Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-697/2025 23.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 9 dekabr 1992-ci ildə Xaçmaz rayonu Çarxı kəndində anadan olmuş, evli, himayəsində 2(iki) azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əməklə məşğul olmuş, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1(101)-156/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 mart 2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, Zərdab rayonu Körpükənd kəndində qeydiyyatda olmaqla ünvan 1 prospekti nömrəsiz ev ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 may 2025-ci il tarixdə, saat 15:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Abi” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Abi” adlı şəxsdən, ona bildirdiyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədi ilə məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4020,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən ərazisində yerləşən “Neftçi” kafesinə qədər daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin (bundan sonra mətndə - BNMİ-nin QBRŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyun 2024-cü il tarixdə, saat 01:00 radələrində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə (bundan sonra mətndə - Sabunçu RPİ-nin 12-ci PŞ) gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində saxladığı bir ədəd çuvalın içərisində iki ədəd qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2015,0 qram və 2005,0 qram olmaqla ümumi təmiz çəkisi 4020,0 qram külli miqdarda tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 iyun 2024-cü il tarixdə Baş İdarəyə Abşeron rayonu Xırdalan şəhər sakini 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs saxlanılması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsinə başlanılmışdır. 23 iyun 2024-cü il tarixdə, gecə saat 01:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən adlanan ərazidə yerləşən “Neftçi” kafesinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilərək ona təqdim edilmiş, hüquq və vəzifələri izah edilməklə barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra hal şahidləri dəvət edilərək hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs saxlayıb şöbəyə gətirən polis əməkdaşlarının, hal şahidlərin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu əlində saxladığı ağ rəngli kisədən iki ədəd bağlama çıxarıb təqdim etmişdir. Həmin bağlamalara baxış keçirilən zaman içərisində yaşıl rəngli spesifik iyə malik olan ota bənzər narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Daha sonra onun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, 253 manat pul, 2 ədəd plastik kart, 4 ədəd açar və bir ədəd siqaret qutusu aşkar edilmiş, siqaret qutusu və 4 ədəd açar özünə qaytarılmış, lakin aşkar edilmiş digər əşyalar və narkotik vasitəyə bənzər maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmış, lakin Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir.
4. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 23 iyun 2024-cü il tarixdə, gecə saat 01 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən adlanan ərazidə “Neftçi” kafenin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq yaxınlıqdakı Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş, orada müdafiəçi və hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Semral əlində olan ağ rəngli kisədə narkotik vasitə marixuananı təqdim etmiş, həmin narkotik vasitənin çəkisinin 4 kiloqram olması müəyyən edilmişdir. Semraldan aşkar olunmuş həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda “Abi” adlı İran vətəndaşı vasitəsilə Sabunçu rayonunda gizlədilmiş yerdən 1000 manat qarşılığında götürdüyünü, iranlının dediyi ünvanlara qoyacağını, daha əvvəl də gizlədilmiş yerlərdən narkotik vasitələri götürdüyünü bildirmişdir. Semralın saxlanılmasından ötrü ondan, eləcə də polis əməkdaşları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əlində içərisində narkotik vasitə olan kisəni harasa apararkən saxlanılmışdır. Semralı saxladıqdan sonra nə o, nə də hər hansı digər polis əməkdaşı tərəfindən gedib hər hansı yerdən narkotik vasitə götürüb gətirmə kimi hallar olmamışdır. Semral saxlanılarkən, polis şöbəsinə aparılarkən, eləcə də üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı etirazını bildirməmişdir. O, Semralın saxlanıldığı yerin yaxınlığında sonuncuya məxsus hər hansı nəqliyyat vasitəsini görməmişdir. O, Semralın saxlanılmasında şəxsən iştirak etmiş, hadisə zamanı da istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi işlək vəziyyətdə olmaqla üzərində olmuşdur. Semralın üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı narkotik vasitədən əlavə pul və mobil telefon da aşkar edilmişdir. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs İran vətəndaşı ilə əlaqədə olmaqla müxtəlif ünvanlardan narkotik vasitə götürən narkokuryer olması, dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkilişin aparılmasına etiraz edib narkotik vasitənin ona məxsusluğunu inkar etdiyindən istintaq hərəkəti hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Semrala qarşı tərəflərindən hər hansı təsir və sair təzyiq olmamış, o cümlədən ona təsir və ya təzyiq göstərilməsinin şahidi olmamışdır. Şəxsi axtarış istintaq hərəkəti müdafiəçinin iştirakı ilə aparılmış, hal şahidlərinin isə konkret olaraq əməliyyat qrupu üzvlərindən kimin çağırmasını xatırlamır. Baş idarə rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbirinə Qərb regional şöbəsinin əməkdaşları da cəlb edilmişdir. Semralı Sabunçu RPİ-nin 12-ci PŞ-yə xidməti avtomobillə aparmış, Semral Məmədovun avtomobilinin polis şöbəsinə gətirilməsi kimi hallar olmamışdır. O, Nizami adlı polis əməkdaşını tanımır, əməliyyat tədbirində Nizami adlı polis əməkdaşı iştirak etməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin hal şahidlərinin iştirakı ilə keçirilməsi təşəbbüsü təhqiqatçı tərəfindən olmuşdur. Semral 22 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrində deyil, 23 iyun 2024-cü il tarixdə, təxminən gecə saat 01:00 radələrində tutulmuş, birincinin tutulma tarixi, vaxtı və şəraiti barədə iş materiallarında olan sənədlərdə qeyd edilənlər tamamilə həqiqəti əks etdirir.
5. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin QRBŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Semral tərəflərindən Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2-ci Mədən ərazisində tək halda piyada əlində kisə ilə hərəkətdə olarkən saxlanılmış, sonuncunun avtomobili onun saxlanıldığı ərazidən kənarda olmuşdur. O, Semralın saxlanıldığı yeri əyani olaraq yerində göstərə bilər. Semrala qarşı tərəflərindən hər hansı təzyiq göstərilməmişdir. O, Nizami adlı polis əməkdaşını tanımır. Semral şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə aparılmasından imtina etdiyi üçün hal şahidləri dəvət edilmişdir. Hesab edir ki, Semral istintaq hərəkətinin videoçəkilişlə aparılmasına icazə verməyəcəyi təqdirdə cinayət əməlinin törədilməsinin sənədləşdirilməyəcəyini eşitdiyindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə aparılmasından imtina etmişdir. O, hal şahidlərinin konkret olaraq kim tərəfindən şöbəyə dəvət edilməsini xatırlamır. Yaradılmış əməliyyat qrupunun rəhbəri Şahid1 olmuş, sonuncu Semralın ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərində, o cümlədən saxlanılmasında və sonradan üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı şəxsən iştirak etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş fotoşəkillər məhz Şahid1 tərəfindən çəkildiyindən sonuncu həmin fotoşəkillərdə görünmür.
6. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin QRBŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahidlər Şahid1 və Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, Semralın saxlanıldığı yerlə Sabunçu RPİ-nin 12-ci PŞ arasındakı məsafə çox olmamış, sonuncu həmin şöbəyə xidməti avtomobillə aparılmış, Semralın avtomobili isə sonuncunun saxlanıldığı ərazinin yaxınlığında olmuşdur.
7. Məhkəmədə şahid qismində dindirilmiş X12 14 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadə verərək göstərdi ki, onun kimi avtobus sürücüsü olan dostu Arif Quliyevlə birlikdə Bakı şəhəri Sabunçu rayonu ərazisində gündəlik kirayədə olan evlərin birində qalmaq üçün 3 saylı Şəhər Kliniki xəstəxanası ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin yaxınlığı ilə hərəkət edərkən polis əməkdaşları onları saxlayıb Təqsirləndirilən şəxs tanıyıb-tanımamaları ilə bağlı maraqlanaraq onları Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs adlı şəxs göy rəngli “Prius” markalı avtomobili idarə etmiş, əlində isə böyük bağlama olmuşdur. Polislər onlara Təqsirləndirilən şəxs iranlı ilə əlbir olub insanları zəhərlədiklərini demişlər. Polis şöbəsində aşkar olunmuş qara rəngli bağlamanın içərisində narkotik vasitə olması müəyyən edilmişdir. Polislər qara rəngli sellofan paketi Semralın avtomobilin götürmüşlər. Belə ki, polis əməkdaşları əvvəlcə onunla Arifin Semralla birlikdə olmaqla ətrafa nəzarət etdiklərini zənn etmiş, bu səbəbdən onları da polis avtomobilinə mindirib şöbəyə aparmışlar. Semral polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin yaxınlığında yerləşən 3 saylı Şəhər Klinik xəstəxananın yaxınlığında olarkən saxlanılmışdır. Semral xəstəxana ərazisinə çatmamış nəyisə götürüb avtomobilinə qoymuşdur. Onlar polis şöbəsinin həyətinə daxil olduqdan bir müddət sonra Badamdar qəsəbəsində yerləşən polis idarəsinə aparılmış, orada onlardan izahat alınaraq həmin gün səhərə yaxın buraxılmışlar. Semraldan aşkar olunmuş narkotik vasitə qara rəngli bağlamanın içərisində olmuşdur.
8. Məhkəmədə şahid qismində dindirilmiş R.İ.Qurbanovun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi elan edilərək tədqiq edilmişdir. R.İ.Qurbanov həmin izahat və ifadələrdə göstərmişdir ki, o, 23 iyun 2024-cü il tarixdə, saat 02:30 radələrində Sabunçu xəstəxanasının yaxınlığında olan marketdən çıxıb evə getmək üçün avtobus dayanacağına gedən zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu Sabunçu RPİ-nin 12ci PŞ-yə gedib vətəndaşın üzərində keçiriləcək şəxsi axtarış və götürmə zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişdir. O, polis əməkdaşların təklifini qəbul edib onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getmiş, orada ona və digər tanımadığı hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs təqdim etmişlər. Polis əməkdaşları vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilmiş nəsə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əlində saxladığı ağ rəngli kisədən 2 ədəd bağlama çıxarıb təqdim etmiş, həmin bağlamalara baxış keçirilən zaman içərisində yaşıl rəngli spesifik iyə malik olan ota bənzər narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, 253 manat pul, 2 (iki) ədəd plastik kart, 4 (dörd) ədəd açar və bir siqaret qutusu aşkar edilmiş, siqaret qutusu və 4 (dörd) ədəd açar özünə qaytarılmış, lakin aşkar edilmiş digər əşyalar və narkotik vasitəyə bənzər maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmış, lakin Təqsirləndirilən şəxs həmin protokolu imzalamaqdan imtina etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v) 51- 52;110-111;).
9. Şahid R.İ.Qurbanovun ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq göstərdi ki, cinayət işinin materiallarının 1-ci cildinin 110-111-ci səhifələrində olan ifadəsinin sonundakı imza ona məxsusdur, lakin həmin ifadənin sonundakı əlyazma ilə yazılan yazı onun tərəfindən icra olunmamışdır. Şəxsi axtarış protokolundakı imzalar onun imzasına oxşamır. Həmçinin cinayət işinin materiallarının 1-ci cildindəki səhifə 51-dəki olan izahatının birinci səhifəsindəki imza ona məxsusdur, lakin 2-ci səhifəsindəki, yəni səhifə 52-dəki imza onun tərəfindən icra olunmamışdır. Şəxsi axtarış protokoluna əlavə edilmiş fotocədvəllərdəki qara bağlamalarda narkotik vasitələrin olmasını xatırlayır. Semral gecə saatlarında tutulmuş, polislər onlardan Semralla birlikdə olub-olmamalarını soruşduqda “Xeyr, onunla bir yerdə deyilik” cavabını vermişlər. Polislər onlardan hal şahidi kimi iştirak etmələrini təklif etməmiş, habelə onlara hal şahidi kimi hüquq və ya vəzifələri izah edilməmişdir. Polislər onları sorğu-sual edərkən avtobus sürücüsü olduqlarını bildirmişlər. Onların Təqsirləndirilən şəxsla heç bir əlaqələri yoxdur. Polis şöbəsinə gedib izahatlarını vermiş, Semralın üzərindən narkotik vasitə çıxarılmış, habelə pullar aşkar olunmuş, bundan sonra onlar çıxıb getmişlər. Semralı ilk dəfə Sabunçu RPİnin 12-ci PŞ-yə yaxın yerdə tutulanda görmüşdür. Semralın avtomobilinin baqajından bir kisə çıxarılmış, həmin kisədən qara bağlamalarda narkotik vasitə aşkar edilmişdir. Semralla söhbət zamanı sonuncu evdə xəstəsi olduğundan həmin əməli törətdiyini bildirmişdir. Onlar polislərdən hansısa məbləğdə pul almamışlar. Aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilmişdir. Semral onların yanında “Abi” adlı iranlıdan narkotik vasitəni götürüb harasa aparacağı barədə deməmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinə əlavə edilmiş fotocədvəllərdə əks olunanlar həqiqətən də baş vermişdir. Polislər kisəni “Prius” markalı avtomobildən çıxarmış, həmin avtomobili PŞ-nin həyətinə aparmış, orada avtomobilə də baxış keçirilmişdir. Semralın şəxsi axtarış protokolunu hansı səbəbdən imzalamamasını bilmir. Təqsirləndirilən şəxs Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində görməmişdir. Polislərin deməsinə görə guya onların ətrafa baxaraq kiminsə gələcəyi halda Semrala xəbər vermələrindən şübhələnmişlər. O, əvvəllər heç vaxt hal şahidi olmamışdır. Bir daha bildirir ki, məhkəmə iclası zamanı ona təqdim edilmiş cinayət işi materiallarından 2 iyul 2024-cü il tarixli “Şahidin dindirilməsi” protokolunun 110-111-ci səhifələrində olan ifadəsindəki imzalar, eləcə də 23 iyun 2024-cü il tarixdə şahid qismində verdiyi izahatın birinci səhifəsindəki (səhifə 51) imza ona məxsusdur, lakin ikinci səhifəsindəki (səhifə 52) imza ona məxsus deyildir. Habelə “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci səhifəsindəki 5-ci imza (səhifə 32) ona məxsusdur, lakin 2-ci səhifəsindəki (səhifə 33) 5-ci imza isə onun imzasına oxşadılmışdır. Eləcə də, 23 iyun 2024-cü il tarixli protokoldakı (səhifə 57) adının qarşısındakı 5-ci imza ona məxsusdur.
10. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra dövlət ittihamçısının vəsatəti əsasında X12 18 aprel 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadə verərək əvvəlki məhkəmə baxışı üzrə məhkəmə iclasında verdiyi ifadəsinə əlavə edərək göstərdi ki, əvvəlki məhkəmə iclasında həyəcanlı olduğu və ilk dəfə məhkəmədə iştirak etdiyi üçün dəqiq cavablar verməmişdir. Lakin hazırda qətiyyətlə iş materiallarında olan və təqdim edilmiş imzaların ona məxsus olduğunu təsdiq edir. O, Semralın üzərində şəxsi axtarış aparılanda orada olmuş, tərtib edilən sənədləri şəxsən imzalamış və sənədlərdəki imzalar ona məxsusdur. Onun istifadəsində 077 335 03 03 mobil telefon nömrəsi vardır və həmin nömrə hadisə vaxtı da istifadəsində olmuşdur. O, avtobus sürücüsü olmaqla Xırdalan şəhəri ərazisinədək avtobus idarə edir, Xocasən qəsəbəsində isə avtobusların qarajı yerləşir və hadisə vaxtı sürücü yoldaşı X19 rayonu 3 saylı şəhər Klinik xəstəxananın yaxınlığında kirayə qaldıqlarından orada olmuşlar. Hadisə vaxtı sonradan o və X20 RPİ-nin 12-ci PŞ-dən BNMİ-yə aparmışlar.
11. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadə verərək göstərdi ki, o, 15 yanvar 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Belə ki, onun törətdiyi həmin cinayət hadisəsi hazırkı iş üzrə təqsirləndirilən şəxs Səmral Məmmədovun törətdiyi hadisədən sonra baş vermiş və o, 2024-cü ilin dekabr ayının 12-də barəsində olan iş üzrə həbs olunmuşdur. O, avtobus sürücüsü olan iş yoldaşı X14 rayonu ərazisində 3 saylı şəhər Klinik xəstəxanasının yaxınlığında yolla gedərkən 2 nəfər polis əməkdaşı onları saxlayaraq cinayət hadisəsi (bir nəfər şəxsin narkokuryerliklə məşğul olması) baş verdiyini bildirərək polislər hal şahidi ola bilmədiyindən onların şahidlik etmələrini tələb etmişlər. Bundan sonra polislər tərəfindən onlar şöbəyə Semralın yanına aparılaraq oradakı “meşoka” dair şahidlik etmələri tələb edilmişdir. Şahidlik etməyəcəkləri təqdirdə nə olacağını soruşduqda polislər “Siz özünüz də cinayətkar hesab ediləcəksiniz” demişlər. O, Semralı əvvəllər görməmiş və tanımamışdır. Onlara “meşoku” görüb-görməmələri sual edildikdə müsbət cavab vermiş, bundan sonra bir sənədə imza edərək oradan çıxıb getmişlər. Polislər “meşoku” onların yanında açmamış, həmin “meşokun” içərisində nə olduğunu görməmişdir. Onlar Semralla danışmamış, sonuncunun “meşok mənimdir” sözünü deməsini eşitməmiş, habelə onun “meşokun” ona məxsus olub-olmamasına dair öz etirazını bildirməsini, eləcə də ona qarşı hər hansı təzyiq göstərilməsinin şahidi olmamışdır. Semral yalnız bir dəfə “bu sellofan mənə aid deyil” demiş, polislər isə ona “sən sakit ol” demişdir. İki nəfər polis əməkdaşı onu Rəvanla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin yaxınlığındakı xəstəxanın yanında olarkən mağazanın qarşısında qollarına girərək saxlamış və hal şahidliyi etməli olduqlarını tələb etmişlər. O, baş vermiş hadisə ilə bağlı hal şahidliyi etmək istəməmiş, lakin polis əməkdaşları hal şahidliyi etməyəcəkləri təqdirdə cinayət məsuliyyəti daşıyacaqlarını bildirmişlər. O, “meşoku” şöbədə olarkən kabinetdə görmüş, polislər həmin “meşoku” göstərib Semrala məxsus olmasını demiş, Semral buna etiraz etdikdə isə polislər onu sakitləşdirmişlər. “Meşok” skoçlu vəziyyətdə olduğundan onun içərisini görməmişdir. O, “meşokun” rəngini dəqiq xatırlamır, polislər həmin “meşokun” içərisində narkotik vasitə olmasını bildirmişdir. Daha sonra onlar sənədlərə qol çəkmək üçün harasa, xatırladığına görə təxminən Elmlər Akademiyası metrostansiyası tərəfə aparılmış, orada sənədləri imzaladıqdan sonra çıxıb getmişlər. O, Masazır qəsəbəsi ərazisində yaşayır, Bakı şəhərini yaxşı tanımır. Onları heç kim zəng edib şöbəyə çağırmamış, yoldan keçərkən təsadüfən çağrılmışlar. Sonradan ibtidai istintaq dövründə onu heç kim Sabunçu RPİ-yə dəvət edib ifadəsini almamışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş A.M.Quliyevin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadəsi (bax cild 1, i.v.54-55; 112-113;) elan olunmaqla tədqiq edilmiş və onun şahid R.İ.Qurbanovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir.
13. Şahid A.M.Quliyevin ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq göstərdi ki, iş materiallarında olan ifadəsindəki ona təqdim edilən imzalar onun imzasına oxşayır, lakin o, imzasının yuxarısında həmişə iki nöqtə qoyur. Lakin o, yazı yazmağı bacarmır, ümumiyyətlə latın qrafikası ilə yazı yaza bilmir, ifadəsinin sonundakı yazı ona məxsus deyildir. İfadəsində “meşokun” içərisini görməsinə dair qeyd olunanlar yalandır. O, “meşokun” içərisini, habelə “meşokun” içərisindən 2 ədəd bağlamanın çıxarılıb təqdim edilməsini görməmişdir. O, hal şahidliyinə könüllü getməmiş, onlara yaxınlaşmış mülki geyimli polis əməkdaşlarının şahidlik etməyəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqlarını demələrinə görə məcbur olub hal şahidliyi etmişdir. Cinayət işi materiallarında olan ona təqdim edilmiş 4 iyul 2024-cü il tarixli “Şahidin dindirilməsi” protokolunun 2-ci səhifəsindəki (səhifə 113) imza ona məxsusdur, lakin həmin ifadəsinin 1-ci səhifəsindəki (səhifə 112) imza ona məxsus deyildir. Həmçinin “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 32 və 33-cü səhifələrindəki 6-cı imzalar ona məxsus deyildir, həmin imzalar onun imzasına oxşadılmaqla adından icra edilmişdir. Eləcə də 23 iyun 2024-cü il tarixdə şahid qismində verdiyi izahatın birinci (səhifə 54) və ikinci (səhifə 55) səhifələrindəki imzalar, habelə 23 iyun 2024-cü il tarixli protokoldakı (səhifə 57) adının qarşısındakı 6-cı imza ona məxsus deyil, adından oxşadılmaqla icra edilmişdir. O, şəxsi axtarış istintaq hərəkəti zamanı yerə baxmış, polislərin nə etdiyini bilməmiş, habelə “meşokdan” nəyin çıxarılmasına fikir verməmişdir. O, torbanın, eləcə də mobil telefonların haradan çıxarıldığını görməmiş, yalnız “meşoku” üzəri imzalanmış vəziyyətdə görmüş, lakin onun içərisindən bağlama çıxarıldığını görməmişdir. O, Sabunçu RPİ-də yalnız bir dəfə olmuş, sonradan heç vaxt polis idarəsinə gedib ifadə verməmiş, o cümlədən 4 iyul 2024-cü il tarixdə polis idarəsinə gedib ifadə verməmişdir. O, hal şahidi olan dövrdə və sonradan adına olan 070 *** ** ** mobil telefon nömrəsindən istifadə etmişdir. O, Semralın “Prius” markalı avtomobilini, eləcə də avtomobilin içərisindən, habelə baqajından kisə aşkar edilməsini görməmişdir. Ona hal şahidi kimi hüquq və vəzifələri izah edilməmişdir. Onların gözünün qarşısında Semralın üzərindən narkotik vasitə çıxarılmamışdır. Onun yanında Semral danışdırılmamış, habelə sonuncu “Abi” adlı İranlıdan narkotik vasitə alıb harasa aparacağını deməmişdir. Təhqiqatçı onlara şöbədə olarkən hal şahidliyi etməyəcəkləri təqdirdə məsuliyyət daşıdıqlarını bildirmişdir. Hazırda verdiyi ifadə ilə bağlı ona hər hansı təsir və ya təzyiq olmamışdır. O, Rəvana “Sən polis bölməsinə girməyə nahaqdan razılaşdın, gərək şahidlik etməzdik” demiş, hadisədən sonrakı dövrdə sonuncu ilə əlaqə saxlamamışdır. Semral şəxsi axtarış zamanı “meşokun” ona məxsus olmadığını, onu gətirib qabağına qoyduqlarını bildirmişdir.
14. Dövlət ittihamçısının vəsatəti əsasında 16 may 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında izahat vermiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı hüquqlarını müdafiə etməsi ilə əlaqədar tanıyır, onunla hər hansı ədavəti, narazılığı və ya düşmənçiliyi yoxdur. 23 iyun 2024-cü il tarixdə gecə saatlarında S.V.Məmmədovun üzərində keçirilmiş şəxsi axtarış hal şahidlərinin iştirakı ilə aparılmış, birinci imza etməkdən imtina etmişdir. O, müdafiəçi kimi şəxsi axtarış istintaq hərəkətində şəxsən iştirak etmişdir. Şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə dair müvafiq protokol tərtib edildikdən sonra iştirakçılar, o cümlədən o da protokola imza etmiş, onun sonradan protokolu imzalamaq üçün çağırılması kimi hal olmamışdır. Hal şahidləri şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokoluna onun yanında imza etmişlər. Həmin istintaq hərəkəti Sabunçu RPİ-nin 12-ci PŞ-də olmuş, digər ilkin prosessual sənədləşmə də həmin şöbədə aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə aparılmasına etiraz etdiyindən təhqiqatçı tərəfindən hal şahidləri dəvət edilmişdir. Belə ki, o, polis şöbəsində olarkən hal şahidləri olmamış, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasına etiraz etdiyi üçün polis əməkdaşları hal şahidlərini dəvət etmişlər. Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin birinciyə məxsus olub-olmamasına dair nə deməsini xatırlamır.
15. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Cəriməsi olduğu üçün icra şöbəsinə cərimə ödəməli olmuş, bunun üçün də pul qazanmaq istəmişdir. Ona görə də sosial şəbəkələrin birində “Abi” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncu ona pul qazanmaq üçün narkotik vasitə marixuananı dediyi yerə “konum” üzrə atacağı təqdirdə pul verəcəyini bildirmişdir. Bir neçə gün əvvəl “Abi” adlı həmin İran İslam Respublikası vətəndaşı ona “konum” üzrə götürüb dediyi yerə marixuananı atacağı təqdirdə 600 manat pul verəcəyini bildirmişdir. O, iranlının göndərdiyi “konum” üzrə gedib narkotik vasitə marixuananı götürüb sonuncunun dediyi yerə atmış və iranlı onun “Rabitəbank” hesabına 600 manat pul atmış, o da həmin pulla icra şöbəsinə olan borcunu ödəmişdir. 22 iyun 2024-cü il tarixdə həmin iranlı onunla yenidən əlaqə saxlayıb marixuananı “konum” üzrə götürüb aparıb dediyi yerə atacağı təqdirdə ona pul verəcəyini bildirmişdir. Həmin iranlı təxminən 1 kiloqram çəkidə marixuana olacağını ona demişdir. 23 iyun 2024-cü il tarixdə, gecə saat 01:00 radələrində o, iranlının ona atdığı “konum” üzrə, yəni Sabunçu rayonu Balaxanı qəsəbəsinə “Neftçi” kafesinin yanına gedərək orada qoyulmuş çəkisi 1 kiloqramdan çox olan çuvalı görüb yaxınlaşıb götürmək istəyərkən 3 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişdir. Polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirmiş, orada vəkil və hal şahidlərinin iştirakı ilə üzərində baxış keçirilmiş, baxış zamanı üzərindən bir ədəd mobil telefon, 2 ədəd bank kartı və pul aşkar edilmiş, həmin çuvalda isə marixuana olmuşdur. Lakin o, narkotik vasitənin çəkisinin 1 kiloqram olmalı olmasını bildirərək etiraz edib tərtib edilən heç bir sənədə imza atmamış, lakin polis tərəfindən həmin narkotik vasitə tərəzi ilə çəkilərkən çəkisinin 4 kiloqram olması müəyyən edilmişdir. Onda 1 kiloqram narkotik vasitə marixuana olmuş, lakin ona 4 kiloqram yazılmışdır. Ona qarşı zorakılıq tətbiq olunmuşdur. “Abi” adlı iranlını tanımır, onu görməmiş, sadəcə sosial şəbəkə vasitəsi ilə danışmışdır (Cild 1, i.v. 43-44; 72-73; 81-83;).
16. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyun 2024-cü il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrindən sonra ümumiyyətlə onunla hər hansı istintaq hərəkəti, o cümlədən dindirmə, üzləşdirmə və sair istintaq hərəkətləri həyata keçirilməmişdir.
17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X5 ifadəsi elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, BNMİ-nin təhqiqatçısı vəzifəsində xidmət edir. 23 iyun 2024-cü il tarixdə gecə saatlarında Baş idarənin və QBRŞ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin və vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilərək Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd ağ rəngli çuvalın içərisindən iki ədəd qara rəngli bağlamanı çıxarıb təqdim edərək narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və o həmin marixuananı iranlıdan onun dediyi “konum” üzrə yerlərə atmaq məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs əlində saxladığı çuvalı təqdim etmiş, ola bilsin ki, mexaniki olaraq yanında saxladığı kimi protokolda səhv qeyd etmişdir (Cild 1, i.v. 145-146;).
18. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə elan edilmiş şahidin ifadəsi ilə yanaşı, cinayət işi materiallarında olan aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 23 iyun 2024-cü il tarixdə, saat 01:00 radələrində BNMİ-nin QBRŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən adlanan ərazidə yerləşən “Neftçi” kafenin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 12-ci PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman yanında saxladığı 2 (iki) ədəd qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2015,0 qram və 2005,0 qram olmaqla ümumi çəkisi 4020,0 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X17 tərəfindən 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
20. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Zərdab rayonu Körpükənd kəndində qeydiyyatda olmaqla ünvan 1 prospektində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilməklə Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin QBRŞ-nin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə, saat 01:00-da Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci mədən adlanan ərazidə yerləşən “Neftçi” kafenin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-13;).
21. Təqsirləndirilən şəxs adından kompüter vasitəsi ilə tərtib edilmiş 23 iyun 2024-cü il tarixli ərizədən görünür ki, birinci BNMİ-nin təhqiqatçısı A.Aslanova müraciət edərək ərizəsində “Mənə hüquqlarım izah olundu, hüquqlarım mənə aydındır. Hüquqlarımın müdafiə olunmasından ötrü maddi imkanım yoxdur, ona görə də Sizdən xahiş edirəm hüquqlarımın müdafiəsi üçün dövlət hesabına mənə müdafiəçi verəsiniz” göstərmişdir. Halbuki həmin ərizə Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, lakin bunun səbəbinə dair ərizədə hər hansı qeyd aparılmamışdır(Cild 1, i.v.14;).
22. “Şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında” protokoldan görünür ki, 23 iyun 2024-cü il tarixdə təhqiqatçı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri 22 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, sonuncu həmin siyahıdan istənilən vəkilinin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmiş, eləcə də öz hesabına və ya müqavilə əsasında hüquqlarının müdafiəsi üçün heç bir digər vəkilin iştirakına ehtiyacı olmamasını bildirmişdir. Halbuki həmin protokol da Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, protokolda sonuncunun səbəb göstərmədən imza etməkdən imtina etməsi qeyd edilmişdir(Cild 1, i.v.15;).
23. “Şübhəli şəxsin tutulması haqqında” 23 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X13 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Şahid4 iştirakı ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin binasında həmin tarixdə, saat 01:50-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 iyun 2024-cü il tarixdə, saat 01:00 dəqiqədən tutulmuş hesab edilmişdir. Qeyd edilən qərar və protokolda, eləcə də hüquq vəzifələrin izahına dair prosessual hərəkətlərə dair protokollarda Təqsirləndirilən şəxs səbəb göstərmədən imza etməkdən imtina etməsi qeydi aparılmışdır (Cild 1, i.v. 22-30;).
24. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X13 tərəfindən həmin Baş İdarənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin Baş İdarənin QBRŞ-nin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid3 və Şahid2 və müdafiəçi Şahid4, habelə hal şahidləri X12 və X8 iştirakı ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 02:30-dan saat 02:50-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, foto çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yanında saxladığı ağ rəngli kisədən 2 (iki) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**- ** nömrəsi olan “Samsung” markalı mobil telefon, 4 (dörd) ədəd açar, həmin şalvarın sol cibindən 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd **********550554 nömrəli plastik kart, 1 (bir) ədəd **********111422 nömrəli plastik kart, 1 (bir) ədəd siqaret qutusu və 253 (iki yüz əlli üç) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisinin 4 kq 190 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələr və 253 maat pul qablaşdırılmaqla DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri hal şahidləri, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən imza etməkdən imtina etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 2 (iki) ədəd plastik kart və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 4 (dörd) ədəd açar və 1 (bir) ədəd siqaret qutusu şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bu gün İran İslam Respublikasının vətəndaşı “Abi” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Sabunçu rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 1000 (min) manat pul alacağını, daha əvvəl 2 (iki) dəfə sonuncunun vasitəsi ilə narkotik vasitə götürərək ünvanlara qoyduğunu, narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Sabunçu RPİnin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı iki nəfər hal şahidi iştirak etmişdir. Protokolda “İphone” markalı mobil telefondan istifadə etməklə polis əməkdaşı Şahid1 tərəfindən foto çəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə həmin tarixdə saat 03:00-dan 03:30-dək protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir, Təqsirləndirilən şəxs isə həmin protokolu imzalamaqdan imtina etmişdir (Cild 1, i.v. 31-43;). Qeyd edilən qərar və protokol məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilərkən müəyyən edildi ki, həmin qərar və protokolda Təqsirləndirilən şəxs səbəb göstərmədən imza etməkdən imtina etməsi qeydi aparılmışdır. Protokola əlavə edilmiş fotocədvəllərdəki fotolarda Şahid1 ümumiyyətlə görünmür. Eləcə də, narkotik vasitə aşkar edilməsi iddia edilən bir ədəd kisənin isə döşəmənin üstündə yerdə olması, Təqsirləndirilən şəxs tərəfindən əlində saxlanılmaması müəyyən edildi.
25. BNMİ-nin təhqiqatçısı polis mayoru X13 tərəfindən həmin Baş İdarənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin Baş İdarənin QBRŞ-nin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid3 və Şahid2 və müdafiəçi Şahid4, habelə hal şahidləri X12 və X8 iştirakı ilə tərtib edilmiş 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs dəvət olunmuş hal şahidlərinin iştirakı ilə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, o cümlədən digər təhqiqat sənədlərini cinayət məsuliyyətinə cəlb edilməmək üçün imza etməkdən imtina etmişdir (Cild 1, i.v. 57;).
26. “Telefona baxış keçirilməsi haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefona təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zamanı mobil telefonun simkartlar yuvasında üzərində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Mobil telefonun kodu xətt ilə 324789-dur. Mobil telefonda “Whatsapp” mobil tətbiqinə baxış zamanı “Abi Turme” adlı ilə qeyd olunmuş +**********59 saylı mobil nömrəsindən konum, narkotik vasitələrin şəkilləri, yeri, dövriyyəsi, dövriyyədən əldə olunmuş pullarla bağlı müxtəlif saniyəli səs mesajları və yazışmalarının olması müəyyən edilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirak edib-etməmələrinə və ya bunun səbəblərinə dair hər hansı qeyd aparılmamışdır (Cild 1, i.v. 59;).
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 23 iyun 2024-cü il tarixli, 3-16-16/2- 7/1024 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” yazı və imzalar ağ rəngli sintetik torbada 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2015,0 qram və 2005,0 qram olmaqla ümumi çəkisi 4020,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş marixuanaların ümumi çəkisi 4020,0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4019,9 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 61-65;).
28. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə ona ittiham elan edilmişdir (Cild 1, i.v. 74-75;). Qeyd edilən qərar məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edildikdə müəyyən edildi ki, həmin qərar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq qeydə alınmamış və nömrələnməmişdir. Halbuki, həmin qərardan əvvəlki və sonrakı bütün istintaq və prosessual sənədlər prosessual qanunveriliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qeydə alınmaqla nömrələnmişdir.
29. Müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlamış 24 iyun 2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müvafiq olaraq vəsatət və təqdimatdan görünür ki, həmin vəsatət və təqdimatda istinad edilən işin faktiki halları ilə (cəlb qərarı), hökmün 28-ci bəndində qeyd edilən qərarın məzmunu arasında ciddi fərqlər vardır. Belə ki, hökmün 2-ci bəndində qeyd edilmiş məzmundan fərqli olaraq müvafiq vəsatət və təqdimatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 4020,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən adlanan ərazidə yerləşən “Neftçi” kafenin yaxınlığında 23 iyun 2024-cü il tarixdə, saat 01:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin 12-ci PŞ-yə gətirilmiş və polis şöbəsində şəxsi axtarış və götürmə aparılan zaman yanında saxladığı iki ədəd qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2015,0 qram və 2005,0 qram olmaqla ümumi təmiz çəkisi 4020,0 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (Cild 1, i.v. 87-88;90-91;). Qeyd edilməlidir ki, həmin məzmuna hökmün 30-cu bəndində göstərilmiş məhkəmə nəzarətini həyata keçirmiş məhkəmə qərarında da olduğu kimi istinad edilmişdir.
30. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyun 2024-cü il tarixli, 4(008)- 385/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23 iyun 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, həmin məhkəmənin 18 oktyabr 2024-cü il tarixli, 4(008)-640/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 13 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayətdə özünü təqsirli bilməyərək barəsində verilmiş təqdimatın təmin olunmamasını xahiş etmişdir (Cild 1, i.v. 92-94; 185-188;).
31. X10 tərəfindən verilmiş qəbzdən görünür ki, S.N.Kazımova həyat yoldaşı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 253 (iki yüz əlli üç) manat pulu Sabunçu RPİ-dən təhvil almışdır (Cild 1, i.v.98;).
32. Vəkil Müdafiəçi2 ərizəsindən və müvafiq orderdən görünür ki, sonuncu 28 iyun 2024-cü il tarixli qeyd edilən order əsasında işə buraxılmasına dair 1 iyul 2024-cü il tarixdə istintaq orqanına müraciət etmiş, Müdafiəçi2 30 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxsə təqdim edilməklə işə buraxılmışdır (Cild 1, i.v. 99-101;116;).
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 4 iyul 2024-cü il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1(101)-156/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 mart 2024-cü il tarixdə həmin cəzasını çəkib qurtarmışdır (Cild 1, i.v. 102-103; 122-144;).
34. “Nikah haqqında” AZ İİ№406909 nömrəli şəhadətnamədən və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 11 dekabr 1998-ci il təvəllüdlü arvadı Sevinc Kazımova, 5 aprel 2019-cu il təvəllüdlü qızı Sevgi Məmmədli və 14 avqust 2021-ci il təvəllüdlü oğlu Fuad Məmmədlidən ibarətdir (Cild 1, i.v. 146a; Cild 2;).
35. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 1 iyul 2024-cü il tarixli, 4497 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə uzun müddətdir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (Cild 1, 147-148;).
36. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 1 iyul 2024-cü il tarixli 367/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı deməsinə görə 22 iyun 2024-cü il tarixdə, günün ikinci yarısında Zabrat ərazisində saxlanılmış, xəsarət almamışdır (Cild 1, i.v. 150-152;).
37. “Maddi sübut hesab edilməsi haqqnda” 12 oktyabr 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 4020,0 qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd “Rabitəbank” kartı və 1 (bir) ədəd “Leobank” kartı cinayət işi üzrə maddi sübut kimi tanınmaqla tədqiqatdan sonra qalıq qalmış 4019,9 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd “Rabitəbank” kartı və 1 (bir) ədəd “Leobank” kartının isə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (Cild 1, i.v. 155;).
38. “Sübutların qiymətləndirilməsi haqqında” 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilmsindən ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən başqa cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 4020,0 qram narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon maddi sübut hesab olunmaqla tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4019,9 qram narkotik vasitə qurudulmuş marixuananın Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun isə cinayət işində saxlanılması qərara alınmışdır (Cild 1, i.v. 156-160; 172;).
39. “Cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsindən ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işinin ayrılaraq istintaqının davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v. 161-162;).
40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.K.Məmmədov tərəfindən 17 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 oktyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.173-179;).
41. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
42. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, məhkəmə qərarı əsasında ayağına taxılmış elektron qolbağı İsmayıllı rayonunda olarkən qışda suya (kanala) yıxıldığından zədələmiş, bu səbəbdən məhkəmə tərəfindən ona 2200 manat məbləğində cərimə cəzası təyin olunmuşdur. Həmin cərimənin icrasının həvalə olunduğu Zərdab rayon icra məmurları ondan 2200 manat pulu tam şəkildə ödəməsini tələb etmişlər. O isə maddi imkanı olmadığından köməklik edilməsi üçün anası ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qəbul şöbəsinə getmiş, oradan verilmiş sənəd əsasında Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. Probasiya şöbəsində ona əlaqə saxlaması üçün bir nömrə verilmiş, o da həmin nömrəyə zəng edərək hadisəni danışıb maddi imkanı olmadığını bildirərək kömək istəmiş, lakin yekunda ona həmin cəriməni ödəməli olmasını deyərək heç bir köməklik göstərə bilməyəcəklərini bildirmişlər. O, anasının istəyi əsasında sonuncunu Zərdab Rayon Məhkəməsinə aparmış, anası orada da icra məmuru ilə danışmış, bütün cəhdlərə baxmayaraq, Camal adlı icra məmuru cəriməni ödəməli olmasını bildirmişdir. O, əvvəllər narkotik vasitə qurudulmuş marixuana qəbul etmişdir. O, icra məmuru ilə görüşdən sonra evə dilxor şəkildə gəlib köhnə tanışına zəng edib onunla danışmış, daha sonra əvvəlcə “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq cəriməni ödəməsi üçün şəbəkə istifadəçilərindən pul toplamaqda köməklik etmələrini xahiş etmiş, lakin nəticədə ona qarşı söyüşlər, təhqirlər yağdırılmışdır. O, düşdüyü vəziyyətə görə özünə əsəbiləşib narkotik vasitə qurudulmuş marixuana qəbul etmək istədiyindən köhnə tanışına zəng etmiş, sonuncu çox miqdarda narkotik vasitə göndərə biləcəyini dedikdə etiraz edərək ona az miqdarda, yəni təxminən 3-5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Daha sonra tanışı onunla razılaşmış və o, məşğulluq xidməti tərəfindən ona verilən 50 manat pulu “M10” mobil tətbiqi vasitəsilə tanışına göndərmişdir. Həmin şəxs isə narkotik vasitəni ona axşam göndərəcəyini bildirmiş, lakin axşam əlaqə saxlamağa çalışdıqda isə zənglərinə cavab verməmiş, sonradan uşaq səsi ilə “atam evdə deyil, gələndə danışarsan” məzmununda səsli mesaj göndərilmiş, bu qaydada tanışı onun 10 gün ərzində zənglərinə cavab verməmişdir. Qaynanası “Unibank” bankından kredit götürməyi təklif etmiş, lakin onlara kredit verilməmişdir. Evə geri qayıtdıqda narkotik vasitə almaq istədiyi həmin şəxsə zəng edib nalayiq ifadələrlə təhqir edərək vəziyyətinin pis olduğunu, məhkəmə işləri ilə əlaqədar pul ödəməli olduğunu demişdir. Həmin şəxs ona pul gödərəcəyini, habelə əlavə olaraq 600 manat da pul verəcəyini, yalnız şəxsiyyət vəsiqəsini göndərməsini bildirmiş, 12 iyun 2024cü il tarixdə axşam saatlarında həmin şəxsin tapşırığı ilə “Neftçilər” metrosu tərəfə gedib “talkuçka” deyilən yerə çatmamış məhləyə dönəndə BNMİ-nin əməkdaşlarının kiminləsə mübahisə etdiyini görüb həmin münaqişənin şəklini çəkib danışdığı adama göndərmiş, sonuncu bir az gözləməsini bildirmiş, bir müddət sonra polislər həmin yeri tərk etmişdir. Bundan sonra ona göndərilmiş ünvana gedib 5 qram narkotik vasitə qurudulmuş marixuananı götürüb evə gəlmişdir. O, hazırkı iş üzrə tutulanadək taksi sürücülüyü ilə məşğul olmuşdur. 19 iyun 2024-cü il tarixdə qaynanası ilə “Unibank” bankına kredit üçün müraciət etmiş, 20 iyun 2024-cü il tarixdə isə ona narkotik vasitə atan şəxslə danışıb sonuncudan ona cəriməni ödəmək üçün pul göndərməsini xahiş etmişdir. Həmçinin dostu ilə danışıb onun üçün pul tapmasını xahiş etmişdir. İranlı şəxs ondan Lökbatan qəsəbəsinə gedə bilib-bilməyəcəyini soruşduqda, o, dostunun cərimə üçün tələb olunan pulu tapacağını güman edib anasının xəstə olduğunu deyib onu yubatmış, dostu ilə əlaqə saxladıqda sonuncu ona köməklik edə bilməcəyini demişdir. Daha sonra o, iranlı ilə danışaraq Lökbatan qəsəbəsinə gedə biləcəyini bildirmiş, iranlının istəyinə əsasən Lökbatan qəsəbəsinə getmiş və günlük 20 manata icarə əsasında idarə etdiyi avtomobilinin arxa oturacağında iranlıdan xəbər gözləyərkən uzanıb yatmışdır. Gecə saat 12-də yuxudan oyanıb iranlı ilə danışdıqda sonuncu ona səsli mesaj göndərərək 100, 200 qram deyil, 4 kq narkotik vasitə olduğunu demişdir. Onunla iranlı adı danışan şəxsin sonradan adını öyrəndiyi Nizami adlı BNMİ-nin əməkdaşının səsi olmuşdur. O həmin şəxsə 1 kq narkotik vasitə üçün razılaşıb gəldiyini, habelə məcburiyyətdən 1 kq narkotiki götürüb harasa qoymağa razılaşdığını demişdir. Lakin o, heç nə götürməyərək avtomobilini idarə edərək geri qayıtmış, həmin vaxt başqa bir avtomobil tərəfindən izlənildiyini görmüşdür. O, evə gedib iranlıya mesaj yazaraq ona 600 manat pul göndərməsini, sabah məhkəmə prosesi olacağını, həmin prosesdən sonra 1 kq narkotik vasitəni hara desə, ora aparıb qoyacağını demişdir. Bundan sonra iranlının tapşırığına əsasən bank kartını sonuncuya göndərmiş, iranlı da təxminən 1 dəqiqədən sonra ona 600 manat göndərməyinə dair qəbzin şəklini göndərmiş, həmin pul isə növbəti gün hesabına köçmüşdür. O, səhəri gün məhkəməyə getmiş, cəriməni ödədiyindən barəsində olan işə xitam verilmişdir. Pulu da cəriməni ödəməsi üçün anasına vermiş, sonuncu cəriməni ödədikdən sonra o da Zərdab rayonunun Körpükənd kəndinə getmişdir. İranlı axşam saat 10-da ona zəng edərək işini həll edib etmədiyini soruşmuş, o həll etdiyini, lakin ona deyilənləri etmək istəmədiyini bildirmiş, iranlı isə ona “ele-belə adamlarla iş görmədiyini, əgər onu aldadarsa ailəsinə də problem yarada biləcəyini” demişdir. Bu səbəbdən o, iranlıya növbəti gün dediyini edəcəyini bildirmişdir. Beləliklə, iranlı ona hədə-qorxu gəlməklə narkotik vasitəni götürməyə məcbur etmişdir. Daha sonra evdə olarkən iranlı ona zəng edib Balaxanı qəsəbəsinə getməsini tələb etmiş, yolda olarkən iranlı ilə danışaraq təxminən 1 saata ona deyilən ünvana çatacağını demiş, iranlı isə ona narkotik vasitənin olduğu yerin şəklini göndərmiş, həmin ünvana çatanda orada 1 “meşok” narkotik vasitə marixuananın olduğunu görüb şoka düşmüşdür. O, oyun olduğunu başa düşüb oradan uzaqlaşmaq istəyərkən 6 nəfər polis əməkdaşı qamışlıq ərazidən çıxaraq onu tutub yerə yıxaraq “sən bizə lazım deyilsən, bir nömrəyə səs atıb narkotik vasitəni götürdüyünü deməlisən” bildirmişlər. Polislər onun mobil telefonunda interneti bağlayıb telefonu da geri qaytarmış, o da iranlıya səsli mesaj göndərmişdir. Bundan sonra polis əməkdaları onu 12-ci PŞ-yə gətirmiş, orada Anar adlı şöbə rəisi ona verilən suallara cavab olaraq narkotik vasitəni iranlının dediyi ünvanlara atmaq üçün götürdüyünü deməsini tələb etmiş, o isə 1 kq narkotik vasitə üçün getməsini, lakin heç nə götürmədiyini deyib etiraz etdikdə polis əməkdaşları ona işgəncə verib döymüş, habelə psixoloji təzyiq göstərmişlər. Videoçəkilişdə polis əməkdaşlarının bildirdiklərini deməyə razı olmadığından polislər qolundakı qandalı sıxaraq onu incitmişlər. Lakin o, yenə də polis əməkdaşlarının ona bildirdiklərini deməkdən imtina etmişdir. Bundan sonra onu 12-ci PŞ-dən çıxarıb BNMİ-yə gətirmiş, orada bir otaqda fiziki təzyiqə məruz qalmaqla döyülmüşdür. Onu saxlayan keçəl və qarayanız polis əməkdaşından başqa digər polislər onu döymüşdür. BNMİ-də də təzyiq edib video çəkilişə razı olub-olmamasını soruşduqda, o yenə də etiraz etmişdir. BNMİ-də olarkən vəkil ora gəlmiş, lakin vəkil polis əməkdaşlarının qanunsuz hərəkətinə hər hansı müdaxilə etməmişdir. Daha sonra Nizami adlı polis əməkdaşı onunla otaqda tək olarkən iranlının göndərdiyi şəkli ona göstərib xatırlayıb-xatırlamadığını soruşmuşdur. Etirazına baxmayaraq, guya 4 kq narkotik vasitə onun adına sənədləşdirilmiş, o isə etiraz edərək heç bir sənədə imza çəkməmişdir. Təzyiqlər barəsində sonradan prokurorluq əməkdaşı onun izahatını almış, bu barədə şifahi şəkildə ibtidai istintaqı aparan müstəntiqə məlumat vermişdir.
43. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 onun saxlanılmasında iştirak etmiş, sonuncu onun başından bir dəfə vurmuş, polis əməkdaşı Şahid1 isə ümumiyyətlə onun saxlanılmasında iştirak etməmiş, sonuncu tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Onun döyülməsində iştirak edən polis əməkdaşlarından birinin adı Nizami olmuş və onu əsasən sonuncu döymüşdür. O, Balaxanı qəsəbəsi 2-ci Mədən ərazisindəki qamışlıqdan narkotik vasitə götürməmiş, 6 nəfər polis əməkdaşı orada qamışlıqda gizlənmişdir. Polis əməkdaşları narkotik vasitəni boynuna alması üçün onu döymüş, lakin o, razı olmayaraq narkotik vasitənin ona məxsusluğunu boynuna almamışdır. Polis əməkdaşları ona hətta pul da təklif edərək sonradan onu buraxacaqlarını vəd edib şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılmasını xahiş etmiş, bununla belə o, razılaşmamış, vəkil tələb etmişdir. O, 22 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrində tutulmuş, hadisə zamanı üzərində mobil telefonu olmuşdur. O, “Abi” adlı iranlı ilə danışmış, mobil telefonundan aşkar olunmuş yazışmalar ona məxsusdur. Guya onun tərəfindən 4 kq narkotik vasitənin götürülməsinə dair səsi polislər özləri göndərmişdir. İranlı ona 20 iyun 2024-cü il tarixdə səs ataraq Lökbatan qəsəbəsindən narkotik vasitəni götürməsini tələb etmiş, o da öz növbəsində Lökbatan qəsəbəsinə getmiş, lakin 4 kq narkotik vasitə olmasına dair səs ona göndərildikdən sonra razı olmayaraq geri qayıdıb evinə getmişdir. Növbəti gün Zərdab Rayon Məhkəməsinə gedib pulu ödəmişdir. Həmin vaxt iranlı ona zəng edərək ya narkotik vasitəni gedib götürməsini, ya da evindən narkotik vasitə çıxaracaqlarına dair hədələmişdir. Onun narkotik vasitənin götürülməsi ilə bağlı danışığı olsa da, narkotik vasitənin çəkisinin 4 kq olmasını bilməmişdir. O, yuxarıda ifadəsində göstərdiyi kimi hesab edir ki, başqa bir əməliyyat tədbiri keçirən polislərin şəklini çəkməsi ilə əlaqədar saxlanılmışdır. O, iranlı şəxsdən 600 manatı narkotik vasitəni götürməsi üçün almışdır. Ona 600 manat göndərən elə BNMİ-nin işçisi olmuş, lakin pul ona göndərilərkən həmin pulun polislər tərəfindən göndərilməsini bilməmişdir. Qamışlıqda olan bağlama ağ rəngdə olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmadığını, bu səbəbdən üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə keçirilməsinə etiraz etdiyini, məhkəməyədək icraat zamanı müstəntiq tərəfindən ifadələri saxtalaşdırıldığını, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını bildirərək məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi.
44. Müdafiə tərəfi cinayət işi materiallarında olan aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
45. “Təqsirləndirilən şəxsin və müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında” 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuşdur. Həmin protokolun “təqsirləndirilən şəxsin və müdafiəçinin vəsatətləri” hissəsində “Cinayət işinin materialları ilə müdafiəçinin iştirakı ilə tanış olan zaman gördüm ki, ifadəm düzgün yazılmayıb. Mən İİR vətəndaşının təklifi ilə heç bir narkotik vasitəni heç yerə atmamışam. İİR vətəndaşı mənə 600 manat atdıqdan sonra mən bir kq narkotiki onun dediyi yerə atmağa söz vermişəm. Lakin İİR vətəndaşının dediyi yerə gedəndə bir çuval narkotik olduğunu görüb bu işdən imtina etmişəm. Lakin polis əməkdaşları məni döyüb çuvalı 12-ci PB-nə gətiriblər və 4 kq sənədləşdiriblər. Mənim döyülməyimi BİT təsdiq etmişdir” məzmununda qeyd aparılmış, həmçinin həmin tarixdə müdafiəçi tərəfindən eyni məzmunlu yazılı vəsatət verilmişdir(Cild 1, i.v. 167-168;).
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 30 iyul 2024-cü il tarixli 3-16-17/40/2-5117/2024 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə həmin təcridxanaya daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı ənsə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol biləyin içəri səthində kəsilmiş üzəri qərtməkli yara müşahidə olunmuşdur (Cild 2;).
47. Müdafiə tərəfinin vəsatəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı iştirak etmiş hal şahidləri X12 və X8 hadisə zamanı istifadələrində olan mobil telefon nömrələrinin anten məlumatları müvafiq mobil operatordan əldə edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilməklə tədqiq edilmişdir. Baxış zamanı müəyyən edildi ki, X6 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon 23 iyun 2024-cü il tarixdə, saat 00:02:08 və 02:23:47-də “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi”, saat 03:36:58-də “OscarPetrol//Binagadi”, saat 04:01:25-də “A.Mustafayev_str3014/X11/Binagadi”, saat 06:35:33, 06:37:11 və 06:37:42-də “A.Abbaszade 19/X4/Sabail”, saat 06:36:07-də “A.Abbaszade 19/Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, keçid 1128, 40 saylı çörək mağazası/Sabail”, saat 06:37:07-də “Badamdar servis//Sabail/”, saat 07:26:14-dən etibarən isə saat 12:47:41-dək təkrarən “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi”, 2 iyul 2024-cü il tarixdə isə axşam saatlarınadək əsasən Xırdalan şəhəri, Abşeron rayonu anten dairələrində olmuşdur. X1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon 23 iyun 2024-cü il tarixdə, saat 07:21:03 “OscarPetrol/Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi/Binagadi/”, 18:40:38-də “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi”, 4 iyul 2024-cü il tarixdə isə yalnız Binəqədi rayonu ərazisinin anten dairələrində olmuşdur. “Google maps” proqramından istifadə edilməklə Təqsirləndirilən şəxs, şahidlər A.M.Quliyev və R.İ.Qurbanovun ifadələrinə, həmçinin işdə olan digər sənədlərə əsasən "xxxx" MMC-yə məxsus “A.Abbaszade 19/X4/Sabail”,“Badamdar servis//Sabail” anten əhatə dairəsinin BNMİ-nin inzibati binasının yerləşdiyi ərazinin, “Xocahesen Depo/Bakı şəhəri, Xocahəsən qəsəbəsi/Binagadi” anten dairəsinin isə Xocasən qəsəbəsində yerləşən avtobus deposunun yaxınlığı olması müəyyən edildi (Cild 2;).
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-xətşünaslıq ekspertizasının” 1 aprel 2025-ci il tarixli 4/434 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 51- 52-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli izahatın 1-ci vərəqində “İmza:” qrafasındakı imza və vərəqin aşağısındakı imza; 110-111-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolunun 1-ci vərəqinin aşağısındakı imza - X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 54-55-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli izahatın 1-ci vərəqində “İmza:” qrafasındakı imza və vərəqin aşağısındakı imza; 112-113-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolunun 1-ci vərəqinin aşağısındakı imza və 2-ci vərəqində “Quliyev.A” soyadının qarşısındakı imza - X16 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində “5” rəqəminin qarşısındakı imza, 2-ci vərəqində “5” rəqəminin qarşısındakı imza; 51-52-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli izahatın 2-ci vərəqində “Şahid:” qrafasındakı imza; 110-111-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolunun 2-ci vərəqinin aşağısında “Qurbanov” soyadının qarşısındakı imza - X12 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində “6” rəqəminin qarşısındakı imza, 2-ci vərəqində “6” rəqəminin qarşısındakı imza; 54-55-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli izahatın 2-ci vərəqində “Şahid:” qrafasındakı imza; 57-ci vərəqində olan xx.xx.2024cü il tarixli protokolda “6” rəqəminin qarşısındakı imza - X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, nəticənin 2.1 və 2.2-ci bəndlərində göstərilən imzaların müvafiq olaraq X6 və X8 həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edildi. Aparılmış tədqiqatın dəyəri 112(bir yüz on iki) manatdır. Məhkəmənin hüquqi dəyərləndirməsi:
49. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
50. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
52. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.
53. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.
54. CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tələbinə görə bu Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanusuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.
55. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
56. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.7-1.0.11-ci maddələr).
57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
58. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.
59. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
60. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
61. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.
62. CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.
63. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
64. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
65. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs ittihamda göstərilən tarixdə və vaxtda deyil, 22 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrindən etibarən saxlanılmasını, saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin, o cümlədən ondan aşkar edilməsi iddia edilən narkotik vasitənin olmamasını, habelə sonradan polis əməkdaşı olmasını güman etdiyi iranlı şəxslə aralarında daha az miqdarda narkotik vasitənin ünvana qoyulması ilə bağlı razılaşma əldə edilməsinə baxmayaraq, sonradan qoyulan narkotik vasitənin çəkisinin çox olduğunu görüb ümumiyyətlə həmin bağlamanı götürməməsi, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalaraq aşkar olunmuş 4 kq narkotik vasitəni boynuna almağa məcbur edilməsi, lakin sonuncularla razılaşmayıb şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz edərək ibtidai istintaqın bütün mərhələlərində ona ittiham olunan əməli bütövlükdə mübahisələndirməklə iş materiallarında sübut əhəmiyyəti kəsb edən sənədlərin əksəriyyətini imzalamaqdan imtina etməsini, ümumiyyətlə etirafedici məzmunda izahat və ya ifadə verməməsinə baxmayaraq, onun izahat və ifadələrinin müvafiq protokollarda təhrif olunmuş formada əks olunmasını, hal şahidlərinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin Sabunçu RPİ-nin 12-ci PŞ-də deyil, BNMİ-nin inzibati binasında aparılmasını, məhkəmədə şahid qismində dindirilmiş Rəvan Qurbanov və Arif Quliyevin məhkəməyədək icraat zamanı verdikləri ifadələrindən kəskin surətdə fərqlənən ziddiyyətli ifadələr vermələrini, habelə sonuncuların məhkəmə icraatı zamanı cinayət işinin materiallarında olan guya onlar tərəfindən imzalanmış prosessual sənədlərin əksəriyyətinin özləri tərəfindən icra olunmasını tamamilə inkar etmələrini, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin “Elmlər Akademiyası metrostansiyasının yaxınlığında” yerləşən BNMİdə aparılmasını, yalnız həmin gün, yəni 23 iyun 2024-cü il tarixdə BNMİ-də izahat verərək səhər saatlarınadək orada saxlanılmalarını, lakin bir daha heç vaxt hər hansı səlahiyyətli şəxs tərəfindən ifadələrinin alınması üçün hər hansı polis orqanına çağırılmadıqlarını bildirmələrini, sonuncuların qeyd etdikləri xüsusatların məhkəmə qərarı əsasında əldə olunmaqla tədqiq edilmiş anten əhatə dairəsi məlumatları, eləcə də təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası rəyi ilə təsdiq olunmasını və barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər.
66. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.
67. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.
68. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.
69. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilmişdir; b) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2024-cü il tarixli protokol, eləcə də hal şahidlərinin izahat və ifadələrinin alınmasına dair protokollarda sonunculara məxsus imzaların əksəriyyəti saxtalaşdırılmaqla həmin protokol, izahat və ifadələrin məzmunu təhrif edilmişdir; c) şəxsi axtarış və götürmə istintaq hərəkəti Sabunçu RPİ-nin 12-ci PŞ-də deyil, BNMİ-də aparılmışdır; d) hal şahidləri Rəvan Qurbanov və Arif Quliyev sonradan ifadələrinin alınması üçün ibtidai istintaq orqanı tərəfindən hər hansı idarəyə çağırılmamış, yalnız 1 dəfə 23 iyun 2024-cü il tarixdə kobud pozuntularla aparılmış istintaq hərəkətində formal şəkildə iştirak edib kompüterdə tərtib olunmaqla onlara verilmiş sənədlərə imza çəkmişlər. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu istintaq hərəkətinin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.
70. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.
71. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.
72. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs, habelə şahid qismində dindirilmiş X12 və X8 məhkəmə iclası zamanı verdikləri ifadələri, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində qismən etirafedici məzmunda ifadələr verməsinə baxmayaraq, elə ibtidai istintaqın ilkin mərhələsindən etibarən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilməsi iddia edilən qanunsuz predmetlərin ona məxsus olmamasını, həmin predmetlərin polis əməkdaşları tərəfindən ona qarşı göstərilmiş müxtəlif təzyiqlər nəticəsində boynuna qoyulmasını bildirməsini, habelə barəsində qətimkan tədbiri məsələsini həll edən və seçilmiş həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxan məhkəməyə müvafiq olaraq özünü qismən və ümumiyyətlə təqsirli bilməməsini bildirməsini, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən müvafiq məhkəmə qərarları əsasında əldə edilməklə məhkəmə iclasında tərəflərin iştirakı ilə ətraflı şəkildə tədqiq edilərək sübut qismində iş materiallarına əlavə olunmuş özündə məhkəməyədək icraat zamanı şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etmiş R.İ.Qurbanov və A.M.Quliyevin hadisə vaxtı istifadələrində olmuş mobil telefon nömrələrinin 22 iyun 2024-cü il tarixdən 5 iyul 2024-cü il tarixədək olan anten əhatə dairəsinə dair məlumatlarla (mobil telefon operatorlarından əldə edilmiş məlumatlarla), həmçinin kifayət qədər əsaslı və hər hansı şübhə doğurmayan məhkəmə-xətşünaslıq ekspertizasının mübahisələndirilməyən rəyi ilə Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla həyata keçirilməsi, eləcə də təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsasını təşkil edən iş materiallarında olan sənədlərin və sübutların əksəriyyətinin mötəbərliliyi və mümkünlüyü ilə bağlı şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır.
73. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni şahid qismində dindirilmiş, məhkəməyədək icraat zamanı isə hal şahidi qismində iştirak etmiş X12 və X8 ifadələri, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən mobil telefon operatorundan əldə edilmiş məlumatlarla sonuncuların yalnız hadisə günü olmaqla 1 dəfə, yəni 23 iyun 2024-cü il tarixdə səhər saatlarınadək BNMİ ərazisi yaxınlığında olmaları müəyyən edilmişdir. Halbuki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilməsi, bu zaman sonuncunun üzərində keçiriləcək şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişlə aparılmasına etiraz etməsi səbəbindən həmin ərazinin yaxınlığından keçən guya bir-birlərini tanımayan, həqiqətdə isə bir yerdə avtobus sürücü kimi işləyən R.İ.Qurbanov və A.M.Quliyevin iş üzrə hal şahidi qismində iştiraklarının təmin edilməsi müəyyən edilmişdir. Başqa sözlə, həm R.İ.Qurbanov və A.M.Quliyevin ifadələri, həm də mötəbərliyi şübhə altına alına bilinməyən mobil telefon operatorlarından götürülmüş məlumatlarla Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin Sabunçu RPİ-də deyil, BNMİ-də keçirilməsinə dair yaranmış ciddi şübhələri aradan qaldırmaq mümkün olmamışdır. Eyni zamanda, mötəbərliyi şübhə altına alına bilinməyən mobil telefon operatorlarından əldə edilmiş məlumatlarla R.İ.Qurbanov və A.M.Quliyevin 22 iyun 2024-cü il tarixdən 5 iyul 2024-cü il tarixədək olan müddət ərzində ümumiyyətlə Sabunçu rayonu ərazisində olmamaları müəyyən edilmişdir. Həmçinin, şahid qismində dindirilmiş R.İ.Qurbanov və A.M.Quliyevin iş materialları ilə öz təsdiqini tapmayan kəskin ziddiyyətli ifadələrin aydınlaşdırılması üçün məhkəmə qərarı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə iş materiallarında olan guya hal şahidləri R.İ.Qurbanov və A.M.Quliyev tərəfindən icra olunmuş sənədlərin mütləq əksəriyyətinin sonuncular tərəfindən deyil, başqa şəxs (və ya şəxslər) tərəfindən onların imzalarına oxşadılmaqla icra olunması müəyyən edilmişdir. Həmin hallar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin məhz BNMİ-də keçirilməsi, o cümlədən guya R.İ.Qurbanov və A.M.Quliyev tərəfindən icra olunması iddia olunan sənədlərin sonuncular tərəfindən icra olunmaması, qeyd edilən sübutun prosessual qanunvericiliyin tələblərinin kobud pozulmaqla əldə edilməsi qənaətinə gəlməyə əsas verir.
74. Həmçinin şahidlər Şahid3, Şahid2 və X6 məhkəmə icraatı zamanı ifadələrində Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya məxsus avtomobilin də onun saxlanıldığı yerin yaxınlığında olmasını bildirmələrinə baxmayaraq, ibtidai istintaq zamanı ümumiyyətlə həmin məsələyə toxunulmamış, hər hansı münasibət bildirilməmiş, habelə məhkəmə icraatı zamanı da qeyd olunan məsələyə aydınlıq gətirilməsi mümkün olmamışdır.
75. Belə ki, məhkəmə ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraatın ilkin mərhələsində Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadələrə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələrdə göstərilənlər elə ibtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs tərəfindən tamamilə inkar edilərək mübahisələndirilmiş, cinayət işinin materiallarında imzalanması üçün ona təqdim edilmiş sənədlərin mütləq əksəriyyətini imzalamaqdan imtina edərək öz təqsirsizliyinə dair müvafiq qeydlər aparmış, hətta bununla bağlı hökmün 30-cu bəndində qeyd edildiyi kimi barəsində həbs qətimkan tədbirinin seçilməsi, eləcə də seçilmiş həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən müvafiq olaraq özünü qismən və ümumiyyətlə təqsirli bilmədiyini qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilərkən üzərində bir sıra xəsarət izlərinin aşkar edilməsinə baxmayaraq, hökmün 36-cı bəndində qeyd edilən məhkəmətibbi ekspertizası zamanı onun üzərində hər hansı xəsarət izlərinin müəyyən edilməməsinin qeyd edilməsi ilə əlaqədar yaranmış şübhələri aradan qaldırmaq mümkün olmamışdır.
76. Hökmün 24-cü bəndində göstərilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olması iddia edilən bir ədəd sintetik kisədə olan külli miqdarda narkotik vasitə döşəmənin üstündə sonuncunun yanında yerdə olmuş, bu hal isə həmin kisənin məhz Təqsirləndirilən şəxs əlində olması və sonuncu tərəfindən qeyd edilən yerə gətirilməsinə dair ciddi şübhələrin yaranmasına səbəb olmuşdur. Həmin şübhələrin əsaslı olması isə hökmün 2, 28-29 və 47-48-ci bəndlərində qeyd edilmiş sübutlarla məcmu halda müqayisə edildikdə öz təsdiqini tapmışdır. Belə ki, hökmün 2 və 28-ci bəndlərində göstərilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın məzmunundan aydın olur ki, qeyd edilən qərarın məzmununa müstəntiq tərəfindən sonradan əlavə və düzəlişlər edilmişdir. Məhkəmə kollegiyası həmin qənaətə gələrkən həm qeyd edilən qərarın prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə müvafiq qaydada qeydə alınmaması və nömrələnməməsi, həm də sözügedən qərarın məzmununun hökmün 29-30-cu bəndlərində göstərilmiş sənədlərdəki məzmundan ciddi şəkildə fərqlənməsinə istinad edir. Başqa sözlə, iki vərəqdən ibarət olan sözügedən qərarın birinci vərəqində (bax cild 1, i.v.74(nömrələnməyib)) sonradan müstəntiq tərəfindən əlavə və düzəlişlər edilmişdir ki, bu da çox ciddi prosessual pozuntudur.
77. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.
78. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına verdiyi qismən etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.
79. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına verdiyi qismən etirafedici ifadələri, o cümlədən “Şəxsi axtarış və götürmə haqqında” protokol və protokola əlavə edilmiş fotoşəkillər, şahidlər X12 və X8 dindirilməsinə dair izahat və ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.
80. Əksinə yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini mötəbər sübut sayır.
81. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1, Şahid3 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.
82. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş fotoşəkillər, şahidlər X12 və X8 məhkəməyədək icraat zamanı verdikləri izahat və ifadələrinə dair protokollar qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.
83. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.
84. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
85. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
86. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.
87. CPM-in 246.3-cü maddəsinin tələbinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Lakin hazırkı iş üzrə hal şahidlərinin iştirakı ilə tərtib edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolundakı hal şahidlərinin hər ikisinin imzasının onlara məxsus olmamasına dair hökmün 48-ci bəndində qeyd edilmiş və mötəbərliliyi şübhə altına alına bilinməyən rəylə iş üzrə mühüm əhəmiyyət kəsb edən sözügedən sübutun – şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı tərtib edilmiş protokolun yolverilməzliyi ilə əlaqədar təqsirləndirilən şəxsin əleyhinə istifadə edilə bilən sübut kimi istifadəsi mümkün deyildir. Eyni zamanda, nəzərə alınmalıdır ki, qeyd edilən protokolu Təqsirləndirilən şəxs da imzalamaqdan imtina etmişdir. Məhkəmə kollegiyası şahid qismində dindirilmiş R.İ.Qurbanovun məhkəmə icraatının sonrakı mərhələsində dövlət ittihamçısının vəsatəti əsasında təkrar dindirilməsi zamanı əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini inkar edərək iş materiallarındakı onun imzası olan bütün sənədlərdəki imzaların ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin hal hökmün 47 və 48-ci bəndlərində göstərilmiş sübutlarla tam inkar edilir. Eyni zamanda, məhkəmə kollegiyası müdafiəçi Şahid4 izahatına da tənqidi yanaşaraq qeyd edir ki, sonuncunun izahatında göstərdiyi hallar işin faktiki halları tam inkar edilir.
88. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.
89. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.
90. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
91. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Eləcə də, mobil telefonuna baxış zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair müəyyən şübhəli məqamlar aşkar edilmişdir. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.
92. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.
93. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.
94. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
95. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).
96. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.
97. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.
98. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
99. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddələrlə bəraət verilməlidir.
100. CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.
101. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.
102. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir.
103. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
104. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 182 (bir yüz səksən iki) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.
105. İş üzrə maddi sübut kimi tanınmış “Telefona baxış keçirilməsi” zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd **********550554 və 1 (bir) ədəd **********111422 nömrəli plastik bank kartları Təqsirləndirilən şəxs qaytarılmalıdır.
106. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4019,9 qram olan narkotik vasitə qurudulmuş marixuana ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.
107. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, həbs olunması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.
108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, həbsdə saxlanılması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4019,9 qram olan narkotik vasitə qurudulmuş marixuananın Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması və həmin maddi sübuta ********* №-li cinayət işi üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınsın. Maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd **********550554 və 1 (bir) ədəd **********111422 nömrəli plastik bank kartları Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 182 (bir yüz səksən iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.