamin məhv edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 25 iyun 2023-cü il tarixli, 3-16-21/1-668 saylı məktubunda qeyd edilmiş məlumatlar və 2 (iki) ədəd “DVD” disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

83. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

84. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

85. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

86. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

87. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 1 (bir) il müddətinə azaldılmaqla çəkilməmiş qalmış 4 (dörd) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 2 (iki) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsində saxlanılan 10 (on) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada olan tədqiqatlardan sonra ümumi təmiz çəkisi 1314,376 qram narkotik vasitə heroin, habelə 8 (səkkiz) ədəd bükümdə və 1 (bir) ədəd bağlamada olan tədqiqatlardan sonra ümumi təmiz çəkisi 359,16 qram psixotrop maddə metamfetamin məhv edilsin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 25 iyun 2023-cü il tarixli, 3-16-21/1-668 saylı məktubunda qeyd edilmiş məlumatlar və 2 (iki) ədəd “DVD” disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar