Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-697/2024 11.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan külli miqdarda, 01 ədəd bükümdə olan təmiz çəkisi 11,833 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 22 iyun 2023-cü il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Nizami küçəsində yerləşən "xxxx" ASC-nin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən, ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış və təmiz çəkisi 11,833 qram təşkil edən külli miqdarda, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, narkoman deyil, dindardır, atası da dindar olmuşdur. O, «Ələsgər» deyilən yerdə meyvə mağazasının qarşısında durub taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, 20 ildir ki, kənddə yaşayır, kəndin ağsaqqalları və cavanları, hamısı onun ailəsinin əxlaqını bilmişlər. Onlar dövlətə və millətə vurğundurlar. Onu 22 iyun 2023-cü il tarixdə, yəni tutulduğu gündən 4 gün qabaq polis idarəsinə çağırmışlar. Elnur onu dindirib danışdırmış və DİN-in nümayəndəsi gəlmişdir. O, Xəzər RPİ-də təxmini 4-5 saat olmuşdur. X14 Respublikasına gediş-gəlişinin olduğunu soruşmuşlar. O, yoldaşının 2-ci qrup əlil, asma xəstəsi olduğunu sonuncunu bu gün aparıb səhər qayıtdıqlarını, ziyarətdə olduğunu bildirmişdir. Onun avtomobili Oba marketin yanında qalmışdır. O, açarı vermiş, onsuz gedib avtomobili gətirmişlər. Avtomobilinin içini yoxlamışlar, daha sonra onu Xəzər RPİ-nin 1-ci PB-yə yola salmışlar. Onu Xəzər RPİ-nin 1-ci PB-dən buraxmışlar, telefonunu dinləmək üçün almışlar. Nömrənin birini ona vermişlər, bundan 4 gün keçmiş, o, Xəzər RPİ-nin 1-ci PB-nin yanında Kapital bankın yanına müştəri aparmışdır. Saat təxmini 12:40 radələrində müştərini düşürdən kimi 3 nəfər onun qoluna girmişlər. O, məsələnin nə olduğunu bilmiş və özünün gedəcəyimi bildirmişdir. O, gedib içəri girmişdir. Ona bildirmişlər ki, «narkotik vasitə sənindir». O, narkotik vasitənin onun olmadığını, heç narkotik vasitənin adını bilmədiyini qeyd edəndə ona «ya narkotik vasitə, ya da dövlətə xəyanətlə ittiham olunacaqsan» bildirmişlər. Onun qardaşı 4 il müharibədə olmuşdur. 44 günlük Vətən müharibəsində o, şəkər xəstəsi ola-ola adını könüllü yazdırmışdır. Ona 5-6 kq narkotik vasitəni boynuna qoyacaqlarını, nəyə görə belə olduğunu onun bildiyini qeyd edəndə o, uşaqlarının olduğunu, qızının 1-ci qrup əlil olduğunu, belə etməmələrini bildirmişdir. Onu aldadaraq ayağına qandal vurulacağını, ev dustaqlığına buraxılacağını bildirdilər. Siqaret qutusunu şəffaf sellofana bükmüşlər, təxminən 2 saat güşə düzəltməyi, çəkilişdəki adamların gəlməsini gözləmişlər. 4-5 nəfər gəlmişlər, narkotik vasitəni cibinə qoymuşlar. O, siqaret çəkmir, araq mağazasından alver etmir. Narkotik vasitənin heç 1 faizi də onun deyil. O, prokurorluqda da etirazını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə narkotik vasitənin nə olduğunu bilmədiyini qeyd etmişdir. Müstəntiq orada ona imza çəkdirmək istəmişdir. O, imza çəkməkdən imtina etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, malyar olmuş, şəkər xəstəsi olduqdan sonra işləməmişdir. Namaz qılmış, mədrəsədə oxumamışdır. İran İslam Respublikasına 4 il bundaq qabaq olmuşdur. Həyat yoldaşını xəstəxanaya aparmışdır. O, 2017-ci ildə 1 dəfə həcc ziyarətində olmuşdur. İranda məşəddə olmuşdur. O, ittiham aktında göstərilən vaxtda tutulmuşdur. 1-ci polis bölməsinə getmiş, daha sonra MSY-yə getmiş, vəkili olmuşdur. MSY-də müstəntiq imza çək deyəndə o, imzalamışdır. O, saxlanılanda onu heç kim görməmişdir. Ona yarım saat qabaq darvazanın yanında tapdığını deməsi bildirilmişdir. O da deyildiyi kimi demişdir. 12:40-dan yarım saat əvvəl Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Ələsgər adlanan meyvə mağazasının yanında olmuşdur. Telefon onlarda qalmış, nar nömrəsini ona vermişlər. 2 telefonun ikisi də orada qalmışdır, biri oğlunun olmuş, biri də onun olmuşdur. Polis əməkdaşları onların evlərinə gəlməmişlər. O, müstəntiqə bunların hamısını yazıb bildirmişdir. Qızı birinci qrup əlildir. 2 qulağı eşitmir, heç vaxt ana ol bilməyəcək, xəstəliyi var, neçə ildir ki, müalicə alır. 234.1-ci maddə ilə cinayət işinin başlandığını bilmişdir. O, prokurorluqdan qayıdanda MSY-də olanda ittiham olunduğu maddənin CM-in 234.4.3-cü maddəsi olduğunu bilmişdir. Müstəntiq ona imza çəkdirmək istəmiş, o, imtina etmişdir. O, İran İslam Respublikasının Ərdəbil şəhərində olmuşdur. Qum şəhərinə 4-5 saatlıq ziyarət üçün gedib qayıtmışdır. Heç bir iranlı ilə əlaqəsi olmamışdır. 1-ci şöbəsində onu döyməmişlər, təhdid etmişlər. Onu xx.xx.2023-cü il tarixdə, saat 12:45 radələrində 1-ci PŞ ilə avtomobilin arasında 15 metr aralı məsafədə saxlamışlar. Onu ən çox təhdid edən polis əməkdaşlarından biri də Şahid1 olmuşdur. Baxış zamanı üzərindən möhür, təsbeh, əl dəsmalı və avtomobilinin açarı aşkar olunmuşdur. Polis əməkdaşları onu video çəkiliş zamanı narkotik vasitəni darvazanın qarşısından tapdığını söyləməyi məcbur etdilər. Ailə üzvləri ilə təhdid etdikləri üçün polis əməkdaşlarının dedikləri kimi demişdir. Saxlanıldığı gündən əvvəl 18-i tarixdə də onu 1-ci PŞ-yə dəvət etmişlər. Həmin vaxt Şahid1 orda olmamışdır. xx.xx.2023-cü il tarixdə 1-ci PŞ-yə dəvət olunanda Elnur müəllim işlətdiyi ***- ***-**-** mobil nömrənin onda qalmağını istəmişdir. Digər nömrəni isə özünə qaytarmışdır. xx.xx.2023-cü il tarixdə saxlanılanda isə ***-***-**-** mobil nömrə üzərində olmuşdur. Şahid2 ona qarşı heç bir psixoloji təsir və ya təzyiq göstərməmişdir. Şahid2 1-ci PŞ-yə sonradan gəlmişdir. Şahid2 şəxsi axtarış götürmə zamanı video çəkiliş etmişdir. Video çəkilişdə üzərindən möhürün və təsbehin çıxması öz əksini tapmışdır. Şahid3, Şahid4 tərəfindən ona qarşı heç bir psixoloji təsir və ya təzyiq göstərilməmiş, sadəcə Şahid4 buraxılacağı ilə aldadaraq sənədlərə imza etdirmişdir. Özünün şəkər xəstəsi, arvadının 2ci qrup, qızının 1-ci qrup əlil olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ay öncə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə rəhbərliyə məruzə etmişlər. Əməliyyat-axtarış tədbirləri keçirtmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının iştirakı ilə birlikdə baxış keçirtdikdə sonuncunun üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən 3 ay bundan öncə günorta radələrində baş vermişdir. Təqsirləndirilən şəxs Xəzər rayonu, Şüvəlan qəsəbəsinin girişində, Kapital bankın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşanda narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli şəxs kimi saxlanılmasını izah etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs saxladıqdan 5 dəq sonra Xəzər RPİ-nin 1-ci PŞ-yə gətirmişlər. Əməliyyat tədbirinə avtomobillə getmişlər, amma kimin avtomobilinin olması tam yadında deyil. Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli şəxs olduğu üçün sonuncunu aidiyyatı üzrə təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı da saxlanılan şəxs narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olduğu üçün üzərinə video çəkilişlə baxış keçirtmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin çəkisi və növü yadında deyil. Təqsirləndirilən şəxs dini məsələ ilə saxlanılması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 2011-ci ildən DİO-da, 2023-cü ilin yanvar ayından isə Xəzər RPİ-nin 1ci PŞ-də işləyir. Hal-hazırda işlədiyi Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati ərazisinin sakinlərini yavaş-yavaş tanımağa başlayır. Təqsirləndirilən şəxs saxlanılmazdan qabaq tanımamış, barəsində əvvəllər eşitməmişdir. Təqsirləndirilən şəxs 3 ay bundan öncə günorta radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılması barədə ona bir neçə saat öncə xəbər verilmişdir. Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat daxil olandan sonra rəhbərliyə məruzə edilmiş və dərhal əməliyyat qrupu yaradılmışdır. Qrupun da bir üzvü o, olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı yerə avtomobil ilə getmişlər, amma saxlanılan şəxsi 1-ci PŞ-yə necə gətirdikləri yadında deyil. Təqsirləndirilən şəxs saxlanılmazdan qabaq Xəzər RPİ-nin 1-ci PŞ-də görməmişlər. Təqsirləndirilən şəxs saxlanılmazdan qabaq 1-ci PŞ-yə gətirilib-gətirilməməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs 1-ci PŞ-yə gətirildikdən 1-2 saat sonra üzərinə baxış keçirilmişdir. Təhqiqatçının otağında o, Şahid2, Şahid3 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təhqiqatçı saxlanılan şəxsə üzərində qanunla qadağan olunan əşyanın olub-olmamasını soruşanda, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Sonra narkotik vasitə qablaşdırılıb tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan əldə etməsi barədə nə dedikləri yadında deyil. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması göstərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə sonradan növbəti əməliyyat-axtarış tədbirlərin davam etdirilib-etdirilməməsi yadında deyil. Təqsirləndirilən şəxs barəsində məlumat Xəzər RPİnin 1-ci PŞ-nin digər əməkdaşına daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində əvvəllər məlumatları olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncun üzərindən narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində daha nəsə aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman telefonunun üzərində olması yadında deyil. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid3 və Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxs məhkəmə prosesində dediklərinin hamısı yalandır. Təqsirləndirilən şəxs cinayətdən yayınmaq üçün belə ifadələr bildirir. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xəzər RPİnin 1-ci PŞ-nin əməkdaşlarına Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O da həmin günü 1-ci PŞ-nin polis əməkdaşlarına kömək məqsədi ilə getmişdir. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən Kapital bankın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs saxlanılmasının səbəblərini izah etdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-yə dəvət etmişlər. 1-ci PŞ-də müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən sellofana bükülmüş narkotik vasitəyə bənzər kristal maddə aşkar olunmuşdur. Təhqiqatçı həmin maddənin tərkibinin müəyyən olunması üçün qablaşdırıb ekspertizaya göndərmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasından əvvəl 1-ci PŞyə gətirilməsi barədə məumatı yoxdur, ilk dəfə sonuncunu görmüşdür. 1-ci PŞ-nin əməkdaşlarına Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O da həmin günü 1-ci PŞ-nin polis əməkdaşlarına kömək məqsədi ilə getmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir narazılıq, etiraz və müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təhdid, hədə-qorxu və ya psixoloji təsir, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs dini baxışlarına, dindar olması kimi hallara görə tutulması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs nə işlə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumat Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra 1-ci PŞ-yə piyada aparmışlar. Təqsirləndirilən şəxs günorta saat 12:00-13:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs 1-ci PŞ-yə gətirdikdən sonra müdafiəçi təyin olunmuş və müdafiəçi gəkdikdən sonra saxlanılan şəxsin üzərinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs 1-ci PŞ-yə gətirdikdən yarım və ya bir saat sonra üzərinə baxış keçirtmişlər. S.Sultanovun üzərinə baxış keçirilən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən möhür, təsbeh aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxs əvvəllər 1-ci PŞ-yə gətirilməsi barədə, nə üçün gətirilməsi barədə də məlumatı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər 1-ci PŞ-yə gətirilməsi barədə nə üçün etirazlarını bildirməsinin səbəblərini bilmir. Təqsirləndirilən şəxs dediyinə görə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Ələsgər adlanan marketin yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığı yerin ətrafında ərazi üzrə polis əməkdaşları əməliyyat axtarış tədbirləri aparmışlar. Sonradan Təqsirləndirilən şəxs ailə üzvlərinin nə işlə məşğul olmaları, sonuncunun narkotik vasitələrlə nə cür əlaqəsi olması barədə araşdırmalar aparılmışdır. Təqsirləndirilən şəxs barəsində şəxsən ona heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması barədə ya saxlanılan gün, ya da saxlanılan gündən bir gün əvvəl göstəriş verilmişdir. Təqsirləndirilən şəxs saxlanılması üçün təxminən, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun yaradılması ilə bağlı qərarla tanış olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumat Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 daxil olmuş, qrup rəhbərinin Şahid1 olduğunu bilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat ətrafında əməliyyat axtarış tədbirləri keçirtmişlər, amma sonuncun narkotik vasitəni kiməsə satması və ya verməsi barədə məlumat əldə etməmişlər. Təqsirləndirilən şəxs barəsində məlumat Şahid1 daxil olmuşdur, o, isə məlumata əsasən yaradılmış qrupun üzvü olmuşdur. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xəzər RPİnin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla rəhbərliyə məruzə etmişlər. Əməliyyat-axtarış tədbirləri keçirtmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən "xxxx" ASC-nın yaxınlığında tərəflərindən saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞyə dəvət etmişlər. 1-ci PŞ-də təhqiqatçı video çəkilişlə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllə şəkildə üzərində olan narkotik vasitə metamfetamini təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evin yaxınlığında, qapının yanında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında, günorta radələrində saxlamışlar. Xəzər rayonu, Şüvəlan qəsəbəsinin girişində, Kapital bankın yaxınlığında avtomobilindən düşərkən saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs yaxınlaşanda şübhəli şəxs kimi Xəzər RPİ-nin 1-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə müdafiəçi gəldikdən sonra baxış keçirtmişlər. Təqsirləndirilən şəxs əvvəllər Xəzər RPİ-nin 1-ci PŞ-də görməmişdir. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 xidmət apardığı inzibati ərazinin sakinidir. Ümumiyyətlə, şübhəli şəxs barəsində məlumat daxil olandan sonra şəxsin nə işlə məşğul oması barədə məlumatlar əldə edirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisi yadında deyil. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs Xəzər rayonu, Şüvəlan qəsəbəsinin girişində, Kapital bankın yaxınlığında avtomobilindən düşərkən saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşanda özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşanda şübhəli şəxs kimi Xəzər RPİ-nin 1-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra Xəzər RPİ-nin 1-ci PŞ-yə piyada gəlmişlər. Təqsirləndirilən şəxs saxlanılıb 1-ci PŞ-yə gətirildikdən sonra sonuncunun avtomobili saxladıqları yerdə qalmışdır. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirtməmişlər. Piyada Təqsirləndirilən şəxsla birgə Xəzər RPİ-nin 1-ci PŞ-yə gedərkən sonuncu onlara qarşı heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-yə daxil olandan sonra əvvəllər də Xəzər RPİ-nin 1-ci PŞ-də olması barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxsla birgə Xəzər RPİ-nin 1-ci PŞ-yə gəldikdən sonra müdafiəçi gəldiyi ana qədər sonuncunun yanında olmuşlar. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid1 və Şahid2 iştirak etmişlər. Şahid2 Təqsirləndirilən şəxs 1-ci PŞ-də olmasını deməsi barədə dediyi sözləri eşitsədə o, elə bir söz eşitməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman avtomobilin açarı və təsbeh aşkar olunmuşdur. Təqsirləndirilən şəxs namaz qıldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evin qapısının yanından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni özü könüllü təqdim etdiyi üçün narkotik vasitələrin dövriyyəsi ilə bağlı və narkotik vasitəni tapdığı yer ətrafında əməliyyat axtarış tədbirləri aparmamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış video çəkilişlə 1 dəfə aparılmışdır. Təqsirləndirilən şəxs barəsində məlumat hadisə baş verən günü daxil olmuşdur. Tədbirlə bağlı əməliyyat qrupu hadisədən 1 saat əvvəl yaradılmışdır. Qrupun üzvləri o, Şahid1 və Şahid2 olmuşlar. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən mobil telefonun aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən və onun yanında digər polis əməkdaşları tərəfindən heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə əməliyyat qrupunun üzvü olmuşdur. Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Xəzər RPİ-nin 1-ci PŞ-yə gətirilmişdir. 1-ci PŞ-yə gətirilmiş şəxs raportla rəisə məruzə olunmuşdur. Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi araşdırma aparılması üçün gətirilmiş şəxsi ona həvalə etmişdir. 1-ci PŞ-də onun iştirakı ila video çəkilişlə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyanın olmadığını bildirmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış aparılan zaman sonuncun üzərindən 1 büküm narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərində olan avtomobilin açarını, pul və təsbehi könüllü təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o təhqiqatçıdır, prosessual hərəkətləri həyata keçirir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Sonradan ekspertin rəyindən müəyyən olunmuşdur ki, aşkar olunan narkotik vasitə metamfetamin idi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni yaşadığı evin yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-yə gətirildiyini xatırlasa da, hansı saat gətirildiyi dəqiq yadında deyil. Təqsirləndirilən şəxs üzərinə Şahid1, Şahid3, Şahid2 və müdafiəçinin iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış onun xidməti otağında aparılmışdır. Təqsirləndirilən şəxs hardan onun xidməti otağına gətirilməsini bilmir. Təqsirləndirilən şəxs əvvəllər nə işlə məşğul olması barədə maraqlanmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2023-cü il tarixdə günorta radələrində ona təhvil verilmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinin dərkanarı ilə Təqsirləndirilən şəxs barəsində prosessual hərəkətlərin aparılması ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs barəsində prosessual hərəkətlərin aparılması ona həvalə ediləndən sonra sonuncunun saxlanılması barədə əməliyyat qrupu yaradıldığını bilmişdir. Təqsirləndirilən şəxs saxlanılması barədə əməliyyat qrupunun nə vaxt yaradılmasını bilmir. Xəzər RPİ-nin 1-ci PŞ-də 2017-ci ildən xidmət aparır. Təqsirləndirilən şəxs əvvəllər Xəzər RPİ-nin 1-ci PŞ-də görməmiş və sonuncu barəsində heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üzərindən pul, təsbeh və açar aşkar olunmuş və aşkar olunanlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Hadisədən 4 ay keçdiyindən Təqsirləndirilən şəxs üzərində telefonun olub-olmaması yadında deyil. Təqsirləndirilən şəxs əvvəllər Xəzər RPİ-nin 1-ci PŞ-də olması barədə ona heç bir fikir bildirməmişdir. Təqsirləndirilən şəxs əvvəllər nə işlə məşğu olması barədə məlumat əldə etməmişdir. Təqsirləndirilən şəxs dindar olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs üzərindən təsbeh aşkar olunmuşdur, lakin möhür aşkar olunmamışdır. Təqsirləndirilən şəxs onun suallarına səmimi cavab vermişdir, heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs onun xidməti otağında təxminən 1 saat yarım olduğu vaxt namaz qıldığını görməmişdir. Təqsirləndirilən şəxs 15-ə yaxın sənədlərə könüllü imza etmişdir. Təqsirləndirilən şəxs hər hansısa sənədə imza etməmək öz hüququdur. Təqsirləndirilən şəxs istintaqdakı sənədlərə niyə imza etmədiyini bilmir. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı ona heç bir etiraz bildirməmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evdə olmaqları barədə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdid olunması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ailə üzvlərinin sonuncun saxlanılması ilə əlaqədər ifadələri alınmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etməmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğunu və həmin maddənin sanksiyasını başa salmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. 22 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 11-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs anket məlumatları öyrənilmiş və onun xx.xx.1977-ci ildə Biləsuvar rayonunda doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 11-də qeydiyyatda olduğu və yaşadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, onun, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 22 iyun 2023-cü il tarixdə, saat 12:40 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən "xxxx" ASC-nın yaxınlığında hərəkətdə olduğu zaman Təqsirləndirilən şəxs saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və bu barədə tərəfindən tərtib edilmiş raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən təhqiqat şöbəsinə göstəriş verilmiş və təhqiqatçı, polis kapitanı Şahid4 tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında onun, Xəzər RPİ-nin CAŞ-nin əməmliyyat müvəkkili polis kapitanı Şahid2, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış, baxış və götürmə keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirdikdə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı barədə xəbərdarlıq etmişdir. Bundan sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bundan sonra üzərində olan digər əşyaları, yəni özünə məxsus avtomobilinin açarı, iki ədəd digər açarlar, pul əskinasları, bir ədəd qəhvəyi rəngli təsbeh və kağız parçalarını çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümün içərisində olan maddə psixotrop maddə olan metamfetamindir və o, həmin metamfetamini xx.xx.2023cü il tarixdə, səhər saatlarında yaşadığı evin yaxınlığında, yəni həyətinin küçə tərəfdən darvazasının qarşısında tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüş, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. İfadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadələr vermişlər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində təhqiqatçı vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. 22 iyun 2023-cü il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi tərəfindən təsdiq edilmiş növbətçilik cədvəli üzrə əməliyyat qrupunda olmuşdur. Həmin gün icraatına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 11də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli şəxs qismində Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilməsi barədə Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 raportu araşdırılması üçün Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Habil Həsənov tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında tərəfindən araşdırma aparılmasına başlanılmış və tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı zərurət yarandığından xidməti otağında onun, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1, Xəzər RPİ-nin CAŞ-nin əməmliyyat müvəkkili polis kapitanı Şahid2, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış, baxış və götürmə keçirilən Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirdikdə tərəfindən üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı barədə xəbərdarlıq etmişdir. Bundan sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bundan sonra üzərində olan digər əşyaları, yəni özünə məxsus avtomobilinin açarı, iki ədəd digər açarlar, pul əskinasları, bir ədəd qəhvəyi rəngli təsbeh və kağız parçalarını çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümün içərisində olan maddə psixotrop maddə olan metamfetamindir və o, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evin yaxınlığında, yəni həyətinin küçə tərəfdən darvazasının qarşısında tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüş, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bu barədə tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Bildirmişdir ki, şübhəli şəxsin üzərinə şəxsi axtarış, baxış və götürülmə aparılan zaman istifadə edilmiş videogörüntüdə nə müəyyən edilibsə hərəkətlər də həmin qaydada olmuşdur. Sadəcə olaraq tərəfimdən protokol tərtib olunarkən mexaniki olaraq səhvən şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş həmin bükümün özü tərəfindən təqdim edildiyi kimi qeyd edilmişdir. Əslində isə həmin bükün polis əməkdaşı tərəfindən üzərinə axtarış və baxış keçirilərkən aşkar olunmuşdur. Digər əşyalar isə sübüt əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (İ cild, i.v.4) xx.xx.2023-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 1-ci PŞ-yə daxil olmuş məlumat əsasında məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 7-8) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:25-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 21-22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyanın olmadığını bildirmişdir. Təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı barədə xəbərdarlıq edilmişdir. Baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış aparan zaman sonuncunun əynindəkı qara rəngli şalvarın sağ yan cibindən 1 büküm narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs əynindəki dama-dama uzunqol köynəyin sol döş cibindən bir ədəd avtomobil açarı, bir ədəd qəhvəyi rəngli təsbeh və kağız parçalarını, daha sonra isə əynindəki qara rəngli şalvarın sol yan cibindən kağız parçalarının arasında olan pul və iki ədəd açarı çıxardaraq araşdırmaya təqdim etmişdir. Təhqiqatçı tərəfindən sual verilərək üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində nə olduğu və haradan əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs cavab verərək həmin bükümün içərisində metamfetamin olduğunu bildirmiş və həmin metamfetamini bu gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında həyətinin qarşısından tapdığını bildirmişdir. (İ cild, i.v. 31-32, 56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3499 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 11,833 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (İ cild, i.v. 38-42) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 61-62) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(003)-307/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 83-85) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v 100) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(003)-444/2023 saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair xx.xx.2023-cü il tarixli qərarları qanuni hesab edilmişdir. (İ cild, i.v 111-113) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 11,833 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,783 qramı saxlanılması üçün Xəzər RPİ-yə maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (İ cild, i.v. 118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X12 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4351 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlmətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild, i.v. 122-123) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. (İ cild, i.v. 153-154) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet xəsətəliyindən, Təqsirləndirilən şəxs qızı X5 isə çırtdanboyluluq, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi və sair xəstəliklərdən əziyyət çəkirlər. (İ cild, i.v. 139-157) Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, psixotrop maddə bir bağlamada aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, külli miqdarda, 01 ədəd bükümdə olan təmiz çəkisi 11,833 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəninin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddənini satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, psixoloji təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatətinin təmin edilərək qəbul edilmiş qərar əsasında “Azercell Telekom” və "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktublara əlavə olunmuş disklərdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, özünün və qızının xəstəliklərdən əziyyət çəkməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:25-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(003)-307/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrini tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-yə maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,783 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-yə maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,783 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-697/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-697/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver