Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-697/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2 müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1961-ci ildə Qusar rayonunun Gican kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı Qusar şəhəri, Sabir küçəsi-36 ünvanda yerləşən evdə əri Zərərçəkmiş şəxs sərxoş halda ona qarşı nalayiq söyüşlər söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağını əlinə götürüb həmin bıçaqla qarnının ön tərəfindən bir dəfə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs “qarının ön divarının sağ tərəfinin orta şöbəsinin qarın boşluğuna dəlib-keçən bir ədəd deşilmiş-kəsilmiş yarası” ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan xəsarət yetirib, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Qusar şəhərində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə təxminən 40 ildir ki birgə yaşayırlar və üç övladları vardır. Xaliq demək olar ki, hər gün spirtli içki qəbul edib evə gəlirdi və nalayiq söyüşlərlə onu söyüb təhqir edirdi. Hadisə günü, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələri idi, o şəhid olmuş qonşunun yas yerinə getmişdi. Daha sonra evə gəldi, qızı Natəvanla birlikdə yemək yedikdən sonra istirahət etmək üçün öz otağına keçdi. Bir qədər sonra, təxminən saat 20 radələrində həyat yoldaşı Xaliq tamamilə sərxoş vəziyyətdə evə gəldi. Heç onunla hal-əhval tutmamış birbaşa qonaq otağında olan televizoru qoşdu və yüksək səs verərək baxmağa başladı. Sonra isə onu və rəhmətlik valideyinlərini nalayiq söyüşlərlə söyməyə başladı. O Xaliqin rəhmətə getmiş valideynlərini söyməsinə çox əsəbləşmişdi. Ona görə də Xaliqlə sözlə mübahisə etməyə başladı. Daha sonra Xaliq televizoru söndürdü, öz otağına keçib uzandı və yenə də qışqıraraq, uca səslə onun və rəhmətlik valİdeyinlərinin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Həmin söyüşlər ona çox pis təsir etdi və bərk əsəbləşdi, özünü cilovlaya bilmədi, mətbəxə keçib orada olan bıçaqlardan birini götürüb Xaliqin otağına daxil oldu və Xaliqə yaxınlaşaraq mətbəx bıçağı ilə bir dəfə onun qarın nahiyyəsindən vurdu, sonra isə otaqdan çıxdı. Daha sonra Xaliqin qarın nahiyyəsindən qan axdığını gördü və tez telefonla Qusar rayon Mərkəzi Xəstəxanasına zəng edib məlumat verdi. Həkimlər Xaliqi xəstəxanaya apardılar. Bir qədər sonra polis əməkdaşları gəldilər və o Xaliqə xəsarət yetirdiyini etiraf etdi və bıçağı polis əməkdaşlarına təqdim etdi. Hal-hazırda münasibətləri normaldır, birlikdə yaşayırlar. Etdiyi əməldən çox peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 onun 40 illik arvadıdı, Ailə qurduqları gündən Yasəmənlə demək olar ki, teztez münaqişələri olurdu. Ancaq bunlar hər ailədə olduğu kimi kiçik münaqişələr idi. Heç vaxt böyük bir mübahisəri, davaları olmayıb. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat saat 20 radələrində sərxoş vəziyyətdə yaşadığı evə getdi və evə girib birbaşa qonaq otağına daxil oldu və televizoru qoşaraq yüksək səs verib baxmağa başladı. Yasəmən həm içkili olduğunu hiss etdiyi üçün, həm də televizorun səsini çox yüksəltdiyi üçün onunla aqressiv şəkildə danışmağa başladı. İçkinin təsirindən sərxoş olduğu üçün bütün təfərrüatları dəqiqliyi ilə xatırlamır. O televizoru söndürüb yataq otağında çarpayıda uzandı və sərxoş olduğu üçün içkinin təsirindən Yasəmənin özünün və valideyinlərinin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Xatırladığı qədərilə Yasəmən söyüşlərini davam etdirdiyi üçün bir neçə dəqiqə sonra əlində mətbəx bıçağı yataq otağına daxil oldu. O isə yenə də söyməyə davam edirdi, Yasəmən ona yaxınlaşdı və bıçaqla qarın nahiyyədən bir zərbə vurdu, qarnından qan açıldığını gördü, daha sonra isə huşunu itirib yerə yıxıldı. Yerə yıxıldıqdan bir neçə dəqiqə sonra Yasəmən kömək edib onu ayağa qaldırmağa çalışdığı üçün bir qədər ayıldı, Yasəmən kömək edərək, ayağa qaldırdı. Daha sonra isə X7 avtomobili gəldi və onu Qusar rayon Mərkəzi Xəstəxanasına apardılar. Vurulmağının səbəbkarı elə özüdü. Hazırda arvadına qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisənin səbəbkarı özü olduğu üçün onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynası, Təqsirləndirilən şəxs isə qaynanasıdır. O 2014-cü ildə onların qızı Səadətlə ailə həyatı qurmuş. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələri idi, Qusar rayonu Köhnə Xudat kəndində yaşadığı evində olan zaman arvadı Səadətin mobil telefonuna zəng gəldi. Səadət telefonla danışıb qurtardıqdan sonra zəng vuran kim olduğunu soruşanda, Səadət dedi ki, zəng edən atası idi, anası atasını bıçaqlayıb və indi də xəstəxanadadır. Bundan sonra o nə baş verdiyini öyrənmək üçün qaynası Yasəmənin yaşadığı evə getdi. Ancaq Yasəmən evdə yox idi, Qusar rayon polis şöbəsinə aparıldığını fikirləşdi və şöbənin qarşısına getdi. Orada qaynanası ilə görüşdü. O ona əri ilə mübahisə etdiyini və onu söyməsi səbəbindən mətbəx bıçağı ilə qarın nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirdi. Qaynatası tez-tez spirtli içki qəbul etdiyi və qaynası Yasəmənə qarşı nalayiq ifadələr işlətdiyi üçün onların aralarında sözlə mübahisə yaranırdı, hazırda onlar barışdığı üçün birgə yaşayırlar. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, X4 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan tələbnamədən və Qusar rayon məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə X3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2(iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəmə-soyuq silah ekspertizası” üzrə xx xxxxxx 2020-ci il tarixli, 3/1895 saylı rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ; Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat- məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Qusar rayon şöbəsinin “məhkəmə-tibbi ekspertiza” üzrə xx xxxxxxx 2020-ci il tarixli, 592 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarının ön divarının sağ tərəfinin orta şöbəsinin qarın boşluğuna dəlib-keçən bir ədəd deşilmiş-kəsilmiş yarası kənarı iti əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxxx 2020-ci il tarixdə bıçalqa vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxs X4 ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işində olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 cinayəti etiraf edib, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qusar RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs X3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X1 müddəti ərzində davranışına nəzarət Qusar rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Qusar RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-697/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-697/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver