Məhkəmə qərarları › İş №1(101)-697/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-697/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-697/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, ev 33-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, ev 26da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, külli miqdarda narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuana əldə edib bir qismini yaşadığı evdə saxlamış, bir qismini isə üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 sentyabr 2022-ci il tarixdə, saat 23:20 radələrində o, ünvan 1 ünvanının yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikdən sonra, 19 sentyabr 2022-ci il tarixdə saat 00:35-dən etibarən şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda, yəni çəkisi 46,327 qram təşkil edən kristar şəkilli kusta üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək görürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 01:35-dən etibarən Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən evə baxış keçirilən zaman evin yataq otağındakı çarpayının altından sonuncuya məxsus 01 ədəd bükümdə külli miqdarda, yəni cəkisi 1008 qram təşkil edən kristal şəkilli kusta üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə külli miqdarda, yəni çəkisi 1998 qram təşkil edən kustar üsulla hazırlanmış nakotik vasitə heroin, 01 ədəd bükümdə, yəni çəkisi 205,969 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən küstar üsulla hazırlanmış olan narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd üzərlərində narkotik vasitə heroinin izləri olan “SF-400” markalı və “SF-400C” markalı elektron tərəzilər aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs məxsus ümimilkdə təmiz çəkisi 1054,327 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin, təmiz çəkisi 1998 qram təşkil edən külli miqdarda nakotik vasitə heroin və təmiz çəkisi 205,969 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana müəyyən edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 2 ay əvvəl İran İslam Respublikasından adı “Adışirin” olan bir şəxslə sosial şəbəkələr vasitəsi ilə tanış olmuş, özü marixuana istifadəçisi olduğu üçün ondan marixuana istəmişdir. ”Adışirin”-də söz vermişdir ki, ona marixuana göndərəcək, marixuananı Azərbaycan Respublikası ərazisində daha doğrusu, Bakı şəhəri Mərdəkan qəsəbəsində müəyyən yerə qoyaraq həmin yeri ona bildirərək marixuananı ona çatdıracaq. O, “Adışirin”-ə 200 qram qurudulmuş marixuana sifariş vermiş, “Adışirin”-in əvvəlcədən bildirdiyi Bakı şəhəri Nəsimi rayonu “Qış parkı” ərazisində tutulmamışdan 1 həftə əvvəl gedib kuryerin həmin narkotik vasitəni qoyduğu yerdən götürmüşdür. Qeyd etmək istəyir ki, kuryerin parkın ərazisində ona çatası olan sellofan bükümü qoymasını görmüşdür. Həmin sellofan bükümü götürdükdə ona məlum olmuşdur ki, marixuanadan savayı bükümdə heroin və metamfetamində olmuşdur. Lakin o onları “Adışirin”-ə sifariş etməmişdir, “Adışirin” həmin əşyaları ona özbaşına göndərmişdir. Onu xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində polis əməkdaşları saxlamış, polisdə üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cibindən həmin sellofan bükümü özü polisə təqdim etmişdir. Evində də axtarış olmuşdur, lakin evində heç nə aşkar edilməmidşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu saxlanıldığı xx.xx.2022-ci il tarixdə o, xəstəxanada olmuş, orada müalicə olunurdu. O,birinci Qarabağ müharibəsinin iştirakçısı və əlilidir. Bakı şəhərində kirayə yaşamaqla tikinti ustasıdır. Kirayədə yaşadığı evdə halhazırda tək yaşayır. Oğlanları Əziz və Rəşad narkotiklə bağlı tutulmuşlar. Özünün «Opel Astra» markalı maşını var, həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq özünü dolandırır. Oğlu Elmirin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onun özü də narkotikə görə məhkum olunmuş və hal-hazırda 6 saylı CÇM-də cəza çəkir. O, atası və qardaşı Təqsirləndirilən şəxs ayrı yaşamış, tikintidə ustalıq etməklə ailəsini dolandırırdı. Qardaşının tutulmasını bilməmiş, xx.xx.2022-ci ildə atası ona zəng edərək Elmiri narkotik vasitələrin satışı ilə əlaqədar saxlanıldığını bildirmişdir. Həmin vaxta qədər qardaşı Elmirin belə işlərlə məşğul olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Səbail rayon İşərişəhər, Qala küçəsi 29-də yerləşən evini Təqsirləndirilən şəxs hadisədən 2 ay əvvəl kirayə vermişdir. Elmir həmin evdə tək yaşamışdır. xx.xx.2022-ci il tarixdən sonra ödənişlə bağlı Elmirə zəng etdikdə sonuncunun telefonuna zəng çatmamışdır. Bundan sonra Elmirin atası əlaqə saxladıqda bilmişdir ki, Elmir narkotiklə bağlı 18 sentyabr 2022-ci il tarixdə həbs olunmuşdur. Elmir onun evində kirayə yaşadığı dövrdə yalnız bir dəfə evinə getmiş, şübhəli heç bir şey görməmişdir. Elmirin narkoman olmasını da hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə bağlı tanımışdır. Belə ki, 18 sentyabr 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, rəhbərliyin əmri ilə yaradılmış əməliyyat qrupuna rəhbərliyi o etmiş, əməliyyat qrupunun üzvü isə həmkarı Şahid2 təyin edilmişdir. Həmin tarixdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 24 radələrində Bakı şəhəri, Səbail rayonu Kiçik Qala küçəsi 26 nömrəli evin yaxınlığında saxlanılaraq işlədikləri idarənin inzibati binasına gətirilərək Təhqiqat Qrupunun təhqiqatçısı X5 iş otağında dəvət edilmiş vəkil X4 iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd «SAMSUNG» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan əşyaları xatırlamır. Çünki tədbirdən xeyli müddət keçmişdir. Onu xatırlayır ki, Təqsirləndirilən şəxs metamfetaminə bənzər maddəni İİR-sı vətəndaşından əldə etdiyini, həmin iranlının göstərişi ilə ona veriləcək marixuana müqabilində narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerləri iranlının vatçapla göndərdiyiy fotoşəkillər əsasında götürüb zakladka qoymaq üçün evində saxlamışdır. Həmin iranlının «Adışirin» adı ilə tanıdığını, üzərindən aşkar olunmuş maddədən savayı evində də qanunsuz əşyaların olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərindən aşkar olunmuş maddə ilə bağlı təhqiqatçı tərəfindən rəsmiləşdirmə aparıldıqdan sonra proses iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmış, orada video-çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs kirayə yaşadığı Səbail rayonu Kiçik Qala küçəsindəki 26 nömrəli evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altından 2 kq heroin, 1 kq metamfetamin, 200-250 qram marixuananı çıxarıb onlara təqdim etmiş və bildirmişdir ki, həmin qanunsuz əşyaları Adışirin adlı iranlının bildirdiyi yerlərdən götürüb evinə gətirmişdir. Hər iki baxış müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi , guya həmin maddələri motoskletdə evində saxlaması barədə ifadəsi həqiqətə uyğun deyildir. Həmin maddələr Təqsirləndirilən şəxs kirayə yaşadığı evdə yatağın altından sonuncu tərəfindən onlara təqdim edilmişdir. Saxlanılan və baxışlar keçirilən zaman Təqsirləndirilən şəxs qarşı istər onun, istərsə də həmkarları tərəfindən heç bir fiziki zor və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında, idarəyə dəvət edilməsində, yzərinə və evinə keçirilən baxışlarda iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirildikdə xatırladığı qədər metamfetamin aşkar edilmiş, həmçinin evinə baxış zamanı yataq otağındakı çarpayının altından Təqsirləndirilən şəxs şəxsən özü külli miqdarda olan 2 kq heroin, 1 kq metamfetamin, 200-250 qram marixuananı çıxarıb onlara təqdim etmiş və bildirmişdir ki, həmin qanunsuz əşyaları Adışirin adlı iranlının bildirdiyi yerlərdən götürüb evinə gətirmişdir. Hər iki baxış müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmışdır. Həmin maddələr Təqsirləndirilən şəxs kirayə yaşadığı evdə yatağın altından sonuncu tərəfindən onlara təqdim edilmişdir. Saxlanılan və baxışlar keçirilən zaman Təqsirləndirilən şəxs qarşı istər onun, istərsə də həmkarları tərəfindən heç bir fiziki zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 sentyabr 2022-ci il tarixdə, saat 23:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxararaq masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış zamanı şalvarın sol yan cibindən 01 ədəd «SAMSUNG» markalı mobil telefon, 02 ədəd açar, 01 ədəd plastik bank kartı və 10 manat pul aşkar edilərək götürülmüdür. 02 ədəd açar və 10 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini bir həftə bundan əvvəl mobil telefonundakı «instaqram» vasitəsi ilə tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən «Adışirin» adlı şəxsin göstərişi ilə Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək onun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, təxminən bir aydır ki, tanış olduğu «Adışirin» adlı şəxsin göstərişi ilə narkotik vasitələri dediyi ünvanlara çatdırdığı üçün ona 1000 manat pul ödənilməsini bildirmişdir. Həmçinin o, yaşadığı evdə narkotik vasitə olduğunu və polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi və götürmə aparılması haqqında» 19 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış müdafiəçinin iştirakı ilə vedoçəkiliş aparılmaqla keçirilimiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altından 01 ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Aşkar edilmiş həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması vaxtdan, yəni 18 sentyabr 2022-ci il tarix, saat 23:20-dan tutulmuş hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 6/5311 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 7» möhür əksi, «Təqsirləndirilən şəxs təqdim etdiyi…» və s. Yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 46,327 qram və polietilen bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 1008 qram, ümumilikdə təmiz çəkiləri 1054,327 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Kağız paketdəki və polietilen bağlamadakı metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 1998 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. «SF-400» markalı və «SF-400C» markalı elektron tərəzilərin üzərində narkotik vasitə – heroin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarxli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), «Metamfetamin» Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 7/1056 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, skoçla bağlanmış polietilen bağlamada bir ədəd şəffaf sellofanda təmiz çəkisi 205,969 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5924 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung-Gallaxy A10» markalı mobil telefon cthazından istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsindən 01 iyun 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək olan müddətdə müxtəlif mobil nömrələr arasında iş üçün əhəmiyyət kəsb etməyən internet vasitəsi ilə danışıqlar və SMS yazışmaları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Leobank” məlumatları köçürülmüş diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə bankomatdan pul çıxarması görüntülənir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1997 qram heroin, 1054,127 qram metamfetamin və 205,919 qram marixuana, 01 ədəd «Samsung-Gallaxy A10 markalı mobil telefon, 02 ədəd «SF-400C» markalı elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət təqibi üzrə icraatın ayrılması haqqında” qərardan müəyyən olunur ki, ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmşdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ilkin xx.xx.2022-ci il tarixli izahatından, müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində qismində verdiyi və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadələrindən müəyyən olunur ki, üzərindən və yaşadığı evdə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İİR-sı vətəndaşı kimi təqdim edən «Adışirin» adlı şəxsin göstərişi ilə Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək onun deyəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etmiş, həmin şəxsin göstərişi ilə narkotik vasitələri dediyi ünvanlara çatdırdığı üçün ona 1000 manat pul ödənilməsi barədə razılıq əodə edilməsini bildirmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə yanaşı iki ədəd kiçik elektron tərəzilərin aşkar olunması ona dəlalət edir ki, bu tərəzilər qanunsuz əşyaların bükümlərə yerləşdirərək satışa yönəldilməsinə xidmət etmişdir. Bunu ilkin izahat və ifadəsində özü də etiraf etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və bu protokollara əlavə olunmuş CD disklərdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 18 sentyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumirejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1997 qram heroin, 1054,127 qram metamfetamin və 205,919 qram marixuana, «SF-400» markalı və «SF-400C» markalı elektron tərəzilər məhv edilməli, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd «Samsung- Gallaxy A10» markalı mobil telefon atası Şahid4 verilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 162 (yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə 120 AZN (yüz iyirmi manat) pul ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1997 qram heroin, 1054,127 qram metamfetamin və 205,919 qram marixuana, «SF-400» markalı və «SF-400C» markalı elektron tərəzilər məhv edilsin, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd «Samsung-Gallaxy A10» markalı mobil telefon atası Şahid4 qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 162 (yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar